Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-68/2023 27.03.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlunun sədrliyi, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə mayoru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili XN və Təqsirləndirilən şəxs iştirakı ilə Bakı hərbi məhkəməsinin inzibati binasında xx xxxxxx 1993-cü il tarixdə Qax rayonunda anadan olmuş, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsində daimi qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsinin sabiq həqiqi hərbi xidmət hərbi qulluqçusu, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, miçman Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin X1 Gözərçi Gəmisinin (G130) şturman, döyüş hissəsinin komanda baş çavuşu vəzifəsində, miçman hərbi rütbəsində hərbi xidmətdə olarkən xx.xx.N0NN-ci il tarixdə saat 07:30-da xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız xx.xx.N0NN-ci il tarixdə saat 1N:40-da xidmət yerinə gəlməklə on gündən artıq, lakin bir aydan çox olmayaraq üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında gəlməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, o, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsinin X1 G130 Gözətçi Gəmisinin şturman döyüş hissəsinin sabiq komanda baş çavuşu, miçman rütbəsində xidmət edərkən xx.xx.N0NN-ci il tarixdə doğulduğu Qax rayonuna getmiş, xx.xx.N0NN-ci il tarixdə saat 07:30-da xidmət yerində olmalı olduğu halda ailə problemləri olduğu üçün xidmət yerinə çıxmamışdır. xx.xx.N0NN-ci il tarixdə xidmət etdiyi hərbi hissənin hərbi qulluqçusu, miçman Şahid3 onunla əlaqə saxlayaraq, xx.xx.N0NN-ci il tarixdən adının xidmət yerini özbaşına tərk edənlər siyahısına salındığından qısa müddət ərzində xidmət yerinə qayıtmalı olduğunu bildirmişdir. O, ailə problemləri ilə əlaqədar olaraq xidmət yerinə gələ bilməmiş, yalnız xx.xx.N0NN-ci il tarixdə saat 1N.40-da xidmət yerinə gəlmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, müvafiq sənədlər, habelə digər mötəbər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsinin X1 G130 gəmisinin komandiri, 3-cü dərəcəli Şahid1 bildirmişdir ki, xx.xx.N0NN-ci il tarixdə saat 07:30 şəxsi heyətin davamiyyətini yoxlamaq məqsədi ilə yoxlama aparan zaman miçman Təqsirləndirilən şəxs xidmət yerində olmadığını müəyyən etmiş, istifadəsində olan ***-***-**- ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs təqdim etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, lakin sonuncu daxil olan zəngləri cavablandırmamışdır. Bundan sonra o, həmin tarixdə, miçman Təqsirləndirilən şəxs xidmət yerinə gəlməməsi ilə bağlı X1 komandirinə ünvanlanmış raport tərtib edərək Təqsirləndirilən şəxs qazan təminatından çıxarılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Növbəti günlərdə mütamadi olaraq yuxarıda qeyd olunan nömrəyə zəng edərək miçman Təqsirləndirilən şəxs ilə əlaqə yaratmağa cəhd etsə də, sonuncu istifadəsində olan mobil telefonu söndürmüşdür. xx.xx.N0NN-ci il tarixdə miçman Təqsirləndirilən şəxs xidmət yerinə gəlmiş, onunla fərdi söhbət apararkən sonuncu ailə problemlərinin olmasını bildirmiş, lakin hansı xarakterli problemlərin olması barədə heç bir məlumat verməmişdir. xx.xx.N0NN-ci il tarixdə miçman Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçməsi haqqında bağlaşmasının müddəti bitmişdir. Şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsinin X1 G130 gözətçi gəmisinin elektron mexanika döyüş hissəsinin komanda baş çavuşu, miçman ŞahidN bildirmişdir ki, xx.xx.N0NN-ci il tarixdə saat 07:30-da o, gəmi komandiri, 3-cü dərəcəli kapitan Şahid1 şəxsi heyətin xidmət yerində olub-olmamasını yoxlamış və həmin vaxt miçman Təqsirləndirilən şəxs xidmət yerində olmadığı müəyyən olunmuşdur. Şahid1 Təqsirləndirilən şəxs ilə dəfələrlə əlaqə yaratmağa çalışsa da, sonuncu daxil olan zənglərə cavab verməmiş, xx.xx.N0NN-ci il tarixdə saat 1N:40 radələrində miçman Təqsirləndirilən şəxs xidmət yerinə gəlmiş, sonuncudan xidmət yerinə nə səbəbdən gəlmədiyini soruşduqda Təqsirləndirilən şəxs ailə problemlərinin olduğunu bildirmişdir. Şahid qismində dindirilmiş, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissənin X1 G130 gözətçi gəmisinin artilleriya döyüş hissəsinin komandan baş çavuşu, miçman Şahid3, miçman ŞahidN ilə analoji məzmunlu ifadə verərək yuxarıda göstərilənləri mahiyyəti üzrə təsdiq etmişdir. Azərbaycan Ordusunda hərbi qulluqçuların həqiqi hərbi xidmətinə daxil olma haqqında N8 sentyabr N017-ci il tarixli bağlaşmadan görünür ki, Təqsirləndirilən şəxs 5 (beş) il müddətinə könüllü olaraq xidmətə başlamışdır. Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsinin komandirinin N oktyabr N017-ci il tarixli N80 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Müdafiə Nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin N8 sentyabr N017-ci il tarixli 0303gm nömrəli əmrinə əsasən Təqsirləndirilən şəxs miçman hərbi rütbəsi verilməklə o, X4 Divizionunun Reyd tral gəmisi (M3N7) tral komandirinin köməkçisi vəzifəsinə təyin olunmuşdur. (G130) Gözətçi Gəmisinin komandiri 3-cü dərəcəli kapitan Şahid1 tərəfindən N9 avqust N0NNci il tarixdə tərtib olunaraq X1 komandirinə ünvanladığı raportdan görünür ki, X1 Gözətçi Gəmisinin (G130) şturman döyüş hissəsinin komanda baş çavuşu, miçman Təqsirləndirilən şəxs N9 avqust N0NN-ci il tarixdə xidmət yerinə gəlməmişdir. N nömrəli hərbi hissə komandirinin N9 avqust N0NN-ci il tarixli N43 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, X1 Gözətçi Gəmisinin (G130) şturman döyüş hissəsinin komanda baş çavuşu miçman Təqsirləndirilən şəxs N9 avqust N0NN-ci il tarixdən xidmət yerinə çıxmamış hesab edilmişdir. (G130) Gözətçi Gəmisinin komandiri 3-cü dərəcəli kapitan Şahid1 tərəfindən 0N sentyabr N0NN-ci il tarixdə tərtib olunaraq X1 komandirinə ünvanladığı raportdan görünür ki, X1 Gözətçi Gəmisinin (G130) şturman döyüş hissəsinin komanda baş çavuşu miçman Təqsirləndirilən şəxs 0N sentyabr N0NN-ci il tarixdə saat 1N:40-da xidmət yerinə gəlmişdir. N nömrəli hərbi hissə komandirinin N sentyabr N0NN-ci il tarixli N54 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, X1 Gözətçi Gəmisinin (G130) şturman döyüş hissəsinin komanda baş çavuşu miçman Təqsirləndirilən şəxs N sentyabr N0NN-ci il tarixdə xidmət yerinə qayıtmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim olunan 14 sentyabr N0NN-ci il tarixli 1117N nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. N6 oktyabr N0NN-ci il tarixli 301 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, miçman Təqsirləndirilən şəxs Hərbi Dəniz Qüvvələri komandanının 10 oktyabr N0NN-ci il tarixli 048gm nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən ehtiyyata buraxılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 333.3-cümaddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs xidmət yeri üzrə müsbət xarakterizə olunmasını və eyni zamanda əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini də nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası CM-in 50.1-ci maddəsində hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının yalnız hərbi qulluqçulara tətbiq edilməsi göstərildiyindən məhkəmə Təqsirləndirilən şəxs ordu sıralarından tərxis olunduğuna görə barəsində Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsində nəzərdə tutulan hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının tətbiq edilməsini qanunun tələblərinə əsasən mümkün hesab etmir. Eyni zamanda, məhkəmə onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının real olaraq tətbiq edilməsini ədalət və humanizm prinsipləri baxımından cəzanın məqsədlərinə uyğun hesab etmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N003-cü il N5 iyun tarixli 4 nömrəli qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Həmin qərara əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin qərarın N5-ci bəndinə əsasən şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.N-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini nəzərə alaraq, Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təyin ediləcək cəzanın real icra edilmədən şərti olaraq tətbiq edilməsini və bununla da onun cəza çəkmədən islah olunmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 58.3 və 70.N-ci maddələrində göstərilən hallar Təqsirləndirilən şəxs barəsində tətbiq ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini həm mümkün, həm də məqsədə müvafiq edir. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübüt etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanlımalıdr. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza şərti hesab olunsun və ona 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Bakı şəhər probasiya idarəsinə həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək bir vəzifə olaraq onun üzərinə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmdən Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan N0 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Ramazanov
Məhkəmə qərarları › İş №1-1(093)-68/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-68/2023
27.03.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver