Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-68/2024 07.03.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Ağalarov Rza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuror-metodisti, ədliyyə polkovniki Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1994-cü il tarixdə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, Göygöl rayonunun Hacıməlik qəsəbəsinin 7-ci küçəsində daimi qeydiyyatda olmaqla, Füzuli rayonunun Alxanlı kəndində yaşamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2023-cü il tarixli 1 -1 (106)-36/2023 saylı Qərarı ilə barəsində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Paşayev X7 Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun 5-ci bölüyünün 2ci tağımının 2-ci qrupunun kəşfiyyatçı-qumbaraatan köməkçisi vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmətdə olarkən 2022-ci ilin oktyabr ayının əvvəllərində atasını müalicə etdirmək üçün pula ehtiyacı yaranmış, mövcud krediti olduğundan banklar tərəfindən ona yeni kredit verilməmiş, fərdi şəkildə taksi fəaliyyəti ilə məşğul olmaqla aralarında dostluq münasibəti olan, vətəndaş X2 mobil əlaqə nömrəsini aldığı, “WhatsApp” mobil tətbiqi vasitəsi ilə şəxsiyyəti məlum olmayan “Elşən” adlı şəxsə zəng edib, Elşənin istəyi ilə şəxsiyyət və hərbi vəsiqəsinin fotoşəkilini, eləcə də öz şəklini mobil telefonu ilə avtoportret formasında çəkib qeyd edilən üsulla həmin ona göndərmiş, Elşən adlı şəxs 6.000 (altı min) manat pulun müqabilində ona saxta xidməti vəsiqə, habelə aylıq maaş ödənişi kartı üzrə saxta bank çıxarışı hazırlamağı öhdəsinə götürmüş, “Elşən” adlı şəxs tərəfindən 6.000 (altı min) manat pulun müqabilində hazırlanmış, məzmunu təhrif edilməklə guya onun Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində bölük komandiri vəzifəsində, kapitan hərbi rütbəsində zabit kimi həqiqi hərbi xidmətdə olmasını təsdiq edən, qeyd edilən xidmətin Kadrlar Baş İdarəsinin rəisinin imzası və həmin xidmətin müvafiq möhürü ilə təsdiq edilmiş, şəxsi fotoşəkli və rekvizitləri, eləcə də xx.xx.2026-cı il tarixədək etibarlılıq müddəti olduğu qeyd olunan ZH № 004237 nömrəli hüquq verən saxta xidməti vəsiqə və guya "xxxx" ASC-in müvafiq möhürləri ilə möhürlənərək səlahiyyətli şəxslərin müvafiq imzaları ilə təsdiq edilməklə onun adına hazırlanmış 510307******6930 nömrəli aylıq maaş ödənişi kartı üzrə hüquq verən saxta çıxarışı aralarındakı sövdələşməyə uyğun olaraq, 21 oktyabr 2022-ci il tarixdə saat 11:30 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Bakı metropoliteninin “İnşaatçılar” stansiyasının yaxınlığında sonuncudan əldə etmiş, qeyd edilən saxta sənədlərdə göstərilən yalan məlumatları bank əməkdaşları tərəfindən ona veriləcək dəqiqləşdirici suallara şübhə yaratmamaq məqsədi ilə əzbərləmiş, həmin gün, yəni 21 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində "xxxx" ASC-nin ünvan 1 ünvanında yerləşən “İnşaatçılar” filialının inzibati binasına daxil olub saxta olmasına tam əmin olduğu həmin xidməti vəsiqə ilə "xxxx" ASC-yə məxsus saxta çıxarışı növbəlilik əsasında ona xidmət göstərən bank əməkdaşına təqdim edib 15.000 (on beş min) manat məbləğində nağd istehlak kreditini, 1.000 (min) manatlıq limiti olan “Bolkart” kredit kartını, eləcə də 200 (iki yüz) manatlıq limiti olan “Dostlar klubu” kredit kartını əldə etməyə nail olmaqla bilə- bilə saxta sənədlərdən istifadə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 320.2-ci maddəsi ilə özünü tam təqsirli bilərək göstərdi ki, o, 2022-ci ilin oktyabr ayının əvvəllərində atasını müalicə etdirmək üçün 8-9 min manat pul lazım olmuş, bu məqsədlə banklara müraciət etdikdə əvvəlki kreditlərinin olmasına görə ona yeni kredit verilməyəcəyi bildirilmişdir. Tanış və qohumlarından, o cümlədən Beyləqan rayonunun Mil qəsəbəsində fərdi şəkildə taksi fəaliyyəti ilə məşğul olmaqla uzun müddət əvvəldən tanıdığı, aralarında dostluq münasibət olmuş X2 da borca pul istədikdə, ona lazım olan məbləğdə borca pul verən olmadığından həmin ərəfədə ağır maddi çətinliyi yaranmışdır. Bundan bir neçə gün sonra, 2022-ci ilin oktyabr ayının ortalarında S.S.Dolxanov ona zəng edib maşınına bankda işlədiyini bildirən, özünü ayrı-ayrı şəxslərə, əsasən də hərbi qulluqçulara kredit verməkdə köməklik edə bilən şəxs kimi təqdim edən Elşən adlı müştərinin əyləşdiyini deyib, atası xəstə olduğu üçün yeni kredit alması üçün Elşənlə danışmağını məsləhət görərək, sonuncunun xarici ölkələrin birinə aid mobil operatora məxsus olan xatırlamadığı telefon nömrəsini ona verib, həmin şəxsin ona yalnız “Whatsapp” mobil tətbiqi vasitəsi ilə zəng çatmasını demişdir. Növbəti gün o, “WhatsApp” mobil tətbiqi vasitəsi ilə Elşən adlı şəxsə zəng edib mobil nömrəsini əvvəlki gün taksi sürücündən aldığını bildirib, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğunu qeyd edib, krediti olduğu üçün ona yeni kredit verilmədiyini, hazırda isə ona 8-9 min manat pul lazım olduğunu demişdir. Bundan sonra Elşən adlı şəxsin tapşırığına əsasən AA******* nömrəli şəxsiyyət vəsiqəsinin hər iki tərəfini, N nömrəli hərbi hissədən verilmiş şəxsi vəsiqəsinin fotoşəkil olan ilk səhifəsini, eləcə də öz şəklini selfi edib “WhatsApp” mobil tətbiqi vasitəsi ilə sonuncuya göndərmişdir. Elşən adlı şəxs ona müddətdən artıq həqiqi hərbi qulluqçu kimi Müdafiə Nazirliyində xidmət etməyi, habelə banka kreditinin olması səbəbindən ona yeni kredit verilməyəcəyini bildirib, həmin fotoşəkillərdən istifadə etməklə onun adına Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin zabiti olmağı barədə xidməti vəsiqə hazırlayacağını, həmin xidməti vəsiqə ilə ona 15.000 (on beş min) manat məbləğində kredit veriləcəyini, ona saxta sənəd hazırladığı üçün həmin puldan özünə 6.000 (altı min) manat götürəcəyini, qalan 8-9 min manatı isə onun özünün istifadə edəcəyini demişdir. O, razı olduğunu bildirdikdə, Elşən adlı şəxs ona sənədləri hazırlayacağını, banka daxil olarkən həmin sənədləri ondan götürəcəyini deyib, yenidən əlaqə saxlayacağını bildirmişdir. Elşən adlı şəxsin ona hansısa qanunsuz yolla kredit düzəldəcəyini anlasa da, bunu konkret hansı üsulla edəcəyini bilməmiş, bu barədə sonuncuya əlavə sual verməmişdir. Bundan bir neçə gün sonra, yəni 20 oktyabr 2022-ci il tarixdə Elşən adlı şəxs “WhatsApp” mobil tətbiqi vasitəsi ilə ona zəng edib növbəti gün “İnşaatçılar” metrostansiyasının yaxınlığında görüşməli olduqlarını demişdir. Həmin vaxt o, yaxın dostu olmaqla onunla birlikdə N nömrəli hərbi hissədə gizir kimi xidmət etmiş, həmin gün müayinə və müalicə olunmaq üçün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilən, lakin Hadrut qəsəbəsində maşın tapmadığı üçün hospitala gedə bilməyən X1 bu barədə, yəni taksi tutub Bakı şəhərinə gedəcəyini deyib, buraxılış götürüb sonuncu ilə birlikdə həmin ərəfədə yaşadığı Füzuli rayonunun Alxanlı kəndinə getmişdir. Alxanlı kəndində olarkən, yəni 21 oktyabr 2022-ci il tarixdə səhər saat 05 radələrində yaxın münasibəti olan taksi sürücüsü S.S.Dolxanova zəng edib onu Bakı şəhərinə aparmağını xahiş etmiş və sonuncu ilə yol haqqı olaraq 120 (yüz iyirmi) manata razılaşmışlar. Qısa müddət sonra S.S.Dolxanov gəlib onu və F.Q.Abdullayevi Alxanlı kəndindən götürmüş və üçü birlikdə Bakı şəhərinə yollanmışlar. F.Q.Abdullayev yol boyu maşının arxa oturacağında uzanıb yatmış, o isə qabaq ön oturacaqda əyləşmişdir. Həmin gün saat 10:30 radələrində “İnşaatçılar” metrostansiyasının yaxınlığına çatmışlar. O, F.Q.Abdullayevlə birlikdə maşından düşüb yolda siqaret və şirniyyat aldığı üçün üzərində olan 120 manat puldan qalan 100 (yüz) manat pulu S.S.Dolxanova verib qalan pulu sonra verəcəyini demiş, sonuncu 100 (yüz) manat pulu ondan alıb çıxıb getmişdir. Bundan sonra o, F.Q.Abdullayevə səbrli olmağını deyib, bir qədər kənara çəkilərək “Whatsapp” mobil tətbiqi vasitəsi ilə Elşən adlı şəxsə zəng etmişdir. Elşən adlı şəxsin başa salması ilə bir qədər kənara gedib sonuncu ilə görüşmüş, həmin vaxt Elşən adlı şəxsin yanında əvvəllər görmədiyi, tanımadığı iki nəfər mülki şəxs də olmuş, lakin qeyd etdiyi şəxslər kənarda dayanaraq ona yaxınlaşmamışlar. Elşən adlı şəxslə bir qədər söhbət edib, sonuncunun başa salması ilə, yəni ona rahat kredit verilməsindən ötrü, "xxxx" ASC, eləcə də "xxxx" ASC-in yaxınlıqda yerləşən filiallarına gedib həmin banklara cüzi məbləğlərdə olan borclarını ödəyib sonuncunun yanına qayıtmışdır. Bundan sonra, Elşən adlı şəxs cibindən bir bir ədəd plastik karta bənzəyən vəsiqə və bankdan çıxarış sənədi çıxarıb ona vermişdir. O, həmin vəsiqəyə baxdıqda fotoşəklinin olduğunu, guya DSX-in N nömrəli hərbi hissəsinin bölük komandiri vəzifəsində xidmət edən kapitan hərbi rütbəli zabiti olmağı barədə qeydlər aparıldığını, müvafiq qaydada imzalanıb möhürləndiyini, bankdan çıxarışın maaş aldığı "xxxx" aid əmək haqqı kartından çıxarış olduğunu, həmin çıxarışda onun real maaşından artıq rəqəmlərin qeyd edildiyini, yəni hər iki sənədin saxta olduğunu görmüşdür. Pula ehtiyacı olduğundan, habelə qeyd edilən sənədlərin professional şəkildə hazırlanmasını görüb həmin saxta sənədlərdən istifadə edərək 15.000 manat məbləğində kredit götürmək niyyətini özündə qətiləşdirmişdir. Elşən adlı şəxs ona özünü itirməməyini, soyuqqanlı olmağını deyib, həmin sənədlərdə olan məlumatları əzbərləməyini demiş, o da bank əməkdaşının suallarını cavablandırarkən şübhə yaratmamaq üçün qeyd edilən sənədlərdə olan məlumatları əzbərləmişdir. Bundan sonra o, həmin sənədləri cibinə qoyub yaxınlıqda yerləşən “Bank of Baku" ASC-nin İnşaatçılar filialına daxil olmuşdur. Növbə götürdükdən qısa müddət sonra Nicat adlı kredit ekspertinin qarşısında oturmuşdur. Kredit eksperti ondan şəxsiyyət vəsiqəsini, habelə adına hazırlanmış qeyd edilən saxta xidməti vəsiqə ilə maaş kartından saxta çıxarışı alıb baxa- baxa ona xidmətlə bağlı, eləcə də kreditə aid suallar vermişdir. O, yenə də kredit ekspertinə qeyd edilən saxta xidməti vəsiqdə olan yalan məlumatlara uyğun cavablar verərək, DSX-in N nömrəli hərbi hissəsinin bölük komandiri vəzifəsində xidmət edən kapitanı olduğunu deyib, 15.000 manat kredit götürmək istədiyini bildirmişdir. Kredit eksperti ona istədiyi krediti illik 15.5 faiz olmaq şərtilə 36 ay aylıq müddətə verə biləcəyini, habelə bankın şərtlərinə görə ona əlavə olaraq, birinin limiti 1.000 (min) manat, digərinin limiti isə 200 (iki yüz) manat olan iki ədad bank kartı verəcəyini qeyd etmişdir. O razı olduqdan sonra təqdim etdiyi saxta əmək haqqı kartından çıxarış kredit sənədlərinə əlavə edilmiş, şəxsiyyət vəsiqəsi ilə saxta xidməti vəsiqəsinin surəti çıxarılaraq əsilləri ona qaytarılmışdır. Bu zaman F.Q.Abdullayev onun bankdan gec çıxması səbəbindən banka daxil olub onu axtarmağa başlamış və onun kredit ekspertinin qarşısında əyləşdiyini görüb arxa tərəfində olan stulların birində oturub onu gözləməyə başlamışdır. Həmin vaxt kredit eksperti F.Q.Abdullayevin onunla gəldiyini bilib kim olduğunu soruşmuş, o, sonuncunun iş yoldaşı olduğunu qeyd etmişdir. Bu zaman kredit eksperti F.Q.Abdullayevi ehtiyat üçün əlavə zamin qismində cəlb etmək istədiyini bildirmiş, o, kredit ekspertinə buna ehtiyac olmadığını desə də, kredit eksperti məbləğin yüksək olduğunu, təcrübədə yüksək məbləğdə kredit üçün müraciət edən banka gələn şəxsin yanında hansısa qohumu, tanışı olarsa, həmin şəxsi əlavə zamin kimi cəlb etdiyini, ona krediti zaminsiz də verə biləcəyini, lakin F.Q.Abdullayevin onunla birlikdə gəlməsinə görə sonuncunu əlavə zamin kimi cəlb etmək istədiyini, əlavə zaminin yalnız şəxsiyyət vəsiqəsinin tələb edildiyini, əlavə zamindən digər hansısa sənəd tələb edilmədiyini qeyd etmişdir. Kredit eksperti F.Q.Abdullayevi yanına çağıraraq gülümsəyib “diyəsən kredit sənlikdi” demişdir. Bu zaman o, F.Q.Abdullayevin həqiqətdə onunla birlikdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etməsinin bilinəcəyindən narahat olub, kredit ekspertinə kreditin F.Q.Abdullayevə aidiyyətinin olmadığını, Bakı şəhərini yaxşı tanımadığı üçün sonuncunun onunla birlikdə Bakıya gəldiyini demişdir. O, həmçinin kredit ekspertinə bankdan çıxıb F.Q.Abdullayevi hospitala aparacağını deyib, sonuncunun iş yoldaşı olduğunu bildirib, qrup komandiri vəzifəsində xidmət etdiyini qeyd etmişdir. Həmin vaxt F.Q.Abdullayev onun saxta sənədlərlə kredit götürdüyünü bilmədiyindən, özünü bank əməkdaşına Dövlət Sərhət Xidmətinin zabiti kimi təqdim etməyindən xəbəri olmadığından, reallıqda onun N nömrəli hərbi hissədə məhz qrup komandiri vəzifəsində xidmət etdiyi üçün heç bir etiraz etməmiş və dost olduqlarından, habelə bankdan götürəcəyi pulla atasını müalicə etdirəcəyini bildiyi üçün ona əlavə zamin durmağa razı olduğunu bildirmişdir. Daha sonra kredit eksperti F.Q.Abdullayevin də şəxsiyyət vəsiqəsini alıb surətini çıxarıb əslini geri qaytarmış, lakin sonuncudan başqa digər sənəd istəməmişdir. Daha sonra, o, həmin bank sənədlərində olan müvafiq qrafa və hissələrə imza etmiş, F.Q.Abdullayev isə 2-3 yerə imza edərək gedib yerinə əyləşmişdir. Bundan sonra kredit sənədləri bankın rəhbər şəxsləri tərəfindən də imzalanıb möhürlə təsdiq edilmişdir. Daha sonra o, kassaya yaxınlaşaraq oradan 15.000 (on beş min) manat məbləğində olan nağd istehlak kreditini, 1.000 (min) manatlıq limiti olan “Bolkart” kredit kartını,' həmçinin 200 (iki yüz) manatlıq limiti olan “Dostlar klubu” kedit kartını alıb, kredit müqavilələrini və ödəniş cədvəlinin bir nüsxəsi kredit ekspertindən götürüb çölə çıxmışdır. Çölə çıxdıqdan sonra tanımadığı bir taksi ilə F.Q.Abdullayevi Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına yola salmışdır. Daha sonra Elşən adlı şəxs ona yaxınlaşıb razılaşdıqları 6.000 (altı min) manatı, qeyd edilən saxta xidməti vəsiqənin əslini ondan alıb çıxıb getmişdir. O, sonradan bu əməli barədə kiməsə nəsə deməmiş, bankdan götürdüyü pulun özünə qalan hissəsini atasının müalicəsinə xərcləmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən bağışlanılmasını xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə iclasında dindirilmiş şahidin ifadəsi, tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Şahid bildirdi ki, o, 2021 -ci ilin dekabr ayından 2023-cü ilin yanvar ayınadək "xxxx" ASC-in İnşaatçılar filialında istehlak kreditləri bölməsinin kredit eksperti vəzifəsində çalışmış, vəzifəsi müştərini qəbul edib, onun sənədlərinə, kredit öhdəliklərinin vəziyyətinə, əmək haqqı tarixçəsinə, eləcə də ünsiyyət zamanı yaratdığı təssürata uyğun olaraq müraciəti dəyərləndirməkdən, müsbət nəticə olarsa, bankın cari şərtlərinə uyğun kredit rəsmiləşdirməkdən ibarət olmuşdur. Onun müştəriləri arasında bəzən hərbi qulluqçular da olmuş, təcrübəyə əsasən xidmət müddətləri nisbətən məhdud olduğundan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, əsasən də Müdafiə Nazirliyinin MAHHXHQ-na yüksək məbləğdə, eləcə də adətən zamin olmadan kredit verilməmiş, zabit və gizirlərə isə, əsasən də DSX-in zabit və gizirlərinə məbləğdən asılı olaraq, zaminlə və ya zaminsiz, habelə daha yüksək məbləğdə kredit verilmişdir. O, 21 oktyabr 2022- ci il tarixədək Təqsirləndirilən şəxs tanımamışdır. 21 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs onun əyləşdiyi masaya yaxınlaşıb 15.000 manat kredit götürmək istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini alıb harada işlədiyini və iş stajını soruşmuşdur. R.O.X10 Xidmətinin zabiti olmaqla, bir ildən artıq iş stajının olduğunu bildirib, xidməti vəsiqəsini, eləcə də əmək haqqı kartından çıxarışı təqdim etmişdir. O, Təqsirləndirilən şəxs təqdim etdiyi xidməti vəsiqəyə baxıb sonuncunun DSX-in N nömrəli hərbi hissəsində, kapitan hərbi rütbəsində, bölük komandiri vəzifəsində xidmət etdiyini, həmin vəsiqənin müvafiq qaydada imza və möhürlə təsdiq edildiyini görmüşdür. Təqsirləndirilən şəxs xidməti vəsiqəsinə baxa-baxa xidmətlə bağlı müəyyən suallar vermiş, sonuncu ona təqdim etdiyi vəsiqədə qeyd edilmiş bütün məlumatları olduğu kimi təkrarlamışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs təqdim etdiyi əmək haqqı kartından çıxarış əsasında onun 1.688 manat orta aylıq əmək haqqı aldığını müəyyən etmişdir. Kredit rəsmiləşdirərkən mümkün ola biləcək bütün saxtakarlıqları nəzərə alaraq, həmişə diqqətli olmağa çalışsa da, Təqsirləndirilən şəxs təqdim etdiyi xidməti vəsiqə ilə əmək haqqı kartından çıxarışın bütün standartlara uyğun olması, bütün rekvizitlərin tam olması, hansısa sənədlərin saxta olub-olmadığını müəyyənləşdirmək üçün bankda hər hansı xüsusi texnologiyanın olmaması, eləcə də Təqsirləndirilən şəxs verilən suallara sərbəst şəkildə cavablar verməsinə görə onda hansısa şübhə yaranmamışdır. Bu səbəbdən həmin vaxt təqdim edilmiş əmək haqqı kartından çıxarışın əsli hazırlanan kredit dosyesinə əlavə edilmiş, xidməti vəsiqənin, eləcə də şəxsiyyət vəsiqəsinin surəti çıxarılaraq əsilləri Təqsirləndirilən şəxs qaytarılmış, Təqsirləndirilən şəxs aylıq 523 manat 66 qəpik ödəniş etməklə, illik 15.5 faiz olmaq şərtilə 36 ay müddətində 15.000 (on beş min) manat nağd istehlak krediti, bankın daxili şərtinə uyğun olaraq, 1.000 (min) manat limiti olan “Bolkart” kredit kartı, həmçinin 200 (iki yüz) manat limiti olan “Dostlar klubu” kredit kartını verə biləcəyini bildirilmiş, sonuncu şərtlərlə razı olduğunu qeyd etmişdir. Həmin vaxt bir nəfər banka daxil olub Təqsirləndirilən şəxs axtardığından o, Təqsirləndirilən şəxs götürəcəyi kreditin onun əvəzinə onu axtaran şəxs tərəfindən ödəniləcəyini ehtimal edib, kredit risklərini minimallaşdırmaq üçün, sonuncuya yanındakı şəxsin ona əlavə zamin durmasını təklif etmişdir. Həmin vaxt o, qeyd edilən şəxsin şəxsiyyət vəsiqəsini alıb onun X3 olduğunu müəyyən etmiş, həmin vaxt F.Q.Abdullayevdən yalnız şəxsiyyət vəsiqəsini almış, əlavə zamin kimi cəlb edildiyindən, sonuncudan digər hansısa sənəd, o cümlədən xidməti vəsiqə, gəlirini təsdiq edən hansısa sənəd tələb edilməmiş, alınmamışdər. Əlavə zamin F.Q.Abdullayevin barəsində kredit dosyesinə müvafiq qeydlər etdikdən sonra Təqsirləndirilən şəxs kredit verilməsinin rəsmiləşdirilməsinə davam etmiş, kredit müqavilələri və digər bank sənədləri hazırlanmış, Təqsirləndirilən şəxs qeyd edilən sənədləri imzalamışdır. Həmçinin o, Təqsirləndirilən şəxs 15.000 (on beş min) manat nağd istehlak krediti ayırarkən sonuncunu əlavə zamin kimi cəlb etdiyi F.Q.Abdullayevə də qeyd edilən kredit sazişində 2-3 yerə imza atdırmışdır ki, əgər gələcəkdə həmin kredit öhdəliyini F.Q.Abdullayev icra edərsə, özündə məsuliyyət hiss etsin. Daha sonra, Təqsirləndirilən şəxs ona ayrılmış 15.000 manat məbləğində nağd istehlak kreditini, 1.000 (min) manatlıq limiti olan “Bolkart” kredit kartını, eləcə də 200 (iki yüz) manatlıq limiti olan “Dostlar klubu” kassadan qəbul edib, kredit müqavilələri və ödəniş cədvəlinin bir nüsxəsini ondan alıb bankın binasını tərk etmişdir. İş materiallarında olan "xxxx" ASC-in Baş İdarəsindən Azərbaycan Respublikası Hərbi prokurorluğuna ünvanlanmış xx.xx.2023-cü il tarixli 1175 nömrəli məktubdan müəyyən olunur ki, həmin bankdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində bölük komandiri vəzifəsində, kapitan hərbi rütbəsində xidmət etməsinə dair şübhəli sənədlər təqdim etməklə 15.000 (on beş min) manat məbləğində nağd istehlak krediti, 1.000 (min) manatlıq limiti olan “Bolkart” kredit kartı, eləcə də 200 (iki yüz) manatlıq limiti olan “Dostlar klubu” kredit kartı əldə etmişdir, i.v. 9-10 İş materiallarında olan baxış keçirilməsi haqqında 09 yanvar 2024-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə "xxxx" ASC-dən təqdim edilmiş Təqsirləndirilən şəxs 21 oktyabr 2022-ci il tarixdə, qeyd edilən ASC-nin “İnşaatçılar” filialından götürdüyü kredit dosyesində olan sənədlərə baxış keçirilərək göstərilən sənədlərin Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti, ZH №004237 nömrəli xidməti vəsiqənin surəti, ödəniş kartı üzrə çıxarışın əsli, ərizə-anketlər, imza nümunələri, məlumatlar vərəqi, telefon məlumatı partnyorluq sənədi, Azərbaycan kredit bürosunun hesabatı, banklara ödəniş edilməsi barədə olan arayışlar, kredit sazişləri və ödəniş cədvəlindən ibarət olması müəyyən edilmişdir. Həmin sənədlərdən görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs imza nümunələri götürülmüş, Təqsirləndirilən şəxs banka "xxxx" ASC-in 510307******6930 hesab nömrəli aylıq məvacib kartına xx.xx.2021 xx.xx.2022 tarixləri arasında mədaxil olan məbləğin çıxarışını təqdim etmiş, nəticədə onun orta aylıq məvacibinin 1688 manat olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs ərziə ilə müraciət edərək bankdan ona kredit ayrılmasını xahiş etmişdir. Bundan sonra illik 15,5 faiz olmaqla 15.000 manat məbləğində nağd istehlak krediti ayrılması barədə Təqsirləndirilən şəxslə, habelə ona zamin duran F.Q.Abdullayevlə CP/54637/88/35 nömrəli, habelə Təqsirləndirilən şəxs limiti 1.000 (min) manat olan “Bolkart” kredit kartı, həmçinin limiti 200 (iki yüz) manat olan “Dostlar klubu” kredit kartı verilməsi barədə müvafiq olaraq, AL/94928/87/35 nömrəli, eləcə də, DK/28044/88/35 nömrəli kredit sazişləri bağlanmış və sonuncu hər ay 523.66 (beş yüz iyirmi üç manat altımış altı qəpik) olmaqla, ümumilikdə 18857.40 (on səkkiz min səkkiz yüz əlli yeddi manat qırx qəpik) məbləğində pulu ən geci 36 ay müdddətində bankın hesabına köçürməyi, habelə kredit kartları üzrə yarana biləcək öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür. Bundan başqa, baxışı keçirilən ZH 004237 nömrəli xidməti vəsiqənin surətindən müəyyən olunur ki, həmin vəsiqə Dövlət Sərhəd Xidmətinə aiddir, xx.xx.1994-cü il tarixdə Daşkəsən rayonunda doğulmuş, Göygül rayonunun Hacı Məlik kəndində qeydiyyatda olan, rütbəsi kapitan, xidmət yeri N nömrəli hərbi hissə, vəzifəsi bölük komandiri olan Təqsirləndirilən şəxs adlı hərbi qulluqçuya DSX-in Kadrlar Baş İdarəsinin rəisinin imzası icra edilməklə, həmçinin müvafiq möhürlərlə təsdiq edilməklə, xx.xx.2022-ci il tarixdə dörd illik etibarlılıq müddətinə, yəni xx.xx.2026-cı il tarixədək verilmişdir. Cinayət işində olan məhkəmə-xətşünaslıq, sənədlərin texniki ekspertizalarının 27 oktyabr 2023-cü il tarixli 4/1687 ömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş fiziki şəxsin imza nümunələri vərəqəsinin orta hissəsində “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; “Ərizəçi” qrafasında olan imza; xx.xx.2022-ci il tarixli CP/94928/87/35 nömrəli kredit sazişinin birinci səhifəsinin aşağı sağ hissəsində “imza” qrafasında olan imza; “Müştəri qrafasındakı olan imza və aşağı hissəsində “P.Rüfət xx.xx.2022” yazıları; Təqsirləndirilən şəxs adından alınmış ərizənin aşağı sağ hissəsində olan imza; “Bolkart ailə” kredit kartının aşağı hissəsində “Şərtlər ilə tanış oldum” qrafasında olan imza; balansdankənar məxaric orderində olan “Aldı” qrafasında olan imza və aşağı hissədə “P.Rüfət xx.xx.2022” yazıları; ərizə-anket adlı şənədə olan imza; borcalana dair məlumat adlı sənədin yuxarı sağ tərəfində icra edilmiş imza; ödəniş cədvəli adlı sənədin yuxarı hissəsində icra edilmiş P.Rüfət xx.xx.2022” yazıları və “borc alan” qrafasında olan imza; “Dostlar klubu” kartının alınması üçün alınmış ərizə-anket adlı sənədin aşağı sağ hissəsində “Ərizəçi” qrafasında olan imza; DK/28044/88/35 nömrəli kredit sazişinin aşağı hissəsində olan imza və “P.Rüfət xx.xx.2022” yazıları; 21,10.2022-ci il tarixli İB- CP/54637/88/35 nömrəli kredit sazişinin aşağı sağ hissəsində “imza” qrafasında olan imza; xx.xx.2022-ci il tarixli 5017 nömrəli məcaric orderində “Aldı” qrafasında olan imza və aşağı hissəsində olan və “P.Rüfət xx.xx.2022” yazıları Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli 3-38-16/2- 12623/23 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adlı şəxsin DSX-də xidmət etməsi (işləməsi) barədə məlumat yoxdur. ZH 004237 nömrəli xidməti vəsiqə DSXin Xüsusi Hava Qüvvələri Komandanlığında xidmət edən mayor X5 X4 N nömrəli hərbi hissəsində kapitan hərbi rütbəsində xidmət edərkən təhkim edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N noyabr 2021 -ci il tarixli 90 nömrəli əmrindən edilmiş çıxarışdan müəyyən olunur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin müvafiq əmri ilə N nömrəli hərbi hissənin 2-ci toborunun 5-ci bölüyünün 2-ci tağımının 2-ci qrupunun kəşfiyyatçısı-qumbaraatan köməkçisi vəzifəsinə təyin edildiyinə görə N nömrəli hərbi hissədən gəlmiş hesab edilərək qeyd edilən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N noyabr 2022-ci il tarixli 342 nömrəli əmrindən edilmiş çıxarışdan müəyyən olunur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uygunsuzluğa görə” ehtiyata buraxıldığı üçün N noyabr 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyata alınması üçün SHXÇÜDX-in Göygöl rayon şöbəsinə göndərilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli arayışdan, eləcə də digər sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin 07 iyul 2023-cü il tarixli 1 (097)-181/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3 və 333.4-cü maddələri ilə təqsirli bilinib CM-in 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə həmin cəza 01 (bir) il sınaq müddəti təyin edilməklə şərti tətbiq edilmişdir. Füzuli Hərbi Məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2023-cü il tarixli 1-1(106)-36/2023 saylı Qərarı ilə Təqsirləndirilən şəxs barəsində həmin məhkəmə qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin qeyd edilən qərarı qanuni qüvvəsini almışdır və Təqsirləndirilən şəxs hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında cəza çəkir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin 07 iyul 2023-cü il tarixli 1 (097)-181/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3 və 333.4-cü maddələri ilə təqsirli bilinib CM-in 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək, barəsində CMin 70-ci maddəsi tətbiq edilməklə həmin cəza 01 (bir) il sınaq müddəti təyin edilməklə şərti tətbiq edilmişdir. Füzuli Hərbi Məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2023-cü il tarixli 1-1(106)-36/2023 saylı Qərarı ilə Təqsirləndirilən şəxs barəsində həmin məhkəmə qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin qeyd edilən qərarı qanuni qüvvəsini almışdır və Təqsirləndirilən şəxs hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında cəza çəkir. Göründüyü kimi, Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli Şirvan Apellyasiya Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli qərarı çıxarılmazdan (Füzuli Hərbi Məhkəməsinin 07 iyul 2023-cü il tarixli 1 (097)-181/2023 saylı hökmü qanuni qüvvəyə minməzdən) əvvəl törətmişdir. Ona görə də, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2023-cü il tarixli 1-1(106)-36/2023 saylı qərarı ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə toplanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair plenum qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 28 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinib, 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 28 noyabr 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxs aldığı gündən) 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №1-1(093)-68/2024
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-68/2024
07.03.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver