Məhkəmə qərarları › İş №1-1(093)-69/2023

Bakı Hərbi Məhkəməsi Qərar — İş №1-1(093)-69/2023

17.03.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(093)-69/2023 17.03.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, Quliyev Yusif Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə mayoru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, müdafiəçi- Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Cəlal oğlunun və təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1992-ci il tarixdə Xızı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı övladı olan, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində daimi qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin zabiti, baş leytenant- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Hacıyev X5 Nazirliyinin N nömrəli hərbi hissənin 3-cü aviasiya eskadrilyasının (Mi-17- 1V) aviasiya manqasının təyyarəçisi-şturman vəzifəsində, baş leytenant hərbi rütbəsində zabit kimi xidmətdə olan zaman xx.xx.N22-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi ərazisindəki hərbi şəhərcikdə yerləşən evində həyat yoldaşı X6 ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı sonuncunun saçından və qolundan tutaraq bir neçə dəfə zorla otaqdan çıxartmış, hər iki əllərini burmuş, daha sonra isə saçından qaldırıb yerə vurmaqla Zərərçəkmiş şəxs “sol əlin qansızması, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan hər iki əl barmaqlarının yumşaq toxumalarının əzilməsi” ilə nəticələnən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, N16-cı ildən bəri Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən 2 övladı vardır. Əvvəllər münasibətləri yaxşı olsa da, sonradan müəyyən səbəblərdən dolayı aralarındakı münasibətlər pisləşmiş və onlar boşanma həddinə çatmışdır. N22ci ilin aprel ayından boşanma ilə bağlı Xəzər Rayon Məhkəməsinə müracət etmişdir. 07 iyun N22-ci ildə məhkəmə prosesi keçirilmiş, prosesdən sonra Zərərçəkmiş şəxs mənim üstümə gələrək hansı haqla uşaqları məhkəməyə apardığımı soruşmuş və aramızda mübahisə yaranmışdır. Bu hadisədən 2 gün sonra, yəni 09 iyun N22-ci il tarixdə Zərərçəkmiş şəxs, anası və bacısı onun evinə gələrək heç bir məhkəmə qərarı olmadan uşaqlarını götürüb aparmaq istəmişdir. O, buna etiraz edərək onları evdən qovmuş və bu zaman aralarında mübahisə yaranmışdır. Bundan sonra Zərərçəkmiş şəxs evi tərk etmək istəmədiyinə görə zorla otaqdan çıxartmış, əsəblərini cilovlaya bilməyərək hər iki əllərini burmaqla Zərərçəkmiş şəxs “sol əlin qansızması, ağrı sindromu hərəkət məhdudluğu ilə müşayiət olunan hər iki əl barmaqlarının yumşaq toxumalarının əzilməsi” ilə nəticələnən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Tutduğu əməldən peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələb yoxdur. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ifadə verib göstərdi ki, N16-cı il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurduqdan sonra Bakı şəhərinə gəlmiş, sonuncu ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində kirayədə yaşamışdır. Təxminən NN-ci il də Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin Qala qəsəbəsində yerləşən hərbi şəhərciyində mənzil verildikdən sonra həmin ünvanda yaşamağa başlamışdır. Təqsirləndirilən şəxslə qurmuş olduğu ailə həyatından onun 2 övladı olmuşdur. Əvvəllər Təqsirləndirilən şəxslə münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pisləşdiyi üçün onlar boşanmaq qərarına gəlmişlər. xx.xx.N22-ci il tarixdə Təqsirləndirilən şəxs onun anası Şahid2 zəng edərək gəlib onu aparmalarını dediyi üçün, xx.xx.N22-ci il tarixdə anası Şahid2 və bacısı Şahid1 onu aparmaq üçün yaşadığı ünvana gəlmiş, daha sonra o, bacısı Şahid1 ilə birlikdə yataq otağına gedərək özünün və uşaqlarının paltarlarını yığan zaman, təxminən, saat 13 radələrində Təqsirləndirilən şəxs evə gəlmiş, niyə uşaqların paltarlarını yığdığını soruşduqda, o, uşaqları da özü ilə aparacağını bildirmişdir. Təqsirləndirilən şəxs ona uşaqları aparmayacağını bildirdikdə aralarında mübahisə yaranmış, daha sonra isə mübahisə davaya çevrilmişdir. Belə ki, Kamran əsəbiləşərək onun saçından və qolundan tutub sürüyərək otaqdan çıxartmışdır. O, yenidən otağa daxil olduqda isə, Təqsirləndirilən şəxs bu dəfə əsəbiləşərək onun saçından tutub sürüyərək və əllərini buraraq, ona fiziki ağrılar yetrirərək çölə çıxartmışdır. Nəticədə onun əlləri əzilmış və dırnağı qırılmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs, onu bacısını və anasını evdən çölə çıxartmışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəmiş, Təqsirləndirilən şəxslə barışmışlar və onu bağışlamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, tələbi və mülki iddiası yoxdur. Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 məhkəməyə ifadə verib göstərdi ki, 1996-cı ildən etibarən X8 cərrah və travmatoloq ixtisasları üzrə işləmişdir. Zərərçəkmiş şəxs ilə arasında şəxsi tanışlıq və qohumluq əlaqələri, düşmənçilik və s. münasibətlər olmamışdır. xx.xx.N22-ci il tarixdə o, Zərərçəkmiş şəxs travmatoloq kimi həkim baxışı keçirmişdir. O, Zərərçəkmiş şəxs əlində şişkinlik-ödem müəyyən etmişdir ki, həmin xəsarət 5-6 gün müddətində ağrı sindromu ilə müşayiət olunur və əzilmə, gərilmə və sıxılma nəticəsində əmələ gəlir. Buna görə də o, baxış zamanı Zərərçəkmiş şəxs şikayətləri və ağrı sindromuna əsaslanaraq “sağ və sol əl barmaqlarının əzilməsi, gərilmənin fəsadları ağrı sindromu ilə” diaqnozu təyin etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq olunmuş Şahid1, Şahid2 ittihama uyğun Zərərçəkmiş şəxs ifadəsinə oxşar ifadə verərək, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini təsdiq etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq olunmuş Şahid3 ittihama uyğun ifadə verərək, ekspert rəyində göstərilənləri və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “sol əlin qansızması, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan hər iki əl barmaqlarının yumşaq toxumalarının əzilməsi” ilə nəticələnən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirdiyini təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, eləcə də, ekspertizaların rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsinin xx.xx.N22-ci il tarixli 681 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – “sol əlin qansızması, ağrı sindromu və hərəkət məhdudluğu” ilə müşayiət olunan hər iki əl barmaqlarının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyaların) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən bir neçə saat əvvəl olmaqla, qərarda göstərilən xx.xx.N22-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin xx.xx.N23-cü il tarixli k/13-N23 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ilkin məhkəmə-tibbi ekspertiza zamanı onun bədəni üzərində olmuş xəsarətlər – “sol əlin V barmağının dırnaq sədəfinin qansızması, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan hər iki əl barmaqlarının yumşaq toxumalarının əzilməsi” küt mexanizmdən, yəni bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişlər, yetirilmə müddətləri xx.xx.N22-ci il tarixə uyğundur, qərarda və müayinə olunanın özü tərəfindən göstərilən şəraitdə yetirilməyə uyğundurlar, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədəni üzərində olmuş xəsarətlərin xarakterinə görə özü tərəfindən yetirilməsi və ehtiyatsızlıqdan əmələ gəlməsi az inandırıcıdır. Göstərilən şəraitdə Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərdən başqa digər xəsarətlərin əmələ gəlməsi inkar edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-X3 09 fevral N23-cü il tarixli 4/174 nömrəli xx.xx.N23-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.N22-ci il tarixli “üzləşdirmə protokolunun” 1-ci vərəqində “Təqsirləndirilən şəxs” yazılarının qarşısında icra olunmuş imza və həmin vərəqdə “Təqsirləndirilən şəxs” qrafasının aşağı hissəsində icra olunmuş imza, 2-ci vərəqinin aşağı sağ hissəsində icra olunmuş imza, 3-cü vərəqənin orta hissəsində “mənim qarşımda oturan şəxsə sualım və protokola əlavəm yoxdur” yazılarının aşağı hissəsində icra olunmuş imza -Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N yanvar N16-cı il tarixli 3 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 3-cü aviasiya eskadrilyasının (Mi-17-1V) 5-ci aviasiya manqasının təyyarəçisi-şturman vəzifəsinə təyin olunmaqla şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin N oktyabr N19-cu il tarixli 298 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, baş leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 3-cü aviasiya eskadrilyasının (Mi-17-1V) aviasiya manqasının təyyarəçisi-şturman vəzifəsinə təyin olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.N22-ci il tarixli 1721 nömrəli raportdan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs xx.xx.N22-ci il tarixdə saat 13:09 radələrində DİN-in 102 qaynar xətt Z/M-ə zəng edərək əri Kamran tərəfindən döyülməsi barədə məlumat vermişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığından Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs X4 və onun müdafiəçisi ərizə ilə məhkəməyə müraciət edərək, Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayəti olmadığından barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı çıxış edərək, X2 Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq, cinayət təqibindən imtina edərək, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəməyə təklif etmişdir. Məhkəmə, cinayət işinin materialları ilə cinayət prosesi iştirakçıları tərəfindən təqdim olunmuş ərizələri əlaqəli surətdə araşdırıb, tərəflərin hər birinin ayrı-ayrılıqda çıxışlarını dinləyərək hesab edir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tərəfindən barışdıqları və cinayət işinin icraatına xitam verilməsinə dair verilmiş ərizələri təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisinin məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış və Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs ziyan vurulmamış və aradan qaldırılası zərər yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə məhkəmə baxışı iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM-nin) 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir (CPM-nin 305-ci maddəsi). Azərbaycan Respublikası CPM-in 39.1 və 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. CPM-nin 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə, məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin bu Məcəllinin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə məhkəmə həmin Məcəllənin 43.1.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə, tərəfləri dinləyərək iş materiallarını nəzərdən keçirib, yuxarıda şərh olunanları nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqında iltizam» növündə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı məhkəmə xərci olan 124 (yüz iyirmi dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, Büdcə təsnifatı kodu: 142593, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı (X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. İş üzrə maddi sübut, maddi ziyan, mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CM-nin 73-cü, CPM-nin 39.1, 37.4, 40.3, 43.1, 321.2.1, 358, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinsin, CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı məhkəmə xərci olan 124 (yüz iyirmi dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, Büdcə təsnifatı kodu: 142593, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı (X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına köçürülsün. Qərardan N (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Aslan Kalbalıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar