Məhkəmə qərarları › İş №1-1(093)-69/2025

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-69/2025

03.04.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-69/2025 03.04.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X21 Arif oğlunun sədrliyi, Nağızadə Nanə Vüsal qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuror metodisti, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Atamalı oğlunun, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla Salyan rayonunun Qarabağlı kəndində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında həbsdə saxlanılan, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi, polkovnik Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 311.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təkrarən öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmiş, habelə təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə görə, eləcə də qanunsuz hərəkətlərə görə özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət istəmiş və almışdır. Belə ki, Qurbanov X2 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin rəisi vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, ali təhsilini başa vurmaqla 2021-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək Şuşa şəhər sakini, 28 avqust 1998-ci il təvəllüdlü Şahid7 müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun olmadığını, o cümlədən sağlam olmaqla hərbi xidmətə yararlı olduğunu bildiyi halda, ailə vəziyyəti ilə əlaqədar olaraq qanunsuz yolla hərbi xidmətdən yayınmaq qərarına gələrək, bu məqsədlə 2021-ci ilin iyun ayının sonlarında SHXÇDX-nin ünvan 3 ünvanında yerləşən Şuşa şəhər şöbəsinin inzibati binasında şöbənin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin müfəttişi Şahid2 yaxınlaşaraq, müddətli həqiqi hərbi xidmətə göndərilməsini istəmədiyini bildirib, hər hansı yolla onun hərbi xidmətdən yayındırılmasında köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra Şahid2 Şahid7 xahişini nəzərə alaraq elə həmin gün xidmət etdiyi şöbənin rəisi olan polkovnik-leytenant Təqsirləndirilən şəxs xidməti otağında ona müraciət edib çağırışçı Şahid7 hərbi xidmətdən yayınmaq arzusunda olduğunu bildirərək bununla bağlı sonuncuya hər hansı köməklik göstərilməsinin mümkün olub-olmadığını soruşduqda, polkovnik-leytenant Təqsirləndirilən şəxs yaranmış vəziyyətdən istifadə edib qanunsuz qazanc əldə etməklə varlanmaq qərarına gələrək, bu məqsədlə aralarındakı həmin söhbət zamanı Şahid2 çağırışçı Şahid7 hərbi xidmətə yararlı olmasına baxmayaraq, sonuncunun böyrəklərindəki ağrılardan şikayətinin olmasını nəzərə alaraq, şikayətinə uyğun olaraq xəstəliyin dərəcəsini artırmaqla hərbi xidmətə yararsız hesab edilib növbəti hərbi xidmətə çağırışdan 3 (üç) illik müddətə möhlət hüququ verilməklə onun hərbi xidmətdən yayındırıİmasını təşkil edə biləcəyini, lakin pul verilmədən bunun mümkün olmayacağını bildirib 4800 (dörd min səkkiz yüz) manat məbləğində pulun onun özünə veriləcəyi təqdirdə həmin pulun müqabilində Şahid7 sülh dövründə hərbi xidmətə yararsız hesab edilib hərbi xidmətə çağırışdan möhlət hüququ verilməklə müddətli həqiqi hərbi xidmətdən yayındırıİmasını təmin edə biləcəyini deyib, vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi neməti (pulu) rüşvət istəmişdir. Şahid7 bu təklifə razılığını bildirdikdən sonra, aralarındakı sövdələşməyə əsasən 2021-ci ilin iyun ayının sonlarında, günorta saatlarında SHXÇDX-nin ünvan 3 ünvanında yerləşən Şuşa şəhər şöbəsinə gələrək, şöbənin inzibati binasının xidməti otağında 4800 (dörd min səkkiz yüz ) manat məbləğində pulu Şahid2 təqdim etmiş, sonuncu da öz növbəsində həmin pulu elə həmin gün, günorta saatlarında polkovnik-leytenant Təqsirləndirilən şəxs xidməti otağında təklikdə ona təqdim etdikdə, polkovnik-leytenant Təqsirləndirilən şəxs həmin pulu qəbul edərək vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi neməti (pulu) rüşvət almış və aldığı rüşvətin müqabilində çağırışçı Şahid7 hər hansı xəstəliyi olmadığı halda, sonuncunun xəstəliyinin dərəcəsi ağırlaşdırıİmaqla sülh dövründə hərbi xidmətə yararsız hesab edilərək ona 3 (üç) illik müddətə növbəti hərbi çağırışdan möhlət hüququnun verilməsi üçün əsas verəcək müvafiq tibbi sənədin əldə edilməsi məqsədilə, ilk olaraq Şahid7 SHXÇDX-nin Şuşa şəhər şöbəsinin 29 iyun 2021-ci il tarixli, 2/199 №-li göndərişi ilə “Akademik M.Ə.Mİrqasımov adına Respublika Klinik Xəstəxanası" publik hüquqi şəxsinə təqdim olunmasını və orada sonuncunun adına, şəxsiyyətləri hazırda istintaqa məlum olmayan, bir qrup şəxs halında əlbir olub cinayət əlaqəsinə girdiyi vəzifəli şəxslərin köməkliyi ilə onda «sağ böyrəyin mikroliti 3 (üç) mm daşı, 8 (səkkiz) mm ifrazat funksiyası saxlanılıb. Burun çəpərinin əyriliyi» diaqnozlu xəstəliyin olmasına dair 29 iyun 2021-ci il tarixli, 5088 №-li «Sağlamlıq vəziyyətinin müayinə edilməsi»nə dair aktın verilməsini təşkil edib, daha sonra həmin akt əsasında sonuncunun SHXÇDX-nin Şuşa şəhər şöbəsinin çağırış komissiyasının 12 iyul 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 №-li qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nin 68c maddəsinə və «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»yə qoşma olan ƏTC-yə (Əlavə tədbirlər cədvəlinə) əsasən, həmin diaqnozla sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilib 3 (üç) illik müddətə növbəti hərbi xidmətə çağırışdan möhlət hüququ almasına və bu yolla hərbi xidmətdən yayındırılmasına nail olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, Şuşa rayonunun Xanalı kənd sakini Şahid8 18 yaşı tamam olmaqla 2022-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək övladı, xx xxx 2004-cü il təvəllüdlü Şahid9 səhhətində olan problemi nəzərə alaraq, ailəsində olan maddi sıxıntılar səbəbindən ailəsinə köməklik göstərməsi üçün onu qanunsuz yolla hərbi xidmətdən yayındırmaq qərarına gələrək, bu məqsədlə 2022-ci ilin may ayının sonlarında öz istifadəsində olan 055 *** ** ** mobil danışıq nömrəsindən daha əvvəldən aralarında tanışlıq münasibətlərinin olduğu qeyd edilən şöbənin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin sabiq müfəttişi Şahid2 istifadəsində olan 055 *** ** ** mobil danışıq nömrəsinə zəng edərək oğlu Şahid9 müddətli həqiqi hərbi xidmətə göndərilməsini istəmədiyini bildirib, hər hansı yolla onun hərbi xidmətdən yayındırılmasında köməklik göstərməsini xahiş etmişdir. Şahid2 da onun xahişini nəzərə alaraq, daha əvvəldən eyni bölmədə çalışdığı və tanışlıq münasibətlərinin olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin baş məsul icraçısı, baş çavuş Şahid12 istifadəsində olan 070 *** ** ** mobil danışıq nömrəsinə zəng edərək, çağırışçı Şahid9 hərbi xidmətə yararsız hesab edilməklə hərbi xidmətə çağırışdan möhlət hüququ verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Bundan sonra baş çavuş Şahid12 Şahid2 xahişini nəzərə alaraq elə həmin gün xidmət etdiyi şöbənin rəisi olan polkovnik-leytenant Təqsirləndirilən şəxs xidməti otağında ona müraciət edərək çağırışçı Şahid9 hərbi xidmətdən yayınmaq arzusunda olduğunu bildirib bununla bağlı sonuncuya hər hansı köməklik göstərilməsinin mümkün olub-olmaması barədə soruşduqda, polkovnik-leytenant Təqsirləndirilən şəxs yaranmış vəziyyətdən istifadə edib qanunsuz qazanc əldə etməklə varlanmaq qərarına gələrək, bu məqsədlə aralarındakı həmin söhbət zamanı baş çavuş Şahid12 çağırışçı Şahid9 boğazındakı ağrılardan şikayətinin olmasını nəzərə alaraq, onun şikayətinə uyğun olaraq xəstəliyin dərəcəsi nəzərə alınmaqla hərbi xidmətə yararsız hesab edilib növbəti hərbi xidmətə çağırışdan 3 (üç) illik müddətə möhlət hüququ verilməklə onun hərbi xidmətdən yayındırılmasını təşkil edə biləcəyini, lakin pul verilmədən bunun mümkün olmayacağını bildirib 4000 (dörd min) manat məbləğində pulun onun özünə veriləcəyi təqdirdə həmin pulun müqabilində çağırışçı Şahid9 sülh dövründə hərbi xidmətə yararsız hesab edilib hərbi xidmətə çağırışdan möhlət hüququ verilməklə müddətli həqiqi hərbi xidmətdən yayındırılmasını təmin edə biləcəyini deyərək, təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə görə özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi neməti (pulu) rüşvət istəmişdir. Şahid8 bu təklifə razılığını bildirdikdən sonra, aralarındakı sövdələşməyə əsasən 2022-ci ilin may ayının sonlarında, günorta saatlarında SHXÇDX-nin ünvan 3 ünvanında yerləşən Şuşa şəhər şöbəsinə gələrək, şöbənin inzibati binasının giriş qapısının yaxınlığında təklikdə 4000 (dörd min) manat məbləğində pulu baş çavuş Şahid12 təqdim etmiş, sonuncu da öz növbəsində həmin pulu elə həmin gün, günorta saatlarında polkovnik-leytenant Təqsirləndirilən şəxs xidməti otağında təklikdə ona təqdim etdikdə, polkovnik-leytenant Təqsirləndirilən şəxs həmin pulu qəbul edərək təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə görə özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi neməti (pulu) rüşvət almış və aldığı rüşvətin müqabilində çağırışçı Şahid9 xəstəliklə sülh dövründə hərbi xidmətə yararsız hesab edilərək ona 3 (üç) illik müddətə növbəti hərbi çağırışdan möhlət hüququnun verilməsi üçün əsas verəcək müvafiq tibbi sənədin əldə edilməsi məqsədilə, ilk olaraq Şahid9 SHXÇDX-nin Şuşa şəhər şöbəsinin 24 may 2022-ci il tarixli, 2/35 №-li göndərişi ilə “Akademik M.Ə.Mİrqasımov adına Respublika Klinik Xəstəxanası" publik hüquqi şəxsinə təqdim olunmasını və orada müayinə olunaraq həmin vaxt onda mövcud olmuş «Diffuz düyünlü ur, eutiroid vəziyyət» diaqnozlu xəstəliyin olmasına dair 25 may 2022-ci il tarixli, 4 №- li «Sağlamlıq vəziyyətinin müayinə edilməsi»nə dair aktın verilməsini təmin edib, daha sonra həmin akt əsasında sonuncunun SHXÇDX-nin Şuşa şəhər şöbəsinin çağırış komissiyasının 05 iyul 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008- ci il tarixli, 59 №-li qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nin 13c maddəsinə və «Hərbihəkim ekspertizası haqqında Əsasnamə»yə qoşma olan ƏTC-yə (Əlavə tədbirlər cədvəlinə) əsasən, həmin diaqnozla sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilib 3 (üç) illik müddətə növbəti hərbi xidmətə çağırışdan möhlət hüququ almasına və bu yolla hərbi xidmətdən yayındırılmasına nail olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs həmin vəzifədə, polkovnik hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, Şuşa rayonunun Turşsu kənd sakini Şahid10 18 yaşı tamam olmaqla 2023-cü ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək qohumu, xx xxx 2005-ci il təvəllüdlü Şahid11 müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun olmadığını, o cümlədən sonuncunun “ikitərəfli ikinci dərəcəli boylama yastıayaqlılıq” diaqnozlu xəstəliyi olmaqla hərbi xidmətə yararlı olduğunu bildiyi halda, ailəsində olan maddi sıxıntılar səbəbindən ailəsinə köməklik göstərməsi üçün onu qanunsuz yolla hərbi xidmətdən yayındırmaq qərarına gələrək, bu məqsədlə 2023-cü ilin may ayının ortalarında SHXÇDX-nin ünvan 3 ünvanında yerləşən Şuşa şəhər şöbəsinin inzibati binasında şöbənin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin baş məsul icraçısı, baş çavuş Şahid12 yaxınlaşaraq, qohumu Şahid11 müddətli həqiqi hərbi xidmətə göndərilməsini istəmədiyini bildirib, bunun üçün qanuni əsaslar olmadığı halda, hər hansı yolla onun hərbi xidmətdən yayındırılmasında köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra baş çavuş Şahid12 Şahid10 xahişini nəzərə alaraq elə həmin gün xidmət etdiyi şöbənin rəisi olan polkovnik Təqsirləndirilən şəxs xidməti otağında ona müraciət edərək çağırışçı Şahid11 hərbi xidmətdən yayınmaq arzusunda olduğunu bildirib bununla bağlı sonuncuya hər hansı köməklik göstərilməsinin mümkün olub-olmaması barədə soruşduqda, polkovnik Təqsirləndirilən şəxs yaranmış vəziyyətdən istifadə edib qanunsuz qazanc əldə etməklə varlanmaq qərarına gələrək, bu məqsədlə aralarındakı həmin söhbət zamanı baş çavuş Şahid12 çağırışçı Şahid11 hərbi xidmətə yararlı olmasına baxmayaraq, sonuncuda olan xəstəliyin dərəcəsini artırmaqla hərbi xidmətə yararsız hesab edilib növbəti hərbi xidmətə çağırışdan 3 (üç) illik müddətə möhlət hüququ verilməklə onun hərbi xidmətdən yayındırılmasını təşkil edə biləcəyini, lakin pul verilmədən bunun mümkün olmayacağını bildirib 4500 (dörd min beş yüz) manat məbləğində pulun onun özünə veriləcəyi təqdirdə həmin pulun müqabilində H.i.lbişzadənin sülh dövründə hərbi xidmətə yararsız hesab edilib hərbi xidmətə çağırışdan möhlət hüququ verilməklə müddətli həqiqi hərbi xidmətdən yayındırılmasını təmin edə biləcəyini deyərək, təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi neməti (pulu) rüşvət istəmişdir. Şahid10 bu təklifə razılığını bildirdikdən sonra, aralarındakı sövdələşməyə əsasən 2023cü ilin may ayının sonlarında, günorta saatlarında SHXÇDX-nin ünvan 3 ünvanında yerləşən Şuşa şəhər şöbəsinə gələrək, şöbənin inzibati binasının xidməti otağında təklikdə 4500 (dörd min beş yüz ) manat məbləğində pulu baş çavuş Şahid12 təqdim etmiş, sonuncu da öz növbəsində həmin pulu elə həmin gün, günorta saatlarında polkovnik Təqsirləndirilən şəxs xidməti otağında təklikdə ona təqdim etdikdə, poikovnik Təqsirləndirilən şəxs həmin pulu qəbul edərək təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi neməti (pulu) rüşvət almış və aldığı rüşvətin müqabilində çağırışçı H.İ.lbişzadənin “ikitərəfli ikinci dərəcəli boylama yastıayaqlılıq" xəstəliyi olduğu halda, sonuncunun xəstəliyinin dərəcəsi ağırlaşdırılmaqla sülh dövründə hərbi xidmətə yararsız hesab edilərək ona 3 (üç) illik müddətə növbəti hərbi çağırışdan möhlət hüququnun verilməsi üçün əsas verəcək müvafiq tibbi sənədin əldə edilməsi məqsədilə, ilk olaraq H.i.lbişzadənin SHXÇDX-nin Şuşa şəhər şöbəsinin 19 may 2023-cü il tarixli, 2/101 №-li göndərişi ilə “Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsinə təqdim olunmasını və orada sonuncunun adına, şəxsiyyətləri hazırda istintaqa məlum olmayan, bir qrup şəxs halında əlbir olub cinayət əlaqəsinə girdiyi vəzifəli şəxslərin köməkliyi ilə onda «soltərəfli İİİ dərəcəli, sağtərəfli İİ dərəcəli yastıpəncəlilik. Funksiyanın cüzi pozulması» diaqnozlu xəstəliyin olmasına dair 26 may 2023-cü il tarixli, 2892 №-li «Sağlamlıq vəziyyətinin müayinə edilməsi»nə dair aktın verilməsini təşkil edib, daha sonra həmin akt əsasında sonuncunun SHXÇDX-nin Şuşa şəhər şöbəsinin çağırış komissiyasının 11 iyul 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 №-li qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nin 68c maddəsinə və «Hərbi- həkim ekspertizası haqqında Əsasnamə»yə qoşma olan ƏTC-yə (Əlavə tədbirlər cədvəlinə) əsasən, həmin diaqnozla sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilib 3 (üç) illik müddətə növbəti hərbi xidmətə çağırışdan möhlət hüququ almasına və bu yolla hərbi xidmətdən yayındırılmasına nail olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, ortaq tanışları vasitəsilə tanış olduğu vətəndaş Zərərçəkmiş şəxs1 ilə 2023-cü ilin sentyabr ayının ortalarında, günorta saatlarında SHXÇDX-nin ünvan 3 ünvanında yerləşən Şuşa şəhər şöbəsində öz xidməti otağında görüşmüş və aralarındakı söhbət zamanı sonuncu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsində qeydiyyatda olan qohumu X4 ali təhsil müəssisələrinə qəbul imtahanında yenidən iştirak etmək məqsədilə ona hər hansı əsasla 1 (bir) il müddətinə müddətli həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi arzusunda olduğunu bildirib, ondan buna köməklik etməsini xahiş etdikdə, polkovnik Təqsirləndirilən şəxs SHXÇDX-nin Gədəbəy rayon şöbəsində qeydiyyatda olan hər hansı çağırışçıya möhlət hüququnun verilməsini təşkil etməyə heç bir səlahiyyətləri və real imkanları olmadığı halda, yaranmış əlverişli şəraitdən istifadə edərək aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə qanunsuz qazanc əldə etmək qərarına gəlib, Zərərçəkmiş şəxs1 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin rəisi vəzifəsində xidmət etməklə geniş əlaqələrə malik olduğunu, həmin xidmətin Gədəbəy rayon şöbəsində adlarını çəkmədiyi yüksək vəzifəli tanışlarının olduğunu bildirib, həmin yüksək vəzifəli tanışlarına özünün vasitəsi ilə pul verilməklə S.Zərərçəkmiş şəxs1 müddətli həqiqi hərbi xidmətdən 1 (bir) il müddətinə möhlət hüququ verilməsini təşkil edə biləcəyini deyib, bunun müqabilində 4000 (dörd min) manat məbləğində pul verilməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 bu təkliflə razılaşdıqdan sonra, elə həmin gün, günorta saatlarında SHXÇDX-nin Şuşa şəhər şöbəsinin inzibati binasının yaxınlığında yerləşən kafelərdən birində 4000 (dörd min) manat məbləğində pulu polkovnik Təqsirləndirilən şəxs verməsi üçün ortaq tanışları Şahid1 vermiş, sonuncu da öz növbəsində həmin gün, günorta saatlarında həmin pulu SHXÇDX-nin Şuşa şəhər şöbəsinin inzibati binasında, xidməti otaqda təklikdə polkovnik Təqsirləndirilən şəxs təqdim etmişdir. Polkovnik Təqsirləndirilən şəxs həmin pulu qəbul etdikdən sonra qısa müddət ərzində tanışları vasitəsi ilə S.Zərərçəkmiş şəxs1 müddətli həqiqi hərbi xidmətdən 1 (bir) il müddətinə möhlət hüququ almasını təşkil edəcəyinə dair yalan vəd verib, sonrakı müddət ərzində verdiyi vəd üzrə sonuncunun xeyrinə heç bir iş görməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə Zərərçəkmiş şəxs1 4000 (dörd min) manat məbləğində əmlakını (pulunu) ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, ortaq tanışları vasitəsilə tanış olduğu vətəndaş Zərərçəkmiş şəxs2 ilə 2023-cü ilin sentyabr ayının ortalarında, axşam saatlarında Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşən kafelərdən birində görüşmüş və aralarındakı söhbət zamanı sonuncu oğlu X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hərbi qulluqçu kimi xidmətə qəbul edilmək arzusunda olduğunu bildirib, ondan buna köməklik edə biləcək tanışının olub-olmadığını soruşduqda, S P.Qurbanov hər hansı şəxsin həmin xidmətə işə qəbul etdirilməsini təşkil etməyə heç bir səlahiyyətləri və real imkanları olmadığı halda, yaranmış əlverişli şəraitdən istifadə edərək aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakım ələ keçirməklə qanunsuz qazanc əldə etmək qərarına gəlib, Zərərçəkmiş şəxs2 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin rəisi vəzifəsində xidmət etməklə geniş əlaqələrə malik olduğunu, həmin xidmətin aparatında adlarını çəkmədiyi yüksək vəzifəli çoxsaylı tanışlarının olduğunu bildirib, həmin yüksək vəzifəli tanışlarına özünün vasitəsi ilə pul verilməklə Ş.H.Əmralızadənin SHXÇDX-nin struktur bölmələrindən birində hərbi qulluqçu kimi xidmətə qəbul etdirilməsini təşkil edə biləcəyini deyib, bunun müqabilində 13000 (on üç min) manat məbləğində pul verilməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 bu təkliflə razılaşdıqdan sonra 2023-cü ilin sentyabr ayının ortalarında, axşam saatlarında Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən kafelərdən birində polkovnik Təqsirləndirilən şəxsla görüşüb orada ona 13000 (on üç min) manat məbləğində pul təqdim etmiş və polkovnik Təqsirləndirilən şəxs həmin pulu qəbul edib qısa müddət ərzində tanışları vasitəsi ilə Ş.H.Əmralızadənin SHXÇDX- nin struktur bölmələrindən birində hərbi qulluqçu kimi xidmətə qəbul etdirilməsini təşkil edəcəyinə dair yalan vəd verib, sonrakı müddət ərzində verdiyi vəd üzrə sonuncunun xeyrinə heç bir iş görməyərək, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə Zərərçəkmiş şəxs2 13000 (on üç min) manat məbləğində xeyli miqdarda əmlakını (pulunu) ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, daha əvvəldən tanışlıq münasibətlərinin olduğu vətəndaş Zərərçəkmiş şəxs3 13 mart 2024-cü il tarixdə öz istifadəsində olan 055 *** ** ** mobil danışıq nömrəsindən onun istifadəsində olan 050 *** ** ** mobil danışıq nömrəsinə “whatsapp” mobil tətbiqi vasitəsilə zəng edərək X22in 18 yaşı tamam olmaqla, 2024-cü ilin aprel ayında müddətli həqiqi hərbi xidmət keçmək üçün çağırılacağı barədə məlumat verib sonuncunun müddətli həqiqi hərbi xidmətini Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının tabeliyində olan hərbi hissələrdən birində keçmək arzusunda olduğunu bildirərək, buna köməklik edə biləcək tanışının olub-olmadığını soruşduqda, polkovnik Təqsirləndirilən şəxs hər hansı çağırışçının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının tabeliyində olan hərbi hissələrdən birinə təyin etdirilməsini təşkil etməyə heç bir səlahiyyətləri və real imkanları olmadığı halda, yaranmış əlverişli şəraitdən istifadə edərək aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə qanunsuz qazanc əldə etmək qərarına gəlib, Zərərçəkmiş şəxs3 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin rəisi vəzifəsində xidmət etməklə geniş əlaqələrə malik olduğunu, həmin xidmətin aparatında adlarını çəkmədiyi yüksək vəzifəli çoxsaylı tanışlarının olduğunu bildirib, həmin yüksək vəzifəli tanışlarına özünün vasitəsi ilə pul verilməklə Y.Ş.X13 Nazirliyinin Daxili Qoşunlarının tabeliyində olan hərbi hissələrdən birinə təyin etdirilməsini təşkil edə biləcəyini deyib, bunun müqabilində 5000 (beş min) manat məbləğində pul verilməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs3 bu təkliflə razılaşdıqdan sonra polkovnik Təqsirləndirilən şəxs tələbi ilə həmin gün axşam saat 22:20-də Quba şəhəri, H Əliyev prospektində yerləşən “Xəzər” marketin içərisində olan ödəniş aparatı vasitəsilə sonuncunun tanışı Şahid4 atası Vaqif Məmmədovun adına olan “Kapital Bank" ASC-yə məxsus bank kartına 5000 (beş min) manat məbləğində pul göndərmiş, Şahid4 da öz növbəsində həmin gün axşam saatlarında həmin pulu bankomatdan nağdlaşdıraraq, Bakı şəhəri Nəsimi rayonu ərazisində polkovnik S P.Qurbanova təqdim etmişdir. Polkovnik Təqsirləndirilən şəxs pulu qəbul etdikdən sonra Ş T.Tağıyevə qısa müddət ərzində tanışları vasitəsi ilə Y.Zərərçəkmiş şəxs3 müddətli həqiqi hərbi xidmətini keçmək üçün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının tabeliyində olan hərbi hissələrdən birinə təyin etdirilməsini təşkil edəcəyinə dair yalan vəd verib, sonrakı müddət ərzində verdiyi vəd üzrə sonuncunun xeyrinə heç bir iş görməyərək, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə Zərərçəkmiş şəxs3 5000 (beş min) manat məbləğində pulunu (əmlakını) ələ keçirərək dələduzluq etmişdir. Bunlardan əlavə Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2024-cü ilin may ayının sonlarında, axşam saatlarında ortaq tanışları vasitəsilə tanış olduğu vətəndaş Zərərçəkmiş şəxs4 ilə Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşən kafelərdən birində görüşmüş və aralarındakı söhbət zamanı sonuncu oğlu Şahid5 Müdafiə Nazirliyinin Hərbi Polis idarəsində hərbi qulluqçu kimi xidmətə qəbul etdirilməsi arzusunda olduğunu bildirib, ondan buna köməklik edə biləcək tanışının olubolmadığını soruşduqda, polkovnik Təqsirləndirilən şəxs hər hansı şəxsin həmin xidmətə işə qəbul etdirilməsini təşkil etməyə heç bir səlahiyyətləri və real imkanları olmadığı halda, yaranmış əlverişli şəraitdən istifadə edərək aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə qanunsuz qazanc əldə etmək qərarına gəlib, Zərərçəkmiş şəxs4 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin rəisi vəzifəsində xidmət etməklə geniş əlaqələrə malik olduğunu, Müdafiə Nazirliyinin aparatında adlarını çəkmədiyi yüksək vəzifəli çoxsaylı tanışlarının olduğunu bildirib, həmin yüksək vəzifəli tanışlarına özünün vasitəsi ilə pul verilməklə Şahid5 Müdafiə Nazirliyinin Hərbi Polis idarəsində birində hərbi qulluqçu kimi xidmətə qəbul etdirilməsini təşkil edə biləcəyini deyib, bunun müqabilində 15000 (on beş min) manat məbləğində pul verilməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs4 bu təkliflə razılaşaraq, elə həmin görüş zamanı polkovnik Təqsirləndirilən şəxs 5000 (beş min) ABŞ dolları məbləğində pul təqdim etmiş və qalan məbləğin daha sonra verilməsinə razılaşmışlar. Bundan sonra aralarındakı razılaşmaya uyğun olaraq Zərərçəkmiş şəxs4 2024-cü ilin iyun ayının sonlarında, ( ayrıayrı vaxtlarda, hər birində 500 (beş yüz) manat olmaqla, ümumilikdə 1000 (bir min) manat məbləğində pulu Sumqayıt şəhəri ərazisində olan mağazalardan birində yerləşən ödəniş aparatı vasitəsilə polkovnik Təqsirləndirilən şəxs verməsi üçün ortaq tanışları Şahid6 adına olan "xxxx" ASC-yə məxsus 5239 1517 9885 3944 nömrəli bank kartına göndərmişdir. Şahid6 də öz növbəsində həmin pulları qəbul etdiyi günlərdə, axşam saatlarında bankomatdan tam olaraq nağdlaşdıraraq, Bakı şəhəri Nəsimi rayonu ərazisində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin 13 iyun 2024-cü il tarixli, 134ş/h nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ethiyata buraxılmış Təqsirləndirilən şəxs vermişdir. Daha sonra, aralarındakı razılaşmaya uyğun olaraq, Zərərçəkmiş şəxs4 2024-cü ilin avqust ayının sonlarında, axşam saatlarında Bakı şəhəri Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən "ASAN Xidmət” mərkəzinin yaxınlığında Təqsirləndirilən şəxsla təklikdə görüşərək, orada 4500 (dörd min beş yüz) manat məbləğində pulu sonuncuya vermiş və razılaşdıqları 15000 (on beş min) manat puldan qalan 1000 (bir min) manatını verməyə imkanı çatmadığını bildirib, ondan bu işi ümumilikdə 14000 (on dörd min) manata həll etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs onun bu təklifi ilə razılaşaraq, verdiyi 4500 (dörd min beş yüz) manat məbləğində pulu qəbul etmiş və qısa müddət ərzində Şahid5 Müdafiə Nazirliyinin Hərbi Polis idarəsində hərbi qulluqçu kimi xidmətə qəbul edilməsini təşkil edəcəyinə dair yalan vəd verib, sonrakı müddət ərzində verdiyi vəd üzrə sonuncunun xeyrinə heç bir iş görməyərək, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə Zərərçəkmiş şəxs4 14000 (on dörd min) manat məbləğində xeyli miqdarda pulunu (əmlakını) ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4 və 311.3.2-ci maddələri ilə ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ittihamın dələduzluq hissəsini qəbul edir, lakin rüşvət almadığı üçün ittihamın bu hissəsini əsassız hesab edir. Aldatmaqla bağlı qeyd edir ki, Zərərçəkmiş şəxs1 ortaq tanışları Şahid1 vasitəsilə tanımış, daha əvvəldən aralarında hər hansı tanışlıq münasibəti olmamışdır. Zərərçəkmiş şəxs1 qohumu X8 ali təhsil müəssisələrinə qəbul imtahanından az bal topladığı üçün ali təhsil müəssisəsinə qəbul edilmədiyindən, ona növbəti qəbul imtahanında iştirak etməsi bir il müddətinə hansısa bir əsasla hərbi xidmətdən möhlət hüququ alması üçün Zərərçəkmiş şəxs1 ondan xahiş etmişdir. O da bu işin müqabilində Zərərçəkmiş şəxs1 5000 manat pul istəmiş və aralarında razılaşmışlar. Bundan sonra Zərərçəkmiş şəxs1 5000 manat pulu ortaq tanışları Şahid1 vermiş, sonuncu da həmin pulu ona vermək istəyən zaman, o, 4000 manat pulu almış, qalan 1000 manatı isə sonradan götürəcəyini deyib, həmin pulu özündə saxlamasını istəmişdir. Lakin o, S.Zərərçəkmiş şəxs1 müddətli həqiqi hərbi xidmətdən möhlət hüququ almasına köməklik məqsədilə heç bir iş görməmiş və nəticədə sonuncu hərbi xidmətə göndərildiyi üçün Zərərçəkmiş şəxs1la aralarındakı razılaşma pozulmuşdur. Zərərçəkmiş şəxs1 verdiyi 4000 manat pulu ondan geri tələb etsə də, həmin vaxtı pulu geri qaytara bilməmiş və o, şikayət etmişdir. Hazırda Zərərçəkmiş şəxs1la barışmış və ona vurulmuş ziyanı tam qaytarmışdır. Zərərçəkmiş şəxs2 ilə ortaq tanışları Şahid3 vasitəsilə tanış olmuş, Zərərçəkmiş şəxs2 oğlu X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hərbi qulluqçu kimi xidmətə qəbul edilməsi ilə bağlı danışıqları olmuş və bu işin görülməsi müqabilində o, Zərərçəkmiş şəxs2 13000 manat pul istəmişdir. 2023-cü ilin sentyabr ayında onlar Şahid3 iştirakı ilə kafedə görüşən zaman Zərərçəkmiş şəxs2 13000 manat pulu ona vermiş, lakin sonradan o, Ş.H.Əmralızadənin Xidmətdə işə qəbul edilməsi ilə bağlı hər hansı iş görməmişdir. Bu səbəbdən də Zərərçəkmiş şəxs2lə aralarındakı razılaşma pozulmuş və sonuncu ondan verdiyi pulu geri tələb etmişdir. Bir müddət sonra o, aldığı 13000 manat pulu tam şəkildə Zərərçəkmiş şəxs2 geri qaytarmışdır. Zərərçəkmiş şəxs3 isə onun əsgər yoldaşı olmuşdur. Zərərçəkmiş şəxs3 2024-cü ilin mart ayında ona mobil telefon vasitəsilə zəng edərək oğlunun 18 yaşına çatmaqla, 2024-cü ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcəyi barədə məlumat vermiş və ondan oğlunun Daxili Qoşunların tabeliyində olan hərbi hissələrdən birinə təyin edilməsinə köməklik etməsini xahiş etmişdir. Həmin danışıq zamanı o, bu işin müqabilində 5000 manat pulun verilməsini istəmiş, aralarında razılıq əldə edildikdən sonra taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi tanıdığı Şahid4 055 *** ** ** mobil nömrəsini Zərərçəkmiş şəxs3 verib, həmin pulu Şahid4 kart hesabına göndərilməsini istəmişdir. Zərərçəkmiş şəxs3 də həmin gün axşam saatlarında 5000 manat pulu Şahid4 kart hesabına göndərdikdən sonra, sonuncu həmin pulu bankomatdan çıxarıb ona vermişdir. Lakin sonradan o, Zərərçəkmiş şəxs3 oğlunun Daxili Qoşunların hərbi hissələrindən birinə təyin edilməsini təşkil etmək üçün hər hansı iş görməmişdir. Nəticədə Zərərçəkmiş şəxs3 oğlu müddətli həqiqi hərbi xidmət keçmək üçün Dövlət Sərhəd Xidmətinin hərbi hissələrindən birinə təyin edilmiş, buna görə də aralarındakı razılaşma pozulmuş və Zərərçəkmiş şəxs3 verdiyi pulu geri tələb etmişdir. Bundan bir müddət sonra o, aldığı 5000 manat pulu tam şəkildə Zərərçəkmiş şəxs3 geri qaytarmışdır. Zərərçəkmiş şəxs4 qonşuluqdan tanıdığı diş həkimi Şahid6 vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs4 oğlu Şahid5 Müdafiə Nazirliyinin Hərbi Polis idarəsində işə qəbul edilməsi arzusunda olmuş və bu işdə köməklik edilməsi məqsədilə ona müraciət etmiş, o, da bu işin təşkil edilməsi müqabilində Zərərçəkmiş şəxs4 15000 manat pul istəmişdir. Zərərçəkmiş şəxs4 həmin pulu hissə-hissə verə biləcəyini demiş və aralarında bu barədə razılaşdıqdan sonra sonuncu 5000 ABŞ dolları, yəni 8500 manat pulu Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşən kafelərdən birində Şahid6 iştirakı ilə görüşən zaman ona vermişdir. Bundan bir müddət sonra onun tələbi ilə Zərərçəkmiş şəxs4 Şahid6 kartına 1000 manat pul göndərmiş, Şahid6 də həmin pulu kartdan məxaric edib, ona vermişdir. Sonuncu dəfə isə, dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs4 onunla təklikdə Bakı şəhəri Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən “ASAN Xidmət” mərkəzinin yaxınlığında görüşüb 4500 manat pulu ona vermiş, ondan bu işin ümumilikdə 14000 manata həll edilməsini xahiş etmiş, o da bu təkliflə razılaşmışdır. Lakin pulu aldıqdan sonra o, Şahid5 işə qəbul edilməsi ilə bağlı hər hansı bir iş görməmişdir. Buna görə də Zərərçəkmiş şəxs4la aralarındakı razılaşma pozulmuş və sonuncu verdiyi 14000 manat pulu hazırda geri qaytarmışdır. İttihamın rüşvət hissəsinə gəldirdə o, ittihamda adları göstərilən çağırışçılar Şahid7, Şahid9 və Şahid11 tanımır, onların hansı qaydada və hansı diaqnozla hərbi xidmətə yararsız hesab edilib möhlət hüququ aldıqlarını bilmir, həmçinin həmin şəxslərin hər hansı qohumu və ya yaxınını tanımır, adları qeyd edilən çağırışçılar və onların yaxınlarından birbaşa, eləcə də hər hansı işçisi vasitəsilə pul almamışdır. Dələduzluğa görə əməlində peşmandır, vurulmuş ziyan tam ödənilmiş və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirdi ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayında ortaq tanışları Şahid1 vasitəsilə tanışmışdır. X16 2023-cü ildə orta təhsilini başa vurduqdan sonra ali təhsil müəssisəsinə qəbul oluna bilmədiyi üçün hərbi xidmətə çağırışla bağlı SHXÇDX-nin Gədəbəy rayon şöbəsi tərəfindən çağırılmış və orada həkim komissiyasından keçdikdən sonra xidmətə yararlı hesab edilmişdir Lakin o, Sərkan Cəfərovun növbəti ildə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etməsi arzusunda olduğundan tanışı Şahid1 vasitəsi ilə Təqsirləndirilən şəxs müraciət edərək X16un hər hansı əsasla müddətli həqiqi hərbi xidmətdən bir il müddətinə möhlət hüququ almasına köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs bu işin müqabilində əvvəlcədən 6000 manat məbləğində pul istəmiş, sonradan onlar 5000 manat məbləğində pula öz aralarında razılaşmışlar. Daha sonra 2023-cü ilin sentyabr ayının ortalarında günorta saatlarında o, Bakı şəhərinin Nizami rayonu ərazisində, Şuşa hərbi komissarlığının yerləşdiyi binanın yaxınlığında Şahid1lə görüşmüş və onlar Təqsirləndirilən şəxs xidməti otağında sonuncunun qəbulunda olmuşlar. Görüş zamanı Təqsirləndirilən şəxs onun qohumu S.Zərərçəkmiş şəxs1 səhhəti barədə maraqlanmış və daha sonra onun müddətli həqiqi hərbi xidmətdən möhlət hüququ almasını Xidmətdə çalışan yüksək vəzifəli tanışlarının vasitəsilə təşkil edəcəyini demişdir. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra tezliklə Sərkan Cəfərovun müddətli həqiqi hərbi xidmətdən bir il müddətinə möhlət hüququ almasını təşkil edəcəyini bildirsə də, 2024-cü ilin yanvar ayında Sərkan Cəfərov hərbi xidmətə çağırılaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmətə qəbul edilmişdir. Bu səbəbdən də o, Təqsirləndirilən şəxs onu aldatdığını başa düşmüş və verdiyi pulu geri tələb etmişdir. Təqsirləndirilən şəxsla aralarındakı razılaşma pozulduqdan sonra Şahid1 onun verdiyi 5000 manat puldan 1000 manatının özündə olduğunu deyib, həmin pulu geri qaytarmışdır. Təqsirləndirilən şəxs isə onun tərəfindən şikayət edildəkdən sonra aldığı pulu ona tam geri qaytarmış və aralarında barışıq olmuşdur. Ona qarşı heç bir iddia və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs ortaq tanışları Şahid3 vasitəsilə 2023-cü ilin aprel-may aylarında oğlu Şəhriyar Əmralızadənin işə qəbul edilməsinə köməklik göstərilməsi məqsədilə tanımışdır. 2023-cü ilin aprel-may aylarında o, Şahid3 iştirakı ilə kafelərdən birində Təqsirləndirilən şəxsla görüşmüş və söhbət əsnasında o, oğlunun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xidmətə qəbul edilməsi arzusunda olduğunu bildirib, Təqsirləndirilən şəxs bu işdə ona köməklik etməsini xahiş etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs oğlunun təhisili və sənədləri ilə maraqlanıb bu işin alınmayacağını bildirmişdir. Lakin, 2023-cü ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxsortaq tanışları Şahid3 vasitəsilə ona oğlu Şəhriyar Əmralızadənin Xidmətdə işə qəbul edilməsini təşkil edə biləcəyi barədə məlumat verib, görüşməyi təklif etmiş və onlar 2023-cü ilin sentyabr ayının ortalarında, kafelərdən birində görüşmüşlər. Həmin görüş zamanı Təqsirləndirilən şəxs ona Xidmətin rəhbərliyində dəyişikliklər olduğunu və hansısa tanışlarının yüksək vəzifələrə təyinat aldıqlarını deyib, həmin şəxslərin vasitəsilə oğlu Şəhriyar Əmralızadənin işə qəbulunu təşkil edə biləcəyini bildirmiş və bunun müqabilində ondan əvvəlcə 14000 manat məbləğində pul istəmiş, sonradan onlar 13000 manat məbləğində pula razılığa gəlmişdirlər. 2023-cü ilin sentyabr ayının ortalarında o, kafelərdən birində Təqsirləndirilən şəxsla görüşüb, özü ilə götürdüyü 13000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra 2024-cü ilin yanvar ayına kimi X1 və Hərbi Ximdətə Çağırış üzrə Dövlət Xidmətində zabit kimi işə qəbul ediləcəyini demişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, Təqsirləndirilən şəxs Şəhriyar Əmralızadənin Xidmətdə işə qəbul edilməsini təşkil etmədiyi üçün aralarındakı razılaşma pozulmuş və o, verdiyi 13000 manat pulu geri tələb eləmişdir. Hazırda Təqsirləndirilən şəxs aldığı 13000 manat pulu ona tam geri qaytarmış və aralarında barışıq olmuşdur. Ona qarşı heç bir iddia və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, o, Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmət keçən zaman, yəni 2000-ci ildən tanıyır, onunla əsgər yoldaşı olmuşdur. Hərbi xidmətdən sonra əlaqələri olmasa da, təxminən 5-6 il əvvəl Qurbanov X2 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi vəzifəsində xidmət edən zaman alarındakı ünsiyyət yenidən bərpa olunmuşdur. X22 orta təhsilini başa vurduqdan sonra 2024-cü ilin aprel ayı çağırışı üzrə müddətli həqiqi hərbi xidmətə göndərilməli idi. O, X22in müddətli həqiqi hərbi xidmətini Daxili Qoşunların tabeliyində olan hərbi hissələrdən birində keçməsi arzusunda olduğundan, Təqsirləndirilən şəxs zəng edərək X14 Qoşunların tabeliyində olan hərbi hissələrdən birinə təyin edilməsinə köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs bu işə köməklik edə biləcəyini bildirib, bunun müqabilində ondan 5000 manat pul verilməsini istəmişdir. Aralarında razılıq əldə edildikdən sonra, Təqsirləndirilən şəxs həmin pul vəsaitini tanışı kimi təqdim etdiyi Vasif adlı şəxsin bank kartına göndərilməsini istəmiş və həmin şəxsin mobil danışıq nömrəsini ona təqdim etmişdir. O, həmin nömrəyə zəng edərək, Təqsirləndirilən şəxs çatdırılması üçün pul göndərmək istədiyini bildirmiş və Vasif adlı həmin şəxs “whatsapp” mobil tətbiqi vasitəsilə ona bank kartının şəklini göndərdikdən sonra, o, axşam saatlarında həmin karta 5000 manat pul göndərmişdir. Bundan bir neçə saat sonra Vasif adlı həmin şəxslə danışıb, pulu qəbul edib-etməməsi, həmçinin Təqsirləndirilən şəxs verib-verməməsi ilə maraqlandığı zaman, Vasif adlı şəxs pulu Təqsirləndirilən şəxs çatdırdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxsla da mobil telefon vasitəsilə danışan zaman sonuncu pulu qəbul etdiyini təsdiqləmiş, qısa müddət ərzində X14 Qoşunlarun tabeliyində olan hərbi hissələrdən birinə təyin edilməsini təşkil edəcəyini demişdir. Lakin 2024-cü ilin aprel ayında Yusif Tağıyev müddətli həqiqi hərbi xidmət keçmək üçün Dövlət Sərhəd Xidmətinin tabeliyində olan hərbi hissələrdən birinə göndərilmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs onu aldatdığını başa düşüb, verdiyi pulu geri tələb eləmişdir. Hazırda Təqsirləndirilən şəxs aldığı 5000 manat pulu ona tam geri qaytarmış və aralarında barışıq olmuşdur. Ona qarşı heç bir iddia və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 Atamalı oğlu ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ortaq tanışları Şahid6 vasitəsilə 2024-cü ilin may ayından tanımış, aralarındakı tanışlıq münasibətinin səbəbi oğlu Şahid5 Müdafiə Nazirliyinin Hərbi Polis idarəsində xidmətə qəbul edilməsinin təşkil edilməsi olmuşdur. 2024-cü ilin may ayının sonlarında, günorta saatlarında o, kafelərdən birində Təqsirləndirilən şəxsla görüşmüş və görüş zamanı oğlu Şahid5 Müdafiə Nazirliyinin Hərbi Polis idarəsində xidmətə qəbul edilməsinə köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs bu işi həlli üçün ondan 15000 manat pul istəmiş və aralarında həmin pulun hissə-hissə verilməsi barədə razılıq əldə olunduğundan, həmin gün o, 5000 ABŞ dolları məbləğində pul vəsaiti götürərək, həmin kafeyə qayıtmış və orada həmin pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu qəbul etdikdən sonra avqust ayının sonuna kimi Şahid5 işə qəbul edilməsini təşkil edəcəyini bildirmişdir. Bundan bir müddət sonra Şahid6 ona mobil telefon vasitəsilə zəng edərək Təqsirləndirilən şəxs razılaşdıqları puldan qalan məbləğdən 1000 manatının qısa vaxtda verilməsini istəmiş, bu səbəbdən də o, ayrı-ayrı vaxtlarda, hər dəfə 500 manat olmaqla, Şahid6 təqdim etdiyi kart hesabına ümumilikdə 1000 manat pul göndərmişdir. 2024-cü ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs özü ona mobil telefon vasitəsilə zəng edərək işin yekunlaşmaq üzrə olduğunu deyib, qalan 5500 manat pulun da veriləsini istəmişdir. Buna görə də o, 2024-cü ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxsla görüşərək, 4500 manat pulu sonuncuya vermiş və əlavə 1000 manat verməyə imkanının olmadığını bildirib oğlu Şahid5 ümumilikdə 14000 manat qarşılığında işə qəbul edilməsini təşkil etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs onun bu təklifi ilə razılaşaraq pulu qəbul etmiş və bir-iki gün ərzində Şahid5 işə qəbul olunması ilə bağlı əmr veriləcəyini demişdir. Lakin müddət keçməsinə baxmayaraq, Şahid5 işə qəbul edilməmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs onu aldatdığını başa düşüb, verdiyi pulu geri tələb eləmişdir. Hazırda Təqsirləndirilən şəxs aldığı pul ona tam geri qaytarmış və aralarında barışıq olmuşdur. Ona qarşı heç bir iddia və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Mais oğlu atası Zərərçəkmiş şəxs4 Atamalı oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, tanışı Zərərçəkmiş şəxs1 qohumu SHXÇDX-nin Gədəbəy rayon şöbəsində qeydiyyatda olan çağırışçı Sərkan Cəfərova müddətli həqiqi hərbi xidmətdən bir il müddətinə möhlət hüququ verilməsinin təşkil edilməsi müqabilində Təqsirləndirilən şəxs 5000 manat məbləğində pulun verilməsini istəmiş, 2023-cü ilin sentyabr ayının ortalarında Zərərçəkmiş şəxs1 bu məqsədlə verdiyi 5000 manat pulu alıb, elə həmin gün Təqsirləndirilən şəxs xidməti otağında sonuncuya təqdim etmişdir. Lakin həmin vaxt Təqsirləndirilən şəxs həmin puldan 4000 manatını istəmiş və qalan 1000 manatını isə sonradan ondan götürəcəyini bildirdiyi üçün özündə saxlamışdır. 2024-cü ilin yanvar ayında Sərkan Cəfərov müddətli həqiqi hərbi xidmətə göndərildiyi üçün Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs arasındakı razılaşma pozulmuş və həmin vaxt o özündə saxladığı 1000 manat pulu Zərərçəkmiş şəxs1 geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 bildirdi ki, Muradov X12 Qurbanovu onun vasitəsilə 2024-cü ilin may ayından bəri tanımış, aralarındakı tanışlıq münasibətinin səbəbi Zərərçəkmiş şəxs4 oğlu Şahid5 işə qəbul edilməsinin təşkil edilməsi olmuşdur. Aralarında hər hansı dostluq, qohumluq münasibəti, eləcə də düşmənçilik və ya ədavət olmamışdır. 2024-cü ilin may ayının sonlarında, günorta saatlarında kafelərdən birində Əli Mirzəliyev və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxsla görüşmüş və görüş zamanı oğlu Şahid5 işə qəbul edilməsinə köməklik göstərməsini xahiş etmişdir. Həmin görüş zamanı o, nahar etdiyi üçün Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs4 aralarında etdikləri söhbətə tam qulaq asmamışdır. Sonradan onun tanışı həmin kafeyə gəlmişdir və onlar birlikdə həmin ərazidən uzaqlaşmışdırlar. Həmin görüş zamanı edilən söhbətin əsas məzmunundan və aralarındaki razılaşmadan, eləcə də razılaşılan pulun miqdarından heç bir məlumatı olmamışdır. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs ondan Zərərçəkmiş şəxs4 zəng edərək 1000 manat məbləğində pul vəsaiti almasını istəmişdir. O da Zərərçəkmiş şəxs4 mobil telefon vasitəsilə zəng edərək Təqsirləndirilən şəxs razılaşdıqları puldan qalan məbləğdən 1000 manatının qısa vaxtda verilməsini istədiyini demiş, bu səbəbdən də Zərərçəkmiş şəxs4, 2024-cü ilin iyun ayının sonlarında, ayrı-ayrı vaxtlarda, hər dəfə 500 manat olmaqla, onun təqdim etdiyi kart hesabına ümumilikdə 1000 manat pul göndərmişdir. O isə həmin pulu Təqsirləndirilən şəxs təqdim etmişdir. Seymur .Qurbanova verilmiş pullarda hər hansı marağı olmamış, həmin pullardan Təqsirləndirilən şəxs ona pul təklif etməmiş və verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirdi ki, ali təhsil müəssisəsinə qəbul oluna bilmədiyi üçün 2022-ci ilin iyul ayı çağırışı üzrə müddətli həqiqi hərbi xidmətə göndərilmək üçün həmin ilin may ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsindən çağırılmışdır. Atası Şahid8 onun müddətli həqiqi hərbi xidmətdən möhlət verilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin Nemət adlı əməkdaşına 4000 manat pul vermişdir. Bundan sonra ona müddətli həqiqi hərbi xidmətdən 3 il müddətinə möhlət hüququ verilmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirdi ki, qohumu olan 2005-ci il təvəllüdlü Şahid11 2023-cü ilin iyul ayı çağırışı üzrə müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı həmin ilin may ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsi tərəfindən çağırılmış və Şahid10 onunla birlikdə şöbənin Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən inzibati binasına gedib, orada hərbi həkim komissiyasında müayinələrdən keçmişdir. Müayinələrdən sonra hərbi geyim formasında olan şöbənin Nemət adlı əməkdaşı ona yaxınlaşaraq Şahid11 pəncələrində yastılıq olduğunu bildirib, Şahid11 müddətli həqiqi hərbi xidmətdən möhlət hüququ almasına köməklik edə biləcəyini bildirmişdir. Bu zaman o, Nemət adlı şəxsdən ona bu işdə köməklik etməsini xahiş etmişdir. Nemət adlı şəxs ona qohumu Şahid11 möhlət hüququnun verilməsi üçün 5000 manat pul verilməli olduğunu demişdir. Həmin pulu toplamaq üçün bir müddət vaxt istəmiş, həmçinin maddi vəziyyətinin yaxşı olmadığını bildirərək, məbləği biraz aşağı salmasını xahiş etmişdir. Bundan sonra Nemət adlı şəxs 4500 manat pul müqabilində ona köməklik göstərə biləcəyini demişdir. O da bu təkliflə razılaşıb, həmin pulu verə biləcəyini bildirmişdir. Bundan bir müddət sonra, o, yenidən şöbəyə gedərək, orada xidməti otaqlardan birində özü ilə gətirdiyi 4500 manat pulu Nemət adlı şəxsə vermişdir. Bundan sonra qohumu H.l.İbişzadə müddətli həqiqi hərbi xidmətdən 3 il müddətinə möhlət hüququ almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində bildirmişdir ki, o, 2023-cü ilin iyul ayı çağırışı üzrə müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı həmin ilin may ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsi tərəfindən çağırılmış və əmisi Şahid10la birlikdə şöbənin Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən inzibati binasına gedib, orada hərbi həkim komissiyasında müayinələrdən keçmişdir. O, qalıb işləmək istədiyi üçün müddətli həqiqi hərbi xidmətdən möhlət hüququ almaq istəyirdi. Lakin əmisi Şahid10 Nemət adlı şəxslə söhbətindən və möhlət hüququnun əldə edilməsi üçün ona pul verilməsindən xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində bildirmişdir ki, Xidmətin Şuşa şəhər şöbəsində qeydiyyatda olan çağırışçı, 2004-cü il təvəllüdlü Şahid9 2022-ci ilin iyul ayı çağırışı üzrə müddətli həqiqi hərbi xidmət keçmək üçün şöbəyə çağırılmış və müvafiq qaydada hərbi həkim komissiyasında müayinələrdən keçmişdir. Daha əvvəllər onun xidmət etdiyi bölmədə müfəttiş vəzifəsində çalışmış Şahid2 ona mobil telefon vasitəsilə zəng edərək Nemət Kalbalıyevin atası ilə tanışlığının olduğunu bildirib, Nemət Kalbalıyevin müddətli həqiqi hərbi xidmətdən möhlət hüququ almasında onlara köməlik etməsini xahiş etmişdir. O, Şahid2 xahişini nəzərə alıb, bu barədə həmin vaxt şöbənin rəisi olmuş, polkovnik Təqsirləndirilən şəxs məlumat vermiş, Təqsirləndirilən şəxs da bu işin müqabilində təqribən 4000 manat pul istəmişdir. O da öz növbəsində polkovnik Təqsirləndirilən şəxs təklifi barədə Şahid2 məlumat vermişdir. Həmçinin Şahid8 onun vasitəsilə Təqsirləndirilən şəxs verdiyi 4000 manat pulda hər hansı marağı olmamışdır, ortaq tanışları olan Şahid2la keçmiş iş yoldaşı olduğundan ona köməklik etmək niyyətində olmuşdur. Xidmətin Şuşa şəhər şöbəsində qeydiyyatda olan çağırışçı, 2005-ci il təvəllüdlü Şahid11 2023-cü ilin iyul ayı çağırışı üzrə müddətli həqiqi hərbi xidmət keçmək üçün şöbəyə çağırılmışdır. Bu zaman Şahid11 qohumu Şahid10 ona yaxınlaşaraq, Şahid11 pəncələrində yastılıq olduğunu demiş və ondan Şahid11 müddətli həqiqi hərbi xidmətdə möhlət hüquqununun verilməsinə köməklik göstərməsini xahiş etmişdir. O, bu məsələ ilə bağlı səlahiyyətinin olmadığını, çağırışçıların müddətli həqiqi hərbi xidmətə göndərilməsi ilə bağlı yekun qərarın şöbə rəisinin səlahiyyətində olan məsələ olduğunu bildirmiş, lakin Şahid10 təkidlə ondan köməklik məqsədilə şöbə rəisinə müraciət etməsini xahiş etmişdir. O da Şahid10 xahişini nəzərə alaraq, həmin vaxt şöbənin rəisi olmuş, polkovnik Təqsirləndirilən şəxs müraciət etmiş, Təqsirləndirilən şəxs isə Şahid11 müddətli həqiqi hərbi xidmətdən möhlət hüququ verilməsini təmin edə biləcəyini demişdir. Şahid10 4500 manat pula imkanının çatacağını bildirmişdir. Şahid12 Təqsirləndirilən şəxs bu barədə məlumat vermiş, o, bu təkliflə razılaşdıqdan sonra 2023-cü ilin may ayının sonlarında Şahid10 yenidən şöbəyə gələrək, xidməti otaqlardan birində ona yaxınlaşmış və 4500 manat pulu ona təqdim etmişdir. O, pulu qəbul etdikdən sonra elə həmin gün tam şəkildə polkovnik Təqsirləndirilən şəxs təqdim etmişdir. Bundan sonra Şahid11 hansı qaydada müayinələrdən keçməsi, ona nə kimi diaqnoz qoyulması barədə heç bir məlumatı olmamışdır. Şahid12 qeyd etmişdir ki, Şahid10 onun vasitəsilə Təqsirləndirilən şəxs verdiyi 4500 manat pulda hər hansı marağı olmamış, Təqsirləndirilən şəxs ona pul vəd etməmiş və hər hansı məbləğdə pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, Təqsirləndirilən şəxsla qonşuluq münasibətləri olub. Təqsirləndirilən şəxsla kafelərdən birində oturarkən onun telefonuna tanımadığı bir nömrədən zəng gəlmişdi. Zəng edən şəxs Zərərçəkmiş şəxs3 özünü Təqsirləndirilən şəxs tanışı kimi təqdim edərək, Təqsirləndirilən şəxs çatdırılması üçün pul göndərmək istədiyini bildirmiş və ondan bank kartının şəklini göndərməsini xahiş etmişdir. Bunu Təqsirləndirilən şəxs bildirdikdə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 tanıdığını və pul vəsaitinin göndərilməsi üçün bank kartının şəklini Zərərçəkmiş şəxs3 göndərməsini ondan xahiş etmişdir. Zərərçəkmiş şəxs3 bank kartının şəklini göndərdikdən sonra, Zərərçəkmiş şəxs3 həmin karta 5000 manat pul göndərmişdir. Bundan bir neçə saat sonra Zərərçəkmiş şəxs3 onunla danışıb, pulu qəbul edib-etməməsi, həmçinin Təqsirləndirilən şəxs verib-verməməsi ilə maraqlandığı zaman, o, pulu Təqsirləndirilən şəxs çatdırdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirdir ki, ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırışla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsindən çağırılmış və 2021-ci ilin iyun ayında orada həkim komissiyasında müayinələrdən keçmişdir. Uşaq yaşlarından böyrəklərində problem olduğundan komissiyadan keçən zaman bu barədə məlumat vermişdir. Müayinələrdən keçdikdən sonra xidməti otaqlardan birində çağırışla bağlı sənədləşmə işini aparan Mübariz adlı əməkdaşa yaxınlaşıb ailə vəziyyəti barədə məlumat verərək, müddətli həqiqi hərbi xidmətdən möhlət hüququ almaq istədiyini demişdir. Mübariz adlı şəxsdən ona bu işdə köməklik etməsini və onun adından şöbə rəisinə müraciət etməsini xahiş etmişdir. Bundan bir neçə dəqiqə sonra Mübariz adlı şəxs ona şöbə rəisi ilə danışdığını, möhlət hüququnun verilməsinin mümkün ola biləcəyini deyib, bu işə görə 4800 manat pul verilməli olduğunu demişdir. O da bu təkliflə razılaşıb, bir neçə gün ərzində həmin pulu verə biləcəyini bildirmişdir. Bundan bir neçə gün sonra, 2021-ci ilin iyun ayının sonlarında, günorta saatlarında o, yenidən şöbəyə gedərək, orada xidməti otaqlardan birində özü ilə gətirdiyi 4800 manat pulu Mübariz adlı şəxsə vermişdir. Bundan sonra o, əlavə ixtisaslı müayinə üçün Respublika Klinik Xəstəxanasına göndərilmiş və nəticədə müddətli həqiqi hərbi xidmətdən 3 il müddətinə möhlət hüququ almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin müfəttişi vəzifəsində çalışan zaman çağırışçı Şahid7 2021-ci ilin iyun ayında hərbi həkim komissiyasından keçdikdən sonra ona yaxınlaşaraq hərbi xidmətdən möhlət hüququ almaq istəyini bildirmişdir. O, Şahid7 belə bir səlahiyyətinin olmadığını demiş, lakin sonuncu təkidlə ondan köməklik göstərməsi ilə bağlı şöbə rəisinə müraciət etməsini xahiş etmiş, o da bu xahişi nəzərə alıb, həmin vaxt şöbənin rəisi olmuş, polkovnik Təqsirləndirilən şəxs Şahid7 müddətli həqiqi hərbi xidmətdən möhlət hüququnun almaq istəyini bildirmiş, Təqsirləndirilən şəxs bu işin verilməsini müqabilində 4800 manat pul istəmiş, o da bu barədə Süleymana bildirdikdə sonuncu bu təkliflə razılaşmışdır. Bir neçə gün sonra, 2021-ci ilin iyun ayının sonlarında Şahid7 yenidən şöbəyə yaxınlaşaraq xidməti otaqlardan birində ona 4800 manat pulu təqdim etmiş, o da həmin pulu qəbul edib həmin gün günorta saatlarında Təqsirləndirilən şəxs xidməti otağına daxil olub, orada tam şəkildə ona vermişdir. Sonra Şahid7 hansı qaydada müayinələrdən keçməsi, ona nə kimi diaqnoz qoyulması barədə heç bir məlumatı olmamışdır. 2004-cü il təvəllüdlü çağırışçı Nemət Kalbalıyevin atası Şahid8lə daha əvvəldən tanışlıq münasibətləri olmuşdur. Şahid8 2022-ci ilin may ayında ona mobil telefon vasitəsilə zəng edərək oğlunun müddətli həqiqi hərbi xidmətdən hər hansı əsasla möhlət hüququ alması üçün ondan SHXÇDX-nin Şuşa şəhər şöbəsinin sabiq əməkdaşı kimi köməklik göstərməsini xahiş etmişdir. O, Şahid8 xahişini nəzərə alıb, daha əvvəldən tanıdığı SHXÇDX-nin Şuşa şəhər şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin baş məsul icraçısı, baş çavuş Şahid12 mobil telefon vasitəsilə zəng edərək tanışı Şahid8 oğlu Şahid9 müddətli həqiqi hərbi xidmətdən möhlət hüququ almasına köməklik etməsini xahiş etmişdir. Şahid12 onun xahişini nəzərə alaraq, həmin vaxt şöbənin rəisi olmuş Təqsirləndirilən şəxs müraciət etdikdən sonra nəticəsi barədə məlumat verəcəyini bildirmişdir. Bundan bir neçə dəqiqə sonra Şahid12 ona zəng edərək, Təqsirləndirilən şəxsla danışdığını, Şahid9 müddətli həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində 5000 manat pul verilməli olduğunu demişdir. Lakin o, Şahid12 həmin miqdarın, çox olduğunu, Şahid8 buna maddi imkanının çatmayacağını bildirmişdir. Şahid12 Təqsirləndirilən şəxsla danışacağını bildirmiş, sonradan danışaraq 4000 manata razılıq əldə etdiyini demişdir. O, bu təklif barədə Şahid8 bildirmiş və Şahid8 razılaşmışdır. Daha sonra 2022-ci ilin may ayının sonlarında Şahid8 4000 manat pulu düzəltdiyini bildirən zaman o, sonuncuya Xidmətin Şuşa şəhər şöbəsinə gedib orada həmin pulu Şahid12 verməsini təklif etmişdir. Təqsirləndirilən şəxs verilmiş pullarda hər hansı marağı olmamış, həmin pullardan sonuncu ona pul təklif etməmiş və verməmişdir. Prosess iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində dindirilmiş X6 və Şahid8 elan edilmiş ifadələrindən görünür ki, Şahid3 məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2, Şahid8 şahid qismində dindirilən Şahid9 ifadəsinə oxşar ifadə vermişlər. Məhkəmədə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Atamalı oğlu Təqsirləndirilən şəxs ilə barışdıqlarını, onlara vurulmuş ziyanın tam ödənildiyini öz ərizələri ilə təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarından görünür ki, 13 sentyabr 2024-cü il tarixdə iş üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası CM-in 311.3.2-ci maddəsi ilə cinayət təqibi başlanmışdır. 26 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 311.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində şübhəli şəxs qismində tutulmuş, 27 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3,178.2.4 və 311.3.2-ci maddələri ilə ittiham elan olunmuş və həmin tarixdə barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 3-43-94/2-1093/2024 nömrəli, 04 iyun 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Xidmət rəisinin 30 mart 2021-ci il tarixli. 035ş/h nömrəli əmri ilə Xidmətin Şuşa şəhər şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, Xidmət rəisinin 31 may 2024-cü il tarixli, 0273ş/h nömrəli əmri ilə Xidmət rəisinin sərəncamına götürülmüşdür. Xidmət rəsinin 13 iyun 2024-cü il tarixli, 134ş/h nömrəli əmri ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Şuşa şəhər İcra Hakimiyyəti başçısının 61 saylı, 22 iyun 2021-ci il tarixli, 46 saylı, 16 iyun 2022-ci il tarixli və 53 saylı, 14 iyun 2023-cü il tarixli sərəncamlarından edilmiş çıxarışlardan görünür ki, 2021-ci ilin, 2022-ci ilin və 2023-cü ilin iyul ayının 1-dən 30-dək vətəndaşların həqiqi hərbi xidmətə çağırışının keçirilməsi məqsədilə yaradılmış çağırış komissiyasının sədri həmin vaxt Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin rəisi vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxs olmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsi tərəfindən 3-43-58/2-665/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli müşayiət məktubu ilə təqdim edilmiş şəxsi işlərin surətindən görünür ki, SHXÇDX-nin Şuşa şəhər şöbəsinin çağırış komissiyasının 12 iyul 2021-ci il tarixli qərarı ilə 28 avqust 1998-ci il təvəllüdlü çağırışçı Şahid7, 05 iyul 2022-ci il tarixli qərarı ilə xx xxx 2004-cü il təvəllüdlü çağırışçı Şahid9, 11 iyul 2023-cü il tarixli qərarı ilə xx xxx 2005-ci il təvəllüdlü çağırışçı Şahid11 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 N°-li qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nin müvafiq maddələrinə və «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»yə qoşma olan ƏTC-yə (Əlavə tədbirlər cədvəlinə) əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş 29 iyun 2021-ci il tarixli, 5088 Ns-li «Sağlamlıq vəziyyətinin müayinə edilməsi» haqqında aktından görünür ki, çağırışçı Şahid7 «sağ böyrəyin mikroliti 3 (üç) mm daşı, 8 (səkkiz) mm ifrazat funksiyası saxlanılıb. Burun çəpərinin əyriliyi» diaqnozu qoyulmuşdur. Dövlət Sərhəd Xidməti tərəfindən 3-38-55/2-1450/24 nömrəli, 19 dekabr 2024-cü il tarixli müayiət məktubu ilə təqdim edilmiş 5759 nörməli arayışdan görünür ki, DSX-nin Mərkəzi Hərbi Həkim Komissiyasının 18 dekabr 2024-cü il tarixli qərarı ilə Şahid7 «sağlam» diaqnozu qoyularaq o, hərbi xidmətə yararlı hesab edilmişdir. Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 K/360 nömrəli, 20 dekabr 2024-cü il tarixli rəyindən görünür ki, Şahid7 DSX MHHK tərəfindən şəhadətləndirilən zaman ona qoyulmuş “sağlam" diaqnozu düzgün olmuşdur, Şahid7 hazırda hər hansı xəstəlik müəyyən edilmiş və o hərbi xidmətə yararlıdır. İş materiallarına əlavə edilmiş, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş 25 may 2022-ci il tarixli, 3400 №-li «Sağlamlıq vəziyyətinin müayinə edilməsi» haqqında aktından görünür ki, çağırışçı Şahid9 «Diffuz düyünlü ur, eutiroid vəziyyət» diaqnozu qoyulmuşdur. Dövlət Sərhəd Xidməti tərəfindən 3-38-55/2-1185/24 nömrəli, 18 oktyabr 2024-cü il tarixli müayiət məktubu ilə təqdim edilmiş 4419 nörməli arayışdan görünür ki, DSX-nin Mərkəzi Hərbi Həkim Komissiyasının 17 oktyabr 2024-cü il tarixli qərarı ilə Şahid9 «autoimmun tireoidit (Haşimoto), hipotireoid mərhələ. Medikamentoz kompensasiya vəziyyəti» diaqnozu qoyularaq o, dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 K/356 nömrəli, 18 dekabr 2024-cü il tarixli rəyindən görünür ki, Şahid9 06 mart 2019-cu il tarixdə ilkin hərbi qeydiyyata alınan zaman onda hər hansı xəstəlik aşkar edilməmiş, həqiqi hərbi xidmətə çağırışla bağlı müayinə olunarkən, 2022-ci ilin may ayında onda «Diffuz düyünlü ur, eutiroid vəziyyət» diaqnozlu xəstəlik olmuşdur və hazırda həmin xəstəlik onda «autoimmun tireoidit (Haşimoto), hipotireoid mərhələ. Medikamentoz kompensasiya vəziyyəti» diaqnozu formasında mövcud olmaqla, o, dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu’’ publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş 26 may 2023-cü il tarixli, 2892 №-li «Sağlamlıq vəziyyətinin müayinə edilməsi» haqqında aktından görünür ki, çağırışçı Şahid11 «soltərəfli İİİ dərəcəli, sağtərəfli İİ dərəcəli yastıpəncəlilik. Funksiyanın cüzi pozulması» diaqnozu qoyulmuşdur. Dövlət Sərhəd Xidməti tərəfindən 3-38-55/2-997/24 nömrəli, 16 sentyabr 2024-cü il tarixli müayiət məktubu ilə təqdim edilmiş 4415 nörməli arayışdan görünür ki, DSX-nin Mərkəzi Hərbi Həkim Komissiyasının 11 sentyabr 2024-cü il tarixli qərarı ilə Şahid11 «İkitərəfli ikinci dərəcəli boylama yastıayaqlılıq» diaqnozu qoyularaq o, hərbi xidmətə yararlı hesab edilmişdir. Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 K/355 nömrəli, 18 dekabr 2024-cü il tarixli rəyindən görünür ki, Şahid11 həqiqi hərbi xidmətə çağırışla bağlı müayinə olunarkən, 2023-cü ilin may ayında ona qoyulmuş «soltərəfli İİİ dərəcəli, sağtərəfli İİ dərəcəli yastıpəncəlilik. Funksiyanın cüzi pozulması» diaqnoz düzgün təyin edilməmişdir, bu xəstəliyin dərəcəsi və mərhələsi zaman keçdikdcə artır, və hal-hazırda onda «İkitərəfli ikinci dərəcəli boylama yastıayaqlılıq» diaqnozu formasında mövcud olmaqla, o, hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası DİN-in Baş Vahid məlumat axtarış sismetindən əldə edilmiş məlumat və Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin 15 aprel 2024-cü il tarixli görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə toplanmış material CM-in 73-1.1-ci maddəsinin tələblərinə uyğun olaraq, CPM-in 40.3-cü maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilmişdir. Nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 09 aprel 2008-ci il təvəllüdlü X9 və 16 iyun 2009-cu il təvəllüdlü X10 adlı iki yetkinlik yaşına çatmayan uşağı vardır. Çıxarışlardan və xəsiyyətnamənin görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubileyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubileyi”, “Qüsursuz xidmətə görə 3-cü dərəcəli”, “Qüsursuz xidmətə görə 2-ci dərəcəli”, “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022) yubileyi” və “Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli” medalları ilə təltif edilmişdir. Məhkəmə kollegiyası sübutları araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı rüşvət almadığına dair verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıyır, həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndiriliri, məhkəmədə dindirilmiş şahidlər ibtidai istintaq zamanı, həmçinin məhkəmə iclasında verdikləri ifadələrində vətəndaşların çağırışdan yayınmaq üçün tabeçilik qaydasında bilavasitə rəhbəri olan Təqsirləndirilən şəxs rüşvət verdiklərinə dair ifadələri, iş üzrə toplanılıb tədqiq edilmiş digər sübutlarla təsdiq olunduğundan, işin halları ilə uyğunluq təşkil etdiyindən həqiqəti əks etdirən ifadələr kimi qəbul olunur. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edib hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 311.3.2-ci maddələri ilə düzgün ittiham verildiyindən o, həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cinayət törədilən zaman himayəsində olan iki uşağın azyaşlı olduğunu (CM-nin 59.1.4), zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi (CM-nin 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini (CM-nin 59.1.13), “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubileyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubileyi”, “Qüsursuz xidmətə görə 3-cü dərəcəli”, “Qüsursuz xidmətə görə 2-ci dərəcəli”, “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012- 2022) yubileyi” və “Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli” medalları ilə təltif edilməsini (CM-nin 59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xaraktərli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xaraktərinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 311.3.2-ci maddəsi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tədbiq edilməklə həmin maddədə müəyyən edilmiş aşağı həddən də az azadlıqdan məhrum etmə cəza təyin edilməsini istəmişdir. Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə (mad.7.0.23, 84.6.), məhkəmə icraatı mərhələsində məhz dövlət ittihamçısı ictimai və ictimai-xüsusi ittihamı müdafiə edən şəxs olmaqla, məhkəmədə həmin növlərdə cinayət təqibinin həyata keçirilməsi funksiyasını yerinə yetirir. Yəni bu növ cinayətlər üzrə ittihamın məhkəmədə müdafiə edilməsi (cinayət təqibinin həyata keçirilməsi) müstəsna olaraq dövlət ittihamçısına aid edilmişdir. Göründüyü kimi, qanunvericiliyə uyğun olaraq, məhkəmədə ictimai ittiham qaydasında cinayət təqibini həyata keçirmək səlahiyyətinə malik olan yeganə proses iştirakçısı - dövlət ittihamçısıdır. Cinayət mühakimə icraatının təməl şərtləri, o cümlədən cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət prosesində tərəflərin çəkişməsi prinsipləri müasir cinayət mühakimə icraatında məhkəməni tərəfsiz arbitr rolunda görür və onun tərəfindən istər müdafiə, istərsə də ittiham funksiyalarının üzərinə götürülməsinə, o cümlədən cinayət təqibinin həyata keçirilməsi vəzifəsinə aid olan hərəkətlərin yerinə yetirilməsinə, qərarların qəbul edilməsinə yol vermir. İctimai ittiham qaydasında olan cinayətlər üzrə ittihamın məhkəmədə müdafiə edilməsinin müstəsna olaraq dövlət ittihamçısına aid edilməsi prinsipi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «Dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair» 15 fevral 2008-ci il tarixli qərarında da öz əksini tapmışdır (…məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə, ictimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısının əməlin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi təklif iməhkəmə tərəfindən dövlət ittihamçısının təklifindən irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul olunmasını istisna edir). Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilə bilər. Müstəsna hal Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu hesab edilə bilər. Məhkəmə kollegiyası dövlət ittihamçısının mövqeyini qanunun müddəalarına uyğun hesab edərək Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı- zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, vurulmuş ziyanın tam ödənilməsi ilə yanaşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubileyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubileyi”, “Qüsursuz xidmətə görə 3-cü dərəcəli”, “Qüsursuz xidmətə görə 2-ci dərəcəli”, “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022) yubileyi” və “Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli” medalları ilə təltif edilməsini müstəsna hal kimi qiymətləndirir və barəsində Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsi tətbiq edilməklə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 311.3.2-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü və 311.3.2-ci maddələri ilə təyin olunan cəza cinayətlərin məcmusu üzrə qismən toplanmalı və ona qəti cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edimiş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzasının çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət– Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli isə onun şübhəli şəxs kimi tutulduğu vaxtdan hesablanmalıdır. Məhkəmənin qərarı əsasında isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X11 həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat miqdarında müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün göstərdiyi 20 (iyirni) saat hüquqi yardıma görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X7 hər iş saatı 06 (altı) manat olmaqla 120 (yüz iyirmi) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 311.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə həmin Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 03 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalarını qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhər 5 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X23

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar