Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-7/2023 14.04.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, hakimlər Ramazanov Camal Cumar oğlu və Abbasov Rafiq Qaraxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Yusif Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, 27 avqust 1999-cu il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.2, 29, 177.2.3, 177.2.2, 177.2.3 və 177.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən anbar kimi istifadə olunan saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin külli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmiş, habelə təkrarən anbar kimi istifadə olunan saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamağa, yəni oğurluq etməyə cəhd etmişdir. Belə ki, Rzayev X2 Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah və təchizat taborunun maddi-texniki təminat bölüyünün avtomobil taqımının 1-ci avtomobil manqasının sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 2020-ci ilin dekabr ayının əvvəllərində anbar kimi istifadə olunan N nömrəli hərbi hissənin saxlanc yerinə, camaşırxanasına döyüş bölmələri üçün nəzərdə tutulmuş xüsusi geyim əşyalarının yığıldığını bilib, xüsusi geyim formalarına marağı olduğu, xidmət müddəti bitdiyi zaman həmin geyim formalarını geyinmək arzusunda olduğu üçün qeyd olunan geyim əşyalarını oğurlamaq qərarına gəlib uyğun zamanı gözləmiş, bundan sonra 31 dekabr 2020-ci il tarixdə saat 19:30 radələrində hərbi hissənin döyüş bölmələri üçün nəzərdə tutulmuş xüsusi geyim əşyalarının saxlanıldığı camaşırxana otağına qanunsuz daxil olaraq hərbi hissəyə məxsus ümumi dəyəri 3.210 (üç min iki yüz on) manat olan, bir dəst dəyəri 1200 (min iki yüz) manat olan dağ-meşə rəngli səhra kostyumu, bir ədəd dəyəri 1.030 (min otuz) manat olan isti səhra gödəkçəsi və bir ədəd dəyəri 980 (doqquz yüz səksən) manat olan isti səhra şalvarını gizli yolla talamaqla oğurluq etmişdir. Bundan sonra, o, həmin vəzifə və rütbədə hərbi xidmətdə olarkən, xidmət yoldaşlarına da həmin geyim formalarını hədiyyə etməklə onların yanında nüfuz qazanmaq qərarına gəlib 10 yanvar 2021-ci il tarixdə saat 18:00 radələrində eyni yolla bir neçə dəfə anbar kimi istifadə olunan həmin saxlanc yerinə, camaşırxana otağına daxil olub, vahid niyyətlə hərbi hissəyə məxsus, ümumi dəyəri N6.278 (əlli altı min iki yüz yetmiş səkkiz) manat olan, 18 dəst dəyəri 21.600 (iyirmi bir min altı yüz) manat olan dağ-meşə rəngli səhra kostyumu, 13 ədəd dəyəri 13.390 (on üç min üç yüz doxsan) manat olan isti səhra gödəkçəsi, 4 ədəd dəyəri 3.920 (üç min doqquz yüz iyirmi) manat olan isti səhra şalvarı, 2 ədəd dəyəri 1200 (min iki yüz) manat olan dağ-meşə rəngli kiteli, 12 cüt dəyəri N.064 (beş min altmış dörd) manat olan uzunboğaz çəkməni, 1N ədəd dəyəri 6.999 (altı min doqquz yüz doxsan doqquz) manat olan dağ-meşə rəngli səhra köynəyi, 12 ədəd dəyəri 300 (üç yüz) manat olan zeytun rəngli boyunluğu, 1 ədəd dəyəri 1N0 (yüz əlli) manat olan isti gödəkçəsi, 3 dəst dəyəri 420 (dörd yüz iyirmi) manat olan termal isti alt geyimi, 1 ədəd dəyəri 36 (otuz altı) manat olan maska papağı, 17 cüt dəyəri 2.46N (iki min dörd yüz altmış beş) manat olan atış üçün rahat olan əlcəyi, 9 cüt dəyəri 234 (iki yüz otuz dörd) manat olan yarıyun corabı və 10 ədəd dəyəri N00 (beş yüz) manat olan bordo rəngli bereti gizli yolla talayıb təkrarən oğurluq etməklə N nömrəli hərbi hissəyə külli miqdarda ziyan vurmuşdur. Daha sonra o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən 22 yanvar 2021-ci il tarixdə saat 23:30 radələrində eyni niyyətlə, təkrarən oğurluq məqsədilə anbar kimi istifadə olunan həmin saxlanc yerinə, camaşırxana otağına qanunsuz daxil olaraq orada saxlanılan hərbi hissəyə məxsus geyim əşyalarını oğurlamağa cəhd etmiş, lakin onun əməli əşya anbarı rəisi tərəfindən aşkar edildiyindən cinayətkar niyyətini başa çatdıra bilməyərək təkrarən anbar kimi istifadə olunan saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamağa, yəni oğurluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilib məhkəməyə ifadə verərək göstərdi ki, o, hərbi hissənin ərazisində işləyərkən mülki şəxslər hərbi hissəyə gələn əşya qutularını anbardan çamaşırxanaya yığan zaman onu həmin qutuların daşınmasına kömək etməyə çağırmışlar. Həmin qutuların içərisində döyüş bölmələri üçün nəzərdə tutulmuş xüsusi təyinatlı formaları olduğu bilmişdir. O bildirdi ki, həmin geyimlərə xüsusi marağı varmış və o geyimlərdən geyinmək həvəsi olmuşdur. Ordu sıralarından tərxis olunduqdan sonra həmin geyimləri geyinmək məqsədi olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 19:30 radələrində icazəsiz olaraq çamaşırxananın arxa pəncərəsi nasaz olduğundan onu açaraq içəri daxil olmuş, oradan İsveçrə istehsalı olan kamuflyaj rəngli bir dəst multicam səhra geyim forması və bir dəst İsveçrə istehsalı olan multicam isti qış geyimi oğurlamışdır. Təqsirləndirilən şəxs oğurladığı geyim formalarını bölüyün ərazisində olan təsərrüfat alət və ləvazimatların saxlanılması üçün nəzərdə tutulmuş kunqun içərisində gizlətmişdir. Daha sonra o, əsgər yoldaşları Əmrah Abdurəhmanov, Şahid12, Şahid13, Şahid8, Şahid10, Şahid9, Şahid1N, Şahid7, Şahid14 və Eşqin Gözəlzadəyə tərxis olunduqdan sonra geyinmək məqsədilə çamaşırxanadan xüsusi təyinatlı formaları oğurladığını bildirmişdir. Adları çəkilən əsgərlər həmin formalardan onlar üçün də gətirməsini ondan xahiş etmişlər. xx.xx.2021-ci il tarixdə saat 18:00 radələrində o, əvvəlcədən planlaşdırdığı kimi xidmət yoldaşları Əmrah Abdurəhmanov, Şahid8 və Şahid9la birlikdə çamaşırxanaya gedərək təkrar olaraq icazəsiz çamaşırxananın arxa pəncərəsindən içəri daxil olmuş 18 dəst dağ-meşə rəngli səhra kostyumu, 13 ədəd isti səhra gödəkçəsi, 4 ədəd isti səhra şalvarı, 2 ədəd dağ-meşə rəngli kiteli, 12 cüt uzunboğaz çəkmə, 1N ədəd dağ-meşə rəngli səhra köynəyi, 12 ədəd zeytun rəngli boyunluq, 1 ədəd isti gödəkçə, 3 dəst termal isti alt geyimi, 1 ədəd maska papağı, 17 cüt atış üçün rahat olan əlcək, 9 cüt yarıyun corab və 10 ədəd bordo rəngli beret götürərək arxa pəncərədən çıxmış və bölüyün ərazisində olan təsərrüfat alət və ləvazimatların saxlanılması üçün nəzərdə tutulmuş kunqun içərisində gizlətmişdir. Daha sonra həmin gün gecə bu geyimlərin bir qismini əsgər ŞahidN sürücüsü olduğu, tabor komandirinin xidməti maşını olan UAZ markalı avtomobillə nəzarət buraxılış məntəqəsindən çölə çıxarmış və aralarındakı razılığa əsasən geyim əşyaları N nömrəli hərbi hissənin mühəndis, döyüş əməliyyatları anbar rəisi vəzifəsində, baş gizir hərbi rütbəsində xidmət edən Şahid11 Vəli oğlu tərəfindən ŞahidN Bakı şəhərində yaşayan xalası oğlu Musayev Bəhruza çatdırılmışdır. Bundan başqa xx.xx.2021-ci il tarixdə saat yat komandasından sonra saat 23:30 radələrində yerdə qalan geyim əşyalarını anbara qaytarmaq üçün həmin çamaşırxana otağına qanunsuz daxil olmuş, lakin o, həmin vaxt içəridə kiminsə olduğunu hiss etdiyindən tutulmaqdan qorxduğu üçün əməlini başa çatdıra bilmədən çamaşırxananın pəncərəsindən geri çıxaraq qaçmış və hərbi hissənin ərazisində olan çənlərin altında gizlənmişdir. Təxminən 1N-20 dəqiqə sonra MAHHXHQ, çavuş Şahid1, MAHHXHQ, əsgər Şahid4 və MAHHXHQ, çavuş Şahid2 onun çənlərin altında uzanaraq gizləndiyini görüb onu tapmışlar. O, oğurluq məqsədilə çamaşırxanaya girdiyini etiraf etmiş və oğurladığı əşyaları saxladığı yeri onlara deyəcəyini bildirmişdir O, çamaşırxanadan oğurladığı hərbi hissəyə məxsus əmlakı tam həcmdə hərbi hissəyə geri təhvil verdiyini bildirmişdir. Əməlindən peşmandır.Məhkəmədən onu bağışlamasını xahiş edir. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə ifadə verib göstərdi ki, 14 fevral 2022-ci il tarixdən N nömrəli hərbi hissədə xidmət edir. Hərbi hissədə xidmətə başladıqdan sonra eşitmişdir ki, N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs 31 dekabr 2020-ci il tarixdə və 10 yanvar 2021-ci il tarixdə anbar kimi istifadə olunan saxlanc yerinə, yəni hərbi hissənin çamaşırxana otağına qanunsuz daxil olmaqla oradan ümumi dəyəri N9.488 (əlli doqquz min dörd yüz səksən səkkiz) manat olan döyüş bölmələri üçün nəzərdə tutulmuş xüsusi geyim əşyalarını gizlin talayaraq oğurlamış, 22 yanvar 2022-ci il tarixdə isə yenidən həmin anbar kimi istifadə olunan saxlanc yerinə, hərbi hissənin camaşırxana otağına qanunsuz daxil olaraq oğurluq etmək istəyən zaman hərbi hissənin anbar rəisi tərəfindən aşkar olunmuşdur. Təqsirləndirilən şəxs oğurluq cinayətini törətdikdən sonra anbardan götürmüş olduğu əmlakın qaytarılmasını təmin etmişdir. Hal–hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Hərbi hissəyə dəymiş ziyan tam həcmdə ödənilmişdir. Ona qarşı qaldırılmış mülki iddiadan imtina olunmuşdur. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Şahid1 məhkəməyə ifadə verərək göstərdi ki, 2020-ci ilin fevral ayında N nömrəli hərbi hissənin əşya anbar rəisi vəzifəsinin icra edilməsi ona həvalə edilmişdir. N nömrəli hərbi hissənin hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı bir düşmənçilik, qohumluq münasibətləri olmamışdır. 17 yanvar 2021-ci il tarixdə N nömrəli hərbi hissənin camaşırxanasında otağın pəncərəsinin açıq olması, pəncərədə ayaq izlərinin olması, kiminsə pəncərədən içəri daxil olması müəyyən edilmişdir. Həmin otağa baxan zaman, həqiqətən otağın pəncərəsinin açıq olmasını, pəncərədə ayaq izlərinin olmasını görmüşdür. Bundan sonra otaqda olan əşyaların oğurlana biləcəyini ehtimal etdiyindən bu barədə N nömrəli hərbi hissənin əşya xidmət rəisi, kapitan Şahid3 məruzə etmişdir. Şahid3la birlikdə anbarda saxlanılan əşyaların tamlığının pozulub-pozulmamasını, əşyalarda çatışmazlıq olub-olmamasını yoxlamaq üçün əşya xidməti üzrə əşyaların varlığını yoxlamışlar. Yoxlama zamanı N dəst dağ-meşə rəngli səhra kostyumu (Rial), 14 ədəd isti səhra gödəkçəsi (Rial), N ədəd isti səhra şalvarı (Rial), 2 ədəd dağ-meşə rəngli kitel (Rial), 12 cüt qışlıq uzunboğaz botinka (Rial), 1N ədəd dağ-meşə rəngli səhra köynəyi (Rial), 12 ədəd zeytun rəngli boyunluq, 1 ədəd isti gödəkçə (balonka), 3 dəst termal isti alt geyimi (Rial), 1 ədəd masqa papağı (Rial), 17 cüt atış üçün rahat olan əlcək (Rial), 9 cüt yarıyun corab (Rial) və 10 ədəd bordo rəngli beretin yerində olmadığı müəyyən edilmişdir. Bundan sonra kapitan Şahid3 tərəfindən hərbi hissə komandirinə hadisə barədə məruzə edilmiş və hərbi hissə komandirinin göstərişi ilə o və çavuş Şahid2 camaşırxanada gizlənərək növbəti günlərdə oğurluğa gələcək şəxsləri müəyyən etmək qərarına gəlmişlər. Bu məqsədlə, gecələr camaşırxanada gizlənərək oğurluğa gələcək şəxsi gözləməyə başlamışlar. xx.xx.2021-ci il tarixdən etibarən növbə aparmağa başlamış, xx.xx.2021-ci il tarixdə saat təxminən 23:30 radələrində çavuş Şahid2 ilə birlikdə camaşırxanada növbədə olan zaman çavuş Şahid2 içəridə istirahət edir, o isə, oyaq qalmışdır. Hər ikisi növbəli şəkildə oyaq qalırmışlar. Həmin vaxt camaşırxananın arxasında olan pəncərənin zor tətbiq edilərək açmağa çalışan bir nəfəri görmüş və onu tutmaq üçün içəri girməsini gözləmişdir. Həmin şəxs pəncərəni açaraq 4 nömrəli ütü otağına daxil olmuş və əlində olan yaşıl rəngli fanarla ətrafa işıq salmağa başlamışdır. İçəridə olan şəxs onun otaqda olduğunu hiss etmiş və otaqdan içəri daxil olduğu pəncərədən qaçaraq çölə çıxmışdır. Həmin vaxt Şahid2 məlumat vermiş və dərhal qaçan şəxsin arxasınca çıxmışdır. Həmin şəxsin qaçdığı istiqamətdə arxasınca qaçan zaman hərbi hissənin ərazisində olan yaşayış binasında yaşayan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid4 görmüş və ondan qaçan oğrunu tutmaq üçün kömək etməsini istəmişdir. Həmin şəxsin arxasınca gedən zaman onun ərazidə olan kunqların arasına girərək gizləndiyini görmüşdür. Şahid4 ilə kunqların yanında olan zaman çavuş Şahid2 da, oraya gəlmişdir. Kunqların yanında olan boş çənlərin altında bir nəfər şəxsin uzanaraq gizləndiyini görmüş və onu oradan çıxartmışlar. Həmin şəxsin N nömrəli hərbi hissənin hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs olduğunu müəyyənləşdirdikdən sonra əsgər Təqsirləndirilən şəxs onlara camaşırxanaya oğurluq məqsədi ilə girdiyini və əvvəlki tarixlərdə də oraya girərək orada saxlanılan əmlakları oğurladığını etiraf etmiş, oğurlayaraq əldə etdiyi əmlakları kunqların altında gizlətdiyini onlara demişdir. Onlar əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin qərargahına gətirərək hərbi hissə növbətçisinə təqdim etmişlər. xx.xx.2021-ci il tarixdə əşya xidməti rəisi, kapitan Şahid3 onu əsgər Təqsirləndirilən şəxs xidmət etdiyi maddi texniki təminat bölüyünə çağıraraq sonuncunun oğurladığı əşya-əmlakı təhvil götürməsini demişdir. Həmin vaxt o, 12 dəst dağmeşə rəngli səhra kostyumu (Rial), 10 ədəd isti səhra gödəkçəsi (Rial), N ədəd isti səhra şalvarı (Rial), 8 cüt qışlıq uzunboğaz botinka (Rial), 1N ədəd dağ-meşə rəngli səhra köynəyi (Rial), 12 ədəd zeytun rəngli boyunluq, 1 ədəd isti gödəkçə (balonka), 3 dəst termal isti alt geyimi (Rial), 1 ədəd masqa papağı (Rial), 17 cüt atış üçün rahat olan əlcək (Rial), 9 cüt yarıyun corab (Rial) və 10 ədəd bordo rəngli bereti təhvil almışdır. Lakin oğurlanmış əşyalardan 7 dəst dağ-meşə rəngli səhra kostyumu (Rial), 4 ədəd isti səhra gödəkçəsi (Rial), 2 ədəd dağ-meşə rəngli kitel (Rial), 4 cüt qışlıq uzunboğaz botinka (Rial) Təqsirləndirilən şəxs tərəfindən təqdim edilməmişdir. O, əsgər Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş həmin əşyaları qəbul etmiş və hərbi hissənin əşya anbarına gətirmişdir. Lakin digər əşyaların harada olması barədə məlumat ala bilməmişdir. 2020-ci ilin sentyabr ayında başlamış döyüş əməliyyatlarından sonra hərbi hissənin anbarına çox sayda əşya gəldiyi üçün həmin əşyaları məcburiyyət qarşısında qalıb hamam-camaşırxana kombinatında saxlamışlar. Həmin gündən sonra camaşırxananın bir hissəsi anbar kimi istifadə olunmuşdur. Əsgər Təqsirləndirilən şəxs həmin otağa binanın arxasında olan plastik pəncərədən daxil olmuş, həmin pəncərə saz vəziyyətdə olmuş, lakin Təqsirləndirilən şəxs hansısa əşyadan istifadə etməklə pəncərəni açmışdır. Təqsirləndirilən şəxs pəncərəni hansısa alət vasitəsilə açan zaman pəncərəyə hər hansı bir ziyan yetirməmişdir. Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış döyüş bölmələri üçün nəzərdə tutulmuş bütün geyim əşyaları təzə olmuş və heç biri istifadə olunmamışdır. Əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin əsgəri olmuş və ümumiyyətlə N nömrəli hərbi hissənin ərazisinə daxil olması qadağan olmuşdur. Həmçinin həmin otaq əşya anbarı kimi istifadə olunduğu üçün kənar şəxslərin oraya daxil olması qadağan olunmuşdur. Təqsirləndirilən şəxs 22 yanvar 2021-ci il tarixdə oğurluğa cəhd edən zaman onun yanında, habelə ərazidə heç kim olmamış, ümumiyyətlə yat komandasından sonra əsgərlərin ərazidə olması qadağan olunmuşdur. Şahid2 məhkəməyə ifadə verərək göstərdi ki, 2021-ci ilin yanvar ayının sonlarında hərbi hissənin hamam-camaşırxana kombinatında olan, anbar kimi istifadə olunan otaqdan oğurluq hadisəsi baş verməsi və bir neçə hərbi əmlakın oğurlanması müəyyən edilmişdir. Hərbi hissənin əşya anbarında yer olmadığı üçün hamam-camaşırxana kombinatında olan bir otaq müvəqqəti anbar kimi istifadə olunmuşdur. Hərbi hissənin anbar rəisi vəzifəsini müvəqqəti olaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şahid1 icra etmişdir. Hərbi hissədən edilmiş oğurluq hadisəsi barədə hərbi hissə komandirinə məruzə edildikdən sonra hərbi hissə komandirinin göstərişinə əsasən o və çavuş Şahid1 həmin otaqda olmalı, oğurluq hadisəsi törətmiş şəxs və ya şəxslərin yenidən həmin binaya daxil olmasını gözləməli və onları ələ keçirməli olmuşlar. Bu məqsədlə gecələr camaşırxanada gizlənərək oğurluğa gələcək şəxsi gözləməyə başlamışlar. xx.xx.2021-ci il tarixdən etibarən növbə aparmağa başlamış, xx.xx.2021-ci il tarixdə saat təxminən 23:30 radələrində istirahət edən zaman çavuş Şahid1 ayıq növbə olmuşdur. Həmin vaxt Şahid1 səsinə ayılmış və Şahid1 qaçaraq otaqdan çıxmasını görmüşdür. Bundan sonra Şahid1 arxasınca qaçmış, Şahid1 ərazidə olan kunqların arasına getdiyini görmüş və o da həmin yerə gəlmişdir. Həmin vaxt orada müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid4 də olmuşdur. Hər üçü camaşırxana otağından qaçan şəxsi axtararkən kunqların yanında olan boş çənlərin altında bir nəfər şəxsin uzanaraq gizləndiyini görmüş və onu oradan çıxartmışlar. Həmin şəxsin N nömrəli hərbi hissənin hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs olduğunu müəyyənləşdirdikdən sonra sonuncu onlara camaşırxanaya oğurluq məqsədi ilə girdiyini və əvvəlki tarixlərdə də həmin yerə girərək orada saxlanılan əmlakları oğurladığını etiraf etmişdir. Daha sonra isə oğurlayaraq əldə etdiyi əmlakları kunqların altında gizlətdiyini onlara bildirdikdən sonra əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin qərargahına gətirərək hərbi hissə növbətçisinə təqdim etmişlər. Bundan sonra əsgər Təqsirləndirilən şəxs hərbi hissənin əşya anbarı kimi istifadə olunan otaqdan oğurladığı əşyaların əksər hissəsini gizlətdiyi yerdən götürərək təhvil vermişdir. 2020-ci ilin sentyabr ayında başlamış döyüş əməliyyatlarından sonra hərbi hissənin anbarına çox sayda əşya gəldiyi üçün həmin əşyaları məcburiyyət qarşısında qalıb hamam-camaşırxana kombinatında saxlamışlar. Həmin gündən sonra camaşırxananın bir hissəsi anbar kimi istifadə olunmuşdur. Əsgər Təqsirləndirilən şəxs həmin otağa binanın arxasında olan plastik pəncərədən daxil olmuş, həmin pəncərə saz vəziyyətdə olmuş, lakin Təqsirləndirilən şəxs hansısa əşyadan istifadə etməklə pəncərəni açmışdır. Təqsirləndirilən şəxs pəncərəni hansısa alət vasitəsilə açan zaman pəncərəyə hər hansı bir ziyan yetirməmişdir. Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış döyüş bölmələri üçün nəzərdə tutulmuş bütün geyim əşyaları təzə olmuş və heç biri istifadə olunmamışdır. Əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin əsgəri olmuş və ümumiyyətlə N nömrəli hərbi hissənin ərazisinə daxil olması qadağan olunmuşdur. Həmçinin həmin otaq əşya anbarı kimi istifadə olunduğu üçün kənar şəxslərin oraya daxil olması qadağan olmuşdur. Təqsirləndirilən şəxs 22 yanvar 2021-ci il tarixdə oğurluğa cəhd edən zaman onun yanında, habelə ərazidə heç kim olmamış, ümumiyyətlə yat komandasından sonra əsgərlərin ərazidə olması qadağan olunmuşdur. Şahid3 məhkəməyə ifadə verərək göstərdi ki, NN-ci ilin mart ayından Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət edir. Hazırda da həmin hərbi hissənin madditexniki təminat bölməsinin əşya xidmət rəisi vəzifəsində, kapitan hərbi rütbəsində xidmətini davam etdirir. N nömrəli hərbi hissənin hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı bir düşmənçilik, qohumluq münasibətləri olmamışdır. 2020-ci ilin fevral ayında N nömrəli hərbi hissənin əşya anbar rəisi vəzifəsinin icra edilməsi N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şahid1 həvalə edilmişdir. 17 yanvar 2021-ci il tarixdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şahid1 ona yaxınlaşaraq N nömrəli hərbi hissənin camaşırxanasında yuyunma sahəsindəki anbar kimi istifadə olunan otağın pəncərəsinin açıq olmasını, pəncərədə ayaq izlərinin olmasını, kiminsə pəncərədən içəri daxil olmasını bildirmişdir. Şahid1 dərhal onunla birlikdə anbarda saxlanılan əşyaların tamlığının pozulub-pozulmamasını, əşyalarda çatışmazlıq olub-olmamasını yoxlamaq üçün əşya xidməti üzrə əşyaların varlığını yoxlamışlar. Hərbi hissənin əşya anbarında yer olmadığı üçün bəzi hərbi əmlakları hamam-camaşırxana kombinatında olan, anbar kimi istifadə olunan otaqda saxlanılmışdır. Yoxlama zamanı N dəst dağ-meşə rəngli səhra kostyumu (Rial), 14 ədəd isti səhra gödəkçəsi (Rial), N ədəd isti səhra şalvarı (Rial), 2 ədəd dağ-meşə rəngli kitel (Rial), 12 cüt qışlıq uzunboğaz botinka (Rial), 1N ədəd dağ-meşə rəngli səhra köynəyi (Rial), 12 ədəd zeytun rəngli boyunluq, 1 ədəd isti gödəkçə (balonka), 3 dəst termal isti alt geyimi (Rial), 1 ədəd masqa papağı (Rial), 17 cüt atış üçün rahat olan əlcək (Rial), 9 cüt yarıyun corab (Rial) və 10 ədəd bordo rəngli beretin yerində olmadığı müəyyən edilmişdir. Bundan sonra onun tərəfindən hərbi hissə komandirinə baş vermiş hadisə ilə bağlı məruzə edilmişdir. Hərbi hissə komandirinin göstərişi ilə çavuş Şahid1 və çavuş Şahid2 çamaşırxanada gizlənərək növbəti günlərdə oğurluğa gələcək şəxsləri müəyyən etmək göstərişi verilmişdir. Bu məqsədlə, Şahid1 və Şahid2 gecələr camaşırxanada gizlənərək oğurluğa gələcək şəxsi gözləməyə başlamışlar. 20 yanvar 2021-ci il tarixdən etibarən növbə aparılmağa başlanılmışdır. 22 yanvar 2021-ci il tarixdə axşam saatlarında ona məlumat verilərək əşya anbarı kimi istifadə olunan hamam-camaşırxana kombinatına daxil olan şəxsin tutulduğu bildirilmişdir. Növbəti gün, yəni 23 yanvar 2021-ci il tarixdə xidmət yerinə gələn zaman Şahid1 ona 22 yanvar 2021-ci il tarixdə saat təxminən 23:30 radələrində camaşırxanada növbə aparan zaman camaşırxananın arxasında olan pəncərənin zor tətbiq edilərək açmağa çalışan bir nəfəri gördüyünü və onu tutmaq üçün içəri girməsini gözlədiyini, həmin şəxsin pəncərəni açaraq 4 nömrəli ütü otağına daxil olduğunu və əlində olan yaşıl rəngli fanarla ətrafa işıq salmağa başladığını, içəri qaranlıq olduğundan həmin şəxsin üzünü görə bilmədiyini və onu tanımadığını, həmin vaxt içəridə olan şəxsin onun otaqda olduğunu hiss edərək otaqdan içəri daxil olduğu pəncərədən qaçaraq çölə çıxdığını, bundan sonra onun arxasınca qaçaraq hərbi hissənin ərazisində olan kunqların yanında onu tutduqlarını, həmin şəxsin N nömrəli hərbi hissənin müddətli hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra əsgər Təqsirləndirilən şəxs xidmət etdiyi maddi texniki təminat bölüyünə getmiş və onunla söhbət etməyə başlamışdır. Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlini etiraf etmiş və özü kunqlar olan yerə gedərək gizlin olaraq taladığı 12 dəst dağ-meşə rəngli səhra kostyumu (Rial), 10 ədəd isti səhra gödəkçəsi (Rial), N ədəd isti səhra şalvarı (Rial), 8 cüt qışlıq uzunboğaz botinka (Rial), 1N ədəd dağ-meşə rəngli səhra köynəyi (Rial), 12 ədəd zeytun rəngli boyunluq, 1 ədəd isti gödəkçə (balonka), 3 dəst termal isti alt geyimi (Rial), 1 ədəd masqa papağı (Rial), 17 cüt atış üçün rahat olan əlcək (Rial), 9 cüt yarıyun corab (Rial) və 10 ədəd bordo rəngli bereti təhvil vermişdir. Bundan sonra Şahid1 çağırmış və həmin əşyaları onun təhvil almasını bildirmişdir. Lakin çatışmazlıqdan 7 dəst dağmeşə rəngli səhra kostyumu (Rial), 4 ədəd isti səhra gödəkçəsi (Rial), 2 ədəd dağ-meşə rəngli kiteli (Rial), 4 cüt qışlıq uzunboğaz botinka (Rial) Təqsirləndirilən şəxs tərəfindən təqdim edilməmişdir. O, dəfələrlə Təqsirləndirilən şəxs qalan əmlakları da təhvil verməsini tələb etsə də, Təqsirləndirilən şəxs guya həmin əşyaların harada olmasından xəbərsiz olmasını bildirmişdir. Şahid1 əsgər Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş həmin əşyaları qəbul etmiş və hərbi hissənin əşya anbarına təhvil vermişdir. Lakin digər əşyaların harada olması barədə məlumat ala bilməmişdir. Əsgər Təqsirləndirilən şəxs həmin anbar kimi istifadə olunan otağa binanın arxasında olan plastik pəncərədən daxil olmuşdur. Həmin pəncərə saz vəziyyətdə olmuş, lakin Təqsirləndirilən şəxs hansısa əşyadan istifadə etməklə pəncərəni açmış, pəncərəyə hər hansı bir ziyan yetirməmişdir. Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış döyüş bölmələri üçün nəzərdə tutulmuş bütün geyim əşyaları təzə olmuş və heç biri istifadə olunmamışdır. Əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin əsgəri olmuş və ümumiyyətlə N nömrəli hərbi hissənin ərazisinə daxil olması qadağan olmuşdur. Həmçinin həmin otaq əşya anbarı kimi istifadə olunduğu üçün kənar şəxslərin oraya daxil olması qadağan olmuşdur. Təqsirləndirilən şəxs 22 yanvar 2021-ci il tarixdə oğurluğa cəhd edən zaman onun yanında, habelə ərazidə heç kim olmamış, ümumiyyətlə yat komandasından sonra əsgərlərin ərazidə olması qadağan olunmuşdur. Şahid6 məhkəməyə ifadə verərək göstərdi ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xidmət müddətində tanımış, onunla aralarında hər hansı bir düşmənçilik, qohumluq münasibətləri olmamışdır. N nömrəli hərbi hissənin qərargah və təchizat taborunun maddi texniki təminat bölüyünün komandiri vəzifəsində xidmətdə olan zaman 22 yanvar 2021-ci il tarixdə axşam saatlarında ona məlumat verilərək N nömrəli hərbi hissədə əşya anbarı kimi istifadə olunan hamam-camaşırxana kombinatına daxil olan şəxsin tutulduğunu, anbardan xeyli sayda hərbi qulluqçular üçün nəzərdə tutulmuş geyim formalarının oğurlanması bildirilmişdir. Həmçinin həmin oğurluq edən şəxsin komandiri olduğu maddi texniki təminat bölüyünün əsgəri Təqsirləndirilən şəxs olması bildirilmişdir. Bundan sonra o, xidmət yerindən N nömrəli hərbi hissənin qərargahına gəlmişdir. O, hərbi hissə növbətçisindən əsgər Təqsirləndirilən şəxs təhvil almış və xidmət yerinə qayıtmışdır. Xidməti otağında olan zaman əsgər Təqsirləndirilən şəxs hadisə barədə məlumat alarkən sonuncu ona həqiqətən N nömrəli hərbi hissənin əşya anbarından bəzi geyim formalarını götürməsini, həmin geyim formalarını tərxis olunan zaman özünə və xidmət yoldaşlarına hədiyyə edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs gizlin götürmüş olduğu geyim formalarını geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs həmin geyim formalarını kunqlar olan yerdə gizlətdiyini demiş, lakin həmin vaxt gecə vaxtı olduğu üçün onu geyim formalarını gətirməyə göndərməmişdir. Növbəti gün, yəni 23 yanvar 2021-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs yanına çağırmış və N nömrəli hərbi hissənin əşya anbarından götürmüş olduğu geyim formalarını qaytarmasını bildirmişdir. Təqsirləndirilən şəxs də heç bir söz demədən kunqlar olan yerə gedərək gizlətmiş olduğu 12 dəst dağ-meşə rəngli səhra kostyumu (Rial), 10 ədəd isti səhra gödəkçəsi (Rial), N ədəd isti səhra şalvarı (Rial), 8 cüt qışlıq uzunboğaz botinka (Rial), 1N ədəd dağ-meşə rəngli səhra köynəyi (Rial), 12 ədəd zeytun rəngli boyunluq, 1 ədəd isti gödəkçə (balonka), 3 dəst termal isti alt geyimi (Rial), 1 ədəd masqa papağı (Rial), 17 cüt atış üçün rahat olan əlcək (Rial), 9 cüt yarıyun corab (Rial) və 10 ədəd bordo rəngli bereti təhvil vermişdir. Bundan sonra N nömrəli hərbi hissənin əşya xidmət rəisi, kapitan Şahid3 məlumat vermiş, sonuncu da müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şahid1lə birlikdə həmin əşyaları təhvil almışlar. Lakin sonradan məlum olmuşdur ki, 7 dəst dağ-meşə rəngli səhra kostyumu (Rial), 4 ədəd isti səhra gödəkçəsi (Rial), 2 ədəd dağ-meşə rəngli kiteli (Rial), 4 cüt qışlıq uzunboğaz botinka (Rial) Təqsirləndirilən şəxs tərəfindən təqdim edilməmişdir. O, dəfələrlə Təqsirləndirilən şəxs qalan əmlakları da təhvil verməsini tələb etsə də, sonuncu guya həmin əşyaların harada olmasından xəbərsiz olmasını bildirmişdir. Əsgər Təqsirləndirilən şəxs ona oğurluq hadisəsini törədən zaman, anbara binanın arxasında olan plastik pəncərədən daxil olmasını demişdir. İş üzrə şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid4 anoloji məzmunlu ifadə verərək Şahid1 və Şahid2 ifadəsində göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Şahid10 məhkəməyə ifadə verərək göstərdi ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xidmət müddətində tanımış, onunla aralarında hər hansı bir düşmənçilik, qohumluq münasibətləri olmamışdır. N nömrəli hərbi hissənin qərargah və təchizat taborunun maddi texniki təminat bölüyünün komandiri vəzifəsində xidmətdə olan zaman 22 yanvar 2021-ci il tarixdə axşam saatlarında ona məlumat verilərək N nömrəli hərbi hissədə əşya anbarı kimi istifadə olunan hamam-camaşırxana kombinatına daxil olan şəxsin tutulduğunu, anbardan xeyli sayda hərbi qulluqçular üçün nəzərdə tutulmuş geyim formalarının oğurlanması bildirilmişdir. Həmçinin həmin oğurluq edən şəxsin komandiri olduğu maddi texniki təminat bölüyünün əsgəri Təqsirləndirilən şəxs olması bildirilmişdir. Bundan sonra o, xidmət yerindən N nömrəli hərbi hissənin qərargahına gəlmişdir. O, hərbi hissə növbətçisindən əsgər Təqsirləndirilən şəxs təhvil almış və xidmət yerinə qayıtmışdır. Xidməti otağında olan zaman əsgər Təqsirləndirilən şəxs hadisə barədə məlumat alarkən sonuncu ona həqiqətən N nömrəli hərbi hissənin əşya anbarından bəzi geyim formalarını götürməsini, həmin geyim formalarını tərxis olunan zaman özünə və xidmət yoldaşlarına hədiyyə edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs gizlin götürmüş olduğu geyim formalarını geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs həmin geyim formalarını kunqlar olan yerdə gizlətdiyini demiş, lakin həmin vaxt gecə vaxtı olduğu üçün onu geyim formalarını gətirməyə göndərməmişdir. Növbəti gün, yəni 23 yanvar 2021-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs yanına çağırmış və N nömrəli hərbi hissənin əşya anbarından götürmüş olduğu geyim formalarını qaytarmasını bildirmişdir. Təqsirləndirilən şəxs də heç bir söz demədən kunqlar olan yerə gedərək gizlətmiş olduğu 12 dəst dağ-meşə rəngli səhra kostyumu (Rial), 10 ədəd isti səhra gödəkçəsi (Rial), N ədəd isti səhra şalvarı (Rial), 8 cüt qışlıq uzunboğaz botinka (Rial), 1N ədəd dağ-meşə rəngli səhra köynəyi (Rial), 12 ədəd zeytun rəngli boyunluq, 1 ədəd isti gödəkçə (balonka), 3 dəst termal isti alt geyimi (Rial), 1 ədəd masqa papağı (Rial), 17 cüt atış üçün rahat olan əlcək (Rial), 9 cüt yarıyun corab (Rial) və 10 ədəd bordo rəngli bereti təhvil vermişdir. Bundan sonra N nömrəli hərbi hissənin əşya xidmət rəisi, kapitan Şahid3 məlumat vermiş, sonuncu da müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şahid1lə birlikdə həmin əşyaları təhvil almışlar. Lakin sonradan məlum olmuşdur ki, 7 dəst dağ-meşə rəngli səhra kostyumu (Rial), 4 ədəd isti səhra gödəkçəsi (Rial), 2 ədəd dağ-meşə rəngli kiteli (Rial), 4 cüt qışlıq uzunboğaz botinka (Rial) Təqsirləndirilən şəxs tərəfindən təqdim edilməmişdir. O, dəfələrlə Təqsirləndirilən şəxs qalan əmlakları da təhvil verməsini tələb etsə də, sonuncu guya həmin əşyaların harada olmasından xəbərsiz olmasını bildirmişdir. Əsgər Təqsirləndirilən şəxs ona oğurluq hadisəsini törədən zaman, anbara binanın arxasında olan plastik pəncərədən daxil olmasını demişdir. İş üzrə şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Şahid7 anoloji məzmunlu ifadə verərək Şahid10 ifadəsində göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. ŞahidN məhkəməyə ifadə verərək göstərdi ki, Əsgər Təqsirləndirilən şəxs xidmət müddətində tanımış, onunla münasibətləri normal, xidməti olmuş, aralarında heç bir düşmənçilik, qohumluq münasibətləri olmamışdır. N nömrəli hərbi hissənin qərargah və təchizat taborunda xidmət etdiyi müddətdə hərbi hissənin döyüş bölmələri üçün nəzərdə tutlulmuş geyim formalarını geyinmək marağında və arzusunda olmuş, bu barədə həmişə xidmət yoldaşlarının yanında danışmışdır. Xidmət yoldaşı əsgər Təqsirləndirilən şəxs ilə bir neçə dəfə döyüş bölmələri üçün nəzərdə tutulmuş xüsusi geyim formalarını geyinmək, xüsusən də ordu sıralarından təxris olunan zaman həmin formalardan geyinərək yaşadığı Salyan rayonuna getmək istəyində olması ilə bağlı söhbət etmişdir. Ümumiyyətlə tərxis olunmağa az qalmış əsgərlər yaşadığı ərazilərə yeni, Xüsusi Təyinatlı Qüvvələrin hərbi geyim formasını geyinərək tərxis olunmaq arzusunda olmuşlar. 2021-ci ilin yanvar ayının əvvəllərində əsgər Təqsirləndirilən şəxs ona yaxınlaşaraq yaxınlıqda yerləşən, N nömrəli hərbi hissənin camaşırxanasında saxlanılan döyüş bölmələri üçün nəzərdə tutulmuş bir dəst xüsusi geyim formasını gizlin olaraq götürdüyünü bildirmiş və həmin formanı ona təqdim etmişdir. Həmin formaya baxan zaman formanın həqiqətən Xüsusi Təyinatlı Qüvvələr üçün nəzərdə tutulmuş forma olmasını görmüş, lakin qorxduğu üçün formanı ondan götürməmişdir. Daha sonra 2021ci ilin yanvar ayında əsgər Təqsirləndirilən şəxs ona və onunla birlikdə 2021-ci ilin aprel ayında Ordu sıralarından ehtiyata buraxılacaq əsgər yoldaşlarına yəni, əsgərlər Şahid8, Şahid10, Şahid9 və digərlərinə hərbi hissənin camaşırxanasında saxlanılan xüsusi geyim formalarından xeyli sayda götürərək camaşırxananın arxasında olan yanğınsöndürmə ləvazimatları saxlanılan lövhənin qum saxlama yerində gizlətdiyini bildirmiş, onlara həmin yerə gedərək formalara baxmalarını bildirsə də, həmin vaxt ona inanmadıqları üçün camaşırxananın arxasında olan yanğınsöndürmə lövhəsinin qum yerində gizlətdiyi formaları götürmək üçün getməmişlər. Səhəri gün əsgər Təqsirləndirilən şəxs camaşırxanadan oğurladığı geyim formalarını bölüyün ərazisində olan təsərrüfat alət və ləvazimatlarının saxlanılması üçün nəzərdə tutulmuş kunqun altında gizlətdiyini bildirmişdir. Həmin gün o, xidmət yoldaşları əsgər Şahid8 və əsgər Şahid9la birlikdə əsgər Təqsirləndirilən şəxs təklifi ilə sonuncu ilə birlikdə kunqlar olan yerə gedərək əsgər Təqsirləndirilən şəxs tərəfindən hərbi hissənin camaşırxanasından oğurlanmış xüsusi geyim formalarını görmüşlər. Lakin konkret olaraq hansı formadan neçə ədəd olması barədə məlumatı olmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs etdiyi hərəkətin yalnış olduğunu bildirmişlər. 22 yanvar 2021-ci il tarixdə yat komandasından sonra gecə saatlarında əsgər Təqsirləndirilən şəxs təkrar olaraq hərbi hissənin camaşırxanasından oğurluq etmək istəyən zaman çavuş Şahid1 və Şahid4 tərəfindən aşkarlanaraq tutulduğunu eşitmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid8 və Şahid9 anoloji məzmunlu ifadə verərək ŞahidN ifadəsində göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdirlər. İş üzrə əlavə şahid qismində dindirilmiş Şahid14 məhkəməyə ifadə verərək göstərdi ki, əsgər yoldaşı Təqsirləndirilən şəxs tərxis olunduqdan sonra geyinmək məqsədilə çamaşırxanadan xüsusi təyinatlı geyim formaları oğurladığını bildirmişdir. O, Təqsirləndirilən şəxs oğurladığı əşyaları geri qaytarmalı olduğunu demişdir. Onunla birgə oğurluğa getmədiyini, hətta oğurlanan xüsusi təyinatlı geyim formalarınıancaq Təqsirləndirilən şəxs hərbi hissəyə geri qaytaranda gördüyünü bildirmişdir. İş üzrə əlavə şahid qismində dindirilmiş Şahid13 məhkəməyə ifadə verərək göstərdi ki, əsgər yoldaşı Təqsirləndirilən şəxs ilə birgə oğurluq əməlində iştirak etməmişdir. Təqsirləndirilən şəxs çamaşırxanadan xüsusi təyinatlı geyim formaları oğurladığı barədə ümumiyyətlə məlumatlı olmamışdır. Təqsirləndirilən şəxs oğurluq əməlini törədib tutulduqdan sonra bu barədə öyrənmişdir. Cinayət işinə əlavə olunmuş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N iyul N9-cu il tarixli, 186 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs xx.xx.N9-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara qoyulmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət yeri üzrə müsbət xarakterizə olunmuşdur. 2N yanvar 2021-ci il tarixli, N4N nömrəli raportdan görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2021-ci il tarixdə, saat 23:30 radələrində ayaqyoluna getmək adı ilə əvvəlcədən qurutma otağına qoyduğu geyim formasını geyinərək pəncərədən aşmaqla yataqxananı tərk etmiş, camaşırxanaya yollanaraq pəncərədən daxil olmaqla, döyüş bölmələri üçün nəzərdə tutulmuş geyim formasını tərxis olunan zaman geyinmək məqsədilə oğurluq yolu ilə əldə etməyə cəhd etmiş, lakin N nömrəli hərbi hissənin anbar rəisi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şahid1 tərəfindən aşkar olunmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş 28 yanvar 2021-ci il tarixli, 1000 nömrəli aktdan görünür ki, baş vermiş oğurluq hadisəsi nəticəsində hərbi hissənin əşya anbarında N dəst dağ-meşə rəngli səhra kostyumu (Rial), 14 ədəd isti səhra gödəkçəsi (Rial), N ədəd isti səhra şalvarı (Rial), 2 ədəd dağ-meşə rəngli kitel (Rial), 12 cüt qışlıq uzunboğaz botinka (Rial), 1N ədəd dağ-meşə rəngli səhra köynəyi (Rial), 12 ədəd zeytun rəngli boyunluq, 1 ədəd isti gödəkçə (balonka), 3 dəst termal isti alt geyimi (Rial), 1 ədəd masqa papağı (Rial), 17 cüt atış üçün rahat olan əlcək (Rial), 9 cüt yarıyun corab (Rial) və 10 ədəd bordo rəngli beret üzrə çatışmazlıq yaranmışdır. 0N fevral 2021-ci il tarixli, 01 nömrəli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri Müdafiə Nazirliyinin Bakı şəhəri Qaradağ rayonu Şubanı qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin hamamcamaşırxana binasıdır. Baxış zamanı iştirakçı Təqsirləndirilən şəxs əyani şəkildə binanın arxa hissəsində yerləşən ağ rəngli plastik pəncərəni göstərərək 31 dekabr 2020-ci il, 10 yanvar 2021-ci il və 22 yanvar 2021-ci il tarixlərdə binaya oğruluq etmək məqsədilə həmin pəncərədən daxil olduğunu bildirmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs taxta parçası ilə qeyd olunan pəncərəni açmasını nümayiş etdirmiş, 30 dekabr 2020-ci il tarixdə və 10 yanvar 2021-ci il tarixlərdə həmin üsulla gizli olaraq binaya daxil olaraq oradan N dəst dağ-meşə rəngli səhra kostyumu (Rial), 14 ədəd isti səhra gödəkçəsi (Rial), N ədəd isti səhra şalvarı (Rial), 2 ədəd dağ-meşə rəngli kitel (Rial), 12 cüt qışlıq uzunboğaz botinka (Rial), 1N ədəd dağ-meşə rəngli səhra köynəyi (Rial), 12 ədəd zeytun rəngli boyunluq, 1 ədəd isti gödəkçə (balonka), 3 dəst termal isti alt geyimi (Rial), 1 ədəd masqa papağı (Rial), 17 cüt atış üçün rahat olan əlcək (Rial), 9 cüt yarıyun corab (Rial) və 10 ədəd bordo rəngli bereti götürməsini, həmin geyim əşyalarını yaxınlıqda yerləşən kunqların altında gizlətməsini bildirmiş və baxış zamanı əyani şəkildə göstərmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 fevral 2021-ci il tarixli, 9/743 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş bir dəst dağ – meşə rəngli təzə səhra kostyumu 1.200 manat; bir ədəd dağ – meşə rəngli təzə səhra kiteli 600 manat; bir cüt yun təzə corab 26 manat; bir dəst termal isti təzə alt paltarı 140 manat; bir cüt qışlıq təzə uzunboğaz botinka 422 manat; bir cüt atış üçün rahat olan təzə əlçək 14N manat; bir ədəd təzə maska papaq 36 manat; bir ədəd təzə isti səhra gödəkçəsi 1.030 manat; bir ədəd təzə isti səhra şalvarı 980 manat; bir ədəd dağ – meşə rəngli təzə səhra köynəyi 466,60 manat; bir ədəd təzə beret N0 manat; bir ədəd təzə boyunluq 2N manat; bir ədəd isti gödəkçə (balonka) 1N0 manat müəyyən edilmişdir. Beləliklə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs oğurlamış olduğu N dəst dağ-meşə rəngli səhra kostyumu (Rial), 14 ədəd isti səhra gödəkçəsi (Rial), N ədəd isti səhra şalvarı (Rial), 2 ədəd dağ-meşə rəngli kitel (Rial), 12 cüt qışlıq uzunboğaz botinka (Rial), 1N ədəd dağ-meşə rəngli səhra köynəyi (Rial), 12 ədəd zeytun rəngli boyunluq, 1 ədəd isti gödəkçə (balonka), 3 dəst termal isti alt geyimi (Rial), 1 ədəd masqa papağı (Rial), 17 cüt atış üçün rahat olan əlcək (Rial), 9 cüt yarıyun corab (Rial) və 10 ədəd bordo rəngli beret üzrə maddi ziyan N9,488 manat müəyyən edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş 01 aprel 2022-ci il tarixli, 74N nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş oğurluq hadisəsi nəticəsində N nömrəli hərbi hissəyə N9.488 manat məbləğində maddi ziyan dəymiş, lakin sonuncu tərəfindən 46.6N0 manat dəyərindən əmlak qaytarılsa da, 12.838 manat maddi ziyan ödənilməmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş 02 dekabr 2022ci il tarixli, 2N67 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş oğurluq hadisəsi nəticəsində N nömrəli hərbi hissəyə dəymiş maddi ziyan tam həcmdə aradan qaldırılmışdır. Bu səbəbdən də ona qarşı qaldırılmış mülki iddiadan imtina edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 1N mart 2021-ci il tarixli, 7338 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən göndərilmiş 12 aprel 2021-ci il tarixli, **********20 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış daşınmaz əmlak yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən göndərilmiş 27 mart 2021-ci il tarixli, 32100-1221 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış nəqliyyat vasitəsi yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. 23 mart 2022-ci il tarixdə təqsirləndirilən şəxs Rzayev X3 şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq Bakı şəhəri Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04 aprel 2022-ci il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin 23 mart 2022-ci il tarixli qərarı ləğv olunaraq, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri ilə, işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd etdiyi xüsusatlar məhkəmə istintaqı zamanı yoxlanılmışdır. Adları qeyd olunan şəxslər dindirilmiş, maraq kəsb edən şəxslərin istifadəsində olan mobil telefonlar barədə məlumatlar mobil operatorlardan, hərbi hissədən isə bir sıra əhəmiyyət kəsb edən sənədlər götürülmüşdür. Cinayət-prosessual qanunvericiliyində sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi, sübutların kifayət etməsi qaydaları müəyyənləşdirilmişdir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. (AR CPM-nin 143, 144, 14N-ci maddələri). Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs digər şəxslərlə birlikdə oğurluq etməsi təsdiqini tapmamış, bütün sübutlar bu əməlin onun tərəfindən törədilməsini təsdiq etmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs həmin ifadəsi özünümüdafiə xarakteri daşıdığı üçün sübut əhəmiyyəti verilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 200N-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)...məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.N-ci maddəsi) Təqsirləndirilən şəxs ilə şahidlərin ifadələri, habelə digər sübutlar arasında kəskin ziddiyyətlərin olmasına baxmayaraq, məhkəmə kollegiyası tərəfindən nəyə görə məhz şahidlərin ifadələrinə üstünlük verilməsi digər mötəbər sübutların məcmusu ilə təsdiq olunmuş, təqsirləndirilən şəxsin cinayəti tək başına yox bir qrup şəxslə birgə törətməsi məzmunda irəli sürdüyü ifadəsi mötəbər və mümkün sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.2, 29, 177.2.3, 177.2.2, 177.2.3 və 177.3.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayət əməllərinə görə həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2N iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N8.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin N9.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N9.2-ci maddəsinin müddəalarından göründüyü kimi, məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin N9.1.1-N9.1.14-cu maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N9-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməklə törətmiş olduğu cinayətdə təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini, zərərçəkmiş şəxsin nümayəndəsinin heç bir şikayət və tələbi olmamasını, əvvəllər məhkum olunmadığını, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıqaşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2003-cü il tarixli qərarına əsasən başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 6N.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq Cinayət Məcəlləsinin 60-cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmək tələb edilmir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 177.2.2, 29, 177.2.3, 177.2.2, 177.2.3 və 177.3.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi, lakin Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, cinayət nəticəsində hərbi hissəyə dəymiş ziyanın tam həcmdə ödəməsini, zərərçəkmiş şəxsin nümayəndəsinin ona qarşı şikayət və tələbinin olmamasını, xidmət yeri üzrə müsbət xarakterizə olunmasını onun islah olunmaq yolunda olması kimi qiymətləndirir və özünün daxili inamına əsasən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edib sınaq müddəti verilməklə şərti məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “ … şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir. Məhkəmə şərti məhkum etmə tətbiq edilən şəxsə sınaq müddəti müəyyən edir. Cinayət Məcəlləsinin 70.3-cü maddəsində şərti məhkum etmənin sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilmişdir. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını, yəni onda qanuna, cəmiyyətə, birgəyaşayış qayda və ənənələrinə hörmət hissinin yaranmasını və onlara riayət edilməsini sübut etməlidir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (AR Cinayət Məcəlləsinin 70.N-ci maddəsi). Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Bir daha vurğulanmalıdır ki, şərti məhkum etmə cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir. Sınaq müddəti üçün qanunvericiliyin əsas tələbi məhkum edilmiş şəxsin üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsi, uşağın təlim-tərbiyəsi ilə məşğul olması, habelə yeni hüquq pozuntusu törətməkdən çəkinməsi ilə bağlıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ədalət və humanizm prinsipləri baxımından Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməli, sınaq müddətində davranışına nəzarət edən orqana, daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və öz davranışı ilə islah olunduğunu sübut etmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Şirvan şəhər İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 7N (yetmiş beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, Büdcə təsnifatı kodu: 142N9N, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı (X1, KOD 21000N, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2 maddələrində: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. İş üzrə maddi sübut yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 34N-349, 3N1-3N3, 3N6, 3N8, 383-384.1 və 38N-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.2, 29, 177.2.3, 177.2.2, 177.2.3 və 177.3.2-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 ve 177.3.2-ci maddələri ilə 0N (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 0N (beş) il 02 (ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 mart 2022-ci il tarixdə tutulub saxlanıldığı 01 (bir) gün və 04 aprel 2022-ci il tarixdən bu günədək barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin 01 (bir) il 11 (on bir) gün müddətinin hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla cəzasından çıxılsın və onun üzərində qəti olaraq 04 (dörd) il 01 (bir) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və barəsində 02 (iki) il müddətə sınaq müddəti təyin edilsin. Sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddəti ərzində davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməli, sınaq müddətində davranışına nəzarət edən orqana, daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və öz davranışı ilə islah olunduğunu sübut etmək Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın. Hökmün icrası Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Şirvan şəhər İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 7N (yetmiş beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, Büdcə təsnifatı kodu: 142N9N, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı (X1, KOD 21000N, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Aslan Kalbalıyev Hakimlər Camal Ramazanov Rafiq Abbasov
Məhkəmə qərarları › İş №1-1(093)-7/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-7/2023
14.04.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver