Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-70/2023 18.08.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi, Bayramov Mail Allahverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Hərbi XN Müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçi Bakı şəhəri NN saylı vəkil Bürosunun vəkilləri- X5, XN və XN, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 iştirakları ilə xx xxxxxxxx N995-ci il tarixdə ünvan N ünvanında qeydiyyatda olmaqla ünvan N Azərbaycan Respublikasının vətəndaşı, subay orta təhsilli, əvvəllər məhkum olunmamış, barəsində "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N77.N.N, N77.N.3 və 333.3-cü maddələri ilə xx xxxxx N995-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Masallı rayonu, Çaxırlı kəndində qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İsitntaq Təcridxanasında saxlanılan vətəndaş Təqsirləndirilən şəxsN və xx xxxxxx N003-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Ağcabədi rayonu, Hüsülü kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, nömrəsiz fərdi tikilidə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, barəsində "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmiş vətəndaş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N77.N.N və N77.N.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxsN Müdafiə Nazirliyinin Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən S300PMUN divizionlar qrupunun N-ci S300PMUN zenit raket divizionunun start batareyasının start tağımının 4-cü manqasının komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi quluqçusu qismində kiçik çavuş hərbi rütbəsində xidmətdə olarkən hərbi hissə komandirinin müvafiq əmrlərinə əsasən NN iyun N0NN-ci il tarixdən N0 iyul N0NN-ci il tarixədək hərbi hissənin Xəzər rayonu "Şah dili-N" adlanan ərazisindəki S- N00 zenit raket kompleksinin yerləşdiyi bölməsinin ərazisini, anbarını və obyektlərini mühafizə etmək üçün göndərilmiş və mühafizədə olan zaman NN iyul N0NN-ci il tarixdə tanışları vətəndaş Təqsirləndirilən şəxsN və vətəndaş Təqsirləndirilən şəxs3 Kəmaləddin qızı ilə birlikdə hərbi hissənin ərazisində yerləşən N3 nömrəli saxlanc anbarında olan raket-artilleriya xidməti üzrə avtomatik nəzarət sınaq stansiyasının AKİPS 5KN3D markalı texnikasından və 70 nömrəli saxlanc anbarında olan mühəndis xidməti üzrə 5E97 dizel elektrik stansiyasından oğurluq etmək üçün cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmışlar. Bundan sonra qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq gəldikləri razılığa və vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxsN N3 iyul N0NN-ci il tarixdə saat N8 radələrində Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 ilə birlikdə hərbi hissənin Xəzər rayonu "Şah dili-N" adlanan ərazisində yerləşən N3 və 70 nömrəli saxlanc anbarlarına, Təqsirləndirilən şəxsN N5-N8 iyul N0NN-ci il tarixlərdə saat N8 radələrində isə vahid niyyətlə həmin saxlanc anbarlarına Təqsirləndirilən şəxsNla birlikdə qanunsuz daxil olaraq ümumilikdə N3 nömrəli saxlanc anbarından raket-artilleriya xidməti üzrə avtomatik nəzarət sınaq stansiyasının AKİPS 5KN3D markalı texnikasından 755 metr uzunluğundakı 799 manat 50 qəpik dəyərində olan kabel təsərrüfatını, N ədəd N50 manat dəyərində üç fazalı (3kv) havalandırma mühərrikini, 70 nömrəli saxlanc anbarından isə mühəndis xidməti üzrə 5E97 dizel elektrik stansiyasının ADN00TSP dizel aqreqatından 30 metr uzunluğundakı N70 manat dəyərində olan kabel təsərrüfatını, 5 ədəd N50 manat dəyərində olan 70A üç fazalı mühərriki, N ədəd 540 manat dəyərində olan 400A üç fazalı mühərriki, N ədəd N00 manat dəyərində olan N3NA üç fazalı mühərriki, N ədəd N0 manat dəyərində olan N0A üç fazalı mühərriki, N ədəd N0 manat dəyərində olan 55A üç fazalı mühərriki, N ədəd N50 manat dəyərində olan doldurucu generatoru (dinamo), N ədəd N00 manat dəyərində olan soyuducu sistemin su köynəyi (radiator) gizli olaraq talayıb qabaqcadan əlbir olan bir qrup şəxs halında N nömrəli hərbi hissəyə ümumilikdə N manat 50 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxsN yuxarıda göstərilən vəzifədə və hərbi rütbədə xidmətdə olan zaman 0N dekabr N0NN-ci il tarixdə saat 07:50-də xidmət yerinə gəlməli olduğu halda, üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmamaqla vaxtında xidmət yerinə qayıtmamış, barəsində axtarış işinin açılması haqda məlumat alaraq 30 dekabr N0NN-ci il tarixdə saat N5:30-da könüllü olaraq Bakı Hərbi Prokurorluğuna gələrək özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxsN özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N77.N.N, N77.N.3 və 333.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilib məhkəməyə ifadə verərək göstərdi ki, N0 avqust N0N9-cu il tarixdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində həmin hərbi hissədə xidmət edir. Vətəndaş Təqsirləndirilən şəxsN təxminən N0N8-ci ildən tanıyır və aralarında dostluq münasibətləri vardır. N0NN-ci ilin sonları N0NN-ci ilin əvvəllərində Təqsirləndirilən şəxsN tanışı olan Hövsan qəsəbəsində yerləşən müxtəlif kafelərdə ofsiant kimi çalışan Təqsirləndirilən şəxs3 tanımış, sonuncu ilə münasibətləri tanışlıq çərçivəsində olmuşdur. O, NN iyun N0NN-ci il tarixdə hərbi hissə komandirinin əmri ilə hərbi hissənin Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən "Şah dili-N" adlanan S-N00 zenit raket kompleksinin yerləşdiyi ərazini, orada olan anbarları və obyektləri mühafizə etmək üçün MAHHXHQ, əsgər Şahid4la birlikdə göndərilmişdir. Həmin ərazidə N3 və 70 nömrəli anbarlar olmuş, anbarların qapılarının qıfıllı olmaqla açarları baş gizir ŞahidN olmuşdur. Baş gizir ŞahidN həmçinin mühafizənin təşkilinə nəzarət etmişdir. Daha sonra onun mühafizə müddəti NN iyun, N iyul, N3 iyul və N3 iyul N0NN-ci il tarixədək uzadılmışdır. N0 iyul N0NN-ci il tarixdə xidmətdə olan zaman Təqsirləndirilən şəxsNla günorta saatlarında danışaraq sonuncuya saat N7-N8 radələrində mühafizədə olacağını, onun üçün siqaret, su alıb gətirməsini bildirmişdir. Saat N5 radələrində mühafizəyə keçmiş, Şahid4 istirahətə getmiş, ŞahidN isə evinə getmişdir. Saat N8 radələrində Təqsirləndirilən şəxsN tanımadığı taksi ilə gəlmiş, taksi sürücüsü sonuncunu düşüdərək çıxıb getmişdir. O, Təqsirləndirilən şəxsN N-ci NBM-də qarşılamış, daha sonra sonuncuya "əraziyə keçək, biraz oturub söhbət edək" demişdir. Təqsirləndirilən şəxsN anbarları gördükdən sonra "qapısı qıfıllı olan anbarların içində nə var?" deyə soruşmuş, o, Təqsirləndirilən şəxsN "hərbiyə adi texnika var, biz onların yerləşdiyi anbarları qoruyurq, amma qapıların qıfılları baş gizir var, həmişə onda olur" demişdir. Bu zaman Təqsirləndirilən şəxsN ona "bu saat maddi vəziyyət aşağıdı, həmin anbarlara girib oğurluq etmək olarmı?" deyə soruşmuş, o isə oğurluq etmək fikrində olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxsN taksi sifariş etmiş və o, sonuncunu N-ci NBM-dən yola salmışdır. Daha sonra NN iyul N0NN-ci il tarixdə Təqsirləndirilən şəxsN onunla whsatsappda əlaqə saxlayaraq Təqsirləndirilən şəxs3 ilə birlikdə onu görməyə gələcəklərini bildirmişdir. O, Təqsirləndirilən şəxsN saat N5-N9 arası mühafizədə olacağını, həmin ərəfədə gələ biləcəklərini bildirmişdir. Təxminən saat N8 radələrində tanımadığı taksi sürücüsü Təqsirləndirilən şəxsNla, Təqsirləndirilən şəxs3 N-ci NBM-ə gətirib, düşürdərək getmişdir. O, Elminlə Fatiməni N-ci NBM-də qarşılayaraq, əraziyə buraxmışdır. O, həmçinin Şahid4 istirahətdə olduğunu, ŞahidN evinə getdiyini bildirmişdir. Təqsirləndirilən şəxsN onlara "onsuz gəlib gedən yoxdur, gəlin həmin anbarlara gizlin girək görək nə var, götürməli, satılmalı bir şeylər varsa oğurluq edək" demişdir. Təqsirləndirilən şəxsN təklifi ilə həm o, həm də Təqsirləndirilən şəxs3 razılaşmışdır. İlk olaraq raket artilleriya xidməti üzrə avtomatik nəzarət sınaq stansiyasının AKİPS 5KN3D markalı texnikasının yerləşdiyi N3 nömrəli anbara yaxınlaşaraq həmin anbarın sağ tərəfində kubik boyda dəlik olduğunu görmüşlər. O, ətrafdan "lom" taparaq, həmin "lom"la dəliyi genişləndirmişdir. Hər üçü də arıq, balaca boy olduğu üçün özlərinə uyğun dəlik açmışdır. Həmin dəlikdən ilk öncə Təqsirləndirilən şəxsN daxil olmuş, daha sonra Təqsirləndirilən şəxs3, ardınca o anbara daxil olmuş və orada olan texnikanı görmüşlər. Texnikanın arxa hissəsində açıq halda olan kabellər olduğunu görmüşlər. Daha sonra texnikanın qapı hissəsinə qalxaraq, qapını açan zaman içəridə kabellər, texniki avadanlıqlar olduğunu görmüş, daha sonra daxil olduqları həmin deşikdən çıxıb, bir neçə daş qoyaraq kamuflaj etmişlər. Daha sonra N3 nömrəli anbarla üzbəüz olan 70 nömrəli anbara yaxınlaşmışlar. Həmin anbarın qapısı qıfıllı olsa da, qapının petləsi yerindən oynadığı üçün çıxarmış və həmin anbara üçü də daxil olmuşlar. Həmin anbarda mühəndis xidməti üzrə 5E97 markal dizel stansiyasının N ədəd aqreqatı və aqreqatlarda olan kabellər, texniki avadanlıqları görmüşlər. Daha sonra oradan çölə çıxdıqdan sonra qapının petləsini yerinə taxmışdır. Hər üçü ertəsi gün oğurluq etməyi və bunun üçün kisə, kabelləri kəsmək üçün kəsici alətləri Təqsirləndirilən şəxsN gətirməsini planlaşdırmışlar. Ertəsi gün, yəni N3 iyul N0NN-ci il tarixdə Təqsirləndirilən şəxsN həm səhər, həm günorta saatlarında bir neçə dəfə onunla əlaqə saxlamış və sonuncuya saat N5-N9 arası mühafizədə olacağını, həmin saatlarda gəlmələrini bildirmişdir. Həmin gün saat NN radələrində Şahid4 MAHHXHQ, əsgər Şahid5 əvəz etmiş, saat N5:00-da Şahid5 istirahətə getmiş, baş gizir ŞahidN isə evinə getmişdir. Təxminən saat N8 radələrində tanımadığı taksi ilə Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 gəlmiş, taksi sürücüsü Təqsirləndirilən şəxsNla Təqsirləndirilən şəxs3 düşürtdükdən sonra çıxıb getmişdir. Təqsirləndirilən şəxsN əlində kisə olduğunu, həmin kisənin içərisində başqa kisələr və kabelləri kəsmək üçün kəsici alətlər olduğunu görmüşdür. O, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 əraziyə buraxmış, hər üçü ilk öncə N3 nömrəli anbara yaxınlaşmışlar. Anbarın kənarındakı böyütdükləri dəliyin üzərindəki daşları götürdükdən sonra ilk öncə Təqsirləndirilən şəxsN, daha sonra Təqsirləndirilən şəxs3, daha sonra o anbara daxil olmuşlar. Hər üçü N3 nömrəli anbara daxil olduqdan sonra orada olan texnikanın qapısını açıb içəriyə daxil olmaqla Təqsirləndirilən şəxsN kəsici alətlə kabelləri kəsmiş, o və Təqsirləndirilən şəxs3 isə kəsilən kabelləri kisələrə doldurmuşlar. Təxminən oradan 400 metrdən artıq kabel kəsib kisələrə yığıb oğurladıqdan sonra həmin anbardan bayıra çıxaraq, həmin girdikləri yeri kamuflaj edərək daş qoymuşlar. Daha sonra 70 nömrəli anbara yaxınlaşdıqdan sonra anbarın qapısını o petlədən çıxarmış və hər üçü anbara daxil olmuşlar. 70 nömrəli anbara daxil olan zaman 5E97 dizel elektrik stansiyasının iki aqreqatından biri olan ADN00TSP dizel aqreqatının arxa kabinasına keçərək oradan Təqsirləndirilən şəxsN N0 metrə yaxın kabel kəsmiş, kəsilən kabelləri o və Təqsirləndirilən şəxs3 kisələrə doldurmuşlar. 70 nömrəli anbardan çıxandan sonra qapının petləsini yerinə taxmış və hər üçü onun mühafizə müddəti bitənəcən, yəni N3 iyul N0NN-ci il tarixədək oğurluq etməyi planlaşdırmışlar. Daha sonra Təqsirləndirilən şəxsN çağırmış olduğu taksi sürücüsü N-ci NBM-ə gəlmiş və kisələri həmin yük yerinə qoymuşlar. O, taksi sürücüsünün onların oğurluq etdiklərindən xəbərsiz olduqlarını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxsN onunla əlaqə saxlayaraq həmin kabellərin içərisində mis əlvan metal olduğunu, onları satmağın asan olduğunu və satıb həm özünə pul götürəcəyini, həm ona, həm də Təqsirləndirilən şəxs3 pul göndərəcəyini bildirmişdir. N4 iyul N0NN-ci il tarixdə Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 gəlməmiş, N5 iyul N0NN-ci il tarixdə saat N5-NN radələrində Ələkbərov ona zəng edərək gəlmək istədiklərini bildirmişdir. O, yenə də saat N5-N9 arası mühafizədə olacağını, həmin saatlarda gəlmələrini bildirmişdir. Həmin gün saat NN radələrində baş gizir ŞahidN məzuniyyətə getdiyi üçün sonuncunun baş gizir ŞahidN əvəz etmişdir. Baş gizir ŞahidN evinə getmiş, saat N radələrində hərbi hissənin avtomobil xidmət rəisi, kapitan Elçin Quliyev tərxis olunması ilə əlaqədar ona təhkim olunan avtomobil avadanlıqlarla bağlı təhvil-təslim etmək üçün hərbi hissənin qərargah təchizat bölüyünün komandiri, baş leytenant Şahid3la əraziyə gəlmişlər. XN0 baş leytenant Şahid3 N3 və 70 nömrəli anbarlara daxil olmaq istəyən zaman anbarların qapılarının qıfıllı olduğu üçün baş gizir ŞahidN zəng edən zaman sonuncu açarları baş gizir ŞahidN almağı unutduğunu bildirmişdir. O, baş gizir ŞahidNla danışan zaman sonuncu açarların özündə qaldığını, hazırda rayonda olduğunu, qapıların qıfıllarını qırmağa icazə verdiyini, təhvil-təslimdən dərhal sonra yeni qıfıllar alıb əvəz etməsini və açarları da baş gizir ŞahidN təhvil verməsini bildirmişdir. O, hər iki anbarın qapısının qıfıllarını qırdıqdan sonra baş leytenant Şahid3la kapitan Elçin Quliyev avtomobil avadanlıqlarını təhvil-təslim etdikdən sonra ərazidən ayrılmışlar. O, oğurluq əməllərini rahat törətmək üçün həm baş gizir ŞahidN, həm də MAHHXHQ, əsgər Şahid5 yalan danışmaq qərarına gəlmişdir. Belə ki, o, hər iki anabrın qapısına məftil keçirərək həm ŞahidN, həm də Şahid5 ŞahidN belə bir göstəriş verdiyini, özü məzuniyyətdən qayıdan zaman yeni qıfıl alıb taxacağını bildirmişdir. ŞahidN və Şahid5 ona inandıqdan sonra ŞahidN zəng edib yalan danışaraq qıfılları alıb yerinə taxdığını və açarları ŞahidN təhvil verdiyini bildirmişdir. Həmin gün saat N8 radələrində ŞahidN evində, Şahid5 istirahətdə, özü isə mühafizədə olan zaman tanımadığı taksi ilə Təqsirləndirilən şəxsN gəlmiş, lakin Təqsirləndirilən şəxs3 gəlməmişdir. Taksi sürücüsü Təqsirləndirilən şəxsN düşürtdükdən sonra oradan ayrılmışdır. O, Təqsirləndirilən şəxsN N-ci NBM-də qarşılamış, sonuncu yenə kisələr və kəsici alətlər gətirmişdir. O, Təqsirləndirilən şəxs3 niyə gəlmədiyini Təqsirləndirilən şəxsN soruşan zaman sonuncu Təqsirləndirilən şəxs3 xəstələndiyini, sağalan kimi gələcəyini bildirmişdir. Daha sonra əraziyə Təqsirləndirilən şəxsNla daxil olaraq ilk olaraq N3 nömrəli anbara yaxınlaşıb məftili açıb içəriyə daxil olub kabel təsərrüfatı və texniki avadanlıqlar oğurlayıb, daha sonra həmin anbardan çıxıb qapıya yenidən məftili keçirdərək ardınca 70 nömrəli anbara gedərək məftili açıb içəriyə daxil olub kabel təsərrüfatı və texniki avadanlıqlar oğurlamışlar. Oğurluq başa çatandan sonra oğurladıqlarını Təqsirləndirilən şəxsN çağırmış olduğu taksinin yük yerinə yükləyib Təqsirləndirilən şəxsN yola salmışdır. NN, N7, N8 iyul N0NN-ci il tarixlərdə saat N8 radələrində yenə də Təqsirləndirilən şəxs3 xəstə olduğundan gələ bilmədiyi üçün Təqsirləndirilən şəxsN hər dəfəsində onun mühafizədə olduğu ərəfədə yəni saat N8 radələrində oraya gələrək N3 və 70 nömrəli anbarlara daxil olub oğurluq etmişlər. O, N5, NN, N7, N8 iyul N0NN-ci il tarixlərdə Təqsirləndirilən şəxsNla birlikdə N3 nömrəli anbardan təxminən 300 metr, 70 nömrəli anabrdan isə təxminən N0 metr əlavə kabeli kəsməklə, habelə 70 nömrəli anbardan 5 ədəd 70A üç fazalı mühərriki, N ədəd 400A üç fazalı mühərriki, N ədəd N3NA üç fazalı mühərriki, N ədəd N0A üç fazalı mühərriki, N ədəd 55A üç fazalı mühərriki yerindən kabellərini kəsib çıxarıb kisələrə doldurmaqla oğurluq etmişlər. O, həmçinin N5-N8 iyul N0NN-ci il tarixlərdə N3 nömrəli anbardakı AKİPS 5KN3D markalı texnikadan N ədəd üç fazalı (3kv) havalandırma mühərrikini, 70 nömrəli anbardakı ADN00TSP dizel aqreqatından N ədəd doldurucu generatoru (dinamo), N ədəd soyuducu sistemin su köynəyini (radiator) yerindən kabellərini kəsib çıxararaq N-ci NBM-ə qədər daşıdıqlarını və orada taksi gələndən sonra avtomobilin yük hissəsinə qoyduqlarını bildirmişdir. O, N0-N9 iyul N0NN-ci il tarixlərdə hər dəfəsində Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3 fərqli taksi avtomobillərin gətirib, apardığını və fərqli taksi sürücüləri olduğunu, avtomobillərin seriya nömrəsini, qeydiyyat nişanını xatırlamadığını, habelə fərqli taksi sürücüləri olduğu üçün kim olduqlarını xatırlamadığını, habelə həmin taksi sürücülərin oğurluq əməllərindən xəbərsiz olduqlarını, sürücülərin yanında hər hansı oğurluqla bağlı söhbət aparılmadığını bildirmişdir. N9 iyul N0NN-ci il tarixdə yenidən oğurluq etmək planları olsa da, hərbi hissədən ona məlumat verilərək, vaxtından əvvəl qayıtmalı olduğunu, Samuxa rayonuna ezamiyyətə getməli olduğu nəzərinə çatdırılmışdır. O, dərhal Təqsirləndirilən şəxsN zəng edərək nə onun, nə də Təqsirləndirilən şəxs3 gəlməməsini, hərbi hissəyə geri qaytarıldığını, yenidən həmin əraziyə mühafizəyə göndərilən zaman xəbər edəcəyini bildirmişdir. 09 avqust N0NN-ci il tarixdə baş gizir ŞahidN xidmət yerinə qayıtdıqdan sonra ona zəng etmiş, lakin utandığından zənglərinə cavab verməmişdir. Daha sonra ona məlum olmuşdur ki, ŞahidN anbarların qapısının qıfıllarının qırıq vəziyyətdə olduğunu görüb hərbi hissə komandanlığına məlumat vermiş və hərbi hissənin RAS, mühəndis xidmət rəisi əraziyə gələrək anbarlara baxış keçirərək çatışmazlıqla barədə raport yazmışlar. O, araşdırma başlanan zaman araşdırma orqanına yaxınlaşaraq baş verən hadisəni etiraf edərək danışmışdır. Sonradan Təqsirləndirilən şəxsN oğurladıqlarını satdığını bildirərək 4098-5844-N454-4N73 nömrəli Unibank Leobank kartına Təqsirləndirilən şəxsN tərəfindən N4 iyul N0NN-ci il tarixdə saat NN:48-də "MilliÖn" aparatı ilə N00 manat, "E-manat" aparatı ilə isə N5 iyul N0NN-ci il tarixdə saat N5:NN-da N0 manat, NN iyul N0NN-ci il tarixdə saat NN:57-də 50 manat, N9 iyul N0NN-ci il tarixdə saat N5:09-da 5 manat Təqsirləndirilən şəxsN köçürmüş, sonuncu dəfə isə Təqsirləndirilən şəxsN oğurladıqlarını tam olaraq satdığını bildirərək N5 avqust N0NN-ci il tarixdə saat N3:N0-da həmin kartına "E-manat" aparatı ilə N0 manat pul köçürmüş, Təqsirləndirilən şəxsN oğurladıqlarını kimə və harada satdığını, özünə nə qədər pul götürdüyünü, Təqsirləndirilən şəxs3 nə qədər pul verdiyini deməmişdir. Hazırda Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 ilə birlikdə törətmiş olduğu əməllərdən peşmandır, hərbi hissəyə dəymiş N (iki min dörd yüz) manat maddi ziyanı tam olaraq ödəmişdir. Bundan başqa o, 0N dekabr N0NN-ci il tarixdə saat 07:50-də xidmət yerinə çıxmamış, səbəb isə barəsində oğurluq hadisəsi ilə bağlı cinayət işinin istintaq edildiyi üçün hərbi hissənin şəxsi heyətinin qarşısında etmiş olduğu əməldən utanması olmuşdur. O, Bakı şəhərini tərk edərək Cəlilabad rayonuna getmişdir. Daha sonra polis idarəsindən qardaşına zəng olunaraq axtarışda olduğu bildiriləndən sonra etmiş olduğu hərəkətlərin səhv olduğunu başa düşüb 30 dekabr N0NN-ci il tarixdə saat N5:50-də könüllü olaraq Bakı Hərbi Prokurorluğuan gedərək özünü təqdim etmiş, istintaq hərəkətlərinin həyata keçirilməsindən sonra evinə gedərək, ertəsi gün 3N dekabr N0NN-ci il tarixdə saat 07:50də xidmət yerinə çıxmış, dərhal qayıtması ilə bağlı raport yazılaraq, əmrə salınmışdır. Törətdiyi əməldən peşmandır, dəymiş ziyanı tam olaraq ödəmişdir. Məhkəmədən bağışlanmasını xahiş edir. Təqsirləndirilən şəxsN özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N77.N.N və N77.N.3-cü maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək məhkəməyə ifadə verərək göstərdi ki, təxminən N-3 il əvvəl "Xalqlar Dostluğu" metrostansiyası tərəfdə parklanmada çalışan zaman orada olan "Laçın" ticarət mərkəzindəki mebel dükanında işləyən Təqsirləndirilən şəxsN ilə tanışlığı yaranaraq aralarında dostluq münasibətləri yaranmışdır. Daha sonra Təqsirləndirilən şəxsN Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən hərbi hissələrin birinə hərbi xidmətə düzəldiyini öyrənmişdir. N0NN-ci ilin noyabr ayında Hövsan qəsəbəsində yerləşən kafelərin birində ofsiant olaraq çalışan Təqsirləndirilən şəxs3 ilə tanış olmuş, onun vasitəsilə Təqsirləndirilən şəxsN də Təqsirləndirilən şəxs3 ilə tanışlığı yaranmışdır. O, xatırladığı qədəri ilə N0 iyul N0NN-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxsN onunla mobil telefonda əlaqə saxlayaraq "naryadam çıxa bilmirəm, mümkünsə mənə sokdan, sudan, siqaretdən al gətir" demişdir. O, Təqsirləndirilən şəxsN harada olduğunu soruşan zaman sonuncu ona istiqamət vermişdir. O, tanımadığı taksi ilə həmin əraziyə getmişdir. Həmin ərazi Xəzər rayonu, Şah Dili adlanan ərazi olmuşdur. X4 yanına yaxınlaşan zaman orada şlaqbaunun yanında Təqsirləndirilən şəxsN hərbi formada dayandığını görmüşdür. O, Təqsirləndirilən şəxsNlə salamlaşdıqdan sonra ətrafda heç kimin olmadığını görmüşdür. Təqsirləndirilən şəxsN anbarları gördükdən sonra "qapısı qıfıllı olan anbarların içində nə var?" deyə soruşmuş, Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxsN "hərbiyə adi texnika var, biz onların yerləşdiyi anbarları qoruyurq, amma qapıların qıfılları baş gizir var, həmişə onda olur" demişdir. Daha sonra Təqsirləndirilən şəxsN taksi sifariş etmiş və Təqsirləndirilən şəxsN, sonuncunu N-ci NBMdən yola salmışdır. Daha sonra NN iyul N0NN-ci il tarixdə Təqsirləndirilən şəxsN Təqsirləndirilən şəxsNlə whsatsappda əlaqə saxlayaraq Təqsirləndirilən şəxs3 ilə birlikdə onu görməyə gələcəklərini bildirmişdir. Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxsN saat N5-N9 arası mühafizədə olacağını, həmin ərəfədə gələ biləcəklərini bildirmişdir. Təxminən saat N8 radələrində tanımadığı taksi sürücüsü Təqsirləndirilən şəxsNla, Təqsirləndirilən şəxs3 N-ci NBM-ə gətirib, düşürdərək getmişdir. Təqsirləndirilən şəxsN, Elminlə Fatiməni N-ci NBM-də qarşılayaraq, əraziyə buraxmışdır. Təqsirləndirilən şəxsN onlara "onsuz gəlib gedən yoxdur, gəlin həmin anbarlara gizlin girək görək nə var, götürməli, satılmalı bir şeylər varsa oğurluq edək" demişdir. Təqsirləndirilən şəxsN təklifi ilə həm Təqsirləndirilən şəxsN, həm də Təqsirləndirilən şəxs3 razılaşmışdır. İlk olaraq raket artilleriya xidməti üzrə avtomatik nəzarət sınaq stansiyasının AKİPS 5KN3D markalı texnikasının yerləşdiyi N3 nömrəli anbara yaxınlaşaraq həmin anbarın sağ tərəfində kubik boyda dəlik olduğunu görmüşlər. O, ətrafdan "lom" taparaq, həmin "lom"la dəliyi genişləndirmişdir. Həmin dəlikdən ilk öncə Təqsirləndirilən şəxsN daxil olmuş, daha sonra Təqsirləndirilən şəxs3, ardınca Təqsirləndirilən şəxsN anbara daxil olmuş və orada olan texnikanı görmüşlər. Texnikanın arxa hissəsində açıq halda olan kabellər olduğunu görmüşlər. Daha sonra texnikanın qapı hissəsinə qalxaraq, qapını açan zaman içəridə kabellər, texniki avadanlıqlar olduğunu görmüş, daha sonra daxil olduqları həmin deşikdən çıxıb, bir neçə daş qoyaraq kamuflaj etmişlər. Daha sonra N3 nömrəli anbarla üzbəüz olan 70 nömrəli anbara yaxınlaşmışlar. Həmin anbarın qapısı qıfıllı olsa da, qapının petləsi yerindən oynadığı üçün çıxarmış və həmin anbara üçü də daxil olmuşlar. Həmin anbarda mühəndis xidməti üzrə 5E97 markal dizel stansiyasının N ədəd aqreqatı və aqreqatlarda olan kabellər, texniki avadanlıqları görmüşlər. Daha sonra oradan çölə çıxdıqdan sonra qapının petləsini yerinə taxmışdır. Hər üçü ertəsi gün oğurluq etməyi və bunun üçün kisə, kabelləri kəsmək üçün kəsici alətləri Təqsirləndirilən şəxsN gətirməsini planlaşdırmışlar. Ertəsi gün, yəni N3 iyul N0NN-ci il tarixdə Təqsirləndirilən şəxsN həm səhər, həm günorta saatlarında bir neçə dəfə Təqsirləndirilən şəxsN əlaqə saxlamış və sonuncu saat N5-N9 arası mühafizədə olacağını, həmin saatlarda gəlmələrini bildirmişdir. Təxminən saat N8 radələrində Təqsirləndirilən şəxs3 ilə hərbi hissəyə getmişlər, Təqsirləndirilən şəxsN, onu və Təqsirləndirilən şəxs3 əraziyə buraxmış, hər üçü ilk öncə N3 nömrəli anbara yaxınlaşmışlar. Anbarın kənarındakı böyütdükləri dəliyin üzərindəki daşları götürdükdən sonra ilk öncə o, daha sonra Təqsirləndirilən şəxs3, daha sonra Təqsirləndirilən şəxsN anbara daxil olmuşlar. Hər üçü N3 nömrəli anbara daxil olduqdan sonra orada olan texnikanın qapısını açıb içəriyə daxil olmaqla Təqsirləndirilən şəxsN kəsici alətlə kabelləri kəsmiş, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 isə kəsilən kabelləri kisələrə doldurmuşlar. Təxminən oradan 400 metrdən artıq kabel kəsib kisələrə yığıb oğurladıqdan sonra həmin anbardan bayıra çıxaraq, həmin girdikləri yeri kamuflaj edərək daş qoymuşlar. Daha sonra 70 nömrəli anbara yaxınlaşdıqdan sonra hər üçü anbara daxil olmuşlar. 70 nömrəli anbara daxil olan zaman 5E97 dizel elektrik stansiyasının iki aqreqatından biri olan ADN00TSP dizel aqreqatının arxa kabinasına keçərək oradan Təqsirləndirilən şəxsN N0 metrə yaxın kabel kəsmiş, kəsilən kabelləri Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 kisələrə doldurmuşlar. 70 nömrəli anbardan çıxandan sonra qapının petləsini yerinə taxmış və hər üçü Təqsirləndirilən şəxsN mühafizə müddəti bitənəcən, yəni N3 iyul N0NN-ci il tarixədək oğurluq etməyi planlaşdırmışlar. Daha sonra Təqsirləndirilən şəxsN çağırmış olduğu taksi sürücüsü N-ci NBM-ə gəlmiş və kisələri həmin yük yerinə qoymuşlar. O, taksi sürücüsünün onların oğurluq etdiklərindən xəbərsiz olduqlarını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxsN Təqsirləndirilən şəxsN əlaqə saxlayaraq həmin kabellərin içərisində mis əlvan metal olduğunu, onları satmağın asan olduğunu və satıb həm özünə pul götürəcəyini, həm ona, həm də Təqsirləndirilən şəxs3 pul göndərəcəyini bildirmişdir. N5 iyul N0NN-ci il tarixdə saat N5-NN radələrində o, Təqsirləndirilən şəxsN zəng edərək gəlmək istədiklərini bildirmiş, Təqsirləndirilən şəxsN, yenə də saat N5-N9 arası mühafizədə olacağını, həmin saatlarda gəlmələrini bildirmişdir. Həmin gün saat N8 radələrində, Təqsirləndirilən şəxsN mühafizədə olan zaman tanımadığı taksi ilə hərbi hissəyə getmiş, lakin Təqsirləndirilən şəxs3 gəlməmişdir. Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3 niyə gəlmədiyini Təqsirləndirilən şəxsN soruşan zaman sonuncu Təqsirləndirilən şəxs3 xəstələndiyini, sağalan kimi gələcəyini bildirmişdir. Daha sonra əraziyə daxil olaraq ilk olaraq N3 nömrəli anbara yaxınlaşıb məftili açıb içəriyə daxil olub kabel təsərrüfatı və texniki avadanlıqlar oğurlayıb, daha sonra həmin anbardan çıxıb qapıya yenidən məftili keçirdərək ardınca 70 nömrəli anbara gedərək məftili açıb içəriyə daxil olub kabel təsərrüfatı və texniki avadanlıqlar oğurlamışlar. Oğurluq başa çatandan sonra oğurladıqlarını çağırmış olduğu taksinin yük yerinə yükləyib çıxıb getmişdir. NN, N7, N8 iyul N0NN-ci il tarixlərdə saat N8 radələrində yenə də Təqsirləndirilən şəxs3 xəstə olduğundan gələ bilmədiyi üçün Təqsirləndirilən şəxsN mühafizədə olduğu ərəfədə yəni saat N8 radələrində oraya gələrək N3 və 70 nömrəli anbarlara daxil olub oğurluq etmişlər. O, N5, NN, N7, N8 iyul N0NN-ci il tarixlərdə Təqsirləndirilən şəxsNlə birlikdə N3 nömrəli anbardan təxminən 300 metr, 70 nömrəli anabrdan isə təxminən N0 metr əlavə kabeli kəsməklə, habelə 70 nömrəli anbardan 5 ədəd 70A üç fazalı mühərriki, N ədəd 400A üç fazalı mühərriki, N ədəd N3NA üç fazalı mühərriki, N ədəd N0A üç fazalı mühərriki, N ədəd 55A üç fazalı mühərriki yerindən kabellərini kəsib çıxarıb kisələrə doldurmaqla oğurluq etmişlər. O, həmçinin N5-N8 iyul N0NN-ci il tarixlərdə N3 nömrəli anbardakı AKİPS 5KN3D markalı texnikadan N ədəd üç fazalı (3kv) havalandırma mühərrikini, 70 nömrəli anbardakı ADN00TSP dizel aqreqatından N ədəd doldurucu generatoru (dinamo), N ədəd soyuducu sistemin su köynəyini (radiator) yerindən kabellərini kəsib çıxararaq N-ci NBM-ə qədər daşıdıqlarını və orada taksi gələndən sonra avtomobilin yük hissəsinə qoyduqlarını bildirmişdir. O, habelə fərqli taksi sürücüləri olduğu üçün kim olduqlarını xatırlamadığını, habelə həmin taksi sürücülərin oğurluq əməllərindən xəbərsiz olduqlarını, sürücülərin yanında hər hansı oğurluqla bağlı söhbət aparılmadığını bildirmişdir. Sonradan Təqsirləndirilən şəxsN oğurladıqlarını sataraq 4098-5844-N454-4N73 nömrəli Unibank Leobank kartına N4 iyul N0NN-ci il tarixdə saat NN:48-də "MilliÖn" aparatı ilə N00 manat, "E-manat" aparatı ilə isə N5 iyul N0NN-ci il tarixdə saat N5:NN-da N0 manat, NN iyul N0NN-ci il tarixdə saat NN:57də 50 manat, N9 iyul N0NN-ci il tarixdə saat N5:09-da 5 manat köçürmüş, sonuncu dəfə isə oğurladıqlarını tam olaraq satdığını bildirərək N5 avqust N0NN-ci il tarixdə saat N3:N0da həmin kartına "E-manat" aparatı ilə N0 manat pul köçürmüşdür. Hazırda törətmiş olduğu əməllərdən peşmandır. Təqsirləndirilən şəxs vətəndaş Təqsirləndirilən şəxs3 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N77.N.N və N77.N.3-cü maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək məhkəməyə ifadə verərək göstərdi ki, 09 noyabr N0NN-ci il tarixdə Ağcabədi rayonundan Bakı şəhərinə köçərək Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşamağa başlamışdır. O, Bakı şəhərinə gələn zaman Türkan qəsəbəsində yerləşən "Türkan" adlı kafedə ofsiant kimi işə başlamış və oraya müştəri kimi gələn Təqsirləndirilən şəxsN ilə tanışlıq münasibətləri yaranmışdır. N0NN-ci ildən Hövsan qəsəbəsində yerləşən müxtəlif kafelərdə ofsiant kimi çalışan zaman Təqsirləndirilən şəxsN tanışı olan Təqsirləndirilən şəxsN ilə tanışlığı yaranmışdır. O, Təqsirləndirilən şəxsN N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində xidmət etdiyini bildirmişdir. Təxminən 07-N5 avqust N0NN-ci il tarixlərin birində Təqsirləndirilən şəxsN ona "gedək dəniz qırağına balıq tutaq, özümüzlə qarpız, sok, su alarıq" demiş, o da buna etiraz etməmişdir. Daha sonra tanımadığı taksiyə oturub Xəzər rayonu ərazisində yerləşən "Ekoparkdan" bir az irəli gedərək Pirallahı yazılan plakatın yaxınlığında düşmüşlər. Yaxınlıqdakı dükanların birinə girərək qarpız, kola, içməli su almışlar. Daha sonra asfaltdan quru torpaq olan əraziyə daxil olaraq təxminən N saat piyada yol getmişlər. Qarşılarına hərbi hissənin nəzarət buraxılış məntəqəsi çıxmış və orada heç kim olmamışdır. Təqsirləndirilən şəxsN ona "bura hərbi hissənin ərazisidir, sən düz get, axırda dəniz qarşına çıxacaq, mən isə hərbi hissənin ərazisinə girmədən kənar yolla gedəcəm" demiş və həmin ərazinin Şah Diliyə yaxın ərazi olduğunu bildirmişdir. Daha sonra N-ci NBM-dən keçib, təxminən N5 dəqiqə piyada yol gedərək N-ci NBM qarşısına çıxmışdır. Bu zaman o, hərbi formada olan şəxsin isimliyində Şahid5 yazıldığını görmüşdür. O, Şahid5 dəniz qırağına getmək istədiyini bildirmiş, sonuncu isə icazə verə bilməyəcəyini demişdir. Oraya başqa hərbi qulluqçu gəlmiş və isimliyində ŞahidN yazıldığını görmüşdür. O, ŞahidN "dəniz qırağına getmək istəyirəm, orada gəzmək, şəkillər çəkmək istəyirəm" demişdir. Bu zaman ŞahidN ona "haradan bilim ki, dəniz qırağında gəzəcəksən? bəlkə oğurluq edəcəksən?" deyə soruşmuş və son zamanlar buraya dənizə baxmaq adıyla gəlib oğurluq edənlər olduğunu bildirmişdir. O, ŞahidN "siz əgər nəzarət edənsizsə mən dənizdən qayıdanda üstümü yoxlayarsız" demişdir. Daha sonra ŞahidN onun dənizkənarına getməsinə icazə vermişdir. O, N-ci NBM-dən 30 dəqiqə piyada yol gedərək dənizkənarı sahilə çatmışdır. O, sahilə çatanda Təqsirləndirilən şəxsN artıq orada olduğunu, dənizdə üzdüyünü görmüşdür. Daha sonra Təqsirləndirilən şəxsN paltarını geyinərək onunla qarpız yeyərək kola, su içmişlər. O, kolanı içib qutardıqdan sonra Təqsirləndirilən şəxsN içməli su istəmişdir. Təqsirləndirilən şəxsN ona "gedirəm hərbi hissədən içməli su götürüb gəlirəm" demişdir. O, Təqsirləndirilən şəxsN ətrafda heç kimin olmadığını, tez gedib gəlməsini tapşırmışdır. Təxminən 40 dəqiqə sonra Təqsirləndirilən şəxsN qayıdanda əlində su olmadığını görüb nə üçün su gətirmədiyini soruşmuşdur. Təqsirləndirilən şəxsN orada olan baş gizirin ona "sən əvvəl də burda olmusan, oğurluq eləmisən" dediyini, Təqsirləndirilən şəxsN isə cavabında orda olmadığını, oğurluq etmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxsN baş gizirlə sözlü mübahisə etdiyi üçün su gətirə bilmədiyini bildirmişdir. Habelə, Təqsirləndirilən şəxsN Təqsirləndirilən şəxsN ona ərazinin sakitlik olduğunu, tikanlı məftillərin içərisində N otaq, otaqların içərisində hərbi avtomobillər və oğurluq etmək üçün materiallar olduğunu deməsini bildirmişdir. O, Təqsirləndirilən şəxsN orda olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxsN cavabında "xeyr olmamışam, görmürsən olmamışam, adicə məni günahlandırırlar" demişdir. Daha sonra kənar ərazi ilə hərbi hissənin ərazisinə girmədən N saat piyada gedərək asfalt yola çıxaraq tanımadığı taksi ilə Türkan qəsəbəsinə getmişlər. O, ifadəsində Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxsNlə birlikdə hərbi hissənin ərazisinə daxil olaraq anbarlardan oğurluq etmədiyini bildirmişdir. O, həmçinin ifadəsində "Unibank Leobank" kartına N3 iyul N0NN-ci il tarixdə "E-manat" ödəmə terminalı vasitəsilə saat NN:N8-də 45 manat, NN iyul N0NN-ci il tarixdə saat N3:53-də N50 manat, N5 iyul N0NN-ci il tarixdə saat N8:N9-da N50 manat köçürüldüyünü, lakin kim tərəfindən hansı səbəbə köçürüldüyünü xatırlamadığını bildirdi. Zərərçəkmiş şəxsin nümayəndəsi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin əməliyyat və döyüş hazırlığı bölməsinin rəisinin radiasiya-kimyəvi və bioloji mühafizə üzrə köməkçisi, mayor Nümayəndə məhkəməyə ifadə verib göstərdi ki, N0N5-ci ildən həmin hərbi hissədə xidmət edir. O, hərbi hissənin S300PMUN divizionlar qrupunun N-ci S300OMUN zenit raket divizionunun start batareyasının start taqımının 4-cü manqasının komandiri MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxsN hərbi xidmət müddətində tanımış, vətəndaşlar Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 isə əvvəl tanımamış, hadisədən sonra adlarını eşitmişdir. O, hərbi hissənin Xəzər rayonu, Zirə qəsəbəsindəki "Şah dili-N" adlanan S-N00 zenit raket kompleksinin yerləşdiyi ərazini, orada olan anbarları və obyektləri mühafizə etmək üçün NN iyun N0NN-ci il tarixdə MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxsNlə MAHHXHQ, əsgər Şahid4 göndərildiyini və müddəti uzadılmaqla Şahid4 N3 iyul, Təqsirləndirilən şəxsN isə N0 iyul N0NN-ci il tarixədək həmin ərazidə xidmətdə olduğunu bildirmişdir. Həmin ərazidə N3 nömrəli saxlanc anbarında raket-artilleriya xidməti üzrə avtomatik nəzarət sınaq stansiyasının AKİPS 5KN3D markalı texnikasının və 70 nömrəli saxlanc anbarında isə mühəndis xidməti üzrə 5E97 dizel elektrik stansiyasının ADN00TSP və AD-30T/400 dizel aqreqatlarının olduğunu və həmin texnikaların oraya daimi olaraq mühafizəyə göndərilən baş gizir ŞahidN təhkim olunduğunu və sonuncunun həmçinin ümumi olaraq mühafizəyə nəzarət etdiyini bildirmişdir. Baş gizir ŞahidN N5 iyul N0NN-ci il tarixdə məzuniyyətə göndərilmiş və sonuncunu baş gizir ŞahidN əvəz etmişdir. Baş gizir ŞahidN 08 avqust N0NN-ci il tarixdə məzuniyyətdən geri qayıtmış və 09 avqust N0NN-ci il tarixdə xidmət yerinə getmişdir. 09 avqust N0NN-ci il tarixdə baş gizir ŞahidN hərbi hissə komandanlığına müraciət edərək N3 və 70 nömrəli anbarlarının qıfıllarının qırıq olduğunu və içərisinin dağınıq olduğunu bildirmişdir. Dərhal hərbi hissə komandiri oraya raket artilleriya silahlandırma (RAS) xidmətinin rəisi, mayor ŞahidN göndərmiş, sonuncu əraziyə getdikdən sonra N3 və 70 nömrəli anbarlarda çatışmazlıqlar aşkar etmiş, dərhal raport yazmış və araşdırma başlanmışdır. Bir-iki gün sonra hərbi hissənin mühəndis xidmət rəisi vəzifəsini icra edən, kapitan Şahid7 həmin əraziyə göndərilmiş və o da 70 nömrəli anbarda çatışmazlıqlar aşkar etmişdir. Xidmət rəislərinin vermiş olduğu raportlar əsasında çatışmazlıq kimi N3 nömrəli saxlanc anbarında AKİPS 5KN3D markalı texnikasından 755 metr uzunluğundakı 799 manat 50 qəpik dəyərində olan kabel təsərrüfatı, N ədəd N50 manat dəyərində üç fazalı (3kv) havalandırma mühərriki, 70 nömrəli saxlanc anbarından isə mühəndis xidməti üzrə 5E97 dizel elektrik stansiyasının ADN00TSP dizel aqreqatından 30 metr uzunluğundakı N70 manat dəyərində olan kabel təsərrüfatı, 5 ədəd N50 manat dəyərində olan 70A üç fazalı mühərrik, N ədəd 540 manat dəyərində olan 400A üç fazalı mühərrik, N ədəd N00 manat dəyərində olan N3NA üç fazalı mühərrik, N ədəd N0 manat dəyərində olan N0A üç fazalı mühərrik, N ədəd N0 manat dəyərində olan 55A üç fazalı mühərrik, N ədəd N50 manat dəyərində olan doldurucu generatoru (dinamo), N ədəd N00 manat dəyərində olan soyuducu sistemin su köynəyi (radiator) göstərilmiş və qeyd olunanları araşdırma zamanı MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxsN mühafizədə olan zaman N3 iyul N0NN-ci il tarixdə tanışları Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 ilə birlikdə, N5, NN, N7, N8 iyul N0NN-ci il tarixlərdə Təqsirləndirilən şəxs3 xəstə olduğu üçün gələ bilmədiyindən Təqsirləndirilən şəxsNla birlikdə N3 və 70 nömrəli anbarlara qanunsuz daxil olaraq oğurladığını etiraf etmişdir. O, hadisə nəticəsində hərbi hissənin zərər çəkdiyini, nümayəndə kimi hərbi hissə komandirinin ona etibarnamə əsasında səlahiyyət verdiyini, həmçinin dəymiş maddi ziyan N (iki min dörd yüz) manat pulun MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxsN tərəfindən ödənildiyini, təqsirkar şəxslərdən hər hansı birinə mülki iddiaları və təqsirləndirilən şəxslərdən şikayətçi olmadıqlarını bildirdi. Şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin maddi-texniki təminat bölüyünün təminat taqımının komandiri, baş gizir ŞahidN məhkəməyə ifadə verərək göstərdi ki, N8 aprel N0NN-ci il tarixdən həmin hərbi hissədə xidmət edir. O, N0N4-cü ildən daimi olaraq hərbi hissənin Xəzər rayonu, Zirə qəsəbəsindəki "Şah Dili-N" adlanan ərazisindəki S-N00 zenit raket kompleksinin yerləşdiyi bölmənin ərazisini, anbarlarını və obyektlərini mühafizə etmək üçün göndərilmişdir. Həmçinin, oraya hərbi hissənin şəxsi heyətindən hərbi hissə komandirinin əmri ilə əsasən N0 (on) gün müddətinə N nəfər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun da göndərildiyini və mühafizəyə ümumi nəzarəti özü etdiyini bildirmişdir. Həmin ərazidə N3 və 70 nömrəli saxlanc anbarları olduğunu, N3 nömrəli saxlanc anbarında raket-artilleriya xidməti üzrə avtomatik nəzarət sınaq stansiyasının AKİPS 5KN3D markalı texnikasının, 70 nömrəli saxlanc anbarında isə mühəndis xidməti üzrə 5E97 dizel elektrik stansiyasının ADN00TSP və AD-30T/400 dizel aqreqatlarının olduğunu və həmin texnikaların ona təhkim olunduğunu bildirmişdir. NN iyun N0NN-ci il tarixdə həmin əraziyə mühafizəyə MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxsN və MAHHXHQ, əsgər Şahid4 gəlmişlər. Hər ikisinin mühafizə müddəti NN iyun, N iyul və N3 iyul N0NN-ci il tarixədək uzadılmışdır. N3 iyul N0NN-ci il tarixdə MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxsN mühafizə müddəti N0 (on) gün daha uzadılmış, MAHHXHQ, əsgər Şahid4 isə MAHHXHQ, əsgər Şahid5 əvəz etmişdir. N5 iyul N0NN-ci il tarixdə məzuniyyət əmri verildiyi üçün onun yerinə baş gizir ŞahidN göndərilmiş və sonuncu ilə saat NN-NN radələrində aralarında təhvil-təslim etmişlər. O, məzuniyyətə çıxaraq yaşadığı Kürdəmir rayonuna getmiş və həmin gün günorta saatlarında MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxsN ona zəng edərək anbarlarda olan avtomobil avadanlıqlarını təhviltəslim etmək üçün hərbi hissədən XN0 baş leytenant Şahid3 gəldiyini, anbarların açarlarının baş gizir ŞahidN olmadığını bildirmişdir. O, cibinə baxaraq açarları baş gizir ŞahidN təhvil verməyi unutduğu üçün MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxsN anbarların qıfıllarını qırmasını, zabitlərin təhvil-təslimindən dərhal sonra yeni qıfıllar alıb taxmasını və açarları baş gizir ŞahidN təhvil verməsini tapşırmışdır. Axşam saatlarında MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxsN ona zəng edərək qıfılları qırdığını, yenisi ilə əvəz etdiyini və açarları baş gizir ŞahidN təhvil verdiyini bildirmişdir. 08 avqust N0NN-ci il tarixdə məzuniyyətdən qayıtmış, 09 avqust N0NN-ci il tarixdə isə xidmət yerinə qayıtmışdır. O, xidmət yerində N3 və 70 nömrəli anbarların qıfıllarının qırıq olduğunu görüb bu barədə baş gizir ŞahidN soruşan zaman sonuncu MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxsN dediyinə görə onun xəbərdar olduğunu bildirmişdir. O, baş gizir ŞahidN MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxsN belə bir şey demədiyini, məsələni aydınlaşdırmaq üçün həm o, həm də baş gizir ŞahidN MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxsN zəng etsələr də, sonuncu mobil telefon zənglərinə cavab verməmişdir. O, baş gizir ŞahidN hərbi hissəyə qayıda biləcəyini nəzərinə çatdırmış və anbarlardakı vəziyyətlə bağlı hərbi hissə komandanlığına məruzə etmişdir. Dərhal həmin gün hərbi hissə komandirinin göstərişi əsasında oraya hərbi hissənin raket artilleriya silahlandırma (RAS) xidmət rəisi, mayor ŞahidN gəlmiş, N3 və 70 nömrəli anbarlardakı çatışmazlıqları görmüş, öz sahəsi üzrə N3 nömrəli anbardakı çatışmazlıqlar üzrə qeydlərini aparmış və sonuncu hərbi hissəyə qayıdaraq bu barədə raport yazmış, araşdırma təyin olunmuşdur. Bir-iki gün sonra hərbi hissənin mühəndis xidmət rəisi vəzifəsini icra edən, kapitan Şahid7 da əraziyə gələrək 70 nömrəli anbardakı çatışmazlıqlar üzrə öz qeydlərini aparmışdır. Araşdırma başlanandan sonra N0NN-ci ilin avqust ayının ortalarında MAHHXHQ, əsgər Məhəmməd Xudiyev və MAHHXHQ, əsgər Şahid5 ilə birgə xidmətdə olan zaman sonuncu adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs3 adlı xanımın gəldiyini və dəniz sahilinə getmək istədiyini bildirmişdir. NBM-ə yaxınlaşan zaman orada olan Təqsirləndirilən şəxs3 ona "dənizə gedirəm, şəkil zad çəkdirəcəm" demiş, o Təqsirləndirilən şəxs3 "mən hardan bilim ki, dənizə gedirsən?" deyə soruşmuş və bu yaxınlarda buralardan oğurluq edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 ona "naryad deyilsiz? qayıdanda yoxlayarsız" demişdir. O, Təqsirləndirilən şəxs3 hərbi hissənin ərazisindən keçib dəniz sahilinə getməsinə icazə vermişdir. Təxminən N saat sonra adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxsN adlı şəxs yaxınlaşaraq içməli su istəmişdir. O, Təqsirləndirilən şəxsN normal birinə oxşatmadığı üçün su olmadığını bildirərək, digər mühafizədə olan Məhəmməd Xudiyevə "gəl bu oğlanın şəklini çək, oğruya oxşayır, post patrula verək gəlsin aparsın" demişdir. Bu sözlərdən dərhal sonra Təqsirləndirilən şəxsN dəniz sahilinə tərəf getmişdir. Araşdırma zamanı N3 iyul N0NN-ci il tarixdə saat N8 radələrində onun orada olmadığı, digər mühafizədə olan MAHHXHQ, əsgər Şahid4 istirahətdə, MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxsN mühafizədə olduğu vaxtda sonuncu tanışları Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 ilə birlikdə N3 nömrəli anbara sağ tərəfdəki dəliyi lomla böyüdərək həmin dəlikdən daxil olduqlarını, 70 nömrəli anabara isə qapını petlədən çıxararaq daxil olduqlarını, N5, NN, N7, N8 iyul N0NN-ci il tarixlərdə saat N8 radələrində baş gizir ŞahidN orda olmadığı, MAHHXHQ, əsgər Şahid5 istirahətdə olduğu, MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxsN isə mühafizədə olduğu vaxtda sonuncu Təqsirləndirilən şəxsNla birlikdə N3 və 70 nömrəli anbarlara qıfıllar olmadığı üçün rahat şəkildə qapıların məftlini çıxarıb daxil olaraq oradan içərisi mis əlvan metallar olan kabel təsərrüfatı və texniki avadanlıqlar oğurladıqlarını öyrənmişdir. Hərbi hissəyə dəymiş maddi ziyan RAS və mühəndis xidmət rəisi tərəfindən hesablanaraq N3 nömrəli anbarda 949 manat 50 qəpik, 70 nömrəli anbarda isə N450 manat hesablanmışdır. Şahidlər Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları, baş leytenant Şahid3, baş gizir ŞahidN, əsgər Şahid5 Təqsirləndirilən şəxsN və ŞahidN onlarla bağlı göstərdiklərini mahiyyəti üzrə təsdiq etdilər. Şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgər Şahid4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxsN və ŞahidN onunla bağlı göstərdiklərini mahiyyəti üzrə təsdiq etmişdir. Şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin raket artilleriya silahlandırma (RAS) xidmətinin rəisi vəzifəsini icra edən, mayor ŞahidN məhkəməyə ifadə verərək göstərdi ki, 04 iyun N0N8-ci il tarixdən həmin hərbi hissədə xidmət edir. O, hərbi hissənin S300PMUN divizionlar qrupunun N-ci S300PMUN zenit raket divizionunun start batareyasının start tağımının 4-cü manqasının komandiri, MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxsN hərbi xidmət müddətində tanımış, aralarında şəxsi ədavət, düşmənçilik və ya qohumluq əlaqələri olmamışdır. O, xidmətdə olan zaman 09 avqust N0NN-ci il tarixdə hərbi hissənin Xəzər rayonu, Zirə qəsəbəsindəki "Şah Dili-N" adlanan S- N00 zenit raket kompleksinin yerləşdiyi ərazidə olan N3 və 70 nömrəli anbarlarda çatışmazlıqlar aşkar olunması barədə ona məlumat verilmişdir. Çatışmazlığı aşkar edən ilk şəxs məzuniyyətdən qayıdan baş gizir ŞahidN olmuşdur. Baş gizir ŞahidN bu barədə hərbi hissə komandirinə məlumat verdiyi üçün dərhal hərbi hissə komandiri onu həmin əraziyə göndərmişdir. Həmin ərazidə raket artilleriya silahlandırma xidməti, mühəndis xidməti və avtomobil xidmətinə aid avadanlıqlar olduğunu bildirmişdir. O, əraziyə çatan zaman N3 və 70 nömrəli anbarların qıfıllarının qırıq olduğunu görmüş, baş gizir ŞahidNla birlikdə N3 və 70 nömrəli anbarlara daxil olaraq çatışmazlıqları aşkar etmişdir. O, öz sahəsinə aid olan N3 nömrəli anbardakı çatışmazlıqları qeyd etmiş, baş gizir ŞahidN dərhal anbarların qapılarına qıfıl alıb qoymasını və möhürləməsini tapşırmışdır. O, hərbi hissəyə qayıdan kimi hərbi hissə komandirinə məruzə edərək raport yazmış və araşdırma təyin olunmasını xahiş etmişdir. Dərhal raportu əsasında araşdırma təyin olunmuşdur. Bir-iki gün sonra 70 nömrəli anbarda çatışmazlıqları qeyd etməsi üçün mühəndis xidmət rəisi vəzifəsini icra edən kapitan Şahid7 da həmin əraziyə göndərilmişdir. O, N3 nömrəli anbarda yerləşən avtomatik nəzarət sınaq stansiyasının AKİPS 5KN3D markalı texnikanın içərisində iki ədəd üç fazalı (3kv) havalandırma mühərrikindən sol tərəfdəkini olmamasını, habelə texnikanın içərisində sarı rəng olan idarəetmə kabelinin N00 metr, gümüşü rəng olan idarəetmə kabelinin N50 metr əskik olmasını aşkar etmişdir. Texnikanın bayır hissəsindəki qoşqu hissəsinin üzərində olan göy rəng olan güc kabelinin 5 metr əskik olmasını müəyyən etmiş və öz arayışında bunları qeyd etmiş, başqa hər hansı çatışmazlıq aşkar etməmişdir. Daha sonra çatışmazlıqların orta bazar qiymətlərinin ümumilikdə 949 azn 50 qəpik olmasını müəyyən etmiş və arayış-hesabatını yazaraq araşdırma materiallarına əlavə edilməsi üçün təqdim etmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, RAS xidmət rəisi vəzifəsini icra edən zaman hər ayın sonu həmin əraziyə gedərək N3 nömrəli anbara daxil olub texnikaya baxmış, sonuncu dəfə N0NN-ci ilin iyun ayının sonlarında gedən zaman hər hansı çatışmazlıq aşkar etməmiş, habelə həmin çatışmazlıqlara səbəb həmin əraziyə mühafizəyə göndərilən MAHHXHQ, kiçik çavuş Niccat Mirzəyevin deməsinə görə özü səbəbkar olmuş, belə ki sonuncu həmin ərazidə mühafizədə olan zaman N3 iyul N0NN-ci il tarixdə tanışları Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 ilə birlikdə, N5, NN, N7, N8 iyul N0NN-ci il tarixlərdə Təqsirləndirilən şəxs3 xəstə olduğu üçün gələ bilmədiyindən Təqsirləndirilən şəxsNla birlikdə N3 və 70 nömrəli anbarlara qanunsuz daxil olaraq oğurlamışlar. Şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mühəndis xidmət rəisi vəzifəsini icra edən, kapitan Şahid7 məhkəməyə ifadə verərək göstərdi ki, N8 noyabr N0N5-ci il tarixdən həmin hərbi hissədə xidmət edir. O, hərbi hissənin S300PMUN divizionlar qrupunun N-ci S300PMUN zenit raket divizionunun start batareyasının start tağımının 4-cü manqasının komandiri, MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxsN hərbi xidmət müddətində tanımış, aralarında şəxsi ədavət, düşmənçilik və ya qohumluq əlaqələri olmamışdır. O, xidmətdə olan zaman 09 avqust N0NN-ci il tarixdə hərbi hissənin Xəzər rayonu, Zirə qəsəbəsindəki "Şah Dili-N" adlanan S-N00 zenit raket kompleksinin yerləşdiyi ərazidə olan N3 və 70 nömrəli anbarlarda çatışmazlıqlar aşkar olunması barədə ona məlumat verilmişdir. Belə ki, ərazidə raket artilleriya silahlandırma xidməti, mühəndis xidməti və avtomobil xidmətinə aid avadanlıqlar olduğunu bildirmişdir. Çatışmazlığı aşkar edən ilk şəxs məzuniyyətdən qayıdan baş gizir ŞahidN olmuşdur. Baş gizir ŞahidN bu barədə hərbi hissə komandiri məlumat verdiyi üçün dərhal hərbi hissə komandiri ilk öncə RAS xidmət rəisi, mayor ŞahidN həmin əraziyə göndərmişdir. Mayor ŞahidN həm N3, həm də 70 nömrəli anbarlarda çatışmazlıqlar aşkar etdiyi üçün hərbi hissəyə qayıdaraq araşdırma təyin olunması üçün raport yazmışdır. Bir-iki gün sonra hərbi hissə komandiri onu həmin əraziyə göndərərək 70 nömrəli anbarda çatışmazlıqları qeyd etməsini tapşırmışdır. O, həmin əraziyə getdikdən sonra baş gizir ŞahidN onun iştirakı ilə 70 nömrəli anbarın qapısını açmış və hər ikisi oraya daxil olmuşlar. O, 70 nömrəli anbarda yerləşən 5E97 dizel elektrik stansiyasının ADN00TSP dizel aqreqatının idarəetmə kabinasından 5 ədəd 70A üçfazalı mühərrik, N ədəd 400A üçfazalı mühərrik, N ədəd 55A üçfazalı mühərrik, N ədəd N0A üçfazalı mühərrik, N ədəd N3NA üçfazalı mühərrikin olmadığını aşkar etmişdir. Ardınca aqreqatın arxasında olan RKU çeviricisinə daxil olmuş və orada N ədəd radiatorun (soyuducu sistemin su köynəyi), N ədəd dinamonun (doldurucu generator) və 30 metr uzuluğunda Nx50-lik güc kabelinin əskik olmasını aşkar etmiş və öz arayışında bunları qeyd etmiş, başqa hər hansı çatışmazlıq aşkar etməmişdir. Daha sonra çatışmazlıqların orta bazar qiymətlərinin ümumilikdə N450 azn olmasını müəyyən etmiş və arayış-hesabatını yazaraq araşdırma materiallarına əlavə edilməsi üçün təqdim etmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, mühəndis xidmət xidmət rəisi vəzifəsini icra edən zaman hər ayın sonu həmin əraziyə gedərək 70 nömrəli anbara daxil olub texnikalara baxmış, sonuncu dəfə N0NN-ci ilin iyun ayının sonlarında gedən zaman hər hansı çatışmazlıq aşkar etməmiş, habelə həmin çatışmazlıqlara səbəb həmin əraziyə mühafizəyə göndərilən MAHHXHQ, kiçik çavuş Niat Mirzəyevin deməsinə görə özü səbəbkar olmuş, belə ki sonuncu həmin ərazidə mühafizədə olan zamanN 3 iyul N0NN-ci il tarixdə tanışları Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 ilə birlikdə, N5, NN, N7, N8 iyul N0NN-ci il tarixlərdə Təqsirləndirilən şəxs3 xəstə olduğu üçün gələ bilmədiyindən Təqsirləndirilən şəxsNla birlikdə N3 və 70 nömrəli anbarlara qanunsuz daxil olaraq oğurlamışlar. Şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin S300PMUN divizionlar qrupunun N-ci S300OMUN zenit raket divizionunun baş çavuşu, baş gizir Şahid8 məhkəməyə ifadə verərək göstərdi ki, 09 mart N0N0-cu il tarixdən həmin həbi hissədə xidmət edir. O, divizionun start batareyasının start tağımının 4-cü manqasının komandiri vəzifəsində xidmət edən MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxsN hərbi xidmət müddətində tanımış, onunla arasında şəxsi ədavət, düşmənçilik və ya qohumluq əlaqələri olmamışdır. MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxsN 0N dekabr N0NN-ci il tarixdə saat 07:50-də xidmət yerinə gəlməmiş, dərhal raport yazılaraq, əmrə salınmışdır. Daha sonra MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxsNlə əlaqə saxlanılmağa çalışılsa da bu mümkün olmamışdır. MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxsN xidmət yerinə çıxmadığına görə həmin ərəfəsində barəsində oğurluqla bağlı cinayət işi istinaq edildiyindən axtarışa verilmiş və axtarışda olduğunu eşidən MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxsN 30 dekabr N0NN-ci il tarixdə saat N5:50-də könüllü olaraq Bakı Hərbi Prokurorluğuna gedərək özünü istintaq orqanına təqdim etmiş, ertəsi gün 3N dekabr N0NN-ci il tarixdə saat 07:50-də xidmət yerinə qayıtmış, raport yazılaraq əmrə salınmışdır. Təqsirləndirilən şəxsN barəsində oğurluq cinayət işi istintaq edildiyindən etmiş olduğu əməldən hərbi hissədəki şəxsi heyət qarşısında utandığı üçün xidmət yerinə çıxa bilmədiyini, daha sonra barəsində polisin axtarış qərarı olduğunu eşidəndən sonra könüllü olaraq istintaq orqanına gedərək özünü təqdim etdiyini bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin NN4-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin artilleriya silahlandırma (RAS) xidmətinin rəisi vəzifəsini icra edən, mayor ŞahidN hərbi hissə komandanlığına ünvanladığı 09 avqust N0NN-ci il tarixli raportdan görünür ki, hərbi hissənin balasından olan S-N00 zenit-raket kompleksinə məxsus şərti "Şah dili N" adlanan mühafizəyə verilmiş əraziyə baxış keçirilən zaman, RAS xidməti üzrə avtomatik nəzarət sınaq stansiyasında (AKİPS 5KN3D), enerji təminatı və təhlükəsizliyi xidməti üzrə 5E97 dizel elektrik stansiyasında nöqsan və çatışmazlıqlar aşkar etdiyi üçün araşdırma təyin edilməsini xahiş etmişdir. Hadisə yerinə keçirilmiş NN avqust N0NN və NN noyabr N0NN-ci il tarixli baxış protokollarından və protokollara əlavə edilmiş fotocədvəllərdən aydın olur ki, hadisə yeri N nömrəli hərbi hissənin Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən S-N00 zenit raket kompleksinin yerləşdiyi ərazidəki raket-artilleriya xidməti üzrə avtomatik nəzarət sınaq stansiyasının AKİPS 5KN3D markalı texnikasının olduğu N3 nömrəli və mühəndis xidməti üzrə 5E97 dizel elektrik stansiyasının ADN00TSP dizel aqreqatının olduğu 70 nömrəli saxlanc anbarlarıdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin raket artilleriya silahlandırma (RAS) xidməti tərəfindən verilmiş arayış-hesabatdan avtomatik nəzarət sınaq stansiyasının AKİPS 5KN3D markalı texnikada ümumilikdə 755 metr uzunluğundakı 799 manat 50 qəpik dəyərində olan kabel təsərrüfatın və N ədəd N50 manat dəyərində üç fazalı (3kv) havalandırma mühərrikin çatışmadığı məlum olur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin enerji təminatı və təhlükəsizliyi xidməti tərəfindən verilmiş arayış-hesabatdan 5E97 dizel elektrik stansiyasındakı ADN00TSP dizel aqreqatından 30 metr uzunluğundakı N70 manat dəyərində olan kabel təsərrüfatın, 5 ədəd N50 manat dəyərində olan 70A üç fazalı mühərrikin, N ədəd 540 manat dəyərində olan 400A üç fazalı mühərrikin, N ədəd N00 manat dəyərində olan N3NA üç fazalı mühərrikin, N ədəd N0 manat dəyərində olan N0A üç fazalı mühərrikin, N ədəd N0 manat dəyərində olan 55A üç fazalı mühərrikin, N ədəd N50 manat dəyərində olan doldurucu generatorun (dinamo), N ədəd N00 manat dəyərində olan soyuducu sistemin su köynəyin (radiator) çatışmadığı görünür. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən verilmiş arayışdan aydın olur ki, 0N iyul N0NN-ci il tarixdən N0 iyul N0NN-ci il tarixədək S-N00 zenit raket kompleksinin yerləşdiyi ərazidəki raket-artilleriya xidməti üzrə avtomatik nəzarət sınaq stansiyasının AKİPS 5KN3D markalı texnikasının olduğu N3 nömrəli və mühəndis xidməti üzrə 5E97 dizel elektrik stansiyasının olduğu 70 nömrəli saxlanc anbarlarından oğurluğun və ya çatışmazlığın olması ilə bağlı məlumat daxil olmamışdır. N nömrəli hərbi hissə komandirinin N0 avqust N0N9-cu il tarixli N44 nömrəli əmrindən çıxarışdan məlum olur ki, Təqsirləndirilən şəxsN Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələrinin Komandanının 3N iyul N0N9-cu il tarixli 075əç nömrəli ərminə əsasən, ehtiyatdan Azərbaycan Respublikası Silahlı Qüvvələrində bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilərək hərbi hissənin S300PMUN divizionlar qrupunun N-ci S300PMUN zenit raket divizionunun start batareyasının start tağımının 4-cü manqasının komandiri vəzifəsinə təyin edilərək, şəxsi heyətin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin NN avqust N0NN-ci il tarixli N49 nömrəli əmrindən çıxarışdan görünür ki, MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxsN xidmət müddəti 3 (üç) il müddətinə artırılmışdır. N nömrəli hərbi hissə komandirinin NN iyun N0NN-ci il tarixli N87 nömrəli əmrindən edilmiş çıxarışdan aydın olur ki, MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxsN Şah Dili mühafizə obyektinə daxili naryada N0 (on) gün müddətinə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin NN iyun N0NN-ci il tarixli N97 nömrəli əmrindən edilmiş çıxarışdan məlum olur ki, MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxsN Şah Dili mühafizə obyektindəki daxili naryadı N0 (on) gün müddətinə artırılmışdır. N nömrəli hərbi hissə komandirinin N iyul N0NN-ci il tarixli N07 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxsN Şah Dili mühafizə obyektindəki daxili naryadı N0 (on) gün müddətinə artırılmışdır. N nömrəli hərbi hissə komandirinin N3 iyul N0NN-ci il tarixli N07 nömrəli əmrindən edilmiş çıxarışdan aydın olur ki, MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxsN Şah Dili mühafizə obyektindəki daxili naryadı N0 (on) gün müddətinə artırılmışdır. N nömrəli hərbi hissə komandirinin N0 iyul N0NN-ci il tarixli NN3 nömrəli əmrindən edilmiş çıxarışdan məlum olur ki, MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxsN Şah Dili mühafizə obyektindən hərbi hissəyə geri qaytarılmışdır. "Unibank Leobank"ın təqdim etdiyi bank sənədlərinə keçirilmiş 04 noyabr N0NN-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 4098.......N7N0 nömrəli kart hesabına "E-manat" ödəmə terminalı vasitəsilə xx.xx.N0NN-ci il tarixdə saat 09:37-də 45 manat, xx.xx.N0NN-ci il tarixdə saat N3:53-də N50 manat, xx.xx.N0NN-ci il tarixdə saat N8:N9-da N05 manat pul köçürülmüşdür. Təqsirləndirilən şəxsN 4098.......4N73 nömrəli kart hesabına "MilliÖn" ödəmə terminalı vasitəsilə xx.xx.N0NN-ci il tarixdə saat NN:48-də N00 manat, "E-manat" ödəmə terminalı vasitəsilə xx.xx.N0NN-ci il tarixdə saat N5:NN-da N0 manat, xx.xx.N0NN-ci il tarixdə saat NN:57-də 50 manat, xx.xx.N0NN-ci il tarixdə saat N5:N3-də 5 manat, xx.xx.N0NN-ci il tarixdə saat N3:N0-də N0 manat pul köçürülmüşdür. Ədliyyə Nazirliyinin məhkəmə-mühasibatlıq ekspertizasının 07 dekabr N0NN-ci il tarixli 9/8N4N nömrəli rəyindən aydın olur ki, N nömrəli hərbi hissənin balansında olan S-N00 zenit-raket kompleksinə məxsus avtomatik nəzarət sınaq stansiyasının (AKİPS 5KN3D) çatışmayan kabel təsərrüfatının, üç fazalı mühərrikin, eləcə də 5E97 dizel elektrik stansiyasında çatışmayan ehtiyyat hissələrin oğurlanması nəticəsində hesablanmış ziyanın məbləği ümumilikdə N399 (iki min üç yüz doxsan doqquz) manat 50 (əlli) qəpik olmuşdur. N nömrəli hərbi hissə komandirinə ünvanlanmış 0N dekabr N0NN-ci il tarixli raportdan məlum olur ki, MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxsN həmin tarixdə saat 07:50-də xidmət yerinə gəlməmişdir. N nömrəli hərbi hissə komandirinin 0N dekabr N0NN-ci il tarixli 37N nömrəli əmrindən çıxarışdan görünür ki, MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxsN həmin tarixdə xidmət yerinə qayıtmadığı üçün şəxsi heyətin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır. 30 dekabr N0NN-ci il tarixli təqsirini boynuna almaqla könüllü gəlmə protokolundan aydın olur ki, MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxsN həmin tarixdə saat N5:50-də istintaq orqanına gələrək özünü təqdim etmişdir. N nömrəli hərbi hissə komandirinə ünvanlanmış 3N dekabr N0NN-ci il tarixli raportdan məlum olur ki, MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxsN həmin tarixdə saat 07:50-də xidmət yerinə qayıtmışdır. N nömrəli hərbi hissə komandirinin 3N dekabr N0NN-ci il tarixli 407 nömrəli əmrindən çıxarışdan görünür ki, MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxsN həmin tarixdə saat 07:50-də xidmət yerinə qayıtdığı üçün şəxsi heyətin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir. Azərcell və Azərfonun təqdim etdiyi disklərə keçirilmiş baxış protokollarından aydın olur ki, cinayətlərin baş verdiyi N8 iyul N0NN-ci il tarixlərdə saat NN-N0 radələri arası Təqsirləndirilən şəxsN istifadə etdiyi ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxsN istifadə etdiyi ***-***-**-** mobil nömrəsi ilə həmçinin, Təqsirləndirilən şəxs3 istifadə etdiyi ***-***-**-** mobil nömrəsi ilə çoxsaylı danışıqlar aparmış və Təqsirləndirilən şəxsN mobil nömrəsi hadisənin baş verdiyi ərazi olan Xəzər rayonu, Zirə qəsəbəsi və ətraf yaxın ərazilərin anten dairəsində olmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından verilmiş NNN08 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxsN hərbi xidmətə yararlıdır. DİN BƏSİİ tərəfindən təqdim edilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 əvvəllər məhkumluğu olmamışdır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin həmin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar müəyyən edilmədi. Beləliklə məhkəmə işdəki bütün sübutları araşdırıb, onların məcmusu ilə qiymətləndirərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxsN əməlləri Azərbaycan Respublikası CM-in N77.N.N, N77.N.3 və 333.3-cü, vətəndaşlar Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 Kəmaləddin qızının əməlləri Azərbaycan Respublikası CM-in N77.N.N və N77.N.3-cü maddələri ilə düzgün tövsüf edilmişdir və onlar, həmin maddələr ilə nəzərdə tutulan cinayət əməllərin törədilməsində təqsirli bilinməklə cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərini nəzərə alan məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxsN könüllü gəlib təqsiri boynuna almasını, cinayətin açılmasına, cinayətin digər iştirakçılarının ifşa edilməsində köməklik göstərməsinı, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, Təqsirləndirilən şəxs3 Kəmaləddin qızının isə himayəsində az yaşlı uşağın olmasını və övladını təkbaşına böyütməsi cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxsN cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in NN-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» N5 iyun N003-cü il tarixli, 4 saylı qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun N7 dekabr N99N-cı il tarixli 4 №-li qərarının, N3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» N5 iyun N003-cü il tarixli, 4 saylı qərarının tələblərini iş materialları ilə qaşılıqlı şəkildə tədqiq etməklə, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.N-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 4N.N-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına nəzərə alan məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən (müəyyən müddətə azadlıqdan məhrum etmə növündə təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər) sınaq müddəti verilməklə onlara təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının şərti olaraq təyin edilməsini, digər Təqsirləndirilən şəxsN təqsirli bilindiyi maddələr üzrə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə maddi sübut: "Unibank Leobank"ın təqdim etdiyi bank sənədləri, Azərcell və Azərfon təqdim etdiyi 0N (iki) ədəd CD disklər və Təqsirləndirilən şəxsN ifadəsinin yerində yoxlanılmasını özündə əks etdirən 0N (bir) ədəd CD diskdir. CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası üzrə xərc 50 (əlli) manat təqsirləndirilən şəxslərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi. Büdcə təsnifatı kodu: N4N595, Büdcə səviyyəsinein kodu: 3, SAP (XİİS) hesabı (X3, KOD NN0005, FÖEN **********), Müxbir hesab AZ4NNABZ********************, S.W.İ.F.T. BİK CTREAZNN, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.N003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.N00N-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanları və Azərbaycan Respublikası CPM-in 344-349, 35N-353, 355-35N, 358, 38N, 384.N və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N77.N.N,N77.N.3 və 333.3-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxsN CM-nin N77.N.N və N77.N.3-cü maddəsi ilə N (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 333.3-cü maddəsi ilə 3 (üç) ay müddətə azadlından məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin NN.N-ci maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxsN qəti olaraq N (iki) il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsN təyin edilmiş N (iki) il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və barəsində N (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxsN üzərinə sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək bir vəzifə olaraq qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxsN xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına, xidmət yerini dəyişirsə həmin hərbi hissənin komandanlığına, tərxis olunarsa daimi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Kəmaləddin qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N77.N.N və N77.N.3-cü maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs3 Kəmaləddin qızına CM-nin N77.N.N və N77.N.3-cü maddəsi ilə N (iki) il müddətə azadlından məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Kəmaləddin qızına təyin edilmiş N (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və barəsində N (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 Kəmaləddin qızının üzərinə sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək bir vəzifə olaraq qoyulsun. Təyin olunmuş sınaq müddəti ərzində Təqsirləndirilən şəxs3 Kəmaləddin qızının davranışı üzərində nəzarət Bakı şəhər Probasiya şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N77.N.N və N77.N.3-cü maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxsN CM-nin N77.N.N və N77.N.3-cü maddəsi ilə N (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli N0 mart N0N3-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut: CD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası üzrə xərc 50 (əlli) manat təqsirləndirilən şəxslərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi. Büdcə təsnifatı kodu: N4N595, Büdcə səviyyəsinein kodu: 3, SAP (XİİS) hesabı (X3, KOD NN0005, FÖEN **********), Müxbir hesab AZ4NNABZ********************, S.W.İ.F.T. BİK CTREAZNN, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxsN isə hökmün surəti təqdim edildiyi andan N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Rafiq Abbasov
Məhkəmə qərarları › İş №1-1(093)-70/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-70/2023
18.08.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver