Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-70/2024 07.08.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuror metodisti, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs – mülki iddiaçılar: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onların nümayəndəsi “Kaspian” Vəkil Bürosunun vəkili Müdafiəçi2, , Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1986-cı il tarixdə Xankəndi şəhərində doğulmuş, ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Maddi Texniki-Təchizat bölməsinin mənzil-istismar xidmətinin anbar rəisi vəzifəsində, gizir hərbi rütbəsində xidmət etmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təkrarən öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Maddi Texniki-Təchizat bölməsinin mənzil-istismar xidmətinin anbar rəisi vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən 2019-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs1 övladı Şahid4 XDMX-də işə qəbul olmaq arzusunda olduğunu bilib sonuncunun xeyrinə hər hansı hərəkət etmək niyyətində olmadan, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək Zərərçəkmiş şəxs1 pulunu ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə həmin işin həllinə kömək etməyə real imkan və səlahiyyətə malik olmadığı halda, öz qulluq mövqeyindən istifadə etməklə Şahid4 13000 manat pul müqabilində XDMX-də yüksək vəzifədə işləyən tanışı vasitəsilə həmin Xidmətdə işə qəbul olunmasını təmin edəcəyinə dair yalan vəd verərək, ilkin olaraq 6000 manat pul verməli olduğunu bildirmiş, lakin Zərərçəkmiş şəxs1 ona əvvəlcə 2500 manat, əmr çıxdıqdan sonra isə qalan 10500 manat pulu verəcəyini bildirmişdir. Razılığa gəldikdən sonra, 2019-cu ilin fevral ayında Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsində yerləşən "Bağ Çiçəyim" gül dükanının qarşısında təklikdə görüşüb Zərərçəkmiş şəxs1 2500 manat pulu alıb oğlunun 40 gün müddətində işə qəbul edilməsinə dair vəd vermiş, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmiş, həmin müddət tamam olduqdan sonra Zərərçəkmiş şəxs1 şikayətlərinin qarşısını almaq üçün ondan aldığı 2500 manat pulu 2019-cu ilin mart ayında geri qaytarmağa məcbur olmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2019-cu ilin mart ayında 2500 manat pulu tam şəkildə geri qaytarmaqla etibar qazandığını, bu səbəbdən asanlıqla aldada biləcəyini yəqin etdiyi Zərərçəkmiş şəxs1 övladı Şahid4 XDMX-də işə qəbul olunmaq arzusunun davam etdiyini bilib, real imkana və səlahiyyətə malik olmadığı, eləcə də sonuncunun işə qəbul edilməsinə köməklik etmək niyyətində olmadığı halda, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək, 2019-cu ilin iyun ayında aldatma yolu ilə Zərərçəkmiş şəxs1 pulunu yenidən ələ keçirmək qərarına gəlmişdir. Həmin məqsədlə “whatsapp” proqramı vasitəsilə Zərərçəkmiş şəxs1 telefonuna zəng vurub 13000 manat pulun yarısını, yəni 6500 manat pulu ilkin olaraq, qalan pulu isə əmr verildikdən sonra verəcəyi halda oğlunun işə qəbul olunacağını bildirmişdir. Zərərçəkmiş şəxs1 ilkin olaraq 6000 manat pulu verməyə razı olduqdan sonra, 2019-cu ilin iyun ayında Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsində yerləşən "Bağ Çiçəyim" gül dükanının qarşısında təklikdə görüşüb Zərərçəkmiş şəxs1 6000 manat pulu alıb, oğlunun 3 ay ərzində XDMX-də işə qəbul ediləcəyinə dair vəd vermiş, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmiş, söz verdiyi müddət tamam olduqdan sonra Zərərçəkmiş şəxs1 şikayətlərinin qarşısını almaq üçün ondan aldığı 6000 manat pulu 2019-cu ilin oktyabr ayında qaytarmağa məcbur olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərini davam etdirərək həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2019-cu ilin oktyabr ayında 6000 manat pulu tam şəkildə geri qaytarmaqla daha da etibar qazandığından asanlıqla aldadacağını yəqin etdiyi Zərərçəkmiş şəxs1 övladı Şahid4 XDMX-də işə qəbul olunmaq arzusunun davam etdiyini bilib, öz qulluq mövqeyindən istifadə etməklə, real imkana və səlahiyyətə malik olmadığı, eləcə də sonuncunun işə qəbul edilməsinə köməklik etmək niyyətində olmadığı halda, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək, 2020-ci ilin sentyabr ayında aldatma yolu ilə Zərərçəkmiş şəxs1 pulunu ələ keçirmək qərarına gəlmişdir. Həmin ay Təqsirləndirilən şəxs öz nömrəsindən onun istifadəsində olan nömrəsinə “whatsapp” tətbiqi vasitəsilə səs göndərib işin həll olduğunu, 13000 manat pulu tam şəkildə ona çatdırmağını bildirmişdir. Zərərçəkmiş şəxs1 oğlunun işə düzəlməsi üçün özündə saxladığı 10500 manat pulun üstünü düzəltmək məqsədilə 14 sentyabr 2020-ci il tarixdə həyat yoldaşı Zenfira Səfərovanın adına Kapital Bank ASC-nin Yasamal filalından 2500 manat kredit pul götürmüş və “whatsapp” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxslə danışıb pulun hazır olduğunu bildirmişdir. Razılığa əsasən 16 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Sirvani küçəsində yerləşən "Bağ Çiçəyim" gül dükanının qarşısında təklikdə görüşüb Zərərçəkmiş şəxs1 13000 manat pulu alaraq, oğlunun 2-3 ay ərzində XDMX-də işə qəbul ediləcəyinə dair yalan vəd vermiş, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmiş, bundan sonra Zərərçəkmiş şəxs1 şikayətlərinin qarşısını almaq üçün 2022-ci ilin noyabr ayında aldığı 13000 manat pulun 2000 manatını qaytarmış, lakin 11000 manat pulu qaytarmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının Maddi Texniki-Təchizat bölməsinin mənzilistismar xidmətinin anbar rəisi vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən əvvəllər birlikdə xidmət etmiş və aralarında dostluq münasibəti olan vətəndaş Şahid1 ilə 2021-ci ilin yanvar ayında telefonla danışan zaman onun tanışı vətəndaş Zərərçəkmiş şəxs2 övladı Şahid2 PTX-nin Milli Qvardiyasında işə qəbul olunmaq arzusunda olduğunu bilib, sonuncunun xeyrinə hər hansı hərəkət etmək niyyətində olmadan, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək Zərərçəkmiş şəxs2 pulunu ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə həmin işin həllinə kömək etməyə real imkan və səlahiyyətə malik olmadığı halda, öz qulluq mövqeyindən istifadə etməklə Şahid1 bu işə köməklik edəcəyini deyib Zərərçəkmiş şəxs2 onunla telefon əlaqəsi yaratmasını bildirmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs2la mobil telefon vasitəsilə danışan zaman sonuncunun daha asanlıqla inanıb aldanması üçün guya əvvəllər bir neçə şəxsi də pul müqabilində Milli Qvardiyada işə qəbul etdirdiyi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək, hərbi bilet, şəxsiyyət və sürücülük vəsiqələrinin surətlərini Şahid2 Bakı şəhərinə gətirməsini, sonuncu ilə görüşüb həmin sənədlərlə tanış olduqdan sonra fikrini deyəcəyini bildirmişdir. Bundan sonra, 13 və ya 14 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində Şahid2la görüşüb həmin sənədləri alaraq, özünün əlaqə saxlacayağnı bildirmişdir. Təxminən 2 gün sonra, Zərərçəkmiş şəxs2la telefon əlaqəsi yaradıb Şahid2 10000 (on min) manat pul müqabilində Milli Qvardiyada yüksək vəzifədə işləyən tanışı vasitəsilə təxminən 6-9 ay müddətinə həmin Xidmətdə gizir rütbəsində işə qəbul etdirəcəyinə dair vəd verib sonuncunun razılığını aldıqdan sonra, 18 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən Milli Qvardiyanın hərbi hissəsinin qarşısında görüşüb Zərərçəkmiş şəxs2 10000 (on min) manat pulu alaraq, oğlunun 6-9 ay müddətində işə qəbul ediləcəyini dair vəd vermiş, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Məhkəmə iclasınsda Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.2 178.2.3 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə ifadə verməkdən imtina edib, verilən suallara cavab verməyərək, hərəkətləri ilə danışmaq iqtidarında olmadığını nümayiş etdirdi. İstintaq zamanı da o eyni qaydada hərəkət etmişdir. Məhkəmə onun bu hərəkətlərinə tənqidi yanaşaraq hesab edir ki, onun bu davranışı özünü müdafiə xarakteri daşıyır. Çünki onun prosessual fəaliyyət qabiliyyətinin olması keçirilmiş ekspertiza rəyləri nəticəsində təsdiq edilmişdir. Təqsirləndirilən şəxs ona isnad edilmiş əməli törətməsi dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq edilir. Belə ki, Zərərçəkmiş şəxs1 məhkəmədə göstərdi ki, 1989-cu il təvəllüdlü oğlu Şahid4 2014-cü ildə Təfəkkür Universitetini bitirib, 2015-ci ildə hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra 2020-ci ilə kimi Dənizkənarı Bulvar İdarəsinin Kommunal xidmət, təmir və bulvar ərazisinin mühafizə müəssisəsində mühafizəçi kimi işləmişdir. Oğlu Abuzər Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasında işləmək arzusunda olmuşdur. 2019-cu ilin yanvar ayında Abuzər mühafizəçi olan iş yoldaşı Nurlan Tarverdiyevlə söhbət zamanı Milli Qvardiyada işləmək istədiyini bildirdikdə sonuncu qardaşı Təqsirləndirilən şəxs Milli Qvardiyada işlədiyini deyib həmin qurumda işə düzəlməsinə köməklik edə biləcəyini bildirmişdir. Abuzər də N.Tarverdiyevdən qardaşı ilə danışıb ona bu işdə köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də bu barədə köməklik edə biləcəyini deyib görüşməyə razı olmuşdur. 2019-cu ilin yanvar ayında o, Abuzər, N.Tarverdiyev və Təqsirləndirilən şəxs ilə birlikdə metronun “Qara Qarayev” stansiyasının yaxınlığında adını bilmədiyi kafedə görüşüb tanış olmuşlar. Təqsirləndirilən şəxs söhbət zamanı Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasında təchizat şöbəsində işlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin vaxt xüsusi geyim formasında olmuşdur. Söhbət zamanı Təqsirləndirilən şəxs Abuzəri 13000 manat pul müqabilində Milli Qvardiyaya gizir kimi işə düzəldə biləcəyini, bu işləri XDMX-də işləyən yüksək vəzifəli şəxsin vasitəsilə həll etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin işləri XDMX-nin kadrlar şöbəsinin rəis müavini vəzifəsində işləyən Zaur Quliyev vasitəsilə həll etdiyini bildirmişdir. O da Təqsirləndirilən şəxs bu barədə fikirləşib cavab verəcəyini demişdir. O da Z.Quliyev adlı şəxsin həmin qurumda işləyib-işləməməsini dəqiqləşdirmək üçün Təqsirləndirilən şəxs fikirləşib cavab verəcəyini bildirmişdir. Bundan sonra Z.Quliyevin Milli Qvardiyada işləməsi ilə maraqlandıqda həmin şəxsin həqiqətən kadrlar şöbəsinin rəis müavini olduğu ona məlum olmuşdur. 2019-cu ilin fevral ayında ***-***-**-** nömrəli telefonunun “whatsapp” proqramı vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli telefona zəng vurub onunla görüşmək istədiyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs təklifi ilə Abuzərlə birlikdə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsində yerləşən "Bağ Çiçəyim" gül dükanının Təqsirləndirilən şəxslə görüşmüşlər. Həmçinin, Təqsirləndirilən şəxs yenədə 13000 manat pul müqabilində Abuzərin işə qəbul edilməsinə köməklik edəcəyini bildirmişdir. O razılıq verdikdən sonra, Təqsirləndirilən şəxs işin düzəlməsi üçün ilkin olaraq 6000 manat pul və Abuzərin sənədlərini verməsini istəmişdir. O da ilkin olaraq 2500 manat verə biləcəyini, Abuzərin əmri çıxdıqdan sonra isə qalan 10500 manatı verəcəyini bildirmiş, Təqsirləndirilən şəxs da onunla razılaşdıqdan sonra, 2500 manat pulu və Abuzərə aid sənədləri vermişdir. Bundan 40 gün sonra Təqsirləndirilən şəxs özünə məxsus həmin telefon nömrəsinin “whatsapp” proqramı vasitəsilə onun ***-***-**-** telefonu ilə əlaqə saxlayıb müvəqqəti çətinlik olduğu üçün işin alınmadığını və verdiyi pulu geri qaytarmaq istədiyini bildirmişdir. O da heç bir problem olmadığını deyib Təqsirləndirilən şəxslə sağollaşmışdır. Növbəti gün Təqsirləndirilən şəxs onunla təklikdə görüşüb 2500 manat pulu qaytarmışdır. 2019-cu ilin iyun ayında Təqsirləndirilən şəxs yenidən “whatsapp” proqramı vasitəsilə onun ***-***-**- ** telefonu ilə əlaqə saxlayıb deyilən ümumi məbləğin ilkin olaraq 50 faizini, yəni 6500 manat verəcəyi halda işi düzəldə biləcəyini demişdir. Təqsirləndirilən şəxs dediyinə görə pulun yarısının verilməsi həmin vəzifəli şəxsin tələbi olmuşdur. O da Təqsirləndirilən şəxs 6000 manat verməyə razılıq verib 2019-cu ilin iyun ayında yenidən Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsində yerləşən "Bağ Çiçəyim" gül dükanının qarşısında Təqsirləndirilən şəxslə görüşüb 6000 manat pulu özünə məxsus **-CK-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E Class” markalı avtomobildə təklikdə Təqsirləndirilən şəxs vermiş, sonuncu da ona yuxarı vəzifədə işləyən tanışı vasitəsilə 3 ay ərzində Abuzərin işə qəbul əmrini verdirəcəyini bildirmişdir. Ara-sıra “whatsapp” proqramı vasitəsilə Təqsirləndirilən şəxslə əlaqə saxlayıb maraqlandıqda sonuncu ona işlərin qaydasında olduğunu bildirmişdir. Təxminən 3-4 ay sonra Təqsirləndirilən şəxs yenidən onunla “whatsapp” proqramı vasitəsilə əlaqə saxlayıb görüşmək istədiyini bildirmişdir. O Milli Qvardiyanın qarşısında Təqsirləndirilən şəxslə görüşdükdə sonuncu ona işin müvəqqəti alınmadığını, Abuzərin adının Milli Qvardiyanın siyahısında olduğunu bildirib verdiyi 6000 manat pulu ona qaytarmışdır. O yenədə Təqsirləndirilən şəxs heç bir irad bildirmədən pulu alıb sağollaşaraq çıxıb getmişdir. Yenədə hərdən Təqsirləndirilən şəxslə əlaqə saxlayıb işlə maraqlandıqda sonuncu XDMX-nin adının dəyişdirilməsini əsas gətirib bir müddət təyinat məsələlərinin dayandığını bildirmişdir. Təqsirləndirilən şəxs öz nömrəsindən 2020-ci ilin sentyabr ayında onun istifadəsində olan nömrəyə “whatsapp” proqramı vasitəsilə səs göndərib işin həll olduğunu, söylədiyi məbləği tam şəkildə ona çatdırmağını bildirmişdir. Onun bu iş üçün özündə saxladığı 10500 manat pulu olmuşdur. Bundan sonra, həyat yoldaşı Zenfira Səfərovanın adına "xxxx" ASC-nin Yasamal filalından 2500 manat kredit pul götürüb saxladığı pulun üstünü düzəltmişdir. Növbəti gün “whatsapp” tətbiqi vasitəsilə Təqsirləndirilən şəxslə danışıb pulun hazır olduğunu bildirmişdir. Bundan sonra, 16 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Sirvani küçəsində yerləşən "Bağ Çiçəyim" gül dükanının qarşısında Təqsirləndirilən şəxslə görüşüb 13000 manat pulu özünə məxsus avtomobildə Təqsirləndirilən şəxs təklikdə vermişdir. Təqsirləndirilən şəxs pulu saydıqdan sonra ona 2-3 ay ərzində Abuzərin işə qəbul olunması ilə bağlı əmrinin çıxacağını bildirmişdir. Təqsirləndirilən şəxs ona pulu Zaur Quliyevə verəcəyini, sonuncunun köməyi ilə işi düzəldəcəyini bildirmişdir. O, hərdən Təqsirləndirilən şəxslə əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşduqda, sonuncu hər dəfə müxtəlif bəhanələr edərək qısa zamanda işin həll olunacağını bildirmişdir. Bir müddət sonra, Təqsirləndirilən şəxs telefonuna zənglər edən zaman sonuncu zənglərə cavab vermədiyindən aldandığını başa düşmüşdür. Sonradan Təqsirləndirilən şəxs telefon nömrəsini dəyişərək ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə etməyə başlamışdır. Təxminən bir il ərzində Təqsirləndirilən şəxs telefona cavab verməmiş, yalnız mesaj yazdıqda cavab yazmışdır. O, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Hospitalında olduğunu öyrənib yanına getmişdir. Təqsirləndirilən şəxs söhbət zamanı ona xəstə olduğu üçün telefonlara cavab vermədiyini və oğlunun işə qəbul olunacağına inandırmağa çalışmışdır. O artıq Təqsirləndirilən şəxs tərəfindən aldandığını başa düşdüyündən sonuncu ilə söhbətini mobil telefonun səs yazan proqramı vasitəsilə qeydə almışdır. Həmçinin, Zaur Quliyevin təqaüdə çıxdığını öyrəndiyindən bu barədə Təqsirləndirilən şəxs dedikdə, sonuncu Z.Quliyevin təqaüdə çıxsa da, əlinin orada olduğunu, təyinatlardan xəbərinin olduğunu və başqa müavinlə iş gördüyünü bildirmişdir. O, Təqsirləndirilən şəxs inanmadığından pulunu geri qaytarmasını tələb etmiş, sonuncu da hospitaldan çıxdıqdan sonra iki gün ərzində pulu qaytaracağına söz vermişdir. 2021-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs hospitaldan çıxmış və onlarla görüşmüşdür. Görüşdükləri zaman onlardan aldığı pulu Z.Quliyevə deyil, Milli Qvardiyada olan kafenin müdiri Tural Ağayevə verdiyini, T.Ağayevdən pulu aldıqdan sonra onlara qaytaracığını demişdir. O, Təqsirləndirilən şəxs pulu kimə verdiyinin ona maraqlı olmadığını deyib pulunu tələb etmişdir. 2022-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs verdiyi 13000 manat pulun 2000 manatını ona qaytarsa da, sonra hər dəfə müxtəlif bəhanələr gətirərək ondan aldığı 11000 manat pulu qaytarmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənilməsini və təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, oğlu Şahid2 2020-ci ilin aprel ayından 2021-ci oktyabr ayınadək Mingəçevir səhərində «N» saylı hərbi hissədə xidmət olmuşdur. Şahid2 27 sentyabr 2020-ci il tarixdən Vətən Müharibəsində iştirak etmişdir. 21 yanvar 2022-ci il tarixdə Şahid2 ordu sıralarından ehtiyata buraxılmışdır. Şahid2 döyüşlərdə iştirakdan sonra dövlət qurumlarının birində işləmək isətmiş və buna görə o yaxınlarına bu barədə məlumat vermişdir. İlkin olaraq oğlunun iş məsələsi ilə bağlı olaraq qudası Elburus Əhəmədova müraciət etmişdir. E.Əhmədov da ona Xüsusi Dövlət Mühafizə Xidmətində əvvəllər işləmiş həmkəndlisi Şahid1 olmasını bildirmişdir. Bundan sonra Elbrus Əhmədov ona həmkəndlisi Şahid1 istifadəsində olan 070 *** ** ** nömrəsini verib Şahid1la görüşüb XDMX-də iş qəbul qaydaları ilə tanış olmağını bildirmişdir. O da istifadəsində olan ***-***-**-** nömrəsindən Əhmədin istifadəsində olan mobil nömrəyə zəng etmiş və sonuncuya Elburusun qohumu olmasını, özünün xeyli müddət XDMX-də işlməsini və artıq təqaüddə olmasını, lakin XDMX-də işə qəbul məsələləri ilə məşğul olan şəxslərin vasitəsi ilə oğlunun işə qəbul olunmasına köməklik edəcəyini bildirmişdir. Sonradan adını və soyadını bildiyi Təqsirləndirilən şəxs istifadəsində olan 055 *** ** ** nömrəsini ona verib həmin şəxsin XDMX-də işləməsini, oğlunun işə qəbul olmasına köməklik edəcəyini və onun adı ilə həmin şəxsə zəng etməyini bildirmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan telefona zəng vurub danışan zaman sonuncu özünün XDMX-də işləməsini deyib oğlunun hərbi bileti, şəxsiyyət vəsiqəsi, diplomu və sürücülük vəsiqəsinin surətlərini göndərməyini, həmin sənədlərlə və oğlu ilə tanış olduqdan sonra ona fikir deyəcəyini bildirmişdir. Təxminən 13 və ya 14 yanvar 2021-ci il tarixdə oğlu Şahid2 Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəni verib Bakı şəhərində onunla görüşüb qeyd olunan sənədləri ona verməsini bildirmişdir. Həmin gün Şahid2 XDMX-nin Bakı şəhərində Təqsirləndirilən şəxslə görşüb sənədləri ona vermişdir. Şahid2 Ağstafa rayonuna qayıdandan sonra Vüsal onunla əlaqə saxlayıb oğlunun xarici görünüşünün həmin idarəyə münasib olduğunu və sənədləri götürdüyünü deyib bu barədə məruzə etdikdən sonra onlara cavab verəcəyini bildirmişdir. Bundan 2 gün sonra, Təqsirləndirilən şəxs ona zəng edib XDMX-də yükəsk vəzifədə işləyən tanışı vasitəsilə 10.000 manat müqabilində oğlunun işə qəbul olunması ilə bağlı əmrinin verilməsinə köməklik edəcəyini və həmin işin 6-9 ay müddətində baş tutacağını bildirmişdir. Bundan sonra o, Şahid1 istifadəsində olan telefona zəng etmiş və Təqsirləndirilən şəxs oğlunun işə qəbulu ilə bağlı 10.000 manat istəməsini və həmin şəxsin eitbarlı olub-olmadığını soruşmuş, o da Təqsirləndirilən şəxs etibarlı olduğunu bildirmişdir. Bundan sonra, o 18 yanvar 2021-ci il tarixdə Şahid2la birlikdə Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən XDMX-nin hərbi hissəsinin qarşısında Təqsirləndirilən şəxslə görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs 10.000 manatı gətirdiyini deyib pulu kimə verməli olduğunu soruşmuş, Təqsirləndirilən şəxs avtomobilində oturmaqla pulu ona verməsini bildirmişdir. Bundan sonra Şahid2 iştirakı ilə idarə etdiyi «Mercedes Vito» markalı **-EB-*** dövlət qeydiyyat nişanalı avtomobilin salonunda pulu Təqsirləndirilən şəxs vermiş, sonuncu da pulu saymaqla qəbul edib 6-9 ay müddətində Şahid2 işə qəbul olunacağını, həmçinin qəbula kimi oğlunun fiziki hazırlıq imtahanı və həkim komisiyasına çağrılacağnı bildirmişdir. Lakin, Şahid2 həmin yoxlamaların heç birinə çağırmamışlar. Bu barədə Təqsirləndirilən şəxs soruşduqda, sonuncunun müxtəlif bəhanələr etməsini görüb aldandığını başa düşmüşdür. Bundan sonra, 2022-ci ilin yanvar ayında Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxslə Bakı şəhərində kafelərin birində görüşüb Təqsirləndirilən şəxs verdiyi 10.000 manat pulu qaytarmasını bildirsə də, sonuncu yenədə müxtəlif bəhanələr edərək pulu qaytarmaqdan imtina edərək, oğlunun işə qəbul olunacağına onu inandırmağa çalışmışdır. Həmin vaxt aldandığını bildiyindən Təqsirləndirilən şəxslə danışıqlarını mobil telefon vasitəsilə qeydə almışdır. Həmin vaxt Təqsirləndirilən şəxs bir daha oğlunun işə qəbul olunması üçün ondan pul almasını və həmin pulu adını bildirmədiyi vəzifəli şəxsə verməsini bildirmişdir. O, həmin səs yazıları CD diskdə Binəqədi rayon polis idarəsində ifadə verən zaman istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənilməsini və təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid3 göstərdi ki, 2017-ci ilin may ayından hazıradək Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibində olan X5 mühafizəçi kimi işləyir. Sonradan həmin idarə Dənizkənarı Bulvar İdarəsi ilə birləşdirilərək “Dənizkənarı Bulvar İdarəsi Kommunal xidmət, təmir və bulvar ərazisinin mühafizə müəssisəsi” adlanmışdır. Zərərçəkmiş şəxs1 oğlu Abuzər onunla birlikdə həmin idarədə işləmişdir. Abuzərlə işlədiyi müddətdə eyni vaxtda birlikdə növbədə olmuşlar. İş yoldaşı kimi hər zaman münasibətləri yaxşı olmaqla, aralarında dostluq münasibəti olmuşdur. 2019-cu ilin yanvar ayında Abuzərlə birlikdə növbədə olduqları vaxt söhbət zamanı ona Milli Qvardiyada işləmək arzusunda olduğunu bildirmişdir. O, Abuzərə qardaşı Təqsirləndirilən şəxs Milli Qvardiyada işlədiyini, orada işə düzəlməsində Təqsirləndirilən şəxs köməklik edə biləcəyini bildirmişdir. Həmin müddətdə Təqsirləndirilən şəxs Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasında təchizat şöbəsində gizir rütbəsində xidmət etmişdir. Abuzər də ondan Təqsirləndirilən şəxslə bu barədə danışmasını xahiş etmiş, o da Təqsirləndirilən şəxslə bu barədə söhbət etdikdə, sonuncu köməklik edə biləcəyini demişdir. Bundan sonra, 2019-cu ilin yanvar ayında Təqsirləndirilən şəxs, Abuzər və onun atası Azadla birlikdə metronun “Qara Qarayev” stansiyasının yaxınlığında adını bilmədiyi kafedə görüşüb onları tanış etmişdir. Təqsirləndirilən şəxs söhbət zamanı Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının təchizat şöbəsində işlədiyini, Abuzəri Milli Qvardiyaya gizir kimi işə düzəldə biləcəyini bildirmişdir. Həmin vaxt onlarla birlikdə otursa da, söhbətə tam qulaq asmamış və arada siqaret çəkmək üçün çölə çıxmışdır. Onların arasında olan söhbətləri tam olaraq eşitməmiş və üstündən xeyli müddət keçdiyi üçün dəqiq xatırlamamışdır. Təxminən yarım saat oturub söhbət etdikdən sonra Azad Təqsirləndirilən şəxs mobil telefon nömrəsini telefonunda qeyd edib əlaqə saxlayacağını bildirmişdir. Sonrakı ərəfədə Vüsal ilə Abuzər və atasının arasında olan danışıqlar və görüşlərdən xəbəri olmamışdır. Onun məqsədi sadəcə Abuzərin arzuladığı işə düzəlməsində dost kimi kömək etmək olmuşdur. 2023-cü ilin əvvəllərində Abuzər onun istifadəsində olan mobil telefon nömrəsinə zəng vuraraq işə qəbul edilməsi üçün Təqsirləndirilən şəxs 13000 manat pul verdiklərini, lakin işinin düzəlmədiyini, sonuncunun həmin puldan 2000 manat qaytardığını, lakin 11000 manat pulu qaytarmadığını bildirmişdir. Həmçinin, Abuzər onun iş yerinə də gələrək bu barədə söhbət etmiş, lakin o Abuzərə bu barədə heç bir məlumatının olmadığını və xəbəri olmadan Təqsirləndirilən şəxs pul verdiyinə görə ona irad bildirib qardaşı ilə bu məsələni aydınlaşdırdıqdan sonra xəbər edəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs bu barədə soruşduqda, sonuncu ona heç bir məlumat verməmiş, Abuzər və Azad ilə aralarında olan haqqhesabın ona aidiyyəti olmadığını, bu məsələyə qarışmamağını bildirmişdir. O da Abuzərlə əlaqə saxlayıb Təqsirləndirilən şəxs ona bu barədə heçnə demədiyini, aralarında olan haqq-hesabı özlərinin həll etməsini bildirmişdir. Sonrakı ərəfədə Abuzər bir neçə dəfə zəng vuraraq Təqsirləndirilən şəxs verdikləri pulu onun qaytarmasını istəsə də, o Abuzərə maddi imkanının olmadığını deyib həmin pulu qaytara bilməyəcəyini demişdir. Məhkəmə iclasında Şahid1 göstərdi ki, 04 yanvar 2000-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Maddi Texniki-Təchizat taborunun təsərrüfat tağım komandirinin müavini vəzifəsində, baş gizir rütbəsində xidmət etmişdir. xx.xx.2018-ci il tarixdə ordu sıralarından ehtiyata buraxılmışdır. XDMX-nin Milli Qvardiyasının Maddi Texniki-Təchizat taborunun mənzil-istismar bölməsinin anbardarı, gizir X1 onunla biryerdə xidmət etməklə, aralarında dostluq münasibəti olmuşdur. Təqaüdə çıxdıqdan sonra Təqsirləndirilən şəxslə telefon danışıqlarında ona kadrlarda işləyən tanışının olduğunu, həmin şəxsin XDMX-də işə qəbul olunmağa köməklik edə bildiyini demişdir. Lakin həmin şəxsin kim olduğunu bildirməmişdir. 2021-ci ilin yanvar ayında həmkəndlisi və qohumu Elburus Əhmədov onun istifadəsində olan telefonuna zəng vurub ona qudası Zərərçəkmiş şəxs2 övladı Şahid2 44 günlük Vətən Müharibəsində iştirak etməsini, hazırda işsiz olmasını və XDMX-də işə qəbul olunmaq arzusunda olduğunu bildirmişdir. O da köməklik edə biləcəyini deyib Zərərçəkmiş şəxs2 onun istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng vurmasını bildirmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs2 istifadəsində olan telefon nömrəsinə zəng vurub onunla danışan zaman övladı Şahid2 XDMX-də işə qəbul olunmasına köməklik etməsini xahiş etmişdir. O da Zərərçəkmiş şəxs2 E.Əhmədovun qohumu olduğunu, XDMX-də xeyli müddət işləməklə, hazırda təqaüddə olduğunu, lakin XDMX-də işləyən dostunun vasitəsi ilə oğlunun işə qəbul olunmasına köməklik edəcəyini bildirmişdir. Bundan sonra, gizir Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng vurub bir nəfər tanışının XDMX-də işə qəbul olunmaq istədiyini, bu işdə ona köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də ona kadrlarda işləyən tanışı vasitəsilə köməklik edəcəyini deyib Zərərçəkmiş şəxs2 telefonuna zəng vurmasını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 telefonuna zəng vurub Təqsirləndirilən şəxs telefon nömrəsini verərək, sonuncunun XDMX-də işləməsini və işə qəbulla bağlı ona köməklik edəcəyini bildirmişdir. Birqədər sonra, Zərərçəkmiş şəxs2 telefonuna zəng vurub Təqsirləndirilən şəxs ilə telefonla danışdığını, sonuncunun Şahid2 və ona aid sənədlərlə tanış olduqdan sonra fikrini deyəcəyini bildirmişdir. 13 və ya 14 yanvar 2021-ci il tarixdə Şahid2 qeyd olunan sənədlərlə birlikdə Bakı şəhərində Təqsirləndirilən şəxs görüşmüş, sonuncu ondan sənədlərini alaraq, özünün əlaqə saxlacayağnı bildirmişdir. 15 yanvar 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 onun telefonuna zəng edib Təqsirləndirilən şəxs 10.000 manat pul müqabilində oğlunun 6-9 ay müddətində işə qəbul olunmasına köməklik edəcəyini və həmin pulu 18 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs verməli olduğunu deyib sonuncunun etibarlı olub-olmadığını soruşmuşdur. O da Təqsirləndirilən şəxslə telefon əlaqəsi yaradıb bu barədə soruşduqda, sonuncu ona heç bir problemin olmadığını, 10.000 manat pul müqabilində Şahid2 işə qəbul olunmasına köməklik edəcəyini bildirmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs2 telefonuna zəng edib Təqsirləndirilən şəxs etibarlı şəxs olduğunu, pulu ona verməsində problem olmadığını bildirmişdir. 18 yanvar 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 telefonuna zəng edib oğlunun işə qəbulu ilə bağlı 10.000 manat pulu Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs istifadəsində olan telefona zəng vurub danışan zaman sonuncu 10.000 manat pulu almasını təsdiq edib Şahid2 işə qəbul olunmasına köməklik edəcəyini bildirmişdir. Bir müddət sonra, Zərərçəkmiş şəxs2 telefonuna zəng vurub oğlunun fiziki hazırlıq imtahanına və həkim komissiyasına çağrılmamasından narahat olduğunu bildirmişdir. Daha sonra, 2021-ci ilin sonlarında Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxslə yaşadığı ünvanın yaxınlığında kafedə görüşüb söhbət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs bir daha pulu almasını və həmin pulu XDMX-nin kadrlar idarəsində işləyən mötəbər şəxsə verdiyini bildirmiş, lakin həmin şəxsin adını onlara deməmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 tərəfindən danışıqları telefonun səs yazan proqramı vasitəsilə qeydə alınmışdır. Elburus Əhmədov qohumu olduğundan Şahid2 işə qəbul olunmasında vasitəçilik etməkdə məqsədi təmannasız köməklik etmək olmuş, hansısa maddi və ya digər marağı olmamışdır. Təqsirləndirilən şəxs aldığı puldan hər hansı məbləğdə ona pul verməmişdir. Zərərçəkmiş şəxs2 araşdırmaya təqdim etdiyi səs yazısına qulaq asmaqla, səs yazısında olan danışıqlar Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun arasında olmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs1 tərəfindən araşdırmaya təqdim olunan səs yazısına qulaq asmaqla, danışan tərəflərdən birinin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Məhkəmə iclasında Şahid2 atası Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə verib onun göstərdiyi xüsusatları mahiyyəti üzrə təsdiq etmişdir. Məhkəmə iclasında Şahid4 atası Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə verib onun göstərdiyi xüsusatları mahiyyəti üzrə təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. İşdə olan Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1517 və 1518 saylı rəylərindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli törətdiyi zaman anlaqlı vəziyyətdə olub-olmamasını, Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşüb-düşməməsini müəyyən etmək üçün daha ətraflı və uzun müddətli müayinə tələb etdiyi üçün onun stasionar məhkəmə-psixiatrik ekspertizasına göndərilməsinin zəruri olduğu göstərilmişdir. İşdə olan Stasionar məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 157 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda «şəxsiyyətin isterik pozuntusu» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F60.4) müəyyən edilir. Hal-hazırkı psixiatrik müayinənin nəticələrinə görə müayinə olunun şəxsdə «şəxsiyyətin isterik pozuntusu» ilə yanaşı həmin patalogiyanın “aqrovasiya” etməsi əlamətləri qeyd olunur. Bunu yoxlanılan şəxs psixi vəziyyətini nümayişkaranə formada şişirdərək sualları cavablandırmaması, verilən suallara ancaq yerə baxaraq reaksiya verməsi, produktiv verbal kontakta daxil olmaması, lakin provakasiya məqsədi ilə sualları yüksək səs tonu ilə verdikdə oturduğu yerdə diksinmiş kimi göstərməsi, eyni zamanda onu narahat edən mövzular haqqında suallar verdikdə obyektiv olaraq narahatlığınan daha da artması, təşvişli baxışlarla ətrafı seyr etməsi, aparılan sorğu-sual gedişatında davranışına əsasən kəskin produktiv psixopatoloji simptomatika (qavrama yanlışlığı, təsəvvür pozuntusu və sayıqlama fikirləri) müəyyən edilməməsi, müayinədə olduğu müddətdə bir dəfə də olsa öz ekspertizasının yekun nəticəsi barədə maraqlanması və s. sübut edir. Qeyd olunmalıdır ki, aqravasiya - hər hansı xəstəliyi və yaxud onun ayrı-ayrı əlamətlərini düşünülmüş surətdə, bilərəkdən şişirtməkdir. Təqsirləndirilən şəxs ittiham olunduğu əməl dövrünə yəni 18 yanvar 2021-ci il tarixədək təqdim edilmiş sənədlərə əsasən heç bir psixi pozuntudan əziyyət çəkməmiş, hərbi xidmətə yaralı olduğu üçün xidmətini davam etdirmişdir. Lakin sənədlərə əsasən ilk dəfə 25 sentyabr 2021-ci il tarixdən 16 dekabr 2021-ci il tarixədək Baş Klinik Hospitalının Psixiatriya bölməsində stasionar müalicədə olmuş, ona «F44.7 Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli qarışıq dissosiativ- konversion pozuntu» və digər qeyri psixiatrik patalogiyalara aid diaqnozlar qoyulmuşdur. Həmin pozuntunun yaranma vaxtı və səbəbini hal-hazırda aşkar etmək mümkün deyil. Çünki qeyd olunan pozuntu ilk dəfə klinik şəkildə aşkar edilənədək o hərbi xidmətini davam etdirmişdir. Buna görə də Təqsirləndirilən şəxs cinayət işi materiallarına və törətdiyi cinayət əməlinin xarakterinə görə ittiham olunduğu əməli törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs sənədlər əsasında anamnezində üzvi mənşəli patalogiyalar müşahidə olunsa da, hal-hazırkı funksional, klinik və psixopataloji müayinələrə əsasən təqsirləndirilən şəxsdə hal-hazırda şəxsiyyətin isterik pozuntusu müəyyən edilir. Həmçinin hal-hazırkı ekspertiza zamanı Təqsirləndirilən şəxs aşkarlanan əlamətlərin hərtərəfli təhlilinə əsasən həmin əlamətlərin əhəmiyyətli bir qisminin aqravasiya xarakteri (bilərəkdən şişirdildiyi) daşıdığı müəyyən edilir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi bu psixi pozuntu yaranma və inkişaf dinamikasına görə uzunmüddətli xarakterli olduğuna görə onun konkret olaraq nə zaman və hansı səbəb nəticəsində yarandığını demək mümkün deyildir. Lakin həmin psixi pozuntu hal-hazırda ifadə olunma dərəcəsinə və aqravasiya əlamətlərinin üstünlük təşkil etməsinə görə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilir. İşdə olan Telefon danışıqlarının və məlumatlarına keçirilmiş xx.xx.2023-cü il tarixli baxış protokolu ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**- ** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsi arasında xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müxtəlif vaxtlarda çoxsaylı telefon danışıqları olmuşdur. Həmçinin, Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsi arasında xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müxtəlif vaxtlarda çoxsaylı telefon danışıqları olmuşdur. İşdə olan Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətindən daxil olmuş xx.xx.2023-cü il tarixli 321 nömrəli məktubdan görünür ki, gizir Təqsirləndirilən şəxs həmin Xidmətin Milli Qvardiyasında xx.xx.2008-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gizirlərin həqiqi hərbi xidmətində olmuşdur. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisinin xx.xx.2021-ci il tarixli 167 nömrəli əmri ilə ehtiyata buraxılmışdır. "xxxx" ASC-dən təqdim edilmiş xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin bankın Yasamal filialı tərəfindən Zərərçəkmiş şəxs1 həyat yoldaşı X2 36 ay müddətinə 2530 manat pul krediti verilmişdir. Zərərçəkmiş şəxs2 təqdim etdiyi diskə baxış keçirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 oğlunun PTX-də işə qəbul olunmasına köməklik etməsi müqabilində 10.000 manat pul alması ilə bağlı onlar və Şahid1 arasında danışıqlar olmuşdur. Zərərçəkmiş şəxs1 təqdim etdiyi diskə baxış keçirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 oğlunun XDMX-də işə qəbul olunmasına köməklik etməsi müqabilində 13.000 manat pul alması ilə bağlı aralarında danışıqlar və “whatsapp” yazışmaları olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Maddi Texniki-Təchizat bölməsinin mənzil-istismar xidmətinin anbar rəisi vəzifəsində, gizir hərbi rütbəsində xidmət etmişdir, hazırda əlilliyə görə təqaüd alır. Cinayət işi materallarında olan, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş əlavə stasionar məhkəmə psixiatrik ekspertizası haqqında Bakı Hərbi məhkməsinin 27 fevral 2024-cü il tarixli qərarı əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli, 56 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs müşahidə edilən isterik tip şəxsiyyət pozuntusu o dərəcədə ifadə edilməyib ki, onu ibtidai istintaq müddətində öz hüquqlarını və vəzifələrini müstəqil həyata keçirmək qabiliyyətindən məhrum etsin. Təqsirləndirilən şəxs hazırda öz hüquqlarını və vəzifələrini müstəqil həyata keçirmək qabiliyyətinə malikdir, məcburi müalicəyə ehtiyacı yoxdur.Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22-ci maddəsinin təsiri altına düşmür. Cinayət işi materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 Bəbbula oğlunun xx.xx.2024-cü il tarixli məhkəmə baxışı iclasında məhkəməyə təqdim etdiyi ərizədən aydın olur ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 11.000 manat maddi ziyanın 7.000 manatı təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli məhkəmə baxışı iclasında məhkəməyə təqdim etdiyi ərizədən aydın olur ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 10.000 manat maddi ziyanın 7.000 manatı təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Beləliklə, məhkəmə biri digərini təkzib etməməklə təsdiq edən sübutlara əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli, onun həmin əmələ aidiyyatı və təqsirliliyi ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin zərərçəkmiş şəxslər və şahidlərin ifadələri və digər mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsüf edilmişdir və o, həmin maddələr ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xaraktərli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xaraktərinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirildiyi maddənin sanskiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ədalətli hesab edib təqsirləndirilən şəxsin azadlıqdan məhrum edilmədən də islah və yenidən tərbiyə olunacağı və bununla da cəzanın məqsədlərinə cavab veriləcəyi qənaətinə gəlir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı mənzili saat 22:00- dan növbəti gün saat 07:30-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalı, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası onun yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir (Cinayət-Prosessual Məcəlləsinin 179-cu maddəsi). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir (Cinayət-Prosessual Məcəlləsinin 187-ci maddəsi). Məhkəmə baxışında zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 Bəbbula oğlu təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək maddi ziyana görə 11.000 (on bir min) manat və mülki iddia üçün ödənilən 123 manat dövlət rusumunun, ümumilikdə 11.123 (on bir min yüz iyirmi üç) manat pulun ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı müəyyən edilmiş halları nəzərə alaraq hesab edir ki, mülki iddia- maddi ziyana görə ödənilməmiş 4000 (dörd min) manat və mülki iddia üçün ödənilən 123 manat dövlət rusumu hissədə təmin edilməli, cəmi 4123 (dörd min yüz iyirmi üç) manat pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 Bəbbula oğluna ödənilməlidir. Çünki Zərərçəkmiş şəxs1 Bəbbula oğlunun məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 11.000 manat maddi ziyanın 7.000 manatı təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək maddi ziyana görə 10.000 (on min) manat və mülki iddia üçün ödənilən 120 manat dövlət rusumunun, ümumilikdə 10.120 (on min yüz iyirmi ) manat pulun ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı müəyyən edilmiş halları nəzərə alaraq hesab edir ki, mülki iddia- maddi ziyana görə ödənilməmiş 3000 (üç min) manat və mülki iddia üçün ödənilən 120 manat dövlət rusumu hissədə təmin edilməli, cəmi 3120 (üç min yüz iyirmi) manat pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Çünki Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 10.000 manat maddi ziyanın 7.000 manatı təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən 25 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 150 (yüz əlli) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183, 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı ünvan 1-i saat 22.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Zərərçəkmiş şəxs-mülki iddiaçı X3 mülki iddiası təmin edilsin. Cavabdeh- Təqsirləndirilən şəxs maddi ziyana görə 4000 (dörd min) manat və dövlət rüsumu kimi 123 manat, cəmi 4123 (dörd min yüz iyirmi üç) manat pul tutularaq X4 ödənilsin. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiası təmin edilsin. Cavabdeh- Təqsirləndirilən şəxs maddi ziyana görə ödənilməmiş 3000 (üç min) manat və dövlət rüsumu kimi 120 manat, cəmi 3120 (üç min yüz iyirmi) manat pul tutularaq Zərərçəkmiş şəxs2 ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarınada hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 sərf etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №1-1(093)-70/2024
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-70/2024
07.08.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver