Məhkəmə qərarları › İş №1-1(093)-71/2023

Bakı Hərbi Məhkəməsi Qərar — İş №1-1(093)-71/2023

21.07.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(093)-71/2023 21.07.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi, Kalbalıyev Aslan Kalbalı oğlu və Ramazanov Camal Cumar oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə polkovnik-leytenantı X2, ədliyyə mayoru Dövlət ittihamçısı və ədliyyə polkovniki X3, Zərərçəkmiş şəxs, müdafiəçilər – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri X4 və Vəkil2, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə Bakı Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxx 1995-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ordubad rayonu Əndəmic kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali hərbi təhsilli, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəlli hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Təqsirləndirilən şəxs1 və xx xxxx 1981-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Culfa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəlli hərbi hissəsinin hərbi qulluqçusu, baş gizir Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3, 29, 178.2.1, 29, 178.2.3, 29, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Kərimov X5 Nazirliyinin N nömrəli hərbi hissəsinin 6-cı S-125 zenit raket divizionunun baş çavuşu vəzifəsində, baş gizir hərbi rütbəsində xidmətdə olarkən 2022-ci ilin aprel ayında tanışı, avtomobil təmiri ustası işləyən vətəndaş Zərərçəkmiş şəxs ilə aralarındakı söhbət zamanı sonuncunun qızı Şahid1 N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət etdiyini, ali təhsilli olduğu üçün zabit kimi xidmətə qəbul olunmaq istədiyini bilib, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs pulunu ələ keçirmək qərarına gələrək, bu məqsədlə ona Müdafiə Nazirliyində yüksək vəzifədə çalışan adını və vəzifəsini demədiyi general rütbəli şəxslə qohumluq, həmin şəxsin köməkçisi ilə dostluq münasibətinin olduğunu, general rütbəli şəxsin vasitəsilə qızını ehtiyat zabit hazırlığı kursuna göndərə, kursu başa vurduqdan sonra isə zabit kimi xidmətə qəbul etdirə biləcəyini deyib, daha sonra bu barədə aralarında yaxın münasibət olan, xidmət etdiyi 6-cı S-125 zenit raket divizionunun radiotexniki batareyasının heyət rəisi vəzifəsində xidmət edən, baş leytenant Təqsirləndirilən şəxs1 məlumat verdikdə real imkana və səlahiyyətə malik olmamalarına, hətta qadın hərbi qulluqçuların “ehtiyat zabit hazırlığı kursuna” göndərilməsinə qadağa qoyulmasına baxmayaraq, cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs aldadıb əmlakını ələ keçirərək qanunsuz qazanc əldə etmək barədə razılığa gəlmişlər. Aralarında apardıqları vəzifə bölgüsünə uyğun olaraq 29 aprel 2022-ci il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Tayqa” adlı kafedə Zərərçəkmiş şəxsla görüşən zaman Təqsirləndirilən şəxs2 yanında olan baş leytenant Təqsirləndirilən şəxs1 guya general rütbəli qohumunun köməkçisi Raul kimi təqdim etmiş və bu zaman baş leytenant Təqsirləndirilən şəxs1 baş gizir Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edib general rütbəli şəxsə 5000 manat əvvəlcədən, 5000 manat isə Şahid1 zabit kimi xidmətə qəbul olunduqdan sonra olmaqla ümumilikdə 10.000 manat məbləğində pulun rüşvət qismində verilməsi müqabilində qızı Şahid1 ehtiyat zabit hazırlığı kursuna göndəriləcəyini, kursu başa vurduqdan sonra isə zabit kimi xidmətə qəbul olunacağını deyib, razılığını alaraq Zərərçəkmiş şəxs vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 6 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə sonuncudan 2940 ABŞ dolları, yəni 4998 manat məbləğində pul alıb, pulu öz şəxsi ehtiyaclarına xərcləyərək, verdiyi vədin icrası üçün heç bir hərəkət etməmiş və bununla da onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqelərindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmiş, habelə qabacadan əlbir olan bir qurp şəxs halında öz qulluq mövqelərindən istifadə etməklə aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməyə cəhd etmişlər. Təqsirləndirilən şəxs1, ona Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3, 29, 178.2.1, 29, 178.2.3, 29, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, N nömrəli hərbi hissənin 6-cı S-125 zenit raket divizionunun radiotexniki batareyasının heyət rəisi vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olarkən 2022-ci ilin təxminən aprel ayının sonlarında xidmət yoldaşı, divizionun baş çavuşu vəzifəsində xidmət edən, baş gizir Təqsirləndirilən şəxs2 xidmət yerində ona yaxınlaşaraq, avtomobil təmiri ustası işləyən Zərərçəkmiş şəxs adlı bir şəxslə tanış olduğunu, Zərərçəkmiş şəxs qızının N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etdiyini, ali təhsilli olduğu üçün Zərərçəkmiş şəxs qızını zabit kimi xidmətə qəbul etdirmək istədiyini demiş və ondan həmin şəxsi zabit kimi xidmətə qəbul etdirməyin mümkün olub-olmadığını soruşduqda o, bu məsələni həll edəcək tanışının olduğunu, həmin tanışı ilə maraqlanıb məlumat verəcəyini bildirmişdir. O, kim olduğunu demədiyi tanışı ilə danışıb bu barədə soruşduqda tanışı Zərərçəkmiş şəxs qızını zabit kimi xidmətə qəbul etdirə biləcəyini demiş, lakin bu işin necə və hansı yolla həll olunacağını, bu iş üçün hər hansı bir məbləğdə pul verilməli olub-olmamasını bildirməmişdir. O, tanışının maraqlandıqdan sonra nə qədər pul verilməli olduğunu deyəcəyini fikirləşdiyi üçün bu haqda soruşmamış və daha sonra baş gizir Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qızının zabit kimi xidmətə qəbul olunmasının mümkün olduğunu demişdir. Aralarındakı söhbət zamanı baş gizir Təqsirləndirilən şəxs2 özünə xeyir qalması üçün Zərərçəkmiş şəxs lazım olandan artıq məbləğdə pul istəyəcəyini demiş və ondan bu iş üçün nə qədər pul verilməli olmasını soruşduqda o, bu iş üçün təxminən 8-10 min manat məbləğində pul verilməli olmasını bildirmişdir. Bu söhbətdən bir neçə gün sonra, yəni 29 aprel 2022-ci il tarixdə o, xidmət yerində olan zaman baş gizir Təqsirləndirilən şəxs2 ona yaxınlaşıb Zərərçəkmiş şəxs qızının zabit kimi xidmətə qəbul olunması məsələsi ilə əlaqədar onunla görüşmək istədiyini dedikdə o, razılaşmış və həmin gün axşam saatlarında onlar Zərərçəkmiş şəxsla Nizami rayonu ərazisində yerləşən “Tayqa” adlı kafedə görüşmüşlər. Görüşən zaman baş gizir Təqsirləndirilən şəxs2 adını çəkməsə də, onu Zərərçəkmiş şəxs qızının zabit kimi xidmətə qəbul olunması məsələsini həll edəcək şəxs kimi təqdim etmiş və həmin vaxt o, Zərərçəkmiş şəxs kim olduğunu demədiyi tanışı vasitəsilə qızını zabit kimi xidmətə qəbul etdirə biləcəyini, bunun üçün təxminən 8-10 min manat məbləğində pul verməli olduğunu, həmin pulun işi həll edəcək şəxsə çatacağını bildirmişdir. Zərərçəkmiş şəxs həmin məbləğdə pulunun olmadığı bildirdikdə o, 5000 manatı əvvəlcədən, qalan 5000 manatı isə qızı zabit kimi xidmətə qəbul olunduqdan sonra verməsini demiş və istədiyi təqdirdə pulu notarial qaydada aralarında borc müqaviləsi bağlamaqla verə biləcəyini təklif etdikdə Zərərçəkmiş şəxs razılaşaraq pulu hazır etdikdən sonra əlaqə saxlayacağını bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ondan əlaqə saxlaması üçün mobil telefon nömrəsi istədikdə o, bir müddət əvvəl “İnstagram” sosial şəbəkəsi vasitəsilə satın aldığı, hansı ölkəyə məxsus olmasını bilmədiyi və ancaq votsap yazışmalarında istifadə etdiyi **********5 mobil nömrəsini vermiş və bundan sonra Zərərçəkmiş şəxs yanlarından ayrılmışdır. Bir neçə gün sonra tanışı onunla telefon vasitəsilə əlaqə saxlayıb Zərərçəkmiş şəxs qızının zabit kimi xidmətə qəbul olunması məsələsinə kömək edə biləcəyini deyərək, nə üçün xəbər etmədiklərini soruşduqda o, baş gizir Təqsirləndirilən şəxs2la əlaqə saxlamış və bu barədə soruşduqda sonuncu Zərərçəkmiş şəxs 5000 manat pulu tapa bilmədiyini, bu işin alınmadığını bildirmişdir. Daha sonra o, bu barədə maraqlanmamış və bir neçə ay sonra Zərərçəkmiş şəxs onunla telefon vasitəsilə əlaqə saxlayaraq nə üçün aldıqları pulu qaytarmadığını soruşmuşdur. O, bu barədə ətraflı soruşduqda Zərərçəkmiş şəxs baş gizir Təqsirləndirilən şəxs2 onu hansısa general rütbəli şəxin köməkçisi kimi təqdim edərək qızını zabit kimi xidmətə qəbul etdirmək adı ilə ondan 5000 manat məbləğində pul aldığını demiş və bu zaman o, Təqsirləndirilən şəxs2 bu işə görə pul almasından məlumatının olmadığını, sonuncunun ona hər hansı bir məbləğdə pul vermədiyini demişdir. O, telefon danışığını yekunlaşdırdıqdan sonra baş gizir Təqsirləndirilən şəxs2la əlaqə saxlamış və ondan bu barədə soruşduqda sonuncu Zərərçəkmiş şəxs dediklərini təsdiq edərək həqiqətən bu iş üçün 5000 manat pul aldığını, bu işi adını və vəzifəsini demədiyi, Naxçıvan Muxtar Respublikasında xidmət edən rəisim dediyi şəxslə həll edəcəyini, aldığı pulu həmin şəxsə verdiyini bildirmişdir. Baş gizir Təqsirləndirilən şəxs2 aldığı pulu qaytarmadığı üçün bir müddət sonra Zərərçəkmiş şəxs bununla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğuna şikayətini bildirmiş və daha sonra faktla bağlı araşdırma aparılmağa başlanılmışdır. Hal-hazırda törətdiyi əməllərdən peşmandır. Təqsirləndirilən şəxs2, ona Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3, 29, 178.2.1, 29, 178.2.3, 29, 178.2.4 və 32.4, 312.2-ci ilə ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, N nömrəli hərbi hissənin Bakı şəhəri Qaradağ rayonu Puta qəsəbəsi ərazisində yerləşən 6-cı S-125 zenit raket divizionunun baş çavuşu vəzifəsində, baş gizir hərbi rütbəsində xidmətdə olarkən 2022-ci ilin mart ayında xidmət yoldaşı gizir Həsənalı Qasımlının “Mercedes Benz” markalı avtomobilində nasazlıq yarandığı üçün sonuncu ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu Günəşli qəsəbəsində yerləşən “Fayton Servic”ə getmiş və orada avtomobili əvvəllər tanımadıqları Zərərçəkmiş şəxs adlı usta təmir etmişdir. Həmin vaxt hər ikisi hərbi geyim formasında olduğu üçün Zərərçəkmiş şəxs onlardan harada xidmət etdiklərini soruşmuş və onlar N nömrəli hərbi hissədə xidmət etdiklərini dedikdən sonra Zərərçəkmiş şəxs qızı Şahid1 da həmin hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs avtomobili təmir etdikdən sonra onlar oradan ayrılmış və bir neçə gün sonra o, özünə məxsus “Mercedes Benz” markalı avtomobildə nasazlıq yarandığı üçün avtomobili təmir etməsi üçün Zərərçəkmiş şəxs yanına aparmışdır. Sonrakı günlərdə o, bir neçə dəfə avtomobilini Zərərçəkmiş şəxs yanına apardığı üçün aralarında səmimi münasibət yaranmış və bir müddət sonra sonuncu N nömrəli hərbi hissədə xidmət edən qızı Şahid1 ali təhsilli olduğunu, onu zabit kimi xidmət qəbul etdirmək istədiyini deyərək, ondan qızının zabit kimi xidmətə qəbul olunmasına kömək edə bilib-bilməyəcəyini soruşmuşdur. Həmin vaxt o, yüksək vəzifədə çalışan tanışlarının olduğunu, bu məsələni tanışları ilə danışıb ona məlumat verəcəyini demiş və xidmət yerinə gəldikdən sonra aralarında yaxın münasibət olan baş leytenant Təqsirləndirilən şəxs1 yaxınlaşıb, Zərərçəkmiş şəxs barədə məlumat verərək qızı Şahid1 zabit kimi xidmətə qəbul olunmasına kömək edə bilib-bilməyəcəyini soruşmuşdur. O, zabit olması ilə əlaqədar yüksək vəzifədə çalışan tanışlarının olduğunu düşündüyü üçün baş leytenant Təqsirləndirilən şəxs1 müraciət etmiş və bu zaman baş leytenant Təqsirləndirilən şəxs1 yüksək vəzifədə çalışan tanışlarının olduğunu, onların vasitəsilə Şahid1 asanlıqla zabit kimi xidmətə qəbl etdirə biləcəyini desə də tanışlarını kimlər olmasını bildirməmişdir. Səhəri gün baş leytenant Təqsirləndirilən şəxs1 ona tanışı ilə danışdığını, tanışının Şahid1 ehtiyat zabit hazırlığı kursuna göndərə biləcəyini demiş və o, bu iş üçün nə qədər pul verilməli olduğunu soruşduqda Təqsirləndirilən şəxs1 bu iş üçün 10.000 (on min) manat məbləğində pul lazım olduğunu bildirmişdir. Baş leytenant Təqsirləndirilən şəxs1 ilə aralarındakı söhbətdən sonra o, telefon vasitəsilə Zərərçəkmiş şəxsla əlaqə saxlayaraq bu barədə məlumat vermiş və sonuncu işi həll edəcək şəxslə, yəni baş leytenant Təqsirləndirilən şəxs1 ilə görüşüb söhbət etmək istədiyi üçün onlar, yəni Təqsirləndirilən şəxs1 və o, 29 aprel 2022-ci il tarixdə axşam saatlarında Nizami rayonu ərazisində yerləşən “Tayqa” adlı kafedə Zərərçəkmiş şəxsla görüşmüşlər. Görüşən zaman o, baş leytenant Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxsla tanış etsə də, adını deməmiş və bu zaman Təqsirləndirilən şəxs1 özünü “Raul” kimi təqdim edib, qızı Şahid1 asanlıqla ehtiyat zabit hazırlığı kursuna göndərə, kursu başa vurduqdan sonra isə zabit kimi xidmətə qəbul etdirə biləcəyini deyərək, bu iş üçün 10.000 manat məbləğində pul verməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 özünü “Raul” kimi təqdim etsə də, həmin vaxt o, bu barədə heç nə deməmiş və Zərərçəkmiş şəxs həmin məbləğdə pulunun olmadığını bildirdikdə baş leytenant Təqsirləndirilən şəxs1 5000 manatı əvvəlcədən, qalan 5000 manatı isə qızı Şahid1 zabit kimi xidmətə qəbul olunduqdan sonra verə biləcəyini deyərək, pulun verilməsinə dair notariat kontorunda aralarında müqavilə bağlaya biləcəklərini təklif etmişdir. Zərərçəkmiş şəxs fikirləşməsi üçün vaxt istəyib, əlaqə saxlamasından ötrü telefon nömrəsi istədikdə baş leytenant Təqsirləndirilən şəxs1 istifadəsində olan, hansısa başqa bir ölkəyə məxsus mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs mobil telefonuna votsap proqramı vasitəsilə mesaj göndərmiş və sonuncu telefona baxıb bunun nə nömrəsi olduğunu soruşduqda baş leytenant Təqsirləndirilən şəxs1 bu kimi işlər həmin nömrə ilə həll etdiyini bildirmişdir. Bir neçə gün sonra, yəni 2022-ci ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs onunla telefon vasitəsilə əlaqə saxlayıb təklifi qəbul etdiyini desə də, o, baş leytenant Təqsirləndirilən şəxs1 bu işi həll edə biləcəyinə əmin olmadığı üçün sonuncuya bu barədə məlumat verməmiş və bu işi Naxçıvan Muxtar Respublikasında yerləşən N nömrəli hərbi hissədə xidmət edərkən onun komandiri olmuş, mayor Şahid2la danışmaq qərarına gəlmişdir. 06 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs 5000 manat pulu hazır etdiyini, yaşadığı evə gəlib pulu götürə biləcəyini dediyi üçün həmin gün axşam saatlarında o, Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən evə getmiş və orada Zərərçəkmiş şəxs ona 2940 ABŞ dolları pul vermişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 nə üçün gəlmədiyini soruşduqda o, qızı Şahid1 zabit kimi xidmətə qəbul olunması məsələsini Təqsirləndirilən şəxs1 ilə deyil, Naxçıvan Muxtar Respublikasında xidmət edən rəisi ilə həll edəcəyini demiş, lakin rəisinin kim olmasını bildirməmişdir. O, pulu götürdükdən sonra Zərərçəkmiş şəxs qızı Şahid1 6 ay ərzində zabit kimi xidmətə qəbul olunacağını deyərək, oradan ayrılmış və pulu yaşadığı evə gətirmişdir. Səhəri gün o, mayor Şahid2la telefon vasitəsilə əlaqə saxlayıb Şahid1 barədə məlumat verərək, sonuncunun zabit kimi xidmətə qəbul olunmasına kömək edə bilib-bilməyəcəyini soruşduqda Şahid2 tanışları ilə maraqlanacağını demiş və bir neçə gün sonra şəxsi ehtiyaclarına görə pula ehtiyacı olduğu üçün o, yaşadığı evdən Zərərçəkmiş şəxs verdiyi 2940 ABŞ dollarını götürərək xərcləmişdir. Mayor Şahid2 ona Şahid1 zabit kimi xidmətə qəbul olunması məsələsi ilə maraqlanacağını desə də, bu işə görə pul istəməmiş və bir müddət sonra onunla əlaqə saxlayaraq Şahid1 zabit kimi xidmətə qəbul edilməsi məsələsini həll edə bilmədiyini demişdir. O, Şahid1 zabit kimi xidmətə qəbul olunması məsələsini həll edə bilməsə də, Zərərçəkmiş şəxs hər dəfə yalandan yaxın günlərdə qızının zabit kimi xidmətə qəbul olunacağını demiş və bir neçə ay sonra aldadıldığını başa düşən Zərərçəkmiş şəxs ondan verdiyi pulu tələb etmişdir. Maddi İmkanı pis olduğu üçün o, Zərərçəkmiş şəxs pulunu qaytara bilməmiş və buna görə də, sonuncu onun barəsində müxtəlif dövlət orqanlarına şikayətini bildirmişdir. Daha sonra araşdırma aparılaraq barəsində cinayət işi başlanılmışdır.. Hal-hazırda törətdiyi əməllərdən peşmandır. Zərərçəkmiş şəxs məhkəməyə ifadə verərək göstərdi ki, o, 2022-ci ilin mart ayında çalışdığı Bakı şəhəri Suraxanı rayonu Mehmandarov küçəsində yerləşən “Fayton Servic”də olan zaman oraya dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes Benz E 210” markalı bir avtomobil gəlmiş və həmin vaxt avtomobildən hərbi geyim formasında iki şəxs düşmüşdür. Həmin şəxslər avtomobildə olan nasazlığa görə ona müraciət etdikləri üçün o, avtomobili təmir etməyə başlamış və həmin vaxt sürücü ilə birlikdə gələn şəxs özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edərək özünün də Mercedes Benz markalı avtomobilinin olduğunu, avtomobilini təmir etməsi üçün onun yanına gətirəcəyini demişdir. O, harada xidmət etdiklərini soruşduqda Təqsirləndirilən şəxs2 N nömrəli hərbi hissədə gizir hərbi rütbəsində xidmət etdiklərini demiş və bu zaman o, qızı Şahid1 da həmin hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etdiyini bildirmişdir. Sonrakı günlərdə gizir Təqsirləndirilən şəxs2 özünün Mercedes Benz markalı avtomobilində olan nasazlığa görə tez-tez onun yanına gəldiyi üçün aralarında səmimi münasibət yaranmış və aralarındakı söhbət zamanı Təqsirləndirilən şəxs2 Müdafiə Nazirliyində xidmət edən adını və vəzifəsini demədiyi general rütbəli bir şəxslə qohumluq münasibətinin olduğunu, həmin şəxsin vasitəsilə bir çox işlər gördüyünü, yəni kimisə xidmətə qəbul etdirdiyini, kiminsə xidmət yerini dəyişdirdiyini bildirmişdir. 2022-ci ilin təxminən aprel ayında Təqsirləndirilən şəxs2 növbəti dəfə avtomobilini gətirib təmir etdirdikdən sonra ona ali təhsilli olduğu üçün qızı Şahid1 zabit kimi xidmətə qəbul etdirə biləcəyini demiş və o, bu barədə ətraflı maraqlandıqda Təqsirləndirilən şəxs2 Müdafiə Nazirliyində xidmət edən general rütbəli qohumunun köməkçisi ilə yaxın münasibətinin olduğunu, onun vasitəsilə qızını asanlıqla zabit kimi xidmətə qəbul etdirə biləcəyini demişdir. Qızı Şahid1 zabit olmaq arzusu olduğu üçün həmin vaxt o, bu təklifi qəbul etmiş və bir neçə gün sonra Təqsirləndirilən şəxs2 onunla telefon vasitəsilə əlaqə saxlayıb, generalın köməkçisi ilə bu məsələni danışdığını, onu həmin şəxslə görüşdürə biləcəyini dediyi üçün 29 aprel 2022-ci il tarixdə saat 22 radələrində onlar Nizami rayonu ərazisində yerləşən “Tayqa” adlı kafedə görüşmüşlər. Onlar görüşən zaman C.Həsənovun yanında 28-30 yaşlarında, orta boylu bir şəxs olmuş və həmin vaxt Təqsirləndirilən şəxs2 yanındakı şəxsi general rütbəli qohumunun köməkçisi Raul kimi təqdim edərək, qızı Şahid1 zabit kimi xidmətə qəbul olunması məsələsini həmin şəxsin həll edəcəyini demişdir. Həmin vaxt Raul Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edərək, generalın vasitəsilə qızı Şahid1 asanlıqla zabit hazırlığı kursuna göndərəcəyini, kursu başa vuruqdan sonra zabit kimi xidmətə qəbul etdirəcəyini demiş və o, bu iş üçün nə qədər pul lazım olduğunu soruşduqda Təqsirləndirilən şəxs1 bu iş üçün 10.000 manat məbləğində pul verməli olduğunu, həmin pulun generala çatacağını bildirmişdir. Söhbət zamanı Raul pulun 5000 manatının əvvəlcədən, qalan 5000 manatının isə qızı Şahid1 zabit kimi xidmətə qəbul olunduqdan sonra verilməli olduğunu demiş və istədiyi təqdirdə pulu notarial qaydada aralarında müqavilə bağlamaqla verə biləcəyini təklif etmişdir. Həm Təqsirləndirilən şəxs2, həm də Raul 10.000 manat məbləğində pulun generala çatacağını desələr də həmin şəxsin kim olmasını bildirməmiş və o, fikirləşib cavab verəcəyini deyərək, əlaqə saxlaması üçün Rauldan mobil telefonunun nömrəsini istəmişdir. Raul onun telefon nömrəsini öyrənib votsap proqramı vasitəsilə mesaj göndərdiyini dediyi üçün o, mobil telefonunu açaraq votsapa daxil olmuş və “+**********5” mobil nömrəsindən “salam” yazıldığını görmüşdür. O, bunun nə nömrəsi olduğunu soruşduqda Raul bu kimi işləri bu nömrə ilə həll etdiyini demiş və o, bunun Müdafiə Nazirliyinin məxfi nömrəsi olduğunu düşündüyü üçün daha çox inanmışdır. O, Təqsirləndirilən şəxs2 və Raulun yanından ayrıldıqdan sonra yaşadığı evə gələrək arvadı Elmira Həsənovaya bu barədə məlumat vermiş və məsləhətləşdikdən sonra Təqsirləndirilən şəxs2 və Raulun təklifini qəbul etmişdir. Bundan sonra o, arvadının müalicəsi ilə əlaqədar bankdan kredit olaraq götürdüyü 4000 manat pulun üzərinə 1000 manat pul qoyaraq həmin pulu ABŞ dollarına çevirmiş və ümumilikdə 2940 ABŞ dolları almışdır. O, Təqsirləndirilən şəxs2 təklifi qəbul etdiyini dediyi üçün bir neçə gün sonra, yəni 06 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 onunla telefon vasitəsilə əlaqə saxlayaraq pulu hazır edib- etmədiyini soruşmuş və o, pulu hazır etdiyini dediyi üçün həmin gün axşam saatlarında sonuncu pulu götürməsi üçün yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə gəlmişdir. Həmin vaxt o, gizir Təqsirləndirilən şəxs2 Raulun nə üçün gəlmədiyini soruşduqda Təqsirləndirilən şəxs2 generalın Raula iş tapşırdığını, pulu özünün götürəcəyini demiş və o, gələcəkdə saxta olduğunu deməmələri üçün yaşadığı evdə mobil telefonu ilə videoçəkliş aparıb verəcəyi hər bir pulun nömrəsini çəkərək ümumilikdə 2940 ABŞ dollarını Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 pulu götürdükdən sonra yaxın vaxtlarda qızının zabit hazırlığı kursuna göndəriləcəyini, kursu başa vurduqdan sonra zabit kimi xidmətə qəbul olunacağını demiş və oradan ayrılmışdır. Sonrakı günlərdə o, bir neçə dəfə Təqsirləndirilən şəxs2la əlaqə saxlayıb qızı Şahid1 işi barədə soruşduqda Təqsirləndirilən şəxs2 ona narahat olmamasını demiş və qızının yaxın günlərdə zabit hazırlığı kursuna göndəriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 qızı Şahid1 yaxın vaxtlarda zabit hazırlığı kursuna göndəriləcəyini, kursu başa vurduqdan sonra zabit kimi xidmətə qəbul olunacağını desə də, qızı kursa çağırılmamış və buna görə də o, tez-tez Təqsirləndirilən şəxs2la əlaqə saxlamağa başlamışdır. Təqsirləndirilən şəxs2 əvvəlki vaxtlarda tez-tez onun iş yerinə gəlsə də, daha sonra iş yerinə gəlməməsi, həmçinin çox zaman telefon zənglərinə cavab verməməsi onda şübhə yaratmış və 2022-ci ilin sentyabr ayının əvvəllərində o, çətinliklə Təqsirləndirilən şəxs2la görüşüb ondan pulunu istəsə də, sonuncu yenə də yaxın günlərdə qızının zabit kimi xidmətə qəbul olunacağını demişdir. Söhbət zamanı o, generalın köməkçisi Raul barədə soruşduqda Təqsirləndirilən şəxs2 bu işi Raul ilə deyil Naxçıvan Muxtar Respublikasında xidmət edən rəisim dediyi şəxslə həll etdiyini demiş, lakin rəisinin kim olmasını, hansı vəzifədə xidmət etməsini bildirməmişdir. O, Təqsirləndirilən şəxs2 inandığı üçün onun yanından ayrılmış və daha sonra avtomobilini təmir etdirmək üçün iş yerinə gələn kim olduğunu bilmədiyi N nömrəli hərbi hissənin hərbi qulluqçusundan Təqsirləndirilən şəxs2 və Raul barədə soruşduqda Raulun həmin hərbi hissədə baş leytenant hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxs1 olduğunu bilmişdir. O, aldadıldığına tam əmin olduqdan sonra Təqsirləndirilən şəxs2 verdiyi pulu tələb etmiş və sonuncu pulu qayataracağına söz versə də qaytarmadığı üçün o, bununla bağlı müxtəlif dövlət orqanlarına şikayətini bildirmişdir. Daha sonra araşdırma aparılaraq Təqsirləndirilən şəxs2 barəsində cinayət işi başlanılmışdır. Hal-hazırda ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı şikayəti, mülki iddiası və tələbi yoxdur. Şahid3 məhkəməyə ifadə verərək göstərdi ki, 2022-ci ilin may ayında axşam saatlarında əri Təqsirləndirilən şəxs2 yaşadıqları evə gələn zaman cibindən selofan paket çıxararaq masanın üzərinə qoymuş və o, baxdıqda içərisində 100-lük əskinaslardan ibarət ABŞ dolları olduğunu görmüşdür. O, həmin pul barədə soruşduqda əri Təqsirləndirilən şəxs2 aralarında tanışlıq münasibəti olan, avtomobil təmiri ustası işləyən Zərərçəkmiş şəxs qızının N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etdiyini və həmin pulu Zərərçəkmiş şəxs qızının zabit kimi xidmətə qəbul olunmasına kömək etməsi üçün ona verdiyini demişdir. Söhbət zamanı əri Təqsirləndirilən şəxs2 selofan paketin içərisində ümumilikdə 2940 ABŞ dolları olduğunu, həmin pulu işi həll edəcək, yəni Zərərçəkmiş şəxs qızını zabit kimi xidmətə qəbul etdirəcək kim olduğunu demədiyi tanışına verəcəyini bildirmişdir. O, əri Təqsirləndirilən şəxs2 bu işin ona aid olmadığını deyib narazılığını bildirdikdə sonuncu narahat olmamasını, tanışı vasitəsilə bu işi həll edəcəyini demiş və bundan sonra o, ərinin istəyinə əsasən pulu masanın üzərindən götürərək yataq otağındakı dolabda gizlətmişdir. Təxminən 3-4 gündən sonra əri Təqsirləndirilən şəxs2 ondan həmin pulu istəmiş və o, nə üçün pulu istədiyini soruşduqda sonuncu pulu işi həll edəcək tanışına göndərəcəyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 yenə də tanışının kim olmasını bildirməmiş və o, dolaba qoyduğu 2940 ABŞ dollarını götürərək ərinə vermişdir. Bir neçə gün sonra o, əri Təqsirləndirilən şəxs2 pul barədə soruşduqda sonuncu pulu tam şəkildə Zərərçəkmiş şəxs qızının zabit kimi xidmətə qəbul olunmasına kömək edəcək tanışına verdiyini demiş və sonrakı günlərdə o, əri Təqsirləndirilən şəxs2 telefon vasitəsilə Zərərçəkmiş şəxs qızının işi barədə danışmasının şahidi olub kiminlə danışdığını soruşduqda C.X9 Respublikasında xidmət etdiyi zaman komandiri olmuş Mərahim adlı şəxslə danışdığını, Zərərçəkmiş şəxs qızının zabit kimi xidmətə qəbul olunması məsələsini həmin şəxsin vasitəsilə həll edəcəyini bildirmişdir. Bir neçə ay sonra, 2022-ci ilin təxminən sentyabr ayında o, yaşadığı evdə olan zaman qapının döyüldüyünü görüb açdıqda qapını döyən şəxsin 55-60 yaşlarında kişi cinsli bir şəxs olduğunu görmüş və kim olması ilə maraqlandıqda həmin şəxsin avtomobil təmiri ustası işləyən Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Aralarındakı söhbət zamanı Zərərçəkmiş şəxs qzı Şahid1 zabit kimi xidmətə qəbul olunmasına kömək etməsi üçün əri Təqsirləndirilən şəxs2 2940 ABŞ dolları, yəni 5000 manat məbləğində pul verdiyini, lakin sonuncunun bu işi həll etməyərək pulu qaytarmadığını demiş və telefon zənglərinə cavab vermədiyi üçün yaşadıqları evə gəldiyini bildirmişdir. Onlar bir qədər söhbət etdikdən sonra o, evə gəldiyi zamanı əri Təqsirləndirilən şəxs2la bu haqda söhbət edəcəyini demiş və bir qədər sonra evə gəldiyi zamanı Təqsirləndirilən şəxs2 bu barədə soruşduqda sonuncu əvvəlcə Zərərçəkmiş şəxs aldığı pulu tam şəkildə, daha sonra isə pulun bir hissəsini Mərahim adlı şəxsə verdiyini, sonuncunun pulu qaytarmadığını demişdir. O, pulun qalan hissəsini nə etdiyini soruşduqda əri Təqsirləndirilən şəxs2 cavab verməmiş və pulu qaytarmadığı üçün daha sonra Zərərçəkmiş şəxs ərindən şikayət etmişdir. Bundan sonra əri Təqsirləndirilən şəxs2 barəsində araşdırma aparılmağa başlanılmışdır. Şahid N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid1 məhkəməyə ifadə verərək göstərdi ki, o, 2020-ci ilin iyul ayında N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmuş və ali təhsilinin olması ilə əlaqədar zabit olmaq istədiyi üçün xidmət müddəti ərzində bir neçə dəfə zabit hazırlığı kursuna göndərilməsi barədə şifahi qaydada hərbi hissə komandanlığına müraciət etsə də, Müdafiə Nazirliyi tərəfindən qadın hərbi qulluqçuların zabit hazırlığı kursuna göndərilməsinə icazə verilmədiyi üçün o, kursa cəlb olunmamışdır. 2022-ci ilin təxminən sentyabr-oktyabr aylarında o, xidmət yerində olan zaman atası Zərərçəkmiş şəxs şikayəti əsasında Hərbi Prokurorluqda araşdırma aparıldığını bilmiş və həmin gün axşam evə gəlib atasından bu barədə soruşduqda sonuncu zabit hazırlığı kursuna göndərilməsi, həmçinin kursu başa vurduqdan sonra zabit kimi xidmətə qəbul olunmasına kömək etməsi üçün N nömrəli hərbi hissədə xidmət edən, əvvəllər tanımadığı baş gizir Təqsirləndirilən şəxs2 2940 ABŞ dolları, yəni 5000 manat məbləğində pul verdiyini, lakin sonuncunun bununla bağlı heç bir iş görməyərək pulu qaytarmadığını bilmişdir. Söhbət zamanı o, baş gizir Təqsirləndirilən şəxs2 atası Zərərçəkmiş şəxs bu işi Müdafiə Nazirliyində xidmət edən general rütbəli qohumunun vasitəsilə həll edəcəyini, bu iş üçün həmin şəxsə 10.000 manat məbləğində pul verilməli olmasını dediyini, həmçinin N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş leytenant Təqsirləndirilən şəxs1 atasına generalın köməkçisi kimi təqdim etdiyini bilmiş və atasının şikayəti əsasında araşdırma aparıldıqdan sonra gizir Təqsirləndirilən şəxs2 barəsində cinayət işi başlanmışdır. Şahid N nömrəli hərbi hissənin hava hücumundan müdafiə rəisi vəzifəsində xidmət edən, polkovnik-leytenant Şahid2 məhkəmədə elan olunmuş ifadəsində görünür ki, baş gizir Təqsirləndirilən şəxs2 bir neçə il əvvəl Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən N nömrəli hərbi hissəsinin zenit raket artilleriya batareyasının komandiri vəzifəsində xidmətdə olarkən tanımış və həmin vaxt baş gizir Təqsirləndirilən şəxs2 həmin batareyanın baş çavuşu vəzifəsində xidmət etdiyi üçün aralarında tabelik münasibəti olmuşdur. 2019-cu ildə xidmət müddətinin başa çatması ilə əlaqədar baş gizir Təqsirləndirilən şəxs2 hərbi xidmətdə ehtiyata tərxis olunduğu üçün sonrakı vaxtlarda əlaqələri olmamış və bir müddət sonra Bakı şəhərində yerləşən N nömrəli hərbi hissədə yenidən baş gizir hərbi rütbəsində xidmətə başladığını eşitmişdir. O, N nömrəli hərbi hissədə hava hücumundan müdafiə rəisi vəzifəsində xidmətdə olarkən, 2022-ci ilin təxminən may ayının əvvəllərində baş gizir Təqsirləndirilən şəxs2 onunla telefon vasitəsilə əlaqə saxlamış və adını demədiyi, avtomobil təmiri ustası işləyən tanışının kim olduğunu bilmədiyi qızının N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etdiyini, ali təhsilli olduğu üçün zabit kimi xidmətə qəbul olunmaq istədiyini demiş və ondan həmin şəxsin zabit kimi xidmətə qəbul olunmasına kömək edə bilib-bilməyəcəyini soruşmuşdur. Aralarında normal münasibət olduğu üçün o, yalandan bu barədə maraqlanacağını demiş, lakin heç kimdən bu barədə maraqlanmamışdır. O, baş gizir Təqsirləndirilən şəxs2 tanışının kim olduğunu bilmədiyi qızının zabit kimi xidmətə qəbul olunması məsələsi ilə maraqlanacağını desə də, bu işə görə hər hansı bir məbləğdə pul istəməmiş və baş gizir Təqsirləndirilən şəxs2 bu işə görə ona pul verəcəyini deməmişdir. Sonrakı günlərdə baş gizir Təqsirləndirilən şəxs2 bir neçə dəfə telefon vasitəsilə əlaqə saxlayıb, bu haqda soruşduqda o, hələ maraqlanmadığını demiş və bundan sonra sonuncu bu işə görə tanışından pul aldığını, həmin pulu öz şəxsi ehtiyaclarına xərclədiyini deyərək, bu işdə ona köməklik etməsini istəmişdir. O, özündən uzaqlaşdırmaq məqsədilə yenə də yalandan maraqlanacağını desə də bununla bağlı heç kimə müraciət etməyərək, heç bir iş görməmiş və 2022-ci ilin təxminən iyul ayında p, baş gizir Təqsirləndirilən şəxs2 artıq tez-tez ona zəng etdiyini görüb bu işin həll edə bilməyəcəyini demişdir. Sonrakı günlərdə baş gizir Təqsirləndirilən şəxs2 onunla əlaqə saxlamamış və 2022-ci ilin oktyabr ayında izahat verməsi üçün Naxçıvan Hərbi Prokurorluğuna dəvət edildikdə baş gizir Təqsirləndirilən şəxs2 qızını zabit kimi xidmətə qəbul etdirəcəyi adı ilə tanışıdan aldığı pulu qaytarmadığı üçün tanışının ondan şikayət etdiyini, bununla əlaqədar olaraq izahat verməyə çağırıldığını bilmişdir. O, faktla bağlı izahat verdikdən sonra baş gizir Təqsirləndirilən şəxs2la telefon vasitəsilə əlaqə saxlayaraq bu haqda maraqlanmış və sonuncu həqiqətən bu işə görə tanışından pul aldığını etiraf edərək, aldığı pulu yaxın günlərdə qaytaracağını bildirmişdir. İfadəsində Şahid2 özünün bu işdə heç bir marağının olmadığını, bu işə görə heç kimdən pul istəmədiyini və baş gizir Təqsirləndirilən şəxs2 ona hər hansı bir məbləğdə pul vermədiyini göstərmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs baş gizir Təqsirləndirilən şəxs2 və baş leytenant Təqsirləndirilən şəxs1 qızı Şahid1 zabit kimi xidmətə qəbul olunmasına kömək edəcəkləri adı ilə aldadaraq ondan xx.xx.2022-ci ildə ondan 2940 ABŞ dolları almaları barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna məlumat vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş vido və foto görüntülərdən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs baş gizir Təqsirləndirilən şəxs2 qızı Şahid1 zabit kimi xidmətə qəbul olunmasına kömək etməsi üçün ümumilikdə 2940 ABŞ dolları məbləğində pul vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs təqdim etdiyi, içərisinə səs yazılarının köçürüldüyü diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxsla baş gizir Təqsirləndirilən şəxs2 arasında qızı Şahid1 zabit kimi xidmətə qəbul olunması və bu məqsədlə verdiyi pulun qaytarılması məzmundan danışılar aparılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən götürülmüş cədvəldən görünür ki, 1 ABŞ dollarının xx.xx.2022ci il tarixə olan məzənnəsi 1.7000 (bir manat yetmiş qəpik) manat olmuşdur. N nömrəli hərbi hissədən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 91 nömrəli məktubdan görünür ki, 2022-ci il ərzində hərbi hissəyə ali təhsilli gizirlərin, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların, həmçinin qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılacaq ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların ehtiyat zabit hazırlığı kursunda iştirak etmələri üçün müraciət etmələri barədə bir neçə dəfə telefonoqram göndərilmiş və həmin telefonoqramlarda qadın hərbi qulluqçuların istisna təşkil etməsi göstərilməsə də, Müdafiə Nazirliyi tərəfindən ixtisas dərəcələri uyğun olmadığı üçün qadın hərbi qulluqçuların kursa cəlb edilmələrinə qadağa qoyulması şifahi qaydada bildirilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli 264 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs1 həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 140 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, baş gizir Kərimov X5 Nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2020-ci il tarixli 084 gm nömrəli əmrinə əsasən bağlaşma əsasında 5 il müddətinə gizirlərin həqiqi hərbi xidmətinə könüllü qəbul edilərək N nömrəli hərbi hissənin 6-cı S-125 zenit raket divizionunun baş çavuşu vəzifəsinə təyin edildiyinə görə xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 195 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, leytenant Nəsirli X6 Nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin 6-cı S-125-2TM zenit raket divizionunun radiotexniki batareyasının heyət rəisi vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 204 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Müdafiə Nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2020-ci il tarixli 079 əç nömrəli əmrinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursunu bitirərək Azərbaycan Ordusunda 3 il müddətinə həqiqi hərbi xidmətə könüllü qəbul edilmiş və N nömrəli hərbi hissənin rabitə bölüyünün stasionar rabitə qovşağının yazılı məlumatötürmə manqasının operatorkodlayıcısı vəsifəsinə təyin edilmiş əsgər Şahid1 xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında təqdim olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli nəticəsində ona vurulmuş 5000 manat məbləğində maddi ziyan tam həcmdə ödənilmişdir. Təqsirləndirilən şəxslərlə barışmış və onlara qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən məhkəməyə təqdim olunmuş qəbzdən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs vurulmuş 5000 manat maddi ziyanın 25 % (iyirmi beş) faizini, yəni cəmi 1250 (min iki yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsinə köçürülmüşdür. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir (Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsi). Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir (Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsi). Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. (Cinayət-Prosessual Məcəlləsinin145-ci maddəsi). Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir (Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsi). Məhkəmədə dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 340-cı maddəsinə əsasən çıxışında göstərdi ki, təqsirləndirilən şəxslər- Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin hərbi qulluqçuları, baş leytenant Təqsirləndirilən şəxs1 və baş gizir Təqsirləndirilən şəxs2 təkraren qabaqcadan elbir olan bir qrup şexs halında etibardan sui-istifade etme ve aldatma yolu ile özgenin emlakını ələ keçirmekle deleduzluq etmiş, tekraren diger şexsi xidmeti vezifesinin (selahiyyetlerinin) icrası ile elaqadar her hans' hareketin edilmesi müqabilinde ve bile-bile qanunsuz hereketlar etmeye göre vezifeli şexse onun özü üçün, dolayı yolla ve vasiteçiden istifade etmekle maddi nemeti rüşvet vermeye tehrik etmişlər. . Bu əməllərinə görə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3, 29, 178.2.1, 29, 178.2.3, 29, 178.2.4 və 32.4,312.2-ci maddələri ile ittiham elan edilmişdir. Belə ki, Kərimov X5 Nazirliyinin N nömrəli hərbi hissəsinin 6-cı S-125 zenit raket divizionunun baş çavuşu vəzifəsində, baş gizir hərbi rütbəsində xidmətdə olarkən 2022-ci ilin aprel ayında tanışı, avtomobil təmiri ustası işləyən vətəndaş Zərərçəkmiş şəxs ilə aralarındakı söhbət zamanı sonuncunun qızı Şahid1 N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət etdiyini, ali təhsilli olduğu üçün zabit kimi xidmətə qəbul olunmaq istədiyini bilib, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs pulunu ələ keçirmək qərarına gələrək, bu məqsədlə ona Müdafiə Nazirliyində yüksək vəzifədə çalışan adını və vəzifəsini demədiyi general rütbəli şəxslə qohumluq, həmin şəxsin köməkçisi ilə dostluq münasibətinin olduğunu, general rütbəli şəxsin vasitəsilə qızını ehtiyat zabit hazırlığı kursuna göndərə, kursu başa vurduqdan sonra isə zabit kimi xidmətə qəbul etdirə biləcəyini deyib, daha sonra bu barədə aralarında yaxın münasibət olan, xidmət etdiyi 6-cı S-125 zenit raket divizionunun radiotexniki batareyasının heyət rəisi vəzifəsində xidmət edən, baş leytenant Təqsirləndirilən şəxs1 məlumat verdikdə real imkana və səlahiyyətə malik olmamalarına, hətta qadın hərbi qulluqçuların “ehtiyat zabit hazırlığı kursuna” göndərilməsinə qadağa qoyulmasına baxmayaraq, cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs aldadıb əmlakını ələ keçirərək qanunsuz qazanc əldə etmək barədə razılığa gəlmişlər. Aralarında apardıqları vəzifə bölgüsünə uyğun olaraq 29 aprel 2022-ci il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Tayqa” adlı kafedə Zərərçəkmiş şəxsla görüşən zaman Təqsirləndirilən şəxs2 yanında olan baş leytenant Təqsirləndirilən şəxs1 guya general rütbəli qohumunun köməkçisi Raul kimi təqdim etmiş və bu zaman baş leytenant Təqsirləndirilən şəxs1 baş gizir Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edib general rütbəli şəxsə 5000 manat əvvəlcədən, 5000 manat isə Şahid1 zabit kimi xidmətə qəbul olunduqdan sonra olmaqla ümumilikdə 10.000 manat məbləğində pulun rüşvət qismində verilməsi müqabilində qızı Şahid1 ehtiyat zabit hazırlığı kursuna göndəriləcəyini, kursu başa vurduqdan sonra isə zabit kimi xidmətə qəbul olunacağını deyib, razılığını alaraq Zərərçəkmiş şəxs vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 6 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə sonuncudan 2940 ABŞ dolları, yəni 4998 manat məbləğində pul alıb, pulu öz şəxsi ehtiyaclarına xərcləyərək, verdiyi vədin icrası üçün heç bir hərəkət etməmiş və bununla da onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqelərindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmiş, habelə qabacadan əlbir olan bir qurp şəxs halında öz qulluq mövqelərindən istifadə etməklə aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməyə cəhd etmişlər. Bundan başqa qeyd olunur ki, hər iki təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddələri ilə ittiham verilmişdir. Lakin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən, şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci 3 maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Qeyd olunan səbəblərdən hesab edirəm ki, hər üç təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittiham üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayər Prosesual Məcəlləsinin 39.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Cinayət Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): - 39.1.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun əməlində cinayət tərkibi olmaması əsası ilə xitam verilir. Həmin Məcəllənin 39.3-cü maddəsinə görə Bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2- ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 314.2-ci maddəsinin tələbinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır.Məhkəmə baxışı zamanı dövlət ittihamçıısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Baş Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Məhkəmə baxışında dövlət ittihamçısının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi və təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsifi təbiətinə və hüquqi nəticələrinə görə müxtəlif prosessual hərəkətlərdir. Dövlət ittihamçısının əməli cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif etmək təklifi ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina kimi qiymətləndirilə bilməz. Dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsifinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə, içtimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısının əməlin cinayət qanunun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi təklifi məhkəmə tərəfindən dövlət ittihamçısının təklifində irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul olunmasını istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət töərtməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci madddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Beləliklə məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırarq və dövlət itthamçısının təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamdan bir hissəsindən imtina etməsini, habelə Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 43.1.1. 314.2 və 318-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittiham həmin ittihamladan xaric edilməli və həmin hissələrdə icraata xitam verilməlidir. Məhkəmə həmçinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, təqsirləndirilən şəxslərin cinayət əməllərini törətmələri tam sübuta yetirildiyindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3, 29, 178.2.1, 29, 178.2.3, 29, 178.2.4 -cü maddələrinin dizpoziyası ilə uyğun gəlir. Məhkəmə cəza məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 29, 178.2.1, 29, 178.2.3, 29, 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vurulmuş ziyanı tam ödədiklərini, zərəçəkmiş şəxslə barışdığını və zərəçəkmiş şəxsin onlaran şikayət və tələbi olmadığı üçün və vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 29, 178.2.1, 29, 178.2.3, 29, 178.2.4-cü maddələr ilə cinayət məsuliyyətindən azad edilməli və həmin maddələr ilə cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-in 175.5-ci maddəsinə görə müvafiq qətimkan tədbiri təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən sonra qüvvədən düşmüş sayılır. Ona görə də, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3, 29, 178.2.1, 29, 178.2.3, 29, 178.2.4-cü maddələri olan cinayət təqibinə xitam verildikdən sonra onların barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçiləri qismində işə buraxılmış və onların hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Vəkil1 və Vəkil2 oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 110 (yüz on) iş saatına görə 660 (altı yüz altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir İş üzrə ekspertiza xərci və mülki idda yoxdur, xüsusi müsadirə edilən əmlak müəyyən edilməmişdir. Şərh olunanları və Azərbaycan Respublikası CPM-in 39.1.2 ,39.1.11, 43.1.1 43.1.2 və 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələri olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 29, 178.2.1, 29, 178.2.3, 29, 178.2.4 -cü maddələri ilə təqsirli bilinsin, lakin Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ilə barışmaqla ona vurduğu maddi ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında Dövlət Büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsaən cinayət məsuliyyətindən azad edilsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 29, 178.2.1, 29, 178.2.3, 29, 178.2.4 cü maddələri ilə olan cinayət təqibinə cinayət məsuliyyətindən azad edilmə əsasları ilə (CPM-in 39.1.11-ci maddəsi) xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələri olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 29, 178.2.1, 29, 178.2.3, 29, 178.2.4 -cü maddələri ilə təqsirli bilinsin, lakin Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə barışmaqla ona vurduğu maddi ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında Dövlət Büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsaən cinayət məsuliyyətindən azad edilsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 29, 178.2.1, 29, 178.2.3, 29, 178.2.4 cü maddələri ilə olan cinayət təqibinə cinayət məsuliyyətindən azad edilmə əsasları ilə (CPM-in 39.1.11-ci maddəsi) xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil1 sərf etdiyi 110 (yüz on) iş saatına görə 660 (altı yüz altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil2 qızına sərf etdiyi 110 (yüz on) iş saatına görə 660 (altı yüz altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər Rafiq Abbasov (sədrlik edən), Aslan Kalbalıyev, Camal Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar