Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-71/2025 10.03.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 5 saylı Vəkil Bürosunun vəkili XN, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Tovuz rayonunda doğulmuş, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, hərbi şəhərcik 7A ünvanında qeydiyyatda olmaqla, ünvan N ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, gizir, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs gizir kimi üzürlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsinin ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 15-ci radiolokasiya qovşağının səyyar radiohündürlükölçən stansiyasının rəisi vəzifəsində-gizir hərbi rütbəsində xidmətdə olarkən N5 sentyabr N0N4-cü il tarixdə saat 19:00-da iş vaxtı bitdiyi üçün hərbi hissədən ayrılmış və təyin olunmuş vaxtda, yəni növbəti gün N6 sentyabr N0N4-cü il tarixdə saat 08:00-da hərbi hissəyə qayıtmalı olduğu halda üzürlü səbəblər olmadan gəlməmiş, N oktyabr N0N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıdaraq gizir kimi üzürlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə Müdafiə Nazirliyinin Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsinin ərazisində yerləşən N nömrəli hərbi hissəsində xidmətdə olarkən N oktyabr N0N4-cü il tarixdə saat 19:00-da iş vaxtı bitdiyi üçün hərbi hissədən ayrılmış və təyin olunmuş vaxtda, yəni növbəti gün 1N oktyabr N0N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmalı olduğu halda üzürlü səbəblər olmadan gəlməmiş, N8 oktyabr N0N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıdaraq gizir kimi üzürlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə Müdafiə Nazirliyinin Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsinin ərazisində yerləşən N nömrəli hərbi hissəsində xidmətdə olarkən N oktyabr N0N4-cü il tarixdə saat 19:00-da iş vaxtı bitdiyi üçün hərbi hissədən ayrılmış və təyin olunmuş vaxtda, yəni növbəti gün N oktyabr N0N4cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmalı olduğu halda üzürlü səbəblər olmadan gəlməmiş, N noyabr N0N4-cü il tarixdə saat 15:00-da xidmət yerinə qayıdaraq gizir kimi üzürlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə Müdafiə Nazirliyinin Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsinin ərazisində yerləşən N nömrəli hərbi hissəsində xidmətdə olarkən N noyabr N0N4-cü il tarixdə saat 19:00-da iş vaxtı bitdiyi üçün hərbi hissədən ayrılmış və təyin olunmuş vaxtda, yəni növbəti gün N8 noyabr N0N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmalı olduğu halda üzürlü səbəblər olmadan gəlməmiş, N dekabr N0N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıdaraq gizir kimi üzürlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə Müdafiə Nazirliyinin Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsinin ərazisində yerləşən N nömrəli hərbi hissəsində xidmətdə olarkən N dekabr N0N4-cü il tarixdə saat 19:00-da iş vaxtı bitdiyi üçün hərbi hissədən ayrılmış və təyin olunmuş vaxtda, yəni növbəti gün N dekabr N0N4cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmalı olduğu halda üzürlü səbəblər olmadan gəlməmiş, N0 dekabr N0N4-cü il tarixdə saat 14:N0-də xidmət yerinə qayıdaraq gizir kimi üzürlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3cü maddəsi ilə özünü tam təqsirli bilərək göstərdi ki, Müdafiə Nazirliyinin Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsinin ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 15-ci radiolokasiya qovşağının səyyar radiohündürlükölçən stansiyasının rəisi vəzifəsində-gizir hərbi rütbəsində xidmətdə olarkən o, N5 sentyabr N0N4-cü il tarixdə saat 19:00-da iş vaxtı bitdiyi üçün hərbi hissədən ayrılmış və təyin olunmuş vaxtda, yəni növbəti gün N6 sentyabr N0N4-cü il tarixdə saat 08:00-da hərbi hissəyə qayıtmalı olduğu halda gəlməmiş, N oktyabr N0N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmış, N oktyabr N0N4-cü il tarixdə saat 19:00-da iş vaxtı bitdiyi üçün hərbi hissədən ayrılmış və təyin olunmuş vaxtda, yəni növbəti gün 1N oktyabr N0N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmalı olduğu halda gəlməmiş, N8 oktyabr N0N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmışdır. Bundan əlavə, N oktyabr N0N4-cü il tarixdə saat 19:00-da iş vaxtı bitdiyi üçün hərbi hissədən ayrılmış və təyin olunmuş vaxtda, yəni növbəti gün N oktyabr N0N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmalı olduğu halda üzürlü səbəblər olmadan gəlməmiş, N noyabr N0N4-cü il tarixdə saat 15:00-da xidmət yerinə qayıtmışdır. Bundan başqa, N noyabr N0N4-cü il tarixdə saat 19:00-da iş vaxtı bitdiyi üçün hərbi hissədən ayrılmış və təyin olunmuş vaxtda, yəni növbəti gün N8 noyabr N0N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmalı olduğu halda gəlməmiş, N dekabr N0N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmışdır. Bundan əlavə, N dekabr N0N4-cü il tarixdə saat 19:00-da iş vaxtı bitdiyi üçün hərbi hissədən ayrılmış və təyin olunmuş vaxtda, yəni növbəti gün N dekabr N0N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmalı olduğu halda gəlməmiş, N0 dekabr N0N4-cü il tarixdə saat 14:N0-də xidmət yerinə qayıtmışdır. Hərbi xidmətdən boyun qaçırmaq və xidməti vəzifələrin icrasından imtina etmək niyyəti olmamış, xidmət yerinə vaxtında qayıtmamasına səbəb şəxsi problemləri olmuş, bu müdddət ərzində hərbi hissəyə qayıtmasına və komandirlərinə məlumat verməsinə tam imkanı olmuş, xidmət yerinə vaxtında qayıtmadığı tarixlərdə bununla bağlı öz rəislərinə və komandirlərinə məlumat verməmiş və ya onlardan icazə almamışdır, xidmət yerinə vaxtında qayıtmaması ailə üzvlərinin xəstəliyi ilə bağlı olmuş və hərbi xidmətə münasibəti normal olmuşdur. Hazırda əməlindən peşmandır, ona cərimə cəzasının verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Şahid1 göstərdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 15-ci radiolokasiya qovşağının rəisidir, mayor rütbəsindədir. N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu-gizir Təqsirləndirilən şəxs özünü nizam-intizamsız hərbi qulluqçu kimi göstərmiş, xidmət zamanı bəzi nöqsanlara yol vermiş və xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə N6 sentyabr N0N4-cü il tarixdə saat 08:00-dan N oktyabr N0N4-cü il tarixdə saat 08:00-dək, 1N oktyabr N0N4-cü il tarixdə saat 08:00-dan N8 oktyabr N0N4-cü il tarixdə saat 08:00-dək, N oktyabr N0N4-xü il tarixdə saat 08:00-dan N noyabr N0N4-cü il tarixədək, N8 noyabr N0N4-cü il tarixdə saat 08:00-dan N dekabr N0N4-cü il tarixdə saat 08:00-dək, N dekabr N0N4-cü il tarixdə saat 08:00-dan N0 dekabr N0N4-cü il tarixdə saat 14:N0-dək xidmət yerinə vaxtında qayıtmamışdır. Təqsirləndirilən şəxs xidmət yerinə qayıtmadığı vaxtlarda bununla bağlı öz rəislərinə məlumat verməmiş, törətdiyi əməlin cinayət olmasından xəbərdar olmuş və hərbi xidmətdən boyun qaçırmaq, xidməti vəzifələrinin icrasından imtina etmək kimi bir niyyəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 15-ci radiolokasiya qovşaq rəisinin texniki hissə üzrə müavini, kapitan ŞahidN Şahid1 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiklərini mahiyyəti üzrə təsdiq etdi. İş materiallarında olan həqiqi hərbi xidmətə daxilolma haqqında bağlaşmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs 31 dekabr N0N1-ci il tarixdən etibarən 5 (beş) il müddətinə hərbi xidmətə qəbul edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N yanvar N0NN-ci il tarixli 19 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, “Gizir hazırlığı” kursunu bitirmiş gizir Təqsirləndirilən şəxs hərbi hissənin radiotexniki taborunun 14-cü radiolokasiya bölüyünün səyyar radiohündürlükölçən stansiyasının rəisi vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N iyul N0N4-cü il tarixli NN1 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs hərbi hissənin 15-ci radiolokasiya qovşağının səyyar radiohündürlükölçən stansiyasının rəisi vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 15-ci radiolokasiya qovşağının rəisi, mayor Şahid1 tərəfindən tərtib olunmuş N6 sentyabr N0N4-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs N6 sentyabr N0N4-cü il tarixdə xidmət yerinə çıxmamışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N6 sentyabr N0N4-cü il tarixli N85 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N6 sentyabr N0N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilmiş və bütün növ təminatları dayandırılmışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 15-ci radiolokasiya qovşağının rəisi, mayor Şahid1 tərəfindən tərtib olunmuş N oktyabr N0N4-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs N oktyabr N0N4-cü il tarixdə xidmət yerinə gəlmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N oktyabr N0N4-cü il tarixli N5 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N oktyabr N0N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlmiş hesab edilmiş və bütün növ təminatlara qoyulmuşdur. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 15-ci radiolokasiya qovşağının rəisi, mayor Şahid1 tərəfindən tərtib olunmuş 1N oktyabr N0N4cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 1N oktyabr N0N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə çıxmamışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin 1N oktyabr N0N4-cü il tarixli 301 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs 1N oktyabr N0N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilmiş və bütün növ təminatları dayandırılmışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 15-ci radiolokasiya qovşağının rəisi, mayor Şahid1 tərəfindən tərtib olunmuş N8 oktyabr N0N4cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs N8 oktyabr N0N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N8 oktyabr N0N4-cü il tarixli 318 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N8 oktyabr N0N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlmiş hesab edilmiş və bütün növ təminatlara qoyulmuşdur. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 15-ci radiolokasiya qovşağının rəisi, mayor Şahid1 tərəfindən tərtib olunmuş N oktyabr N0N4-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs N oktyabr N0N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə çıxmamışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N oktyabr N0N4-cü il tarixli 3N0 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N oktyabr N0N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilmiş və bütün növ təminatları dayandırılmışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 15-ci radiolokasiya qovşağının rəisi, mayor Şahid1 tərəfindən tərtib olunmuş N noyabr N0N4-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs N noyabr N0N4-cü il tarixdə saat 15:00da xidmət yerinə gəlmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N noyabr N0N4-cü il tarixli 349 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N noyabr N0N4-cü il tarixdə xidmət yerinə gəlmiş hesab edilmiş və bütün növ təminatlara qoyulmuşdur. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 15-ci radiolokasiya qovşağının rəisi, mayor Şahid1 tərəfindən tərtib olunmuş N8 noyabr N0N4cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs N8 noyabr N0N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə çıxmamışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N8 noyabr N0N4-cü il tarixli 350 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N8 noyabr N0N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilmiş və bütün növ təminatları dayandırılmışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 15-ci radiolokasiya qovşağının rəisi, mayor Şahid1 tərəfindən tərtib olunmuş N dekabr N0N4-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs N dekabr N0N4-cü il tarixdə saat N:00da xidmət yerinə gəlmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N dekabr N0N4-cü il tarixli 359 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N dekabr N0N4-cü il tarixdə saat N:00-da xidmət yerinə gəlmiş hesab edilmiş və bütün növ təminatlara qoyulmuşdur. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 15-ci radiolokasiya qovşağının rəisi, mayor Şahid1 tərəfindən tərtib olunmuş N dekabr N0N4-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs N dekabr N0N4-cü il tarixdə xidmət yerinə çıxmamışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N dekabr N0N4-cü il tarixli 361 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N dekabr N0N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilmiş və bütün növ təminatları dayandırılmışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 15-ci radiolokasiya qovşağının rəisi, mayor Şahid1 tərəfindən tərtib olunmuş N0 dekabr N0N4cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs N0 dekabr N0N4-cü il tarixdə saat 14:N0 radələrində xidmət yerinə gəlmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N0 dekabr N0N4-cü il tarixli 376 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N0 dekabr N0N4-cü il tarixdə saat 14:N0 radələrində xidmət yerinə gəlmiş hesab edilmiş və bütün növ təminatlara qoyulmuşdur. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş N5 sentyabr N0N4-cü il tarixli 9N58 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. İş materiallarında olan Qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı Hərbi Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.N.1 və 178.N.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, onun Azərbaycan Respublikası CM-nin 178.N.1 və 178.N.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-1.N-ci maddəsinə əsasən xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan xidməti xasiyyətnəmayə əsasən Təqsirləndirilən şəxs mənfi xarakterizə edilir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.N və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" N5 iyun N003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin N-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın N-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-nin 333.3-cü maddəsində nəzərdə tutlmuş cinayəti təkrar törətməsi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsinə əsasən zabitin, gizirin, miçmanın, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət edən şəxsin hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, habelə üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması on gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə — iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs hazırda ordu sıralarından tərxis edilmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını ağırlaşdıran halı, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs hazırda tərxis edilsə də, 3 il müddətinə bağlaşma əsasında müddətdən artıq hərbi xidmətdə olmuşdur. Ona yüngül cəza təyin edilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edən zabit, gizir və müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçuların mənəvi-psixoloji durumuna, nizam intizamına mənfi təsir edə bilər. Ona görə də, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 10 mart N0N5-ci il tarixdən hesablanmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 30 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.N və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral N001-ci il tarixli qərarına və həmin qərara 03 may N018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X3 180 manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinsin, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 10 mart N0N5-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək "həbs" qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilərək Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxs aldığı gündən) N0 gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan N0 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №1-1(093)-71/2025
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-71/2025
10.03.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver