Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-72/2023 07.04.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlunun sədrliyi, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhər 20 saylı vəkil bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakı ilə Bakı Hərbi Məhkəməsinin inzibati binasında 1 mart 1990-cı il tarixdə Şamaxı rayonunun Nərimankənd kəndində anadan olmuş, Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən N nömrəli hərbi hissəsində qeydiyyatda olmaqla Qobustan rayonunun X8 küçəsi ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının CM-in 178.2.4, 32.4, 312.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs digər şəxsi xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün birbaşa, vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmiş, aldatma və etibardan sui istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin Bakı şəhərinin Səbail rayonunun Badamdar qəsəbəsinin ərazisində yerləşən N nömrəli hərbi hissəsinin kəşfiyyat və radioelektron mübarizə qovşağının radiotexniki kəşfiyyat bölməsinin radiotexniki kəşfiyyat məntəqəsinin sürücüsü vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən 2020-ci ilin avqust ayının əvvəllərində Qobustan şəhərində yerləşən yaşadığı evin yaxınlığında qonşusu, vətəndaş Zərərçəkmiş şəxs ona yaxınlaşaraq övladı X7 Nazirliyinin tabeliyində olan hərbi hissələrdən birində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul etdirmək üçün hara müraciət etməli olduqlarını soruşub oğlunun ordu sıralarına qəbul etdirmək fikrində olduğunu dedikdə o, Aslan Cəfərovun iş məsələsinə görə narahat olduğunu görüb real imkana və səlahiyyətə malik olmadığı, eləcə də həmin məsələnin həllinə köməklik etmək niyyətində olmadığı halda, qanunsuz yolla qazanc əldə etmək məqsədi ilə əvəzsiz olaraq özgənin xeyli miqdarda əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs pul vəsaitini ələ keçirmək qərarına gəlib sonuncuya həmin məsələni həll etmək üçün Müdafiə Nazirliyində yüksək vəzifədə çalışan tanışının olduğunu, qeyd olunan tanışı vasitəsi ilə Aslan Cəfərovun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ordu sıralarına qəbul etdirə biləcəyini Zərərçəkmiş şəxs demiş və bu barədə imkan olduqda ətraflı söhbət etməklə bağlı razılığa gəlmiş, bundan bir neçə gün sonra, yəni 2020-ci ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs yaşadığı Qobustan şəhərinin Şikar Şikarov küçəsində yerləşən evinə gəlmiş və yaxın qonşusu kimi ona inanmasından istifadə edib Zərərçəkmiş şəxs iş məsələsinin həlli məqsədi ilə vəzifəli şəxsə verilməsi üçün 7000 manat məbləğində pula ehtiyac olduğunu deyərək qeyd olunan məbləğdə pulun verilməsi ilə bağlı razılığını almaqla Zərərçəkmiş şəxs rüşvət verməyə təhrik etmişdir. Həmin razılıqdan sonra o, 20 avqust 2020-ci il tarixdə saat 16 radələrində Qobustan şəhərinin Şikar Şikarov küçəsində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin həyətində 7000 manat məbləğində pulu ondan almış, lakin verdiyi vədlər üzrə heç bir hərəkət etmədən, həmin məsələnin həlli istiqamətində hər hansı vəzifəli şəxslə danışıq aparmadan aldığı pul vəsaitini şəxsi maraqları üçün sərf edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs xeyli miqdarda pulunu ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldadıldığını başa düşüb hüquq mühafizə orqanlarına şikayət etmək istədiyini öyrəndikdə qeyd olunan pul vəsaitinin hamısını hissə-hissə, yəni 2021-ci ilin yanvar ayından etibarən 2022-ci ilin mart ayına qədər olan tarixlərdə Zərərçəkmiş şəxs yaşadığı evdə 3500 manat, 2022-ci ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs məxsus bank kartına göndərməklə 1500 manat, 19 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evdə 2000 manat, ümumilikdə isə 7000 manat məbləğində pulu sonuncuya geri qaytarmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən 20 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində Qobustan rayonunda yerləşən Heydər Əliyev adına parkın ərazisində piyada gəzərkən yerdə olan 1 (bir) ədəd kağız bükülü diqqətini çəkmiş, həmin bükülünü götürərək içərisinə baxan zaman bükülünün içərisində olan ağ rəngli kristallik maddədən ibarət kütlənin psixotrop maddə hesab edilən metamfetamin olduğunu anlamış, satış məqsədi olmadan şəxsi istifadə məqsədi ilə həmin bükülünü şalvarının sol yan cibinə qoyub saxlayaraq üzərində daşımış, həmin gün saat 14 radələrində Daxili İşlər Nazirliyinin Qobustan rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Qobustan rayonunun Heydər Əliyev prospekti ilə hərəkətdə olan zaman saxlanılaraq Qobustan rayon polis şöbəsinə dəvət olunmuş və həmin polis şöbəsində aparılan şəxsi axtarış zamanı üzərindən 1 (bir) ədəd kağız bağlamada Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə hesab edilən şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,054 qram olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.4, 32.4, 312.1 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin kəşfiyyat və radioelektron mübarizə qovşağının radiotexniki kəşfiyyat mərkəzinin radiotexniki kəşfiyyat məntəqəsinin maddi texniki təminat bölməsinin sürücüsü vəzifəsində, müddətdən arıtq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən təxminən 2020-ci avqust ayının əvvəllərində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs oğlu X6 rayonuna yaxın ərazilərdə yerləşən hərbi hissələrdən birinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul edilmək istədiyini deyərək qeyd etdiyi məsələ ilə əlaqədar hara müraciət edilməli olduğunu, ümumiyyətlə ordu sıralarına qəbulun hansı qaydada aparıldığını soruşduqda o, maddi çətinliyi olduğundan qazanc əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxsla oğlunun iş məsələsi barədə danışarkən həmin məsələnin həlli üçün ondan 7000 (yeddi min) manat məbləğində pul istəmək və həmin məbləği rahat şəkildə ələ keçirmək üçün Zərərçəkmiş şəxs Müdafiə Nazirliyində yüksək vəzifədə çalışan tanışının olması barədə məlumat vermək qərarına gəlmişdir. 2020-ci ilin avqust ayının ortalarında Zərərçəkmiş şəxs ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə zəng edərək istədiyi 7000 (yeddi min) manat pulun hazır olduğunu dedikdə yaxın vaxtlarda yaşadığı evə gələcəyini deyərək sağollaşmış, 20 avqust 2020-ci il tarixdə saat 16 radələrində qonşuluqda, yəni, Qobustan şəhəri Şikar Şikarov küçəsində yaşayan Zərərçəkmiş şəxs yaşadığı fərdi evə gedərək evin həyətində Zərərçəkmiş şəxs arvadının və oğlunun yanında 7000 (yeddi min) manat məbləğində pulu cibindən çıxarıb sayaraq ona vermiş, o da öz növbəsində həmin pulu sayıb təhvil almış, sonra arxayın olmalarını, Aslan Cəfərovun ordu sıralarına qəbul edilməsini yaxın vaxtlarda yüksək vəzifəli tanışının vasitəsi ilə həll edəcəyini deyib onlarla sağollaşıb getmişdir. “Vətən müharibəsi” başladıqdan sonra Zərərçəkmiş şəxs ***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək oğlu Aslan Cəfərovun ordu sıralarına qəbul edilməsi məsələsinin nə üçün gecikdiyini soruşduqda o, Müdafiə Nazirliyində işləyən vəzifəli tanışının müharibə ilə əlaqədar Kəlbəcər rayonuna ezamiyyətə getdiyini, yalnız həmin şəxs Bakıya qayıtdıqdan sonra bu məsələnin həll ediləcəyini yalandan deyib narahat olmamasını tapşıraraq onu arxayınlaşdırmış, Zərərçəkmiş şəxs onunla danışdıqda hər dəfə müxtəlif bəhanələr gətirməklə vaxt qazanmış, sonuncu telefon danışıqları zamanı Zərərçəkmiş şəxs oğlu Aslan Cəfərovun iş məsələsinin bu qədər uzanmasına görə onun aldatdığını anladığını deyib verdiyi 7000 (yeddi min) manat pulu geri tələb etdikdə artıq məsələnin ciddiliyini anlamış, təxminən 2021-ci ilin yanvar ayından etibarən 7000 manat pulun 3500 manatını hissə-hissə 2022-ci ilin mart ayına qədər olan tarixdə Zərərçəkmiş şəxs yaşadığı evdə, 1500 manatını 2022-ci ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs bank kartına, qalan 2000 manatı isə 19 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evdə sonuncuya qaytarmış, ümumilikdə qaytarmalı olduğu 7000 manat pulun hamısını geri qaytarmışdır. 20 oktyabr 2022-ci il tarixdə yaşadığı Qobustan rayonunda yerləşən Heydər Əliyev adına parkda piyada gəzərkən yerdə olan kağız bükülü diqqətini çəkmiş, əyilib həmin bükülünü götürərək içərisinə baxan zaman ağ rəngli kristallik maddənin psixotrop maddə olan metamfetamin olduğunu dərhal anlamışdır. Bundan sonra istifadə məqsədi ilə həmin bükülünü hərbi səhra geyiminin şalvarının sol yan cibinə qoymuş, təxminən 30-40 dəqiqə sonra saat 14 radələrində piyada olaraq Qobustan rayonunun Heydər Əliyev adına prospekti ilə hərəkətdə olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdikdən sonra ona üzərində narkotik vasitəni gəzdirməkdə şübhəli olduğunu bildirərək Qobustan rayon polis şöbəsinə dəvət etmiş, şöbədə üzərində keçirilən şəxsi axtarış zamanı üstündən 1,054 qram metamfetamin aşkar edilərək götürülmüşdür. Zərərçəkmiş şəxs göstərmişdir ki, oğlu Aslan Cəfərov hərbi xidmətdən qayıtdıqdan təxminən 1 il sonra, yəni 2020-ci ilin avqust ayının əvvəllərində oğlunu Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdən birinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi işə düzəltmək istəmiş, bir neçə gün sonra qonşuluqda yaşayan və Qobustan rayonunda yerləşən N nömrəli hərbi hissədə xidmət edən Təqsirləndirilən şəxs ilə küçədə rastlaşdıqda sonuncudan oğlu Aslan Cəfərovun hərbi hissələrə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hansı qaydada işə düzələ biləcəyi barədə soruşmuş, Təqsirləndirilən şəxs köməklik edə biləcəyini, yaşadığı evə gələcəyini və orada daha ətraflı söhbət edə biləcəklərini dedikdə əlaqə saxlaya bilmək üçün həmin vaxt Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəsini istəmiş, 3-4 gün sonra, yəni 2020-ci ilin avqust ayının əvvələrində günorta saatlarında Təqsirləndirilən şəxs Qobustan rayonunda yaşadığı həyət evinə gəlmiş, evin həyətində oğlu Aslan Cəfərovun və arvadı Rəhilə Cəfərovanın yanında söhbət etdikdə Təqsirləndirilən şəxs ona hər hansı bir problemin olmadığını, Müdafiə Nazirliyində işləyən yüksək vəzifəli şəxslərlə münasibətinin olmasını və oğlunun Abşeron rayonunun Müşfiq qəsəbəsində yerləşən hərbi hissələrdən birinə işə qəbul edilməsinə kömək edə biləcəyini demiş və bunun müqabilində tanışı olan vəzifəli şəxsə 7000 (yeddi min) manat pul verməli olduğunu təklif etmiş, dediklərini arvadı Rəhilə Cəfərova və oğlu Aslan Cəfərov eşitmiş, razılaşdıqdan sonra Təqsirləndirilən şəxs getmişdir. Təqsirləndirilən şəxs Aslan Cəfərovu işə düzəltmək üçün dediyi məbləğdə pulu əldə etmək məqsədi ilə 2020-ci ilin avqust ayının ortalarında Şamaxı rayonunda yerləşən "xxxx"dan 7000 (yeddi min) manat kredit pul götürmüş, 20 avqust 2020-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs Qobustan rayonunun Şikar Şikarov küçəsində yerləşən yaşadığı evə gəlmiş, bu zaman oğlu Aslan Cəfərovun və arvadı Rəhilə Cəfərovanın iştirakı ilə 7000 (yeddi min) manat pulu Təqsirləndirilən şəxs vermiş, pulu verdikdən sonra Təqsirləndirilən şəxs arxayın olmasını, oğlu Aslan Cəfərovu yaxın vaxtlarda yüksək vəzifəli tanışlarının vasitəsi ilə işə düzəldəcəyini deyərək getmiş, lakin Təqsirləndirilən şəxs vədi üzrə heç bir hərəkət etməmiş, hər dəfə əlaqə saxladıqda müxtəlif bəhanələrlə onları inandırmağa çalışmış, artıq Təqsirləndirilən şəxs onu aldatdığını, etibarından sui-istifadə etdiyini başa düşüb oğlu Aslan Cəfərovun işə düzəlməsi üçün verdiyi 7000 (yeddi min) manat pulu ondan geri istəmiş, Təqsirləndirilən şəxs həmin vaxtdan, yəni təxminən 2021-ci ilin yanvar ayından etibarən 7000 manat pulun 3500 manatını hissə-hissə 2022-ci ilin mart ayına qədər olan tarixdə onun yaşadığı evdə, 1500 manatını 2022-ci ilin oktyabr ayının əvvəllərində onun bank kartına, qalan 2000 manatı isə 19 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evdə sonuncuya qaytarmış, ümumilikdə Təqsirləndirilən şəxs qaytarmalı olduğu 7000 manat pulun hamısını geri qaytarmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilmiş Şahid1 Zərərçəkmiş şəxsla eyni məzmunlu ifadə vermişdir. Şahid qismində dindirilmiş Qobustan rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektor-kriminalisti vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edən Şahid2 göstərmişdir ki, 20 oktyabr 2022-ci il tarixdə xidmət etdiyi şöbəyə etibarlı mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddəni şəxsi istifadə məqsədi ilə əldə edərək Qobustan rayonunun ərazisində saxlamaqla məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunduqdan sonra müvafiq əmrlə ondan, idarənin əməliyyat müvəkkilləri: polis baş leytenantı X2 və X3 ibarət əməliyyat qrupu yaradılmış, 20 oktyabr 2022-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək Qobustan rayonunun Heydər Əliyev prospektində piyada hərəkət edən zaman əməliyyat qrupu tərəfindən saxlanılmış və Qobustan rayon polis şöbəsinə aparılmış, keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan hərbi səhra geyiminin şalvarının sol yan cibindən bir ədəd büküm çıxararaq təqdim etmiş, bükümə baxış keçirilən zaman içərisində ağ rəngli kristallik psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilmiş, həmin maddə elektron tərəzi ilə çəkilmiş və çəkisinin 1,054 qram olması müəyyən edilmiş, həmin büküm zərfə qoyularaq qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan maddələrin nə olduğunu və haradan əldə etdiyini soruşduqda verilən suallara cavab olaraq həmin maddənin metamfetamin olmasını və Qobustan şəhəri ərazisində yerləşən Heydər Əliyev adına parkda gəzərkən yerdən tapmasını söyləmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qobustan rayon polis şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Samir Allahverdiyevin 20 oktyabr 2022-ci il tarixli, 145-12456-1122 nömrəli raportundan görünür ki, həmin tarixdə idarəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qobustan rayon polis şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis mayoru Fərid Fətəliyevin 20 oktyabr 2022-ci il tarixli Ə149-145- 22 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi məqsədi ilə şöbənin əməliyyat müvəkkilləri: polis baş leytenantı X1, polis baş leytenantı X3 və polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 20 oktyabr 2022-ci il tarixli «şəxsi axtarışın və götürmə aparılması haqqında» protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişindən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü əynində olan hərbi səhra şalvarının sol yan cibindən bir ədəd büküm çıxararaq təqdim etmiş, həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iki ədəd 5 (beş) manatlıq əskinas aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kağız bükümə baxış keçirilən zaman içərisində ağ rəngli kristallik psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilmiş, həmin maddə elektron tərəzi ilə çəkilmiş və çəkisinin 1,054 qram olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminə bənzər maddənin “patı” olduğunu bildirmiş, həmin bükülünü Qobustan şəhəri ərazisində yerləşən Heydər Əliyev adına parkda gəzərkən yerdən tapdığını və şəxsi istifadəsi üçün götürdüyünü qeyd etmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 21 oktyabr 2022-ci il tarixli 6/6114 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 142» dairəvi möhür əksi olan, üzərində «Qobustan şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar...» sözləri, soyad və imzalar qeyd edilmiş zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,054 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Zərərçəkmiş şəxs Sumqayıt Hərbi prokurorluğuna ünvanlamış olduğu 6 oktyabr 2022-ci il tarixdə ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona oğlu Aslan Cəfərovun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi işə qəbul etdirəcəyini bildirib aldadaraq 7000 (yeddi min) manat məbləğində pulunu ələ keçirmişdir. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş iki ədəd telefon danışığını əks etdirən 01 ədəd CD diskə baxış keçirilməsi haqqında 28 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, telefon danışığında (mübahisəli fonoqramlarda) kişi və qadın olmaqla iki diktorun dialoqu olmuş, qadın diktor “övladının ordu sıralarına qəbul etdirilməsi məqsədi ilə Təqsirləndirilən şəxs verdikləri 7000 manatı nə vaxta qaytaracağını, nə üçün onları aldatdığını, hələ də banka kreditlə pul ödədiklərini, övladını ordu sıralarına qəbul etdirmədən onları dolayıb pullarını ələ keçirdiyini” kimi ifadələr dedikdə kişi diktor cavab olaraq “həmin pulu həqiqətən də qeyd olunan məqsədlə aldığını etiraf edib vədi üzrə heç bir hərəkət etmədiyini, səhv etdiyini anladığını, onlardan aldığı 7000 manat pulu düzəldib onlara geri qaytaracağını” kimi ifadələr bildirmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 oktyabr 2022-ci il tarixli 4/1522 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Zərərçəkmiş şəxs təqdim etdiyi bank sənədlərindən görünür ki, o, 14 avqust 2020-ci il tarixdə "xxxx" ASC-in Şamaxı rayon filialından 36 ay müddətinə 7000 manat məbləğində kredit qismində pul götürmüşdür. "xxxx" MMC-dən daxil olmuş CD diskə keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı və Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrələr arasında 6 avqust 2020-ci il tarixdə saat 18:45-də 120 saniyə, 7 avqust 2020-ci il tarixdə saat 16:08-də 114 saniyə olmaqla, 20 avqust 2020-ci il tarixdə saat 11:21də 120 saniyə, 14:11-də 100 saniyə, 17:18-də 25 saniyə olmaqla çoxsaylı telefon danışıqları aparılmış, qeyd olunan telefon danışıqlarının aparıldığı vaxtlarda həmin nömrələrin olduğu mobil telefon aparatları ərazi olaraq Qobustan rayonunda yerləşən antenlərin (şanların) əhatəsində olmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyul 2018-ci il tarixli 329 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin kəşfiyyat və radioelektron mübarizə qovşağının radiotexniki kəşfiyyat mərkəzinin radiotexniki kəşfiyyat məntəqəsinin madditexniki təminat bölməsinin sürücüsü vəzifəsinə təyin edildiyindən həmin tarixdən vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissəsinin komandirinin N mart 2020-ci il tarixli 69 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs hərbi hissənin kəşfiyyat və radioelektron mübarizə qovşağının radiotexniki kəşfiyyat bölməsinin radiotexniki kəşfiyyat məntəqəsinin sürücüsü vəzifəsinə təyin edildiyindən həmin tarixdən vəzifəsinin icrasına başlamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.4, 32.4, 312.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmiş, o, həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Onun törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 178.2.4, 32.4, 312.1 və 234.1-ci maddələri az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması və həmin məcəllənin 59.1.13-cü bəndinə əsasən cinayət nəticəsində dəymiş 7000 (yeddi min) manat məbləğində ziyanı könüllü olaraq tamamilə ödəməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməllərindən səmimi peşmançılıq çəkdiyini də nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2 və 312.1-ci maddələrinin sanksiyasında ən yüngül cəza növü kimi cərimə nəzərdə tutulsa da, onun özünün və müdafiəçinin bildirdiklərinə görə maddi durumunun ağır olduğundan, məhkəmə hesab edir ki, həmin cəzanın tədbiqi onun ailələsinin ağır həyat şəraitinə olduqca mənfi təsir göstərəcək. Eyni zamanda, məhkəmə onun təqsirli bilindiyi maddələrdə nəzərdə tutulmuş daha ağır cəzaların real olaraq tədbiq edilməsini də, humanizm və ədalət prinsiplərinə zidd sayır. O, da, qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs hazırda hərbi xidmətdə olmasına görə ona Azərbaycan Respublikası CM-in 178.2.4, 32.4, 312.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.6-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara təyin edilmir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir; bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Həmin qərara əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.3 və 70.2-ci maddələrində göstərilən hallar Təqsirləndirilən şəxs barəsində tətbiq ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini həm məqsədə müvafiq, həm də mümkün edir. Belə ki, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən halar, habelə işin halları ilə bağlı yuxarıda göstərilənlər onun ictimai təhlükəli olmamasına dəlalət edir, bundan başqa, ona təyin ediləcək cəzanın real icra edilməsi ailəsinin həyat şəraitinə olduqca mənfi təsir göstərə bilər, onun əməllərindən səmimi peşmançılıq hissi keçirərək, günahını etiraf etməsi və hərbi xidmətini davam etdirmək istəyində olması də təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq edir. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübüt etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 178.2.4, 32.4, 312.1 və 234.1-ci maddələri ilə müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə qəti cəza təyin edilməsini, ədalət və humanizm prinsipləri baxımından barəsində həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunmasını və sınaq müddəti müəyyən edilməklə təyin olunacaq cəzanın şərti tətbiq olunmasını və üzərində nəzarətin həyata keçirilməsini müvafiq olaraq xidmət etdiyi hərbi hissə komandanlığına həvalə edilməsini, sınaq müddəti ərzində davranışları ilə islah olunmalarını sübut etməyi vəzifə olaraq üzərlərinə qoyulmasını cəzanın məqsədlərinə müvafiq hesab edir. İş üzrə maddi sübut olan, Qobustan rayon polis şöbəsinin saxlanc yerində saxlanılan ümumi çəkisi 1,004 (ekspert tədqiqatından sonra) qram olan metamfetamin və 2,425 (ekspert tədqiqatından sonra) qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, 2 ədəd CD disk və kredit müqaviləsinin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş 7000 (yeddi min) manat məbləğində maddi ziyan təqsirləndirilən şəxs tərətindən könüllü olaraq tamamilə ödənmişdir. Cinayət işi üzrə məhkəmə xərcləri təşkil etmiş məhkəmə -fonoskopik ekspertizası tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat, 82 (səksən iki) qəpik və məhkəmə-kimyəvi ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat olmaqla ümumilikdə 393 (üç yüz doxsan üç) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilməlidir. İş üzrə mülki iddia və Azərbaycan Respublikası Cinayət Məcəlləsini 99-1.1-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4, 32.4, 312.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəs ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza şərti hesab olunsun və onun üzərində 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs davranışına nəzarət xidmət etdiyi hərbi hissənin komandirinə həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək bir vəzifə olaraq onun üzərinə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan, Qobustan rayon polis şöbəsinin saxlanc yerində saxlanılan ümumi çəkisi 1,004 (ekspert tədqiqatından sonra) qram olan metamfetamin və 2,425 (ekspert tədqiqatından sonra) qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, 2 ədəd CD disk və kredit müqaviləsinin surəti cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə məhkəmə xərcləri təşkil etmiş məhkəmə -fonoskopik ekspertizası tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat, 82 (səksən iki) qəpik və məhkəmə-kimyəvi ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat olmaqla ümumilikdə 393 (üç yüz doxsan üç) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilsin. Hökmdən Bakı Hərbi Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Camal Ramazanov
Məhkəmə qərarları › İş №1-1(093)-72/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-72/2023
07.04.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver