Məhkəmə qərarları › İş №1-1(093)-72/2024

Bakı Hərbi Məhkəməsi Qərar — İş №1-1(093)-72/2024

21.08.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(093)-72/2024 21.08.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, müvvəqəti olaraq xidmət yerində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, evli olmaqla himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, gizir, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Əliyev X10 Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci tank taborunun N-cü tank bölüyünün 1-ci tank tağımının 2-ci tank heyətinin komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmət etdiyi müddətdə, 202N-cü ilin mart ayının sonları, aprel ayının əvvəllərində geyim, qızıl-zinət əşyaları və ev alqı-satqısı ilə, habelə evlərin kirayəsi ilə məşğul olan tanışı, vətəndaş Zərərçəkmiş şəxs X4 adlı şəxs tərəfindən 2019-cu ildə aldadılaraq 151.000 (yüz əlli bir min) manat məbləğində maddi zərərə məruz qaldığını və həmin vaxtdan sonra pulunu geri ala bilmədiyindən pulunu B.İ.Atakişiyevadan geri almaq istəyində olduğunu bilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs real imkana və səlahiyyətə malik olmadığı, həmçinin pulunu geri alıb qaytarmaq niyyətində olmadığı halda, maddi problemlərini qanunsuz şəkildə həll etmək üçün, tamah niyyəti ilə əvəzsiz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək, Zərərçəkmiş şəxs pulunu ələ keçirmək qərarına gəlib, sonuncunun pulunu B.İ.Atakişiyevadan qanuni yolla alıb qaytaracağına inandırmaq məqsədi ilə qeyd edilən ərəfədə, “WhatsApp” mobil tətbiqində görüntülü danışdıqları zaman tank komandiri kimi hərbi geyim dəstinə aid olan qara rəngli paltarını Zərərçəkmiş şəxs nümayiş etdirib Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin “gizli əməliyyatçısı” olması, geniş əlaqələrə və səlahiyyətlərə malik olmaqla, həmin Xidmətdə, eləcə də Daxili İşləri Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində yüksək vəzifədə çalışan tanışlarının olması barədə həqiqətə uyğun olmayan məlumatlar vermişdir. Daha sonra 202N-cü ilin aprel ayının ortalarında Zərərçəkmiş şəxs ilə Bakı metropoliteninin “Gənclik” stansiyası, həmçinin Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən kafelərin birində DTX-də və DİN-in BMCMİ-də işləyən tanışları kimi təqdim etdiyi, şəxsiyyətləri istintaqa məlum olmayan “Zaur” və “Cavad” adlı şəxslərin iştirakı ilə görüşüb qeyd edilənlər barədə söhbətlər edərək sonuncunun pulunu B.İ.Atakişiyevadan alıb qaytarmaq fikrində qərarlı olması görüntüsü yaradıb, guya 15.000 (on beş min) manat məbləğində pulu bu işlərin görülməsi, yəni B.İ.Atakişiyevadan pulunu alıb qaytarması prosesinə çəkiləcək xərclərə sərf edilməsini bildirib Zərərçəkmiş şəxs ələ almışdır. Sonuncu dəfə görüşdükləri zaman Zərərçəkmiş şəxs ona nağd pulunun olmadığını, əvəzində Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Elfaq Nağıyev küçəsində yerləşən mağazasından geyim əşyaları götürə biləcəyini təklif etməsindən sonra, sonuncudan nağd pul ala bilməyəcəyini görüb, əvəzində mağazasından geyim əşyaları götürüb satmaq qərarını özündə qətiləşdirib, Zərərçəkmiş şəxs həqiqətən də sahibkar olmasını guya sübut etmək üçün həmin mağazadan geyim əşyaları götürüb ekspertiza tədqiqatına təqdim edəcəyini bildirərək, sonuncu ilə razılaşdıqdan sonra, 202N-cü ilin may ayının əvvəllərində həmin mağazaya gedib oradan birinin alış qiyməti 110 manat olan iki ədəd böyük ölçülü kişi əl çantası, birinin alış qiyməti 50 manat olan üç ədəd kiçik ölçülü kişi əl çantası, alış qiyməti 80 manat olan bir ədəd kişi köynəyi və birinin alış qiyməti 50 manat olan 61 ədəd kişi ayaqqabısı, yəni ümumi dəyəri N.500 (üç min beş yüz) manat olan geyim əşyaları götürüb həmin qiymətə ayrı-ayrı mağazalara satıb əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf etmiş, Zərərçəkmiş şəxs isə qısa zaman ərzində B.İ.Atakişiyevadan pulunu alıb qaytaracağına dair vəd vermiş, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, özgənin əmlakını aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 202N-cü ilin may ayının əvvəllərində tanışı, vətəndaş Zərərçəkmiş şəxs Zabrat bələdiyyəsinin şəhadətnaməsi əsasında məxsus olan 0,6 hektar ölçüdə olan torpaq sahəsində tikinti işlərinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanından icazənın alınması arzusunu öyrənib, real imkana və səlahiyyətə malik olmadığı, həmçinin torpaq üzərində tikinti işlərinin aparılmasıa icazənin alınmasına köməklik etmək niyyətində olmadığı halda, yaranmış maddi problemlərini qanunsuz şəkildə həll etmək üçün, tamah niyyəti ilə əvəzsiz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək, Zərərçəkmiş şəxs pulunu ələ keçirmək qərarına gələrək, guya Dövlət Təhülkəsizlik Xidmətinin “gizli əməliyyatçısı” olması səbəbindən geniş əlaqələrinin, o cümlədən torpaq sahəsində tikinti işlərinin aparılmasına köməklik etmək səlahiyyətlərinə malik olan yüksək vəzifədə çalışan tanışının olması barədə həqiqətə uyğun olmayan məlumatlar verərək sonuncunu ələ almışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs ona daha asanlıqla inanıb aldanması üçün həmin ərəfədə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Elfaq Nağıyev küçəsində yerləşən qeyd edilən torpaq sahəsinə gəlib guya fotoşəkillər çəkib qeyd etdiyi yüksək vəzifəli tanışının həmin torpaq sahəsində tikinti işlərinin aparılması üçün müvafiq icazənın alınmasına görə torpağın hər 0,2 hektarı üçün N.100 (üç min yüz) manat, yəni ümumilikdə 9.N00 (doqquz min üç yüz) manat məbləğində pul istədiyini bildirmiş, Zərərçəkmiş şəxs da həmin pulu hissə-hissə verməyə razı olmuşdur. Bundan bir neçə gün sonra, yəni 07 may 202N-cü il tarixdə gəldikləri razılığa əsasən o, Zərərçəkmiş şəxs ilə Bakı metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında görüşərək tələb olunan ümumi məbləğin ilk əvvəl 800 (səkkiz yüz) manatını, növbəti gün, yəni 08 may 202N-cü il tarixdə yenidən Zərərçəkmiş şəxs ilə həmin yerdə görüşərək tələb olunan məbləğin daha N.000 (üç min) manatını əlbəəl almışdır. Bundan bir müddət sonra, o, qalan məbləği Zərərçəkmiş şəxs verməsini israrla istədiyindən, sonuncu övladı X8 vasitəsi ilə 22 iyul 202N-cü il tarixdə 2.500 (iki min beş yüz) manat məbləğində pulu Bakı şəhəri Sabunçu rayonu Zabrat 2 qəsəbəsi Tramvay küçəsində yerləşən “Al market”də quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə əvvəlcədən mesajla yazıb Zərərçəkmiş şəxs göndərdiyi, N nömrəli hərbi hissədə onunla eyni bölükdə xidmət edən gizir Şahid1 adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus 4169 7N88 100N 0225 nömrəli plastik kartın hesabına, bundan bir müddət sonra, yəni 15 avqust 202N-cü il tarixdə isə daha 2.500 (iki min beş yüz) manat məbləğində pulu yenidən H.T.Gərayeva vasitəsi ilə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Dəmiryol küçəsində yerləşən “Oba market”də quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə əvvəlcədən Zərərçəkmiş şəxs bildirdiyi, yenə də gizir Şahid1 adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus 4169 7N88 N956 0467 nömrəli plastik kartın hesabına köçürtdürmüşdür. Növbəti gün, yəni 16 avqust 202N-cü il tarixdə o, torpağın sənədlərini götürmək üçün qalan pulun da verilməli olduğunu israrla deyib, razılaşdıqları kimi həmin gün Zərərçəkmiş şəxs ilə Bakı metropoliteninin “Koroğlu” stansiyasının yaxınlığında görüşərək qeyd edilən 500 (beş yüz) manat məbləğdə pulu sonuncudan əlbəəl almaqla, ümumilikdə vahid niyyətlə 9.N00 (doqquz min üç yüz) manat pulu Zərərçəkmiş şəxs alıb qısa müddət ərzində qeyd edilən torpaq sahəsində tikinti işlərinin aparılması üçün müvafiq icazənin alınacağını vəd vermiş, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, təkrarən aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib göstərdi ki, 2019-cu ildə tanış olduğu X5 özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etmişdir ki, sonuncu onun vəzifəli şəxs olmasını zənn edib onunla ailə qurmağa razı olsun. Ailə qurandan sonra Rəvanə Hüseynova onun vəzifəsi, iş yeri barədə maraqlandıqda, elçi düşdüyü zaman dediyi yalanın üzə çıxmaması, habelə işləri ilə maraqlanmaması üçün ona təhlükəli işlərdə işlədiyini demişdir. Rəvanə ondan təhlükəli işlər deyəndə nəyi nəzərdə tutduğunu soruşanda, sonuncuya Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini, təhlükəli işlərlə məşğul olduğunu, bu səbəbdən ona əlavə suallar verməməsini demişdir. Tank heyəti kimi onun əsas geyim forması Müdafiə Nazirliyinin Quru Qoşunlarının digər şəxsi heyətinin geyindiyi yaşıl, boz və qəhvəyi rənglərin ahəngindən ibarət olmaqla, hərbi səhra tipli olan ümumi geyim forması olmuşdur. Lakin tank idarə edərkən, təlim-məşq toplantılarında olarkən, tankı təmir edərkən tünd qara rəngli geyim dəstindən ibarət olan, üzərinə heç bir fərqləndirici nişanı həkk edilməyən paltardan da istifadə etmişdir. Həmin qara rəngli paltar yalnız tank heyətinə verilməklə ümumi geyim dəstinə aid olmuş, yuduzdurmaq, tikdirmək və s. məqsədlə həmin paltarı evlərinə də gətirmişdir. Rəvanə də həmin qara rəngli geyimini görüb bu barədə soruşduqda, yalanının üzə çıxmaması üçün sonuncuya həmin qara rəngli geyimini gizli əməliyyat işlərində olarkən geyindiyini bildirmişdir. 202N-cü ilin mart ayında azyaşlı qızının səhhətində olan problemlərlə əlaqədar maddi vəziyyəti olduqca pis olmuşdur. Həmin ərəfədə evdə olarkən arvadı Rəvanə Hüseynova qardaşı Elməddinin kirayə yaşadığı evin sahibinin, aralarında rəfiqə kimi münasibətləri yaranmış Humay adlı qızı ilə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə görüntülü danışarkən Rəvanənin Humaya onun Dövlət Təhlükəsizlik Xidmətinin gizli əməliyyatçısı olduğunu, heç kimdən çəkinmədiyini deməsini, bundan sonra Humayın anası Zərərçəkmiş şəxs qzının telefonu alıb Rəvanəyə “qızım mənə elə sənin ərin kimi peşəkar, işini bilən adam lazımdır ki, Balaxanım Atakişiyevadan pulumu alsın versin” deməsini eşidib, Zərərçəkmiş şəxs geyim, qızıl-zinət əşyalarının, eləcə də evlərin alqı-satqısı ilə məşğul olmasını, habelə kirayə evlərinin, torpaq sahələrinin olmasını bildiyindən, onu aldadaraq pul alıb maddi problemlərini həll etmək qərarına gəlib, bu vəziyyəti, yəni A.C.XN adlı qadın tərəfindən aldadılmasına görə, ona da inanıb asanlıqla aldana biləcəyinə əmin olub, niyyətini daha rahat həyat keçirmək üçün dərhal otaqdakı asılqandan asdığı qara rəngli geyim formasını göstərib “ana narahat olma Rəvanənin əri mənəm, mən ölməmişəm ki, sənə kimsə pul atsın, eşitmişəm ki, sən yaxşı insansan, yardımsevər adamsan, qəpiyinə qədər o pulu alıb verəcəm sənə” demişdir. Həmçinin Zərərçəkmiş şəxs vəzifəsinə görə onun barədə başqa adamlara danışmamasmı deyib, görüşüb ətraflı söhbət etmək üçün ***- ***-**-** mobil nömrəsini verib, sonuncunun ***-***-**-** mobil nömrəsini alıb telefonunda qeyd etmişdir. Növbəti gün Zərərçəkmiş şəxs ona zəng etmiş və onlar “20 Yanvar” metrostansiyası yaxınlığında görüşmək barədə razılaşmışlar. Növbəti gün axşam saatlarında o, “20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən kafelərin birində çay içərkən Zərərçəkmiş şəxs əmisi oğlu Fazil kimi təqdim etdiyi bir nəfərlə həmin yerə gəlib onunla görüşmüşdür. Söhbət zamanı Zərərçəkmiş şəxs ona 2019-cu ilin mart ayında “Sədərək” Ticarət Mərkəzində Balaxanım Atakişiyeva adlı qadının ona iki ədəd mağaza satdığını, bu məqsədlə Balaxanımın ondan ümumilikdə 151.000 manat pul alıb qaytarmadığını deyib, həmin pulu qanuni yolla Balaxanımdan alıb qaytarmaqda köməklik etməsini xahiş etmişdir. O, fürsətdən istifadə edib Zərərçəkmiş şəxs “ana narhat olma bu iş mənlikdi də, elə bil ki, həll olunub, mənim əlimdə bu iş su içmək kimi şeydi, həll etsəm əlliəlliyəyik, yəni pulun yarısı mənimdi, ama birdən şikayətini geri götürüb məni pis vəziyyətdə qoyarsan, bilirsən də mən Dövlət Təhlükəszlik Xidmətinin gizli əməliyyatçısıyam, şikayətini geri götürsən sənin iki qat pulun çıxar, Dövlət Təhlükəsizlik Xidməti ilə zarafat etmək olmaz, sənin pulun alıb verəcəm, sənin heç bir əlavə xərcin çıxmayacaq, Balaxanımdan da nə alsaq bizlikdi, onu özümüz bilərik” deyib, kiminsə şəxsi xahişini yerinə yetirmədiyini qeyd edib, bu işi məhz onun “xətrinə” həll edəcəyini bildirmişdir. Həmin ərəfədə o, yol maşını ilə Cəlilabad rayonuna gedərkən birinin özünü Zaur kimi, digərinin isə özünü Cavad kimi təqdim etdiyi, əvvəllər tanımadığı, idmançı bədən quruluşlu, N5-40 yaşlarında olan iki nəfərlə tanış olmuşdur. Onlarla yarı yolda çayxanaların birində çay içərkən özünü vacib insan kimi göstərmək məqsədi ilə onlara da yalandan Dövlət Təhlükəsizlik Xidmətinin gizli əməliyyatçısı olduğunu, dövlətin xeyrinə çox işlər gördüyünü demişdir. Onlar da dövlətin xeyrinə işlər görən insanlara böyük hörmətlərinin olduğunu, bu səbəbdən hər zaman ona dəstək olmağa hazır olduqlarını demiş, özünü Zaur kimi təqdim edən şəxs ona xarici ölkələrdən birinə məxsus olan və Azərbaycanda yalnız “Whatsapp” mobil tətbiqi ilə zəng edilə bilən, mobil nömrəsini vermişdir. O da Zərərçəkmiş şəxs ilə “20 Yanvar” metrostansiyasının yaxınlığında görüşdükdən sonra aldadaraq sonuncudan pul əldə etmək niyyətini həyata keçirməkdə onlardan da istifadə edə biləcəyinə dair plan qurub Zaura zəng edib, ona borcu olan bir qadınla görüşəcəyini, vəzifədə işləyən tanışlarına güvənən həmin qadının ona pulunu qaytarmadığını deyib, sonuncudan pulunu geri tələb edərkən onları iş yoldaşı kimi təqdim edə bilib-bilməyəcəyini soruşmuşdur. Zaur adlı şəxs ona problem olmadığını dedikdən bir müddət sonra, 202N-cü ilin aprel ayının ortalarında Zaur və Cavad adlı şəxslərin “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən kafelərinin birində olduqlarını dəqiqləşdirib, Zərərçəkmiş şəxs zəng edib görüşə dəvət edərək iş yoldaşlarının onunla söhbət etmək istədiklərini yalandan demişdir. Bir neçə saat sonra Zərərçəkmiş şəxs qeyd edilən yerə gəlib onunla görüşmüş, həmin vaxt onun yanında olan Zaur və Cavad adlı şəxslərdən Aygünə deyəcəklərini təsdiq etmələrini xahiş etmişdir. Söhbət zamanı Zaur və Cavad adlı şəxsləri Zərərçəkmiş şəxs iş yoldaşları kimi, yəni birini DTX-in, digərini isə DİNin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim etmiş, sonuncular da başları ilə onun dediklərini təsdiq etmişlər. Həmin görüş zamanı özünə daha asanlıqla inam qazanmaq üçün Balaxanımla olan pul məsələsinə görə Zərərçəkmiş şəxs müəyyən suallar vermiş, daha sonra sonuncuya bu işə başlamağın müəyyən bir xərc tələb etdiyini, işə başlamaq üçün azı 15.000 (on beş min) manat pul lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs külli miqdarda zərərə uğramasına görə maddi vəziyyətinin pis olduğunu deyib, Zabrat qəsəbəsində yerləşən geyim əşyaları mağazasında paltarların olduğunu və həmin paltarlardan pul əvəzi olaraq götürə bilcəyini, yerdə qalan pulu isə sonra verəcəyini demişdir. Zərərçəkmiş şəxs bu təklifinə əsasən ondan təxminən 10-15 min manat ala biləcəyini güman edib, həmçinin maddi vəziyyətinin elə də yaxşı olmadığını nəzərə alıb, Aygünün mağazasından müəyyən paltarları götürüb sataraq pul əldə etmək, bir müddət sonra isə sonuncudan nağd pul da alıb maddi vəziyyətini düzətmək qərarına gəlmişdir. Bu məqsədlə Zərərçəkmiş şəxs digər işləri barədə müəyyən dəqiqləşdirici suallar vermiş, sonuncu ona Zabrat qəsəbəsində 0,6 hektar torpaq sahəsinin olduğunu, torpaq sahəsi üçün onun yalnız bələdiyyə sənədinin olduğunu, torpağın üzərində tikinti aparmaq üçün müvafiq icra həkimiyyəti orqanında icazə sənədinin olmadığını deyib, həmin sənədin düzəldilməsinə köməklik edəcəyi halda, torpaq üzərində ev tikdirib satıb əldə edəcəyi puldan ona da verə biləcəyini qeyd etmişdir. Yaranmış vəziyyətdən istifadə edib bu problemini də həll edəcəyinə dair Zərərçəkmiş şəxs söz vermişdir. Həmin vaxt Zaur və Cavad adlı şəxslər Zərərçəkmiş şəxsyla onun söhbətinə qarışmamış, onlara qulaq asmayaraq, öz aralarında ümumi mövzularda söhbət etmiş, öz işləri ilə məşğul olmuşlar. Bundan 2-N gün sonra Zaur və Cavad adlı şəxslərlə Xətai rayonu ərazisində yerləşən “50 qəpik” adlı restoranın yaxınlığında görüşərkən zəng edib Zərərçəkmiş şəxs də həmin yerə çağırmış, bir neçə saatdan sonra sonuncu həmin yerə gəlib onunla görüşmüşdür. Həmin görüş zamanı ona daha çox inanması üçün Zərərçəkmiş şəxs özünün pula ehtiyacı olmadığını, bu işləri məhz onun “xətrinə” etdiyini bildirib yaxın vaxtlarda işə başlayacağını demişdir. Bundan bir neçə gün sonra isə telefon əlaqəsi yaratdıqları zaman Zərərçəkmiş şəxs yalandan Balaxanımı tapıb müvəqqəti saxlama yerinə saldığını, sonuncunun pulu qaytarmaq üçün ondan vaxt istədiyini, yaxın vaxtlarda onun pulunu qaytaracağını demişdir. Həmin ərəfədə Zərərçəkmiş şəxs nağd pul ala bilmədiyini görüb, ekspertiza tədqiqatına təqdim edəcəyi adı ilə mağazasında olan geyim əşyalarından götürüb satmaq qərarını özündə qətiləşdirib, zəng edərək bu barədə sonuncuya bildirmişdir. Zərərçəkmiş şəxs ona inanıb razı olaraq mağazasının dəqiqi ünvanını başa saldıqdan sonra, Zaur və Cavad adlı şəxslərə zəng edib guya ona borcu olan qadının nağd pul əvəzinə mağazasından ona geyim əşyaları, habelə torpaq sahəsi verəcəyini deyib, sonunculardan onunla birlikdə Aygünün yaşadığı yerə getmələrini xahiş etmişdir. Zaur və Cavad adlı şəxslər onunla razı olduqdan sonra, 202N-cü ilin may ayının əvvəllərində sonuncuları bir günlük müddətə icarəyə götürdüyü avtomobilə mindirib Zərərçəkmiş şəxs Zabrat qəsəbəsində yerləşən mağazasına getmişdir. Mağazaya daxil olduqda orada əsasən kişi ayaqqabılarının satıldığını görüb, oradan çoxsaylı kişi ayaqqabısı, iki ədəd böyük ölçülü kişi əl çantası, üç ədəd kiçik ölçülü kişi əl çantası, bir ədəd kişi köynəyi götürüb idarə etdiyi avtomobilə yığmışdır. Zərərçəkmiş şəxs ona ödəmə qaimələri göstərərək mağazasından götürdüyü geyim əşyalarının ümumi qiymətinin N.500 (üç min beş yüz) manat olduğunu göstərmişdir. O da narahat olmamasını, həmin əşyları ekspertiza tədqiqatına verəcəyini yalandan Zərərçəkmiş şəxs demişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs ilə birlikdə mağazadan təxminən 250 metr məsafədə yerləşən yerə gedib sonuncunun göstərdiyi, içərisində tikili bünövrələri və çoxsaylı mişar daşları olan torpaq sahəsinə çatıb telefonunu çıxarıb guya həmin torpağın şəkillərini çəkdiyini nümayiş etdirmişdir. Bundan sonra o, “Gənclik” metrostansiyası yaxınlığına qayıdıb Zaur və Cavad adlı şəxsləri düşürmüş, növbəti gün həmin geyim əşyalarını ümumilikdə N.500 (üç min beş yüz) manata satıb əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bu hadisədən sonra onun Zaur və Cavad adlı şəxslərlə əlaqəsi olmamışdır. Bundan savayı, 202N-cü ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs ona zəng etdikdə sonuncuya mağazasından apardığı əşyaları ekspertiza tədqiqatından alıb ümumilikdə N.500 (üç min beş yüz) manata satıb həmin pulu Balaxanımın işinin həll edilməsinə görə onun verməli olduğu 15.000 manatdan çıxdığını bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs daha çox pul almaq üçün sonuncuya 0,6 hektardan ibarət olan torpaq sahəsinin üzərində tikinti işlərinin aparılmasına icazə verilməsi üçün yüksək vəzifədə işləyən tanışına vermək üçün, hər 0,2 hektar sahəyə görə N.100 (üç min yüz) manat, yəni üç tikiliyə görə ümumilikdə 9.N00 (doqquz min üç yüz) manat məbləğində pul verməsini deyib, pulu tam verdikdən sonra müvafiq tikinti işlərini aparması üçün rəsmi sənədlə icazə veriləcəyini demişdir. Həmçinin təhsili elə də çox olmayan, yaşlı olmaqla səhhətində problem olan Zərərçəkmiş şəxs guya DTX-in əməkdaşı olmasına dair dedikləri barədə özünə daha çox inandırıb asanlıqla pul almaq, ondan şübhələnib dəqiqləşdirici suallar verməməsinə, eləcə də barəsində başqa şəxslərə danışmamasına nail olmaq üçün sonuncuya onunla smartfon tipli telefonda çox da danışmamasını, adını telefonundan silib mobil nömrəsini “torpaq komitəsi” kimi qeyd etməsini tapşırmışdır. Bundan qısa müddət sonra isə, yəni 06 may 202N-cü il tarixdə o, Zərərçəkmiş şəxs zəng edib guya ona tikintiyə icazə sənədi düzəldən tanışının qeyd edilən 9.N00 manat pulu istədiyini demiş, sonuncu isə ona həmin məbləğdə pulunun olmadığını, üzərində cəmi 800 (səkkiz yüz) manatının olduğunu bildirmişdir. O, həmin pulu Zərərçəkmiş şəxs almaq üçün sonuncu ilə görüşmək barədə razılaşmışdır. Növbəti gün, yəni 06 may 202N-cü il tarixdə axşam saatlarında o, işdən çıxdıqdan sonra “20 Yanvar” metrostansiyasının yaxınlığına getmiş, qısa müddət sonra Zərərçəkmiş şəxs əri Teyyubla birlikdə həmin yerə gəlib maşından düşərək onunla görüşüb qeyd edilən 800 manat pulu ona vermişdir. Pulu Zərərçəkmiş şəxs alıb yerdə qalan 8.500 manatı da təcili verməli olduğunu, əks halda işin alınmayacağını deyib getmişdir. Növbəti gün, yəni 08 may 202N-cü il tarixdə Zərərçəkmiş şəxs ona zəng edib istədiyi puldan N.000 (üç min) manat da hazırladığını bildirmiş və onlar görüşmək barədə razılaşmışdır. Həmin gün axşam saatlarında, o, işdən çıxdıqdan sonra “20 Yanvar” metrostansiyasının yaxınlığına getmiş, qısa müddət sonra Zərərçəkmiş şəxs əri Teyyubla, habelə bir qadınla birlikdə həmin yerə gəlib maşından düşərək onunla görüşüb qeyd edilən N.000 manat pulu ona vermişdir. Pulu Zərərçəkmiş şəxs alıb yerdə qalan 5.500 manatı da təcili verməli olduğunu, əks halda işin alınmayacağını demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ondan Balaxanım Atakişiyeva ilə bağlı olan işi barədə soruşduqda, sonuncuya “Balaxanımı padvala saldıq döydük, pulu gətirmək adı ilə padvaldan çıxıb evinə gedib özünü zəhərləyib, indi bu barədə araşdırma gedir, hələ biraz dinmə, sakit ol, düzələcək” demişdir. Bunları deməkdə məqsədi Zərərçəkmiş şəxs ondan şübhələnməməsi, yerdə qalan 5.500 manatı da asanlıqla ona verməsi olmuşdur. 202N-cü ilin iyul ayının ortalarında ona təcili olaraq pul lazım olduğundan yenidən Zərərçəkmiş şəxs zəng edib torpaq məsələsinin həll olunmaq üzrə olduğunu deyib, yerdə qalan 5.500 manatı da verməsini istəmişdir. Qısa müddət sonra, yəni 22 iyul 202N-cü il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs ona zəng edib həmin puldan 2.500 manat düzəldə bildiyini demişdir. Zərərçəkmiş şəxs ona ayağının ağrıdığını bildirməsi səbəbindən, habelə pulu öz maaş kartına göndərtdirməklə gələcəkdə asanlıqla ifşa ediləcəyindən narahat olub xidmət yoldaşı, gizir Şahid1 yaxınlaşıb öz maaş kartının üzərində olmadığını, əlavə bank kartının da olmadığını, uşağını əməliyyat etdirmək üçün təcili həkimə getməli olduğunu, bu məqsədlə qardaşının ona pul göndərəcəyini yalandan deyib, sonuncudan üzərində hansısa bank kartının olub-olmamasını soruşmuşdur. Gizir Şahid1 ona inanaraq "xxxx" ASC-yə məxsus olan plastik bank kartının kodunu ona deyib, həmin pul kartına köçürülən kimi ona xəbər edəcəyini bildirmişdir. O da həmin kartın 16 rəqəmlik hesab kodunu dərhal mesajla Zərərçəkmiş şəxs göndərmişdir. Həmin gün axşam saat 20 radələrində Şahid1 ona zəng edib həmin kartının hesabına 2.500 manat pul köçürüldüyü barədə məlumat verib, onunla görüşüb, həmin bank kartını ona vermişdir. O da yaxınlıqda olan bankomatdan həmin pulu tam şəkildə nağdlaşdırıb şəxsi ehtiyaclarına xərcləmiş, kartı isə Şahid1 qaytarmışdır. Bundan başqa, 202N-cü ilin avqust ayının ortalarında ona təcili olaraq pul lazım olduğundan yenidən Zərərçəkmiş şəxs zəng edib torpaq məsələsinin həll olunmaq üzrə olduğunu deyib torpağa görə yerdə qalan N.000.manatı da verməsini istəmişdir. Qısa müddət sonra, 15 avqust 202N-cü il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs ona zəng edib həmin puldan 2.500 manat düzəldə bildiyini demişdir. Zərərçəkmiş şəxs ona ayağının ağrıdığını bildirməsi səbəbindən, habelə pulu öz maaş kartına göndərtdirməklə gələcəkdə asanlıqla ifşa ediləcəyindən narahat olub yenidən xidmət yoldaşı, gizir Şahid1 yaxınlaşıb öz maaş kartının üzərində olmadığını, əlavə bank kartının da olmadığını, qardaşının ona təcili olaraq yenə də pul göndərəcəyini yalandan deyib, sonuncudan üzərində hansısa bank kartının olub-olmamasını soruşmuşdur. Gizir Şahid1 ona inanaraq üzərində istifadə etmədiyi "Kapital Bank” ASC-yə məxsus “4169-7N88-N956-0467” hesab nömrəli “Debet” təyinatlı plastik bank kartının olduğunu deyib, həmin kartı ona hədiyyə etmişdir. O da dərhal Zərərçəkmiş şəxs zəng edib həmin kartın hesab nömrəsini sonuncuya demişdir. Bir neçə saat sonra, Şahid1 zəng edib ona hədiyyə etdiyi kartın hesabına 2.500 manat pulun köçürüldüyü barədə məlumat vermişdir. O da dərhal ərazidə olan bankomata yaxınlaşıb Zərərçəkmiş şəxs göndərdiyi həmin 2.500 manat pulu nağdlaşdıraraq şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs isə ona zəng etdikdə, sonuncuya yalandan torpaq məsələsinin həll edilmək üzərə olduğunu, ümumilikdə razılaşdıqları 9.N00 manatı qeyd etdiyi vəzifəli tanışına verən kimi torpağının sənədlərinin tam hazır olacağını bildirib, qısa müddət ərzində yerdə qalan 500 manatı da ona verməli olduğunu qeyd edib, əks halda, verdiyi 8.800 manatın batacağını, işinin də alınmayacağını demişdir. Növbəti gün, yəni 16 avqust 202N-cü il tarixdə ona yenə də təcili pul lazım olduğundan, Zərərçəkmiş şəxs zəng edib torpaq sahəsinin bütün sənədlərinin tam hazır şəkildə “ASAN” xidmət mərkəzində olduğunu qeyd edib, sənədləri oradan götürmək üçün torpağın bələdiyyədən verilmiş sənədlərinin surətini həmin yerə təqdim edib, 500 (beş yüz) manat məbləğində də rüsum ödəmək lazım olduğunu yalandan deyib, həmin pulu və sənədləri təcili çatdırmağını bildirərək, sonuncu ilə “Koroğlu” metrostansiyasının yaxınlığında görüşmək barədə razılaşmışdır. Həmin gün axşam saatlarında Zərərçəkmiş şəxs bir cavan oğlan ilə “Koroğlu” metrostansiyasının yaxınlığına gəlib onunla görüşərək qeyd edilən 500 manatı ona vermişdir. Zərərçəkmiş şəxs pulu alıb növbəti gün torpağın üzərində tikinti apara bilməyinə dair olan icazə sənədlərini gətirib ona verəcəyini, habelə Balaxanım adlı qadından qeyd edilən 151.000 manatı yaxın günlərdə alıb, razılaşdıqları kimi həmin pulun yarısını, yəni 75.000 manatını, eləcə də mağazasından götürdüyü N.500 manatlıq əşyalara görə əlavə N.500 manat pulu, ümumilikdə 78.500 manatı sonuncuya verəcəyini yalandan demişdir. Lakin verdiyi vədlərə əməl etməmiş, habelə Zərərçəkmiş şəxs mağazasından götürüb N.500 manata satdığı əşyaların özünü və ya pulunu, habelə torpaq sahəsində tikinti işlərinə icazə sənədi düzəltdirmək adı ilə hissə-hissə olmaqla, aldığı 9.N00 manat pulu, yəni ümumilikdə vurduğu 12.800 (on iki min səkkiz yüz) manat məbləğində maddi zərəri sonuncuya qaytarmamışdır. 202N-cü ilin payız aylarında Zərərçəkmiş şəxs onun Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin giziri olduğun öyrənib törətdiyi qanunsuz hərəkətlərə görə barəsində hərbi prokurorluğa şikayət etmişdir. Barəsində Bakı Hərbi Prokurorluğunda araşdırma aparıldığı müddətdə o, qeyd edilən maddi zərərin 2.000 (iki min) manatını könüllü olaraq Zərərçəkmiş şəxs qaytarmışdır. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə keçirilən məhkəmə iclasında bildirdi ki, ailə üzvləri tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyan tam ödənilmiş, dəymiş ziyanın 25 faizi məbləğində N200 manat pul da dövlətə ödənilmiş, Zərərçəkmiş şəxs ilə barışmışlar. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, 2004-cü ildən 202N-cü ilədək fərdi şəkildə sahibkarlıqla, yəni geyim, qızıl-zinət əşyalarının alqı-satqısı, habelə evlərin kirayəsi ilə məşğul olmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçu, gizir Təqsirləndirilən şəxs əvvəllər tanımamış, düşmənçilik və ya ədavətləri olmamışdır. O, 2019cu ilin mart ayında “Sədərək” Ticarət X1 adlı qadından geyim mağazası icarəyə götürmüş, B.İ.Atakişiyeva sonradan həmin mağaza ilə başqa bir mağazasını satdığını bildirdiyindən, o, sonuncu ilə razılaşıb 151.000 manat ödəməklə hər iki mağazası almışdır. Lakin sonradan həmin mağazaların başqa bir şəxsin adma olduğunu, B.İ.Atakişiyevanın onu aldatdığını anlayıb pulunu geri tələb etdikdə, sonuncu pulunu ona qaytarmamış, mağazaları da adına keçirməmişdir. Bu fakt barədə sonradan müvafiq qurumlara şikayət ərizəsi vermiş, lakin ərizəsinə baxılması yubanmışdır. Bu hadisədən sonra o, müflis vəziyyətinə düşərək 202Ncü ilin əvvəllərində sahibkarlıq fəaliyyətini dayandırmağa məcbur olmuşdur. Bu hadisə barədə o, tanışlarına, o cümlədən evində kirayə yaşamış Elməddin Hüseynovun bacısı X5 da danışmışdır. Belə ki, Rəvanə Hüseynova onun böyük qızı Humay Gərayeva ilə rəfiqə kimi münasibət yaratdıqdan sonra bir-biriləri ilə ara-sıra “Whatsapp” mobil tətbiqi vasitəsi ilə zəngləşmiş, görüntülü danışmışlar. Həmin ərəfədə, yəni 202N-cü ilin mart ayının sonları, aprel ayının əvvəllərində qızı Humay Rəvanə ilə "Whatsapp” mobil tətbiqi vasitəsi ilə görüntülü danışarkən bir-biriləri ilə ailələri haqqında danışdıqlarını, habelə sonuncunun Humaya ərinin Dövlət Təhlükəsizlik Xidmətinin gizli əməliyyatçısı olduğunu, ərinin vəzifəsinə görə geniş səlahiyyətlərinin olduğunu, heç kimdən çəkinmədiyini deməsini eşitmişdir. Buna görə də o, həmin vaxt qızı Humaydan telefonu alıb Rəvanəyə “qızım mənə elə sənin ərin kimi peşəkar, işini bilən adam lazımdır ki, Balaxanım Atakişiyevadan pulumu alsın versin” demişdir. Bu zaman əvvəllər tanımadığı bir nəfər telefonu Rəvanədən alıb görüntülü şəkildə ona “ana narahat olma Rəvanənin əri mənəm, mən ölməmişəm ki, sənə kimsə pul atsın, eşitmişəm ki, sən yaxşı insansan, yardımsevər adamsan, qəpiyinə qədər o pulu alıb verəcəm sənə” deyib üzərində heç bir fərqləndirici nişan olmayan qara rəngli paltar göstərərək, Dövlət Təhlükəsizlik Xidmətinin gizli əməliyyatçısı olduğunu, adının Təqsirləndirilən şəxs olduğunu, onun barəsində kənar şəxslərə danışmamasını bildirib, ***- ***-**-** mobil nömrəsini ona vermiş, onun da ***-***-**-** mobil nömrəsini götürmüş, eyni zamanda gizli əməliyyatçı olduğu üçün ona smartfon tipli mobil telefonla deyil, sadə telefonla zəng etməsini tapşırmışdır. O da evində olan markasını bilmədiyi, sonradan isə satdığı sadə telefonuna ***-***-**-** mobil nömrəmi yerləşdirib növbəti gün Təqsirləndirilən şəxslə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs ona telefonda çox danışmamasını bildirib, görüşməli olduqlarını dediyindən sonuncu ilə “20 Yanvar” metrostansiyası yaxınlığında görüşmək barədə razılaşmışlar. Həmin gün əri ŞahidN rayonda olduğundan əmisi oğlu Fazil İsmayılovdan xahiş edib axşam saatlarında sonuncu ilə birlikdə “20 Yanvar” metrostansiyasının yaxınlığına gedib oradakı kafelərin birində Təqsirləndirilən şəxslə görüşmüşdür. Görüş zamanı o, Təqsirləndirilən şəxs B.İ.Atakişiyeva tərəfindən məruz qaldığı qanunsuzluqlar barədə danışmışdır. Təqsirləndirilən şəxs isə ona “ana narahat olma bu iş bizlikdi, elə bil həll olunub, bizim üçün su içmək kimi bir şeydi, həll etsək əlli-əlliyəyik, yəni pulun yarısı bizimdi, ama birdən şikayətini geri götürüb məni pis vəziyyətdə qoyarsan, bilirsən də mən Dövlət Təhlükəszlik Xidmətinin gizli əməliyyatçısıyam, şikayətini geri götürsən sənin iki qat xərcin çıxacaq, Dövlət Təhlükəsizlik Xidməti ilə zarafat etmək olmaz, sənin pulun qayıdacaq, sənin heç bir əlavə xərcin çıxmayacaq, Balaxanımdan da nə alsaq bizlikdi, onu özümüz bilərik” deyib, onu özünə “ana” bildiyini, bu işi də onun “xətrinə” həll edəcəyini qeyd etmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs özünə əmin şəkildə danışması davranışları, saçının, üzünün təmiz və səliqəli olması, cüssəli olması səbəbindən sonuncudan şübhələnməyərək, iş yeri, vəzifəsi barədə Təqsirləndirilən şəxs hər hansı əlavə sual verməmişdir. Təqsirləndirilən şəxs ona DTX-də işlədiyini şifahi şəkildə desə də, həmin Xidmətin məhz hansı idarə, şöbə və ya bölməsində işləməsini bildirməmiş, ona hansısa vəsiqə, sənəd təqdim etməmiş, onun problemini konkret hansı üsulla həll edəcəyi barədə danışmamışdır. Söhbətin sonunda Təqsirləndirilən şəxs ona “ana, narahat olma, hər şey yaxşı olacaq, danışarıq, mənim kimi oğlun var, qoymaram ki, kiminsə qabağında əziləsən” deyib işlərinin olduğunu bildirib çıxıb getmişdir. O da əmisi oğlu Fazillə birlikdə evinə qayıtmışdır. Sonrakı günlərdə o, Təqsirləndirilən şəxslə əlaqə saxladıqda sonuncu ona artıq iş yoldaşlarına bu barədə danışdığını, işə başladıqlarını demişdir. Həmin ərəfədə, yəni 202N-cü ilin aprel ayının ortalarında saat 17 radələrində o, Təqsirləndirilən şəxslə “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən “Gənclik Mail” adlı alış-veriş mərkəzində görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs yanında birinin özünü “Zaur” kimi təqdim etdiyi, digərinin isə özünü “Cavad” kimi təqdim etdiyi, əvvəllər görmədiyi, hər ikisi iri cüssəli olmaqla N5-40 yaşlarında olan iki nəfər də olmuş, Təqsirləndirilən şəxs həmin şəxsləri ona iş yoldaşları kimi təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Zaur kimi təqdim etdiyi şəxsin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı olduğunu, Cavad kimi təqdim etdiyi şəxsin isə Dövlət Təhlükəsizlik Nazirliyinin əməliyyatçısı olduğunu demişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs ona mağazaları B.İ.Atakişiyevadan hansı qaydada alması, mağazaları alıb pul ödəməsi barədə sübutunun olub- olmaması barədə suallar vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona B.İ.Ataşişiyevaya verdiyi 151.000 manat pulu sonuncudan alıb ona yarısını geri qaytara biləcəklərini qeyd edib, “sabah geri çəkilməyəcəksən ki, bu işdən geri çəkilsən yüz əlli bir mindən əlini üzəcən, bizim yetmiş beş min manatımızı da əlavə öz cibindən verəcən” demiş, o da Təqsirləndirilən şəxs razı olduğunu, bu işdə axıra kimi kimi gedəcəyimi bildirmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs ona bu işə başlamağın müəyyən xərc tələb etdiyini, işə başlamaq üçün azı 15.000 (on beş min) manat pul lazım olduğunu demişdir. O, Təqsirləndirilən şəxs müflis olmaq üzrə olduğunu deyib, hazırda nağd pulu olmadığını, əgər onu qane edirsə, Zabrat qəsəbəsində yerləşən geyim əşyaları mağazasında olan paltarlardan pul əvəzi olaraq götürə bilcəyini, yerdə qalan pulu isə B.İ.Atakiyevadan alıb ona qaytaracağı puldan ödəyəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ondan başqa nə problemi olması ilə maraqlanmışdır. Təqsirləndirilən şəxs Zabrat qəsəbəsində 0,6 hektar yalnız bələdiyyə sənədi olan torpaq sahəsinin olduğunu, torpağın üzərində tikinti aparmaq üçün müvafiq icazə sənədinin olmadığını deyib, həmin sənədin düzəldilməsinə köməklik edə bilib-bilməyəcəyini soruşaraq, bu işdə ona köməklik edə biləcəyi halda torpağı daha baha qiymətə satıb ona da pul verəcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs ona mağazasına baxmağa gələndə torpaq sahəsinə də baxıb bir qərara gələcəyini demiş və onlar sağollaşaraq getmişlər. Həmin gün gecə saatlarında Təqsirləndirilən şəxs ona zəng edib “ana narahat olma, qərara gəlindi, yaxın günlərdə Balaxanımdan pulun alınıb veriləcək” demişdir. Bundan 2-N gün sonra Təqsirləndirilən şəxs yenidən ona zəng edib Xətai rayonu ərazisində yerləşən “50 qəpik” adlı restoranın qarşısında görüşüb torpaqla bağlı ətraflı söhbət etmək istədiyini demişdir. Həmin axşam saatlarında o, əri ŞahidNla birlikdə qeyd edilən yerə getmiş, Təqsirləndirilən şəxs ona görüşə tək gəlməsini deməsi səbəbindən tək olaraq, oradakı kafelərin birində yaxınlaşıb Təqsirləndirilən şəxslə görüşmüşdür. Həmin vaxt Ramil.Əliyevin ona “Zaur” və "Cavad” kimi təqdim etdiyi şəxslərlə də sonuncunun yanında olmuşlar. Orada Təqsirləndirilən şəxs onunla 151.000 manat məsələsi ətrafında söhbət etmiş, görüş zamanı ona pul bağlaması göstərib yaxın vaxtlarda bu işə başlayacaqlarını demiş, bu hadisədən sonra o, Ramilə daha çox inanmışdır. Bundan bir neçə gün sonra o, Təqsirləndirilən şəxslə telefonda danışdıqda, sonuncu ona “Balaxanımı tapıb gətirmişik banditizimin padvalına, pul hazırlayacaq, vaxt istəyib, narahat olma, pulu verəcək” demişdir. Bir neçə gün sonra, yəni 202N-cü ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs ona “Zaur” və “Cavad” kimi təqdim etdiyi şəxslərlə birlikdə onun yaşadığı ünvanın yaxınlığında yerləşən mağazasına gəlib rəislərinin bu işi dərindən araşdırmaları barədə göstəriş verdiyini, onun həqiqətən də sahibkar olubolmadığını sübut etmək üçün rəislərinin mağazasına baxış keçirməyə göstəriş verdiyini bildirib, mağazasından nümunə kimi müxtəlif geyim əşyaları götürüb ekspertizaya təqdim edəcəyini demişdir. O, izacə verdikdən sonra Təqsirləndirilən şəxs mağazasına daxil olub oradan birini 110 manata aldığı Türkiyə istehsalı olan iki ədəd böyük ölçülü kişi əl çantası, birini 50 manata aldığı Türkiyə istehsalı olan üç ədəd kiçik ölçülü kişi əl çantası, 80 manata aldığı Türkiyə istehsalı olan bir ədəd kişi köynəyi və birini 50 manata aldığı Türkiyə istehsalı olan 61 ədəd kişi ayaqqabısı götürmüşdür. O, qeyd edilən əşyaların qaimə çeklərinə baxıb hesablama apararaq, Təqsirləndirilən şəxs ümumilikdə N.500 (üç min beş yüz) manat dəyərində geyim əşyaları götürdüyünü demişdir. Təqsirləndirilən şəxs də həmin qaimə çeklərinə baxıb qeyd edilən geyim əşyalarını ekspertizaya verəcəyini bildirib, əşyaları ekspertizadan aldıqdan sonra satıb əldə etdiyi pulu işin xərcinin bir hissəsinə sərf edəcəyini qeyd edib yanındakı şəxslərlə, habelə onunla birlikdə mağazasından təxminən 250 metr məsafədə yerləşən qeyd edilən 0,6 hektar ölçüdə olan torpaq sahəsinə gedib mobil telefonu ilə torpağın şəkilərini çəkmişdir. Təqsirləndirilən şəxs yanındakı şəxslərlə birlikdə çıxıb getdikdən qısa müddət sonra o, onunla qonşuluqda yaşayan Fatma Heydərova adlı, habelə həmin vaxt küçədən keçən, keçmiş polis əməkdaşı olmuş Seyidağa adlı tanışlarını mağazasına dəvət edib onların da köməkliyi ilə mağazasını səliqəyə salmış, habelə baş verənlər barədə onlara danışmışdır. Polis əməkdaşı olmuş Seyidağa bu işdən şübhələndiyini deyib, ona şikayət etməyini məsləhət görsə də, o, Təqsirləndirilən şəxs çox güvəndiyini qeyd edib bu hadisə kiməsə danışmamasını xahiş etmişdir. Mağazasından ümumi dəyəri N.500 manat olan geyim əşyaları apardıqdan bir neçə gün sonra Təqsirləndirilən şəxs ona zəng edib həmin geyim əşyalarını ekspertizadan alıb topdan şəkildə ümumilikdə N.500 (üç min beş yüz) manata satdığını, həmin N.500 manatı Balaxanım məsələsinin həllinə görə ona verəcəyi puldan çıxacağını demişdir. Təqsirləndirilən şəxs həmçinin onun 0,6 hektar torpaq sahəsi məsələsi ilə də maraqlandığını, həmin torpağın üzərində tikinti işlərinin aparılmasına icazə verilməsi üçün hər 0,2 hektar sahə üçün N.100 manat, yəni üç tikiliyə görə ümumilikdə 9.N00 (doqquz min üç yüz) manat məbləğində pul tələb olunduğunu deyib, həmin məbləğdə pulu adını qeyd etmədiyi vəzifəli tanışına çatdıracağını, bundan sonra müvafiq tikinti işlərinin aparılmasına rəsmi sənədlə icazə veriləcəyini bildirmişdir. O, razılaşdıqdan sonra Təqsirləndirilən şəxs israrla həmin pulu verməsini bildirmişdir. Bundan qısa müddət sonra, yəni 06 may 202N-cü il tarixdə o, 800 manat pul toplayıb bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş və sonuncu ilə növbəti gün axşam “20 Yanvar” metrostansiyasının yaxınlığında görüşmək barədə razılaşmışlar. 07 may 202N-cü il tarixdə axşam saatlarında o, əri ŞahidNla birlikdə “20 Yanvar” metrostansiyasının yaxınlığına gedib Təqsirləndirilən şəxslə görüşüb həmin 800 (səkkiz yüz) manat pulu sonuncuya vermişdir. Təqsirləndirilən şəxs pulu ondan aldıqdan sonra yerdə qalan 8.500 manatı da təcili verməli olduğunu, əks halda işin alınmayacağını deyərək getmişdir. O da növbəti gün evdə olan qızıllarını lombarda girov qoyub 2.500 manat pul götürüb qızı Humaydan da borca 500 manat alıb N.000 manat edərək həmin gün, yəni 08 may 202N-cü il tarixdə qonşusu Fatma Heydərova ilə birlikdə əri Teyyubun maşını ilə “20 Yanvar” metrostansiyasının yaxınlığına gedib orada Təqsirləndirilən şəxslə görüşüb qeyd edilən N.000 (üç min) manatı sonuncuya vermişdir. Təqsirləndirilən şəxs ona yerdə qalan 5.500 manatı da təcili verməli olduğunu, əks halda işin alınmayacağını demişdir. Həmin vaxt o, R.X2 pulunu alıb verəcəyinə dair söz verməsinə baxmayaraq, hansı səbəbdən vədinə əməl etmədiyini soruşduqda, sonuncu ona “Balaxanımı padvala saldıq döydük, pulu gətirmək adı ilə padvaldan çıxıb evinə gedib özünü zəhərləyib, indi bu fakt barədə araşdırma gedir, hələ bir az dinmə, sakit ol, düzələcək” demişdir. Bu səbəbdən o, Təqsirləndirilən şəxs inanaraq gözləmiş, sonrakı danışıqlarında sonuncu ona Balaxanım məsələsinin torpaq məsələsinə aidiyyətinin olmadığını, ümumilikdə 9.N00 manatı qeyd etdiyi vəzifəli tanışına verən kimi torpağının sənədlərinin tam hazır olacağını bildirib, qısa müddət ərzində yerdə qalan 5.500 manatı da verməli olduğunu demiş, lakin maddi imkanı zəif olduğundan Təqsirləndirilən şəxs istədiyi yerdə qalan məbləği, yəni 5.500 manatı həmin ərəfədə verə bilməmişdir. 202N-cü ilin iyul ayının ortalarında Təqsirləndirilən şəxs ona zəng edib torpaq məsələsinin həll olunmaq üzrə olduğunu deyib, ondan torpağa görə yerdə qalan 5.500 manatı israrla istəmiş, əks halda verdiyi N.800 manatın batacağını demişdir. O da həmin ərəfədə evdə olan qızıllarını lombarda girov qoyub 2.400 manat pul götürüb qızı Humaydan da borca 100 manat alıb 2.500 (iki min beş yüz) manat edərək həmin gün, yəni 22 iyul 202N-cü il tarixdə günorta saatlarında zəng edib bu barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. Təqsirləndirilən şəxs torpaq komitəsinə getdiyini, bu səbəbdən onunla görüşməyə vaxtının olmadığını qeyd edib, Şahid1 adlı şəxsin adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus kartın 4169 7N88 100N 0225 rəqəmlərindən ibarət hesab nömrəsini mesajla ona göndərərək pulu həmin karta köçürməsini demişdir. Həmin gün ayaqlarında ağrı olduğunda həmin 2.500 manat pulu və Təqsirləndirilən şəxs göndərdiyi hesab nömrəsini qızı Humaya verib, pulu qeyd edilən kartın hesabına göndərməsini tapşırmışdır. Humay da həmin gün axşam saatlarında yaşadıqları ərazidə yerləşən “Al markefdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə 2.500 manatı qeyd edilən kartın hesabına göndərib müvafiq çeki gətirib ona vermişdir. Zəng edib bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdə, sonuncu ona işinin yekunlaşmaq üzrə olduğunu qeyd edib, ümumilikdə 9.N00 manatı vəzifəli tanışına verən kimi torpağının sənədlərinin hazır olacağını bildirib, qısa müddət ərzində yerdə qalan N.000 manatı da ona verməli olduğunu demişdir. Bundan bir müddət sonra, 202N-cü ilin avqust ayının ortalarında telefon əlaqəsi saxladıqları zaman Təqsirləndirilən şəxs ona torpaq məsələsinin həll olunmaq üzrə olduğunu qeyd edib, yerdə qalan N.000 manatı da təcili verməsini demişdir. O da qızı Humayın qızıllarını borc kimi sonuncudan alıb lombarda girov qoyub 1.800 manat pul götürüb evdə olan 700 manatı da üzərinə qoyub 2.500 (iki min beş yüz) manat edərək həmin gün, yəni 15 avqust 202N-cü il tarixdə günorta saatlarında zəng edib bu barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. Təqsirləndirilən şəxs torpaq komitəsində olduğunu, işi tam həll etmək ərəfəsində olduğunu, bu səbəbdən onunla görüşməyə vaxtının olmadığını qeyd edib, Şahid1 adlı şəxsin adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus kartın 4169 7N88 N956 0467 rəqəmlərindən ibarət hesab nömrəsini şifahi şəkildə ona demişdir. O da həmin hesab nömrəsini bir kağızda yazıb qızı Humaya verərək həmin pulu qeyd edilən hesab nömrəsinə göndərməsini tapşırmışdır. Humay da həmin gün günorta saatlarında yaşadıqları ərazidə yerləşən “Oba markefdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə 2.500 manatı qeyd edilən kartın hesabına göndərib müvafiq çeki gətirib ona vermiş, o da zəng edib pulu köçürməsi barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. Növbəti gün, yəni 16 avqust 202N-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edib torpağının bütün sənədlərinin tam hazır şəkildə “ASAN” xidmət mərkəzində olduğunu, sənədləri oradan götürmək üçün onda olan bələdiyyə sənədlərini həmin yerə təqdim edib, 500 manat məbləğində də rüsumu ödəmək lazım olduğunu qeyd edib, həmin pulu təcili olaraq ona çatdırmalı olmasını demişdir. O da qohumlarından borc alıb 500 (beş yüz) manat edərək zəng edib bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş və “Koroğlu” metrostansiyasının qarşısında görüşmək barədə razılaşmışlar. Həmin gün əri Teyyubun səhhətində problem olduğundan əmisi oğlu Fazil İsmayılovun maşını ilə qonşusu Şahid2la birlikdə Koroğlu metrostansiyasının yaxınlığına gedib oradakı parkın ərazisində Ramil Əlivevlə görüşüb, torpaq sahəsinə aid olan bələdiyyə sənədinin surətini və 500 manat pulu Rövşənin yanında Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu alıb növbəti gün torpağın üzərində tikinti apara bilməyinə dair icazə sənədlərini tam hazır şəkildə gətirib ona verəcəyini, habelə yaxın günlərdə Balaxanımdan pulunu alıb, razılaşdıqları kimi həmin pulun 75.000 manatını, eləcə də mağazasından götürdüyü N.500 manatlıq əşyalara görə əlavə N.500 manat pulu, ona verəcəyinə söz vermişdir. Lakin Təqsirləndirilən şəxs sonrakı vaxtlarda müxtəlif bəhanələrlə onu aldadaraq verdiyi vədlərin heç birinə əməl etməmişdir. Sonradan, yəni 2024-cü ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs həmin maddi zərərdən 1600 və 400 manat olmaqla, ona cəmi 2.000 (iki min) manat qaytarmış, yerdə qalan 10.800 manatı isə qaytarmamışdır. Zərərçəkmiş şəxs xx.xx.2024-cü ildə keçirilən məhkəmə iclasında bildirdi ki, qızı Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmışlar, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında ŞahidN Zərərçəkmiş şəxs ilə eyniməzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında Şahid1 göstərdi ki, 202N-cü ilin may ayının sonlarında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən xidmətimi davam etdirmək üçün N nömrəli hərbi hissəyə keçirilmiş, gizir Təqsirləndirilən şəxs da həmin vaxtdan etribarən xidmət yoldaşı kimi tanımışdır. 22 iyul 202N-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs ona yaxınlaşıb öz maaş kartının üzərində olmadığını, əlavə bank kartının da olmadığını, xəstə uşağını əməliyyat etdirmək üçün təcili həkimə müraciət etməli olduğunu, bu məqsədlə qardaşının ona pul göndərəcəyini deyib, ondan üzərində hansısa bank kartının olubolmadığını soruşmuşdur. O da Təqsirləndirilən şəxs üzərində "xxxx" ASC-dən öz adma aldığı “4169 7N88 100N 0225” hesab nömrəli "Cashback” təyinatlı plastik bank kartı olduğunu demişdir. Təqsirləndirilən şəxs ondan həmin kartın hesab nömrəsini soruşmuşdur. O da Təqsirləndirilən şəxs həmin kartın on altı rəqəmlik hesab nömrəsini demiş, bu zaman soonuncu həmin rəqəmləri telefonuna qeyd etmişdir. Həmin gün axşam saat 20 radələrində hesab nömrəsini Təqsirləndirilən şəxs dediyi həmin bank kartına 2.500 (iki min beş yüz) manat pul köçürülməsi barədə istifadəsində olan mobil nömrəyə xəbərdarlıq ismarıcı gəlmiş, o da dərhal zəng edib bu barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun yaşadığı evin yaxınlığına gəlmiş, o, Təqsirləndirilən şəxslə yaxınlıqdakı “King smart” adlı marketin qarşısında görüşüb qeyd edilən bank kartının dörd rəqəmlik kodunu sonuncuya vermişdir. Təqsirləndirilən şəxs də onun yanında həmin kartı oradakı bankomata salıb 2.500 manatı tam şəkildə nağdlaşdırıb, kartı ona geri qaytarıb çıxıb getmişdir. Bundan başqa, 15 avqust 202N-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs yenidən ona yaxınlaşıb qardaşının təcili olaraq yenə də pul göndərəcəyini bildirib, öz maaş kartının üzərində olmadığını deyib, ondan üzərində hansısa bank kartının olub-olmadığını soruşmuşdur. Onun üzərində bir qayda olaraq, istifadə etmədiyi, "xxxx" ASC-dən öz adına aldığı "4169-7N88-N956-0467” hesab nömrəli, “Debet” təyinatlı plastik bank kartı olmuş, qeyd edilən kartdan başqa özündə oxşar təyinatlı əlavə bank kartları olduğundan, həmin kartı Təqsirləndirilən şəxs hədiyyə etmişdir. Təqsirləndirilən şəxs ona təşəkkürünü bildirib, dərhal kiməsə zəng edib kartın “4169-7N88- N956-0467” hesab nömrəsini şifahi şəkildə demişdir. Təqsirləndirilən şəxs telefonda yaşlı qadın səsli adamla danışdığını eşidib, pulu ona göndərəcək şəxsin qardaşı olacağı barədə ona yalan danışmasının səbəbini soruşmuşdur. Təqsirləndirilən şəxs qardaşının başının qarışıq olduğunu, buna görə də kartın hesab nömrəsini anasına dediyini, anasının da həmin hesab nömrəsini münasib vaxtda qardaşına verəcəyini bildirmişdir. Həmin gün günorta saatlarında Təqsirləndirilən şəxs verdiyi “4169-7N88-N956-0467” hesab kartın hesabına 2.500 (iki min beş yuz) manat pul köçürülməsi barədə ona xəbərdarlıq ismarıcı gəlmiş, o da dərhal zəng edib bu barədə sonuncuya məlumat vermişdir. Bir neçə dəqiqə sonra isə ona qeyd edilən 2 500 manatın R.Əlıyevə hədiyyə etdiyi həmin kartın hesabından nağdlaşdırılması barədə ona növbəti xəbərdarlıq ismarıcı gəlmişdir. 202N-cü ilin oktyabr ayının əvvəllərində o, izahat vermək üçün Bakı Hərbi Prokurorluğuna çağırıldıqdan sonra Təqsirləndirilən şəxs ondan aldığı bank kartlarının hesabına qeyd etdiyi tarixlərdə iki dəfə qanunsuz məqsədlə pul köçürtdürdüyünü bilib sonuncuya verdiyi kartın aktivliyini onlayn qaydada dayandırmışdır. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxslə söhbət zamanı nə baş verdiyini soruşduqda, Təqsirləndirilən şəxs ona maddi çətinliklərinin yarandığını, bu məqsədlə Zərərçəkmiş şəxs adlı qadına qarşı dələduzluq etmək qərarına gəldiyini və sonuncunu aldadaraq hissə-hissə olmaqla, ümumilikdə 12.800 manat pul aldığını, həmin pulların da 2.500 və 2.500 manat olmaqla, 5.000 manatını ondan aldığı kartların hesabına köçürtdürdüyünü deyib, etdiyi əməllərdən peşman olduğunu qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. 202N-cü ilin avqust ayının ortalarında günorta saatlarında qonşusu Zərərçəkmiş şəxs ona zəng edib əri Teyyubun səhhətində problem olduğunu, təcili olaraq Təqsirləndirilən şəxs adlı bir nəfərlə “Koroğlu” metrostansiyasının yaxınlığında görüşüb sonuncuya pul və sənədlər verəcəyini qeyd edib, həmin ərazini yaxşı tanımadığını, ayağı ağrıdığı üşün sərbəst gəzə bilmədiyini, eləcə də yad insanla tək görüşmək istəmədiyini bildirib onunla birlikdə getməyini xahiş etmişdir. Zərərçəkmiş şəxs ilə razılaşıb sonuncunun Fazil adlı qohumunun maşını ilə “Koroğlu” metrostansiyası yaxınlığına getmişlər. Həmin yerə çatdıqda Fazil maşını parkın yaxınlığına sürə bilmədiyindən onunla Zərərçəkmiş şəxs düşürüb çıxıb getmişdir. Bundan sonra Zərərçəkmiş şəxs yaxınlıqdakı parkın ərazisində Təqsirləndirilən şəxslə görüşərək onun yanında sonuncuya müəyyən sənədlər və 500 (beş yüz) manat pul vermişdir. Təqsirləndirilən şəxs sənədləri və həmin 500 manatı Zərərçəkmiş şəxs alıb “ana sabah sənədləri tam hazır şəkildə gətirib sənə verəcəm, yaxın günlərdə isə Balaxanımdan da sənin pulunu alıb razılaşdığımız kimi yarısını sənə verəcəm, dükandan götürdüyüm mallarını pulunu da oradan sənə qaytaracam” deyib çıxıb getmişdir. O isə Zərərçəkmiş şəxs ilə taksi tutub Zabrat qəsəbəsinə qayıtmışdır. Yolda olarkən söhbət zamanı Zərərçəkmiş şəxs ona R.X6 Xidmətinin gizli əməliyyatçısı olduğuna görə, bu barədə kənar şəxlərə deməməyini tapşırıb, sonuncunun ona borcu olan bir qadından pulunu alıb verəcəyini, bu məqsədlə onun mağazasından N.500 manatlıq əşyalar götürdüyünü, habelə sonuncunun yüksək vəzifədə işləyən tanışının vasitəsi ilə ona məxsus torpaq sahələrində tikinti aparmağa görə icazə sənədləri düzəltdirəcəyini, bu məqsədlə isə ondan hissə-hissə olmaqla, 9.N00 manat pul aldığını, yəni Təqsirləndirilən şəxs aldadaraq ümumilikdə ondan 12.800 manat alıb qaytarmadığını danışmışdır. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işində olan Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Hərbi Prokurorluğuna ünvanladığı xx.xx.202N-cü il tarixli ərizədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ona vurulmuş maddi zərəri alıb qaytarmaq adı ilə aldadaraq onun mağazasından N.500 (üç min beş yüz) manatlıq geyim əşyalarını aparmış, habelə torpaq sahəsində tikinti aparmaq üçün icazə sənədi düzəltdirəcəyi adı ilə aldadaraq ondan ümumilikdə 9.N00 (doqquz min üç yüz) manat məbləğində pul almışdır. Sənədlərə baxış keçirilməsi haqqında 29 dekabr 202N-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Zərərçəkmiş şəxs təqdim etdiyi iki ədəd karta mədaxil çekinə, telefon yazışmaları, eləcə də “Whatsapp” yazışmalarına” baxış keçirilmiş, baxış zamanı xx.xx.202N-cü il tarixdə saat 20:07-də Bakı şəhəri Sabunçu rayonu Zabrat 2 qəsəbəsi Tramvay küçəsində yerləşən “Al market”də quraşdırılmış “Milliön” onlayn ödəmə terminalı vasitəsi Ə***** Y***** A***** adlı şəxsin adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus 41697N******0225 nömrəli kartın hesabına 2.500 (iki min beş yüz) manat, eləcə də xx.xx.202N-cü il tarixdə saat 14:0N-də Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Dəmiryol küçəsində yerləşən “Oba market”də quraşdırılmış “Milliön” onlayn ödəmə terminalı vasitəsi Ə***** Y***** A***** adlı şəxsin adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus 41697N******0467 nömrəli kartın hesabına 2.500 (iki min beş yüz) manat olmaqla, ümumilikdə 5.000 (beş min) manat pul vəsaitinin köçürüldüyü müəyyən edilmişdir. Bundan başqa, sənədlərə baxış zamanı gizir Təqsirləndirilən şəxs ********* mobil nömrəsinin Zərərçəkmiş şəxs telefonunun yaddaşına “Torpaq Komitesi” kimi qeyd edildiyi, Təqsirləndirilən şəxs həmin mobil nömrə ilə Zərərçəkmiş şəxs xx.xx.202N-cü il tarixdə saat 21:46-da “İş hazirdi”, xx.xx.202N-cü il tarixdə saat 19:4N-də “**********0N0225”, xx.xx.202Ncü il tarixdə saat 12:09-da “İş hal olub biri var onu gözlayırık, pul galacak bu geca sana pul verilacak sana”, xx.xx.202N-cü il tarixdə saat 22:41-də “Ana narahat olma alacam sobat gedir ana alacam san manim anamsan” məzmununda mesajlar yazdığı, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs xx.xx.202N-cü il tarixdə saat 17:41-də “Men çixdim evdən gelirem telefonu aç lokbatana gelirem”, xx.xx.202N-cü il tarixdə saat 10:1N-də “Salam. Mənə zəng edərsən Ramin mənə təcili zəng et, Bes sen bu gün icraanı getirecekdin”, xx.xx.202N-cü il tarixdə saat 12:N0-də Tikintinin icazesin ver“, xx.xx.202N-cü il tarixdə saat 12:26-da “Ramin tecili mene zeng ele deyirdin 5-ci gün saat 12 gelecem”, xx.xx.202N-cü il tarixdə saat 12:20də “Ramin xahiş edirem cavab ver”, xx.xx.202N-cü il tarixdə saat 1N:59-da “Ramin mene zeng ele”, xx.xx.202N-cü il tarixdə saat 16:47-də “Ramin telefonu aç”, xx.xx.202N-cü il tarixdə saat 18:52-də “Ramin mənə zəng elə burda vəziyyət yaxşı deyil ya hə deyilsin ya yox deyilsin”, xx.xx.202N-cü il tarixdə saat 19:N7-də “Ramin axı mən sənə dedim burada vəziyyət yaxşı deyil. Telefonu aç hə ya da yox de. Haradasansa gəlim səninlə görüşüm”, xx.xx.202N-cü il tarixdə saat 11:N7-də “Ramin sabahın xeyir tecili telefonu aç”, xx.xx.202Ncü il tarixdə saat 20:57-də “Sabah ya pulu geri qaytarmaq lazımdı ya da seneti vermək lazımdı” məzmununda mesajlar yazdığı, həmçinin Zərərçəkmiş şəxs qızı Humay Gərayeva ilə Təqsirləndirilən şəxs arvadı Rəvanə Hüseynova arasında Təqsirləndirilən şəxs heç kimdən qorxmaması, habelə Zərərçəkmiş şəxs pul alıb qaytarmaması mövzusunda “Whatsapp” yazışmalarının aparıldığı müəyyən edilmişdir. Baxış keçirilməsi haqqında 0N fevral 2024-cü il tarixli protokoldan müəyyən olunur ki¸ həmin tarixdə Zərərçəkmiş şəxs məxsus geyim əşyaları mağazasına, habelə torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı həmin mağazanın Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Elfaq Nağıyev küçəsində yerləşdiyi, mağazanın eninin 8 metr uzunluğunun 22 metr olduğu, mağazada təmir getməsi səbəbindən oradakı geyim əşyalarının mağazanın içərisində olan arxa qapıdan keçməklə daxil olunan həyətyanı sahədəki evə yığıldığı, evin qonaq, yataq və mətbəx üçün nəzərdə tutulan otaqlarında müxtəlif geyim əşyalarının, əsasən dəri materialdan hazırlanmış kişi ayaqqabılarının, dəri materialdan hazırlanmış kişi əl çantalarının, eləcə də digər geyim əşyalarının, habelə geyim əşyalarını mağazada nümayiş etdirmək üçün nəzərdə tutulan piştaxtaların, asılqanların, geyim maketlərinin olduğu müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs mağazasının təmirə bağlanmasından sonra bir çox geyim əşyalarını ayrı-ayrı şəxlərə və xatırlamadığı mağazalara satdığını, bu zaman həmin əşyaların alqı-satqısına görə onda olmuş qaimə çeklərini atdığını, bu səbəbdən qeyd edilən zaman Təqsirləndirilən şəxs in onun mağazasından apardığı geyim əşyalarına görə onda olmuş hansısa qaimə çekini hazırda tapa bilmədiyini bildirmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs qeyd edilən mağazadan təxminən 250 metr məsafədə yerləşən ərazidəki boş torpaq sahəsini və həmin torpaq sahəsində olan yarımtikilini göstərib həmin vaxt, yəni Təqsirləndirilən şəxs ekspertiza tədqiqatına vermək adı ilə onun mağazasına gəlib N.500 manat dəyərində geyim əşyaları götürməsindən sonra həmin torpaq sahəsinə gedib torpaqda tikinti aparmaq üçün icazə sənədi düzəltdirmək adı ilə həmin sahənin fotoşəkillərini çəkdiyini, lakin qeyd edilən sənədin düzəltdirməsi istiqamətində hansısa bir real hərəkət etmədiyini, bu işə görə ondan hissəhissə olmaqla, ümumilikdə 9.N00 manat pul aldığını bildirmişdir. Baxış zamanı həmin torpağın ümumi sahəsinin 0,6 hektar (6 sot) olduğu, torpağın içində bir neçə tikiliyə aid bünövrə hazırlandığı, bünövrələrin ətrafıda çoxsaylı mişar daşlarının olduğu, tikintinin yarımçıq saxlanıldığı müəyyən edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyun 2019-cu il tarixli 166 nömrəli əmrindən edilmiş çıxаrışdаn müəyyən olunur ki, gizir Təqsirləndirilən şəxs həmin hərbi hissənin 2-ci tank taborunun N-cü tank bölüyünün 1-ci tank tağımının 2-ci tank heyətinin komandiri təyin edildiyinə görə N nömrəli hərbi hissədən gəlmiş hesab edilərək həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.202N-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında təqdim olunmuş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, təqsirləndirilən şəxş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində ona vurulmuş 12800 manat məbləğində maddi ziyan tam həcmdə ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəməyə təqdim olunmuş qəbzdən görünür ki, təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs vurulmuş 12800 manat manat maddi ziyanın 25 % (iyirmi beş faizini), yəni cəmi N200 (üç min iki yüz) manat məbləğində vəsait dövlət büdcəsinə köçürülmüşdür. Beləliklə, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırarq Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməllərini törətməsi tam sübuta yetirildiyindən ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə cəza məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışmaqla ona dəymiş ziyanı tamamilə ödədiyini bildirib, cinayət nəticəsində vurulmuş ziyanın 25 % (iyirmi beş faizini), yəni N200 (üç min iki yüz) manat miqdarında dövlət büdcəsinə ödənilməsi barədə mədaxil qəbzini təqdim edib, barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmiş, zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ziyanın tam ödənildiyini, ona qarşı şikayət və tələbinin olmamasını bildirmiş, həmçinin dövlət ittihamçısı çıxışında cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğu üçün Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsini məhkəməyə təklif etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7N-1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.N-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Cinayət Məcəlləsinin 72.2-ci, 7N.2-ci, 7N.N-cü, 7N-1.1-ci və 7N-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 4N.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin N9.1.4, N9.1.6–N9.1.11, 40.N və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7N-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs vurulmuş ziyanı tam ödədiyini, zərəçəkmiş şəxslə barışdığını və zərəçəkmiş şəxsin ondan şikayət və tələbi olmadığı üçün və vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməli və həmin maddələr ilə cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-in 175.5-ci maddəsinə görə müvafiq qətimkan tədbiri təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən sonra qüvvədən düşmüş sayılır. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə olan cinayət təqibinə xitam verildikdən sonra onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 19N.2 və 19N.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən N0 (otuz ) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhər 18 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası CPM-in 40, 4N.N, N21, N46-N47, N56 və N58-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7N-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi N0 (otuz ) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar