Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-72/2025 18.04.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Hacıyev Zaur Arif oğlunun sədrliyi, Cəlilov Murad Rüfət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri N2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2003-cü il tarixdə Astara rayonunda anadan olmuş, Astara rayonunun Şiyəkəran kəndində daimi qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsi özbaşına tikilidə yaşayan, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, Azərbaycan Respublikası vətəndaşı, əvvələr məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci taborunun 3-cü bölüyünün N-ci taqımının minaatan qrupunun tuşlayıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N iyun N4-cü il tarixli N583 nömrəli telefonaqrammasına əsasən N nömrəli hərbi hissə komandirinin N iyun N4-cü il tarixli N88 nömrəli əmri ilə həmin tarixdən 2N sentyabr N4-cü il tarixədək Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsinin ərazisində yerləşən N nömrəli hərbi hissəsinə ezam olunmuş, həmin hərbi hissədə ezamiyyətdə olarkən, N7 iyul N4-cü il tarixdə saat N9:00-da iş vaxtı bitdiyi üçün hərbi hissədən ayrılmış və təyin olunmuş vaxtda, yəni növbəti gün N8 iyul N4-cü il tarixdə saat 07:00-da xidmət yerinə qayıtmalı olduğu halda üzrlü səbəblər olmadan qayıtmamış, 02 avqust N4-cü il tarixdə saat 07:00-da xidmət yerinə gəlməklə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmətə yerinə vaxtında qayıtmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci taborunun 3cü bölüyünün N-ci taqımının minaatan qrupunun tuşlayıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi qulluqçusu, əsgər hərbi rütbəsində xidmətdə olarkən, N iyun N4-cü il tarixdə komando bölmələrinin mobilləşdirmə kursunda iştirak etmək üçün o da daxil olmaqla xidmət etdiyi həmin hərbi hissənin N-ci taborunun şəxsi heyəti Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinə ezamiyyətə göndərilmişdir. O, həmin hərbi hissədə ezamiyyətdə olarkən, N7 iyul N4-cü il tarixdə saat N9:00-da iş vaxtı bitdiyi üçün hərbi hissədən ayrılaraq təyin olunmuş vaxtda, yəni növbəti gün N8 iyul N4-cü il tarixdə saat 07:00-da xidmət yerinə qayıtmalı olduğu halda, 02 avqust N4-cü il tarixdə saat 07:00-da xidmət yerinə geri qayıtmışdır. Onun xidmət yerinə vaxtında qayıtmamağına səbəb N4 may N4-cü il tarixdə doğulmuş oğlu Röyal Məmmədovun yanında qalaraq daha çox onunla vaxt keçirmək, ailəsinə dəstək olmaq istəyi ilə bağlı olmuşdur. O, xidmət yerinə vaxtında qayıtmadığı tarixlərdə hərbi xidmətdən boyun qaçırmaq və xidməti vəzifələrinin icrasından imtina etmək niyyəti olmamışdır. O, antiterror əməliyyatında iştirak etmiş və yaralanmışdır, xidmət yeri Laçında olmuş və həmin zaman heç bir problem yaşamamışdır, sadəcə ailə qurduqdan sonra uşağı doğulması və onlara daha cox maddi və mənəvi dəstək olmaq məqsədi ilə bu addımı atmışdır. Hazırda taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. Törətdiyi əməldən peşmandİr. Məhkəmdən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər ŞahidN göstərdi ki, Təqsirləndirilən şəxs müddətən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi qalıb işləyirdi. Bir müddət sonra, o, Təqsirləndirilən şəxs ilə birlikdə altı aylıq kursa qatılmışdılar, orada taborun heyəti çox olmadığına görə, onlar bir-birini dərindən tanımasa da, müəyyən xəbərlərdən məlumatları var idi. Onun bildiyinə görə, Təqsirləndirilən şəxs ailə problemləri var olmuşdur. Həmçinin, xidmət etdiyi hərbi hissədə məzuniyyətlə bağlı ciddi problemlər mövcuddur. Təqsirləndirilən şəxsin hansı ailə problemlərinin mövcud olması barədə öyrənməyə səlahiyyəti yoxdur deyə, o, bu haqda Təqsirləndirilən şəxs heç bir şey soruşmamışdır. Təqsirləndirilən şəxs hərbi hissəyə vaxtında qayıtmamısının səbəbini şəxsi ailəvi problemlərinin olması ilə əlaqələndirmiş, lakin bu barədə hərbi hissənin rəhbərliyinə yazılı formada müraciət etməmiş və şəxsi ailəvi problemi ilə bağlı hər hansı sənəd hərbi hissəyə təqdim etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Şahid2 öz ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bölüyünə yeni təyin olmuşdur və hərbi xidmət zamanı heç bir problem olmamışdır, nizam-intizam qaydalarına əməl edirdi. Bir müddət keçəndən sonra, yəni, N7 iyul N4-cü il tarixdə saat N9:00-da iş vaxtı bitdiyi üçün Təqsirləndirilən şəxs hərbi hissədən ayrılaraq təyin olunmuş vaxtda, yəni növbəti gün N8 iyul N4-cü il tarixdə saat 07:00-da səhər düzülüşündə iştirak etmək üçün xidmət yerinə qayıtmalı olduğu halda qayıtmamış, yalnız 02 avqust N4- cü il tarixdə saat 07:00-da xidmət yerinə geri qayıtmışdır. Təqsirləndirilən şəxs oğlu ilə əlaqə saxlayanda ailə problemləri ilə bağlı xidməti yerinə gəlməməyi əsaslandırmışdır, amma bununla bağlı daha ətraflı danışa bilməmişdir. Onun tabeçiliyində olan Təqsirləndirilən şəxs N4-cü ildən xidmət etdiyini, lakin N3-cü ildən artıq N nömrəli hərbi hissədə əsgər olub və o vaxtdan bəri normal hərbi qulluqçu kimi onu tanıyıb. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin N24-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin sənədlərindən görünür ki, 26 noyabr N4-cü il tarixdə Müdafiə Nazirliyinin 5-ci Təhqiqat bölmə rəisinin müavini-baş təhqiqatçı, ədliyyə baş leytenantı Nicat Əliyev tərəfindən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə cinayət işi başlanmış, 20 dekabr N4-cü il tarixdə Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tanınmış və barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, 29 dekabr N4-cü il Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin 2N aprel N4-cü il tarixli NN7 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs hərbi hissənin N-ci taborunun 3-cü bölüyünün N-ci taqımının minaatan qrupunun tuşlayıcısı vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyun N4-cü il tarixli N88 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs N iyun N4-cü il tarixdən 2N sentyabr N4-cü il tarixədək N nömrəli hərbi hissəyə ezamiyyətə göndərilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə ünvanlanmış N8 iyul N4cü il tarixli 907N nömrəli raportdan görünür ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs N8 iyul N4-cü il tarixdə saat 07:00-da xidmət yerinə qayıtmamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə ünvanlanmış 02 avqust N4-cü il tarixli 9892 nömrəli raportdan görünür ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs 02 avqust N4-cü il tarixdə saat 07:00-da radələrində xidmət yerinə geri qayıtmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 Noyabr N4-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının N0700 nömrəli 22 noyabr N4-cü il tarixli araşıyından görünür ki, ehtiyatda olan MAHHXHQ əsgər Təqsirləndirilən şəxs, xx.xx.N4-cü il tarixdə Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. xx.xx.N3-cü il tarixndə Kəlbəcər rayonu ərazisində antiterror əməliyyatları zamanı düşmən tərəfindən odlu silahdan açımış atəş nəticəsində sağ budun orta N/3-nun bayır səthinin, sol saidin orta N/3-nin arxa səthinin sıyrılmış qəlpə yarası xəsarəti almışdır. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alımışdır. Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.N5-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər, yəni hərbi xidmətə çağırılana kimi əhr hansı psixi xəstəlikdən əziyyət çəkməmiş və halhazırda da, onda hər hansı bir psixi xəstəlik müəyyən edilmir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N avqust N4-cü il tarixli 253 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanununun 4N.0.N0-cu maddəsinə (bağlaşma ləğv edilərək) və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 50-ci maddəsinin “z” bəndinə (xidmət vaxtı başa çatmamış) ordu sıralarından ehtiyata buraxıldığına görə, şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 06 noyabr N3-cü il tarixdə Azərbaycan Respublikasının “Şücaətə görə” medalı və N3-cü ilin tədris ilinin yekununda döyüş və ictimai-siyasi hazırlığında əldə etdiyi naliyyətlərə görə “Fəxri Fərman”la təltif olunmuşdur. Cinayət işində olan nikah və doğum haqqında şəhadətnamələrdən görünür ki, 29 avqust N3-cü il tarixdə Məmmədov Təqsirləndirilən şəxs (Dəvəli) Aynabad Geldiməhəmmədovna ilə nikaha daxil olmuş, N7 may N4 il tarixdə birgə nikahlarında XN anadan olmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in N5.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması (CM-nin 59.N.4), Azərbaycan Respublikasının “Şücaətə görə” medalı və N3-cü ilin tədris ilinin yekununda döyüş və ictimai-siyasi hazırlığında əldə etdiyi naliyyətlərə görə “Fəxri Fərman”la təltif olunmasını, xx.xx.N3-cü il tarxdə Kəlbəcər rayonu ərazisində antiterror əməliyyatlarında iştirak və yaralanmasını (CM-nin 59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 6N-ci maddəsinə əsasən onun cinayətin təkrar törədilməsi cəzasını ağırlaşdıran haldır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.N-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xaraktərli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xaraktərinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.N-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs barəsində hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini qanunun tələblərinə əsasən mümkün saymır. Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tədbiq edilməklə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü olan ictimai işlər cəzanın təyin edilməsini istəmişdir. Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə (mad.7.0.23, 84.6.), məhkəmə icraatı mərhələsində məhz dövlət ittihamçısı ictimai və ictimai-xüsusi ittihamı müdafiə edən şəxs olmaqla, məhkəmədə həmin növlərdə cinayət təqibinin həyata keçirilməsi funksiyasını yerinə yetirir. Yəni bu növ cinayətlər üzrə ittihamın məhkəmədə müdafiə edilməsi (cinayət təqibinin həyata keçirilməsi) müstəsna olaraq dövlət ittihamçısına aid edilmişdir. Göründüyü kimi, qanunvericiliyə uyğun olaraq, məhkəmədə ictimai ittiham qaydasında cinayət təqibini həyata keçirmək səlahiyyətinə malik olan yeganə proses iştirakçısı - dövlət ittihamçısıdır. İctimai ittiham qaydasında olan cinayətlər üzrə ittihamın məhkəmədə müdafiə edilməsinin müstəsna olaraq dövlət ittihamçısına aid edilməsi prinsipi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.N.N, 3N4.2-ci maddələrində nəzərdə tutulmuş «Dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair» N5 fevral 2008-ci il tarixli qərarında da öz əksini tapmışdır (…məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə, ictimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısının əməlin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi təklif iməhkəmə tərəfindən dövlət ittihamçısının təklifindən irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul olunmasını istisna edir). Azərbaycan Respublikası CM-in 62.N-ci maddəsinin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilə bilər. Müstəsna hal Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu hesab edilə bilər. Məhkəmə dövlət ittihamçısının mövqeyini qanunun müddəalarına uyğun hesab edərək, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı- himayəsində bir azyaşlı uşağının olması, ilk dəfə cinayət törətməsi, Azərbaycan Respublikasının “Şücaətə görə” medalı və N3-cü ilin tədris ilinin yekununda döyüş və ictimai-siyasi hazırlığında əldə etdiyi naliyyətlərə görə “Fəxri Fərman”la təltif olunmasını, xx.xx.N3-cü il tarxdə Kəlbəcər rayonu ərazisində antiterror əməliyyatlarında iştirak və yaralanmasını, təqsirləndirilən şəxsin hərbi xidmətdən təxris olunduğu üçün ona elan edilmiş maddənin sanksiyasında olan hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın təyin edilməsinin mümkünsüzlüyünü, əməlin xarakterini və ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalması səbəbdən ona maddənin ağır cəzası olan müəyyən müddətə azadlıqdan məhruetmə cəzasının təyin edilməsinin cəzanin məqsədlərinə xidmət etmədiyini nəzərə alır və belə qənaətə gəlir ki, müstəsna hal kimi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62.N-ci maddəsi tətbiq edilməklə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsində müəyyən ediləndən cazadan daha yüngül cəza növü olan ictimai işlər cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin qərarı əsasında isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri N2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin N93.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 0N fevral 200N-ci il tarixli, 3N №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin N93.2 və N93.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat miqdarında müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün göstərdiyi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri N2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı 06 (altı) manat olmaqla N50 (yüz əlli) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Bakı şəhəri N2 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- N.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-N.N-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-N.N-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 35N-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək 320 (üç yüz iyirmi) saat ictimai işlər cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerdə çəksin. Cəzasının əvvəli məhkumun həmin işlərin yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri N2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 25 (iyirmi beş) iş saatına görə N50 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhər N2 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən Bakı Hərbi Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №1-1(093)-72/2025
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-72/2025
18.04.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver