Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-74/2023 01.05.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı hərbi məhkəməsinin hakimi Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi, Mətiyeva Almaz Qərib qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə polkovnikleytenantı Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhər N8 saylı Vəkil Bürosunun vəkili XN, Təqsirləndirilən şəxs iştirakı ilə Bakı hərbi məhkəməsinin inzibati binasında xx xxxx N997-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Salyan rayonu Parça Xalac kəndində qeydiyyatda olmaqla, ünvan N ünvanında yaşayan, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, ehtiyatda olan kiçik gizir, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs zabit qismində hərbi xidmətdə olan zaman üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Orucov X4 Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin N-ci Əməliyyatlar şöbəsi N-ci Əməliyyatlar bölməsinin 3-cü qrupunun əməliyyatçı-istehkamçısı vəzifəsində, kiçik gizir hərbi rütbəsində xidmətdə olarkən N3 oktyabr N0NN-ci il tarixdə saat 07:30-da xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız N oktyabr N0NN-ci il tarixdə saat N4:30-da xidmət yerinə qayıtmaqla üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Təqsirləndirilən şəxs N8 avqust N0N0-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin N008 nömrəli çavuş hərbi rütbəsində xidmətə başlamışdır. 05 sentyabr N0N0-ci il tarixdə seçilərək Çevikçi kursuna cəlb olunmuş və təlimlərdə iştirak etmişdir. N7 sentyabr N0N0-ci il tarixdən etibarən Vətən Müharibəsində iştirak etmiş, Cəbrayıl və Zəngilan rayonlarının azad olunmasına görə və Vətən Müharibəsi iştirakçısı medalları ilə təltif edilmişdir. Vətən müharibəsindən sonra Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinə ezam olunaraq xidmətini davam etdirmişdir. N0 may N0NN-ci il tarixdən N nömrəli hərbi hissənin 3-cü əməliyyatlar şöbəsi, N-ci əməliyyatlar bölməsi, N-ci qrupun əməliyyatçı-atıcı vəzifəsinə təyin edilmişdir. İstehkam kursunu keçərək N-ci əməliyyatlar şöbəsi, N-ci əməliyyatlar bölməsi, 3cü qrupun əməliyyatçı-istehkamçı vəzifəsinə təyin edilmişdir. N8 noyabr N0NN-ci il tarixdə xidməti uyğunsuzluğa görə ordu sıralarından ehtiyata buraxılmışdır. Evlidir, himayəsində bir azyaşlı övladı vardır. Şəxsi ailə problemləri ilə əlaqədar olar maddi ehtiyaclarının artması səbəbindən N0NN-ci ilin yanvar və fevral aylarında pul kreditləri götürərək müəyyən qismini istifadə etmiş, ezamiyyət, maddi yardım və məzuniyyət pullarını da alaraq kredit borclarının müəyyən bir qismini qaytarmışdır. Kreditlərinin aylıq ödənişləri çox olduğu və aylıq kirayə pulunu ödəyə bilmədiyi üçün N0NN-ci ilin sentyabr ayında aylıq kirayə mənzilin ödənişini ödəyərək kirayə evdən çıxıb ailə üzvlərini qayinatasıgilə yerləşdirirək, özü isə müvəqqəti olaraq hərbi hissədə yerləşmək məcburiyyətində qalmışdır. Bir müddət hərbi hissədə qaldıqdan sonra N oktyabr N0NN-ci il tarixdə mənzil istismar bölməsinin anbar rəisi, kiçik gizir ŞahidN ona yaxınlaşaraq “Mən onsuzda tək qalıram, gedək mənimlə müvəqqəti, işlərin qaydasına düşənə qədər bizdə qal.” deyərək birlikdə qalmağını təklif etmişdir. Həmin gün axşam saatlarında ŞahidN ilə görüşüb onun evinə getmişdir. N3 oktyabr N0NN-ci il tarixdə 06:30-da kiçik gizir ŞahidN onu işə gəlmək üçün yuxudan oyadarkən “mən sonra gələcəm, sən məni gözləmə gət işə” deyərək yenidən yuxuya getmişdir. N3 oktyabr N0NN- ci il tarixdə N0:40 radələrində yuxudan oyanaraq şəhərə çıxmış, saat NN:30 radələrində kiçik gizir ŞahidN ona zəng edərək “hardasan, məni səni hərbi hissəyə qaytarmaq üçün göndəriblər, gəl hərbi hissəyə qayıtmalıyıq!” deməsinə baxmayaraq “işə gəlməyəcəm mən“ deyərək telefonu söndürmüşdür. Heç bir zəngə cavab verməmişdir. N3 oktyabr N0NN-cil tarixdən etibarən bir neçə gün ailəsində problemlər olduğu üçün evə getməmişdir. Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon Hüseyn Seyidzadə N3 ünvanına ailəsinin olduğu qayınatasının evinə gəlmiş və N oktyabr N0NN-ci il tarixədək orada qalmışdır. N oktyabr N0NN-ci il tarixdə xidmət yerinə geri qayıtmış, N8 noyabr N0NN-ci il tarixdə isə ehtiyata buraxılmışdır. Xidmət yerinə çıxmamağı ilə bağlı heç bir üzrlü səbəbi olmamış, sadəcə bir sıra şəxsi problemləri olmuşdur. Özü və ailə üzvlərindən kimsə ağır xəstəlikdən əziyyət çəkməmiş, ağır həyat şəraiti də olmamışdır. Hərbi xidmətə qarşı münasibəti müsbət olmuş, könüllü olaraq xidmət etmək üçün müraciət etmiş və əvvəllər xidmətində hər hansı ciddi nöqsana yol verməmişdir. Xidmətdə olduğu müddət ərzində onu incidən, nizamnamədənkənar hərəkətlərə məruz qoyan, şərəf və ləyaqətini hər hansı formada alçaldan olmamışdır. Hazırda o, törətdiyi əməldən peşmandır və məhkəmədən bağışlanmasını xahiş edir. ŞahidN məhkəməyə ifadə verərək göstərdi ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu, kiçik gizir Təqsirləndirilən şəxs həmin hərbi hissədə xidmətə başladığı vaxtdan, tanımış, bir müddət onlar birlikdə 3-cü əməliyyat şöbəsinin tərkibində birlikdə xidmət etmişlər. Təqsirləndirilən şəxs ilə münasibətləri xidməti olmuş, aralarında heç bir qohumçuluq və ya sair münasibət, eləcə də düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər xidmətə qarşı münasibəti yaxşı olmuş, xidmət etdiyi müddət ərzində hər hansı ciddi nöqsana yol verməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər ailəsi birlikdə yaşasa da sonradan ailəsində olan problemlər səbəbindən bir müddət hərbi hissədə qalmağa başlamışdır. N oktyabr N0NN-ci il tarixdə özü tək qaldığı üçün Təqsirləndirilən şəxs evinə dəvət edərək rahat yerdə qalmasını təklif etmişdır. Onlar həmin gün birlikdə yaşadığı evə gəlmiş, axşam saatlarında Royal Orucov evdən çıxaraq harasa getmiş və N3 oktyabr N0N3-cü il tarixdə gecə saatlarında, səhər yaxın evə qayıtmışdır. Səhər tezdən oyanıb xidmət yerinə gedərkən Təqsirləndirilən şəxs da oyadaraq işə getməsini demişdir. Ona daha sonra gələcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs evdə qoyaraq xidmət yerinə getmişdir. N3 oktyabr N0NN-ci il tarixdə hərbi hissə ərazisində saat 07:30-da səhər düzülüşündə kiçik gizir Təqsirləndirilən şəxs sırada olmadığı aşkar edilmişdir. Həmin vaxtdan etibarən Rəşad Orucova bir neçə dəfə zəng vursa da sonuncu telefonu açmamışdır. Rəşad Orucovu çağırmaq üçün evə qayıtdıqda sonuncunun evdə olmadığını müşahidə etmişdir. Təqsirləndirilən şəxs harada olmasının müəyyən edilməsi, xidməti yerinə qaytarılması üçün tədbirlər görüldükdən sonra sonuncu yalnız N3 gündən sonra, yəni N oktyabr N0NN-ci il tarixdə saat N4:30-da xidmət yerinə qayıtmışdır. Təqsirləndirilən şəxs borclarının olması, ailəsində bu səbəbdən problemlər yaranması öz növbəsində xidmətə olan münasibətinə mənfi təsir gəstərmiş, xidmətə laqeyd münasibət bəsləmişdir. Təqsirləndirilən şəxs xidmət müddətinin bitməsinə bir neçə il qalmasına baxmayaraq sonuncu N8 noyabr N0NN-ci il tarixdə ehtiyata buraxılmışdır. Ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs hər hansı ağır xəstəlikdən əziyyət çəkməmiş, ağır həyat şəraiti də olmamışdır. Lakin, Rəşad Orucovun deməsinə görə həyat yoldaşı xəstə olmuş, bundan başqa, sonuncunun həyat yoldaşının hansı xəstəlikdən əziyət çəkməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxstqt borcları olmuş və bu səbəbdən ailəsində problemlər yaranmış, bu da öz növbəsində xidmətinə mənfi təsir etmişdir. Təqsirləndirilən şəxs hər hansı üzrlü səbəbi olmamış, xidmətdə olduğu müddətdə sonuncunu söyən, döyən, nizamnamədənkənar hərəkətlər edən, həmçinin şərəf və ləyaqətini alçaldan olmamışdır. ŞahidN məhkəməyə ifadə verərək göstərdi ki, N3 oktyabr N0NN-ci il tarixdə saat 07:30da şəxsi heyətin yerində olub-olmadığını yoxlayarkən kiçik gizir Təqsirləndirilən şəxs sırada olmadığını müşahidə etmiş, digər xidmət yoldaşlarından harada olduğunu soruşduqda xidmət yoldaşları Təqsirləndirilən şəxs görmədiklərini bildirmişlər. Komandanlığa məruzə etmiş, Təqsirləndirilən şəxs harada olmasının müəyyən edilməsi, xidməti yerinə qaytarılması üçün tədbirlər görüldükdən sonra Rəşad Orucov yalnız N3 gündən sonra, N oktyabr N0NN-ci il tarixdə saat N4:30-da xidmət yerinə qayıtmışdır. Təqsirləndirilən şəxs ilə hansı səbədən xidmət yerinə çıxmaması barədə şəxsən söhbət etməsə də xidmət yoldaşlarından Rəşad Orucovun borclarının olduğunu, buna görə ailəsində problemlər yarandığını öyrənmişdir. Bu da öz növbəsində Təqsirləndirilən şəxs xidmətə olan münasibətinə mənfi təsir gəstərmiş, xidmətə laqeyd münasibət bəsləmişdir. Təqsirləndirilən şəxs xidmət müddətinin bitməsinə bir neçə il qalmasına baxmayaraq o, N8 noyabr N0NN-ci il tarixdə ehtiyata buraxılmışdır. Təqsirləndirilən şəxs hər hansı ağır xəstəlikdən əziyyət çəkməmiş, ağır həyat şəraiti də olmamışdır. Lakin, Rəşad Orucovun deməsinə görə övladı xəstə olmuş, bundan başqa, sonuncunun övladının hansı xəstəlikdən əziyət çəkməsi barədə məlumatı yoxdur. Rəşad Orucovun hər hansı üzrlü səbəbi olmamış, xidmətdə olduğu müddətdə sonuncunu söyən, döyən, nizamnamədənkənar hərəkətlər edən, həmçinin şərəf və ləyaqətini alçaldan olmamışdır. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N0-ci il tarixli 0N8N nömrəli əmrindən edilmiş çıxarışdan aydın olur ki, Təqsirləndirilən şəxs həmin tarixdən Sərhəd Qoşunlarının N-ci sərhəd dəstəsinə ezam olunmaqla Müdafiə Nazirliyinin N-ci Ordu Korpusu ilə birlikdə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb edilmişdir. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissə komandirinin N may N0NN-ci il tarixli 0NN8 nömrəli əmrindən edilmiş çıxarışdan məlum olur ki, Təqsirləndirilən şəxs 3-cü əməliyyatlar şöbəsinin N-ci əməliyyatlar bölməsinin N-ci qrupunun əməliyyatçısı vəzifəsinə təyin olunduğuna görə “Zəfər” çevik hərəkət dəstəsinin siyahısına və bütün növ təminat normalarına daxil edilmişdir. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissə komandirinə ünvanlanan N4 oktyabr N0NN-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs N3 oktyabr N0NN-ci il tarixdə hərbi hissədə keçirilən səhər yoxlanışı zamanı sırada olmadığı aşkar edilmişdir. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissə komandirinin N3 oktyabr N0NN-ci il tarixli 0N86 nömrəli əmrindən edilmiş çıxarışdan aydın olur ki, Təqsirləndirilən şəxs həmin tarixdən xidməti yerinə gəlməmiş hesab edilmişdir. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissə komandirinin N oktyabr N0NN-ci il tarixli 0N99 nömrəli əmrindən edilmiş çıxarışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə xidməti yerinə qayıtmış hesab edilmişdir. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissə komandirinin N8 noyabr N0NN-ci il tarixli 03NN nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N-ci əməliyyatlar şöbəsinin N-ci əməliyyatlar bölməsinin 3-cü qrupunun əməliyyatçı-istehkamçısı vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılaraq şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılmışdır. Dövlət Sərhəd Xidmətindən təqdim olunan N8 noyabr N0NN-ci il tarixli 3N90 nömrəli arayışa əsasən, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 333.3-cü maddələrinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in N5.N-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 59.N.4-cü maddəsinə əsasən ailəli olmaqla himayəsində bir azyaşlı uşağınin olmasıni, “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-in 6N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq çəkərək günahlarını etiraf etməsini də nəzərə alır. Azərbaycan Respublikası CM-in 50.N-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən və hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən və başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. Təqsirləndirilən şəxs kontrakt (bağlaşma) əsasında hərbi xidmətdə olmadığından, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının barəsində təyin edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası CM-in 58.N-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, həmçinin işin digər hallarını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayır və Azərbaycan Respublikası CM-in 6N.N-ci maddəsi tətbiq edilməklə qanunvericiliklə müəyyən edilmiş həddə cərimə cəzası təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhər N8 saylı Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin N93.N və N93.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 0N fevral N00N-ci il tarixli qərarına və həmin qərara N7 yanvar N0N0-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 36 (otuz altı) iş saatına görə NN6 (iki yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından N8 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” N0 fevral N0N7-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” N5 iyun N003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart N006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Şərh olunanları və Azərbaycan Respublikası CPM-in 344-349, 35N-353, 355-356, 358, 38N, 384.N və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 6N.N-ci maddəsi tətbiq edilməklə N50 (iki yüz əlli) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər N8 saylı Vəkil Bürosunun vəkili XN etdiyi 36 (otuz altı) iş saatına görə NN6 (iki yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından N8 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə elan olunduğu andan N0 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rafiq Abbasov
Məhkəmə qərarları › İş №1-1(093)-74/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-74/2023
01.05.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver