Məhkəmə qərarları › İş №1-1(093)-75/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-75/2023

14.04.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-75/2023 14.04.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, Quliyev Yusif Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi X1 Müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı- Zərərçəkmiş şəxs, müdafiəçi- Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh- Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx xxxx 1980-ci il tarixdə Ermənistan Respublikası, Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Abşeron rayonu, Fatmayi kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, əvvəllər məhkum olunmuş (Bakı Hərbi Məhkəməsinin 29 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 8500 (səkkiz min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş), məhkumluğu ödənilməmiş, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizliyi Xidmətinin sabiq hərbi qulluqçusu, kapitan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu təkrarən aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizliyi Xidmətinin şəxsi mühafizə xidmətinin böyük mühafizə zabiti vəzifəsində, kapitan hərbi rütbəsində xidmətdə olarkən 2021-ci ilin fevral ayında Konustutisya Məhkəməsində mühafizəçi olaraq xidmət aparan zaman tanış olduğu vətəndaş Zərərçəkmiş şəxs etibarından sui-istifadə və aldatma yolu ilə xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü vəkil kimi təqdim edərək sonuncunun "Şəki şəhər 1 saylı DNK-da "xxxx" ASC-nin səhmlərinin bağışlanmasına dair 24 sentyabr 2013-cü il tarixli 3M-1/346 reyester nömrəli qiymətli kağızların bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi" ilə bağlı mülki iddiası üzrə Ali Məhkəmənin qərarından vermiş olduğu şikayətə Konustutisya Məhkəməsində yenidən baxılması və həmin Məhkəmə prosesində iştirak edərək hüquqi yardım göstərəcəyinə dair yalan vəd verib Zərərçəkmiş şəxs razılığını almaqla ondan 10000 (on min) manat pul istəmiş və bundan sonra aralarında olan razılaşmaya əsasən 2021-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Konustutisya Məhkəməsinin qarşısında Zərərçəkmiş şəxsla görüşərək ondan 10000 (on min) manat məbləğində pulu götürmüşdür. Daha sonra Təqsirləndirilən şəxs cinayətkar əməlini davam etdirərək vahid niyyətlə Zərərçəkmiş şəxs daha artıq pulunu ələ keçirmək məqsədilə 2021-ci ilin mart ayının ortalarında sonuncuya hüquqi yardımın göstərməsi üçün əlavə 2000 (iki min) manat pul lazım olduğunu bildirməklə Zərərçəkmiş şəxs razılığını almış və 2021-ci ilin mart ayının sonlarında Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Konustutisya Məhkəməsinin qarşısında Zərərçəkmiş şəxsla görüşərək sonuncudan əlavə 2000 (iki min) manat məbləğində pul almaqla ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs 12000 (on iki min) manat məbləğində pul almış, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməyərək özgənin xeyli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yuxarıda göstərilən vəzifədə və hərbi rütbədə xidmətdə olarkən 2021-ci ilin mart ayının sonlarında özünü vəkil kimi təqdim etdiyi tanışı vətəndaş Zərərçəkmiş şəxs təkrarən etibarından sui-istifadə və aldatma yolu ilə xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə sonuncunun "cavabdeh X3 qarşı" Ali Məhkəmənin icraatında olan mülki iddiası üzrə məhkəmə prosesində iştirak edərək hüquqi yardım göstərəcəyinə dair yalan vəd verib Zərərçəkmiş şəxs razılığını almaqla bu məsələ üçün ondan 5000 (beş min) manat pul istəmiş və bundan sonra aralarında olan razılaşmaya əsasən 2021-ci ilin aprel ayının sonlarında Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Konstitusiya Məhkəməsinin qarşısında Zərərçəkmiş şəxsla görüşərək ondan 5000 (beş min) manat məbləğində pulu götürmüşdür. Daha sonra Təqsirləndirilən şəxs cinayətkar əməlini davam etdirərək vahid niyyətlə Zərərçəkmiş şəxs daha artıq pulunu ələ keçirmək məqsədilə 2021-ci ilin aprel ayının sonlarında sonuncuya hüquqi yardımın göstərməsi üçün əlavə 2000 (iki min) manat pul lazım olduğunu bildirməklə Zərərçəkmiş şəxs razılığını almış və 2021-ci ilin may ayının əvvəllərində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Konustutisya Məhkəməsinin qarşısında Zərərçəkmiş şəxsla görüşərək ondan əlavə 2000 (iki min) manat məbləğində pul almaqla ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs 7000 (yeddi min) manat məbləğində pul almış, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməyərək təkrarən özgənin xeyli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, 08 avqust 2002-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizliyi Xidmətində "çavuş" hərbi rütbəsi alaraq xidmətə başlamış, 04 aprel 2010-cu il tarixdə "leytenant" hərbi rütbəsi alaraq zabit kimi xidmətini davam etdirmiş, 2014-cü ildə "baş leytenant", 2018-ci ildə "kapitan" hərbi rütbələrini almış, 20 oktyabr 2021-ci il tarixdə isə öz arzusu ilə xidmətdən tərxis olmuşdur. O, xidmətdə olan zaman 2010-cu ildən davamlı olaraq Konstitusiya Məhkəməsində şəxsi mühafizə xidmətinə naryad kimi təyin olunmuşdur. 2020-ci ilin may ayının ortalarında hazırda xatırlamadığı tanışlarından biri ona zəng edərək Zərərçəkmiş şəxs adlı şəxsin Ali Məhkəmədə mülki iddiaları üzrə xeyrinə qərar qəbul olunmadığını və hazırda həmin qərarlardan Konstitusiya Məhkəməsinə şikayət ərizələrini vermək istədiyini, lakin pandemiya ilə bağlı məhkəmələr bağlı olduğu üçün ərizələrini verə bilmədiyini, köməklik etməsini nəzərinə çatdırmış, o da həmin tanışının mobil nömrəsini Zərərçəkmiş şəxs adlı şəxsə verməsini bildirmişdir. Zərərçəkmiş şəxs ***-***-**-** mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək "Vüqardı danışan?" deyə soruşmuş, o da cavabında "bəli" demiş, ardınca Zərərçəkmiş şəxs ona "ərizələrim var, Konstitusiya Məhkəməsinə verməliyəm siz orda işləyirsiz, sizə verməliyəm" demişdir. O, Zərərçəkmiş şəxs saat 18 radələrində yaxınlaşmasını bildirmişdir. Həmin gün saat 18 radələrində Konstitusiya Məhkəməsinin sədrini yola saldıqdan sonra Zərərçəkmiş şəxs məhkəməyə yaxınlaşmışdır. O, Zərərçəkmiş şəxs ilk dəfə görmüş, sonuncudan Konstitusiya Məhkəməsinə ünvanladığı şikayət ərizələrini və ərizəyə əlavə edilmiş sənədləri götürmüşdür. O, Zərərçəkmiş şəxs ərizələrin qəbul olunmasında köməklik edəcəyini bildirmişdir. Daha sonra həmin ərizə və ərizəyə əlavə edilən sənədləri Konstitusiya Məhkəməsinin dəftərxanasına vermiş və dəftərxanadan ona "pandemiya azalsın, ərizələrə məhkəmə icraatında baxılacaqdır" deyilmişdir. Onun xatırladığı qədəri ilə 2020-ci ilin iyun ayında Zərərçəkmiş şəxs ərizələrinin qəbul olunması ilə bağlı dəftərxandan ona məlumat verilmişdir. Daha sonra 2021-ci ilin fevral ayında yenidən işdə olan zaman Konstitusiya Məhkəməsinin giriş qapısından çölə çıxarkən Zərərçəkmiş şəxs görmüş və dərhal hər ikisi bir-birlərini tanımışlar. O, Zərərçəkmiş şəxs məhkəməyə niyə gəldiyini soruşmuş, sonuncu ona "bəs Ali Məhkəmədən şikayətlərim əsasında olan ərizələrim 11 noyabr 2020-ci il tarixdə Konstitusiya Məhkəməsində baxıldı, lakin ərizələrim təmin edilmədi, yenidən Konstitusiya Məhkəməsində baxılmasını istəyirəm, çünki ədalətli, sənədlərim qaydasında olan tərəf özüməm" demişdir. Bu zaman onun dələduzluq niyyəti ortaya çıxmış və Zərərçəkmiş şəxs pullarını ələ keçirmək qərarına gəlmişdir. O, həmin ərəfədə həm xəstə olması, həm evində təmir işlərinə ehtiyyac olması, həm də şəxsi xərcləri ilə əlaqədar pula ehtiyacı olmuşdur. O, Zərərçəkmiş şəxs yalandan özünü vəkil kimi təqdim edərək guya Konstitusiya Məhkəməsindəki işlər üzrə ixtisaslaşdığını bildirmişdir. O, Zərərçəkmiş şəxs görüntü yaratmaq üçün sonuncuya ərizələrindən birini seçməsini, hər iki işlə sıra ilə məşğul olacağını bildirmişdir. Zərərçəkmiş şəxs iki iddiasından daha çox ona vacib olan "Şəki şəhər 1 saylı DNK-da "xxxx" ASC-nin səhmlərinin bağışlanmasına dair 24 sentyabr 2013-cü il tarixli 3M-1/346 reyester nömrəli qiymətli kağızların bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi barədə" ərizəsini seçmişdir. Bir-iki gün sonra həmin məhkəmənin qarşısında Zərərçəkmiş şəxsla görüşmüş və sonuncuya yalandan vəkil kimi ona köməklik göstərəcəyini, hətta araşdırmanın ədalətli aparılıb xeyrinə qərar qəbul olunaraq Ali Məhkəməyə yenidən qaytarılacağına köməklik göstərəcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs hüquqi yardım üçün 10000 manat pul istəmişdir. Həmçinin, Zərərçəkmiş şəxs yalandan sənədlərin qanun çərçivəsində olacağını, müqavilənin olacağını, sənədlərdən narahat olmamağını bildirmişdir. Zərərçəkmiş şəxs 2021-ci ilin mart ayının ortalarında ona zəng edərək pulu vermək istədiyini bildirmişdir. 2021-ci ilin mart ayının ortalarında ünvan 3 ünvanında yerləşən Konstitusiya Məhkəməsinin qarşısında təklikdə Zərərçəkmiş şəxsla görüşmüş və sonuncudan 10000 manat pul almışdır. O, Zərərçəkmiş şəxs ərizəni Konstitusiya Məhkəməsinə verdiyini, ən qısa müddətdə Məhkəmə palatasının iclasında baxılacağını, o da iclasda vəkil kimi iştirak edib hüquqi yardım göstərəcəyini və məhkəmədə xeyrinə qərar qəbul olunaraq işin Ali Məhkəməyə geri qaytarılacağına çalışacağına söz vermişdir. O, Zərərçəkmiş şəxs asan pul verdiyini görüb əlavə pulunu ələ keçirmək üçün iki-üç gün sonra Zərərçəkmiş şəxs zəng edərək "10000 manat bəs etmir, hüquqi yardım üçün əlavə 2000 manat da verilməlidi" demişdir. Zərərçəkmiş şəxs razılıq vermiş və 2021-ci ilin mart ayının sonlarında sonuncu ilə təklikdə Konstitusiya Məhkəməsinin qarşısında görüşərək 2000 manat pulunu almışdır. O, Zərərçəkmiş şəxs yalan danışaraq narahat olmamasını, bu işin 3-4 ay çəkəcəyini bildirmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs "bəs sizin başqa bir problemli işiniz varsa ona da hüquqi köməklik edə bilərəm" demişdir. Bu zaman Zərərçəkmiş şəxs ona hazırda Ali Məhkəmədə çox vacib bir mülki iddiası olduğunu, həmin işin Şəki rayonunda yerləşən qanuni ticarət obyektinə çəkmiş olduğu xərclərin ona qaytarılması ilə bağlı olduğunu, həm rayon məhkəməsində, həm də Apellyasiya Məhkəməsində udduğunu, hazırda işin Ali Məhkəmədə olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs inandırıcılıq olsun deyə sənədlərini gətirməsini və baxacağını demişdir. Zərərçəkmiş şəxs həmin ərizəni gətirmişdir. Zərərçəkmiş şəxs ərizəsinə baxmış, həmin ərizə "cavabdeh X3 qarşı" iddia ərizəsi olmuş, belə ki, sonuncunun Şəki şəhərində yerləşən ticarət obyektinə çəkdiyi xərclərin bir qismini özünə qaytarılması ilə bağlı tələbi olmuşdur. O, Zərərçəkmiş şəxs vəkil kimi bu işə qoşulub köməklik edə biləcəyini, lakin inandırıcılıq olsun deyə sonuncuya dəqiqləşdirib son qərarını deyəcəyini bildirmişdir. Bir müddət sonra 2021-ci ilin aprel ayının sonlarında Urfət İbrahimvola əlaqə saxlayaraq vəkil kimi bu işə qoşula biləcəyini, hüquqi yardım üçün 5000 manat pul istəmiş, sonuncu etiraz etməmişdir. 2021-ci ilin aprel ayının sonlarında Konstitusiya Məhkəməsinin qarşısında Zərərçəkmiş şəxsla görüşərək sonuncudan 5000 manat pul almışdır. O, Zərərçəkmiş şəxs sənədlərdən rahat olmasını, hər şeyin qanun çərçivəsində olacağını və prosesə qoşulacağını bildirmişdir. O, Zərərçəkmiş şəxs rahat pul verdiyini görüb sonuncudan həmin iş üçün yenidən pul almaq qərarına gəlmişdir. 2021-ci ilin aprel ayının sonlarında o, Zərərçəkmiş şəxs zəng edərək "işlə tanış oldum hüquqi yardım üçün 5000 manatın üzərinə 2000 manat da əlavə etməlisiniz" demişdir. Zərərçəkmiş şəxs onun təklifi ilə razılaşmış və 2021-ci ilin may ayının əvəllərində Konstitusiya Məhkəməsinin qarşısında Zərərçəkmiş şəxsla təklikdə görüşüb 2000 manatını almışdır. Daha sonra Zərərçəkmiş şəxs Ali Məhkəmə və Konstitusiya Məhkəməsindəki işləri ilə bağlı dostu Şahid ilə birlikdə Zərərçəkmiş şəxsla bir neçə dəfə görüşmüş, o da hər şeyin qaydasında olduğunu, inşallah hər iki işi udacağını bildirmişdir. 14 iyul 2021-ci il tarixdə Zərərçəkmiş şəxs ona zəng edərək "bəs Ali Məhkəmədə prosesə getdim, sən yox idin, məhkəmə xeyrimə qərar çıxarmadı, uduzdum" demişdir. O, vaxt qazanmaq üçün işi çıxdığını, prosesə gələ bilmədiyini, yəqin bir səhvlik olduğunu, maraqlanacağını bildirmişdir. Bir-iki gün sonra Səbail Rayon Məhkəməsinin yaxınlığında o, Zərərçəkmiş şəxs və sonuncunun dostu Şahidla görüşmüş və eyni sözləri təkrarlayaraq, müxtəlif bəhanələr gətirmişdir. Daha sonra Zərərçəkmiş şəxs Konstitusiya Məhkəməsinə yaxınlaşaraq hansı vəzifədə çalışdığını öyrəndikdən sonra onun dələduzluq əməlləri ortaya çıxmış və Zərərçəkmiş şəxs ondan şikayət ərizəsi vermişdir. O, ifadəsində Konstitusiya Məhkəməsinə naryada çıxan zaman sədrin göstərişinə əsasən mülki geyimdə olduğunu, Zərərçəkmiş şəxs onun zabit olduğunu pul verdikdən sonra öyrəndiyini bildirmişdir. O, istintaq zamanı Zərərçəkmiş şəxs 3200 manat, məhkəmədə işə baxılan zaman isə əlavə 500 manat, cəmi 3700 manat pul qaytarmış, hazırda Zərərçəkmiş şəxs 15.300 manat pul qaytarılmamışdır. Hazırda törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmədən bağışlanmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ifadə verib göstərdi ki, 2020-ci ilin mart ayında Ali Məhkəmədə "Şəki şəhəri, M.F.Axundov prospekti, 72-ci ünvanda olan 0,0154 ha torpaq sahəsi ilə bağlı "daşınmaz əmlakın alqı-satqı müqaviləsi və ondan yaranan hüquqi nəticələrinin ləğvinə dair" və "Şəki şəhər 1 saylı DNK-da "xxxx" ASC-nin səhmlərinin bağışlanmasına dair 24 sentyabr 2013-cü il tarixli 3M-1/346 reyester nömrəli qiymətli kağızların bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi" barədə iddia ərizələri üzrə xeyrinə qəbul edilməmiş və hər iki qərardan Konstitusiya Məhkəməsinə şikayət etmək qərarına gəlmişdir. 2020-ci ilin mart ayının sonlarında ərizələrini əlbəəl vermək üçün Konstitusiya Məhkəməsinə dəfələrlə yaxınlaşmış, lakin koronavirus olduğu əsas gətirilib, məhkəmənin işləmədiyi bildirilərək ərizələri qəbul edilməmişdir. 2020-ci ilin may ayında o, bu barədə tanışı Vüqar Əlizadə adlı şəxsə bildirmiş, sonuncu Bakı şəhərində yaşayan bir tanışı ilə danışdıqdan sonra həmin şəxs Konstitusiya Məhkəməsində çalışan Vüqar adlı şəxsə yaxınlaşmasını və sonuncunun ***-***-**-** mobil nömrəsinə zəng etməsini nəzərinə çatdırmışlar. O, Vüqar adlı şəxsin soyadının Mikayılov, ata adının Səttar olduğunu sonradan öyrənmişdir. 2020ci ilin may ayının ortalarında ***-***-**-** mobil nömrəsinin sahibi olan Təqsirləndirilən şəxs zəng etmiş, lakin Vüqar Əlizadənin tanışı olduğunu deməmiş, sadəcə olaraq Təqsirləndirilən şəxs "sizə qabaqcadan deyilib sizə sənəd verməliyəm" demişdir. Təqsirləndirilən şəxs da problem olmadığını, saat 18 radələrində məhkəmənin qarşısına gəlməsini bildirmişdr. O, həmin gün saat 18 radələrində Səbail rayonunda yerləşən Konstitusiya Məhkəməsinin giriş qapısının yanında ***-***-**-** mobil nömrəsinin sahibi Təqsirləndirilən şəxs adlı şəxslə ilk dəfə görüşmüşdür. O, Təqsirləndirilən şəxs Ali Məhkəmənin qərarlarından vermiş olduğu Konstitusiya Məhkəməsinə şikayət ərizələri və ərizələrə əlavə olunmuş sənədləri təqdim etmişdir. Təqsirləndirilən şəxs ona "sənədləri götürürəm, qəbul olunmasında köməklik edəcəm, gedə bilərsiz" demişdir. Daha sonra 12 iyun 2020-ci il tarixdə ərizələrinin Konstitusiya Məhkəməsində qəbul edilməsi ilə bağlı ona məlumat verilmişdir. Daha sonra 11 noyabr 2020-ci il tarixdə ərizələrinə Konstitusiya Məhkəməsində baxılmış və ərizələrinin qəbul olunmaması ilə bağlı qərarları 23 noyabr 2020-ci il tarixdə poçt vasitəsilə almışdır. Daha sonra 2021-ci ilin yanvar-fevral aylarında bir neçə dəfə Konstitusiya Məhkəməsinə gedərək ərizələrinin yenidən baxılmasına çalışmışdır. 2021-ci ilin fevral ayında yenidən Konstitusiya Məhkəməsinə getmiş, məhkəmənin giriş qapısında Təqsirləndirilən şəxs görmüş və dərhal hər ikisi bir-birlərini tanımışlar. Təqsirləndirilən şəxs ondan məhkəməyə niyə gəldiyini soruşmuş, o da Konstitusiya Məhkəməsində şikayət ərizələrinin qəbul edilmədiyini, yenidən baxılmasına çalışdığını bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona özünü vəkil kimi təqdim edərək Konstitusiya Məhkəməsindəki işlər üzrə ixtisaslaşdığını bildirmişdir. Təqsirləndirilən şəxs ona ərizələrindən birini seçməsini, hər iki işlə sıra ilə məşğul olacağını bildirmişdir. O, iki iddiasından daha çox ona vacib olan "Şəki şəhər 1 saylı DNK-da "xxxx" ASC-nin səhmlərinin bağışlanmasına dair 24 sentyabr 2013-cü il tarixli 3M-1/346 reyester nömrəli qiymətli kağızların bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi barədə" ərizəsini seçmişdir. Bir-iki gün sonra həmin məhkəmənin qarşısında Təqsirləndirilən şəxsla görüşmüş və sonuncu vəkil kimi ona köməklik göstərəcəyini, hətta araşdırmaya ədalətli baxılıb xeyrinə qərar qəbul olunaraq Ali Məhkəməyə yenidən qaytarılacağına köməklik göstərəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs hüquqi yardım üçün ondan 10000 manat pul istəmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ona sənədlərin qanun çərçivəsində olacağını, müqavilənin olacağını, sənədlərdən narahat olmamağını bildirmişdir. O, 2021-ci ilin mart ayının ortalarında Zərərçəkmiş şəxs zəng edərək pulu vermək istədiyini bildirmişdir. 2021-ci ilin mart ayının ortalarında ünvan 3 ünvanında yerləşən Konstitusiya Məhkəməsinin qarşısında təklikdə Təqsirləndirilən şəxsla görüşmüş və sonuncuya 10000 manat pul vermişdir. Təqsirləndirilən şəxs ona ərizəni Konstitusiya Məhkəməsinə verdiyini, ən qısa müddətdə Məhkəmə palatasının iclasında baxılacağını, iclasda vəkil kimi iştirak edib hüquqi yardım göstərəcəyini və məhkəmədə xeyrinə qərar qəbul olunaraq işin Ali Məhkəməyə geri qaytarılacağına çalışacağına söz vermişdir. İki-üç gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək "10000 manat bəs etmir, hüquqi yardım üçün əlavə 2000 manat da verilməlidi" demişdir. O, razılıq vermiş və 2021-ci ilin mart ayının sonlarında Təqsirləndirilən şəxs ilə təklikdə Konstitusiya Məhkəməsinin qarşısında görüşərək 2000 manat pulu vermişdir. Təqsirləndirilən şəxs ona narahat olmamasını, bu işin 3-4 ay çəkəcəyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona "bəs sizin başqa bir problemli işiniz varsa ona da hüquqi köməklik edə bilərəm" demişdir. Bu zaman Təqsirləndirilən şəxs hazırda Ali Məhkəmədə çox vacib bir mülki iddiası olduğunu, həmin işin Şəki rayonunda yerləşən qanuni ticarət obyektinə çəkmiş olduğu xərclərin ona qaytarılması ilə bağlı olduğunu, həm rayon məhkəməsində, həm də apellyasiya məhkəməsində udduğunu, hazırda işin Ali Məhkəmədə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs sənədlərini gətirməsini və baxacağını demişdir. O, həmin ərizəni Təqsirləndirilən şəxs gətirmiş, sonuncu ərizəyə baxdıqdan sonra həmin ərizənin "cavabdeh X3 qarşı" iddia ərizəsi olduğunu görmüşdür. Təqsirləndirilən şəxs ona vəkil kimi bu işə qoşulub köməklik edə biləcəyini deyib, lakin dəqiqləşdirib son qərarını bildirəcəyini demişdir. Bir müddət sonra 2021-ci ilin aprel ayının sonlarında Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq vəkil kimi bu işə qoşula biləcəyini, hüquqi yardım üçün 5000 manat pul istəmiş, o da etiraz etməmişdir. 2021ci ilin aprel ayının sonlarında Konustutisya Məhkəməsinin qarşısına Təqsirləndirilən şəxsla görüşməyə dostu Şahid ilə birlikdə getmişdir. Məhkəmənin qarşısına çatdıqdan sonra Şahid kənar bir yerə çəkilmiş və daha sonra Təqsirləndirilən şəxsla giriş qapısının yaxınlığında görüşmdür. Təqsirləndirilən şəxs Şahidla birlikdə gəldiyini, hadisənin şahidi olduğunu deməmişdir. Həmin görüşdə Təqsirləndirilən şəxs ondan 5000 manat pul almışdır. Təqsirləndirilən şəxs ona sənədlərdən rahat olmasını, hər şeyin qanun çərçivəsində olacağını və prosesə qoşulacağını bildirmişdir. Təqsirləndirilən şəxsla sağollaşandan sonra Şahid yanına yaxınlaşanan zaman sonuncu ona "5000 manat pul verməyini gördüm, inşallah işin xeyrinə həll olunar" demişdir. O, prosesin bütün gedişi ilə bağlı Şahid məlumat verdiyini bildirmişdir. Bir neçə gün sonra 2021-ci ilin aprel ayının sonlarında Təqsirləndirilən şəxs ona zəng edərək "işlə tanış oldum, hüquqi yardım üçün 5000 manatın üzərinə 2000 manat da əlavə etməlisiniz" demişdir. Təqsirləndirilən şəxs təklifi ilə razılaşmış və 2021-ci ilin may ayının əvəllərində Konstitusiya Məhkəməsinin qarşısında təklikdə sonuncu ilə görüşərək 2000 manat pul vermişdir. Daha sonra o, Ali Məhkəmə və Konstitusiya Məhkəməsindəki işləri ilə bağlı dostu Şahidla birlikdə Təqsirləndirilən şəxsla bir neçə dəfə görüşmüş, sonuncu hər şeyin qaydasında olduğunu, inşallah hər iki işi udacağını bildirmişdir. 14 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs zəng edərək "bəs Ali Məhkəmədə prosesə getdim, sən yox idin, məhkəmə xeyrimə qərar çıxarmadı, uduzdum" demişdir. Təqsirləndirilən şəxs ona işi çıxdığını, prosesə gələ bilmədiyini, yəqin bir səhvlik olduğunu, maraqlanacağını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxsla əlaqə saxlayan zaman sonuncu ona avqust ayına kimi səbrli olmasını bildirmişdir. Bir müddət sonra Konstitusiya Məhkəməsinə yaxınlaşan zaman oradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs vəkil olmamış, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizliyi Xidmətində kapitan hərbi rütbəsində işləmiş, məhkəməyə mühafizəyə çıxmış, hazırda işdən çıxarılmışdır. Təqsirləndirilən şəxs ona dələduzluq etdyinə görə prokurorluğa şikayət ərizəsi vermişdir. Təqsirləndirilən şəxs istintaqın gedişində ona 3200 manat, məhkəmə baxışı zamanı isə əlavə 500 manat pul qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən əməlləri nəticəsində ona 15.300 manat ödənilməmiş pulu qalmışdır. Hazırda Təqsirləndirilən şəxs qarşı mülki iddasi olmaqla cinayət əməli nəticəsində ona 15.300 manat dəymiş maddi ziyanın ona qaytarılmasını tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid məhkəməyə ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs 15 ildən çoxdur tanıyır və aralarında dostluq münasibətləri vardır. 2021-ci ilin aprel ayının sonlarında Zərərçəkmiş şəxs onunla görüşən zaman başına gələn hadisələri danışmış və bu söhbətdən ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs 2020-ci ilin mart ayında Ali Məhkəmədə "Şəki şəhəri, M.F.Axundov prospekti, 72-ci ünvanda olan 0,0154 ha torpaq sahəsi ilə bağlı "daşınmaz əmlakın alqı-satqı müqaviləsi və ondan yaranan hüquqi nəticələrinin ləğvinə dair" və "Şəki şəhər 1 saylı DNK-da "xxxx" ASC-nin səhmlərinin bağışlanmasına dair 24 sentyabr 2013cü il tarixli 3M-1/346 reyester nömrəli qiymətli kağızların bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi" barədə iddia ərizələri üzrə xeyrinə qəbul edilməmiş, Zərərçəkmiş şəxs hər iki qərardan Konstitusiya Məhkəməsinə şikayət ərizəsi vermiş, 11 noyabr 2020-ci il tarixdə ərizələrinə Konstitusiya Məhkəməsində baxılmış, lakin ərizələri qəbul olunmamış, bu səbəbdən ərizələrinin yenidən baxılması üçün 2021-ci ilin yanvar-fevral aylarında Konstitusiya Məhkəməsinə gedən zaman həmin məhkəmədə vəkil kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs ona hüquqi yardım göstərə biləcəyini, ərizələrinə sıra ilə məşğul olacağını, bunun üçün iki ərizəsindən birini seçməsini bildirmiş, Zərərçəkmiş şəxs da daha çox ona vacib olan "xxxx" işini seçmiş, Təqsirləndirilən şəxs hüquqi yardım üçün Zərərçəkmiş şəxs 10000 manat ondan pul istəmiş, həmin pulu 2021-ci ilin mart ayının ortalarında Səbail rayonu ərazisində yerləşən Konstitusiya Məhkəməsinin qarşısında götürmüş, ardınca Təqsirləndirilən şəxs həmin işdən ötrü hüquqi yardım üçün əlavə 2000 manat pul istəmiş, Zərərçəkmiş şəxs da razılıq verərək 2021-ci ilin mart ayının sonlarında Təqsirləndirilən şəxs ilə təklikdə Konstitusiya Məhkəməsinin qarşısında görüşərək 2000 manat pulu vermiş, Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs narahat olmamasını, bu işin 3-4 ay çəkəcəyini bildirmiş, ardınca Zərərçəkmiş şəxs məhkəmələrdə başqa hansı problemli işi olduğunu soruşmuş, həmin an Zərərçəkmiş şəxs Ali Məhkəmədə Şəki rayonunda yerləşən qanuni ticarət obyektinə çəkmiş olduğu xərclərin ona qaytarılması ilə bağlı "cavabdeh X3 qarşı" iddia ərizəsi olduğunu bildirmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sənədləri gətirməsini bildirmiş, sənədlərlə tanış olduqdan sonra 2021-ci ilin aprel ayının sonlarında Zərərçəkmiş şəxs vəkil kimi bu işə qoşula biləcəyini, hüquqi yardım üçün 5000 manat pul istəmiş, Zərərçəkmiş şəxs da etiraz etməmişdir. Zərərçəkmiş şəxs ondan 5000 manat borca pul istəmiş, o da həmin pulları borca Zərərçəkmiş şəxs vermişdir. Ardınca Zərərçəkmiş şəxs ona həmin 5000 manat pulu vermək üçün Təqsirləndirilən şəxsla görüşməyə getdiyini, şahid kimi onunda gəlməsini bildirmiş, o da etiraz etməmişdir. O və Zərərçəkmiş şəxs Konstitusiya Məhkəməsinin qarşısına çatan zaman o kənar bir yerə çəkilərək baş verənləri izləmişdir. Belə ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla məhkəmənin giriş qapısının yaxınlığında görüşdüklərini, söhbət etdiklərini və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 5000 manat pul verdiyini görmüşdür. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla sağollaşandan sonra onun yanına yaxınlaşan zaman Zərərçəkmiş şəxs "5000 manat pul verməyini gördüm, inşallah işin xeyrinə həll olunar" demişdir. Elə həmin ayın sonlarında Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs hüquqi yardım üçün 5000 manat pulun bəs etmədiyini, əlavə 2000 manat da əlavə pul verməli olduğunu bildirmiş və 2021-ci ilin may ayının əvvəllərində Konstitusiya Məhkəməsinin qarşısında görüşərək 2000 manat pul almışdır. Daha sonra Zərərçəkmiş şəxs Ali Məhkəmə və Konstitusiya Məhkəməsindəki işləri ilə bağlı onunla birlikdə Təqsirləndirilən şəxsla bir neçə dəfə görüşmüş, sonuncu hər şeyin qaydasında olduğunu, inşallah hər iki işi udacağını bildirmişdir. 14 iyul 2021-ci il tarixdə Ali Məhkəmədə həmin işə baxılmış və Zərərçəkmiş şəxs xeyrinə qərar qəbul edilməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs müxtəlif bəhanələr gətirmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs Konstitusiya Məhkəməsinə yaxınlaşan zaman oradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs vəkil olmamış, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizliyi Xidmətində kapitan hərbi rütbəsində işləmiş, məhkəməyə mühafizəyə çıxmış, hazırda işdən çıxarılmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etdyinə görə prokurorluğa şikayət ərizəsi vermişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs 3200 manat, məhkəmə istintaqı gedişində isə əlavə 500 manat pul qaytarılmışdır. Hazırda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs ümumilikdə 15.300 manat dəymiş ziyan ödənilməmiş qalmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizliyi Xidmətinin Kadrlar Baş İdarəsindən daxil olmuş 21 dekabr 2022-ci il tarixli 24/3263m nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs oğlu 08 avqust 2002-ci il tarixdə həmin qurumda xidmətə başlamış, "kapitan" hərbi rütbəsində olan 20 oktyabr 2021-ci il tarixdə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsinə müvafiq olaraq (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindən daxil olmuş 20 dekabr 2022-ci il tarixli 18/01-435 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi xidmətdə olub, fəaliyyətinin müəyyən dövründə Konstitusiya Məhkəməsinə mühafizəçi kimi təhkim olunmuşdur. Vətəndaş Zərərçəkmiş şəxs 15 noyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, özünü vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs oğlu hüquqi yardım adı altında aldadaraq onun ümumilikdə 19000 (on doqquz min) manat pulunu ələ keçirmişdir. Mülki iddiaçı qismində tanıma haqqında 23 fevral 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı mülki iddiaçı qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər Bakı Hərbi Məhkəməsinin 29 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək cəzaları qismən toplamaq yolu ilə 8500 (səkkiz min beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Probasiya Şöbəsinin 10 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Bakı Hərbi Məhkəməsinin 29 aprel 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs oğluna təyin edilmiş 8500 (səkkiz min beş yüz) manat cərimə cəzasınının ümumi məbləğindən cəmi 3085 (üç min səksən beş) manat ödənilmişdir. Hal-hazırda 5415 (beş min dörd yüz on beş) manat ödənilməmiş cərimə cəzası qalmışdır. Zərərçəkmiş şəxs 11 aprel 2023-cü il tarixli mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli nəticəsində ona 15.800 manat maddi ziyan vurulmuşdur. Mülki iddiaçı qismində tanınmasını, ona dəymiş 15.800 manat maddi ziyanın və 138 manat ödənilmiş dövlət rüsumunun Təqsirləndirilən şəxs oğlundan tutularaq ona qaytarılması barədə mülki iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs 14 aprel 2023-cü il tarixli ərizəsindən görünür ki, işə məhkəmədə baxılan zaman Təqsirləndirilən şəxs oğlu tərəfindən ona dəymiş ziyandan əlavə 500 manat pul ödənilmişdr. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun təkrarən aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etməsi onun özünün həmin cinayəti törətdiyini məhkəmə iclasında etiraf etməsilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməllərinə görə həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cinayət nəticəsində dəymiş ziyanın qismən ödəməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərinin edilməsi məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin müddəalarından göründüyü kimi, məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməlini etiraf etməklə əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs oğlunun ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd olunur ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı Hərbi Məhkəməsinin 29 aprel 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs oğlu ona təyin edilmiş 8.500 cərimə cəzasını tam olaraq icra etməmiş və o, hazırkı cinayət əməllərini qeyd edilən hökmdən əvvəl törətmişdir ki, bu da öz növbəsində Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini şərtləndirir. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti törətməkdə təqsirli olduğu müəyyən edilərsə, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun məzmunundan göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti törətməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən hallarının olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş cəzanı Bakı Hərbi Məhkəməsinin 29 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 8500 (səkkiz min beş yüz) manat məbləğində cərimə cəzasının çəkilməmiş 5415 (beş min dörd yüz on beş) manat hissəsi ilə tam toplamaqla ona qəti cəza təyin edilməsini, CM-nin 68.2-ci maddəsinin tələbinə əsasən ona təyin olunmuş cərimə cəzasının müstəqil icra olunmasını, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam növündə» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2 və 52-1.3-ci maddələrində isə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin yerinə yetirməli olan vəzifələr müəyyən edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmaqla və hökmün icrası Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs oğlunun üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 00:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək (təbii fəlakətlə əlaqədar mənzili tərk etmək, və xəstəliyi ilə əlaqədar həkimə müraciət etmək halları istisna olmaqla), müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2 maddələrində: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. İş üzrə maddi sübut kimi tanınmış Azercell MMC-nin təqdim etdiyi 01 ədəd CD disk, Təqsirləndirilən şəxs oğlunun ifadəsinin yerində yoxlanılması protokolunu özündə əks etdirən fotocədvəl iş materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxs tərəfindən yazılmış mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun ona vurduğu ziyan- 15800 (on beş min səkkiz yüz) manat və 138 (yüz otuz səkkiz) manat dövlət rüsumu məbləğində pul Təqsirləndirilən şəxs oğlundan tutularaq Zərərçəkmiş şəxs ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə və aldatmaqla vahid qəsdlə xeyli miqdarda, yəni ümumilikdə 19000 (on doqquz min) manat məbləğində ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Cinayət işi üzrə ibtidai istintaq aparıldığı dövrdə Təqsirləndirilən şəxs oğlu barışıq əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs hissə-hissə 3200 (üç min iki yüz) manat məbləğində, sonra məhkəmə istintaqının gedişi zamanı isə əlavə olaraq 500 (beş yüz) manat məbləğində pul vəsaiti ödənilmişdir. Lakin dəyən ziyanın qalan hissəsi, yəni 15300 (on beş min üç yüz) manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxsə ödənilməmişdir. Ona görə də, Zərərçəkmiş şəxs 15300 (on beş min üç yüz) manat məbləğində vurulmuş ziyanın və dövlət rüsumu kimi ödənilmiş 138 (yüz otuz səkkiz) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs oğlundan alınaraq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında mülki iddia ilə bağlı təqsirləndirilən şəxs ifadə verərək qeyd etmişdir ki, maddi vəziyyətinin çox ağır olması səbəbindən hazırda qalıq məbləğini birdəfəyə ödəmək iqtidarında olmadığını, lakin vurulmuş ziyanla bağlı o, zərərçəkmiş şəxs, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki idddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə verilmiş mülki iddianı müzakirə edib, hesab edir ki, verilmiş mülki iddia tam təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs oğlundan zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs dəymiş ziyan 15300 (on beş min üç yüz) manat və 138 (yüz otuz səkkiz) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İş üzrə məhkəmə və ekspertiza xərci yoxdur. Məhkəmə heyəti gəldiyi nəticələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respukblikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzanı Bakı Hərbi Məhkəməsinin 29 aprel 2022-cı il tarixli hökmü ilə təyin edilmiş 8500 (səkkiz min beş yüz) manat məbləğində cərimə cəzasının çəkilməmiş 5415 (beş min dörd yüz on beş) manat hissəsi ilə tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs oğluna qəti olaraq 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması və 5415 (beş min dörd yüz on beş) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna təyin olunmuş cərimə cəzası müstəqil icra olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və hökmün icrası Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs oğlunun üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 00:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək (təbii fəlakətlə əlaqədar mənzili tərk etmək, və xəstəliyi ilə əlaqədar həkimə müraciət etmək halları istisna olmaqla), müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam növündə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs oğlundan 15300 (on beş min üç yüz) manat və 138 (yüz otuz səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübut kimi Azercell MMC-nin təqdim etdiyi 01 ədəd CD disk, Təqsirləndirilən şəxs oğlunun ifadəsinin yerində yoxlanılması protokolunu özündə əks etdirən fotocədvəl iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökm təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Aslan Kalbalıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar