Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-75/2025 05.05.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Hacıyev Zaur Arif oğlunun sədrliyi, Cəlilov Murad Rüfət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı Əlmövsum oğlunun, Müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkum olunmamış, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xüsusi əməliyyat taborunun döyüş dəstək taqımının N-ci texniki müşahidə qrupunun sürücüradiotelefonçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər, Göygöl rayonu Hacıməlik qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, “başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N0.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Həsənov X15 Nazirliyinin Daşkəsən rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 1-ci taborunun rabitə taqımının kabel-xətt manqasının sürücü-xətt nəzarətçisi vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, əsgər hərbi rütbəsində xidmətdə olarkən N0N3-cü ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatlarında iştirakı ilə bağlı sığorta ödənişi almaq məqsədilə N0N4-cü ilin təxminən mart ayının əvəllərində vətəndaş X6 ilə Gəncə şəhərində yerləşən “Park House” adlı restoranda görüşmüş və sonuncu ilə saxta sənədlərin hazırlanması müqabilində 500 (beş yüz) manat pul verəcəyi barədə razılaşmadır. Daha sonra, o, O.İ.Möhübbətovla aralarında olan razılaşmaya əsasən 500 (beş yüz) manat pulu verməklə sonuncu tərəfindən N9 may N0N4-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində ona təqdim edilmiş, məzmunu təhrif edilməklə və yalan məlumatlar daxil edilməklə guya onun N sentyabr N0N3-cü il tarixdə Ağdərə rayonu istiqamətində gedən lokal xarakterli antiterror əməliyyatları zamanı düşmən tərəfindən atılan mərminin yaxınlığında partlaması səbəbindən az ağır dərəcədə xəsarət almasını təsdiq edən, N nömrəli hərbi hissəsinin möhürləri ilə təsdiq edilmiş, səlahiyyətli şəxsin imzası qeyd olunan N4 noyabr N0N3-cü il tarixli 4N161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0N3-cü il N0 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası”nın N nömrəli əlavəsinə uyğun formada tərtib edilmiş xəsarətin dərəcəsinə və səbəbinə dair, habelə, eyni məzmunlu N nömrəli hərbi hissənin möhürü ilə təsdiq edilmiş, hərbi hissə komandirinin imzası qeyd olunan N dekabr N0N3-cü il tarixli 14318 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0N3-cü il N0 fevral tarixili 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası” nın 1 nömrəli əlavəsinə uyğun formada tərtib edilmiş “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair” hüquq verən saxta arayışları əldə etmiş və adı çəkilən arayışları həmin gün saat 10:34 radələrində Bakı şəhəri Binəqədi rayonu Ziya Bünyadov prospekti 3103 ünvanında yerləşən 4 saylı Bakı Dost Mərkəzinə təqdim etməklə qanunsuz olaraq hazırlanmış hüquq verən saxta sənəddən bilə-bilə istifadə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 3N0.N-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o aldığı arayışın sırf yaralı olması ilə bağlı olduğunu bilmirdi. N0N4-cü ilin təxminən yanvar ayının sonları, fevral ayının əvvəllərində onunla birlikdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət etmiş, hazırda Rusiya Federasiyasında yaşayan X9 ilə mobil telefonla danışan zaman sonuncu onun N0N3-cü ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatında iştirak etdiyini bilib, bir nəfər tanışının bu əməliyyatda iştirak etməsi ilə bağlı ona müavinət düzəldə biləcəyini demişdir. “Orduxan” adlı şəxs ona N0N3-cü ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatında iştirak etdiyi üçün müavinət düşəcəyini bildirmişdir. Orduxan müəyyən sənədlər əsasında ona NN00-N300 manat müavinət veriləcəyini bildirmişdir. O, Orduxandan hansı sənədləri hazırlayacağını soruşmuş, Orduxan isə cavabında “sənin nə işin var, şəxsiyyət vəsiqənin şəklini mənə at, özüm həll edəcəm” demiş və bunun müqabilində ondan 500 (beş yüz) manat pul alacağını bildirmişdir. N8 may N0N4-cü il tarixdə o, Şahid1 və gizir Ələsgərov X3 Şəki adlanan kafedə görüşmüşlər, Orduxan növbəti gün arayışın hazır olacağını bildirmişdir. Növbəti gün, yəni N9 may N0N4-cü il tarixdə səhər saatlarında onlar ŞahidN məxsus Ford-focus marakalı avtomobillə Orduxanı N0 Yanvar metrosunun yaxınlığında götürərək 4 saylı DOST Mərkəzinə getmişlər və DOST mərkəzinin qarşısında avtomobilin içərisində Orduxan əlində olan faylları onlara hər birinə vermiş, daha sonra Orduxanla birlikdə Mərkəzə daxil olaraq sənədləri vermişlər. Bundan bir müddət sonra bilmişdir ki, sənədlər saxtadır. Əgər onun xəbəri olsaydı ki bu müavinət antiterror əməliyyatında iştirakına görə yox, yaralılar üçün verilən müavinətdir, belə bir sənədin əldə etməsini istəməzdir. Hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə elan edlmiş Təqsirləndirilən şəxs İbtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 3N0.Nci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, N3 dekabr N0N1-ci il tarixdən indiyə qədər Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət edir. N0N4-cü ilin təxminən yanvar ayının sonları, fevral ayının əvvəllərində onunla birlikdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət etmiş, N0N0-ci ildə tərxis edilmiş, hazırda Rusiya Federasiyasında yaşayan X9 ilə mobil telefonla danışan zaman sonuncu onun N0N3-cü ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatında iştirak etdiyini bilib, bir nəfər tanışının bu əməliyyatda iştirak etməsi ilə bağlı ona müavinət düzəldə biləcəyini demişdir. O, V.Əsgərovdan bu barədə maraqlandıqda sonuncu həmin şəxsin adının “Orduxan” olduğunu, keçmiş hərbi qulluqçu olmasını deyib, istifadəsində olan mobil nömrəsini əlaqə saxlaması üçün ona göndərmişdir. V.Əsgərovdan “Orduxan” adlı şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəni öyrənmişdir. V.Əsgərovla bu söhbətindən üç-dörd gün sonra Orduxana zəng etmiş, özünü təqdim edib, nömrəsini Vüsaldan aldığını demişdir. O, Orduxana antiterror əməliyyatında iştirak etdiyini deyib, bununla bağlı ona müavinətin düşüb-düşməməsini soruşmuşdur. Orduxan isə ona bu işdə köməklik edə biləcəyini təklif edərək görüşmələrini istəmişdir. N0N4- cü ilin mart ayının əvvəllərində o və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər X1 görüşmək üçün Gəncə şəhərinə getmişlər. Orduxanla Gəncə şəhərində “Park House” adlı restoranda görüşmüşlər. Bu görüşə qədər onlar Orduxanı tanımamışlar. Bu görüşə gedənə qədər Anar Əfəndiyevə kiminlə, nə məqsədlə görüşəcəkləri barədə bildirməmişdir. Görüş zamanı Orduxan özü haqqında məlumat verib, əslən Ağdam rayonundan olmasını, keçmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğunu demişdir. Görüş zamanı Orduxandan ona hansı qaydada müavinət düzəldəcəyini soruşmuş, Orduxan isə cavabında onun antiterror əməliyyatında iştirakını öyrəndikdən sonra bununla bağlı müavinət alması üçün ona sənədlər təşkil edəcəyini və bunun müqabilində ondan 500 (beş yüz) manat pul alacağını demişdir. Orduxan həmin sənədlər əsasında ona NN00-N300 manat müavinət veriləcəyini bildirmişdir. O, Orduxandan hansı sənədləri hazırlayacağını soruşmuş, Orduxan isə cavabında “sənin nə işin var, şəxsiyyət vəsiqənin şəklini mənə at, özüm həll edəcəm” demişdir. Həmin vaxt Orduxan ona bununla bağlı saxta sənəd hazırlayacağı barədə heç bir məlumat verməmiş, bundan sonra Orduxanın təklifi ilə razılaşmışdır. N8 may N0N4-cü il tarixdə axşam saatlarında Bakı şəhərində olan Beynəlxalq Avtovağzalın yanında yerləşən “Şəki” adlı kafedə o, gizir Şahid1 və gizir Ələsgərov X3 görüşmüşdür. Həmin görüş zamanı Orduxan növbəti gün üçün onlara lazım olan sənədləri təqdim edəcəyini, onlarla birlikdə həmin sənədləri vermək üçün özünün də gedəcəyini demişdir. Bundan sonra, N9 may N0N4-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonunda olan “N0 yanvar” metrostansiyasının yaxınlığında hər üçü “Orduxan” adlı şəxslə səhər saatlarında görüş təyin etmişlər və icazə aldıqdan sonra hər üçü gizir ŞahidN məxsus “Ford-focus” markalı avtomobillə görüşə yollanmışlar. “N0 Yanvar” metrostansiyasının yaxınlığında Orduxan avtomobilə əyləşmiş, sonra onlara sənədlərinin hazır olduğunu, əlindəki faylın içərisində olmasını bildirmiş və onlara özünün göstərəcəyi idarəyə birlikdə gedərək həmin sənədləri verməli olduqlarını demişdir. Bundan sonra, onlar avomobillə gedərək 4 saylı Bakı DOST Mərkəzinin qarşısında dayanmışlar. Dayandıqdan sonra Orduxan hərəsinə iki səhifədən ibarət sənəd vermiş və onlara fərdi şəkildə həmin binaya daxil olaraq sənədləri verib qeydiyyata düşmələrini bildirmiş, özü isə onunla birlikdə içəri daxil olmuşdur. O və Orduxan birlikdə həmin binaya daxil olmuşlar. İçəri girdikdən sonra dəhlizin sonunda bir cərgədə düzülmüş masalarda yeddi nəfər adamın əyləşdiyini görmüşlər və orda əyləşmiş qadına yaxınlaşaraq sığorta pulu ilə bağlı müraciət etmək istədiklərini bildirmişlər. Həmin qadın döyüşlərdə iştirak edib-etməmələrini soruşmuş, sənədləri aldıqdan bir ay sonra sığorta pullarının ödəniləcəyini bildirmişdir. Həmin yerdən çıxdıqdan sonra Orduxanla birlikdə avtomobillə yenidən “N0 yanvar” metrostansiyasının yaxınlığına qayıtmışlar. Bundan sonra Orduxan onlardan ayrılmışdır. Həmin vaxtdan sonra Orduxanın vəd etdiyi pullar hesablarına köçməmişdir. Bundan sonra, “Orduxan” adlı şəxslə əlaqə saxlayaraq verdiyi pulları qaytarmasını tələb etmiş, N0N4-cü ilin yay aylarında Orduxan hər birindən aldığı pulları tam olaraq qaytarmışdır. Bundan başqa, N0N3-cü ilin sentyabr ayında lokal tipli antiterror əməliyyatında N nömrəli hərbi hissənin 1-ci taborunun tərkibində N sentyabr N0N3-cü il tarixdən Kəlbəcər rayonunun Çərəkdar yaşayış məntəqəsindən Heyvalı yaşayış məntəqəsinə qədər ərazidə döyüş tapşırığını yerinə yetirmiş, həmin döyüş əməliyyatları zamanı yaralanmamış və xəsarət almamışdır. Buna görə hərbi hissənin tibb məntəqəsinə və ya başqa müalicə müəssisəsinə müraciət etməmişdir. Həmçinin bildirmişdir ki, o, “Orduxan” adlı şəxsin təqdim etdiyi sənədlərin saxta olmasını bilməmişdir. “Orduxan” adlı şəxs ona və digərlərinə konkret olaraq hansı ad və məzmunlu sənədlər hazırlayacağı barədə məlumat verməmiş, N9 may N0N4-cü il tarixdə Orduxanın ona təqdim etdiyi iki ədəd arayışda soyad, ad və ata adının yazıldığı hissəyə baxıb, sənədin özünə aid olduğunu, həmçinin, həmin arayışların birində N nömrəli hərbi hissənin künc ştampı və gerbli möhürünün olmasını, digər sənəddə isə N nömrəli hərbi hissənin möhürünün olmasını görmüş, lakin həmin sənədlərin məzumu ilə tanış olmamış, Orduxandan bu sənədləri haradan əldə etməsi ilə bağlı maraqlanmamış, "Orduxan” adlı şəxsin hər birindən sənədləri hazırlamaq müqabilində 500 manat pul istəməsi və alması təklifi onlarda hər hansı bir şübhə yaratmamış, “Orduxan” adlı şəxs tərəfindən onun adına hazırlanmış üzərində N nömrəli hərbi hissənin möhür əksləri olan N dekabr N0N3-cü il tarixli 14318 nömrəli nömrəli sənədlə tanış olarkən özünün az ağır dərəcəli xəsarət almasının göstərildiyinə fikir verməmiş, N nömrəli hərbi hissədə xidməti ilə bağlı həmin hərbi hissədən arayış əldə etməli olduğunu bilsə də, “Orduxan” adlı şəxs tərəfindən ona arayışlar təqdim edilərkən orada hərbi hissəyə dair möhürlərin olması onda həmin arayışların doğru olması qənaətini yaratmışdır. N9 may N0N4-cü il tarixdə “Orduxan” adlı şəxsdən arayışları qəbul edib, dövlət orqanına təqdim etdikdən sonra həmin arayışları alması barədə hərbi hissədə hər hansı bir aidiyyəti şəxsə bildirməmiş, buna səbəb “Orduxan” adlı şəxsin xahişi olmuş, “Orduxan” adlı şəxsin təqdim etdiyi sənədlərin saxta olmasını Dövlət Sosial Müdafiə Fondundan gələn zəng zamanı öyrənmişdir. O, sığorta pulunun əldə edilməsi ilə bağlı N nömrəli hərbi hissəyə və müvafiq vəzifəli şəxslərə müraciət etməmiş, “Orduxan” adlı şəxs ona antiterror əməliyyatında iştirakı ilə bağlı müavinət verilə bilməsi haqqında bildirdikdən sonra bu barədə N nömrəli hərbi hissədə onunla birlikdə həmin əməliyyatlarda iştirak etmiş şəxslərdən maraqlanmamış, sözügedən arayışları N9 may N0N4-cü il tarixdə 4 saylı Bakı DOST Mərkəzinə təqdim etdikdən sonra bu barədə hərbi hissədə aidiyyəti şəxslərə məlumat verməmiş, həmçinin buna qədər antiterror əməliyyatında iştirak edən şəxslərə müavinət verilməsi ilə bağlı hər hansı bir vəzifəli şəxs tərəfindən rəsmi elan edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, tibb xidməti mayoru Şahid4 ifadəsində bildirdi ki, o, N0NN-ci ildən son 3 aya kimi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində qarnizona hərbi həkim komissiyasının sədri vəzifəsində çalışıb. Təqsirləndirilən şəxs tanımır. N0N3-cü ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatında yaralanmış hərbi qulluqçuların onlarda komissiyadan keçib Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0N3-cü il N0 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası”nın N nömrəli əlavəsinə uyğun formada tərtib edilmiş xəsarətin dərəcəsinə və səbəbinə dair arayışlar, xəsarət almış hərbi qulluqçu xidmət etdiyi hərbi hissənin komandirinin göndərişi əsasında, barəsində olan tibbi və xidməti xasiyyətnamələr, eləcə də Qoşma 11 (travma haqqında arayış) ilə birlikdə N nömrəli hərbi hissənin qarnizon hərbi həkim komissiyasına müraciət etdikdən sonra hərbi həkim komissiyasında müayinələrdən keçirilməklə təyin olunmuş xəsarətin ağırlıq dərəcəsinə uyğun olaraq verilir. Həmin arayışlar hərbi-həkim komissiyasının sədri tərəfindən imzalanaraq N nömrəli hərbi hissənin gerbli möhürü ilə təsdiq edilir və sənədin sol üst hissəsinə həmin hərbi hissəyə məxsus künc ştampı qoyulur. Təqsirləndirilən şəxs, X11, Şahid1, ŞahidN və X10 adlarına tərtib olunmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0N3-cü il N0 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət icbari sığorta ödənişinin verilməsi” Qaydasının N nömrəli əlavələri N nömrəli hərbi hissədə (hospitalda) və onun tərəfindən tərtib olunmamış, adının qarşısında olan imza tərəfindən icra edilməmişdir. Ümumiyyətlə, sığorta ödənişinin alınması üçün tərtib olunan arayışlarda yalnız hərbi-həkim komissiyası rəisinin imzası çəkilir, yəni ki katibin imzasına ehtiyac olmur. Həmçinin, sözügedən arayışların künc hissəsindəki N nömrəli hərbi hissənin ştampında qeyd edilmiş xaric olma nömrələri də düzgün yazılmamışdır. Belə ki, Təqsirləndirilən şəxs və qeyrilərinin adlarına tərtib olunmuş əlavələrdə müvafiq olaraq qeyd olunan “4N161”, “N701N”, “7413” və “N0176” xaric olma nömrələri ümumiyyətlə N0N3-cü il ərzində aparılmış “Hazır olan arayışların qeydiyyatı kitabı”nda yoxdur. Həmin arayışlardan görünür ki, onlar saxta yollarla hazırlanmış və əslinə oxşar tərtib edilməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qarnizon hərbi həkim komissiyasının katibi, mülki işçi Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində eyni məzmunlu ifadə verərək Şahid4 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Şahid1 bildirdi ki, o, N6 aprel N0N4-cü il tarixdən 06 oktyabr N0N4-cü il tarixinədək N və N nömrəli hərbi hissələrdə mobilləşmə kursunda olduğu zaman bu hadisə baş vermişdir. Onun bu sənədlərin saxta olduğundan xəbəri olmamışdır. N8 may N0N4-cü il tarixdə gündüz saatlarında o, gizir ŞahidN və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs ilə istirahət vaxtı Bakı şəhərində olan Beynəlxalq Avtovağzalın yanında yerləşən “Şəki” adlı kafedə oturub çay içən zaman mülki geyimdə olan tanımadığı vətəndaş onların əyləşdiyi masaya yaxınlaşmış və Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Görüşdükdən sonra Təqsirləndirilən şəxs həmin şəxsin adının “Orduxan” olduğunu deyib, tanışı olmasını bildirmişdir. Bundan sonra “Orduxan” adlı şəxs ona antiterror əməliyyatlarında iştirak etdiyini bildirərək əməliyyatlarda iştirak etdikləri üçün sığorta pulunun ödənilməli olduğunu bildirmişdir. O belə ödənişlərin olub-olmaması barədə məlumatlarının olmadığını dedikdə Orduxan bu barədə hərtərəfli məlumatı olduğunu, hansı sənədlərin lazım olduğunu bildiyini demişdir. Orduxandan hansı sənədlərin lazım olduğunu soruşduqda bu işlərin görülməsi, həmçinin müvafiq sənədlərin yığılması üçün xərclərin olduğunu bildirərək işlərin görülməsinə görə 500 (beş yüz) manat məbləğində pul verməli olduğunu bildirmişdir. Orduxanın təklifi ilə razılaşıb, o 500 (beş yüz) manat məbləğində pulu Orduxana vermişdi. Orduxan bütün sənədləri özünün həll edəcəyini, daha sonra hazırlanmış sənədləri verdikdən sonra həmin sənədləri özünün bildirəcəyi ünvana aparacağını demişdir. O, bundan sonra sənədləri verəcəkləri dövlət orqanının qarşısına gəlmişdi. O həmin binaya daxil olmuşdur, içəri girdikdən sonra dəhlizin sonunda bir cərgədə düzülmüş masalarda yeddi nəfər adamın əyləşdiyini görmüş, orada əyləşmiş qadına yaxınlaşaraq sığorta pulu ilə bağlı müraciət etmək istədiklərini bildirmişlər. Həmin qadın döyüşlərdə iştirak edib-etməmələrini soruşmuş, sənədləri aldıqdan bir ay sonra sığorta pullarının ödəniləcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir X7 öz ifadəsində bildirmişdir ki, 6 aprel N0N4-cü il tarixdən 06 oktyabr N0N4-cü li tarixinədək N və N nömrəli hərbi hissələrdə mobilləşdirmə kursunda olarkən N8 may N0N4-cü il tarixdə gizir Şahid1 və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs ilə Bakı şəhərində olan Beynəlxalq Avtovağzalın yanında yerləşən “Şəki" kafesində olan zaman mülki geyimdə olan tanımadığı şəxs onlara yaxınlaşaraq əsgər Təqsirləndirilən şəxs ilə görüşmüş, görüşdükdən sonra Təqsirləndirilən şəxs həmin şəxsin adının “Orduxan” olduğunu deyib, tanışı olmasını bildirmişdir. Bundan sonra “Orduxan” adlı şəxs onlara antiterror əməliyyatlarında iştirak etdiklərini bildirərək əməliyyatlarda iştirak etdikləri üçün sığorta pulunun ödənilməli olduğunu bildirmişdir. Onlar belə ödənişlərin olub-olmaması barədə məlumatlarının olmadığını dedikdə Orduxan bu barədə hərtərəfli məlumatı olduğunu, hansı sənədlərin lazım olduğunu bildiyini demişdir. “Orxudan” adlı şəxs bütün lazımi sənədlərin hazırlanması üçün 500 (beş yüz) manat məbləğində pul tələb olunduğunu söyləmişdir. O, sənədlərin bir neçə gün ərzində artıq hazır olduğunu söyləmişdir. Daha sonra, hərbi hissədən icazə aldıqdan sonra hər üçü “Ford-focus” markalı avtomobillə oraya gələrək Orduxanla görüşmüşlər. Orduxan avtomobilə əyləşdikdən sonra onlara sənədlərinin hazır olduğunu və adını bilmədiyi idarəyə birlikdə gedərək həmin sənədləri ora verməli olduqlarını demişdir. Avomobillə gedərək adını xatırlmadığı üç mərtəbəli binanın qarşısında dayanmışlar. Dayandıqdan sonra onlar fərdi şəkildə həmin binaya daxil olub, içəri girdikdən sonra dəhlizin sonunda əyləşmiş qadına yaxınlaşaraq sığorta pulu ilə bağlı müraciət etmək istədiklərini bildirmişlər. Həmin qadın döyüşlərdə iştirak edibetməmələrini soruşmış, sənədləri aldıqdan bir aydan sonra sığorta pullarının ödəniləcəyini bildirmişdir. Həmin yerdən çıxdıqdan sonra Orduxan onlardan ayrılmışdır. Hadisədən 10- 15 gün keçəndən sonra, o, Təqsirləndirilən şəxs zəng edib pulun hansı səbəbdən ona köçürülmədiyinə soruşub. Daha sonra isə, öz pulunu geri istəmişdir. Arayışların saxta olub-olmadığından bir məlumatı yox idi. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq komandiri, ehtiyatda olan polkovnik-leytenant Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 17 dekabr N0NN-ci il tarixdən 05 noyabr N0N4-cü il tarixədək Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən N nömrəli hərbi hissəsinin komandiri vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində xidmətdə olmuş, 05 noyabr N0N4-cü il tarixdə ordu sıralarından ehtiyata buraxılmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları, gizir Şahid1, gizir ŞahidN, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, kiçik çavuş X11, əsgər X14 və əsgər Təqsirləndirilən şəxs tərəfindən sığorta ödənişinin verilməsi üçün təqdim edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0N3-cü il N0 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası” nın 1 nömrəli əlavəsinə uyğun formada tərtib edilmiş “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair” xx.xx.N0N3-cü il tarixli N7091, xx.xx.N0N4-cü il tarixli 17834, xx.xx.N0N3-cü il tarixli 4841N, xx.xx.N0N3-cü il tarixli 14318 və xx.xx.N0N4-cü il tarixli 196N10 arayışlar saxta olmaqla onun tərəfindən imza edilməmiş, arayışlardakı imzalar ümumiyyətlə ona aid olmamışdır. Həmin arayışların hansı qaydada və kimin tərəfindən hazırlanması barədə məlumatı olmamış, həmçinin həmin arayışlardakı xaric olma nömrələri də həqiqətə uyğun olmamışdır. Hərbi qulluqçu xidmətdə olduğu zaman xidməti tapşırığı yerinə yetirilməsi ilə bağlı hər hansı bir xəsarət alarsa bu barədə hərbi hissənin tibb məntəqəsində “zədələnmələrin qeydiyyatı” kitabında qeydə alınmış, bundan sonra, həmin hərbi qulluqçuya xəsarəti ilə bağlı sığorta ödənişi alınması üçün Forma 11 deyilən sənəd verilməsi nəzərdə tutulmuşdur ki, həmin sənəddə də xəsarət alması ilə bağlı məlumatlar qeyd olunmuşdur. Forma 11 sənədi əsasında isə hərbi qulluqçuya Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0N3-cü il N0 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası” nın 1 nömrəli əlavəsinə uyğun formada tərtib edilmiş “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair” arayış verilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin sənədlərindən görünür ki, xx.xx.N0N5-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 3N0.N-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş N9 may N0N4-cü il tarixli müraciət vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs N9 may N0N4-cü il tarixdə saat 10:07-də dövlət icbari şəxsi sığorta ödənişlərinin təyin edilməsi ilə bağlı ərizə ilə 4 saylı Bakı DOST Mərkəzinə müraciət etmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N9 dekabr N0N1-ci il tarixli 367 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin N3 dekabr N0N1-ci il tarixli 0130əç nömrəli əmri ilə N nömrəli hərbi hissəsinin 1-ci taborun rabitə taqımın kabel-xətt manqasının sürücü-xətt nəzarətçisi vəzifəsinə təyin edildiyinə görə N9 dekabr N0N1-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilmiş və bütün növ təminatlara qoyulmaqla vəzifəsinin icrasına başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N noyabr N0N4-cü il tarixli 336 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 1-ci taborun rabitə taqımın kabel-xətt manqasının sürücü-xətt nəzarətçisi vəzifəsindən xüsusi əməliyyat taborun döyüş dəstək taqımının N-ci texniki müşahidə qrupun sürücü-radiotelefonçusu vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N3-cü il tarixli N76 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Kəlbəcər rayonunda cəmləşən 1-ci taborun hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs döyüş tapşırıqlarının icrası ilə əlaqədar N sentyabr N0N3-cü il tarixdən Kəlbəcər rayonu Çərəktar yaşayış məntəqəsindən Heyvalı yaşayış məntəqəsi istiqamətində lokal antiterror döyüş əməliyyatlarına cəlb edilmişdir. Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzindən daxil olmuş 19 dekabr N0N4-cü il tarixli 570N nömrəli sorğuya cavabdan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları, gizir Şahid1, gizir ŞahidN, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, kiçik çavuş X11, əsgər X14 və əsgər Təqsirləndirilən şəxs adına Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin və Regional Məhkəmə-X5 arxiv məlumatlarında məhkəmə-tibbi müayinədən keçmələri haqqında heç bir məlumat yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə sənədlərin texniki ekspertizasının xx.xx.N0N5-ci il tarixli, 5/N4 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına” dair ŞahidN adına xx.xx.N0N3-cü il tarixli N7091 nömrəli, X4 adına xx.xx.N0N3-cü il tarixli 4841N nömrəli, Şahid1 adına xx.xx.N0N4-cü il tarixli 17834 nömrəli, Təqsirləndirilən şəxs adına xx.xx.N0N3-cü il tarixli 14318 nömrəli, X10 adına xx.xx.N0N4cü il tarixli 196N10 nömrəli arayışlarda və “Xəsarətin dərəcəsinə və səbəbinə” dair ŞahidN adına xx.xx.N0N3-cü il tarixli 178N nömrəli, X4 adına xx.xx.N0N3-cü il tarixli N701N nömrəli, Şahid1 adına xx.xx.N0N3-cü il tarixli 7413 nömrəli, Təqsirləndirilən şəxs adına xx.xx.N0N3-cü il tarixli 4N161 nömrəli, X10 adına xx.xx.N0N3-cü il tarixli N0176 nömrəli arayışlarda olan ştamp və möhür əksləri şırnaqlı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına” dair ŞahidN adına xx.xx.N0N3-cü il tarixli N7091 nömrəli, X4 adına xx.xx.N0N3-cü il tarixli 4841N nömrəli, Şahid1 adına xx.xx.N0N4-cü il tarixli 17834 nömrəli, Təqsirləndirilən şəxs adına xx.xx.N0N3-cü il tarixli 14318 nömrəli, X10 adına xx.xx.N0N4cü il tarixli 196N10 nömrəli arayışlardakı ştamp əkslərinin təsvirləri ekspertizaya təqdim edilmiş N nömrəli hərbi hissənin ştampının eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Təqdim edilmiş “Xəsarətin dərəcəsinə və səbəbinə” dair ŞahidN adına xx.xx.N0N3-cü il tarixli 178N nömrəli, X4 adına xx.xx.N0N3-cü il tarixli N701N nömrəli, Şahid1 adına xx.xx.N0N3-cü il tarixli 7413 nömrəli, Təqsirləndirilən şəxs adına xx.xx.N0N3-cü il tarixli 4N161 nömrəli, X10 adına xx.xx.N0N3-cü il tarixli N0176 nömrəli arayışlardakı möhür əkslərinin təsvirləri ekspertizaya təqdim edilmiş N nömrəli hərbi hissənin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına” dair ŞahidN adına xx.xx.N0N3-cü il tarixli N7091 nömrəli, X4 adına xx.xx.N0N3-cü il tarixli 4841N nömrəli, Şahid1 adına xx.xx.N0N4-cü il tarixli 17834 nömrəli, Təqsirləndirilən şəxs adına xx.xx.N0N3-cü il tarixli 14318 nömrəli, X10 adına xx.xx.N0N4-cü il tarixli 196N10 nömrəli arayışlardakı möhür əkslərinin təsvirləri ekspertizaya təqdim edilmiş N nömrəli hərbi hissənin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. Təqdim edilmiş “Xəsarətin dərəcəsinə və səbəbinə” dair ŞahidN adına xx.xx.N0N3-cü il tarixli 178N nömrəli, X4 adına xx.xx.N0N3-cü il tarixli N701N nömrəli, Şahid1 adına xx.xx.N0N3-cü il tarixli 7413 nömrəli, Təqsirləndirilən şəxs adına xx.xx.N0N3-cü il tarixli 4N161 nömrəli, X10 adına xx.xx.N0N3-cü il tarixli N0176 nömrəli arayışlardakı ştamp əkslərinin təsvirləri ekspertizaya təqdim N nömrəli hərbi hissənin ştampının eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.N0N5-ci il tarixli, 4/64 №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, “baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına” dair xx.xx.N0N3-cü il tarixli N7091 nömrəli, xx.xx.N0N3-cü il tarixli 4841N nömrəli, xx.xx.N0N4-cü il tarixli 17834 nömrəli, xx.xx.N0N3-cü il tarixli 14318 nömrəli, xx.xx.N0N4-cü il tarixli 196N10 nömrəli “Arayışlar”ın aşağı hissələrində “N nömrəli hərbi hissə komandiri polkovnik-leytenant Şahid3” qrafalarında olan imzalar - Şahid3 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş, “xəsarətin dərəcəsinə və səbəbinə” dair xx.xx.N0N3-cü il tarixli 178N nömrəli, xx.xx.N0N3-cü il tarixli N701N nömrəli, xx.xx.N0N3-cü il tarixli 7413 nömrəli, xx.xx.N0N3-cü il tarixli 4N161 nömrəli, xx.xx.N0N3-cü il tarixli N0176 nömrəli “Arayışlar”da “Komissiyanın sədri: tibb xidmət mayoru” qrafalarında “Şahid4” yazılarının qarşılarında olan imzalar - Şahid4 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş, “xəsarətin dərəcəsinə və səbəbinə” dair xx.xx.N0N3-cü il tarixli 178N nömrəli, xx.xx.N0N3cü il tarixli N701N nömrəli, xx.xx.N0N3-cü il tarixli 7413 nömrəli, xx.xx.N0N3-cü il tarixli 4N161 nömrəli, xx.xx.N0N3-cü il tarixli N0176 nömrəli “Arayışlar”da “Komissiyanın katibi:” qrafalarında “Şahid5” yazılarının qarşılarında olan imzalar Şahid5 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən daxil olmuş N dekabr N0N4-cü il tarixli N6734 nömrəli sorğuya cavabdan görünür ki, 1) Gizir Şahid1 N0N3-cü il ərzində N nömrəli hərbi hissədə stasionar müalicədə olmamış, hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilməmiş, xx.xx.N0N3-cü il tarixdə N nömrəli hərbi hissənin poliklinika bölməsində N0N3-cü ilin dispanser müayinəsindən keçirilmiş, lakin müayinələrin nəticəsini təqdim etməmişdir. N) Gizir ŞahidN N0N3-cü il ərzində N nömrəli hərbi hissədə stasionar müalicədə olmamış, hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilməmiş, xx.xx.N0N3-cü il tarixdə N nömrəli hərbi hissənin poliklinika bölməsində N0N3-cü ilin dispanser müayinəsindən keçirilmiş, lakin müayinələrin nəticəsini təqdim etməmişdir. 3) MAHHXHQ kiçik çavuş X11 N0N3-cü il ərzində N nömrəli hərbi hissədə stasionar müalicədə olmamış, hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilməmiş, xx.xx.N0N3-cü il tarixdə N nömrəli hərbi hissənin poliklinika bölməsində N0N3-cü ilin dispanser müayinəsindən keçirilmiş, “Sağlam” rəyi verilmişdir. 4) MAHHXHQ əsgər X14 N0N3-cü il ərzində N nömrəli hərbi hissədə stasionar müalicədə olmamış, hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilməmiş, xx.xx.N0N3-cü il tarixdə N nömrəli hərbi hissənin poliklinika bölməsində N0N3-cü ilin dispanser müayinəsindən keçirilmiş, lakin müayinələrin nəticəsini təqdim etməmişdir. 5) MAHHXHQ əsgər Təqsirləndirilən şəxs N0N3-cü il ərzində N nömrəli hərbi hissədə stasionar müalicədə olmamış, hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilməmiş, xx.xx.N0N3-cü il tarixdə N nömrəli hərbi hissənin poliklinika bölməsində N0N3-cü ilin dispanser müayinəsindən keçirilmiş, “Diffuz toksiki ur” diaqnozu müəyyən edilmiş, “Müdafiə Nazirliyinin Baş Klinik hospitalına müayinəyə göndərilməsi məsləhətdir” rəyi verilmişdir. Habelə, həkim-mütəxəssislərin qeydləri və müayinələrin nəticələri hərbi qulluqçuların tibb kitabçalarına qeyd edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən daxil olmuş N7 dekabr N0N4-cü il tarixli 1841 nömrəli sorğuya cavabdan görünür ki, gizir Şahid1 xx.xx.N0N4-cü il tarixli 17834, gizir ŞahidN xx.xx.N0N3-cü il tarixli N7091, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, kiçik çavuş X8 xx.xx.N0N3-cü il tarixli 4841N, əsgər X1N xx.xx.N0N4-cü il tarixli 196N10 və əsgər Təqsirləndirilən şəxs xx.xx.N0N3-cü il tarixli 14318 nömrəli “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair” arayışlar verilməmişdir. XN Sistemindən əldə olunmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən təqdim edilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi cəhətdən xarakterizə edilmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Şahid1 CM-in 3N0.N-ci maddəsində nəzərdə tutulan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Orduxan adlı şəxsin ona təqdim etdiyi sənədlərin saxta olmasından məlumatı olmamasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Belə ki, araşdırma zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs N8 may N0N4-cü il tarixdə Orduxan adlı şəxslə görüşdükdən sonra saat 17 radələrində ayrılmış, növbəti gün, yəni N9 may N0N4-cü il tarixdə saat 10:34-də sənədləri DOST mərkəzinə təqdim etmişlər. Belə olan halda Təqsirləndirilən şəxs hərbi qulluqçu olmaqla hərbi hissədən qeyd olunan qısa vaxt ərzində və iş vaxtından sonra həmin sənədlərin qanuni yolla əldə edilməsinin qeyri-real olmasını bilməməsi, həmçinin özünün rəsmi müraciəti olmadan həmin sənədlərin başqa şəxs tərəfindən götürülməsinin də qeyri-mümkün olduğunu bilməməsi ağlabatan deyil. Beləliklə ibtidai istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs əməlini CM-in 3N0.N-ci maddəsinə tövsif etmiş, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını (CM-nin 59.1.4) və N sentyabr N0N3-cü il tarixdə keçirilən lokal xarakterli antiterror əməliyyatlarında iştirakını (CM 59.N) cəzasını yüngülləşdirən hal olaraq qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin hazırda hərbi qulluqçu olduğunu nəzərə alınaraq barəsində təqsirli bilindiyi CM-in 3N0.N-ci maddəsində nəzərdə tutulan islah işləri cəzasının əvəzinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət böyük ictimai təhlükə törətməyən cinayət olmaqla həmçinin onun 19-N0 sentyabr N0N3-cü il tarixdə keçirilən lokal xarakterli antiterror əməliyyatlarında iştirakı onun barəsində məhz azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini zəruri edir. CM-in 50.1-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. Qeyd olunur ki, məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzanın növünü və həcmini müzakirə edərkən müəyyən edilmiş zəruri hallara əsasən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral N017-ci il tarixli sərəncamının 13.3-cü bəndində qeyd edilmiş tövsiyələrə uyğun olaraq təqsirləndirilən şəxsə onların təqslirli bilindiyi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının əvəzinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsinin onun şəxsiyyətinə uyğun olmaqla yanaşı, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərinə nail olmaq üçün kifayət edəcəyi qənaətinə gəlir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N0.N-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində aylıq pul təminatından dövlət nəfinə 10% məbləğində pul tutularaq 3 (üç) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının çəkilməsi müddətinin başlanğıcı aylıq pul təminatının dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş hərbi xidmət üzrə məhdudlaşdırma cəzası icra olunması üçün təqsirləndirilən şəxsin hərbi xidmət keçdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsin komandanlığına, hərbi xidmət yerini dəyişdikdə isə müvafiq hərbi hissənin komandanlığına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan N0 (iyirmi) gün müddətinə Bakı Hərbi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. XN1
Məhkəmə qərarları › İş №1-1(093)-75/2025
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-75/2025
05.05.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver