Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-76/2023 15.05.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi prokurorluğunun XN üzrə şöbənin böyük prokuroru, ədliyyə polkovnik leytenantı Dövlət ittihamçısı və müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X6 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1998-ci il tarixdə Şamaxı rayonunun Məlhəm kəndində anadan olmuş, Şamaxı rayonunun Məlhəm kəndində qeydiyyatda olmaqla Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci taborunun 6-cı bölüyünün N-ci taqımının N-ci qrupunun kəşfiyyatçı-heyət nəfəri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – çavuş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs hərbi qulluqçu olaraq sənədi saxtalaşdırmaqla hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmışdır. Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci taborunun 6-cı bölüyünün N-ci taqımının N-ci qrupunun kəşfiyyatçı-heyət nəfəri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – çavuş hərbi rütbəsində xidmətdə olarkən xüsusi təyinatlı hərbi qulluqçuların təməl kurslarında iştirak etmək məqsədi ilə N nömrəli hərbi hissə komandirinin N noyabr N0NN-ci il tarixli 337 nömrəli əmrinə əsasən N noyabr N0NN-ci il tarixdən 09 may N0N3-cü il tarixədək, yəni 6 (altı) ay müddətinə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəyə ezam edilməklə N nömrəli hərbi hissənin komandanlığı tərəfindən ona N noyabr N0NN-ci il tarixli 4350 nömrəli ezamiyyət vəsiqəsi təqdim edilmişdir. Təqsirləndirilən şəxs N noyabr N0NN-ci il tarixdən 13 noyabr N0NN-ci il tarixədək N nömrəli hərbi hissədə kursda iştirak etdiyi müddətdə şəxsi problemləri yaranmış və o, kurslardan imtina edəcəyi halda bu barədə N nömrəli hərbi hissəyə məlumat verilməyəcəyini düşünərək xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmaqla şəxsi problemlərini həll etmək qərarına gəlib 13 noyabr N0NN-ci il tarixdə N nömrəli hərbi hissənin komandanlığına kursdan xaric olmaqla bağlı müraciət etmiş, həmin müraciəti əsasında N noyabr N0NN-ci il tarixdə kursdan xaric edilərək N nömrəli hərbi hissənin nümayəndəsi tərəfindən ona 4350 nömrəli ezamiyyət vəsiqəsi təqdim edilmiş və Təqsirləndirilən şəxs ən geci həmin gün, yəni N noyabr N0NN-ci il tarixdə iş vaxtının sonunadək N nömrəli hərbi hissəyə qayıtması tapşırılmışdır. Həmin vəsiqədə aparılmış qeydlərə əsasən, həmçinin N nömrəli hərbi hissə komandanlığının göstərişi ilə Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəyə qayıtmalı olduğu halda, şəxsi problemlərini həll etmək üçün xidmət yerinə getməməklə bağlı niyyətini həyata keçirmək məqsədi ilə ezamiyyət vəsiqəsində N nömrəli hərbi hissəyə qayıtma tarixinə dair qeydlər üzərində sonradan düzəlişlər etməyi düşünərək N nömrəli hərbi hissədən çıxdıqdan sonra valideynlərinin yaşadığı Şamaxı rayonunun Məlhəm kəndinə getmiş, N (on) gün, yəni N4 noyabr N0NN-ci il tarixədək həmin yerdə qalmaqla şəxsi problemlərini həll etmiş, N4 noyabr N0NN-ci il tarixdə Şamaxı rayonundan çıxaraq həmin gün saat 17:30-da N nömrəli hərbi hissənin qarşısına çatmış, hərbi hissəyə daxil olmazdan öncə bir qədər kənara çəkilib heç kimin onu görmədiyi yerdə ilkin niyyətini reallaşdıraraq 4350 nömrəli ezamiyyət vəsiqəsində hərbi hissəyə qayıtma vaxtı kimi qeyd edilmiş “14” yazısının “1” rəqəmi üzərində göy rəngli qələmlə düzəliş edib həmin rəqəmi “N” rəqəminə dəyişməklə hərbi hissəyə qayıtma tarixinin N4 noyabr N0NN-ci il tarixi kimi yazdıqdan sonra həmin gün qeyd olunan vəsiqəni N nömrəli hərbi hissəyə təqdim etmişdir. Bununla da o, sənədi saxtalaşdırmaqla N noyabr N0NN-ci il tarixdən N4 noyabr N0NN-ci il tarixədək hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli aşağıda göstərilən vəziyyətdə törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, N sentyabr N0NN-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunaraq xidmət etməyə başlamışdır. Hazırda həmin hərbi hissənin N-ci taborunun 6-cı bölüyünün N-ci taqımının N-ci qrupunun kəşfiyyatçı-heyət nəfəri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – çavuş hərbi rütbəsində xidmət edir. N nömrəli hərbi hissədə xidmətdə olarkən N0NN-ci ilin oktyabr ayında Xüsusi Təyinatlı Qüvvələrin adını bilmədiyi yüksək rütbəli hərbi qulluqçusu N nömrəli hərbi hissəyə gələrək 05N nömrəli hərbi hissənin tabeliyində olan hərbi qurumlarda kurslara cəlb olunmaq üçün hərbi qulluqçular seçmişdir. O, həmin kurslarda iştirak etmək üçün seçilmişdir. N nömrəli hərbi hissənin komandiri, polkovnik-leytenant Emin Hümbətovun əmrinə əsasən N noyabr N0NN-ci il tarixdən 09 may N0N3-cü il tarixədək 6 (altı) ay müddətinə N nömrəli hərbi hissəyə ezam edilmişdir. N noyabr N0NN-ci il tarixdən N nömrəli hərbi hissədə keçirilən təməl kurslarında iştirak etməyə başlamışdır. Kursda olduğu vaxtlarda onun bəzi şəxsi problemləri yaranmış, şəxsi problemlərinin həll olunması və kursların çətin olması səbəbindən Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində xidmət keçməyə razı olmamışdır. Kurs zamanı gündəlik təlimlər fiziki cəhətdən çətin olmuş və kurs müddəti ərzində mobil telefon istifadə etmək qadağan olunmuş, buna görə də ailə üzvləri ilə əlaqə saxlaya bilməmiş, həmçinin kurs müddəti ərzində yaşadığı Şamaxı rayonuna getməsi mümkün olmamışdır.O, kursdan imtina edərək kursdan xaric olacağı halda bu barədə N nömrəli hərbi hissənin məlumatının olmayacağını və N nömrəli hərbi hissədən çıxdıqdan sonra problemlərini həll etmək üçün rahatlıqla evə gedə biləcəyini fikirləşmişdir. 13 noyabr N0NN-ci il tarixdə N nömrəli hərbi hissədə keçirilən kurslara nəzarət edən adını xatırlamadığı hərbi qulluqçuya yaxınlaşaraq kurslardan xaric edilməsini xahiş etmiş və bu barədə N nömrəli hərbi hissənin komandirinə məruzə olunduqdan sonra həmin kurslardan xaric edilmişdir. Sonra N nömrəli hərbi hissənin rəhbərliyi tərəfindən N noyabr N0NN-ci il tarixdə N nömrəli hərbi hissəyə qayıtması barədə tapşırıq verilmişdir. Bu barədə ezamiyyət vəsiqəsinin arxa sol hissəsində qeydlər aparıldıqdan sonra həmin vəsiqə ona təqdim olunmuş və ezamiyyət vəsiqəsinin arxa sol hissəsində “xx.xx.N0NN-ci il, N nömrəli hərbi hissədən getdi” sözləri yazıldığından ona həmin gün, ən geci isə növbəti gün səhər saatlarında N nömrəli hərbi hissədə olması tapşırılmışdır. O, ezamiyyət vəsiqəsini N nömrəli hərbi hissədən təhvil alıb hərbi hissədən çıxdıqdan sonra N nömrəli hərbi hissəyə qayıtdıqda hərbi hissədə ona vəzifəsinə uyğun tapşırıqlar veriləcəyini, müxtəlif xidmətlərə təyin ediləcəyini, habelə digər vəzifələrini yerinə yetirməli olacağını, bu səbəbdən də şəxsi problemlərini həll etmək üçün Şamaxı rayonuna gedə bilməyəcəyini fikirləşib şəxsi problemlərini həll etmək üçün valideynlərinin yaşadığı Şamaxı rayonunun Məlhəm kəndinə getmək qərarına gəlmişdir. Xidmət yeri olan N nömrəli hərbi hissəyə hansı tarixdə qayıdacağını əvvəlcədən dəqiq bilmədiyi üçün ona təqdim edilən ezamiyyət vəsiqəsinin üzərində həmin vaxt düzəliş etməmiş, hərbi hissəyə qayıtdıqda hərbi hissədə olmadığı günlərə uyğun olaraq ezamiyyət vəsiqəsindəki tarix hissəsinə rahatlıqla düzəliş edərək həmin tarixi hərbi hissəyə qayıtdığı tarixə dəyişəcəyini, bununla da o, N nömrəli hərbi hissədən N noyabr N0NN-ci il tarixdə çıxdığının bilinməyəcəyini, hərbi hissədə olmadığı günlərə görə də məsuliyyətə cəlb olunmayacağını fikirləşmişdir. N nömrəli hərbi hissədən çıxdıqdan sonra ailəsinin yaşadığı Şamaxı rayonunun Məlhəm kəndinə getmiş, N4 noyabr N0NN-ci il tarixədək həmin kənddə yaşadıqları evdə qalmış və problemlərimi aradan qaldırdıqdan sonra, N4 noyabr N0NN-ci il tarixdə N nömrəli hərbi hissəyə qayıtmaq üçün Şamaxı şəhərinin avtovağzalından taksi ilə N nömrəli hərbi hissənin qarşısına gəlmişdir. Həmin gün saat N radələrində hərbi hissənin qarşısına çatdıqda üzərində olan ezamiyyət vəsiqəsini cibindən çıxarıb heç kimin onu görə bilməyəcəyi yerə çəkilərək ezamiyyət vəsiqəsinin üzərində rahat düzəliş etmək üçün ezamiyyət vəsiqəsini 4 hissəyə qatlayıb iş vəsiqəsinin üzərinə qoymuş və cibindən göy rəngli yazan qələmi çıxarıb ezamiyyət vəsiqəsinin “N nömrəli hərbi hissədən getdi” hissəsində N nömrəli hərbi hissənin nümayəndəsi tərəfindən yazılmış “14” rəqəminin “1” rəqəmi üzərində düzəliş edərək həmin rəqəmi “N” rəqəminə dəyişib hərbi hissənin rəsmi sənədi hesab edilən ezamiyyət vəsiqəsində N noyabr N0NN-ci il tarixinə N4 noyabr N0NNci il tarix kimi saxta düzəliş etmişdir. Qeyd olunan əməli törədərkən məqsədi həmin müddətlərdə evdə olduğu üçün məsuliyyətdən yayınmaq olmuşdur. O, ezamiyət vəsiqəsinin rəqəmini saxtalaşdırarkən əməlinin qanunsuz olduğunu dərk etmişdir. O, həmin gün saat N radələrində hərbi hissəyə daxil olub ezamiyyət vəsiqəsini polkovnikleytenant Şahid1 təqdim etmiş, həmin vaxt Şahid1 ondan nə üçün ezamiyyətdən hərbi hissəyə vaxtında qayıtmadığını soruşmuşdur. Ona N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə onun N noyabr N0NN-ci il tarixdən N nömrəli hərbi hissədən çıxması barədə məlumat verildiyini bildirdikdə o, artıq bu barədə N nömrəli hərbi hissənin rəhbərliyinin məlumatı olduğunu başa düşərək ezamiyət vəsiqəsinin tarixi üzərində düzəliş etdiyini etiraf etmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədən bağışlnmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 məhkəməyə ifadə verib göstərdi ki, N0NN-ci ilin oktyabr ayında Xüsusi Təyinatlı Qüvvələrin yüksək rütbəli hərbi qulluqçuları N nömrəli hərbi hissəyə gələrək 05N nömrəli hərbi hissənin tabeliyində olan hərbi qurumlarda keçiriləcək kurslarda iştirak etmək, həmin kursları keçdikdə isə Xüsusi Təyinatlı hərbi hissələrində xidmət etmək istəyən hərbi qulluqçuların seçimini həyata keçirmişlər. N nömrəli hərbi hissənin N-ci taborunun 6-cı bölüyünün N-ci taqımının N-ci qrupunun kəşfiyyatçı-heyət nəfəri vəzifəsində, çavuş hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxs Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək istədiyindən, tələb olunan meyarlara uyğun gəldiyindən kurslarda iştirak etmək üçün seçilmişdir. N nömrəli hərbi hissənin komandiri, polkovnik-leytenant Emin Hümbətovun N noyabr N0NN-ci il tarixli 337 nömrəli əmrinə əsasən Təqsirləndirilən şəxs N noyabr N0NN-ci il tarixdən 09 may N0N3cü il tarixədək 6 (altı) ay müddətinə N nömrəli hərbi hissəyə ezam edilib növbəti gündən həmin hərbi hissədə keçirilən təməl kurslarında iştirak etməyə başlamışdır. O, N3 noyabr N0NN-ci il tarixdə N nömrəli hərbi hissənin nizami hissəsinə daxil olmuş N nömrəli hərbi hissənin komandiri tərəfindən yazılmış N noyabr N0NN-ci il tarixli, 1903 nömrəli məlumat məktubuna əsasən hərbi hissənin komandiri, o, eləcə də digər aidiyyəti məsul hərbi qulluqçular öyrənmişlər ki, Təqsirləndirilən şəxs öz istəyi ilə, valideynlərinin razı olmaması səbəbinə görə N nömrəli hərbi hissədə keçirilən təməl kurslarında iştirak etməkdən imtina edərək həmin kurslardan xaric edilməsini xahiş etmişdir. N nömrəli hərbi hissənin rəhbərliyi tərəfindən təməl kurslarından xaric edilmiş, buna görə də N nömrəli hərbi hissənin komandirinin qərarına əsasən N noyabr N0NN-ci il tarixdə N nömrəli hərbi hissəyə göndərilmişdir. Onlar həmin məktubla tanış olduqdan sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs N noyabr N0NN-ci il tarixdə iş vaxtının sonunadək hərbi hissəyə qayıtmalı olduğu halda geri qayıtmamışdır. O, Təqsirləndirilən şəxs harada olmasını dəqiqləşdirmək məqsədi ilə mobil telefonuna zəng etdikdə Təqsirləndirilən şəxs zəngə cavab verməmiş, sonra isə telefonuna zəng çatmamışdır. Növbəti gün N4 noyabr N0NN-ci il tarixdə saat 17:30-da hərbi hissədə olduğu vaxt Təqsirləndirilən şəxs hərbi hissəyə qayıtması barədə ona məruzə olunmuş, o, saat 17:30-da hərbi hissədə Təqsirləndirilən şəxs qəbul etdikdə sonuncu cibindən ezamiyyət vəsiqəsini çıxarıb ona təqdim edərək təməl kurslarında iştirak etməkdən könüllü şəkildə imtina etdiyi üçün N4 noyabr N0NN-ci il tarixdə kurslardan xaric edildiyini, buna görə də verilmiş ezamiyyət vəsiqəsinə əsasən bu gün, N4 noyabr N0NN-ci il tarixdə N nömrəli hərbi hissədən çıxaraq N nömrəli hərbi hissəyə qayıtdığını bildirmişdir. O, ezamiyyət vəsiqəsini Təqsirləndirilən şəxs alıb ezamiyyət vəsiqəsinin arxa sol tərəfinə baxdıqda “N nömrəli hərbi hissədən getdi” hissəsində “xx.xx.N0NN” yazıldığını, “N4” yazısındakı “N” rəqəminin üzərində dəyişiklik edildiyini, “4” rəqəminin altında ağardıcı maddənin olduğunu görmüşdür. Təqsirləndirilən şəxs nə üçün ezamiyyət vəsiqəsindəki tarixlərdə qaralama və düzəlişlər olduğunu soruşduqda sonuncu bir qədər həyəcanlı şəkildə bu barədə məlumatının olmadığını bildirmişdir. O, Təqsirləndirilən şəxs “hər şeydən xəbərimiz var, sən N noyabrda kurslardan xaric edilib hərbi hissəyə qayıtmalıydın, N nömrəli hərbi hissədən bizə bu barədə rəsmi məlumat məktubu daxil olub, sən isə görünür N noyabr yazısını N4 noyabr yazısı ilə əvəz edib öz aləmində bizi aldatmaq istəmisən” sözlərini demişdir. Təqsirləndirilən şəxs etdiyi qanunsuzluğu tam şəkildə etiraf edərək həqiqətən də N nömrəli hərbi hissədən təqdim edilmiş ezamiyət vəsiqəsinə əsasən N noyabr N0NN-ci il tarixdə N nömrəli hərbi hissəyə qayıtmalı olduğunu, lakin həmin gün N nömrəli hərbi hissədən çıxdıqdan sonra valideynlərini görmək üçün yaşadıqları Şamaxı rayonunun Məlhəm kəndinə getmişdir. N4 noyabr N0NN-ci il tarixədək həmin kənddə valideynlərinin yanında olmuşdur. N4 noyabr N0NN-ci il tarixdə Şamaxı şəhərindən çıxaraq N nömrəli hərbi hissəyə qayıtdığını, hərbi hissəyə daxil olmazdan öncə N gün müddətində xidmət yerində olmadığından, yəni heç bir üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmadığından barəsində araşdırma təyin edilərək məsuliyyətə cəlb edilməsinin qarşısını almaq məqsədi ilə ezamiyyət vəsiqəsinin sol arxa tərəfindəki “getdi” hissəsində N nömrəli hərbi hissənin nümayəndəsi tərəfindən yazılmış “14” rəqəminin “1” rəqəmi üzərində düzəliş edərək həmin rəqəmi “N” rəqəmi ilə əvəz etdiyini demişdir. Təqsirləndirilən şəxs həmin qanunsuz hərəkəti barədə N (on) gündən artıq müddətdə hərbi hissəyə qayıtmaması barədə, həmçinin hərbi hissəyə qayıdarkən rəsmi sənəd olan ezamiyyət vəsiqəsinin rəqəmləri üzərində saxta düzəliş etməsi barədə raportlar yazaraq hərbi hissə komandanlığına təqdim etmişdir. O, sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə keçirilən kursdan imtina etməsinə səbəb kimi valideynlərinin razı olmamasını göstərsə də, əslində öz şəxsi problemləri olduğu üçün kurslardan imtina etmiş və barəsində pis fikir formalaşmaması üçün yalandan valideynlərinin razı olmadığını demişdir. Şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları: leytenant Şahid3 və leytenant Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə olunmuş Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi rəisinin N8 sentyabr N0NN-ci il tarixli N34 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 və 38.1.Nci maddələrinə və “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 33-cü maddəsinin “b” və 7N-ci maddəsinin “v” bəndinə müvafiq olaraq N0NN-ci ilin sentyabr ayında “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu”nu bitirmiş çavuş Təqsirləndirilən şəxs Azərbaycan Ordusunda bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilmiş və N8 sentyabr N0NN-ci il tarixdən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların həqiqi hərbi xidmətinə daxil olma haqqında bağlaşmadan aydın olur ki, çavuş Təqsirləndirilən şəxs 3 (üç) il müddətinə, yəni N8 sentyabr N0N5-ci il tarixədək müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N sentyabr N0NN-ci il tarixli N93 nömrəli əmrindən edilmiş çıxarışdan məlum olur ki, çavuş Təqsirləndirilən şəxs Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzindən gəldiyinə görə N sentyabr N0NN-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş, hərbi hissə komandirinin sərəncamında saxlanılmış və 01 oktyabr N0NN-ci il tarixdən qazan təminatına qoyulmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N oktyabr N0NN-ci il tarixli 315 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – çavuş Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin N-ci əməliyyat taborunun 6-cı əməliyyat bölüyünün N-ci əməliyyat taqımının N-ci əməliyyat qrupunun kəşfiyyatçı – heyət nəfəri vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N noyabr N0NN-ci il tarixli 337 nömrəli əmrindən edilmiş çıxarışdan aydın olur ki, N nömrəli hərbi hissənin N-ci əməliyyat taborunun 6-cı əməliyyat bölüyünün N-ci əməliyyat taqımının N-ci əməliyyat qrupunun kəşfiyyatçı heyət nəfəri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – çavuş Təqsirləndirilən şəxs N noyabr N0NN-ci il tarixdən 6 (altı) ay müddətinə N nömrəli hərbi hissəyə ezamiyyətə getmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N noyabr N0NN-ci il tarixli 319 nömrəli əmrindən edilmiş çıxarışdan məlum olur ki, hərbi hissədə təşkil olunan “N6-cı dövr təməl xüsusi təyinatlı” kursunda iştirak etmək üçün N nömrəli hərbi hissədən ezamiyyətə gəlmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – çavuş Təqsirləndirilən şəxs 11 noyabr N0NN-ci il tarixdən xüsusi norma üzrə qazan təminatına qoyulmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N noyabr N0NN-ci il tarixli 3N3 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissədə təşkil olunan “N6cı dövr təməl xüsusi təyinatlı” kursunda iştirak etmək üçün N nömrəli hərbi hissədən ezamiyyətə gəlmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – çavuş Təqsirləndirilən şəxs kursa yararsız olduğu üçün N noyabr N0NN-ci il tarixdən xüsusi norma üzrə qazan təminatından çıxarılmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N4 noyabr N0NN-ci il tarixli 354 nömrəli əmrindən edilmiş çıxarışdan məlum olur ki, N nömrəli hərbi hissənin Nci əməliyyat taborunun 6-cı əməliyyat bölüyünün N-ci əməliyyat taqımının N-ci əməliyyat qrupunun kəşfiyyatçı heyət nəfəri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – çavuş Təqsirləndirilən şəxs N noyabr N0NN-ci il tarixdə N nömrəli hərbi hissədə təşkil olunmuş “xüsusi təyinatlı təməl kursu”ndan xaric edilmiş, lakin xidməti yerinə qayıtmadığı üçün hərbi hissəni özbaşına tərk edən hərbi qulluqçuların siyahısına daxil edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N5 noyabr N0NN-ci il tarixli 355 nömrəli əmrindən edilmiş çıxarışdan aydın olur ki, N nömrəli hərbi hissənin N-ci əməliyyat taborunun 6-cı əməliyyat bölüyünün N-ci əməliyyat taqımının N-ci əməliyyat qrupunun kəşfiyyatçı heyət nəfəri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – çavuş Təqsirləndirilən şəxs N4 noyabr N0NN-ci il tarixdə saat 17:30-da xidmət yerinə qayıtdığı üçün hərbi hissəni özbaşına tərk edənlərin siyahısından çıxarılmış və qazan təminatına qoyulmuşdur. Cinayət işinin materiallarında olan N noyabr N0NN-ci il tarixli 1903 nömrəli məktubdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – çavuş Təqsirləndirilən şəxs valideynlərinin razı olmaması səbəbindən Xüsusi Təyinatlı Təməl kursundan xaric edilmiş və N nömrəli hərbi hissə komandirinin qərarına əsasən N noyabr N0NN-ci il tarixdə N nömrəli hərbi hissəyə göndərilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin müavini, polkovnik-leytenant Şahid1 tərəfindən tərtib edilmiş raportdan məlum olur ki, N-ci əməliyyat taborunun 6-cı əməliyyat bölüyünün N-ci əməliyyat taqımının N-ci əməliyyat qrupunun kəşfiyyatçı heyət nəfəri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – çavuş Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin N noyabr N0NN-ci il tarixli 1903 nömrəli məktubuna əsasən N noyabr N0NN-ci il tarixdə xüsusi təyinatlı təməl kursundan xaric edildiyinə görə xidməti yerinə qayıtmalı olduğu halda qayıtmamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin müavini, polkovnik-leytenant Şahid1 tərəfindən tərtib edilmiş raportdan görünür ki, N-ci əməliyyat taborunun 6-cı əməliyyat bölüyünün N-ci əməliyyat taqımının N-ci əməliyyat qrupunun kəşfiyyatçı heyət nəfəri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – çavuş Təqsirləndirilən şəxs N4 noyabr N0NN-ci il tarixdə saat 17:30-da xüsusi təyinatlı təməl kursundan xaric edildiyinə görə xidməti yerinə qayıtmış, ezamiyyət vəsiqəsini qəbul edərkən təyin olunan məntəqədən qayıtması barədə qeydlərdə hərbi hissədən çıxış tarixində düzəlişlər edilməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan «baxış keçirilməsi haqqında» protokoldan məlum olur ki, “4350” nömrəli ezamiyyət vəsiqəsinin arxa tərəfində Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədən getməsi ilə bağlı qeydlər olan hissəsində, onun getmə tarixi hissəsində yazılmış “N4 11 N0NN” rəqəmlərinə baxış keçirilərkən “N4” rəqəminin yazıldığı hissədə ağardıcı vasitənin izləri aşkar olunmuş, həmçinin “N” rəqəmi üzərində düzəlişlər edildiyi müəyyən edilmişdir. Bundan əlavə yuxarıda qeyd olunan hissənin sağ tərəfində Təqsirləndirilən şəxs gəlmə tarixi hissəsinə “N4 11 N0NN” rəqəmləri və “saat: 17:30” rəqəm və yazıları yazılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin N6 dekabr N0NN-ci il tarixli 4/1870-5/16N5 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş xx.xx.N0NN-ci il tarixli 4350 nömrəli Təqsirləndirilən şəxs adına verilmiş “ezamiyyət vəsiqəsi”nin arxa hissəsindəki “Hərbi Hissə N” məzmunlu möhür əksinin üzərində olan “N4” rəqəmlərindəki “N” rəqəminin yerində əvvəl “1” rəqəmi olmuş, sonradan üzərində düzəliş edilərək “N” rəqəminə dəyişdirilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş N0 fevral N0N3-cü il tarixli 1487 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Beləliklə, məhkəmə işdəki bütün sübutları araşdırıb, onların məcmusu ilə qiymətləndirərək Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi, onun özünün həmin cinayəti törətdiyini məhkəmə iclasında tam etiraf etməsilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirildi. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayətə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsindən başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.N-ci maddəsinə əsasən 59.1.14cü maddələrində göstərilməmiş başqa hallarda cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətdə təqsirini boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkməsini, hərbi xidmətini davam etdirmək arzusunda olmasını, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını və gənc olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, cavnlığını, xidmət etmək arzusunu, ilk dəfə cinayət törətməsini törətdiyi cinayəti səmimi etiraf edib peşimançılıq çəkməsini, həmçinin xidmət yeri üzrə müsbət xarakterizə olunmasını da nəzərə alıraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsinin sanksiyası həddində hərbi xidmət üzrə məhdudlaşdırılma cəzası təyin etməyi əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.N-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəcasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğində pul tutulur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.N-ci maddəsində göstərilənləri nəzərə alıb, Təqsirləndirilən şəxs aylıq pul təminatından 08% dövlət nəfinə tutulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxsn barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.N və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral N001-ci il tarixli qərarına və həmin qərara N7 yanvar N0N-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 3N (otuz iki) iş saatına görə 19N (yüz doxsan iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 18 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə məhkəmə məsrəfləri – N00 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq X3 hesabına köçürülməlidir. İş üzrə maddi sübut - ezamiyyət vəsiqəsi cinayət işinin materiallarında saxlanılmalıdır İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351- 353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Aylıq pul təminatından dövlət nəfinə 08 % məbləğdə pul tutulmaqla 4 (dörd) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökm icraya yönəldiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi 3N (otuz iki) iş saatına görə 19N (yüz doxsan iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 18 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. İş üzrə məhkəmə məsrəfləri – N00 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq X3 hesabına köçürülsün. İş üzrə maddi sübut - ezamiyyət vəsiqəsi cinayət işinin materiallarında saxlanılsın. Hökmdən N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Rafiq Abbasov
Məhkəmə qərarları › İş №1-1(093)-76/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-76/2023
15.05.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver