Məhkəmə qərarları › İş №1-1(093)-77/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-77/2023

08.05.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-77/2023 08.05.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ X6 Abbasovun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə mayoru Dövlət ittihamçısı, müdafiəçi-Bakı şəhəri N7 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx xxxxxx N001-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Neftçala rayonun, Qaramanlı kəndində yaşayan və qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət yerini üç aydan artıq özbaşına tərk etmişdir. Ağayev X4 Nazirliyinin N nömrəli hərbi hissəsinin maneə ləğvetmə taborunun 1-ci maneə ləğvetmə bölüyünün 1-ci mina təmizləmə qatımının N-ci mina təmizləmə manqasının baş istehkmçısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmətdə olarkən xx.xx.N-ci il tarixdə saat 1N:00da xidmət yerini özbaşına tərk edib getmiş və xx.xx.N3-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlməklə üç aydan artıq xidmət yerini özbaşına tərk etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.4-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, yuxarıda qeyd olunan vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən xx.xx.N-ci il tarixdə səhər saatlarında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədən ona zəng olunaraq xidmət yerini özbaşına tərk etməyi ilə əlaqədar olaraq araşdırılmanın aparıldığını və qısa müddət ərzində hərbi hissəyə gəlməli olduğunu bildirmişlər. O, xx.xx.N-ci il tarixdə saat 11:30 radələrində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə gəlmiş və araşdırılan faktla bağlı izahat vermişdir. Hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi mayor Şahid1 ona hərbi hissənin ərazisini özbaşına tərk etməməsini demişdir. Lakin, o, onun sözünə məhəl qoymadan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsini xx.xx.N-ci il tarixdə saat 1N:00-da özbaşına tərk edərək yaşadığı Neftçala rayonu Aşağı Qaramanlı kəndində yerləşən evinə getmişdir. O, şəxsi istifadəsində olan mobil nömrəyə daxil olan zəngləri cavablandırmamışdır. Atası, Samir Ağayevin şəxsi istifadəsində olan mobil nömrəyə zəng daxil olaraq onun barəsində cinayət işinin başlandığını və hazırda istintaq olunduğunu bildirmişlər. O, N fevral N3-cü il tarixdə saat 08:00-da xidmət yeri olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəyə qayıtmışdır. Xidmət yerini özbaşına tərk etməyinin səbəbini ailə problemləri ilə əlaqələndirmişdir. Hazırda etdiyi əmələ görə peşmandır. Ona ünvanlanan suallara cavab olaraq hərbi xidmətə qarşı münasibətinin müsbət olduğunu, xidmətdə olduğu müddət ərzində onu incidənin, nizamnamədən kənar hərəkətlərə məruz qoyanın, şərəf və ləyaqətini hər hansı formada alçaldanın olmadığını bildirmişdir. Hazırda o, törətdiyi əməldən peşmandır və məhkəmədən bağışlanmasını xahiş edir. Şahid1 məhkəməyə ifadə verib göstərdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin məneə ləğvetmə taborunun 1-ci maneə ləğvetmə bölüyünün 1-ci mina təmizləmə taqımının N-ci minatəmizləmə manqasının baş istehkamçısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Ağayev X4 Nazirliyinin N nömrəli hərbi hissəsinə ezam olunduğundan daimi xidmət yeri ora olmuşdur. N oktyabr N-ci il tarixdə xidmət yerini özbaşına tərk etdiyinə görə sonuncunun barəsində araşdırma başlanmışdır. İzahatının alınması üçün əsgər Təqsirləndirilən şəxs onun tərəfindən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə çağırılmışdır. Təqsirləndirilən şəxs 31 oktyabr N-ci il tarixdə saat 11:30 radələrində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə gəlmiş və araşdırma ilə əlaqədar izahat vermişdir. 31 oktyabr N-ci il tarixdə saat 1N:00-da izahat verdikdən sonra, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən çıxaraq yaşadığı Netçala rayonu Aşağı Qaramanlı kəndi ünvanında yerləşən yaşayış evinə getmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs xidmət yerini özbaşına tərk edənlər siyahısından çıxarılmamışdır, lakin faktiki olaraq N nömrəli hərbi hissəyə gəlmişdir. Əsgər Təqsirləndirilən şəxs N fevral N3-cü il tarixdə saat 08 radələrində xidmət yerinə qayıtmış və bununla bağlı müvafiq raport tərtib olunaraq hərbi hissə komandirinə təqdim olunmuşdur. ŞahidN məhkəməyə ifadə verib göstərdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin maneə ləğvetmə taborunun 1-ci maneə ləğvetmə bölüyünün 1-ci minatəmizləmə taqımının N-ci minatəmizləmə manqasının baş istehkamçısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xx.xx.N-ci il tarixdə xidmət yerinə gəlməli olduğu halda gəlməmişdir. xx.xx.N-ci il tarixdə xidmət yerinə gəlmişdir. Bundan başqa, əsgər Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən xx.xx.N-ci il tarixdə xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız xx.xx.N-ci il tarixdə xidmət yerinə gəlmişdir. Əsgər Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən xx.xx.N-ci il tarixdə xidmət yerini özbaşına tərk edib, xx.xx.N-ci il tarixdə saat 11:30-da Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə gəlmişdir. Həmin gün xx.xx.N-ci il tarixdə saat 1N:00-da əsgər Təqsirləndirilən şəxs xidmət yerini özbaşına tərk etmiş və N fevral N3-cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmışdır. Təqsirləndirilən şəxs xidmət yerini özbaşına tərk etməsinin səbəbini ailə problemləri ilə əlaqələndirmiş, lakin problemlərinin mahiyyəti barədə heç bir məlumat verməmişdir. İş üzrə dindirilmiş şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin maneələğvetmə taborunun 1-ci maneələğvetmə bölüyünün 1-ci minatəmizləmə taqımının komandiri, leytenant Şahid3 baş leytenant ŞahidN ilə oxşar məzmunlu ifadə vermişlər. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli 147 nömrəli əmrindən edilmiş çıxarışdan aydın olur ki, kursant Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlıq kursunu keçmək üçün gəlmişdir. Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların həqiqi hərbi xidmətinə daxil olma haqqında 15 iyul N-ci il tarixli bağlaşmadan məlum olur ki, Təqsirləndirilən şəxs 3 (üç) il müddətinə könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N iyul N-ci il tarixli N18 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs maneə ləğvetmə taborunun 1-ci maneə ləğvetmə bölüyünün 1-ci mina təmizləmə taqımının N-ci mina təmizləmə manqasının baş istehkamçısı vəzifəsinə təyin olunmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N iyul N-ci il tarixli N19 nömrəli əmrindən edilmiş çıxarışdan aydın olur ki, əsgər Təqsirləndirilən şəxs mühəndis işlərinin görülməsi məqsədi ilə N nömrəli hərbi hissəyə ezam olunmuşdur. N nömrəli hərbi hissənin maneə ləğvetmə taborunun komandirinə ünvanlanmış N oktyabr N-ci il tarixli raportdan məlum olur ki, əsgər Təqsirləndirilən şəxs N oktyabr N-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N oktyabr N-ci il tarixli 3N6 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N oktyabr N-ci il tarixdə xidmət yerinə gəlməmişdir. N nömrəli hərbi hissə komandirinə ünvanlanmış N fevral N3-cü il tarixli raportdan aydın olur ki, əsgər Təqsirləndirilən şəxs 17 oktyabr N-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N fevral N3-cü il tarixli 54 nömrəli əmrindən edilmiş çıxarışdan məlum olur ki, əsgər Təqsirləndirilən şəxs N fevral N3-cü il tarixdə xidmət yerinə gəlmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim olunan N fevral N3-cü il tarixli 1355 nömrəli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Neftçala rayon Mərkəzi Xəstəxanası” X10 tərəfindən verilmiş 538 nömrəli xx.xx.N3-ğü il tarixli arayışdan məlum olur ki, əsgər Təqsirləndirilən şəxs anasını XN hal-hazırda “Minimal skoliotik defarmasiya. L5 vertebranınalt end platosunda kəskin şmrol düyünü (onkoloji). Üç səviyyəli diskopatiya ağrı sindiromu” diaqnozu ilə xəstədir. Beləliklə məhkəmə, işdəki bütün sübutları araşdırıb onları məcmusu ilə qiymətləndirərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, bu maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs oglunun gəncliyinı, ilk dəfə cinayət törətməsini, törətdiyi cinayəti səmimi etiraf edib peşmançılıq çəkməsini, N7 sentyabr N0-ci il tarixdən 10 noyabr N0-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan “Vətən” müharibəsində iştirak etməklə medallarla təltif olmasını, eləcə də anasının onkoloji xəstə olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alıb, bu halların məcmuyunu müstəsna hal hesab edərək, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə nəzərldə tutulan cinayətə görə müəyyən edilmiş aşağı həddən də az cəza təyin edlilməsini nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsinin tətbiq edilməsini məqsədə müvafiq sayır. Məhkəmə, Təqsirləndirilən şəxs üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə qənaətə gəlir ki, o, təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.N-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, eyni zamanda hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini də qeyd etməyi zəruri hesab edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhər N7 saylı Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.N və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral N001-ci il tarixli qərarına və həmin qərara N7 yanvar N010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 4N (qırx iki) iş saatına görə N5N (iki yüz əlli iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 4 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsi tətbiq olunmaqla 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli N8 fevral N3-cü il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər N7 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi 4N (qırx iki) iş saatına görə N5N (iki yüz əlli iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından N7 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən N0 (iyirmi) gün müddətində Bakı hərbi məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rafiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar