Məhkəmə qərarları › İş №1-1(093)-78/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-78/2023

07.04.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-78/2023 07.04.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı hərbi məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlunun sədrliyi, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X2, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə Bakı hərbi məhkəməsinin inzibati binasında 17 aprel 1989-cu il tarixdə ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla orada yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin tədris prosesinin təminatı taborunun 2-ci artilleriya taqımının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edən, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Bakı şəhəri Qaradağ rayonu Müşviqabad qəsəbəsi ərazisində yerləşən Qaraheybət hərbi şəhərciyinin tədris prosesinin təminatı taborunun 2-ci artilleriya taqımının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olarkən 14 noyabr 2022-ci il tarixdə saat 16:30 radələrində vəzifə və hərbi rütbəsinə görə tabeliyində olan Mərkəzin tədris prosesinin təminatı taborunun artilleriya batareyasının 1-ci artilleriya taqımının 1-ci heyətinin baş tuşlayıcısı, əsgər Zərərçəkmiş şəxs bölüyün əsgər yataqxanasına çağıraraq həmin gün səhər saatlarında bel kəmərinin gətirilməsi barədə verdiyi göstərişin icra edilməməsindən əsəbiləşib sağ ayağının ön hissəsi ilə əsgər Zərərçəkmiş şəxs sağ ayağının baldır nahiyəsinə 1 (bir) və sol ayağının baldır nahiyəsinə 1 (bir) təpik zərbəsi, ümumilikdə 2 (iki) təpik zərbəsi vurmaqla ona sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən “hər iki baldırın ön səthinin qançırla müşayiət olunan sıyrıqları” xəsarətləri yetirməklə rəis olaraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 329.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 noyabr 2022-ci il tarixdə saat 16:30 radələrində əsgər Zərərçəkmiş şəxs bölüyün yataqxanasında nə səbəbdən bel kəmərini səhər düzülüşü zamanı gətirmədiyini soruşmuş, Zərərçəkmiş şəxs bel kəmərini leytenant Şahid3 gətirdiyini və sonuncunun artıq bel kəmərinin lazım olmadığını dediyini bildirmişdir. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs onun qarşısında ayaqlarını birləşdirmədən duruşundan və cavabından əsəbiləşərək oturacaqdan qalxıb sağ ayağının ön hissəsi ilə əsgər Zərərçəkmiş şəxs sağ ayağının baldır nahiyəsinə 1 (bir) və sol ayağının baldır nahiyəsinə 1 (bir) təpik zərbəsi, ümumilikdə 2 (iki) təpik zərbəsi vurmuşdur. Bundan sonra əsgər Zərərçəkmiş şəxs bölüyün əsgər yataqxanasını tərk edərək xidmət yerinə getmiş və hadisə barədə şikayət etmişdir. Hazırda Zərərçəkmiş şəxsdlə barışmış və törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyi, habelə digər mötəbər dəlillərlə tam sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin tədris prosesinin təminatı taborunun artilleriya batareyasının 1-ci artilleriya taqımının 1ci heyətinin baş tuşlayıcısı, əsgər Zərərçəkmiş şəxs göstərmişdir ki, 14 noyabr 2022-ci il tarixdə saat 08 radələrində səhər düzülüşü zamanı leytenant Şahid3 bel kəmərini hərbi hissənin növbətçi hissəsindən götürərək baş leytenant Təqsirləndirilən şəxs aparmağı barədə ona tapşırıq vermiş, o, növbətçi hissəyə gələrək oradan bel kəmərini götürüb sıra meydanına qayıtmış, orada leytenant Şahid3 artıq bel kəmərinin lazım olmadığını bildirərək ondan həmin bel kəmərini almış və o bölüyün digər əsgərləri ilə birlikdə sıraya keçmişdir. Saat 16:30 radələrində hissə növbətçisinin köməkçisi, baş gizir Şahid4 ona baş leytenant Təqsirləndirilən şəxs onu bölüyün əsgər yataqxanasına çağırdığıni bildirmiş, oraya gəldikdə, baş leytenant Təqsirləndirilən şəxs onun nə səbəbdən bel kəmərini vaxtında sonuncuya gətirmədiyini soruşmüş, o, həmin bel kəmərini leytenant Şahid3 verdiyimi bildirdikdə baş leytenant Təqsirləndirilən şəxs bundan əsəbiləşərək sağ ayağının ön hissəsi ilə onun sağ ayağının baldır nahiyəsinə 1 (bir) və sol ayağının baldır nahiyəsinə 1 (bir) təpik zərbəsi olmaqla ümumilikdə ona 2 (iki) təpik zərbəsi vurmuşdur. Bundan sonra o, baş vermiş hadisə ilə bağlı şikayət etmişdir. Hazırda baş leytenant A.K.Əhmadovla barışmış, ona qarşı şikayəti və hər hansı tələbi yoxdur. Şahid qismində dindirilmiş Təlim və Tədris Mərkəzinin tədris prosesinin təminatı taborunun komandiri, mayor Şahid1 göstərmişdir ki, 14 noyabr 2022-ci il tarixdə o, xidməti otağında olarkən, saat 18:00 radələrində hissə növbətçisi leytenant Şahid2 ona çapar xidmətinə təyin olunmuş əsgər Zərərçəkmiş şəxs baş leytenant Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü, daha sonra isə bu barədə leytenant Şahid2 bildirdiyini məruzə etmişdir. O, əsgər Zərərçəkmiş şəxs yanına çağıraraq hadisə barədə sorğu-sual etdikdə sonuncu, 14 noyabr 2022-ci il tarixdə saat 08 radələrində leytenant Şahid3 bel kəmərini hərbi hissənin növbətçi hissəsindən götürərək baş leytenant Təqsirləndirilən şəxs aparması barədə tapşırıq vermiş, Zərərçəkmiş şəxs növbətçi hissəyə gələrək oradan bel kəmərini götürmüş və sıra meydanına qayıtmışdır. Orada leytenant Şahid3 artıq bel kəmərinin lazım olmadığını bildirərək əsgər Zərərçəkmiş şəxs həmin bel kəmərini almış və sonuncu bölüyün digər əsgərləri ilə birlikdə sıraya keçmişdir. Saat 16:30 radələrində növbətçi hissəyə telefon zəngi daxil olmuş və hissə növbətçisinin köməkçisi, baş gizir Şahid4 telefonla danışdıqdan sonra əsgər Zərərçəkmiş şəxs baş leytenant Təqsirləndirilən şəxs çağırışına əsasən xidmət etdiyi bölüyün əsgər yataqxanasına getməli olduğunu bildirmişdir. Oraya gəldikdə, baş leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs nə səbəbdən bel kəmərini vaxtında ona gətirmədiyini soruşmuş, sonuncu həmin bel kəmərini leytenant Şahid2 verdiyini bildirdikdə baş leytenant Təqsirləndirilən şəxs bundan əsəbiləşərək sağ ayağının ön hissəsi ilə əsgər Zərərçəkmiş şəxs sağ ayağının bud nahiyəsinə 1 (bir) və sol ayağın bud nahiyəsinə 1 (bir) təpik zərbəsi vurmaqla ümumilikdə ona 2 (iki) təpik zərbəsi vurmuşdur. Əsgər Zərərçəkmiş şəxs hadisənin təfərruatlarını danışdıqdan sonra, o, əsgər Zərərçəkmiş şəxs ayaqlarının bud nahiyələrinə baxış keçirərək orada sıyrıqlar aşkar etmişdir. Baş leytenant Təqsirləndirilən şəxs yanına çağıraraq hadisə barədə sorğu-sual etdikdə, sonuncu baş vermiş hadisəni etiraf etmiş və əsgər Zərərçəkmiş şəxs vurduğunu bildirmişdir. O, baş vermiş hadisə ilə bağlı yuxarı komandanlığa raportla müraciət etmiş və hadisə ilə bağlı araşdırma təyin olunmuşdur. Şahid qismində dindirilmiş Təlim və Tədris Mərkəzinin ümumqoşun kafedrasınn laboratoriya rəisi, leytenant Şahid2 göstərmişdir ki, 14 noyabr 2022-ci il tarixdə o, Təlim və X3 hərbi şəhərciyinin şəhərcik növbətçisi xidmətinə təyin olunmuş, həmin gün saat 17:00 radələrində o, növbətçi hissəyə daxil olduqda əsgər Zərərçəkmiş şəxs orada oturaraq ağladığını görmüş, əsgər Zərərçəkmiş şəxs deməsinə görə, 14 noyabr 2022-ci il tarixdə saat 08 radələrində leytenant Şahid3 bel kəmərini hərbi hissənin növbətçi hissəsindən götürərək baş leytenant Təqsirləndirilən şəxs aparması barədə tapşırıq vermişdir. əsgər Zərərçəkmiş şəxs növbətçi hissəyə gələrək oradan bel kəmərini götürmüş və sıra meydanına qayıtmışdır. Oraya qayıtdıqda leytenant Şahid3 artıq bel kəmərinin lazım olmadığını bildirərək əsgər Zərərçəkmiş şəxs həmin bel kəmərini almış və sonuncu bölüyün digər əsgərləri ilə birlikdə sıraya keçmişdir. Saat 09:00-da əsgər Zərərçəkmiş şəxs çapar xidmətini təhvil alaraq xidmətini təşkil etmişdir. Saat 16:30 radələrində növbətçi hissəyə telefon zəngi daxil olmuş və hissə növbətçisinin köməkçisi, baş gizir Şahid4 telefonla danışdıqdan sonra əsgər Zərərçəkmiş şəxs baş leytenant Təqsirləndirilən şəxs çağırışına əsasən xidmət etdiyi bölüyün əsgər yataqxanasına getməli olduğunu bildirmişdir. Oraya gəldikdə, baş leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs nə səbəbdən bel kəmərini vaxtında ona gətirmədiyini soruşmuş, sonuncu həmin bel kəmərini leytenant Şahid3 verdiyini bildirdikdə baş leytenant Təqsirləndirilən şəxs bundan əsəbiləşərək sağ ayağının ön hissəsi ilə əsgər Zərərçəkmiş şəxs sağ ayağının bud nahiyəsinə 1 (bir) və sol ayağın bud nahiyəsinə 1 (bir) təpik zərbəsi vurmaqla ümumilikdə ona 2 (iki) təpik zərbəsi vurmuşdur. O, əsgər Zərərçəkmiş şəxs ayaqlarının bud nahiyələrinə baxış keçirərək orada sıyrıqlar aşkar etmiş, bundan dərhal sonra, əsgər Zərərçəkmiş şəxslə birlikdə Təlim və Tədris Mərkəzinin tərdis prosesinin təminatı taborunun komandiri mayor Şahid1 xidməti otağına gedərək hadisə barədə məruzə etmişdir. Şahid qismində dindirilmiş Təlim və Tədris Mərkəzinin tədris prosesinin təminatı taborunun artilleriya batareyasının minaatan taqımının komandiri, leytenant Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Şahid qismində dindirilmiş Təlim və Tədris Mərkəzinin mühəndis istehkam bölüyünün mühəndi istehkam taqımının baş təlimatçısı, baş gizir Şahid4 göstərmişdir ki, 14 noyabr 2022-ci il tarixdə o, Təlim və X3 hərbi şəhərciyinin növbətçisinin köməkçisi xidmətinə təyin olunmuş, həmin tarixdə saat 16:30 radələrində hissə növbətçisi telefonuna zəng daxil olaraq baş leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs təcili olaraq yanına gəlməsi barədə göstəriş vermiş, o, əsgər Zərərçəkmiş şəxs baş leytenant Təqsirləndirilən şəxs yanına getməli olduğunu demi, həmin gün, saat 17:00 radələrində əsgər Zərərçəkmiş şəxs növbətçi hissəyə həyəcanlı şəkildə gələrək baş leytenant Təqsirləndirilən şəxs tərəfindən döyüldünü və hadisə barədə şikayət etmək istədiyini bildirmişdir. O, dərhal şəhərcik üzrə növbətçi olan leytenant Şahid2 ilə əlaqə saxlayaraq onu növbətçi hissəyə çağırmış, sonuncu gələrək baş vermiş hadisənin təfərruatlarını əsgər Zərərçəkmiş şəxs soruşmuş və əsgər Zərərçəkmiş şəxs hadisənin baş vermə hallarını ona danışmışdır. Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 təqdim edilmiş 17 noyabr 2022-ci il tarixli, 1586 nömrəli rəydən görünür ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən aşkar olunmuş “hər iki baldırın ön səthinin qançırla müşayiət olunan sıyrıqları” – bərk küt əşyanın təsirindən törənmişlər, müddəti və şəraiti şəxsin göstərdiklərinə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə psixiatrik ekspertiza mərkəzindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli 511 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, idrak proseslərinin, intellektinin normaya uyğun olması müəyyən olunur, emosional-iradi sferasında qıcığa qarşı həssaslıq aşkar olunur. Hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, konfliktə və mübahisəyə meyillilik, kobudluq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixifəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliklər əlaməti aşkar olunmayıb. Həmin dövr ərzində o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Tərdis prosesinin təminatı taborunun komandirinə ünvanlanmış raportdan görünür ki, 14 noyabr 2022-ci il tarixdə 2-ci artilleriya taqımının komandiri baş leytenant Təqsirləndirilən şəxs ilə 1-ci artilleriya taqımının 1-ci heyətinin baş tuşlayıcısı əsgər Zərərçəkmiş şəxs arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının kobud şəkildə pozulması hadisəsi baş vermişdir. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisinə ünvanlanmış raportdan görünür ki, Tədris prosesinin təminat taborunun hərib qulluqçusu əsgər Zərərçəkmiş şəxs 15 noyabr 2022ci il tarixdə saat 11:44-də Qaraheybət hərbi şəhərciyi lazaretinə “hər iki baldırın ön səthinin sıyrılmış yaraları” diaqnozlu xəsarətlə müraciət etmişdir. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzindən təqdim olunmuş arayışdan görünür ki, 14 noyabr 2022-ci il tarixdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin tədris prosesinin təminatı taborunun artilleriya batareyasının 2-ci taqımının komandiri vəzifəsində xidmət edən baş leytenant Təqsirləndirilən şəxs Təlim və Tədris Mərkəzinin tədris prosesinin təminatı taborunun artilleriya batareyasının 1-ci taqımının 1-ci heyət baş tuşlayıcısı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs rəis hesab edilir. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisinin 18 avqust 2016-ci il tarixli 214 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, baş leytenant Təqsirləndirilən şəxs Tədris prosesinin təminatı taborunun artilleriya batareyasının artilleriya taqımının komandiri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisinin 18 avqust 2022-ci il tarixli 214 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs Tədris prosesinin təminatı taborunun artilleriya batareyasının 1-ci artilleriya taqımının 1-ci top heyətinin baş tuşlayıcısı vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzindən təqdim edilmiş xidməti vərəqədən görünür ki, baş leytenant Təqsirləndirilən şəxs xidmət müddətində müxtəlif vaxtlarda həvəsləndirilmiş və yuxarı komandanlıq tərəfindən müxtəlif vaxtlarda cəzalandırılmışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim olunmuş 19 dekabr 2022-ci il tarixli 14546 nömrəli arayışdan görünür ki, baş leytenant Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur, onunla barışmışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 329.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 59.1.4-ci maddəsinə əsasən himayəsində iki azyaşlı uşağın olması və 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinin tələbində əsasən cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan 2-ci Qarabağ müharibəsində iştirak etməklə “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini və xidmət yeri üzrə mənfi xarakterizə edilməsini də nəzərə alır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq, barəsində törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 329.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini ədalət və humanizm prinsipləri baxımından cəza siyasətinin tələblərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 50.1-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 329.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz pul tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissə komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Camal Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar