Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-78/2025 10.03.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi ilə, Nuri Aysel İlham qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Hərbi prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror metodisti, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri N4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.N995-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Yevlax rayonunun Nemətabad kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, ehtiyatda olan gizir, hazırda işləməyən, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3 və 333.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs gizir hərbi rütbəsində xidmətdə olmaqla üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə, habelə, on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Bakı şəhəri, Qaradağ rayonu, Güzdək qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin N-ci tank taborunun N-ci tank bölüyünün N-ci taqım komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən xx.xx.N4-cü il tarixdə saat 07:00-da Bakı şəhəri, Qaradağ rayonu, Güzdək qəsəbəsində yerləşən hərbi hissəyə gəlməli olduğu halda, gəlməmiş, yalnız xx.xx.N4-cü il tarixdə saat 07:00-da xidmət yerinə qayıtmaqla, üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Bundan başqa, o, yuxarıda göstərilən vəzifədə və hərbi rütbədə xidmətdə olarkən xx.xx.N4-cü il tarixdə saat 08:00-da Bakı şəhəri, Qaradağ rayonu, Güzdək qəsəbəsində yerləşən hərbi hissəyə gəlməli olduğu halda, gəlməmiş, yalnız xx.xx.N4-cü il tarixdə saat NN:00-da xidmət yerinə qayıtmaqla, üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Bundan əlavə, o, yuxarıda göstərilən vəzifədə və hərbi rütbədə xidmətdə olarkən xx.xx.N4-cü il tarixdə saat 08:00-da Bakı şəhəri, Qaradağ rayonu, Güzdək qəsəbəsində yerləşən hərbi hissəyə gəlməli olduğu halda, gəlməmiş, yalnız xx.xx.N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmaqla, üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 333.3 və 333.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərdi ki, N0N6-cı ilin yanvar ayından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsindən könüllü olaraq ordu sıralarına daxil olmuşdur. Həmin tarixdən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində xidmət etmişdir. N3-cü ilin yanvar ayından Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci tank taborunun N-ci tank bölüyünün N-ci taqımının komandiri vəzifəsində, gizir rütbəsində xidmət etmişdir. xx.xx.N4-cü il tarixdə ordu sıralarından tərxis olunmuşdur. xx.xx.N4-cü il tarixdə saat 07:00-da hərbi hissədə səhər yerbəyerində iştirak etməli olmağına baxmayaraq, hərbi hissəyə getməmiş, yalnız xx.xx.N4-cü il tarixdə saat 07:00-da hərbi hissəyə qayıtmışdır. Bundan əlavə, xx.xx.N4-cü il tarixdə saat 08:00-da hərbi hissədə səhər yerbəyerində iştirak etməli olmağına baxmayaraq, hərbi hissəyə getməmiş, yalnız xx.xx.N4-cü il tarixdə saat NN:00-da hərbi hissəyə qayıtmışdır. xx.xx.N4cü il tarixdə saat 08:00-da hərbi hissədə səhər yerbəyerində iştirak etməli olmağına baxmayaraq, hərbi hissəyə getməmiş, xx.xx.N4-cü il tarixdə saat 08:00-da hərbi hissəyə qayıtmışdır. Xidmət yerinə vaxtında gəlməməyinə şəxsi problemlərimin olması səbəb olmuşdur. Xidmət yerində olmadığı müddətdə Yevlax rayonunda yaşadığı evdə olmuş, şəxsi problemlərini həll etməyə çalışmışdır. Xidmət yerinə gəlməməyi ilə bağlı hərbi hissə komandanlığından hər hansı şəxsdən icazə almamışdır. Lakin, şəxsi problemlərini həll edə bilmədiyindən xidmət yerinə gec qayıtmışdır. Hər dəfə xidmət yerinə qayıtdıqdan sonra, şəxsi problemlərinin olması səbəbindən evində olduğunu, xidmət yerinə gəlmədiyini bildirmişdir. Onun hərbi qulluq keçməyə münasibəti yaxşı olmuş, xidmət keçməklə bağlı hər hansı çətinliyi olmamış, o könüllü olaraq hərbi xidmətə gəlmiş və əvvəllər xidmətində hər hansı ciddi nöqsana yol verməmişdir. Hazırda səhvini dərk edir, məhkəmədən ağır ailə vəziyyətini, Vətən Müharibəsindəki xidmətlərini nəzərə almağı xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında ŞahidN göstərdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci tank taborunun N-ci tank bölüyünün komandiri vəzifəsində, baş leytenant rütbəsində xidmət edir. Komandiri olduğu bölüyün N-ci taqımının tank komandiri vəzifəsində xidmət edən gizir Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəyə gəldiyi vaxtdan tanımış, münasibəti xidməti olmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu Güzdək qəsəbəsində yerləşən N nömrəli hərbi hissədə xidmət edir. Təqsirləndirilən şəxs xx.xx.N4-cü il tarixdə saat 07:00-da xidmət yeri olan Bakı şəhəri Qaradağ rayonu Güzdək qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinə gəlməli olmasına baxmayaraq, hərbi hissəyə gəlməmiş, yalnız xx.xx.N4-cü il tarixdə saat 07:00-da hərbi hissəyə qayıtmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs xx.xx.N4-cü il tarixdə saat 08:00-da hərbi hissəyə gəlməli olduğuna baxmayaraq, yalnız xx.xx.N4-cü il tarixdə saat NN:00-da hərbi hissəyə gəlməmişdir. Habelə, Təqsirləndirilən şəxs xx.xx.N4-cü il tarixdə saat 08:00-da hərbi hissəyə gəlməli olmağına baxmayaraq, xx.xx.N4-cü il tarixdə saat 08:00-da hərbi hissəyə qayıtmışdır. Təqsirləndirilən şəxs xidmət yerində olmadığı müddətdə dəfələrlə telefon əlaqəsi yaratmaq istəsə də, telefonu sönmüş olduğundan zəng çatmamışdır. Onun xidmət yerinə gəlməməsi ilə bağlı hər dəfə raportla hərbi hissə komandirinə müraciət edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs hər dəfə xidmət yerinə gəlməməsi ilə bağlı şəxsi problemlərinin olduğunu, bu səbəbdən xidmət yerinə gəlmədiyini, xidmətdə olmadığı müddətdə Yevlax rayonunda yaşadığı evdə olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs ordu sıralarından tərxis olmuşdur. Təqsirləndirilən şəxs xidmət yerinə vaxtında qayıtmamasında onun hər hansı formada hərbi xidmətdən boyun qaçırmaq, o cümlədən hərbi xidmət vəzifələrinin icrasından yayınmaq məqsədinin olduğunu düşünmürəm. Təqsirləndirilən şəxs şəxsi problemləri və maddi sıxıntıları səbəbindən xidmət yerinə çıxmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən N nömrəli hərbi hissənin zabiti, leytenant ŞahidN və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid3 ŞahidN ilə eyniməzmunlu ifadələr verərək yuxarıda göstərilənləri mahiyyəti üzrə təsdiq etdilər. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N iyun N3-cü il tarixli N75 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs hərbi hissənin N-ci tank taborunun N-ci bölyünün N-ci tank taqımının 4-cü heyətin tank komandiri vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N8 avqust N4-cü il tarixli N68 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 07:00-da xidmət yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N6 oktyabr N4-cü il tarixli 3N3 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 07:00-da xidmət yerinə gəlmiş hesab edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N9 oktyabr N4-cü il tarixli 3N8 nömrəli əmri ilə Təqsirləndirilən şəxs həmin tarixdə saat 08:00-da xidmət yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilmişdir. İş materiallarında olan 0N noyabr N4-cü il tarixli 70N8 nömrəli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat NN:00-da xidmət yerinə gəlmişdir. İş materiallarında olan 0N noyabr N4-cü il tarixli 7077 nömrəli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 08:00-da xidmət yerinə gəlməmişdir. İş materiallarında olan N8 noyabr N4-cü il tarixli 7578 nömrəli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat N5:00-da xidmət yerinə gəlmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N8 noyabr N4-cü il tarixli 363 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılmışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından verilmiş 05 iyul N4-cü il tarixli, 6689 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarındakı sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs “Cəsur Döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Suqovuşanın azad olunmasına görə”, medalları ilə təltif olunmuşdur. Cinayət işinin materiallarındakı sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N3-cü il təvəllüdlü bir azyaşlı uşağı var. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 333.3 və 333.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur, o həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran, ona bəraət verilməsinə əsas olan hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.N-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 4N.N-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 4N.N-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.N-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.N-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmiş olsa belə, 59.N-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.N.4 və 59.N-ci maddəsinə əsasən himayəsində bir azyaşlı uşağı olması, əməlindən peşman olması, 44 günlük Vətən Müharibəsində iştirak edərək müxtəlif medallarla təltif edilməsi və ağır ailə vəziyyəti Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 6N.N.N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təkrar törətməsidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 6N.N-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun N003-cü il N5 iyun tarixli 4 №- li qərarının 8-ci bəndində göstərilir ki, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından, məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı cəzanı yüngülləşdirən halları, həm də onların məcmuyunu tanımağa haqlıdır. Lakin bu zaman məhkəmə həmin məsələ barədə qərarını hökmdə əsaslandırmalıdır. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 333.4-cü maddəsinin sanksiyasında isə iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, cinayət qanunvericiliyinin müddəalarına görə (Cinayət Məcəlləsinin N5-ci maddəsi) təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi böyük ictimai təhlükə törətməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi isə az ağır cinayətlər təsnifatına aiddir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağır ailə vəziyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, xüsusən də onun 44 günlük Vətən Müharibəsindəki xidmətlərini nəzərə alır və onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir. Ona görə də, Azərbaycan Respublikası CM-in 6N-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu və ordu sıralarından tərxis edilməsini müstəsna hal kimi qiymətləndirərək ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin CM-nin 333.3-cü və 333.4-cü maddələrinin (ayrı-ayrılıqda hər birinin) sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini daha məqsədəuyğun hesab edir. Eyni zamanda, məhkəmə Azərbaycan Respublikası CM-nin 66.N-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmasını daha məqsədəuyğun hesab edir. Bu qaydada cəza təyin edilməsi qanuni və əsaslı olmaqla bərabər cəzanın məqsədlərini də təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 5N-N.N-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 5N-N.N-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Hökm icra olunması üçün Təqsirləndirilən şəxs qeydiyyat ünvanı üzrə Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi qismində Bakı şəhəri N4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatda 50 iş saatı sərf etdiyini göstərmişdir. Məhkəmə işin həcmini, məhkəmə iclaslarının vaxtını və digər halları nəzərə alaraq hesab edir ki, N0 iş saatı sərf edilməsi daha ağlabatan və uyğundur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in N93.N və N93.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 0N fevral N00N-ci il tarixli qərarına və həmin qərara 03 may N0N8-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri N4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi NN0 manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 35N və 384cü maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3 və 333.4-cü maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsi tətbiq edilməklə 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsi tətbiq edilməklə 0N (bir) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.N-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 0N (bir) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Yevlax rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat NN:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Yevlax rayonunun Nemətabad kəndindəki fərdi yaşayış evini tərk etməmək, Yevlax rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri N4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi N0 (iyirmi) iş saatına görə NN0 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri N4 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunandan N0 gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan N0 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №1-1(093)-78/2025
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-78/2025
10.03.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver