Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-79/2023 20.04.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, Quliyev Yusf Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Vəkil və təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1993-cü il tarixdə İmişli rayonunun Murğuzallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Murğuzallı kəndində qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N.4, 31N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi Təqsirləndirilən şəxs digər şəxsi xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün birbaşa, vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmişdir. Belə ki, Əlişov XN Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci əməliyyat taborunun N-ci əməliyyat bölüyünün 1-ci əməliyyat taqımının N-ci əməliyyat qrupunun kəşfiyyatçıqumbaraatanı vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 1N sentyabr NN-ci il tarixdə saat N radələrində hərbi hissənin ərazisində olarkən Qazax rayonundan ona zəng etmiş vətəndaş Şahid1 ilə telefonda danışan zaman özünü həmin hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçən əsgər Şahid3 komandiri kimi təqdim edərək sonuncunun məzuniyyətə çıxmaq arzusunu bilib, real imkana və səlahiyyətə malik olmadığı, eləcə də məzuniyyətə buraxdırmağa köməklik etmək niyyətində olmadığı halda, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Şahid1 pulunu ələ keçirmək qərarına gəlib, bu məqsədlə ona geniş əlaqələrə malik olmaqla, xidmət etdiyi hərbi hissədə ad, soyad və rütbəsini bildirmədiyi yüksək vəzifəli şəxslərə N00 (iki yüz) manat məbləğində pulun rüşvət qismində verilməsi müqabilində oğlu Şahid3 məzuniyyətə buraxılacağını deyib, Şahid1 razılığını almaqla onu vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Bundan sonra Şahid1 qardaşı ŞahidN həmin gün, yəni 1N sentyabr NN-ci il tarixdə saat N1:04-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Rəvan” marketdə quraşdırılmış “e-Manat” ödəniş terminalı vasitəsilə onun istifadəsində olan Beynəlxalq Banka aid 5167 5133 4NN6 6400 nömrəli ödəmə kartına göndərdiyi N00 (iki yüz) manat məbləğində pulu qəbul etmiş, lakin əsgər Şahid3 məzuniyyətə çıxmaq məsələsinin alınmadığını görərək ondan pulu geri qaytarmasını, əks halda komandirlərinə şikayət edəcəyini bildirdikdə o, NN-ci ilin sentyabr ayının axırlarında aldığı N00 (iki yüz) manatı Şahid1 qaytarmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 3N.4, 31N.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, xx xxxxx 1993-cü il tarixdə İmişli rayonunun Murğuzallı kəndində anadan olmuş və 1999-N010-cu illərdə İmişli rayonunun Murğuzallı kəndində yerləşən Azər Mejdunov adına tam orta məktəbdə təhsil almışdır. 31 may NN-ci il tarixdə Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə başlamış və xidmətini davam etdirmək üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmişdir. N dekabr NN-ci il tarixdə Müdafiə Nazirinin müvafiq əmri ilə ordu sıralarından ehtiyata buraxılmışdır. Xidmət müddətində bütün təminatlarla təmin edilmiş, hərbi qulluq keçməklə bağlı heç bir problemi olmamışdır. O, 1N sentyabr NN-ci il tarixdə saat N radələrində əsgər yataqxanasının qarşısında dayanmış, bu zaman hərbi hissənin hərbi qulluqçusu, əsgər Şahid3 ona yaxınlaşaraq ailəsi ilə təcili telefonda danışmaq istədiyini bildirmiş və bu səbəbdən o, sonuncuya ailəsi ilə danışması üçün telefon vermişdir. Təxminən 5 dəqiqə sonra əsgər Şahid3 ona yaxınlaşaraq telefonunu qaytarmışdır. Üzərindən bir qədər keçdikdən sonra ona tanımadığı nömrədən bir qadın zəng etmişdir. O, həmin qadından kim olduğunu soruşmuş, həmin qadın əsgər Şahid3 anası Şahid1 olduğunu ona söyləmişdir. Şahid1 ondan kim olduğunu soruşduqda, o sonuncunu aldadaraq əsgər Şahid3 komandiri olduğunu demişdir. Şahid1 ondan Şahid3 harada olduğunu soruşmuş, o sonuncuya Şahid3 əsgər yataqxanasında olduğunu demişdir. Şahid1 söhbət əsnasında Şahid3 9 aydır xidmət etdiyini və nə səbəbə məzuniyyətə çıxa bilmədiyi sualını ona vermişdir. Şahid1 bundan başqa ürək xəstəsi olduğunu və həmçinin “ürəyində olan xəstəliklə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinə müraciət edəcəyi təqdirdə oğlu Şahid3 ailə vəziyyəti ilə əlaqədar olaraq məzuniyyətə buraxarlarmı” sualını ona vermişdir. O, Şahid1 heç yerə müraciət etməməsini və sonuncuya oğlu Şahid3 məzuniyyətə buraxdıracağına dair yalan söyləmişdir. Onlar bu barədə bir qədər söhbət etmişlər. O, həmin ərəfələrdə şəxsi ehtiyaclarına görə pul lazım olduğunu və pul əldə etmək üçün Şahid1 yalandan Şahid3 məzuniyyətə buraxılmasına kömək edəcək xidmət etdiyi hərbi hissədə yüksək vəzifədə xidmət edən tanışlarının olduğunu demişdir. O, həmin vaxt Şahid1 N00 manat məbləğində pul verməsi müqabilində Şahid3 məzuniyyətə buraxdıracağını söyləmişdir. O, hər dəfəsində Şahid1 yalandan vədlər verərək bu məsələnin alınmasında sonuncunu inandırmağa çalışmışdır. O, bundan başqa Şahid3 məzuniyyətə göndərə bilməyəcəyi halda ona verəcəyi N00 manatı sonuncuya qaytaracağını da qeyd etmişdir. Şahid1 onun bu sözlərinə inanmışdır. Şahid1 N00 manatı nə vaxt çatdırmalı olduğunu ondan soruşmuş, o, sonuncuya N00 manatı dərhal göndərməsini demişdir. Şahid1 hazırda əlində N00 manatının olmadığını və həmin məbləği Şahid3 məzuniyyətə çıxmasından sonra vermək istədiyini ona demişdir. O, Şahid1 bunun mümkün olmadığını söyləmişdir. O, həmçinin N00 manatın verilməyəcəyi təqdirdə oğlu Şahid3 məzuniyyətə göndərilə bilməyəcəyini Şahid1 nəzərinə çatdırmışdır. Onun bu sözündən sonra Şahid1 N00 manatı göndərəcəyi halda Şahid3 nə vaxt məzuniyyətə buraxılacağını ondan soruşmuş, o, bir daha əminliklə həmin məbləğin tez bir zamanda veriləcəyi təqdirdə yaxın N-3 gün ərzində sonuncunun məzuniyyətə çıxa biləcəyini Şahid1 demişdir. O, Şahid1 bir qədər sonra kart nömrəsi göndərəcəyini və danışaraq razılaşdıqları N00 manatı həmin karta atmasını söyləmişdir. Bu vaxt onun Beynəlxalq Banka məxsus kartın üzərində olan 5167-5133-4NN6-6400 rəqəmləri Şahid1 demişdir. Həmin günü, yəni 1N sentyabr NN-ci il tarixdə saat təxminən N1 radələrində o, hesabına N00 manat pulun gəldiyini görmüşdür. Üzərindən bir qədər keçdikdən sonra Şahid1 ona zəng etmiş və N00 manatın hesabına köçürülüb-köçürülmədiyini ondan soruşmuşdur. O N00 manatın hesabına köçdüyünü və Şahid3 tezliklə məzuniyyətə buraxılacağını Şahid1 demişdir. O, Şahid1 məzuniyyətə göndərmək adı ilə N00 manat məbləğində pul alsa da, bununla bağlı heç bir iş görməyərək heç kimə müraciət etməmiş və sonuncudan aldığı N00 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, hərbi hissədə olduğu zaman əsgər Şahid3 ona yaxınlaşmış və nə vaxt məzuniyyətə çıxa biləcəyini ondan soruşmuşdur. O, Şahid3 səbrli olmasını və tezliklə məzuniyyətə çıxacağını demişdir. Üzərindən bir qədər keçdikdən sonra o, Şahid3 məzuniyyət məsələsinin müəyyən səbəblərdən alınmadığını demiş, sonuncu məzuniyyətin alınmadığını görərək anası Şahid1 tərəfindən ona verilən N00 manatı ondan geri istəməyə başlamışdır. O, həmin vaxt maddi durumunun çox pis olduğunu və üzərində pulunun olmadığını qeyd etmişdir. O, Şahid3 yaxın günlərdə məzuniyyətə çıxacağını və məzuniyyətdən qayıtdıqdan sonra N00 manatı qaytaracağını söyləmişdir. Şahid3 əks halda bu barədə komandirlərinə şikayət edəcəyini ona demişdir. O, NN-ci ilin sentyabr ayının axırlarında aldığı N00 manatı Şahid1 qaytarmışdır. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə ifadə verib göstərdi ki, 1N sentyabr NN-ci il tarixdə saat N radələrində oğlu Vüqar ona komandirinin mobil nömrəsi ilə zəng edərək dostu gizir Azər Məmmədovun şəhid olub-olmadığını ondan soruşmuş, o, gizir A.Məmmədovun şəhid olduğunu sonuncuya demişdir. O, bir qədər də Vüqarla telefonda danışmış və onlar sağollaşmışlar. Üzərindən təxminən bir neçə dəqiqə keçdikdən sonra o, darıxmış və yenidən Vüqarla danışmaq qərarına gəlmişdir. O, bu səbəbdən Vüqarın ona bir neçə dəqiqə əvvəl zəng etdiyi nömrəyə zəng etmiş və o, telefona cavab verən şəxsdən kim olduğunu soruşmuşdur. Həmin şəxs ona oğlu Şahid3 komandiri Təqsirləndirilən şəxs olduğunu söyləmişdir. O, sonradan tanıdığı Təqsirləndirilən şəxs əsgər Şahid3 anası olduğunu demiş və oğlunun harada olması barədə maraqlanmışdır. Təqsirləndirilən şəxs Vüqarın əsgər yataqxanasında olduğunu ona söyləmişdir. O, Təqsirləndirilən şəxsla danışan zaman sonuncunun komandir olduğunu zənn edərək oğlu Vüqarın məzuniyyətə çıxması ilə bağlı Təqsirləndirilən şəxs bir-iki sual vermişdir. O, Təqsirləndirilən şəxs oğlu Vüqarın artıq 9 aydır xidmət etdiyini və lakin hələ də məzuniyyətə gələ bilmədiyini demişdir. Həmçinin o, Təqsirləndirilən şəxs ürək xəstəsi olduğunu və xəstəliyi ilə əlaqədar olaraq müvafiq xəstəlik sənədlərini Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinə təqdim edəcəyi halda oğlu Vüqarı ailə vəziyyəti ilə bağlı məzuniyyətə buraxarlarmı sualını vermişdir. Təqsirləndirilən şəxs isə buna ehtiyacın olmadığını və oğlu Vüqarın məzuniyyət məsələsini həll edə biləcəyini ona demişdir. O, bundan sonra Təqsirləndirilən şəxs oğlu Vüqarı necə məzuniyyətə buraxdıracağını soruşmuş, sonuncu hərbi hissədə vəzifəli şəxslərlə tanışlığının olduğunu və həmin vəzifəli şəxslərin vasitəsi ilə Vüqarı məzuniyyətə buraxdıracağı barədə ona yalan vədlər vermişdir. Təqsirləndirilən şəxs bunun qarşılığında ondan N00 manat alacağını və həmin məbləği hərbi hissədə xidmət edən yüksək vəzifəli tanışlarına verəcəyini ona söyləmişdir. O, bir neçə dəfə Təqsirləndirilən şəxs bu məsələni həll edə bilib-bilməməsi barədə maraqlanmış, sonuncu isə əminliklə bu işi həll edəcəyini onun nəzərinə çatdırmışdır. Həmçinin Təqsirləndirilən şəxs əks halda, yəni Vüqarı məzuniyyətə göndərə bilməyəcəyi halda onun sonuncuya verəcəyi N00 manatı geri qaytaracağını söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs N00 manatı dərhal göndərməsini ona demişdir. O, Təqsirləndirilən şəxs N00 manatı Vüqar məzuniyyətə çıxdıqdan sonra vermək istədiyini söyləmişdir. Lakin Təqsirləndirilən şəxs bunun mümkün olmadığını, N00 manatın ona göndəriləcəyi təqdirdə oğlu Vüqarın məzuniyyətə çıxmaq məsələsini tez bir zamanda həll edə biləcəyinə dair onu inandırmışdır. Təqsirləndirilən şəxs ona bank kartının üzərində olan 5167-5133-4NN6-6400 saylı nömrəsini demişdir. O, həmin günü, yəni 1N sentyabr NN-ci il tarixdə saat N0 radələrində qardaşı ŞahidN zəng etmiş və ona N00 manat pul lazım olduğunu demişdir. Qardaşı ŞahidN N00 manatı nə etdiyini ondan soruşmuş, o, işin həqiqətini sonuncuya deyəcəyi təqdirdə Kamranın buna heç cür razı olmayacağını düşünmüş və bu səbəbdən o, sonuncuya Vüqarın məzuniyyətə gəlməsi ilə bağlı yalan danışmaq məcburiyyətində qalmışdır. Belə ki, o, Kamrana Vüqarın yaxın günlərdə məzuniyyətə çıxacağını, sonuncuya mülki geyim, pal-paltar, ayaqqabi, yol və sair zəruri xərclər üçün N00 manat pul lazım olduğunu demişdir. O, bundan sonra Təqsirləndirilən şəxs verdiyi Beynəlxalq Banka aid kart nömrəsini qardaşı Kamrana atmışdır. Həmin günü təxminən saat N1 radələrində Kamran N00 manatı onun sonuncuya göndərdiyi Təqsirləndirilən şəxs məxsus kart nömrəsinə göndərməsinə dair ödəmə qəbzinin şəklini göndərmişdir. 13 sentyabr NN-ci il tarixdə axşam radələrində Vüqar ona başqa nömrədən zəng etmişdir. O, Vüqarla bir qədər danışdıqdan sonra sonuncudan nə vaxt məzuniyyətə çıxacağını soruşmuşdur. Vüqar hələ məzuniyyətə çıxmasına çox qaldığını ona demişdir. O, Vüqara dünən, yəni 1N sentyabr NN-ci il tarixdə Təqsirləndirilən şəxsla arasında olan söhbəti danışmışdır. O, Vüqara məzuniyyətə çıxması üçün Təqsirləndirilən şəxs kartına dayısı Kamran tərəfindən N00 manat pul göndərildiyini demişdir. Vüqar ona Təqsirləndirilən şəxs bu məsələni maraqlanacağını söyləmiş və onlar sağollaşmışlar. Bir müddət sonra Vüqar ona zəng etmiş və məzuniyyət məsələsinin hələ alınmadığını ona demişdir. O, Vüqarın bu sözlərindən sonra Təqsirləndirilən şəxsla əlaqə saxlamağa çalışmışdır. Lakin Təqsirləndirilən şəxs zəng etmək mümkün olmamışdır. O, Təqsirləndirilən şəxs onları aldatdığını görmüşdür. Vüqar Təqsirləndirilən şəxs N00 manatı qaytarmadığını görüb komandirlərinə şikayət etmişdir. Vüqarın bu şikayətlərindən qorxuya düşən Təqsirləndirilən şəxs NN-ci ilin sentyabr ayının axırlarında N00 manatı ona qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş ŞahidN məhkəməyə ifadə verib göstərdi ki, 1N sentyabr NN-ci il tarixdə saat N0 radələrində bacısı Şahid1 ona zəng edərək N00 manat pul lazım olduğunu demişdir. O, Samirədən N00 manatı nə etdiyini soruşmuşdur. Samirə oğlu Vüqarın yaxın günlərdə məzuniyyətə çıxacağını, bu səbəbdən sonuncuya mülki geyim, pal-paltar, ayaqqabı, yol və sair xərclər üçün həmin məbləğin lazım olduğunu söyləmişdir. Samirə kart nömrəsini atacağını və N00 manatı həmin kart nömrəsinə atmasını ondan xahiş etmişdir. Üzərindən təxminən 1-N (bir-iki) dəqiqə keçdikdən sonra X3 aid 5167-5133-4NN6-6400 saylı kart nömrəsini ona atmışdır. O, 1N sentyabr NN-ci il tarixdə saat N1:04-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində evlərinin yaxınlığında yerləşən Rəvan marketdəki “E manat” ödəmə terminalına yaxınlaşaraq Samirənin ona atdığı kart nömrəsinə N00 manat göndərmiş və dərhal ödəmə qəbzinin şəklini çəkərək vatsapp proqramı vasitəsilə sonuncuya ötürmüşdür. Bir neçə gün keçdikdən sonra bacısı oğlu Vüqarın məzuniyyətə çıxacağı onun yadına düşmüş və o, bu məqsədlə Samirəyə zəng edərək sonuncunun məzuniyyətə çıxıb-çıxmadığını maraqlanmışdır. Samirə Vüqarın məzuniyyətə çıxmadığını ona demişdir. O, bunun səbəbini Samirədən soruşmuşdur. Samirə ona yalan danışdığını və onun göndərdiyi N00 manatı oğlu Vüqarı məzuniyyətə buraxdırması özünü komandir kimi təqdim etmiş Təqsirləndirilən şəxs adlı hərbi qulluqçuya göndərdiyini söyləmişdir. Söhbət məzuniyyətdən düşmüş və Təqsirləndirilən şəxs Samirəni aldadaraq hərbi hissədə yüksək vəzifədə xidmət edən şəxslərin köməkliyi ilə Vüqarı məzuniyyətə buraxdıracağına sonuncunu inandırmış və onun vasitəsi ilə bacısı Samirədən N00 manat almışdır. O, Samirədən Təqsirləndirilən şəxs nömrəsini almış və sonuncu ilə əlaqə saxlamışdır. O, Təqsirləndirilən şəxs əsgər Şahid3 dayısı olduğunu demiş və əsgər Şahid3 nə vaxt məzuniyyətə çıxacağını soruşmuşdur. Təqsirləndirilən şəxs Vüqarın məzuniyyətə çıxmaq məsələsinin alınmadığını və aldadaraq onun vasitəsi ilə bacısından almış olduğu N00 manatı yaxın günlərdə qaytaracağını ona söyləmişdir. Təqsirləndirilən şəxs NN-ci ilin sentyabr ayının axırlarında N00 manatı bacısı Samirəyə göndərmişdir. O, bacısı Şahid1 oğlu Şahid3 məzuniyyətə göndərməsi üçün onun vasitəsi ilə Təqsirləndirilən şəxs N00 manat göndərməsindən xəbəri olmamış və bacısının sözlərinə inandığından həmin pulu verdiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəməyə ifadə verib göstərdi ki, 1N sentyabr NN-ci il tarixdə saat N radələrində əsgər yataqxanasında olan zaman həmkəndlisi və qonşusu gizir X1 şəhid olduğunu öyrənmişdir. O, bu xəbəri dəqiqləşdirmək üçün Təqsirləndirilən şəxs telefonu ilə anası Şahid1 zəng etmiş və dostu olan gizir A.Məmmədovun şəhid olub-olmadığını sonuncudan soruşmuşdur. Anası dostu A.Məmmədovun ön xətdə düşmən təxribatı nəticəsində şəhid olduğunu ona demişdir. O, bundan sonra anası ilə sağollaşmış və telefonu Təqsirləndirilən şəxs qaytararaq əsgər yataqxanasına getmişdir. O, səhəri gün, yəni 13 sentyabr NN-ci il tarixdə axşam radələrində hazırda adını və soyadını xatırlamadığı hərbi qulluqçunun telefonundan anası ilə yenidən əlaqə saxlamışdır. Bu vaxt anası nə vaxt məzuniyyətə gələcəyini ondan soruşmuşdur. O, anasına hələ məzuniyyətə gələ bilməyəcəyini demişdir. Çünki o, anasına qanuni məzuniyyətinin 9 ayının tamamında başlayacağını və buna isə sayılı günlərin qaldığını demişdir. Anası bundan bir gün öncə Təqsirləndirilən şəxsla aralarında baş verən söhbəti ona danışmışdır. Söhbət zamanı Təqsirləndirilən şəxs ilk öncə özünü anası Şahid1 onun komandiri kimi təqdim edərək məzuniyyətə buraxılmasına kömək edə biləcəyini demişdir. Anası Şahid1 hansı yolla onun məzuniyyət məsələsini həll edə biləcəyini Təqsirləndirilən şəxs soruşmuş, sonuncu ad, soyad və rütbəsini bildirmədiyi hərbi hissənin vəzifəli şəxsləri ilə tanışlığının olduğunu və həmin şəxslərin vasitəsilə onun məzuniyyət məsələsini həll edə biləcəyini demişdir. Şahid1 Təqsirləndirilən şəxs inanmış və qardaşı ŞahidN vasitəsilə sonuncuya N00 manat pul vermişdir. O, hərbi hissədə Təqsirləndirilən şəxs yaxınlaşaraq və onu kimin vasitəsilə məzuniyyətə buraxdıracağını sonuncudan soruşmuş, sonuncu ad, soyad və rütbəsini ona bildirmədiyi hərbi hissədə xidmət edən yüksək vəzifəli şəxslərin köməkliyi ilə onu məzuniyyətə buraxdıracağını söyləmişdir. O, nə zaman məzuniyyətə çıxa biləcəyini Təqsirləndirilən şəxs soruşmuş, sonuncu isə ona səbrli olmasını və bir neçə gündən sonra məzuniyyətə buraxılacağını demişdir. Üzərindən bir neçə gün keçdikdən sonra o, məzuniyyətə çıxmaq məsələsinin alınmadığını görüb bir daha Təqsirləndirilən şəxs yaxınlaşmış və məzuniyyətə nə vaxt çıxacağını bir daha sonuncudan soruşmuşdur. Təqsirləndirilən şəxs onun məzuniyyətə çıxmaq məsələsinin müəyyən səbəblərdən alınmadığını ona demişdir. Məzuniyyətə çıxmasının alınmadığını görüb o, Təqsirləndirilən şəxs onu məzuniyyətə göndərməsi üçün anası və dayısı tərəfindən ona verilən N00 manatı geri qaytarmasını demişdir. Təqsirləndirilən şəxs isə hazırda pulunun olmadığını və N00 manatı tezliklə ona qaytaracağını söyləmişdir. Təqsirləndirilən şəxs həmin ərəfələrdə təxminən 5-10 (beş-on) günlük məzuniyyətə çıxmış və o, sonuncunun məzuniyyətdən qayıtmasını gözləmişdir. Təqsirləndirilən şəxs məzuniyyətdən qayıtdıqdan sonra o, məzuniyyətinə çıxması ilə bağlı sonuncuya verilən N00 manatı qaytarmasını demişdir. Lakin Təqsirləndirilən şəxs onun məzuniyyətə çıxması ilə bağlı sonuncuya verilən N00 manatı verməmək üçün müxtəlif bəhanələr gətirməyə başlamışdır. O, Təqsirləndirilən şəxs onun məzuniyyətə çıxması ilə bağlı N00 manatı geri verməyəcəyi təqdirdə komandirlərinə şikayət edəcəyini demişdir. NN-ci ilin sentyabr ayının axırlarında Təqsirləndirilən şəxs N00 manatı kart vasitəsi ilə anası Şahid1 göndərmişdir. Üzərindən bir qədər keçdikdən sonra Təqsirləndirilən şəxs bu dələduzluq əməlinə görə araşdırma başlanmışdır. O, Təqsirləndirilən şəxs NN-ci ilin dekabr ayında Müdafiə Nazirinin müvafiq əmri ilə ordu sıralarından ehtiyata buraxıldığını da qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə verərək ittihamda göstərilənləri təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N iyun NN-ci il tarixli 165 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzindən (Bakı şəhəri) Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə gəlmiş hesab edilmiş, həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminata qoyulmaqla vəzifəsinin icrasına başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N iyun NN-ci il tarixli 168 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Şahid3 hərbi hissənin 1-ci əməliyyat taborunun N-ci əməliyyat bölüyünün 3-cü əməliyyat taqımının N-ci əməliyyat qrupunun kəşfiyyatçı-heyət nəfəri vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N iyun NN-ci il tarixli 186 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi hissənin 1-ci əməliyyat taborunun N-ci əməliyyat bölüyünün 1-ci əməliyyat taqımının N-ci əməliyyat qrupunun kəşfiyyatçı-qumbaraatanı vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim olunmuş xidməti xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. “Azercell Telekom MMC”-dən daxil olmuş kompakt diskə keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəsi ilə Şahid1 məxsus ***-***-**-** nömrəsi arasında xx.xx.NN-xx.xx.NN-ci il tarixlərdə müxtəlif vaxtlarda çoxsaylı telefon danışıqları aparılmışdır. N nömrəli hərbi hissə komandirinin N dekabr NN-ci il tarixli 376 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinə ünvanlanmış 04 oktyabr NN-ci il tarixli raportdan görünür ki, hərbi hissənin 1-ci əməliyyat taborunun N-ci əməliyyat bölüyünün 1-ci əməliyyat taqımının 1-ci qrupunda kəşfiyyatçı qumbaraatan vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N-ci əməliyyat bölüyünün 3-cü əməliyyat taqımının N-ci qrupunda kəşfiyyatçı-heyət nəfəri vəzifəsində xidmət edən əsgər Şahid3 valideynini (anasını) özünü əsgər Şahid3 komandiri kimi təqdim edərək aldatmış və oğlunun məzuniyyətə göndərilməsi üçün ondan N00 manat məbləğində pul almışdır. 1N sentyabr NN-ci il tarixli N7763 nömrəli “eManat” ödəmə terminalından təqdim edilmiş ödəmə qəbzindən görünür ki, həmin tarixdə saat N1:04-də Təqsirləndirilən şəxs istifadəsində olan və ona məxsus Azərbaycan Beynəlxalq Bankına aid 5167 5133 4NN6 6400 nömrəli karta N00 manat məbləğində pul köçürülmüşdür. Vətəndaş Şahid1 xx.xx.N3-cü il tarixli ərizəsindən görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs hərbi hissədə xidmət edən yüksək vəzifəli tanışlarının vasitəsi ilə oğlu Şahid3 məzuniyyətə çıxartmaq adı ilə aldadaraq onun N00 (iki yüz) manat pulunu ələ keçirmişdir. Vətəndaş Şahid1 xx.xx.N3-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs həmin hərbi hissədə xidmət edən oğlu Şahid3 məzuniyyətə buraxdırması üçün qardaşı ŞahidN vasitəsilə verdiyi N00 manat pulu, Təqsirləndirilən şəxs NN-ci ilin sentyabr ayının axırlarında ona məxsus Beynəlxalq Banka aid 41N7-N081-1835-0551 saylı kart nömrəsinə ilk öncə 150 (bir yüz əlli) manat və təxminən N (iki) gün sonra isə 50 (əlli) manat olmaqla, ümumilikdə N00 (iki yüz) manat ödədiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və maddi tələbi yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs digər şəxsi xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün birbaşa, vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etməsi onun özünün həmin cinayəti törətdiyini məhkəmə iclasında etiraf etməsilə yanaşı, şahid ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 3N.4, 31N.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası CM-nin 41.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.N-ci maddəsinin tələbində əsasən cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk gündən törətdiyi cinayət əməlini səmimi etiraf edib peşman olmasını, əvvəllər məhkum olunmamasını, törətdiyi cinayət əməli nəticəsində vətəndaş Şahid1 dəymiş maddi ziyanın tam ödəməsini, xidmət yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun N7 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, törədilmiş cinayətlərdə iştirak etmə dərəcəsini, onun cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 3N.4, 31N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin olunmasını, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.N-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.N maddələrində: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. İş üzrə maddi sübut, maddi ziyan, ekspertiza xərci yoxdur. Mülki iddia verilməmişdir. Məhkəmə gəldiyi nəticələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.N003-cü il tarixli, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.N006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N.4, 31N.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 3N.4, 31N.1-ci maddəsi ilə 5000 (beş min) manat cərimə cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti və ya apellyasiya şikayəti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Aslan Kalbalıyev
Məhkəmə qərarları › İş №1-1(093)-79/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-79/2023
20.04.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver