Məhkəmə qərarları › İş №1-1(093)-8/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-8/2023

19.05.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-8/2023 19.05.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakimlər Həsənov Həbib Bəhram oğlu (sədrlik edən), Abbasov Rafiq Qaraxan oğlu və Kalbalıyev Aslan Kalbalı oğlundan ibarət tərkibdə, Bayramov Mail Allahverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, mudafiəçilər: Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və «Hümbətov və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi1 və təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Əli-Bayramlı rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan), ali təhsilli, əvvəllər məhkum olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, leytenant Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü və xx xxxxxx 1979-cu il tarixdə Sabirabad rayonunda anadan olmuş, Sabirabad rayonu Poladtuğay kəndində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində bir azyaşlı uşağı olan), orta təhsilli, əvvəllər məhkum olunmamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, vətəndaş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 təkrarən satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, Nağıyev X9 Nazirliyinin Abşeron rayonunda yerləşən N nömrəli hərbi hissəsinin 4-cü mexanikləşdirilmiş taborunun 10-cü mexanikləşdirilmiş bölüyünün 2-ci mexanikləşdirilmiş tağımının komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmətdə olarkən tanışı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, baş gizir Şahid1 18 noyabr 2021-ci il tarixdə onunla əlaqə saxlayaraq özünün istifadəsi üçün psixotrop maddə - metamfetamin və narkotik vasitə - marixuana almaq istədiyini demiş, o, 5 qram psixotrop maddə metamfetaminin bir qramını 35 manata, narkotik vasitə marixuanı isə 80 manat olmaqla, ümumilikdə 255 manata sata biləcəyini bildirmiş, baş gizir Şahid1 da həmin narkotik vasitə və psixotrop maddəni satın almağa razılaşmışdır. Bundan sonra, baş gizir Şahid1 18 noyabr 2021-ci il tarixdə özünə məxsus “Samsung A31” markalı mobil telefona quraşdırdığı “BirBank” mobil telefon tətbiqi vasitəsilə “KapitalBank ASC”-dən verilmiş “5103 0714 4752 9443” nömrəli əmək haqqı kartından “whatsapp” mesajlaşma tətbiqi vasitəsilə şəklini çəkib ona göndərdiyi həyat yoldaşı Şahid4 məxsus "Unibank" Albalı plastik bank kartına 177 manat pul köçürmüş, məbləğin qalan hissəsini qısa müddətə göndərəcəyini bildirmişdir. Daha sonra o, Sumqayıt şəhəri, "Qaçqınlar Məhəlləsi" adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan "Elçin" adlı şəxsdən 1 ədəd bükümdə təmiz çəkisi 4,492 qram qurudulmuş marixuana olan narkotik vasitə və 1 ədəd bükümdə təmiz çəkisi 4,341 qram psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan şəraitdə əldə edərək sellofan torbanın içərisinə qoyub 22 noyabr 2021-ci il tarixdə saat 23 radələrində Şahid1 çatdırılması üçün "bolt" taksi sürücüsü Şahid3 vasitəsilə Şahid1 Bakı şəhərindən Laçın rayonuna ezamiyyətdən qayıdan xidmət yoldaşı müddətən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid2 göndərmişdir. Daha sonra əsgər Şahid2 23 noyabr 2021-ci il tarixdə axşam saat 17 radələrində Laçın rayonunun Bülulduz kəndi ərazisində olarkən Müdafiə Nazirliyinin tabe hərbi qurumlarında xidmət aparan müvafiq vəzifəli şəxslərin iştirakı həmin sellofan torbanın içərisindəki komuflaj rəngli hərbi geyim formasının arasından, baş gizir Şahid1 Təqsirləndirilən şəxs1 satın aldığı 1 ədəd bükümdə təmiz çəkisi 4,492 qram qurudulmuş marixuana olan narkotik vasitə və 1 ədəd bükümdə təmiz çəkisi 4,341 qram metamfetamin olan psixotrop maddə aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs1 yuxarıda göstərilən vəzifədə və hərbi rütbədə olarkən təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə "instagram" sosial şəbəkəsi vasitəsilə ilə tanış olduqları istintaqa şəxsiyyəti məlum olmayan “Ramil” adlı şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə o, aralarında olan cinayətkar sövdələşməyə əsasən 2021-ci ilin dekabr ayının ortalarında saat 23-24 radələrində "Ramil" adlı şəxsin sosial şəbəkə vasitə ilə bildirdiyi, yəni Füzuli rayonu, Şükürbəyli kəndi ərazisindən istintaqa məlum olmayan şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 20789,1 qram çəkidə narkotik vasitə olan heroin, külli miqdarda 4190 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, külli miqdarda 9696,171 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə etmişdir. O, əldə etdiyi psixotrop maddə olan metamfetaminin 49,071 qramını 01 ədəd bükümdə ayırmaqla üzərində, narkotik vasitə olan qurudulmuş marixuananın 190 qramını, 01 ədəd şəffaf sellefonda ayırıb idarə etdiyi “Renault Megane” markalı, **-TX-*** qeydiyyat nişanlı avtomobilin yük yerində saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, döngə 2 ünvanın qarşısına daşımış, əldə etdiyi narkotik vasitə olan heroinin 20789,1 qramını və narkotik vasitə olan qurudulmuş marixuananın 4000 qramını, psixotrop maddə olan metamfetaminin 9647,1 qramını qrupun digər üzvü Təqsirləndirilən şəxs2 Sabirabad rayonu, Poladtuğay kəndində evinin qarşısında vermiş, Təqsirləndirilən şəxs2 da qanunsuz olaraq əldə etdiyi narkotik vasitə olan heroinin 19,100 qramını 01 ədəd bükümdə və psixotrop maddə olan metamfetaminin 7,100 qramını 01 ədəd bükümdə ayırmaqla üzərində, əldə etdiyi qalan narkotik vasitə və psixotrop maddələri yaşadığı Sabirabad rayonu, Poladtuğay kəndində yerləşən fərdi yaşayış evinə daşımaqla saxlamışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 02 yanvar 2022-ci il tarixdə saat 12:30-da Sabirabad rayonu, Poladtuğay kəndi ərazisində saxlanılaraq Sabirabad RPŞ-nin inzibati binasına gətirilmiş, polis şöbəsində həmin tarixdə saat 13:40-dan etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan gödəkçənin sağ yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı 01 ədəd bükümdə külli miqdarda 19,100 qram çəkidə narkotik vasitə olan heroin və 01 ədəd bükümdə külli miqdarda 7,100 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 14:50-dən etibarən Təqsirləndirilən şəxs2 yaşadığı Sabirabad rayonu, Poladtuğay kəndində yerləşən fərdi yaşayış evinə özünün razılığı və iştirakı ilə baxış keçirilən zaman yataq otağından 02 ədəd torbanın içərisində olan 09 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 1010,0 qram, 950,0 qram, 1140,0 qram, 990,0 qram, 1700,0 qram, 700,0 qram, 1090,0 qram, 1100,0 qram, 960 qram olmaqla ümumilikdə külli miqdarda 9640,0 qram çəkidə psixotrop maddə olan metamfetamin və 19 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 1090,0 qram, 1280,0 qram, 1090,0 qram, 1030,0 qram, 1300,0 qram, 1060,0 qram, 1090,0 qram, 1050,0 qram, 1100,0 qram, 900,0 qram, 1300,0 qram, 850,0 qram, 1250,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1150,0 qram, 1050,0 qram, 1180,0 qram olmaqla ümumilikdə külli miqdarda 20770,0 qram çəkidə narkotik vasitə olan heroin, 01 ədəd bağlamada külli miqdarda 4000 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Təqsirləndirilən şəxs2 verdiyi məlumat əsasında 03 yanvar 2022-ci il tarixdə saat 00:10-da Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, döngə 2 ünvanın yaxınlığında idarə etdiyi “Renault Megane” markalı avtomobil ilə hərəkətdə olan zaman saxlanılaraq həmin idarənin inzibati binasına gətirilmiş, Baş İdarədə həmin tarixdə saat 01:25-dən etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan idman şalvarının sağ yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı 01 ədəd bükümdə külli miqdarda 49,071 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq həmin tarixdə 02:05-dən etibarən Təqsirləndirilən şəxs1 idarə etdiyi “Renault Megan” markalı **-TX-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin baqaj hissəsindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 01 ədəd şəffaf sellefonda 190 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və üzərində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. X1 məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, leytenant Təqsirləndirilən şəxs1 ilə birlikdə "instagram" sosial şəbəkəsi vasitəsilə ilə tanış olduqları istintaqa şəxsiyyəti məlum olmayan “Ramil” adlı şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 aralarında olan cinayətkar sövdələşməyə əsasən 2021-ci ilin dekabr ayının ortalarında saat 23-24 radələrində "Ramil" adlı şəxsin sosial şəbəkə vasitə ilə bildirdiyi, yəni Füzuli rayonu, Şükürbəyli kəndi ərazisindən istintaqa məlum olmayan şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 20789,1 qram çəkidə narkotik vasitə olan heroin, külli miqdarda 4190 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, külli miqdarda 9696,171 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 əldə etdiyi psixotrop maddə olan metamfetamin 49,071 qram hissəsini 01 ədəd bükümdə ayırmaqla üzərində, narkotik vasitə olan qurudulmuş marixuananın 190 qram hissəsini, 01 ədəd şəffaf sellefonda ayırıb idarə etdiyi “Renault Megane” markalı, **-TX-*** qeydiyyat nişanlı avtomobilin yük yerində saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, döngə 2 ünvanın qarşısına daşımış, Təqsirləndirilən şəxs1 əldə etdiyi narkotik vasitə olan heroinin 20789,1 qramını və narkotik vasitə olan qurudulmuş marixuananın 4000 qramını, psixotrop maddə olan metamfetaminin 9647,1 qram hissəsini qrupun digər üzvü olan ona Sabirabad rayonu, Poladtuğay kəndində evinin qarşısında vermiş, o da qanunsuz olaraq əldə etdiyi narkotik vasitə olan heroinin 19,100 qram hissəsini 01 ədəd bükümdə və psixotrop maddə olan metamfetaminin 7,100 qram hissəsini 01 ədəd bükümdə ayırmaqla üzərində, əldə etdiyi qalan narkotik vasitə və psixotrop maddələri yaşadığı Sabirabad rayonu, Poladtuğay kəndində yerləşən fərdi yaşayış evinə daşımaqla saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində 02 yanvar 2022-ci il tarixdə saat 12:30-da Sabirabad rayonu, Poladtuğay kəndi ərazisində saxlanılaraq Sabirabad RPŞ-nin inzibati binasına gətirilmiş, polis şöbəsində həmin tarixdə saat 13:40-dan etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan gödəkçənin sağ yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı 01 ədəd bükümdə külli miqdarda 19,100 qram çəkidə narkotik vasitə olan heroin və 01 ədəd bükümdə külli miqdarda 7,100 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 14:50-dən etibarən Təqsirləndirilən şəxs2 yaşadığı Sabirabad rayonu, Poladtuğay kəndində yerləşən fərdi yaşayış evinə özünün razılığı və iştirakı ilə baxış keçirilən zaman yataq otağından 02 ədəd torbanın içərisində olan 09 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 1010,0 qram, 950,0 qram, 1140,0 qram, 990,0 qram, 1700,0 qram, 700,0 qram, 1090,0 qram, 1100,0 qram, 960 qram olmaqla ümumilikdə külli miqdarda 9640,0 qram çəkidə psixotrop maddə olanmetamfetamin və 19 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 1090,0 qram, 1280,0 qram, 1090,0 qram, 1030,0 qram, 1300,0 qram, 1060,0 qram, 1090,0 qram, 1050,0 qram, 1100,0 qram, 900,0 qram, 1300,0 qram, 850,0 qram, 1250,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1150,0 qram, 1050,0 qram, 1180,0 qram olmaqla ümumilikdə külli miqdarda 20770,0 qram çəkidə narkotik vasitə olan heroin, 01 ədəd bağlamada külli miqdarda 4000 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onun verdiyi məlumat əsasında 03 yanvar 2022-ci il tarixdə saat 00:10-da Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, döngə 2 ünvanın yaxınlığında idarə etdiyi “Renault Megan” markalı avtomobil ilə hərəkətdə olan zaman saxlanılaraq həmin idarənin inzibati binasına gətirilmiş, Baş İdarədə həmin tarixdə saat 01:25-dən etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan idman şalvarının sağ yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı 01 ədəd bükümdə külli miqdarda 49,071 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq həmin tarixdə 02:05-dən etibarən Təqsirləndirilən şəxs1 idarə etdiyi “Renault Megan” markalı **-TX-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin baqaj hissəsindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 01 ədəd şəffaf sellefonda 190 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və üzərində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 özünü, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, ilkin ifadəsində və şəxsi axtarış zamanı həyəcanlı olduğundan fikrini tam olaraq ifadə edə bilməmişdir. "Ramil" adlı şəxs bir neçə dəfə ona Füzuli rayonu ərazisində yerləşdirdiyi narkotik vasitənin yerini demiş, o da həmin narkotik vasitə və psixotrop maddələri oradan götürüb istifadə etmiş, lakin bir hissəsini isə "Ramil" adlı şəxsin dediyi ünvanlara yerləşdirməmiş, satışı ilə məşğul olmamış və pul əldə etməmişdir. O, 2021-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs2 ondan borca pul istəyən zaman ona pul verə bilməyəcəyini, lakin köməklik etmək məqsədilə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan "Ramil" adlı şəxs barədə məlumat vermişdir. Onunla iş qurub pul qazana biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 da buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs2 istəyi barədə "Ramil" adlı şəxsə məlumat vermiş, O, da bir şeylər fikirləşəcəyini bildirmişdir. 2021-ci ilin dekabr ayının ortalarında "Ramil" adlı şəxs onunla "instagram" sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayıb Füzuli rayonu, Şükürbəyli kəndində 01 ədəd kisə torbanın içərisində narkotik vasitə və psixotrop maddələr yerləşdirdiyini, həmin torbanı Təqsirləndirilən şəxs2 çatdırmasını, Hidayəti özü tapacağını, özü əlaqəyə girəcəyini, digər məsələləri özü həll edəcəyini bildirmişdir. O, da Hidayətin mobil nömrəsini və Sabirabad rayonu, Poladtuğay kəndində yaşadığını "Ramil" adlı şəxsə demişdir. O, Təqsirləndirilən şəxs2 qabaqcadan bu barədə məlumat verərək özünə məxsus olan "Renault Megane" markalı, **-TX-*** dövlət seriyalı avtomobili ilə Füzuli rayonu, Şükürbəyli kəndi ərazisinə gedərək, gecə saat 23-24 radələrində içərisində narkotik vasitə və psixotrop maddələr olan 1 ədəd kisə torbanı həmin kəndin ərazisində "Ramil" adlı şəxsin bildirdiyi yerdən götürmüşdür. Həmin torbanı səhər saat 04-05 radələrində Sabirabad rayonu, Poladtuğay kəndində yaşayan Təqsirləndirilən şəxs2 evinin qarşısında içərisində narkotik vasitə və psixotrop maddələr olan 01 ədəd kisə torbanı hər hansı pul qarşılığı olmadan təqdim etmişdir. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələri və psixotrop maddələri satıb-satmamasından xəbərsiz olmuşdur. O, Sabirabada gedərkən yolda olan zaman torbadan özü istifadə etməsi üçün 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini götürərək üzərində saxlamış, 01 ədəd sellofan torbada olan qurudulmuş marixuananı götürərək avtomobilinin yük hissəsində saxlamış, lakin fürsət olmadığı üçün istifadə edə bilməmişdir. 03 yanvar 2022-ci il tarixdə saat təxminən 00:10 radələrində polis əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün tutulmuşdur. O, avtomobilin yük hissəsində olan elektron tərəzi ilə bağlı uzun müddət narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olduğundan əsasən "patı" deyilən metamfetamini istifadə edən zaman elektron tərəzidə çəkib, sonra istifadə etmişdir. O, Təqsirləndirilən şəxs2 saxlaması üçün verdiyi, içərisində narkotik vasitə və psixotrop maddələr olan torbaların sayının 2 olduğunu bildirmiş, lakin sonradan düzgün xatırladığını həmin torbaların sayının 1 olduğunu bildirmişdir. O, 44 günlük "Vətən Müharibəsi"ndə iştirak etdiyini, medallarla təltif edildiyini və himayəsində 2 azyaşlı uşağı olduğunu qanun çərçivəsində nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 özünü, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, o, ilkin ifadəsində və şəxsi axtarış zamanı həyəcanlı olduğundan fikrini tam olaraq ifadə edə bilməmişdir. O, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, "Ramil" adlı şəxslə bilavasitə ünsiyyətdə olmadığını, həmçinin sonuncu tərəfindən rəhmətə gedən anası Gülvarı Məmmədovanın 2021-ci ilin dekabr ayında bank kartına ümumilikdə 1000 (min) manat pul göndərilmədiyini, sonuncunun göstərişi əsasında narkotik vasitə və psixotrop maddənin hər hansı bir ünvana qoymadığını bildirmişdir. O, 2021-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs1 borca pul istədiyini, sonuncu isə ona borca pul verə bilməyəcəyini, lakin görüşdükləri zaman ona bir iş təklif edəcəyini bildirmişdir. Danışıqlarından 1-2 gün keçdikdən sonra Təqsirləndirilən şəxs1lə görüşən zaman sonuncu "instagram" sosial şəbəkəsində "Ramil" adında bir şəxslə tanış olduğunu, ona narkotik vasitə və psixotrop maddələr əldə etməsinə köməklik etdiyini, "Ramil" adlı şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 "Ramil"lə işbirliyi qurmaq istəyi barədə firkini öyrənən zaman etiraz etməmişdir. 2021-ci ilin dekabr ayının ortalarında Təqsirləndirilən şəxs1 ona "Ramil adlı şəxslə "instagram" sosial şəbəkəsində danışdığını, içərisində narkotik vasitə və psixotrop maddələr olan torbanı Füzuli rayonu, Şükürbəyli kəndi ərazisinə yerləşdirdiyini və həmin torbanı qeyd olunan ərazidən götürüb saxlaması üçün ona verəcəyini bildirmişdir. O da pula ehtiyacı olduğu üçün bunların "Ramil" adlı şəxsin göstərişi əsasında olduğundan etiraz etməmişdir. Təxminən səhər saat 04-05 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı Sabirabad rayonu, Poladtuğay kəndində yerləşən evinin qarşısında görüşərək içərisində narkotik vasitə və psixtrop maddələr olan 01 ədəd torbanı ona vermiş və saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin onun saxladığı narkotik vasitə və psixotrop maddələri hər dəfə gəlib götürən zaman bir kiloqramına görə 200 manat pul verəcəyini vəd etmişdir. Təqsirləndirilən şəxs1 getdikdən sonra həmin torbada olan bükümlərdən 01 ədəd bükümdə metamfetamin və 01 ədəd bükümdə heroini öz istifadəsi üçün götürərək üzərində saxlamış, lakin fürsət olmadığı üçün istifadə edə bilməmişdir. 02 yanvar 2022-ci il tarixdə saat 12:30-da polis əməkdaşları tərəfindən onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün tutulmuşdur. O, ilkin ifadəsində düzgün bildirmədiyini, Təqsirləndirilən şəxs1 içərisində narkotik vasitə və psixotrop maddələr olan 02 ədəd torba deyil, 01 ədəd torba verdiyini, həmin torbalarda 09 büküm olduğunu, lakin mənzildə olan baxış zamanı 02 ədəd torba və həmin torbaların içərisində ümumilikdə narkotik vasitə və psixotrop maddə olan 29 ədəd büküm aşkar olunduğunu, 01 ədəd artıq torba və narkotik vasitə və psixotrop maddə olan 20 ədəd artıq bükümün aşkar olunması ilə bağlı hər hansı versiyası olmamışdır. O, anasının rəhmətə getdiyini və azyaşlıövladının vaxtsız vəfat etdiyini, himayəsində bir azyaşlı uşağı olduğunu qanun çərçivəsində nəzərə alınmasını xahiş etmişdir. Şahid4 istintaqda verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 ifadəsində onunla bağlı göstərdiklərini mahiyyəti üzrə təsdiq etmişdir. Şahid2 məhkəməyə ifadə verib göstərdi ki, o, 09 sentyabr 2020-ci il tarixdən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində xidmətə başlamışdır. N mart 2021-ci il tarixdən xidmət etdiyi 3-cü taborun şəxsi heyəti N nömrəli hərbi hissənin tərkibinə təhvil verildiyindən həmin tarixdən bu günədək həmin hərbi hissədə xidmətini davam etdirir. 2021-ci ilin avqust ayında xüsusi təyinatlı qüvvələrdə xidmət etmək üçün müraciət etdiyinə görə 11 noyabr 2021-ci il tarixdə xüsusi təyinatlı qüvvələrdə xidmət etmək istəyən şəxslərin cəlb edildiyi kursda iştirak etmək üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə N ay müddətinə ezam edilmişdir. Görmə qabiliyyətində zəiflik olduğu üçün 14 noyabr 2021-ci il tarixdə kursdan imtina etməklə bağlı müraciət etmişdir. 18 noyabr 2021-ci il tarixdə kursdan azad edildiyi barədə əmri ona təqdim edərək xidmət yeri olan N nömrəli hərbi hissəyə qayıda biləcəyini demişlər. Şahid2 həmin gün, günorta saat 15 radələrində N nömrəli hərbi hissədən çıxmış, lakin “Laçın dəhlizi”ndən keçərək xidmət yerinə qayıtmağı fikirləşsə də, şəxsi heyəti hərbi hissəyə aparan avtomobil kalonuna çata bilməyəcəyi üçün yaşadığı Quba rayonunun Vladimirovka kəndinə getməyi qərara almışdır. Yaşadığı kəndə gedərkən istifadəsində olan ***-***-**-** mobil nömrəsindən xidmət etdiyi batareyanın baş çavuşu, baş gizir Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayıb kursdan azad edildiyini və bir-iki günə xidmət yerinə qayıdacağını demişdir. 21 noyabr 2021-ci il tarixdə saat 12 radələrində baş gizir Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib “mənə evdən bir-iki şey göndərəcəklər, sumka olacaq, formam da olacaq, gətirə bilərsən gələndə?” demiş, o isə “problem yoxdur, gətirərəm” deyə cavab vermişdir. O, 22 noyabr 2021-ci il tarixdə axşam saat 19 radələrində yaşadığı kənddən çıxıb Bakı-Quba istiqaməti ilə sərnişin daşıyan tanımadığı taksilərdən birinə əyləşib Bakı şəhərinə yola düşmüş və həmin gün axşam saat 21:30-da Bakı şəhərinə - “20 yanvar” metrostansiyası yaxınlığında yerləşən “Alov zavodu” adlandırılan zavodun qarşısına çatmışdır. Avtomobildən düşüb təkbaşına piyada “20 yanvar metrosu”nun yaxınlığına, “3-ün kruqu” adlandırlıan yerə gedərkən istifadəsində olan ***-***-**-** mobil nömrəsindən baş gizir Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib Bakı şəhərinə çatdığını və ona aparacağı paketi “3-ün kruqu” adlandırlan yerə göndərməsini xahiş etmişdir. Şahid1 isə “hə yaxşı, gözlə xəbər edirəm” demişdir. Təxminən 2-3 dəqiqə sonra Şahid1 eyni mobil nömrədən onun isitfadəsində olan həmin mobil nömrəyə zəng edib “sənə nömrə göndərmişəm, o nömrə ilə əlaqə saxla, o gətirəcək sumkanı, danışandan sonra mənə deyərsən” demişdir. O da istifadə etdiyi “Samsung A52” markalı mobil telefonunun ismarıc bölməsinə baxdıqda saat 20:06-da birlikdə xidmət etdikləri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X5 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən ona ismarıc gəldiyini görmüşdür. İsmarıcın mətnində “***-***-**-**” mobil nömrəsi və “sən Bakıya çatanda bu nömrəyə zəng elə, straşinanin pasilkasin verəcək sənə, adı Orxandı” sözləri olmuşdur. O, saat 22 radələrində istifadəsində olan həmin mobil nömrədən ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayıb “Xaləddin verib nömrəni, ona sumka verəcəkdin” demişdir. Həmin şəxs isə “yaxşı deyib hardasan” deyə soruşduqda o, “3-ün kruqundayam” deyə cavab vermişdir. Laçın dəhlizinə gedəcəyi avtomobilin yola düşməsinə az müddət qaldığı üçün təxminən 45-50 dəqiqə sonra, saat 22:50-22:55 radələrində o, yenidən istifadəsində olan mobil nömrədən ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayıb “nə oldu, sumkanı göndər də, maşın tərpənir” demiş, adının Orxan olduğunu bildirən, lakin tanımadığı həmin şəxs “mən gələ bilmirəm, maşınla göndərmişəm” deyərək sağollaşmışdır. Orxan adlı şəxslə danışdıqdan sonra Şahid1 istifadəsində olan mobil nömrəyə zəng edib “bu taksi ilə göndərir, özü gələ bilmir, əgər çatdırıb götürə bilməsəm çıxıb gələcəm, incimə” demiş, o isə “hə yaxşı” deyə cavab vermişdir. Təxminən 15 dəqiqə sonra istifadəsində olan mobil nömrəyə tanımadığı və adını bilmədiyi şəxs ***-***-**-** mobil nömrəsindən ona zəng olunaraq “qardaş sumkanı gətirmişəm, mən burdayam, sən hardasan?” deyə soruşulmuş, o da “3-ün kruqundayam” dedikdə həmin şəxs orada yerləşən “Həmid H-oil” yanacaq doldurma məntəqəsi ilə üzbəüz körpünün altında dayanmasını bildirmişdir. O, yolun əks tərəfində olduğundan yolu keçərək həmin şəxsin olduğu yerə getmiş və sürücünün avtomobildən düşmədən oturduğu tərəfin şüşəsini aşağı endirib ona uzatdığı bir ədəd sellofan torbanı götürüb “sağol” deyərək yenidən geri qayıtmışdır. Hava qaranlıq olduğu üçün, eləcə də tələsdiyindən avtomobilin qeydiyyat nişanına baxmamış və sürücünün xarici görünüşünə, eləcə də avtomobilin üzərində taksi olmasını bildirən hər hansı nişan olmasına diqqət yetirməmiş, lakin həmin avtomobilin 1997-1998-ci illərdə istehsal edilmiş “boz metallik” rəngli “Mercedec C class” markalı avtomobil olmasını və avtomobildə sürücüdən başqa şəxsin olmadığını görmüşdür. O, üzərində “patron” günəbaxan tumlarının qablaşdırmasının şəkilləri olan, bir hissəsi ağ, bir hissəsi isə göy rəngli sellofan torbanın içərisinə baxmadan götürdükdən sonra Laçın rayonuna gedəcəyi “Sprinter” markalı avtomobilin yanına qayıtmışdır. O, 23 noyabr 2021-ci il tarixdə saat 04 radələrində Füzuli rayonunun Horadiz qəsəbəsində yerləşən komendant postuna çatmış və hərbi hissənin şəxsi heyətini aparan “Kamaz” markalı avtomobili gözləmişdir. Təxminən 40 dəqiqə sonra həmin avtobusa əyləşib Laçın rayonu istiqamətində yola düşmüşdür. Həmin gün saat 10 radələrində “sülhməramlıların postu” adlandırılan yerə çatmış, orada “Kamaz” markalı K 7388 QQ hərbi qeydiyyat nişanlı avtobusun sərnişinlər üçün nəzərdə tutulan yerinə əyləşmiş, Şahid1 apardığı paketə və özünə məxsus çantaya yer olmadığı üçün həmin əşyaları sürücü kabinəsində yerləşdirmişdir. 23 noyabr 2021-ci il tarixdə saat 17:30-da həmin avtomobillə Laçın rayonunun Bülulduz kəndi ərazisində hərbi qulluqçuların öz aralarında “arko” deyə adlandırdığı yerin yaxınlığında avtomobil hərəkətini dayandırmış, sərnişinlər əyləşmiş yerin giriş qapısı açıldıqda üzərində komuflyaj rəngli hərbi geyim forması olan və isimlik hissəsində “DTX” yazılmış şəxs ucadan “Mətləb kimdir?” deyə soruşmuşdur. O, özünü həmin şəxsə təqdim etdikdə həmin şəxs “sumkalarını da götür düş aşağı” demişdir. O da avtomobildən düşüb sürücü kabinəsində yerləşdirdiyi özünə məxsus 1 ədəd qara rəngli çantanı və Şahid1 apardığı 1 ədəd sellofan paketi götürüb həmin şəxsə yaxınlaşmışdır. Təhqiqat bölməsinin təhqiqatçısı və ona “hal şahidi” kimi təqdim edilən digər iki nəfər şəxs də orada olmuşdur. Həmin şəxs “3-ün kruqunnan götürdüyün sumka hardadır?” deyə soruşduqda o, Şahid1 apardığı sellofan paketi göstərib “budur” demişdir. Həmin şəxs “kimə aparırsan? İçində nə var” deyə soruşmuş, o isə baş gizir Şahid1 aparıram, içində nə var xəbərim yoxdur” demişdir. Təhqiqatçı olduğunu bildiyi şəxs və hərbi geyiminin üzərində “DTX” sözləri yazılmış şəxs həmin paketin içərisinə baxış keçirmiş, həmin sellofan torbanın içərisindəki komuflyaj rəngli qış gödəkçəsinin arasından 1 ədəd şəffaf rəngli sellofan bükümü aşkar edilmişdir. Sellofan bükümün içərisindən isə 01 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, özü ilə daşıdığı həmin sellofan paket onunla eyni batareyada xidmət edən baş gizir Şahid1 məxsus olmuş, həmin paketi 22 noyabr 2021-ci il tarixdə axşam saat 23:30-da Bakı şəhərində “3-ün kruqu” adlandırılan ərazidə yerləşən “Həmid H-oil” yanacaq doldurma məntəqəsi ilə üzbəüz körpünün altında tanımadığı şəxsdən almış və paketin içərisinə baxmadan özü ilə Laçın rayonuna aparmışdır. Orxan adlı şəxsi tanımır və əvvəllər görməmişdir. Sellofan torbanı ona gətirmiş şəxs barəsində hər hansı məlumatı yoxdur. Orxan adlı şəxsə və sellofan paketi onun olduğu yerə gətirmiş şəxsə hər hansı ödəniş etməmiş və bu barədə aralarında hər hansı söhbət olmamışdır. Şahid1, Orxan adlı şəxs və “Mercedes C class” markalı avtomobili idarə edən şəxs sellofan paketin içərisində narkotik vasitə və psixotrop maddə olması barədə ona hər hansı məlumat verməmişdir. O, özü də sellofan paketin içərisinə baxmadığı üçün orada narkotik vasitə və psixotrop maddə olmasından məlumatsız olmuşdur. Şahid1 həmin narkotik vasitəni və psixotrop maddəni hansı məqsədlə əldə etmək istəməsi barədə məlumatı olmamışdır. Şahid1 əvvəllər ondan Bakı şəhərindən və ya digər yerlərdən hər hansı paketi aparmağını istəməmişdir. Şahid3 məhkəməyə ifadə verib göstərdi ki, o, 2019-cu ilin sonlarında yaşadığı Gəncə şəhərindən Bakı şəhərinə gələrək özünə məxsus “Mersedes Benz 180” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı, “gümüşü metal” rəngli avtomobillə taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. 2020-ci ilin aprel ayından hazıradək özünə məxsus həmin avtomobillə “BOLT” şirkəti ilə əməkdaşlıq edərək taksi sürücüsü kimi çalışır. Hazırda istifadəsində olan ***-***-**-** mobil nömrəsi Gəncə şəhərində yaşayan anası X2 adına qeydiyyata alınsa da, həmin mobil nömrə uzun müddətdir onun istifadəsindədir. 22 noyabr 2021-ci il tarixdə saat 21:54-də Abşeron rayonunun Xırdalan şəhərinə verilmiş sifarişi qəbul edərək sərnişini həmin ünvana aparmış və Xırdalan şəhərinin daxilində dayanaraq proqram tərəfindən veriləcək digər sifarişi gözləmişdir. 22 noyabr 2021-ci il tarixdə saat 23:05-də proqram tərəfindən Xırdalan şəhəri 26-cı məhəllə ünvanına növbəti sifariş verilmişdir. Həmin ünvana çatdıqda saat 23:06-da istifadəsində olan ***-***-**-** mobil nömrəsindən sifarişi vermiş şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib onun olduğu ünvana çatdığını bildirmişdir. Bir nəfər şəxsin yaxınlaşaraq “Big 4D patron”, “Patron dəniz duzu dadı daxilində” sözləri yazılmış, bir üzü göy, digər üzü isə ağ rəngli sellofan torbanı ona verərək ***-***-**-** mobil nömrəsinə zəng edib paketi həmin şəxsə çatdırmasını bildirmişdir. “Bolt” şirkətində həm də “çatdırılma” xidməti olduğundan o, həmin şəxsin “sərnişin daşıma” xidmətini sifariş verməsinə baxmayaraq heç bir etiraz etməmiş, lakin paketin içərisində nə olduğunu soruşmuşdur. Həmin şəxs isə paketin içərisində paltar olduğunu dedikdən sonra o, paketi götürüb yoluna davam etmişdir. Sifarişi vermiş ***-***-**-** mobil nömrəsini istifadə edən şəxs xidmət haqqı olan 3 manat 79 qəpik pulu nağd şəkildə ona ödəmişdir. O, həmin gün saat 23:20-də Bakı şəhəri, “20 yanvar dairəsi” yaxınlığında, Rövşən Cəfərov 24 ünvanında yerləşən “H oil” yanacaq doldurma məntəqəsinin qarşısına çatmışdır. 051 *** ** ** mobil nömrəsini istifadə edən şəxslə əlaqə saxlayıb sifarişi vermiş şəxsin göstərdiyi yerə çatdığını bildirmişdir. Bir neçə dəqiqə sonra, 051 *** ** ** mobil nömrəsini istifadə edən tanımadığı şəxs ona yaxınlaşaraq ***-***-**-** mobil nömrəsini istifadə edən şəxsin taksi sifariş edərək göndərdiyi paketi ondan götürmüşdür. Sifarişi vermiş şəxs xidmət haqqını ödədiyi üçün paketi ondan götürən şəxs hər hansı ödəniş etməmişdir. O, yoluna davam etmiş və həmin şəxsləri keçən müddət ərzində bir daha görməmişdir. 22 noyabr 2021-ci il tarixdə saat 23:05-də Abşeron rayonunun Xıradalan şəhərində sellofan paketi ona vermiş şəxsi sifətdən və səsindən tanımadığını, çünki həm havanın qaranlıq olduğunu, həm uzun müddət keçdiyini, həm də paketi verən şəxsin avtomobilinə oturmayaraq avtomobilin pəncərəsindən ona sellofan paketi verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1, Şahid2 və Şahid1 reallıqda tanımır və onlar barəsində hər hansı məlumatı yoxdur. Şahid Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid5 məhkəməyə ifadə verib göstərdi ki, o, xidmətdə olan zaman 01 yanvar 2022-ci il tarixdə Sabirabad rayonu, Poladtuğay kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Özü əməliyyat qrupunun rəhbəri olmaqla idarənin əməkdaşları, polis kapitanı X6, polis mayoru Şahid6, polis polkovnik-leytenantı Şahid7, polis nəfəri, polis serjantı Şahid8 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı idarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. Əməliyyat qrupunun digər üzvlərini təlimatlandırarkən Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olması, həmçinin sonuncunun xarici əlamətlərini bildirmişdir. Əməliyyat qrupunun üzvləri ilə birlikdə 02 yanvar 2022-ci il tarixdə saat 12:30-da Sabirabad rayonu, Poladtuğay kəndində Təqsirləndirilən şəxs2 yaşadığı evin yaxınlığında xarici əlamətləri sonuncuya bənzər birinin piyada hərəkətdə olduğunu görüb yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Yaxınlaşdıqları şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Sabirabad Rayon Polis Şöbəsinə gətirmişlər. Polis İdarəsində Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmiş, müdafiəçi təqdim edildikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs2 barəsində şəxsi axtarış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs2 ilk öncə üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetlər varsa, həmin əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik olan, narkotik vasitə olan heroinə bənzər kütləni, 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan gödəkçənin sol iç cibindən 01 ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan "Mi" markalı mobil telefon, şəxsin özünə məxsus şəxsiyyət vəsiqəsi və gödəkçənin sol yan cibindən 01 ədəd açar aşkar edilmiş, “Mi” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi götürülmüş, açar isə geri qaytarılmışdır. Sonra heroinə və metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. İştirakçılar tərəfindən üzəri imzalandıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar olumuş narkotik maddə və psixotrop maddələri "Orxan" adlı şəxsin ona yaşadığı evdə verdiyini, "Orxan" adlı şəxsin **-TX-*** dövlət qeydiyyat nişanlı "Renault" markalı avtomobil idarə etdiyini, ***-***-**-** simkart nömrəsi istifadə etdiyini, narkotik vasitə istifadəçisi olmadığını, əvvəllər məhkum olunmadığını, yaşadığı Sabirabad rayonu, Poladtuğay kəndində narktok vasitə və psixotrop maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Çəkilişi isə polis mayoru, Şahid6 həyata keçirmişdir. Şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və protokol iştirakçılara oxunmaqla imzalanmışdır. Keçirilmiş tədbirin davamı olaraq 02 yanvar 2022-ci il tarixdə saat 14:50-dən etibarən Təqsirləndirilən şəxs2, onun müdafiəçisi və qrup üzvləri ilə birlikdə yaşadığı Sabirabad rayonu, Poladtuğay kəndində özünün icazəsi ilə daxil olunaraq baxış keçirilməyə başlanılmışdır. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs2 sözügedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2, həmin mənzildə yerləşən yataq otağından çarpayının yanından 02 ədəd torba çıxarmışdır. Təqsirləndirilən şəxs2 həmin torbalardan ümumilikdə 09 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər olan kütləni, 19 ədəd bükümdə açıq açıq qəhvəyi rəngli spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 01 ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr elektron tərəzidə çəkilərək qablaşdırılmış və üzərində müvafiq qeydlər aparılmaqla möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar olunmuş nartkotik vasitə və psixotrop maddə olan kütlələrin özünə məxsus olmuş, həmin kütlələri "Orxan" adlı şəxsin ona yaşadığı evdə vermiş, "Orxan" adlı şəxsi Bakı şəhərindən tanımış, "Orxan" adlı şəxsin verdiyi kütlələri "Ramil" adlı şəxsdən əldə etmiş, "Orxan" adlı şəxsin evinə gələrək həmin kütlələrdən götürəcəyini və götürəcəyi hər kiloqrama görə 200 manat verəcəyini vəd etmişdir. Çəkilişi polis mayoru Şahid6 həyata keçirmişdir. Baxış və götürmə başa çatdıqdan sonra polis idarəsinə qayıtmışlar və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 şəxsi axtarışı və mənzilində axtarışı zamanı qeyd olunanlardan başqa, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir qanunsuz əşya, maddə, predmet aşkar olunmamışdır. Şahidlər Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları polis mayoru Şahid6, polis polkovnik-leytenantı Şahid7, polis nəfəri, polis serjantı Şahid8 Şahid5 ifadəsinə oxşar ifadə vermişlər. Şahid Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid9 məhkəməyə ifadə verib göstərdi ki, xidmətdə olan zaman 02 yanvar 2022-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Özü əməliyyat qrupunun rəhbəri olmaqla idarənin əməkdaşı, polis baş leytenantı Şahid10 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı idarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. Əməliyyat qrupunun digər üzvünü təlimatlandırarkən Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olması, xarici əlamətlərini bildirmişdir. 03 yanvar 2022-ci il tarixdə saat 00:10 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi, döngə 2 ünvanın yaxınlığında "Renault Megane" markalı, **-TX-*** dövlət nömrə nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs1 bənzər şəxsin olduğunu görərək yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Yaxınlaşdıqları şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, avtomobili isə Baş İdarənin avtomobil duracağına yerləşdirilmişdir. Polis İdarəsində Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmiş, müdafiəçi təqdim edildikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Sonra əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs1 ilk öncə üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetlər varsa, həmin əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan idman şalvarının sol yan cibindən özünə məxsus olan şəxsiyyət vəsiqəsi, 01 ədəd avtomobil pultu, 01 (bir) ədəd üzərində ***-***-**-** GSM mobil nömrə olan "RED Mi" markalı və 01 ədəd üzərində ***-***-**-** GSM mobil nömrə olan "RED Mi" markalı mobil telefon aşkar olunmuş, mobil telefonlar götürülmüş, açar isə geri qaytarılmışdır. Sonra metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. İştirakçılar tərəfindən üzəri imzalandıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olumuş psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkə vasitəsi ilə tanış olduğu "Ramil" adlı şəxsin vasitəsilə 10 gün bundan əvvəl Şükürbəyli kəndi ərazisində əldə etdiyini, narkotik maddələri götürdükdən sonra bir hissəsini Sabirabad rayonunda yaşayan "Hidayət" adlı tanışına müəyyən ünvanlara qoyması üçün verdiyini, sonuncunun da "Ramil" adlı şəxslə tanışlığının olduğunu, üzərində aşkar olunmuş psixotrop maddəni "Ramil" adlı şəxsin göstərişi ilə müəyyən ünvanlara qoyması üçün üzərində saxladığını, gördüyü işin qarşılığında "Ramil" adlı şəxsin ona istifadə etməsi üçün ona narkotik vasitə olan qurudulmuş marixuana verdiyini, özünün narkotik vasitə aludəçisi olduğunu və təxminən 04 ildir ki, qurudulmuş marixuanadan istifadə etdiyini, idarə etdiyi "Renault Megane" markalı, **-TX-*** dövlət nömrə nişanlı avtomobilində də narkotik vasitələr olduğunu, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Çəkilişi isə polis baş leytenantı Şahid10 həyata keçirmişdir. Şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və protokol iştirakçılara oxunmaqla imzalanmışdır. Keçirilmiş tədbirin davamı olaraq 03 yanvar 2022-ci il tarixdə saat 02:05-dən etibarən Təqsirləndirilən şəxs1, onun müdafiəçisi və qrup üzvü ilə birlikdə idarənin duracağında olan "Renault Megane" markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilə özünün icazəsi ilə baxış keçirilməyə başlanılmışdır. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs1 sözügedən avomobildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 avtomobilin arxa yük yerini (baqajı) açaraq, 01 ədəd elektron tərəzi və 01 ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik olan, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Elektron tərəzinin üzərində metamfetaminə bənzər izlərdə olmuşdur. Sonra aşkar edilmiş narkotik vasitə elektron tərəzidə çəkilmiş və həm narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, həm də avtombildən aşkar olunmuş elektron tərəzi qablaşdırılaraq üzərində müvafiq qeydlər aparılmaqla möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi qurudulmuş marixuana özünə məxsus olmuş, elektron tərəzini isə həmin kütlənin çəkisini müəyyən etmək məqsədilə avtomobilində saxlamış, həmin kütləni sosial şəbəkə vasitəsilə tanış olduğu "Ramil" adlı şəxsin vasitəsi ilə 10 gün bundan əvvəl Şükürbəyli kəndində öz şəxsi istifadəsi üçün əldə etmiş, özü narkotik vasitə aludəçisi olmuş və təxminən 04 ildir ki, qurudulmuş marixuanadan istifadə edir. Çəkilişi polis baş leytenantı Şahid10 həyata keçirmişdir. Şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və protokol iştirakçılara oxunmaqla imzalanmışdır. Təqsirləndirilən şəxs1 şəxsi axtarışı və avtomobilində axtarışı zamanı qeyd olunanlardan başqa, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir qanunsuz əşya, maddə, predmet aşkar olunmamışdır. Şahid qismində dindirilmiş olan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, polis baş leytenantı Şahid10 Şahid9 ifadəsinə oxşar ifadə vermişdir. Şahid1 istintaqda verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 2010-cu ildən Silahlı Qüvvələrdə gizir hərbi rütbəsində xidmətə başlamış, 27 sentyabr 2018-ci il tarixdən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etmiş, N mart 2021-ci il tarixdən xidmət etdiyi 3-cü taborun şəxsi heyəti N nömrəli hərbi hissənin tərkibinə təhvil verildiyindən həmin tarixdən bu günədək həmin hərbi hissədə xidmətini davam etdirir. O, bir neçə ildir ki, "nəşə" deyilən narkotik vasitə olan qurudulmuş marixuana və "patı" deyilən psixotrop maddə metamfetaminin istifadəçisi olduğunu bildirmişdir. O, xidmətdə olan zaman onunla birlikdə eyni batareyada xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid2 11 noyabr 2021-ci il tarixdə xüsusi təyinatlı qüvvələrdə iştirak üçün Bakı şəhərinə ezam edilmişdir. 18 noyabr 2021-ci il tarixdə Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək səhhətində problem olduğuna görə kursdan kəsildiyini və bir neçə günə hərbi hissəyə qayıdacağını bildirmişdir. O, narkotik vasitə istifadə etmək istəsə də, xidmət yerini tərk edib Bakı şəhərinə gedə bilməmişdir. Ona görə də Şahid2 ona krusdan kəsildiyi üçün xidmət yerinə qayıdacağını dedikdə həmin gün istifadəsində olan ***-***-**-** mobil nömrəsindən xidmətini N nömrəli hərbi hissədə davam etdirən tanışı leytenant Təqsirləndirilən şəxs1 istifadəsində olan ***- ***-**-** mobil nömrəsi ilə əlaqə saxlayaraq qurudulmuş marixuananı və metamfetamini nəzərdə tutaraq “5 qram daş, 5 qram da ot lazımdır, təşkil eləyə bilərsən?” deyə soruşmuş, Təqsirləndirilən şəxs1 isə “zəng eliyəcəm sənə” deyə bildirmişdir. Qarşıdan qış ayları gəldiyi üçün batareyanın yerləşdiyi Laçın rayonunun Hoçaz kəndinə gələn yollar qar yağması səbəbindən uzun müddət bağlı ola biləcəyi üçün o, həmin müddət ərzində şəxsi ehtiyacını ödəyərək uzun müddət ərzində hissə-hissə istifadə etmək üçün həmin miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmək istəmişdir. 18 noyabr 2021-ci il tarixdə axşam saat 18 radələrində Təqsirləndirilən şəxs1 istifadəsində olan həmin mobil nömrədən onun istifadəsində olan mobil nömrəyə zəng edib “tapılar, “daşın” qramı 35-dən, otun da hamısına 80” deyə bildirmiş, o isə “daşın pulun göndərirəm amma otun pulunu üçdörd günə göndərəcəm” deyə cavab vermişdir. O, 5 qram qurudulmuş marixuananı və 5 qram metamfetamini ümumilikdə 255 manat qarşılığında Təqsirləndirilən şəxs1 satın alacağı barədə razılıq əldə etmişdir. Telefon danışığı zamanı Təqsirləndirilən şəxs1 “sənə kart göndərirəm, pulu ora köçür” demişdir. Təqsirləndirilən şəxs1lə danışdıqdan sonra maaş kartı üzərində olmadığı üçün o, həyat yoldaşı ilə telefon əlaqəsi saxlayaraq maaş kartının şəklini ona göndərməsini xahiş etmişdir. Həyat yoldaşı isə “whatsapp” proqramı vasitəsilə ona məxsus “KapitalBank ASC”dən verilmiş “5103 0714 4752 9443” seriya nömərli əməkhaqqı kartının şəklini göndərmişdir. O, istifadə etdiyi “Samsung A31” markalı mobil telefona “BirBank” mobil tətbiqini yükləyib Təqsirləndirilən şəxs1 “whatsapp” proqramı vasitəsilə ona şəklini göndərdiyi, hazırda seriya nömrəsini, üzərində yazılmış ad və soyadı xatırlamadığı “Unibank Albalı” kartına 177 manat pul köçürmüşdür. Təqsirləndirilən şəxs1lə əlaqə saxlayaraq pulu köçürdüyünü ona bildirmişdir. Lakin, Şahid2 guya ailəsinin ona paltar göndərməyini deyəcəyi üçün Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni və psixotrop maddəni hansısa hərbi geyim formasının arasında gizlətməsini xahiş edərək “otu” və “daşı” bir formaya bükərsən, qoyarsan sumkaya bilinməsin. Nömrəni verəcəm sənə zəng eləyib götürərlər” demiş, Təqsirləndirilən şəxs1 isə “oldu” deyə cavab vermişdir. O, 21 noyabr 2021-ci il tarixdə saat 12 radələrində istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Bakı şəhərindən xidmət yerinə qayıdacaq olan Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayaraq əvvəlcədən planlaşdırdığı kimi “mənə evdən bir-iki şey göndərəcəklər, sumka olacaq, formam da olacaq, gətirə bilərsən gələndə?” demişdir. Şahid2 isə “problem deyil starşina, gətirərəm” dedikdə, Şahid1 “Laçına gələn gün xəbər elə 3-ün kruquna gətirib verərlər sənə” deyib sağollaşmışdır. Növbəti gün, 22 noyabr 2021-ci il tarixdə axşam saat 19 radələrində Şahid2 ona zəng edib Bakı şəhərinə çatdığını və ona gətirəcəyi, içərisində ona məxsus paltarın olduğunu hesab etdiyi “pasılka”nın onun olduğu yerə, Bakı şəhərində “3ün kruqu” adlandırılan yerə göndərilməsini istəmişdir. İstifadə etdiyi mobil nömrədə danışıq aparılması üçün vəsait olmadığı üçün o, 22 noyabr 2021-ci il tarixdə axşam saat 20 radələrində onlarla eyni batareyada xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Rüfət Hacıyevə yaxınlaşıb guya ona evdən paltar göndərəcəklərini, həmin paltarı da Şahid2 Bakı şəhərindən gətirəcəyini bildirib “konturum yoxdur, bir dənə Mətləbə sms yazmaq lazımdır” demişdir. R.Hacıyev isə etiraz etməyərək onun dediyi, leytenant Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsini mesaj vasitəsilə Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə göndərmişdir. Axşam saat 23 radələrində Şahid2 ona zəng edərək “starşına götürdüm sumkanı” demiş, o isə “sağ-salamat gəl” deyə bildirmişdir. O, 23 noyabr 2021-ci il tarixdə saat 14 radələrində istifadəsində olan mobil nömrədən Şahid2lə əlaqə saxladıqda o, “keçiddəyəm, gəlirəm” deyə cavab vermiş, o isə “gəl gözləyirəm” deyib sağollaşmışdır. Həmin gün axşam saat 20 radələrində N nömrəli hərbi hissənin təhqiqat bölməsinin təhqiqatçısı, ədliyyə leytenantı Pərviz Alxasov ona zəng edərək təhqiqat bölməsinə çağırmış, təhqiqat bölməsinin yerləşdiyi yerə çatdıqda artıq Şahid2 gətirməsini xahiş etdiyi sellofan torbanın içərisindəki ona məxsus narkotik vasitə və psixotrop maddənin aşkar edilməsi ona məlum olmuşdur. O, Şahid2 daşıdığı sellofan paketin içərisindən aşkar edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 4,492 qram olan qurudulmuş marixuananı və 1 ədəd bükümdə təmiz çəkisi 4,341 qram olan metamfetamini 18 noyabr 2021-ci il tarixdə ümumilikdə 255 manat qarşılığında əvvəllər birlikdə xidmət etdiyi N nömrəli hərbi hissənin hərbi qulluqçusu, leytenant Təqsirləndirilən şəxs1 satın alaraq qanunsuz olaraq əldə etmişdir. Ailəsi tərəfindən ona paket göndərilməsi görüntüsü yaratmaq məqsədilə isə Təqsirləndirilən şəxs1 narkotik vasitəni və psixotrop maddəni hərbi geyim formasının içərisinə yerləşdirməsini tapşırmışdır. Təqsirləndirilən şəxs1 5 qram qurudulmuş marixuana və 5 qram metamfetamin satın almasına, həmin miqdarda narkotik vasitənin və psixotrop maddənin ödənişini etməsinə baxmayaraq, Təqsirləndirilən şəxs1 ona 5 qram deyil, 4,492 qram qurudulmuş marixuana və 4,341 qram metamfetamin göndərməsinin səbəbi ona məlum deyildir. 4,492 qram qurudulmuş marixuana və 4,341 qram metamfetaminə görə ümumlikdə Təqsirləndirilən şəxs1 255 manat ödəmək barədə sonuncu ilə razılaşsa da, ona 177 manat pul köçürmüş, qalan 80 manatı bir neçə günə köçürəcəyini Təqsirləndirilən şəxs1lə razılaşdırmışdır. Şahid2 saxlanıldıqdan sonra araşdırma başladığı üçün həmin pulun qalan hissəsini Təqsirləndirilən şəxs1 göndərmək fikrindən daşınaraq pulu sonuncuya köçürməmişdir. Həmin miqdarda narkotik vasitəni və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmək istəmişdir. Şahid2 Bakı şəhərindən götürüb ona gətirdiyi sellofan paketin içərisində narkotik vasitə və psixotrop maddə olması barədə hər hansı məlumat verməmiş, hətta, guya evdən ona paltar göndərilirmiş kimi görüntü yaratmaq məqsədilə Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni və psixotrop maddəni hərbi geyim formasının içərisinə yerləşdirməsini tapşırmışdır. Şahid2 də guya ailə üzvlərinin ona paltar göndərmələrini demişdir. Əvvəllər Təqsirləndirilən şəxs1 satın almaqla qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə əldə etməmişdir. Təqsirləndirilən şəxs1 qurudulmuş marixuana istehlak etməsini bilsə də ondan başqa digər şəxslərə narkotik vasitə və ya psixotrop maddə satması barədə, eləcə də digər qanunsuz əməllər törətməsi barədə məlumatı yoxdur. R.Hacıyevdən Şahid2 mesaj yazaraq Təqsirləndirilən şəxs1 nömrəsini Şahid2 göndərməsini xahiş edərkən Təqsirləndirilən şəxs1 ona narkotik vasitə və psixotrop maddə göndərməsi barədə R.Hacıyevə hər hansı məlumat verməmiş, guya ailəsi tərəfindən ona paltar göndərilməsini demişdir. Təqsirləndirilən şəxs1 ona göndərdiyi sellofan paketi Şahid2 çatdıran sürücü Şahid3 tanımır və sonuncu barəsində hər hansı məlumatı yoxdur, eləcə də Təqsirləndirilən şəxs1lə aralarında sellofan torbanı hansısa şəxs vasitəsilə Şahid2 çatdırması barədə hər hansı razılıq olmamışdır. 4,492 qram qurudulmuş marixuananı və 4,341 qram metamfetamini şəxsi istifadəsi üçün əldə etmiş, həmin vaxt narkotik vasitə və psixotrop maddəni kiminləsə bölüşmək, digər şəxs və ya şəxslərin xahişi ilə və ya onlarla qabaqcadan əldə etdiyi razılıq əsasında, eləcə də qeyd edilən predmetləri digər şəxs və ya şəxslərə satmaq məqsədilə, həmçinin leytenant Təqsirləndirilən şəxs1lə aralarında olan razılaşma əsasında birlikdə satmaq məqsədilə əldə etməmiş, qarşıdan qış ayları gəldiyindən qar yağması səbəbindən xidmət yerinə gələn təminat yollarının uzun müddət bağlı qala biləcəyini fikirləşib uzun müddət ərzində hissə-hissə şəxsi ehtiyacını qarşılamaq üçün həmin miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmək istəmişdir. Şahid2 içərisində ona məxsus paltar olduğunu hesab etdiyi və Bakı şəhərindən onun xahişi ilə gətirdiyi sellofan paketin içərisindən aşkar edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 4,492 qram olan qurudulmuş marixuana və 1 ədəd bükümdə təmiz çəkisi 4,341 qram olan metamfetamini leytenant Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi kimi "Elçin" adlı şəxsdən deyil, Təqsirləndirilən şəxs1 əldə etmiş, həmin vaxt ümumiyyətlə "Elçin" adlı şəxslə hər hansı şəkildə əlaqə saxlamamış və sonuncudan hər hansı narkotik vasitə və ya psixotrop maddə əldə etməmişdir. Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, eləcə də ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. İş materiallarına əlavə edilmiş 23 noyabr 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Laçın rayonunun Bülulduz kəndi ərazisində hal şahidlərinin iştirakı ilə Müdafiə Nazirlyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid2 əşylarına baxış keçirilmişdir. Baxış zamanı Şahid2 üzərində daşıdığı üzərində “Patron” çərəz fimasının adı və loqosu olan sellofan torbanın içərisindəki komuflyaj rəngli hərbi geyim formasının içərisinə yerləşdirilmiş bir ədəd bükümdə sellofan kəsiyi aşkar edilmişdir. Həmin sellofan kəsiyinin içərisində 1 ədəd bükümdə bitki tərkibli, 1 ədəd bükümdə isə kimyəvi tərkibli kütlələr müəyyən edilmiş və müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Baxışda iştirak etmiş Şahid1 narkotik vasitə olduğunu bildiyi həmin kütlələrin ona məxsus olduğunu və sellofan torbanın içərisində narkotik vasitə gizlədilməsi barədə Şahid2 məlumat vermədiyini bildirmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 26 noyabr 2021-ci il tarixli 7/1221-6/5263 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Müdafiə Nazirliyi 4-cü Təhqiqat bölməsi Zərflər üçün” dairəvi möhür əksi “1 bükümdə marixuana, 1 bükümdə metamfetamin..” yazı və imzalar olan zərfdə 1 ədəd şəffaf sellofan kəsiyində təmiz çəkisi 4,492 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır, 1 ədəd bükümdə təmiz çəkisi 4,341 qram ağ rəngli kristalşəkilli maddə psixotrop maddədir. 02 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan aydın olur ki, Təqsirləndirilən şəxs2 üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik olan, narkotik vasitə heroin, 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetamin aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. 02 yanvar 2022-ci il tarixli mənzilə keçirilmiş baxış protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs2 Sabirabad rayonu, Poladtuğay kəndində yerləşən yaşadığı evə videoçəkiliş aparılmaqla baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evdən 09 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetamin, 19 ədəd bükümdə açıq açıq qəhvəyi rəngli spesifik iyə malik, narkotik vasitə olan heroin, 01ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. 03 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetamin aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. İş materiallarına əlavə edilmiş 03 yanvar 2022-ci il tarixli baxış protokolundan aydın olur ki, Təqsirləndirilən şəxs1 məxsus olan "Renault Megane" markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş və baxış zamanı avtomobilin arxa yük yerindən (baqajı) 01 ədəd üzərində metamfetamin izləri olan elektron tərəzi və 01 ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik olan, narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 03 yanvar 2022-ci il tarixli 6/6-7/1 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N7" dairəvi möhür əksi "Təqsirləndirilən şəxs2, 09 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər....." yazı və imzalar olan ağ rəngli torbada 9 ədəd bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri - 1010,0 qram, 950,0 qram, 1140,0 qram, 990,0 qram, 1700,0 qram, 700,0 qram, 1090,0 qram, 1100,0 qram, 960,0 qram olmaqla, ümumi təmiz çəkisi 9640,0 qram olan ağ rəngli kristalşəkilli maddə öz aralarında xarici görünüşə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Üzərində "Təqsirləndirilən şəxs2 yaşadığı evdən ....19 ədəd" yazı və imzalar olan qara rəngli torbada 19 ədəd bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 1090,0 qram, 1280,0 qram, 1090,0 qram, 1030,0 qram, 1300,0 qram, 1060,0 qram, 1090,0 qram, 1050,0 qram, 1100,0 qram, 900,0 qram, 1300,0 qram, 850,0 qram, 1250,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1150,0 qram, 1050,0 qram, 1180,0 qram olmaqla, ümumi təmiz çəkisi - 20770,0 qram olan qəhvəyi rəngli tozşəkilli maddə öz aralarında xarici görünüşə və kimyəvi tərkib əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 1 ədəd sellofan bağlamada təmiz çəkisi 4000,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Üzərində "Təqsirləndirilən şəxs2 üzərindən..." yazı və izmalar olan zərfi açdıqda içərisində 1 ədəd bükümdə təmiz çəkisi 19,100 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 7,100 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 büküm heroin ilə yaşadığı evdən aşkar edilmiş 19 ədəd bağlamada heroinlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib əlamətlərinə görə eynidir və üzərindən aşkar olunmuş 1 büküm metamfetamin ilə yaşadığı evdən aşkar edilmiş 9 ədəd bağlamada olan metamfetaminlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Heroin və metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin" (siyahı 1,2) siyahısına daxildir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 03 yanvar 2022-ci il tarixli 6/6-7/2 nömrəli ekspert rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N 7" dairəvi möhür əksi "Təqsirləndirilən şəxs1.....metamfetaminə bənzər kütlə...." yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi - 49,071 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Üzərində "Təqsirləndirilən şəxs1.....1 ədəd elektron tərəzi......marixuanaya bənzər kütlə......" yazı və imzalar olan zərfdə 1 ədəd şəffaf sellofanda təmiz çəkisi 190,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kusrar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin zərfdə olan 1 ədəd gümüşü elektron tərəzinin səthində psixotrop maddə olan metamfetamin izləri vardır. Metamfetamin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin 31 yanvar 2022-ci il tarixli 423 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir və məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin 07 fevral 2022-ci il tarixli 566 nömrəli rəyindən aydın olur ki, Təqsirləndirilən şəxs1 Kannaboidlərdən və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcbur müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Azercell Telecom MMC”, “Bakcell Telecom MMC” və “Azerfo MMC”dən təqdim edilmiş telefonla aparılan danışıqların və ötürülən məlumatların qeyd edildiyi disklərə baxış keçirilməsi haqqında protokollardan məlum olur ki, X10 tərəfindən istifadəsində ola ***-***- **-** mobil nömrəsindən 22 noyabr 2021-ci il tarixdə saat 20:06-da Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “077 *** ** ** sen Bakıya çatanda bu nömrəyə zəng elə starsinanin pasilkasin verəcək sene adı orxandi” mətnli iş üçün əhəmiyyət kəsb edən ismarıc yazmışdır. Həmçinin, Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə 18 noyabr 2021-ci il tarixdə saat 14:27-də və saat 18:08-də Şahid2 istifadəsində olan ***-***- **-** mobil nömrəsi ilə, həmin gün saat 18:08-də isə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə, 22 noyabr 2021-ci il tarixdə saat 17:24-də, saat 22:01də, saat 22:08-də, saat 22:56-da, saat 22:58-də, saat 23:21-də Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə, həmin gün saat 17:29-da, saat 23:04-də Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə, 23 noyabr 2022-ci il tarixdə saat 09:25-də, saat 12:38-də Şahid2 istifadəsində olan 051 *** ** ** mobil nömrəsi ilə, həmin gün saat 10:21-də, saat 19:47-də, saat 19:59-da və saat 20:43-də Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Bundan başqa Şahid2 051-605-65 -85 mobil nömrəsi ilə 22 noyabr 2021-ci il tarixdə saat 22:07-də, saat 22:57də, saat 23:09-da Orxan Rasim oğlunun istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə, həmin gün saat 23:20-də Şahid3 istifadəsində olan 070-884- 33-34 mobil nömrəsi ilə əlaqə saxlamışdır. Habelə, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobiol nömrəsi ilə 22 noyabr 2021-ci il tarixdə saat 23:06-da Şahid3 istifadəsində olan 070 *** ** ** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə 21 dekabr 2021-ci il tarixdə aralarında 2 zəng olmuşdur. Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə 19-29 dekabr 2021-ci il tarixləri ərzində aralarında çoxsaylı danışıqlar olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Ş.Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə 22 dekabr 2022-ci il tarixdə aralarında 4 zəng olmuşdur. Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə 15 dekabr 2021-ci il tarixdə 2 zəng olmuş, 17 dekabr 2021-ci il tarixdə saat 18:02, 18:11, 19:07, 19:40, 19:45, 20:14, 20:28-də, 18 dekabr 2021-ci il tarixdə 03:58, 08:54, 10:28-də aralarında zənglər olmuş, həmin zənglərdə Təqsirləndirilən şəxs2 Pirsaat, Hacıqabul, Sabirabad, Salyan rayonun ərazisinin anten dairəsinə düşmüş, Təqsirləndirilən şəxs1 isə 18:02-dən 18:11-dək Bakı şəhəri, Yasamal rayonu, 19:07-də Bakı-Salyan şosesi, 19:40-dan 19:45-dək Hacıqabul rayonu, 20:14-də Şirvan şəhəri, 20:28-də Salyan rayonu, 03:58-də Sabirabad rayonu, 08:54-dən 10:28-dək Abşeron rayonu ərazisinin anten dairəsinə düşmüşdür. Habelə, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə saat 21:01:14-də GPRS üzərindən 424 saniyə istifadə etmiş və "Sabirabad rayonu" ərazisinin anten dairəsinə düşmüş, saat 21:08:18-də GPRS üzərindən 423 saniyə istifadə etmiş və "Sabirabad rayonu" ərazisinin anten dairəsinə düşmüş, saat 22:11:33-də GPRS üzərindən 665 saniyə istifadə etmiş və "Saatlı şəhəri" ərazisinin anten dairəsinə düşmüş, saat 22:41:21-də GPRS üzərindən 1085 saniyə istifadə etmiş və "İmişli rayonu" ərazisinin anten dairəsinə düşmüş, saat 23:28:37-də GPRS üzərindən 402 saniyə istifadə etmiş və "Füzuli rayonu" ərazisinin anten dairəsinə düşmüş, saat 23:35:19-da GPRS üzərindən 189 saniyə istifadə etmiş və "Füzuli rayonu" ərazisinin anten dairəsinə düşmüş, saat 23:44:22-də GPRS üzərindən 935 saniyə istifadə etmiş və "Füzuli rayonu" ərazisinin anten dairəsinə düşmüş, bundan sonra 18 dekabr 2021-ci il tarixdə saat 00:13:42-də GPRS üzərindən 276 saniyə istifadə etmiş və "Füzuli rayonu" ərazisinin anten dairəsinə düşmüş, saat 00:22:29-da GPRS üzərindən 117 saniyə istifadə etmiş və "Füzuli rayonu" ərazisinin anten dairəsinə düşmüş, saat 02:51:58-də GPRS üzərindən 58 saniyə istifadə etmiş və "İmişli rayonu" ərazisinin anten dairəsinə düşmüşdür. İş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilmədi. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N oktyabr 2019-cu il tarixli 314 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs1 həmin tarixdə N nömrəli hərbi hissədən gəlmiş hesab edilməklə hərbi hissənin 4-cü motoatıcı taborunun 10-cu motoatıcı bölüyünün 2-ci motoatıcı tağımın komandiri vəzifəsinə təyin edilmiş və bütün təminat növlərinə daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 30 dekabr 2021-ci il tarixli 01834 nömrəli əmrindən edilmiş çıxarışdan aydın olur ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, leytenant Təqsirləndirilən şəxs1 "Hərbi Xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "a" bəndinə (xidmət müddəti başa çatdığına görə) görə ehtiyata buraxılmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N fevral 2022-ci il tarixli 35 nömrəli əmrindən edilmiş çıxarışdan məlum olur ki, hərbi hissənin 4-cü mexanikiləşdirilmiş taborunun 10-cu mexanikiləşdirilmiş bölüyünün 2-ci mexanikiləşdirilmiş tağımın komandiri, leytenant Təqsirləndirilən şəxs1 "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "a" bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq Müdafiə nazirinin 30 dekabr 2021-ci il tarixli 01834 nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmiş, N fevral 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış və qeydiyyata durmaq üçün SHXÇDX-nin Şirvan şəhər şöbəsinə göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “ödəniş kartı üzrə çıxarış”dan görünür ki, Şahid1 18 noyabr 2021-ci il tarixdə “KapitalBank ASC”dən verilmiş özünə məxsus 5103 0714 4752 9443 nömrəli əməkhaqqı kartından “BirBank” mobil tətbiqi vasitəsilə 177 manat məbləğində köçürmə etmişdir. "xxxx" MMC-yə ünvanlanmış sorğuya cavab olaraq alınmış 21 fevral 2022-ci il tarixli məktubdan aydın olur ki, Təqsirləndirilən şəxs1 22 fevral 2021-cil il tarixdə saat 23:05:50də +99477 *** ** ** mobil nömrəsindən istifadə etməklə Xırdalan, Azərbaycan (40.463519, 49.742635) ünvanından “Məmməcəfər Cəfərov 10” ünvanına “sərnişin daşıma” xidmətini sifariş vermişdir. Həmçinin, həmin məktubda Şahid3 2020-ci ildən etibarən +99470 *** ** ** mobil nömrəsi vasitəsilə “Bolt” platformasında qeydiyyatdan keçməsi və sərbəst formada fəaliyyət göstərməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs1 əvvəllər Füzuli Hərbi Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 333.3-cümaddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin portal-anket məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Abşeron rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 3 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir sahəsindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Sabirabad rayonu, Azadkənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən təqdim edilmiş xasiyyətnamədən məlum olur ki, Sabirabad rayonu, Poladtuğay kəndində yaşayan Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə biri digərini təkzib etməməklə təsdiq edən sübutlara əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayət əməli, onların həmin əmələ aidiyyatı və təqsirliliyi ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif edilmişdir və onlar törətdikləri cinayətə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-in 59-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 himayəsində 02 (iki) azyaşlı və Təqsirləndirilən şəxs2 himayəsində 01 (bir) azyaşlı uşaqlarının olması cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxslərə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməklə sosial ədalətin bərpasına, təqsirləndirilən şəxsilərn islah edilməsinə, həm təqsirləndirilən şəxslər, həm də başqa şəxslər tərəfindən bu növ yeni cinayətlərin törədilməsinin qarşısını alınmasına, yəni cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiklərii maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəzanı Füzuli Hərbi Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə birləşdirmək yolu ilə qəti cəzanın təyin olunmasını ,CM-in 56.1.2-ci maddəsinin müddəasına görə (qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi müəyyən edilir) cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələrini, Təqsirləndirilən şəxs1 cəzasının başlanğıcının şübhəli şəxs qismində tutulduğu 03 yanvar 2022-ci il tarixdən, Təqsirləndirilən şəxs2 cəzasının başlanğıcının şübhəli şəxs qismində tutulduğu 02 yanvar 2022-ci il tarixdən hesablanmasını (Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsi), barələrində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 07 fevral 2022-ci il tarixli 566 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs1 Kannaboidlərdən və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu metafetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dsipanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış –təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş və Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan 20788,9 qram narkotik vasitə heroin, 4189,9 qram qurudulmuş marixuana, 9695,921 qram çəkidə psixotrop maddə metamfetamin və elektron tərəzi, Şahid2 üzərindəki sellofan torbanın içərisindən aşkar edilmiş və Qubadlı Rayon Polis Şöbəsində saxlanılan 4,291 qram metamfetamin və 4,442 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim edilmiş ümumilikdə 05 (yeddi) ədəd CD disklər və Təqsirləndirilən şəxs2 üzərində və mənzilində keçirilmiş axtarış və götürmənin videoçəkilişini əks etdirən 02 ədəd CD disk, Təqsirləndirilən şəxs1 üzərində və avtomobilində keçirilmiş axtarış və götürmənin videoçəkilişini əks etdirən 02 ədəd CD disk, Şahid1 177 manat pul köçürməsini təsdiq edən "Kapital Bank"a məxsus hesabdan çıxarış cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərci olan, kompleks məhkəmə kimyəvi və bioloji ekspertiza xərcləri 167 (yüz beş) manat 40 (qırx) qəpik məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3cü maddələri ilə 9 (doqquz) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Füzuli Hərbi Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 6 (altı) ay hərbi xidmət üzrə məhdudlaşdırma cəzası həmin Məcəllənin 68.1.3-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs1 qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut: • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində saxlanılan 20788,9 qram narkotik vasitə heroin, 4189,9 qram qurudulmuş marixuana, 9695,921 qram çəkidə psixotrop maddə metamfetamin və elektron tərəzi və Qubadlı Rayon Polis Şöbəsində saxlanılan 4,291 qram metamfetamin və 4,442 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. • "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim edilmiş ümumilikdə 05 (yeddi) ədəd CD disklər və Təqsirləndirilən şəxs2 üzərində və mənzilində keçirilmiş axtarış və götürmənin videoçəkilişini əks etdirən 02 ədəd CD disk, Təqsirləndirilən şəxs1 üzərində və avtomobilində keçirilmiş axtarış və götürmənin videoçəkilişini əks etdirən 02 ədəd CD disk, Şahid1 177 manat pul köçürməsini təsdiq edən "Kapital Bank"a məxsus hesabdan çıxarış cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə xərci olan 167 manat 40 qəpik (yüz altmış yeddi) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, Büdcə təsnifatı kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı (X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər Həbib Həsənov (sədrlik edən), Rafiq Abbasov, Aslan Kalbalıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar