Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-80/2023 19.05.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı hərbi məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlunun sədrliyi, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhər N6 bürosunun vəkili X1 və Təqsirləndirilən şəxs iştirakı ilə Bakı Hərbi Məhkəməsinin inzibati binasında 6 may 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, N nömrəli hərbi hissənin şəhərciyində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, evli, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 334.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m üə y y ə n e t d i: Cəfərov XN Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah-təchizat bölüyünün mühafizə taqımının atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olarkən xx.xx.NN-ci il tarixdə saat 10:45-də xidmət yerini özbaşına tərk etmiş, xx.xx.NN-ci il tarixdə saat 08:50-də xidmət yerinə gəlmiş, xx.xx.N3-cü il tarixdə saat 07:50-də üzürlü səbəblər olmadan xidmət yerinə gəlməyərək N5 yanvar N3-cü il tarixdə saat 09:15-də xidmət yerinə qayıtmış, həmin gün saat 15:00-da xidmət yerini özbaşına tərk etmiş, yalnız N fevral N3-cü il tarixdə xidmət yerinə qayıtmış, N fevral N3-cü il tarixdə saat 07:50 radələrində üzürlü səbəblər olmadan xidmət yerinə gəlməyərək NN fevral N3-cü il tarixdə xidmət yerinə qayıtmış və N4 fevral N3-cü il tarixdə saat 07:50 radələrində üzürlü səbəblər olmadan xidmət yerinə gəlməyərək, N8 fevral N3-cü il tarixdə xidmət yerinə qayıtmaqla on gündən artıq lakin bir aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Bundan başqa, o, xx.xx.NN-ci il tarixdə saat 07:50-də üzürlü səbəblər olmadan xidmət yerinə gəlməyərək, xx.xx.N3-cü il tarixdə xidmət yerinə qayıtmaqla bir aydan artıq lakin üç aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 334.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, N iyul N0-ci il tarixdən N nömrəli hərbi hissənin qərargah və təchizat bölüyünün mühafizə taqımının atıcısı vəzifəsində xidmətdə olarkən xidmət yerinə tez-tez gəlməyəcəyi təqdirdə tərxis olunacağını yəqin edərək bu məqsədlə, xx.xx.NN-ci il tarixdən xx.xx.NN-ci il tarixədək, xx.xx.NN-ci il tarixdən xx.xx.N3-cü il tarixədək, xx.xx.N3-cü il tarixədən xx.xx.N3-cü il tarixədək, xx.xx.N3-cü il tarixdən xx.xx.N3-cü il tarixədək, xx.xx.N3-cü il tarixdən xx.xx.N3-cü il tarixədək xidmət yerinə getməmişdir. Xidmət yerinə çıxmadığı dövrlərdə yaşadığı ünvan N ünvanında olmuş və icarəyə maşın götürərək taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 334.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri və toplanılmış digər mötəbər dəlillərlə tam sübuta yetirilmişdir. Belə ki, şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah təchizat bölüyünün mühafizə taqımının İ manqasının komandiri, çavuş Şahid4 Oktay oğlu bildirmişdir ki, Təqsirləndirilən şəxs xidmət müddəti dövründə münasibətləri yalnız xidməti olmuş, Təqsirləndirilən şəxs xx.xx.NN-ci il tarixdən xx.xx.NN-ci il tarixədək, xx.xx.NN-ci il tarixdən xx.xx.N3-cü il tarixədək, xx.xx.N3-cü il tarixədən xx.xx.N3-cü il tarixədək xidmət yerinə gəlməmişdir. xx.xx.N3-cü il tarixdə o, Təqsirləndirilən şəxs hansı səbəbdən xidmət yerinə gəlmədiyini soruşduqda, sonuncu ona onsuz da xidmət etmək istəmədiyini, hansı yolla olur olsun tərxis olunmaq istədiyini, hərbi qulluqdan kənarda iş tapdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs xidmət yerinə gəlmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağını bildirsə də, Təqsirləndirilən şəxs buna əhəmiyyət verməyərək hərbi qulluğun ona sıxıcı gəldiyini bildirmiş, həmin gün Təqsirləndirilən şəxs günorta 15-də nahar fasiləsindən qayıtmadığı üçün, sonuncuya zəng olunaraq xidmət yerinə gəlməsi bildirilsə də, Təqsirləndirilən şəxs başqa işinin çıxdığını, xidmət yerinə gələ bilməyəcəyini bildirmişdir. Şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları, baş leytenant Şahid1, gizir ŞahidN oxşar məzmunlu ifadələr verərək Şahid4 Oktay oğlunun qeyd etdiyi xüsusatları mahiyyəti üzrə təsdiq etmişlər. Şahid qismində dindirilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah təchizat bölüyünün maddi-texniki təminat taqımının komandiri, baş leytenant Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs xidmət müddəti ərzində tanımış, münasibətləri yalnız xidməti olmuş, Təqsirləndirilən şəxs əvvəllər intizamsızlıqlara yol verən hərbi qulluqçu olmasa da, son dövrlərdə xidmətə qarşı münasibəti laqeydləşmiş, belə ki, o, xx.xx.NN-ci il tarixdən xx.xx.NN-ci il tarixədək, xx.xx.NN-ci il tarixdən xx.xx.NN-ci il tarixədək, xx.xx.N3cü il tarixədən xx.xx.N3-cü il tarixədək, xx.xx.N3-cü il tarixədək, xx.xx.N3-cü il tarixdən xx.xx.N3-cü il tarixədək xidmət yerinə gəlməmişdir. Xidmət yerinə gəlməməyinin səbəbini ilk vaxtlarda ailəsində olan şəxsi problemləri ilə əlaqələndirsə də, sonradan fevral ayında o, Təqsirləndirilən şəxs bir daha xidmət yerinə gəlməməyinin səbəbini soruşduqda sonuncu ona, xidmət etmək istəmədiyini, tez-tez naryadlara təyin edildiyini, bunun da ona bezdirici sıxıcı gəldiyini deyərək mülkidə iş tapıb işləmək istədiyini, hətta mülki usta kimi işlədiyini bildirmişdir. Şahid qismində dindirilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgərlər Şahid6 və Şahid5 oxşar məzmunlu ifadələr verərək Şahid3 ifadəsində qeyd etdiyi xüsusatları mahiyyəti üzrə təsdiq etmişlər. “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul haqqında” N iyul N0-ci il tarixli bağlaşmadan görünür ki, Təqsirləndirilən şəxs 3 (üç) il müddətinə könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N iyul N0-ci il tarixli N8 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs S-300PMUN zenitraket divizionlar qrupunun qərargah təchizat bölüyünün mühafizə tağımının atıcısı vəzifəsinə təyin edilməklə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək vəzifəsinin qəbuluna və icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin N noyabr NN-ci il tarixli 351 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:45-də xidmət yerini tərk etdiyi üçün bütün növ təminatlardan çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin N noyabr NN-ci il tarixli 355 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 08:50-də xidmət yerinə qayıtdığı üçün bütün növ təminatlara qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin 1N noyabr NN-ci il tarixli 356 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə xidməti yerinə çıxmadığı üçün bütün növ təminatlardan çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin N yanvar N3-cü il tarixli 18 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:30-da xidməti yerinə çıxdığı üçün bütün növ təminatlara qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin N yanvar N3-cü il tarixli N nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 07:50-də xidmət yerinə çıxmadığı üçün bütün növ təminatlardan çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin N5 yanvar N3-cü il tarixli N6 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:15-də xidmət yerinə qayıtdığı üçün bütün növ təminatlara qoyulmuş və saat 15:00 radələrində yenidən xidmət yerinə çıxmadığı üçün bütün növ təminatlardan çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin N fevral N3-cü il tarixli 34 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:30-da xidmət yerinə qayıtdığı üçün bütün növ təminatlara qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin N fevral N3-cü il tarixli 55 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 07:50-də xidmət yerinə çıxmadığı üçün bütün təminatlardan çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin NN fevral N3-cü il tarixli 57 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:15-də xidmət yerinə gəldiyinə görə bütün növ təminatlara qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin N4 fevral N3-cü il tarixli 59 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 07:5-də xidmət yerinə çıxmadığı üçün bütün növ təminatlardan çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin N8 fevral N3-cü il tarixli 63 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə xidmət yerinə gəldiyinə görə bütün növ təminatlara qoyulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində iki azyaşlı övladı var. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim olunan 30 sentyabr NN-ci il tarixli 11634 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs 6 mart N3-cü il tarixdə saat 15:00-da Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinin əməkdaşları tərəfindən tutulmuş və Bakı Hərbi Məhkəməsinin 7 mart N3-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı hərbi məhkəməsinin N8 aprel N3-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz pul tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 334.1-ci maddəsi ilə ilə ittiham verilsə də, məhkəmə istintaqı zamanı dövlət ittihamçısı çıxışında onun əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-ci maddəsinə tövsif edilməklə ona bu maddə ilə Azərbaycan Respublikası CM-in 6N-ci maddəsi tətbiq edilərək müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsini xahiş etmişdir. Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə (mad.7.0.N3, 84.6.), məhkəmə icraatı mərhələsində məhz dövlət ittihamçısı ictimai və ictimai-xüsusi ittihamı müdafiə edən şəxs olmaqla, məhkəmədə həmin növlərdə cinayət təqibinin həyata keçirilməsi funksiyasını yerinə yetirir. Yəni bu növ cinayətlər üzrə ittihamın məhkəmədə müdafiə edilməsi (cinayət təqibinin həyata keçirilməsi) müstəsna olaraq dövlət ittihamçısına aid edilmişdir. Göründüyü kimi, qanunvericiliyə uyğun olaraq, məhkəmədə ictimai ittiham qaydasında cinayət təqibini həyata keçirmək səlahiyyətinə malik olan yeganə proses iştirakçısı - dövlət ittihamçısıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd edilən tələblərinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.N-ci maddələrində nəzərdə tutulmuş «Dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə müddəasının şərh edilməsinə dair» 15 fevral N08-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinin Azərbaycan Respublikası CM-in 334.1-ci maddəsi ilə deyil həmin məcəllənin 333.4-ci maddəsi ilə davam etdirilməsində, məhkəmə dövlət ittihamçısının hüquqi mövqeyinin cinayətprosessual normasının tələblərinə uyğunluğunu təhlil etməyi zəruri hesab edir. Belə ki, məhkəmə baxışının hədlərini müəyyən edən Azərbaycan Respublikası CPMin 318.1-ci maddəsində təsbit olunur ki, “məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir”. Bu maddənin mənasına görə cinayət təqibi orqanı və yaxud xüsusi ittihamçı tərəfindən şəxsə qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamla müqayisədə onun daha ağır cinayətə görə mühakimə edilməsi yolverilməzdir. Təqsirləndirilənin mövcud ittihamla müqayisədə daha ağır cinayətə görə mühakimə edilməsi dedikdə, ittihamın cinayət əməlinin həm faktiki hallar (şəxsə istinad edilən cinayətkar hərəkətlərin və yaxud hərəkətsizliyin faktiki məzmunu), həm də həmin əmələ tətbiq edilən cinayət-hüquqi normanın sərtliyi nöqteyi nəzərindən təqsirləndirilən şəxsin vəziyyətinin ağırlaşmasına səbəb olan dəyişdirilməsi başa düşülür. Yəni, CPM-nin 318.1-ci maddəsi ilə qadağan edilən belə dəyişdirilmə zamanı şəxs cinayət təqibi orqanı, xüsusi ittihamçı tərəfindən təqsirləndirildiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müqayisədə cinayət qanununun daha ağır cəza nəzərdə tutan maddəsi ilə və yaxud ittihamda onun cinayətkar hərəkətlərinin (hərəkətsizliyinin) faktiki məzmununa daxil edilməyən əlavə hərəkətlərə (hərəkətsizliyə) görə təqsirli bilinir. İrəli sürülmüş ittihamla müqayisədə şəxsin daha ağır ittiham üzrə (daha ağır cəzanı nəzərdə tutan cinayət-hüquqi norma əsasında) təqsirli bilinməsi baş verməsə də, onun cinayətkar hərəkətlərinin (hərəkətsizliyinin) faktiki məzmununun ittihamda göstərilənlərlə müqayisədə əhəmiyyətli dərəcədə dəyişdirilməsi də CPM-nin 318.1-ci maddəsinin mənası baxımından yolverilməzdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək və dövlət ittihamçısının mövqeyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xidmət yerinə gəlməməkdə məqsədinin hərbi xidmətdən boyun qaçırmaq olması (fərarilik etməsi) sübuta yetirilmədiyindən onun törətmiş olduğu cinayət əməlləri Azərbaycan Respublikası CM-in 334.1-ci maddəsindən həmin Məcəllənin 333.4-ci maddəsinə tövsif edilməli (bir aydan artıq, lakin üç aydan çox olmayaraq müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçunun hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, habelə üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması) və ona bu maddə ilə Azərbaycan Respublikası CM-in 6N-ci maddəsi tətbiq edilməklə müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməlidir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 333.4-ci maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsindəki cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-in 59.1.4-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini də nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Azərbaycan Respublikası CM-in 6N-ci maddəsi tətbiq edilməklə barəsində törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 333.4-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci işüzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona Azərbaycan Respublikası CM-in 66-cı maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-in 66.N-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza iləəhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir; cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə Cinayət Məcəlləsinin Ümumi hissəsində müvafiq cəza növüüçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs Bakı Hərbi məhkəməsinin N8 aprel N3-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təyin edilmiş aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz pul tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının çəkilməsinin başlanılmadığı nəzərə alınmaqla, həmin cəza Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən ona hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən toplanılaraq qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən cinayətlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə həmin Məcəllənin 68.1.3-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü bərabər tutulur. Buna görə də Bakı Hərbi Məhkəməsinin N8 aprel N3-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 6 (altı) ay hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının çəkilməmiş hissəsini - 6 (altı) ay müddətini Azərbaycan Respublikası CM-in 68.1.3-cü maddəsinin tələblərinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla (1 ay 15 gün azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla) hazırkı hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq ona qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 334.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası üçün müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsini, həmin Məcəllənin 66.N və 66.5-ci maddələrinə əsasən Bakı Hərbi Məhkəməsinin N8 aprel N3-cü il tarixli hökmü ilə təyin edilmiş 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cazasının çəkilməmiş hissəsini Azərbaycan Respublikası CM-in 68.1.3-cü maddəsinin tələblərinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla (1 ay 15 gün azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla) hazırkı hökm üzrə təyin ediləcək cəzaya qismən toplanılaraq qəti cəza təyin edilməsini, cəza çəkməsinin başlanğıcınının 6 mart N3-cü il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 56.1.N-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuşşəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 6N-ci maddəsi tətbiq edilməklə ona 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycn Respublikası CM-in 66.N və 66.5-ci maddələrinə əsasən Bakı Hərbi Məhkəməsinin N8 aprel N3-cü il tarixli hökmü ilə təyin edilmiş 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası Azərbaycan Respublikası CM-in 68.1.3-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təşkil etmiş 1 (bir) ay 15 (on beş) gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş cəzaya cinayətlərin məcmusu üzrə qismən toplanılaraq ona qəti olaraq 4 (dörd) ay 10 (on) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı - 6 mart N3-cü il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan N gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Camal Ramazanov
Məhkəmə qərarları › İş №1-1(093)-80/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-80/2023
19.05.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver