Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-81/2023 05.05.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Ağayev Zeynal Qurban oğlunun sədrliyi, Məmmədova Nigar İbrahim qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə mayoru ƏlDövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri N8 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakı ilə Bakı hərbi məhkəməsinin inzibati binasında xx xxxxxx N000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsinin şəhərciyində qeydiyyatda olmaqla, Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 6 ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvələr məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, əsgər hərbi rütbəsində xidmət etmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3 və 333.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi on gündən artıq, lakin bir aydan çox olmayaraq, habelə bir aydan artıq, lakin üç aydan çox olmayaraq üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Qadaşov XN Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin X3 X1 (PN17) baş sükançı-siqnalçısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmətdə olarkən N8 dekabr NN-ci il tarixdə saat 13:00-da nahar fasiləsinə çıxıb, həmin gün saat 15:00-da xidmət yerinə qayıtmalı olduğu halda qayıtmamış, yalnız N yanvar N3-cü il tarixdə saat 16:00-da qayıtmaqla üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan vəzifədə və hərbi rütbədə xidmətdə olarkən N yanvar N3-cü il tarixdə saat 07:45-də faktiki olaraq yaşadığı Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 6 ünvanından xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız N fevral N3-cü il tarixdə saat 15:00-da xidmət yerinə qayıtmaqla üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan vəzifədə və hərbi rütbədə xidmətdə olarkən 0N fevral N3-cü il tarixdə saat 07:45-də faktiki olaraq yaşadığı Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 6 ünvanından xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız 03 mart N3-cü il tarixdə saat 16:43-də Qaradağ RPİ-nin 10cu Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin MSY-ə təhvil verilməklə üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin X3 X1 (PN17) baş sükançı-siqnalçısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmətdə olarkən N8 dekabr NN-ci il tarixdə saat 13:00-da nahar fasiləsinə çıxmış, həmin gün saat 15:00-da xidmət yerinə qayıtmalı olduğu halda qayıtmamış, N yanvar N3-cü il tarixdə saat 16:00-da xidmət yerinə qayıtmışdır. Bundan başqa, o, həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən N yanvar N3-cü il tarixdə saat 07:45-də faktiki olaraq yaşadığı Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 6 ünvanından xidmət yerinə gəlməli olduğu halda xidmət yerinə getməmiş, yalnız N fevral N3-cü il tarixdə saat 15:00da xidmət yerinə gəlmişdir. Bundan əlavə, o, həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən 0N fevral N3-cü il tarixdə saat 07:45-də faktiki olaraq yaşadığı Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 6 ünvanından xidmət yerinə gəlməli olduğu halda xidmət yerinə getməmiş, yalnız 03 mart N3-cü il tarixdə saat 16:43-də Qaradağ RPİ-nin 10-cu Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin MSY-ə təhvil verilmişdir. O, xidmətə yerinə vaxtında gəlməməsinin səbəbini ailə problemləri ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3 və 333.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, müvafiq sənədlər, əmrdən çıxarışlar, habelə digər mötəbər dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissənin X3 Divizionunun PN17 patrul katerinin komandiri, baş leytenant Şahid1 Əlibala oğlu ifadəsində bildirmişdir ki, N8 dekabr NN-ci il tarixdə saat 15 radələrində PN17 patrul katerinin miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından ibarət şəxsi heyətin xidmət yerində olub-olmadığını yoxlayarkən N nömrəli hərbi hissənin X3 Divizionunun PN17 patrul katerinin baş sükançısı-siqnalçısı vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Təqsirləndirilən şəxs sırada olmadığını müəyyən etmişdir. Şəxsi heyətin digər hərbi qulluqçularından Təqsirləndirilən şəxs nə səbəbdən xidmət yerinə qayıtmaması haqqında məlumatlarının olub-olmaması barədə soruşduqda ona bu barədə heç bir məlumatlarının olmadığını bildirmişlər. O, şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə dəfələrlə zəng etsə də sonuncu daxil olan zənglərə cavab verməmiş, daha sonra isə telefonunu söndürmüşdür. Bundan dərhal sonra Təqsirləndirilən şəxs N8 dekabr NN-ci il tarixdə saat 15:00-da xidmət yerinə qəlməməsi ilə bağlı raport tərtib edərək yuxarı komandanlığa təqdim etmişdir. Tərtib olunmuş raport əsasında əsgər Təqsirləndirilən şəxs xidmət yerini özbaşına tərk edən hərbi qulluqçuların siyahısına daxil edilərək bütün növ təminatdan çıxarılmışdır. N yanvar N3-cü il tarixdə saat 16:00-da müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xidmət yerinə gəldiyindən bununla bağlı tərəfindən raport tərtib olunaraq yuxarı komandanlığa təqdim olunmuş və həmin tarixdə sonuncu, bütün növ təminata salınmışdır. Bundan başqa, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N yanvar N3-cü il tarixdə saat 07:45də xidmət yeri olan N nömrəli hərbi hissəyə gəlməli olduğu halda gəlməmiş, yalnız N fevral N3-cü il tarixdə saat 15:00-da xidmət yerinə gəlmişdir. Bundan əlavə, əsgər Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan vəzifədə və hərbi rütbədə xidmətdə olarkən 0N fevral N3-cü il tarixdə saat 07:45-də xidmət yerində olmalı olduğu halda gəlməmiş və 03 mart N3-cü il tarixdə Qaradağ RPİ-in 10-cu Polis bölməsinin əməkdaşları tərəfindən tutulmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş qismində ifadə vermiş Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissənin X3 Divizionunun PN17 patrul katerinin manqa komandiri, əsgər ŞahidN və həmin katerin bosmanı, əsgər Şahid3 ifadələrində Şahid1 Əlibala oğlunun ifadəsindəki xüsusatları təsdiq etmişlər. Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların həqiqi hərbi xidmətinə daxilolma haqqında 10 iyun NN-ci il tarixli bağlaşmadan görünür ki, Təqsirləndirilən şəxs 3 (üç) il müddətinə könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlamışdır. Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissə komandirinin N iyul NN-ci il tarixli 187 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlıq kursunu bitirərək X3 X1 PN17 baş sükançı-siqnalçı vəzifəsinə təyin olunmuşdur. X3 Divizionunun komandirinə ünvanlanmış xx.xx.NN-ci il tarixli raportdan görünür ki, əsgər Təqsirləndirilən şəxs həmin tarixdə saat 15 radələrində xidmət yerini özbaşına tərk etmişdir. Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissə komandirinin N8 dekabr NN-ci il tarixli 368 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N8 dekabr NN-ci il tarixdə saat 15:00-dan xidmət yerini özbaşına tərk etmişdir. X3 Divizionunun komandirinə ünvanlanmış xx.xx.N3-cü il tarixli raportdan görünür ki, əsgər Təqsirləndirilən şəxs həmin tarixdə saat 16 radələrində xidmət yerinə qayıtmışdır. Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissə komandirinin N yanvar N3-cü il tarixli 8 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N yanvar N3-cü il tarixdə saat 16:00-da xidmət yerinə qayıtmışdır. X3 Divizionunun komandirinə ünvanlanmış N yanvar N3-cü il tarixli raportdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N yanvar N3-cü il tarixdə xidmət yerinə gəlməmişdir. Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissə komandirinin N yanvar N3-cü il tarixli 1N nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N yanvar N3-cü il tarixdə saat 07:45-də xidmət yerinə gəlməmişdir. X3 Divizionunun komandirinə ünvanlanmış N fevral N3-cü il tarixli raportdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N fevral N3-cü il tarixdə saat 15 radələrində xidmət yerinə qayıtmışdır. Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissə komandirinin N fevral N3-cü il tarixli 30 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N fevral N3-cü il tarixdə saat 15:00-da xidmət yerinə qayıtmışdır. X3 Divizionunun komandirinə ünvanlanmış 0N fevral N3-cü il tarixli raportdan görünür ki, əsgər Təqsirləndirilən şəxs 0N fevral N3-cü il tarixdə xidmət yerinə gəlməmişdir Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissə komandirinin 0N fevral N3-cü il tarixli 31 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs 0N fevral N3-cü il tarixdə xidmət yerinə gəlməmişdir. Qaradağ RPİ-nin 10-cu Polis Bölməsindən təqdim olunmuş tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N3-cü il tarixdə saat 16:43-də saxlanılaraq Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə gətirilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim olunan 0N dekabr NN-ci il tarixli 14038 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Qadaşov XN Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığı tərəfindən mənfi xarakterizə edilmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 333.3 və 333.4-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.N-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin təkrar törədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. « Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü və 333.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsində nəzərdə tutulmuş (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) cəzanın məqsədlərinə nail oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirlibilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.N-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi hər bir maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.N-ci maddəsinin tələblərinə (cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir) əsasən təyin edilmiş cəzaları əhatə etmək yolu qəti cəzanın təyin edilməsini, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.N-ci maddəsinin müddəasına görə (qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi müəyyən edilir) cəzasının ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu gündən - 03 mart N3cü il tarixdən hesablanmasını qanuni, əsaslı və ədalətli sayır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.N003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.N006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhəri N8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.N və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” N fevral N001-ci il tarixli qərarına və həmin qərara N7 yanvar N010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən N5 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti Bakı şəhəri N8 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası CPM-in 193, 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, o, Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə N (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.N-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq N (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin başlanğıcı tutulduğu gündən, 03 mart N3-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri N8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi N5 ( iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri N8 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan N0 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №1-1(093)-81/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-81/2023
05.05.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver