Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-82/2023 16.05.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi məhkəməsinin hakimi: Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, məhkəmə iclas katibi: Quliyev Yusif Nazim oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə mayoru Dövlət ittihamçısı, müdafiəçi- “Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx N001-ci il tarixdə Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü tabor 1N-ci bölük N-ci taqım N-ci manqanın komandiri vəzifəsində xidmət edən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında gəlməmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 1N-ci bölüyünün N-ci taqımının N-ci manqasının komandiri vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər hərbi rütbəsində xidmətdə olarkən N4 dekabr NN-ci il tarixdə saat 08:00-dan N yanvar N3-cü il tarixdə saat 08:00-dək hərbi hissəni özbaşına tərk etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, N4 dekabr NN-ci il tarixdə saat 08:00-da xidməti yeri olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəyə gəlməli olduğu halda xidmət yerinə gəlməmiş, xidmət yerinə çıxmamasına səbəb bəzi şəxsi problemləri və səhhəti ilə əlaqədar olmuş, xidmətə gəlmədiyi müddətdə şəxsi işlərini həll etmiş və ev şəraitində müalicə olunmuş, bu barədə yuxarı komandanlığa məruzə etməmiş, habelə səhhəti ilə əlaqədar olaraq hərbi hissənin tibb məntəqəsinə və yaxud hər hansı xəstəxanaya müraciət etməmişdir. N yanvar N3-cü il tarixdə saat 08:00-da N nömrəli hərbi hissəyə qayıdaraq bu barədə aidiyyəti üzrə məruzə etmiş və hərbi hissəni özbaşına tərk edənlərin siyahısından çıxarılmışdır. Hərbi xidmətə münasibəti normal olmuş, xidmət müddəti ərzində xidmətdən boyun qaçırma, xidməti vəzifələrindən imtina hallarına yol verməmiş, xidmət yerini özbaşına tərk edən zaman hərbi hissənin hər hansı vəzifəli şəxsinə və ya digər hərbi qulluqçuya hərbi hissəyə gəlməyəcəyi ilə bağlı əvvəlcədən məlumat verməmişdir.Törətdiyi cinayət əməlindən peşmandır və məhkəmədən bağışlanmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə ifadə verib göstərdi ki, o, N4 dekabr NN-ci il tarixdə saat 08:00-da Təqsirləndirilən şəxs xidməti yerinə gəlmədiyini aşkar edərək bu barədə yuxarı komandanlığa raportla məruzə etmişdir. O, Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk etdikdən sonra sonuncu ilə mobil telefonla bir neçə dəfə əlaqə saxlayıb hərbi hissəyə gəlməməsinin səbəbini soruşmaq istəsə də, Təqsirləndirilən şəxs zənglərini cavablandırmamışdır. Bundan sonra N yanvar N3-cü il tarixdə saat 08:00-da Təqsirləndirilən şəxs xidməti yerinə qayıtmış, xidməti yerinə qayıtdıqdan sonra xəstə olduğunu, özünü pis hiss etdiyini bildirmiş, lakin hər hansı xəstəlik arayışı və ya xəstəxanaya müraciət etməsi ilə bağlı sənəd təqdim etməmiş, habelə bu barədə hərbi hissə komandanlığa və ona əvvəlcədən heç nə bildirməmiş, icazə istəməmiş, habelə hərbi hissənin tibb məntəqəsinə müraciət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ŞahidN məhkəməyə ifadə verib göstərdi ki, tabeçiliyində xidmət edən hərbi qulluqçu Təqsirləndirilən şəxs əvvəlcədən məlumat vermədən xx.xx.NN-ci il tarixdə xidmət yerinə çıxmamışdır. Dəfələrlə onunla əlaqə saxlamağa cəhd etsə də, bu mümkün olmamışdır. Daha əvvəl Təqsirləndirilən şəxs xidmət yerinə çıxmama, xidmətdən boyun qaçırma kimi halları olmamışdır. Xidmət yerinə qayıtdıqdan sonra xidmət yerinə çıxmamasının səbəbi kimi xəstə olmasını göstərmişdir, lakin bununla bağlı hər hansı rəsmi bir sənəd təqdim etməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə olunmuş «Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul haqqında» N1-ci il tarixli bağlaşmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs könüllü əsaslarla 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər hərbi rütbəsində həqiqi hərbi xidmətə qəbul edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş 09 fevral N3-cü il tarixli 106N nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N iyul NN-ci il tarixli N11 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin N iyun NN-ci il tarixli 050əç nömrəli əmri ilə N nömrəli hərbi hissənin 4-cü motoatıcı taborunun 1N-ci motoatıcı bölüyünün N-ci motoatıcı taqımının N-ci motoatıcı manqasının komandiri vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N4 dekabr NN-ci il tarixli 388 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyünün Nci taqımının N-ci manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs N4 dekabr NN-ci il tarixdə saat 08:00-da xidməti yerinə gəlmədiyi üçün hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N yanvar N3-cü il tarixli 8 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyünün N-ci taqımının N-ci manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər Təqsirləndirilən şəxs N yanvar N3-cü il tarixdə saat 08:00-da xidməti yerinə qayıtdığı üçün hərbi hissəni özbaşına tərk edənlərin siyahısından çıxarılmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş tibbi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs NN-ci il ərzində hərbi hissənin tibb məntəqəsinə müraciət etməmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinindən təqdim edilmiş xidməti xasiyyətnaməyə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs mənfi cəhətdən xarakterizə olunur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadəsi, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.N-ci maddəsinin müddəalarından göründüyü kimi, məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cu maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməklə törətmiş olduğu cinayətdə təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinin müddəalarına görə təqsirləndirilən şəxsin ittiham olunduğu 333.3-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aiddir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən hallarının olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və məhkəmə xərcləri yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.N003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.N006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs aylıq pul təminatından 5% məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Aslan Kalbalıyev
Məhkəmə qərarları › İş №1-1(093)-82/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-82/2023
16.05.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver