Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-83/2023 01.05.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı hərbi məhkəməsinin hakimi Ağayev Zeynal Qurban oğlunun sədrliyi, Hümmətli Kamran Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi – “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi Seyran oğlunun və Təqsirləndirilən şəxs iştirakı ilə, Bakı hərbi məhkəməsinin inzibati binasında 30 avqust 2000-ci il tarixdə Dəvəçi şəhərində anadan olmuş və Şabran rayonunun Ağalıq kəndində daimi qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan. Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər hərbi rütbəsində xidmət etmiş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi on gündən artıq, lakin bir aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Qusar şəhərində yerləşən N nömrəli hərbi hissəsinin 1-ci əməliyyat taborunun 2-ci bölüyünün 4cü taqımının 1-ci qrupunun kəşfiyyatçı-operatoru vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən N dekabr 2022-ci il tarixdə saat 08:00-dan N dekabr 2022-ci il tarixdə saat 08:00-dək hərbi hissəni özbaşına tərk etmişdir. Bununla da o, on gündən artıq, lakin bir aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xidmətdə olarkən N dekabr 2022-ci il tarixdə saat 08:00-dan N dekabr 2022-ci il tarixdə saat 08:00-dək hərbi hissəni özbaşına tərk etmişdir. Onun hərbi hissəni özbaşına tərk etməsinə səbəb şəxsi və ailə problemləri olmuş, hərbi hissəni özbaşına tərk edərkən hərbi xidmətdən boyun qaçırmaq və xidməti vəzifələrinin icrasından imtina etmək niyyəti olmamışdır. O, N dekabr 2022-ci il tarixdə hərbi hissəni özbaşına tərk etdikdən sonra əvvəlcə yaşadığı Şabran rayonunun Ağalıq kəndinə gəlmiş, daha sonra isə münasibətdə olduğu Şahid3 ilə görüşmək üçün Bakı şəhərinə getmişdir. O, törətdiyi əməlin cinayət məsuliyyətinə səbəb olmasından xəbərdar olmuş, hərbi hissəni özbaşına tərk etdiyi tarixlərdə bununla bağlı öz rəislərinə və komandirlərinə məlumat verməmiş və ya onlardan icazə almamışdır. Təqsirləndirilən şəxs göstərilən cinayətin törədilməsində təqsiri iş üzrə toplanmış istintaq materialları, özünün tam olaraq etirafedici ifadəsi, şahid ifadələri, əmrdən çıxarışlar, raportlar, digər istintaq hərəkəti protokolları, sənədlər və sair sübutlarla tam olaraq sübuta yetirilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Şahid1oviç ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Qusar şəhərində yerləşən N nömrəli hərbi hissəsinin 1-ci əməliyyat taborunun 2-ci bölüyünün 4-cü taqımının 1-ci qrupunun kəşfiyyatçı-operatoru vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən N dekabr 2022-ci il tarixdə saat 08:00dan N dekabr 2022-ci il tarixdə saat 08:00-dək hərbi hissəni özbaşına tərk etmişdir. Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi dövr ərzində özünü nizamintizamsız hərbi qulluqçu kimi göstərmiş, xidmət zamanı bəzi nöqsanlara yol vermiş və hərbi hissəni özbaşına tərk etmişdir. Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk etməsinin səbəbi şəxsi və ailə problemləri olmuşdur. Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk etdiyi vaxtlarda bununla bağlı öz rəislərinə məlumat verməmiş, onlardan icazə almamış və törətdiyi əməlin cinayət olmasından xəbərdar olmuş, xidmət dövründə N nömrəli hərbi hissənin hərbi qulluqçuları tərəfindən Təqsirləndirilən şəxs qarşı zor tətbiq olunmamış və ya ləyaqəti alçaldılmamış, digər hərbi qulluqçularla Təqsirləndirilən şəxs arasında heç bir düşmənçilik münasibəti və ya ədavət olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu Şahid2 Şahid1 ifadəsindəki xüsusatlari təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, 10 dekabr 2022-ci il tarixdə də Təqsirləndirilən şəxs Bakı şəhərinə gəlmiş və onunla görüşmüşdür. O, həmin vaxt Təqsirləndirilən şəxs məzuniyyətə çıxdığını düşünsə də, daha sonra sonuncunun onunla görüşmək üçün N dekabr 2022-ci il tarixdə xidmət etdiyi hərbi hissəni özbaşına tərk etdiyini və N dekabr 2022-ci il tarixdə N nömrəli hərbi hissəyə qayıtdığını Təqsirləndirilən şəxs öyrənmişdir. Məhkəmədə həmçinin aşağıdakı sübutlar araşdırılmışdır; Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə ünvanlanmış N dekabr 2022-ci il tarixli 11574 nömrəli raportdan görünür ki, hərbi hissənin 1-ci taborunun 2-ci bölüyünün 4-cü taqımının 1-ci qrupunun kəşfiyyatçı operatoru, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs N dekabr 2022-ci il tarixdə saat 08:00-da hərbi hissəni özbaşına tərk etmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə ünvanlanmış N dekabr 2022-ci il tarixli 12103 nömrəli raportdan görünür ki, hərbi hissənin 1-ci taborunun 2-ci bölüyünün 4-cü taqımının 1-ci qrupunun kəşfiyyatçı operatoru, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs N dekabr 2022-ci il tarixdə saat 08:00-da hərbi hissəyə geri qayıtmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N dekabr 2022-ci il tarixli 375 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin 1-ci taborunun 2ci bölüyünün 4-cü taqımının 1-ci qrupunun kəşfiyyatçı operatoru, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs N dekabr 2022-ci il tarixdə saat 08:00-da hərbi hissəni özbaşına tərk etmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N dekabr 2022-ci il tarixli 396 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin 1-ci taborunun 2ci bölüyünün 4-cü taqımının 1-ci qrupunun kəşfiyyatçı operatoru, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs N dekabr 2022-ci il tarixdə saat 08:00-da hərbi hissəyə geri qayıtmışdır. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə qəbul haqqında 29 iyun 2021-ci il tarixli bağlaşmadan görünür ki, əsgər Təqsirləndirilən şəxs könüllü olaraq 3 (üç) il müddətinə, yəni 29 iyun 2024-cü il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətə qəbul edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N aprel 2022-ci il tarixli 111 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs hərbi hissənin 1-ci əməliyyat taborunun 2-ci bölüyünün 4-cü taqımının 1-ci qrupunun kəşfiyyatçı-operatoru vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N yanvar 2023-cü il tarixli 16 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs hərbi hissənin 1-ci əməliyyat taborunun 2-ci bölüyünün 4-cü taqımının 1-ci qrupunun kəşfiyyatçı-operatoru vəzifəsindən hərbi hissənin 3-cü taborunun 7-ci bölüyünün 1-ci taqımının 1-ci qrupunun kəşfiyyatçı operatoru vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş 30 yanvar 2023-cü il tarixli 646 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N mart 2023-cü il tarixli 68 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Aydınov X1 Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N fevral 2023-cü il tarixli 010 əç nömrəli əmri ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ordu sıralarından ehtiyata buraxıldığı üçün işlərini və vəzifələrini təhvil vermiş və N mart 2023-cü il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon şöbəsinə göndərilmişdir. Aydınov X1 Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığı tərəfindən mənfi xarakterizə edilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü madəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin müvafiq maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar əməlindən peşman olması, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət etməsidir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, həmin cinayət Azərbaycan Respublikası CM-in 15.2ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin olunması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.1-ci maddəsinə görə yalnız kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən hərbi qulluqçulara nəzərdə tutulduğundan ordu sıralarından tərxis olunmuş təqsirləndirilən şəxsə həmin cəzanın tətbiq edilməsi cinayət qanunvericiliyi ilə mümkün deyil. Eyni zamanda məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməllərindən peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalət və humanizm prinsipləri baxımından məqsədəmüvafiq hesab etmir. Odur ki, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən,hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin olunmasının qeyri mümükünlüyünü, azadlıqdan məhrum etmə cəzasının isə bu iş üzrə çox sərt olmasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətdə təqsirini boynuna alaraq əməlindən səmimi peşmançılıq hissi keçirməsini, eyni zamanda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edib hesab edir ki, bu müstəsna hallar təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldır və buna görə də onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə həmin Məcəllənin 333.3cü maddəsinin sanksiyasında müəyyən edilən cəzalardan daha yüngül cəza növü - cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi Seyran oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 193,345-349, 351-353, 356 , 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla ona 800 (səkkiz yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran İcra və Probasiya şöbəsinə həvalə olunsun. Cəzaçəkmənin əvvəli hökmün icraya yönəldiyi gündən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi Seyran oğluna sərf etdiyi 20 ( iyirmi ) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №1-1(093)-83/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-83/2023
01.05.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver