Məhkəmə qərarları › İş №1-1(093)-84/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-84/2023

19.06.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-84/2023 19.06.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı hərbi məhkəməsinin hakimi Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi, Mətiyeva Aamaz Qərib qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik leytenantı Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhər Universal Vəkil Bürosunun vəkil X4 və Təqsirləndirilən şəxs iştirakı ilə, Bakı hərbi məhkəməsinin inzibati binasında xx xxxx 1999-cu il tarixdə Sabirabad rayonunda anadan olmuş, Sabirabad rayonu, Ulacalı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in N51.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xüsusi təyinatlı nəqliyyat vasitələrinin idarəetmə qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun mühafizə və təminat bölüyünün maddi-texniki təminat taqımının nəqliyyat manqasının sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 2N-24 dekabr N2-ci il tarixlər üçün N942 nömrəli yol vərəqəsi əsasında sürməsinə icazə verilmiş «Kamaz-4N114» markalı, «K 950 QQ» hərbi qeydiyyat nömrəli avtomobili 24 dekabr N2-ci il tarixdə saat N radələrində idarə etməklə və həmin taborun mühafizə və təminat bölüyünün mühafizə taqım komandirinin müavini, gizir Şahid1 maşın böyüyü kimi kabinənin sərnişin oturacağında, kuzasında isə həmin taborun mühafizə və təminat bölüyünün mühafizə taqımının 1-ci manqasının baş atıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi quluqçusu, əsgər Zərərçəkmiş şəxs oturmaqla birlikdə ərzaq təminatı vermək məqsədilə «Qaraheybət təlim mərkəzi»nin yaxınlığında dislokasiya olunmuş hərbi hissənin 1-ci taborunun mühafizə və təminat bölüyünün mühafizə tağımının şəxsi heyətinə səhər yeməyi aparan zaman «Qasıməli» adlanan poliqonun yaxınlığında avtomobil dağlıq ərazidə torpaq örtüklü yol ilə təxminən N kilometr hərəkət etdikdən sonra yolun nisbətən döngə (sola meyilli) hissəsində əsgər Təqsirləndirilən şəxs diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri (manevr, tozmozlama və sair) vaxtında yerinə yetirməli və avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun N6-cı maddəsinin 1-ci hissəsinin N-cü bəndinin (yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar), habelə Azərbaycan Respublikası Müdafiə nazirinin 1N sentyabr 2014-cü il tarixli 6N nömrəli "Azərbaycan Respublikası Silahlı Qüvvələrində Avtomobil xidməti haqqında Təlimat"ın 2.12.2, 2.12.N və 2.12.5-ci bəndlərinin (sürücü ona təhkim edilmiş maşının quruluşunu, texniki imkanlarını, istismar qaydalarını tam bilməli, maşını istənilən hava və müxtəlif yol şəraitlərində idarə edə bilməli, yol hərəkəti qaydalarını dəqiq yerinə yetirməli) tələblərini pozmaqla anidən yuxuladığı üçün idarəetməni itirməsi səbəbindən avtomobilin yolun sağ kənarındakı kəskin maili relyefə malik torpağa dəyib, daha sonra arxası üzərinə aşması nəticəsində ehtiyatsızlıqdan avtomobilin kuzasında olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs «sol baldır sümüklərinin diafizinin aşağı 1/N-nin qapalı sınığı, qəlpəli, yerinidəyişən sınıqları, hər iki ağciyərin kontuziyası ilə müşayiət olunan döş qəfəsinin qapalı küt travması, döş qəfəsinin ön səthinin sağ yarısının və sağ baldırın ön səthinin orta 1/N-nin sıyrıqları» diaqnozlu sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır bədən xəsarətləri almasına səbəb olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, əsgər Təqsirləndirilən şəxs qeyd edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli aşağıda göstərilən vəziyyətdə törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək ifadə verərək göstərdi ki, 21 may N2-ci il tarixdən həmin hərbi hissədə xidmət edir. O, hərbi hissənin 1-ci taborunun mühafizə və təminat bölüyünün maddi-texniki təminat taqımının nəqliyyat manqasının sürücüsü vəzifəsində xidmət edən zaman ona təhkim olunmuş "KAMAZ 4N114" markalı, "K 950 QQ" hərbi dövlət qeydiyyat nişanlı avtomobili 2N-24 dekabr N2-ci il tarixlərində hərbi hissə komandiri tərəfindən təsdiq edilmiş və avtomobil xidməti tərəfindən ona təqdim edilmiş N942 nömrəli yol vərəqəsi əsasında sürməsi üçün ona verilmişdir. Həmin tarixlərdə maşın böyüyü isə bölüyün mühafizə taqım komandirinin müavini, gizir Şahid1 təyin olunmuşdur. Taborun madditexniki bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən, baş leytenant Şahid7 tərəfindən hər ikisi təlimatlandırılmışdır. 2N dekabr N2-ci il tarixdə səhər saatlarında avtomobil xidmət rəisinin köməkçisi, gizir Şahid6 N942 nömrəli yol vərəqəsini götürmüşdür. Tibb məntəqəsində yoxlanmış, avtomobilin texniki cəhətdən sazlığı texniki-nəzarət buraxılış məntəqəsinin rəisi tərəfindən yoxlanmışdır. 2 ədəd içərisində isti yemək olan katyolu üç dəfə olmaqla "Qaraheybət" təlim şəhərciyində yerləşən bölüyün mühafizə taqımının şəxsi heyətinə gizir Şahid1 ilə birlikdə aparmışdır. Həmin gün hər hansı hadisə baş verməmiş, ertəsi gün 24 dekabr N2-ci il tarixdə saat 06:N0 radələrində maşın böyüyü, gizir Şahid1la birlikdə xidmət yerinə gəlmişlər. Tez gəlmələrinə səbəb mühafizə taqımına səhər yeməyini tez aparmaq tapşırığı olmuşdur. Taqımın şəxsi heyəti yeməklərin gec və soyuq gəlməsindən şikayətçi olmuşlar. Yol vərəqəsi 2 günlük etibarlı olduğu üçün tibb məntəqəsinə gedib yoxlanmış, yeməkxanadan 2 ədəd içərisində isti yemək olan katyolu gətirib avtomobilin yük hissəsinə qoymuşlar. Avtomobilin texniki cəhətdən sazlığını park növbətçisi gizir Şahid4 yoxlayıb öz qeydini yol vərəqəsinə qeyd etmişdir. Park növbətçisi gizir Şahid4 ona avtomobili parkın çıxışına sürməsini və özünün də ora gələcəyini bildirmişdir. O, avtomobili parkın çıxışına sürdükdən sonra avtomobilə bölüyün mühafizə taqımının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs yaxınlaşmışdır. Zərərçəkmiş şəxs mühafizə taqımının yerləşdiyi yerə getməsi üçün avtomobili olan hərbi qulluqçulardan heç birinin olmadığını, habelə üzərində taksiyə ödəniş edib getməsi üçün pul az olduğunu, mümkünsə onlarla birlikdə getməsini xahiş etmişdir. Eyni bölükdə xidmət etdikləri üçün həm o, həm də gizir Şahid1 MAHHXHQ, əsgər Zərərçəkmiş şəxs icazə vermişlər. Zərərçəkmiş şəxs avtomobilin yük hissəsinə keçərək orda oturmuşdur. O da avtomobildə şəxsi heyətin olması ilə bağlı qeydiyini yol vərəqəsinə yazmış, park növbətçisi gizir Şahid4 da yol vərəqəsini yoxlayan zaman bu barədə məlumat vermişdir. Saat 07:15-də avtomobil parkından çıxıb hərbi hissədən təxminən 6-7 kilometr getdikdən sonra saat 07:N0 radələrində «Qasıməli» adlanan poliqona çatmamış onu sükan arxasında bir neçə saniyəlik yuxu tutmuş, o, idarəetməni itirdiyi vaxt qəflətən oyanmış, avtomobilin yoldan çıxdığını görüb əyləci basaraq avtomobili dayandırmaq istəmiş, lakin avtomobilin təkərləri torpaq qatının üzəri ilə sürüşmüşdür. Avtomobili yolda saxlamaq üçün sükanı sağa və sola buraraq maşını düzəltmək istəmiş, bu zaman sağ qabaq təkər yolun kənarında olan və yol səthindən hündür torpaq təpəciyinə dəyməsi nəticəsində avtomobil surəti qəflətən kəskin azalaraq sağ qabaq təkər yoldan fərqli olaraq sıx olmayan torpaq qatına dəymişdir. Ayağı əyləcdə olduğundan avtomobilin arxa hissəsi sola doğru sürüşərək maşın sürücü olan tərəf, sol tərəfə doğru aşmış, bir dəfə də aşıb damı üzərində dayanmışdır. Maşın aşarkən avtomobildə olan maşın başçısı gizir Şahid1 hər hansı ciddi xəsarət almamış, sadəcə olaraq qaşının cızıldığını görmüşdür. Arxadan isə Zərərçəkmiş şəxs qışqırtı səsi gəldiyindən o və Şahid1 avtomobildən çıxaraq Zərərçəkmiş şəxs avtomobilin yük hissəsindən bayıra çıxarmışlar. Zərərçəkmiş şəxs sol ayağını tutaraq qışqırmağa davam etmişdir. Bu barədə hərbi hissənin MTT rəisi, mayor ŞahidN zəng edib məlumat vermişdir. Xidmət yoldaşı olan MAHHXHQ, kiçik çavuş Şahid2 zəng edib, hadisə törətdiyini, yaralı olduğunu və tez gəlməsini bildirmişdir. Az keçməmiş MAHHXHQ, kiçik çavuş Şahid2 hadisə yerinə öz şəxsi avtomobili ilə çataraq Zərərçəkmiş şəxs götürüb hərbi hissəyə aparmışdır. Həmin gün Müdafiə Nazirliyinin Baş Kliniki hospitalına təxliyyə olunmuşdur. Araşdırma zamanı Zərərçəkmiş şəxs ondan hər hansı şikayəti, tələbi olmadığını bildirmişdir. O, avtomobilə 8119 manat 60 qəpik maddi ziyan dəydiyini, avtomobili təmir etdirərək tam olaraq ziyanı qarşıladığını bildirmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilən X5 ifadəsində göstərdi ki, 14 oktyabr N1-ci il tarixdə N nömrəli hərbi hissədə xidmətə başlamışdır. N-4 ay sonra N nömrəli hərbi hissəyə xidmət yeri dəyişdirilmişdir. O, xidmət etdiyi mühafizə taqımının Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin «Qaraheybət» hərbi şəhərciyinin yaxınlığında yerləşən «Qaraheybət» təlim mərkəzinin inzibati ərazisinə bitişik «Sülhməramlı baza» adlananan yer olduğunu bildirmişdir. Həmin taqıma gündə N dəfə olmaqla hərbi hissədən katyollarda isti yemək gətirildiyini bildirmişdir. Onun vəzifəsi isə bazanın nəzarət buraxılış məntəqəsində növbə çəkməkdən, bazaya gələn maşınların yoxlanması və bazanın ərazisində hər hansı əşyanın çıxarılmasının qarşısının alınması, kənar şəxslərin buraxılmaması, bazaya gələn hərbiçilər və mülki şəxslər barədə taqım üzrə cavabdeh qalan şəxsə məlum verməkdən ibarət olmuşdur. O, hər dəfə növbəyə gedən zaman ya taksi ilə getmiş, ya da xidmətə şəxsi avtomobili ilə gedən hərbi qulluqçularla birlikdə getmişdir. 24 dekabr N2-ci il tarixdə saat N radələrində hərbi hissəyə gəlmiş, lakin avtomobili olan hərbi qulluqçuların 5-10 dəqiqə əvvəl getdiyini öyrənmişdir. Üzərində taksiyə ödəniş etmək üçün pulu az olduğu üçün tağıma hərbi hissədən isti yemək aparacaq olan "KAMAZ 4N114" markalı, "K 950 QQ" hərbi dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs və maşın böyüyü gizir Şahid1 yaxınlaşmış və onlarla birlikdə qeyd etdiyi səbəbdən getməsi üçün icazə vermələrini xahiş etmişdir. Eyni bölükdə xidmət etdikləri üçün həm MAHHXHQ, əsgər Zərərçəkmiş şəxs, həm də gizir Şahid1 ona icazə vermişdir. O, avtomobilinin yük yerinə qalxaraq orada əyləşmişdir. Saat 07:15-də avtomobil parkından çıxıb hərbi hissədən təxminən 6-7 kilometr getdikdən sonra o avtomobilin arxa tenti yarımaçıq vəziyyətdə olduğundan yolu qismən görə bilmişdir. Təxminən saat 07:N0 radələrində avtomobil «Qasıməli» adlanan poliqona çatmamış qəflətən avtomobil torpaq yolun üzərində olan yamaya düşdükdən sonra maşının arxa hissəsinin atılıb-düşdüyü vaxt 4-5 saniyə ərzində sürücü MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs əyləcdən istifadə edərək avtomobili yolda saxlaması cəhdləri alınmamış, avtomobilin arxasının torpaq yolun üzərindən sürüşərək arxasının sola, qarşı tərəfinin isə sağa qaçması nəticəsində avtomobil yoldan çıxıb sol yanı üzərinə aşmış, bir daha çevrilərək damı üzərinə aşıb dayanmışdır. Onun başının sağ hissəsi kuzanın dəmir dirəyinə dəydiyindən huşunu itirmiş və gözünü açan zaman sürücü MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs onu kuzadan dartıb çıxardaraq torpağın üzərində uzatmış və sol ayağının aşağı hissəsində hissiyatın olmadığını görüb ayaq sümüyümün sındığını anlamışdır. Az keçməmiş tabordan MAHHXHQ, kiçik çavuş Şahid2 şəxsi avtomobili ilə hadisə yerinə gələrək onu avtomobilinə mindirib hərbi hissəyə aparmış, dərhal ilkin tibbi yardım göstərildikdən sonra Müdafiə Nazirliyinin Baş Kliniki hospitalına təxliyyə olunmuşdur. O, almış olduğu xəsarətlərə görə MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti, tələbi, mülki iddiası olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 18 iyun N1-ci il tarixdə həmin hərbi hissədə xidmət edir. O, bölüyün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgər Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxsnnu hərbi xidmət müddətinə tanımışdır. MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs təhkim olunmuş "KAMAZ 4N114" markalı, "K 950 QQ" hərbi dövlət qeyiyyat nişanlı avtomobili 2N-24 dekabr N2-ci il tarixlərində hərbi hissə komandiri tərəfindən təsdiq edilmiş və avtomobil xidməti tərəfindən təqdim edilmiş N942 nömrəli yol vərəqəsi əsasında sürməyə verilmişdir. Həmin tarixlərdə maşın böyüyü isə o təyin olunmuşdur. Taborun maddi-texniki bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən, baş leytenant Şahid7 tərəfindən hər ikisi təlimatlandırılmışdır. 2N dekabr N2-ci il tarixdə MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs N942 nömrəli yol vərəqəsini götürmüş, tibb məntəqəsində yoxlanmış, avtomobilin texniki cəhətdən sazlığı texniki-nəzarət buraxılış məntəqəsinin rəisi tərəfindən yoxlanmış, 2 ədəd içərisində isti yemək olan katyolu üç dəfə olmaqla "Qaraheybət" təlim şəhərciyində yerləşən bölüyün mühafizə taqımının şəxsi heyətinə aparmışlar. Ertəsi gün 24 dekabr N2-ci il tarixdə saat 06:N0 radələrində sürücü MAHHXHQ, əsgər Təqsirləndirilən şəxsla birlikdə xidmət yerinə gəlmişlər. Tez gəlmələrinə səbəb mühafizə taqımına səhər yeməyini tez aparmaq tapşırığı olmuşdur. Yol vərəqəsi 2 günlük etibarlı olduğu üçün sürücü MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs tibb məntəqəsinə gedib yoxlanmış, yeməkxanadan 2 ədəd içərisində isti yemək olan katyolu gətirib avtomobilin yük hissəsinə qoymuşlar. Avtomobilin texniki cəhətdən sazlığını park növbətçisi gizir Şahid4 yoxlayıb öz qeydini yol vərəqəsinə yazmışdır. Park növbətçisi gizir Şahid4 sürücü Təqsirləndirilən şəxs avtomobili parkın çıxışına sürməsini və özünün də ora gələcəyini bildirmişdir. Təqsirləndirilən şəxs avtomobili parkın çıxışına sürdükdən sonra avtomobilə bölüyün mühafizə taqımının müddətdən artıq həqiqi hərbi xidmətə hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs yaxınlaşmışdır. Zərərçəkmiş şəxs mühafizə taqımının yerləşdiyi yerə avtomobili olan hərbi qulluqçulardan heç birinin olmadığını, habelə üzərində taksiyə ödəniş edib getməsi üçün pul az olduğunu, mümkünsə onlarla birlikdə getməsini xahiş etmişdir. Eyni bölükdə xidmət etdikləri üçün həm o, həm də MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs MAHHXHQ, əsgər Zərərçəkmiş şəxs icazə vermişdir. Zərərçəkmiş şəxs avtomobilin yük hissəsinə keçərək orda oturmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobildə şəxsi heyətin olması ilə bağlı qeydiyini yol vərəqəsinə yazmış, park növbətçisi gizir Şahid4 da yol vərəqəsini yoxlayan zaman bu barədə məlumat vermişdir. Saat 07:15-də avtomobil parkından çıxıb hərbi hissədən təxminən 6-7 kilometr getdikdən sonra saat 07:N0 radələrində «Qasıməli» adlanan poliqona çatmamış sürücü MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs idarəetməni itirdiyini görüb "Şükürov, Şükürov" deyə qışqırmışdır. Təqsirləndirilən şəxs avtomobilin yoldan çıxdığını görüb əyləci basaraq avtomobili dayandırmaq istəmiş, lakin avtomobilin təkərləri torpaq qatının üzəri ilə sürüşmüş Təqsirləndirilən şəxs avtomobili yolda saxlamaq üçün sükanı sağa və sola buraraq maşını düzəltmək istəmişdir. Sağ qabaq təkər yolun kənarında olan və yol səthindən hündür torpaq təpəciyinə dəyməsi nəticəsində avtomobil surəti qəflətən kəskin azalaraq sağ qabaq təkər yoldan fərqli olaraq sıx olmayan torpaq qatına dəymiş, Təqsirləndirilən şəxs ayağı əyləcdə olduğundan avtomobilin arxa hissəsi sola doğru sürüşərək maşın sürücü olan tərəf sol tərəfə doğru aşmış, bir dəfə də aşıb damı üzərində dayanmışdır. Maşın aşarkən hər hansı ciddi xəsarət almamış, sadəcə olaraq qaşı cızılmışdır. Arxadan isə Zərərçəkmiş şəxs qışqırtı səsi gəldiyindən o və Təqsirləndirilən şəxs avtomobildən çıxaraq Zərərçəkmiş şəxs avtomobilin yük hissəsindən bayıra çıxarmışlar. Zərərçəkmiş şəxs sol ayağını tutaraq qışqırmağa davam etmişdir. Təqsirləndirilən şəxs hərbi hissənin MTT rəisi, mayor ŞahidN zəng edib hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs xidmət yoldaşı olan MAHHXHQ, kiçik çavuş Şahid2 zəng edib, hadisə törətdiyini, yaralı olduğunu və tez gəlməsini bildirmişdir. Az keçməmiş MAHHXHQ, kiçik çavuş Şahid2 hadisə yerinə öz şəxsi avtomobili ilə çataraq Zərərçəkmiş şəxs götürüb hərbi hissəyə aparmış, elə həmin gün Müdafiə Nazirliyinin Baş Kliniki hospitalına təxliyyə olunmuşdur. Almış olduğu cüzi xəsarətə görə Zərərçəkmiş şəxs hər hansı şikayəti, tələbi olmamışdır. O, MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs avtomobilə 8119 manat xərc çəkdiyini bildirmişdir. Məhkəmə zamanı şahid qismində dindirilən ŞahidN Razi oğlu ifadəsində göstərdi ki, hərbi hissənin 1-ci taborunun mühafizə və təminat bölüyünun mühafizə taqımı Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin «Qaraheybət» hərbi şəhərciyinin yaxınlığında yerləşən «Qaraheybət» təlim mərkəzində yerləşdirilmişdir. Həmin taqımın təyinatı təlim mərkəzinin mühafizəsini təşkil etməkdən ibarət olmuşdur. Hərbi hissədən gün ərzində N dəfə, səhər yeməyi, nahar yeməyi və axşam yeməyi olmaqla gündəlik həmin bazada olan 15 hərbi qulluqçuya yemək aparıldığını bildirmişdir. Son dəfə 22 dekabr N2-ci il tarixdə saat 18 radələrində ayın 2N-24 dekabr N2-ci il tarixləri üçün bölmələr tərəfindən 18 avtomobil sifariş verilmişdir. Sifarişlər avtomobil xidmət rəisi, kapitan Şahid5 bildirilmiş və avtomobil texnikaların sifarişi kitabına avtomobil xidmət rəisinin köməkçisi, gizir Şahid6 tərəfindən sifarişlər bir-bir yazılmışdır. 1-ci taborun MTT rəisi, baş leytenant Şahid7 tabor üçün 4 avtomobil sifariş vermişdir. Sifarişlərindən biri "KAMAZ 4N114" markalı,"K 950 QQ" hərbi dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Həmin avtomobil həm isti yeməyin daşınması, avtomobilin şəxsi heyət daşınması qrupuna aid olduğu üçün, xidməti zərurət yaranarsa şəxsi heyətin də aparılması üçün sifariş verilmişdir. Sifariş kitabı yazılıb qutardıqdan sonra sifarişçilər bir-bir çağırılmış, sifarişçilər öz imzası yerinə imzalarını çəkmiş, o kitabın aşağısından ad, soyad, vəzifəsini yazıb imzasını çəkmiş, sonda isə hərbi hissə komandiri imza çəkib avtomobillərin ayrılmasına icazə verilmişdir. Avtomobil texnikaları üçün sifariş kitabına əsasən avtomobil texnikaların istifadə olunması üçün istifadə naryadı yazılmış və həmin naryad hərbi hissə komandiri tərəfindən 2N dekabr N2ci il tarixdə təsdiqlənmişdir. "KAMAZ 4N114" markalı, "K 950 QQ" hərbi dövlət qeydiyyat nişanlı avtomobili N942 nömrəli yol vərəqəsi əsasında sürməsi üçün MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs verilmiş, maşın böyüyü isə gizir Şahid1 təyin olunmuşdur. 24 dekabr N2-ci il tarixdə səhər saat 06:50 radələrində xidmətə gəlmişdir. O, 1 gün əvvəlcədən MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs və maşın böyüyü gizir Şahid1 mühafizə taqımının şəxsi heyətinin narazılıq etdiyi üçün yeməkləri tez aparmasını tapşırmışdır. Saat 07:45 radələrində "KAMAZ 4N114" markalı avtomobilin bir neçə dəqiqə əvvəl Qasıməli poliqonu tərəfdə aşdığını öyrənmişdir. O, dərhal hadisə yerinə getmişdir. O, hadisə yerinin hərbi hissədən 6-7 km uzaqda Qasıməli poliqonu ərazisində olduğunu, hadisə yerinin səthinin torpaq qatdan ibarət olduğunu, havanın isə tutqun və şehli olduğunu, bu səbəbdən də, yolun üzərində olan torpaq qatın da nəmli və islanmış vəziyyətdə olduğunu, avtomobilin isə damı üzərində aşdığını görmüşdür. Avtomobilin yük hissəsində sərnişin kimi oturan MAHHXHQ, əsgər Zərərçəkmiş şəxs sol ayağından ciddi xəsarət aldığı üçün hərbi hissənin tibb məntəqəsinə MAHHXHQ, kiçik çavuş Şahid2 öz şəxsi avtomobilinə qoyaraq apardığını görmüşdür. O, araşdırma zamanı öyrənmişdir ki, MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs saat 07:15-də "Kamaz 4N114" markalı "K 950 QQ" hərbi qeydiyyat nişanlı avtomobillə hərbi hissədən çıxıb təxminən 6-7 kilometr getmiş və saat 07:N0 radələrində avtomobil «Qasıməli» adlanan poliqona çatmamış sürücü Təqsirləndirilən şəxs anidən yuxuladığı üçün qəflətən torpaq yolun üzərində olan yamaya düşdükdən sonra maşının arxa hissəsinin atılıb-düşdüyü vaxt 4-5 saniyə ərzində əyləcdən istifadə edərək maşını yolda saxlaması cəhdi olmuş, lakin maşının arxasının torpaq yolun üzərindən sürüşərək arxasının sola, qarşı tərəfinin isə sağa qaçması nəticəsində avtomobil yoldan çıxaraq sürücü tərəf olan yəni, sol yanı üzərinə, daha sonra isə bir daha çevrilərək damı üzərinə aşıb dayanmışdır. Hadisə vaxtı avtomobilin yük hissəsində əsgər Zərərçəkmiş şəxs başqa heç kim olmamışdır. Zərərçəkmiş şəxs deməsinə görə başının sağ hissəsi kuzanın dəmir dirəyinə dəydiyindən o, huşunu itirmişdir. Şahid1 isə kabinədə sağ qaşı avtomobilin dəmir hissəsinə dəydiyindən cüzi xəsarət almışdır. Təqsirləndirilən şəxs araşdırma zamanı avtomobilə 8119 manat 60 qəpik xərc çəkərək tam olaraq təmir etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid8 ifadəsində, hərbi hissənin 1-ci taborunun mühafizə və təminat bölüyünun mühafizə taqımı Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin «Qaraheybət» hərbi şəhərciyinin yaxınlığında yerləşən «Qaraheybət» təlim mərkəzində yerləşdirilmişdir. Həmin taqımın təyinatı təlim mərkəzinin mühafizəsini təşkil etməkdən ibarət olmuşdur. Hərbi hissədən gün ərzində N dəfə, yəni səhər yeməyi, nahar yeməyi və axşam yeməyi olmaqla gündəlik həmin bazada olan 15 hərbi qulluqçuya yemək aparıldığını bildirmişdir. 2N-24 dekabr N2-ci il tarixdə tabora məxsus olan "KAMAZ 4N114" markalı, "K 950 QQ" hərbi dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında sürmək üçün MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs verilmiş, maşın böyüyü isə gizir Şahid1 təyin olunmuşdur. MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs və gizir Şahid1 24 dekabr N2-ci il tarixdə mühafizə taqımına isti yeməyi aparan zaman saat 07:N0 radələrində sürücü MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs "Qasıməli" poliqonu ərazisinə yaxın yerdə idarəetməni itirdiyi üçün avtomobili aşırtmış və avtomobilin yük hissəsində xidmətə gedən həmin bölüyün mühafizə taqımının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs sol ayağından ciddi xəsarət aldığı üçün Müdafiə Nazirliyinin Baş Kliniki hospitalına təxliyyə olunmuşdur. Hadisə nəticəsində avtomobilə 8119 manat 60 qəpik ziyan dəymiş, həmin ziyan tam olaraq MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs tərəfindən qarşılanmışdır. Hərbi hissə komandiri hərbi hissənin adından istintaq hərəkətlərində iştirak etməsi üçün etibarnamə vermiş və o ifadəsində avtomobilə dəymiş zərərin ödənilib tam olaraq təmir etdirildiyi üçün hərbi hissə komadanlığının MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs hər hansı şikayəti, tələbi və mülki iddiası olmadığını bildirmişdir. Şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları, kapitan Şahid5, gizir Şahid6, baş leytenant Şahid7 analoji məzmunlu ifadələr verərək Təqsirləndirilən şəxs, Ş.R.Mayılovun və ŞahidN onlarla bağlı göstərdiklərini mahiyyəti üzrə təsdiq etmişlər. Hadisə yerinə baxış keçirilməsi haqqında 24 dekabr N2-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəl, sxemdən görünür ki, hadisə yeri Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən «Qasıməli» adlandırılan təlim poliqonuna gedən yolun üzərində yerləşir. Hadisə yeri olan «Kamaz 4N114» markalı, «K 950 QQ» hərbi qeydiyyat nişanlı avtomobilin aşaraq düşdüyü əraziyə gəlindi, bu zaman müəyyən olundu ki, həmin avtomobil yoldan çıxaraq yolun sağ hissəsində torpaq olan ərazidə arxası üstə aşmışdır. Yolun bu hissəsi də nahamar və yolsuzluq vəziyyətində olmaqla, torpaq örtüyü traktorla qazılmış torpaq qatından ibarət olmaqla səthi bərkdir, nisbətən maili və sürüşkəndir. Həmin yer dəniz səviyyəsindən N50 metr yüksəklikdə yerləşməklə, şimaldan «Qasıməli» təlim mərkəzinə hava xətti ilə 250 metr, yol vasitəsilə isə N00 metr məsafədə, cənubdan Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi ilə 4 kilometr məsafədə, qərbdən Təlim və Tədris Mərkəzinin «Qaraheybət» təlim mərkəzi ilə 14 kilometr məsafədə, şərqdən isə Abşeron rayonun «Şor üçtəpə» gölünə 9 kilometr məsafədə yerləşir. «Kamaz 4N114» markalı, «K 950 QQ» hərbi qeydiyyat nişanlı avtomobildə olan sənədlərə əsasən həmin avtomobil tünd yaşıl rəngli olub, buraxılış ili 2008-ci il, mühərrik nömrəsi 82520008 olmaqla yüksək keçid təyinatlıdır, müxtəlif yol və yolsuzluq şəraitlərində ərzaq və digər yükləri daşımaq üçün nəzərdə tutulmuşdur. Avtomobilin 6 ədəd təkəri vardır, onların radiusu R20-dir, istifadəyə yararlıdırlar. Avtomobilin ümumi eni 2,47 m, uzunluğu 6,85 m, hündürlüyü 2,48 m, maksimal yük daşıma qabiliyyəti 6,8 ton, yüklə birlikdə tam çəkisi 11,05 ton, yüksüz vəziyyətdə öz hissələri ilə birlikdə olan çəkisi N,5 tondur. Dizel karbürator tiplidir, sürətlər qutusu mexaniki tipli olmaqla üçgedişli və beşpilləlidir, muftası hidravlikdir, paylama (razdatka) qutusu mexaniki tipli olmaqla ikigedişli, düz və aşağı ötürücülüdür, sükan sistemi hidravlik tiplidir. Əyləc sistemi iki konturlu hidravlik ötürücüdən ibarətdir. Əl əyləci sistemi isə mexaniki ötürücülüdür, baraban tiplidir. Kabinəsi metallik, üçoturacaqlı və ikiqapılıdır, forması yarımdairəvidir, arxa bort hissəsi isə yarıağac-yarımetallikdir, içərisində işıqlandırma plafonu vardır, arxa bortu əl mexanizmi ilə açılır. Avtomobilin kabinə və bort hissəsi (yük hissəsi) tamamilə əzilmiş vəziyyətdədir, sükan mexanizmi, kardan-val ötürücüsü, mühərrikxananın üst qatında yerləşən hissələri (karbirator, hava filtri və s.) və digər hissələri həmin avtomobilin yuvarlanaraq aşması nəticəsində zədələnərək tamamilə sıradan çıxmışdır. Avtomobilin təkərləri, şassi hissəsi, körpüləri, ötürücü qutusu isə digərlərinə nisbətən normal vəziyyətdədir. Bundan başqa, kabinədə maye vəziyyətində olan yağın axaraq töküldüyü müşahidə olunur. Avtomobilin aşmış vəziyyətdə aşkar olunduğu yerdə yolun eni 5,2 metr, yolun sol kənarının hündürlüyü isə 0,50 metr təşkil edir. Həmin yerdə avtomobilin bəzi hissələrinin qoparaq və yerindən çıxaraq yerə töküldüyü müşahidə edilir. Yolun sağ kənarına baxdıqda avtomobilin arxası üzərinə aşması müşahidə olunur. Aşmış vəziyyətdə olan avtomobilin aşkar olunduğu yerdən həmin yerədək olan məsafə 10,6 metrdir. Yolun bu hissəsindən həmin avtomobilin aşkar edildiyi yerədək yamacboyu, yəni dikinə məsafə isə 52 metr təşkil edir. Yolun həmin hissəsinin eni 5,4 metr, yolun sol kənarının hündürlüyü isə 0,5 metr təşkil edir. Həmin yerdən avtomobilin aşdığı yerə baxdıqda avtomobilin aşdığı torpaq qatının dağıldığı müşahidə olunur. Daha sonra, «Kamaz 4N114» markalı, «K 950 QQ» hərbi qeydiyyat nişanlı avtomobilin yuvarlanıb aşdığı yerə gedilmişdir. Həmin yer yoldan 5,50 metr məsafədədir. Avtomobilin təkər izlərinin, yəni ilk əyləcin basıldığı yerdən avtomobilin aşdığı yerə qədər olan məsafəsi N1,80 metr təşkil edir. Yolun üzərində, xüsusilə də sağ tərəfində torpağın üst qatının dağıldığı müşahidə olunur. Əraziyə diqqət yetirdikdə avtomobilinn aşdığı yerdən yolun hərəkət hissəsinin sağ kənarında, torpağın üzərində avtomobilin hər iki təkərinin sürtünmə izləri aşkar edildi. Həmin təkər izlərinin uzunluğu N1,80 və 28, N0 metr, eni 40 sm-dir. Avtomobilin aşdığı yerdən yolun sağ tərəfindən yuxarıya dorğu baxdıqda ərazinin sərt maili formada olduğu müşahidə edilir. Yolun kənarında hər hansı əhəmiyyət kəsb edən digər bir iz, ləkə və ya əşya aşkar edilmədi. Məhkəmə-tibbi ekspertizasının xx.xx.NN-cü il tarixli 02 nömrəli rəyindən aydın olurg ki, Zərərçəkmiş şəxs almış olduğu - "sol baldır sümüklərinin diafizinin aşağı 1/N-nin qapalı sınığı, qəlpəli, yerinidəyişən sınıqları, hər iki ağciyərin kontuziyası ilə müşayiət olunan döş qəfəsinin qapalı küt travması, döş qəfəsinin ön səthinin sağ yarısının və sağ baldırın ön səthinin orta 1/N-nin sıyrıqları" xəsarətləri, bərk küt əşyanın, o cümlədən avtomobil salonunun çıxıntılı hissələrinin təsirindən törənmişlər, müddəti və şəraiti qərarın təsviri hissəsində göstərilənlərə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aiddir. Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.NN-cü il tarixli 8/295 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara görə "KAMAZ 4N114" markalı, "K 950 QQ" hərbi qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəki haqqında” Azərbaycan Respublikası Qanununun N6-cı maddəsinin 1-ci hissəsinin N-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riyaət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. N nömrəli hissə komandirinin 02 iyun N2-ci il tarixli 165 nömrəli əmrindən edilmiş çıxarışdan məlum olur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 12-ci maddəsinin "b" bəndi, 26-cı maddəsinin "a" bəndi və NN-cü maddəsinə müvafiq olaraq bağlaşma əsasında N (üç) il müddətinə xidmətə qəbul olunaraq, həmin tarixdə hərbi hissənin 1-ci tabor, mühafizə bölüyü, nəqliyyat manqasının sürücüsü vəzifəsinə təyin edilərək, şəxsi heyətin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 220 nömrəli əmrindən edilmiş çıxarışdan aydın olur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs 4N0 nömrəli hərbi hissədən gəlmiş hesab edilərək həmin tarixdə hərbi vəzifəsinin 1-ci taborunun mühafizə və təminat bölüyünün mühafizə taqımının 1-ci manqasının baş atıcısı vəzifəsinə təyin edilərək, şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir. 2N dekabr N2-ci il tarixdə N nömrəli hərbi hissə komandiri tərəfindən təsdiq edilmiş N942 nömrəli yol vərəqəsindən görünür ki, 2N-24 dekabr N2-ci il tarixlərdə MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs "KAMAZ 4N114" markalı, "K 950 QQ" hərbi qeydiyyat nişanlı avtomobili sürmək səlahiyyəti verilmişdir. N nömrəli hərbi hissənin maşınların parkdan çıxış və qayıdış jurnalından məlum olur ki, "KAMAZ 4N114" markalı, "K 950 Q" hərbi qeydiyyat nişanlı avtomobil 24 dekabr N2-ci il tarixdə texniki cəhətdən saz olmuş, saat 07:15-də avtomobil parkdan çıxmışdır. AE 521N90 nömrəli sürücülük vəsiqəsinin surətindən aydın olur ki, Təqsirləndirilən şəxs BC kateqoriyası sürücülük vəsiqəsinə malikdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsindən daxil olmuş xx.xx.NN-cü il tarixli məktubdan məlum olur ki, BC kateqoriyalı AE 521N90 nömrəli sürücülük vəsiqəsinin sahibi Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. N942 nömrəli yol vərəqəsindəki qeyddən aydın olur ki, 24 dekabr N2-ci il tarixdə sürücü Təqsirləndirilən şəxs tibb məntəqəsi tərəfindən yoxlanmış, sərxoş olmadığı, səhhətində hər hansı problem olmadığı üçün praktiki olaraq sağlam kimi qeyd edilmiş və avtomobili sürməsinə icazə verilmişdir. Müayinə aktından məlum olur ki, Təqsirləndirilən şəxs sidik nümunəsində hər hansı narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. N nömrəli hərbi hisədən verilmiş arayışdan görünür ki, "KAMAZ 4N114" markalı, "k 950 QQ" hərbi dövlət qeydiyyat nişanlı avtomobilə hadisə nəticəsində 8119 manat 60 qəpik maddi zərər dəymiş və həmin zərər tam olaraq sürücü MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs tərəfindən qarşılanmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının təqdim edilmiş arayışından məlum olur ki, MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən təqdim edilmiş arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in N51.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in N51.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə və ya edilməməklə eyni müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən hadisələrin təsadüfü axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını, dəymiş ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayyətinin olmamasını və ailə şəraitini nəzərə alır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini, xidmət yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.N-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 200N-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, cavnlığını, xidmət etmək arzusunu, ilk dəfə cinayət törətməsini törətdiyi cinayəti səmimi etiraf edib peşimançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, həmçinin xidmət yeri üzrə müsbət xarakterizə olunmasını da nəzərə alıraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN5.1-ci maddəsinin sanksiyası həddində hərbi xidmət üzrə məhdudlaşdırılma cəzası təyin etməyi əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.2-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəcasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğində pul tutulur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.2-ci maddəsində göstərilənləri nəzərə alıb, Təqsirləndirilən şəxs aylıq pul təminatından 08% dövlət nəfinə tutulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxsn barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhər Unversal Vəkil Bürosunun vəkili XN Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 19N.2 və 19N.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Unversal Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə məhkəmə məsrəfləri – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq X2 hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin N45-N49, N51-N5N, N56, N58, N81, N8N-N84-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N51.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Aylıq pul təminatından dövlət nəfinə 10 % məbləğdə pul tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökm icraya yönəldiyi gündən hesablansın. Təqsirləndirilən şəxsl oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər Unversal Vəkil Bürosunun vəkili X1 etdiyi 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Unversal Vəkil Bürosunun vasitəsilə ödənilsin. İş üzrə məhkəmə məsrəfləri – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq X2 hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Rafiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar