Məhkəmə qərarları › İş №1-1(093)-85/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-85/2023

10.04.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-85/2023 10.04.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi ilə, Bayramov Mail Allahverdi oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi – “Mərkəz” Vəkil Bürosunun vəkili XN və Təqsirləndirilən şəxs iştirakları ilə Bakı Hərbi Məhkəməsinin inzibati binasında N5 avqust 1996-cı il tarixdə Xaçmaz rayonu Köhnə Xudat kəndində anadan olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Köhnə Xudat kəndində daimi qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri Xətai rayonu, Gəncə Prosopekti 103 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətdə xidmət yerinə vaxtında qayıtmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsinin rabitə bölüyünün radio taqımının radio manqasının radiotelefonçusu vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmətdə olarkən xx.xx.N0NN-ci il tarixdə saat 07:50-da faktiki yaşayış yeri olan Bakı şəhəri Xətai rayonu Gəncə Prospekti 103 ünvanından xidmət yeri olan N nömrəli hərbi hissəyə gəlməli olduğu halda üzrlü səbəblər olmadan hərbi hissəyə gəlməmiş, yalnız xx.xx.N0N3-cü il tarixdə saat 08:00-də xidmət yerinə gəlməklə üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Təqsirləndirilən şəxs özünü, ona Azərbaycan Respublikası Cinayət Məcələsinin 333.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə tam təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, xidmətə başladığı ilk günlərdən etibarən həmişə xidmətə qarşı ciddi münasibət bəsləmiş, verilən tapşırıqların düzgün və vaxtında icra olunması üçün əlindən gələni etmiş, xidmətində hər hansı ciddi bir nöqsana yol verməmişdir. N013-cü ildən etibarən onkoloji xəstə kimi qeydiyyatda olan atası X5 N0NN-ci ilin noyabr ayının sonlarında soyuqlama nəticəsində xəstələndiyi üçün vəziyyəti çox ağırlaşmışdır. Həmin vaxt o, anası X4 da xəstələndiyi üçün, habelə qardaşı X6 yaşının az olması səbəbindən valideynlərinə baxmaq iqtidarında olmadığını düşünərək, xidmət yerinə getməyib valideynlərininin yanına gedərək qayğılarına qalmaq qərarına gəlmişdir. Bu məqsədlə də 30 noyabr N0NN-ci il tarixdə xidmət yerinə getmək əvəzinə valideynlərinin yaşadığı Xaçmaz rayonu köhnə Xudat kəndinə getmişdir. Daha sonra isə 0N fevral N0NN-ci il tarixdə artıq valideynlərinin səhhətinin nisbətən normal olduğundan xidmət yerinə geri qayıtmışdır. Xidmət yerinə çıxmadığı dövrdə Qusar rayonu Xudat kəndində valideynlərinin yanında olmuş, hər hansısa fəaliyyətlə məşğul olmamışdır. Ailə vəziyyəti ilə əlaqədar ona növbədənkənar məzuniyyət verilməsi üçün əvvəlcədən hərbi hissə komandanlığına müraciət etməmiş, daha sonra isə xidmət yerini tərk etdiyi dövrdə bölük komandiri, Şahid1 ona xidmət yerinə qayıtmağını, növbədən kənar məzuniyyət veriləcəyi barədə ona kömək edəcəyini bilirsə də, o həmin vaxt artıq hərbi hissəni özbaşına tərk edənlərin siyahısında olduğu üçün ona ailə vəziyyəti ilə əlaqədar məzuniyyət verilməyəcəyini ehtimal edib, xidmət yerinə qayıtmamışdır. Hazırda əməlindən peşman olduğunu, normal qaydada xidmət edəcəyini, bundan sonra bir daha üzrlü səbəblər olmadan xidmət yerinə gəlməmə, habelə xidmət yerini tərk etmə hallarının olmayacağını bildirmişdir. Şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin rabitə bölüyünün komandiri, kapitan leytenant Şahid1 məhkəməyə ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs xidmət müddəti dövründə N0N1-ci ilin iyul ayında tanımış, münasibətləri xidməti olmuş, aralarında hər hansısa dostluq münasibətləri, qohumluq əlaqələri, habelə ədavət və ya düşmənçilik olmamışdır. 30 noyabr N0NN-ci il tarixdə o, Təqsirləndirilən şəxs səhər yerbəyər düzülüşündə iştirak etmədiyini müəyyən etdiyindən, ona zəng edərək əlaqə saxlamağa cəhd etmiş, lakin Təqsirləndirilən şəxs telefonu açmamış, bundan sonra o, bu barədə raportla hərbi hissə komandanlığına məruzə etmişdir. Bundan təxminən 10 gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək problemi olması ilə əlaqədar xidmət yerinə gələ bilmədiyini, qısa müddətə xidmət yerinə gələcəyini bildirmişdir. Həmin zaman o, Təqsirləndirilən şəxs hansı səbəbə xidmət yerinə gəlmədiyini soruşduqda, Təqsirləndirilən şəxs ona heç bir səbəb deməmiş, qısa müddətdə xidmət yerinə qayıdacağını, xidmət yerinə qayıdan zaman hərbi hissəyə gəlməməsinin səbəbini açıqlayacağını demişdir. Bundan sonra isə N0N3-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs ona atasının xəstəliyi əlaqədar olaraq xidmət yerinə gəlmədiyini bildirmiş, o, həmin vaxt sonuncuya xidmət yerinə qayıtması barədə göstəriş verərək, atasının xəstəliyi ilə bağlı yuxarı komandanlığa məruzə edəcəyini, lazım olduğu təqdirdə ailə vəziyyəti ilə əlaqədar olaraq məzuniyyət veriləcəyini, habelə atasının xəstəlik xərclərinə da lazım olacağı təqdirdə komandanlıq tərəfindən köməklik olunacağını bildirmişdir. Təqsirləndirilən şəxs ona hər dəfəsində “sabah gələcəm” kimi bəhanələr gətirməklə yalnız xx.xx.N0N3-cü il tarixdə xidmət yerinə qayıtmışdır. Xidmətdə olduğu müddət ərzində Təqsirləndirilən şəxs qarşı hər hansısa şəxs tərəfindən nizamnamədən kənar hərəkətlər edilməsinin, söyülüb-döyülməsinin və s. kimi hərəkətlər edilməsinin şahidi olmamış, bu barədə hər hansısa şəxs tərəfindən ona heç bir məlumat verilməmişdir. Təqsirləndirilən şəxs raport yazaraq tərxis olunması barədə, habelə ailə vəziyyəti ilə əlaqədar olaraq ona növbədənkənar məzuniyyət verilməsi barədə müraciət etməmişdir. Məhkəmə iclasında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər ŞahidN verdiyi və gizir Şahid3 isə elan olunmuş ifadələrindən görtünür ki, onlar analoji məzmunlu ifadələr verərək Şahid1 ifadəsinə oxşar ifadə vermişlər. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul haqqında” N5 mart N0N1-ci il tarixli bağlaşmadan görünür ki, Təqsirləndirilən şəxs 3 (üç) il müddətinə könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli N07 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin rabitə bölüyünün radio taqımının radio manqasının radiotelefonçusu vəzifəsinə təyin edilməklə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara qoyulmuşdur. 30 noyabr N0NN-ci il tarixli raportdan və N nömrəli hərbi hissə komandirinin N dekabr N0NN-ci il tarixli 355 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr N0NN-ci il tarixdə saat 07:30-da xidmət yerinə gəlmədiyinə görə xidmət yerinə gəlməyənlərin siyahısına salınmışdır. 0N fevral N0N3-cü il tarixli raportdan və N nömrəli hərbi hissə komandirinin 0N fevral N0N3-cü il tarixli 39 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 0N fevral N0N3-cü il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlmiş və bütün növ təminatlara qoyulmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim olunan 09 fevral N0N3cü il tarixli 1061 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətdə olarkən bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etməsi özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 333.4-cü maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətmiş olduğu cinayətdə təqsirini boynuna alaraq əməlindən səmimi peşman olmasını, valideynlərinin hər ikisinin ağır xəstə olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 333.4-cü maddəsinin sanksiyasında hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını, onun ilk dəfə cinayət törətməsini, törətmiş olduğu cinayətdə təqsirini boynuna alaraq əməlindən səmimi peşman olmasını nəzərə talaraq barəsində ittiham olunduğu CM-nin 333.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama və azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalət və hümanizm prinsipləri baxımından məqsədəmüvafiq hesab etmir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.N-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır), maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətdə təqsirini boynuna alaraq əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ordu sıralarında xidmət etməsini nəzərə alıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə ona sanksiya həddində hərbi xidmət üzrə məhdudlaşdırma cəzasını təyin etməyi, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmasını, qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına həvalə olunmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş “Mərkəz” Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.N və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral N001-ci il tarixli qərarına və həmin qərara N7 yanvar N010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən N0 (iyirmi) iş saatına görə 1N0 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından “Mərkəz” Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.N003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.N006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə aylıq pul təminatından dövlət nəfinə 5 % (beş faiz) məbləğdə pul tutulmaqla 1 (bir) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına həvalə olunsun. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Mərkəz” Vəkil Bürosunun vəkili X1 etdiyi N0 (iyirmi) iş saatına görə 1N0 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından “Mərkəz” Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Rafiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar