Məhkəmə qərarları › İş №1-1(093)-86/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-86/2023

08.06.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-86/2023 08.06.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi məhkəməsinin hakimi: Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, məhkəmə iclas katibi: Quliyev Yusif Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnikleytenantı Dövlət ittihamçısı, müdafiəçi- “A.İ.M» Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1992-ci il tarixdə Salyan rayonunun Cəngən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Salyan rayonunun Cəngən kəndində qeydiyyatda olmaqla, faktiki həmin ünvanda yaşayan, barəsində “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin «Qubadlı» X1 (N nömrəli hərbi hissə) hərbi qulluqçusu, kiçik gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayətini törətmişdir. Belə ki, o, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 5ci sərhəd komendantlığının döyüş dəstəyi bölüyünün atəş tağımının pulemyot manqasının komandiri – 2-ci heyətin rəisin vəzifəsində, kiçik gizir hərbi rütbəsində xidmətdə olarkən məzuniyyətdə olması ilə əlaqədar 11 mart N2-ci il tarixdə aralarında dostluq münasibəti olan Şahid ilə Salyan rayonunda görüşən zaman sonuncunun əmisi arvadı Zərərçəkmiş şəxs adına olan, Şahid bir müddət əvvəl şifrəsini öyrəndiyi “Kapital Bank” bankına məxsus “Birkart” kedit kartının Şahid “Mercedes Benz” markalı avtomobilində olduğunu görüb, sonuncunun avtomobildən düşməsindən istifadə edərək bank kartını götürmüş və 12 mart N2-ci il tarixdə saat 00:02-də həmin bank kartını Bakı şəhəri Binəqədi rayonu Xırdalan-Binəqədi şossesində yerləşən Neptun marketin qarşısındakı “Kapital Bank” bankına məxsus bankomata daxil edib, kartdan 1422 (min dörd yüz iyirmi iki) manat məbləğində pul çıxararaq, elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, o, gizir kimi hərbi xidmətə qəbul olunması üçün N0-ci ilin oktyabr ayında Dövlət Sərhəd Xidmətinə müraciət etmiş və altı ay həmin xidmətin N nömrəli hərbi hissəsində gizir hazırlıq kursunu keçdikdən sonra N1-ci ilin mart ayında kursu başa vurub, kiçik gizir hərbi rütbəsi alaraq həmin hərbi hissədə baş nəzarətçi vəzifəsinə təyin edilmişdir. Təxminən səkkiz ay qeyd edilən vəzifədə xidmət etdikdən sonra N1-ci ilin oktyabr ayında Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 5-ci sərhəd komendantlığının döyüş dəstəyi bölüyünün atəş tağımının pulemyot manqasının komandiri – 2-ci heyətin rəisi vəzifəsinə, 27 aprel N2-ci il tarixdə isə N nömrəli hərbi hissənin çevik hərəkət taborunun kəşfiyyat bölüyünün 3-cü kəşfiyyat tağımının 1-ci kəşfiyyat manqasının kəşfiyyatçı-pulemyotçusu vəzifəsinə təyin olunmuş və hazırda həmin vəzifədə, kiçik gizir hərbi rütbəsində qulluğunu davam etdirir. O, N nömrəli hərbi hissənin 5-ci sərhəd komendantlığının döyüş dəstəyi bölüyünün atəş tağımının pulemyot manqasının komandiri – 2-ci heyətin rəisi vəzifəsində, kiçik gizir hərbi rütbəsində xidmətdə olarkən N2-ci ilin fevral ayında Zəngilan rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəyə ezam olunmuş və N fevral N3-cü il tarixədək orada ezamiyyətdə olmuşdur. O, N nömrli hərbi hissədə ezamiyyətdə olan zaman N nömrəli hərbi hissə komandirinin əmri ilə N mart N2-ci il tarixdən N mart N2-ci il tarixədək qısa müddətli məzuniyyətə buraxılmış və məzuniyyətini valideynlərinin yaşadığı Salyan rayonunda keçirmişdir. O, məzuniyyətdə olan zaman 11 mart N2-ci il tarixdə günorta saatlarında aralarında yaxın dostluq münasibəti olan, Salyan rayon sakini Şahid ilə görüşmüş və birlikdə yemək yeyərək spirtli içki qəbul etmişlər. Onlar yemək yeyib spirtli içki qəbul etdikdən sonra Şahid “Mercedes Benz” markalı avtomobilinə oturaraq Salyan rayonunda gəzişmiş və bir qədər sonra o, avtomobilin sürət ötürücüsünün ön tərəfində yerləşən kiçik ölçülü yerə qoyduğu pul kissəsini götürən zaman Şahid aid, “Kapital Bank” bankına məxsus “Birkart” kredit kartının orada olduğunu görüb, həmin bank kartını götürərək pul kissəsinin içərisinə qoymuşdur. Həmin vaxt Şahid avtomobili saxlayıb harayasa getdiyi üçün onun bank kartını götürməsini görməmiş və bir qədər sonra yanına qayıdan zaman o, bank kartını götürməsi barədə bir söz deməmişdir. O, içkili vəziyyətdə olduğu üçün bank kartını nə üçün götürdüyünü bilməmiş və həmin gün saat 21-22 radələrində Şahid onu Bakı şəhərinə getməsi üçün avtomobili ilə Salyan rayonunda yerləşən avtovağzala aparmışdır. O, avtovağzalda Şahid avtomobilindən düşdükdən sonra Bakı şəhərinə gedən taksilərdən birinə minmiş və həmin gün saat 23-24 radələrində Bakı şəhərinə çatmışdır. O, bir müddət əvvəl özünə aid bəzi mülki paltarları əvvəllər onunla birlikdə xdmət etmiş, Abşeron rayonunun Xırdalan şəhərində yaşayan Ruslan Həsənlinin evinə qoyduğu üçün Bakı şəhərinə gəldikdən sonra paltarlarını götürməsi üçün əvvəlcə Xırdalan şəhərinə getmiş və paltarlarını götürüb R.Həsənlinin yaşadığı evdən ayrıldıqdan sonra yaxınlıqda yerləşən “Neptun” marketin qarşısında quraşdırılmış “Kapital Bank” bankına məxsus bankomata yaxınlaşıb Şahid məxsus bank kartına bankomata daxil etmişdir. Əvvəllər Şahid borc olaraq pul istəyən zaman sonuncu bəzi hallarda üzərində olan “Kapital Bank” bankına məxsus “Birkart” kredit kartını ona verib şifrəsini deyərək bankomatdan pulu özünün çıxarmasını bildirdirməsi səbəbindən kartın şifrəsi ona məlum olduğu üçün kartı bankomata daxil etdikdən sonra şifrəsini yığmış və həmin vaxt kartın balansında 1422 (min dörd yüz iyirmi iki) manat məbləğində pul olduğunu görüb, pula ehtiyacı olduğundan həmin məbləğdə pulu tam şəkildə bankomatdan çıxarmışdır. O, bankomatdan pulu çıxardıqdan sonra Şahid bu barədə məlumat verməmiş və məzuniyyət müddətinin N mart N2-ci il tarixdə bitməsinə baxmayaraq xidmət yerinə qayıtması üçün həmin gün, yəni 12 mart N2-ci il tarixdə gecə saatlarında Bakı şəhərindən Füzuli rayonuna gedən taksiyə minmişdir. O, həmin gün səhər saatlarında Füzuli rayonunun Horadiz qəsəbəsinə çatmış və düşmən işğalından azad olunmuş ərazilərdə yol tikintisi ilə məşğul olan şirkətin işçilərindən birinin avtomobilinə minərək xidmət yeri olan Zəngilan rayonuna getmişdir. Xidmət yerində mobil telefon şəbəkəsi olmadığı üçün sonrakı günlərdə o, Şahidla əlaqə saxlayaraq bank kartını götürməsi, kartdan pul çıxarması barədə ona məlumat verə bilməmiş və təxminən bir aydan sonra valideynləri ilə əlaqə saxlaması üçün mobil telefon şəbəkəsinin olduğu yerə, yəni xidmət etdiyi postdan bir qədər yüksəkliyə qalxdıqda Şahid ona bir neçə dəfə zəng etdiyini, əlaqə saxlaması üçün ona mesaj göndərdiyini görmüşdür. O, Şahidla əlaqə saxladıqda sonuncu əmisi arvadı Zərərçəkmiş şəxs adına olan, “Kapital Bank” bankına məxsus “Birkart” kredit kartının oğurlanaraq, içərisindən 1422 manat məbləğində pul çıxarıldığını, şikayətlərini bildirdikləri üçün bununla bağlı Bakı şəhəri Binəqədi rayonu 6-cı Polis Şöbəsində araşdırma aparıldığını demiş və ondan bank kartını götürüb-götürməməsini soruşduqda o, bank kartını özünün götürdüyünü, 1422 manat məbləğində pulu özünün kartdan çıxardığını bildirmişdir. Onun bu sözündən sonra Şahidla aralarında mübahisə yaranmış və o, bank katından çıxardığı 1422 manat pulun 200 manatını xərcləyib qalan hissəsini saxladığı üçün bundan sonra həmin 1222 manat pulu Şahid qaytarmışdır. Maddi imkanı yaxşı olmadığı üçün o, xərclədiyi 200 manat pulu sonrakı vaxtlarda hissə-hissə qaytarmış və aparılan araşdırma ilə əlaqədar Binəqədi rayon Polis İdarəsinə gəldikdən sonra barəsində cinayət işinin başlanıldığını bilmişdir. Cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs dəymiş maddi ziyan olan 1422 manat məbləğində pulu tam şəkildə qaytarmışdır. Hazırda törətdiyi cinayət əməlindən peşmandır və məhkəmədən bağışlanmasını xahiş edir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq olunmuş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, N1-ci ilin avqust ayında pula ehtiyacı olduğu üçün “Kapital Bank”ın Salyan filialına müraciət etmiş və bankdan ona 2000 (iki min) manat məbləğində kredit ayrılsa da, kredit “Birkart” kredit kartı vasitəsilə verilmişdir. O, kredit götürüb kartda olan pulun bir hissəsini nağdılaşdırsa da, pulun bir hissəsini kartda saxlamış və nağdılaşdırdığı pula görə hər ay karta 114 manat pul köçürmüşdür. O, kartdakı pulun bir hissəsini nağdılaşdırdıqdan sonra kartı saxlaması üçün ərinin ölümündən sonra onlarla birlikdə yaşayan qaynının oğlu Şahid vermiş və kartın aylıq ödənişlərini sonuncu köçürmüşdür. Adına olan Birkart kredit kartı SMS xidmətinə qoşulduğu üçün 12 mart N2-ci il tarixdə saat 09 radələrində yaşadığı Salyan rayonunun Kürqaraqaşlı kəndində yerləşən evində olan zaman mobil telefonuna mesaj daxil olmuş və o, mesaja baxan zaman adına olan, Kapital Bank bankına məxsus 4169-7332-2571-0958 nömrəli Birkart kredit kartından həmin gün saat 00:02-də Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığındakı “Neptun” marketin qarşısına quraşdırılmış bankomatı vasitəsilə 1422 (min dörd yüz iyirmi iki) manat məbləğində pul çıxarıldığını bilmişdir. Bundan sonra o, dərhal qaynının oğlu Şahidla telefon vasitəsilə əlaqə saxlayaraq bu barədə ona məlumat vermiş və həmin vaxt sonuncu bank kartının ondan olmadığını, kartdan pul çıxarılmasından məlumatının olmadığını bildirmişdir. Onlar bank kartının oğurlandığını başa düşdükləri üçün həmin gün o, Daxili İşlər Nazirliyinin 102 xidmətinə baş vermiş hadisə ilə bağlı məlumat vermiş və pulun çıxarıldığı bankomatın yerləşdiyi ərazi Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsinin ərazisinə aid olduğu üçün həmin gün qeyd edilən Polis Şöbəsinə gedərək adına olan bank kartından 1422 manat pulunun oğlurlanması barədə şikayət ərizəsi yazmışdır. Daha sonra faktla bağlı araşdırma aparılaraq cinayət işi başlanılmış və bir müddət sonra adına olan bank kartının qaynının oğlu Şahid dostu Təqsirləndirilən şəxs tərəfindən oğurlanması müəyyən edilmişdir. O, Təqsirləndirilən şəxs adına olan bank kartını nə zaman, hansı şəraitdə oğurlamasını bilməmiş və kartın Təqsirləndirilən şəxs tərəfindən oğurlanması müəyyən edildikdən sonra sonuncu kartdan çıxardığı pulu tam şəkildə qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti, tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid məhkəməyə ifadə verib göstərdi ki, o, Təqsirləndirilən şəxs uşaqlıq vaxtlarından tanıyır və onlar orta məktəbdə eyni sinifdə təhsil aldıqları üçün aralarında dostluq münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs isə əmisi X3 arvadıdır və sonuncu 2011-ci ildə rəhmətə getdiyi üçün 2013-cü ildə o, hərbi xidmətdən qayıtdıqdan sonra əmisi arvadı Zərərçəkmiş şəxs və onun övladları ilə birlikdə Salyan rayonunun Kürqaraqaşlı kəndində yaşamağa başlamışdır. O, əmisinin evində yaşamaqla yanaşı qonşuluqda özünə ayrıca ev tikmiş və N1-ci ildə ailə həyatı qurduqdan sonra öz evinə köçmüşdür. Yenicə köçdüyü evində kondisioner olmadığı üçün əmisi arvadı Zərərçəkmiş şəxs kondisioner almaqdan ötrü bankdan kredit götürmək qərarına gəlmiş və buna görə də N1-ci ilin avqust ayında X5 filialına müraciət etmişdir. Həmin gün bankdan əmisi arvadı Zərərçəkmiş şəxs balansında 2000 manat pul olan Birkart kredit kartı verilmiş və onlar kartdan 1270 manat pul çıxarıb kondisioner alsalar da, pulun qalan hissəsini xərcləməmişlər. Onlar kartda olan pulun qalan hissəsini xərcləməslər də kondisioner almaları üçün kartdan çıxardıqları pula görə hər ay karta pul köçürmüş və kartın aylıq ödənişlərini o, və əmisi arvadı Zərərçəkmiş şəxs etmişdir. Birkart kredit kartı əmisi arvadı Zərərçəkmiş şəxs adına olsa da, kart həmişə onun üzərində olmuş və kartın aylıq ödənişlərini o, köçürmüşdür. O, aylıq ödənişlərə görə hər ay karta pul köçürsə də, kartda ümumilikdə nə qədər pul olmasını bilməmiş və 12 mart N2-ci il tarixdə səhər saatlarında iş yerində olan zaman əmisi arvadı Zərərçəkmiş şəxs onunla telefon vasitəsilə əlaqə saxlayaraq adına olan, Kapital Bank bankına məxsus Birkart kredit kartından pul çıxarıb-çıxarmadığını soruşmuşdur. Həmin vaxt o, kartdan pul çıxarmadığını demiş və nə baş verdiyini soruşduqda əmisi arvadı Zərərçəkmiş şəxs kartdan həmin gün, yəni 12 mart N2-ci il tarixdə saat 00:02-də Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığındakı Neptun marketin qarşısına quraşdırılmış Kapital Bank bankına məxsus bankomatdan 1422 manat pul çıxarılması barədə mobil telefonuna mesaj göndərildiyini bildirmişdir. Əmisi arvadı Zərərçəkmiş şəxs bu sözündən sonra o, dərhal üzərində olan pul kissəsinə baxdıqda şəxsiyyət vəsiqəsinin, adına olan bank kartının orada olduğunu, lakin əmisi arvadı Zərərçəkmiş şəxs adına olan, Kapital Bank bankına məxsus Birkart kredit kartının orada olmadığını görmüş və əvvəlki günlərdə aralarında dostluq münasibəti olan, Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində xidmət edən Təqsirləndirilən şəxs ilə bir yerdə olduğu üçün onun tərəfindən götürülə biləcəyini fikirləşib mobil telefonuna zəng etdikdə mobil telefonu söndürüldüyü üçün sonuncu ilə əlaqə saxlaya bilməmişdir. Onlar bank kartının oğurlandığını düşündükləri üçün həmin gün əmisi arvadı Zərərçəkmiş şəxs bununla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermiş və bundan sonra onlar Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsinə dəvət olunmuşlar. Onlar 6-cı Polis Şöbəsinə gəldikdən sonra əmisi arvadı Zərərçəkmiş şəxs bank kartından 1422 manat pulunun oğurlanması barədə şikayət ərizəsi yazmış və bundan sonra araşdırma aparılmağa başlanılmışdır. Hadisədən əvvəl o, dostu Təqsirləndirilən şəxsla bir yerdə olduğu üçün bank kartının onun tərəfindən götürülə biləcəyini fikirləşərək sonrakı günlərdə bir neçə dəfə mobil telefonuna zəng etmiş, lakin yenə də əlaqə saxlaya bilməmişdir. Baş vermiş hadisədən təxminən bir ay sonra o, Təqsirləndirilən şəxsla telefon vasitəsilə əlaqə saxlaya bilmiş və əmisi arvadı Zərərçəkmiş şəxs adına olan birkart kredit kartının oğurlanaraq kartdan 1422 manat məbləğində pul çıxarıldığını, bununla bağlı şikayətlərini bildirdiklərini deyib, Təqsirləndirilən şəxs bu barədə məlumatının olub-olmamasını soruşmuş və həmin vaxt sonuncu bank kartının onda olduğunu, bank kartını səhvən götürdüyünü və 1422 manat məbləğində pulu özünün bankomatdan çıxardığını demişdir. O, bank kartının Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bilsə də, bu barədə araşdırmanın aparıldığı Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis şöbəsinə məlumat verməmiş və bir müddət sonra polis əməkdaşları pulu oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikləri üçün onu cinayət məsuliyyətinə cəlb etmişlər. Məhkəmə iş üzrə ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş raportdan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs adına olan Birkart kredit kartından 1422 manat məbləğində pulun oğurlanması barədə 12 mart N2ci il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 12 mart N2-ci il tarixli ərizədən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs adına olan, Kapital Bank bankına məxsus Birkart kredit kartından 1422 manat pulun oğurlanması barədə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis hadisə yerinə baxış keçirilməsi haqqında 12 mart N2-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesində yerləşən Neptun marketin qarşısıdır və həmin yerdə Kapital Bank bankına məxsus bankomat quraşdırılmışdır. “Kapital Bank” bankı tərəfindən təqdim edilmiş, içərisinə Zərərçəkmiş şəxs məxsus 4169- 7332-2571-0958 nömrəli Birkart kredit kartından xx.xx.N2-ci il tarixdə pul çıxaran şəxsin foto şəkillərinin köçürüldüyü diskdən və diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N2-ci il tarixdə qeyd edilən bank kartından 1422 manat məbləğində pul çıxartmışdır. Kapital Bank ASC tərəfindən təqdim edilmiş ödəniş kartı üzrə çıxarışlardan görünür ki, Zərərçəkmiş şəxs adına olan 4169-7332-2571-0958 nömrəli Birkart kredit kartından xx.xx.N2-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığında yerləşən Neptun hipermarketin qarşısında quraşdırılmış Kapital Bank bankına məxsus bankomat vasitəsilə 1422 (min dörd yüz iyirmi iki) manat məbləğində pul çıxarılmışdır. Zərərçəkmiş şəxs xx.xx.N3-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir. Dövlət Sərhəd Xidmətinin Qubadlı X1 Qubadlı Sərhəd Dəstəsi (N nömrəli hərbi hissə) komandirinin N dekabr N1-ci il tarixli 053 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.N1-ci il tarixli 2006 ş/h nömrəli əmri ilə N nömrəli hərbi hissənin 5-ci sərhəd komendantlığının döyüş dəstəyi bölüyünün atəş tağımının pulemyot manqasının – 2-ci heyətin rəisi vəzifəsinə təyin edilmiş kiçik gizir Təqsirləndirilən şəxs xx.xx.N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin N mart N2-ci il tarixli 067 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, 5-ci sərhəd komendantlığının döyüş dəstəyi bölüyünün atəş tağımının pulemyot manqasının – 2-ci heyətin rəisi vəzifəsində xidmət edən kiçik gizir Təqsirləndirilən şəxs xx.xx.N2-ci il tarixdən xx.xx.N2-ci il tarixədək 5 günlük məzuniyyətə buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin N mart N2-ci il tarixli 073 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, kiçik gizir Təqsirləndirilən şəxs həmin tarixdə məzuniyyətdən qayıtmışdır. Dövlət Sərhəd Xidmətinin X4 Diviziyası (N nömrəli hərbi hissə) komandirinin xx.xx.N2-ci il tarixli 0117 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin 5-ci sərhəd komendantlığının döyüş dəstəyi bölüyünün atəş tağımının pulemyot manqasının – 2-ci heyətin rəisi vəzifəsində xidmət edən kiçik gizir Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin çevik hərəkət taborunun kəşfiyyat bölüyünün 3-cü kəşfiyyat tağımının 1-ci kəşfiyyat manqasının kəşfiyyatçıpulemyotçusu vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xx.xx.N3-cü il tarixli teleqramından görünür ki, himayəsindəki iki azyaşlı uşağını təkbaşına böyütməsi səbəbindən məhkəmə iclaslarında iştirak edə bilməmiş, istintaq zamanı verdiyi ifadəsini tam təsdiqləmiş, ifadəsinə heç bir düzəliş və əlavəsi yoxdur. Təqsirləndirilən şəxs ilə barışmış, onu bağışlamış, ona dəymiş 1422 (min dörd iyirmi iki) manat maddi ziyan tam həcmdə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələb və mülki iddiası yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını informasiya texnologiyalarından istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla gizli olaraq talayaraq oğurluq etməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir və o, həmin maddə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza təyin edərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər. Məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətdə təqsirini ilk gündən boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələbi və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ittiham olunduğu CM-nin 177.2.3-1-ci maddəsi az ağır cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası CM-nin 52-1.6-cı maddəsinin tələblərinə əsasən azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 8.1-ci 41.2-ci və 58.3-cü maddələrinin müddəalarına əsaslanaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları nəzərə alıb onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini ədalət və humanizm prinsipləri baxımından düzgün saymır. Məhkəmə, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edərək hesab edir ki, bu müstəsna hal Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldır və buna görə də, onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmalı və ona ittiham olunduğu həmin Məcəllənin 177.2.3-1-ci maddəsinin sanksiyasında müəyyən edilən cəzalardan daha yüngül cəza növü- hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Dövlət Sərhəd Xidmətinin «Qubadlı» X1 (N nömrəli hərbi hissə) komandanlığına həvalə olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2 maddələrində: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 62-ci maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 177.2.3-1-ci maddəsi ilə aylıq pul təminatından 15% məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Dövlət Sərhəd Xidmətinin «Qubadlı» X1 (N nömrəli hərbi hissə) komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Aslan Kalbalıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar