Məhkəmə qərarları › İş №1-1(093)-87/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-87/2023

19.06.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-87/2023 19.06.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimləri X20 (sədrlik edən), Ramazanov Camal Cumar oğlu və Abbasov Rafiq Qaraxan oğlundan ibarət tərkibdə, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs10, zərərçəkmiş şəxslərin nümayəndəsi – “PRO BONO” vəkil bürosunun vəkili X21, müdafiəçi - Bakı şəhəri Mərkəz vəkil bürosunun vəkili X9, Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı Hərbi Məhkəməsinin inzibati binasında, 1 iyun 1988-ci il ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin, daha sonra isə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının Mühafizə taboru Xüsusi mühafizə tağımının qarovul rəisi – Fəxri qarovul taboru 1-ci Fəxri qarovul bölüyünün bölük baş çavuşu vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Pirəkəşkül Ə/D, Pirəkəşkül kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Döngə 1, nömrəsiz evdə yaşamış, hazırda barəsində seçilmiş həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178.2.2, 178.2.3, 178.2.4, 29, 178.2.2, 29, 178.2.3, 29, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti üzrə 8 iyun 2018-ci il tarixli əmrə əsasən Mühafizə taboru Xüsusi mühafizə tağımının qarovul rəisi – Fəxri qarovul taboru N saylı Fəxri qarovul bölüyünün bölük baş çavuşu vəzifəsinə təyin edilməklə həmin tarixdən 27 iyul 2022-ci il tarixədək qeyd edilən vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə oğlu Şahid1 Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasında işə qəbul edilməsinə köməklik edilməsi ilə bağlı 2021-ci ilin may ayının sonlarında özünə müraciət etmiş Zərərçəkmiş şəxs6 Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən “Elit” Ticarət Mərkəzinin yaxınlığında görüşləri zamanı özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Şahid1 işə qəbul edilməsini təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 7.500 (yeddi min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs6 razılığını almaqla sövdələşib, həmin niyyətlə 2021-ci ilin may ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən “Elit” Ticarət Mərkəzinin yaxınlığında 7.500 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs6 şəxsən alıb öz şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə sonuncuya məxsus 7.500 ( yeddi min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində işə qəbul edilməsinə köməklik edilməsi ilə bağlı 2021-ci ilin iyun ayında özünə cinayətdən xəbərsiz tanışı X26 vasitəsilə müraciət etmiş Şahid3 Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı parkda görüşləri zamanı özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Şahid3 işə qəbul edilməsini təmin etmək imkanına malik olduğunu sonuncuya və sonuncu vasitəsi ilə atası Zərərçəkmiş şəxs5 yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 12.000 (on iki min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs5 Şahid3 vasitəsilə razılığını almaqla sövdələşib, həmin niyyətlə 2021-ci ilin iyun ayının ortalarında Abşeron rayonu, MD 23 qəsəbəsinin yaxınlığında, Bakı-Şamaxı magistral yolunun təxminən 15-ci kilometrliyində yolun sağ kənarında Zərərçəkmiş şəxs5 məxsus həmin dövrün rəsmi məzənnəsi ilə 11.900 manat təşkil edən 7.000 ABŞ dolları və 100 manat məbləğində pul vəsaitini sonuncudan şəxsən alıb öz şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs5 məxsus həmin dövrün rəsmi məzənnəsi ilə 11.900 (on bir min doqquz yüz) manat təşkil edən 7.000 (yeddi min) ABŞ dolları və 100 (yüz) manat olmaqla ümumilikdə 12.000 (on iki min) manat məbləğində pul vəsaitini ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Təhlükəzliyi Xidmətində işə qəbul edilməsinə köməklik edilməsi ilə bağlı 2021-ci ilin sentyabr ayında özünə cinayətdən xəbərsiz tanışı, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının əməkdaşı X11 vasitəsilə müraciət etmiş Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı parkda görüşləri zamanı özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan suiistifadə edərək guya Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə qohumluq münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Zərərçəkmiş şəxs2 işə qəbul edilməsini təmin etmək imkanına malik olduğunu yalandan bildirib, qohumu olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs2 maddi imkanı ilə əlaqədar qeyd olunan pul vəsaitinin hər dəfə 5.000 manat olmaqla 2 dəfəyə verməsi barədə razılığını almaqla sövdələşib, həmin niyyətlə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında 2021-ci ilin sentyabr ayının sonlarında 5.000 manat, 2021-ci ilin oktyabr ayının əvvəllərində 5.000 manat olmaqla, Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 10.000 manat məbləğində pul vəsaitini sonuncunun cinayətdən xəbərsiz qardaşı Zərərçəkmiş şəxs1 vasitəsilə alıb öz şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 10.000 (on min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində sürücü kimi işə qəbul edilməsinə köməklik edilməsi ilə bağlı 2021-ci ilin oktyabr ayında özünə cinayətdən xəbərsiz tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə müraciət etmiş sonuncunun qohumu Zərərçəkmiş şəxs8 Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı parkda görüşləri zamanı özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Zərərçəkmiş şəxs8 işə qəbul edilməsini təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs8 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs8 maddi imkanı ilə əlaqədar 9.000 (doqquz min) manat məbləğində pul vəsaitini verə biləcəyinə dair razılığını almaqla sövdələşib, həmin niyyətlə 2021-ci ilin oktyabr ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı parkda Zərərçəkmiş şəxs8 məxsus 9.000 manat məbləğində pul vəsaitini sonuncunun yanında Zərərçəkmiş şəxs1 alıb öz şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs8 məxsus 9.000 (doqquz min) manat məbləğində pul vəsaitini ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı şəhərində yerləşən struktur qurumlarından birində işə qəbul edilməsinə köməklik edilməsi ilə bağlı 2021-ci ilin noyabr ayında özünə müraciət etmiş tanışı Zərərçəkmiş şəxs1 aralarında aparılan telefon danışıqları zamanı özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası Miqrasiya Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə işə qəbul edilməsini təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs1 razılığını almaqla sövdələşib, həmin niyyətlə 28 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı parkda 15.000 manat məbləğində pul vəsaitini sonuncudan şəxsən alıb öz şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 15.000 (on beş min) manat məbləğində pul vəsaitini ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində sürücü kimi işə qəbul edilməsinə köməklik edilməsi ilə bağlı 2022-ci ilin yanvar ayında özünə cinayətdən xəbərsiz tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə müraciət etmiş sonuncunun iş yoldaşı Zərərçəkmiş şəxs9 Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı parkda görüşləri zamanı özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Zərərçəkmiş şəxs9 işə qəbul edilməsini təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs9 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 12.000 (on iki min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs9 maddi imkanı ilə əlaqədar qeyd olunan pul vəsaitini 2 dəfəyə verə biləcəyinə dair razılığını almaqla sövdələşib, həmin niyyətlə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı parkda 18 yanvar 2022-ci il tarixdə 5.000 manat, 26 yanvar 2022-ci il tarixdə isə 7.000 manat olmaqla, Zərərçəkmiş şəxs9 məxsus ümumilikdə 12.000 manat məbləğində pul vəsaitini cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs1 vasitəsilə alıb öz şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs9 məxsus ümumilikdə 12.000 (on iki min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasında müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə qəbul edilməsinə köməklik edilməsi ilə bağlı 2022-ci ilin fevral ayında özünə cinayətdən xəbərsiz tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə müraciət etmiş Şahid2 Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı parkda görüşləri zamanı özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Şahid2 işə qəbul edilməsini təmin etmək imkanına malik olduğunu sonuncuya və sonuncu vasitəsi ilə atası Zərərçəkmiş şəxs7 yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 14.000 (on dörd min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs7 maddi imkanı ilə əlaqədar qeyd olunan pul vəsaitinin 8.000 manat məbləğində hissəsini əvvəlcədən, 6.000 manat məbləğində hissəsini isə daha sonra verə biləcəyinə dair sonuncunun oğlu Şahid2 vasitəsilə razılığını almaqla sövdələşib, həmin niyyətlə 2022-ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində istintaqla müəyyən edilməyən çay evinin qarşısında Zərərçəkmiş şəxs7 məxsus 8.000 manat məbləğində pul vəsaitini sonuncudan şəxsən alıb öz şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs7 məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs7 təkrarən təhrik etmiş, sonuncu aldadıldığını başa düşməsi səbəbindən razılaşdıqları pul vəsaiti üzrə qalan məbləği vermədiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, həmin pul vəsaitini Zərərçəkmiş şəxs7 almağa nail olmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncuya məxsus 14.000 (on dörd min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində işə qəbul edilməsinə köməklik edilməsi ilə bağlı 2022-ci ilin may ayında özünə cinayətdən xəbərsiz tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə müraciət etmiş sonuncunun iş yoldaşı Zərərçəkmiş şəxs10 Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının ünvan 1 ünvanında yerləşən inzibati binasının qarşısında görüşləri zamanı özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Zərərçəkmiş şəxs10 işə qəbul edilməsini təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs10 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs10 maddi imkanı ilə əlaqədar qeyd olunan pul vəsaitini 2 dəfəyə verə biləcəyinə dair razılığını almaqla sövdələşib, həmin niyyətlə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında 2022-ci ilin may ayının sonlarında 8.000 manat, 2022-ci ilin iyun ayının əvvəllərində 17.000 manat olmaqla, Zərərçəkmiş şəxs10 məxsus ümumilikdə 25.000 manat məbləğində pul vəsaitini cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs1 vasitəsilə alıb öz şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs10 məxsus ümumilikdə 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X18 Şəbəkəsinin rəisi vəzifəsinə təyin edilməsinə köməklik edilməsi ilə bağlı 2022-ci ilin iyun ayında özünə cinayətdən xəbərsiz tanışı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs10 vasitəsilə müraciət etmiş sonuncunun dayısı Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı parkda görüşləri zamanı özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək guya "xxxx" Açıq Səhmdar Cəmiyyətində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Zərərçəkmiş şəxs3 işə qəbul edilməsini təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs3 razılığını almaqla sövdələşib, həmin niyyətlə 2022-ci ilin iyun ayının sonlarında Sumqayıt şəhəri, Dənizkənarı Bulvar ərazisində 35.000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs3 şəxsən alıb öz şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitini ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə arvadı X16 “ASAN Xidmət” mərkəzində işə qəbul edilməsinə köməklik edilməsi ilə bağlı 2022-ci ilin iyun ayında özünə cinayətdən xəbərsiz tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə müraciət etmiş sonuncunun qohumu Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı parkda görüşləri zamanı özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan suiistifadə edərək guya “ASAN Xidmət” mərkəzində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Arzu Əmirlinin işə qəbul edilməsini təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Arzu Əmirlinin xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs4 razılığını almaqla sövdələşib, həmin niyyətlə 2022-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı parkın qarşısında avtomobildə 8.000 manat məbləğində pul vəsaitini sonuncudan şəxsən alıb öz şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, 2006-cı ilin oktyabr ayından 2008-ci ilin aprel ayınadək Milli Qvardiyada hərbi xidmətdə olmuş, 2008-ci ilin sentyabr ayından 2022-ci ilin iyul ayınadək Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasında qarovul rəisi və bölük baş çavuşu vəzifələrində işləmiş, Xüsusi Dövlət Mühafizə Xidməti ləğv olunduqdan sonra 2022-ci ilin yanvar ayında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin strukturu təsdiq olunmuş və 2022-ci ilin iyul ayının 22-dək həmin Xidmətdə bölük baş çavuşu vəzifəsində işləmişdir. 2020-ci ildən etibarən “Tik-Tok” sosial şəbəkəsindən istifadə etməyə başlamış, həmin sosial şəbəkədə keçirilən oyunlarda iştirak etmək üçün müəyyən qədər pul lazım olduğundan pullarını həmin oyunlara sərf etmişdir. Maddi imkanı az olduğundan əlavə gəlir əldə etmək üçün ayrı-ayrı şəxslərdən pul almaq istəmiş, lakin heç kim ona yüksək məbləğdə borc pul verməmişdir. Buna görə də o, işlədiyi Milli Qvardiyada müddətli həqiqi hərbi xidmətdə olan əsgərlər və iş yoldaşlarına guya özünün müxtəlif dövlət qurumlarında, eləcə də Xüsusi Dövlət Mühafizə Xidmətində, Dövlət Təhlükəsizliyi Xidmətində, Dövlət Miqrasiya Xidmətində və digər dövlət qurumlarında yüksək vəzifədə işləyən tanışları olduğunu, həmin tanışları vasitəsilə istənilən şəxsi işə düzəltmək imkanına malik olmağı barədə uydurma fikirlər söyləməyə başlamışdır. Həmin ərəfədə Milli Qvardiyada müddətli həqiqi hərbi xidmətdə olan hazırda adını dəqiq xatırlamadığı əsgərlərdən biri ona müraciət edərək qardaşının işsiz olduğunu və atasının qardaşını işə düzəlməsinə köməklik edəcək şəxs axtardığını bildirmiş, o da, bu məsələdə köməklik edə biləcəyini dedikdə həmin əsgər onun mobil telefon nömrəsini atasına verəcəyini bildirmişdir. Bir müddət sonra 2021-ci ilin təxminən may ayının sonlarında Zərərçəkmiş şəxs6 adlı şəxs ona zəng edərək hazırda adını xatırlamadığı əsgərin atası olduğunu demiş və digər oğlu Şahid1 işə düzəlməsinə köməklik etməyi məqsədilə onunla görüşüb söhbət etmək istədiyini bildirmişdir. O da razılıq verdiyindən onlar Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən “Elit” Ticarət Mərkəzinin yaxınlığında görüşmüşlər. Həmin vaxt Fərid də orada olmuş və o, hər ikisini ilk dəfə görmüşdür. Orada aralarında olan söhbət zamanı Zərərçəkmiş şəxs6 oğlu Şahid1 Milli Qvardiyada işə qəbul etdirmək istədiyini bildirmişdir. O da XDMX-də yüksək vəzifədə işləyən tanışı vasitəsilə Şahid1 Milli Qvardiyada işə qəbul etdirə biləcəyini, lakin bunun müqabilində həmin yüksək vəzifəli tanışına 7.500 manat məbləğində pul verilməli olduğunu Zərərçəkmiş şəxs6 bildirmiş, sonuncu da onunla razılaşaraq həmin pulu verəcəyini demişdir. Bir neçə gün sonra 2021-ci ilin may ayının sonlarında Zərərçəkmiş şəxs6 və Şahid1la zəngləşərək Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən “Elit” Ticarət Mərkəzinin yaxınlığında görüşmüş, orada Zərərçəkmiş şəxs6 7.500 manat məbləğində pulu şəxsən ona nağd şəkildə vermişdir. O da müəyyən yoxlama və sənədləşmə işlərindən sonra Şahid1 işə qəbul əmrinin veriləcəyini bildirmiş, əslində isə onun Şahid1 işə qəbul etdirmək fikri olmamış, niyyəti həmin pul vəsaitini öz şəxsi ehtiyaclarına, eləcə də “Tik-Tok” sosial şəbəkəsində keçirilən oyunlarda pul qarşılığında verilən jetonları almağa sərf etmək olmuşdur. O, pul qarşılığında həmin jetonları toplayaraq hədiyyələr almış və hədiyyələri də keçirilən oyunlarda müxtəlif oyun iştirakçılarına göndərmişdir. Bundan əlavə, Milli Qvardiyada müddətli həqiqi hərbi xidmətdə olmuş Murad adlı əsgər təxminən 2021-ci ilin may-iyun ayında ona müraciət edərək tanışının ali təhsilli olduğunu və Xüsusi Dövlət Mühafizə Xidmətinə işə qəbul olunmaq istədiyini bildirmişdir. O da həmin şəxslə görüşüb söhbət etdikdən sonra işə düzəldə biləcəyini bildirmişdir. 2021-ci ilin təxminən iyun ayında o, Murad və Muradın işə düzəlmək istəyən tanışı Şahid3 Bakı şəhəri, Nərimanov rayonunda “Nərimanov” adına parkdakı çayxanada görüşmüşlər. Orada Şahid3 12.000 manat pul müqabilində Xüsusi Dövlət Mühafizə Xidmətində yüksək vəzifədə işləyən tanışı vasitəsilə həmin Xidmətə işə qəbul etdirə biləcəyini bildirmişdir. Seyfəddin də atası ilə danışdıqdan sonra razılıq verəcəyini demişdir. Bir müddət sonra 2021-ci ilin iyun ayının təxminən ortalarında Seyfəddin onunla mobil telefon əlaqəsi saxlayaraq atasının razı olduğunu və görüşüb pulu vermək istədiklərini bildirmişdir. Bir neçə gün sonra o, Şahid3, sonuncunun atası Zərərçəkmiş şəxs5 və əmisi X23 rayonu, MD 23 qəsəbəsinin yaxınlığında, Bakı-Şamaxı magistral yolunun təxminən 15-ci kilometrliyində yolun sağ kənarında görüşmüşdür. Orada biraz Seyfəddinin işə qəbul məsələsi barədə söhbət etdikdən sonra Zərərçəkmiş şəxs5 7.000 ABŞ dolları və 100 manat olmaqla ümumilikdə 12.000 manat məbləğində pulu ona vermişdir. O da Seyfəddinin təxminən sentyabr ayında işə qəbul olunacağını bildirmişdir. Əslində isə Seyfəddini işə qəbul etdirmək fikri olmamışdır. Aldığı pulu yenə də öz şəxsi ehtiyaclarına və “Tik-Tik” sosial şəbəkəsinə sərf etmişdir. 2021-ci ilin sentyabr ayında iş yoldaşı, hazırda Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının bölük komandiri vəzifəsində işləyən, kapitan Kamil Səfərov söhbət zamanı tanışı Həbib adlı şəxsin Naxçıvan şəhərində yaşadığını, lakin Bakı şəhərində hər hansı dövlət qurumunda işə düzələrək Bakı şəhərinə köçmək istədiyini bildirmişdir. O da həmin şəxsi Dövlət Təhlükəsizliyi Xidmətində işə düzəldə biləcəyini söyləmişdir. Kamil Səfərov da öz növbəsində Zərərçəkmiş şəxs2 və qardaşı Zərərçəkmiş şəxs1lə danışdıqdan sonra sonuncularla onu əlaqələndirmişdir. Bir müddət sonra onunla telefon əlaqəsi saxladıqdan sonra o, Əsəd və qardaşı Həbiblə Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı parkda görüşmüşdür. Orada aralarında olan söhbət zamanı o, Əsəd və Həbibə işə düzəlmə məsələsini Dövlət Təhlükəsizliyi Xidmətində yüksək vəzifədə işləyən tanışı vasitəsilə həll edəcəyini, lakin həmin tanışının bunun müqabilində 10.000 manat pul tələb etdiyini bildirmişdir. Onun təklifi ilə Əsəd və Həbib razılaşaraq yaxın vaxtlarda 10.000 manat məbləğində pulu verəcəklərini bildirmişlər. 2021-ci ilin sentyabr ayının sonlarında Əsəd ona telefonla zəng edərək görüşmək istədiyini bildirmişdir. Onlar Əsədlə Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında Nəsimi rayonu ərazisində görüşmüşlər. Əsəd onun idarə etdiyi “Hyundai Accent” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində ilkin olaraq 5.000 manat məbləğində pulu təklikdə ona verərək həmin pulu Həbibin göndərdiyini, qalan 5.000 manatı da yaxın vaxtlarda verəcəyini bildirmişdir. Təxminən 1 həftə sonra 2021-ci ilin oktyabr ayının əvvəllərində Əsəd onunla əlaqə saxlamış və yenə də Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında Nəsimi rayonu ərazisində, “Şamaxinko” adlanan yerdə görüşmüşlər. Əsəd qalan 5.000 manat məbləğində pulu idarə etdiyi həmin avtomobilin içərisində təklikdə ona vermişdir. Həmin vaxt Əsəd ondan qayını Zərərçəkmiş şəxs8 işə düzəlməsinə köməklik etməyini xahiş etmiş, o da yalandan işə düzəlmə məsələlərinə köməklik edəcək tanışı ilə danışıb məlumat verəcəyini bildirmişdir. Bir neçə gün sonra o, Əsədlə əlaqə saxlayaraq qaynı Zərərçəkmiş şəxs8 Prezidentin Təhlükəsizlik Xidmətində işləyən yüksək vəzifəli şəxsin vasitəsi ilə həmin Xidmətdə sürücü kimi işə düzəldə biləcəyini, lakin bunun müqabilində 10.000 manat pul verməli olacaqlarını bildirmişdir. Əsəd bir müddət sonra onunla əlaqə saxlayaraq qayını Ülvinin cəmi 9.000 manat pul verməyə maddi imkanının çatdığını bildirdiyindən o, bununla razılaşmışdır. Təxminən 2021-ci ilin oktyabr ayının ortalarında o, Əsəd, qayını Zərərçəkmiş şəxs8 və Ülvinin atası Daşqın Misirovla Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Nəriman Nərimanov adına parkdakı çayxanada görüşmüşlər. O, orada Zərərçəkmiş şəxs8 Prezidentin Təhlükəsizlik Xidmətində işləyən yüksək vəzifəli şəxsin vasitəsi ilə həmin Xidmətdə sürücü kimi işə düzəldəcəyini və bunun müqabilində 10.000 manat pul verməli olacaqlarını bildirmişdir. Ülvi və Daşqın Misirovlar cəmi 9.000 manat pul verməyə maddi imkanlarının çatdığını dedikdə, o, yalandan bu barədə iş məsələsini həll edən tanışı ilə danışdıqdan sonra məlumat verəcəyini bildirmiş və sağollaşaraq ayrılmışdır. Bir neçə gün sonra 2021-ci ili oktyabr ayının ortalarında o, Əsəd və qayını Zərərçəkmiş şəxs8la Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Nəriman Nərimanov adına parkdakı çayxanada görüşmüşlər. X46 yanında 9.000 manat məbləğində pulu sayaraq ona vermiş, lakin onun yenə də Zərərçəkmiş şəxs8 işə düzəltmək fikri olmamış, həmin pulu da öz şəxsi ehtiyaclarınaa sərf etmişdir. 2021-ci ilin noyabr ayında Əsəd ona zəng edərək özünün Dövlət Miqrasiya Xidmətinə işə düzəlmək istədiyini demiş və köməklik göstərməyini xahiş etmiş, o, Əsədə 15.000 manat məbləğində pul müqabilində Dövlət Miqrasiya Xidmətinin Bakı şəhərində yerləşən struktur qurumlarından birində həmin Xidmətdə işləyən yüksək vəzifəli tanışı vasitəsilə işə düzəldə biləcəyini bilidirmişdir. Əsəd də onunla razılaşmışdır. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığında yerləşən Nəriman Nərimanov adına parkdakı çayxanada görüşmüşlər və Əsəd həmin çayxanada 15.000 manat məbləğində pulu ona vermiş, o isə Əsədə yalandan 6 aydan sonra imtahan olacağını, imtahanda iştirak etdikdən sonra iş məsələsini həll edən tanışının qalan məsələləri həll edəcəyini bildirmişdir. Əsəd ona 2022-ci ilin yanvar ayının əvvəllərində iş yoldaşı Zərərçəkmiş şəxs9 də Prezidentin Təhlükəsizlik Xidmətində sürücü kimi işə düzəlmək istədiyini bildirmişdir. 2021-ci ilin yanvar ayının əvvəllərində o, Əsəd, Zərərçəkmiş şəxs9 və Anarın qardaşı X35 Nərimanov adına parkdakı çayxanada görüşmüşlər. O, orada Zərərçəkmiş şəxs9 qeyd edilən işə düzəlməsi üçün 12.000 manat məbləğində pul verməli olacaqlarını bildirmiş, Anar və Rəşad onun təklifi ilə razılaşsalar da, həmin pulu 2 dəfəyə verəcəklərini bildirmişlər. O da bununla razılaşmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığında yerləşən Nəriman Nərimanov adına parkdakı çayxanada 5.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs9 çölə çıxdıqdan sonra Zərərçəkmiş şəxs1 ona vermişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığında yerləşən Nəriman Nərimanov adına parkdakı çayxanada razılaşdıqları puldan qalan 7.000 manat məbləğində pulu yenə də Zərərçəkmiş şəxs9 çölə çıxdıqdan sonra Zərərçəkmiş şəxs1 ona vermişdir. Səhv etmirsə həmin görüşləri zamanı Anarın qardaşı Rəşad da onların yanında olmuşdur. Zərərçəkmiş şəxs1 2022-ci ilin fevral ayında dostu Şahid2 Prezidentin Təhlükəsizlik Xidmətində işə düzəlmək istədiyini bildirdikdə, o, 14.000 manat pul müqabilində Şahid2 Prezidentin Təhlükəsizlik Xidmətində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəldə biləcəyini bildirmişdir. Daha sonra o, Əsəd, Sadiq və Sadiqin Bəhruz adlı qohumu Bakı şəhəri, Nərimanov rayonu, Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığında yerləşən Nəriman Nərimanov adına parkdakı çayxanada görüşmüşlər. Orada o, X3 Xidmətində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəlməsi müqabilində 14.000 manat məbləğində pul verməli olacaqlarını bildirmişdir. Sadiq isə 8.000 manat məbləğində pulu əvvəlcədən, 6.000 manat məbləğində pulu isə işə qəbul olunduqdan sonra verə biləcəyini dedikdə, o, yalandan işə qəbul məsələsini həll edən tanışı ilə danışdıqdan sonra məlumat verəcəyini bildirmişdir. O, sonradan Sadiqin təklifi ilə razılaşmağı barədə Əsədə məlumat vermişdir. Təxminən 2022-ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, 7ci mikrorayon ərazisində, hazırda dəqiq ünvanını xatırlamadığı çayxanada o, Sadiq, sonuncunun atası Qəhrəman və qohumu Bəhruzla görüşmüşdür. Bir müddət söhbət etdikdən sonra onlar çayxanadan çıxmış, Sadiq və Bəhruz öz avtomobillərində əyləşmişlər. Sadiqin atası Qəhrəman isə onun avtomobilində əyləşmiş və orada 8.000 manat məbləğində pulu ona vermişdir. 2022-ci ilin may ayında Zərərçəkmiş şəxs1 “SOCAR”-da çalışan iş yoldaşı Zərərçəkmiş şəxs10 Dövlət Miqrasiya Xidmətinə işə düzəlmək istədiyini demiş və ondan köməklik etməyini xahiş etmişdir. O da Dövlət Miqrasiya Xidmətində çalışan vəzifəli şəxslərlə yaxın əlaqələrinin olduğunu, həmin şəxslərin vasitəsilə Zərərçəkmiş şəxs10 də işə düzəldə biləcəyini, lakin bunun müqabilində 25.000 manat məbləğində pul verməli olacaqlarını bildirmişdir. Əsəd ondan Zərərçəkmiş şəxs10 hansı səbəbdən daha baha qiymətə işə düzəldiyini soruşduqda, o, imtahana az müddət qaldığından işə qəbul məsələsinin çətinləşməsi səbəbindən daha artıq pul lazım olduğunu bildirmişdir. 2022-ci ilin may ayının ortalarında Əsəd və Orxan işlədiyi Milli Qvardiyanın qarşısına gəlmişlər və onlar orada görüşmüşlər. O, X29 Xidmətinə işə düzəlməsi müqabilində işi həll edən şəxsin 25.000 manat pul tələb etdiyini bildirmiş, Orxan həmin məbləğlə razılaşaraq pulu 2 dəfəyə verəcəyini demişdir. O da bununla razılaşmışdır. Təxminən 2022-ci ilin may ayının sonlarında Orxan Zərərçəkmiş şəxs1 vasitəsilə ona ilkin olaraq 8.000 manat pul göndərmişdir. Onlar Əsədlə Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında görüşmüş və Əsəd avtomobilinin içərisində təklikdə 8.000 manat məbləğində pulu ona vermişdir. Təxminən 10 gün sonra 2022-ci ilin iyun ayının əvvəllərində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs10 işinə görə qalan 17.000 manat məbləğində pulu ona vermişdir. 2022-ci ilin iyun ayının sonlarında Zərərçəkmiş şəxs1 ona zəng edərək Zərərçəkmiş şəxs10 dayısı Zərərçəkmiş şəxs3 da işə düzəlmək istədiyini demiş, o, 2-3 gün sonra zəng edərək Zərərçəkmiş şəxs3 "xxxx" ASC-nin X18 Şəbəkəsinə rəis vəzifəsinə düzəldə biləcəyini demişdir. Bir neçə gün sonra Orxan, Şükür və X24 adına parkdakı çayxanada görüşmüşlər. Zərərçəkmiş şəxs3 verəcəyi məbləği soruşduqda, o, dəqiqləşdirib deyəcəyini bildirmiş, bir qədər sonra yalandan işi həll edən yüksək vəzifəli tanışının 35.000 manat pul istədiyini Əsədə zəng edərək demişdir. Təxminən 2022-ci ilin iyun ayının sonlarında Zərərçəkmiş şəxs10 və dayısı Zərərçəkmiş şəxs3lə Sumqayıt şəhərində yerləşən dənizkənarı bulvarda görüşmüşlər. Orada Zərərçəkmiş şəxs10 yanında Zərərçəkmiş şəxs3 35.000 manat məbləğində pulu ona vermişdir. 2022-ci ilin iyun ayında Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs4 adlı qohumunun hazırda adını xatırlamadığı arvadının ASAN Xidmətdə işə düzəlmək istədiyini və bu məsələdə də köməklik etməyini xahiş etmişdir. O, həmin şəxsi 8.000 manat məbləğində pul müqabilində həmin Xidmətdə işləyən yüksək vəzifəli tanışı vasitəsilə işə düzəldə biləcəyini demişdir. O, Əsəd və Sabirlə Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı Nəriman Nərimanov adına parkda yerləşən çayxanada görüşüb Zərərçəkmiş şəxs4 hazırda adını xatırlamadığı arvadının ASAN Xidmətdə işə düzəlməsi müqabilində həmin Xidmətdə işləyən yüksək vəzifəli şəxsə 8.000 manat məbləğində pul verilməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs4 də bununla razılaşmışdır. Təxminən 1 həftə sonra, 2022-ci ilin iyun ayının sonlarında o, Əsəd və Sabirlə Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı Nəriman Nərimanov adına parkda görüşmüşlər. O və Sabir sonuncunun idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobilə əyləşmiş, Əsəd isə bayırda gözləmişdir. Orada avtomobilin içərisində Sabir 8.000 manat məbləğində pulu ona vermişdir. O, həmin şəxslərin heç birini işə düzəltməmiş, əvvəldən də işə düzəltmək niyyəti olmamışdır. Həmin şəxslərdən aldığı pulları öz şəxsi ehtiyaclarına, eləcə də “Tik-Tok” sosial şəbəkəsində keçirilən oyunlara sərf etmişdir. Zərərçəkmiş şəxs6 bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Nurlanı kiçik oğlu Xalid İmanovun müddətli həqiqi hərbi xidmətdə olduğu Milli Qvardiyanın müddətdən artıq xidmət edən hərbi qulluqçusu kimi tanımışdır. Belə ki, oğlu Xalid müddətli həqiqi hərbi xidmətdə olduğu üçün oğlunu görməyə getdikdə Xalid Təqsirləndirilən şəxs göstərərək komandiri olduğunu bildirmişdir. X36 Orucovun özünü çoxşaxəli əlaqəsi olan şəxs kimi təqdim etdiyini və istənilən şəxsi yüksək vəzifədə işləyən tanışları vasitəsilə müxtəlif dövlət qurumlarında işə qəbul etdirmək imkanlarına malik olduğunu bildirdiyini demişdir. 2021-ci ilin may ayında o, digər oğlu Şahid1 dövlət sturukturu qurumlarından birində işə qəbul etdirmək istədiyindən bu barədə Təqsirləndirilən şəxsla görüşüb söhbət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs mobil telefon nömrəsini oğlu Xalid İmanovdan alaraq Nurlana zəng edib qeyd etdiyi məsələ ilə bağlı görüşmək istədiyini bildirmişdir. Nurlan razılıq verdikdən sonra 2021-ci ilin may ayının sonlarında o, böyük oğlu Şahid1la birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən “Elit” Ticarət Mərkəzinin yaxınlığında Təqsirləndirilən şəxsla görüşmüşlər. Nurlan orada Fəridin yanında ona Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində yüksək vəzifədə işləyən tanışı vasitəsilə oğlu Şahid1 Milli Qvardiyada işə qəbul etdirə biləcəyini, lakin bunun müqabilində həmin yüksək vəzifəli tanışına 7.500 manat məbləğində pul verilməli olduğunu bildirmişdir. O da həmin məbləğdə pulu verməyə razılaşmışdır. Bir neçə gün sonra, yəni 2021-ci ilin may ayının sonlarında o, yenidən oğlu Şahid1la birlikdə Təqsirləndirilən şəxsla Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən “Elit” Ticarət Mərkəzinin yaxınlığında görüşmüşlər. Orada o, özünə məxsus 7.500 manat məbləğində pulu Fəridin yanında Təqsirləndirilən şəxs şəxsən vermişdir. Təqsirləndirilən şəxs Fəridin işə qəbul məsələsinin 3 ay ərzində öz həllini tapacağını bildirərək onları tam əmin etmişdir. 3 ay müddət keçdikdən sonra onlar Təqsirləndirilən şəxsla əlaqə saxladıqda, Nurlan əvvəlcə COVİD-19 pandemiyasını, daha sonra X13 bəhanə edərək Fəridin işə qəbul məsələsinin uzandığını bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs ondan aldığı 7.500 manat məbləğində pulu geri qaytaracağını bildirsə də, həmin vədinə də əməl etməmiş və aldığı pulu geri qaytarmamışdır. Zərərçəkmiş şəxs5 bildirmişdir ki, Təqsirləndirilən şəxs oğlu Şahid3 tanışının vasitəsilə tanımışlar. Belə ki, oğlu Şahid3 tanışının qardaşı Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasında müddətli həqiqi hərbi xidmətdə olduğundan orada Təqsirləndirilən şəxs tanımış, Təqsirləndirilən şəxs həmin ərəfələrdə Milli Qvardiyada müddətdən artıq xidmət edən hərbi qulluqçu olmuşdur. Oğluna həmin tanışı 2021-ci ilin təxminən iyun ayında aralarında olan söhbət zamanı Təqsirləndirilən şəxs özünü onlara geniş əlaqəli şəxs kimi təqdim etdiyini, müxtəlif şəxsləri işə düzəltmək imkanlarına malik olduğunu bildirmişdir. Həmin ərəfələrdə oğlu Seyfəddin hərbi xidmətdən yeni təxris olunduğundan işsiz olmuş və oğluna iş axtarmışlar. Seyfəddin ona Nurlan adlı Milli Qvardiyada işləyən şəxs olduğunu, həmin şəxsin geniş əlaqələrindən istifadə edərək müxtəlif şəxsləri Prezidentin Təhlükəsizk Xidmətində işə düzəltmək imkanına malik olduğunu və Nurlanla görüşüb həmin Xidmətdə işə düzəlməsinə köməklik etməsini xahiş etmək istədiyini bildirmişdir. O, razılıq verdikdən sonra oğlu Seyfəddin 2021-ci ilin iyun ayının hazırda xatırlamadığı günündə Təqsirləndirilən şəxsla Bakı şəhəri, Nərimanov rayonu ərazisində görüşərək söhbət etmişlər. Söhbət zamanı Təqsirləndirilən şəxs oğlu X1 Xidmətində işə qəbul edilməsinə həmin Xidmətdə işləyən yüksək vəzifəli tanışı vasitəsilə köməklik edə biləcəyini, ali təhsilli olduğundan yüksək əməkhaqqı alacağını, lakin işə qəbul edilməsi müqabilində həmin yüksək vəzifəli tanışına 12.000 manat məbləğində pul verilməli olduğunu bildirmişdir. Bundan sonra Seyfəddin bu barədə ona danışdıqdan sonra o, fikirləşib qərar verəcəyini bildirmişdir. Bir neçə gün sonra oğlunun yüksək əməkhaqqı alacağını düşündüyündən razılıq vermək qərarına gəlmiş, bu barədə Seyfəddinə dedikdən sonra sonuncu Təqsirləndirilən şəxsla danışaraq işə qəbul olunmaq istədiyini və 12.000 manat məbləğində pulu verməyə razı olduqlarını bildirmişdir. 2021-ci ilin iyul ayının ortalarında o, oğlu Seyfəddin və qardaşı Həsrət Abşeron rayonu, MD 23 qəsəbəsinin yaxınlığında, Bakı-Şamaxı magistral yolunun təxminən 15-ci kilometrliyində yolun sağ kənarında Təqsirləndirilən şəxsla görüşmüşlər. Təqsirləndirilən şəxs onlarla görüşə özünün idarə etdiyi “Hyundai Accent” markalı avtomobildə tək gəlmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynində xidməti hərbi geyim forması olmuşdur. Orada Təqsirləndirilən şəxs onları bir daha oğlu Şahid3 Mili Qvardiyada işə qəbul olunmasına köməklik edəcəyinə, Seyfəddinin özü və yaxınları barəsində araşdırma aparıldıqdan sonra təxminən 2021-ci ilin sentyabr ayında işə qəbul edilməsi əmrinin veriləcəyinə əmin etmişdir. Onlar da Nurlanın dediklərinə tam inandıqlarından o, özünə məxsus 7.000 ABŞ dolları və 100 manat olmaqla ümumilikdə 12.000 manat məbləğində pul vəsaitini orada oğlu Şahid3 və qardaşı Həsrət Həsənovun yanında Təqsirləndirilən şəxs vermişdir. 2021-ci ilin sentyabr ayı gəlib çatsa da, Seyfəddinin işə qəbul məsələsindən hər hansı xəbər olmamışdır. Nurlanla oğlu Seyfəddin əlaqə saxladıqda Nurlan COVİD-19 pandemiyası ilə əlaqədar işə qəbul məsələsinin uzandığını, buna görə də 2022-ci ilin yanvar ayı ərzində işə qəbul əmrinin veriləcəyini bildirmişdir. Onlar 2022-ci ilin yanvar ayınadək gözləsələr də, yenə də işə qəbulla bağlı hər hansı irəliləyiş olmamışdır. Nurlan bu dəfə isə Seyfəddinin işə qəbul məsələsinin 2022-ci ilin may ayında müsbət həllini tapacağını bildirmiş və onları özünə tam inandırmışdır. Bu səbəbdən onlar yenə də gözləmək qərarına gəlmişlər. 2022-ci ilin may ayında oğlu Seyfəddin artıq başqa işə qəbul olunduğundan və Təqsirləndirilən şəxs hər dəfə vaxt qazandığını gördüklərindən Nurlandan verdikləri ümumilikdə 12.000 manat məbləğində pulu geri istəmək qərarına gəlmişlər. Oğlu Seyfəddin və qardaşı Həsrət Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq sonuncuya verdikləri pulu geri istəmişlər. Nurlan həmin pulu geri qaytaracağını bildirsə də, sonradan telefon zənglərinə cavab verməmiş və ondan oğlu Şahid3 işə qəbul məsələsinə köməklik etmək adı ilə aldığı ona məxsus ümumilikdə 12.000 manat təşkil edən 7.000 ABŞ dolları və 100 manat məbləğində pul vəsaitini geri qaytarmamışdır. Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs Naxçıvan şəhərində onlarla qonşuluqda yaşayan Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasında işləyən, kapitan rütbəsində olan X11 vasitəsilə tanımış, belə ki, qardaşı Zərərçəkmiş şəxs2 Naxçıvan MR-in X14 Xidmətində işləyir. Kamil Səfərov 2021-ci ilin hazırda xatırlamadığı tarixində Bakı şəhərindən Naxçıvan MR-na gedib bir müddət qaldıqdan sonra Bakı şəhərinə qayıdan zaman qardaşı Zərərçəkmiş şəxs2lə Naxçıvan MR-in Hava Limanında təsadüfən görüşmüşlər. Qardaşı Zərərçəkmiş şəxs2 Kamil Səfərova Bakı şəhərində işə düzəlmək istədiyini bildirmiş, Kamildən hər-hansı köməklik göstərə bilib-bilməyəcəyini soruşduqda Kamil Bakı şəhərinə gedib maraqlanıb xəbər edəcəyini qardaşına demişdir. Kamil Bakı şəhərinə getdikdən sonra aralarında bir neçə dəfə telefon danışığı olmuş, danışıqlar zamanı qardaşı Həbib Kamildən iş məsələsi ilə maraqlanıb-maraqlanmadığını soruşmuşdur. Təxminən 2021-ci ilin sentyabr ayının əvvəllərində Kamil Həbibə zəng edərək Nurlan adlı iş yoldaşının olduğunu və X10 Xidmətində yüksək vəzifədə işləyən qohumu vasitəsilə Həbibin həmin Xidmətdə işə qəbul olunmağına köməklik edə biləcəyini bildirmişdir. Həbib də Nurlanla danışıb görüşmək istədiyini bildirmiş və Kamil Nurlanın mobil telefon nömrəsini Həbibə vermişdir. Bundan sonra təxminən 2021-ci ilin sentyabr ayının ortalarında Həbib Naxçıvan şəhərindən Bakı şəhərinə gəlmiş, Nurlanla mobil telefon əlaqəsi saxladıqdan sonra onunla birlikdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən parkda Təqsirləndirilən şəxsla görüşmüşlər. Nurlan orada Həbib və ona adını demədiyi yaxın qohumunun Dövlət Təhlükəsizliyi Xidmətində yüksək vəzifədə işlədiyini bildirərək həmin şəxsin vasitəsi ilə 10.000 manat pul müqabilində 6 ay müddətində X15 Xidmətində işə düzəldə biləcəyini bildirmişdir. Nurlan onlara Dövlət Təhlükəsizliyi Xidmətində yüksək vəzifədə işləyən qohumuna 10.000 manat pul verməyin lazım olduğunun zəruriliyini bildirərək, ancaq bundan sonra Həbibin işə düzələcəyini bildirmişdir. Həbib də onun yanında Nurlana tələb etdiyi 10.000 manat məbləğində pulu 2 dəfəyə verə biləcəyini bildirmişdir. Nurlan da Həbibin təklifi ilə razılaşmışdır. Həmin görüşdə Nurlan ona da Prezident Təhlükəsizlik Xidmətində sürücü kimi işə düzəlməyi təklif etmiş, o isə sürücülük vəsiqəsinin olmadığını, avtomobil idarə edə bilmədiyini demişdir. Nurlan Həbibdən ailə üzvlərinin hamısının şəxsiyyət vəsiqələrinin surətlərini istəmiş və Dövlət Təhlükəsizliyi Xidmətinə işə düzəlmək üçün ailə üzvlərinin məhkumluğunun olmamasının tələb olunduğunu bildirmişdir. Onlar da ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surətlərini Nurlana göndərmiş və bir müddət sonra onlara məlumat verərək ailə üzvlərindən heç kimin məhkumluğunun olmadığını bildirmişdir. 2021-ci ilin sentyabr ayının sonlarında qardaşı ona 5.000 manat pul göndərmiş və o, özü Nurlanla telefonla danışıb Bakı şəhəri, Nəsimi rayonu ərazisində, Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında görüşərək Nurlanın idarə etdiyi “Hyundai Accent” markalı avtomobilin içərisində qardaşı Zərərçəkmiş şəxs2 Dövlət Təhlükəsizlik Xidmətində işə düzəlməsi müqabilində Nurlanın yüksək vəzifəli şəxslərə verməsi üçün onlardan tələb etdiyi 10.000 manat pulun 5.000 manatını təklikdə Nurlana vermişdir. Pulu verdikdən bir həftə sonra Nurlan ona pulun qalan hissəsinin də verilməli olduğunu deyib adını demədiyi yüksək vəzifəli şəxslərə pulu bütöv çatdırmalı olduğunu demişdir. Qardaşı Zərərçəkmiş şəxs2 ona 5.000 manat pul da göndərmiş və o, həmin pulu Nurlanla 2021-ci ilin oktyabr ayının əvvəllərində danışıb yenə də həmin ünvanda, yəni Bakı şəhəri, Nəsimi rayonu ərazisində, Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında 5.000 manat pulu Nurlana təklikdə sonuncunun idarə etdiyi avtomobilin içərisində vermişdir. Həmin vaxt Nurlan yenə də ona Prezident Təhlükəsizlik Xidmətində sürücü kimi işə düzəlməyi təklif etmiş, o isə sürücülük vəsiqəsinin olmadığını, avtomobil idarə edə bilmədiyini Nurlana bildirmişdir. Həmin vaxt o, maşında Nurlana qayını Zərərçəkmiş şəxs8 işə düzəlməsinə köməklik göstərməsini də xahiş etmişdir. Bir müddət sonra Nurlan ona zəng edərək qayını X5 Xidmətinə sürücü vəzifəsinə işə düzəldə biləcəyini, X8 Xidmətində tanışı olan yüksək vəzifəli şəxsin vasitəsi ilə həmin şəxsin tələb etdiyi 10.000 manat pul müqabilində işə düzəldə biləcəyini bildirmişdir. O, bu barədə qayınına məlumat vermiş, qayını Ülvi, qayınatası Daşqın Misirov və o, Nurlanla danışıb Nərimanov rayonu, Nərimanov adına parkda olan çayxanada görüşüb söhbət etmişlər. Nurlan orada qayını Ülvi və qayınatası Daşqına da Prezident Təhlükəsizliyi Xidmətində adını demədiyi yüksək vəzifəli tanışının vasitəsi ilə həmin şəxsin tələb etdiyi 10.000 manat pul müqabilində Ülvini işə düzəldə biləcəyini demişdir. Qayını və qayınatası aşağı qiymətə düzəltməsini xahiş etdikdə Nurlan 9.000 manata işə düzəldəcəyini dedikdə bununla razılaşmışlar. 2021-ci ilin oktyabr ayının ortalarında qayını və o, birlikdə Nərimanov rayonu, Nərimanov adına parkda çayxanada Nurlanla görüşmüşlər. Qayını Ülvinin əvvəlcədən Nurlana verməsi üçün ona verdiyi 9.000 manat pulu Ülvinin yanında çayxanada sayıb Nurlana vermişdir. 2021-ci ilin noyabr ayında Nurlana zəng edərək Dövlət Miqrasiya Xidmətinə işə düzəlmək istədiyini demiş və köməklik göstərməsini xahiş etmişdir. Nurlan bir müddət sonra onunla əlaqə saxlayaraq həmin Xidmətdə yüksək vəzifədə işləyən adını demədiyi yaxşı əlaqələri olan tanışının köməkliyi ilə onu 15.000 manat müqabilində həmin Xidmətin Bakı şəhərində yerləşən struktur qurumlarına işə düzəldə biləcəyini bildirmişdir. O da Nurlanla razılaşaraq, xx.xx.2021-ci il tarixdə həmişə görüşdükləri Bakı şəhəri, Nərimanov rayonunda, Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığında yerləşən Nərimanov adına parkdakı çayxanada Nurlanla görüşmüş və o, həmin çayxanada təklikdə Nurlana 15.000 manat pul vermişdir. Nurlan ona 6 aydan sonra imtahan olacağını, o, imtahanda iştirak etdikdən sonra yüksək vəzifədə işləyən tanışının qalan məsələləri həll edəcəyini bildirmişdir. Bundan başqa, o, söhbət əsnasında Nurlan adlı tanışının qardaşı Həbib və qayını Ülvinin işə düzəlməsinə köməklik göstərməsi barədə iş yoldaşı Zərərçəkmiş şəxs9 məlumat vermişdir. Anar da qayını Ülvi kimi Prezidentin Təhlükəsizlik Xidmətində işə düzəlmək istədiyini bildirdikdə, o, Nurlanla telefon əlaqəsi saxlamış və Anar barədə məlumat vermişdir. Nurlan Anarın da işə düzəlməsinə köməklik göstərəcəyini ona demişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində Anar, sonuncunun qardaşı Rəşad və o, Nərimanov rayonunda yerləşən həmişəki parkda çayxanada Nurlanla görüşüb söhbətləşmişlər. Nurlan Anara və qardaşı Rəşada da qayını Ülvini işə düzəldən şəxsin köməkliyi ilə Anarı da işə düzəldəcəyini demiş və buna görə 12.000 manat pul istəmişdir. Anarla Rəşad həmin pulu 2 dəfəyə vermək şərti ilə razılaşmışlar. Anar pulu iki dəfəyə, birinci dəfə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda, Bakı Metropoliteninin “Nəriman Mərimanov” stansiyasının yaxınlığındakı parkda yerləşən çayxanada 5.000 manat, xx.xx.2022-ci il tarixdə isə həmin yerdə 7.000 manat pul vermişdir. Həmin pulu hər iki dəfəsində Anar ona vermiş, görüşüb söhbətləşdikdən sonra Anar çölə çıxmış və hər iki dəfəsində o, çayxananın giriş qapısının çöl tərəfində Nurlana vermişdir. Səhv etmirsə 7.000 manat pul verilən görüşdə Anarın qardaşı Rəşad da onların yanında olmuşdur. Bir müddət sonra Nurlan ondan Zərərçəkmiş şəxs9 və ailə üzvlərinin şəxsiyyət vəsiqələri, doğum haqqında şəhadətnamələri, nigah haqqında şəhadətnamənin surətlərini, yaşayış yerindən arayış istədiyindən, o, həmin sənədləri alaraq Nurlana təqdim etmişdir. 2022-ci ilin fevral ayında aralarında olan söhbət zamanı o, Şahid2 özü, qardaşı, qayını və digər dostunun işə qəbul olunmaq üçün Təqsirləndirilən şəxs adlı Milli Qvardiyanın əməkdaşına müraciət etdiklərini və Nurlanın onları işə düzəldəcəyini bildirmişdir. Dostu Şahid2 da Prezidentin Təhlükəsizlik Xidmətində işə qəbul olunmaq istədiyini bildirdiyindən o, telefon əlaqəsi yaradaraq bu barədə Təqsirləndirilən şəxsla danışmışdır. Təqsirləndirilən şəxs Sadiqin də işə qəbul edilməsinə köməklik olunmasının mümkün olduğunu bildirdiyindən 2022-ci ilin fevral ayının hazırda dəqiq xatırlamadığı günündə o, Sadiq, Sadiqin Bəhruz adlı dostu Bakı şəhəri, Nərimanov rayonunda, Bakı Metropoliteninin “Nəriman Mərimanov” stansiyasının yaxınlığındakı parkda Nurlanla görüşmüşlər. Nurlan orada X3 Xidmətində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəlməsi müqabilində həmin Xidmətdə yüksək vəzifədə işləyən tanışına ümumilikdə 14.000 manat pul verilməli olduğunu bildirmiş, Sadiq atası ilə danışıb məlumat verəcəyini demişdir. Buna səbəb Sadiqin işə qəbul edilməsi üçün lazım olan pul vəsaitini atasının verəcəyi olmuşdur. Bir neçə gün sonra 2022-ci ilin fevral ayında onlar yenidən Bakı şəhəri, Nərimanov rayonunda, Bakı Metropoliteninin “Nəriman Mərimanov” stansiyasının yaxınlığındakı parkda Nurlanla görüşmüşlər. Orada onlar Nurlana Sadiqgilin maddi imkanı ilə əlaqədar 14.000 manat pulu yalnız 2 dəfəyə verə biləcəklərini bildirmişlər. Nurlan da bununla razılaşmışdır. O, Nurlanın mobil telefon nömrəsini də Sadiqə vermişdir. Bir neçə gün sonra 2022-ci ilin fevral ayının ortalarında Nurlan Sadiqgil ilə görüşüb Sadiqin atası Zərərçəkmiş şəxs7 ilkin olaraq 8.000 manat pul almışdır. Lakin həmin pulun verilməsində o, iştirak etməsə də, Nurlan özü də həmin pulu almasını təsdiqləmişdir. X30 və vəd etdiyi digər şəxslərin iş məsələsini həll etmədiyindən Sadiq və atası Qəhrəman qalan 6.000 manat pulu Nurlana verməmişlər. 2022-ci ilin may ayında iş yoldaşı olan Zərərçəkmiş şəxs10 ilə söhbət edərkən Orxan da işə düzəlmək istədiyini bildirdikdə, o, Orxana PTX-də işləyən Təqsirləndirilən şəxs adlı şəxsin vasitəsilə Dövlət Miqrasiya Xidmətinə işə düzələcəyini demiş, Orxan da Nurlanla danışıb işə düzəlməsinə köməklik göstərməsini xahiş etməyini bildirdiyindən, bu barədə Nurlanla danışmışdır. Nurlan imtahanlara az qaldığı üçün Zərərçəkmiş şəxs10 25.000 manat pul müqabilində yüksək vəzifədə işləyən tanışı vasitəsilə Dövlət Miqrasiya Xidmətinin Xaçmaz şəhərində yerləşən struktur qurumlarından birinə işə düzəldə biləcəyini demişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs10 Nurlanın Dövlət Miqrasiya Xidmətinin Xaçmaz şəhərində yerləşən struktur qurumlarından birinə işə düzəltmək üçün 25.000 manat pul tələb etdiyini söylədikdə, Zərərçəkmiş şəxs10 Nurlanla görüşmək istədiyini bildirmişdir. Həmin ərəfələrdə o, Zərərçəkmiş şəxs10lə birlikdə Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının ünvan 1 ünvanında yerləşən inzibati binasının qarşısında Təqsirləndirilən şəxsla görüşmüşlər. Nurlan oraya xidməti geyim formasında gəlmişdir. Görüş əsnasında Nurlan onun yanında Orxana Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin yüksək vəzifəli səlahiyyətli şəxsi ilə yaxın qohumluq münasibətlərinin olduğunu, həmin münasibətlərindən istifadə edərək 25.000 manat pul müqabilində qeyd edilən Xidmətin X19 işə qəbul etdirmək imkanlarının olduğunu bildirmişdir. İşin hansı qaydada həll edilməsi barədə Orxan Nurlandan maraqlandıqda Nurlan X33 tərəfindən 31 avqust 2022-ci il tarixdə keçiriləcək müsabiqədə iştirak edəcəyini, həmin yüksək vəzifəli tanışının qeyd edilən imtahanın nəticələrinin Orxanın xeyrinə dəyişdirilməsini və həmin Xidmətə qəbul olunaraq X19 təyin edilməsini təşkil edəcəyini Orxana bildirmişdir. Lakin Nurlan bütün bunların tələb olunan 25.000 manat pul vəsaitinin həmin yüksək vəzifəli tanışına özünün vasitəsilə verilməsindən sonra baş tutacağını qeyd etmişdir. Zərərçəkmiş şəxs10 isə Təqsirləndirilən şəxs həmin 25.000 manat pul vəsaitini bütöv şəkildə verməyə maddi imkanının olmadığını, yalnız 2 dəfəyə ödəyə biləcəyini dedikdə, Nurlan Orxanın təklifi ilə razılaşmışdır. 2022-ci ilin may ayının sonlarında Zərərçəkmiş şəxs10 onunla əlaqə saxlayaraq Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində görüşüb Nurlana çatdırmağı üçün ona 8.000 manat məbləğində pul vəsaitini vermişdir. O da həmin gün Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında Təqsirləndirilən şəxsla görüşərək həmin 8.000 manat məbləğdə pul vəsaitini təklikdə Təqsirləndirilən şəxs vermişdir. Bundan 1 həftə sonra 2022-ci ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs10 onunla əlaqə saxlayaraq Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Səda store” mağazasının yaxınlığında görüşüb Nurlana çatdırmağı üçün ona 17.000 manat məbləğdə pul vəsaitini vermişdir. O da həmin gün Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında Təqsirləndirilən şəxsla görüşərək həmin 17.000 manat məbləğdə pul vəsaitini təklikdə Təqsirləndirilən şəxs vermişdir. Beləliklə, Zərərçəkmiş şəxs10 Dövlət Miqrasiya Xidmətində işə qəbul edilməsinə köməklik edilməsi ilə bağlı onun vasitəsilə Təqsirləndirilən şəxs ümumilikdə 25.000 manat pul vermişdir.Bir müddət sonra Zərərçəkmiş şəxs10lə aralarında olan söhbət zamanı Orxan dayısı Zərərçəkmiş şəxs3 işsiz olduğunu, uyğun bir iş olduğu təqdirdə işə qəbul olunmaq istədiyini, bununla bağlı Nurlanla danışmağını xahiş etmişdir. O da bununla bağlı Nurlanla danışdıqda Nurlan Orxanın dayısını atası vasitəsilə tanıdığı yüksək vəzifəli şəxslər vasitəsilə Sumqayıt şəhər İcra Hakimiyyətində yaxşı vəzifəyə və ya "xxxx" ASC-nin Abşeron rayon şöbəsinin rəisi vəzifəsinə təyin etdirə biləcəyini, lakin bunun müqabilində həmin yüksək vəzifəli şəxsə 35.000 manat pul verilməli olduğunu bildirmişdir. O da bu barədə Zərərçəkmiş şəxs10 bildirdikdən sonra Orxan dayısı Zərərçəkmiş şəxs3lə danışmışdır. Zərərçəkmiş şəxs3 özü Təqsirləndirilən şəxsla görüşmək istədiyindən 2022-ci ilin iyun ayının hazırda dəqiq xatırlamadığı günündə Bakı şəhəri, Nərimanov rayonu ərazisində, Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı parkda Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs3lə birlikdə Təqsirləndirilən şəxsla görüşmüşlər. Orada Təqsirləndirilən şəxs "xxxx" ASC-nin Abşeron rayon şöbəsinin rəisi vəzifəsinin daha uyğun olduğunu bildirdiyindən Zərərçəkmiş şəxs3 həmin vəzifəyə qəbul olunmaq istədiyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs həmin vəzifəyə qəbul olunmağın mümkün olduğunu, lakin bununla bağlı "xxxx" ASC-də yüksək vəzifədə işləyən tanışına özünün vasitəsilə 35.000 manat məbləğində pul verilməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs3 də Təqsirləndirilən şəxs təklifi ilə razılaşmışdır. 2022-ci ilin iyun ayının sonlarında Zərərçəkmiş şəxs10 ona dayısı Zərərçəkmiş şəxs3 Sumqayıt şəhəri, dənizkənarı bulvar ərazisində Təqsirləndirilən şəxs 35.000 manat pul vəsaitini verdiyini bildirmiş, həmin pulu aldığını Təqsirləndirilən şəxs da təsdiqləmişdir. Lakin qeyd olunan pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən alınmasında o, şəxsən iştirak etməmişdir. Bundan başqa qohumu Zərərçəkmiş şəxs4 ilə aralarında olan söhbət zamanı sonuncu arvadı X17 ali təhsilli olmasına baxmayaraq, uzun müddətdir işsiz olduğunu, qadın üçün uyğun iş axtardığını bildirmişdir. O da həmin vaxt Milli Qvardiyada işləyən Təqsirləndirilən şəxs adlı tanışının geniş əlaqələrə malik olduğunu və X38 üçün uyğun iş maraqlanıb məlumat verəcəyini bildirmişdir. Bir neçə gün sonra Nurlandan bu barədə maraqlandıqda Arzu Əmirlinin işə qəbul edilməsinin mümkün olduğunu demiş, o da bu barədə Zərərçəkmiş şəxs4 bildirdikdən sonra birlikdə 2022-ci ilin iyun ayında Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı parkda Təqsirləndirilən şəxsla görüşmüşlər. Söhbət zamanı Nurlan Zərərçəkmiş şəxs4 arvadı Arzu Əmirlini ASAN Xidmətdə yüksək vəzifədə işləyən tanışı vasitəsilə həmin xidmətə 8.000 manat pul müqabilində işə qəbul etdirə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs4 də Nurlanın təklifi ilə razılaşmış və həmin pulu topladıqdan sonra xəbər edəcəyini bildirmişdir. Bir müddət sonra 2022-ci ilin iyun ayının təxminən sonlarında Zərərçəkmiş şəxs4 ilə birlikdə Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı parkda yerləşən çayxanada Təqsirləndirilən şəxsla görüşmüşlər. Orada söhbət etdikdən sonra Zərərçəkmiş şəxs4 və Təqsirləndirilən şəxs Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı parkın qarşısında Zərərçəkmiş şəxs4 idarə etdiyi “Chevrolet Cruse” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. O isə avtomobilin yaxınlığında bayırda dayanmışdır. Həmin vaxt avtomobilin içərisində Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs 8.000 manat məbləğində pulu vermiş, həmçinin Təqsirləndirilən şəxs əvvəlcədən tələb etdiyindən Zərərçəkmiş şəxs4 arvadı Arzu Əmirliyə məxsus diplomun və şəxsiyyət vəsiqəsinin əslini də Təqsirləndirilən şəxs vermişdir. Bir neçə gün sonra Nurlan həmin diplom və şəxsiyyət vəsiqəsinin əsllərini geri qaytarmışdır. Təqsirləndirilən şəxs işə qəbul etdirməklə bağlı verdiyi vədlərə əməl etməmiş və o da daxil olmaqla qeyd etdiyi şəxsləri aldadaraq müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirmişdir. Sonradan onlar Nurlanın işlədiyi Milli Qvardiyadan da işdən azad olunduğunu eşitdiklərindən artıq Nurlandan pullarını geri tələb etməyə başlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələr ilə vaxt qazanmağa başlamış və yaxın vaxtlarda Xəzər rayonu, Qala qəsəbəsində valideynləri ilə yaşadığı evi sataraq aldığı pulları geri qaytaracağını bildirmişdir. Onlar bununla bağlı Nurlanın atası Ramiz Orucovla görüşüb söhbət etdikdə sonuncu oğlunun əməllərindən məlumatsız olduğunu, hər hansı yüksək vəzifədə işləyən tanışı olmadığını, kasıb bir ailə olduqlarını bildirmişdir. Nurlan artıq dələduzluq əməllərinin ortaya çıxdığını gördüyündən aldığı pulları Rəşad Məmmədov adlı keçmiş iş yoldaşına verdiyini, Rəşad tərəfindən aldadıldığını və hazırda Rəşadla əlaqə yarada bilmədiyini bildirmişdir. X31 kim olmasını maraqlandıqda, həmin şəxsin əvvəllər Xüsusi Dövlət Mühafizə Xidmətində işlədiyini, 2018-ci ildə işdən azad olunduğunu öyrənmişlər. Hazırki vaxtadək Təqsirləndirilən şəxs aldığı pulları qaytaracağını bildirsə də, hər hansı məbləğdə pul geri qaytarmamışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə zamanı ifadəsi edlan edilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 2016-cı ildən etibarən X25 X4 Xidmətinin agenti vəzifəsində işləyir. Əvvəllər Naxçıvan şəhərində bir məhəllədə böyüdüyü X11 Azərbaycan Respublikası Prezidentin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasında işləyir, kapitan rütbəsindədir. 2021-ci ilin hazırda dəqiq xatırlamadığı günündə X32 şəhərindən Bakı şəhərinə gələrkən Hava limanında təsadüfən görüşmüşlər. Orada aralarında olan söhbət zamanı o, Kamilə Bakı şəhərində dövlət qulluğunda normal iş olduqda ona xəbər etməsini, Bakı şəhərində işə qəbul olunmaq istədiyini bildirmişdir. Kamil Səfərov da Bakı şəhərinə qayıtdıqdan sonra bu barədə maraqlanıb ona məlumat verəcəyini bildirmiş və onlar bir-birilərinin mobil telefon nömrələrini götürmüşlər. Bundan sonra onlar Kamillə tez-tez telefon əlaqəsi saxlayaraq danışmışlar. Danışıqları zamanı o, Kamildən bir neçə dəfə onun Bakı şəhərində işə qəbul məsələsi ilə maraqlanıb-maraqlanmadığını soruşmuşdur. Təxminən 2021-ci ilin sentyabr ayının əvvəllərində Kamil ona zəng edərək Nurlan adlı iş yoldaşının olduğunu və X10 Xidmətində yüksək vəzifədə işləyən qohumu vasitəsilə onun həmin Xidmətdə işə qəbul olunmağına köməklik edə biləcəyini bildirmişdir. O da Nurlanla danışıb görüşmək istədiyini bildirmiş və Kamil Nurlanın mobil telefon nömrəsini ona vermişdir. O, Nurlanla mobil telefon əlaqəsi saxlamış və onlar Bakı şəhərində görüşmək qərarına gəlmişlər. Bundan sonra təxminən 2021-ci ilin sentyabr ayının ortalarında o, Naxçıvan şəhərindən Bakı şəhərinə gəlmiş, Nurlanla mobil telefon əlaqəsi saxladıqdan sonra qardaşı Zərərçəkmiş şəxs1lə birlikdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən parkda Təqsirləndirilən şəxsla görüşmüşlər. Nurlan orada o və qardaşı Əsədə adını demədiyi yaxın qohumunun Dövlət Təhlükəsizliyi Xidmətində yüksək vəzifədə işlədiyini bildirərək həmin şəxsin vasitəsi ilə 10.000 manat pul müqabilində 6 ay müddətində onu Dövlət Təhlükəsizliyi Xidmətində işə düzəldə biləcəyini bildirmişdir. Nurlan onlara Dövlət Təhlükəsizliyi Xidmətində yüksək vəzifədə işləyən qohumuna 10.000 manat pul vermək lazım olduğunun zəruriliyini bildirərək, ancaq bundan sonra onun işə düzələcəyini bildirmişdir. O da Nurlana tələb etdiyi 10.000 manat məbləğində pulu 2 dəfəyə verə biləcəyini bildirmişdir. Nurlan da onunla razılaşmışdır. Nurlan ondan ailə üzvlərinin hamısının şəxsiyyət vəsiqəsinin surətlərini istəmiş və Dövlət Təhlükəsizliyi Xidmətinə işə düzəlmək üçün ailə üzvlərinin məhkumluğunun olmamasının tələb olunduğunu bildirmişdir. Onlar da ailə üzvlərinin şəxsiyyət vəsiqələrini Nurlana göndərmiş və bir müddət sonra onlara məlumat verərək ailə üzvlərindən heç kimin məhkumluğunun olmadığını bildirmişdir. Artıq Nurlan işə düzəlmək üçün tələb etdiyi pulun verilməli olduğunu dediyindən o, 2021-ci ilin sentyabr ayının sonlarında qardaşı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs verməsi üçün ilkin olaraq 5.000 manat məbləğində pulu Naxçıvan şəhərindən göndərmişdir. Qardaşı Zərərçəkmiş şəxs1 də pulu aldıqdan bir müddət sonra onunla telefon əlaqəsi yaradaraq həmin 5.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Təxminən 1 həftə sonra Təqsirləndirilən şəxs o və qardaşına mobil telefon vasitəsilə Dövlət Təhlükəsizliyi Xidmətində işləyən qohumuna pulu bütöv şəkildə verməli olduğunu, bu səbəbdən qalan 5.000 manat məbləğində pulu da verməli olduqlarını bildirmişdir. O da 2021-ci ilin oktyabr ayının əvvəllərində 5.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs verməsi üçün qardaşı Zərərçəkmiş şəxs1 göndərmişdir. Qardaşı Zərərçəkmiş şəxs1 həmin pulu aldıqdan bir müddət sonra 5.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs verdiyini, Təqsirləndirilən şəxs 6 ay müddətində onun işə qəbul məsələsinin həll olunacağını dediyini bildirmişdir. Qeyd olunan 10.000 manat məbləğində pul vəsaiti tam şəkildə onun özünə məxsus olmuşdur. Sadəcə Naxçıvan şəhərində yaşadığından həmin pulları Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs1 vasitəsilə vermişdir. Təqsirləndirilən şəxsla qardaşı Zərərçəkmiş şəxs1 yaxın münasibəti yarandığından Zərərçəkmiş şəxs1 Nurlana tam inanmışdır. Buna görə Zərərçəkmiş şəxs1 özünün və tanışlarının da işə düzəlməsi üçün Təqsirləndirilən şəxs müraciət etmiş, Nurlan da bununla bağlı müxtəlif məbləğlərdə pul vəsaitlərini alaraq ələ keçirmişdir. Təqsirləndirilən şəxs sonradan heç bir vədinə əməl etməmiş və aldığı pulları geri qaytarmamışdır. Bununla bağlı o, Kamil Səfərovla da dəfələrlə danışıb sonuncu vasitəsilə tanıdığı Təqsirləndirilən şəxs etdiyi əməlləri bildirmişdir. X42 Orucovun etdiyi əməllərdən xəbərsiz olduğunu, özünün də Təqsirləndirilən şəxs inandığını ona bildirmişdir. Təqsirləndirilən şəxs sonradan onlardan aldığı pulları Rəşad Məmmədov adlı keçmiş iş yoldaşına verdiyini, Rəşad Məmmədov tərəfindən aldadıldığını və sonuncunun qanunsuz olaraq ölkəni tərk edib qaçdığını onlara bildirmişdir. X31 kim olduğunu maraqlandıqda, Rəşad Məmmədovun keçmiş Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı olduğunu, 2018-ci ildə işdən azad olunduğunu öyrənmişlər. Zərərçəkmiş şəxs8 bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, heç bir düşmənçiliyi və ya ədavəti olmamış, Nurlanla 2021-ci ilin oktyabr ayında tanış olmuşdur. İlk tanışlığı bacısının əri Zərərçəkmiş şəxs1 vasitəsilə olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Milli Qvardiyada işlədiyindən özünü geniş əlaqələrə malik şəxs kimi təqdim edərək Əsədin qardaşı Zərərçəkmiş şəxs2 Dövlət Təhlükəsizliyi Xidmətində işə qəbul edilməsinə köməklik göstərəcəyinə vəd vermişdir. Həmin ərəfədə aralarında olan söhbət zamanı Zərərçəkmiş şəxs1 Nurlandan onun da işə qəbul olunmağına köməklik etməyini xahiş etmiş, Nurlan da onu Prezidentin Təhlükəsizlik Xidmətində sürücü kimi işə qəbul etdirə biləcəyini bildirmişdir. Bundan sonra Əsəd bu barədə ona dediyindən onlar birlikdə Nurlanla görüşüb söhbət etmək qərarına gəlmişlər. 2021-ci ilin oktyabr ayında o, atası Daşqın Misirov və Zərərçəkmiş şəxs1 Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığında yerləşən parkda Təqsirləndirilən şəxsla görüşmüşlər. Nurlan orada onlara onu Prezidentin Təhlükəsizlik Xidmətində yüksək vəzifədə işləyən adını demədiyi tanışı vasitəsilə həmin Xidmətdə sürücü kimi işə qəbul etdirə biləcəyini, lakin bunun müqabilində həmin tanışına 10.000 manat məbləğində pul verilməli olduğunu bildirmişdir. Bu zaman o, maddi imkanının aşağı olduğunu və ümumilikdə 9.000 manat pul verə biləcəyini dedikdə, Nurlan onun təklifi ilə razılaşmışdır. O, həmin pulu topladıqdan sonra 2021-ci ilin oktyabr ayının ortalarında Zərərçəkmiş şəxs1lə birlikdə Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığında yerləşən parkda Təqsirləndirilən şəxsla görüşmüşlər. Nurlan orada bir daha onun işə qəbul məsələsini həll edəcəyini, 6 ay sonra işə qəbul əmrinin veriləcəyini bildirmişdir. Bu zaman onun əvvəlcədən Əsədə verdiyi 9.000 manat məbləğində pulu Əsəd onun yanında Təqsirləndirilən şəxs vermişdir. Həmçinin, o, özünə aid zəruri sənədləri, yəni ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surətlərini, özünə məxsus sürücülük vəsiqəsinin surətini, hərbi biletin surətini və attestatının surətini Nurlana təqdim etmişdir. 2022-ci ilin aprel ayında yenidən Nurlanla əlaqə saxlamış və işin nə vaxt başlayacağını soruşmuş, Nurlan isə işin ləngidiyini, rəisin işdə olmadığını, lakin sənədlərin stolun üstündə olduğunu, həmçinin işin alınacağını bildirmişdir. Sonradan Nurlan müəyyən problemlər yarandığını, yeni strukturun təsis edildiyini və işin 2022-ci ilin sentyabr ayında həll olacağını demiş və ondan gözləməyini istəmişdir. O, yenə Nurlanın dediyi vaxta kimi gözləmişdir. Bundan əlavə işə qəbulla bağlı Nurlana pul vermiş qohumu Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Əsədin tanışlarının da işə qəbul məsələləri həll edilməmişdir. Bu səbəbdən onlar artıq Nurlandan pullarını geri tələb etməyə başlamışlar. Nurlan hər dəfə müxtəlif bəhanələrlə vaxt qazanmağa çalışmışdır. Nurlan qohumu Zərərçəkmiş şəxs1 bütün pulları geri qaytaracağına söz versə də, bu vədinə də əməl etməmiş və hazırki vaxtadək heç kimin pulunu geri qaytarmamışdır. Zərərçəkmiş şəxs7 bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Nurlanla oğlu Şahid2 dostu Zərərçəkmiş şəxs1 vasitəsilə tanış olmuşdur. Belə ki, 2022-ci ilin fevral ayının hazırda dəqiq xatırlamadığı günündə oğlu Sadiq ona dostu Əsədin Təqsirləndirilən şəxs adında tanışı olduğunu, X2 Xidmətində işlədiyini və müxtəlif şəxsləri işə düzəltmək imkanının olduğunu, özünün də Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasında müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə qəbul edilməsinə köməklik göstərməsi üçün Nurlanla görüşmək istədiyini bildirmişdir. Həmin vaxt oğluna iş axtardığından o, Nurlanla görüşüb söhbət etməsinə razılıq vermişdir. Elə həmin ərəfələrdə oğlu Sadiq dostu Əsəd və qohumu Bəhruz Kərimovla birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı Nəriman Nərimanov adına parkda olan çayxanada görüşmüşlər. Orada Təqsirləndirilən şəxs X6 Xidmətinin Milli Qvardiyasında müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəlməsi müqabilində iş məsələsini həll edən həmin Xidmətdə işləyən yüksək vəzifəli tanışına 14.000 manat məbləğində pul verməli olacaqlarını bildirmişdir. Həmin vaxt Sadiq Nurlana həmin pulun bir hissəsini, yəni 8.000 manat məbləğində pulu əvvəlcədən, 6.000 manat məbləğində pulu isə işə qəbul olunduqdan sonra verə biləcəyini demişdir. Nurlan da Sadiqə işə qəbul məsələsini həll edən yüksək vəzifəli tanışı ilə danışdıqdan sonra məlumat verəcəyini bildirmişdir. X30 təklifi ilə razılaşmağı barədə Əsədə məlumat vermişdir. Təxminən 2022-ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, 7ci mikrorayon ərazisində, hazırda dəqiq ünvanını xatırlamadığı çayxanada o, Sadiq və qohumu Bəhruzla birlikdə Təqsirləndirilən şəxsla görüşmüşlər. Orada olan söhbət zamanı da X3 Xidmətinin Milli Qvardiyasında müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə qəbul edilməsini həmin Xidmətdə yüksək vəzifədə işləyən tanışı vasitəsilə heç bir problemsiz həll edəcəyini, alacağı pulları da həmin tanışına verəcəyini bildirmişdir. Nurlan çox əmin danışdığından o, özü də Nurlana inanmışdır. Bundan sonra onlar çayxanadan çıxmış və onunla Nurlan sonuncunun idarə etdiyi avtomobilə əyləşmişlər, Sadiq və Bəhruz isə bayırda gözləmişlər. Avtomobilin içərisində o, özünə məxsus 8.000 manat məbləğində pulu sayaraq Nurlana vermişdir. Nurlan 6 ay müddətində Sadiqin işə qəbul əmrinin veriləcəyini bildirmişdir. 6 ay müddətində Nurlanın dediyi sənədləri də Sadiq toplayaraq Nurlana göndərmişdir. 6 ay müddətin tamam olmasına biraz qalmış Əsəd ona zəng edərək Nurlanın işdən çıxarıldığını və işə qəbulla bağlı pul aldığı şəxslərin heç birinin işə qəbul məsələsini də həll etmədiyini bildirmişdir. Bundan sonra Nurlanla əlaqə saxladıqda sonuncu ondan aldığı pulu tam şəkildə geri qaytaracağını bildirmişdir. O, Nurlana görüşməyi təklif etsə də, sonuncu görüşməkdən imtina edərək telefon zənglərinə cavab verməməyə başlamışdır. Bundan sonra onlar artıq Təqsirləndirilən şəxs tərəfindən aldadıldıqlarını və 8.000 manat məbləğində pulunun ələ keçirildiyini başa düşdüklərindən Təqsirləndirilən şəxs barəsində şikayət etmək qərarına gəlmişlər. Zərərçəkmiş şəxs9 bildirmişdir ki, 2016-cı ildən hazıradək "xxxx" QSC-nin Bakı-Quba yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində yerləşən yanacaqdoldurma məntəqəsində operator vəzifəsində çalışır. Zərərçəkmiş şəxs1 iş yoldaşı kimi tanıyır. Belə ki, sonuncu "xxxx" QSC-nin mühafizə xidmətində işləyir. Həmçinin o, müxtəlif vaxtlarda onun işlədiyi yanacaq doldurma məntəqəsində mühafizəçi işləyən zaman dostluq münasibətləri yaranmış və bir-biriləri ilə mütəmadi əlaqə saxlamışlar. 2022-ci ilin yanvar ayının hazırda dəqiq xatırlamadığı günündə Zərərçəkmiş şəxs1 ilə gecə növbəsində olan zaman söhbət əsnasında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində işləyən Təqsirləndirilən şəxs adlı tanışı olduğunu, Təqsirləndirilən şəxs 30 yaşa qədər olan istənilən şəxsi pul müqabilində həmin Xidmətə sürücü vəzifəsinə düzəldə biləcəyini, həmçinin Ülvi adlı qaynını da həmin Xidmətə sürücü düzəldəcəyi barədə Nurlan ilə razılaşdıqlarını bildirmişdir. O, bu barədə ailə üzvlərindən razılıq aldıqdan sonra Əsədə Nurlan ilə danışmağını xahiş etmişdir. Əsəd Nurlanla danışdıqdan sonra ona birlikdə görüşüb söhbət etməyi təklif etmişdir. 2022-ci ilin yanvar ayının hazırda dəqiq xatırlamadığı günündə o və qardaşı X47 Ağayevlə birlikdə Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı parkda Təqsirləndirilən şəxsla görüşmüşlər. Orada aralarında olan söhbət zamanı Nurlan onu Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində yüksək vəzifədə işləyən tanışı vasitəsilə həmin Xidmətdə sürücü kimi 6 ay müddətində işə qəbul etdirə biləcəyini, bunun müqabilində həmin tanışına 12.000 manat məbləğində pul verilməli olduğunu bildirmişdir. O, maddi imkanı ilə əlaqədar həmin pulu hissə-hissə verə biləcəyini bildirdikdən sonra Nurlan onun təklif ilə razılaşmışdır. Bundan sonra 18 yanvar 2022-ci il tarixdə o və qardaşı Rəşad Əsədlə birlikdə Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı parkda Təqsirləndirilən şəxsla görüşmüşlər. Orada o, ilkin olaraq 5.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs1 vermişdir. Əsəd onlara avtomobildə gözləmələrini bildirmişdir. O və Rəşad avtomobilə getdikdən təxminən 10 dəqiqə sonra Əsəd onların yanına gələrək 5.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Bir neçə gün sonra, yəni 26 yanvar 2022-ci il tarixdə o və qardaşı Rəşad Əsədlə birlikdə yenidən Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı parkda Təqsirləndirilən şəxsla görüşmüşlər. Orada o, razılaşdıqları məbləğdən qalan 7.000 manat məbləğində pulu yenə də Zərərçəkmiş şəxs1 vermişdir. Əsəd onlara avtomobildə gözləmələrini bildirmişdir. O və Rəşad avtomobilə getdikdən təxminən 10 dəqiqə sonra Əsəd onların yanına gələrək 7.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. 2022-ci ilin aprel ayının sonlarında Əsəd ona zəng edərək, onun və ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin, doğum haqqında şəhadətnamələrin, nigah haqqında şəhadətnamənin surətləri, yaşayış yerindən arayış və şəxsiyyət vəsiqələrinin əsillərini verməli olduqlarını demişdir. O, həmin sənədləri Əsədə vermişdir. Əsəd həmin sənədləri Təqsirləndirilən şəxs istədiyini bildirmişdir. 10 gün sonra Əsəd ona şəxsiyyət vəsiqələrinin əsillərini qaytarmışdır. 2022-ci ilin avqust ayında işə qəbul məsələsinin həll olunmadığını görüb Zərərçəkmiş şəxs1lə əlaqə saxlamağa başlamış, Əsəd ona Təqsirləndirilən şəxs tərəfindən aldadılıb pullarının ələ keçirildiyini bildirmişdir. Bundan sonra Nurlan ilə əlaqə saxlayaraq pulunu geri qaytarmağını tələb etsə də, sonuncu aldığı pulları kiməsə verdiyini, amma ondan aldığı 12.000 manat məbləğində pulu tam şəkildə geri qaytaracağını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs həmin vədinə də əməl etmədən ondan aldığı puldan hər hansı məbləğdə geri qaytarmamışdır. Zərərçəkmiş şəxs10 bildirmişdir ki, 2020-ci ilin noyabr ayından "xxxx" QSC-nin 11 saylı YDMdə operator vəzifəsində işləyir. Onunla Naxçıvan şəhəri 5 saylı tam orta məktəbdə 1-ci sinifdən birlikdə təhsil almış Zərərçəkmiş şəxs1 da "xxxx" QSC-nin 11 saylı YDM-də mühafizəçi vəzifəsində işləmiş, Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasında işləyən Nurlan adlı tanışının Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində yüksək vəzifəli şəxslə münasibətinin olduğunu, Nurlanın həmin tanışı vasitəsilə Dövlət Miqrasiya Xidmətində işə qəbul edilməsinə köməklik edəcəyini bildirmiş, o da, ali təhsilli olduğundan dövlət qulluğunda xidmət etmək istədiyinə görə Zərərçəkmiş şəxs1 Nurlan adlı tanışı ilə onun da həmin Xidmətdə işə qəbul edilməyinin mümkünlüyü barədə söhbət etməsini xahiş etmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs1 ona qeyd edilən məsələ barədə Nurlan adlı tanışı ilə danışdığını və onun da Dövlət Miqrasiya Xidmətində işə qəbul edilməyinin mümkün olduğunu, bununla bağlı Təqsirləndirilən şəxsla görüşüb danışmalı olduqlarını bildirmiş, 2022-ci ilin may ayında o, Əsədlə birlikdə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının ünvan 1 ünvanında yerləşən inzibati binasının qarşısında Təqsirləndirilən şəxsla görüşmüş,. Nurlan görüşə hərbi geyim formasında gəlmiş, aralarında olan söhbət zamanı Nurlan onu Dövlət Miqrasiya Xidmətində yüksək vəzifədə işləyən yaxın münasibətdə olduğu şəxsin vasitəsilə həmin Xidmətin X19 işə qəbul etdirə biləcəyini, lakin bunun müqabilində Dövlət Miqrasiya Xidmətində yüksək vəzifədə işləyən həmin şəxsə 25.000 manat məbləğində pul verilməli olduğunu bildirmişdir. İşin necə həll edilməsi barədə Nurlana ünvanladığı suallara cavab olaraq Nurlan ona X33 tərəfindən 31 avqust 2022-ci il tarixdə keçiriləcək müsabiqədə iştirak edəcəyini, həmin ali yüksək vəzifəli şəxsin qeyd edilən imtahanın nəticələrinin onun xeyrinə dəyişdirilməsini və onun həmin Xidmətə qəbul olunaraq X19 təyin edilməyini təşkil edəcəyini bildirmişdir. O, Nurlanın qeyd edilən sözlərinə inanaraq ali təhsil haqqında diplomunu, şəxsiyyət vəsiqəsini və hərbi biletini təqdim etdikdə, sonuncu hərbi biletinin lazım olmadığını bildirərək özünə qaytarmışdır. Bundan sonra o, Nurlana qeyd etdiyi 25.000 manat məbləğində pulu 2 dəfəyə verməyə maddi imkanının çatdığını bildirdikdə, sonuncu bununla razılaşmış, 2022-ci ilin may ayının sonlarında o, Təqsirləndirilən şəxs tələb etdiyi pulun 8.000 manat məbləğində hissəsini düzəldərək Zərərçəkmiş şəxs1lə Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində görüşərək sonuncuya Nurlana çatdırması üçün vermiş, sonra pul vəsaitinin qalan 17.000 manat hissəsini də taparaq 2022-ci ilin iyun ayının əvvəllərində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Səda store” mağazasının yaxınlığında Nurlana çatdırmasından ötrü Zərərçəkmiş şəxs1 vermişdir. 2022-ci ilin iyun ayında Zərərçəkmiş şəxs1lə Nurlan barədə söhbət edərkən Əsəd Nurlanla ailəvi yaxın olduqlarına görə sonuncuya etibar etdiyini, Nurlanın başqa müəssisələrə də işə düzəltmək imkanlarına malik olduğunu bildirdikdə, o, Əsədə dayısı Zərərçəkmiş şəxs3 işsiz olduğunu, yaxşı iş olsa məlumat verməsini bildirmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs1 iş vaxtı ona Nurlanın dayısı Zərərçəkmiş şəxs3 Sumqayıt şəhər İcra Hakimiyyətində şöbə müdiri vəzifəsinə və ya "xxxx" ASC-nin X18 Şəbəkəsinin rəisi vəzifəsinə düzəltmək imkanlarının olduğunu bildirmişdir. O, bu barədə dayısı Zərərçəkmiş şəxs3 məlumat verdikdə qeyd edilən işlərdə işləmək istədiyini bildirdiyindən Zərərçəkmiş şəxs1 Nurlanla bu barədə danışmasını xahiş etmişdir. Əsəd Nurlanla danışdıqdan sonra 2022-ci ilin iyun ayının hazırda xatırlamadığı günündə o, dayısı Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Nurlanla birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı parkda görüşmüşlər. Aralarında olan söhbət zamanı Nurlan dayısı Zərərçəkmiş şəxs3 "xxxx" ASC-nin X18 Şəbəkəsinin rəisi vəzifəsinin daha məsləhətli olduğunu, "xxxx" ASC-də işləyən yüksək vəzifəli tanışı vasitəsilə sonuncunu həmin vəzifəyə təyin etdirə biləcəyini, lakin bunun müqabilində həmin tanışına 35.000 manat məbləğində pul verilməli olduğunu bildirmişdir. Dayısı Zərərçəkmiş şəxs3 də Təqsirləndirilən şəxs təklifi ilə razılaşmışdır. 2022-ci ilin iyun ayının sonlarında Təqsirləndirilən şəxsla mobil telefon əlaqəsi saxladıqdan sonra, həmin gün dayısı Zərərçəkmiş şəxs3 və o, Sumqayıt şəhəri, dənizkənarı bulvar ərazisində Təqsirləndirilən şəxsla görüşmüşlər. Orada dayısı Zərərçəkmiş şəxs3 onun yanında Təqsirləndirilən şəxs 35.000 manat məbləğdə pul vəsaitini və şəxsiyyət vəsiqəsini şəxsən təqdim etmiş, Nurlan pul vəsaitini özünə götürsə də, istifadəsində olan mobil telefon vasitəsilə şəxsiyyət vəsiqəsinin fotoşəkilini çəkərək vəsiqəni dayısına geri qaytarmış, sonra Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1lə bir neçə dəfə görüşərək işin gedişatı barədə maraqlandıqda Nurlan ona hər şeyin qaydasında olduğunu, 31 avqust 2022-ci il tarixdə keçiriləcək müsabiqədə iştirak etdikdən sonra işə çıxacağını bildirmişdir. 30 avqust 2022-ci il tarixdə Nurlanla mobil telefon vasitəsilə əlaqə saxlayaraq imtahan haqqında məlumat almaq istəsə də, qısa cavablar verərək daha sonra məlumat verəcəyini bildirmiş, həmin gün axşam saat 22 radələrində Nurlan özü onunla əlaqə saxlayaraq onu da Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Bakı şəhərində fəaliyyət göstərən tabe qurumuna işə düzəldəcəyini, 31 avqust 2022-ci il tarixdə keçiriləcək müsabiqənin regionlarda fəaliyyət göstərən tabe qurumlara işə qəbul üçün olduğunu, onun 14 sentyabr 2022-ci il tarixdə imtahana gedəcəyini bildirmişdir. 13 sentyabr 2022-ci il tarixdə Nurlanla əlaqə saxladıqda, səhəri gün, yəni 14 sentyabr 2022-ci il tarixdə saat 15:00-da Azərbaycan Kooperasiya Universitetində olmağını tapşırmış, 14 sentyabr 2022-ci il tarixdə saat 15:00-da Zərərçəkmiş şəxs1lə birlikdə Azərbaycan Kooperasiya Universitetinə getdikdə orada heç bir müsabiqənin keçirilmədiyini, həmin Universitetdə təmir işləri aparıldığını görmüşlər. Lakin Nurlanla əlaqə saxlamağa çalışsalar da, sonuncu zənglərinə cavab verməmişdir. Daha sonra Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsinə gedərək Nurlanın atası Ramiz Orucovla görüşdükdə sonuncu Nurlanın əməllərindən məlumatsız olduğunu bildirmişdir. Bundan sonra Nurlan özü onlara yalan danışdığını, onları aldadaraq pul vəsaitlərini ələ keçirdiyini, lakin yaxın günlərdə pullarını geri qaytaracağını bildirsə də, bu günədək ona və dayısı Zərərçəkmiş şəxs3 hər hansı məbləğdə pul qaytarmamışdır. Sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vasitəsilə "xxxx" QSC-nin 11 saylı YDM-də işləyən Anar adlı şəxsdən, habelə Zərərçəkmiş şəxs1 adını bilmədiyi qardaşından, qayınından və bir neçə tanışından işə düzəltmək adı ilə pul aldığı ona məlum olmuşdur. Zərərçəkmiş şəxs3 bildirmişdir ki, o, bir müddətdir işsiz olduğundan uyğun iş axtarmış, bundan yaxınları, o cümlədən bacısının oğlu Zərərçəkmiş şəxs10 də məlumatlı olmuş, 2022-ci ilin iyun ayının hazırda dəqiq xatırlamadığı günündə Orxan ona Zərərçəkmiş şəxs1 adlı iş yoldaşı olduğunu, X7 Xidmətində işləyən Təqsirləndirilən şəxs adlı tanışının müxtəlif dövlət qurumlarında işləyən yüksək vəzifəli şəxslərlə əlaqələrinin olduğunu, Təqsirləndirilən şəxs vasitəsilə 25.000 manat pul müqabilində Dövlət Miqrasiya Xidmətində işə qəbul olunacağını, istədiyi təqdirdə onun da işə qəbul olunmağına köməklik etməsi üçün Təqsirləndirilən şəxsla danışa biləcəyini bildirmişdir. O da Orxana həmin şəxslə əlaqə yaratmasını və uyğun bir işə qəbul olunmağına köməklik etməsini xahiş etmişdir. Bir neçə gün sonra bacısının oğlu Zərərçəkmiş şəxs10 ona Təqsirləndirilən şəxs onu Sumqayıt şəhər İcra Hakimiyyətində şöbə müdiri vəzifəsinə və ya "xxxx" ASC-nin X18 Şəbəkəsinin rəisi vəzifəsinə düzəltmək imkanlarının olduğunu bildirmişdir. O da həmin vəzifələrdən birinə işə qəbul olunmaq istədiyini bildirdiyindən Orxan bu barədə həmin tanışları ilə danışdıqdan sonra 2022-ci ilin iyun ayının hazırda xatırlamadığı günündə o, bacısının oğlu Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs10 tanışları Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı parkda görüşmüşlər. Aralarında olan söhbət zamanı Nurlan ona "xxxx" ASC-nin X18 Şəbəkəsinin rəisi vəzifəsinin daha məsləhətli olduğunu, "xxxx" ASC-də işləyən yüksək vəzifəli tanışı vasitəsilə onu həmin vəzifəyə təyin etdirə biləcəyini, lakin bunun müqabilində həmin tanışına 35.000 manat məbləğində pul verilməli olduğunu bildirmişdir. O da Təqsirləndirilən şəxs təklifi ilə razılaşmışdır. 2022-ci ilin iyun ayının sonlarında Təqsirləndirilən şəxsla mobil telefon əlaqəsi saxladıqdan sonra, həmin gün bacısının oğlu Zərərçəkmiş şəxs10 və o, Sumqayıt şəhəri, dənizkənarı bulvar ərazisində Təqsirləndirilən şəxsla görüşmüşlər. Orada o, Orxanın yanında Təqsirləndirilən şəxs özünə məxsus 35.000 manat məbləğdə pul vəsaitini və şəxsiyyət vəsiqəsini şəxsən təqdim etmişdir. Nurlan pul vəsaitini özünə götürsə də, istifadəsində olan mobil telefon vasitəsilə şəxsiyyət vəsiqəsinin fotoşəkilini çəkərək vəsiqəni ona geri qaytarmışdır. Təqsirləndirilən şəxs həmçinin Zərərçəkmiş şəxs10 2022-ci ilin avqust ayının sonlarında işə başlayacağını, həmin ərəfələrdə onun da işə qəbul məsələsinin həllini tapacağını bildirmişdir. 2022-ci ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs10 işə qəbul əmri verilməmiş və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs10 2022-ci ilin sentyabr ayının ortalarında imtahanda iştirak etdikdən sonra işə başlayacağını bildirmişdir. Lakin həmin müddət də gəlib çatdıqda yenə də işə qəbul məsələsindən hər hansı xəbər olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs onu, bacısının oğlu Zərərçəkmiş şəxs10, eləcə də Zərərçəkmiş şəxs1 və sonuncunun bir neçə tanışını işə düzəltmək adı ilə aldadaraq pul vəsaitlərini ələ keçirdiyi onlara məlum olmuşdur. Təqsirləndirilən şəxs aldığı pulları geri qaytaracağını bildirsə də, bu günə kimi onlara hər hansı məbləğdə pul geri qaytarmamışdır. Zərərçəkmiş şəxs4 bildirmişdir ki, arvadı X27 ali təhsilli olsa da, işləmədiyindən o, arvadına iş axtarmış, bununla bağlı olaraq 2019-cu ildən tanıdığı, yaxın dostu, “Socar” şirkətinə məxsus yanacaqdoldurma məntəqəsində mühafizəçi işləyən Zərərçəkmiş şəxs1 də qadına uyğun iş olduqda ona məlumat verməsini xahiş etmiş, 2022-ci ilin may ayının sonunda Əsəd yaşadığı evdə qonaq olarkən ona Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində işləyən Təqsirləndirilən şəxs adlı tanışı olduğunu, həmin tanışının geniş əlaqələrə malik olduğunu, özü və bir neçə tanışının müxtəlif dövlət qurumlarında işə qəbulla bağlı Təqsirləndirilən şəxs müraciət etdiklərini, arvadı Arzu Əmirlinin iş tapması barədə də Təqsirləndirilən şəxs müraciət edəcəyini bildirmişdir. Bundan sonra 2022-ci ilin iyun ayının hazırda xatırlamadığı günündə Əsəd ona Təqsirləndirilən şəxsla Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı parkda görüşəcəyini və arvadı Arzu Əmirlinin işə qəbul məsələsi ilə bağlı söhbət etmək üçün onun da oraya gəlməyini bildirmişdir. Həmin gün o, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı parka gedərək orada Zərərçəkmiş şəxs1lə birlikdə Təqsirləndirilən şəxsla görüşmüşdür. Aralarında olan söhbət zamanı Təqsirləndirilən şəxs ona arvadı Arzu Əmirlinin təhsili və əmək fəaliyyəti barədə suallar verdikdən sonra arvadını Bakı şəhərində yerləşən “ASAN Xidmət” mərkəzinə həmin mərkəzdə yüksək vəzifədə işləyən tanışı vasitəsilə işə qəbul etdirə biləcəyini, lakin bunun müqabilində qeyd olunan tanışına 8.000 manat məbləğində pul verilməli olduğunu bildirmişdir. O da Təqsirləndirilən şəxs təklifi ilə razılaşaraq 8.000 manat məbləğində pul düzəldib xəbər edəcəyini bildirmişdir. Bir müddət sonra Əsəd ona zəng edərək Nurlanın “ASAN Xidmət” mərkəzində cəmi 2 boş vakansiya qaldığını və işə qəbul üçün lazım olan pulu qısa vaxt ərzində verməli olduğunu dediyini bildirmişdir. O da 8.000 manat məbləğində pulu düzəldib 2022-ci ilin iyun ayının sonlarında Zərərçəkmiş şəxs1lə birlikdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı parkda Təqsirləndirilən şəxsla görüşmüşdür. Nurlan həmin vaxt arvadı Arzu Əmirlinin 2022-ci ilin avqust ayında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “ASAN Xidmət” mərkəzində işə başlaya biləcəyini bildirmişdir. Bundan sonra həmin parkın qarşısında saxladığı, özünə məxsus “Chevrolet Cruse” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə Nurlan və o, birlikdə əyləşmişlər. Həmin vaxt Əsəd maşında əyləşmədən avtomobilin yanında gözləmişdir. Avtomobilin içərisində o, Nurlana özünə məxsus 8.000 manat məbləğində pulu və həmçinin Təqsirləndirilən şəxs əvvəlcədən tələb etdiyindən arvadı Arzu Əmirovaya məxsus diplomun və şəxsiyyət vəsiqəsinin əslini vermişdir. Zərərçəkmiş şəxs1 avtomobilə əyləşməsə də, yaxınlıqda olduğundan bütün bunların şahidi olmuşdur. Bir neçə gün sonra Nurlan həmin diplom və şəxsiyyət vəsiqəsinin əsllərini geri qaytarmışdır. Bundan bir müddət sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs söz verdiyi vədlərə əməl etmədiyini bildirdiyindən, eləcə də 2022-ci ilin avqust ayının sonlarının yaxınlaşmasına baxmayaraq, arvadı Arzu Əmirlinin işə qəbul əmri verilmədiyindən o, Nurlanın istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq pulunu tələb etmişdir. Nurlan qısa müddətdə pulu qaytaracağını bildirmişdir. Həmin vaxtdan hazırki vaxtadək Nurlandan pulu tələb etsə də, sonuncu geri qaytarmamışdır. Bildiyi qədəri ilə Nurlan Əsəd və digər pul aldığı şəxslərin də pulunu geri qaytarmamışdır. Şahid1 atası Zərərçəkmiş şəxs6 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiqləmişdir. Şahid3 Zərərçəkmiş şəxs5 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiqləmişlər. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində atası, Zərərçəkmiş şəxs7 Sadiq oğlu ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiqləmişdir. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli BKC/LGL-14499/22 nömrəli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ***-***-**-** saylı mobil telefon nömrəsindən hər hansı zəng edilməmiş və həmin mobil telefon nömrəsinə hər hansı zəng daxil olmamışdır. 13 dekabr 2022-ci il tarixdə "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair izahlı disk hesabatına 13 dekabr 2022-ci il tarixdə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, diskdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə aid sms mətnləri, telefon danışıqları və anten məlumatlarının olduğu 3 ədəd fayl vardır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə aid sms mətnlərinin olduğu fayllara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə aid telefon danışıqlarına dair məlumatların olduğu fayla baxış zamanı həmin mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2021ci il tarixdən xx.xx.2022-ci il tarixədək, Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdə, Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, Zərərçəkmiş şəxs6 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək, Zərərçəkmiş şəxs7 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, Zərərçəkmiş şəxs10 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda müxtəlif müddətlərdə telefon danışıqlarının aparıldığı aşkar olunmuşdur. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsindən daxil olmuş materiala əlavə edilmiş Zərərçəkmiş şəxs10 təqdim etdiyi CD-ə 31 oktyabr 2022-ci il tarixdə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, Əməliyyat idarəsindən daxil olmuş materiala əlavə edilmiş Zərərçəkmiş şəxs10 təqdim etdiyi CD-də 5 ədəd fayl vardır. 1-ci fayl “Whatsapp Audio 2022-09-22 at 11.12.06 AM”, 2-ci fayl isə “Whatsapp Audio 2022-09-22 at 11.12.07 AM” adlanır. Həmin fayllarda səs yazısını göndərən kişi cinsli şəxs “Əsəd” deyə müraciət etdiyi şəxsə bankdan kredit götürülməsinə çalışdıqlarını bildirmişdir. 3-cü fayl “Whatsapp Audio 2022-09-22 at 11.12.07 AM” adlanır. Həmin faylda səs yazısını göndərən kişi cinsli şəxs başqa bir qohumlarının avtomobil satdığını, atasının onu həmin qohumları ilə danışmağa göndərdiyini, qohumları ilə danışıb borc pul götürməyə çalışdığını, daha sonra özünün işə qəbul məsələsi alındıqda işləyib kredit götürərək qohumlarından aldığı borcu özünün qaytaracağını bildirmişdir. 4-cü fayl “Whatsapp Audio 2022-10-11 at 1.02.10 PM” adlanır. Həmin faylda bir-birilərinə “Nurlan” və “Orxan” deyə müraciət edən 2 nəfər kişi cinsli şəxsin arasında aparılan telefon danışıqlarının səs yazısının olduğu görünür. “Nurlan” deyə müraciət olunan şəxs “Orxan” deyə müraciət etdiyi şəxsə evlərinə maklerin gəlib baxdığını, uzağı 10 gün müddətində evlərinin azı 80.000-ə satılacağını, özlərinin artıq evi boşaldıb bacısıgilin yaşadığı evə köçdüklərini bildirmişdir. Həmçinin həmin səs yazısında “Orxan” deyə müraciət edilən şəxs “Nurlan” deyə müraciət etdiyi şəxsə götürdüyü kreditin ödəniş tarixinin çatdığını, həmin krediti ödəməyə maddi imkanının olmadığını 500-600 manat məbləğində pul düzəldib verməsini bildirmiş, sonuncu isə “Orxan” deyə müraciət etdiyi şəxsə sinif yoldaşına da dediyini, müəyyən qədər pul düzəldib kreditini ödəməsi üçün ona verəcəyini bildirmişdir. 5-ci fayl “Whatsapp Ptt 2022-10-11 at 1.02.33 PM” adlanır. Həmin faylda kişi cinsli şəxs “Orxan müəllim” deyə müraciət etdiyi şəxsə səs yazısı göndərmişdir. Qeyd olunan səs yazısında iş üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. Qeyd edilənlərdən başqa CD-ə baxış zamanı iş üçün əhəmiyyət kəsb hər hansı başqa bir hal müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs6 təqdim etdiyi 2 ədəd CD-ə 31 noyabr 2022-ci il tarixdə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, ümumilikdə səs yazılarının olduğu 8 ədəd fayl, “whatsapp” proqramı və sms vasitəsilə göndərilmiş ismarıcların olduğu 8 ədəd fayl vardır. Qeyd olunan səs yazılarının olduğu 8 ədəd fayla baxış zamanı kişi cinsli şəxs “Fərid” deyə müraciət etdiyi şəxsə səsli ismarıc göndərərək, işə qəbul məsələsinin düzəlməsi üçün bir qədər gözləməli olduğunu, işlərin həllinin qaydasında olduğunu, sadəcə ştat vahidlərinin təsdiqini gözlədiklərini, ondan əvvəl işə qəbul üçün müraciət edən şəxslərin də hələ gözlədiklərini, tədbirlərin sayının çoxluğu ilə əlaqədar rəhbər heyətin vaxtlarının olmadığını, bu səbəbdən ştatların hələki təsdiq olunmadığını, yaxın vaxtlarda komissiya təşkil olunacağını və komissiyadan keçdikdən sonra işə qəbul ediləcəklərini, işə qəbul üçün verdiyi pulun geri alınmasının çox sadə olduğunu, sadəcə bu qədər müddət keçdiyindən işə qəbul məsələsinin həll olunmasını istədiyini bildirdiyi müəyyən olunmuşdur. Həmçinin “whatsapp” proqramı və sms vasitəsilə göndərilmiş ismarıcların olduğu 8 ədəd fayla baxış zamanı ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi olan “Nurlan” deyə müraciət edilən şəxslə “Fərid” deyə müraciət edilən şəxsin arasında sonuncunun işə qəbul məsələsinin həlli, daha sonra isə işə qəbul məsələsinin alınmaması səbəbindən alınmış pulların geri qaytarılması barədə söhbətlərin aparıldığı müəyyən olunmuşdur. Qeyd edilənlərdən başqa CD-ə baxış zamanı iş üçün əhəmiyyət kəsb hər hansı başqa bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətindən daxil olmuş 2 dekabr 2022-ci il tarixli 11/3420 nömrəli məktubdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X39 xx.xx.2009cu il tarixindən xx.xx.2018-ci il tarixinədək, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs isə xx.xx.2008-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin (XDMX) sıralarında həqiqi hərbi xidmət keçmişdirlər. Rəşad Məmmədov XDMX rəisinin xx.xx.2018-ci il tarixli 126 ş/h nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin “a” bəndinə müvafiq olaraq (xidmət müddəti başa çatdıqda), Təqsirləndirilən şəxs isə ARPTX rəisinin xx.xx.2022-ci il tarixli 133 ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı bəndinə müvafiq olaraq (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdırlar. Həmin məktuba əlavə edilmiş əmrlərdən çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs Milli Qvardiya Komandanının 08 sentyabr 2008-ci il tarixli 209 nömrəli əmrinə əsasən Mühafizə taboru Xüsusi mühafizə tağımı 3-cü manqanın qarovul rəisi vəzifəsinə, 12 noyabr 2008-ci il tarixli 267 nömrəli əmrinə əsasən Mühafizə taboru Xüsusi mühafizə tağımının qarovul rəisi – 1-ci Fəxri qarovul bölüyü 3-cü tağımın komandirinin müavini vəzifəsinə, 31 iyul 2009-cu il tarixli 177 nömrəli əmrinə əsasən Fəxri qarovul taboru 1-ci Fəxri qarovul bölüyü 3-cü tağımın komandirinin müavini – Mühafizə taboru Xüsusi mühafizə tağımı 1-ci manqanın qarovul rəisi vəzifəsinə, 20 sentyabr 2014-cü il tarixli 218 nömrəli əmrinə əsasən Mühafizə taboru Xüsusi mühafizə tağımı 1-ci manqanın qarovul rəisi – Xüsusi mühafizə tağımı 1-ci manqanın komandiri vəzifəsinə, 08 iyun 2018-ci il tarixli 131 nömrəli əmrinə əsasən Mühafizə taboru Xüsusi mühafizə tağımının qarovul rəisi – Fəxri qarovul taboru 1-ci Fəxri qarovul bölüyünün bölük baş çavuşu vəzifəsinə təyin edilmiş, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisinin xx.xx.2022-ci il tarixli 133 ş/h nömrəli əmri ilə həmin vəzifədən azad olunmaqla həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs 2 mart 2023-cü il tarixdə tutularaq istintaqa təhvil verilmiş və həmin tarixdə ona ittiham elan edilərək barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4, 29, 178.2.2, 29, 178.2.3, 29, 178.2.4 və 32.4, 312.2ci maddələri ilə tövsif edilsə də, dövlət ittihamçısı çıxışında CM-in 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittihamdan imtina etdiyini və təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4, 29, 178.2.2, 29, 178.2.3, 29, 178.2.4-cü maddələri ilə cəzalandırılmasını xahiş etmişdir. Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə (mad.7.0.23, 84.6.), məhkəmə icraatı mərhələsində məhz dövlət ittihamçısı ictimai və ictimai-xüsusi ittihamı müdafiə edən şəxs olmaqla, məhkəmədə həmin növlərdə cinayət təqibinin həyata keçirilməsi funksiyasını yerinə yetirir, yəni bu növ cinayətlər üzrə ittihamın məhkəmədə müdafiə edilməsi (cinayət təqibinin həyata keçirilməsi) müstəsna olaraq dövlət ittihamçısına aid edilmişdir. Göründüyü kimi, qanunvericiliyə uyğun olaraq, məhkəmədə ictimai ittiham qaydasında cinayət təqibini həyata keçirmək səlahiyyətinə malik olan yeganə proses iştirakçısı - dövlət ittihamçısıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd edilən tələblərinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «Dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə müddəasının şərh edilməsinə dair» 15 fevral 2008-ci il tarixli qərarına əsasən təqsirləndirilən şəxs X12 barəsində olan cinayət təqibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313, 341.1, 178.2.2, 178.2.3 və 32.4, 312.2-ci maddələri ilə davam etdirilsə də, məhkəmə kollegiyası dövlət ittihamçısının hüquqi mövqeyinin cinayət-prosessual normasının tələblərinə uyğunluğunu təhlil etməyi zəruri hesab edir. Belə ki, məhkəmə baxışının hədlərini müəyyən edən Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsində təsbit olunur ki, “məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir”. Bu maddənin mənasına görə cinayət təqibi orqanı və yaxud xüsusi ittihamçı tərəfindən şəxsə qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamla müqayisədə onun daha ağır cinayətə görə mühakimə edilməsi yolverilməzdir. Təqsirləndirilənin mövcud ittihamla müqayisədə daha ağır cinayətə görə mühakimə edilməsi dedikdə, ittihamın cinayət əməlinin həm faktiki hallar (şəxsə istinad edilən cinayətkar hərəkətlərin və yaxud hərəkətsizliyin faktiki məzmunu), həm də həmin əmələ tətbiq edilən cinayət-hüquqi normanın sərtliyi nöqteyi nəzərindən təqsirləndirilən şəxsin vəziyyətinin ağırlaşmasına səbəb olan dəyişdirilməsi başa düşülür. Yəni, CPM-in 318.1-ci maddəsi ilə qadağan edilən belə dəyişdirilmə zamanı şəxs cinayət təqibi orqanı, xüsusi ittihamçı tərəfindən təqsirləndirildiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müqayisədə cinayət qanununun daha ağır cəza nəzərdə tutan maddəsi ilə və yaxud ittihamda onun cinayətkar hərəkətlərinin (hərəkətsizliyinin) faktiki məzmununa daxil edilməyən əlavə hərəkətlərə (hərəkətsizliyə) görə təqsirli bilinir. İrəli sürülmüş ittihamla müqayisədə şəxsin daha ağır ittiham üzrə (daha ağır cəzanı nəzərdə tutan cinayət-hüquqi norma əsasında) təqsirli bilinməsi baş verməsə də, onun cinayətkar hərəkətlərinin (hərəkətsizliyinin) faktiki məzmununun ittihamda göstərilənlərlə müqayisədə əhəmiyyətli dərəcədə dəyişdirilməsi də CPM-in 318.1-ci maddəsinin mənası baxımından yolverilməzdir. Məhkəmə kollegiyası öz növbəsində dövlət ittihamçısının mövqeyi ilə razılaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamdan Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi xaric edilməlidir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli 11 №-li Qərarında göstərilmişdir ki, “Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib”. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası CMin 178.2.2, 178.2.3, 178.2.4, 29, 178.2.2, 29, 178.2.3, 29, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalı, onun törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 178.2-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən yuxarıda göstərilənləri və işin digər hallarını nəzərə alaraq, Azərbaycan Respublikası CM-in 178.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini cəzanın tələblərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan hesablanmalıdır. Məhkəmə baxışında Zərərçəkmiş şəxs8 tərəfindən Təqsirləndirilən şəxs qarşı 9.000 (doqquz min) manat maddi ziyan, 3.000 (üç min) manat mənəvi ziyan olmaqla, cəmi 12.000 (on iki min) manat məbləğində mülki iddia verilmiş, eləcə də, ibtidai və məhkəmə istintaqı zamanı göstərilmiş vəkil xidmətinə görə 800 (səkkiz yüz) manat vəsaitin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs8 verilməsi istənilmişdir. Həmçinin, Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs qarşı 15.000 (on beş min) manat maddi ziyan, 3.000 (üç min) manat mənəvi ziyan olmaqla, cəmi 18.000 (on səkkiz min) manat məbləğində mülki iddia verilmiş, eləcə də, ibtidai və məhkəmə istintaqı zamanı göstərilmiş vəkil xidmətinə görə 761 (yüz altmış bir) manat vəsaitin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 137.28 (yüz otuz yeddi) manat (iyirmi səkkiz) qəpik məbləğində dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 verilməsi istənilmişdir. Həmçinin, Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs qarşı 10.000 (on min) manat maddi ziyan, 3.000 (üç min) manat mənəvi ziyan olmaqla, cəmi 13.000 (on üç min) manat məbləğində mülki iddia verilmiş, eləcə də, ibtidai və məhkəmə istintaqı zamanı göstərilmiş vəkil xidmətinə görə 801 (səkkiz yüz bir) manat vəsaitin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 131.40 (yüz otuz bir) manat (qırx) qəpik məbləğində dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 verilməsi istənilmişdir. Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir (CPM-in 179-cu maddəsi). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir (CPM-in 187-ci maddəsi). Mülki iddiaların maddi ziyana dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs1 15.000 (on beş min) manat, Zərərçəkmiş şəxs2 10.000 (on min) manat və Zərərçəkmiş şəxs8 9.000 (doqquz min) manat məbləğlərində maddi ziyan vurulmuş və hər üç zərərçəkmiş şəxsin tələbləri müvafiq olaraq həmin məbləğlərdə onlara bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyanların hədlərindədir. Təqsirləndirilən şəxs adları qeyd edilən zərərçəkmiş şəxslərə vurduğu ziyanlara görə hər hansıbir ödəmələr etmədiyinə görə məhkəmə hesab edir ki, onların mülki iddiaların maddi ziyana dair hissəsi tam təmin edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 07 saylı qərarında göstərilmişdir ki, mənəvi zərər, insanın anadangəlmə və ya qanun əsasında ona məxus olan şəxsi qeyri-əmlak xarkterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü biruzə verir. Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X34 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, mənəvi ziyanın ödənilməsinə dair zərər çəkmiş şəxslərin iddia tələbləri də tam təmin edilməlidir. Eyni ilə məhkəmə kollegiyasıhesab edir ki, mülki iddiaların həm maddi ziyana, həm də ki, mənəvi ziyana görə tələbləri təmin olunmalı olunduğundan Zərərçəkmiş şəxs8 tərəfindən Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı zamanı göstərilmiş vəkil xidmətinə görə 800 (səkkiz yüz) manat vəsaitin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs1 ibtidai və məhkəmə istintaqı zamanı göstərilmiş vəkil xidmətinə görə 761 (yüz altmış bir) manat vəsaitin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 137.28 (yüz otuz yeddi) manat (iyirmi səkkiz) qəpik məbləğində dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ibtidai və məhkəmə istintaqı zamanı göstərilmiş vəkil xidmətinə görə 801 (səkkiz yüz bir) manat vəsaitin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 131.40 (yüz otuz bir) manat (qırx) qəpik məbləğində dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 verilməsi qanuna uyğun olardı. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunvericiliyin tələblərini, eləcə də verilən şərhi nəzərə alıb belə nəticəyə gəlir ki, iş üzrə verilmiş mülki iddialar tam təmin olunmalı və bununla da, Zərərçəkmiş şəxs8 tərəfindən Təqsirləndirilən şəxs qarşı 9.000 (doqquz min) manat maddi ziyan, 3.000 (üç min) manat mənəvi ziyan olmaqla, cəmi 12.000 (on iki min) manat məbləğində verilmiş mülki iddia, eləcə də, ibtidai və məhkəmə istintaqı zamanı göstərilmiş vəkil xidmətinə görə 800 (səkkiz yüz) manat vəsait və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs qarşı 15.000 (on beş min) manat maddi ziyan, 3.000 (üç min) manat mənəvi ziyan olmaqla, cəmi 18.000 (on səkkiz min) manat məbləğində verilmiş mülki iddia, eləcə də, ibtidai və məhkəmə istintaqı zamanı göstərilmiş vəkil xidmətinə görə 761 (yüz altmış bir) manat vəsait və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 137.28 (yüz otuz yeddi) manat (iyirmi səkkiz) qəpik məbləğində dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs qarşı 10.000 (on min) manat maddi ziyan, 3.000 (üç min) manat mənəvi ziyan olmaqla, cəmi 13.000 (on üç min) manat məbləğində verilmiş mülki iddia, eləcə də, ibtidai və məhkəmə istintaqı zamanı göstərilmiş vəkil xidmətinə görə 801 (səkkiz yüz bir) manat vəsait və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 131.40 (yüz otuz bir) manat (qırx) qəpik məbləğində dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 verilməli. Azərbaycan Respublikası Cinayət Məcəlləsini 99-1.1-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilmir. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs10 təqdim etdiyi 1 ədəd CD, Zərərçəkmiş şəxs6 təqdim etdiyi 2 ədəd CD, "xxxx" LLT-dən daxil olmuş 1 ədəd telefon danışıqlarına dair izahlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, hökmetdi: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4, 29, 178.2.2, 29, 178.2.3 və 29, 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan - 2 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs8 tərəfindən Təqsirləndirilən şəxs qarşı 9.000 (doqquz min) manat maddi ziyan, 3.000 (üç min) manat mənəvi ziyan olmaqla, cəmi 12.000 (on iki min) manat məbləğində verilmiş mülki iddia, eləcə də, ibtidai və məhkəmə istintaqı zamanı göstərilmiş vəkil xidmətinə görə 800 (səkkiz yüz) manat vəsait və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs8 verilsin. Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs qarşı 15.000 (on beş min) manat maddi ziyan, 3.000 (üç min) manat mənəvi ziyan olmaqla, cəmi 18.000 (on səkkiz min) manat məbləğində verilmiş mülki iddia, eləcə də, ibtidai və məhkəmə istintaqı zamanı göstərilmiş vəkil xidmətinə görə 761 (yüz altmış bir) manat vəsait və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 137.28 (yüz otuz yeddi) manat (iyirmi səkkiz) qəpik məbləğində dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 verilsin. Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs qarşı 10.000 (on min) manat maddi ziyan, 3.000 (üç min) manat mənəvi ziyan olmaqla, cəmi 13.000 (on üç min) manat məbləğində verilmiş mülki iddia, eləcə də, ibtidai və məhkəmə istintaqı zamanı göstərilmiş vəkil xidmətinə görə 801 (səkkiz yüz bir) manat vəsait və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 131.40 (yüz otuz bir) manat (qırx) qəpik məbləğində dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 verilsin. İş üzrə maddi sübut olan, Zərərçəkmiş şəxs10 təqdim etdiyi 1 ədəd CD, Zərərçəkmiş şəxs6 təqdim etdiyi 2 ədəd CD, "xxxx" LLT-dən daxil olmuş 1 ədəd telefon danışıqlarına dair izahlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən onun elan olunduğu andan (Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin onlara verildiyi andan) iyirmi gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Zenal Ağayev hakimlər Camal Ramazanov Rafiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar