Məhkəmə qərarları › İş №1-1(093)-87/2025

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-87/2025

24.06.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-87/2025 24.06.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X43 Arif oğlunun sədrliyi, Nağızadə Nanə Vüsal qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər və mülki iddiaçılar – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri N saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər və mülki cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu Qobu qəsəbəsi Ş.İ.Xətai küçəsində nömrəsiz fərdi evdə faktiki yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 və xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 12 oktyabr N24- cü il tarixdə Ucar şəhərinə gedərək vətəndaş Zərərçəkmiş şəxs4 məxsus “Kia Sorento” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobili 35000 (otuz beş min) manat müqabilində Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən şirkətlərdən birinin rəhbəri kimi təqdim etdikləri tanışları Şahid13 kredit yolu ilə alacaqlarını bildirərək növbəti gün, yəni 13 oktyabr N23-cü il tarixdə avtomobilin alqı-satqısını rəsmiləşdirmək üçün Bakı şəhərinə gəlməsinə dair razılaşıb daha çox etibarını qazanmaq məqsədi ilə Zərərçəkmiş şəxs4 beh kimi 500 (beş yüz) manat məbləğində pul vermişlər. 13 oktyabr N23-cü il tarixdə Zərərçəkmiş şəxs4 aralarında olan razılaşmaya əsasən Bakı şəhərinə gələrək Binəqədi rayonu, Binəqədi şossesi 4 ünvanında yerləşən Azərbaycan Respublikası Baş X51 İdarəsinin inzibati binasının qarşısında Təqsirləndirilən şəxs2 və onunla görüşüb orada “Kia Sorento” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobili onun adına alqı-satqı yolu ilə rəsmiləşdirdikdən sonra o, həmin avtomobilin dövlət qeydiyyat nişanını **-GO-*** olaraq dəyişdirmiş və artıq iş saatı olmadığından avtomobili banka girov qoyub kredit götürülməsinin mümkün olmadığını bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs4 avtomobili onlara vermək istəmədiyindən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs4 daha asan aldatmaq məqsədi ilə sonuncuya 2500 (iki min beş yüz) manat məbləğində pul vermiş, qalan 3N00 (otuz iki min) manat pulu 16 oktyabr N23-cü il tarixdə, yəni növbəti həftənin ilk iş günü avtomobili banka girov qoyaraq kredit götürüb ödəyəcəklərinə dair yalan vəd verib sonuncunu aldadaraq avtomobili əldə etmiş, 16 oktyabr N23-cü il tarixdə isə həmin avtomobili Şahid15 29000 (iyirmi doqquz min) manata sataraq əldə etdikləri pulu Təqsirləndirilən şəxs2la əvvəlcədən razılaşdıqları kimi öz aralarında bölməklə ələ keçirmiş, bununla da Zərərçəkmiş şəxs4 3N00 (otuz iki min) manat məbləğində pulu verəcəklərinə dair vermiş olduqları vədi üzrə heç bir hərəkət etməyərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 N23-cü ilin oktyabr ayının əvvəllərində xidmət yoldaşı olan Zərərçəkmiş şəxs3 özünə məxsus “Kia K5” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satmaq istədiyini öyrənib bununla bağlı sonuncunun xeyrinə hər hansı hərəkət etmək niyyətində olmadığı halda qanunsuz qazanc əldə etmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında qabaqcadan əlbir olmaqla, Zərərçəkmiş şəxs3 avtomobili bir həftə ərzində 17500 (on yeddi min beş yüz) manat məbləğində pul müqabilində satıb qeyd olunan pulu sonuncuya verəcəklərini demiş, Zərərçəkmiş şəxs3 isə Təqsirləndirilən şəxs1la eyni hərbi hissədə xidmət etdiklərini, uzun müddətdir ki, sonuncunu tanıdığını, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobil alqı-satqısından anlayışı olduğunu nəzərə alıb onlara inanmışdır. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs3 onun və Təqsirləndirilən şəxs2 təkidi ilə özünə məxsus olan “Kia K5” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin birinci nəzarət-buraxılış məntəqəsinin qarşısında onlara təhvil vermişdir. Həmin gün axşam saatlarında o, Zərərçəkmiş şəxs3 zəng edərək avtomobilin alqı-satqısı ilə bağlı prosedurların daha rahat şəkildə icra edilə bilməsi üçün Zərərçəkmiş şəxs3 avtomobilə tam sərəncam hüququnun əldə edilməsi ilə bağlı ona, yəni Təqsirləndirilən şəxs1 adına baş etibarnamə verməsini demişdir. Zərərçəkmiş şəxs3 həmin vaxt özünə verilmiş avtomobilə tam sərəncam hüququnun əldə edilməsi ilə bağlı baş etibarnamənin müddətinin 11 avqust N23- cü il tarixdə başa çatdığını müəyyən etdiyindən, avtomobilin sənəd üzərində sahibi olan tanışı Şahid10 zəng edərək faktiki sahibi olduğu “Kia K5” markalı avtomobili satması üçün Təqsirləndirilən şəxs1 tam sərəncam hüququnun əldə edilməsi ilə bağlı baş etibarnamə verməsini xahiş etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs2la birlikdə Gəncə şəhərinə gedib 11 oktyabr N23-cü il tarixdə Şahid10 öz adına avtomobilə tam sərəncam hüququnun əldə edilməsi ilə bağlı baş etibarnamə alaraq Bakı şəhərinə qayıtmış, həmin gün səhər saatlarında Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində avtomobili XN 13000 (on üç min) manat məbləğində pul müqabilində satmalarına baxmayaraq bu barədə Zərərçəkmiş şəxs3 heç bir məlumat verməmişlər. Bundan bir müddət sonra Zərərçəkmiş şəxs3 avtomobilin qaytarılmadığını, eləcə də razılaşdıqları məbləğdə pulun verilmədiyini görüb ondan dəfələrlə təkidlə avtomobilin və ya razılaşdıqları məbləğdə pulun verilməsini tələb etdikdən sonra 16 oktyabr N23-cü il tarixdə axşam saatlarında o, Təqsirləndirilən şəxs2la birlikdə “BMW” markalı avtomobillə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin nəzarət buraxılış məntəqəsinin qarşısına gəlib Zərərçəkmiş şəxs3la görüşmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs3 “BMW” markalı avtomobilə əyləşmiş, orada Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 avtomobilini hələ satmadıqlarını, digər avtomobillərin satışından əldə etdiklərini söyləməklə Zərərçəkmiş şəxs3 8000 (səkkiz min) manat məbləğində pul vermiş, lakin o, göstərilən 17500 (on yeddi min beş yüz) manat məbləğində pulun qalan 9500 (doqquz min beş yüz) manatını geri qaytarmamış, bununla da qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişlər. Bandan əlavə Təqsirləndirilən şəxs2 NN-ci ilin may ayında əvvəllər birlikdə ev və avtomobil alqı-satqısı ilə məşğul olaraq etibarını qazandığı tanışı Zərərçəkmiş şəxs1 6000 (altı min) manat müqabilində aldığı və özünə məxsus olan “Nissan Maxima” markalı, **- KG-*** dövlət qeydiyyat nişanlı avtomobili sataraq qazanc əldə etmək istədiyini öyrənib bununla bağlı sonuncunun xeyrinə hər hansı hərəkət etmək niyyətində olmadan qanunsuz qazanc əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 həmin avtomobili sonuncunun tanımadığı, özünün digər tanışı Şahid1 məxsus “Volkswagen Jetta” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəyişdirməsini, sonra isə həmin avtomobili baha qiymətə sataraq daha çox gəlir əldə edə biləcəyini demiş, Zərərçəkmiş şəxs1 da Təqsirləndirilən şəxs2la aralarında qonşuluq münasibətləri olduğundan, habelə sonuncu ilə birlikdə əvvəllər ev və avtomobil alqı-satqısı ilə məşğul olduqlarından ona etibar edərək öz razılığını bildirmişdir. NN-ci ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs2 tanışı Şahid1 özünə məxsus olan “Volkswagen Jetta” markalı, 90-NP- 743 dövlət qeydiyyat nişanlı avtomobilini satmaq istədiyini bilib, həmin avtomobilə 5500 (beş min beş yüz) manat qiymət qoyaraq Şahid1la özünə məxsus olduğunu bildirdiyi və dəyəri 6000 (altı min) manat məbləğində olan “Nissan Maxima” markalı avtomobili dəyişdirəcəyinə, habelə sonuncu avtomobilin əvəzində Şahid1 ona “Volkswagen Jetta” markalı avtomobili və əlavə olaraq 500 (beş yüz) manat pul verəcəyinə dair razılaşmışdır. 13 may NN-ci il tarixdə Şahid1 aralarında olan razılaşmaya əsasən “Sahil” metrostansiyası yaxınlığında yerləşən notariusların birində Təqsirləndirilən şəxs2 adına “Volkswagen Jetta” markalı avtomobilə görə tam sərəncam hüququnun əldə edilməsi ilə bağlı baş etibarnamə verərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində “Lökbatan dairəsi” adlanan ərazidə Təqsirləndirilən şəxs2la görüşüb 500 (beş yüz) manat pulu sonuncuya vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 Şahid1la birlikdə Lökbatan qəsəbəsi ərazisində yerləşən notariusların birinə getmiş və Zərərçəkmiş şəxs1 da ora gələrək “Nissan Maxima” markalı avtomobilə tam sərəncam hüququnun əldə edilməsi ilə bağlı Şahid1 əmisi oğlu X10 baş etibarnamə verdikdən sonra, Zərərçəkmiş şəxs1 məxsus “Nissan Maxima” markalı avtomobili Şahid1 əvvəlcədən öz adına tam sərəncam hüququnun əldə edilməsi ilə bağlı baş etibarnamə ilə aldığı “Volkswagen Jetta” markalı avtomobil ilə dəyişməyə nail olmuşdur. Təqsirləndirilən şəxs2 bir müddət sonra həmin “Volkswagen Jetta” markalı avtomobili digər tanışı Şahid2 məxsus “Opel Astra” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəyişərək, Zərərçəkmiş şəxs1 həmin “Opel Astra” markalı avtomobilin satışından əldə olunacaq gəlirdən əvvəlcədən razılaşdıqları 6000 (altı min) manat məbləğində pulu verəcəyinə dair vədlər vermiş, lakin verdiyi vədlər üzrə heç bir hərəkət etməyərək, etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 NN-ci ilin iyun ayında tanışı Zərərçəkmiş şəxs1 özünə məxsus digər, yəni “BMW 528 Xİ” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı başqa bir avtomobilini də satmaq istədiyini öyrənib bununla bağlı sonuncunun xeyrinə hər hansı hərəkət etmək niyyətində olmadan qanunsuz qazanc əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 həmin avtomobili 3N00 (otuz iki min) manat məbləğində pul müqabilində tanışı Şahid5 satacağını vəd vermiş, lakin özü Zərərçəkmiş şəxs1 məlumatı olmadan Şahid5 atası Şahid6 ilə “BMW 528 Xİ” markalı avtomobilin müqabilində verilməli olan 3N00 (otuz iki min) manat pulun 24000 (iyirmi dörd min) manatının əvəzinə Şahid5 məxsus “Mercedes Benz EN0” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin və əlavə olaraq 8000 (səkkiz min) manat pulun nağd şəkildə ona veriləcəyinə dair razılaşmışdır. Bundan bir neçə gün sonra, yəni 28 iyun NN-ci il tarixdə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1la birlikdə Şirvan şəhərinə gedərək orada 3N00 (otuz iki min) manat məbləğində pulun tam şəkildə sonuncuya veriləcəyinə inandıraraq “BMW 528 Xİ” markalı avtomobilin Şahid5 adına rəsmiləşdirilməsinə nail olmuş, “BMW 528 Xİ” markalı avtomobil Şahid5 adına rəsmiləşdirildikdən sonra Şahid6la əvvəlcədən əldə etdiyi razılığa əsasən Şahid5 ona özünə məxsus “Mercedes Benz EN0” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə tam sərəncam hüququnun əldə edilməsi ilə bağlı baş etibarnamə vermiş, qalan 8000 (səkkiz min) manat pulun isə 10 gün ərzində veriləcəyini demişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs2 8000 (səkkiz min) manat pulun 2500 (iki min beş yüz) manatını Şirvan şəhəri ərazisində Şahid6, qalan 5500 (beş min beş yüz) manat pulu isə X1rşısında Şahid6 sürücüsü olan qardaşı Şahid7 almaqla, ümumilikdə 8000 (səkkiz min) manat pul və 24000 (iyirmi dörd min) manat dəyərində olan “Mercedes Benz EN0” markalı avtomobili ələ keçirmiş, bununla da Zərərçəkmiş şəxs1 vermiş olduğu vədlər üzrə heç bir hərəkət etməyərək, etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan əlavə, Əmirov X24 Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin qərargah bölüyünün komendant taqımının avtomobil manqasının sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən N23-cü ilin may ayında xidmət yoldaşı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X4 ailəsinin yaşadığı ünvan 5 ünvanında yerləşən evi vətəndaş Zərərçəkmiş şəxs2 almaq istədiyini, lakin həmin evin və həyətyanı sahənin faktiki mülkiyyətçisinə məxsusluğu ilə bağlı çıxarışın olmadığını, bu səbəbdən də Zərərçəkmiş şəxs2 alqı-satqı prosedurlarını aparmaq hüququna malik olmaq üçün həmin evə və həyətyanı sahəyə çıxarış əldə etmək istədiyini öyrənib real imkana və səlahiyyətə malik olmadığı, eləcə də həmin məsələnin həllinə köməklik etmək niyyətində olmadığı halda qanunsuz yolla qazanc əldə etmək qərarına gələrək Rəşad Məmmədova həmin işi görə biləcəyini demiş və onu Zərərçəkmiş şəxs2la əlaqələndirməsini xahiş edərək buna nail olmuş, cinayətkar niyyətini reallaşdırmaq məqsədi ilə Zərərçəkmiş şəxs2la aralarında olan söhbətlər zamanı sonuncuya Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətində olan vəzifəli tanışlarının vasitəsi ilə 9000 (doqquz min) manat məbləğində pul müqabilində həmin işi həll edəcəyini, qeyd olunan pulun yarısının əvvəlcədən, qalan pulun isə çıxarışlar hazır olduqdan sonra verilməli olduğunu bildirərək özünə inandırmış, daha sonra N iyul N23-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində Zərərçəkmiş şəxs2 notarial qaydada N00 (iki min) manat məbləğində pul almış, 30 iyul N23-cü il tarixdə isə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 5 saylı xəstəxananın yaxınlığında Zərərçəkmiş şəxs2la yenidən görüşüb istifadəsində olan 550N9** ****7586 nömrəli bank kartına eyni məqsədlə 3000 (üç min) manat məbləğində pul göndərilməsinə nail olaraq qeyd olunan evə və həyətyanı sahəyə çıxarışın əldə edilməsi prosedurunun görülməsi adı altında Zərərçəkmiş şəxs2 ümumilikdə 5000 (beş min) manat məbləğində pul almış, lakin vədi üzrə sonuncunun xeyrinə heç bir hərəkət etməyərək, aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun yaşadığı Qobu qəsəbəsində qonşusu olmuşdur. NN-ci ilin əvvəllərində yaşadığı evlə üzbə-üzdə yerləşən həyət evi satışa çıxarıldığı üçün Zərərçəkmiş şəxs1 ondan həmin evin ona məxsus olub-olmaması barədə soruşduqda Zərərçəkmiş şəxs1 evin ona məxsus olmadığını, lakin evin çox ucuz qiymətə, yəni 13000 manata satdığını demiş, Zərərçəkmiş şəxs1 ona həmin evi birlikdə almalarını təklif etmişdir. O, Zərərçəkmiş şəxs1 əlində 12-13 min manat civarında pul olduğunu, evi aldıqları təqdirdə həmin evi təmir etdirə bilməyəcəyini demiş, Zərərçəkmiş şəxs1 isə ona bankdan 15- N min manat civarında pul götürə biləcəyini, həmin pulla evi təmir etdirə biləcəklərini bildirmişdir. Bununla da, həyət evini birlikdə alıb təmir etdirdikdən sonra evi daha baha qiymətə sataraq, ələ edilmiş gəliri yarıbayarı böləcəklərinə dair razılaşmışlar. Bundan sonra həmin evi NN-ci ilin mart ayının sonlarında 13000 manat müqabilində öz adına almış, həmin pulu 1N00 manatı ona, 1000 manatı isə Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. Evi aldıqdan sonra Zərərçəkmiş şəxs1la birlikdə həmin evi vəsaitləri hesabına təmir etdirmiş və təmirlə birlikdə ümumilikdə təxminən 18000 manat pul xərcləmişlər. Həmin evi 35000 manat müqabilində satıb əldə edilmiş 17000 manat gəliri yarıbayarı bölmək istəmişlər. Qeyd olunan evi aldıqdan sonra, NN-ci ilin mart ayının sonlarında Zərərçəkmiş şəxs1la birlikdə təxminən 7-8 min manat müqabilində “Volkswagen Touareg” markalı avtomobil almışlar. Avtomobilin pulunun təxminən 3000 min manatını o, qalan pulu isə Zərərçəkmiş şəxs1 vermişdir. Həmin avtomobili Zərərçəkmiş şəxs1 razılığı ilə Lökbatan qəsəbəsi ərazisində yerləşən Binə ticarət mərkəzində işləyən Ziyad adlı şəxsə 15000 manata satmağa dair razılaşmışdır. Lakin Ziyad 10000 manat pulun əvəzində “Nissan X-trail” markalı avtomobil vermiş, qalan 5000 manat pulu isə 4 ay müddətində hissə-hissə verəcəyini demişdir. Bundan sonra isə “Volkswagen Touareg” markalı avtmobildə yüngül nasazlıq yarandığından Ziyad onların razılığı ilə ödəməli olduğu 5000 min manat puldan 500 manat çıxaraq qısa müddət ərzində ümumilikdə 4500 manat pulu tam şəkildə Zərərçəkmiş şəxs1 ödəmişdir. Sonradan o, Zərərçəkmiş şəxs1la “Nissan X- trail” markalı avtomobili Sumqayıt şəhəri ərazisində yerləşən avtomobil bazarında 10000 manat müqabilində hazırda adını xatırlamadığı şəxsə satmağa dair razılaşmışdır. Onlar həmin şəxsdən 6000 manat məbləğində pulu nağd şəkildə almış, qalan 4000 manat pulun əvəzinə isə həmin şəxs Zərərçəkmiş şəxs1 adına ümumi etibarnamə əsasında “Nissan Maxima” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobil vermişdir. O, savadsız və avtomobil alqı-satqısı ilə məşğul olmaq üçün tez-tez Gürcüstan Respublikasına getdiyindən qeyd olunan avtomobillərin alqı-satqısı zamanı bütün sənədləşmələr Zərərçəkmiş şəxs1 adına aparılmışdır. Təxminən NN-ci ilin may ayının əvvəllərində yaşadığı Qobu qəsəbəsi ərazisində meyvə-tərəvəz alqı-satqısı ilə məşğul olan Dilman adlı şəxsdən meyvə-tərəvəz alan zaman sonuncu onun avtomobil alqı-satqısı ilə məşğul olduğunu bilib, özünə məxsus olan “Volkswagen Jetta” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq istədiyini demişdir. Həmin vaxt “Nissan Maxima” markalı avtomobil Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilsə də, avtomobillərin alqı-satqısını o, təşkil etdiyindən həmin avtomobili özü idarə etmişdir. Həmin vaxt Dilman ondan “Nissan Maxima” markalı avtomobillə, özünə məxsus “Volkswagen Jetta” markalı avtomobili dəyişdirmələrini xahiş etmiş, o isə Dilmana “Volkswagen Jetta” markalı avtomobili özünə məxsus olduğunu bildirdiyi 1998-ci il buraxılışlı “Nissan Maxima” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobillə əlavə 1500 manat pul verməsi şərti ilə dəyişdirə biləcəyini demişdir. Sonunda Dilmanla əlavə olaraq 500 manat verməsi ilə razılaşmışdır. Bundan sonra Dilman ona ümumi etibarnamə vermiş və onlar yenidən Lökbatan qəsəbəsi ərazisində “Lökbatan dairəsi” adlanan ərazidə görüşmüşlər və Dilmanla razılaşdıqları 500 manat pulu ona vermis onlar birlikdə Lökbatan qəsəbəsi ərazisində yerləşən notariuslardan birinə getmiş və orada Zərərçəkmiş şəxs1 zəng edərək notariusa gəlib “Nissan Maxima” markalı avtomobilə görə etibarnamə verməsini istəmişdir. Zərərçəkmiş şəxs1 etiraz etmədən notariusa gəlmiş və orada Dilmanın hazırda adını xatırlamadığı qohumunun adına “Nissan Maxima” markalı avtomobilə görə ümumi etibarnamə vermişdir. O, sonradan Dilmanın ona verdiyi 500 manat pulu Zərərçəkmiş şəxs1 vermiş, bir müddət sonra isə “Volkswagen Jetta” markalı avtomobili digər tanışı Şahid2 məxsus olan “Opel Astra” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəyişdirmişdir. Sonra həmin “Opel Astra” markalı avtomobili 6000 manat müqabilində hazırda adını xatırlamadığı şəxsə satmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs1 Lökbatan qəsəbəsi ərazisində yerləşən “Xəyal” kafesinin sahibi Şahid4 “Lexus” markalı avtomobilini satdığını, həmin avtomobili ucuz qiymətə alıb normal qiymətə sata biləcəklərini demiş, Zərərçəkmiş şəxs1 isə onunla razılaşmışdır. Onlar hər biri 7500 manat olmaqla pul qoyub ümumilikdə 15000 manat pul düzəldərək NN-ci ilin may ayının əvvəllərində “Xəyal” kafesinin sahibi Şahid4 16500 manat müqabilində “Lexus” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobili almağa dair razılaşmışlar və o, 15000 manat pulu Zərərçəkmiş şəxs1 iştirakı ilə Şahid4 vermişdir. Həsənə qalan pulu özünün verəcəyini demiş və təxminən bir həftə sonra 1500 manat pulu şəxsi vəsaiti hesabına Həsənə vermişdir. Bundan bir müddət sonra, təxminən NN-ci ildə aldıqları evə müştəri gəlmiş və onlar evi 27000 manat müqabilində satmışlar və əldə etdikləri gəlirin 1600 manat pulu Zərərçəkmiş şəxs1 götürmüşdür. Evi satdıqdan sonra digər müştərisi ondan Gürcüstan Respublikasından avtomobil almasını istədiyindən o, Gürcüstan Respublikasına getmiş, orada olan zaman ucuz qiymətə 4 ədəd avtomobil tapdığından “Whatsapp” mobil tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs1 zəng edərək istədiyi təqdirdə həmin avtomobilləri ala biləcəklərini və Azərbaycan Respublikasına gətirib yaxşı qiymətə sata biləcəklərini demişdir. O, Zərərçəkmiş şəxs1la Gürcüstan Respublikasına getməzdən əvvəl orada olan zaman ucuz qiymətə avtomobil tapdığı halda Azərbaycan Respublikasına göndərəcəyinə dair razılaşmışdır. O, bu barədə Zərərçəkmiş şəxs1 dedikdə Zərərçəkmiş şəxs1 ilk öncə onun təklifi ilə razılaşsa da, sonradan bu fikrindən daşındığından həmin avtomobilləri almamış, bu səbəbdən avtomobillərə beh kimi verdiyi 500 dollar əldən çıxmışdır və əliboş şəkildə Azərbaycan Respublikasına qayıtmışdır. O, Zərərçəkmiş şəxs1la “Lexus” markalı avtomobili satmaq üçün Badamdar qəsəbəsi ərazisində yerləşən avtomobil bazarına aparmışdır. Orada avtomobili Masallı rayonundan olan iki qardaş almaq istədiklərini, lakin avtomobili növbəti həftənin bazar günü alacaqlarını demişlər. Həmin vaxt o, Masallı rayonundan olan iki qardaşa əllərində “Toyota Prado” markalı avtomobilin də olduğunu deyərək həmin avtomobilin mobil telefonunda olan şəkillərini Yusif və Əli adlı iki qardaşa göstərmiş, həmin vaxt “Toyota Prado” markalı avtomobil Zərərçəkmiş şəxs1 evinin həyətində olmuşdur. Bundan sonra Yusif və Əli adlı qardaşlar “Toyota Prado” markalı avtomobilə Zərərçəkmiş şəxs1 evinin həyətində baxmışlar. Daha sonra onlar həmin şəxslərə “Lexus” markalı avtomobili 17000 manata, “Toyota Prado” markalı avtomobili isə 33000 manata satacaqalarını demiş, lakin həmin şəxslər “Toyota Prado” markalı avtomobili daha ucuz qiymətə almaq istədiklərindən sövdələşmələri baş tutmamışdır. Bir neçə gün sonra Yusif və Əli adlı qardaşlar yenidən Bakı şəhərinə gələrək onlarla görüşmüş və birlikdə Lökbatan qəsəbəsinə gedərək orada olan kafelərdən birində yemək yemişlər. Bir qədər danışıqlardan sonra onlar “Lexus” markalı avtomobili 17000 manata, “Toyota Prado” markalı avtomobili isə 31500 manata Masallı rayonundan olan iki qardaşa satmağa dair razılaşmışlar. Hər iki avtomobilin 48500 manat məbləğində pulunun müqabilində Yusif və Əli onlara “BMW F10” markalı avtomobili 27000 manatın əvəzində verəcəklərini, 21500 manat pulu isə nağd şəkildə verəcəklərini demişlər. Həmin gün birlikdə Masallı rayonuna getmiş və orada həmin qardaşlardan biri “BMW F10” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ümumi etibarnamə əsasında, həmçinin 21000 manat pulu nağd şəkildə Zərərçəkmiş şəxs1 verərək qalan 500 manat pulu isə daha sonra verəcəklərini bildirmişlər. Bundan sonra Zərərçəkmiş şəxs1la birlikdə Bakı şəhərinə qayıtmış, həmin vaxtdan “BMW F10” markalı avtomobil onun istifadəsində olmuşdur. Təxminən NN-ci ilin iyun ayının əvvəllərində o, ailə üzvləri ilə birlikdə Şirvan şəhərində yaşayan qardaşı Şahid7 evinə qonaq getmiş, həmin vaxt o, qardaşı Şahid7 evinə getməzdən əvvəl qardaşının yanında sürücüsü kimi işlədiyi Şahid6 evinə gedərək həmin avtomobili daha əvvəllər ondan “BMW F10” markalı avtomobil istəyən sonuncunun oğlu Şahid5 göstərmək qərarına gəlmişdir. O, “BMW F10” markalı avtomobili Şahid5 göstərmiş, Şahid5 avtomobili bəyəndiyindən o, sonuncunun atası Şahid6la danışaraq sonuncu ilə avtomobili 3N00 manata satacağına dair razılaşmış, həmçinin Şahid6 qeyd olunan pulun 24000 manatının əvəzinə Faiqin “Mercedes Benz” markalı avtomobilini, qalan 8000 manat pulu isə nağd şəkildə ona verəcəyinə dair razılaşmışdır. O, Bakı şəhərinə qayıtdıqdan sonra Zərərçəkmiş şəxs1 “Şirvan şəhərində qardaşının müdirinin oğlu BMW F10-U bəyənib, 3N00 manata razılaşdığını Zərərçəkmiş şəxs1 bildirdikdə sonuncu onunla razılaşmışdır. 28 iyun NN-ci il tarixdə o, “BMW F10” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1la birlikdə Şirvan şəhərinə gəlmiş və orada Şahid5la görüşmüşdür. Onlar birlikdə Şirvan şəhərində 4 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə getmiş və orada Zərərçəkmiş şəxs1 “BMW F10” markalı avtomobili Şahid5 adına rəsmiləşdirmişdir. Lakin həmin vaxt Zərərçəkmiş şəxs1 nə ondan, nə də Şahid5 hər hansı pulun verilib-verilməməsi barədə heç bir söz soruşmamışdır. Bundan sonra onlar birlikdə Şahid5 ona “Mercedes Benz” markalı avtomobilə görə ümumi etibarnamə verməsi üçün Şirvan şəhəri ərazisində yerləşən notariuslardan birinə getmələrinə baxmayaraq, həmin vaxt nahar fasiləsi olduğundan Şahid5 ona ümumi etibarnamə verə bilməmişdir. Daha sonra qardaşı Şahid7 Şahid6 göndərdiyini deyərək ona nahar etmələri üçün 100 manat pul vermiş və onlar birlikdə Şirvan şəhərində yerləşən “Ay işığı” restoranına getmişlər. Restoranda olan zaman Zərərçəkmiş şəxs1 nə Şahid5, nə də ondan avtomobilin pulunun verilib-verilməməsinə dair heç bir söz soruşmamış, yalnız orada olan zaman Şahid5 “Mercedes-ə görə etibarnaməni kimə verəcəm?” deyə soruşduqda Zərərçəkmiş şəxs1 əli ilə onu göstərərək etibarnamənin ona verilməli olduğunu bildirib, bununla da aralarında olan şəriklik münasibətinin yekunlaşacağını demişdir. Yemək yedikdən sonra onlar yenidən Şirvan şəhərində yerləşən notariuslardan birinə getmiş və notariusda Şahid5 “Mercedes Benz” markalı avtomobilə görə ona ümumi etibarnamə vermiş, notariusda olan zaman Zərərçəkmiş şəxs1 “Mercedes Benz” markalı avtomobilə görə ümumi etibarnamənin ona verilməsinə hər hansı bir narazılığını bildirməmişdir. Həmçinin Yusif və Əli adlı qardaşlar Qüdrətə verməli olduqları 500 manat pulu göndərmədiklərindən onun təklifi ilə Zərərçəkmiş şəxs1 qeyd olunan şəxslərə satdıqları “Toyota Prado” markalı avtomobilə görə verdiyi etibarnaməni ləğv etmiş, Şirvan şəhərində olan zaman Yusif və Əli adlı qardaşlar qalan 500 manat pulu da Zərərçəkmiş şəxs1 göndərdiklərinə görə Zərərçəkmiş şəxs1 onun iştirakı ilə elə olduqları notariusda həmin qardaşlara “Toyota Prado” markalı avtomobilə görə yenidən etibarnamə vermişdir. Sonra onlar Şahid5 ayrılaraq Bakı şəhərinə qayıtmışlar. Bir müddət sonra o, Şirvan şəhərinə gedərək Şahid6 ona verməli olduğu 8000 manat pulun 2500 manatını sonuncudan götürmüş, qalan 5500 manat pulu isə qardaşı Şahid7 Şirvan şəhərində yerləşən “X18”nın qarşısında almışdır. O, Gürcüstan Respublikasında maşınların alqı-satqısı ilə məşğul olarkən qazandığı pulla Zərərçəkmiş şəxs1 bankdan götürdüyü kreditini ödəməyə çalışmış, sonradan birlikdə işlərini böyütmək niyyətləri olmuşdur. Özü və oğlu vasitəsilə, Zərərçəkmiş şəxs1 pul vermişdir. Həmçinin, “Xan Çinar” adlı restoranda görüşən zaman şəxsən Zərərçəkmiş şəxs1 dəqiq xatırlamış 11000-1N00 manat məbləğində pul vermişdir. Mülki iddianı qəbul etmir, onun Zərərçəkmiş şəxs1la iş birliyi olmuş, şərikli iş görmüşlər və bu səbəbdən onun əməlində cinayət tərkibi yoxdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3la və Zərərçəkmiş şəxs4la bağlı ona irəli sürülmüş ittiham üzrə qeyd edir ki, o, Təqsirləndirilən şəxs1 təxminən N23-cü ilin may ayından tanımışdır. Təqsirləndirilən şəxs1 onun Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yaşadığı yerdə qonşu olmuşdur. Onun Təqsirləndirilən şəxs1la ilk öncə qonşuluq münasibəti, sonradan aralarında dostluq münasibəti yaranmışdır. O, Təqsirləndirilən şəxs1 Müdafiə Nazirliyinin hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi tanımışdır. Təqsirləndirilən şəxs1 onun avtomobil alqı-satqısı ilə məşğul olmasını bildiyi üçün lizinqdə olan avtomobilləri digər şəxslərə ilkin ödənişlə satıb gəlir etmələrini təklif etmiş, o Təqsirləndirilən şəxs1 bu təklifi ilə razılaşmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 ona bu təklifi lizinq işi ilə məşğul olan Etibar adlı tanışına güvənmişdir. O, Etibar adlı şəxsi Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanımışdır. N23-cü ilin oktyabr ayının əvvəllərində o, Təqsirləndirilən şəxs1la söhbət edərkən ona Zərərçəkmiş şəxs3 adlı komandirinin “Kia K5” markalı, N- EG-753 dövlət qeydiyyat nişanlı avtomobilini satmaq istədiyini, həmin avtomobili götürüb lizinqə salaraq ilkin ödənişlə digər şəxsə satıb gəlir əldə etmək istədiyini, bu səbəbdən birlikdə həmin avtomobilə baxmalarını xahiş etmiş, o isə Təqsirləndirilən şəxs1la razılaşmışdır. Bundan sonra Rəşad Zərərçəkmiş şəxs3 zəng edərək avtomobilə baxmaq istədiyini demiş, Zərərçəkmiş şəxs3 isə öz növbəsində avtomobilin yaşadığı Xırdalan şəhərində yerləşən “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksinin ərazisində olduğunu bildirmişdir. Həmin ünvanda onlar Zərərçəkmiş şəxs3la görüşmüş və Təqsirləndirilən şəxs1 onu tanış edərək şərik olduğunu demişdir. Təqsirləndirilən şəxs1la birlikdə avtomobilə baxan zaman o, Zərərçəkmiş şəxs3 “Kia K5” markalı avtomobilini 17500 manat müqabilində satması üçün Təqsirləndirilən şəxs1 vermək istədiyini öyrənmişdir. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 tanıdığını, ona etibar etdiyini, buna görə heç bir problem olmadığını və maşını götürə biləcəklərini demiş, lakin avtomobili onlara həmin gün verməmişdir. Təxminən üç gün sonra Təqsirləndirilən şəxs1 ona zəng edərək Zərərçəkmiş şəxs3 “Kia K5” markalı avtomobili vermək istədiyini, lakin avtomobili satana qədər Zərərçəkmiş şəxs3 maşınsız qalmaması üçün birlikdə Bakı şəhəri Badamdar qəsəbəsi ərazisində yerləşən avtomobil icarəsi məntəqələrinin birindən “Kia Cerato” markalı, ağ rəngli avtomobil götürərək həmin avtomobillə N nömrəli hərbi hissənin nəzarət buraxılış məntəqəsinin qarşısına getmişlər. Həmin vaxt nəzarət buraxılış məntəqəsinin qarşısına tanımadığı sıravi əsgər gələrək “Kia K5” markalı avtomobilin açarlarını Təqsirləndirilən şəxs1 vermiş, Təqsirləndirilən şəxs1 isə “Kia Cerato” markalı avtomobilin açarlarını həmin əsgərə təqdim etmişdir. Bundan sonra onlar Zərərçəkmiş şəxs3 məxsus olan “Kia K5” markalı avtomobillə yaşadıqları Qobu qəsəbəsi ərazisinə gəlmişlər. Qobu qəsəbəsinə çatan zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 məxsus olan “Kia K5” markalı avtomobili həyat yoldaşının görməsini istəmədiyindən avtomobili onun evinin yaxınlığında yerləşən mağazanın qarşısında saxlamışlar. Təxminən bir gün sonra Təqsirləndirilən şəxs1 ona zəng edərək avtomobil alqı-satqısı ilə məşğul olan digər tanışı Etibar adlı şəxsin vasitəsi ilə avtomobilə müştəri tapdığını, avtomobili həmin müştəriyə göstərməli olduqlarını demişdir. Bu səbəbdən o, Təqsirləndirilən şəxs1la birlikdə həmin gün axşam saatlarında “Xətai” metrostansiyasının qarşısına gedərək orada avtomobili almaq istəyən Bəhruz adlı şəxslə görüşmüşlər. Orada olan zaman Təqsirləndirilən şəxs1 Bəhruz adlı şəxslə həmin avtomobili təxminən 1N00 manata satacağına dair razılaşmış, bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 zəng edərək avtomobili lizinqə sala bilməsi üçün baş etibarnamə verməsini xahiş etmişdir. Bir qədər sonra Zərərçəkmiş şəxs3 zəng edərək özünün də avtomobilə olan ümumi etibarnaməsinin müddətinin bitdiyini, etibarnaməni Gəncə şəhərində yaşayan avtomobilin sənəd üzərində sahibi olan Kamran adlı şəxsdən götürə biləcəklərini demiş, bu səbəbdən onlar “Kia K5” markalı avtomobili Bəhruz adlı şəxsin yaşadığı evin həyətinə aparmışlar. Orada olan zaman Bəhruz dəqiq xatırlamadığı miqdarda pulu beh kimi Təqsirləndirilən şəxs1 vermişdir. Onlar Təqsirləndirilən şəxs1 əvvəlcədən avtomobil icarəsi məntəqələrindən birindən icarəyə götürdüyü “BMW” markalı, qara rəngli avtomobillə Kamran adlı şəxsdən etibarnamə götürmək üçün Gəncə şəhərinə getmişlər və axşam saatlarında Kamranla görüşüb Zərərçəkmiş şəxs3 razılığı ilə ondan Təqsirləndirilən şəxs1 adına “Kia K5” markalı avtomobilə görə ümumi etibarnamə almışlar. Sonra Bakı şəhərinə qayıtmışlar və elə həmin gün, yəni 11 oktyabr N23-cü il tarixdə səhər saatlarında “Kia K5” markalı avtomobili almaq istəyən Bəhruz adlı şəxslə Lökbatan qəsəbəsi ərazisində yerləşən notariuslardan birinin qarşısında görüşüb Təqsirləndirilən şəxs1 Bəhruz adlı şəxsə “Kia K5” markalı avtomobilə görə ümumi etibarnamə vermiş və Bəhruz öz növbəsində “Kia K5” markalı avtomobilə görə verməli olduğu pulun qalanını tam şəkildə Təqsirləndirilən şəxs1 vermiş, həmin vaxt Rəşada zəng gəldiyi üçün o saymaq üçün ona vermiş, sonradan həmin pulu Rəşada qaytarmışdır. Təqsirləndirilən şəxs1 həmin avtomobili Bəhruz adlı şəxsə ümumilikdə 1N00 manata satmış, lakin avtomobilin satılması barədə Zərərçəkmiş şəxs3 heç bir söz deməmişlər. Təqsirləndirilən şəxs1 Etibar adlı tanışı ilə danışarkən avtomobilin lizinqə salına bilməsi üçün nisbətən bahalı maşın seçməsini demiş, həmçinin o, Təqsirləndirilən şəxs1 avtomobil seçərkən ən yüksək komplektasiyada olan avtomobil seçməsini tapşırmışdır. “Turbo.az” avtomobil elanları saytında Rəşad ona buraxılış ili N17-ci il olan “Hyundai SantaFe” markalı avtomobil tapdığını, avtomobilin qiymətinin 35000 manat olduğunu, bu avtomobili almalı olduqlarını demişdir. Rəşad ondan avtomobil sahibi ilə danışmasını xahiş etdiyindən o, həmin avtomobilin Elçin adlı sahibinə zəng edərək, avtomobil alqı-satqısı ilə məşğul olduğunu, “Hyundai SantaFe” markalı avtomobili almaq istəyənin olduğunu, qiyməti biraz aşağı etməsini, həmin şəxsin avtomobili kredit yolu ilə almaq istədiyini dedikdə Zərərçəkmiş şəxs4 maşının Ucar rayonunda olduğunu, Ucar rayonuna gələcəkləri təqdirdə maşının yanında bir daha bu barədə danışa biləcəklərini demişdir. Növbəti gün o, Təqsirləndirilən şəxs1la birlikdə Ucar rayonuna getmələrinə dair razılaşmışdır. Ucar rayonuna getməzdən əvvəl o, Şahid13 adlı tanışına zəng edərək onunla Ucar rayonuna gedə bilib-bilməyəcəyi barədə soruşduqda Səba onunla Ucar rayonuna getməsinə razılıq vermişdir. Bunada sonra o, Təqsirləndirilən şəxs1 yanında Zərərçəkmiş şəxs4 zəng edərək Bakı şəhərindən çıxıb Ucar rayonuna gələcəklərini demiş və Təqsirləndirilən şəxs1la əvvəlcədən icarəyə götürdüyü “BMW” markalı avtomobillə “Binə” ticarət mərkəzinin qarşısında tanışı Şahid13 qızı ilə birlikdə götürmüş, Səbanın qızını Qobu qəsəbəsində yaşadığı evə düşürüb birlikdə Ucar rayonuna Zərərçəkmiş şəxs4ün yaşadığı ünvana getmişlər. Həmin ünvanda Zərərçəkmiş şəxs4 onları qarşılamış və evin həyətində “Hyundai SantaFe” markalı avtomobilə baxmışlar. Həmçinin Zərərçəkmiş şəxs4 yaşadığı evin həyətində əlavə olaraq “Kia Sorento” markalı avtomobil də olmuş və o, Rəşadla birlikdə həmin avtomobilə də baxmışdır. Sonra o, Zərərçəkmiş şəxs4 “Hyundai SantaFe” markalı avtomobili Səbaya almaq istədiklərini, bu səbəbdən avtomobilə Səbanın da baxmalı olduğunu demiş və o, Rəşad və Səba ilə birlikdə yenidən “Hyundai SantaFe” markalı avtomobilə baxaraq avtomobili bəyəndiklərini demiş, Rəşad isə Elçinə bank işçisi olduğunu və avtomobili kreditə saldıqdan sonra pulunu bankdan çıxardıb verəcəklərini bildirmiş və Elçin təkliflə razılaşıb Rəşaddan 500 manat beh almışdır. Növbəti gün, yəni 13 oktyabr N23-cü il tarixdə Bakı şəhərinə gəlməsini və avtomobili Rəşadın adına rəsmiləşdirdikdən sonra bankdan pul götürüb avtomobilin qalan pulunu verəcəklərini demişdir. Elçinlə razılaşdıqdan sonra Bakı şəhərinə yola düşmüşlər və Hacıqabul rayonu ərazisində saxlayıb kafedə yemək yeyən zaman Zərərçəkmiş şəxs4 ona zəng edərək “Hyundai SantaFe” markalı avtomobili digər şəxsə satmağa dair söz verdiyini, lakin “Kia Sorento” markalı avtomobili daha aşağı qiymətə sata biləcəyini demiş, o, bu barədə Rəşada bildirdikdə Rəşad heç bir problem olmadığını, həmin avtomobili ala biləcəklərini demişdir. 13 oktyabr N23-cü il tarixdə Elçin Bakı şəhərinə gəldiyindən o, Rəşadla birlikdə Respublika DYPl-nin inzibati binasının qarşısına gedərək orada Elçinlə görüşmüşdür. Bundan sonra Elçin avtomobilin sənədlərini Rəşada vermiş, Rəşad avtomobili öz adına rəsmiləşdirərək “Kia Sorento” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanını 77- GO-498 nömrəsinə dəyişmişdir. Bundan sonra Elçin avtomobilin pulunu tələb etdikdə Rəşad hansısa tanışına zəng etmiş və tanışı Rəşada bu gün artıq gec olduğunu, növbəti günün şənbə günü olduğunu, maşını yalnız birinci gün banka qoyaraq pul götürməyin mümkün olduğunu demişdir. Daha sonra Rəşad Zərərçəkmiş şəxs4 pulu həftənin birinci günü bankdan götürüb verəcəyini desə də, Zərərçəkmiş şəxs4 onlara inanmayaraq təkidlə pulunu tələb etdiyi üçün o, cibindən 3000 manat pul çıxardıb Rəşada vermiş, Rəşad isə həmin pulun 500 manatını cibinə qoyub 2500 manatını Zərərçəkmiş şəxs4 vermişdir. O, Zərərçəkmiş şəxs4 avtomobili dayanacaqda saxlamalarını, pulu tam şəkildə verdikdən sonra avtomobili dayanacaqdan götürmələrini təklif etmiş, Zərərçəkmiş şəxs4 təkliflə razılaşmışdır. Onlar Zərərçəkmiş şəxs4la görüşən zaman Rəşadın əvvəlcədən Badamdar qəsəbəsi ərazisində yerləşən icarə məntəqələrinin birindən icarəyə götürdüyü “Mercedes Gelandewagen” markalı avtomobillə getmiş, avtomobili Rəşad idarə etmiş, o isə alqı-satqıdan sonra “Kia Sorento” markalı avtomobilin sükanına əyləşmişdir. Zərərçəkmiş şəxs4 və həyat yoldaşı onunla birlikdə “Kia Sorento” markalı avtomobilə əyləşmişlər və onlar “Kia Sorento” markalı avtomobili “Sədərək” ticarət mərkəzinin yaxınlığında yerləşən dayanacaqda saxlayaraq avtomobilin açarını orada olan nəzarətçiyə vermişlər. Bundan sonra Elçini və həyat yoldaşını “Mercedes Gelandewagen” markalı avtomobillə “Memar Əcəmi” metrostansiyası yaxınlığında düşürdərək Rəşadla ayrılmışlar. 14 oktyabr N23-cü il tarixdə Rəşad ona zəng edərək birlikdə Biləcəri qəsəbəsinə getmələrini xahiş etmiş, o isə Rəşadın xahişi ilə sonuncu ilə birlikdə “Sədərək” ticarət mərkəzinin yaxınlığında yerləşən avtomobil dayanacağına gedib dayanacaqdan “Kia Sorento” markalı avtomobili götürərək Biləcəri qəsəbəsinə getmişlər. Həmin vaxt o, Rəşaddan Zərərçəkmiş şəxs4la məsələnin nə yerdə qalması barədə soruşduqda, Rəşad ona həmin məsələnin həll olunduğunu demişdir. Biləcəri qəsəbəsi ərazisində “Armi” marketin yaxınlığında Şahid16 və Şahid15 adlı iki nəfərlə görüşmüş və Rəşad həmin şəxslərə “Kia Sorento” markalı avtomobili 29000 manata satmağa dair razılaşmışdır. Şahid15 avtomobilin texniki pasportuna baxan zaman cəmi bir gün öncə avtomobilin Rəşadın adına rəsmiləşdirildiyini görüb nə üçün satmaq istədiyini soruşduqda Rəşad avtomobili bəyənmədiyi üçün satdığını demişdir. Təqsirləndirilən şəxs1 avtomobili Şahid15 təhvil vermiş, lakin Rüfət və Şahid15 heç bir pul almamışlar. Növbəti gün, yəni 15 oktyabr N23-cü il tarixdə o, Rəşadla birlikdə Şahid15 Sumqayıt şəhərində yerləşən avtosalonuna gedərək sonuncudan onlara pul verməsini istədikdə Şahid15 hazırda üzərində pul olmadığını bildirdiyindən onlar Şahid15la birlikdə sonuncunun Saray qəsəbəsində yaşadığı ünvana getmişlər. Orada Asif yaşadığı evdən hazırda məbləğini xatırlamadığı miqdarda pul götürərək Rəşada vermişdir. 16 oktyabr N23-cü il tarixdə əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs1la birlikdə sonuncunun əvvəlcədən icarəyə götürdüyü “Mercedes Gelandewagen” markalı avtomobillə Sumqayıt şəhər DYPİ-nə getmiş, Sumqayıt şəhər DYPİ-nə çatdıqda Şahid15 və Şahid16 artıq orada olduqlarını görmüşdür. Bundan sonra Rəşad avtomobili Şahid15 adına rəsmiləşdirmiş, avtomobili Şahid15 adına rəsmiləşdirdikdən sonra Şahid15 pulun qalan hissəsini Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 “Kia K5” markalı və Zərərçəkmiş şəxs4 “Kia Sorento” markalı avtomobillərinin satışından əldə etdiyi puldan ona heç bir pul verməmişdir. Yaşadıqları ünvana qayıtdıqdan sonra elə həmin gün, yəni 16 oktyabr N23-cü il tarixdə axşam saatlarında Rəşad ona Zərərçəkmiş şəxs3 artıq onu bezdirdiyini, pulunun və ya avtomobilinin qaytarılmasını istədiyini, bu səbəbdən Zərərçəkmiş şəxs3 pul verməli olduğunu demişdir. Rəşad Zərərçəkmiş şəxs3 zəng edərək sonuncu ilə görüşmək istədiyini dedikdə Zərərçəkmiş şəxs3 hazırda hərbi hissədə cavabdeh olduğunu, bu səbəbdən hərbi hissədən çıxa bilmədiyini, buna görə hərbi hissənin ərazisində görüşmələrini təklif etmiş, bu səbəbdən o, Təqsirləndirilən şəxs1la 16 oktyabr N23-cü il tarixdə Təqsirləndirilən şəxs1 əvvəlcədən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən avtomobil icarəsi məntəqələrinin birindən icarəyə götürdüyü “BMW” markalı avtomobillə Zərərçəkmiş şəxs3la görüşməyə getmişdir. Həmin vaxt avtomobili Rəşad idarə etmişdir. Onlar N nömrəli hərbi hissə istiqamətində hərəkətdə olan zaman Təqsirləndirilən şəxs1 ona Zərərçəkmiş şəxs3 “Kia K5” markalı avtomobili satdıqlarını deməmələrini təklif etmiş, o isə Rəşadın bu təklifi ilə razılaşmışdır. Təqsirləndirilən şəxs1la birlikdə N nömrəli hərbi hissəyə gedərək hərbi hissənin nəzarətburaxılış məntəqəsinin qarşısında Zərərçəkmiş şəxs3la görüşmüşlər. Zərərçəkmiş şəxs3la danışarkən Rəşad pulun yarısını verəcəklərini, avtomobili hələ sata bilmədiklərini, pulun qalanını isə “Kia K5” markalı avtomobili bankda kreditə saldıqdan sonra verəcəklərini deyərək cibindən 8000 manat məbləğində pul vəsaitini çıxarıb Zərərçəkmiş şəxs3 vermişdir. Həmin vaxt o, cibindən 2-3 min manat civarında pul çıxarıb Zərərçəkmiş şəxs3 göstərərək “Anar, bax pul var, amma bu pulu o biri maşınları oformit eləmək üçün özümdə saxlamışam. O biri maşınları oformit eləyim sənin pulunu Rəşad verəcək” demişdir. Zərərçəkmiş şəxs3 isə həmin 8000 manat pulu götürərək onunla razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 ona Gürcüstan Respublikasında iki ədəd avtomobili olduğunu, həmin avtomobilləri gətirib Azərbaycan Respublikasında yaxşı qiymətə sata biləcəklərini, bu səbəbdən birlikdə Gürcüstan Respublikasına getmələrini təklif etmiş, o isə Təqsirləndirilən şəxs1 bu təklifi ilə razılaşmışdır. N oktyabr N23-cü il tarixdə Təqsirləndirilən şəxs1 ordu sıralarından tərxis olunmuş və elə həmin gün o, Təqsirləndirilən şəxs1la birlikdə Gürcüstan Respublikasına getmişdir. Lakin o, Təqsirləndirilən şəxs1la birlikdə Gürcüstan Respublikasına getdikdən bir müddət sonra Zərərçəkmiş şəxs3 onunla əlaqə saxlayaraq avtomobilinin qalan pulu barədə soruşduqda müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa çalışmış, avtomobilin bundan sonrakı taleyi barədə isə heç bir məlumatı olmamışdır. Hazırda Zərərçəkmiş şəxs3 söz verdiyi üçün ziyanın yarısını, yəni onun üzərinə düşən məbləği tam ödəmiş, onunla barışmışdır. Zərərçəkmiş şəxs4la bağlı hissədə onun üzərinə düşən 16000 manatdan 8000 manatını ödəmiş, mülki iddianı qismən qəbul edir və qalan 8000 manatı ödəmək fikirindədir. Məhkəmədən cəza təyin edərkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah bölüyünün komendant taqımının avtomobil manqasının sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən N23-cü ilin may ayının ortalarında onunla eyni hərbi hissədə xidmət edən əsgər X11 ilə aralarında olan söhbət zamanı Rəşad Məmmədov ona ailəsinin yaşadığı ünvan 5 ünvanında yerləşən evi Zərərçəkmiş şəxs2 satmaq istədiyini, lakin həmin evin və həyətyanı sahənin faktiki mülkiyyətçisinə məxsusluğu ilə bağlı çıxarışı olmadığından evin alqı- satqı prosedurlarını həyata keçirə bilmədiyini demişdir. O, Rəşad Məmmədova 5000 manat pul müqabilində evə və həyətyanı sahəyə çıxarış əldə etməsi məsələsində köməklik edə biləcəyini deyərək X31 Süleymanovla tanış etməsini istəmiş, lakin Rəşad Məmmədov onunla razılaşmayaraq özünün danışmalı olduğunu bildirmişdir. Təxminən 3 gün sonra Rəşad Məmmədov ona Zərərçəkmiş şəxs2 ad və soyadlı şəxsin mobil nömrəsini vermiş, o Zərərçəkmiş şəxs2 zəng edərək Rəşad Məmmədovun dediyi şəxs olduğunu, evə və həmin evin həyətyanı sahəsinə çıxarışı düzəldəcəyini demiş, Zərərçəkmiş şəxs2 isə onunla görüşüb söhbət etmək istədiyini bildirdikdə sonuncu ilə “Elmlər” metrostansiyasının yaxınlığında yerləşən “Yaşıl” adlı kafedə görüşmüş, evə və həyətyanı sahəsinə çıxarışın alınması üçün 10000 manat pul lazım olduğunu, lakin Zərərçəkmiş şəxs2 üçün 9000 manat müqabilində həll edə biləcəyini bildirmişdir Zərərçəkmiş şəxs2 təkliflə razılaşaraq pulun yarısını əvvəlcədən, qalan pulu isə çıxarışlar hazır olduqdan sonra ona verəcəyini demişdir. Əldə olunmuş razılığa əsasən N iyul N23- cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində, 9 saylı notariusun yaxınlığında Zərərçəkmiş şəxs2la görüşmüş, həmin vaxt Zərərçəkmiş şəxs2 ona N00 manat pul verəcəyini, lakin həmin pulu ona notarius qaydasında vermək istədiyini bildirmiş, o razılaşaraq sonuncudan notarius qaydasında N00 manat məbləğində pul almışdır. Bir müddət sonra o, Zərərçəkmiş şəxs2 zəng edərək N00 manat pulun az olduğunu, əlavə olaraq 3000 manat pul da verməli olduğunu bildirdiyindən Zərərçəkmiş şəxs2 30 iyul N23-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 5 saylı xəstəxananın yaxınlığında onunla yenidən görüşmüşdür. Görüş zamanı Zərərçəkmiş şəxs2 onun istifadəsində olan bank kartına 3000 manat pul göndərmişdir. O, Zərərçəkmiş şəxs2 ümumilikdə 5000 manat pul almışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3la və Zərərçəkmiş şəxs4la bağlı ona irəli sürülmüş ittiham üzrə qeyd edir ki, o, Təqsirləndirilən şəxs2 təxminən N23-cü ilin may ayından qonşu kimi tanımışdır. Əvvəlcədən Təqsirləndirilən şəxs2la qonşuluq münasibəti olsa da, sonradan aralarında dostluq münasibəti yaranmışdır. O, Təqsirləndirilən şəxs2 maşın alverçisi kimi tanımış, Təqsirləndirilən şəxs2 onun da maşın al-verindən anlayışı olduğunu bildiyi üçün onunla söhbət edərkən pul tapa biləcəyi təqdirdə al-ver edərək yaxşı pul qazana biləcəklərini demişdir. N23- cü ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs2 ona 10-15 min manat pul tapmasını, bu yolla birlikdə avtomobil alqı-satqısı ilə məşğul olaraq gəlir əldə etmələrini təklif etmiş, o, Təqsirləndirilən şəxs2 avtomobilləri alıb lizinqə salaraq lizinq şirkətindən pul götürüb maşın sahiblərinə vermələrini, daha sonra isə həmin lizinqdə olan avtomobilləri digər şəxslərə ilkin ödənişlə satıb gəlir etmələrini təklif etmiş, Təqsirləndirilən şəxs2 təkliflə razılaşmışdır. O, Təqsirləndirilən şəxs2 lizinq işi ilə məşğul olan tanışı Şahid17 köməklik edə\cəyini bildirmişdir. Həmin ərəfədə N nömrəli hərbi hissənin artilleriya divizionunun komandiri vəzifəsində xidmət etmiş Zərərçəkmiş şəxs3 onun əlaqələri olduğunu və avtomobil alqı-satqısı ilə məşğul olduğunu bildiyi üçün hərbi hissənin ərazisində olarkən ona yaxınlaşıb “Kia K5” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilini 17500 manat məbləğində pul müqabilində satmaq istədiyini bildirmiş, o Zərərçəkmiş şəxs3 avtomobili baha qiymətə satacağı halda, qalan pulu özünə götürə biləcəyini demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlayaraq hazırki məsələ barədə sonuncuya bildirdikdə Təqsirləndirilən şəxs2 ona Zərərçəkmiş şəxs3 avtomobilinə birlikdə baxmalarını təklif etdiyindən o, Zərərçəkmiş şəxs3 zəng edərək avtomobilə baxmaq istədiyini demiş və hərbi hissənin nəzarət-buraxılış məntəqəsinin qarşısında Zərərçəkmiş şəxs3la görüşmüş, həmin vaxt Təqsirləndirilən şəxs2 da orada olmuş və olduqları yerə özünə məxsus olan “Mercedes” markalı avtomobillə gəlmişdir. Görüş zamanı o, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 özünün şəriki kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs3 məxsus olan “Kia K5” markalı avtomobilə baxdıqdan sonra Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 Narahat olma 5-6 maşın hazırda olduğundan, 3-4 günə pulun veriləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs3 isə heç bir problem olmadığını, lakin özünə avtomobilin lazım olduğunu, avtomobili hələ verə bilməyəcəyini qeyd etmişdir. Bir neçə gün sonra o, yenidən Zərərçəkmiş şəxs3 zəng edərək avtomobili satmaq üçün verməsini bildirdikdə, Zərərçəkmiş şəxs3 avtomobilin hələ özünə lazım olduğunu demiş, bu zaman o, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs2la birlikdə bir daha avtomobilə baxmaq üçün olduğu yerə gəlmək istədiklərini bildirmiş, Zərərçəkmiş şəxs3 onunla razılaşaraq “Whatsapp” mobil tətbiqi vasitəsi ilə ona olduğu yerin ünvanını göndərmişdir. Həmin gün günorta saatlarında o, Təqsirləndirilən şəxs2la sonuncunun istifadəsində olan “Mercedes” markalı avtomobillə Zərərçəkmiş şəxs3 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Gənclər şəhərciyi - Tikinti körpüsü” yaşayış massivinə getmiş və Zərərçəkmiş şəxs3la görüşmüşlər. Qeyd olunan ünvanda Təqsirləndirilən şəxs2la birlikdə yenidən “Kia K5” markalı avtomobilə baxdıqdan sonra Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 avtomobili ona verməsini, narahat olmamasını, avtomobili sataraq pulunu verəcəklərini bildirmiş, Zərərçəkmiş şəxs3 isə onu tanıdığını, etibar etdiyini və maşını götürə biləcəklərini demişdir. Növbəti gün iş vaxtı bitdikdən sonra Zərərçəkmiş şəxs3 ona avtomobili satmaq üçün götürə biləcəklərini demiş, o da öz növbəsində Təqsirləndirilən şəxs2 zəng edərək Zərərçəkmiş şəxs3 avtomobili satmaq üçün ona vermək istədiyini, avtomobili götürübgötürməməsi barədə soruşduqda Təqsirləndirilən şəxs2 ona avtomobili götürməsini, heç bir problem olmayacağını demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs2la birlikdə Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən avtomobil icarəsi məntəqələrinin birindən “Kia Cerato” markalı, ağ rəngli avtomobil icarəyə götürərək həmin avtomobillə hərbi hissənin nəzarət-buraxılış məntəqəsinin qarşısına gəlmiş və Zərərçəkmiş şəxs3 zəng edərək Təqsirləndirilən şəxs2la birlikdə hərbi hissənin nəzarət-buraxılış məntəqəsinin qarşısında olduqlarını, avtomobili satılana qədər piyada qalmaması üçün başqa bir avtomobil gətirdiklərini demişdir. Bir qədər sonra tanımadığı əsgər rütbəli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu hərbi hissənin nəzarət-buraxılış məntəqəsinin qarşısına gələrək Zərərçəkmiş şəxs3 “Kia K5” markalı avtomobilinin açarını onlara verərək “Kia Cerato” markalı avtomobilin açarını təhvil almışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs3 avtomobilini Lökbatan qəsəbəsi ərazisində atası Ərşad Əmirovun yaşadığı evin həyətinə qoymuşdur. O, avtomobili banka qoyaraq pul götürmək istədikdə Zərərçəkmiş şəxs3 avtomobili “LPG” (qaz) yanacaq növü ilə işlədiyindən bankların həmin yanacaq növü ilə işləyən maşınlara kreditə pul vermədiyini öyrənmiş, bu səbəbdən Təqsirləndirilən şəxs2la avtomobili nağd şəkildə ucuz qiymətə satmağa dair razılaşmışdır. Buna görə o, avtomobil alqı-satqısı ilə məşğul olan tanışı Şahid17 zəng edərək komandirinin “Kia K5” markalı avtomobilini ona verdiyini, avtomobili satmaq istədiyini, həmin avtomobilə müştəri tapmasına köməklik etməsini xahiş etmiş, Şahid17la danışarkən sonuncuya avtomobilin pulunun bir hissəsini komandirinə verdiyini, lakin komandirinə bir qədər pul borclu olduğunu, qalan pulu bir neçə ay sonra verəcəyini demişdir. Həmin vaxt Şahid17 ondan avtomobili necə satacağını soruşduqda o, sonuncuya komandirinin ona baş etibarnamə verəcəyini, bu yolla avtomobili sata biləcəyini bildirmişdir. Bundan sonra Şahid17 ondan problem yaranmayacağını soruşduqda o, Şahid17 heç bir problem olmayacağını, komandir ilə bu barədə razılaşdıqlarını demişdir. Həmin gün bir qədər sonra Bəhruz Sariyev adlı şəxs ona zəng edərək nömrəni Etibarın verdiyini və avtomobilə baxmaq istədiyini demiş, o, Təqsirləndirilən şəxs2la birlikdə “Kia K5” markalı avtomobili “Xətai” metrostansiyası yaxınlığında Şahid11 göstərmişlər. Orada Təqsirləndirilən şəxs2 Şahid11lə avtomobili 13000 manata satacağına dair razılığa gəlmiş, Bəhruz Sariyev avtomobili bəyəndiyini və almaq istədiyini demiş, buna görə o, Zərərçəkmiş şəxs3 zəng edərək “Whatsapp” mobil tətbiqi vasitəsi ilə bir nəfərin şəxsiyyət və sürücülük vəsiqələrinin şəkillərini göndərəcəyini, sonuncunun həmin şəxsə baş etibarnamə verməli olduğunu demişdir. Onlar Zərərçəkmiş şəxs3 avtomobili ucuz qiymətə satacaqları barədə heç nə deməmişdir. Zərərçəkmiş şəxs3 ondan həmin şəxsin kim olduğunu və nəyə görə həmin şəxsə baş etibarnamə verməli olduğu barədə soruşduqda o, cavab olaraq avtomobili satmaq üçün avtosalona qoymalı olduqlarını, alqı-satqı ilə bağlı prosedurların daha rahat şəkildə icra edilməsi üçün baş etibarnamə verməli olduğunu demiş, Zərərçəkmiş şəxs3 özünün baş etibarnaməsinin olmadığını, avtomobilin mülkiyyətçisinin Gəncə şəhər sakini Şahid10 adlı şəxs olduğunu, baş etibarnaməni həmin şəxsdən almalı olduğunu demişdir. O, Təqsirləndirilən şəxs2la birlikdə vəziyyət barədə Şahid11 məlumatlandırmış və avtomobilə baş etibarnamə aldıqdan sonra avtomobili sata biləcəklərini demiş, bu şəbədən “Kia K5” markalı avtomobili Şahid11 yaşadığı evin həyətinə aparmışlar. Bəhruz Sariyev məbləği dəqiq xatırlamadığı miqdarda pulu beh kimi Təqsirləndirilən şəxs2 vermişdir. 10 oktyabr N23-cü il tarixdə Təqsirləndirilən şəxs2la birlikdə icarəyə götürdüyü “BMW” markalı avtomobillə Gəncə şəhərinə getmiş, Gəncə şəhərində Şahid10 “Kia K5” markalı, N-EG- 753 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı 11 oktyabr N23-cü il tarixdə ona baş etibarnamə vermişdir. O, Şahid11 zəng edərək baş etibarnamə götürdüklərini, hazırda avtomobili sata biləcəklərini demişdir. Bundan sonra X28 qəsəbəsi ərazisində yerləşən notariuslardan birinə gəlmiş və o, sonuncuya baş etibarnamə vermişdir. Bəhruz Sariyev verdiyi behdən başqa qalan pulu Təqsirləndirilən şəxs2 vermiş, beləliklə avtomobili Şahid11 ümumilikdə 13000 manata satmışlar. Zərərçəkmiş şəxs3 “Kia K5” markalı avtomobilini satdıqdan sonra əldə etdikləri pulla maşın alqı-satqısı ilə məşğul olaraq əlavə pul qazanmaq istədiklərindən Asiflə birlikdə “Turbo.az” avtomobil elanları saytında avtomobil axtarmağa başlamışlar. O, Etibar adlı tanışı ilə danışarkən sonuncu ona bankdan yüksək məbləğdə pul götürə bilməsi üçün avtomobil seçərkən ən yüksək komplektasiyada olan avtomobil seçməsini tapşırmışdır. “Turbo.az” avtomobil elanları saytında axtarış etdikdən sonra Asif ona buraxılış ili N17-ci il olan “Hyundai SantaFe” markalı avtomobil tapdığını, avtomobilin qiymətinin 37000 manat olduğunu, bu avtomobili almalı olduqlarını demişdir. Sonra Asif ona avtomobil sahibinə zəng etməsini, bank işçisi olduğunu, avtomobili kredit yolu ilə alacağını deməsini təklif etsə də, o, Təqsirləndirilən şəxs2 bu təklifi ilə razılaşmayaraq Asifin özünün avtomobil sahibi ilə danışmasını demiş, bundan sonra Təqsirləndirilən şəxs2 onun mobil telefonu ilə “Hyundai SantaFe” markalı avtomobilin sahibi Zərərçəkmiş şəxs4 adlı şəxsə zəng edərək avtomobili almaq istədiyini, qiyməti biraz aşağı etməsini, lakin maşını kreditlə almaq istədiyini dedikdə Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs2 maşını kreditlə satmayacağını, maşının Ucar rayonunda olduğunu, Ucar rayonuna gələcəkləri təqdirdə maşının yanında bir daha bu barədə danışa biləcəklərini demişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs2 onun yanında özünün mobil telefonundan Zərərçəkmiş şəxs4 zəng edərək təxminən yarım saata Bakı şəhərindən çıxıb Ucar rayonuna gələcəklərini demişdir. Asif ona bir daha özünü avtomobilin sahibinə bank işçisi kimi təqdim etməsini tapşırmış və mobil telefonla tanışı Şahid13 zəng edərək Ucar rayonuna gedəcəyini, vaxtı varsa birlikdə rayona getməyi təklif etmiş, Şahid13 isə razılaşmışdır. O, Təqsirləndirilən şəxs2 nəyə görə Səbanı özü ilə Ucar rayonuna aparmaq istəməsi barədə soruşduqda Asif ona “yolda darıxmamaq üçün” demişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 onunla birlikdə “Binə” ticarət mərkəzinin yaxınlığında, Lökbatan qəsəbəsi istiqamətində gedən yolun üzərindən Şahid13 götürmüş və birlikdə Ucar rayonuna yola düşmüşlər. Ucar rayonuna çatmağa az qalmış Asif Səbanı avtomobilin sahibinə müştəri kimi, özünü avtomobil alverçisi kimi təqdim edəcəyini, onun isə avtomobil sahibinə özünü bank işçisi kimi təqdim etməsini, guya Asifin avtomobili Səbaya kredit yolu ilə satacağını deməsini tapşırmışdır. Ucar rayonuna çatdıqdan sonra Zərərçəkmiş şəxs4 yaşadığı ünvana getmişlər. Həmin ünvana çatan kimi Asif ona 500 manat pul verərək həmin pulu Elçinə verməsini tapşırmışdır. O və Təqsirləndirilən şəxs2 birlikdə Zərərçəkmiş şəxs4 yaşadığı evin həyətində “Hyundai SantaFe” markalı avtomobilə baxmışlar. Zərərçəkmiş şəxs4 yaşadığı evin həyətində əlavə olaraq “Kia Sorento” markalı avtomobil də olmuş və o, Asiflə birlikdə həmin avtomobilə də baxmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs4 “Hyundai SantaFe” markalı avtomobili Səba adlı qadına almaq istədiklərini, bu səbəbdən avtomobilə Səbanın da baxmalı olduğunu demiş və o, Asif və Səba ilə birlikdə yenidən “Hyundai SantaFe” markalı avtomobilə baxaraq avtomobili bəyəndiklərini deyib Zərərçəkmiş şəxs4la avtomobili 35000 manata alacaqlarına dair razılaşmışlar. Bundan sonra isə o, Elçinə bank işçisi olduğunu və avtomobili kreditə saldıqdan sonra pulunu bankdan çıxardıb verəcəklərini demişdir. Elçin bu təkliflə razılaşdıqdan sonra Asif ona Elçinə 500 manat beh verməsini demiş, o da öz növbəsində Elçinə 500 manat pul vermişdir. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs4 növbəti gün, yəni 13 oktyabr N23-cü il tarixdə Bakı şəhərinə gəlməsini və avtomobili onun adına rəsmiləşdirdikdən sonra bankdan pul götürüb avtomobilin qalan 34500 manatını verəcəyini bildirmişdir. Elçin razılaşdıqdan sonra Bakı şəhərinə geri qayıtmaq üçün yola düşmüşlər. Yolda olarkən Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs2 zəng edərək “Hyundai SantaFe” markalı avtomobili digər şəxsə satdığını, lakin “Kia Sorento” markalı avtomobili də eyni qiymətə, yəni 35000 manata sata biləcəyini demiş, Asif isə öz növbəsində Elçinə heç bir problem olmadığını, həmin avtomobili ala biləcəklərini bildirmişdir. 13 oktyabr N23cü il tarixdə Elçin ona zəng edərək Bakı şəhərində Respublika DYPİ-nin inzibati binasının qarşısında gözlədiyini dediyindən o, Asif ilə birlikdə həmin ünvana getmişdir. Orada olan zaman Elçin avtomobili onun adına rəsmiləşdirmək istəmədiyini bildirdikdə Asif ona Elçinlə özünün danışacağını demişdir. Həmin vaxt o, DYPİ-nin inzibati binasının texniki baxış şöbəsində gözləmiş, Elçin ilə Asif danışmışdır. Bir qədər sonra Elçin avtomobilin sənədlərini ona vermiş və o, avtomobili öz adına rəsmiləşdirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 təklifi ilə “Kia Sorento” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanını **-GO-*** nömrəsinə dəyişdirmişdir. Bundan sonra Elçin avtomobilin pulunu tələb etdikdə o, Etibar adlı tanışına zəng etmiş və Etibar ona bu gün artıq gec olduğunu, növbəti günün şənbə günü olduğunu, maşını yalnız birinci gün banka qoyaraq pul götürməyin mümkün olduğunu demişdir. Həmin vaxt o, Etibarla səsucaldan vasitəsi ilə danışmış və Etibarın dediklərini Elçin, Elçinin həyat yoldaşı və Təqsirləndirilən şəxs2 eşitmişlər. Bundan sonra o, Zərərçəkmiş şəxs4 pulu həftənin birinci günü bankdan çıxardıb verəcəyini demiş, Zərərçəkmiş şəxs4 isə inanmayaraq təkidlə pulunu tələb etdiyi üçün Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs4 əlavə 2500 manat pul verib avtomobili dayanacaqda saxlamalarını, pulu tam şəkildə verdikdən sonra avtomobili dayanacaqdan götürmələrini təklif etmiş, Zərərçəkmiş şəxs4 isə Təqsirləndirilən şəxs2 bu təklifi ilə razılaşmışdır. Onlar Zərərçəkmiş şəxs4la görüşə əvvəlcədən Badamdar qəsəbəsi ərazisində yerləşən icarə məntəqələrinin birindən icarəyə götürdükləri “Mercedes Gelandewagen” markalı avtomobillə getmişlər. Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs2 bu təklifi ilə razılaşdıqdan sonra “Mercedes Gelandewagen” markalı avtomobili o, idarə etmiş, Təqsirləndirilən şəxs2 isə “Kia Sorento” markalı avtomobilin sükanına əyləşmişdir. Zərərçəkmiş şəxs4 və sonuncunun həyat yoldaşı da Təqsirləndirilən şəxs2la birlikdə “Kia Sorento” markalı avtomobili “Sədərək” ticarət mərkəzinin yaxınlığında yerləşən dayanacaqda saxlayaraq avtomobilin açarını orada olan nəzarətçiyə vermişlər. Bundan sonra Elçini və həyat yoldaşını “Mercedes Gelandewagen” markalı avtomobillə “Memar Əcəmi” metrostansiyası yaxınlığında düşürdərək Asiflə ayrılmışlar. Sonra o, Asiflə “Kia Sorento” markalı avtomobili sataraq gəlir əldə etmək qərarına gəldiklərindən tanışı Şahid17 zəng edərək həmin avtomobili, banka kreditə salmaq istəmədiyini, nağd şəkildə 3N00 manata satmaq istədiyini demiş, Etibar isə maraqlanıb ona məlumat verəcəyini bildirmişdir. Bir qədər sonra Şahid15 adlı şəxs ona zəng edib nömrəni Etibarın verdiyini deyərək “Kia Sorento” markalı avtomobilə baxmaq istədiyini demiş, bu səbəbdən 14 oktyabr N23-cü il tarixdə Asiflə görüşərək birlikdə “Sədərək” ticarət mərkəzinin yaxınlığında yerləşən avtomobil dayanacağına getmiş, dayanacaqdan avtomobili götürüb Biləcəri qəsəbəsinə getmişlər. Yolda gedərkən Asif ona maşını almaq istəyən şəxsə “Kia Sorento” markalı avtomobilin ona məxsus olduğunu, başqa avtomobil almaq istədiyinə görə hazırki avtomobili satmaq istədiyini deməsini tapşırmışdır. Biləcəri qəsəbəsi ərazisində “Armi” marketin yaxınlığında Şahid16 və Şahid15 adlı iki nəfərlə görüşərək həmin şəxslər ilə avtomobili 29000 manata satacaqlarına dair razılaşmışlar. Görüş zamanı Şahid15 “Kia Sorento” markalı avtomobilin cəmi bir gün əvvəl onun adına rəsmiləşdirildiyini görüb ondan avtomobili nəyə görə satmaq istəməsi barədə soruşduqda o, Şahid15 avtomobili bəyənmədiyini, bu səbəbdən satmaq istədiyini demiş, lakin həmin vaxt Şahid15 heç bir pul almayaraq avtomobili sonuncuya təhvil vermişlər. Növbəti gün, yəni 15 oktyabr N23- cü il tarixdə o, Təqsirləndirilən şəxs2la birlikdə icarəyə götürdükləri “Mercedes Gelandewagen” markalı avtomobillə Şahid15 sahibi olduğu “Mega Cars” avtomobil salonuna gedərək sonuncudan bir qədər pul verməsini xahiş etmişlər. Bu səbəbdən birlikdə “Kia Sorento” markalı avtomobillə Saray qəsəbəsində Şahid15 yaşadığı ünvana getmişlər. Şahid15 yaşadığı ünvandan təxminən 6000 manat pul götürərək ona vermiş və pulun qalanını növbəti gün, yəni 16 oktyabr N23-cü il tarixdə avtomobilin Şahid15 adına rəsmiləşdirilməsi vaxtı verəcəyini bildirmişdir. Razılaşdıqları vaxtda Təqsirləndirilən şəxs2la görüşüb icarəyə götürdüyü “Mercedes Gelandewagen” markalı avtomobillə Sumqayıt şəhər DYPİ-nə getmişdir. Sumqayıt şəhər DYPİ-nə çatdıqda Şahid15 və Şahid16 orada olduqlarını görmüş, avtomobili Şahid16 adına rəsmiləşdirdikdən sonra Təqsirləndirilən şəxs2 yanına qayıtdıqda həmin vaxt Şahid16 “Kia Sorento” markalı avtomobilin içərisində pulu sayaraq Təqsirləndirilən şəxs2 verməsinin şahidi olmuşdur. Bundan sonra Şahid15 və Şahid16 ayrılaraq “Mercedes Gelandewagen” markalı avtomobillə yaşadıqları ünvana qayıtmışlar. Yaşadıqları ünvana qayıtdıqdan sonra Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 avtomobilinin satışından əldə etdikləri pulu özünə verməli olduqlarını deyərək Zərərçəkmiş şəxs3 10000 manat pul vermələrini təklif etmişdir. Təqsirləndirilən şəxs2 isə ona bu məsələyə qarışmamasını, Zərərçəkmiş şəxs3la məsələni özünün həll edəcəyini, Zərərçəkmiş şəxs3 pulun bir hissəsini verib qalan pulu əllərində saxlayıb digər işlər görərək pul qazanıb daha sonra isə qalan pulu Zərərçəkmiş şəxs3 qaytarmalarını təklif etmiş və o, bu təklifi qəbul etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs2la birlikdə Badamdar qəsəbəsi ərazisində yerləşən avtomobil icarəsi məntəqəsinə gedərək “Mercedes Gelandewagen” markalı avtomobili təhvil verib “BMW” markalı avtomobili icarəyə götürmüş, daha sonra isə Zərərçəkmiş şəxs3 zəng edərək görüşmək istədiyini demişdir. Zərərçəkmiş şəxs3 isə ona hazırda hərbi hissədə cavabdeh olduğunu, bu səbəbdən hərbi hissədən çıxa bilmədiyini, buna görə hərbi hissənin ərazisində görüşmələrini təklif etmişdir. O və Təqsirləndirilən şəxs2 16 oktyabr N23-cü il tarixdə icarəyə götürdükləri “BMW” markalı avtomobillə Zərərçəkmiş şəxs3la görüşməyə getmişlər, onlar hərbi hissənin nəzarət-buraxılış məntəqəsinin qarşısında Zərərçəkmiş şəxs3la görüşmüşlər. Zərərçəkmiş şəxs3la danışarkən o, sonuncuya pulun yarısını verəcəklərini, avtomobili hələ sata bilmədiklərini, pulun qalanını isə “Kia K5” markalı avtomobili bankda kreditə saldıqdan sonra verəcəklərini demişdir. Bu zaman Təqsirləndirilən şəxs2 onun sözünü yarımçıq qoyaraq cibindən 8000 manat məbləğində pul vəsaitini çıxardaraq Zərərçəkmiş şəxs3 vermiş, həmin vaxt o, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 əlavə N00 manat da verməsini bildirdikdə Təqsirləndirilən şəxs2 cibindən 2-3 min manat civarında pul çıxarıb Zərərçəkmiş şəxs3 göstərərək “Anar, bax pul var, amma bu pulu o biri maşınları oformit eləmək üçün özümdə saxlamışam. O biri maşınları oformit eləyim sənin pulunu verəcəm. Zərərçəkmiş şəxs3 həmin 8000 manat pulu Təqsirləndirilən şəxs2 götürərək sonuncunun təklifi ilə razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 ona əllərində olan pullarla Gürcüstan Respublikasından avtomobil alıb Azərbaycan Respublikasına gətirib satmaqla qazanc əldə edə biləcəklərini demiş və ona ordu sıralarından tərxis olaraq birlikdə Gürcüstan Respublikasına getmələrini təklif etmiş, o isə Təqsirləndirilən şəxs2la razılaşaraq N oktyabr N23-cü il tarixdə ordu sıralarından tərxis olub elə həmin gün Təqsirləndirilən şəxs2la birlikdə Gürcüstan Respublikasına getmişdir. Lakin o, Təqsirləndirilən şəxs2la birlikdə Gürcüstan Respublikasına getdikdən bir müddət sonra Zərərçəkmiş şəxs3 onunla əlaqə saxlayaraq avtomobilini satmalı olduqları 17500 manat pulun qalan 9500 manatını ondan istəməyə başlamış, o isə müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa çalışmışdır. Hazırda ona qarşı verilmiş mülki iddialardan yanlız Zərərçəkmiş şəxs4 tələbi ilə tam razı olmadığını, “KİA Sorento” markalı avtomobili əslində 3N00 manata razılaşdıqlarını, 3000 nağd verdikdən sonra 29000 manatın ona düşən yarısı hissəsini, digər iddiaları tam qəbul etdiyini, evin satılaraq qısa müddət ərizində ödəyəcəyini bildirir. Əməlindən peşman olduğunu, Vətən müharibəsi iştiraçısı olmasının məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, onun Təqsirləndirilən şəxs2la qonşuluq münasibəti olmuşdur. Təxminən NN-ci ilin mart ayının əvvəllərində Qobu qəsəbəsində yaşadığı ərazidə Təqsirləndirilən şəxs2 onu görərək qonşuluqdakı evin ucuz qiymətə satıldığını, pulu olduğu təqdirdə həmin evi alıb, təmir edib sataraq gəlir əldə edə biləcəklərini demişdir. O Təqsirləndirilən şəxs2 əlində pul olmadığını, lakin bankdan 50000 manatadək kredit götürə biləcəyini demişdir. Təqsirləndirilən şəxs2 dediyi ev 15000 manata satışa qoyulduğundan "xxxx" QSC-dən NN-ci ildə 30000 manat məbləğində kredit götürmüşdür. Bundan sonra ev sahibi ilə evi 13000 manata razılaşaraq onun bankdan götürdüyü pulun hesabına almışlar. Həmin evi aldıqdan sonra şəxsi vəsaiti hesabına həmin evi təmir etdirmişdir. O, ev təmir olunaraq satıldıqdan sonra əldə olunmuş gəlirdən Təqsirləndirilən şəxs2 “hörmət” edəcəyini demişdir. Təqsirləndirilən şəxs2 rolu burada ev təmir olunan zaman ustalara nəzarət etmək və ev təmir olunduqdan sonra evə alıcı tapmaqdan ibarət olmuşdur. Bütün maliyyə məsələlərini isə o, öz şəxsi vəsaiti hesabına həll etmişdir. Evin təmirinə şəxsi vəsaiti hesabına 8000 manat pul xərcləmişdir. NN-ci ilin mart ayında Təqsirləndirilən şəxs2 onun vəsaiti hesabına, 10000 manat müqabilində “Volkswagen Touareg” markalı avtomobil almışdır. Təxminən 2 gün sonra həmin avtomobili “Binə” ticarət mərkəzində adını hazırda xatırlamadığı şəxsə 14000 manata satmağa razılaşmışlar. Lakin avtomobili alan şəxs onlara 10000 manat pulun əvəzində “Nissan X-trail” markalı avtomobil verəcəyini, qalan 4000 manat pulu isə 4 ay müddətində hər ay 1000 manat olmaqla verəcəyini demiş, onlar həmin şəxslə razılaşaraq “Nissan X-trail” markalı avtomobili həmin şəxsdən götürmüşlər. “Volkswagen Touareg” markalı avtomobili onlardan alan şəxs hər ay 1000 manat olmaqla, ümumilikdə 4000 manat pulu 4 ay ərzində ona tam şəkildə ödəmişdir. Bundan bir müddət sonra, təxminən NN-ci ilin aprel ayının sonlarında onlar “Nissan X-trail” markalı avtomobili Sumqayıt şəhəri ərazisində yerləşən avtomobil bazarında 1N00 manat müqabilində hazırda adını xatırlamadığı şəxsə satmağa dair razılaşmışlar. Onlar həmin şəxsdən 6000 manat məbləğində pulu nağd şəkildə almışlar, qalan 6000 manat pulun əvəzinə isə həmin şəxs onun adına ümumi etibarnamə əsasında “Nissan Maxima” markalı, avtomobil vermişdir. Qeyd olunan avtomobillərin alqı- satqısı zamanı bütün sənədləşmələr onun adına aparılmışdır. Bir neçə gün sonra onlar Təqsirləndirilən şəxs2 təklifi ilə “Nissan Maxima” markalı avtomobili Qobu qəsəbəsi ərazisində meyvə-tərəvəz alqı-satqısı ilə məşğul olan hazırda adını xatırlamadığı bir nəfərə satmağa dair razılaşmışlar. Lakin onlar həmin avtomobilin alqı- satqısından heç bir pul almamışlar. Belə ki, onlar “Nissan Maxima” markalı, avtomobilin əvəzində həmin şəxsdən “Volkswagen Jetta” markalı avtomobili götürmüşlər. O, “Nissan Maxima” markalı avtomobili həmin şəxsə etibarnamə əsasında satmış, həmin şəxs də öz növbəsində “Volkswagen Jetta” markalı avtomobili ona etibarnamə əsasında verməli olmuşdur. Təxminən iki gün sonra Təqsirləndirilən şəxs2 həmin “Volkswagen Jetta” markalı avtomobili Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Xəyal” kafesinin qarışısına sürüb gətirdiyini görmüş, həmin vaxt o, Təqsirləndirilən şəxs2 “Bəs bu maşın üçün mənə etibarnamə verilməli idi, sən necə etibarnaməsiz sürüb gətirmisən?” deyə soruşduqda Təqsirləndirilən şəxs2 “Etibarnaməni öz adıma aldım, sən ağsaqqal adamsan, səni narahat etmək istəmədim. O, Təqsirləndirilən şəxs2 “Heç nə olmaz, qoy sənin adında qalsın” demişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 ona Lökbatan qəsəbəsi ərazisində yerləşən “Xəyal” kafesinin sahibinin “Lexus” markalı avtomobili satdığını, həmin avtomobili ucuz qiymətə alıb normal qiymətə sata biləcəklərini demişdir. Bu səbəbdən o, yenidən "xxxx" QSC-dən NN-ci ilin may ayında N000 manat məbləğində kredit götürmüş və onlar “Xəyal” kafesinin sahibi Şahid4 16500 manat müqabilində “Lexus” markalı avtomobili almışlar. Həmin avtomobil bir müddət satılmamışdır. Təxminən NN-ci ilin may ayının sonlarında aldıqları evə müştəri gəlmiş və onlar evi 27000 manat müqabilində həmin şəxsə satmağa dair razılaşmışlar. Evin satışından əldə etdikləri gəlirdən Təqsirləndirilən şəxs2 N00 manat pul vermişdir. Həmin ildə Təqsirləndirilən şəxs2 ona avtomobil almaq üçün Gürcüstan Respublikasına getmək istədiyini, Gürcüstan Respublikasında avtomobillərə beh verəcəyini, bundan sonra etibarnamə əsasında avtomobilləri onun adına alaraq Azərbaycan Respublikasına göndərəcəyini demişdir. Bunun üçün Təqsirləndirilən şəxs2 ondan 8000 manat məbləğində pul almışdır. Təxminən 12 gün sonra Təqsirləndirilən şəxs2 yaşadığı ünvana qayıtdıqdan sonra ona “Gürcüstanda dörd dənə maşın behləşdim, hələki orda qaldı, burada bir az qazancımız olsun gedib gətirərəm həmin maşınları demiş, o da Təqsirləndirilən şəxs2 inanmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs2la birlikdə “Lexus” markalı avtomobili satmaq üçün Badamdar qəsəbəsi ərazisində yerləşən avtomobil bazarına getmişlər. Orada avtomobili Masallı rayonundan olan iki qardaş almaq istədiklərini, lakin avtomobili gələn həftənin bazar günü alacaqlarını demişlər. Həmin vaxt o, Tərtər rayonundan olan dostu Rza Mehrəliyevə məxsus olan “Toyota Prado” markalı avtomobil olduğunu, dostunun həmin avtomobili satmaq istədiyini demiş və həmin avtomobilin mobil telefonunda olan şəkillərini Yusif və Əli adlı iki qardaşa göstərmişdir. Həmin şəxslər ona “gələn həftə bu maşını da gətirərsiz baxarıq” demişlər. Bundan sonra Təqsirləndirilən şəxs2la həmin gün Tərtər rayonuna gedərək dostu Rza Mehrəliyevlə görüşmüşlər. Rza Mehrəliyev onlara avtomobili 30000 manata satdığını demiş, o isə öz şəxsi vəsaiti hesabına Rza Mehrəliyevə 5000 manat beh vermişdir. Bir həftə sonra həftənin bazar günü onlar Təqsirləndirilən şəxs2la birlikdə “Lexus” və “Toyota Prado” markalı avtomobilləri Badamdar qəsəbəsi ərazisində yerləşən avtomobil bazarına apararaq, orada Yusif və Əli adlı iki qardaşla görüşmüşlər. Masallı rayonundan olan iki qardaş hər iki avtomobilə baxmışlar. Onlar həmin şəxslərə “Toyota Prado” markalı avtomobili 33000 manata satmaq istədiklərini bildirmiş, lakin iki qardaş isə 31000 manat vermək istədiklərini demişlər. Bu səbəbdən Yusif və Əli adlı qardaşlarla sövdələşmələri baş tutmamışdır. Bundan sonra həmin gün Masallı rayonundan olan Yusif və Əli adlı qardaşlarla birlikdə Lökbatan qəsəbəsində olan kafelərdən birində yemək yemişlər. Bir qədər danışıqlardan sonra “Lexus” markalı avtomobili 17000 manata, “Toyota Prado” markalı avtomobili isə 31500 manata Masallı rayonundan olan iki qardaşa satmağa dair razılaşmışlar. Hər iki avtomobilin 48500 manat məbləğində pulunun müqabilində Yusif və Əli ona “BMW F10” markalı avtomobili 28000 manata verəcəklərini, N500 manat pulu isə nağd şəkildə verəcəklərini demişlər. Onlar iki qardaşla razılaşdıqdan sonra həmin gün birlikdə Masallı rayonuna getmişlər və orada həmin qardaşlardan biri “BMW F10” markalı avtomobili baş etibarnamə əsasında ona vermişdir. Bundan sonra həmin qardaşlarla bir həftə sonra qalan N500 manat pulu taksi ilə ona göndərəcəklərinə dair razılaşmışlar. Onlar Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhərinə qayıtmışlar. Bir həftə sonra Masallı rayonundan olan iki qardaşlar N000 manat pulu taksi ilə ona göndərmişlər və o, pulu özü qəbul etmişdir. NN-ci ilin iyun ayında Təqsirləndirilən şəxs2 ona “Şirvan şəhərində qardaşımın müdirinin oğlu BMW F10-u bəyənib, 3N00 manata razılaşmışam, aparıb sataq” demiş, o isə cavabında “maşını biz satırıq, biz niyə müştərinin ayağına gedirik ki, müştəri bizim yanımıza gəlsin” dedikdə Asif bir qədər onunla danışıb yola gətirmiş və birlikdə Şirvan şəhərinə getmişlər. 28 iyun NN-ci il tarixdə Şirvan şəhərində “BMW F10” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Şahid5 3N00 manata satmağa dair razılaşmışlar. Avtomobili Şahid5 adına rəsmiləşdirməzdən əvvəl sonuncudan pulu verməsini tələb etdikdə Şahid5 ona “Maşını adıma rəsmiləşdirək, gedək yemək yeyək. Kafedə verəcəm pulu” demiş, Təqsirləndirilən şəxs2 isə “narahat olma, pul hazırdı, gedib götürərik” demişdir. Bundan sonra o, avtomobili alqı-satqı yolu ilə Şahid5 adına rəsmiləşdirmişdir. O, avtomobili Şahid5 adına rəsmiləşdirdikdən sonra sonuncu Şahid7la birlikdə harasa getmiş, o isə Təqsirləndirilən şəxs2la birlikdə yaxınlıqdakı kafelərdən birinə getmişdir. Bir qədər sonra Şahid5 onların olduğu yerə gəlmişdir. O, Şahid5 avtomobilin pulunu tələb etdikdə ona “atamın şirkətində yoxlamalar var, ona görə mən pulu 1 həftəyə sizə verəcəm” demişdir. O, Şahid5 öz narazılığını bildirdikdə Təqsirləndirilən şəxs2 onu Faiqin pulu tam şəkildə verəcəyinə əmin etmişdir. Daha sonra Yusif və Əli adlı qardaşların ona verməli olduqları N500 manat pulun 500 manatını göndərməmələrinə görə Təqsirləndirilən şəxs2 təklifi ilə “Toyota Prado” markalı avtomobilə görə verdiyi etibarnaməni ləğv etdiyindən Şirvan şəhərində olan zaman Yusif və Əli adlı qardaşlar qeyd olunan 500 manat pulu onun şəxsi istifadəsində olan kart hesabına göndərmiş və o, Şirvan şəhərində olan notariuslardan birində Təqsirləndirilən şəxs2 iştirakı ilə həmin qardaşlara etibarnamə vermişdir. Bundan sonra onlar Bakı şəhərinə qayıtmışlar. Bir həftə sonra Təqsirləndirilən şəxs2la görüşərək 3N00 manat pulun nə vaxt onlara veriləcəyi barədə soruşduqda Təqsirləndirilən şəxs2 ona Şahid5 “Mercedes” markalı avtomobil verdiyini, həmin avtomobili 2N00 manat pulun müqabilində Faiqdən götürdüyünü, qalan 10000 manat pulu isə “Mercedes” markalı avtomobili 24000 manata satdıqdan sonra Şahid5 götürməyi təklif etmişdir. O Təqsirləndirilən şəxs2la razılaşmış, lakin Təqsirləndirilən şəxs2 qeyd olunan “Mercedes” markalı avtomobili sata bilməmişdir. Bir müddət sonra isə Təqsirləndirilən şəxs2 nömrəsinə zəng çatmamış və o, sonuncunu tapa bilməmişdir. O, Təqsirləndirilən şəxs2 yaşadığı evə gedib harada olması barədə maraqlandıqda ona “bizim də xəbərimiz yoxdur, ola bilsin ki, Gürcüstana gedib” demişlər. Təxminən iki ay Təqsirləndirilən şəxs2 tapa bilməmiş, bir müddət sonra Asif onun zənglərinə cavab vermiş və Gürcüstan Respublikasında olduğunu, yaxın vaxtlarda gələcəyini, onun üçün avtomobil göndərəcəyini deməsinə baxmayaraq bir neçə müxtəlif avtomobilləri başqa-başqa şəxslərin adına göndərmişdir. Asif Gürcüstan Respublikasından qayıtdıqdan sonra göndərdiyi avtomobilləri satmış, lakin yenə də onun pulunu verməyərək hər dəfə müxtəlif bəhanələr gətirib pulunu verməkdən boyun qaçırmışdır. Təqsirləndirilən şəxs2 şikayətçidir, mülki iddiasını müdafiə edir, onun aldığı 3N00 manat pulun geri qaytarmasını, məhkəmədən ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, N23-cü ilin oktyabr ayında ona məxsus olan “Hyundai SantaFe” markalı avtomobili satmaq qərarına gəlmiş və həmin avtomobilin satılması üçün avtomobilin şəkillərini “Turbo.az” avtomobil elanları saytına yerləşdirib 37000 manata satdığını qeyd etmişdir. 09 oktyabr N23-cü il tarixdə onun mobil nömrəsinə zəng edən şəxs özünü Asif kimi təqdim edərək, avtomobilini almaq istədiyini bildirmişdir. Telefon danışığı zamanı Asif ona maşın alverçisi olduğunu və maşını bank vasitəsi ilə alaraq Qarabağda fəaliyyət göstərən şirkətlərdən birinə satacağını, Ucar şəhərinə həmin şirkətin rəhbərini də gətirəcəyini və bank işçisi ilə birlikdə gəlib avtomobilə baxacaqlarını demişdir. 12 oktyabr N23-cü il tarixdə axşam saat N radələrində əvvəllər tanımadığı şəxslər, sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid13 birlikdə Ucar şəhərində yaşadığı ünvana BMW” markalı, qara rəngli avtomobillə gəlmişlər. Təqsirləndirilən şəxs2 ona özünü maşın alverçisi, Təqsirləndirilən şəxs1 bank işçisi, Şahid13m isə Qarabağda fəaliyyət göstərən şirkətlərdən birinin rəhbəri kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avtomobilə baxdıqdan sonra avtomobili bəyəndiklərini, lakin şirkətin müdirinin də avtomobilə baxmalı olduğunu bildirərək “BMW” markalı avtomobildə əyləşən qadını da avtomobilə baxmaq üçün çağırmışlar. Bundan sonra isə o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 “Kia Sorento” markalı avtomobilini də satmaq istədiyini bildirdiyindən yenidən yaşadığı evin həyətinə daxil olaraq “Kia Sorento” markalı avtomobilə baxmağa başlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona “SantaFe-ni həll edək, gəlib Sorento-nu da aparacıq” demişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la “Hyundai SantaFe” markalı avtomobilini 35000 manata almalarına dair razılaşdıqdan sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 “Rəşad müəllim, 500 manat beh ver” demiş və Rəşad ona 500 manat pulu evinin həyətində vermiş, Təqsirləndirilən şəxs2 ona növbəti gün, yəni 13 oktyabr N23-cü il tarixdə Bakı şəhərinə gəlməyini və onunla Azərbaycan Respublikası Baş X51 İdarəsində görüşüb bankdan pulu götürüb ona verəcəyini demişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ondan ayrıldıqdan təxminən yarım saat sonra Təqsirləndirilən şəxs2 zəng edərək “Hyundai SantaFe” markalı avtomobilini digər şəxsə satdığını, lakin “Kia Sorento” markalı avtomobilini nisbətən baha olmasına baxmayaraq, eyni şərtlərlə sata biləcəyini dedikdə Təqsirləndirilən şəxs2 ona heç bir problem olmadığını, “Kia Sorento” markalı avtomobili eyni şərtlərlə ondan ala biləcəklərini demişdir. Növbəti gün həyat yoldaşı Şahid14 ilə birlikdə Bakı şəhərinə gəlmişlər və saat təxminən 12 radələrində Təqsirləndirilən şəxs2 zəng edərək hazırda Azərbaycan Respublikası Baş X51 İdarəsinin qarşısında olduqlarını demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona saat 3-də görüşək” demişdir. Saat təxminən 16 radələrində Azərbaycan Respublikası Baş X51 İdarəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la görüşmüşlər. Görüşə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 “Mercedes Gelandewagen” markalı avtomobillə gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 ondan avtomobili Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirməsini, bundan sonra avtomobili banka qoyaraq bankdan pul götürüb ona verəcəklərini bildirdikdə o, Təqsirləndirilən şəxs2la razılaşmamış və pulun qalan 34500 manatını da ona verdikdən sonra avtomobili Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirəcəyini dedikdə Təqsirləndirilən şəxs2 ona arxayın olmasını, heç bir problem olmayacağını, avtomobil Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirildikdən sonra banka qoyularaq pulunun tam şəkildə ona veriləcəyini dediyindən o, Təqsirləndirilən şəxs2la razılaşmışdır. Avtomobili Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmişdir. Daha sonra həmin dövlət qeydiyyat nişanı avtomobilin üzərinə bağlanmış və o, Rəşad və Asifdən qalan 34500 manat pulunu tələb edərək həmin məbləğ ona verildikdən sonra avtomobili verəcəyini dedikdə, Rəşad mobil telefon vasitəsi ilə guya ki, bank ilə danışırmış kimi görüntü yaradaraq bankın kassasının artıq bağlı olduğunu, növbəti gün həftənin altıncı günü olduğu üçün növbəti həftənin ilk iş günü onun qalan 34500 manat pulunu verəcəyini demiş, lakin o, bununla razılaşmayaraq avtomobili vermək istəməmişdir. Rəşad və Asif ona avtomobilin artıq Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirildiyini, avtomobilə aid heç bir sənədinin olmadığını əsas gətirib avtomobili idarə edə bilməyəcəyini demişlər. Aralarında bir qədər bu barədə söhbət olduqdan sonra Təqsirləndirilən şəxs2 cibindən bir xeyli pul çıxardıb həmin puldan 2500 manat pul sayıb ona verərək arxayın olmasını, heç bir problemin olmayacağını və avtomobili Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzinin dayanacağında saxlayıb açarlarını da dayanacağa təhvil vermələrini və növbəti həftənin birinci iş günü, yəni 16 oktyabr N23-cü il tarixdə bankdan pulu götürüb ona qalan 3N00 manat pulu ödədikdən sonra avtomobili dayanacaqdan götürmələrini təklif etmişdir. O da sonuncu ilə razılaşmış və 2500 manat pulu Təqsirləndirilən şəxs2 götürmüşdür. Bundan sonra o və həyat yoldaşı Şahid14 “Kia Sorento” markalı avtomobilə əyləşmiş, avtomobili Təqsirləndirilən şəxs2 idarə etmişdir. Təqsirləndirilən şəxs1 isə “Mercedes Gelandewagen” markalı avtomobili idarə edərək arxalarınca gəlmişdir. Onlar “Kia Sorento” markalı avtomobili “Sədərək” ticarət mərkəzinin dayanacağında saxlayaraq açarları da dayanacağa təhvil vermişlər. X33 və həyatı yoldaşı Şahid14 Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobillə “Memar Əcəmi” metrostansiyası yaxınlığında düşürtmüş və ayrılmışlar. 15 oktyabr N23-cü il tarixdə Rəşadın mobil nömrəsinə zəng edərək 16 oktyabr N23-cü il tarixdə ona pulunu verə bilibbilməyəcəklərini soruşduqda Rəşad deyilən vaxtda pulu tam şəkildə ona verəcəklərinə inandırıb zəng etdiyi vaxtda Bakı şəhərinə gəlməsini tapşırmışdır. 16 oktyabr N23-cü il tarixdə yenidən Təqsirləndirilən şəxs1 zəng etmiş, lakin Təqsirləndirilən şəxs1 onun zənginə cavab verməmiş və bir qədər sonra “Whatsapp” mobil tətbiqi vasitəsi ilə ona səsli mesaj göndərib hazırda Laçın rayonunda olduğunu, kompüterin qarşısında əyləşərək hesabat apardığını, pulunu ona tam şəkildə, hətta artıqlaması ilə verəcəklərini deyib 2-3 saatdan sonra Bakıya qayıdıb ona xəbər edəcəyini demişdir. 17 oktyabr N23-cü il tarixdə Təqsirləndirilən şəxs2 mobil nömrəsinə zəng edib pulunu istədikdə Təqsirləndirilən şəxs2 ona pulun gecikməsinə səbəb olaraq Təqsirləndirilən şəxs1 hazırda Laçın şəhərində olması olduğunu deyib gəldiyi vaxt pulu ona verəcəklərinə dair söz vermişdir. 18 oktyabr N23-cü il tarixdə yenidən Asif və Rəşada zənglər etmiş və artıq aldadıldığını anlamışdır. Bundan sonra hər dəfə zəng etdikdə müxtəlif bəhanələr gətirdikləri üçün o, 01 noyabr N23-cü il tarixdə Binəqədi RPİ-nin İŞ-nə ərizə ilə müraciət etmişdir. Həmin müraciətindən sonra Asif və Rəşad adlı şəxslərin ondan avtomobili aldıqdan sonra 16 oktyabr N23-cü il tarixdə digər şəxsin adına rəsmiləşdirdiklərini öyrənmişdir. O, yenidən Təqsirləndirilən şəxs1 zəng edərək barəsində şikayət etdiyini bildirdikdə Rəşad ona şikayət etdiyi üçün pul verməyəcəyini və sonuncunu bir daha narahat etməməsini bildirib zəngi sonlandırmışdır. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətçidir. Mülki iddiasını müdafiə edir, ona dəymiş ziyanın ödənilməsini və məhkəmədən onlara ağır cəza verilməsi xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, N23-cü ilin may ayının sonlarında özünə yaşayış evi almaq qərarına gəlmiş, həmin məqsədlə satışa qoyulmuş evlərlə maraqlanmağa başlamışdır. Axtarışları nəticəsində Bakı şəhəri, Səbail rayonunun Bayıl ərazisində yerləşən həyət evlərindən birinin satıldığını öyrənib həmin evə baxış keçirdikdən sonra almaq qərarına gəlmişdir. Ev sahibi ilə aralarında olan söhbətlərdən həyətyanı sahənin və həmin sahədə yerləşən evin sənədləşməsi ilə əlaqədar müəyyən çatışmazlıqların olması ona məlum olmuşdur. Ev sahibləri uzun müddət, yəni 1992-ci ildən etibarən həmin evdə yaşamaqla kommunal xərclərini ödəsələr də, evin məxsusluğuna dair hər hansı sənədləri, o cümlədən çıxarış əldə etməmişlər. Buna görə də alqı- satqı ilə bağlı ev sahibləri ilə şifahi razılığa gəldikdən sonra həyətyanı sahənin və evin bütün sənədləşmə işlərini öz üzərinə götürəcəyini, qanuni qaydada ev sahibinin adına evin çıxarışın əldə edilməsi üçün bütün prosedurlarla özü məşğul olacağını, sənədləşmə işləri yekunlaşdıqdan sonra isə ev sahibinin həmin evi rəsmi şəkildə alqı-satqı müqaviləsi ilə ona sata biləcəyini bildirmiş, ev sahibi onunla razılaşdıqdan sonra evin sənədləşmə işləri ilə məşğul ola biləcək şəxs axtarmağa başlamışdır. Qeyd olunan ərəfələrdə həmin evdə yaşayan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət edən X11 öz xidmət yoldaşı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edən Təqsirləndirilən şəxs1 avtomobil və ev alqı-satqısı prosedurlarından məlumatlı və bu işdə təcrübəsi olan bir şəxs kimi tanıdığından ona Təqsirləndirilən şəxs1 işin həll edilməsində köməklik edə bilib-bilməyəcəyini soruşacağını, müsbət halda onu Təqsirləndirilən şəxs1la əlaqələndirəcəyini söyləmişdir. N23-cü ilin iyun ayının ortalarında X39 Əmirovla söhbət etdikdən sonra Təqsirləndirilən şəxs1 evin sənədləşməsində köməklik edə biləcəyini deyib sonuncu ilə onu əlaqələndirmişdir. X39 Əmirovun mobil nömrəsini ona vermiş, aralarında baş tutmuş telefon danışıqları zamanı Təqsirləndirilən şəxs1 ona göstərilən evin sənədləşmə işlərini həll edə biləcəyini, yəni evə çıxarış ala biləcəyini, həmin işi Səbail rayonunun İcra Hakimiyyətində işləyən vəzifəli tanışının vasitəsi ilə qanuni şəkildə görəcəyini bildirib həmin işin həll edilməsi üçün ondan müəyyən məbləğdə pul alacağını bildirmişdir. O isə razılaşaraq həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs1la görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs1 ona evə və həmin evin həyətyanı sahəsinə çıxarışın alınması üçün 10000 manat pul lazım olduğunu, lakin bu məsələni onun üçün 9000 manata həll edə biləcəyini bildirmiş, o isə Təqsirləndirilən şəxs1 bu təklifi ilə razılaşaraq pulun yarısını əvvəlcədən, qalan pulu isə çıxarış hazır olduqdan sonra sonuncuya verəcəyini demişdir. Təqsirləndirilən şəxs1 isə onun bu təklifi ilə razılaşmışdır. Təqsirləndirilən şəxs1 həmin məbləğdə pulu verdiyi halda, N23-cü ilin avqust ayının sonunadək evin və həyətyanı sahənin çıxarışının hazır olacağına dair vəd vermiş, o da öz növbəsində Təqsirləndirilən şəxs1 inanmışdır. N iyul N23-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində 9 saylı notariusun yaxınlığında sonuncu ilə görüşüb həmin notariusda Təqsirləndirilən şəxs1 borc müqaviləsi əsasında N00 manat məbləğində pul vermiş, bunu etməkdə məqsədi Təqsirləndirilən şəxs1 verdiyi vədləri icra etməyəcəyi halda özünü sığortalamaq olmuşdur. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs1 ona zəng edərək vermiş olduğu N00 manat pulun çox az olduğunu, həmin pulla çıxarışın əldə olunması üçün hər hansı iş görə bilmədiyini, buna görə əlavə 3000 manat da verməli olduğunu, 3000 manat məbləğində pulu vermədiyi halda işin alınmayacağını dəfələrlə ona bildirdiyi üçün 30 iyul N23-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 5 saylı xəstəxananın yaxınlığında Təqsirləndirilən şəxs1la yenidən görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi bank kartına özünə məxsus bank kartından elektron qaydada 3000 manat məbləğində pul göndərmiş və Təqsirləndirilən şəxs1 onun yanında səs yazısı ilə həmin pulu qəbul etməsini təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 guya işi həll etməyə çalışması ilə bağlı görüntü yaratsa da, faktiki olaraq hər hansı iş görməmişdir. Təqsirləndirilən şəxs1 onu aldatdığını başa düşmüş, dəfələrlə Təqsirləndirilən şəxs1 pulların qaytarılmasını tələb etsə də, Təqsirləndirilən şəxs1 müxtəlif bəhanələr gətirərək ondan aldığı ümumilikdə 5000 manat məbləğində pulun qaytarmamışdır. Mülki iddianı müdafiə edir, dəymiş zərərin ödənilməsini, ödənilmədiyi halda ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, N-cu ildə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs1 N nömrəli hərbi hissənin qərargah bölüyündə sürücü vəzifəsində xidmət etməyə başlamışdır. Təqsirləndirilən şəxs1la şəxsi münasibətləri olmasa da, aralarında xidməti münasibət olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 onun birbaşa tabeliyində olmasa da, rütbəsinə görə sonuncuya rəis hesab olunmuşdur. Təqsirləndirilən şəxs1 xidmət etdiyi dövr ərzində özünü avtomobillərdən, o cümlədən avtomobillərin alqı-satqısından məlumatlı şəxs kimi tanıtmışdır. “Kia K5” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili Gəncə şəhər sakini Şahid10 almışdır. Avtomobilə sərəncam vermək hüququna dair notarial qaydada etibarnamə vermiş, lakin avtomobili mülkiyyətinə rəsmiləşdirməyə maddi imkanı olmadığından avtomobili etibarnamə ilə sürməyə davam etmişdir. N23-cü ilin sentyabr ayında mülkiyyətində olmasa da, şəxsi istifadəsində olan “Kia K5” markalı avtomobili satmaq qərarına gəlmişdir. N23-cü ilin oktyabr ayının əvvəllərində N nömrəli hərbi hissənin ərazisində təsadüfən Təqsirləndirilən şəxs1 gördükdə sonuncunun avtomobillərin alqısatqı işlərindən anlayışı olduğunu xatırlayıb avtomobilini 17500 manat məbləğində pul müqabilində satmaq istədiyini deyib bu işdə ona köməklik edə bilib-bilməməsini soruşmuş, Təqsirləndirilən şəxs1 cavab olaraq rahatlıqla həmin avtomobili bir həftə ərzində 17500 manata satıb pulu ona verəcəyini demişdir. O, öz növbəsində Təqsirləndirilən şəxs1la eyni hərbi hissədə xidmət etdiyini, sonuncunu uzun müddətdir ki, tanıdğını nəzərə alıb Təqsirləndirilən şəxs1la razılaşmışdır. Bundan sonra o, hərbi hissədə bəzi hərbi qulluqçulara maşını satmaq üçün Təqsirləndirilən şəxs1 vermək istədiyini dedikdə həmin hərbi qulluqçular ona avtomobili Təqsirləndirilən şəxs1 verməməyi tövsiyyə etdiklərinə görə, avtomobili Təqsirləndirilən şəxs1 vermək fikrindən daşınmış, lakin bundan bir müddət sonra Təqsirləndirilən şəxs1 mütəmadi olaraq ona zəng edərək nə baş verdiyini, maşını nəyə görə vermədiyini soruşmağa başlamışdır. Rəşadın mütəmadi zənglərindən sonra avtomobili Təqsirləndirilən şəxs1 verməyə razılaşmış, bir müddət sonra isə Təqsirləndirilən şəxs1 avtomobilə baxmaq istədiyini bildirdiyindən sonuncuya avtomobilə N nömrəli hərbi hissənin ikinci nəzarət-buraxılış məntəqəsinin qarşısında baxa biləcəyini demişdir. Bundan sonra dəqiq xatırlamadığı tarixdə günorta saatlarında N nömrəli hərbi hissənin ikinci nəzarət-buraxılış məntəqəsinin qarşısında Təqsirləndirilən şəxs1la görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs1 yanında Təqsirləndirilən şəxs2 adlı şəxs də olmuş və Təqsirləndirilən şəxs2 olduqları yerə “Mercedes” markalı köhnə bir avtomobillə gəlmişdir. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la görüşən zaman Təqsirləndirilən şəxs1 ona Təqsirləndirilən şəxs2 özünün şəriki kimi təqdim etmiş, həmin vaxt Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 ona məxsus olan “Kia K5” markalı avtomobilə baxdıqdan sonra Təqsirləndirilən şəxs2 “sən qorxursan ki, səni aldadarıq? Narahat olma a kişi əlimizdə 5-6 dənə maşın var, 3-4 günə sənin pulunu verəcik. Maksimum 1 həftəyə” demiş, o isə Təqsirləndirilən şəxs2 inanaraq heç bir problem olmadığını, lakin özünə avtomobilin lazım olduğunu, avtomobili hələ həmin şəxslərə verə bilməyəcəyini demişdir. Bundan təxminən bir neçə gün sonra, həftənin bazar günü Təqsirləndirilən şəxs1 yenidən ona zəng edərək avtomobili satmaq üçün sonunculara verməyini bildirdikdə, o, avtomobilin özünə lazım olduğunu, avtomobili vermək istəmədiyini demişdir. Bu zaman Təqsirləndirilən şəxs1 ona Təqsirləndirilən şəxs2la birlikdə bir daha avtomobilə baxmaq istədiklərini, bu səbəbdən olduğu yerə gəlmək istədiklərini bildirmiş, o isə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs1 olduğu yerin ünvanını göndərmişdir. Həmin gün günorta saatlarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sonuncunun istifadəsində olan “Mercedes” markalı avtomobillə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Gənclər şəhərciyi - Tikinti körpüsü” yaşayış massivinə gəlmiş və onlar orada görüşmüşlər. Həmin vaxt Rəşad və Asif yenidən onun “Kia K5” markalı avtomobilinə baxmışlar, həmçinin Təqsirləndirilən şəxs2 avtomobilinə əyləşərək yoxlamaq məqsədi ilə sürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yenidən ona vəd verərək ən geci bir həftəyə avtomobili sataraq 17500 manat pulun hamısını ona verəcəklərini bildirmişlər. Lakin o, yenə də avtomobilin özünə lazım olduğunu, avtomobili verə bilməyəcəyini demişdir. Növbəti gün, yəni həftənin birinci günü Təqsirləndirilən şəxs1 ona dayanmadan zəng edərək avtomobili götürmək istədiyini deməyə başlamış və onu hərbi hissənin nəzarət-buraxılış məntəqəsinə çağırmışdır. O, Təqsirləndirilən şəxs1 dəfələrlə avtomobili satmaq istəmədiyini, avtomobilin özünə lazım olduğunu bildirsə də, sonuncu dayanmadan ona zəng edərək narahat olmamasını, onun avtomobil satılana qədər müvəqqəti idarə etməsi üçün ona digər avtomobil gətirdiklərini, avtomobili həmin şəxslərə verməsini bildirmişdir. Sonunda o, elə həmin gün “Kia K5” markalı avtomobilinin açarını Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verməsi üçün hazırda adını xatırlamadığı əsgər rütbəli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusuna vermiş, həmin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu yanına qayıtdıqdan sonra ona “Kia Cerato” markalı avtomobilin açarını götürərək, “Kia K5” markalı avtomobilin açarını iki nəfər şəxsə verdiyini demişdir. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs1 yenidən ona zəng edərək avtomobilə sərəncam vermək hüququnun əldə edilməsi ilə bağlı öz adına etibarnamə verməsini xahiş etmişdir. O, əvvəlcə Təqsirləndirilən şəxs1 yalnız avtomobili idarə etmək üçün etibarnamə vermək istədiyini dedikdə, Təqsirləndirilən şəxs1 avtomobilin alqı-satqısı ilə bağlı prosedurların daha rahat şəkildə özü tərəfindən icra edilməsi üçün avtomobilə tam sərəncam hüququnun əldə edilməsi ilə bağlı etibarnamə verməsini xahiş edərək, avtomobilin onun adına verilmiş etibarnamənin müddətinin bitdiyini demişdir. Bundan sonra o, öz adına olan baş etibarnamənin etibarlılıq müddətinin 11 avqust N23-cü il tarixdə başa çatdığını görüb avtomobilin sənəd üzərində sahibi olan Şahid10 ilə əlaqə saxlamış və sonuncudan Təqsirləndirilən şəxs1 adına avtomobili sürmək, sərəncam vermək, o cümlədən başqasına etibarnamə vermək, alqı-satqı ilə bağlı hərəkətləri icra etməklə bağlı etibarnamə verməsini xahiş etmiş və Şahid10 onunla razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 11 oktyabr N23-cü il tarixdə Gəncə şəhərinə gedib Şahid10 ilə görüşərək sonuncudan öz adına baş etibarnamə götürmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobili bir həftə ərzində satıb ona 18000 manat məbləğində pul verəcəklərini bildirsələr də, vədlərini yerinə yetirmədiklərindən dəfələrlə Təqsirləndirilən şəxs1 avtomobili və ya pulu verməsini tələb etmiş, çoxsaylı tələblərindən sonra, o, N nömrəli hərbi hissənin artilleriya divizionu üzrə cavabdeh olan zaman, yəni 16 oktyabr N23-cü il tarixdə, həftənin birinci günü axşam saatlarında Təqsirləndirilən şəxs1 onunla əlaqə saxlayıb avtomobili sata bilmədiyini, lakin ilkin olaraq digər avtomobillərin satışından əldə etdiyi 8000 manat məbləğində pulu ona verə biləcəyini söyləmişdir. O, Təqsirləndirilən şəxs1la razılaşdıqdan sonra həmin gün saat 23:30 radələrində sonuncu qara rəngli “BMW” markalı avtomobillə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin nəzarət-buraxılış məntəqəsinə yaxınlaşmış, bu zaman Təqsirləndirilən şəxs2 da həmin avtomobilin ön sağ sərnişin oturacağında əyləşmişdir. Mobil telefonla danışan zaman Təqsirləndirilən şəxs1 ona idarə etdiyi avtomobilə əyləşməsini bildirdiyindən sonuncunun idarə etdiyi qara rəngli “BMW” markalı avtomobilin arxa sərnişin oturacağına əyləşmişdir. Avtomobilə əyləşdikdən sonra Təqsirləndirilən şəxs2 danışmağa başlamış və ona “Rayonnan gəlirik, maşın almağa getmişdik, yemək də yeməmişik. Sənin maşınını hələ satmamışıq, götür bu 8000 manat pulu, bu pulu başqa maşınların satışından qazanmışıq. Maksimum 3-cü günə kimi pulun qalanını da verəcik” demiş və “İstəyirsən N00 manat da verim, pul var, amma bir az gözləsən yaxşı olar” deyə əlavə etmişdir. O isə Təqsirləndirilən şəxs2 əlavə N00 manat pulu götürməyərək sonuncunun təklifi ilə razılaşmışdır. Təqsirləndirilən şəxs1 da öz növbəsində ona narahat olmamasını, pulun qalanını ona mütləq verəcəklərini demiş, lakin nə Təqsirləndirilən şəxs1, nə də Təqsirləndirilən şəxs2 dedikləri vaxtda qalan 9500 manat məbləğində pulu ona verməmişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs1 zəng edərək pulunun nə vaxt veriləcəyini soruşduqda sonuncu avtomobilin salonda olduğunu, avtomobil satılan kimi pulları verəcəyini bildirmiş və digər bəhanələr gətirmişdir. N oktyabr N23-cü il tarixdə isə Təqsirləndirilən şəxs1 ordu sıralarından ehtiyata buraxıldığını öyrənmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs1 şəxsi istifadəsində olan 055-308- 81-61 mobil nömrəsinə zəng etsə də, həmin nömrəyə zəng çatmamış, daha sonra isə Təqsirləndirilən şəxs1 şəriki Təqsirləndirilən şəxs2 şəxsi istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etmişdir. O, Təqsirləndirilən şəxs2la danışarkən sonuncu ona Təqsirləndirilən şəxs1la birlikdə maşın alqı-satqısı ilə məşğul olmaq üçün Gürcüstan Respublikasına gəldiklərini, lakin Təqsirləndirilən şəxs1 sonuncunu Gürcüstan Respublikasında tək qoyaraq Türkiyə Respublikasına getdiyini demişdir. Bir müddət sonra, yəni 29 oktyabr N23-cü il tarixdə onun mobil telefonunda aktiv olan «sms-radar» xidmətindən avtomobilin sürət həddini aşmaqla bağlı cərimələnməsi barədə xatırlatma mesajı gəlmiş, bu zaman ona avtomobilin salonda deyil, hər hansı şəxsin istifadəsində olması aydın olmuşdur. O, ilk olaraq Təqsirləndirilən şəxs1la əlaqə saxlamağa çalışsa da, yenə də sonuncu ilə əlaqə yarada bilməmiş, bu səbəbdən də “Whatsapp” mobil tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs2 mesaj yazıb avtomobilin cərimələndiyini demişdir. Təqsirləndirilən şəxs2 isə cavab olaraq Gürcüstan-Türkiyə sərhəddində olduğunu, avtomobilin alqı-satqı ilə bağlı guya bank işçiləri tərəfindən sürüldüyünü ehtimal etdiyini bildirmiş, lakin o, Təqsirləndirilən şəxs2 artıq inanmamış və sonuncular tərəfindən aldadıldığını başa düşüb ərizə ilə hüquq mühafizə orqanına müraciət etmişdir. Həmçinin Şahid10 ilə əlaqə saxlayaraq “Kia K5” markalı avtomobilə vermiş olduğu bütün etibarnamələri ləğv etməsini istəmişdir. O, avtomobilə olan bütün etibarnamələri ləğv etdirdikdən sonra Şahid12 adlı şəxs onunla əlaqə saxlayaraq “Kia K5” markalı avtomobilin ona Bəhruz Sariyev adlı şəxs tərəfindən satıldığını, avtomobilin özünə məxsus olduğunu, görüşüb danışmağı təklif etmişdir. Bundan sonra dəqiq xatırlamadığı tarixdə Bəhruz Sariyev və Şahid12lə Qaradağ RPİ-də görüşmüşlər. Orada olan görüş daşıdıqdan sonra avtomobilin Şahid12 adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. Lakin bunun müqabilində nə Şahid12, nə də Bəhruz Sariyev tərəfindən ona heç bir ödəniş edilməmişdir. Həmçinin Qaradağ RPİ-də olan zaman Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 ona məxsus olan “Kia K5” markalı avtomobili 14000 manat müqabilində Bəhruz Sariyev adlı şəxsə, Şahid11 isə həmin avtomobili 16000 manat müqabilində Şahid12 satması aydın olmuşdur. Bundan sonra N23-cü ilin noyabr ayının əvvəllərindən N23-cü ilin dekabr ayının ortalarına qədər Təqsirləndirilən şəxs1la yazışaraq pulunu geri qaytarmasını tələb etsə də, sonuncu pulu qaytaracağına dair yalan vədlər verərək pulu qaytarmaqdan yayınmışdır. Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan qaytarılmışdır. Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs1 qarşı mülki iddiasını müdafiə edir, ona qarşı dəymiş ziyanın ödənilməsini, ödənilmədiyi halda məhkəmə tərəfindən cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismindində dindirilmiş Şahid14 zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 ifadəsi ilə uyğun ifadə ifadə verərək onun göstərdikləri xüsusatları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun doğma qardaşıdır. Təqsirləndirilən şəxs2 avtomobil alqısatqısı ilə məşğul olmuşdur. O, həmçinin Şahid6 tanıyır. Şahid6 Şirvan X9 baş mühəndisi vəzifəsində işləyir, eyni zamanda o, Şahid6 sürücüsü vəzifəsində işləyir. Şahid5 isə Şahid6 doğma oğludur. Şahid5 özünə məxsus “Mercedes Benz” markalı avtomobili olmuşdur. NN-ci ilin iyun ayında Şahid5 “Mercedes Benz” markalı avtomobilini onun qardaşı Təqsirləndirilən şəxs2 idarə etdiyi “BMW” markalı avtomobillə dəyişmək istədiyini və buna görə əlavə olaraq 8000 manat pulu qardaşı Asifə verəcəyini eşitmişdir. 28 iyun NN-ci il tarixdə Təqsirləndirilən şəxs2 adını sonradan bildiyi Zərərçəkmiş şəxs1la birlikdə Şirvan şəhərinə gəlmişdir. Həmin vaxt Şahid6 ona 500 manat pul vermiş, həmin pulu Şahid6 ona verməkdə məqsədi həm “BMW” markalı avtomobilin Şahid5 adına rəsmiləşdirilməsini təmin etmək üçün dövlət rüsumunu ödəmək, həm də Təqsirləndirilən şəxs2 yemək yemələri üçün pul vermək olmuşdur. Sonradan o, həmin pulun 300 manatının “BMW” markalı avtomobilin Faiqin adına rəsmiləşdirilməsi üçün xərcləndiyini, 100 manatını isə Təqsirləndirilən şəxs2 yemək yemələri üçün verdiyini deyərək qalan 100 manat pulu Şahid6 qaytarmışdır. Həmin gün 500 manat pulu Şahid6 götürdükdən sonra Şirvan şəhərində 4 saylı rayonlararası qeydiyyat- imtahan və texniki baxış şöbəsinə getmiş, ora çatdıqda Şahid5, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs1 onu gözləmişlər. O, orada qardaşı Asifin idarə etdiyi “BMW” markalı avtomobilin əsl sahibinin Zərərçəkmiş şəxs1 olduğunu öyrənmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 “BMW” markalı avtomobili Şahid5 adına rəsmiləşdirmişdir. Təxminən NN-ci ilin iyul ayında Şahid6 ona 5500 manat pul verərək həmin pulu qardaşı Təqsirləndirilən şəxs2 verməsini tapşırdığından o, qardaşı Asifi Şirvan şəhərinə dəvət etmiş və onunla X1rşısında görüşərək həmin pulu Zərərçəkmiş şəxs1 da iştirakı ilə Təqsirləndirilən şəxs2 vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, Şirvan X9 baş mühəndisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 sürücüsü kimi işləyən və sonuncunun qardaşı olan Şahid7 vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs2 özü əslən Şirvan şəhərindəndir. Oğlu Şahid5 əvvəllər özünə məxsus “Mercedes Benz” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuş və həmin avtomobili dəyişmək istəmişdir. Təxminən NN-ci ilin iyun ayının ortalarında Təqsirləndirilən şəxs2 ailəsi ilə birlikdə onların Şirvan şəhərində yaşadıqları ünvana gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 yaşadıqları ünvana “BMW” markalı, qara rəngli, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Oğlu Faiq ona qeyd olunan “BMW” markalı avtomobilə baxdığını, bəyəndiyini və almaq istədiyini dediyindən özü Təqsirləndirilən şəxs2la avtomobili hansı qiymətə satması barədə danışaraq avtomobili 3N00 manata alacaqlarına dair razılaşmış, Təqsirləndirilən şəxs2 qeyd olunan pulun 24000 manatının əvəzinə Faiqin “Mercedes Benz” markalı avtomobilini, qalan 8000 manat pulu isə nağd şəkildə sonuncuya verəcəyini demiş, Təqsirləndirilən şəxs2 təkliflə razılaşmışdır. Bir neçə gün sonra Təqsirləndirilən şəxs2 zəng edərək ad və soyadını sonradan bildiyi və özünün şəriki kimi təqdim etdiyi Zərərçəkmiş şəxs1la birlikdə Şirvan şəhərinə gəldiklərini demiş, bu səbəbdən o, sürücüsü Şahid7 500 manat pul vermişdir. Həmin pulu Şahid7 verməkdə məqsədi həm “BMW” markalı avtomobilin oğlu Faiqin adına rəsmiləşdirilməsini təmin etmək üçün dövlət rüsumunu ödəmək, həm də Təqsirləndirilən şəxs2 yemək yemələri üçün pul vermək olmuşdur. Sonradan Şahid7 verdiyi pulun 300 manatının “BMW” markalı avtomobilin Faiqin adına rəsmiləşdirilməsi üçün xərcləndiyini, 100 manatını isə Təqsirləndirilən şəxs2 yemək yemələri üçün verdiyini deyərək, qalan 100 manat pulu onun özünə qaytarmışdır. Bundan sonra həmin gün “BMW” markalı avtomobil oğlu Faiqin adına rəsmiləşdirilmiş, daha sonra Faiq özünə məxsus olan “Mercedes Benz” markalı avtomobili idarə edə bilməsi üçün etibarnamə əsasında Təqsirləndirilən şəxs2 vermişdir. Təxminən on gün sonra Faiq Təqsirləndirilən şəxs2 göstərişi ilə adını bilmədiyi başqa bir şəxsin adına etibarnamə vermişdir. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs2la razılaşdıqları kimi həmin 8000 manat pulun 2500 manatını Təqsirləndirilən şəxs2 Şirvan şəhərində vermiş, sonuncu dəfə isə 5500 manat pulu Şahid7 verərək Təqsirləndirilən şəxs2 çatdırmasını tapşırmışdır. Həmin gün Şakir ona 5500 manat pulu qardaşı Təqsirləndirilən şəxs2 Şirvan şəhərində “Qres” adlanan ərazidə verdiyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Şahid6 ifadəsi ilə eyni məzmunlu, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs1 ona aid epizod üzrə ifadələrində göstərdikləri xüsusatları ifadəsi ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, təxminən N21-ci ilin sentyabr ayının əvvəllərində qardaşı X21 ona zəng edərək Asif adlı tanışının bir nəfər şəxs tapdığını və həmin şəxsin onun istifadəsində olan N08-ci il buraxılışlı, “Opel Astra” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilini icarəyə götürmək istədiyini demişdir. Bundan sonra o, qardaşı Əhməddən Asifin hazırda xatırlamadığı mobil nömrəsini götürmüş və bir neçə gün sonra Asiflə əlaqə saxlamışdır. Asiflə aralarında olan razılaşmaya əsasən 19 sentyabr N21-ci il tarixdə Nizami rayonu ərazisində yerləşən notariuslardan birinin qarşısında görüşmüşlər. Həmin vaxt Asifin yanında ad və soyadını sonradan bildiyi Şahid4 və Şahid3 adlı şəxslər də olmuş və avtomobili Elşən icarəyə götürmək istəmişdir. Notariusun qarşısında Asif, Həsən və Elşənlə avtomobili 3 (üç) illik icarə qaydasında Elşənə icarəyə verəcəyinə, Elşənin isə aylıq 650 manat, üç ilin sonunda isə ona ümumilikdə 23700 manat ödəyəcəyinə dair razılaşmışlar. Sonra həmin notariusda Asifin iştirakı ilə Şahid4la qeyd edilən şərtlərlə “Opel Astra” markalı avtomobilin ilkin alqı-satqısına dair müqavilə bağlamışlar. On ay ərzində Elşən ona ümumilikdə təxminən N00 manat civarında pul ödəmişdir. Bundan sonra isə Elşən avtomobilin nasaz olduğunu, buna görə aylıq ödənişləri edə bilməyəcəyini demiş, bu səbəbdən Asifin hazırda xatırlamadığı mobil nömrəsinə zəng edərək Elşənin pulu ona ödəmədiyini dedikdə, Asif ona Elşənlə özünün danışacağını bildirmişdir. Bu hadisədən bir müddət keçməsinə baxmayaraq, Elşən yenə də, avtomobilin aylıq ödənişini ödəmədiyindən yenidən Asifə zəng etmiş, telefon danışığı zamanı Asif ona narahat olmamasını, məsələni özünün həll edəcəyini demişdir. Bundan bir müddət sonra Asif onun şəxsi istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək “Opel Astra” markalı avtomobilin nasaz vəziyyətdə olduğunu, avtomobilin mühərrikinin xarab olduğunu deyərək “Opel Astra” markalı avtomobilin əvəzində ona N03-cü il buraxılışlı “Volkswagen Jetta” markalı avtomobil verməsini təklif etmişdir. O, “Opel Astra” markalı avtomobilə görə ödənişləri ala bilməyəcəyini başa düşdüyündən Asifdən qalan pulun əvəzində “Volkswagen Jetta” markalı avtomobili almağa dair razılaşmışdır. Bu səbəbdən N iyul NNci il tarixdə Asiflə birlikdə Azərbaycan Respublikası Baş X51 İdarəsinə getmiş və orada “Volkswagen Jetta” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobil onun adına rəsmiləşdirilmişdir. Asif “Volkswagen Jetta” markalı avtomobili ona 6000 manat pulun əvəzində vermişdir. Bir müddət sonra isə “Volkswagen Jetta” markalı avtomobili X5 təxminən 3500 manata satmışdır. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid10 Zərərçəkmiş şəxs3 ifadəsində göstərdikləri xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirlmiş X11 Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid8 ifadəsində göstərdi ki, təxminən NN-ci ilin mart ayının əvvəllərində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində Sakit adlanan məhəllədə özünə məxsus olan və özünün tikdirdiyi evi satmaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxs2 isə onun satdığı evlə üzbə-üz qonşuluqda yaşamışdır. Təqsirləndirilən şəxs2 onun evini 15000 manata satmaq istədiyini bilib, evini almaq üçün yanına bir neçə müştəri gətirsə də, o, sonuncunun gətirdiyi müştərilərlə qiymət barədə razılaşmadığından həmin şəxslərlə sövdələşməsi alınmamışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs2 sonradan tanıdığı Zərərçəkmiş şəxs1 onun yanına gətirərək evi Qüdrətin almaq istədiyini demişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs1la evi sonuncunun 13000 manata alacağına dair razılaşmış və Zərərçəkmiş şəxs1 ona 1000 manat beh vermək istədikdə Təqsirləndirilən şəxs2 Qüdrətə “500 manatı Elvinə, 500 manatı mənə ver. Mən məsələni Elvinlə özüm həll edəcəm” dedikdə o, Asiflə razılaşmayaraq pulun hamısının ona verilməli olduğunu demiş və Zərərçəkmiş şəxs1 1000 manat pulu beh kimi götürmüşdür. Zərərçəkmiş şəxs1 isə qalan 1N00 manat pulu ona bankdan götürüb verəcəyini demişdir. Bir müddət sonra isə o, Zərərçəkmiş şəxs1la birlikdə Badamdar qəsəbəsi ərazisində yerləşən "xxxx" QSC-yə getmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 "xxxx" QSC-dən kredit götürərək 1N00 manat pulu ona vermişdir. Sonradan o, evə dair Zərərçəkmiş şəxs1 etibarnamə vermək istəsə də evin sənədlərində müəyyən problemlər olduğundan etibarnamə verə bilməmişdir. Evin sənədlərindəki problemləri aradan qaldırdıqdan sonra o, 31 mart NN-ci il tarixdə Zərərçəkmiş şəxs1 torpaq sahəsinə və üzərində olan tikiliyə dair etibarnamə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Abşeron rayonu Qobu qəsəbəsi ərazisində meyvə-tərəvəz satışı ilə məşğul olmuş, Təqsirləndirilən şəxs2 tez-tez ondan meyvə-tərəvəz almışdır. Buraxılış ili N03-cü il olan “Volkswagen Jetta” markalı, 90-NP- 743 dövlət qeydiyyat nişanlı avtomobil sənəd üzərində onun xalası qızı X8 adına rəsmilədşirilsə də, faktiki olaraq ona məxsus olmuşdur. 06 may NN-ci il tarixdə Təqsirləndirilən şəxs2 Qobu qəsəbəsi ərazisində ondan meyvə- tərəvəz alan zaman sonuncunun avtomobil alqı-satqısı ilə məşğul olduğunu bilib özünə məxsus olan “Volkswagen Jetta” markalı avtomobili 5500 manat müqabilində satmaq istədiyini dedikdə, Təqsirləndirilən şəxs2 ona həmin “Volkswagen Jetta” markalı avtomobili özünə məxsus olan 1998-ci il buraxılışlı “Nissan Maxima” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobillə əlavə 500 manat pul vermək şərti ilə dəyişdirə biləcəyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 meyvə-tərəvəz almağa “Nissan Maxima” markalı avtomobillə gəldiyindən avtomobilə baxaraq avtomobilin şəkillərini çəkmişdir. Təqsirləndirilən şəxs2 öz növbəsində onun “Volkswagen Jetta” markalı avtomobilinə baxmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 “Nissan Maxima” markalı avtomobili bəyəndiyini və avtomobilləri dəyişdirmək istədiyini demiş, Təqsirləndirilən şəxs2 ona əlavə 500 manat verəcəyi təqdirdə avtomobilləri dəyişdirə biləcəklərini demişdir. Aralarında olan razılaşmaya əsasən 13 may NN-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs2 onun Qobu qəsəbəsində işlədiyi mağazaya gələrək özünün şəxsiyyət və sürücülük vəsiqələrini verib adına “Volkswagen Jetta” markalı avtomobilə görə ümumi etibarnamə verməsini istəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 ona verdiyi sənədləri götürüb xalası qızı Nigar Səməddinova ilə birlikdə “Sahil” metrostansiyası yaxınlığında yerləşən notariuslardan birinə gedərək orada Təqsirləndirilən şəxs2 “Volkswagen Jetta” markalı avtomobilə görə ümumi etibarnamə vermişdir. Daha sonra o, Lökbatan qəsəbəsinə qayıdaraq “Lökbatan dairəsi” adlanan ərazidə Təqsirləndirilən şəxs2la görüşmüşdür. Orada olan zaman Təqsirləndirilən şəxs2 ondan 500 manat pulu verməsini istədikdə Təqsirləndirilən şəxs2 “Nissan Maxima” markalı avtomobilə görə ona ümumi etibarnamə verdikdən sonra pulu verəcəyini desə də, Təqsirləndirilən şəxs2 təkidlə pulu ondan istədiyinə görə elə “Lökbatan dairəsi” adlanan ərazidə 500 manat pulu sonuncuya vermişdir. Bundan sonra onlar birlikdə Lökbatan qəsəbəsi ərazisində yerləşən notariuslardan birinə getmişlər. Asif notariusda növbə götürdükdən sonra əvvəllər tanımadığı, sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 notariusa gəlmişdir. O, Zərərçəkmiş şəxs1 ilk dəfə 13 may NN-ci il tarixdə elə notariusda görmüş və Zərərçəkmiş şəxs1la aralarında olan söhbətlərdən “Nissan Maxima” markalı avtomobilin sahibinin Zərərçəkmiş şəxs1 olduğunu öyrənmişdir. Həmin gün Zərərçəkmiş şəxs1 onun əmisi oğlu X10 “Nissan Maxima” markalı avtomobilə görə ümumi etibarnamə vermiş və o, sonunculardan ayrılmış və əmisi oğlu Ramal Mikayılov vasitəsi ilə “Nissan Maxima” markalı avtomobili öz adına rəsmiləşdirmişdir. Məhkəmədə dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, təxminən N23-cü ilin sentyabr ayının sonlarında Lökbatan qəsəbəsinə getmək üçün Qobu-Lökbatan yolu üzərində taksi gözləyərkən Təqsirləndirilən şəxs2 “Mercedes” markalı avtomobillə yaxınlaşaraq onu Lökbatan qəsəbəsinə apara biləcəyini demiş, o isə razılaşaraq Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə əyləşmiş və beləliklə Təqsirləndirilən şəxs2la tanışlığı yaranmışdır. Təxminən N23-cü ilin oktyabr ayının əvvəllərində, günorta saatlarında Təqsirləndirilən şəxs2 hazırda xatırlamadığı mobil nömrəsindən onun şəxsi istifadəsində olan mobil nömrəyə zəng edərək avtomobil almaq üçün Ucar rayonuna getməli olduğunu, avtomobili alan zaman qiyməti bir az aşağı salmaq üçün sonuncu ilə Ucar rayonuna gedə bilib-bilməyəcəyi barədə soruşduqda Təqsirləndirilən şəxs2la münasibəti olduğundan sonuncu ilə razılaşmışdır. Təqsirləndirilən şəxs2 ondan hazırda harada olduğunu soruşduqda, “Binə” ticarət mərkəzində olduğunu demişdir. Təqsirləndirilən şəxs2 ona “Binə” ticarət mərkəzində gözləməsini, olduğu yerdən onu götürəcəyini söyləmişdir. O, həmin vaxt qızı X15 ilə birlikdə “Binə” ticarət mərkəzində alışveriş etmiş, bundan bir qədər sonra Təqsirləndirilən şəxs2 “BMW” markalı avtomobillə gəlmişdir. Həmin vaxt avtomobili əvvəllər tanımadığı kişi idarə etmiş, Təqsirləndirilən şəxs2 avtomobildə ön sağ sərnişin oturacağında əyləşmişdir. Bundan sonra qızı Gözəl Əkbərova ilə birlikdə qeyd olunan avtomobilə əyləşmişlər. O, Təqsirləndirilən şəxs2 və həmin şəxslə birlikdə Ucar rayonuna yola düşmüşlər. Yolda olarkən avtomobili idarə edən şəxsin Təqsirləndirilən şəxs1 adlı hərbi qulluqçu olduğunu öyrənmişdir. Yolda olan zaman Təqsirləndirilən şəxs2 ona təkidlə özünü avtomobilin sahibinə alıcı kimi təqdim etməsini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 nəyə görə özünü avtomobilin sahibinə alıcı kimi təqdim etməyini istəməsi barədə soruşduqda, bu yolla avtomobilin qiymətini aşağı salmaq istədiyini demişdir. Ucar rayonuna çatdıqda Təqsirləndirilən şəxs2 avtomobilini almaq istədiyi şəxs onları qarşılamış və onlar orada olan evlərdən birinin həyətinə daxil olmuşlar. Təqsirləndirilən şəxs2 orada hazırda rəngini və markasını xatırlamadığı, lakin hündür olan avtomobillərdən birini ona göstərərək “Xanım, bu maşındır. Necədir, yaxşıdır?” deyə soruşduqda, o, “Bəli, yaxşıdır” demişdir. Bundan sonra avtomobili satan şəxslə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında baş tutan söhbətlərdən məlumatı olmamışdır. Daha sonra isə onlar yenidən “BMW” markalı avtomobilə əyləşərək Bakı şəhərinə geri qayıtmışlar. Bakı şəhərinə qayıtdıqdan bir müddət sonra Təqsirləndirilən şəxs2la mobil telefonla danışarkən sonuncu ona keçən dəfə baxmağa getdikləri avtomobili aldıqlarını demiş, lakin bundan sonra baş verənlərdən heç bir məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, N23-cü ilin oktyabr ayının ortalarında Rusiya Federasiyasının Moskva şəhərində yaşayan dostu Etibar avtosalonunun olduğunu bildiyindən onunla “Whatsapp” mobil tətbiqi vasitəsi ilə əlaqə saxlayıb Rəşad adlı tanışının ucuz qiymətə N16-cı il buraxılış, “Kia Sorento” markalı avtomobil satdığını bildirmiş və ona hazırda xatırlamadığı mobil nömrə göndərmişdir. O, həmin nömrə ilə əlaqə saxladıqda danışdığı şəxs ona avtomobilə Biləcəri qəsəbəsi ərazisində baxa biləcəklərini demişdir. Sonra “Mega Cars” avtosalonunda işləyən Şahid16la birlikdə 14 oktyabr N23-cü il tarixdə Biləcəri qəsəbəsində qeyd olunan ünvana çatdıqda sonradan tanıdığı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Kia Sorento” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobillə olduqları yerə gəlmişlər. Onlar orada həmin avtomobilə baxdıqdan sonra avtomobili 29000 manata alacaqlarına dair razılaşmışlar. Avtomobilin bazar dəyərindən daha ucuz qiymətə alınmasına səbəb avtomobilin sürətlər qutusunda və digər bəzi ehtiyat hissələrində nasazlıqların olması olmuşdur. Həmin avtomobilin alqı-satqısını Təqsirləndirilən şəxs1la 16 oktyabr N23-cü il tarixə, yəni həftənin birinci gününə BDYPİ-nin Sumqayıt regional mərkəzində sənədləşdirəcəklərinə dair razılaşmışlar və Təqsirləndirilən şəxs1 təxminən 1000 manat pulu beh kimi vermək istədikdə sonuncu həmin pulu ondan götürməmişdir. Bundan sonra “Kia Sorento” markalı avtomobili sahibi olduğu “Mega Cars” avtomobil salonunun qarşısına aparmışdır. O, Biləcəri qəsəbəsində “Kia Sorento” markalı avtomobilin sənədlərinə baxan zaman həmin avtomobilin cəmi 1 gün əvvəl Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirildiyini gördüyündən sonuncudan nəyə görə avtomobili satmaq istədiyini soruşduqda Təqsirləndirilən şəxs1 ona avtomobili bəyənmədiyini, buna görə satmaq istədiyini demişdir. 15 oktyabr N23-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 “Mercedes Gelandewagen” markalı avtomobillə sahibi olduğu “Mega Cars” avtomobil salonuna gələrək ondan bir qədər pul verməsini xahiş etmişlər. O, Şahid16, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə “Kia Sorento” markalı avtomobilə əyləşərək Saray qəsəbəsində yaşadığı ünvana getmişlər, yaşadığı ünvandan təxminən 6000 manat pul götürərək Təqsirləndirilən şəxs1 vermiş və pulun qalanını növbəti gün, avtomobil adına rəsmiləşdirildikdən sonra sonunculara verəcəyini demişdir. 16 oktyabr N23-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la BDYPl-nin Sumqayıt regional mərkəzində görüşmüşlər. Avtomobili Şahid16 adına rəsmiləşdirib 29000 manat puldan geriyə qalan pulu tam şəkildə Təqsirləndirilən şəxs2 vermiş, Təqsirləndirilən şəxs2 isə öz növbəsində pulu saydıqdan sonra Təqsirləndirilən şəxs1 vermişdir. Bundan sonra onlar “Kia Sorento” markalı avtomobili Sumqayıt şəhərində yerləşən işlədikləri “Mega Cars” avtosalonuna gətirərək “Turbo.az” avtomobil elanları saytında həmin avtomobili 37000 manata satmağa dair elan yerləşdirmişlər. Bundan bir müddət sonra, avtosalona Xəyal adlı şəxs yaxınlaşaraq avtomobili almaq istədiyini, lakin əlində cəmi 15000 manat pul olduğunu, qalan 2N00 manat pulu kreditlə ödəməsinə köməklik etməsini xahiş etmişdir. X38 avtomobili sonuncuya 37000 manata satacaqlarına dair razılaşdıqdan sonra Xəyal Şükürov ona 15000 manat ödəniş etmiş və qalan 2N00 manat pulu kredit yolu ilə rəsmiləşdirərək onu pulunu vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid16 Şahid15 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini mahiyyəti üzrə təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərdi ki, avtomobil alqı-satqısı ilə məşğul olur və Təqsirləndirilən şəxs1 Lökbatan qəsəbəsi ərazisində yaşayan, avtomobil alqı-satqısı ilə məşğul olan Elnur adlı tanışı vasitəsi ilə tanımışdır. Onun lizinq işi ilə məşğul olan bir çox dostları var. Dəqiq xatırlamadığı tarixdə Elnur Təqsirləndirilən şəxs1la birlikdə onunla görüşərək hansısa avtomobili Təqsirləndirilən şəxs1 adına lizinqə salmaq istədiklərini demiş və onun Təqsirləndirilən şəxs1la tanışlığı yaranmışdır. Təxminən N23-cü ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs1 ona zəng edərək komandirinin “Kia K5” markalı avtomobilini sonuncuya verdiyini, avtomobili satmaq istədiyini, həmin avtomobilə müştəri tapmasına köməklik etməsini ondan xahiş etmişdir. Həmçinin o, Təqsirləndirilən şəxs1la danışarkən sonuncu ona avtomobilin pulunun bir hissəsini komandirinə verdiyini, lakin komandirinə hələ də bir qədər pul borclu olduğunu, qalan pulu komandirinə bir neçə ay sonra verəcəyini demiş, həmin vaxt o, Təqsirləndirilən şəxs1 avtomobili necə satacağını soruşduqda sonuncu komandirinin baş etibarnamə verdiyini və bu yolla avtomobili sata biləcəyini demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs1 “Komandirinin pulunu verə biləcəksənmi? Dəqiq problem yaranmayacaq ki?” deyə soruşduqda, sonuncu heç bir problem olmayacağını, komandiri ilə bu barədə razılaşdıqlarını demişdir. Həmin vaxt o, Rusiya Federasiyasında olsa da, avtomobil alqı-satqısı ilə məşğul olan Bəhruz adlı dostuna “Whatsapp” mobil tətbiqi vasitəsi ilə zəng edərək Rəşad adlı tanışının “Kia K5” markalı avtomobil satdığını, istədiyi təqdirdə həmin avtomobilə baxıb almasını təklif etmişdir. Lakin o, Bəhruzla danışarkən Təqsirləndirilən şəxs1 komandirinə avtomobilin pulunu hələ tam şəkildə ödəmədiyini, bu səbəbdən avtomobili almaq istədiyi təqdirdə gələcəkdə hər hansı problem yaşamaması üçün avtomobili birbaşa öz adına rəsmiləşdirməsini demiş, Bəhruz isə öz növbəsində həmin avtomobilə baxacağını, bəyəndiyi təqdirdə həmin avtomobili alacağını demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs1 hazırda xatırlamadığı mobil nömrəsini Bəhruza vermişdir. Həmin gün bir qədər sonra Bəhruz ona zəng edərək Rəşadla razılaşdıqlarını və avtomobili hazırda xatırlamadığı, lakin ucuz qiymətə aldığını demişdir. Həmçinin Bəhruz adlı tanışı sərfəli qiymətə avtomobil tapdığına görə onun kart hesabına şirinlik kimi təxminən 500 manat pul göndərmişdir. Bundan sonra isə baş verənlərdən heç bir məlumatı olmamışdır. Bu hadisədən təxminən iki gün sonra Təqsirləndirilən şəxs1 yenidən “Whatsapp” mobil tətbiqi vasitəsi ilə ona zəng edərək hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X51 İdarəsində olduğunu, “Kia Sorento” markalı, N16-cı il buraxılışlı avtomobili öz adına rəsmiləşdirdiyini, həmin avtomobili 3N00 manata satmaq istədiyini, avtomobilə müştəri tapa bilib-bilməyəcəyini soruşmuş, o isə maraqlanıb məlumat verəcəyini demişdir. Növbəti gün o, avtomobil alqı-satqısı ilə məşğul olan dostu Şahid15 “Whatsapp” mobil tətbiqi vasitəsi ilə zəng edərək Rəşad adlı tanışının 3N00 manata N16cı il buraxılışlı “Kia Sorento” markalı avtomobil satdığını, uyğun olarsa həmin avtomobilə baxmasını təklif etmişdir. Şahid15 ondan Təqsirləndirilən şəxs1 mobil nömrəsini istədiyindən sonuncunun hazırda xatırlamadığı mobil nömrəsini Şahid15 vermişdir. Bundan sonra Şahid15 ona zəng edərək Təqsirləndirilən şəxs1la “Kia Sorento” markalı avtomobili 29000 manata almağa dair razılaşdıqlarını demiş və ona münasib qiymətə avtomobil almasına köməklik etdiyinə görə bank hesabına təxminən 1000 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs1 Şahid15 satdığı avtomobilin cinayət yolu ilə əldə olunmuş olduğunu bir müddət sonra Şahid15la əlaqə saxlayan bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, N23-cü ilin oktyabr ayının ortalarında şəxsi istifadəsi üçün avtomobil almaq qərarına gəlmişdir. Bu məqsədlə bu barədə tanış şəxslərə bildirmiş, N23-cü ilin oktyabr ayının ortalarında tanışların vasitəsi ilə tapdığı N12-ci il buraxılışlı “Kia K5” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxmaq üçün Bakı şəhəri “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığına getmiş, avtomobilə baxdıqdan sonra almaq qərarına gəlmişdir. Həmin vaxt soyadını xatırlamadığı Bəhruz adlı şəxslə avtomobili 15500 manat məbləğində pul müqabilində alacağına dair razılaşmışlar. Həmin gün Bəhruz adlı şəxs ona “online” qaydada baş etibarnamə verdikdən sonra həmin şəxsə qeyd edilən 15500 manat məbləğində pulu vermiş, alqı-satqı ilə bağlı prosedurları gələcəkdə icra etməyi düşünmüşdür. N23-cü ilin noyabr ayının əvvəllərində “Kia K5” markalı avtomobili öz adına rəsmiləşdirmək istəyərkən avtomobilin faktiki sahibi olan Gəncə şəhərində yaşayan “Kamran” adlı şəxsin avtomobilə olan etibarnamələri ləğv etdiyini öyrənmişdir. Maraqlandıqda avtomobilin faktiki olaraq Kamran adlı şəxs tərəfindən Zərərçəkmiş şəxs3 ad və soyadlı şəxsə satıldığını, daha sonra N23-cü ilin oktyabr ayında Zərərçəkmiş şəxs3 həmin avtomobili hər hansı məbləğdə pul müqabilində satmasını və həmin pulu sonuncuya verməsini öz xidmət yoldaşı Təqsirləndirilən şəxs1 ad və soyadlı şəxsə tapşırdığını, Təqsirləndirilən şəxs1 isə verdiyi vədləri yerinə yetirməyərək həmin avtomobili bazar qiymətindən ucuz qiymətə sataraq əldə olunan pulları Zərərçəkmiş şəxs3 tam şəkildə qaytarmadığını öyrənmişdir. Avtomobil faktiki olaraq Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs1la əlaqəli olmayan Bəhruz adlı şəxs almış və aldığı avtomobili daha baha qiymətə faktiki olaraq o, almışdır. Avtomobillə bağlı problemləri həll etmək üçün Zərərçəkmiş şəxs3, Şahid10 və digər şəxslərlə mobil telefonla söhbətlər etdikdən sonra həmin şəxslər avtomobilin onda qalmasına dair razılaşmışlar. Bu səbəbdən Kamran 03 noyabr N23-cü il tarixdə onun bibisi oğlu X26 baş etibarnamə vermiş, o da həmin gün avtomobili alqı-satqı müqaviləsinə əsasən bibisi oğlundan almışdır. Həmin avtomobili bir müddət idarə etdikdən sonra təxminən N24-cü ilin may ayında X2. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, təxminən N21-ci ilin sentyabr ayının əvvəllərində bibisi oğlu Şahid3 ona “Opel Astra” markalı avtomobil almaq istədiyini, lakin sürücülük vəsiqəsi olmadığına görə həmin avtomobili öz adına ala bilmədiyini, bu səbəbdən həmin avtomobilin onun adına rəsmiləşdirilməsini ondan xahiş etmişdir. O isə Elşənlə razılaşmış və 19 sentyabr N21-ci il tarixdə bibisi oğlu Şahid3 və avtomobili bibisi oğluna tapan Təqsirləndirilən şəxs2la birlikdə Nizami rayonu ərazisində yerləşən notariuslardan birinin qarşısına getmişlər. Onlar orada sonradan adını bildiyi avtomobilin sahibi olan Şahid2 adlı şəxslə görüşmüşlər. Elə notariusun qarşısında Şahid2 ilə avtomobili 3 (üç) illik icarə qaydasında Elşənə icarəyə verəcəyinə, Elşənin isə aylıq 650 manat olmaqla, üç ilin sonunda Şahid2 ümumilikdə 23700 manat məbləğində pul ödəyəcəyinə dair razılaşmışlar. Bundan sonra elə həmin notariusda Asif və Elşənin iştirakı ilə Şahid2 onunla qeyd edilən şərtlərlə “Opel Astra” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin alqı-staqısına dair müqavilə bağlamışdır. Daha sonra baş verənlərdən isə heç bir məlumatı olmamışdır. Məhkəmədə mudafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X34 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun atası Qüdrət Cərayılov isə qonşusudur və münasibətləri əvvəllər normal olmuşdur. Təxminən N23-cü ilin yay aylarında Rüfət adlı dostu onda olan motosikileti almaq istəmiş, bu səbəbdən onlar Qobu qəsəbəsində yerləşən Daşdlı Yamac adlı kafesində görüşmüşlər. Həmin vaxt o, atası Təqsirləndirilən şəxs2 dostları İlkin İsmayılov kafedə açıq hava oturub çay içib söhbət edən zaman Zərərçəkmiş şəxs1 gəlmiş və onların yanında səhv etmirsə Volkswagen Touareg markalı avtomobillə bağlı atası Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 1N00 və ya 12500 manat pul vermişdir. O, satışda olan avtomobillərin təmizliyinə baxdığına görə həmin puldan Zərərçəkmiş şəxs1 ona 50 və ya 100 manat pul vermişdir. Məhkəmədə prosess iştirakçılarının razılığı ilə iş üzrə şahid qismində dindirilmiş Şahid3 elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs2 ilə dayısı oğlu Şahid4 işlətdiyi Lökbatan qəsəbəsi ərazisində yerləşən “Xəyal” kafesində tanış olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 özünü ona maşın ustası, həmçinin avtomobil alqı-satqısından anlayışı olan bir şəxs kimi təqdim etmişdir. Təxminən N21-ci ilin sentyabr ayının əvvəllərində dayısı oğlu Şahid4 ona zəng edərək özünə məxsus olan hazırda markasını xatırlamadığı avtomobilini təmir etdirmək üçün birlikdə Binə ticarət mərkəzinin yaxınlığında yerləşən avtomobil servislərindən birinə aparmalarını xahiş etmişdir. Bu səbəbdən o, Həsənlə birlikdə qeyd edilən avtomobil servisinə getmişdir. Həmin avtomobil servisində Təqsirləndirilən şəxs2 da usta kimi fəaliyyət göstərmişdir. Onlar avtomobil servisində olduqları vaxt Asif ona “Opel Astra” markalı avtomobili göstərərək avtomobilin kreditlə satıldığını, istədiyi təqdirdə 1000 manat ilkin ödəniş edərək avtomobili ala biləcəyini demişdir. Asifin bu təklifindən sonra sonuncuya ilkin ödəniş kimi 1000 manat yox, 300 manat ödəyə biləcəyini demişdir. Bundan sonra Asif Qaradağ rayon DYPŞ-də işləyən bir şəxsə zəng edərək avtomobili onun almaq istədiyini dedikdə həmin şəxs bu məsələ barədə qardaşı ilə danışmalı olduqlarını demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs2la birlikdə “Opel Astra” markalı avtomobilin sahibi olan Şahid2 ilə görüşərək avtomobili alacağı şərtlərlə bağlı razılığa gəlmişlər. Həmin vaxt onun sürücülük vəsiqəsi olmadığından dayısı oğlu Şahid4 avtomobili sonuncunun adına rəsmiləşdirməyi xahiş etmişdir. Həsən isə onunla razılaşmışdır. Bundan bir neçə gün sonra, yəni 19 sentyabr N21-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Şahid4la birlikdə Nizami rayonu ərazisində yerləşən notariuslardan birinə getmiş və orada Şahid2 ilə görüşmüşdür. Elə notariusun qarşısında onlar bir daha Şahid2 ilə avtomobili 3 (üç) illik icarə qaydasında ona icarəyə verəcəyinə, onun isə aylıq 650 manat, üç ilin sonunda isə Səxavətə ümumilikdə 23700 manat ödəyəcəyinə dair razılaşmışlar. Bundan sonra elə həmin notariusda Asifin iştirakı ilə Şahid2 dayısı oğlu Şahid4la qeyd edilən şərtlərlə “Opel Astra” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin alqı-satqısına dair müqavilə bağlamışdır. On ay ərzində Səxavətə ümumilikdə təxminən N00 manat civarında pul ödəmişdir. Buna səbəb “Opel Astra” markalı avtomobili idarə etdiyi müddətdə avtomobildə mütəmadi olaraq müəyyən nasazlıqların yaranması və avtomobili təmir etdirməyə pul xərcləməsi olmuşdur. Təxminən NN-ci ilin may ayında idarə etdiyi “Opel Astra” markalı avtomobilin mühərrikində problem yaranmışdır. Avtomobilin mühərrikinin təmir olunmasına müəyyən qədər pul lazım olduğundan avtomobilin sahibi olan Şahid2 zəng edərək yaranmış problem barədə bildirib artıq aylıq ödənişləri ödəmək iqtidarında olmadığını, ona yeni avtomobil verməsini və ya digər qaydada ona köməklik etməsini bildirdikdə Səxavət ona bu barədə Təqsirləndirilən şəxs2la danışmasını təklif etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs2 zəng edərək mövcud problem barədə bildirdikdə Asif ona narahat olmamasını, “Opel Astra” markalı avtomobili ondan götürərək ona yeni avtomobil verəcəyini, “Opel Astra” markalı avtomobili isə özünün təmir edəcəyini demişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs2 “Opel Astra” markalı avtomobili ondan götürərək ona “Volkswagen Jetta” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobil vermişdir. Həmin vaxt aralarında olan razılaşmaya əsasən “Volkswagen Jetta” markalı avtomobili idarə etdiyi müddət ərzində ilkin razılaşmalarına uyğun olaraq Şahid2 aylıq ödənişləri etməli olmuşdur. Təxminən üç gün müddətində “Volkswagen Jetta” markalı avtomobili idarə etdikdən sonra həmin avtomobilin də nasaz vəziyyətdə oluğunu müəyyən etdiyindən yenidən Təqsirləndirilən şəxs2 zəng edərək ona verdiyi “Volkswagen Jetta” markalı avtomobilin də nasaz vəziyyətdə olduğunu deyərək avtomobili geri götürməsini istəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 “Volkswagen Jetta” markalı avtomobili ondan götürərək “Opel Astra” markalı avtomobilə çəkdiyi xərclərə görə ona 300 manat pul vermiş, daha sonra baş verənlərdən isə heç bir məlumatı olmamışdır. Məhkəmədə prosess iştirakçılarının razılığı ilə ifadəsi elan edilmiş şahid X29 ifadəsində göstərmişdir ki, avtomobil alqı-satqısı ilə məşğul olur. 10 oktyabr N23-cü il tarixdə “Həci” ləqəbli dostu Şahid17 ona zəng edərək əvvəllər tanımadığı Rəşad adlı şəxsin ucuz qiymətə N12-ci il buraxılışlı, “Kia K5” markalı avtomobil satdığını, ona uyğun olduğu təqdirdə həmin avtomobili almağı təklif etmişdir. O, Şahid17 təklifi ilə razılaşdıqdan sonra Etibar Rəşadın 050- ***-**-** mobil nömrəsini “Whatsapp” mobil tətbiqi vasitəsi ilə ona göndərmişdir. Həmçinin Şahid17 ona “Kia K5” markalı avtomobili Rəşaddan alacağı təqdirdə adına rəsmiləşdirməsini tapşırmışdır. Bundan sonra o, Şahid17 ona nömrəsini verdiyi Rəşad adlı şəxsə zəng edərək avtomobilə baxmaq istədiyini demiş və onlar Rəşadla “Xətai” metrostansiyası yaxınlığında görüşməyə dair razılaşmışlar. Həmin gün axşam saatlarında o, Rəşadla “Xətai” metrostansiyası yaxınlığında görüşmüşdür. Rəşad görüşə Asif adlı şəxslə birlikdə gəlmişdir. Həmin vaxt “Kia K5” markalı avtomobili Rəşad idarə etmiş, Asif isə avtomobilin ön sağ sərnişin oturacağında əyləşmişdir. Görüş zamanı o, “Kia K5” markalı avtomobilin dövlət qeydiyyat nişanının **-EG-*** olduğunu görmüş və avtomobilə baxdıqdan sonra Rəşadla avtomobili 13000 manata alacağına dair razılaşmışdır. Bundan sonra Rəşaddan ona baş etibarnamə verməsini tələb etdikdə Rəşad özünə verilmiş etibarnamənin müddətinə az qaldığını, verilmiş etibarnaməni yeniləməli olduğunu, etibarnaməni yeniləmək üçün Gəncə şəhərinə getməli olduğunu, baş etibarnaməni ona növbəti gün verə biləcəyini demiş, o isə sonuncu ilə razılaşaraq “Kia K5” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili atası Əli Zeynalovun Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində olan evinin həyətinə qoymuşdur. Növbəti gün, yəni 11 oktyabr N23-cü il tarixdə səhər saatlarında Rəşad ona zəng edərək baş etibarnamə verə biləcəyini və Lökbatan qəsəbəsi ərazisində görüşməyi təklif etmişdir. O, Rəşadla razılaşaraq Lökbatan qəsəbəsinə getmiş, orada onu Rəşadla Asif qarşılamışlar. Bundan sonra birlikdə orada olan notariuslardan birinə getmiş və Rəşad ona “Kia K5” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair baş etibarnamə vermişdir. Daha sonra o, elə notariusun qarşısında 13000 manat pulu Təqsirləndirilən şəxs1 vermək istədikdə sonuncunun istəyinə əsasən həmin pulu Təqsirləndirilən şəxs2 vermişdir. Pulu verdikdən sonra isə Rəşad və Asifdən ayrılaraq “Kia K5” markalı avtomobili “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığında avtomobil alqı-satqısı ilə məşğul olan tanışlarından birinin dayanacağına yerləşdirmiş və ona sərfəli qiymətə avtomobil tapdığına görə Şahid17 kart hesabına şirinlik kimi 500 manat pul göndərmişdir. Bundan bir neçə gün sonra, təxminən N23-cü ilin oktyabr ayının ortalarında Şahid12 adlı şəxsin “Kia K5” markalı avtomobili almaq istədiyini öyrənmiş, bu səbəbdən Şahid12lə əlaqə saxlayaraq sonuncu ilə avtomobili 15500 manat məbləğində pul müqabilində alqı-satqı edəcəklərinə dair razılaşmışlar. Həmin gün, yəni 21 oktyabr N23-cü il tarixdə Şahid12 “online” şəkildə baş etibarnamə verdikdən sonra Şahid12 qeyd edilən 15500 manat məbləğində pulu ona vermişdir. Bir neçə gün sonra Şahid12 ona zəng edərək “Kia K5” markalı avtomobili öz adına rəsmiləşdirmək istəyərəkən avtomobilin faktiki sahibi olan Gəncə şəhərində yaşayan Kamran adlı şəxsin avtomobilə olan etibarnamələri ləğv etdiyini demişdir. Bundan sonra baş verənlərdən ona həmin avtomobilin faktiki olaraq Kamran adlı şəxs tərəfindən Zərərçəkmiş şəxs3 ad və soyadlı şəxsə satıldığı, daha sonra N23-cü ilin oktyabr ayında Zərərçəkmiş şəxs3 həmin avtomobili hər hansı məbləğdə pul müqabilində satmasını və həmin pulu sonuncuya verməsini öz xidmət yoldaşı Təqsirləndirilən şəxs1 tapşırdığı məlum olmuşdur. Təqsirləndirilən şəxs1 isə verdiyi vədləri yerinə yetirməyərək həmin avotmobili ucuz qiymətə ona satmış, lakin əldə olunan pulları Zərərçəkmiş şəxs3 tam şəkildə qaytarmamışdır. Qeyd olunan səbəblərdən avtomobillə bağlı problemləri həll etmək üçün o, Şahid12lə birlikdə Zərərçəkmiş şəxs3, Şahid10 və digər şəxslərlə mobil telefonla söhbətlər etdikdən sonra avtomobilin Şahid12 qalmasına dair razılaşmışlar. Bundan sonra “Kia K5” markalı avtomobil Şahid12 adına rəsmiləşdirilmiş, eyni zamanda avtomobilin üzərində olan **-EG-*** dövlət qeydiyyat nişanı yeni **-GG-*** dövlət qeydiyyat nişanına dəyişdirilmişdir. Daha sonra baş verənlərdən isə heç bir məlumatı olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, cinayət işi 02 mart N24-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı İlkin İsmayılov tərəfindən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanaraq icraatına qəbul edilməklə istintaq aparılmışdır. 19 mart N24-cü il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmiş, lakin o, istintaqdan qaçıb gizləndiyindən və olduğu yer müəyyən olunmadığından ona ittiham elan etmək mümkün olmamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 03 (üç) ay 13 (on üç) gün müddətinə həbs qətimkan tədbiri seçilməklə barəsində ittiham elan edilməsi üçün tutulması və axtarış elan edilməsi haqqında qərar qəbul edilmiş və cinayət işi üzrə icraat həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 26 iyun N24-cü il tarixdə Təqsirləndirilən şəxs1 Gürcüstan Respublikası DİN-in Patrul Polis Departamentinin Sərhəd İdarə edilməsi və Koordinasiyası Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb Azərbaycan Respublikasına ekstradisiya edilərək 06 avqust N24-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verildiyindən 13 avqust N24-cü il tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və 18 avqust N24-cü il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törətdiyi vaxt Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu olması nəzərə alınaraq 09 sentyabr N24-cü il tarixdə cinayət işi Azərbaycan Respublikası Baş Prokurorluğu və Respublika Hərbi Prokurorluğu vasitəsi ilə istintaq aidiyyəti üzrə Bakı Hərbi Prokurorluğuna göndərilmiş və cinayət işi 25 sentyabr N24-cü il tarixdə icraata qəbul edilmişdir. Bundan başqa 02 may N24-cü il tarixdə Sumqayıt Hərbi prokuroru, ədliyyə polkovnik- leytenantı Raul Şahverdiyev tərəfindən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq istintaqın davam etdirilməsi prokurorluğun müstəntiqi, ədliyyə baş leytenantı Taleh Mirhüseynova həvalə edildiyindən icraatına qəbul edilməklə istintaqı aparılmışdır. 04 iyun N24-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmiş, lakin Azərbaycan Respublikasının hüdudlarından kənarda olması ilə əlaqədar cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadığına görə ona ittiham elan etmək mümkün olmamış və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. 26 sentyabr N24-cü il tarixdə müstəntiq, ədliyyə baş leytenantı Taleh Mirhüseynov tərəfindən cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və həmin tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. 27 sentyabr N24-cü il tarixdə ********* nömrəli cinayət işi Respublika Hərbi Prokurorluğunun vasitəsi ilə istintaqın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Bakı Hərbi Prokurorluğuna göndərilmiş və cinayət işi 01 oktyabr N24-cü il tarixdə prokurorluğa daxil olaraq, qəbul edilmiş qərarla Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti Bakı Hərbi Məhkəməsinin 04 oktyabr N24-cü il tarixli qərarı ilə 26 noyabr N24-cü il tarixədək, 23 noyabr N24-cü il tarixli qərarı ilə 26 yanvar N25-ci il tarixədək, 24 yanvar N25-ci il tarixli qərarı ilə 26 aprel N25-ci il tarixədək uzadılmışdır. Bundan başqa 19 fevral N24-cü il tarixdə Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Raqib Rəhimov tərəfindən vətəndaş Zərərçəkmiş şəxs1 qarşı xeyli miqdarda dələduzluq edilməsi faktına görə Azərbaycan Respublikası CM- nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraatına qəbul edilmiş, lakin Təqsirləndirilən şəxs2 həmin cinayət işi üzrə cinayət prosesini həyata keçirən orqanın çağırışlarına gəlmədiyindən barəsində N fevral N24-cü il tarixdə axtarış elan edilməsi haqqında qərar qəbul edilmişdir. 23 fevral N24-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmiş, lakin o, istintaqdan qaçıb gizləndiyindən və olduğu yer müəyyən olunmadığından ona ittiham elan etmək mümkün olmamış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və 01 may N24-cü il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 18 iyun N24-cü il tarixdə Təqsirləndirilən şəxs2 Gürcüstan Respublikası DİN- in Kriminal Polis Departamentinin əməkdaşları tərəfindən saxlanılıb Azərbaycan Respublikasına ekstradisiya edildiyindən cinayət işi üzrə dayandırılmış icraat 01 avqust N24- cü il tarixdə təzələnmiş və 03 avqust N24-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur. 03 avqust N24-cü il tarixdə Qaradağ RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Raqib Rəhimov tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə yeni məzmunlu ittiham elan edilmişdir. N avqust N24-cü il tarixdə ********* nömrəli cinayət işi ərazi aidiyyəti üzrə istintaqın davam etdirilməsi üçün Şirvan şəhər X25 Bölməsinə göndərilmiş və cinayət işi 10 sentyabr N24-cü il tarixdə həmin bölməyə daxil olaraq ibtidai istintaqın davam etdirilməsi bölmənin müstəntiqi, polis mayoru İlqar Novruzova həvalə edildiyindən icraatına qəbul edilmişdir. 12 sentyabr N24-cü il tarixdə Şirvan şəhər Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilmiş və həmin tarixdə Şirvan ŞPŞ-nin İB-nin müstəntiqi, polis mayoru İlqar Novruzov tərəfindən Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr N24-cü il tarixli qərarı ilə Şirvan şəhər Məhkəməsinin 12 sentyabr N24-cü il tarixli qərarı ləğv edilərək Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 19 oktyabr N24-cü il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti Bakı Hərbi Məhkəməsinin 18 oktyabr N24-cü il tarixli qərarı ilə 28 noyabr N24-cü il tarixədək, 25 noyabr N24-cü il tarixli qərarı ilə 28 yanvar N25-ci il tarixədək, 24 yanvar N25-ci il tarixli qərarı ilə 28 aprel N25-ci il tarixədək uzadılmışdır. 24 sentyabr N24-cü il tarixdə Şirvan ŞPŞ-nin İB-nin müstəntiqi, polis mayoru İlqar Novruzov tərəfindən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Baş Prokurorluğu və Respublika Hərbi Prokurorluğunun vasitəsi ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək istintaqın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Bakı Hərbi Prokurorluğuna göndərilmiş və cinayət işi 15 oktyabr N24-cü il tarixdə prokurorluğa daxil olaraq, tərəfimdən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunan ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. 08 fevral N25-ci il tarixdə Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrindən, Təqsirləndirilən şəxs2 əməlləri isə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. 10 fevral N25-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM- nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. 11 fevral N25-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM- nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. İbitidai istintaq zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş, Şahid1 öz ifadəsində göstərdiklərini bir daha Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək onu ifşa etmişdir (cild Vİİ, i/v 158-161). N nömrəli hərbi hissə komandirinin N may N-cu il tarixli 137 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs1 N nömrəli hərbi hissə komandirinin N aprel N-cu il tarixli N əç nömrəli əmri ilə hərbi hissənin qərargah bölüyünün komendant taqımının avtomobil manqasının sürücüsü vəzifəsinə təyin edildiyinə görə N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, vəzifəsini təhvil almış və icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin N aprel N21-ci il tarixli 93 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs1 N nömrəli hərbi hissənin qərargah bölüyünün komendant taqımının avtomobil manqasının sürücüsü vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N oktyabr N23-cü il tarixli 316 nömrəli əmrindən çıxarışdan görünür ki, qərargah bölüyünün komendant taqımının avtomobil manqasının sürücüsü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs1 “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10- cu maddəsinə (bağlaşmanın ləğv olunması) və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 50-ci maddəsinin “z” bəndinə (xidmət müddəti başa çatmadan) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, çəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinə göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 05 noyabr N24-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 NN-ci ilin aprel ayının sonlarında Təqsirləndirilən şəxs2 ona məxsus olan və 6000 manat müqabilində aldığı “Nissan Maxima” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilini “Volkswagen Jetta” markalı, 90-NP- 753 dövlət qeydiyyat nişanlı avtomobillə dəyişdirərək həmin avtomobili satıb qazanc əldə edəcəklərini bildirsə də, “Volkswagen Jetta” markalı avtomobilini ələ keçirməsi, habelə Təqsirləndirilən şəxs2 ona məxsus olan “BMW F10” markalı avtomobilini tanışı Şahid5 3N00 manat müqabilində satmasına baxmayaraq, bu günə qədər ona heç bir pul verməyib onu aldadaraq ümumilikdə 38000 manat pulunu ələ keçirməsi barədə Bakı Hərbi Prokurorluğuna məlumat vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ödəniş planının surətindən görünür ki, 18 mart NN-ci il tarixdə "xxxx" QSC tərəfindən Zərərçəkmiş şəxs1 30000 manat məbləğində kredit verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ödəniş planının surətindən görünür ki, N may NN-ci il tarixdə "xxxx" QSC tərəfindən Zərərçəkmiş şəxs1 N000 manat məbləğində kredit verilmişdir. 11 may NN-ci il tarixli 7E-4688 reyestr nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, Şahid4 “Lexus GS 350” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sərəncam verə bilməsi üçün Zərərçəkmiş şəxs1 etibarnamə vermişdir. 01 sentyabr NN-ci il tarixli 7E-134N reyestr nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, X13 “Volkswagen Jetta” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edə bilməsi üçün X14 etibarnamə vermişdir. 19 sentyabr N21-ci il tarixli 3M-762 reyestr nömrəli nəqliyyat vasitəsinin ilkin alqısatqı müqaviləsinin surətindən görünür ki, Şahid2 “Opel Astra” markalı, 99- SV-403 dövlət qeydiyyat nişanlı avtomobili ilkin olaraq ona 300 manat, daha sonra isə 36 ay ərzində 650 manat, ümumilikdə 23700 manat ödəməsindən sonra Şahid4 satmağı, əsas müqaviləni bağlamağı və avtomobili Şahid4 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. 19 sentyabr N21-ci il tarixli 7E-9666 reyestr nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, Şahid2 “Opel Astra” markalı, **- SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edə bilməsi üçün Şahid4 etibarnamə vermişdir. 13 may NN-ci il tarixli 242727 blank nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, X13 “Volkswagen Jetta” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sərəncam verə bilməsi üçün Təqsirləndirilən şəxs2 etibarnamə vermişdir. 28 iyun NN-ci il tarixli 7E-6060 reyestr nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, Şahid5 “Mercedes Benz EN0” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sərəncam verə bilməsi üçün Təqsirləndirilən şəxs2 etibarnamə vermişdir. Azərbaycan Respublikası Baş X51 İdarəsinin 05 mart N24-cü il tarixli 3-13- 16/2- 36152/N24 xaricolma nömrəli məktubundan görünür ki, DİN Baş X51 İdarəsi Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Şahid5 adında “BMW 528 Xİ” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Cinayət işinin materiallarına əlavə edilmiş 12 yanvar N24-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 N23-cü ilin iyul-avqust aylarında ev alqı-satqısı ilə bağlı sənədləşmə işlərinin aparılması adı altında Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Təqsirləndirilən şəxs1 ümumilikdə 5000 manat məbləğində pul verməsi, lakin Təqsirləndirilən şəxs1 verdiyi vədlər üzrə heç bir hərəkət etməyərək həmin pulu ona qaytarmaması barədə Sumqayıt Hərbi Prokurorluğuna məlumat vermişdir. Baxış keçirilməsi haqqında 27 mart N24-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs2 arasında “Whatsapp” səs yazıları və yazışmaları qeydə alınmış, həmin səs yazıları və yazışmalardan 21 iyul N23-cü il tarixdən 04 oktyabr N23-cü il tarixədək olan müddət ərzində ümumilikdə Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs2 arasında evə dair sənədləşmənin qanuniləşdirilməsi, Təqsirləndirilən şəxs1 qısa zaman ərzində həmin işi həll edəcəyini vəd etməsi, bir müddət sonra sonuncunun qeyd olunan işi həll etmədiyinə görə müxtəlif bəhanələr gətirərək Zərərçəkmiş şəxs2 aldığı pulun qaytarılmasından boyun qaçırması, Zərərçəkmiş şəxs2 dəfələrlə Təqsirləndirilən şəxs1 öz narazılığını bildirməsi ilə bağlı mövzularda danışıqlar və yazışmalar aparıldığı müəyyən olunur. Bundan başqa həmin protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 N iyul N23-cü il tarixdə 3M-994 reyestr nömrəli kredit müqaviləsi əsasında Təqsirləndirilən şəxs1 N00 manat məbləğində pul vermiş, həmçinin 30 iyul N23-cü il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 55N 09** **** 7586 nömrəli kart hesabına 3000 manat məbləğində pul köçürmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş 01 noyabr N23-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 özünə məxsus olan “Kia Optima” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili satması üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs1 etibarnamə ilə verməsi, lakin sonuncunun etibarından sui-istifadə edərək avtomobilini ələ keçirməsi barədə Sumqayıt Hərbi Prokurorluğuna məlumat vermişdir. Baxış keçirilməsi haqqında N dekabr N23-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs3 arasında “Whatsapp” səs yazıları və yazışmaları qeydə alınmış, həmin vaxt Təqsirləndirilən şəxs1 istifadəsində ***-***-**-** saylı mobil nömrəsi olmuş, həmin səs yazıları və yazışmalardan 31 oktyabr N23-cü il tarixdən 12 dekabr N23-cü il tarixədək olan müddət ərzində ümumilikdə Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 alqı- satqı üçün təqdim etdiyi avtomobilin satışından əldə edilmiş pulları istəməsi, Təqsirləndirilən şəxs1 isə müxtəlif bəhanələr gətirərək həmin pulların qaytarılmasından boyun qaçırması ilə bağlı mövzularda danışıqlar və yazışmalar aparıldığı müəyyən olunur. Bununla yanaşı həmin protokoldan görünür ki, Zərərçəkmiş şəxs3la sonuncunun kontaktlarında “X47” kimi qeyd olunmuş ***-***-**-** saylı mobil nömrə arasında 26 oktyabr N23-cü il tarixdən 07 dekabr N23-cü il tarixədək “Whatsapp” yazışmaları və zəngləri qeydə alınmış, həmin yazışmalardan ümumilikdə Asif adlı şəxslə Zərərçəkmiş şəxs3 arasında sonuncuya məxsus “Kia K5” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin radara düşməsi ilə bağlı mövzuda yazışmalar aparıldığı müəyyən olunur. 30 mart N21-ci il tarixli 7E-6495 reyestr nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, Şahid10 “Kia K5” markalı, **-EG- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edə bilməsi üçün Zərərçəkmiş şəxs3 etibarnamə vermiş və həmin etibarnamə 01 avqust N24-cü il tarixədək qüvvədə olmuşdur. 11 avqust NN-ci il tarixli 7E-7406 reyestr nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, Şahid10 “Kia K5” markalı, **-EG- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sərəncam verə bilməsi üçün Zərərçəkmiş şəxs3 etibarnamə vermiş və həmin etibarnamə 11 avqust N24-cü il tarixədək qüvvədə olmuşdur. Sumqayıt şəhər Polis İdarəsinin 08 aprel N24-cü il tarixli 58-6/2-1592 xaricolma nömrəli məktubundan görünür ki, “Kia K5” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şahid10 adına olmuş, 11 oktyabr N23-cü il tarixdə isə Təqsirləndirilən şəxs1 baş etibarnamə verilmişdir. 11 oktyabr N23-cü il tarixli 7E-8890 reyestr nömrəli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “Kia K5” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sərəncam verə bilməsi üçün XN etibarnamə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 12 oktyabr N24-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 N23-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə ona məxsus “Kia K5” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilini 17500 manata satmaq adı ilə ondan götürmələri, həmin avtomobili satmalarına baxmayaraq ona ödəməli olduqları pulun 9500 manatını geri qaytarmamaları barədə Bakı Hərbi Prokurorluğuna məlumat vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 14 oktyabr N24-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs4 13 oktyabr N23-cü il tarixdə Azərbaycan Respublikası DİNin Baş X51 İdarəsinin qarşısında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona məxsus “Kia Sorento” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini 35000 manata almaq adı ilə aldadaraq avtomobilini Təqsirləndirilən şəxs1 adına keçirməyə nail olub ona cəmi 3000 manat məbləğində nağd şəkildə pul verməklə 3N00 manat pulunu ələ keçirmələri barədə Bakı Hərbi Prokurorluğuna məlumat vermişdir. 31 avqust N23-cü il tarixli 7E-7273 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, X30 tərəfindən Zərərçəkmiş şəxs4 10 il müddətinə etibarnamə verilmişdir. Telefonla aparılan danışıqlara və ötürülən məlumatlara baxış keçirilməsi haqqında 11 oktyabr N24-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 şəxsi istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs1 şəxsi istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə pulunu qaytarmadığı təqdirdə sonuncudan şikayət edəcəyi ilə bağlı sms mətnləri yazmışdır. Bundan başqa həmin protokoldan görünür ki, ***-***-**-** saylı mobil nömrəsinin son müqavilə sahibi Şahid13 olmuşdur. Bununla yanaşı həmin protokoldan görünür ki, 08 oktyabr N23-cü il tarixdən 18 oktyabr N23-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs1 şəxsi istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri ilə Zərərçəkmiş şəxs3 şəxsi istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi arasında, həmçinin 09 oktyabr N23-cü il tarixdən N oktyabr N23-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs2 şəxsi istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi ilə Zərərçəkmiş şəxs3 şəxsi istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi arasında çoxsaylı intensiv telefon danışıqları həyata keçirilmişdir. Qeyd edilənlərdən başqa həmin protokoldan görünür ki, 26 avqust N23-cü il tarixdən N oktyabr N23-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs2 şəxsi istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 şəxsi istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri arasında, habelə 02 oktyabr N23-cü il tarixdən N oktyabr N23-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs2 şəxsi istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi ilə Şahid13 şəxsi istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi arasında çoxsaylı intensiv telefon danışıqları həyata keçirilmişdir. Baxış keçirilməsi haqqında 15 oktyabr N24-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs4 arasında “Whatsapp” səs yazıları və telefon danışıqlarının səs yazıları qeydə alınmış, həmin səs yazılarından Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs4 arasında, habelə Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs4 arasında sonuncunun avtomobilə görə ona verməli olduqları 3N00 manat pulu tələb etməsi Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 isə müxtəlif bəhanələr gətirərək həmin pulu qaytarmaqdan boyun qaçırmaları müəyyən olunur. Bundan başqa həmin protokoldan görünür ki, 12 oktyabr N23-cü il tarixdə 09 dəqiqə 30 saniyəlik videogörüntü qeydə alınmışdır. Həmin videogörüntüdə Zərərçəkmiş şəxs4 yaşadığı evin həyəti müşahidə olunur və həmin həyətdə bir ədəd “Kia Sorento” və bir ədəd “Hyundai SantaFe” markalı avtomobillər vardır. Videogörüntüyə ümumi baxış zamanı ümumilikdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid13 Zərərçəkmiş şəxs4la birlikdə həyətdə olan “Hyundai SantaFe” markalı avtomobilə baxmaları müəyyən olunur. N nömrəli hərbi hissədən Təqsirləndirilən şəxs1 barəsində verilmiş xidməti xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunmuşdur. “X3 Sistemi”ndən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunması barədə heç bir məlumat yoxdur. “X3 Sistemi”ndən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunması barədə heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.N07-ci il təvəllüdlü Ərşad, xx.xx.N11-ci il təvəllüdlü Adəm, xx.xx.N12-ci təvəllüdlü Rəvan adlı uşaqları vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 “Hərbi xidmətdə fəqlənməyə görə” 3-cü dərəcəli medalı, “Vətən müharibəsi iştiraçısı” medalı, Döyüşdə fəqlənməyə görə” medalı, Şuşanın azad olunmasına görə” medalı, Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İş materiallarından görünür ki, X23 Fərrux kənd və Fərrux dağı uğrunda gedən antiterror əməliyyatlarında şücaət göstərdiynə görə hərbi hissə komandiri tərəfindən N aprel NN-ci il tarixdə Fəxri Fərman verilmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs3 təqdim etdiyi ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs2 qarşı hər hansı şikayət tələbi yoxdur ona dəymiş maddi, mənəvi ziyan ödənilmişdir gələcəkdə şikayət olmayacaq, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəyən ziyan ödənilməmişdir. Məhkəmə biri digərini təkzib etməməklə təsdiq edən sübutlara əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayət əməlləri, onların həmin əməllərinə aidiyyatı və təqsirliliyi ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin özlərinin qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri və digər mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri ilə tövsüf edilmişdir və onlar həmin maddələr ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün gətirdiyi dəlilləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün gətirdiyi dəlillərin həqiqəti əks etdirmir. Onun Zərərçəkmiş şəxs1la birlikdə icra etdikləri ev və avtomobillərin alqı-satqısı zamanı həmin əmlakların alınması üçün şərikli pul vəsaiti hesabına deyil məhz Zərərçəkmiş şəxs1 18 mart NN-ci il və N may NN-ci il tarixdə "xxxx" QSC-dən götürdüyü 30000 və N000 manat məbləğində kredit hesabına alınması sənədlərlə yanaşı, həmçinin iş üzrə dindirilmiş şahidlər Şahid8, Şahid4 ifadələri ilə təsdiq edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ona Zərərçəkmiş şəxs3 “Kia K5” və Zərərçəkmiş şəxs4 “Kia Sorento” markalı avtomobillərinin satışından əldə etdiyi puldan heç bir pul vermədiyini bildirsə də, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 üzləşdirmədə dindirmə zamanı “Kia K5” və “Kia Sorento” markalı avtomobillərin alqı- satqısından əldə etdikləri pulları Təqsirləndirilən şəxs2la öz aralarında böldüklərini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olaraq qanunsuz olaraq özgə əmlakını ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş əmlakı öz aralarında bərabər bölmələri Təqsirləndirilən şəxs2 etirafedici hərəkətlərində öz əksini tapmışdır. Belə ki, Zərərçəkmiş şəxs3 ümumilikdə dəymiş 9500 manat ziyanın yarısı Təqsirləndirilən şəxs2 tərəfindən ödənildiyinə görə ona qarşı şikayət və tələbin olmaması, Zərərçəkmiş şəxs4 vurulmuş 3N00 manat ziyandan 8000 manat pulu ödəməklə onun payına düşən qalıq 8000 manatı ödəyəcəyinə vəd verməsi bir daha irəli sürülmüş ittiham tam sübuta yetirilməklə cinayət nəticəsində vurulmuş ziyanın təqsirləndirilən şəxslərə düşən payların bərabər olduğunu təsdiq edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun N15-ci il tarixli 7 nömrəli Qərarının 40-cı bəndində göstərilir ki, dələduzluq cinayəti iştirakçılıqla törədildiyi hallarda isə ziyan və büdcəyə ödənişlər Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə müvafiq olaraq cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş paylara müvafiq surətdə ödənilir. İştirakçılıqla törədilən dələduzluq cinayətlərinə görə məhkum edilmiş şəxslərin hökmün icrası qaydasında icraatda Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən cəzadan azad edilməsi məsələsi də hər bir iştirakçının payına müvafiq olaraq həll edilməli olduğundan, hətta iştirakçılar mahiyyəti üzrə cinayət işinə baxılması zamanı ziyanı ödəmək niyyətində olmadıqları halda belə, məhkəmə hər bir iştirakçının cinayət nəticəsində meydana gəlmiş ziyanda payını (ödəməli olduğu ziyanın miqdarını) müəyyən etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 və oğlu Emin Məlikovun ifadələrini özünü müdafiə xarakterli olmaqla Təqsirləndirilən şəxs2 məsuliyyətdən yayındırmaq məqsədi daşıması kimi qiymətləndirir və onların qeyd etdikləri hallar işdə olan süburlarla tam təkzib olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun N03-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.12, 59.1.14 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi, oğlu X16 antiterror əməliyyatlarında iştirak etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqların olması, onun “Hərbi xidmətdə fəqlənməyə görə” 3-cü dərəcəli medalı, “Vətən müharibəsi iştiraçısı” medalı, Döyüşdə fəqlənməyə görə” medalı, Şuşanın azad olunmasına görə” medalı, Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xaraktərli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xaraktərinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların şəxsiyyətini, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onların cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, onlara azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli xx.xx.N24-cü il tarixdən, Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli xx.xx.N24-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 18 iyun N24-cü il tarixdən 12 sentyabr N24-cü il tarixədək tutulduğu müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Mülki iddia ilə bağlı məhkəmə qeyd edir ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 qarşı maddi ziyanın ödənilməsi tələbi təmin edilməli, cavabdeh Təqsirləndirilən şəxs2 maddi ziyana görə 38000 (otuz səkkiz min) manat və ödənilmiş 166 (yüz altmış altı) manat dövlət rüsumu alınıb Zərərçəkmiş şəxs1 verilməlidir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 maddi ziyanın ödənilməsi tələbi təmin edilməli, cavabdeh Təqsirləndirilən şəxs1 maddi ziyana görə 4750 (dörd min yeddi yüz əlli) manat və ödənilmiş 72 (yetmiş iki) manat dövlət rüsumu alınıb Zərərçəkmiş şəxs3 ödənilməlidir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 maddi ziyanın ödənilməsi tələbi təmin edilməli, cavabdeh Təqsirləndirilən şəxs1 maddi ziyana görə 5000 (beş min) manat və ödənilmiş 72 (yetmiş iki) manat dövlət rüsumu alınıb ona verilməlidir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada maddi ziyana görə 26000 (iyirmi altı min) manat, mənəvi zərərə görə 5000 (beş min) manat pul və ödənilmiş 184 (yüz səksən dörd) manat dövlət rüsumu alınıb ona verilməsi tələbi qismən təmin edilməlidir. Belə ki, işin mübahisəssiz hallarından görünür ki, Zərərçəkmiş şəxs4 cinayət nəticəsində 3N00 manat maddi ziyan vurulmuş, həmin puldan ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs2 8000 manat zərərçəkmiş şəxsə ödəmiş və 24000 manat maddi zərər qalmışdır. Paylara mütənasib olaraq 8000 manat və 91 manat ödənilmiş dövlət rüsumu Təqsirləndirilən şəxs2, 16000 manat və 91 manat ödənilmiş dövlət rüsumu Təqsirləndirilən şəxs1 tutularaq Zərərçəkmiş şəxs4 ödənilməlidir. İddia tələbi qalan hissədə sübut təqdim edilmədiyi üçün təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.N08-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmədə Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri N saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat, Təqsirləndirilən şəxs2 ilkin məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Bakı şəhəri N saylı Vəkil Bürosunun vəkili X6 etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabından Bakı şəhəri N saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin, 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 iyun N24-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə olduğu 02 (iki) ay 25 (iyirmi beş) gün müddət təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq üzərində 02 (iki) il 03 (üç) ay 05 (gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 sentyabr N24-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərəçəkmiş şəxs –mülki iddiaçı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 qarşı maddi ziyanın ödənilməsi tələbi təmin edilsin. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 maddi ziyana görə 38000 (otuz səkkiz min) manat və ödənilmiş 166 (yüz altmış altı) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs1 verilsin. Zərəçəkmiş şəxs–mülki iddiaçı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 qarşı maddi ziyanın ödənilməsi tələbi təmin edilsin. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 maddi ziyana görə 4750 (dörd min yeddi yüz əlli) manat və ödənilmiş 72 (yetmiş iki) manat dövlət rüsumu alınıb Zərərçəkmiş şəxs3 ödənilsin. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 qarşı maddi ziyanın ödənilməsi tələbi təmin edilsin. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 maddi ziyana görə 5000 (beş min) manat və ödənilmiş 72 (yetmiş iki) manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs2 verilsin. Zərəçəkmiş şəxs–mülki iddiaçı Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbi qismən təmin edilsin. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 maddi ziyana görə 8000 (səkkiz min) manat və ödənilmiş 91 (doxsan bir) manat dövlət rüsumu, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 16000 manat və 91 manat ödənilmiş dövlət rüsumu tutularaq zərəçəkmiş şəxs–mülki iddiaçı Zərərçəkmiş şəxs4 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri N saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat, Təqsirləndirilən şəxs2 ilkin məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Bakı şəhəri N saylı Vəkil Bürosunun vəkili X6 etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabından Bakı şəhəri N saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hökmün surəti təqdim edildiyi andan N (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X50

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar