Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-89/2023 12.06.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mətiyeva Almaz Qərib qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi prokurorluğunun X6 üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı X10 və ədliyyə mayoru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri N saylı vəkil bürosunun vəkili X5 və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1998-ci il tarixdə Füzuli rayonu Əhmədalılar kəndində anadan olmuş, Füzuli rayonu Əhmədalılar kəndində qeydiyyatda olmaqla orada yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin 1-ci tank taborunun maddi-texniki təminat taqımının təxliyyə manqasının mexanik-sürücüsü vəzifəsində xidmət edən, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 3N0.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq hazırlanmış hüquq verən rəsmi sənəddən saxta olduğunu bilə-bilə istifadə etmişdir. Abbasov X1N Nazirliyinin N nömrəli hərbi hissənin 1-ci tank taborunun maddi-texniki təminat taqımının təxliyyə manqasının mexanik-sürücüsü vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmətdə olarkən 5000 (beş min) manat məbləğdə pul krediti almaq məqsədilə xx.xx.N0NN-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri ərazisində şəxsiyyəti istintaqa məlum olmayan “İqor” adlı şəxs tərəfindən hazırlanmış, məzmunu təhrif edilməklə guya onun “zabit” hərbi rütbəsində xidmət etməsini təsdiq edən H.Əliyev adına Ali Hərbi Məktəbin möhürü ilə təsdiq edilmiş, şəxsi fotoşəkili və məlumatları qeyd olunan xx.xx.N0N0-ci il tarixli MN seriyalı ******* nömrəli hüquq verən saxta “zabit şəxsi vəsiqəsi”ni həmin gün saat 13 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Azər-Türk Bank”-ın “Rəqəmsal-1” filialına təqdim etməklə bilə-bilə saxta sənəddən istifadə etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli aşağıda göstərilən vəziyyətdə törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, N6 dekabr N0NN-ci il tarixdə onunla eyni hərbi hissədə xidmət edən ŞahidN şəxsi istifadəsində olan mobil nömrədən ona zəng edərək atası, XN hazırda ağciyər və ürək xəstəliklərindən Beyləqan rayon Mərkəzi Xəstəxanasında stasionar qaydada müalicə aldığını, vəziyyətinin ağırlaşdığını, qısa müddət ərzində Ağciyər və X11 təxliyyə olunmalı olduğunu və bunun üçün təcili pula ehtiyacı olduğunu demişdir. Öz adına kredit gecikməsi olduğundan kredit götürə bilmədiyini və onun öz adına 5000 (beş min) manat məbləğdə pul krediti göturərək ona, verməyi xahiş edərək həmin krediti şəxsən ödəyəcəyini bildirmişdir. ŞahidN ona demişdir ki, tanışı bankdan kreditin götürülməsində köməklik göstərəcəkdir. O, ŞahidN köməklik etmək qərarına gələrək razılıq vermiş, həmin gün axşam saatlarında ŞahidN, Şahid3 və Şahid4 məxsus “Khazar” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun olduğu Füzuli rayonu Əhmədbəyli kəndinə gəlmişlər. Onlar görüşmüş və söhbət əsnasında Şahid3 ona bildirmişdir ki, sonuncunun tanıdığı “İqor” adlı bir şəxs bankdan pul krediti götürülməsi üçün köməklik göstərir, banka təqdim olunmalı bütün zəruri sənədləri hazırlayır və bankda sonuncunun adamı olduğundan pul kreditinin götürülməsi ilə bağlı heç bir problem yaşanmır. Bunun müqabilində, bankdan götürüləcək 5000 (beş min) manat məbləğdə pul kreditindən 1500 (bir min beş yüz) manat məbləğdə pul İqora, 100 (bir yüz) manat məbləğdə pul isə onları Bakı şəhərinə öz avtomobili ilə taksi qismində aparacaq Şahid4 çatacaqdır. O, sözügedən kreditin götürüldüyü halda ŞahidN tərəfindən ödəniləcəyini düşünərək öz adına pul krediti götürməyə razılıq vermişdir. N6 dekabr N0NN-ci il tarixdə saat 19 radələrində o, Şahid3, ŞahidN və Şahid4 sonuncuya məxsus avtomobil ilə Füzuli rayonu Əhmədbəyli kəndi ərazisindən çıxaraq Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamış, saat N4 radələrində Bakı şəhərinə çatmışlar. Bakı Avtovağzalının yanında yerləşən adını xatırlamadığı otelə daxil olmuş və gecələmək məqsədilə otağa daxil olmuşlar. Otaqda olarkən Şahid3, İqorun tapşırığına əsasən zəruri sənədlərin hazırlanması üçün ona məxsus şəxsiyyət vəsiqəsinin hər iki tərəfinin və qurşaqdan yuxarı şəklini çəkərək Whatsapp mobil tətbiqi vasitəsi ilə “İqor” adlı şəxsə göndərmişdir. xx.xx.N0NN-ci il tarixdə saat 10 radələrində Şahid3 məxsus mobil telefona zəng gəlmiş və telefon danışığından sonra sonuncu Bakı şəhəri Yasamal rayonuna getməli olduqlarını demişdir. O, Şahid3, ŞahidN və Şahid4 sonuncuya məxsus avtomobil ilə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Ağ çiçəyim” gül mağazasının önünə gəlmişlər. Şahid3 telefon danışığından sonra avtomobildən düşərək avtomobilin arxasına keçmiş, bundan təxminən 5 dəqiqə sonra üzərində “Yanqo” yazısı olan avtomobil onlar əyləşdikləri avtomobilin yanında dayanmışdır. Ön sərnişin oturacağında əyləşən, əvvəllər tanımadığı şəxs avtomobilin pəncərəsini endirərək ağ rəngli kağıza və yapışqan lentlə bürünmüş bükməni Şahid3 vermişdir. Həmin vaxt bükmənin içində nəyin olması barədə məlumatı olmamışdır. Telefon danışığından sonra Şahid3 avtomobili “Şamaxinka” adlanan əraziyə sürməyi demiş və o, Şahid3, Təqsirləndirilən şəxs və Şahid4 sonuncuya məxsus avtomobil ilə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Ağ çiçəyim” gül mağazasının önündən “Şamaxinka” adlanan əraziyə gəlmişlər. Avtomobili park etdikdən sonra təxminən üç saat müddətdə avtomobildə əyləşərək gözləmişlər. Saat 13 radələrində Şahid3 telefonuna zəng daxil olmuş, sonuncu telefon danışığından sonra, ağ rəngli kağıza və yapışqan lentlə bürünmüş bükməni bağlı vəziyyətdə ona vermiş və "xxxx" ASC-nin Rəqəmsal-1 filialına gedərək həmin bükmənin içində olan sənədləri təqdim edərək 5000 (beş min) AZN məbləğdə pul krediti almağı üçün müraciət etməsini ona demişdir. Bankın qarşısında avtomobildən düşdükdən sonra ŞahidN və Şahid3 3-cü mikrorayon dairəsi istiqamətində hərəkət etməyə başlamışlar, Şahid4 isə avtomobili park etmək məqsədilə bankın filialının arxasında yerləşən məhəlləyə sürmüşdür. O, "xxxx" ASC-nin Rəqəmsal-1 filialının önündə tək qaldıqdan sonra ağ rəngli kağıza və yapışqan lentlə bürünmüş bükməni açmış və içində yaşıl rəngli zabitin şəxsi vəsiqəsinin olduğunu görmüşdür. Həmin sənədi açaraq ilk vərəqdə “Təqsirləndirilən şəxs” yazısını, leytenant hərbi rütbəli hərbi geyim formasında olan ona məxsus foto şəkilin, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin möhrünü görmüşdür. Vəsiqənin ikinci səhifəsində vəsiqənin MN seriyalı olduğu və ******* nömrəli olduğu qeyd olunmuşdur. Vəsiqənin 3-cü sahifəsində onun 15 iyun N0N0-ci il tarixdə N nömrəli hərbi hissənin 3-cü bölüyün N-ci taqım komandiri vəzifəsinə təyin olunmağı barədə qeydlər aparılmış və N nömrəli hərbi hissənin möhürü ilə təsdiq edilmişdir. Bunları gördükdə o, həmin zabitin şəxsi vəsiqəsinin saxta olduğunu dərhal başa düşmüş və həyəcanlanmış, lakin, özünü İqor kimi təqdim etmiş şəxsin bankda öz adamının olduğunu, bu səbəbdən heç bir problem yaşamayacağını düşünmüşdür. Adına hazırlanmış MN seriyalı ******* nömrəli saxta zabitin şəxsi vəsiqəsinin 1-ci səhifəsində “3. Şəxsi imza” qrafasının boş olduğunu görmüş və həmin qrafanın boş olmasının bankın əməkdaşları tərəfindən şübhə yaradacağını ehtimal edərək cib kitabçasının içində olan kiçik ölçülü mavi rəngli gələmi cibindən çıxararaq həmin qrafada şəxsi imzasını icra edərək "xxxx" ASC-nin Rəqəmsal-1 filialına daxil olmuşdur. İçəri daxil olduqda qəbul şöbəsinə yaxınlaşaraq pul kreditin alınması üçün müraciət etmək istədiyini bildirmişdir. Ona növbə verildikdən sonra o, satış məsləhətçisinə yaxınlaşmışdır. Özünü Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin zabiti kimi təqdim edərək N00 (doqquz min) manat məbləğdə pul krediti almaq istədiyini bildirmiş və ona məxsus şəxsiyyət vəsiqəsini, "xxxx" ASC-yə məxsus əmək haqqı kartını və sözügedən saxta zabitin şəxsi vəsiqəsini satış məsləhətçisinə təqdim etmişdir. Satış məsləhətçisi, onun təqdim etdiyi sənədlərə baxış keçirdikdən sonra ona ən çox halda 5000 (beş min) manat məbləğdə pul kreditinin verilə biləcəyini bildirmiş və o, həmin məbləğdə pul kreditini almaq istədiyini demişdir. Satış məsləhətçisi sənədlərin yoxlanmalı olduğunu bildirərək onun şəxsi istifadəsində olan mobil nömrəni özündə qeyd etmiş, yoxlama başa çatdıqdan sonra onunla əlaqə saxlayacağını bildirmiş və o, küçəyə çıxaraq bankın önündə gözləməyə başlamışdır. Həmin gün saat 17 radələrində şəxsi istifadəsində olan mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən zəng daxil olmuş və satış məsləhətçisi banka yaxınlaşmağını ona demişdir. Banka daxil olduqda iki nəfər şəxs ona yaxınlaşaraq özlərini Hərbi Polis əməkdaşları kimi təqdim etmiş və onlarla birlikdə idarəyə getməyini təklif etmişlər. Bankdan çıxdıqda Hərbi Polisin hərbi qulluqçuları onun yanında başqa şəxslərin olub-olmadığını soruşmuş və o, Şahid4 onu bankın yanında yerləşən kafedə gözlədiyini bildirmişdir. Hərbi polisin xidməti avtomobilinə əyləşdikdən təxminən 5 dəqiqə sonra Şahid4 onunla eyni avtomobilə əyləşmişdir. Avtomobildə olarkən o, Şahid4 baş vermiş hadisə barədə məlumat vermiş və hərbi xidmətdə problem yaşamamağı üçün həmin saxta zabitin şəxsi vəsiqəsinin onun tərəfindən hazırlanması barədə deməsini xahiş etmişdir. Onlar Hərbi Polis əməkdaşları tərəfindən Müdafiə Nazirliyinin Hüquq İdarəsinə gətirilmiş və hadisə barədə izahat verdikdən sonra sərbəst buraxılmışlar. Gecə saatlarında o, Şahid3, Təqsirləndirilən şəxs və Şahid4 sonuncuya məxsus avtomobil ilə Bakı şəhərindən Füzuli rayonuna getmişlər. Onun məqsədi ŞahidN atası XN müalicəsini davam etdirmək üçün pul krediti götürərək köməklik etmək olmuşdur. Hazırda xidmətini davam etdirir və törətdiyi əməldən peşmandır. Məhkəmədən bağışlanmasını xahiş edir. Şahid1 Müşviq oğlu məhkəməyə ifadə verib göstərdi ki, N7 dekabr N0NN-ci il tarixdə saat 08:40-da işlədiyi "xxxx" ASC-nin Rəqəmsal-1 filialına gəlmişdir. Həmin gün saat 13:00 radələrində əvvəllər tanımadığı Təqsirləndirilən şəxs filiala daxil olaraq kredit götürmək üçün qəbul bölməsinə müraciət etmiş və növbə götürmüşdür. Növbəyə uyğun olaraq o, Təqsirləndirilən şəxs qəbul etmişdir. Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin zabiti olduğunu, N00 (doqquz min) manat məbləğdə pul krediti almaq istədiyini ona bildirmiş və özünə məxsus şəxsiyyət vəsiqəsini, "xxxx" ASC-yə məxsus əmək haqqı kartını və zabit vəsiqəsini ona təqdim etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona təqdim olunmuş sənədlərə, yəni, şəxsiyyət vəsiqəsinə və zabit vəsiqəsinə ilkin baxış keçirmişdir. Zabit vəsiqəsinin üzlüyü yaşıl rəngli olmaqla şəkil hissəsində Təqsirləndirilən şəxs hərbi geyim formasında, leytenant hərbi rütbəsində olan şəklinin olduğunu görmüşdür. Qeyd hissəsində N nömrəli hərbi hissənin taqım komandiri vəzifəsində xidmət etdiyini, N nömrəli hərbi hissənin möhürünün və həmin hərbi hissə komandirinin imzasının olduğunu görmüşdür. Mütamadi olaraq hərbi qulluqçular tərəfindən kredit müraciətləri olduğundan, təqdim olunmuş vəsiqə ona şübhəli gəlmişdir. O, Təqsirləndirilən şəxs yalnız 5000 (beş min) manat məbləğdə pul kreditini götürə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs razılaşdıqdan sonra o, sonuncunun təqdim etdiyi sənədləri əlavə yoxlamaya göndərmiş və yoxlama başa çatdıqdan sonra Təqsirləndirilən şəxsla telefon vasitəsilə əlaqə saxlanılacağını bildirmişdir. Bankın təhlükəsizlik şöbəsi tərəfindən təqdim olunmuş zabitin şəxsi vəsiqəsinə baxış keçirildikdən sonra Müdafiə Nazirliyinə sorğu verilmiş və həmin zabitin şəxsi vəsiqəsinin saxta olduğu müəyyən edilmişdir. Həmin gün, saat 17:00 radələrində Təqsirləndirilən şəxsla xidməti istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə zəng edərək filiala yaxınlaşmalı olduğunu bildirmişdir. Həmin gün, saat 17:00 radələrində Təqsirləndirilən şəxs filiala yaxınlaşdıqda Hərbi Polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, bundan sonra öz işləri ilə məşğul olmuşdur. ŞahidN məhkəməyə ifadə verib göstərdi ki, atası, X3 1983-cü ildən ağciyər və ürək xəstəliklərindən müalicə almışdır. Son zamanlar xəstəlikləri kəskinləşdiyindən sonuncu, Beyləqan Rayon Mərkəzi Xəstəxanasına stasionar müalicəyə yerləşdirilmişdir. Müalicəsinin davam etdirilməsi üçün C.M.Bünyadovun Ağciyər və X11 təxliyyə olunması zərurəti yaranmış və bu səbəbdən, onun təcili pula ehtiyacı olmuşdur. Təxminən N0-N1 dekabr N0NN-ci il tarixdə, əvvəllər taksi kimi xidmətlərindən istifadə edərkən tanış olduğu Şahid3 şəxsi istifadəsində olan mobil nömrədən zəng edərək atasının ağır xəstəlikdən əziyyət çəkdiyini və müalicə üçün təcili pula ehtiyacı olduğunu bildirmişdir. Şahid3 bir qədər düşündükdən sonra onun narahat olmamağını və hər bir halda pul tapacağını demişdir. N6 dekabr N0NN-ci il tarixdə Şahid3 ona zəng edərək əvvəllər tanımadığı “İqor” adlı bir şəxsin bankdan 5000 (beş min) manat məbləğdə pul kreditini götürmək üçün köməklik etdiyini, sonuncunun bütün zəruri sənədləri hazırlayacağını və bunun müqabilində pul krediti götürüldükdən sonra 1500 (bir min beş yüz) manat pulun İqora verilməli olduğunu demişdir. Onun gecikmiş kreditinin olması səbəbindən öz adına pul kreditinin götürülməsi mümkün olmamışdır. Bu səbəbdən o, eyni hərbi hissədə xidmət etdiyi və dostluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan mobil nömrəyə zəng edərək yaranmış vəziyyəti izah etmiş, adına pul kreditinin götürülməsini xahiş edərək həmin kreditin tərəfindən ödəniləcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs onun xahişini nəzərə alaraq adına 5000 (beş min) manat məbləğdə pul kreditinin götürülməsinə razılıq vermişdir. O, Şahid3 zəng edərək pul kreditinin Təqsirləndirilən şəxs adına götürələcəyini bildirmişdir. Həmin gün, axşam saatlarında o, Şahid3 və taksi fəaliyyəti ilə məşğul olan Şahid4 məxsus “Khazar” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Beyləqan rayonu Daşburun kəndi ərazisindən Füzuli rayonu Əhmədbəyli kəndi ərazisinə getmişlər. Oraya çatdıqda Təqsirləndirilən şəxsla görüşmüşlər. Söhbət əsnasında Şahid3 Təqsirləndirilən şəxs bildirmişdir ki, İqor adlı bir şəxs kredit götürülməsi üçün köməklik göstərir, bütün zəruri sənədləri hazırlayır və Təqsirləndirilən şəxs bankdan 5000 (beş min) manat məbləğdə kredit götürə bilər. Həmin məbləğdən 1500 (bir min beş yüz) manat məbləğdə pul kreditin götürülməsində köməklik göstərən, özünü İqor kimi təqdim edən şəxsə, 100 (bir yüz) AZN məbləğdə pul isə taksi fəaliyyəti ilə məşğul olan, onları Bakı şəhərinə aparacaq Şahid4 çatmalı olmuşdur. Bir qədər düşündükdən sonra Təqsirləndirilən şəxs öz adına kredit götürərək həmin pulu ona verməyə razılıq vermişdir. Həmin gün, yəni N6 dekabr N0NN-ci il tarixdə saat 19 radələrində o, Şahid3, Təqsirləndirilən şəxs və Şahid4 sonuncuya məxsus “Khazar” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Füzuli rayonu Əhmədbəyli kəndi ərazisindən çıxaraq Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamış və saat N4 radələrində Bakı şəhərinə çatmışlar. Orada, Bakı Avtovağzalının yanında yerləşən adını xatırlamadığı otelə daxil olmuş və 35 (otuz beş) manat ödəniş etməklə gecələmək məqsədilə otağa daxil olmuşlar. Otaqda olarkən Şahid3, İqorun tapşırığına əsasən zəruri sənədlərin hazırlanması üçün Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin hər iki tərəfinin və sonuncunun qurşaqdan yuxarı şəklini çəkərək Whatsapp mobil tətbiqi vasitəsi ilə İqor adlı şəxsə göndərmişdir. N7 dekabr N0NN-ci il tarixdə saat 10 radələrində Şahid3 zəng gəlmiş və telefon danışığından sonra sonuncu Bakı şəhəri Yasamal rayonuna getməli olduqlarını demişdir. O, Şahid3, Təqsirləndirilən şəxs və Şahid4 sonuncuya məxsus avtomobil ilə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Ağ çiçəyim” gül mağazasının önünə gəlmişlər. Şahid3 telefon danışığından sonra avtomobildən düşərək avtomobilin arxasına keçmişdir. Bundan təxminən 5 dəqiqə sonra üzərində “Yanqo” yazısı olan avtomobil onlar əyləşdikləri avtomobilin yanında dayanmışdır. Ön sərnişin oturacağında əyləşən, əvvəllər tanımadığı şəxs avtomobilin pəncərəsini endirərək ağ rəngli kağızla və yapışqan lentlə bürünmüş bükməni Şahid3 vermişdir. Həmin bükmənin içində nəyin olması barədə məlumatı olmamışdır. Telefon danışığından sonra Şahid3 avtomobili “Şamaxinka” adlanan əraziyə sürməyi demiş və o, Şahid3, Təqsirləndirilən şəxs və Şahid4 sonuncuya məxsus avtomobil ilə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Ağ çiçəyim” gül mağazasının önündən “Şamaxinka” adlanan əraziyə gəlmişlər. Avtomobili park etdikdən sonra təxminən üç saat müddətdə avtomobildə əyləşərək gözləmişlər. Saat 14 radələrində Şahid3 telefonuna zəng daxil olmuş, sonuncu telefonla danışdıqdan sonra ağ rəngli kağıza və yapışqan lentlə bürünmüş bükməni bağlı vəziyyətdə Təqsirləndirilən şəxs vermişdir. "xxxx" ASC-nin Rəqəmsal-1 filialına gedərək həmin bükmənin içində olan sənədləri təqdim edərək 5000 (beş min) AZN məbləğdə pul krediti alması üçün müraciət etməsini demişdir. Təqsirləndirilən şəxs "xxxx" ASC-nin Rəqəmsal-1 filialına daxil olmuş, Şahid4 özünə məxsus avtomobil ilə qeyd olunan filialın arxasında park etmişdir. Şahid3 birlikdə 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən “Kontakt Home” mağazasına getmişlər. Oradan geri, "xxxx" ASC-nin Rəqəmsal-1 filialı istiqamətində gəldikdə Şahid3 telefonuna zəng gəlmişdir. Sonuncu telefonla danışdıqdan sonra həyəcanlı şəkildə Təqsirləndirilən şəxs və Şahid4 Polis əməkdaşları tərəfindən tutulduğunu demişdir. Bundan sonra o, Şahid3la birlikdə həmin ərazidə yerləşən bir neçə Polis bölməsinə müraciət etmiş, lakin, Şahid4 və Təqsirləndirilən şəxs tapa bilməmişlər. Gecə saatlarında Şahid4la əlaqə yarada bilmişlər və sonuncu Hərbi Polis hərbi qulluqçuları tərəfindən saxlanıldıqlarını bildirmişdir. O, Şahid3, Təqsirləndirilən şəxs və Şahid4 sonuncuya məxsus avtomobil ilə Bakı şəhərindən Füzuli rayonuna getmişlər. Müəyyən olunmuşdur ki, həmin ağ rəngli kağıza və yapışqan lentlə bürünmüş bükmənin içində saxta zabit vəsiqəsi olmuşdur və Təqsirləndirilən şəxs həmin saxta vəsiqəni banka təqdim edərkən Hərbi Polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin bükmənin içində saxta zabit vəsiqəsinin olması barədə onun heç bir məlumatı olmamışdır. Onun məqsədi Təqsirləndirilən şəxs qanuni şəkildə pul krediti alaraq ona verdikdən sonra həmin vəsait hesabına atası XN müalicəsini davam etdirmək, daha sonra isə həmin pul kreditini ödəmək olmuşdur. Şahid3 məhkəməyə ifadə verib göstərdi ki, N0NN-ci ilin yay aylarında oğlu üçün aldığı elektrik uşaq avtomobilini satmaq məqsədilə “tap.az” internet saytına elan yerləşdirmişdir. Təxminən 1 gün sonra onun şəxsi istifadəsində olan mobil nömrəyə Ukrayna Respublikasına məxsus nömrədən Whatsapp mobil tətbiqi vasitəsi ilə zəng daxil olmuş, danışıq əsnasında əvvəllər tanımadığı qadın həmin uşaq avtomobilini almaq istədiyini və köçürmə etməsi üçün ona məxsus kartın şəkillərini həmin xanıma göndərməyini bildirmişdir. Lakin o, heç bir bank kartının olmamaması səbəbindən kartın şəkillərini göndərə bilməmişdir. Təxminən N0 gün sonra həmin nömrədən Whatsapp mobil tətbiqi vasitəsi ilə yenidən zəng daxil olmuş, özünü “İqor” kimi təqdim edən kişi cinsli bir şəxs onun hərbçi olub-olmadığını soruşmuş, o, cavab olaraq hərbi xidmətdə olmadığını bildirmişdir. Həmin şəxs, hərbi qulluqçular üçün bankdan kredit təşkil etdiyini ona bildirmiş və ehtiyac olduqda onunla əlaqə saxlamağını demişdir. Həmin gün o, özünü İqor kimi təqdim etmiş şəxsin telefon nömrəsini telefon kitabçasına qeyd etmişdir. Təxminən N0-N1 dekabr N0NN-ci il tarixdə, əvvəllər taksi fəaliyyəti ilə məşğul olarkən tanıdığı ŞahidN onun şəxsi istifadəsində olan mobil nömrəyə zəng edərək atasının ağır xəstəlikdən əziyyət çəkdiyini və müalicə üçün təcili pula ehtiyacı olduğunu bildirmişdir. ŞahidN atasının ağır xəstəlikdən əziyyət çəkməsi və psixoloji gərgin vəziyyətdə zəng edərək köməklik göstərməyini istəməsi ona pis təsir etmişdir. O, ŞahidN köməklik etmək qərarına gəlmişdir. Bu zaman, o, bir-neçə ay öncə Whatsapp mobil tətbiqi vasitəsi danışdığı özünü İqor kimi təqdim etmiş şəxsi xatırlamışdır. Həmin nömrəyə Whatsapp mobil tətbiqi vasitəsi zəng edərək, kredit lazım olduğunu demişdir. İqor, bankdan kreditin alınması üçün bütün zəruri sənədləri hazırlayacağını və 10000 (on min) manat məbləğdə kredit götürüldüyü halda 3000 (üç min) manat məbləğdə pulun sonuncuya veriləcəyini, 5000 (beş min) manat məbləğdə kredit götürüldüyü halda 1500 (bir min beş yüz) manat məbləğdə pulun sonuncuya veriləcəyini bildirmişdir. N6 dekabr N0NN-ci il tarixdə o, ŞahidN zəng edərək İqorun ona dediyi şərtləri izah etmişdir. ŞahidN öz adında kredit gecikməsinin olduğunu və krediti dostluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs adına götürülməli olduğunu ona bildirmişdir. Həmin gün axşam saatlarında o, ŞahidN və Şahid4 məxsus “Khazar” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Beyləqan rayonu Daşburun kəndi ərazisindən Füzuli rayonu Əhmədbəyli kəndi ərazisinə getmişlər. Oraya çatdıqda Təqsirləndirilən şəxs ilə görüşmüş, söhbət əsnasında sonuncuya bildirmişdir ki, İqor adlı bir şəxs pul kreditinin götürülməsi üçün köməklik göstərir, bütün zəruri sənədləri hazırlayır və Təqsirləndirilən şəxs bankdan 5000 (beş min) manat məbləğdə kredit götürə bilər. Həmin məbləğdən 1500 (bir min beş yüz) manat məbləğdə pul kreditin götürülməsinə köməklik göstərən, özünü İqor kimi təqdim edən şəxsə veriləcək, 100 (bir yüz) manat məbləğdə pul isə taksi fəaliyyəti ilə məşğul olan, onları Bakı şəhərinə aparacaq Şahid4 çatacaq. Bir qədər düşündükdən sonra Təqsirləndirilən şəxs öz adına kredit götürərək həmin pulu ŞahidN verməyə razılıq vermişdir. N6 dekabr N0NN-ci il tarixdə saat 19 radələrində o, ŞahidN, Təqsirləndirilən şəxs və Şahid4 sonuncuya məxsus avtomobil ilə Füzuli rayonu Əhmədbəyli kəndi ərazisindən çıxaraq Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamış və saat N4 radələrində Bakı şəhərinə çatmışlar. Orada, Bakı Avtovağzalının yanında yerləşən adını xatırlamadığı otelə daxil olmuş və 35 (otuz beş) manat ödəniş etməklə gecələmək məqsədilə otağa daxil olmuşlar. Otaqda olarkən o, İqorun tapşırığına əsasən Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin hər iki tərəfinin və Təqsirləndirilən şəxs qurşaqdan yuxarı şəklini çəkərək Whatsapp mobil tətbiqi vasitəsi ilə İqor adlı şəxsə göndərmişdir. İqor ona Whatsapp mobil tətbiqi vasitəsi ilə zəng edərək telefonu açıq saxlamağını və səhər saatlarında onunla əlaqə saxlayacağını bildirmişdir. N7 dekabr N0NN-ci il tarixdə saat 09 radələrində o, oyanaraq Whatsapp mobil tətbiqi vasitəsi ilə İqora dəfələrlə zəng etsə də sonuncu zəngləri cavablandırmamışdır. Saat 10 radələrində İqor ona zəng edərək Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Ağ çiçəyim” gül mağazasının önünə gələrək orada gözləməyini demişdir. O, ŞahidN, Təqsirləndirilən şəxs və Şahid4 sonuncuya məxsus avtomobil ilə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Ağ çiçəyim” gül mağazasının önünə gəlmişlər. Orada durarkən İqor Whatsapp mobil tətbiqi vasitəsi ilə ona zəng edərək harada olduğunu soruşmuş və o, sonuncuya olduğu ərazini bildirmişdir. Cavab olaraq İqor, bir neçə dəqiqə sonra ona taksinin yaxınlaşacağını və kreditin alınması üçün banka təqdim olunacaq sənədləri verəcəyini bildirmişdir. Bundan təxminən 5 dəqiqə sonra üzərində “Yanqo” yazısı olan avtomobil onun yanında dayanmışdır. Ön sərnişin oturacağında əyləşən şəxs avtomobilin pəncərəsini endirərək ağ rəngli kağızla və yapışqan lentlə bürünmüş bükməni ona vermişdir. Həmin bükmənin içində nəyin olması barədə məlumatı olmamışdır.İqor ona Bakı şəhəri “Şamaxinka” adlanan əraziyə gedərək ondan zəng gözləməyini demişdir. O, ŞahidN, Təqsirləndirilən şəxs və Şahid4 sonuncuya məxsus avtomobil ilə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Ağ çiçəyim” gül mağazasının önündən “Şamaxinka” adlanan əraziyə gəlmişlər. Avtomobili park etdikdən sonra İqor daxil olan zənglərə cavab vermədiyinə görə təxminən üç saat müddətdə İqorun zəngini gözləmişdir. Saat 13 radələrində İqor Whatsapp mobil tətbiqi vasitəsi ilə zəng edərək ona verilən ağ rəngli kağıza və yapışqan lentlə bürünmüş bükməni Təqsirləndirilən şəxs verməyini, sonuncunun "xxxx" ASC-nin Rəqəmsal-1 filialına yaxınlaşaraq 5000 (beş min) manat məbləğdə kredit üçün müraciət etməsini, həmin filialda onun adamının olduğunu və heç bir problem olmayacağını bildirmişdir. O, ağ rəngli kağıza və yapışqan lentlə bürünmüş bükməni bağlı vəziyyətdə Təqsirləndirilən şəxs vermiş və "xxxx" ASC-nin Rəqəmsal-1 filialına gedərək həmin bükmənin içində olan sənədləri təqdim edərək 5000 (beş min) manat məbləğdə kredit alması üçün müraciət etməsini demişdir. Təqsirləndirilən şəxs "xxxx" ASC-nin Rəqəmsal-1 filialına daxil olmuş, Şahid4 özünə məxsus avtomobil ilə qeyd olunan filialın arxasında avtomobili park etmişdir. O və ŞahidN birlikdə “Kontakt Home” mağazasına getmişlər. Oradan geri, "xxxx" ASC-nin Rəqəmsal-1 filialı istiqamətində gəldikdə Şahid4 onun şəxsi istifadəsində olan mobil nömrəyə zəng edərək Polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmiş və telefonunu söndürmüşdür. O, dərhal Whatsapp tətbiqi vasitəsi ilə İqora zəng edərək Təqsirləndirilən şəxs Polis əməkdaşları tərəfindən tutulmasını bildirərək sənədlərdə nə problem olmasını soruşmuşdur. Özünü İqor kimi təqdim etmiş şəxs heç bir cavab vermədən telefonu söndürmüşdür. Dəfələrlə İqora zəng etməyə cəhd göstərsə də, sonuncunun telefonu sönülü vəziyyətdə olmuşdur. O, və ŞahidN həmin ərazidə yerləşən bir neçə Polis bölməsinə müraciət etmişlər, lakin, Şahid4 və Təqsirləndirilən şəxs tapa bilməmişlər. Gecə saatlarında Şahid4 ona zəng edərək Hərbi Polis əməkdaşları tərəfindən saxlanıldıqlarını, hadisə ilə bağlı izahat verdiklərini bildirmişlər. O, ŞahidN, Təqsirləndirilən şəxs və Şahid4 sonuncuya məxsus “Khazar” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Füzuli rayonuna getmişlər. Müəyyən olunmuşdur ki, həmin ağ rəngli kağıza və yapışqan lentlə bürünmüş bükmənin içində saxta zabitin şəxsi vəsiqəsi olmuş və Təqsirləndirilən şəxs həmin saxta vəsiqəni banka təqdim edərkən Hərbi Polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin bükmənin içində saxta zabit vəsiqəsinin olması barədə onun heç bir məlumatı olmamışdır. Onun məqsədi ŞahidN köməklik etmək olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid4 əsgər ŞahidN və Şahid3 ilə analoji ifadə verərək yuxarıda qeyd olunan halları mahiyyəti üzrə təsdiq etmişdir. İstintaq materiallarına əlavə edilmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən təqdim edilmiş 17 mart N0N3-cü il tarixli 5/38N-4/434 nömrəli kompleks məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs adına olan MN004N8N8 nömrəli şəxsi vəsiqənin 1-3cü, 8-ci, 1N-ci səhifələrində olan yazılar Təqsirləndirilən şəxs, ŞahidN və Şahid3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Vəsiqənin 3-cü, 8-ci və 1N-ci səhifələrində olan “HƏRBİ HİSSƏ 049” məzmunlu möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuş və eyni məzmunlu eksperimental əks nümunələri ilə eynilik təşkil etmirlər. Təqsirləndirilən şəxs tərəfindən N7 dekabr N0NN-ci il tarixdə "xxxx" ASC-nin Rəqəmsal-1 filialına təqdim edilmiş MN seriyalı ******* nömrəli saxta zabitin şəxsi vəsiqəsi sübut əhəmiyyətinə malik olduğundan 14 fevral N0N3-cü il tarixli qərarla maddi sübut qismində tanınmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N yanvar N019-cu il tarixli 6 nömrəli əmrindən edilmiş çıxarışdan aydın okur ki, əsgər Təqsirləndirilən şəxs 3-cü tank bölüyünün N-ci tank taqımının N-ci tankının mexanik-sürücüsü vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N1-ci il tarixli N49 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs tutduğu vəzifədən azad olunaraq xidmətini davam etdirmək üçün Beyləqan rayonu ərazisində yerləşən N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N1-ci il tarixli N63 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin tank taborunun maddi-texniki təminat taqımının təxliyyə manqasının mexanik-sürücüsü-krançısı vəzifəsinə təyin olunduğundan həmin tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminata qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. Təhqiqat şöbəsinin təhqiqata nəzarət bölməsi tərəfindən tərtib olunmuş arayışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs xx.xx.N018-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mexanik sürücüsü vəzifəsinə təyin olunmaqla ona AD seriyalı ******* nömrəli şəxsi vəsiqə verilmişdir. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsindən təqdim olunmuş 13 yanvar N0N3-cü il tarixli məktubdan məlum olur ki, MN004N8N8 nömrəli zabitin şəxsi vəsiqəsi blankı leytenant X8 təqdim olunmuş, 15 iyul N014-cü il tarixli müvafiq əmrlə leytenant S.D.Səfərov Azərbaycan Ordusundan ehtiyata buraxılmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmətibbi ekspertizasının rəyini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətmələri onların özlərinin həmin cinayəti məhkəmə iclasında tam etiraf etmələrilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, ekspert rəyi və eləcə də işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N0.N-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayətə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.N-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, cavnlığını, törətmiş olduğu cinayətdə təqsirini ilk gündən boynuna alaraq əməllindən səmimi peşmançılıq çəkməsini, xidmət yeri üzrə müsbət xarakterizə olmasını, habelə N7 sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan “Vətən” müharibəsində iştirak etməklə “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif təltif olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, həmçinin işin digər hallarını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayır və Azərbaycan Respublikası CM-in 6N.1-ci maddəsi tətbiq edilməklə qanunvericiliklə müəyyən edilmiş həddə cərimə cəzası təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhər N saylı Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.N və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral N001-ci il tarixli qərarına və həmin qərara N7 yanvar N010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 3N (otuz iki) iş saatına görə 19N ( yüz doxsan iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 18 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə maddi sübut“X16” ASC-dən götürülmüş MN004N8N8 nömrəli zabitin şəxsi vəsiqəsi maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri N50 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs tutlaraq X7 hesabına köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral N017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” N5 iyun N003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart N006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Şərh olunanları və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 355-356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 3N0.N-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 6N.1-ci maddəsi tətbiq edilməklə N00 (iki yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut“X16” ASC-dən götürülmüş MN004N8N8 nömrəli zabitin şəxsi vəsiqəsi maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri N50 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs tutlaraq X7 hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər N saylı Vəkil Bürosunun vəkili X1 etdiyi 3N (otuz iki) iş saatına görə 19N (yüz doxsan iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından N saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə elan olunduğu andan N0 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rafiq Abbasov
Məhkəmə qərarları › İş №1-1(093)-89/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-89/2023
12.06.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver