Məhkəmə qərarları › İş №1-1(093)-90/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-90/2023

18.08.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-90/2023 18.08.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi, məhkəmə iclas katibi: Mətiyeva Almaz Qərib qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi prokurorluğunun X7 üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 2 saylı Vəkil Bürocunun vəkili X9 və zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilən X3, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1, Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə «18» avqust N3-cü ildə Bakı şəhərində, Bakı Hərbi Məhkəməsinin inzibati binasında xx.xx.1994-cü ildə Lənkəran rayonununun Yuxarı Nüvədi kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatda olan, ünvan 2ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkumluğu olmayan, hazırda 550 №-li hərbi qulluqçusu, gizir hərbi rütbəsində xidmət edən, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin tibb bölüyünün baş çavuşu vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən N noyabr N2-ci il tarixdə saat 19:30-da idarə etdiyi özünə məxsus “Hyundai” markalı “Elantra” modelli “** HJ ***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Şamaxı-Yevlax yolu ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin “sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun” və 54-cü maddəsinin 2-ci hissəsinin “əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər” kimi tələblərini kobud şəkildə pozaraq həmin magistral yolun Abşeron rayonunun ərazisində yerləşən 22ci kilometrliyində piyada zolağı ilə yolu qarşı tərəfə keçən vətəndaş Zərərçəkmiş şəxs vurub ehtiyatsızlıqdan sonuncuya dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “subhepatik (qaraciyər altı nahiyədə, yəni qarın boşluğunda) nahiyədə, duqlasda (kiçik çanaqda) mayenin toplanması və qaraciyərin iri ölçülü subkapsulyar hematoması (qaraciyərin kapsulaltı cırılması) ilə nəticələnən qarın nahiyəsinin küt travması, çanaq sümüklərinin (qasıq və oturaq sümüklərinin), sağ qamış və incik sümüklərinin yerdəyişən sınıqları” xəsarətlərinin yetirilməsinə səbəb olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli aşağıda göstərilən vəziyyətdə törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək ifadə verib göstərdi ki, N nömrəli hərbi hissənin tibb bölüyünün baş çavuşu vəzifəsində, gizir hərbi rütbəsində xidmət etsə də xidmət etdiyi bölük Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissədə yerləşdiyindən o, xidmət zamanı həmin hərbi hissədə olmuş, N noyabr N2-ci il tarixdə saat 18-19 radələrində iş vaxtı bitdiyindən N nömrəli hərbi hissədən çıxaraq özünə məxsus “Hyundai” markalı “Elantra” modelli “** HJ ***” dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 3 ünvanında yerləşən evinə getmək üçün Bakı-Şamaxı-Yevlax yolu ilə Bakı şəhəri istiqamətində hərəkət etmişdir. Həmçinin qeyd olunan yolda yolda sürət həddi 70 km/saat olduğundan o, avtomobili təxminən 70 km/saat sürətlə idarə etmişdir. Həmin tarixdə saat 19 radələrində Bakı-Şamaxı-Yevlax magistral yolunun Abşeron rayonunun ərazisində yerləşən 22-ci kilometrliyində qarşısında hərəkət edən markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı qara rəngli bir avtomobil qəza işıqlarını yandıraraq piyada zolağının qarşısında dayanmış, həmin vaxt o, avtomobilə dəyməmək üçün idarə etdiyi “Hyundai” markalı “Elantra” modelli “** HJ ***” dövlət qeydiyyat nişanlı avtomobilin sükanını sağa çəkərək avtomobili sağa istiqamətləndirmiş və əyləci sıxmışdır. Bu zaman qarşısına bir nəfər piyada çıxmış və o, həmin piyadanı vurmamaq üçün yenidən sükanı sağa çevirərək əyləci sıxmış, lakin havanın yağmurlu və yolun yaş olması səbəbindən avtomobil sağa istiqamətlənsə də irəli getməyə davam etmiş və yolu piyada zolağı ilə keçən vətəndaş Zərərçəkmiş şəxs piyada keçidinin sonunda avtomobilin ön hissəsi ilə vurmuşdur. Həmin vaxt o, dərhal avtomobildən enib Zərərçəkmiş şəxs yaxınlaşmış və sonuncunun yerdə hərəkətsiz uzandığını görərək təcili tibbi yardıma zəng etmiş, lakin təcili tibbi yardımın gec gələ biləcəyini düşünüb Zərərçəkmiş şəxs özünün xəstəxanaya aparmasına qərar verib ətrafdakı şəxslərdən köməklik istəmişdir. Bu zaman tanımadığı bir nəfər qadın və bir nəfər kişi ona kömək edərək Zərərçəkmiş şəxs “Hyundai” markalı “Elantra” modelli “** HJ ***” dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağına əyləşdirmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs oğlu Kənan da gələrək avtomobilin arxa sərnişin oturacağına əyləşmiş və onlar “Hyundai” markalı “Elantra” modelli “** HJ ***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs Biləcəri qəsəbəsində yerləşən xəstəxanaya, daha sonra 17 saylı təcili tibbi yardım xəstəxanasına, həmin xəstəxanadan isə təcili tibbi yardım avtomobili ilə Bakı şəhəri X15 aparmışlar.Eyni zamanda bildirdi ki, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsin həyat və sağlamlığına dəyə biləcək zərərin aradan qaldırılması ilə bağlı zərərçəkmiş şəxsə 5000 manat nağd pul və əlavə olaraq notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında 5000 manat pul təklif etmişdir.Məhkəmədən bağışlamasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilən X5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. Zərərçəkmiş şəxs N noyabr N2-ci il tarixdə nəvəsi Şahid2 ilə birlikdə diş həkiminə getmişdilər. Həmin gün axşam saatlarında diş həkimindən çıxdıqdan sonra yaşadıqları evə getmək üçün taksiyə minmişlər. Taksi Şamaxı rayonu istiqamətində hərəkət etdiyi üçün onlar Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisində yerləşən 22-ci kilometrliyində yolun Şamaxı rayonu istiqamətində piyada zolağının yanında taksidən enmişlər. N noyabr N2-ci il tarixdə saat 19 radələrində qızı və nəvəsi Kənan ilə birlikdə piyada zolağının üzəri ilə yolu digər tərəfə keçməyə başlamışlar. Həmin vaxtı avtomobil qızını vurmuşdur. Təcili tibbi yardım avtomobili ilə qızını Bakı şəhəri X15 aparmışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs hadisə yerindən qaçmadığını və həmin hadisədən sonra qızının yataq xəstəsi olaraq yatdığını və vəziyyətinin ağır olduğunu, Təqsirləndirilən şəxs ilə barışmadıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Miqatil oğlu ifadəsində göstərdi ki, o, Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yerləşən “Oba Market”də təcrübəçi kimi işləmiş, N noyabr N2-ci il tarixdə saat 19 radələrində zibilləri atmaq üçün marketdən çölə çıxmış, həmin vaxt Bakı-Şamaxı-Yevlax yolunun 22-ci kilometrliyində yerləşən dayanacağın yanında “Hyundai Elantra” markalı “** HJ ***” dövlət qeydiyyat nişanlı avtomobilin idarəetməni itirərək avtomobilin ön hissəsi ilə piyada keçidi ilə yolu soldan sağa keçən adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs yolu keçməsinə az qalmış vurmuş və Zərərçəkmiş şəxs huşunu itirmişdir. Bu zaman o, kömək etmək məqsədi ilə dərhal onlara yaxınlaşmış, həmin vaxt avtomobilin sürücüsü adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs avtomobildən enərək həyəcanlı şəkildə qadına yaxınlaşmış və qadının xəsarət aldığını görüb təcili tibbi yardıma zəng etmiş, lakin təcili tibbi yardımın gec gəldiyini görüb Zərərçəkmiş şəxs öz avtomobili ilə xəstəxanaya aparmaq qərarına gələrək ondan qadını avtomobilə yerləşdirmək üçün köməklik etməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxsla birlikdə Zərərçəkmiş şəxs avtomobilin arxa sərnişin oturacağına əyləşdirdikdən sonra Zərərçəkmiş şəxs oğlu Kənan adlı şəxs və o, avtomobilin arxa sərnişin oturacağına əyləşmiş, həmin vaxt avtomobilin ön sərnişin oturacağında adını bilmədiyi sarı saçlı bir qadın da olmuşdur. Beləliklə onlar Təqsirləndirilən şəxs “Hyundai Elantra” makalı “** HJ ***” dövlət qeydiyyat nişanlı avtomobili ilə Zərərçəkmiş şəxs Biləcəri qəsəbəsində yerləşən xəstəxanaya aparmış, lakin həmin xəstəxanada Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs təcili tibbi yardım xəstəxanasına aparması bildirilmiş və onlar “Hyundai” markalı “Elantra” modelli “** HJ ***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs Biləcəri qəsəbəsində yerləşən xəstəxanaya, daha sonra 17 saylı təcili tibbi yardım xəstəxanasına, həmin xəstəxanadan isə təcili tibbi yardım avtomobili ilə Bakı şəhəri X15 aparmışlar. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs N noyabr N2-ci il tarixdə oğlu Şahid2 ilə birlikdə Bakı şəhərində diş həkiminə getmiş, həmin gün axşam saatlarında diş həkimindən çıxdıqdan sonra ünvan 5 ünvanında yerləşən yaşadıqları evə getmək üçün taksiyə minmiş, taksi Şamaxı rayonu istiqamətində hərəkət etdiyi üçün onlar Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisində yerləşən 22-ci kilometrliyində yolun Şamaxı rayonu istiqamətində piyada zolağının yanında taksidən enmişlər. N noyabr N2-ci il tarixdə saat 19 radələrində o, oğlu Şahid2 ilə birlikdə piyada zolağının üzəri ilə yolu digər tərəfə keçməyə başlamış, yolun yarısına, yəni yolun Bakı şəhəri istiqamətində hərəkət edən hissəsinə çatdıqda əvvəlcə hərəkət edən avtomobillərin dayanmasını gözləmiş, avtomobillər dayandıqdan sonra o, oğlu Şahid2 ilə birlikdə piyada zolağının üzəri ilə yolu keçməyə davam etmişlər. Yolun digər tərəfinə çatmalarına az qalmış oğlu Şahid2 ona səslənərək dayanmasını demiş və o, sağ tərəfə baxdıqda “Hyundai Elantra” makalı “** HJ ***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə doğru gəldiyini görmüş, həmin avtomobili gec gördüyündən kənara qaça bilməmiş, avtomobil ön hissəsi ilə onu vurmuş və o, huşunu itirmişdir. Ayıldıqda avtomobilin içərisində olduğunu, daha sonra isə təcili tibbi yardım avtomobilinə yerləşdirildiyini görmüş, təcili tibbi yardım avtomobili isə onu Bakı şəhəri X15 aparmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs və məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11” X17 tərəfindən təqdim edilmiş 13 dekabr N2-ci il tarixli 2889 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – subhepatik (qaraciyər altı nahiyədə, yəni qarın boşluğunda) nahiyədə, duqlasda (kiçik çanaqda) mayenin toplanması və qaraciyərin iri ölçülü subkapsulyar hematoması (qaraciyərin kapsulaltı cırılması) ilə nəticələnən qarın nahiyəsinin küt travması, çanaq sümüklərinin (qasıq və oturaq sümüklərinin), sağ qamış və incik sümüklərinin yerdəyişən sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, N noyabr N2-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı piyada qismində hərəkətdə olan avtomaşının onu vurması nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 05 yanvar N3-cü il tarixli 8/01 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai Elantra” markalı “** HJ ***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin və 54-cü maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin rəisi, polis polkovniki Vüqar Əhədovun N noyabr N2-ci il tarixli raportundan görünür ki, N noyabr N2ci il tarixdə saat 19:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonunun ərazisindən keçən 22-ci kilometrliyində naməlum avtomobil piyada Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yaşayan 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs vurmuş, nəticədə Zərərçəkmiş şəxs xəsarət almışdır. Cinayət işinin materiallarında olan 15 noyabr N2-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı- Şamaxı-Yevlax yolunun Abşeron rayonunun ərazisindən keçən 22-ci kilometrliyində Şamaxı rayonu istiqamətindən Bakı şəhəri istiqamətində baş vermiş, hava 14 dərəcə temperaturda və aydın hava şəraitində olmuş, yol-nəqliyyat hadisə yeri yaşayış məntəqəsi olmamış, yolun işlək hissəsi düz, yolun örtüyü asfaltbeton, örtüyün vəziyyəti yaş olmuş, yol örtüyünün eni 11,4 metr, hərəkət zolaqlarının sayı 2, işlək hissənin eni 8,8 metr olmuş, işlək hissədə Bakı şəhəri və Şamaxı rayonu istiqamətlərini orta hissədən 30x35 sm ölçüdə beton ayırıcı zolaq ayırmış, yol-nəqliyyat hadisəsi baş verdiyi Bakı şəhəri istiqamətli yolda 1.4.1 piyada keçidi zolaqları olmuşdur. Yolda hərəkət nizamlanmamış, avtomobillərin hərəkətləri üçün maksimum sürət həddi 70 km/saat olmuş və hadisə yerindən əvvəl yolun sağ kənarında 5.16.2 “piyada keçidi” yol nişanı mövcud olmuşdur. Yolda işıq dirəkləri mövcud olmuşdur. Hadisə yerində şin izləri, tormozlanma izləri mövcud olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 yetkinlik yaşına çatmadığından Abşeron rayonu Əfqan Qadaşov adına Pirəkəşkül tam orta məktəbində müəllim kimi fəaliyyət göstərən X6 10 mart N3-cü il tarixli qərarla mütəxəssis qismində tanınmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyul N2-ci il tarixli 192 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin N iyun N2-ci il tarixli 013gm nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin tibb bölüyünün baş çavuşu vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, N iyul N2-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir. N saylı hərbi hissədən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi onun özünün həmin cinayəti törətdiyini məhkəmə iclasında tam etiraf etməsilə yanaşı, zərər çəkmiş şəxsin, şahidin ifadələri ilə, məhkəmə tibb və məhkəmə avtotexnikiekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailə üzvülərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisədən bilavasitə sonra zərər çəkmiş şəxsə tibbi yardım göstərilməsində iştirakını, törətdiyi cinayəti etiraf edib səmimi peşmanlığını bildirməsini, əvvəllər məhkum olunmadığını, ilk dəfə az ağır cinayət törətməklə, törətdiyi cinayət əməlini tam etiraf edib əməlindən səmimi peşman olduğunu bildirməsini, gəncliyini, ailəsinin yeganə maddi təminatçısı olmasını, eləcə də xidmət etdiyi hərbi hissə üzrə müsbət xarakerizə olunmasını, habelə 27 sentyabr N0-ci il tarixdən 10 noyabr N0-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan “Vətən” müharibəsində iştirak etməklə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarla təltif olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində qeyd edilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısını alır. Ədalətli cəzanın təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azadlığın məhdudlaşdırılması cəzasnını hərbi qulluqçulara tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmadığından (CM-in 52-1.6-cı maddəsi) məhkəmə, Təqsirləndirilən şəxs bu cəzanın təyin olunmasını mümkün saymır. Eyni zamanda məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini (müsbət xarakterizə olunmasını, işə, xidmətə vicdanlı münasibəti, mülayim xarakterli, qayğıkeş olması və s.), hadisənin təsadufi axarı zəminində ehtiyatsızlıqdan baş verməsini (təqsirkar üçün aşkar surətdə xarakterik olmayan cinayətkar əməllərin törədilməsi), onun gəncliyini, ilk dəfə cinayət törətməsini, törətdiyi cinayətə görə səmimi peşmançılıq çəkməsini, 44 günlük Vətən müharibəsində iştirak etməklə medallarla təltif olunmasını, onun hərbçi olmağa yüksək marağının və vətənpərvərlik ruhunun olmasının müşayiət edilməsi hazırda müharibədən sonrakı dövrdə işğaldan azad edilmiş əraziləridə hərbi infrastrukturun möhkəmləndirilməsində hərbçilərin rolu, eləcə də ailənin yeganə övladı olmaqla anası ilə yaşamasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə cəzasını real çəkmədən də islah olunması qənaətini qaçılmaz edir. İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır (Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələri). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasından irəli gəlməlidir. Yalnız belə olduqda cinayət törətmiş şəxsin barəsində şərti tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunması əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdar edici rolunu oynaya bilər. Belə ki, islah olunma perspektivləri baxımından cinayət törədənin şəxsiyyətinin düzgün qiymətləndirilməsi üçün onun cinayətin törədilməsindən sonrakı davranışının, xüsusilə törətdiyi əmələ münasibətinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır. Çünki, təqsirkar şəxsin əməlinin zərərli nəticələrinin aradan qaldırılmasına, azaldılmasına cəhdlər etməsi onun cinayətə tənqidi münasibətini ifadə etməklə, cinayətin törədilməsindən sonrakı davranışının müsbət yöndə inkişaf etdiyini, islah olunma perspektivləri baxımından ümidverici olduğunu göstərir. Təqsirləndirilən şəxsə təyin olunan azadlıqdan məhrumetmə cəzasını real olaraq çəkməsini deyil, barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunacaq cəzanın şərti tətbiq olunmaqla şüur altı olaraq üzərində azadlıqdan məhrumetmə cəzasının olması da təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə yerinə düşə bilmə təhdidi təsiri onun qanunlara hörmət ruhunda tərbiyə olunması və bu əsasda islah olunması da cəzanın məqsədlərinə xidmət edir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan çoxsaylı cəzanı yüngülləşdirən halları nəzərə alaraq və eləcə də Təqsirləndirilən şəxs təyin olunan cəzasını çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilib sınaq müddəti verilməklə şərti məhkum etmənin təyinini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə məhkəmə icra şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək, ailəsinə maddi yardım göstərmək və öz davranışı ilə islah olunduğunu sübut etmək ona bir vəzifə olaraq tapşırılmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polisi idarəsinə həvalə edilməlidir. Sınaq müddətinin başlanğıcı hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası da təyin edilməlidir. Barəsində seçilmiş olan «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən dərhal sonra ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, məhkəmədə Təqsirləndirilən şəxs göstərilmiş 70 iş saatı həcmində hüquqi yardımla bağlı X9 vəkil işlədiyi Bakı şəhər 2 saylı Vəkil Bürosunun hesabına dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməli, cinayət işi üzrə aparılmış ekspertiza xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə- Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrini rəhbər tutaraq, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 6 (alt) ay sınaq müddəti verilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polisi idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs xidmətini davam etdirməsi üçün hazırda xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına təhvil verilsin. Təyin olunmuş sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət hazırda xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına, tərxis olunduqdan sonra daimi yaşayış yeri üzrə icra şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində xidmət etdiyi hərbi hissə komandanlağının icazəsi olmadan müəyyən yerlərə getməmək, tərxis olunduqdan sonra yaşadığı yer üzrə icra şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ailəsinə maddi yardım göstərmək, öz davranışı ilə islah olunduğunu sübut etmək Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə-fonoskopik ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi. Büdcə təsnifatı kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı (X4, KOD 210005, FÖEN **********), Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X2 etdiyi 70 (yetmiş) iş saatına görə 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Bakı hərbi məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rafiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar