Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-90/2025 01.07.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Hacıyev Zaur Arif oğlunun sədrliyi, Cəlilov Murad Rüfət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum edilməmiş, Salyan rayonunun Marışlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin mobil idarəetmə məntəqəsinin texniki vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən 2023-cü ilin oktyabr ayının əvvəllərində tanış olduğu N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-çavuş Zərərçəkmiş şəxs ilə aralarında olan mobil telefon danışığı zamanı sonuncunun xidmət yerini dəyişmək istədiyini öyrənmiş, real imkana və səlahiyyətə malik olmadığı, eləcə də həmin məsələnin həllinə köməklik etmək niyyətində olmadığı halda, qanunsuz qazanc əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs qulluq mövqeyi və xidməti ilə əlaqədar tanıdığı yüksək rütbəli vəzifəli tanışına 3500 manat məbləğində pulun verilməsi müqabilində xidmət yerini Müdafiə Nazirliyinin Bakı şəhəri və ətraf ərazilərdə yerləşən hərbi hissələrindən birinə dəyişdirəcəyi barədə yalan deyərək özünə inandırmış, Zərərçəkmiş şəxs isə verilən vədə inanaraq həmin təkliflə razılaşmışdır. Zərərçəkmiş şəxs aralarındakı razılığa əsasən 10 oktyabr 2023-cü il tarixdə qohumu Şahid1 vasitəsi ilə Siyəzən şəhərinin Heydər Əliyev prospektində yerləşən Oba marketdə quraşdırılmış “eManat” pul terminalından 3000 manat, 24 oktyabr 2023-cü il tarixdə isə razılaşmaya uyğun olaraq özü Siyəzən rayonunun ərazisində yerləşən "Azpetrol” yanacaq doldurma məntəqəsində quraşdırılmış “eManat” terminalından 500 manat pulu onun təqdim etdiyi “4098-5844-9737-5251” nömrəli “UNİBANK” Kommersiya Bank kartına elektron formada göndərmiş, lakin Təqsirləndirilən şəxs vədi üzrə heç bir real hərəkət etməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 3500 manat məbləğində pulu öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirib dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Müdafiə Nazirliyinin Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin mobil idarəetmə məntəqəsinin texniki vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən 2023-cü ilin oktyabr ayının əvvəllərində ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən vatsap mobil tətbiqi vasitəsilə zəng gəlmiş, Zərərçəkmiş şəxs özünü təqdim edərək Müdafiə Nazirliyinin Kəlbəcər rayonunda yerləşən N nömrəli hərbi hissəsinin rabitə bölüyünün radio taqımının 2-ci maşın komandiri vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-çavuş hərbi rütbəsində xidmət etdiyini, onun nömrəsini tanışı olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin rabitə taborunun əsas komanda məntəqəsi rabitə bölüyünün telefon taqımının 1-ci kompleks aparatxanasının rəisi, gizir Şahid2 aldığını bildirmiş, söhbət zamanı Zərərçəkmiş şəxs ailəsinin Şabran rayonunun Ağbaş kəndində yaşadığını, özünün isə Kəlbəcər rayonunda xidmət etdiyini bildirərək Bakı şəhəri və ətraf ərazilərdə xidmət etmək istədiyini bunun üçün nə etməli olduğunu soruşmuş, o, Zərərçəkmiş şəxs xidmət yerini dəyişmək istədiyini öyrəndikdə, həmin məsələnin həllinə köməklik etmək niyyətində olmadığına baxmayaraq pula ehtiyacı olduğu üçün sonuncunu aldadaraq pulunu ələ keçirmək məqsədi ilə, Zərərçəkmiş şəxs gizir rütbəsində olduğunu, tanıdığı yüksək rütbəli vəzifəli tanışına 3500 manat məbləğində pul verilməsi müqabilində xidmət yerini Müdafiə Nazirliyinin Bakı şəhəri və ətraf ərazilərdə yerləşən hərbi hissələrdən birinə dəyişdirəcəyi barədə yalan deymiş, Zərərçəkmiş şəxs isə verilən vədə inanaraq təkliflə razılaşmışdır. Zərərçəkmiş şəxs aralarındakı razılığa əsasən 10 oktyabr 2023-cü il tarixdə qohumu Şahid1 vasitəsi ilə pul terminalından 3000 manat məbləğdə pulu, 24 oktyabr 2023-cü il tarixdə isə özü eyni qaydada 500 manat pulu onun təqdim etdiyi “4098-5844-9737-5251” nömrəli “UNİBANK” Kommersiya Bank kartına elektron formada göndərmişdir. Zərərçəkmiş şəxs ümumilikdə 3500 manat pulunu aldıqdan sonra məbləğin tam hissəsini şəxsi ehtiyacları üçün xərcləmiş, bu barədə heç bir kəsə məlumat verməmişdir. Zərərçəkmiş şəxs aldadıldığını başa düşüb pulunu tələb etdikdə 2024-cü ilin yanvar ayında 1600 manatını elektron qaydada qaytarmışdır. Zərərçəkmiş şəxs Müdafiə Nazirliyinə şikayət etdikdən sonra barəsində cinayət işi başlamış, o araşdırma dövründə, yəni 15 noyabr 2024-cü il tarixdə yerdə qalan 1900 manatını da geri qaytarmaqla ümumilikdə 3500 manat Zərərçəkmiş şəxs məxsus pulu tam olaraq geri qaytarmışdır. Hazırda işləmədiyindən maddi vəziyətinin ağır olmasını, zərərçəkmiş şəxslə barışaraq vurulmuş ziyanı ödəməsini, törətdiyi əməldən peşman olmasını ona cəza təyin edilərkən Məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-çavuş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2023-cü ilin oktyabr ayının əvvəllərində tanışı olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin rabitə taborunun əsas komanda məntəqəsi rabitə bölüyünün telefon taqımının 1-ci kompleks aparatxanasının rəisi, gizir Şahid2 ilə xidmət yerini dəyişməklə bağlı söhbət edərkən sonuncu bu barədə məlumatının olmadığını və ona kömək edə bilməyəcəyini bildirib bu barədə tanışı olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Təqsirləndirilən şəxs ilə məsləhətləşə biləcəyini bildirmiş, Şahid2 Təqsirləndirilən şəxs nömrəsini almış, 2023-cü ilin oktyabr ayının əvvəllərində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə vatsap mobil tətbiqi vasitəsilə zəng etmiş, tanışlıq verdikdən sonra ailəsinin Şabran rayonunun Ağbaş kəndində yaşadığını, özünün isə Kəlbəcər rayonunda xidmət etdiyini bildirərək Bakı şəhəri və ətraf ərazilərdə xidmət etmək istədiyini bunun üçün nə etməli olduğunu soruşmuş, Təqsirləndirilən şəxs ona gizir rütbəsində olduğunu, tanıdığı yüksək rütbəli vəzifəli tanışına 3500 manat məbləğində pul verilməsi müqabilində xidmət yerini Müdafiə Nazirliyinin Bakı şəhəri və ətraf ərazilərdə yerləşən hərbi hissələrdən birinə dəyişdirəcəyi barədə yalan deyərək özünə inandırmış, o isə verilən vədə inanaraq həmin təkliflə razılaşmışdır. Aralarındakı razılığa əsasən 10 oktyabr 2023-cü il tarixdə qohumu Şahid1 vasitəsi ilə Siyəzən şəhərinin Heydər Əliyev prospektində yerləşən Oba marketdə quraşdırılmış “eManat” pul terminalından 3000 manat məbləğdə pulu, 24 oktyabr 2023-cü il tarixdə isə özü Siyəzən rayonunda ərazisində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsində quraşdırılmış “eManat” terminalından 500 manat pulu Təqsirləndirilən şəxs təqdim etdiyi “UNİBANK” Kommersiya Bank kartına elektron formada göndərmişdir. Zərərçəkmiş şəxs ümumilikdə 3500 manat pulunu aldıqdan sonra qısa zaman ərzində onun xidmət yerini dəyişdirəcəyini bildirmişdir. Bundan sonra o, aldadıldığını başa düşüb pulunu tələb etdikdə Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayında almış olduğu 3500 manat pulun 1600 manatını elektron qaydada qaytarmışdır. Müdafiə Nazirliyinə şikayət etdikdə Təqsirləndirilən şəxs 15 noyabr 2024-cü il tarixdə qalan 1900 manatı geri qaytarmaqla ümumilikdə almış olduğu 3500 manat ona məxsus pulu tam olaraq geri qaytarmışdır. Hazırda təqsirləndirilən şəxslə barıdığını, ona qarşı şikayət və tələbinin olmadığını, məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin rabitə taborunun əsas komanda məntəqəsi rabitə bölüyünün telefon taqımının 1-ci kompleks aparatxanasının rəisi, gizir Şahid2 zərərçəmiş şəxs Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 10 oktyabr 2023-cü il tarixdə bacısının əri, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş hərbi rütbəsində xidmət edən Zərərçəkmiş şəxs ***-***-**-** saylı mobil nömrəsindən vatsap mobil tətbiqi vasitəsi ilə ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng gəlmiş, telefon danışığı zamanı 3000 manat məbləğində pulu son səkkiz rəqəmi “97375251” olan bank kartına göndərilməli olduğunu demiş, o, həmin tarixdə, yəni, 10 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində 3000 manat məbləğdə Zərərçəkmiş şəxs məxsus pul vəsaitini Siyəzən şəhər Heydər Əliyev prospektində yerləşən Oba marketdə “eManat” pul terminalı vasitəsi ilə bank kartına yollamış, qeyd olunan məbləği pul terminalı vasitəsilə yolladıqda terminalın monitorunda Təqsirləndirilən şəxs ad və soyadı görünmüşdür. Başqa Təqsirləndirilən şəxs hər hansı məbləğdə ödəniş etməmiş, daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs aldı şəxs tərəfindən xidmət yerinin dəyişdirilməsi vədi ilə aldadılaraq 3500 manat pulunun ələ keçirildiyini, hazırda isə həmin pulun geri ödənildiyini öyrənmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin sənədlərindən görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyun 2023-cü il tarixli 160 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs hərbi hissənin mobil idarəetmə məntəqəsinin texniki vəzifəsinə təyin edildiyindən həmin tarixdən vəzifəsinin icrasına başlamışdır. Zərərçəkmiş şəxs Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinə ünvanlamış olduğu 10 oktyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir Təqsirləndirilən şəxs onun xidmət yerini dəyişdirə biləcəyini bildirib aldadaraq 3500 (üç min beş yüz) manat məbləğində pulunu ələ keçirmişdir. "xxxx" MMC-dən 23 dekabr 2024-cü il tarixdə daxil olmuş 01 (bir) ədəd CD diskə keçirilmiş baxış protokolundan görünür ki, ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs adına, ***-***-**-** saylı nömrə isə Zərərçəkmiş şəxs adına rəsmiləşmiş, anten dairələrinin yerləşmə yerlərinə əsasən 10 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə bağlı mobil telefon Bakı şəhərində, həmin tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə bağlı mobil telefon Laçın rayonunda, 10 oktyabr 2023-cü il tarixdə isə Siyəzən rayonunda qeydə alınmışdır. Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş "xxxx" MMC-yə məxsus Siyəzən rayonunun H.Əliyev prospektində yerləşən 1236 nömrəli pul terminalının 189567 nömrəli qəbzindən görünür ki, 10 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus son səkkiz rəqəmi “97375251” olan "xxxx" bank kartına 3000 manat məbləğdə, həmin MMC-yə məxsus Siyəzən rayonunun Bakı-Quba yolunun 107-ci kilometrliyində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsində quraşdırılmış 7081 nömrəli pul terminalının 1612 nömrəli qəbzindən görünür ki, 24 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus son səkkiz rəqəmi “97375251” olan "xxxx" bank kartına 500 manat məbləğdə pul vəsaitləri göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29 noyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Nurvedi oğlunun məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi Elxan Salamzadənin 18 avqust 2023-cü il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə X2, X3 və Təqsirləndirilən şəxs 7500 (yeddi min beş yüz) manat məbləğində pulun X1 qaytardıqlarını və onunla barışdıqlarını, dəymiş ziyanı tamamilə ödədiklərini, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiklərini nəzərə alaraq, barələrində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə aparılan cinayət təqibinə CM-in 73-1.2-ci və Azərbaycan Respublikası CPM-in 40.3-cü maddələrinə əsasən xitam verilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü Gülnur adlı uşağı vardır. Zərərçəkmiş şəxs məhkəmə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, onunla barışmış, şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin məhkəməyə ünvanladığı 10 mart 2025-ci il tarixli 71 nömrəli əmrin çıxarışından görünür ki, səhra idarəetmə mərkəzinin 1-ci mobil idarəetmə məntəqəsinin texniki (idarəetmə maşını üzrə) gizir Təqsirləndirilən şəxs, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil verilmiş hesab edilmiş, 10 mart 2025-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ tə\minatdan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan Rayon Şöbəsinə göndərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması (CM-nin 59.1.4), cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsi (CM-nin 59.1.13) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxs və şahidlərin ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs barəsində 18 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə aparılan cinayət təqibinə CM-in 73-1.2-ci və Azərbaycan Respublikası CPM-in 40.3-cü maddələrinə əsasən xitam verilməsi haqqında qərar olduğundan, hazırki əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.3cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, maddi vəziyyətinin ağır olması, həmçinin onun şəxsiyyəti ilə bağlı halların və məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, sanksiyada nəzərdə tutulan başqa cəzanın təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin qərarı əsasında isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat miqdarında müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün göstərdiyi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı 06 (altı) manat olmaqla 240 (iki yüz qırx) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən 23 dekabr 2024-cü il tarixdə daxil olmuş 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli bilinsin və o 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Salyan rayonunun Marışlı kəndində yaşadığı ünvanı axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrası yaşayış üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən 23 dekabr 2024-cü il tarixdə daxil olmuş 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhər 27 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən Bakı Hərbi Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №1-1(093)-90/2025
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-90/2025
01.07.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver