Məhkəmə qərarları › İş №1-1(093)-91/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-91/2023

15.05.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-91/2023 15.05.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlunun sədrliyi, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru ədliyyə polkovnikleytenantı Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhər 17 saylı vəkil bürosunun vəkili X3 və Təqsirləndirilən şəxs iştirakı ilə Bakı hərbi məhkəməsinin inzibati binasında 3 may 1993-cü il tarixdə Beyləqan rayonunun N-ci Aşıqlı kəndində anadan olmuş və Beyləqan rayonunun N-ci Aşıqlı kəndində daimi pasport qeydiyyatında olaraq faktiki olaraq həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun 8-ci bölüyünün N-ci taqımının 3-cü döyüş maşınının tuşlayıcıoperatoru vəzifəsində xidmət edən, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 3N.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Xocavənd rayonunda yerləşən N nömrəli hərbi hissəsinin 3-cü taborunun 8-ci bölüyünün N-ci taqımının 3-cü döyüş maşınının tuşlayıcı-operatoru vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmətdə olarkən banklar tərəfindən yalnız gizir və zabit heyətindən olan hərbi qulluqçulara yüksək məbləğdə pul kreditləri verildiyini öyrəndikdən sonra 10000 (on min) manat məbləğində pul krediti almaq məqsədilə onunla əvvəllər N nömrəli hərbi hissədə xidmət etmiş sabiq hərbi qulluqçu Məhəmməd Mustafayev vasitəsilə tanıdığı şəxsiyyəti istintaqa məlum olmayan “Nicat” adlı şəxs tərəfindən hazırlanmış, məzmunu təhrif edilməklə guya onun Daxili İşlər Nazirliyi Daxili Qoşunların N nömrəli hərbi hissəsində “gizir” hərbi rütbəsində xidmət etməsini təsdiq edən, həmin hərbi hissənin möhürü ilə təsdiq edilmiş, şəxsi fotoşəkili və məlumatları qeyd olunan 16 aprel N17-ci il tarixli DQ seriyalı 014001 nömrəli hüquq verən saxta şəxsi vəsiqəni N3 yanvar NN3-cü il tarixdə Bakı şəhəri ərazisində əldə etmiş və adı çəkilən vəsiqəni həmin gün saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 1 nömrəli Rəqəmsal filialına təqdim etməklə bilə-bilə saxta sənəddən istifadə etmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 3N.N-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, 14 iyun N14-cü il tarixdən Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə başlamış, N aprel NN1-ci il tarixdən Müdafiə Nazirliyinin Xocavənd rayonunda yerləşən N nömrəli hərbi hissəsində xidmət edir. NN3-cü ilin yanvar ayında o, maddi sıxıntıları səbəbindən bankdan kreditə yüksək məbləğdə pul götürmək istəmiş və o, N nömrəli hərbi hissədə xidmət etmiş sabiq hərbi qulluqçusu Məhəmməd Mustafayevə zəng etmək qərarına gələrək 18 yanvar NN3-cü il tarixdə ona zəng edib bankdan kredit götürmək istədiyini demiş, M.Mustafayev Nicat adlı şəxsin bankdan kredit götürməkdə köməklik göstərə biləcəyini deyib, bir qədər sonra ona zəng edərək Nicatla danışdığını, sonuncunun onun bankdan kredit götürməsinə kömək edə biləcəyini və bu səbəbdən baş nahiyəsinin şəklini çəkib whatsapp proqramı vasitəsilə ona atmasını demiş, o, da, baş nahiyəsinin şəklini çəkərək whatsapp proqramı vasitəsilə M.Mustafayevə göndərmişdir. N yanvar NN3-cü il tarixdə 5 (beş) gün müddətinə, yəni N4 yanvar NN3-cü il tarixədək ailə vəziyyəti ilə əlaqədar olaraq məzuniyyətə buraxılmış, NN yanvar NN3-cü il tarixdə Bakı şəhərinə gələrək M.Mustafayevə zəng etmiş və sonuncu Nicatla danışdığını və səhəri gün, yəni N3 yanvar NN3-cü il tarixdə səhər 10-11 radələrində N yanvar metrostansiyasının yaxınlığında Azərsunun binasında yanında Nicatın qırmızı rəngli “Toyota Prius” markalı avtomobil ilə ona yaxınlaşaraq müvafiq sənədi ona verəcəyini demişdir. O, N3 yanvar NN3-cü il tarixdə saat 10-11 radələrində N yanvar metrostansiyasının yaxınlığında Azərsunun binasında yanında olan zaman Nicat idarə etdiyi qırmızı rəngli “Toyota Prius” markalı avtomobillə ona yaxınlaşmış və o, avtomobilə əyləşmişdir. Nicat bundan sonra yaşıl üzlüyü olan saxta gizir vəsiqəsini ona təqim etməzdən əvvəl iş həll olunduqdan sonra, yəni onun adına hazırlanmış saxta sənəd ilə bankdan kreditə pul götürüb çıxdıqdan sonra saxta şəxsi vəsiqəni və 1000 (bir min) manat məbləğində pulu sonucuya verməli olduğunu ona bildirmiş və özünə məxsus şəxsi vəsiqəni ondan götürmüşdür. O, Nicatın təqdim etdiyi vəsiqəni açıb baxdıqda vəsiqədə guya onun Daxili Qoşunların N nömrəli hərbi hissəsində xidmət etməsi və gizir hərbi rütbəsində olması ilə bağlı qeydlərin edildiyini görərək vəsiqənin sol küncüdə, şəklinin altında olan imza qrafasını imzalamışdır. Bundan sonra o, həmin saxta vəsiqəni götürərək İnqilab Prospekti istiqamətində yerləşən "xxxx" ASC-yə getmişdir. O, bankın tanımadığı kredit mütəxəssisi olan qadın əməkdaşına yaxınlaşıb kredit götürmək istədiyini deyərək şəxsiyyət vəsiqəsinin əslini təqdim etmiş, o, bank işçisinə 15000 manat məbləğində kredit götürmək istədiyini demiş, sonuncu isə ona 15000 manat yox, 10000 manat məbləğində istehlak krediti verilə biləcəyini bildirərək verdiyi sənədlərin ksero surətlərini çıxarmağa başlamışdır. Bank işçisi daha sonra ondan şəxsi vəsiqəsini də istəmiş, lakin o isə şəxsi vəsiqəsini evdə unutduğunu və gün ərzində gətirəcəyini sonuncuya söyləmişdir. Üzərindən bir qədər keçdikdən sonra o, bank işçisinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsini və şəxsi hərbi vəsiqəsini sonuncuya təqdim etmişdir. O, təxminən iki saat keçdikdən sonra ona kreditin verilməyəcəyini, işin alınmayacağını və bankın işçilərinin həmin saxta sənəddən şübhələndiklərini düşündüyündən təxminən saat 14-15 radələrində bankı tərk etmişdir. O, bundan sonra Nicatla görüşmüş sonuncu saxta gizir vəsiqəsini ondan alaraq şəxsi vəsiqəsinin əslini ona geri qaytarmışdır. O, N4 yanvar NN3-cü il tarixdə səhər radələrində şəxsiyyət vəsiqəsini götürmək üçün "xxxx" ASC-yə gedərək bankın xanım əməkdaşına yaxınlaşmış və sonuncudan şəxsiyyət vəsiqəsinin əslini geri istəmiş, bir qədər sonra Bakı Qarnizonu hərbi polisin əməkdaşları gələrək onu Hərbi Prokurorluğuna gətirmişlər. Hazırda törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 3N.N-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə şahid ifadələri, ekspert rəyi, maddi sübut və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, şahid qismində dindirilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 1 nömrəli rəqəmsal filialının aparıcı satış məsləhətçisi Şahid göstərmişdir ki, N3 yanvar NN3-cü il tarixdə səhər saat 11 radələrində Təqsirləndirilən şəxs "xxxx" ASC-nin ünvan 1 ünvanında yerləşən 1 nömrəli rəqəmsal filialına daxil olaraq kredit götürmək istəmişdir. O, şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini Təqsirləndirilən şəxs söyləmiş, sonuncu şəxsiyyətini təsdiq edən sənədini ona təqdim etmişdir. Təqsirləndirilən şəxs ona 15000 manat məbləğində kredit götürmək istədiyini demiş, o isə sonuncuya 15000 manat yox, 10000 manat məbləğində istehlak krediti veriləciyini demişdir. O, Təqsirləndirilən şəxs ilə danışan zaman sonuncunun narahat olduğunu və əlinin əsdiyini görmüş, habelə Təqsirləndirilən şəxs özünü şübhəli aparması da onun diqqətindən yayınmamışdır. Üzərindən təxminən 10-15 dəqiqə keçdikdən sonra Təqsirləndirilən şəxs bir daha ona yaxınlaşaraq təlaşlı bir şəkildə sonuncuya kredit verilib-verilə bilməyəcəyini ondan soruşmuşdur. O, Təqsirləndirilən şəxs kreditin rəsmiləşdirilməsi ilə bağlı son qərarın "xxxx" ASC-nin rəhbərliyi tərəfindən veriləcəyini demişdir. O, bu vaxt Təqsirləndirilən şəxs şəxsi (xidməti) vəsiqəsini istəmiş, sonuncu isə şəxsi vəsiqəsini evdə unutduğunu bildirmişdir. O, nə vaxt şəxsi vəsiqəsini gətirə biləcəyini Təqsirləndirilən şəxs soruşmuş, sonuncu şəxsi vəsiqəsini gün ərzində gətirəcəyini deyərək bankı tərk etmiş, bir müddət sonra yenidən banka daxil olmuşdur. Təqsirləndirilən şəxs ona yaxınlaşaraq şəxsiyyət vəsiqəsini və şəxsi hərbi vəsiqəsini ona təqdim etmişdir. O, Təqsirləndirilən şəxs yoxlamaq qərarına gələrək xidmət etdiyi hərbi hissənin harada yerləşməsi barədə maraqlandıqda sonuncu bir qədər fikirləşmiş və əlləri titrəməyə başlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs ona təqdim etdiyi vəsiqəni o, orginal formada rəngli şəkildə skan edərək "xxxx" ASC-nin baş ofisinə göndərmişdir. Təqsirləndirilən şəxs gözləmə yerində bir qədər də əyləşdikdən sonra filialı tərk etmişdir. Həmin gün, yəni N3 yanvar NN3-cü il tarixdə saat 17:30 radələrində Azər-Türk Bank ASC-nin Baş Ofisindən Təqsirləndirilən şəxs ona təqdim etdiyi şəxsi hərbi vəsiqənin saxta olması barədə məlumat verilmişdir. Filial müdiri N.Əliyev ona Təqsirləndirilən şəxs ilə danışmasını, lakin onu şübhələndirməmək şərtilə sonuncuya zəng etməsini və guya ona bank tərəfindən kreditlə bağlı müsbət rəy verilməsi barədə məlumat verməsi tapşırığını vermişdir. O, filial müdiri N.Əliyevin verdiyi tapşırığa əsasən o, Təqsirləndirilən şəxs hazırda xatırlamadığı mobil nömrəsinə zəng edərək sonuncudan nə vaxt banka yaxınlaşacağını soruşmuş və Təqsirləndirilən şəxs səhəri gün banka yaxınlaşacağını demişdir. Təqsirləndirilən şəxs səhəri gün, yəni N4 yanvar NN3-cü il tarixdə saat 10 radələrində bankın filialına yaxınlaşmış və ondan şəxsiyyət vəsiqəsini istəmişdir. O, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini bankın filial müdiri N.Əliyevə vermişdir. Təxminən 10-15 dəqiqə keçdikdən sonra X5 idarəsinin tanımadığı əməkdaşı gələrək Təqsirləndirilən şəxs ilə birlikdə filial müdiri N.Əliyevin otağına daxil olmuşlar. Daha sonra nə baş verdiyini bilməmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10 fevral NN3-cü il tarixli 4/166-5-187 nömrəli məhkəmə xətşünaslıq ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına olan DQ seriyalı 014001 nömrəli şəxsi vəsiqənin kserosürətinin N-3-cü səhifələrində “Polkovnik” qrafalarında əks olunmuş imzalar-X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; Təqsirləndirilən şəxs adına olan DQ seriyalı 014001 nömrəli şəxsi vəsiqənin kserosürətinin 7-ci səhifəsində “hərbi hissə komandiri Polkovnik” qrafasında əks olunmuş imza- X6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; Təqsirləndirilən şəxs adına olan DQ seriyalı 014001 nömrəli şəxsi vəsiqənin 1-ci, N-ci, 3-cü və 7-ci səhifələrinin reproqrafik surətlərinin üzərində olan “HƏRBİ HİSSƏ 1N318” məzmunlu möhür əksinin təsvirləri təqdim edilmiş eyni məzmunlu eksperimental əks nümunələri ilə eynilik təşkil etmirlər. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Təhlükəsizlik Departamentindən təqdim edilmiş N4 yanvar NN3-cü il tarixli 6-3/0N/0N-37N nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs N3 yanvar NN3-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Rəqəmsal 1 filialına müraciət edərək öz fotoşəkli və öz anket məlumatları əks olunan Daxili Qoşunların baş gizirinə məxsus saxta “şəxsi vəsiqəni” kredit götürmək məqsədi ilə özünə məxsus sənəd kimi bank əməkdaşına təqdim etmişdir. N nömrəli hərbi hissə komandirinin N aprel NN1-ci il tarixli 1N6 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs 70N-ci mexanikiləşdirilmiş briqadanın N-ci mexanikiləşdirilmiş taborunun (BMP-3) 4-cü mexanikiləşdirilmiş bölüyünün 1-ci mexanikiləşdirilmiş taqımının N-ci döyüş maşınları heyətinin tuşlayıcı-operatoru vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N sentyabr NN1-ci il tarixli N89 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs 70N-ci mexanikiləşdirilmiş briqadanın 70NN-ci mexanikiləşdirilmiş taborunun (BMP-3) 5-ci mexanikiləşdirilmiş bölüyünün 1-ci mexanikiləşdirilmiş taqımının döyüş maşınları heyətinin 3-cü döyüş maşının tuşlayıcı-operator vəzifəsindən 70N-ci mexanikiləşdirilmiş briqadanın 3-cü mexanikiləşdirilmiş taborunun (BMP-1) 8-ci mexanikiləşdirilmiş bölüyünün N-ci mexanikiləşdirilmiş taqımının döyüş maşınları heyətinin 3-cü döyüş maşının tuşlayıcı-operatoru vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N yanvar NN3-cü il tarixli NN nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Təqsirləndirilən şəxs N yanvar NN3-cü il tarixdən 5 (beş) gün müddətinə növbəti məzuniyyətə buraxılmışdır. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının 3 fevral NN3-cü il tarixli 3-13-14-1/N-N8N/NN3 nömrəli məktubundan görünür ki, DQ № 014001 seriya və nömrəli “Gizirin və MAXE hərbi qulluqçunun şəxsi vəsiqəsi” istifadəyə verilməmiş, DQ № 014001 seriya və nömrəli “Zabitin şəxsi vəsiqəsi” isə Daxili Qoşunlar üçün sifariş edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının 4 fevral NN3-cü il tarixli 3- 13-14-10/1N-879/NN3 nömrəli arayışından görünür ki, 1N318 saylı hərbi hissədə Təqsirləndirilən şəxs adlı hərbi qulluqçu xidmət etməmişdir. Müdafiə Nazirliyinin N8 fevral NN3-cü il tarixli 3-N5-1/N-1075/N3 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs AD-00NN608 nömrəli “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun şəxsi vəsiqəsi” blankı verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 3N.N-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 3N.N-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.N-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 8ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ona görə də, məhkəmə, işin şərh edilən halları, Təqsirləndirilən şəxs şəxsiyyətini və onun cəzasını yüngülləşdirən halı nəzərə alaraq barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Cinayət qanunvericiliyinin tələblərinə əsasən islah işləri və ictimai işlər cəzası hərbi qulluqçulara təyin edilmir (CM-in 49.4-47.4.5-ci maddələri). Hərbi xidmət üzrə məhdudlaşdırma cəzası hərbi xidmət əleyhinə deyil, başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara CM-nin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir (CM-in 50.1-ci maddəsi). Buradan göründüyü kimi, hərbi xidmət əleyhinə deyil, başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara təqsirli bilindiyi CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş islah işləri əvəzinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası tətbiq edilir. Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur (CM-in 50.N-ci maddəsi). Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz (CM-in 50.3-cü maddəsi). Odur ki, məhkəmə Təqsirləndirilən şəxs CM-in 3N.N-ci maddəsi ilə, həmin Məcəllənin 50.1-ci maddəsinin müddəalarına əsasən aşağı həddə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını ədalət və humanizm prinsipləri baxımından düzgün sayır. İş üzrə maddi sübut kimi tanınmış 16 aprel N17-ci il tarixli DQ 014001 nömrəli Təqsirləndirilən şəxs adına olan saxta gizirin şəxsi vəsiqəsi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə xərcləri təşkil etmiş N50 (iki yüz əlli) manat (məhkəmə-xətşünaslıq ekspertizası üzrə) təqsirləndirilən şəxsdən tutularaq XN hesabına köçürülməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 3N.N-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-in 50.1-ci maddəsi tətbiq edilməklə islah işləri əvəzinə ona aylıq pul təminatından 5 % (beş faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla N (iki) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissə komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 16 aprel N17-ci il tarixli DQ 014001 nömrəli Təqsirləndirilən şəxs adına olan saxta gizirin şəxsi vəsiqəsi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri təşkil etmiş N50 (iki yüz əlli) manat (məhkəmə-xətşünaslıq ekspertizası üzrə) Təqsirləndirilən şəxs tutularaq XN hesabına köçürülsün. Hökmdən Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan N (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Camal Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar