Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-91/2025 15.04.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X6 Arif oğlunun sədrliyi, Cəlilov Murad Rüfət oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olmaqla öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidmətinin Xaçmaz rayonunun Xudat şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsinin qərargah bölüyünün rabitə taqımının sürücüsü vəzifəsində, gizir hərbi rütbəsində hərbi hissənin 1-ci nəzarət buraxılış məntəqəsində (NBM-1) xidmətdə olarkən 07 dekabr 2024-cü il tarixdə, saat N radələrində hərbi hissə növbətçisinin köməkçisi xidmətinə təyin olunmuş həmin bölüyün 2-ci mühafizə taqımının 2-ci mühafizə manqasının atıcısı, əsgər Zərərçəkmiş şəxs onun növbətçi olduğu nəzarət buraxılış məntəqəsinə xidməti telefon vasitəsilə zəng edib hərbi hissə komandirinin hərbi hissənin ərazisində olub-olmamasını maraqlanmasına əsəbiləşərək, növbətçi olduğu nəzarət buraxılış məntəqəsini tərk edib hərbi hissə növbətçisinin xidməti otağına doğru getmiş və hissə növbətçisinin xidməti otağının qarşısında Zərərçəkmiş şəxs yaxınlaşaraq qolundan tutub özünə doğru çəkmiş, sonuncu ona qolunu buraxmasını bildirdikdə, sağ əli ilə Zərərçəkmiş şəxs sol üz nahiyəsinə bir sillə zərbəsi vurub, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olmaqla öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Dövlət Sərhəd Xidmətinin Xaçmaz rayonunun Xudat şəhərində yerləşən N nömrəli hərbi hissəsinin qərərgah bölüyünün rabitə taqımının sürücüsü vəzifəsində, gizir hərbi rütbəsində hərbi hissənin 1-ci nəzarət buraxılış məntəqəsində (NBM-1) xidmətdə olarkən 07 dekabr 2024cü il tarixdə saat N radələrində hərbi hissə növbətçisinin köməkçisi bölüyün 2-ci mühafizə taqımının 2-ci mühafizə manqasının atıcısı, əsgər Zərərçəkmiş şəxs onun növbətçi olduğu nəzarət buraxılış məntəqəsinə xidməti telefon vasitəsilə zəng edib hərbi hissə komandirinin hərbi hissənin ərazisində olub-olmamasını soruşmuş, o, Zərərçəkmiş şəxs cavab olaraq ”sən kimsən və nə məqsədlə komandirin hərbi hissədə olub-olmamasını soruşursan sənə bunu kim deyib” deyə soruşanda Zərərçəkmiş şəxs heçnə demədən dəstəyi asmışdır. O, Zərərçəkmiş şəxs bu hərəkətindən əsəbiləşərək daxili telefonla hissə növbətçisinin otağına zəng etmiş, Zərərçəkmiş şəxs telefonu götürəndə o, “sən kimsənki üzümə odboy verirsən, qudurmusan sən” deyəndə Zərərçəkmiş şəxs ona “cənab gizir nə dediyinizi eşitmədim” demişdir. O, Zərərçəkmiş şəxs “eşitmədin təzdən yığda gəlib səni tapdalıyaram” deyəndə Zərərçəkmiş şəxs ona “məni tapdalamaq heç kimin başı üçün deyil” bildirmişdir. O, Zərərçəkmiş şəxs “gözlə gəlirəm ora” demiş və xidmət etdiyi nəzarət buraxılış məntəqəsini tərk edərək hərbi hissə növbətçisinin otağının qarşısına gedərək orada Zərərçəkmiş şəxs yaxınlaşıb “sən qudurmusan odboy verirsən mənə” deyib sol qolu ilə Zərərçəkmiş şəxs sağ qolundan tutub qırağa çəkmək istəmiş, əsgər Zərərçəkmiş şəxs uca səslə ona “əlinizi çəkin məndən" bir neçə dəfə demiş, o, bu zaman əsəblərini cilovlaya bilməyərək sağ əli ilə Zərərçəkmiş şəxs sol üz nahiyəsindən itələmişdir, lakin sillə vurmamışdır. Həmin vaxt bunu görən hərbi hissə növbətçisi, həmin hərbi hissənin nəqliyyat zirehli texnika bölməsinin zabiti, leytenant Şahid onun qolundan tutaraq kənara çəkmişdir. Törətdiyi əmələ görə peşmandır. Məhkəmədən mümkün qədər yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Dövlət Sərhəd Xidmətinin Xaçmaz rayonunun Xudat şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissənin qərargah bölüyünün 2-ci mühafizə taqımının 2-ci mühafizə manqasının atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində hərbi hissə növbətçisinin köməkçisi xidmətində olarkən 07 dekabr 2024-cü il tarixdə saat N radələrində hərbi hissə növbətçisinin xidməti otağında olan daxili telefonla hərbi hissə komandirinin hərbi hissədə olub-olmamasını dəqiqləşdirmək üçün hərbi hissənin 1-ci nəzarət buraxılış məntəqəsinə (NBM-1) zəng edərək nəzarət buraxılış məntəqəsində növbətçi olan həmin hərbi hissənin qərargah bölüyünün rabitə taqımının sürücüsü, gizir Təqsirləndirilən şəxs hərbi hissə komandirinin hərbi hissədə olubolmamasını soruşmuş, Təqsirləndirilən şəxs ona “sən kimsən və nə məqsədlə komandirin hərbi hissədə olub-olmamasını soruşursan” demişdir. O, Təqsirləndirilən şəxs hərbi hissə komandirinin hərbi hissədə olub-olmaması barədə dəqiq məlumat vermək üçün soruşduğunu demiş və həmin vaxt hərbi hissə növbətçisinin xidməti otağının yanından hərbi qulluqçular aşağı düşərkən səs-küyə səbəb olduqları üçün o, Təqsirləndirilən şəxs dəqiq nə dediyini eşitməsə də, ona elə gəlmişdir ki, Təqsirləndirilən şəxs ona hərbi hissə komandirinin burda olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs “oldu cənab gizir” deyə xitab edərək dəstəyi yerə qoymuşdur. Bundan bir neçə dəqiqə sonra gizir Təqsirləndirilən şəxs hərbi hissə növbətçisinin xidməti otağına zəng vuraraq, ona “sən kimsən ki, mənim üzümə odboy verirsən, qudurmusan sən” demiş, o, Təqsirləndirilən şəxs “cənab gizir nə dediyinizi bəlkə də dəqiq eşitməmişəm” dedikdə, Təqsirləndirilən şəxs ona “dəqiq eşitmədinsə təzdən yığardın, gəlib səni tapdalıyaram” bildirmişdir. O, Təqsirləndirilən şəxs "məni tapdalamaq heç kimin başı üçün deyil” dedikdə, Təqsirləndirilən şəxs ona “gözlə gəlirəm ora” demiş və dəstəyi yerə qoymuşdur. Bundan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs hərbi hissə növbətçisinin xidməti otağının qarşısında ona yaxınlaşıb “sən qudurmusan odboy verirsən mənə” deyərək onun sağ qolundan tutub özünə tərəf çəkmişdir. O, Təqsirləndirilən şəxs qolunu buraxması üçün bir neçə dəfə uca səslə “əlinizi, əlinizi çəkin məndən” dedikdə, Təqsirləndirilən şəxs sağ əli ilə onun sol üz nahiyəsindən itələmişdir. Bu zaman hərbi hissə növbətçisi olan leytenant Ağazadə X4 Əlizadənin qolundan tutaraq kənara çəkmişdir. Daha sonra Təqsirləndirilən şəxs xidmət yerinə geri qayıtmışdır. O da öz xidməti vəzifələrinin icrası ilə məşğul olmağa başlamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqdim edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid göstərdi ki, o, Dövlət Sərhəd Xidmətinin Xaçmaz rayonunun Xudat şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsinin nəqliyyat zirehli texnika bölməsinin zabiti vəzifəsində, leytenant hərbi rütbəsində hərbi hissə növbətçisi xidmətində olarkən 07 dekabr 2024-cü il tarixdə saat N radələrində hərbi hissə komandirinin müavinini qarşılamaq üçün hərbi hissə növbətçisinin otağından çölə çıxdıqda hərbi hissənin 1-ci nəzarət buraxılış məntəqəsinin (NBM-1) növbətçisi xidmətinə təyin olunmuş həmin bölüyün rabitə taqımının sürücüsü, gizir Təqsirləndirilən şəxs sağ əli ilə həmin bölüyün əsgəri Zərərçəkmiş şəxs sol sifət nahiyəsindən əlini çəkdiyini görmüş və dərhal ora yaxınlaşıb gizir Təqsirləndirilən şəxs qolundan tutub oradan uzaqlaşdırmışdır. Cinayət işinin sənədlərindən görünür ki, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs 09 yanvar 2025-ci il tarixdə Sumqayıt Hərbi prokurorluğuna ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən 07 dekabr 2024-cü il tarixdə N nömrəli hərbi hissədə onun sol üz nahiyəsinə bir sillə zərbəsi vuraraq ona zor tətbiq etməsini qeyd etmişdir. 31 yanvar 2025-ci il tarixdə Sumqayıt Hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı X2 tərəfindən Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 329.1-ci maddəsi ilə cinayət işi başlanmış, 18 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tanınaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, 24 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 329.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməmişdir. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin komandirinin N aprel 2024-cü il tarixli 099 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs həmin hərbi hissənin qərargah bölüyünün rabitə taqımının sürücüsü vəzifəsinə təyin edilmişdir. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin komandirinin N sentyabr 2024cü il tarixli 0232 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs həmin hərbi hissənin qərargah bölüyünün 2-ci mühafizə taqımının 2-ci mühafizə manqasının atıcısı vəzifəsinə təyin edilmişdir. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin daxili xidmət naryadlarının təlimatlandırılması kitabından çıxarışdan görünür ki, 06 dekabr 2024-cü il tarixdən 07 dekabr 2024-cü il tarixədək gizir Təqsirləndirilən şəxs hərbi hissəsinin 1-ci nəzarət buraxılış məntəqəsinə (NBM-1) növbətçi xidmətinə, əsgər Zərərçəkmiş şəxs isə hərbi hissə növbətçisinin köməkçisi xidmətinə təyin edilmişdir. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, həmin hərbi hissənin qərargah bölüyünün rabitə taqımının sürücüsü vəzifəsində xidmət edən gizir Təqsirləndirilən şəxs həmin bölüyün 2-ci mühafizə taqımının 2-ci mühafizə manqasının atıcısı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs həm rütbəcə, həm də vəzifəcə rəis hesab edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 Qusar rayon şöbəsi tərəfindən təqdim edilmiş 27 yanvar 2025-ci il tarixli 47 nömrəli məhkəmə-tibbi ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində sözügedən hadisə ilə bağlı hər hansı xəsarət və xəsarət izi aşkar olunmasa da, ekspertiza zamanı deməsinə görə 07 dekabr 2024-cü il tarixdə saat N radələrində gizir Təqsirləndirilən şəxs tərəfindən sol üz nahiyəsinə bir sillə zərbəsi vurulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidməti yerində müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs, şahid ifadəsi, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid veridikləri ifadələrində Təqsirləndirilən şəxs sağ əli ilə Zərərçəkmiş şəxs sol sifət nahiyəsindən bir sillə zərbəsi vurması qeyd olunmuş, lakin məhkəmədə onlar Təqsirləndirilən şəxs tərəfindən əli ilə Zərərçəkmiş şəxs sol sifət nahiyəsindən itələməsi kimi ifadə vermişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin sifət nahiyəsindən sillə zərbəsi vurması və ya itələnməsi kimi ziddiyyət əməlin tövsifinə hər hansı qaydada təsir etmir. Təqsirləndirilən şəxs tərəfindən zorakı hərəkətlər, yəni zərərçəkmiş şəxsin əlindən tutub iradəsinə zidd olaraq özünə tərəfə çəkməsi və sonuncunun sifətinə əllə müdaxilə etməsi həm ibtidai istintaq dövründə, eyni zamanda məhkəmədə verilmiş ifadələrdə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, fəqrli ifadənin verilməsi tərəflər arasında əldə edilmiş barışıq nəticəsi olaraq təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirmək məqsədi daşıması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmiş olsa belə, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinin müddəalarına görə təqsirləndirilən şəxsin ittiham olunduğu 329.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aiddir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun hazırda hərbi xidmətini davam etdirməsini nəzərə alır və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edir. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissə komandanlığına həvalə olunmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli aylıq pul təminatından dövlət nəfinə pul tutulduğu andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin qərarı əsasında isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat miqdarında müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı 06 (altı) manat olmaqla 120 (yüz iyirmi) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq pul təminatından 10% məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli aylıq pul təminatından dövlət nəfinə pul tutulduğu andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhər 26 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №1-1(093)-91/2025
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-91/2025
15.04.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver