Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-93/2025 08.04.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Hacıyev Zaur Arif oğlunun sədrliyi, Cəlilov Murad Rüfət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuror metodisti, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi: Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.N005-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı rayonu Vaşa kəndində qeydiyyatda olmaqla faktiki yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Fövqəladə Hallar Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.N0N3-cü il tarixdə SHXÇDX- nin İsmayıllı rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq, Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsinin xilasetmə taborunun N-ci xilasetmə bölüyünün təxliyyə taqımının təxliyyə manqasının sanitarı vəzifəsində, əsgər rütbəsində hərbi xidmətdə olarkən, N3.11,N0N4-cü il tarixdə həmin manqanın sanitarı vəzifəsində, əsgər rütbəsində müddətli həqiqi hərbi xidmətdə olan Zərərçəkmiş şəxs ilə səhər yeməyindən qayıdan zaman sonuncuya siqaret çəkməsinə icazə vermədiyinə görə aralarında sözlü mübahisə yaranmış, həmin gün saat N radələrində hərbi hissənin tibb məntəqəsinin ikinci mərtəbəsində yerləşən N09 nömrəli palatada olan zaman qeyd olunan səbəbə görə əsgər Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadə işlədərək sağ ayağı ilə onun sol ayaq nahiyəsinə bir təpik zərbəsi vurmuş, bundan sonra Zərərçəkmiş şəxs dayanıb artıq ona hər hansı formada zor tətbiq etməməsinə və buna cəhd göstərməməsinə baxmayaraq, əsəbiləşdiyindən, barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün komandanlığa müraciət etmək əvəzinə şəxsən özü daha sərt formada “cəzalandıraraq” Zərərçəkmiş şəxs qisas almaq məqsədilə, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 4N, 138ci maddələrinin hərbi qulluqçuların bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmaları, nalayiq hərəkətlər etməmələri, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməli olmalarına dair tələblərini pozaraq, sağ əli ilə Zərərçəkmiş şəxs sol göz nahiyəsinə bir yumruq zərbəsi vurub ona sağlamlığın qısa müddət pozulmasına səbəb olan “sol qaşın, sol göz orbitinin hematoması” xəsarətlərini yetirərək, qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, N3 noyabr N0N4-cü il tarixdə N nömrəli hərbi hissənin tibb məntəqəsində gün növbətçisi olduğundan günün nizam qaydasına uyğun olaraq saat N radələrində məntəqədə müalicə olunan əsgərlər Zərərçəkmiş şəxs və Şahid3 səhər yeməyi yemələri üçün hərbi hissənin əsgər yeməkxanasına aparmış, səhər yeməyi yedikdən sonra Zərərçəkmiş şəxs ona siqaret çəkmək istədiyini dedikdə o, razılaşmamışdır və bildirmişdir ki, gün növbətçisi olduğundan tibb xidməti rəisi, mayor Şahid1 məruzə etməlidir. Buna baxmayaraq Zərərçəkmiş şəxs ona yenə də, siqaret çəkdikdən sonra tibb məntəqəsinə gedəcəyini demiş, həmin vaxt o, yenidən etiraz etmiş və onlar birlikdə tibb məntəqəsinə qayıtmışlar. Tibb məntəqəsinə daxil olduqdan sonra Zərərçəkmiş şəxs hərarətini ölçəcəyini dedikdə sonuncu ona hərarətini ölçməsinə icazə verməyərək tibb məntəqəsinin ikinci mərtəbəsinə qalxıb orada yerləşən palataya daxil olmuşdur. Bir qədər sonra o Zərərçəkmiş şəxs hərarətini ölçmək məqsədi ilə həmin palataya daxil olmuş, palataya daxil olduqda Zərərçəkmiş şəxs özünə ayrılmış çarpayıda uzandığını görmüş və ona hərarətini ölçməli olduğunu dedikdə sonuncu onunla siqaret çəkməsinə icazə vermədiyinə görə mübahisə etməyə başlamış, beləliklə aralarında sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs ona qarşı ünvanlı nalayiq ifadə işlədərək uzandığı yerdən sağ ayağı ilə onun sol ayaq nahiyəsinə bir təpik zərbəsi vurmuş və zərbənin təsirindən o, bir qədər geriyə doğru getmişdir. Zərərçəkmiş şəxs ona qarşı ünvanlı nalayiq ifadə işlətməsindən və sol ayaq nahiyəsinə bir təpik zərbəsi vurmasından qəzəblənərək sağ əlini yumruq şəklində sıxıb Zərərçəkmiş şəxs üzərinə gedərək sol göz nahiyəsinə bir yumruq zərbəsi endirmiş, zərbə nəticəsində Zərərçəkmiş şəxs sol göz nahiyəsindən xəsarət almışdır. Yaranmış səs-küyə gizir ŞahidN və əsgər Şahid3 olduqları palataya gələrək onları bir-birindən kənarlaşdırmışlar. Bundan sonra o, baş vermiş hadisə barədə tibb xidməti rəisi, mayor Şahid1 məruzə etmiş, həmin vaxt gizir ŞahidN orada gördüklərini təsdiq etmişdir. Mayor Şahid1 onun və Zərərçəkmiş şəxs bədəninə baxışı keçirərək bir qədər söhbətləşmə apardıqdan sonra baş vermiş hadisə barədə yuxarı komandanlığa məruzə etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hərbi xidmətdə olarkən hərarəti olduğuna görə N nömrəli hərbi hissənin tibb məntəqəsində müalicədə olmuşdur. N3 noyabr N0N4-cü il tarixdə hərbi hissənin tibb məntəqəsində gün növbətçisi olan əsgər Təqsirləndirilən şəxs onu və tibb məntəqəsində müalicə olunan digər əsgər Şahid3 səhər yeməyi yemələri üçün hərbi hissənin əsgər yeməkxanasına aparmışdır. Səhər yeməyi yedikdən sonra o, Təqsirləndirilən şəxs siqaret çəkmək istədiyini dedikdə sonuncu razılıq verməmiş və tibb məntəqəsinə getməli olduqlarını, gün növbətçisi olduğundan tibb xidməti rəisi, mayor Şahid1 məruzə etməli olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs yenə siqaret çəkdikdən sonra tibb məntəqəsinə gedəcəyini demiş, lakin sonuncu onunla razılaşmayaraq tibb məntəqəsinə qayıtmalı olduqlarını dediyindən birlikdə tibb məntəqəsinə qayıtmışlar. Tibb məntəqəsinə daxil olduqdan sonra Təqsirləndirilən şəxs ona hərarətini ölçəcəyini dedikdə o, sonuncuya hərarətini ölçməsinə icazə verməyərək tibb məntəqəsinin ikinci mərtəbəsinə qalxıb orada yerləşən N09 nömrəli palatada ona ayrılmış çarpayıda uzanmışdır. Bir qədər sonra əsgər Təqsirləndirilən şəxs ardınca olduğu palataya daxil olaraq onunla söhbət etməyə başlamış, beləliklə aralarında sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı o, Təqsirləndirilən şəxs qarşı ünvanlı nalayiq ifadə işlədərək uzandığı yerdən sağ ayağı ilə sonuncunun sol ayaq nahiyəsinə bir təpik zərbəsi vurmuş, vurduğu zərbənin təsirindən Təqsirləndirilən şəxs bir qədər geriyə doğru getmiş, lakin o, uzandığı yerdən ayağa qalxmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs sağ əlini yumruq şəklində sıxıb üzərinə gələrək onun sol göz nahiyəsinə bir yumruq zərbəsi endirmiş zərbə nəticəsində o, xəsarət almışdır. Yaranmış səs-küyə gizir ŞahidN və əsgər Şahid3 olduqları palataya gələrək onları ayırmışlar. Bundan sonra gizir ŞahidN baş vermiş hadisə barədə tibb xidməti rəisi, mayor Şahid1 məruzə etmiş, mayor Şahid1 isə Təqsirləndirilən şəxs və onun bədəninə baxışı keçirərək baş vermiş hadisə barədə hərbi hissə komandanlığına məruzə etmişdir. Təqsirləndirilən şəxs ilə mübahisəsinin səbəbi sonuncunun ona siqaret çəkməyə icazə verməməsi olmuşdur.. Tibb məntəqəsinin palatasında aralarında mübahisə onun təşəbbüssü ilə başlamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur, məhkəmədən yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin tibb xidmətinin anbar rəisi, gizir ŞahidN ifadəsində göstərdi ki, N3 noyabr N0N4-cü il tarixdə saat 08:15 radələrində hərbi hissənin tibb məntəqəsinin ikinci mərtəbəsində yerləşən növbətçi həkim otağında olan zaman növbətçi həkim otağı ilə üzbəüzdə yerləşən N09 nömrəli palatadan səs-küy gəldiyini eşitmiş və dərhal həmin palataya daxil olmuşdur. Həmin vaxt əsgər Şahid3 da onunla birlikdə N09 nömrəli palataya daxil olmuşdur. Palataya daxil olduqda əsgər Zərərçəkmiş şəxs çarpayıda uzandığını, əsgər Təqsirləndirilən şəxs isə sağ əlini yumruq şəklində sıxaraq Zərərçəkmiş şəxs sol göz nahiyəsinə yumruq zərbəsi endirdiyini görmüşdür. Bundan sonra o, əsgər Şahid3 ilə birlikdə dərhal onları bir-birindən kənarlaşdırmışdırlar. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs sol göz nahiyəsində xəsarət almış, əsgər Təqsirləndirilən şəxs hər hansı xəsarət izini müşahidə etməmişdir. Sonra o, əsgər Təqsirləndirilən şəxs tibb xidməti rəisi, mayor Şahid1 yanına aparmış və baş vermiş hadisə barədə məruzə etmişdir. Mayor Şahid1 isə öz növbəsində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs bədən baxışı keçirdikdən sonra baş vermiş hadisə barədə raportla yuxarı komandanlığa məruzə etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin tibb xidmət rəisi, tibb xidməti mayoru Şahid1 ifadəsində göstərdi ki, N3 noyabr N0N4-cü il tarixdə saat 08:15 radələrində xidmət yerinə gəldikdən sonra N nömrəli hərbi hissənin xilasetmə taborunun N-ci xilasetmə bölüyünün təxliyyə taqımının sanitarı, əsgər Təqsirləndirilən şəxs ona yaxınlaşaraq əsgər Zərərçəkmiş şəxs ilə aralarında sözlü mübahisə yarandığını, yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun ayaq nahiyəsinə bir təpik zərbəsi vurduğunu, özünün isə Zərərçəkmiş şəxs sol göz nahiyəsinə bir yumruq zərbəsi vurduğunu, zərbə nəticəsində sonuncunun sol göz nahiyəsindən xəsarət aldığını demişdir. O, Təqsirləndirilən şəxs nəyə görə Zərərçəkmiş şəxs ilə mübahisə etmələri barədə soruşduqda Təqsirləndirilən şəxs ona tibb məntəqəsində müalicədə olan əsgərlər Şahid3 və Zərərçəkmiş şəxs günün nizam qaydasına uyğun olaraq səhər yeməyi yemələri üçün hərbi hissənin əsgər yeməkxanasına apardığını, səhər yeməyindən sonra Zərərçəkmiş şəxs siqaret çəkmək istədiyini, lakin buna icazə verməyərək tibb məntəqəsinə getməli olduqlarını deməsi səbəbdən aralarında sözlü mübahisə yarandığını, tibb məntəqəsində olan zaman isə Zərərçəkmiş şəxs hərarətini ölçmək istəyərkən sonuncunun buna icazə vermədiyini, bu səbəbdən Zərərçəkmiş şəxs olduğu, tibb məntəqəsinin ikinci mərtəbəsində yerləşən N09 nömrəli palataya getdiyini, həmin vaxt Zərərçəkmiş şəxs nalayiq ifadə işlədərək ayaq nahiyəsinə bir təpik zərbəsi vurduğunu, bundan sonra sağ əli ilə sonuncunun sol göz nahiyəsinə bir yumruq zərbəsi vurduğunu demişdir. Bundan sonra o, dərhal Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tibb məntəqəsində yerləşən xidməti otağına apararaq sonunculara bədən baxışı keçirmiş, həmin vaxt Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət izi olmasa da, Zərərçəkmiş şəxs sol göz nahiyəsində xəsarət izi olduğunu görmüşdür. Əlavə olaraq qey edir ki, Zərərçəkmiş şəxs fərqli olaraq Təqsirləndirilən şəxs nizam-intizamlı əsgər olmuşdur. İbtidai istintaq dövründə şahid qismində ifadə vermiş N nömrəli hərbi hissənin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid3 məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, N3 noyabr N0N4-cü il tarixdə həmin vaxt hərbi hissənin tibb məntəqəsində gün növbətçisi olan əsgər Təqsirləndirilən şəxs onu və tibb məntəqəsində müalicə olunan digər əsgər X1 yeməyi yemələri üçün hərbi hissənin əsgər yeməkxanasına aparmış, səhər yeməyi yedikdən sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs siqaret çəkmək istədiyini demişdir. Təqsirləndirilən şəxs isə cavabında tibb məntəqəsinə getməli olduqlarını, gün növbətçisi olduğundan tibb xidməti rəisi, mayor Şahid1 məruzə etməli olduğunu bildirmiş, lakin Zərərçəkmiş şəxs yenə də, siqaret çəkdikdən sonra tibb məntəqəsinə gedəcəyini demişdir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxsla razılaşmayaraq tibb məntəqəsinə qayıtmalı olduqlarını dediyindən birlikdə tibb məntəqəsinə qayıtmışlar. Həmin gün təxminən saat 08:15 radələrində hərbi hissənin tibb məntəqəsinin ikinci mərtəbəsində yerləşən sanitar qovşaqda olan zaman tibb məntəqəsinin N09 nömrəli palatasından səs-küy gəldiyini eşitmiş və dərhal həmin palataya daxil olmuşdur. Həmin vaxt gizir ŞahidN da onunla birlikdə N09 nömrəli palataya daxil olmuşdur. Palataya daxil olduqda o, Zərərçəkmiş şəxs çarpayıda uzandığını, Təqsirləndirilən şəxs isə sağ əlini yumruq şəklində sıxaraq Zərərçəkmiş şəxs sol göz nahiyəsinə yumruq zərbəsi endirdiyini görmüşdür. Bundan sonra o, gizir ŞahidN ilə birlikdə dərhal Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs bir-birindən kənarlaşdırmışdır. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs sol göz nahiyəsində xəsarət olsa da, əsgər Təqsirləndirilən şəxs hər hansı xəsarət və ya xəsarət izi olmasını müşahidə etməmişdir. Bundan sonra gizir ŞahidN əsgərlər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tibb xidmət rəisi, mayor Şahid1 yanına apararaq baş vermiş hadisə barədə sonuncuya məruzə etmişdir. Mayor Şahid1 isə öz növbəsində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs bədən baxışı keçirdikdən sonra baş vermiş hadisə barədə raportla yuxarı komandanlığa məruzə etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin sənədlərindən görünür ki, 14 yanvar N0N5-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri, polkovnik X5 tərəfindən Fövqəladə Hallar Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 33N.1-ci maddəsi ilə başlanaraq aidiyyəti üzrə Bakı Hərbi Prokurorluğuna göndərilmiş, 04 mart N0N5-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tanınaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, 05 mart N0N5-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 33N.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.N0N4-cü il tarixli N057 nömrəli rəyindən görünür ki, X3 almış olduğu xəsarət - sol qaşın, sol göz orbitinin hematoması - bərk küt əşyanın (əşyaların) zərbəvi təsirindən törənmişdir, müddəti və şəraiti şəxsin məhkəmətibbi ekspertizası zamanı özünün göstərdiklərinə uyğun gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.N0N4-cü il tarixli N058 nömrən rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində sözügedən hadisə ilə əlaqəli hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. N nömrəli hərbi hissədən təqdim edilmiş zədələnmələrin (yaralanmaların) qeydiyyatı kitabından çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs xx.xx.N0N4- cü il tarixdə “sol gözaltı nahiyənin və sol qaşüstü nahiyənin küt travması diaqnozlu xəsarət almışdır. N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunmuş arayışdan görünür ki, N nömrəli hərbi hissənin xilasetmə taborunun xilasetmə bölüyünün təxliyyə taqımının təxliyyə manqasının sanitarı əsgər Təqsirləndirilən şəxs və həmin manqanın sanitarı əsgər Zərərçəkmiş şəxs arasında heç bir tabelik münasibətləri olmamışdır. N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunmuş xidmət vərəqəsindən görünür ki, X6 xidmətdə fərqləndiyinə görə xx.xx.N0N4-cü il tarixdə həvəsləndirmə növündə “Təşəkkür” elan edilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunmuş xidmət vərəqəsindən görünür ki, Zərərçəkmiş şəxs verilən tapşırığı yerinə yetirmədiyinə görə xx.xx.N0N3-cü il tarixdə “Şiddətli töhmət” verilmişdir. Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin hərbi-həkim komissiyasının xx.xx.N0N4-cü il tarixli 1907 nömrəli arayışından görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. “XN Sistemi”ndən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə heç bir məlumat yoxdur. N nömrəli hərbi hissə komandirinin N yanvar N0N5-ci il tarixli 16 nömrəli əmrin çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqi hərbi xidmət müddətini başa vurduğuna görə ehtiyata buraxılmışdır. Məhkəmədə, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını öz ərizəsi ilə təsdiq etmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 33N.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı cinayəti törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspert rəyi, istintaq hərəkəti protokolları, sənədlər və sair sübutlarla tam olaraq sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 33N.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.N-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını (CM-nin 59.1.1N) və cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətinin təsiri altında törətməsi (CM-nin 59.1.8) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xaraktərli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xaraktərinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.1-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. Həmin məcəllənin 54.1-ci maddəsinə əsasən hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa, üç aydan iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilə bilər. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs barəsində hərbi xidmət üzrə məhdudlaşdırma və ya intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsini qanunun tələblərinə əsasən mümkün saymır. Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 33N.1-ci maddəsi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsi tədbiq edilməklə həmin həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü olan ictimai işlər cəzanın təyin edilməsini istəmişdir. Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə (mad.7.0.N3, 84.6.), məhkəmə icraatı mərhələsində məhz dövlət ittihamçısı ictimai və ictimai-xüsusi ittihamı müdafiə edən şəxs olmaqla, məhkəmədə həmin növlərdə cinayət təqibinin həyata keçirilməsi funksiyasını yerinə yetirir. Yəni bu növ cinayətlər üzrə ittihamın məhkəmədə müdafiə edilməsi (cinayət təqibinin həyata keçirilməsi) müstəsna olaraq dövlət ittihamçısına aid edilmişdir. Göründüyü kimi, qanunvericiliyə uyğun olaraq, məhkəmədə ictimai ittiham qaydasında cinayət təqibini həyata keçirmək səlahiyyətinə malik olan yeganə proses iştirakçısı - dövlət ittihamçısıdır. İctimai ittiham qaydasında olan cinayətlər üzrə ittihamın məhkəmədə müdafiə edilməsinin müstəsna olaraq dövlət ittihamçısına aid edilməsi prinsipi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.N-ci maddələrində nəzərdə tutulmuş «Dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair» 15 fevral N008-ci il tarixli qərarında da öz əksini tapmışdır (…məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə, ictimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısının əməlin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi təklif iməhkəmə tərəfindən dövlət ittihamçısının təklifindən irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul olunmasını istisna edir). Azərbaycan Respublikası CM-in 6N.1-ci maddəsinin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilə bilər. Müstəsna hal Azərbaycan Respublikası CM-in 6N.N-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu hesab edilə bilər. Məhkəmə dövlət ittihamçısının mövqeyini qanunun müddəalarına uyğun hesab edərək, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı- zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətinin təsiri altında və ilk dəfə cinayət törətməsini, təqsirləndirilən şəxsin hərbi xidmətdən təxris olunduğu üçün ona elan edilmiş maddənin sanksiyasında olan hərbi xidmət üzrə məhdudlaşdırma və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın təyin edilməsinin mümkünsüzlüyünü, əməlin xarakterini və ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalması səbəbdən ona maddənin ən ağır cəzası olan müəyyən müddətə azadlıqdan məhruetmə cəzasının təyin edilməsinin cəzanin məqsədlərinə xidmət etmədiyini nəzərə alır və belə qənaətə gəlir ki, müstəsna hal kimi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 6N.1-ci maddəsi tətbiq edilməklə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 33N.1-ci maddəsində müəyyən ediləndən cazadan daha yüngül cəza növü olan ictimai işlər cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 6N-ci maddəsi tətbiq edilərək 300 (üç yüz) saat ictimai işlər cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerdə çəksin. Cəzasının əvvəli məhkumun həmin işlərin yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan N0 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №1-1(093)-93/2025
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-93/2025
08.04.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver