Məhkəmə qərarları › İş №1-1(093)-94/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-94/2023

23.06.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-94/2023 23.06.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlunun sədrliyi, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə mayoru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhər 22 saylı vəkil bürosunun vəkili X9 və Təqsirləndirilən şəxs iştirakı ilə Bakı Hərbi Məhkəməsinin inzibati binasında 5 iyun 1998-ci il tarixdə Xaçmaz rayonunun Yataq-oba kəndində anadan olmuş, Xaçmaz rayonunun Yataq-oba kəndində daimi qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusukiçik çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidmətinin Yevlax rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 2-ci çevik hərəkət taborunun 1-ci çevik hərəkət bölüyünün 3-cü çevik hərəkət taqımının 1-ci manqasının istehkamçısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-kiçik çavuş hərbi rütbəsində xidmətdə olarkən 09 avqust 2022-ci il tarixdə gecə saat 02 radələrində spirti içkinin təsiri altında atası X1 məxsus “VAZ 2106” markalı, “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri istiqamətində hərəkətdə olarkən idarə etdiyi avtomobilin ön işığında nasazlıq olduğundan Xaçmaz rayon X11 X12 yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanıldıqda onun sürücülük vəsiqəsinin olmadığı, o cümlədən avtomobili spirtli içkinin təsiri altında idarə etdiyi aşkar edilmiş və polis əməkdaşları tərəfindən həmin avtomobil orada ondan alınaraq Xaçmaz rayon X11 X12 Xaçmaz şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən cərimə meydançasına yerləşdirilmişdir. Təqsirləndirilən şəxs avtomobilin cərimə meydançasına yerləşdirilməsinə görə atası Gülmurad Bağıyevin əsəbləşəcəyini düşünərək sonuncunun həmin hadisədən xəbər tutmasının qarşısını almaq məqsədi ilə avtomobili cərimə meydançasından çıxarmaq qərarına gələrək planını həyata keçirmək üçün həmin gün, yəni 09 avqust 2022-ci il tarixdə saat 06 radələrində Xaçmaz şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən cərimə meydançasının qarşısına gəlmiş, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra dayanacağın mərkəzində olan köşkə daxil olub əvvəllər tanımadığı, köşkdə mühafizəçi kimi işləyən Xaçmaz rayon sakini, vətəndaş Zərərçəkmiş şəxs yaxınlaşıb “VAZ 2106” markalı, “**-BT- ***” dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olduğunu və həmin avtomobili cərimə meydançasından çıxarıb aparmaq istədiyini dedikdə Zərərçəkmiş şəxs bunun mümkün olmayacağını, rəsmi sənəd və ya polis əməkdaşlarının göstərişi olmadan avtomobili cərimə meydançasından buraxa bilməyəcəyini bildirmiş, lakin o, əvvəlcədən qərarlaşdırdığı planını həyata keçirmək üçün köşkdə olan masanın üzərindəki avtomobil açarının “VAZ 2106” markalı, “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobilə məxsus olduğunu düşünərək həmin açarı götürüb avtomobilinə tərəf qaçdıqda Zərərçəkmiş şəxs onun arxasınca gedib götürdüyü açarın digər avtomobilə aid olduğunu bildirmiş, o, həmin açarı geri qaytarmaqdan imtina edib hüquqa zidd əməlini davam etdirdiyindən Zərərçəkmiş şəxs onun qanunsuz hərəkətinin qarşısını almaq məqsədi ilə onun əlindən vurduqda əlindəki açar yerə düşmüş, yaranmış şəraitdən istifadə edən Zərərçəkmiş şəxs açarı yerdən götürmək istəyərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs itələdiyi üçün sonuncu yerə yıxılmış, bundan sonra Zərərçəkmiş şəxs ona təmkinli şəkildə həmin açarın digər avtomobilə aid olduğunu bildirməklə açarı geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs həmin açarın VAZ 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus olmadığını müəyyən etdikdən sonra açarı Zərərçəkmiş şəxs geri qaytarsa da, atasına məxsus avtomobilin açarını götürmək üçün yenidən köşkə daxil olub əsəbi şəkildə, yüksək səs tonu ilə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin açarını ona verməsini tələb etdikdə sonuncu yenidən ona bunun mümkün olmadığını izah etmiş, lakin o, deyilənlərə baxmayaraq köşkün küncünə asılmış vəziyyətdə olan açarları vuraraq yerə salmış, bu vaxt Zərərçəkmiş şəxs onun qolundan tutub çölə çıxarmaq istədikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs itələyərək köşkün içərisində yerə yıxmış və masanın üzərindəki olan məişət bıçağını götürüb Zərərçəkmiş şəxs üzərinə gedib idarə etdiyi avtomobilin açarını verməsini tələb etmiş, əks halda onu öldürəcəyi ilə hədələmiş və Zərərçəkmiş şəxs özünü müdafiə məqsədi ilə bıçağın kəsici hissəsindən tutaraq ona müqavimət göstərmiş, həmin vaxt o, bıçağı sərt şəkildə geriyə çəkdiyindən bıçağın kəsici hissəsi Zərərçəkmiş şəxs sağ əlinin ovuc hissəsini kəsmiş, bundan sonra o, Zərərçəkmiş şəxs müqavimətini qırmaq üçün hər iki dizini yerə yıxılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs sinə nahiyəsinə qoyub əlində olan bıçağın uc hissəsini qəsdən Zərərçəkmiş şəxs boğazına dirəyib avtomobilin açarını verməyəcəyi təqdirdə sonuncunu öldürəcəyini bildirərək ümumilikdə Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən “sağ dirsək oynağının, sağ dizin sıyrıqlar, sağ əlin ovuc səthinin kəsilmiş yaraları” xəsarətlərini yetirmiş, Zərərçəkmiş şəxs onun hədəsinin real olduğunu görüb qorxduğundan yalvararaq onu öldürməməsini xahiş etmiş və açarları Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs atasına məxsus avtomobili idarə etməklə cərimə meydançasından qaçmışdır. Bununla da Təqsirləndirilən şəxs hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla digər şəxsi öldürməklə hədələmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 134-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, Dövlət Sərhəd Xidmətinin Yevlax rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 2-ci çevik hərəkət bölüyünün 3-cü taqımının 1-ci manqasının istehkamçısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-kiçik çavuş hərbi rütbəsində xidmətdə olan zaman 2022-ci ilin iyul ayında məzuniyyətə çıxmış və yaşadığı Xaçmaz rayonunun Yataqoba kəndinə getmiş, 09 avqust 2022-ci il tarixdə gecə saat 02 radələrində spirti içki qəbul etmiş və işləri ilə əlaqədar Xaçmaz şəhərinə getmək qərarına gəlmişdir. Bundan sonra o, sürücülük vəsiqəsi olmadığını və sərxoş olduğunu bildiyi halda atası Gülmurad Bağıyevə məxsus “VAZ 2106” markalı, “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobili atasından icazə almadan götürmüş və yaşadığı kənddən Xaçmaz rayonuna yola düşmüşdür. İdarə etdiyi “VAZ 2106” markalı, “**-BT-***“ dövlət qeydiyyat nişanlı avtomobilin ön farasında nasazlıq olduğundan avtomobil Xaçmaz rayon X11 X12 yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və onun sürücülük vəsiqəsi olmadan, habelə sərxoş halda nəqliyyat vasitəsini idarə etdiyi aşkar edildikdən sonra polis əməkdaşları onun barəsində inzibati protokol tərtib etmiş və idarə etdiyi “VAZ 2106” markalı, “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobil aktla ondan alınaraq Xaçmaz rayon X15 Bölməsinin müvəqqəti duracağına yerləşdirmişlər. Bundan sonra o, evə avtomobilsiz qayıtdığı halda atasının onu danlayacağını düşünərək avtomobili duracaqdan çıxarmaq qərarına gəlmiş və bu məqsədlə 09 avqust 2022-ci il tarixdə saat 06 radələrində Xaçmaz rayon X11 X12 Xaçmaz şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən cərimə meydançasının qarşısına gəlib daxil olduqda ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra duracağın daxilində yerləşən köşkə daxil olmuş və əvvəllər tanımadığı, mühafizəçi kimi işləyən Zərərçəkmiş şəxs yaxınlaşıb “VAZ 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olduğunu və həmin avtomobili cərimə meydançasından aparmaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs ona bunun mümkün olmayacağını, rəsmi sənəd və ya Xaçmaz rayonun Polis Şöbəsinin əməkdaşının göstərişi olmadan avtomobili cərimə meydançasından buraxa bilməyəcəyini desə də, o, buna məhəl qoymamış və köşkün içərisində olan masanın üzərindən bir ədəd avtomobil açarının atasına məxsus avtomobilin olduğunu düşünərək həmin açarı götürüb avtomobilə tərəf qaçdıqda Zərərçəkmiş şəxs da onun arxasınca gəlmiş və götürdüyü açarın başqa avtomobilin açarı olduğunu bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs yaxınlaşıb əlindən vurmaqla onun götürdüyü açarı yerə salsa da o, Zərərçəkmiş şəxs itələyərək yerə yıxmış və açarı götürüb atasına məxsus avtomobili işə salmaq istədikdə buna nail olmamış, ardınca atasına məxsus avtomobilin açarını götürmək üçün yenidən cərimə meydançasının daxilində olan köşkə daxil olmuş və əsəbi şəkildə orada olan açarları vurub yerə salaraq Zərərçəkmiş şəxs açarları verməsini tələb etmiş, əks halda Zərərçəkmiş şəxs öldürəcəyini demişdir. Zərərçəkmiş şəxs ona bunun mümkün olmayacağını deyərək qolundan tutub köşkdən bayıra çıxarmaq istədikdə, o, Zərərçəkmiş şəxs itələyərək köşkün içərisində yerə yıxmış, ardınca dizlərini yerdə olan Zərərçəkmiş şəxs sinəsinə qoyub köşkün içərisində olan masanın üzərindəki məişət bıçağını götürmüş, bıçağının uc hissəsini Zərərçəkmiş şəxs boğazına dirəyərək açarları verməsini əks halda onu öldürəcəyini demiş, Zərərçəkmiş şəxs bu zaman bıçağın kəsici hissəsindən tutaraq ona müqavimət göstərmiş, o, bıçağı geri çəkdiyi zaman isə Zərərçəkmiş şəxs əlindən xəsarət almışdır. Zərərçəkmiş şəxs bundan sonra öldürməməsi üçün yalvararaq açarları ona verəcəyini bildirmiş, o, Zərərçəkmiş şəxs buraxdıqdan sonra sonuncudan atasına məxsus “VAZ 2106” markalı, “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını götürmüş və bıçağı cərimə meydançasının həyətinə atıb atasına məxsus avtomobili işə salaraq oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs göstərmişdir ki, Xaçmaz rayon X11 Yol Polisi bölməsinin Xaçmaz şəhəri, Heydər Əliyev prospektində yerləşən müvəqqəti duracağında qeyri-rəsmi olaraq mühafizəçi kimi işləyir. 09 avqust 2022-ci il tarixdə saat 02 radələrində Xaçmaz rayon X15 Bölməsinin yol patrul xidmətinin əməkdaşları bir ədəd “VAZ 2106” markalı “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobili cərimə meydançasına gətirərək təhvil vermişlər. Bundan sonra 09 avqust 2022-ci il tarixdə saat 06 radələrində daha əvvəl tanımadığı Təqsirləndirilən şəxs duracağa gələrək avtomobillərə nəzarət etmək üçün olduğu köşkə daxil olmuş və özünə məxsus “VAZ 2106” markalı “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobilin axşam polis əməkdaşları tərəfindən cərimə meydançasına gətirildiyini və həmin avtomobili götürmək üçün gəldiyini demişdir. O, Təqsirləndirilən şəxs avtomobili rəsmi sənəd, yaxud polis əməkdaşlarının göstərişi olmadan duracaqdan buraxa bilməyəciyini desə də, Təqsirləndirilən şəxs onun sözlərinə məhəl qoymamış və köşkün içərisindəki masanın üzərindən bir ədəd avtomobil açarını götürərək bayıra qaçmışdır. Bu zaman o da köşkdən çıxaraq Təqsirləndirilən şəxs götürdüyü açarın başqa avtomobilə məxsus olduğunu demiş, ardınca yaxınlaşaraq Təqsirləndirilən şəxs əlindən vurub açarı yerə salmış, bu zaman Təqsirləndirilən şəxs onu itələyərək yerə yıxmış və açarı götürüb avtomobilinə tərəf getmiş, lakin avtomobili işə sala bilmədikdən sonra yenidən köşkə daxil olmuşdur. Təqsirləndirilən şəxs köşkə daxil olduqdan sonra əsəbi halda orada olan açarları yerə dağıtmış və ona açarları verməsini əks halda onu öldürəcəyini demişdir. O, bir daha Təqsirləndirilən şəxs avtomobili buraxa bilməyəcəyini demiş və Təqsirləndirilən şəxs qolundan tutub bayıra çıxarmağa çalışdıqda, Təqsirləndirilən şəxs onu itələyərək köşkün içərisində yerə yıxmış, ardınca dizlərini onun sinəsinin üzərinə qoyub köşkdəki masanın üzərində olan məişət bıçağını götürərək uc hissəsini onun boğazına dirəyib “açarları ver, yoxsa səni öldürəcəm” demiş, o bıçağın kəsici hissəsindən tutaraq müqavimət göstərmək istədikdə, Təqsirləndirilən şəxs bıçağı geri doğru çəkmiş və nəticədə o, əlindən xəsarət almışdır. Təqsirləndirilən şəxs qəzəbli şəkildə ona açarları verməsini əks halda onu öldürəcəyini söyləməsini görərək qorxduğundan Təqsirləndirilən şəxs onu öldürməməsi üçün yalvarmış və açarları ona verəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu buraxmış və avtomobilinin açarlarını götürüb “VAZ 2106” markalı “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobillə cərimə meydançasını tərk etmişdir. Şahid qismində dindirilmiş Xaçmaz rayon X11 X12 yol patrul xidmətinin sabiq əməkdaşı Şahid göstərmişdir ki, 08 avqust 2022-ci il tarixdə saat 08:00-dan 09 avqust 2022-ci il tarixdə saat 08:00-dək polis əməkdaşı X2 ilə birlikdə Xaçmaz rayon X11 X12 yol patrul xidmətinin inspektoru kimi əməliyyat qrupunun daxilində yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə xidmətdə olmuş, 09 avqust 2022-ci il tarixdə saat 02 radələrində xidmət apararkən Xaçmaz şəhərinin Bakı prospektində olarkən sürətlə ön faralarından biri yanmayan avtomobilin hərəkət etdiyini müşahidə etmiş və həmin açıq sarı rəngdə “VAZ 2106” markalı “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobilin dayanması barədə göstəriş vermişdir. Bundan sonra o və Elsevər Əkbərov həmin avtomobilə yaxınlaşıb sürücüsündən sənədləri tələb etdikdə, avtomobili idarə edən əvvəllər tanımadığı Xaçmaz rayon sakini Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin olmadığını və sərxoş olduğunu müəyyən etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs barəsində inzibati protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2106” markalı “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobil aktla ondan alınaraq Xaçmaz rayon X11 Yol Polisi Bölməsinin Xaçmaz şəhəri, Heydər Əliyev prospektində yerləşən müvəqqəti duracağında yerləşdirilmişdir. Növbəti gün o, duracaqda qeyri-rəsmi mühafizəçi kimi çalışan vətəndaş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 09 avqust 2022-ci il tarixdə gecə saatlarında gələrək avtomobili zorla cərimə meydançasından apardığını və Zərərçəkmiş şəxs bıçaqla öldürməklə hədələdiyini eşitmişdir. Şahid qismində dindirilmiş Xaçmaz rayon X11 X12 rəisi polis mayoru X10, Xaçmaz rayon X11 X12 yol patrul xidmətinin sabiq əməkdaşı X2 Şahid ilə eyni məzmunlu ifadə vermişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Xaçmaz rayon X11 X12 Xaçmaz şəhəri Heydər Əliyev prospektində yerləşən mühafizə olunan avtomobil duracağıdır. Duracağın daxilində yuxarı hissəsində “Xaçmaz RPŞ-in müvəqqəti duracağı” yazısı olan köşk vardır. İştirakçı Zərərçəkmiş şəxs 09 avqust 2022-ci il tarixdə vətəndaş Təqsirləndirilən şəxs qeyd edilən köşkün daxilində bıçaqla ona xəsarət yetirdiyi və “VAZ 2106” markalı “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobili duracaqdan apardığını əyani formada göstərmişdir. Predmetə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqdim edilən bıçaq 23 sm uzunluğunda olub qatlanmayan konstruksiyalı bıçaqdır. Bıçağın tiyəsi boz rəngli metaldan hazırlanmış, bir tərəfi küt olmaqla, digər tərəfi kəsicidir, uc hissəsi isə deşici xassəyə malikdir. Bıçağın tiyəsinin uzunluğu 11,5 sm, eni 2 sm-dir. Bıçağın dəstəyinə qəhvəyi rəngli taxta materialdan hazırlanmış üzlük çəkilmişdir. Bıçağın dəstəyinin uzunluğu 11,5 sm-dir. İştirakçı Təqsirləndirilən şəxs təqdim edilən bıçağı tanıyaraq həmin bıçağın 9 avqust 2022-ci il tarixdə saat 06 radələrində Xaçmaz rayon X11 X12 Xaçmaz şəhəri Heydər Əliyev prospektində yerləşən mühafizə olunan duracağında vətəndaş Zərərçəkmiş şəxs öldürməklə hədələdiyi zaman istifadə etdiyi bıçaq olduğunu söyləmişdir. Məhkəmə-Tibbi Ekspertizası və X6 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsi tərəfindən təqdim edilmiş 09 avqust 2022-ci il tarixli 395 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı 1960-cı il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs bədən səthində “sağ dirsək oynağının və sağ dizin sıyrıqları” diaqnozlu bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, habelə “sağ əlin ovuc səthinin kəsilmiş yaraları” diaqnozlu iti uclu və ya iti kənarla kəsici alətin təsirindən törənmiş 9 avqust 2022ci il tarixdə törədilməsi istisna edilməyən sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 23 dekabr 2022-ci il tarixli 3/1783 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd bıçaq qatlanmayan konstruksiyalı olub, tiyə və dəstək hissədən ibarətdir, ümumi uzunluğu 230 mm-dir. Təqdim edilmiş bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Vətəndaş Zərərçəkmiş şəxs 09 avqust 2022-ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsinə ünvanladığı ərizəsindən görünür ki, Xaçmaz rayon sakini Təqsirləndirilən şəxs 9 avqust 2022-ci il tarixdə saat 06:30 radələrində Xaçmaz şəhəri Heydər Əliyev prospektində yerləşən mühafizə duracağında onu döymüş və bıçaqla əlinə xəsarət yetirmişdir. Vətəndaş Zərərçəkmiş şəxs 28 fevral 2023-cü il tarixdə Sumqayıt Hərbi prokurorluğuna ünvanladığı ərizəsindən görünür ki, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu Təqsirləndirilən şəxs 9 avqust 2022-ci il tarixdə onu bıçaqla öldürməklə hədələmişdir. Cinayət işi materiallarında olan 9 avqust 2022-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 5 iyun 1998-ci il təvəllüdlü vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 334.1 və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Cinayət işi materiallarında olan alkotester müayinəsi protokolundan görünür ki, “VAZ 2106” markalı “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü vətəndaş Təqsirləndirilən şəxs 09 avqust 2022-ci il tarixdə müayinəsi zamanı onun 0,652 promil spirtli içki qəbul etdiyi və sərxoş vəziyyətdə olduğu müəyyən edilmişdir. Cinayət işi materiallarında olan avtonəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi aktından görünür ki, 09 avqust 2022-ci il tarixdə “VAZ 2106” markalı “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobil həmin avtomobilin sürücüsü vətəndaş Təqsirləndirilən şəxs qəbul edilmişdir. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin komandirinin N may 2022-ci il tarixli 0147 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Dövlət Sərhəd Xidmətinin X7 Komandanlığının (3100 nömrəli hərbi hissə) bazasında təşkil edilmiş “qrup komandirlərinin hazırlığı” kursunu bitirmiş kiçik çavuş Təqsirləndirilən şəxs 2N may 2022-ci il tarixdə hərbi hissənin 2-ci çevik hərəkət taborunun 1-ci çevik hərəkət bölüyünün 3-cü çevik hərəkət taqımının 1-ci manqasının istehkamçısı vəzifəsinə təyin edilmiş və həmin tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin komandirinin N iyul 2022-ci il tarixli 0208 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, kiçik çavuş Təqsirləndirilən şəxs N iyul 2022-ci il tarixdən 16 avqust 2022-ci il tarixədək 20 (iyirmi) gün müddətinə növbəti məzuniyyətə buraxılmışdır. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin komandirinin N sentyabr 2022-ci il tarixli 0251 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin 2-ci çevik hərəkət taborunun 1-ci çevik hərəkət bölüyünün 3-cü çevik hərəkət taqımının 1-ci manqasının istehkamçısı, kiçik çavuş Təqsirləndirilən şəxs “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxıldığı üçün 31 avqust 2022-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış, hərbi qeydiyyata götürülməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə göndərilmişdir. 31 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmuş və Bakı Hərbi məhkəməsinin 1 aprel 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 134cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Lakin, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar vardır. Belə ki, Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş məhkəməyə verdiyi ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını göstərmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. 20 oktyabr 2017-ci il tarixli Qanunla əlavə edilmiş və 1 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 134-ci maddəsi ilə olan cinayət təqibinə qanunvericiliyin tələblərinə əsasən xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in 41-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxsin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarıla bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatır. Azərbaycan Respublikası CPM-in 41.6-cı maddəsinə əsasən dövlət ittihamçısı bu Məcəllənin 40-cı maddəsində göstərilən cinyət təqbinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina etməsini bildirməyə haqlıdır. Azərbaycan Respublikası CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-cı maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 134-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə zamanı tam sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası CM-in 134-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etdiyinə görə və zərərin ortalıqda olmamasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd bıçaq məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş məhkəmə ballistik ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənləri Azərbaycan Respublikası CM-in 73-cü maddəsini və Azərbaycan Respublikası CPM-in 39, 40, 41, 43, 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Azərbaycan Respublikası CM-in 134-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin və o, məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalından həbsədn azad edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd bıçaq məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ballistik ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Qərardan Bakı Hərbi Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Camal Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar