Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-94/2025 08.04.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Hacıyev Zaur Arif oğlunun sədrliyi, Cəlilov Murad Rüfət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Lerik rayonu Piran kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə Sovxoz ərazisində faktiki yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir azyaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, xx.xx.2025-ci il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı şəhərində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin S-125 texniki batareyasının doldurma avadanlıqları bölməsinin kompressorçusu vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətdə olarkən xx.xx.2024-cü il tarixdə saat 08:20-də xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız 27.11,2024-cü il tarixdə saat 14:50-də xidmət yerinə qayıtmaqla, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs həmin yerdə, qeyd olunan vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi hərbi xidmətdə olarkən xx.xx.2024-cü il tarixdə saat 07:20-də xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız xx.xx.2024-cü il tarixdə saat 12:00-da xidmət yerinə qayıtmaqla, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 26 noyabr 2023-cü il tarixdə toyu olmuşdur və ailə həyatı qurmamışdan qabaq hərbi xidmətdə heç bir problemi olmamışdır. Toydan 2 ay sonra onun yoldaşı xəstələnmış və təxminən 15 gün Xəzər rayonu, Mərdəkən qəsəbəsində yerləşən 26 nömrəli xəstəxanada qalmalı olmuşdur. Onun maddi imkanı zəif olduğundan və hərbi xidmətdə olan dövr aldığı aylıq əmək haqqı onu qane etmədiyinə görə usta kimi işləmışdır. Valideyinləri rayonda yaşayır və sağlamlıq ilə əlaqədar problemləri var. O ailəsi ilə kirayədə yaşayır. Onun hərbi hissəni ikinci dəfə özbaşına tərk etmək səbəbi uşağının xəstəliyi ilə bağlı olmuşdur. Eyni zamanda, maddi imkanı onu qane etmədiyindən, bu səbəbdən hərbi xidmətdə aldığı 720 manat məbləğində əmək haqqından başqa əlavə gəlir mənbəyi kimi usta fəaliyyəti ilə məşğul olduğuna görə bir neçə dəfə xidmət etdiyi hərbi hissəni özbaşına tərk etməyə məcbur qalmışdır. Törətdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin S-125 texniki batareyasının komandiri, kapitan Şahid1 ifadəsində göstərdi ki, ittiham olunan N nömrəli hərbi hissənin S-125 texniki batareyasının doldurma avadanlıqları bölməsinin kompressorçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs onun tabeliyində olub. Əvvəllər Təqsirləndirilən şəxs yaxşı hərbi qulluqçu olub. xx.xx.2024-cü il tarixdə saat 08:20-də o, səhər yerbəyerində əsgər Təqsirləndirilən şəxs xidmət yerinə gəlmədiyini müəyyən etmiş və harada olduğunu, xidmət yerinə gəlməməyinin səbəbini öyrənmək üçün sonuncuya məxsus mobil nömrəyə zəng etmiş, lakin həmin nömrəyə zəng çatmamışdır. Həmin gün axşam saatlarında o, Təqsirləndirilən şəxs mobil nömrəsinə bir daha zəng etdikdə sonuncu zəngə cavab verərək xx.xx.2024-cü il tarixdə xidmət yerinə gələcəyini bildirmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs dediyi vaxtda xidmət yerinə gəlməmiş, xx.xx.2024-cü il tarixdə xidmət yerinə qayıtmışdır. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən xx.xx.2024-cü il səhər yerbəyerinə gəlmədiyi müəyyən edilmiş və Təqsirləndirilən şəxs mobil telefonuna zəng etmiş sonuncu xidmət yerinə qayıdacağını bildirsə də xx.xx.2024-cü il tarixədək xidmət yerinə qayıtmamışdır. Təqsirləndirilən şəxs xidmət yerinə qayıtmamağının səbəbi kimi maddi ehtiyacnın olması və həyat yoldaşının dünyaya uşaq gətirilməsi ilə əlaqələndirmişdir. O, şəxsən özü Təqsirləndirilən şəxs usta fəaliyyəti ilə məşğul olduğunu, bazarda araba daşıdığını görmüşdür. Xidmət yerinə qayıtmadığı müddətlərdə Təqsirləndirilən şəxs məzuniyyət və buraxılışla bağlı ona rəsmi qaydada müraciət etməmiş, icazə istəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin S-125 texniki batareyasının doldurma avadanlıqlar bölməsinin rəisi, kapitan Şahid2 öz ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs artıq 3-4 ildir onların hərbi hissəsində xidmət edir. Təqsirləndirilən şəxs ailə həyatı qurmamışdan öncə xidmətində bir mühüm nöqsanı olmamışıdr. Lakin, ailə həyatı qurduqdan sonra təqsirəndirilən şəxs xidməti ilə əlaqədar problemlər yaşamağa başlamışdır. Səbəb olaraq Təqsirləndirilən şəxs həyat yoldaşının hamiləliyi və uşağın doğulması ilə əlaqələndirmişdir. Lakin sonradan xidməti yerinə gəlməmək halları artmışdır, 27 gün ardıcıl işə çıxmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin sənədlərindən görünür ki, Cinayət işinin sənədlərindən görünür ki, xx.xx.2025-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin S-125 texniki batareyasının doldurma avadanlıqlar bölməsinin sabiq kompressorçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə cinayət işi başlanmış, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş “Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul haqqında” xx.xx.2020-ci il tarixli bağlaşmadan görünür ki, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Silahlı Qüvvələrində üç il müddətinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi qulluq etməyə öhdəlik götürmüşdür. N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 325 №-li əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 08:20-də xidmət yerinə çıxmadığına görə, bütün növ təminatları dayandırılmışdır. N nömrəli hərbi hissə komandirinin 27.11,2024-cü il tarixli, 356 №-li əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs 27.11,2024-cü il tarixdə saat 14:50-də xidmət yerinə qayıtdığına görə bütün növ təminatlara qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 364 №-li əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 07:20-də xidmət yerinə çıxmadığına görə, bütün növ təminatları dayandırılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 389 №-li əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00-də xidmət yerinə qayıtdığına görə bütün növ təminatlara qoyulmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2025-ci il tarixli 7 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılaraq xx.xx.2025-ci il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatdan çıxarılaraq sənədləri qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin xx.xx.2025-ci il tarixli 2-2-161/2-141108/2025 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs DİN-in Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını (CM-nin 59.1.4) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cinayətin təkrar törədilməsi cəzasını ağırlaşdıran haldır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xaraktərli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xaraktərinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.1-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs barəsində hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini qanunun tələblərinə əsasən mümkün saymır. Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tədbiq edilməklə həmin həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü olan ictimai işlər cəzanın təyin edilməsini istəmişdir. Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə (mad.7.0.23, 84.6.), məhkəmə icraatı mərhələsində məhz dövlət ittihamçısı ictimai və ictimai-xüsusi ittihamı müdafiə edən şəxs olmaqla, məhkəmədə həmin növlərdə cinayət təqibinin həyata keçirilməsi funksiyasını yerinə yetirir. Yəni bu növ cinayətlər üzrə ittihamın məhkəmədə müdafiə edilməsi (cinayət təqibinin həyata keçirilməsi) müstəsna olaraq dövlət ittihamçısına aid edilmişdir. Göründüyü kimi, qanunvericiliyə uyğun olaraq, məhkəmədə ictimai ittiham qaydasında cinayət təqibini həyata keçirmək səlahiyyətinə malik olan yeganə proses iştirakçısı - dövlət ittihamçısıdır. İctimai ittiham qaydasında olan cinayətlər üzrə ittihamın məhkəmədə müdafiə edilməsinin müstəsna olaraq dövlət ittihamçısına aid edilməsi prinsipi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «Dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair» 15 fevral 2008-ci il tarixli qərarında da öz əksini tapmışdır (…məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə, ictimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısının əməlin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi təklif iməhkəmə tərəfindən dövlət ittihamçısının təklifindən irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul olunmasını istisna edir). Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilə bilər. Müstəsna hal Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu hesab edilə bilər. Məhkəmə dövlət ittihamçısının mövqeyini qanunun müddəalarına uyğun hesab edərək, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı- himayəsində bir azyaşlı uşağının olması, ilk dəfə cinayət törətməsi, təqsirləndirilən şəxsin hərbi xidmətdən təxris olunduğu üçün ona elan edilmiş maddənin sanksiyasında olan hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın təyin edilməsinin mümkünsüzlüyünü, əməlin xarakterini və ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalması səbəbdən ona maddənin ağır cəzası olan müəyyən müddətə azadlıqdan məhruetmə cəzasının təyin edilməsinin cəzanin məqsədlərinə xidmət etmədiyini nəzərə alır və belə qənaətə gəlir ki, müstəsna hal kimi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsi tətbiq edilməklə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsində müəyyən ediləndən cazadan daha yüngül cəza növü olan ictimai işlər cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək 320 (üç yüz iyirmi) saat ictimai işlər cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerdə çəksin. Cəzasının əvvəli məhkumun həmin işlərin yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X1
Məhkəmə qərarları › İş №1-1(093)-94/2025
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-94/2025
08.04.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver