Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-95/2023 11.09.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, hakimlər Ramazanov Camal Cumar oğlu və Abbasov Rafiq Qaraxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: Quliyev Yusif Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin hüquqi varisi- X2, müdafiəçi- Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1998-ci il tarixdə Gədəbəy rayonunun Çobankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonunun Çobankənd kəndində qeydiyyatda olmaqla faktiki Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Qaçqınlar şəhərciyində yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs alkoqollu içkinin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş və yol hərəkəti qaydalarını pozan şəxs kimi yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, o, Azərbaycan Ordusunun Təlim və X4 prosesinin təminatı taborunun maddi-texniki təminat bölüyünün mühafizə taqımının 1-ci mühafizə manqasının komandiri vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – kiçik çavuş hərbi rütbəsində xidmətdə olarkən 07 yanvar 2023-cü il tarixdə günorta saatlarından sonra etibarnamə əsasında idarə etdiyi, qardaşı Şahid1 məxsus “Mersedes-Benz C-200” markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı Bakı şəhəri Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindən valideynlərinin yaşadığı Abşeron rayonunun Saray qəsəbəsi Koroğlu küçəsində yerləşən evə gəlmiş, orada yemək yeyib spirtli içki qəbul etdikdən sonra yaşadığı mənzilə qayıtmaq məqsədi ilə 07 yanvar 2023-cü il tarixdə saat 19 radələrində evdən çıxıb sərxoş halda “Mersedes-Benz C-200” markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Bakı şəhəri Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi istiqamətində hərəkətə başlamış, həmin tarixdə saat 19:10 radələrində Abşeron rayonunun Saray qəsəbəsi Azadlıq küçəsi ilə qəsəbənin M.Ə.Rəsulzadə küçəsi istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin, yəni “hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli”, Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin, yəni “nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər” və həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni “yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar” kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq həmin maddələrin tələblərini kobud surətdə pozub Abşeron rayonunun Saray qəsəbəsinin ərazisində yerləşən “Nazim” marketin yaxınlığında yolun kənarı ilə onunla eyni istiqamətdə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs arxa tərəfdən vurub ehtiyatsızlıqdan sonuncunun həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid “baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalar; sağ gicgahtəpə və kəllə əsası sümüklərinin sınıqları, sağ gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ budun və sol diz oynağı nahiyəsinin arxa səthindən sol baldırın orta 1/3-nin arxa səthinə qədər olan sahənin qançırları” diaqnozlu xəsarətlər alaraq hadisə yerində ölməsinə səbəb olub nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti qaydalarını pozan şəxs kimi avtomobili dayandırmadan yolnəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3 və 264-cü maddələri ilə ona elan edilən ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, o, törətdiyi hadisə ərəfəsində Azərbaycan Ordusunun Təlim və X4 prosesinin təminatı taborunun mühafizə manqasının komandiri vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş hərbi rütbəsində xidmət etmiş, 10 yanvar 2023-cü il tarixdə ordu sıralarından ehtiyata buraxılmışdır. O, bəzi vaxtlarda qardaşı Şahid1 məxsus “Mersedes-Benz C-200” markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmiş, 07 yanvar 2023-cü il tarixdə istirahətdə olduğundan həmin gün günorta saatlarından sonra qardaşı Şahid1 məxsus “Mercedes-Benz C- 200” markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonunun Saray qəsəbəsi Koroğlu küçəsində yaşayan valideynlərinin evinə getmiş, valideynlərinin evində olan zaman yemək yeyib spirtli içki qəbul etdikdən sonra Bakı şəhəri Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi Qaçqınlar şəhərciyində yaşadığı mənzilə qayıtmaq qərarına gəlmiş, bu niyyətlə 07 yanvar 2023-cü il tarixdə saat 19 radələrində idarə etdiyi “Mercedes Benz C-200” markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Sumqayıt magistral yoluna çıxmaq məqsədi ilə Saray qəsəbəsi Azadlıq küçəsinə çıxıb qəsəbənin X6 küçəsi istiqamətində hərəkət etməyə başlamış, bir qədər irəlilədikdən sonra təxminən saat 19:10 radələrində idarə etdiyi “Mersedes-Benz C-200” markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Saray qəsəbəsi Azadlıq küçəsi ilə qəsəbənin X6 küçəsi istiqamətində hərəkətdə olan zaman yolun sağ kənarı ilə onunla eyni istiqamətdə piyada hərəkətdə olan bir nəfər kişi cinsli şəxsə avtomobilin sağ yan güzgüsü dəymiş, həmin vaxt çox həyəcanlı olduğu üçün avtomobili saxlamadan hərəkətini davam etdirmişdir. Bundan sonra, o, təxminən 150 metr irəlilədikdən sonra 07 yanvar 2023-cü il tarixdə saat 19:10 radələrində həmin ərazidə olan “Nazim” marketin yaxınlığında idarə etdiyi “Mercedes-Benz C-200” markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 60 km/saat sürətlə hərəkətdə olan zaman yolun sağ kənarı ilə onunla eyni istiqamətdə bir nəfər qızın piyada hərəkətdə olduğunu görmüş, həmin vaxt avtomobilin əyləcini sıxıb sürəti azaldaraq avtomobili mümkün qədər sol tərəfə istiqamətləndirməyə çalışsa da, məsafə çox yaxın olduğundan idarə etdiyi avtomobilin qabaq sağ tini həmin piyadaya dəymiş və həmin şəxsin avtomobilin ön alın şüşəsinə çırpılaraq yerə yıxıldığını hiss etmişdir. O, həmin zərbənin çox təhlükəli olduğunu düşünmədiyindən, eləcə də həmin şəxsin ölə biləcəyini zənn etmədiyindən və bir az da həyəcanlı olduğundan avtomobili bir qədər irəli hərəkət etdirib saxlamış, bir az özünü toparladıqdan sonra qardaşı Şahid1la əlaqə saxlayaraq hadisə barədə məlumat vermişdir. O, “Mercedes-Benz C-200” markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobili 60 km/saat sürətlə idarə etdiyini, habelə hadisə yerindən qaçmaq niyyətinin olmadığını bildirmişdir. Bir müddət sonra qardaşı Şahid1 gəlmiş, o, özünü pis hiss etdiyindən qardaşı Şahid1 polisə zəng edib hadisə barədə məlumat verməsini bildirmişdir. Şahid1 polisə zəng edərək hadisə barədə məlumat vermiş, bir neçə dəqiqə sonra polis əməkdaşları gələrək onu və avtomobili polis bölməsinə aparmış, daha sonra isə həmin piyadanın dünyasını dəyişdiyini öyrənmişdir. Törətdiyi cinayət əməlindən peşmandır və məhkəmədən bağışlanmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş mərhum Zərərçəkmiş şəxs atası X5 məhkəməyə ifadə verib göstərdi ki, xx xxx 2007-ci il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs onun qızı olmuş, 07 yanvar 2023-cü il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs Abşeron rayonunun Saray qəsəbəsində yerləşən kirayə yaşadıqları evdən çıxaraq Sumqayıt şəhərinə hazırlıq məşğələlərinə getmiş, evdən çıxarkən məşğələlərin saat 19 radələrində bitəcəyini bildirmişdir. Həmin tarixdə saat 19:20 radələrində o, Abşeron rayonunun Novxanı qəsəbəsindən yaşadığı Abşeron rayonu Saray qəsəbəsinə gələrkən tanımadığı bir nəfər şəxs mərhum qızı Zərərçəkmiş şəxs mobil telefonundan onunla əlaqə saxlayaraq qızının halının yaxşı olmadığını deyib Saray qəsəbəsində yerləşən “Nazim” marketin yaxınlığına gəlməsini bildirmişdir. Bir neçə dəqiqə sonra o, həmin yerə çatdıqda qızı Zərərçəkmiş şəxs yol kənarı ilə piyada hərəkətdə olarkən naməlum şəxsin avtomobil ilə vuraraq qaçdığını və qızı Zərərçəkmiş şəxs hadisə yerində vəfat etdiyini öyrənmişdir. O, hadisəni törədən Təqsirləndirilən şəxs qanunvericiliyin tələblərinə uyğun olaraq cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Niyaməddin oğlu məhkəməyə ifadə verib göstərdi ki, o, 07 yanvar 2023-cü il tarixdə saat 19 radələrində özünə məxsus avtomobili ilə Abşeron rayonunun Saray qəsəbəsində yaşayan valideynlərinin evindən yaşadığı Sumqayıt şəhərinə yola düşmüş, həmin tarixdə saat 19:10 radələrində köməkçi yoldan, yəni valideynlərinin yaşadığı məhəllədən Sumqayıt şəhəri-Saray qəsəbəsi əsas yola çıxan zaman Sumqayıt şəhəri istiqamətindən Bakı şəhəri istiqamətində 70-80 km/saat sürətlə boz metalik rəngli “Mersedes-Benz C-200” markalı avtomobilin əsas yolla gəldiyini görüb keçməsini gözləmiş, avtomobilin yüksək sürətlə hərəkət etməsi bir sürücü kimi onun diqqətini cəlb etmiş və avtomobilin dövlət qeydiyyat nişanına baxdıqda avtomobilin seriyasının “SX” və qeydiyyat nişanının “483” olmasını görüb əvvəldən Saray qəsəbəsində qonşuluqda yaşayan tanışı Şahid1 məxsus avtomobil olduğunu təxmin etmişdir. O, köməkçi yoldan əsas yola Sumqayıt şəhəri istiqamətində hərəkətə başlayan zaman arxa tərəfdə, yəni Bakı istiqamətində güclü səs gəldiyini eşidib dərhal avtomobilini saxlamış və arxa tərəfə baxdıqda ətrafda olan insanların toplaşdığını görmüşdür. Həmin istiqamətdə hərəkət edərək yaxınlaşdıqda bir nəfər 15-16 yaşlarında qız uşağının ağır xəsarətlərlə yerdə olmasını görmüş və həmin istiqamətdə hər hansı digər avtomobil hərəkətdə olmadığından, habelə “Mersedes-Benz C-200” markalı avtomobilin yüksək sürətlə hərəkətdə olmasından həmin avtomobilin piyadanı vuraraq hadisə yerindən uzaqlaşdığını başa düşmüşdür. O, dərhal xidmət etdiyi bölməyə zəng edərək hadisə barədə məlumat verib avtomobilin sürücüsünü tanıdığını və həmin şəxsin hərbi qulluçu olmasını yəqin etdiyini deyərək məlumatı dəqiqləşdirib məruzə edəcəyini bildirmişdir. Bundan sonra o, Şahid1 zəng edib harada olmasını soruşmuş, Şahid1 xidmət yerində olduğunu dedikdə o, hadisə törədənin Şahid1 məxsus avtomobil olmadığını düşünmüş, Şahid1 nə baş verdiyini soruşduqda, o, Saray qəsəbəsində “Nazim” marketin yanında Şahid1 məxsus avtomobilin dövlət qeydiyyat nişanına oxşar avtomobilin bir nəfər qız uşağını vurub hadisə yerindən qaçdığını bildirmiş, həmin vaxt Şahid1 avtomobilinin qardaşında olduğunu deyib qardaşı ilə əlaqə saxlayacağını bildirərək onunla sağollaşmışdır. Təxminən 5 dəqiqə sonra o, yenidən Şahid1la əlaqə saxladıqda Şahid1 ona hadisə törədən avtomobilin özünə məxsus olduğunu, lakin həmin avtomobil ilə hadisə törədənin qardaşı Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım avtomobili gəlmiş, o, Təqsirləndirilən şəxs da hərbi qulluqçu olduğunu bildiyindən hadisə barədə xidmət etdiyi hərbi polis bölməsinə məruzə edib yaşadığı Sumqayıt şəhərinə getmişdir. Sonradan Şahid1 qardaşı Təqsirləndirilən şəxs hadisə törədərkən spirtli içkinin təsiri altında sərxoş olmasını öyrənmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs bəzi vaxtlarda ona məxsus “Mercedes Benz C 200” markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobili sürmək üçün verdiyi etibarnamə əsasında idarə etmiş, 07 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istirahətdə olduğundan ona məxsus “Mercedes Benz C 200” markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonunun Saray qəsəbəsi Koroğlu küçəsində yaşayan valideynlərinin evinə getmişdir. Həmin gün saat 19:30 radələrində o, Bakı şəhərinin Qaradağ rayonunda kirayədə yaşadığı evdə olduğu zaman Sənan adlı tanışı ona zəng edərək “Mercedes-Benz C-200” markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonunun Saray qəsəbəsi ərazisində piyadanı vurduqdan sonra nə üçün hadisə yerindən uzaqlaşıb getdiyini soruşmuş, o, Sənan adlı şəxsə avtomobili hazırda qardaşı Təqsirləndirilən şəxs idarə etdiyini bildirmişdir. Bundan sonra o, dərhal Təqsirləndirilən şəxs mobil telefonuna bir neçə dəfə zəng etsə də sonuncu telefona cavab vermədiyi üçün o, yaşadığı evin yaxınlığında taksiyə əyləşib Saray qəsəbəsinə hadisə baş verən yerə gəlmiş, əvvəllər Saray qəsəbəsində yaşadığından və orada tanışları olduğundan soraqlaşdıqda qardaşı Təqsirləndirilən şəxs ona məxsus “Mercedes Benz C 200” markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə hadisə baş verən küçədən bir qədər aralıda ara küçədə olduğunu müəyyən etmişdir. Bundan sonra o, özünə məxsus ***-***-**-** nömrəli mobil telefonu ilə Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək qardaşı Təqsirləndirilən şəxs olduğu yer barədə məlumat vermiş və bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs olduğu küçəyə çatmışdır. Avtomobilə çatdıqda qardaşı Təqsirləndirilən şəxs bərk sərxoş halda olduğunu və yerə düşərək avtomobilə söykənmiş vəziyyətdə dayandığını, həmçinin çox qorxduğunu görmüşdür. Daha sonra isə onunla əlaqə saxlayan polis əməkdaşlarına Təqsirləndirilən şəxs olduğu yer barədə bir daha məlumat verərək avtomobili özü idarə edib Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsinə gətirmək üçün hərəkətə başlamış, lakin polis əməkdaşları ilə həmin küçədə rastlaşdığından Təqsirləndirilən şəxs və avtomobili polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizaların rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarına əlavə olunmuş əlavə məhkəmə-tibbi ekspetizasının 07 yanvar 2023-cü il tarixli 04 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyiti üzərində aşkar olunmuş xəsarətlər: baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalar; sağ gicgah-təpə və kəllə əsası sümüklərinin sınıqları, sağ gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ budun və sol diz oynağı nahiyəsinin arxa səthindən sol baldırın orta 1/3-nin arxa səthinə qədər olan sahənin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, həyati əlamətlərə malik olmaqla mərhumun ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 07 yanvar 2023-cü il tarixdə piyadanın hərəkətdə olan nəqliyyat vasitəsinin (avtomobilin) hissələri ilə vurulması zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb – baş beyinin yumşaq qişasına və beyin toxumasına diffuz qansızmalarla və sağ gicgah-təpə sümüklərinin kəllə əsasına keçən xətti sınığı ilə müşayiət olunan açıq kəllə beyin travması olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən ölüm onun meyitxanadakı (xx.xx.2023, saat 21:30) müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. 28 yanvar 2023-cü il tarixli AZ-İİ 309243 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs 07 yanvar 2023-cü il tarixdə baş beynin ocaqlı travması səbəbindən ölmüşdür. Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 06 fevral 2023-cü il tarixli 8/270 saylı rayindən görünür ki, “Mersedes-Benz C200” markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Mersedes-Benz C200” markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs piyadaları vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Mersedes-Benz C200” markalı avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 07 yanvar 2023-cü il tarixli A/41 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcədə alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 07 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Abşeron rayonunun Saray qəsəbəsi Azadlıq küçəsində Saray qəsəbəsinin M.Ə.Rəsulzadə küçəsi istiqamətində baş vermişdir. Hava şəraiti tutqun qaranlıq, yol örtüyü quru olmaqla eni 8 metr, 2 hərəkət zolaqlı, hərəkət hissəsinin eni 4 metr olmuş, piyada yolun sağ kənarı ilə M.Ə.Rəsulzadə küçəsi istiqamətində hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkətdə olan avtomobil tərəfindən vurulmuş, sürücü və avtomobil hadisə yerində müəyyən olunmamışdır. Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 22 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən “Mersedes-Benz C-200” markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobil gümüşü metal rəngli olmaqla avtomobilin ön sağ farası, ön alın şüşəsinin sağ tərəfi və sağ güzgüsü sınmış vəziyyətdə, həmçinin mühərrikin qapağı (kapotu) əzilmiş vəziyyətdə olmaqla ön alın şüşəsinin qırıntıları avtomobilin salonuna tökülmüş vəziyyətdədir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs qeyd olunan zədələrin sərxoş vəziyyətdə idarə etdiyi avtomobil ilə piyadanı vurması nəticəsində əmələ gəlməsini təsdiq etmişdir. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisinin 20 aprel 2021-ci il tarixli 105 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Qafarov X3 Nazirinin 13 aprel 2021-ci il tarixli 0108 əç nömrəli əmrinə əsasən tədris prosesinin təminatı taborunun maddi-texniki təminat bölüyünün mühafizə taqımının 1-ci mühafizə manqasının komandiri vəzifəsinə təyin edilmiş, Gədəbəy rayonunda yerləşən N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, 20 aprel 2021-ci il tarixdən Mərkəzin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş, vəzifəsinin qəbuluna və icrasına başlamışdır. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisinin 10 yanvar 2023-cü il tarixli 10 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Təqsirləndirilən şəxs “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.10-cu bəndinə (bağlaşma ləğv olunduğuna görə) müvafiq olaraq, Milli Müdafiə Universiteti rektorunun 07 yanvar 2023-cü il tarixli 01əç nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmiş, 10 yanvar 2023-cü il tarixdən Mərkəzin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış, hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məhkumluq barədə tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanılmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün qismən etirafı ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahid ifadələri, ekspert rəyləri, cinayət işində olan istintaq sənədləri və protokolları, işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəllənin 263- 1.3 və 264-cü maddələrində nəzərdə tutulan müəyyən müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan və azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini, hər iki maddə ilə təyin olunacaq cəzaları Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas və əlavə cəzalar qismən toplanılmaqla qəti cəza təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğundan cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən ibtidai həbs müddətini cəzaçəkmə müddətinə daxil etməklə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı onun tutulduğu 08 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hökmü qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış «Mercedes Benz C-200» markalı «**-SX-***» dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, Büdcə təsnifatı kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı (X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. İş üzrə maddi ziyan yoxdur və mülki iddia verilməmişdir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2 maddələrində: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 264-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əlavə və əsas cəzaları qismən toplanılmaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai istintaq dövrü həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 08 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hökmü qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın bütün müddətinə və bundan əlavə hökmdə müəyyən edilmiş 04 (dörd) il müddətinə şamil olunsun. İş üzrə maddi sübut kimi tanınmış «Mercedes Benz C-200» markalı «**-SX-***» dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, Büdcə təsnifatı kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı (X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına keçirilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökm təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Aslan Kalbalıyev Hakimlər Camal Ramazanov Rafiq Abbasov
Məhkəmə qərarları › İş №1-1(093)-95/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-95/2023
11.09.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver