Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-96/2023 22.05.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, Quliyev Yusif Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə mayoru Dövlət ittihamçısı, müdafiəçi-Bakı şəhəri N8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə N snetyabr N986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N/N65-N/N465 bağ evi ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusuəsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs on gündən artıq, lakin bir aydan çox olmayan müddətə, habelə bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Belə ki, Əhmədov XN Nazirliyinin N nömrəli hərbi hissəsinin Baş Qərargahının mərkəzi rabitə qovşağının ötürücü radio mərkəzin ötürücü radio qurğular bölməsinin 2-ci manqasının xətt nəzarətçisi vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, əsgər hərbi rütbəsində xidmətdə olarkən N6 noyabr N2-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız N6 dekabr N2-ci il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmaqla üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan vəzifədə və hərbi rütbədə xidmətdə olarkən N4 fevral N3-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız N0 aprel N3-cü il tarixdə saat N4:30-da Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Xəzər rayonu ərazisində saxlanılaraq Nərimanov RPİ-nin MSYnə təhvil verilməklə üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3 və 333.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, N05-ci ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, N06-cı ilin iyul ayında ehtiyata buraxıldıqdan sonra NN7-ci ilin noyabr ayında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları hazırlığı kursunda iştirak etmişdir. Həmin ilin dekabr ayında isə xidmətə başlayaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, əsgər hərbi rütbəsində xidmət etməyə başlamışdır. N2-ci ildə xidmət etdiyi bölmə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən ayrılmaqla N nömrəli hərbi hissə yaradılmışdır. Həmin vaxtdan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində yuxarıda qeyd olunan vəzifədə xidmət etmişdir, evlidir, övladı yoxdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etdiyi müddət ərzində bir neçə dəfə xidmət yerinə gecikmə hallarına yol vermiş, xidmət yerinə vaxtında çıxmamışdır. Belə ki, ailə daxilində şəxsi problemləri mövcud olmaqla, anasının N-ci qrup əlilliyi olmuşdur. Anası təxminən N ilə yaxındır ki, N-ci qrup əlildir və əvvəllər anasına ailə üzvlərindən qardaşı da baxa bilsə də, hazırda sonuncu evli və iki uşaq sahibi olduğu üçün anasının müalicəsi ilə məşğul ola bilmir. Ona görə də özü anasına qulluq etməyi özünə borc bilir. Bundan əlavə qeyd etmişdir ki, özü könüllü hərbi xidmətə başlamış, xidmətə qarşı münasibəti yaxşıdır və heç vaxt xidmətdən boyun qaçırmaq niyyəti olmamışdır. Sadəcə bir çoxunu açıqlamaq istəmədiyi şəxsi problemləri ilə bağlı xidmət yerinə çıxmamışdır. Belə ki, o, N6 noyabr N2-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda gəlməmişdir. Bundan sonra xidmət etdiyi bölmədə olan xidmət yoldaşları dəfələrlə ona zəng vursalar da, zənglərə cavab verməmiş, daha sonra yalnız N6 dekabr N2-ci il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmış və vəzifələrinin icrasına başlamışdır. Hərbi hissədə olarkən xidmət yoldaşları ondan hansı səbəbdən xidmət yerinə çıxmadığını soruşduqda, o, şəxsi ailə problemlərini açıqlamaq istəmədiyi üçün guya xidmət etmək istəmədiyini bildirmişdir. Növbəti dəfə N4 fevral N3-cü il tarixdə xidmət yerinə çıxmamış, yalnız N fevral N3-cü il tarixdə bölməyə gələrək bir neçə saat ərazidə olsa da vəzifələrinin icrasına başlamamış, həmin gündən etibarən NN aprel N3-cü il tarixə qədər xidmət yerinə geri qayıtmamışdır. Yalnız barəsində axtarış işinin olduğunu bildikdən sonra, bununla bağlı özü ilə əlaqə saxlayan Xəzər RPİ-nin 2-ci polis şöbəsinin əməkdaşlarının göstərişi ilə həmin şöbəyə getmiş və orada saxlanılaraq Nərimanov RPİnin MSY-nə, oradan da Bakı Hərbi Prokurorluğuna gətirilmişdir. Etdiyi əməldən peşimandır. Ona ünvanlanan suallara cavab olaraq xidmət yerinə çıxmamağı ilə əlaqədar üzrlü səbəblərinin olmadığını, yalnız anasının xəstə olmaqla daimi qulluğa ehtiyacı olduğunu, özünün xidmətə qarşı münasibətinin müsbət olduğunu, xidmətdə olduğu müddət ərzində onu incidənin, nizamnamədənkənar hərəkətlərə məruz qoyanın, şərəf və ləyaqətini hər hansı formada alçaldanın olmadığını bildirmişdir. Törətdiyi əməlindən peşman olduğunu bildirərək, məhkəmədən bağışlanmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyə ifadə verib göstərdi ki, sabiq MAHHXHQ-u əsgər Təqsirləndirilən şəxs ilə münasibətləri xidməti olmuş, aralarında heç bir qohumçuluq və ya sair münasibət, eləcə də düşmənçilik və ya ədavət olmamışdır. N2-ci ilin sentyabr ayında ötürücü radio mərkəzinə təyinat aldıqdan sonra Təqsirləndirilən şəxsla tanış olmuş, sonuncunun xidmətə qarşı münasibəti aşağı olmuş, Təqsirləndirilən şəxs tanıdığı qısa müddət ərzində xidmətə qarşı laqeyd münasibətdə olduğunu müşahidə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ilk dəfə N6 noyabr N2-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda gəlməmişdir. Bundan sonra xidmət etdikləri bölmədə olan xidmət yoldaşları Təqsirləndirilən şəxs dəfələrlə zəng vursalar da sonuncu zənglərə cavab verməmiş, bir müddətdən sonra isə ümumiyyətlə mobil telefonu bağlı olmuşdur. Xidmət yoldaşları Təqsirləndirilən şəxs yaşadığı ünvana gedib xidmət yerinə gəlməsini bildirsələr də sonuncu yaşadığı yerdə tapılmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs yalnız N6 dekabr N2-ci il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmış və vəzifələrinin icrasına başlamışdır. Təqsirləndirilən şəxs hərbi hissədə olarkən xidmət etmək istəmədiyini, bu yolla təxris oluna biləcəyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs bir müddət Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə aldıqdan sonra hərbi xidmətə yararlı olduğu müəyyən edilmiş və xidmət yerinə qayıtmışdır. Daha sonra N4 fevral N3-cü il tarixdə xidmət yerinə çıxmamış, yalnız N fevral N3-cü il tarixdə bölməyə gələrək bir neçə saat ərazidə olduqda sonra, həmin gün N nömrəli hərbi hissəyə maaş kartını götürmək üçün getmiş, lakin özünü təqdim etməmiş, vəzifələrinin icrasına başlamamışdır. Həmin gündən etibarən isə xidmət yerinə geri qayıtmamışdır. Ona ünvanlanan suallara cavab olaraq xidmətdə olduğu müddətdə Təqsirləndirilən şəxs söyən, döyən, sonuncuya qarşı nizamnamədənkənar hərəkətlər edən, həmçinin şərəf və ləyaqətini alçaldanın, ümumiyyətlə xidmət yerinə çıxmaması ilə bağlı üzrlü səbəblərinin olmadığını, Təqsirləndirilən şəxs hər hansı psixi, ruhi xəstəliklərdən əziyyət çəkmədiyini, sonuncunun hər hansı ağır xəstəliyinin və ağır həyat şəraitinin olmadığını bildirmişdir. Həmçinin, ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ailə üzvlərindən yalnız anası N-ci qrup əlildir və Təqsirləndirilən şəxs onlara təqdim etdiyi sənəddən anasının N05-ci ildən bəri xəstə olduğu görünür. Lakin, Təqsirləndirilən şəxs təxminən NN7-ci ildə xidmətə başlamış, sonuncunun anasının xəstə olması xidmətinə heç bir mənfi təsir göstərməmişdir. Sadəcə anasının xəstə olmasını bəhanə etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs evli olmaqla öz ailəsi ilə birlikdə başqa ünvanda, anasının isə atası və digər evli olan qardaşı ilə başqa bir ünvanda yaşadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ŞahidN məhkəməyə ifadə verib göstərdi ki, sabiq MAHHXHQ-u əsgər Təqsirləndirilən şəxs Müdafiə Nazirliyi N nömrəli hərbi hissədə xidmət etdiyi vaxtdan tanıyır, onunla münasibətləri xidməti olmuş, aralarında heç bir qohumçuluq və ya sair münasibət, eləcə də düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs Müdafiə Nazirliyi N nömrəli hərbi hissədə mobil rabitə mərkəzinin kabel-xətt taqımının kabel-xətt manqasının xətt nəzarətçisi vəzifəsində xidmət etdiyi vaxtdan tanımışdır. N2ci ilin iyul ayında onun xidmət yeri ötürücü radio mərkəzinə dəyişdirilmişdir. Təqsirləndirilən şəxs xidmətə qarşı münasibəti aşağı olmuş, dəfələrlə xidmət etmək istəmədiyini müşahidə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs N6 noyabr N2-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, bu barədə heç kimə məlumat verməmişdir. Bundan sonra ona dəfələrdə zəng olunmasına baxmayaraq zənglərə cavab verməmiş, bir müddətdən sonra isə telefonu ümumiyyətlə bağlı olmuşdur. Daha sonra N6 dekabr N2-ci il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmış və vəzifələrinin icrasına başlamışdır. Həmin vaxt ondan hansı səbəbdən xidmət yerinə çıxmadığını soruşduqda o, xidmət etmək istəmədiyini bildirmiş, bu yolla tərxis oluna biləcəyini demişdir. Bundan başqa, Təqsirləndirilən şəxs bir müddət Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə aldıqdan sonra hərbi xidmətə yararlı olduğu müəyyən edilmiş və xidmət yerinə qayıtmışdır. Daha sonra N4 fevral N3-cü il tarixdə xidmət yerinə çıxmamış, yalnız N fevral N3-cü il tarixdə bölməyə gələrək bir neçə saat ərazidə olduqdan sonra yenidən çıxıb getmiş, vəzifələrinin icrasına başlamamışdır. Həmçinin, ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ailə üzvlərindən yalnız anası N-ci qrup əlildir və Təqsirləndirilən şəxs onlara təqdim etdiyi sənəddən anasının N05-ci ildən bəri xəstə olduğu görünür. Lakin, Təqsirləndirilən şəxs təxminən NN7-ci ildə xidmətə başlamış, sonuncunun anasının xəstə olması xidmətinə heç bir mənfi təsir göstərməmişdir. Sadəcə anasının xəstə olmasını bəhanə etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs evli olmaqla öz ailəsi ilə birlikdə başqa ünvanda, anasının isə atası və digər evli olan qardaşı ilə başqa bir ünvanda yaşadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ŞahidN ifadəsinə oxşar məzmunlu ifadə verərək ittihamda göstərilənləri təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin N24-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul haqqında” N7 noyabr NN7-ci il tarixli bağlaşmadan görünür ki, Təqsirləndirilən şəxs 3 (üç) il müddətinə könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlamış, daha sonra xidmət müddəti 23 fevral N4-cü il tarixədək uzadılmşdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli N95 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Mobil rabitə mərkəzinin kabel-xətt taqımının kabel-xətt manqasının xətt nəzarətçisi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Baş Qərargahın mərkəzi rabitə qovşağının ötürücü radio mərkəzin ötürücü radio qurğular bölməsinin 2-ci manqasının xətt nəzarətçisi vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinə ünvanlanan N6 noyabr N2-ci il tarixli raportdan və N nömrəli hərbi hissə komandirinin həmin tarixli 322 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N6 noyabr N2-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlmədiyi üçün bütün növ təminatları dayandırılmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinə ünvanlanan N6 dekabr N2-ci il tarixli raportdan və hərbi hissə komandirinin həmin tarixli 352 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N6 dekabr N2-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəldiyi üçün bütün növ təminatlara qoyulmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinə ünvanlanan N4 fevral N3-cü il tarixli raportdan və N nömrəli hərbi hissə komandirinin həmin tarixli 46 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N4 fevral N3-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlmədiyi üçün bütün növ təminatları dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs N0 aprel N3-cü il tarixdə saat N4:30-da Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində saxlanılmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinə ünvanlanan N2 aprel N3-cü il tarixli raportdan və hərbi hissə komandirinin həmin tarixli N04 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N2 aprel N3-cü il tarixdə saat 09:N5-də xidmət yerinə gəldiyi üçün bütün növ təminatlara qoyulmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N2 aprel N3-cü il tarixli N04 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) əsasən ehtiyata buraxıldığı üçün N2 aprel N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinə göndərilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən təqdim edilmiş xidməti xasiyyətnaməyə əsasən, Təqsirləndirilən şəxs komandanlıq tərəfindən mənfi xarakterizə olunur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim olunan 06 yanvar N3-cü il tarixli N37N nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan, habelə bir aydan artıq, lakin üç aydan çox olmayan müddətlərdə xidmət yerinə vaxtında gəlməməsi və xidmət yerini bir aydan artıq, lakin üç aydan çox olmayan müddətdə özbaşına tərk etməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 333.3 və 333.4-cü maddələri ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun N03-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.N-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələbindən göründüyü kimi, cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 59.N.N-59.N.N4-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməklə törətmiş olduğu cinayətdə təqsirini ilk gündən boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini, əvvəllər məhkum olunmamasını, anasının görməsinə görə İ qrup əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, CM-nin 333.4-cü maddəsinin sanksiyasında isə iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin N5-ci maddəsinin müddəalarına görə təqsirləndirilən şəxsin ittiham olunduğu CM-nin 333.3-cü maddəsi böyük ictimai təhlükə törətməyən və CM-nin 333.4-cü maddəsi az ağır cinayətlər təsnifatına aiddir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr N996-cı il tarixli 4 №-li qərarının, N3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi haqqında» N0 fevral NN7ci il tarixli Sərəncamında ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, eyni zamanda ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin tələblərinə ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaların və qətimkan tədbirlərinin tətbiqinin genişləndirilməsi tövsiyyə edilmişdir. Təqsirləndirilən şəxs ordu sıralarından tərxis olunduğu üçün cinayət qanunvericiliyinin tələblərinə görə ona hərbi qulluqçular üçün nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzalarının təyin edilməsi mümkünsüzdür. Eyni zamanda məhkəmə, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallarının olmasını nəzərə alaraq onun barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalət və humanizm prinsipləri baxımından məqsədəmüvafiq hesab etmir. Məhkəmə, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edib hesab edir ki, bu müstəsna hal Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldır və buna görə də onun barəsində CM-nin 62-ci maddəsinin müddəaları tətbiq olunmaqla ittiham olunduğu hər bir maddəyə nisbətdə bu maddələrin sanksiyasında müəyyən edilən cəzalardan daha yüngül cəza növü-cərimə cəzasının təyin edilməsi, təyin olunacaq cəzaların CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin etməyi və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.2-ci maddəsinə görə cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla müəyyən olunur. Məhkəmə cərimənin həddini müəyyən edərkən təqsirləndirilən şəxsin maddi vəziyyətini də nəzərə alır. Hökm icra olunması üçün Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə olunmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-N.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-N.N-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-N.N.N və 99-N.N.2 maddələrində: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-N.N-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.N03-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.N06-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 35N-353, 356, 358, 383-384.N və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 333.3-cü maddəsi ilə 400 (üç yüz) manat cərimə cəzası, CM-nin 62-ci maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 333.4-cü maddəsi ilə 600 (altı yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 600 (altı yüz) manat cərimə cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan N (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Aslan Kalbalıyev
Məhkəmə qərarları › İş №1-1(093)-96/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-96/2023
22.05.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver