Məhkəmə qərarları › İş №1-1(093)-98/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-98/2023

26.05.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-98/2023 26.05.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ X5 Qurban oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Nigar İbrahim qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə mayoru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Qəhraman qızının, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1992-ci il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov 41 ünvanında daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Ordusunun Təlim və X4 xidmət rəisinin köməkçisi vəzifəsində, kapitan hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Bakı şəhəri Qaradağ rayonu Müşviqabad qəsəbəsi ərazisində yerləşən Üçtəpə hərbi şəhərciyində mərkəzin qoşun xidmət rəisinin köməkçisi vəzifəsində, kapitan hərbi rütbəsində xidmətdə olarkən 16 noyabr 2022-ci il tarixdə saat 09:00 radələrində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsinin 13-cü maddəsinə əsasən rəisi hesab olunduğu mərkəzin ümumqoşun təlim poliqonunun mənzil istismar hissəsinin rəisi, baş gizir Zərərçəkmiş şəxs Mürsəl oğlu tərəfindən sonuncunun tabeliyində olan mərkəzin ümumqoşun təlim poliqonunun qazanxana operatoru vəzifəsində işləyən mülki işçi Şahid1 ünvanına kapitan Təqsirləndirilən şəxs barəsində “ona qoşulma, o səni pozacaq” ifadəsini işlətməsindən əsəbiləşmiş, həmin zəmində yaranmış mübahisə zamanı kapitan Təqsirləndirilən şəxs sağ əli ilə baş gizir Zərərçəkmiş şəxs sinə nahiyəsinə 4 (dörd) yumruq zərbəsi vurmaqla rəis olaraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabelikdə olan hərbi qulluqçuya qarşı zor tətbiq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 09:00 radələrində o, Azərbaycan Ordusunun Təlim və X3 hərbi şəhərciyinin nəzarət buraxılış məntəqəsinin yanında şəhərciyin qazanxana operatoru Şahid1 görərək onunla söhbət etməyə başlamışdır. Söhbət əsnasında baş gizir Zərərçəkmiş şəxs barəsində “o oğurluq etməyi bitirmədi? Bir gün onun oğurluğunu tutacam” ifadəsini işlətmişdir. Onlar söhbət edərək şəhərciyin qərargahının inzibati binası istiqamətində hərəkət etmişlər. Qərargaha çatdıqda şəhərciyin qazanxanası tərəfdən onların istiqamətində hərəkət edən baş gizir Zərərçəkmiş şəxs Şahid1 səslənərək “harada qalmısan, tez gəl növbəni təhvil al” demişdir. Şahid1 baş gizir Zərərçəkmiş şəxs müraciət edərək “kapitan Quluzadə nə deyir, nə oğurluq etmisən ?” demişdir. Baş gizir Zərərçəkmiş şəxs Şahid1 cavab olaraq “ona fikir vermə, get işinlə məşğul ol” demişdir. Özü, baş gizir Zərərçəkmiş şəxs ifadəsindən əsəbiləşərək “ağlını başına yığ, məni o biri zabitlərlə səhv salma” ifadəsini işlədib, sağ əlini yumruq vəziyyətinə gətirərək yumruq ilə sonuncunu sinə nahiyəsindən itələmişdir. Baş gizir Zərərçəkmiş şəxs onu polkovnik-leytenant U.Rəsulovun yanına gedərək hadisə barədə şikayət etməklə hədələmiş, o isə, cavab olaraq Zərərçəkmiş şəxs hara istəyir şikayət edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs 44 günlük müharibədə iştirak etməsini, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasini bildirmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, üzləşdirmə protokolu, eyni zamanda digər təkzib olunmaz mötəbər dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Azərbaycan Ordusunun Təlim və X2 təlim poliqonunun mənzil istismar hissəsinin rəisi, baş gizir Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 16 noyabr 2022-ci il tarixdə saat 09:00 radələrində Üçtəpə hərbi şəhərciyinin qazanxanasını yoxladıqdan sonra oradan çıxaraq şəhərciyin qərargahı istiqamətində getmişdir. Qərargaha çatan zaman qazanxana operatoru Şahid1 ilə kapitan Təqsirləndirilən şəxs aralarında söhbət edərək onun istiqamətində gəldiklərini görmüşdür. O, saata baxaraq Şahid1 artıq qazanxana xidmətini təhvil almalı olduğunu müəyyən etmiş və bu səbəbdən uca səslə sonuncuya səslənərək “harada qalmısan, tez gəl növbəni təhvil al” demişdir. Onun göstərişindən sonra Şahid1 söhbəti davam etdirdiyini görərək kapitan Təqsirləndirilən şəxs “rəis, burax onu getsin təhvil-təslim etsin, saxlasan üç saat çənə döyəcək” demişdir. Şahid1 ona müraciət edərək “rəis, cənab kapitan nə deyir? Nə oğurluq etmisən?” demişdir. O, Şahid1 ifadəsinə cavab olaraq “ona qoşulma, o səni pozacaq” ifadəsini işlətmişdir. Bundan əsəbiləşən kapitan Təqsirləndirilən şəxs ümumi xarakterli nalayiq ifadələr işlədərək ona uca səslə “ağlını başına yığ, məni o biri zabitlərlə səhv salma” demişdir. O, cavab olaraq “rəis, mən uşaq deyiləm mənimlə qışqıra-qışqıra danışırsan camaatın içində, gəl keçək otağa nə sözün var orada de” demişdir. Kapitan Təqsirləndirilən şəxs ona “sən kimsən mən sənin dalınca harasa gedim, səni indi salacam təpiyimin altına” demişdir. Daha sonra kapitan Təqsirləndirilən şəxs sol əli ilə onun sağ qolundan tutaraq, qərargahın inzibati binasının yanında yerləşən otluq sahəyə çəkərək sağ əli ilə onun sinə nəhiyəsinə 4 (dörd) yumruq zərbəsi vurmuşdur. Bu zaman, Şahid1 kapitan Təqsirləndirilən şəxs “nə edirsən, cənab kapitan? Ayıbdır” demişdir. O, Təqsirləndirilən şəxs, baş vermiş hadisə ilə bağlı şikayət edəcəyini bildirmiş, kapitan Təqsirləndirilən şəxs isə onu sol əli ilə itələyərək “get kimə istəyirsən şikayət et” ifadəsini işlətmişdir. Bundan sonra o, polkovnik-leytenant Rəsul Umudova hadisə barədə məruzə etmiş və müvafiq araşdırma təyin olunmuşdur. Hazırda baş leytenant A.K.Əhmadova qarşı şikayəti, mülki iddiası və hər hansı tələbi yoxdur, lakin onun qanunamüvafiq cəzalandırılmasını istəyir. Məhkəmədə şahid qismində ifadə vermiş Azərbaycan Ordusunun Təlim və X3 hərbi şəhərciyinin qazanxana operatoru, mülki işçi Şahid1 ifadəsində göstərmişdir ki, 16 noyabr 2022-ci il tarixdə saat 08:40 radələrində Azərbaycan Ordusunun Təlim və X3 hərbi şəhərciyinin nəzarət buraxılış məntəqəsinin yanında durarkən kapitan Təqsirləndirilən şəxs Həqverdi oğlu ona yaxınlaşaraq söhbət etməyə başlamışdır. Kapitan Təqsirləndirilən şəxs, baş gizir Zərərçəkmiş şəxs barəsində “o oğurluq etməyi bitirmədi ? Bir gün onun oğurluğunu tutacam” ifadəsini işlətmişdir. O, cavab olaraq baş gizir Zərərçəkmiş şəxs oğurluq etməsini görmədiyini bildirmişdir. Onlar həmin mövzu ətrafında söhbət edərək qərargahın inzibati binası istiqamətində hərəkət etmişlər. Bu zaman hərbi şəhərciyin qazanxasından qərargah istiqamətində gələn baş gizir Zərərçəkmiş şəxs ona səslənərək “harda qalmısan, tez gəl növbəni təhvil al” demişdir. Daha sonra, sonuncu kapitan Təqsirləndirilən şəxs səslənərək “rəis, burax onu getsin təhvil-təslim etsin, saxlasan üç saat çənə döyəcək” demişdir. O, Zərərçəkmiş şəxs müraciət edərək “rəis, cənab kapitan nə deyir, nə oğurluq etmisən ?” demişdir. Gizir Zərərçəkmiş şəxs ona cavab olaraq “ona qoşulma, o səni pozacaq” ifadəsini işlətmişdir. Bundan əsəbiləşən kapitan Təqsirləndirilən şəxs ümumi xarakterli nalayiq ifadələr işlədərək baş gizir Zərərçəkmiş şəxs uca səslə “ağlını başına yığ, məni o biri zabitlərlə səhv salma” demişdir. Baş gizir Zərərçəkmiş şəxs cavab olaraq “rəis, mən uşaq deyiləm mənimlə qışqıraqışqıra danışırsan camaatın içində, gəl keçək otağa nə sözün var orada de” demişdir. Kapitan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “sən kimsən mən sənin dalınca harasa gedim, səni indi salacam təpiyimin altına” demişdir. Daha sonra kapitan Təqsirləndirilən şəxs sol əli ilə baş gizir Zərərçəkmiş şəxs sağ qolundan tutaraq, onu qərargahın inzibati binasının yanında yerləşən otluq sahəyə çəkərək sağ əli ilə sonuncunun sinə nəhiyəsinə 4 (dörd) yumruq zərbəsi vurmuşdur. O, uca səslə kapitan Təqsirləndirilən şəxs “nə edirsən, cənab kapitan? Ayıbdır” demişdir. Bundan sonra kapitan Təqsirləndirilən şəxs baş gizir Zərərçəkmiş şəxs sol əli ilə itələyərək “get kimə istəyirsən şikayət et” ifadəsini işlətmişdir. Daha sonra o, qazanxana istiqamətində gedərək xidməti vəzifələrinin icrasına başlamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Azərbaycan Ordusunun Təlim və X2 təlim poliqonunun mühafizə və təminat bölüyünün 1-ci taqımının 2-ci manqasının atıcısı, əsgər Şahid3, həmin bölüyün 2-ci taqımının 2-ci manqasının atıcısı, əsgər Şahid5 və ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuş sabiq əsgər Şahid2 ifadələrində Şahid1 oğlunun ifadəsindəki xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Azərbaycan Ordusunun Təlim və X2 təlim poliqonunun tir rəisi, gizir Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 08:40 radələrindı ümumi düzülüşü bitirdikdən sonra o, qərargahın inzibati binasının yan tərəfinə gedərək orada dayanıb onu xidməti yerinə aparacaq avtomobilin gəlməsini gözləməyə başlamış və təxminən saat 09 radələrində o, ondan təxminən 50 metr məsafədə kapitan Təqsirləndirilən şəxs ilə baş gizir Zərərçəkmiş şəxs Mürsəl oğlunun mübahisə etdiklərini, kapitan Təqsirləndirilən şəxs baş gizir Zərərçəkmiş şəxs sinə nahiyəsindən əli ilə itələdiyini görmüş, lakin, həmin vaxt onun gözlədiyi avtomobilin gəlməsi səbəbindən o, mübahisənin bitməsini gözləmədən avtomobilə əyləşərək xidməti yerinə getmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 təqdim edilmiş 03 dekabr 2022-ci il tаrixli, 000184 nömrəli rəydən görünür ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi qulluqçusu, baş gizir Zərərçəkmiş şəxs оğlunun məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Azərbaycan Ordusunun Təlim və X3 təlim poliqonunun mənzil istismar hissə rəisi baş gizir Zərərçəkmiş şəxs bədən baxışının keçirilməsinə dair tərtib olunmuş aktdan görünür ki, sonuncu 22 noyabr 2022-ci il tarixdə tibb məntəqəsində müayinə olunmuş, vizual olaraq bədəni üzərində hərhansı bir travmatik dəyişiklik aşkar edilməmişdir. Baş gizir Zərərçəkmiş şəxs 18 noyabr 2022-ci il tarixdə kurslar rəisinə ünvanladığı raportdan görünür ki, 16 noyabr 2022-ci il tarixdə Üçtəpə hərbi şəhərciyi üzrə qoşun xidməti rəisinin köməkçisi, kapitan Təqsirləndirilən şəxs onu hədələyərək ona 4 (dörd) yumruq zərbəsi vurmuşdur. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzindən təqdim olunmuş arayışdan görünür ki, Azərbaycan Ordusunun Təlim və X4 xidmətinin zabiti vəzifəsində xidmət edən kapitan Təqsirləndirilən şəxs ilə Azərbaycan Ordusunun Təlim və X2 təlim poliqonunun mənzil istismar hissəsinin rəisi vəzifəsində xidmət edən baş gizir Zərərçəkmiş şəxs arasında xidmət üzrə tabelik olmasa da, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 13-cü maddəsinə əsasən kapitan Təqsirləndirilən şəxs baş gizir Zərərçəkmiş şəxs rəis hesab olunur. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisinin 25 fevral 2022-ci il tarixli 49 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, kapitan Təqsirləndirilən şəxs mərkəzin qoşun xidməti rəisinin köməkçisi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzindən təqdim edilmiş xidməti vərəqədən görünür ki, kapitan Təqsirləndirilən şəxs xidmət müddətində müxtəlif vaxtlarda həvəsləndirilmiş və yuxarı komandanlıq tərəfindən müxtəlif vaxtlarda cəzalandırılmışdır. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs 44 günlük müharibədə iştirak etmiş, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Аzərbаycаn Respublikаsı DİN-nin Bаş Əməliyyаt və Stаtistik İnfоrmаsiyа İdаrəsindən аlınmış tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs оğlu əvvəllər məhkum оlunmаmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim оlunmuş 09 dekabr 2022-ci il tаrixli 14269 nömrəli аrаyışdаn görünür ki, kapitan Təqsirləndirilən şəxs оğlu hərbi xidmətə yаrаrlıdır. Beləliklə, məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası CM-nin 329.1-ci madəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin müvafiq maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs оğlunun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini, bu döyüşlərdə fərqləndiyi üçün “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasıni cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin komandanlığına həvalə olunmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Qəhraman qızına Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344- 349, 351-353, 355-356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək aylıq pul təminatından dövlət nəfinə 5 % məbləğində pul tutulmaqla 4 (dörd) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Qəhraman qızına sərf etdiyi 20 (iyirmi) iş saatına görə 120(yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar