Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1-1(095)-34/2023 02.05.2023 GƏNCƏ HƏRBİ MƏHKƏMƏSİ Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə kapitanı Dövlət ittihamçısı, Müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən – Təqsirləndirilən şəxs iştirakları ilə, N1 avqust 1994-cü il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, İmişli rayonu Göbəktala kəndində qeydiyyatda olan, barəsində komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri seçilmiş, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu, hazırda N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs rəis qismində hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı təkrarən tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Kəlbəcər rayonu ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin Kəlbəcər rayonu «Alagöllər» adlanan istiqamətində yerləşən N-ci taborunun 5-ci bölüyünün komandiri vəzifəsində baş leytenant hərbi rütbəsində xidmətdə olarkən N0NN-ci ilin yanvar ayının sonlarında tabeliyində olan 5-ci bölüyün 1-ci taqımının 3-cü manqasının atıcısı əsgər Zərərçəkmiş şəxs4 bölüyün baş çavuşu gizir Zaur Babayevin tapşırığı ilə içməli su gətirməyə getmiş, Zərərçəkmiş şəxs4 bölük komandirinin xidməti otağına daxil olub orada təmizlik işləri ilə məşğul olan əsgər Zərərçəkmiş şəxsN su istəmiş, bu vaxt otağa gələn Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxsN məşğul etdiyinə görə irad tutub əsgər yataqxanasına aparmış, orada Zərərçəkmiş şəxs4 sifət nahiyəsinə bir yumruq zərbəsi vurmuş, ardınca Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 xidməti otağına çağırıb onun sifət nahiyəsinə bir sillə zərbəsi vuraraq rəis qismində hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən N0 fevral N0NN-ci il tarixdə tabeliyində olan 5-ci bölüyün N-ci taqımının 3-cü manqasının qumbaratanı əsgər Zərərçəkmiş şəxs3 yanına çağırıb bir stəkan su istəmiş, sonuncu suyu gətirdikdən sonra Təqsirləndirilən şəxs suyun içində tük olduğunu deyib Zərərçəkmiş şəxs3 ünvanına nalayiq ifadələr işlədərək sifət və baş nahiyəsinə üç-dörd sillə və yumruq zərbələri vurmuş, daha sonra sinə nahiyəsindən itələyərək əsgər yataqxanasının divarına çırpmış və yenidən sifət və baş nahiyəsinə bir-iki sillə zərbəsi vuraraq rəis qismində tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən N0NN-ci ilin fevral ayının sonlarında tabeliyində olan 5-ci bölüyün N-ci taqımının 3-cü manqasının pulemyotçusu əsgər Zərərçəkmiş şəxs1 növbədə olarkən hava şaxtalı və soyuq olduğundan əsgər yataqxanasının qarşısında dayanaraq isindiyinə görə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqşusu əsgər Xəlilov X5 İsmayılovu oyadaraq bu barədə məruzə etmişdir. Daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 uzandığı çarpayının yanına çağıraraq yerindən qalxmış və sol sinə nahiyəsinə bir yumruq zərbəsi vurmuş, sonra isə qolundan tutaraq onu qapının yanına aparıb təkrar yumruqla baş nahiyəsindən bir zərbə vurmuş, daha sonra isə təpiklə sol bud nahiyəsinə vurmuş və zərbə nəticəsində Zərərçəkmiş şəxs1 yerə yıxıldıqdan sonra baş nahiyəsinə yumruqla dəfələrlə vuraraq rəis qismində hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən N0NN-ci ilin mart ayının əvvəllərində tabeliyində olan 5-ci bölüyün N-ci taqımının 1-ci manqasının pulemyotçusu əsgər Zərərçəkmiş şəxsN öz xidməti otağını təmizləmək üçün ayırmış və sonuncu əsgər yataqxanasına daxil olduqda o, heç bir səbəb olmadan Zərərçəkmiş şəxsN divara sıxıb sol əlini onun çiyninə qoyaraq sağ əli ilə onun baş nahiyəsinə 3-4 dəfə yumruqla vurmuş, daha sonra Zərərçəkmiş şəxsN badalaq vuraraq yerə yıxmış və yenə yumruqla onun bədəninin müxtəlif nahiyələrinə vuraraq rəis qismində hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən 13 may N0NN-ci il tarixdə tabeliyində olan N-ci taborun maddi-texniki təminat taqımının texniki xidmət manqasının, çilingər-quraşdırıcısı əsgər Zərərçəkmiş şəxs5 başında olan ağrılara görə ona yaxınlaşıb həkimə getmək istədiyini bildirmiş, Təqsirləndirilən şəxs ona nalayiq formada cavab vermiş, Zərərçəkmiş şəxs5 təkidlə həkimə müraciət etmək istədiyini bildirdikdə Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs5 ünvanına nalayiq ifadələr işlədərək onun sifət nahiyəsinə iki sillə zərbəsi vurmuş, daha sonra isə onun yaxasından tutub dörd dəfə vaqonun dəmirinə çırpmış, bundan sonra Zərərçəkmiş şəxs5 əlindən çıxmaq istəyərkən yerə yıxıb baş nahiyəsinə dörd-beş yumruq zərbəsi vuraraq rəis qismində hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 3N9.N.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək həm məhkəmə baxışı zamanı, həm də məhkəmə iclasında elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, N nömrəli hərbi hissəsinin Kəlbəcər rayonu «Alagöllər» adlanan istiqamətində yerləşən N-ci taborunun 5-ci bölüyünün komandiri vəzifəsində baş leytenant hərbi rütbəsində xidmətdə olarkən N0NN-ci ilin yanvar ayının sonlarında tabeliyində olan əsgər Zərərçəkmiş şəxs4 bölüyün baş çavuşu gizir Zaur Babayevin tapşırığı ilə içməli su gətirməyə getmiş, Zərərçəkmiş şəxs4 bölük komandirinin xidməti otağına daxil olub orada təmizlik işləri ilə məşğul olan əsgər Zərərçəkmiş şəxsN su istəmiş, bu vaxt o, otağa daxil olaraq Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxsN məşğul etdiyinə görə irad tutub əsgər yataqxanasına aparmış, orada Zərərçəkmiş şəxs4 sifət nahiyəsinə bir yumruq zərbəsi vurmuş, ardınca sonuncunu xidməti otağına çağırıb onun sifət nahiyəsinə bir sillə zərbəsi vurmuşdur. Bundan başqa, o, N0 fevral N0NN-ci il tarixdə tabeliyində olan əsgər Zərərçəkmiş şəxs3 yanına çağırıb bir stəkan su istəmiş, sonuncu suyu gətirdikdən sonra o, suyun içində tük olduğunu deyib Zərərçəkmiş şəxs3 ünvanına nalayiq ifadələr işlədərək sifət və baş nahiyəsinə üç-dörd sillə və yumruq zərbələri vurmuş, daha sonra sinə nahiyəsindən itələyərək əsgər yataqxanasının divarına çırpmış və yenidən sifət və baş nahiyəsinə bir-iki sillə zərbəsi vurmuşdur. Bundan başqa, o, N0NN-ci ilin fevral ayının sonlarında tabeliyində olan əsgər Zərərçəkmiş şəxs1 növbədə olarkən hava şaxtalı və soyuq olduğundan əsgər yataqxanasının qarşısında dayanaraq isindiyinə görə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqşusu əsgər Şahid1 onu oyadaraq bu barədə məruzə etmişdir. Daha sonra o, Zərərçəkmiş şəxs1 uzandığı çarpayının yanına çağıraraq yerindən qalxmış və sonuncunun sol sinə nahiyəsinə bir yumruq zərbəsi vurmuş, sonra isə qolundan tutaraq onu qapının yanına aparıb təkrar yumruqla baş nahiyəsindən bir zərbə vurmuş, daha sonra isə təpiklə sol bud nahiyəsinə vurmuş və zərbə nəticəsində Zərərçəkmiş şəxs1 yerə yıxıldıqdan sonra baş nahiyəsinə yumruqla dəfələrlə vurmuşdur. Həmçinin o, N0NN-ci ilin mart ayının əvvəllərində tabeliyində olan əsgər Zərərçəkmiş şəxsN öz xidməti otağını təmizləmək üçün ayırmış və sonuncu əsgər yataqxanasına daxil olduqda o, Zərərçəkmiş şəxsN divara sıxıb sol əlini onun çiyninə qoyaraq sağ əli ilə onun baş nahiyəsinə 3-4 dəfə yumruqla vurmuş, daha sonra Zərərçəkmiş şəxsN badalaq vuraraq yerə yıxmış və yenə yumruqla onun bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Bundan əlavə, o, 13 may N0NN-ci il tarixdə tabeliyində olan əsgər Zərərçəkmiş şəxs5 başında olan ağrılara görə ona yaxınlaşıb həkimə getmək istədiyini bildirmiş, o isə sonuncuya nalayiq formada cavab vermiş, Zərərçəkmiş şəxs5 təkidlə həkimə müraciət etmək istədiyini bildirdikdə o, əsgər Zərərçəkmiş şəxs5 ünvanına nalayiq ifadələr işlədərək onun sifət nahiyəsinə iki sillə zərbəsi vurmuş, daha sonra isə onun yaxasından tutub dörd dəfə vaqonun dəmirinə çırpmış, bundan sonra Zərərçəkmiş şəxs5 əlindən çıxmaq istəyərkən yerə yıxıb baş nahiyəsinə dörd-beş yumruq zərbəsi vurmuşdur. Hazırda törətdiyi əmələ görə peşmandır və bir daha bu cür hallara yol verməyəcəkdir. Bundan başqa Vətən müharibəsində öz vəzifə borcunu yerinə yetirərək döyüşlərdə fəal iştirak etmiş, buna görə də, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, xidmət etdiyi dövründə fəxri fərmanla və “Azərbaycan Ordusunun Yüzilliyi” Yubiley medalı ilə təltif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi onun məhkəmə baxışında özünü tam təqsirli bilməsi, həmçinin ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında elan edilmiş ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni məhkəmə iclasında dindirilmiş zərəçəkmiş şəxslərin ifadələri, işdə olan sənədlər və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş N nömrəli hərbi hissənin N-ci taborunun 5-ci bölüyünün 1-ci taqımının 3-cü manqanın atıcısı əsgər Zərərçəkmiş şəxs4 həm məhkəmə baxışı zamanı, həm də məhkəmə iclasında elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, N0NN-ci ilin yanvar ayının son on günlüyündə bölüyün baş çavuşu gizir Zaur Babayev ona içməyə su gətirməsini tapırmışdır. O da bölük komandirinin xidməti otağında olan əsgər Zərərçəkmiş şəxsN bir stəkan su istəyən zaman foyedən keçən bölük komandiri baş leytenant Təqsirləndirilən şəxs onun üstünə qışqıraraq əsgər yataqxanasında çarpayılarının yanına aparmış və nə üçün su istədiyini soruşaraq onun çənə nahiyəsinə bir dəfə yumruqla vurmuşdur. Həmin vaxt əsgər yataqxanasında çörək bişirən əsgər Zərərçəkmiş şəxs3 və Zaur Babayev yaxınlıqda olduğundan hadisənin şahidi olduqlarını bildirmişdir. O, əsəbiləşərək oradan uzaqlaşdıqdan sonra əsgər Zərərçəkmiş şəxs1 və Zaur Babayev oraya gələrək onu sakitləşdirmişlər. Daha sonra o, bölüyün yataqxanasına qayıtdıqda Təqsirləndirilən şəxs onu öz xidməti otağına çağıraraq söhbət etmiş, sonra isə ona “qudurmusan hara gedirsən” deyib sağ əli ilə boğaz nahiyəsindən tutaraq sıxmış və onu boğmağa çalışmışdır. Bundan sonra Təqsirləndirilən şəxs onun üz nahiyəsindən sillə ilə vurmuş, nəticədə onun burnundan qan açılmışdır. Bundan başqa 13 may N0NN-ci il tarixdə o, bölüyün dayaq məntəqəsində olarkən əsgər Zərərçəkmiş şəxs5 başında olan ağrılar səbəbi ilə bölük komandiri Təqsirləndirilən şəxs yaxınlaşaraq müraciət etmişdir ki, onu tibb məntəqəsinə müalicəyə göndərsin. Bu zaman əsgər yataqxanasının koridorunda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 baş nahiyəsini koridorun divarına çırpmış, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 badalaq vuraraq yerə yıxmış və baş nahiyəsindən dəfələrə vurmuşdur. Hazırda o, təqsirləndirilən Təqsirləndirilən şəxsla barışmış və onun sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş N nömrəli hərbi hissənin N-ci taborunun 5-ci bölüyünün N-ci taqımının 3-cü manqasının qumbaraatanı əsgər Zərərçəkmiş şəxs3 həm məhkəmə baxışı zamanı, həm də məhkəmə iclasında elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, N0NN-ci ilin fevral ayının təxminən N0-si saat 18:40 radələrində əsgər yataqxanasında olarkən bölük komandiri baş leytenant Təqsirləndirilən şəxs ondan bir stəkan su istəmiş, o da yeməkxanadan bir stəkan suyu gətirib Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs stəkanda suyun içində tük olduğunu bildirərək ona suya baxmağı üçün göstəriş vermişdir. O da stəkana baxıb içərisində tük olmadığını bildirdikdə Təqsirləndirilən şəxs ona nalayiq ifadə işlətmiş, daha sonra isə ayağa qalxaraq onun üzərinə doğru gəlib sifət və baş nahiyəsinə 3-4 sillə və yumruq zərbələri vurmuş, sonradan isə Təqsirləndirilən şəxs onun sinəsindən itələyərək əsgər yataqxanasının divarına çırpmış və yenidən üzərinə gəlib sifət və baş nahiyəsinə 1-N sillə zərbəsi vuraraq ona getməyini bildirmişdir. Təqsirləndirilən şəxs onu döydükdən sonra onun dodağında şişkinlik əmələ gəlmişdir. Bundan başqa N0NN-ci ilin yanvar ayının sonlarında əsgər yataqxanasında odun sobasının üzərində çörək bişirərkən Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs4 üstünə qışqıra-qışqıra əsgər yataqxanasına gətirdiyini görmüş, daha sonra isə “sən görmürsən əsgər iş görür nə üçün ondan su istəyirsən” deyərək Zərərçəkmiş şəxs4 itələdikdən sonra çarpayıların arasına salmış və Zərərçəkmiş şəxs4 çənəsindən yumruqla vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs4 öz xidməti otağına çağırmış və Zərərçəkmiş şəxs4 otaqdan çıxarkən burnundan qan gəldiyini görmüşdür. Bundan başqa N0NN-ci ilin mart ayının ilk on günlüyündə əsgər Zərərçəkmiş şəxsN bölük komandirinin xidməti otağına təmizlik etməsi üçün ayrılmış, elə həmin vaxt o, əsgər yataqxanasında olarkən görmüşdür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsN divara söykəmiş, daha sonra bir qolunu Zərərçəkmiş şəxsN çiyin nahiyəsinə qoyaraq gülə-gülə sağ əli ilə Zərərçəkmiş şəxsN baş nahiyəsinə yumruqlar vurmuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsN yerə yıxaraq qoluna və bədəninin müxtəlif nahiyələrinə yumruqla vurmuşdur. Hazırda o, təqsirləndirilən Təqsirləndirilən şəxsla barışmış və onun sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş N nömrəli hərbi hissənin N-ci taborun 5-ci bölüyünün N-ci taqımının 3-cü manqasının pulemyotçusu əsgər Zərərçəkmiş şəxs1 həm məhkəmə baxışı zamanı, həm də məhkəmə iclasında elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, N0NN-ci ilin fevral ayının axırlarında saat 04:00-dan 06:00-a dək döyüş növbətçiliyinə təyin olunan zaman hava şaxtalı və soyuq olduğundan əsgər yataqxanasının qarşısında dayanaraq ərazini qardan təmizləmişdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şahid1 ona çölə çıxmasını bildirdikdə o, bayaqdan qar təmizlədiyini və qızınıb çölə çıxacağını bildirmişdir. Bu zaman Şahid1 qışqıraraq əsgər yataqxanasına daxil olmuş və bölük komandiri Təqsirləndirilən şəxs oyatmışdır. Daha sonra Təqsirləndirilən şəxs onu uzandığı çarpayının yanına çağıraraq üstünə qışqırmış və yerindən qalxaraq onun sol sinə nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Sonra Təqsirləndirilən şəxs onun qolundan tutaraq qapının yanına aparıb təkrar yumruqla başından bir zərbə vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təpiklə onun sol bud nahiyəsinə vurmuş, zərbə nəticəsində o, yerə yıxıldıqdan sonra Təqsirləndirilən şəxs yenidən onun başına yumruqla zərbələr vurmuşdur. Bundan başqa o, N0NN-ci ilin yanvar ayında bölük komandiri Təqsirləndirilən şəxs ona tapşırdığı işlə məşğul olan zaman əsgər Zərərçəkmiş şəxs4 gözü dolmuş halda əsgər yataqxanasından çıxdığını görüb arxasınca getmiş və Zərərçəkmiş şəxs4 çataraq tutub saxladıqda Zərərçəkmiş şəxs4 qışqıraraq ağlamağa başlamış və bezdiyini, bölükdə döyüldüyünü bildirmişdir. Daha sonra o, gizir Zaur Babayevlə birgə Zərərçəkmiş şəxs4 sakitləşdirib bölüyün əsgər yataqxanasına aparmışdır. Bölüyün əsgər yataqxanasında Təqsirləndirilən şəxs qışqıraraq “Zərərçəkmiş şəxs4 zəncirlə qapıya bağlayın qaçmasın” demiş, daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 öz xidməti otağına aparmışdır. Həmin anda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 ünvanına nalayiq ifadələr işlədərək yumruqla onun üz nahiyəsinə bir zərbə vurmuş və bundan sonra Zərərçəkmiş şəxs4 burnundan qan açılmışdır. Bundan başqa o, N0NN-ci ilin may ayının əvvəlləri əsgər Zərərçəkmiş şəxs5 başında olan qaymorit ağrıları səbəbi ilə bölük komandiri Təqsirləndirilən şəxs müraciət etdikdə Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs5 üstünə qışqıraraq başından sillə ilə zərbələr vurmuşdur. Təqsirləndirilən şəxs təxminən N-3 sillə vurduqdan sonra Zərərçəkmiş şəxs5 əsgər yataqxanasının divarına çırpmış və arxaya çəkərək yerə yıxıb yerdə yumruqla başına zərbələr vurmuşdur. Hazırda o, təqsirləndirilən Təqsirləndirilən şəxsla barışmış və onun sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş N nömrəli hərbi hissənin N-ci taborunun 5-ci bölüyünün N-ci taqımının N-ci manqanın atıcısı əsgər Zərərçəkmiş şəxsN həm məhkəmə baxışı zamanı, həm də məhkəmə iclasında elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, N0NN-ci ilin mart ayının birinci on günlüyündə baş leytenant Təqsirləndirilən şəxs ona öz xidməti otağını təmizləmək barədə göstəriş vermişdir. Elə həmin vaxtı o, əsgər yataqxanasına daxil olduqda Təqsirləndirilən şəxs heç bir səbəb olmadan onu divara sıxıb sol əlini onun çiyninə qoyaraq sağ əli ilə onun baş nahiyəsinə 3-4 dəfə yumruqla vurmuş, daha sonra Təqsirləndirilən şəxs ona badalaq vuraraq yerə yıxmış və yenə yumruqla onun bədəninin müxtəlif nahiyələrinə, qoluna, başına və qarnına vurmuşdur. Bundan başqa N0NN-ci ilin yanvar ayının son on günlüyündə o, bölük komandirinin otağını təmizləyərkən əsgər Zərərçəkmiş şəxs4 onun yanına gələrək gizir Zaur Babayevin su istədiyini deyərək bir stəkan su istəmişdir. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 ondan su istəməsini eşidib Zərərçəkmiş şəxs4 üzərinə gəlmiş və qışqıraraq niyə ondan su istədiyini soruşmuşdur. Daha sonra Təqsirləndirilən şəxs əsgər yataqxanasına apararaq Zərərçəkmiş şəxs4 orada çənəsindən bir dəfə yumruqla vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 öz xidməti otağına apararaq yenidən vurmuş və nəticədə Zərərçəkmiş şəxs4 burnundan qan açılmışdır. Həmçinin N0NN-ci ilin fevral ayının son on günlüyündə o, bölüyün əsgər yataqxanasında olarkən Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs3 bir stəkan su istəmiş və sonuncu yeməkxanadan bir stəkan suyu gətirib Təqsirləndirilən şəxs verdikdə Təqsirləndirilən şəxs stəkanda tük var deyərək əsgər Zərərçəkmiş şəxs3 üz və baş nahiyəsinə sillə və yumruqla vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 itələyərək əsgər yataqxanasının divarına çırparaq 1-N sillə zərbəsi vurmuşdur. Bundan başqa N0NN-ci ilin qış aylarında əsgər Zərərçəkmiş şəxs1 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şahid1la sözlü mübahisə etmişdir. Mübahisəni bölük komandiri baş leytenant Təqsirləndirilən şəxs eşitmiş, həmin mübahisəyə görə gecə əsgər yataqxanasında Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 sillə ilə vurmasının səsinə ayılmışdır. Ayıldıqdan sonra görmüşdür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yerə yıxaraq yumruqla bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Bundan əlavə 13 may N0NN-ci il tarixdə o, bölüyün dayaq məntəqəsində olarkən əsgər Zərərçəkmiş şəxs5 başında olan ağrılar səbəbi ilə bölük komandiri baş leytenant Təqsirləndirilən şəxs yaxınlaşaraq müraciət etmişdir ki, tibb məntəqəsində müalicə almaq istəyir. Bu zaman əsgər yataqxanasının koridorunda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 baş nahiyəsini koridorun divarına çırpmış, daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 badalaq vuraraq yerə yıxaraq baş nahiyəsindən dəfələrə vurmuşdur. Hazırda o, təqsirləndirilən Təqsirləndirilən şəxsla barışmış və onun sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş N nömrəli hərbi hissənin N-ci taborunun maddi-texniki təminat taqımının texniki xidmət manqasının çilingər-quraşdırıcısı əsgər Zərərçəkmiş şəxs5 həm məhkəmə baxışı zamanı, həm də məhkəmə iclasında elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.N0NN-ci il tarixdə saat 1N:00 radələrində baş ağrıları ilə bağlı bölük komandiri baş leytenant Təqsirləndirilən şəxs müraciət etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona qarşı nalayiq ifadələr işlədərək bildirmişdir ki, “mən neyniyim ki, başın ağrıyır”. O, da təkidlə bildirmişdir ki, başında qaymorit var, onu tibb məntəqəsinə göndərsin. Bundan sonra Təqsirləndirilən şəxs əsgər yataqxanasının koridorunda onun sifət nahiyəsinə iki dəfə sillə ilə vurmuş, daha sonra isə onun yaxasından tutaraq kunqun dəmirinə çırpmağa başlamış, dörd dəfə onu kunqun dəmirinə vurduqdan sonra o, Təqsirləndirilən şəxs əlindən çıxıb getmək istəyəndə Təqsirləndirilən şəxs kitelinin arxasından tutaraq onu yerə yıxmış və bundan sonra yumruqla dörd-beş dəfə onun başının ortasından vurmuşdur. Bundan başqa N0NN-ci ilin fevral ayının son on günlüyündə o, bölüyün əsgər yataqxanasında olarkən Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs3 bir stəkan su istəmiş və Zərərçəkmiş şəxs3 yeməkxanadan bir stəkan suyu gətirib verdikdə Təqsirləndirilən şəxs stəkanda tük var deyərək əsgər Zərərçəkmiş şəxs3 üz və baş nahiyəsinə sillə və yumruqla vurmağa başlamış, daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 itələyərək əsgər yataqxanasının divarına çırpmış və sonra yenidən Zərərçəkmiş şəxs3 1-N sillə vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 ünvanına nalayiq ifadə işlədərək ona getməsini bildirmişdir. Hazırda o, təqsirləndirilən Təqsirləndirilən şəxsla barışmış və onun sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının NN may N0NN-ci il tarixli, 33N №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 NN may N0NN-ci il tarixdə məhkəmətibbi müayinəsi zamanı bədən səthində sözügedən hadisə ilə əlaqədar hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Zərərçəkmiş şəxs5 ekspertizaya hadisədən bilavasitə sonrakı yaxın günlərdə (5-7 gündən çox olmayan) təqdim olunmadığından hadisədən sonra onun bədən səthində izi tez silinib xəsarətlərin (sıyrıq, qançır və s.) olub olmaması barədə hazırda birmənalı fikir bildirmək mümkün olmamışdır. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının NN may N0NN-ci il tarixli, 333 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxsN NN may N0NN-ci il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində sözügedən hadisə ilə əlaqədar hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Zərərçəkmiş şəxsN ekspertizaya hadisədən bilavasitə sonrakı yaxın günlərdə (5-7 gündən çox olmayan) təqdim olunmadığından hadisədən sonra onun bədən səthində izi tez silinib xəsarətlərin (sıyrıq, qançır və s.) olub olmaması barədə hazırda birmənalı fikir bildirmək mümkün olmamışdır. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının NN may N0NN-ci il tarixli, 334 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 NN may N0NN-ci il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində sözügedən hadisə ilə əlaqədar hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Zərərçəkmiş şəxs3 ekspertizaya hadisədən bilavasitə sonrakı yaxın günlərdə (5-7 gündən çox olmayan) təqdim olunmadığından hadisədən sonra onun bədən səthində izi tez silinib xəsarətlərin (sıyrıq, qançır və s.) olub olmaması barədə hazırda birmənalı fikir bildirmək mümkün olmamışdır. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının NN may N0NN-ci il tarixli, 335 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 NN may N0NN-ci il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində sözügedən hadisə ilə əlaqədar hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Zərərçəkmiş şəxs1 ekspertizaya hadisədən bilavasitə sonrakı yaxın günlərdə (5-7 gündən çox olmayan) təqdim olunmadığından hadisədən sonra onun bədən səthində izi tez silinib xəsarətlərin (sıyrıq, qançır və s.) olub olmaması barədə hazırda birmənalı fikir bildirmək mümkün deyildir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının N0 may N0NN-ci il tarixli, 3N4 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 N0 may N0NN-ci il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində sözügedən hadisə ilə əlaqədar hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Zərərçəkmiş şəxs4 ekspertizaya hadisədən bilavasitə sonrakı yaxın günlərdə (5-7 gündən çox olmayan) təqdim olunmadığından hadisədən sonra onun bədən səthində izi tez silinib xəsarətlərin (sıyrıq, qançır və s.) olub olmaması barədə hazırda birmənalı fikir bildirmək mümkün olmamışdır. İş materiallarında olan N №-li hərbi hissə tərəfindən təqdim olunmuş tabelik haqqında arayışdan görünür ki, xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək N nömrəli hərbi hissənin N-ci taborunun 5-ci bölük komandiri baş leytenant Təqsirləndirilən şəxs, N-ci taborun 5-ci bölüyünün 1-ci taqımının 3-cü manqasının atıcısı əsgər Zərərçəkmiş şəxs4, N-ci taborun 5-ci bölüyünün N-ci taqımının 3-cü manqasının qumbaraatanı əsgər Zərərçəkmiş şəxs3, N-ci taborun 5-ci bölüyünün N-ci taqımının 1-ci manqasının pulemyotçusu əsgər Zərərçəkmiş şəxsN, N-ci taborun 5-ci bölüyünün N-ci taqımının 3-cü manqasının tuşlayıcısı əsgər Zərərçəkmiş şəxs1 arasında tabelik münasibətləri olmuşdur. Lakin N-ci taborunun 5-ci bölük komandiri baş leytenant Təqsirləndirilən şəxs ilə N-ci taborun maddi-texniki təminat taqımının texniki xidmət manqasının, çilingər-quraşdırıcısı əsgər Zərərçəkmiş şəxs5 arasında tabelik münasibətləri olmamışdır. Belə ki, Azərbaycan Respublikası Daxili Xidmət Nizamnaməsinin 13-cü maddəsinə əsasən baş leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs5 rütbəcə rəis hesab olunmuşdur. İş materiallarında olan N №-li hərbi hissə komandirinin N oktyabr N0N1-ci il tarixli, N98 №-li əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N1-ci il tarixli 016 nömrəli əmri ilə baş leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin N-ci taborunun 5-ci bölüyünün komandiri vəzifəsinə təyin edildiyinə görə Kəlbəcər rayonunda yerləşən N nömrəli hərbi hissədən gəlmiş hesab edilməklə həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına bütün növ təminatlara daxil edilmiş və vəzifəsinin icrasına başlamışdır. İş materiallarında olan N №-li hərbi hissə komandirinin 1N avqust N0NN-ci il tarixli, N31 №-li əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissə komandirinin N3 iyul N0NN-ci il tarixli 010 nömrəli əmri ilə N nömrəli hərbi hissənin N-ci taborunun 5-ci bölüyünün komandiri baş leytenant Təqsirləndirilən şəxs 1N avqust N0NN-ci il tarixdə N nömrəli hərbi hissənin 4-cü motoatıcı taborunun motoatıcı bölüyünün komandiri vəzifəsinə təyin olunduğuna görə, işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmaqla xidmətini davam etdirmək üçün Kəlbəcər rayonunda yerləşən N nömrəli hərbi hissəyə göndərilmişdir. İş materiallarında olan N №-li hərbi hissə komandirinin 1N avqust N0NN-ci il tarixli, N94 №-li əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissə komandirinin N3 iyul N0NN-ci il tarixli 010 nömrəli əmri ilə baş leytenant Təqsirləndirilən şəxs hərbi hissənin 4cü taborunun 10-cu bölüyünün komandiri vəzifəsinə təyin edildiyinə görə Kəlbəcər rayonunda yerləşən N nömrəli hərbi hissədən gəlmiş hesab edilməklə, 13 avqust N0NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına bütün növ təminatlara daxil edilmiş və vəzifəsinin icrasına başlamışdır. İş materiallarında olan N №-li hərbi hissə komandirinin N iyun N0N1-ci il tarixli, 161 №-li əmrindən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs4 N iyun N0N1-ci il tarixdə hərbi hissənin N-ci taborunun 5-ci bölüyünün 1-ci taqımının 3-cü manqasının atıcısı vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan N №-li hərbi hissə komandirinin N iyun N0N1-ci il tarixli, 188 №-li əmrindən çıxarışdan görünür ki, N iyun N0N1-ci il tarixdə əsgər Zərərçəkmiş şəxs3 hərbi hissənin N-ci taborunun 5-ci bölüyünün N-ci taqımının 3-cü manqasının qumbaraatanı vəzifəsinə, əsgər Zərərçəkmiş şəxs1 N-ci taborunun 5-ci bölüyünün N-ci taqımının 3-cü manqasının tuşlayıcısı vəzifəsinə, əsgər Zərərçəkmiş şəxsN N-ci taborunun 5-ci bölüyünün N-ci taqımının N-ci manqasının atıcısı vəzifəsinə təyin olunmuşlar. İş materiallarında olan N №-li hərbi hissə komandirinin 1N4 №-li əmrindən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs5 30 aprel N0NN-ci il tarixdə hərbi hissənin N-ci taborunun maddi-texniki təminat taqımının texniki xidmət manqasının, çilingərquraşdırıcısı vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan Müdafiə Nazirliyinin N30 nömrəli hərbi hospitalı tərəfindən təqdim olunmuş NN iyul N0NN-ci il tarixli 4199 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı hesab edilmişdir. İş materiallarında olan N №-li hərbi hissə tərəfindən təqdim olunmuş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidməti cəhətdən müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan İ-37905 №-li “Vətən müharibəsi iştirakçısı” medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin medalla təltif edilmişdir. İş materiallarında olan İ-5443 №-li “Kəlbəcərin azad olunmasına görə” medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin medalla təltif edilmişdir. İş materiallarında olan “Azərbaycan Ordusunun Yüzilliyi” Yubiley medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə nazirinin 0178t nömrəli, N6 iyun N018-ci il tarixli əmri ilə həmin medalla təltif edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandiri tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş N1 yanvar N0NN-ci il tarixli fəxri fərmanın surətindən görünür ki, sonuncu hərbi hissənin yaranmasının N8-ci il dönümü münasibətilə döyüş tapşırıqlarının yerinə yetirilməsində fərqləndiyinə, hərbi intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə görə fəxri fərmanla təltif edilmişdir. İş materiallarında olan X3 X7 tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş fəxri fərmanın surətindən görünür ki, sonuncu müzəffər Azərbaycan ordusunun Vətən müharibəsində tarixi qələbənin qazanılmasında və müharibədə göstərdiyi igidliyə görə fəxri fərmanla təltif edilmişdir. İş materiallarında olan İ-3833N №-li “Vətən müharibəsi iştirakçısı” medalının vəsiqəsinin surətindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qardaşı X4 həmin medalla təltif edilmişdir. İş materiallarında olan İ-8198 №-li “Cəbrayılın azad olunmasına görə” medalının vəsiqəsinin surətindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qardaşı X4 həmin medalla təltif edilmişdir. İş materiallarında olan İ-5693 №-li “Qubadlının azad olunmasına görə” medalının vəsiqəsinin surətindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qardaşı X4 həmin medalla təltif edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs atası XN N9 fevral N01N-ci il tarixdə “beyin ödemi, baş beyin şişi” səbəbindən vəfat etmişdir. Beləliklə, məhkəmə, tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Göstərilən əməllərin onun tərəfindən təqsirli olaraq qəsdən törədilməsi onun məhkəmə baxışında verdiyi etirafedici ifadə, həmçinin ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında elan edilmiş ifadəsindən başqa məhkəmə baxışında dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri və işdə olan digər sübutlarla tam təsdiq edilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməllərinin cinayət olmalarını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməllərini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, Vətən müharibəsində iştirak edərək “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini, xidmət etdiyi dövründə fəxri fərmanla və “Azərbaycan Ordusunun Yüzilliyi” Yubiley medalı ilə təltif edilməsini, qardaşının Vətən müharibəsi iştirakçısı olmaqla medallarla təltif edilməsini, atasının vəfat etmiş olmasını həmin Məcəllənin 59.N-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli 4 №li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində müəyyən edilmiş cəzanı yüngülləşdirilən halların məcmusunu, eyni zamanda cəzanı ağırlaşdıran hal olmadığını nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 3N9.N.1-ci maddəsində nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının onun əməlinin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla ağır olması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsinə əsasən cinayətin məqsəd və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmuyu müstəsna hal hesab edilə bilər. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halların məcmusunu əməlinin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hal kimi qiymətləndirərək təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsinə həmin Məcəlləsinin 6N-ci maddəsini tətbiq etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş cəzalardan daha yüngül cəza, yəni hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təyin olunacaq hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının icrası N nömrəli hərbi hissə komandanlığına, xidmət yeri dəyişdirilərsə həmin hərbi hissənin komandanlığına həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193-cü maddəsinin tələblərinə görə belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsi hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” 01 fevral N001-ci il tarixli qərarına 03 may N018-ci il tarixli edilmiş dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş N4 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun (Emitent (ödəyən) bank “Xalq Bank”-ın Gəncə filialı: Kod;5040N3; VÖEN: **********, müxbir hesab: AZ N4NABZ********************; S.W.İ.F.T.BİK; HAJCAZNN; Hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN:**********) hesabına 144 (bir yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.N-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib həmin Məcəllənin 6N-ci maddəsi tətbiq edilməklə aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının icrası müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası N nömrəli hərbi hissənin komandanlığına, təqsirləndirilən Təqsirləndirilən şəxs xidmət yeri dəyişdirilərsə həmin hərbi hissənin komandanlığına həvalə edilsin. Barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün göstərdiyi N4 (iyirmi dörd) saat hüquqi yardıma görə, hər iş saatı 06 (altı) manat olmaqla 144 (bir yüz qırx dörd) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun («Xalq bank» Gəncə filialı:Kod 5040N3: VÖEN: **********: Müxbir hesab: AZ N4NABZ********************: S.W.İ.F.T.BİK: HAJCAZNN: Hesab № AZ75HAJCHCRAZN**********1001: VÖEN: **********) hesabına ödənilsin. Hökmdən hökm elan olunduğu andan N0 (iyirmi) gün müddətində Gəncə Hərbi Məhkəməsinin vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1-1(095)-34/2023
Gəncə Hərbi Məhkəməsi Hökm — İş №1-1(095)-34/2023
02.05.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver