Məhkəmə qərarları › İş №1-1(096)-1/2023

Cəlilabad Hərbi Məhkəməsi Hökm — İş №1-1(096)-1/2023

31.01.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1-1(096)-1/2023 31.01.2023 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Əhmədov Vüqar İkram oğlunun sədrliyi, Allahverdiyev Elçin Sərhəng oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi X1 Müdafiəsi üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxx 1999-cu ildə İsmayıllı rayonu Mican kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu Mican kəndində qeydiyyatda olmaqla yaşayan, hal hazırda N saylı hərbi hissənin hərbi qulluqçusu, gizir, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 3-cü sərhəd komendantlığının Cəlilabad rayonu, Edişə kəndində yerləşən 12-ci sərhəd zastavasının təminat qrup komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmət etdiyi dövrdə 2022-ci ilin mart ayının ortalarında günorta saatlarında 12-ci sərhəd zastavasının əsgər kurilkasında oturarkən həmin zastavanın hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs yaxınlaşaraq öz üstünlüyünü nümayiş etdirmək məqsədilə sağ ayağı ilə sonuncunun sol ayağının baldır nahiyəsindən bir dəfə təpik zərbəsi vuraraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Həmçinin o, yuxarıda qeyd olunan vəzifədə və rütbədə xidmətdə olarkən 2022-ci ilin aprel ayının sonlarında günorta saatlarında əsgər Zərərçəkmiş şəxs rabitə otağında rabitə növbətçisi xidmətini icra edərkən özünə aid sənədlərinin yazılması üçün əsgər Zərərçəkmiş şəxs müraciət etmiş, sonuncu işlərinin çox olduğunu dedikdən sonra “başqa vaxt rəisin qucağında oturursan indi isə mənim sənədlərimi yazmırsan” deyərək sonuncunu əli ilə çiyin nahiyəsindən itələmiş və sağ ayağı ilə sol ayağının baldır nahiyəsindən bir dəfə təpiklə zərbə vuraraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı təkrar zor tətbiq etmişdir. Bundan başqa o, 26 iyun 2022-ci il tarixdə əsgər Zərərçəkmiş şəxs məzuniyyətdən qayıtdıqdan sonra 12-ci sərhəd zastavasının dislokasiya ərazisində olarkən sonuncudan özü üçün xahiş etdiyi ətiri alıb-almadığını soruşmuş, Zərərçəkmiş şəxs onun xahiş etdiyi ətiri almağa maddi imkanının çatmadığını, əvəzində başqa bir kiçik ölçülü qabda ətir aldığını bildirdikdən sonra əsəbiləşərək sol ayağı ilə bir dəfə arxa yan nahiyəsindən təpik zərbəsi vurmaqla hərbi xidmət üzrə vəzifələrini yerinə yetirən zaman rəis kimi öz tabeliyində olan şəxsə qarşı təkrar zor tətbiq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək öz ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs xidmət müddətində tanımış, onunla hər hansı qohumluq və düşmənçilik münasibətləri olmamışdır. Əsgər Zərərçəkmiş şəxs yaxşı əsgər olmuş, nümunəvi xidmət etmişdir. O N nömrəli hərbi hissəsinin 12-ci sərhəd zastavasının təminat qrup komandiri vəzifəsində xidmət edərkən, 2022-ci ilin mart ayının ortalarında əsgər Şahid2 və əsgər Zərərçəkmiş şəxs kurilkada oturub siqaret çəkdiklərini görmüş, həmin vaxt onlara yaxınlaşaraq nəyə görə təsərrüfat işlərinə köməklik göstərmədiklərini bildirmiş və zarafata Zərərçəkmiş şəxs baldır nahiyəsindən bir təpik zərbəsi vurmuş, həmin təpik zərbəsi elə də möhkəm olmamışdır. Bundan başqa xidmətdə olarkən bir dəfə 2022-ci ilin aprel ayının sonlarına doğru əsgər Zərərçəkmiş şəxs rabitə otağında xidmətdə olarkən özünə aid sənədlərin yazılmasını xahiş etmiş, lakin Zərərçəkmiş şəxs işinin çox olduğunu bildirərək sənədləri yazmaq istəməməsini nisbətən yüksək tonda ona bildirmişdir. Həmin vaxt özündən asılı olmadan əsəbiləşmiş və onun ayağından yüngülcə bir təpik zərbəsi vurmuş, lakin ona “başqa vaxt rəisin qucağında oturursan indi isə mənim sənədlərimi yazmırsan” deməmişdir. Bundan başqa, 26 iyun 2022-ci il tarixdə əsgər Zərərçəkmiş şəxs əsgər Şahid1la birlikdə məzuniyyətdən gəldikdən sonra onun arxa yan nahiyəsindən xatırlamadığı səbəbdən zarafata bir təpik zərbəsi vurmuşdur. Təqsirləndirilən şəxs daha sonra öz əməllərindən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslə barışaraq ondan üzr istədiyini bildirərək ona güzəşt edilib yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş iş materialları, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs öz ifadəsində göstərdi ki, o N nömrəli hərbi hissəsinin 3-cü sərhəd komendantlığının 12-ci sərhəd zastavasında xidmət edərkən 27 iyun 2022-ci il tarixdə zastava rəisinin göstərişinə əsasən saat 17:00-dan 20:00-dək zastava gözətçisi xidmətinə təyin edilmiş, xidmətdə olarkən saat 19:45 radələrində istifadəsində olan AKC-74 markalı ******* nömrəli avtomat silahdan özünə atəş açmışdır. Buna səbəb isə məzuniyyətdən yenicə qayıtması, xidmətə adaptasiya olmaqda çətinlik çəkməsi olmuşdur. Zastavanın təminat qrup komandiri vəzifəsində xidmət edən gizir Təqsirləndirilən şəxs onunla münasibəti yaxşı olmuş, sonuncu ona həmişə bir böyük qardaş münasibəti göstərmişdir. Lakin məzuniyyətdən qayıtdıqdan sonra 26 iyun 2022-ci il tarixdə zastavanın ərazisində gizir Təqsirləndirilən şəxslə qarşılaşərkən sonuncu ondan xahiş etdiyi ətiri alıb-almadığını soruşmuş, ona xahiş etdiyi ətirə maddi imkanının çatmadığını bildirmiş, digər ətri aldığını deyərək həmin kiçik ölçülü ətiri ona vermişdir. Bu zaman gizir Təqsirləndirilən şəxs onun arxa nahiyəsindən bir dəfə təpiklə zərbə vurmuşdur. Bundan başqa gizir Təqsirləndirilən şəxs tez-tez ona zastava rəisinin sənədlərinin yazılmasında köməklik göstərdiyini əsas gətirərək “sən qucaqsan” demişdir. Bundan əlavə 2022-ci ilin mart ayında əsgər kurilkasında olarkən gizir Təqsirləndirilən şəxs ona yaxınlaşaraq əsgər Şahid2 yanında bir dəfə baldır nahiyəsindən təpik zərbəsi vurmuşdur. Həmçinin 2022-ci ilin aprel ayının sonlarında günorta saatlarında rabitə otağında rabitə növbətçisi xidmətini icra edərkən Təqsirləndirilən şəxs öz sənədlərinin yazılması üçün ona müraciət etmiş, o isə hazırda işlərinin çox olduğunu dedikdən sonra gizir Təqsirləndirilən şəxs “başqa vaxt rəisin qucağında oturursan indi isə mənim sənədlərimi yazmırsan” deyərək onu əli ilə itələmiş və baldır nahiyəsindən bir dəfə təpiklə zərbə vurmuşdur. O, hər üç halda gizir Təqsirləndirilən şəxs vurduğu təpik zərbələri nəticəsində heç bir xəsarət almamışdır. O, daha sonra ifadəsində göstərdi ki, hal-hazırda Təqsirləndirilən şəxslə barışmışdır, sonuncu etdiyi hərəkətlərə görə ondan üzr istəmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid2 öz ifadəsində göstərdi ki, o N nömrəli hərbi hissəsinin 12-ci sərhəd zastavasında xidmət edərkən 27 iyun 2022-ci il tarixdə saat 20:00-da zastava rəisinin qərarına uyğun olaraq zastava gözətçisi xidmətinə təyin olunmuş, həmin vaxt zastava növbətçisi olan əsgər Kənan Mirzəyev onu zastava gözətçisi olmuş əsgər Zərərçəkmiş şəxs ilə dəyişdirmək məqsədilə rabitə əlaqəsi vasitəsilə sonuncu ilə əlaqə saxlamış, Zərərçəkmiş şəxs əlaqəyə çıxmadıqda Kənan Mirzəyev onun arxasınca zastavanın su çənlərinə doğru hərəkət etmiş, geri qayıdarkən yüksək səslə qışqıraraq Zərərçəkmiş şəxs özünə qəsd etdiyini şəxsi heyətə bildirmişdir. O, dərhal ona təhkim edilmiş UAZ markalı avtomobili işə salaraq hadisə baş verən yerə getmiş, əsgər Zərərçəkmiş şəxs avtomaşına yerləşdirdikdən sonra Cəlilabad RMX-na təxliyyə etmişlər. Hadisənin səbəbi barədə məlumatı olmamış, əsgər Zərərçəkmiş şəxs onun yanında nədənsə şikayətlənməmiş, o, üzüyola əsgər olmuş, zastava rəisi, kapitan Heydər Allahverdiyevin sənədlərinin tərtib edilməsində, yazı işlərinin görülməsində ona köməklik göstərmişdir. Buna görə də zastavanın təminat qrup komandiri, gizir Təqsirləndirilən şəxs bir neçə dəfə əsgər Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlətmiş, habelə “qucaq əsgər” demiş, bütün gün ərzində xidmətə çıxmadığını, əsgər yoldaşlarının sahə xidmətində əziyyət çəkdiyini, onunsa yalnız rabitə otağında oturduğunu və zastava rəisinə kömək etdiyini bildirərək kinayə ilə lağa qoymuşdur. O bir dəfə, 2022-ci ilin mart ayının ortalarında günorta saat 14 radələrində gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etdiyini görmüşdür. Belə ki, həmin vaxt kurilkada əsgər Zərərçəkmiş şəxs ilə birlikdə oturarkən gizir Təqsirləndirilən şəxs səbəb göstərmədən gülərək bir dəfə əsgər Zərərçəkmiş şəxs sağ ayağının diz-baldır nahiyəsindən yüngül bir təpik zərbəsi vurmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid3 öz ifadəsində göstərdi ki, o 27 iyun 2022-ci il tarixdə saat 18:30-da əsgər Rəvan Şükürovla birlikdə N nömrəli hərbi hissəsinin 12-ci sərhəd zastavasının 13-cü və 14-cü sahələrində xidmətə təyin olunmuş, xidmətə çıxarkən əsgər Zərərçəkmiş şəxs əsgər Şahid2la söhbət edən görmüş, sonuncu ona xidmət vaxtı uğurlar arzulamışdır. 28 iyun 2022-ci il tarixdə saat 02 radələrində xidmətdən qayıdarkən əsgər Zərərçəkmiş şəxs özünə qəsd etdiyini öyrənmişdir. Bunun səbəbi barədə isə məlumatı olmamış, əsgər Zərərçəkmiş şəxs onun yanında nədənsə şikayətlənməmişdir. Əsgər Zərərçəkmiş şəxs üzüyola əsgər olmuş, zastava rəisi, kapitan Heydər Allahverdiyevin sənədlərinin tərtib edilməsində, yazı işlərinin görülməsində ona köməklik göstərmişdir. O bir dəfə, 2022-ci ilin aprel ayının sonları, may ayının əvvəllərində günorta saatlarında gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etdiyini görmüşdür. Belə ki, həmin vaxt Zərərçəkmiş şəxs rabitə otağında rabitə növbətçisi xidmətini icra edərkən gizir Təqsirləndirilən şəxs öz sənədlərinin yazılması üçün ona müraciət etmiş, sonuncu işlərinin çox olduğunu dedikdən sonra Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs “başqa vaxt rəisin qucağında oturursan indi isə mənim sənədlərimi yazmırsan” deyərək onu itələmiş və baldır nahiyəsindən bir dəfə təpiklə zərbə vurmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid4 öz ifadəsində göstərdi ki, 26 iyun 2022-ci il tarixdə günorta saatlarında kurilkada tək oturduğu zaman əsgər Zərərçəkmiş şəxs əsgər Şahid1la birlikdə məzuniyyətdən qayıtdığını, onların hərbi hissədən gələn avtomaşından düşdükdən sonra zastavanın inzibati binasına doğru addımladıqlarını görmüşdür. Həmin vaxt gizir Təqsirləndirilən şəxs hərbi şəhərcikdən gələrək məzuniyyətdən gələn əsgərlərlə görüşmüşdür. O, əsgər Zərərçəkmiş şəxs gizir Təqsirləndirilən şəxs ilə nə haqdasa danışmış, daha sonra gizir Təqsirləndirilən şəxs təpiklə bir dəfə əsgər Zərərçəkmiş şəxs arxa nahiyəsinə zərbə vurmuşdur.Bunun səbəbini bilməmiş, həmin vaxt əsgər Zərərçəkmiş şəxs gizir Təqsirləndirilən şəxs cavab qaytarmamışdır.Bu hadisədən başqa o gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs və ya başqa hər hansı bir əsgərə qarşı nizamnamədən kənar hərəkətlər etməsinin şahidi olmamışdır. Cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 970 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı sol ağ ciyərin yaralanması ilə nəticələnmiş, döş qəfəsinin sol yarısının 01 (bir) ədəd dəlib keçən odlu silah güllə yaralanması aşkar edildi. Qeyd edilən xəsarət patronu mərmi (güllə) ilə doldurulmuş odlu silahdan, atəşin əlavə faktorlarının hədəfə təsir etdiyi yaxın məsafədən (0188663 nömrəli xəstəlik tarixində aparılmış “yaranın kənarları yanıb” qeydinə əsasən) açılan atəş nəticəsində törənməyə uyğun gəlir, qərarın təsviri hissəsində qeyd edilən tarixdə (xx.xx.2022) əmələ gəlməsi inkar olunmur. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Odlu silah güllə yaralanmasının giriş yarası döş qəfəsinin sol ön səthində yerləşməklə, güllə döş boşluğunu keçərək yara kanalı boyunca sol ağ ciyəri yaralayaraq döş qəfəsinin arxa səthinin sol yarısından xaric olmuşdur. Yara kanalının istiqamətinə əsasən demək olar ki, atəşin istiqaməti üfüqi olaraq öndən-arxaya doğru olmuşdur. Zərərçəkmiş şəxs xəsarət aldığı zaman odlu silahın lüləsinin sonluğu onun döş qəfəsinin sol ön səthinə tuşlanmaqla müxtəlif duruş vəziyyətlərində (ayaqüstə, önə doğru əyilmiş, yarımoturaq və sair) ola bilərdi. Həmin xəsarəti Zərərçəkmiş şəxs özü-özünə hansı vəziyyətdə (şəraitdə) yetirməsi, odlu silahla odlu silahla onun qarşılıqlı vəziyyəti barəsində, ətraflı toplanmış istintaq materiallarındakı məlumatların öyrənilməsi və istintaq eksperimentinin keçirilməsindən sonra fikir söyləmək mümkündür. Güllənin giriş yarası cərrahi müdaxiləyə məruz qaldığından yara vurulmamışdan əvvəl güllənin hər hansı bir maneəni dəlib-keçməsini göstərən izlərin olub-olmaması, zədə yetirmiş odlu silah mərmisinin (gülləsinin) çapı, və atəşin məsafəsinin zonalarla təyini haqqında hazırda fikir söyləmək mümkün deyildir. Zərərçəkmiş şəxs adına DSX hospitalında açılmış 550 nömrəli xəstəlik tarixindən görünür ki, xx.xx.2022-ci il tarixdə müalicə həkimi tərəfindən tibbi müayinəsi zamanı, onun “hər iki bazuda səthi sıyrıntılar” olması barədə qeydiyyat aparılmışdır. Lakin bu xəsarətlərin morfoloji əlamətləri qeyd olunmadığından onların yetirilmə mexanizmi, əmələ gəlmə müddəti, şəraiti, sağlamlığa zərərvurma dərəcəsi barədə hazırda fikir söyləmək mümkün deyildir. Cinayət işinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli 2320 saylı kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs özünü öldürmək üçün avtomat silahdan özünə atəş açarkən hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. xx.xx.2022-ci il tarixdə öz-özünə avtomat silahdan atəş açarkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Zərərçəkmiş şəxs əvvəllər hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Sonuncuda hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Zərərçəkmiş şəxs özünü öldürmək üçün atəş açmamışdan əvvəl həmin hadisəni törətməyə meyl oyadan qətiyyət yaradan psixi emosional vəziyyətdə olmamışdır. Zərərçəkmiş şəxs özünü öldürməyə cəhd etdiyi andan əvvəlki dövrdə və hadisəni törədərkən psixi emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı dəyişiklik müəyyən olunmamışdır. Zərərçəkmiş şəxs fərdi psixi xüsusiyyətləri (emosionallıq, nümayişkaranəlik, diqqət mərkəzində olmağa meyillilik, öz hiss və yaşantılarını qabartmaq, özünü müsbət tərəfdən göstərməyə çalışmaq və s.) onun özünə silahla atəş açmasına səbəb ola bilərdi. Zərərçəkmiş şəxs hadisədən əvvəl və hadisəni törədərkən ekstremal psixi vəziyyətdə ( fizioloji affekt, stress, emosional-psixi gərginlik, frustrasiya və s.) olmamışdır. Zərərçəkmiş şəxs gizir Təqsirləndirilən şəxs ilə qərarın təsviri hissəsində göstərilən münasibətləri Zərərçəkmiş şəxs ekstremal psixi vəziyyət yaratmadığı, özünü öldürmə həddinə çatması ilə birbaşa səbəbli nəticə əlaqəsi yaratmadığı qənaətinə gəlinmişdir. Gizir Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 2022-ci ilin mart ayının ortalarında 12-ci sərhəd zastavasının kurilkasında oturarkən baldır nahiyəsindən bir dəfə təpik vurması, 2022-ci ilin aprel ayının sonlarında sənədlərini yazmasını xahiş etdikdən sonra bir dəfə itələməsi və bir dəfə də baldır nahiyəsindən təpiklə zərbə vurması, habelə 26 iyun 2022-ci il tarixdə günorta saatlarında sonuncunun məzuniyyətdən qayıtmasından sonra istədiyi ətiri almamasını əsas gətirərək bir dəfə arxa nahiyəsindən təpik vurması Zərərçəkmiş şəxs ekstremal-psixi vəziyyət yaratmasına və özünü öldürmə həddinə çatmasına gətirib çıxarması müəyyən olunmadı. Zərərçəkmiş şəxs məzuniyyətdən yeni qayıtması onun hərbi xidmətə adaptasiya olunmasında çətinlik törətmədiyi, özünü öldürmə həddinə çatdırmadığı, ekstremal-psixi vəziyyət yaratmadığı qənaətinə gəlinmişdir. Cinayət işi materiallarına əlavə edilmiş DSX-nin SQ-nın N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş tabelilik haqqında arayışından görünür ki, gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs rəis hesab olunur. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 1203 nömrəli arayışdan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə DSX-nin HHK tərəfindən şəhadətləndirilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəl”inə əsasən hərbi xidmətə yararlıdır. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli bağlaşmanın təsdiq olunmuş kserosurətindən görünür ki, kiçik gizir Təqsirləndirilən şəxs 5 il müddətində hərbi xidmətə daxil olmaq barədə öhdəlik götürmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 1101 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs hərbi xidmətə yararlıdır, Sərhəd Qoşunlarında xidmətə yararsızdır. Hərbi xidmət dövründə alınmış travmadır. Cinayət işi materiallarına əlavə edilmiş TƏBİB “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X3 09 avqust 2022-ci il tarixli 03-04-498/22 saylı məktubundan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Nuriyev X2 RMX-sı PHŞ-in Poliklinika şöbəsinin “Ruhi-Əsəb” və “Narkoloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə 15 avqust 2021-ci il tarixli 0191 nömrəli əmrindən çıxarışından görünür ki, əsgər Zərərçəkmiş şəxs N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə 06 oktyabr 2021-ci il tarixli 0236 nömrəli əmrindən çıxarışından görünür ki, əsgər Zərərçəkmiş şəxs N nömrəli hərbi hissənin 3-cü sərhəd komendantlığının 12-ci sərhəd zastavasının texniki qrup rabitəçisi vəzifəsinə təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə 19 mart 2021-ci il tarixli 067 nömrəli əmrindən çıxarışından görünür ki, gizir Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 3-cü sərhəd komendantlığının 17-ci sərhəd zastavasının təminat qrup komandiri vəzifəsinə təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə 10 aprel 2021-ci il tarixli 084 nömrəli əmrindən çıxarışından görünür ki, gizir Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 3-cü sərhəd komendantlığının 12-ci sərhəd zastavasının təminat qrup komandiri vəzifəsinə təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə 0153 nömrəli üzrə əmrindən çıxarışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 03 (üç) gün müddətinə məzuniyyətə buraxılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.2022-ci il tarixli 0233 nömrəli üzrə əmrindən çıxarışından görünür ki, Təqsirləndirilən şəxs 4-cü sərhəd komendantlığının 23-cü sərhəd zastavasının təminat qrup komandiri vəzifəsinə təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə 0138 nömrəli üzrə əmrindən çıxarışından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 10 (on) gün müddətinə məzuniyyətə buraxılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə 0147 nömrəli üzrə əmrindən çıxarışından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə məzuniyyətdən qayıtmışdır. Cinayət işi materiallarına əlavə edilmiş nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı qızı vardır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun 27 iyul 2022-ci il tarixli 1611-826 saylı məktubundan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs DİN-in Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatı müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş İsmayıllı RPŞ-nin xx.xx.2022-ci il tarixli 169- 18770-1222 nömrəli məktubundan görünür ki, Nuriyev X2 RPŞ-də münaqişəli ailə kimi qeydiyyatda deyil, barəsində hər hansı təqsirləndirici material və ya müraciət yoxdur. Təqsirləndirilən şəxs xidmət etdiyi N saylı hərbi hissə komandanlığı tərəfindən müsbət cəhətdən xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: təqsirləndirilənin etirafedici ifadəsi, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, həmçinin törətdiyi cinayət əməllərini etiraf edib hərəkətlərindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəməklə onlarla barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, gəncliyini, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilmədi), təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə yuxarıda şərh olunan cəzanı yüngülləşdirən halları nəzərə alaraq, eləcə də, onun şəxsiyyətcə təyin olunan cəzanı çəkmədən islah olunmasını mümkün sayaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilib sınaq müddəti verilməklə ona təyin edilən cəzanın şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs haqqında olan hökmün icrası hazırda xidmət etdiyi N saylı hərbi hissə komandanlığına həvalə edilməlidir. Məhkəmədə baxılan ittihamla bağlı iş üzrə üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, hərbi məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Bu müddət ərzində Təqsirləndirilən şəxs öz davranışı ilə islah olunmasını sübut etməlidir. Təqsirləndirilən şəxs öz davranışı ilə islah olunmasını sübüt etmək və hərbi qanunvericiliyi mükəmməl öyrənmək bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs haqqında olan hökmün icrası N saylı hərbi hissə komandanlığına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən 20 (iyirmi) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar