Məhkəmə qərarları › İş №1-1(096)-10/2022

Cəlilabad Hərbi Məhkəməsi Hökm — İş №1-1(096)-10/2022

20.04.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1-1(096)-10/2022 20.04.2022 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Əhmədov Vüqar İkram oğlunun sədrliyi, Allahverdiyev Elçin Sərhəng oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi XN Müdafiəsi üzrə Şöbənin prokuroru, ədliyyə mayoru Dövlət ittihamçısı, müdafiəçi: Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxxx 2002-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta texniki təhsilli, subay, ünvan N ünvanında qeydiyyatda olan, N saylı hərbi hissənin əsgəri, əvvəllər məhkum olunmamış, barəsində «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin takelaj bölüyünün N-ci tağımının 2-ci manqasının takelajçısı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmət keçərkən həmin hərbi hissənin saxlama rəisi, polkovnik-leytenant Şahid3 tərəfindən atıcı silahların döyüş sursatlarının saxlanması üzrə yeraltı N nömrəli anbarda təmizlik işlərinin görülməsi və silah-sursatın yerli yerində qaydasına salınması məqsədi ilə xx.xx.202N-ci il tarixdə saat N0 radələrində gizir ŞahidN nəzarəti altında əsgər Şahid2 ilə birlikdə həmin anbara göndərilmiş, bu zaman o, verilmiş göstərişə əsasən anbardakı işləri yerinə yetirərkən ümumilikdə 05 ədəd olmaqla, döyüşə yararlı 04 ədəd 7,62 mm kalibrli “PS” tipli, 0N ədəd isə 7,62 mm kalibrli “T-45” tipli patronların yeşiklərin içərisində deyil, yeşiklərin altına düşdüyünü görüb həmin döyüş sursatı hesab edilən patronları götürərək hərbi geyim formasında gizlətməklə talamışdır. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək öz ifadəsində göstərdi ki, NN dekabr 202N-ci il tarixdə, saat N0 radələrində N nömrəli hərbi hissənin saxlanma rəisi, polkovnikleytenant Emin Hüseyinov N nömrəli anbarda təmizlik işlərinin görülməsi və silah sursatın qaydasına salınması üçün onu əsgər Şahid2 ilə birlikdə qeyd edilən yerə təyin etmişdir. Onlar verilən göstərişə əməl edərək gizir ŞahidN nəzarəti altında hərbi hissənin N nömrəli anbarına getmişlər. Həmin vaxt gizir ŞahidN onları təlimatlandıraraq təhlükəsizlik kitabına imza etdirmişdir. Onlar həmin anbarda saat N2 radələrinədək işləmişlər. O verilən tapşırığa əsasən işləri yerinə yetirərkən ŞahidN sənəd yazdığını, həmçinin Şahid2 başının işə qarışdığını görmüşdür. Bu zaman patron yeşiklərinin altına bir neçə patronun dağıldığını görmüş, ŞahidN ilə Şahid2 fikirlərinin onda olmadığını dəqiqləşdirdikdən sonra dərhal həmin beş ədəd patronları yeşiyin altından çıxarıb hərbi geyim formasında gizlətmişdir. Həmin patronun hansı tipli sursat növünə aid olduğunu ilkin olaraq dəqiqləşdirə bilməmişdir. Həmin patronlardan iki ədəd patronu şalvarının sağ ayaq balağında, üç ədəd patronu isə şalvarının sol ayaq balağında gizlətmişdir. Onun patronları talamaqda hərbi hissəyə hər hansı bir şəkildə ziyan vurmaq niyyəti olmamış, sadəcə məqsədi gələcəkdə xidməti başa vurduqdan sonra patronları xatirə kimi saxlamaq olmuşdur. Bundan sonra anbarda işləri yekunlaşdırıb Şahid2 ilə birlikdə saat N2.00 radələrinədək silah anbarını tərk etmişlər. Şahid2 ilə birlikdə anbardan çölə çıxdıqdan sonra, təxminən saat N3:00 radələrində gizir ŞahidN onu və Şahid2 düzüb üzərlərini yoxlamağa başlamışdır. ŞahidN onun üzərinə baxış keçirdikdə hərbi geyimində gizlətdiyi ümumilikdə beş ədəd patronu aşkar etmişdir. Təqsirləndirilən şəxs daha sonra öz əməlindən səmimi peşman olduğunu bildirərək ona güzəşt edilib yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş iş materialları, zərərçəkmiş şəxsin nümayəndəsi və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilən N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, leytenant Zərərçəkmiş şəxs öz ifadəsində göstərdi ki, NN dekabr 202N-ci il tarixdə o, N nömrəli hərbi hissənin N nömrəli anbar rəisnin üzərində nəzarəti həyata keçirmişdir. İşlər bitdikdən sonra təxminən saat N2 radələrində düzülüşə gedən zaman N nömrəli hərbi hissəsinin sursat saxlama, atıcı silahların döyüş sursatlarının saxlanması üzrə bölmə rəisi, kapitan Hamlet Hüseynov ilə rastlaşmış, söhbət zamanı Hamlet Hüseyinov ona N nömrəli anbarın qapısında əsgərlərin üzərləri yoxlanarkən Təqsirləndirilən şəxs üzərindən beş ədəd döyüş patronu aşkar edildiyini bildirmişdir. Həmin vaxt patronlar artıq ŞahidN tərəfindən aşkar edilib komandanlığa məruzə olunması üçün Hamlet Hüseynova verilmiş, Hamlet Hüseyinov həmin patronları ona göstərərək dərhal komandanlığa məruzə etmək üçün qərargaha getməli olacaqlarını bildirmişdir. Onlar birlikdə qərargaha getmişlər və orada Hamlet Hüseyinov baş vermiş hadisə barədə komandanlığa məruzə etmişdir. Həmin halla bağlı hərbi hissədə araşdırma başlanmışdır. Təqsirləndirilən şəxs hərbi hissədən beş ədəd patronları talamasına baxmayaraq ŞahidN tərəfindən həmin patronlar aşkar edilərək götürüldüyü üçün hərbi hissəyə hər hansı bir maddi ziyan dəyməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən N saylı hərbi hissənin hərbi qulluqçusu, gizir ŞahidN öz ifadəsində göstərdi ki, NN dekabr 202N-ci il tarixdə, saat N0 radələrində N nömrəli hərbi hissənin saxlanma rəisi, polkovnik-leytenant Emin Hüseyinov N nömrəli anbarda təmizlik işlərinin görülməsindən ötrü əsgər Təqsirləndirilən şəxs və əsgər Şahid2 qeyd edilən yerə təyin etmişdir. Həmin əsgərlər onun nəzarəti altında hərbi hissənin N nömrəli anbarına getmişlər. Bundan bir neçə gün öncə o, N nömrəli sursat anbarında 7,62 mm kalibrli “PS” və 7,62 kalibrli “T-45” patronlarının yerləşdiyi yeşikləri mismarla bərkitmişdir. NN dekabr 202N-ci il tarixdə isə sursat anbarında təmizlik və digər işlərə ayrılmış Təqsirləndirilən şəxs və Şahid2 mismarla bərkitdiyi yeşikləri öz yerlərinə düzmələri üçün müəyyən göstərişlər vermişdir. Daha sonra sursatların miqdarlarını dəqiqləşdirmək üçün bəzi yazı işləri ilə məşğul olmağa başlamışdır. Onlar həmin anbarda təxminən saat N2 radələrinədək işləmiş, işləri yekunlaşdırdıqdan sonra anbarı tərk etmişlər. Hər bir hərbi qulluqçu anbarda müəyyən işləri yerinə yetirib oranı tərk etdikdən sonra hər hansı bir silah sursatın oğurlana bilməsi şübhəsi ilə dərhal nəzarəti həyata keçirən zabit, gizir heyəti tərəfindən üzərləri yoxlanıldığına görə o da öz növbəmdə Təqsirləndirilən şəxs və Şahid2 anbarın qapısının ağzında düzərək üzərlərini yoxlamağa başlamışdır. Təxminən saat N3:00 radələrində ilk öncə Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişdir. Bu zaman o, sonuncunun sağ ayağının şalvarının alt hissəsində yerləşən tumanın içərisindən iki ədəd 7,62 mm kalibrli “PS” tipli patron, eynilə sol ayağına geyindiyi şalvarının alt hissəsində yerləşən tumanın içərisindən iki ədəd 7,62 mm kalibrli “PS” tipli patron, daha sonra isə tumanın qabaq hissəsindən bir ədəd 7,62 kalibrli “T-45” tipli patron aşkar etmişdir. Ümumilikdə o Təqsirləndirilən şəxs üzərindən beş ədəd patron aşkar etmişdir. Baxış keçirilməmişdən öncə Təqsirləndirilən şəxs tərəfindən talanan patronlarla bağlı hər hansı bir məlumatı olmamışdır. Yəni üzərinə baxış keçirdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz əməli törətməsi ona məlum olmuşdur. O, anbarın içərisində olarkən Təqsirləndirilən şəxs qeyd olunan patronları talamasını görməmişdir. Təqsirləndirilən şəxs üzərinə baxışı keçirib qurtardıqdan sonra Şahid2 üzərinə də baxış keçirmişdir. Lakin onun üzərində heç nə aşkar etməmişdir. O, Təqsirləndirilən şəxs patronları haradan, necə və nə üçün taladığını soruşduqda sonuncu həmin patronların yeşiklərin altına düşdüyünü görüb həmin yeşiklərin altından götürdüyünü bildirdi. Məhkəmə baxışında şahid qismində dindirilən N saylı hərbi hissənin əsgəri Şahid2 öz ifadəsində göstərdi ki, NN dekabr 202N-ci il tarixdə, saat N0 radələrində N nömrəli hərbi hissənin saxlanma rəisi, polkovnik-leytenant Emin Hüseyinov N nömrəli anbarda təmizlik işlərinin görülməsindən ötrü onu və Təqsirləndirilən şəxs qeyd edilən yerə təyin etmişdir. Onlar verilən göstərişə əməl edərək gizir ŞahidN nəzarəti altında hərbi hissənin N nömrəli anbarına getmişlər. Həmin anbarda təxminən saat N2 radələrinədək işləmişlər. Onlar işlərini yekunlaşdırdıqdan sonra anbarı tərk etmişlər. O, Təqsirləndirilən şəxs ilə birlikdə anbardan çölə çıxdıqdan sonra təxminən saat N3:00 radələrində gizir ŞahidN onları düzüb üzərlərini yoxlamağa başlamışdır. İlk öncə o Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişdir. Bu zaman o sonuncunun sağ ayağının şalvarının alt hissəsində yerləşən tumanın içərisindən iki ədəd patron, sol ayağına geyindiyi şalvarının alt hissəsində yerləşən tumanın içərisindən iki ədəd patron, daha sonra isə tumanın qabaq hissəsindən bir ədəd olmaqla ümumilikdə beş ədəd patron aşkar etmişdir. ŞahidN Təqsirləndirilən şəxs üzərinə baxış keçirdikdən sonra ona da sonuncunun qanunsuz əməli törətməsi məlum olmuşdur. Bundan əlavə gizir ŞahidN Təqsirləndirilən şəxs üzərinə baxış keçirib qurtardıqdan sonra onun üzərinə də baxış keçirmiş, onun üzərinin təmiz olması müəyyən edilmişdir. Həmin vaxt ŞahidN ondan Təqsirləndirilən şəxs tərəfindən patronların talanmasının şahidi olub-olmadığını soruşmuş, o da, Təqsirləndirilən şəxs anbardan patronları talamasını görmədiyini bildirmişdir. İş üzrə keçirilmiş Məhkəmə-ballistik ekspertizasının ekspertizasının xx.xx.2022-ci il tarixli, 3/2N32 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 05 (beş) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahlarda “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırdöyüş sursatıdırlar, atəşə yararlıdırlar. N nömrəli hərbi hissə komandirinin N sentyabr 202N-ci il tarixli nizami hissə üzrə 263 №-li əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirinin 070 nömrəli əmri və xx.xx.202N-ci il tarixli 076 nömrəli sərəncamına əsasən xidmətini davam etdirmək üçün Gəncə şəhəri N nömrəli hərbi hissədən gələrək N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına bütün növ təminatlarla daxil olunması hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin N oktyabr 202N-ci il tarixli nizami hissə üzrə 27N №-li əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin takelaş bölüyünün, N-ci takelaj tağımının 2ci takelaj manqasının takelajçısı vəzifəsinə təyin edilmişdir. Cinayət işinə əlavə edilmiş NN dekabr 202N-ci il tarixli aktdan görünür ki, N nömrəli hərbi hissənin döyüş sursatlarının saxlanması üzrə N nömrəli saxlanc anbarında 7,62x39 mm kalibrli PS və T-45 markalı patronların yoxlaması keçirilmiş və yoxlamanın nəticəsində tərtib edilmiş cədvəldə 04 ədəd 7,62x39 mm kalibrli PS tipli və 0N ədəd 7,62x39 mm kalibrli T-45 tipli patronların yerində çatışmadığı aşkar olunmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında NN dekabr 202N-ci il tarixdə N nömrəli protokoldan görünür ki, hərbi hissənin döyüş sursatlarının saxlanması üzrə N nömrəli saxlanc anbarına baxış keçirildikdə Təqsirləndirilən şəxs həmin anbardan 05 ədəd patron talaması öz təsdiqini tapmışdır. Cinayət işinə əlavə olunmuş 04 fevral 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən talandıqdan sonra N nömrəli hərbi hissə tərəfindən sonuncunun üzərindən aşkar edilərək prokurorluğa təqdim edilmiş döyüş sursatı hesab edilən 05 (beş) ədəd patrona baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd edilmiş patronlar səthi, qəhvəyi rəngli metaldan hazırlanmış butulka formalı gilizlərdən və orta hissəsi silindrik, uc hissəsi sivri formalı qəhvəyi rəngli metal örtüklü güllələrdən ibarətdirlər, pistonları mərkəzdən alışan tiplidirlər, zədəsizdirlər, üzərlərində vurucu izi olmayan 7.62x39 mm kalibrli döyüşə yararlı patronlardır. Patronların uzunluğu 55.4 mm, gilizlərin uzunluğu 39 mm, dib hissələrinin diametri NN mm, gülləsinin aparıcı hissəsinin diametri 7,62 mm-dir. Döyüş patronlarının hər birinin dib hissələrində onların istehsal edildiyi ilin son iki rəqəmini bildirən ardıcıllıqla olmaqla “60-6N”, 7NN-76”, “539-76”, 270-73 və “530-63” nömrəli rəqəmlər həkk edilmişdir. N nömrəli hərbi hissədən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət yeri üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Baş prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsindən daxil olmuş xx/xx/2022-ci il tarixli, 2N5 nömrəli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: təqsirləndirilənin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsi və şahid ifadələri, ekspertiza rəyi, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.N-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf edib hərəkətindən səmimi peşman olmasını, xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət cəhətdən xarakterizə olunmasını və gəncliyini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edərkən bu Məcəllənin 59.N.N-59.N.N4-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.N-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Habelə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 4N.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilmədi) halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə yuxarıda şərh olunan cəzanı yüngülləşdirən halları nəzərə alaraq, eləcə də, onun şəxsiyyətcə təyin olunan cəzanı çəkmədən islah olunmasını mümkün sayaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilib sınaq müddəti verilməklə ona təyin edilən cəzanın şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs haqqında olan hökmün icrası N saylı hərbi hissənin komandanlığına, hərbi xidmətdən tərxis olunduğu təqdirdə isə Gəncə şəhər İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.N.N9-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını məsələsini müzakirə edərək, iş üzrə maddi sübut olan və N saylı hərbi hissədə saxlanılan döyüşə yararlı hesab edilən 05 (beş) ədəd döyüş patronunun həmin hərbi hissənin istifadəsinə verilməsi qərarına gəlir. Təqsirləndirilən şəxs məhkəmə ballistik ekspertizası zamanı aparılmış tədqiqatlara sərf olunmuş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 344-349, 35N-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, hərbi məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.N-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona təyin olunmuş cəza 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Təqsirləndirilən şəxs öz davranışı ilə islah olunmasını sübüt etmək və hərbi qanunvericiliyi mükəmməl öyrənmək bir vəzifə olaraq tapşırılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş üzrə maddi sübut olan və N saylı hərbi hissədə saxlanılan döyüşə yararlı hesab edilən 05 (beş) ədəd döyüş patronu həmin hərbi hissənin istifadəsinə verilsin. Təqsirləndirilən şəxs məhkəmə ballistik ekspertizası zamanı aparılmış tədqiqatlara sərf olunmuş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs haqqında olan hökmün icrası N saylı hərbi hissənin komandanlığına, hərbi xidmətdən tərxis olunduğu təqdirdə isə Gəncə şəhər İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar