Məhkəmə qərarları › İş №1-1(096)-12/2022

Cəlilabad Hərbi Məhkəməsi Hökm — İş №1-1(096)-12/2022

30.06.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1-1(096)-12/2022 30.06.2022 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Əhmədov Vüqar İkram oğlunun sədrliyi ilə, hakimlər Neymanov İslam Əkrəm oğlunun (məruzəçi) və Əliyev Bədəl Calal oğlundan ibarət tərkibdə, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə mayoru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi «PRO BONO» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmənin yerləşdiyi yerdə açıq məhkəmə iclasında, N saylı hərbi hissənin əsgəri Təqsirləndirilən şəxs – xx xxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Nizami rayon Şöbəsi tərəfindən 08 iyul N0N0-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmış, N saylı hərbi hissənin xilasetmə taborunun N-ci xilasetmə bölüyünün təxliyyə tağımının təxliyyə manqasının sanitarı vəzifəsində xidmət etmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində N8 yanvar N0NN-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs N saylı hərbi hissənin xilasetmə taborunun N-ci xilasetmə bölüyünün təxliyyə taqımının təxliyyə manqasının sanitarı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmət keçərkən 1N dekabr N0N1-ci il tarixdə müalicə olunması üçün tibb məntəqəsinə müraciət etmiş, müalicə aldığı müddət ərzində 16 dekabr N0N1-ci il tarixdə saat 19 radələrində tibb məntəqəsinin ayaqyolunda siqaret çəkdikdən sonra müalicə aldığı palataya qayıdarkən orada «zökəm və babasil» diaqnozu ilə müalicə alan həmin hərbi hissənin sabiq hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs çarpayıda uzandığını görərək nə baş verdiyini soruşmuş, cavabında gizir Yusif Şirəliyev tərəfindən zorakılığa məruz qaldığını və buna görə də sol böyür nahiyəsində ağrı baş qaldırdığını bildirsə də, sonuncunun ayağa qalxaraq qapı qarşısında qanunsuz olaraq «gün növbətçisi» kimi dayanmasını israr etmiş, bir müddət əsgər Zərərçəkmiş şəxs qapı qarşısında qanunsuz saxladıqdan sonra saat 19:30 radələrində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin N, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrinin «hərbi qulluqçuların bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir» tələblərini kobud şəkildə pozub, əsgər Zərərçəkmiş şəxs arxa tərəfdən yaxınlaşaraq sağ və sol böyür nahiyəsindən iki-üç dəfə yumruq zərbəsi vurmuş, sonuncu üzü ona tərəf çevriləndə bir daha bədən-qarın boşluğu nahiyəsindən iki-üç dəfə yumruq zərbəsi vurmuş, sonuncu zərbələrdən yayınmaq məqsədilə üzü çarpayılara tərəf qaçarkən iki-üç dəfə sağ və sol böyür-böyrək nahiyəsindən yumruqla və bir dəfə təpiklə arxa yan nahiyəsindən zərbə vurmuş, habelə yerində oturduqdan sonra yenidən baş nahiyəsindən bir dəfə, qarın nahiyəsindən isə iki-üç dəfə yumruq zərbəsi vuraraq, «dalağın diafraqmal səthinin genişhəcmli cırılmış yarası, qanaxma nəticəsində qarın boşluğunda N800 ml qan yığılması və böyük piyliyin hematoması ilə müşayiət olunan qarının qapalı travması» diaqnozlu, həyat üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid olan xəsarət yetirmişdir. Bundan başqa o, 18 dekabr N0N1-ci il tarixdə günorta saatlarında tibb məntəqəsində müalicə aldığı palatanın giriş qapısı qarşısında əsgər Zərərçəkmiş şəxs qanunsuz olaraq «gün növbətçisi» kimi saxlayarkən Daxili Xidmət Nizamnaməsinin tələblərini kobud şəkildə təkrar pozaraq yenidən, yəni hər hansı səbəb göstərmədən öz üstünlüyünü nümayiş etdirmək məqsədilə sonuncunun başının üst nahiyəsindən bir-iki dəfə güclü yumruq zərbəsi, üz nahiyəsindən bir-iki dəfə şillə zərbəsi, daha sonra sağ və sol qol nahiyəsindən bir-iki dəfə yumruq zərbəsi, sinəsinin üst nahiyəsindən və qarın nahiyəsindən üç-dörd dəfə güclü yumruq zərbəsi, habelə ayaq-bud nahiyəsindən qarışıq yumruq təpik zərbələri vurmaqla dalaq nahiyəsindəki mövcud yaranın təkrar cırılmasına səbəb olmaqla qanaxmanı sürətləndirmiş, nəticədə N1 dekabr N0N1-ci il tarixdə səhər saatlarında əsgər Zərərçəkmiş şəxs üzərində Lənkəran RMX-da cərrahi əməliyyat həyata keçirilərək dalağı xaric edilmişdir. Cinayət işi üzrə təsvir olunan xüsusatlarla Təqsirləndirilən şəxs etiraf ifadələrindən başqa, iş üzrə toplanmış istintaq materialları, şahid ifadələri, ekspert rəyi, sənədlər və digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1N dekabr N0N1-ci il tarixdə hərarətinin yüksəlməsi səbəbindən tibb məntəqəsinə müraciət etmişdir. 16 dekabr N0N1-ci il tarixdə «Covid-19» test nəticələri «neqativ» olduğuna görə isə digər palataya köçürülmüşdür. O, köçürüldüyü palatada həmin vaxt əsgər ŞahidN, əsgər Zərərçəkmiş şəxs və əsgər Şahid1 müalicə almışdırlar. O, həmin palataya köçürüləndən sonra, yəni 16 dekabr N0N1-ci il tarixdə əsgər əsgər Zərərçəkmiş şəxs zarafatla arabir tibb məntəqə növbətçisindən nəyəsə ehtiyacının olub-olmamasını soruşması üçün qapını döyməsini və qapıda «gün növbətçisi» kimi qalmasını tapşırmışdır. Həmin vaxt onun tapşırığı ilə əsgər Zərərçəkmiş şəxs qəbul otağının qapısını döyərək gizir Yusif Şirəliyevdən nəyəsə ehtiyacının olubolmamasını soruşmuşdur. Bundan sonra saat N1 radələrində siqaret çəkmək üçün bayıra çıxmış, sonra isə ayaqyoluna gedərək palataya qayıtmışdır. O, palataya girəndə əsgər Zərərçəkmiş şəxs qarnını tutaraq çarpayıda uzandığını görmüş, ondan uzanmasının səbəbini soruşduqda əsgərlər ŞahidN və Fuad Həsənov əsgər Zərərçəkmiş şəxs X6 vurduğunu və ağrıdığı üçün çarpayıda uzandığını bildirmişlər. O, həmin vaxt əsgər Zərərçəkmiş şəxs qapıda dayanmaqdan yayınmaq məqsədilə bu hərəkəti etdiyini düşünərək təkidlə qapının qarşısında «gün növbətçisi» kimi dayanmasını demişdir. Əsgər Zərərçəkmiş şəxs də çarpayıdan qalxaraq qapının ağzında durmuş və təxminən 10 dəqiqə sonra o, zarafatla əsgər Zərərçəkmiş şəxs yaxınlaşaraq onun ayaq nahiyəsinə təpiklə, qol nahiyəsinə isə yumruqla zərbələr vurmuşdur. Bundan başqa, tibb məntəqəsində olarkən 16 dekabr N0N1-ci il tarixdə təxminən saat 19 radələrində o, əsgər Şahid1 televizorun pultu xarab olduğuna görə televizorun yanında saxlamışdır. Bundan sonra, o əsgər Nail Nəzərəlinin ağrıdan şikayətlənməsi səbəbindən ona televizor qarşısında oturmasına icazə vermişdir. Həmin gün axşam yeməyi zamanı əsgər Zərərçəkmiş şəxs yemək istəmədiyini bildirmiş, o, isə israr edərək ona yemək yeməsini bildirmişdir. Hətta öz payını onunla bölüşmüşdür. Bundan sonra, əsgər Zərərçəkmiş şəxs onu yamsıladığı üçün zarafatla onu vurmuşdur. 18 dekabr N0N1-ci il tarixdə müalicəsi yekunlaşdığı üçün xilasetmə taboruna geri göndərilmişdir. Həmin gün isə əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməyini xatırlamır. Ola bilsin ki, zarafatla başından yüngülcə zərbə vurmuşdur. Onun fikrincə X6 vurduğu zərbə nəticəsində əsgər Zərərçəkmiş şəxsin dalağı cırılmışdır. İbtidai istintaq zamanı, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 1N dekabr N0N1-ci il tarixdə hərarətinin yüksəlməsi səbəbindən tibb məntəqəsinə müraciət etmiş, təxminən 15 dekabr N0N1-ci il tarixdə «Covid-19» test nəticələri «Neqativ» olduğuna görə o, da digər palataya köçürülmüşdür. Digər palataya köçürülərkən həmin vaxt orada əsgər ŞahidN, əsgər Zərərçəkmiş şəxs və əsgər Şahid1 müalicə almışdırlar. Həmin yerə köçürüldüyü gün günorta saatlarında hər hansı xüsusi səbəb olmadan əsgər Zərərçəkmiş şəxs ayaq və baş nahiyəsindən yumruqla bir neçə dəfə zərbələr vurmuşdur. Bundan başqa, 16 dekabr N0N1-ci il tarixdə təxminən saat 19 radələrində o, əsgər Şahid1 televizorun pultu xarab olduğuna görə televizorun yanında saxlamış, əsgər Zərərçəkmiş şəxs isə arabir tibb məntəqə növbətçisindən nəyəsə ehtiyacının olub-olmamasını soruşması üçün qapını döyməsini və qapıda «gün növbətçisi» kimi qalmasını bildirmişdir. Həmin vaxt onun tapşırığı ilə əsgər Zərərçəkmiş şəxs qəbul otağının qapısını döyərək gizir Yusif Şirəliyevdən nəyəsə ehtiyacının olub-olmamasını soruşmuş, həmin vaxt gizir Yusif Şirəliyev əsgər Zərərçəkmiş şəxs hər hansı bir şeyə ehtiyacının olmadığını bildirdikdən sonra qapını örtmüşdür. Bundan sonra o, palatanın qapısından çıxaraq siqaret çəkmək üçün ayaqyoluna getmiş, qayıtdıqdan sonra əsgər Zərərçəkmiş şəxs qarın nahiyəsinin sol tərəfini əli ilə tutaraq əsgər Şahid1 çarpayısının üzərində uzandığını görmüş və nə baş verdiyini soruşmuşdur. Bu vaxt əsgər Zərərçəkmiş şəxs cavabında X6 yumruqla zərbə vurduğunu, buna görə də qarın nahiyəsinin ağrıdığını bildirmişdir. O, həmin vaxt onun qapıda dayanmaqdan yayınmaq məqsədilə bu hərəkəti etdiyini düşünərək təkidlə qapının qarşısında «gün növbətçisi» kimi dayanmasını istəmişdir. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs təxminən 10 dəqiqə ərzində qapı qarşısında dayandıqdan sonra heç bir səbəb olmadan yaxınlaşaraq əsgər Zərərçəkmiş şəxs arxa tərəfindən sağ və sol böyür nahiyəsindən iki-üç dəfə yumruq zərbəsi vurmuş, daha sonra zərbədən yayınmaq məqsədilə qaçaraq getdiyi vaxt da sonuncunun arxa böyrək tərəfindən N-3 dəfə yumruq zərbəsi və arxa yan nahiyəsindən sağ ayağı ilə bir dəfə də təpik zərbəsi vurmuşdur. Daha sonra çarpayıda oturarkən ayaq nahiyəsindən bir dəfə sağ yumruğu ilə zərbə vurmuş, əsgər Zərərçəkmiş şəxs ondan vurmamasını xahiş etmiş və sonuncu bir daha gedərək qapının qarşısında «gün növbətçisi» kimi gözləmişdir. Bundan sonra o, əsgər Nail Nəzərəlinin ağrıdan şikayətlənməsi səbəbindən ona televizor qarşısında oturmasına icazə vermişdir. 18 dekabr N0N1-ci il tarixdə müalicəsi yekunlaşdığı üçün xilasetmə taboruna geri göndərilmiş, həmin gün isə Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədiyini bildirmişdir. Ola bilsin ki, baş nahiyəsindən yüngülcə zərbə vurduğunu açıqlamışdır. Əlavə olaraq, Təqsirləndirilən şəxs məhkəməyə bildirmişdir ki, törətdiyi əmələ görə peşmançılıq hissləri keçirir. Zərərçəkmiş şəxs barışıq əldə etmişdir. Buna görə ona cəza təyin edərkən məhkəmədən mərhəmətli olmasını xahiş etmişdir. Məhkəmə iclasında, Zərərçəkmiş şəxs öz ifadəsində göstərmişdir ki, 13 dekabr N0N1-ci il tarixdə babasil və zökəmdən olan şikayətləri səbəbi ilə hərbi hissənin tibb məntəqəsinə müraciət etmişdir. 16 dekabr N0N1-ci il tarixdə normal qaydada müalicəsini davam etdirmiş və həmin gün tibb məntəqəsi üzrə cavabdeh şəxs gizir Yusif Şirəliyev xidməti otağında oturarkən əsgər Təqsirləndirilən şəxs ona arabir qapını döyərək növbətçinin hər hansı bir şeyə ehtiyacının olub-olmadığını soruşmasını tapşırmış, bir neçə dəfə qapını döymüş, sonuncu dəfə əsgər Təqsirləndirilən şəxs içəridə olmayanda qapını döyərkən, gizir Yusif Şirəliyevdən yenidən nəyəsə ehtiyacı olub-olmamasını soruduqdan sonra qapını açaraq «bir dəqiqə dayanda» deyərək əli ilə onun sol qulaq nahiyəsindən toxundurmuşdur. Bundan sonra sağ yumruğu ilə üzbəüz vəziyyətdə qarın boşluğunun sol böyür nahiyəsindən bir dəfə güclü yumruq zərbəsi vurmuşdur. O, əli ilə anidən sol böyür nahiyəsini tutub, geri çevrilərək uzanmağa doğru gedəndə sonuncu onun arxa yan tərəfindən bir dəfə təpik zərbəsi vurmuşdur. Daha sonra o, ağrı səbəbi ilə çarpayıda uzanmış, ağrılar şiddətli olduğu üçün güclə dözmüşdür. Bundan təxminən 5-10 dəqiqə ağrı səbəbilə uzandıqdan sonra əsgər Təqsirləndirilən şəxs ayaqyolundan gələrək nəyə görə uzandığını soruşmuş, həmin vaxt onun ağrıları davam etmişdir. Təqsirləndirilən şəxs təkidi ilə ağrıya-ağrıya bir daha qapı ağzında «gün növbətçisi» kimi dayanmış, bədənində baş qaldırmış ağrının az öncə X6 zərbə vurduğu bölgədən qaynaqlandığını bildirmişdir. O, qapının ağzında dayanarkən, ayaq üstə qalmaqda çətinlik çəkmiş, eləcə də sol böyür nahiyəsini tutaraq başı azacıq aşağı meyillənmişdir. X6 həmin zərbəsindən sonra ayaq üstə dayanmaqda çətinlik çəkərkən nəfəs darlığı ilə yanaşı qarın nahiyəsində nəfəs alarkən iynə batması kimi sancılar hiss etmiş, habelə başında ağrılar yaranmışdır. Qeyd olunan sancılar qarın boşluğundan yuxarı sinə nahiyəsinə qədər davam etmiş, təxminən 15-N0 dəqiqə ərzində zərbə dəyən nahiyədə baş qaldıran ağrıdan əziyyət çəksə də daha sonra ağrı tədricən azalmağa başlamış, lakin tamamilə aradan qalxmamışdır. Sonra ağrının müəyyən dərəcədə davam etdiyi vaxt, təxminən saat 19:30 radələrində əsgər Təqsirləndirilən şəxs onun yanına gələrək sağ və sol böyür nahiyəsindən iki-üç dəfə yumruq zərbəsi vurmuş, sonuncuya tərəf çevriləndə bir daha iki-üç dəfə bədən-qarın boşluğu nahiyəsindən yumruqla zərbə vurmuş, daha sonra ağrılara dözmək çətinləşdiyinə görə qaçmağa başlamış, həmin vaxt arxa böyrək-böyür nahiyəsindən iki-üç dəfə yumruq və bir dəfə də arxa yan tərəfindən təpik zərbəsi vurmuşdur. Daha sonra o, yerində oturduğu zaman yenə də əsgər Təqsirləndirilən şəxs baş nahiyəsindən bir dəfə, o cümlədən qarın nahiyəsindən iki-üç dəfə yumruq zərbəsi vurmuşdur. Həmin zərbələrdən sonra yenidən bədəninin bütün nahiyələrində ağrılar baş qaldırmış, xüsusilə də X6 vurduğu yerdəki ağrılar daha da şiddətlənmişdir. Bundan başqa, 18 dekabr N0N1-ci il tarixdə gündüz saatlarında tibb məntəqəsində əsgər Təqsirləndirilən şəxs hər hansı səbəb göstərmədən başının üst nahiyəsindən bir-iki dəfə güclü yumruq zərbəsi, üz nahiyəsindən bir-iki dəfə şillə zərbəsi, daha sonra sağ və sol qol nahiyəsindən bir–iki dəfə yumruq zərbəsi, sinəsinin üst və qarın nahiyəsindən üç– dörd dəfə güclü yumruq zərbəsi, daha sonra ayaq-bud nahiyəsindən qarışıq yumruq-təpik zərbələri vurmuşdur. Daha sonra əsgər Təqsirləndirilən şəxs müalicəsi yekunlaşdığı üçün 18 dekabr N0N1-ci il tarixdə tibb məntəqəsindən xidmət etdiyi tabora qayıtmışdır. Bundan sonra qarın nahiyəsində baş verən arabir sancılar yenidən baş qaldırmışdır. Bundan başqa tibb məntəqəsində olduğu müddətdə qarın nahiyəsində şişkinlik müşahidə etməmiş, lakin arabir baş ağrıları və nəfəs darlığı olmuşdur. Həmin sancılar arabir baş qaldırdığından habelə özü-özlüyündə keçdiyindən o, hər hansı bir xəstəlikdən şübhələnməmiş, buna görə də həkimə səhhəti ilə bağlı müraciət edərək şikayətini bildirməmişdir. Həmçinin əvvəllər hər hansı əməliyyat olmamış və ciddi bir xəstəlikdən əziyyət çəkməmişdir. Bundan əlavə əsgər Zərərçəkmiş şəxs öz ifadəsində göstərmişdir ki, tibb məntəqəsində sonuncu dəfə müalicə aldığı 13 dekabr N0N1-ci il tarixdən N1 dekabr N0N1-ci il tarixədək olan müddət xaric olmaqla əvvəllər nə əsgər Təqsirləndirilən şəxs nə də gizir X4 tərəfindən hər hansı zorakılığa məruz qalmamışdır. Zərərçəkmiş şəxs isintaqa verdiyi ifadəsini N1 fevral N0NN-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasında həyata keçirilmiş «üzləşdirmə» istintaq hərəkəti zamanı da Təqsirləndirilən şəxs üzünə qarşı deməklə sonuncunun cinayətkar əməllərini ifşa etmişdir. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərini 01 fevral N0NN-ci il tarixdə həyata keçirilmiş «ifadələrin yerində yoxlanılması» istintaq hərəkəti zamanı da əyani şəkildə göstərmişdir. Əlavə olaraq, Zərərçəkmiş şəxs məhkəməyə bildirmişdir ki, Təqsirləndirilən şəxslə barışıq əldə etmişdir və ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmədən mərhəmətli olmasını xahiş etmişdir. Məhkəmə iclasında, Şahid1 öz ifadəsində göstərmişdir ki, təxminən 15 dekabr N0N1-ci il tarixdə əsgər Təqsirləndirilən şəxs «Covid-19» testi «Neqativ» çıxdığına görə tibb məntəqəsinin digər palatasından onunla əsgər Zərərçəkmiş şəxs müalicə aldığı palataya köçürülmüşdür. Həmin gün günorta saatlarında tibb məntəqəsinin palatasında əsgər Təqsirləndirilən şəxs heç bir səbəb göstərmədən öz üstünlüyünü nümayiş etdirmək məqsədilə əsgər Zərərçəkmiş şəxs durduğu yerdə başının üst nahiyəsindən bir-iki dəfə, sinə və qarın nahiyəsindən isə üç-dörd dəfə yumruq zərbəsi vurmuşdur. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs hər hansı cavab qaytarmamış, əsgər Təqsirləndirilən şəxs fiziki cəhətdən qüvvətli olmasına görə etiraz edə bilməmişdir. Bundan sonra 16 dekabr N0N1-ci il tarixdə saat 19 radələrində gizir Yusif Şirəliyev tibb məntəqəsi üzrə «növbətçi» təyin edildiyi gün əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs növbətçinin qəbul otağına bitişik olan giriş qapısının qarşısında qanunsuz olaraq «gün növbətçisi» təyin etmiş, onu isə televizorun pultu xarab olduğuna görə televizorun yanında kanalları çevirmək məqsədilə saxlamışdır. Həmin vaxt əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs tez-tez qapını döyərək növbətçi feldşerin nəyəsə ehtiyacı olub-olmadığını soruşmasını tapşırmışdır. Sonra əsgər Zərərçəkmiş şəxs də əsgər Təqsirləndirilən şəxs göstərişi ilə gizir Y.Şirəliyevin oturduğu qəbul otağının qapısını döymüş, gizir Y.Şirəliyev isə cavabında heç nəyə ehtiyacı olmadığını bildirmişdir. Bundan sonra əsgər Təqsirləndirilən şəxs ayaqyoluna getmiş, həmin müddət ərzində qapı qarşısında dayanan əsgər Zərərçəkmiş şəxs bir daha növbətçinin qəbul otağının qapısını döymüş və həmin vaxt gizir Y.Şirəliyev əsəbi halda qapını açaraq əsgər Zərərçəkmiş şəxs irad bildirmişdir. Daha sonra əsgər Zərərçəkmiş şəxs anidən qaçaraq çarpayıda uzanmasını, sol böyür nahiyəsini əli ilə tutaraq ağrıdan şikayət etməsini müşahidə etmişdir. O, həmin vaxt əsgər Təqsirləndirilən şəxs göstərişi ilə televizorun qarşısında dayandığına görə, gizir Y.Şirəliyevin zərbə vurduğunu görməmişdir. Lakin, əsgər Zərərçəkmiş şəxs halının pisləşməsinin gizir Y.Şirəliyevin içəri daxil olmasından sonra baş verdiyini müşahidə etmiş, sonradan hadisənin iştirakçılarından bu barədə ətraflı məlumat almışdır. Əsgər Zərərçəkmiş şəxs təxminən 5-10 dəqiqə onun çarpayısında uzanıb ağrıdan şikayətləndiyi vaxt, ayaqyolundan qayıdan əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs çarpayıda uzanmasını görərək ondan «nəyə görə burada uzanmısan?» deyə soruşmuş, sonuncu cavabında gizir Y.Şirəliyevin qarın boşluğunun sol böyür nahiyəsindən zor tətbiq etdiyini bildirərərək həmin nahiyənin ağrıdığını bildirmişdir. Buna baxmayaraq əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs «gün növbətçisi» kimi dayanması üçün israr etmiş və əsgər Zərərçəkmiş şəxs ağrıdan şikayətlənərək qapı qarşısında dayanmaq üçün getmişdir. Bunun üzərindən bir müddət keçəndən sonra təxminən saat 19:30 radələrində əsgər Təqsirləndirilən şəxs bir daha əsgər Zərərçəkmiş şəxs yanına gələrək heç bir səbəb göstərmədən sonuncunun sağ və sol böyür nahiyəsindən iki üç dəfə yumruq zərbəsi vurmuşdur. O, ifadəsində həmçinin onu da qeyd etmişdir ki, 18 dekabr N0N1-ci il tarixdə saat 11-1N radələrində əsgər Təqsirləndirilən şəxs tibb məntəqəsində müalicəsini yekunlaşdırdığı gün bir daha da hər hansı səbəb göstərmədən əsgər Zərərçəkmiş şəxs yaxınlaşaraq bir-iki dəfə ayaq və baş nahiyəsindən yumruqla zərbə vurduğunun şahidi olmuşdur. Bundan sonra müalicə aldığı dövrdə N1 dekabr N0N1-ci il tarixdə səhər saatlarında əsgər Zərərçəkmiş şəxs qəfil halının pisləşməsi səbəbindən Lənkəran RMX-na təxliyyə edilmiş, orada əsgər Zərərçəkmiş şəxs dalaq nahiyəsi xaric edilmişdir. Məhkəmə iclasında, ŞahidN öz ifadəsində göstərmişdir ki, 16 dekabr N0N1-ci il tarixdə o, əsgər Təqsirləndirilən şəxs, Şahid1 və Zərərçəkmiş şəxs ilə birlikdə tibb məntəqəsində müalicə alarkən həmin gün saat 19 radələrində tibb məntəqəsi üzrə cavabdeh olan gizir Yusif Şirəliyev əsgər Zərərçəkmiş şəxs tez-tez qapı döyməsindən əsəbiləşərək əsgər Zərərçəkmiş şəxs irad bildirmişdir. Bu zaman gizir Yusif Şirəliyev sağ yumruğu ilə sonuncunun qarın boşluğunun sol böyür hissəsindən bir dəfə yumruqla zərbə vurmuşdur. Həmin zərbədən sonra əsgər Zərərçəkmiş şəxs anidən sol böyür nahiyəsini əli ilə tutaraq əsgər Şahid1 çarpayısında uzanmağa doğru getmiş, çarpayıda uzanarkən nə olduğunu soruşmuş, eləcə də ürək-dirək verərək ağrının tez bir zamanda keçəcəyini bildirmişdir. Əsgər Zərərçəkmiş şəxs təxminən 5-10 dəqiqə uzandıqdan sonra əsgər Təqsirləndirilən şəxs ayaqyolundan qayıtmış, onun çarpayıda uzandığını görərək səbəbini soruşmuş, həmin vaxt onlar X6 sonuncuya qarşı zor tətbiq etdiyindən bədənində yaranmış ağrı səbəbi ilə çarpayıda uzandığını bildirmişlər. Həmin vaxt əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs «gün növbətçisi» kimi dayanmaqdan yayınmaq məqsədilə uzandığını ehtimal edərək sonuncuya bir daha gedib qapı qarşısında «gün növbətçisi» kimi dayanmasını demiş, əsgər Zərərçəkmiş şəxs çətinliklə də olsa ayağa qalxaraq qapıya tərəf gedib orada «gün növbətçisi» kimi dayanmışdır. O, bildirmişdir ki, əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs hərəkətdə olarkən arxa bel nahiyəsinin sağ və sol tərəfindən bir-iki dəfə yumruq zərbəsi və arxa yan tərəfindən bir dəfə təpik zərbəsi vurmuşdur. Lakin, qapıda dayanarkən, yaxud hərəkətdə olarkən zərbə vurduğunu tam dəqiq xatırlamamışdır. Bundan sonra əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs çarpayıda oturarkən baş nahiyəsindən şillə ilə bir dəfə, habelə ayaq və qol-çiyin nahiyələrindən bir-iki dəfə yumruqla zərbələr vuraraq hər hansı səbəb göstərmədən zor tətbiq etmişdir. Bundan sonra hər hansı hadisənin baş verdiyini xatırlamamış, 17 dekabr N0N1-ci il tarixdə səhər saatlarında müalicəsi başa çatdığı üçün xilasetmə taboruna geri göndərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.N0N1-ci il tarixli 1N78 nömrəli məhkəmə tibbi ekspertizasının ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində dalağın, böyük piyliyin zədələnməsi ilə əlaqədar daxili qanaxma ilə müşayiət olunan qarnın qapalı travması aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşya təsirindən törənmişdir. Müddəti xx.xx.N0N1-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin MTE və PAM-nin tərtib etdiyi xx.xx.N0NN-ci il tarixli k/04-N0NN nömrəli məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs xx.xx.N0N1-ci il tarixdə Lənkəran RMX-na daxil olarkən onda dalağın diafraqmal səthinin genişhəcmli yarası, qanaxma nəticəsində periton (qarın) boşluğunda N800 ml qanın yığılması və «böyük piyliyin hematoması» diaqnozu ilə müşayiət olunan qarının qapalı travması olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın zərbəvi təsirindən törənmişlər. O, cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni qarın nahiyəsinə və xüsusən qarnın ön-sol nahiyələrinə yumruq zərbələri vurmaqla yetirilə bilər. Dərəcəsinə görə həyat üçün təhlükəli olan AĞİR zərərvurmaya aiddirlər. Cərrahi əməliyyat protokolunda yazılan əlamətlərə və zərərçəkənin ifadələrində göstərilən məlumatlara əsasən göstərilən şəraitdə hər iki şəxsin vurduğu zərbə nəticəsində həyat üçün təhlükəli qanaxma ilə müşayiət olunan dalağın cırılması xəsarətinin yetirilməsi mümkündür. Hazırkı halda hər iki şəxsin eyni gündə yetirdiyi zərbələr nəticəsində dalaqda ilkin və təkrar cırılma baş vermiş, sonrakı günlərdə Təqsirləndirilən şəxs tərəfindən qarın nahiyəsinə yetirilmiş çoxsaylı zərbələr mövcud yaranın təkrar cırılaraq böyüməsinə səbəb olmaqla, qanaxmanın sürətlənməsinə gətirib çıxarmışdır. Yetirilmiş zərbələrdən sonra dalağın cırılması müddətinin təyin edilməsi üçün elmi metodika olmadığından dalağın ilkin və təkrar cırılması arasında zaman intervalını saatlarla dəqiqələrlə təyin etmək mümkün deyildir. Həmçinin, həmin rəydən görünür ki, qeyd olunan xəsarət əsgər Təqsirləndirilən şəxs 15 dekabr N0N1-ci il tarixdə onun başının üst nahiyəsindən bir-iki dəfə yumruq daha sonra isə sinə və qarın nahiyəsindən üç-dörd dəfə güclü yumruq zərbəsi vurması nəticəsində yarana bilməzdi. Belə ki, bu xəsarət 16 dekabr N0N1-ci il tarixdə yetirilməyə uyğundur. Qeyd olunan xəsarət 16 dekabr N0N1-ci il tarixdə saat 19 radələrində tibb məntəqəsinin növbətçi feldşeri, gizir X1 yumruğu ilə və həmçinin həmin tarixdə təxminən saat 19:30 radələrində əsgər Təqsirləndirilən şəxs təkrar-təkrar qarın nahiyəsinə çoxsaylı yumruq zərbəsi vurması nəticəsində yarana bilərdi, belə ki, dalağın cırılması hər iki şəxsin vurması nəticəsində baş vermişdir. Qeyd olunan xəsarət 18 dekabr N0N1-ci il tarixdə günorta saatlarında əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs «gün növbətçisi» kimi palatanın qapısı qarşısında qanunsuz saxlayarkən onun qarın nahiyəsindən üç-dörd dəfə güclü yumruq zərbəsi vurması nəticəsində mövcud yaranın təkrar cırılaraq böyüməsinə səbəb olmaqla, qanaxmanın sürətlənməsinə gətirib çıxarmışdır. Qeyd olunan xəsarət xx.xx.N0N1-ci il tarixdə Yusif Şirəliyevin, xx.xx.N0N1-ci il və xx.xx.N0N1-ci il tarixlərdə Təqsirləndirilən şəxs vurduğu zərbələr nəticəsində yarana bilərdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsinin xx.xx.N0NN-ci il tarixli 476 saylı ambulator psixiatrik ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri qeyd edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş, N saylı hərbi hissənin N7 avqust N0N0-ci il tarixli 195 saylı nizami hissə üzrə əmrindən çıxarışından görünür ki, əsgər Təqsirləndirilən şəxs Bakı şəhəri N saylı hərbi hissədən gəldiyinə görə N7 avqust N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilərək Xilasetmə taborunun Xilasetmə bölüyünün Təxliyyə taqımının Təxliyyə manqasının sanitarı vəzifəsinə təyin edilmiş, N8 avqust N0N0-ci il tarixdən isə səhər yeməyindən qazan təminatına daxil edilmişdir. İş üzrə materiallarda olan, N saylı hərbi hissəsi tərəfindən təqdim edilmiş tabelilik haqqında arayışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında hər hansı tabelilik münasibətləri olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş, N saylı hərbi hissənin N dekabr N0N0-ci il tarixli N83 saylı nizami hissə üzrə əmrindən çıxarışından görünür ki, əsgər Zərərçəkmiş şəxs Bakı şəhəri N saylı hərbi hissədən gəldiyinə görə N dekabr N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilərək Xilasetmə taborunun Xilasetmə bölüyünün Zərərçəkənlərin yerləşdirilməsi taqımının Zərərçəkənlərin yerləşdirilməsi manqasının xilasedicisi vəzifəsinə təyin edilmiş, 06 dekabr N0N0-ci il tarixdən isə səhər yeməyindən qazan təminatına daxil edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, N saylı hərbi hissənin N5 yanvar N0NN-ci il tarixli N3 saylı nizami hissə üzrə əmrindən çıxarışından görünür ki, əsgər Zərərçəkmiş şəxs «hərbi xidmət keçmə haqqında» əsasnamənin 156-cı maddəsinə əsasən xəstəliyə görə ehtiyyata buraxıldığına görə N5 yanvar N0NN-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq, uçota durması üçün SHXÇDX-nin Göygöl rayon şöbəsinə göndərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, FHN-nin Tibb Xidməti Xüsusi Həkim Ekspertiza Komissiyasının NN fevral N0NN-ci il tarixli 0113 nömrəli arayışından görünür ki, N saylı hərbi hissənin hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. N8 yanvar N0NN-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi ilkin sübutların məcmusu ilə «təqsirləndirilən şəxs» qismində cəlb edilərək, ona ittiham edilmiş və həmin tarixdə onun barəsində Cəlilabad Hərbi Məhkəməsi tərəfindən 04 (dörd) ay müddətinə «həbs» növündə qətimkan tədbirinin seçilmiş və təqsirləndirilən şəxs saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap edilmişdir. Cəlilabad Hərbi Məhkəməsinin N8 yanvar N0NN-ci il tarixli 4(096)-0N/N0NN saylı qərarından Təqsirləndirilən şəxs tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmiş, məhkəmənin 11 fevral N0NN-ci il tarixli, 4(106)-03/N0NN saylı qərarı ilə Cəlilabad Hərbi Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş, xidməti xasiyyətnamədən görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi hissədə xidmət etdiyi yerdə komandanlıq tərəfindən mənfi xasiyyətləndirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həyatının bütün mərhələlərində öz nizam-intizamı ilə seçilmiş, xalqına və millətinə layiqli bir gənc kimi yaşamışdır. Uşaq yaşlarından idmanla məşğul olmağa başlayan Təqsirləndirilən şəxs cüdo idman növü üzrə məşğul olmuş və «idman ustası» idman dərəcəsi almışdır. Təqsirləndirilən şəxs cüdo üzrə milli yığma komandanın üzvü olmuş, həm milli səviyyədə yüksək nəticələr əldə etmiş, həm də beynəlxalq yarışlarda ölkəmizin bayrağını yüksəklərə qaldırmışdır. O, yaşayış yeri üzrə, oxuduğu məktəbdən və idmanla məşğul olduğu idman klubu tərəfindən müsbət xasiyyətləndirilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş, N7 aprel N013-cü il tarixli diplomunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 1999-N000-ci illər arasında 60 kq çəki dərəcəsində «Azəri-Cüdo» klubunun yeni zalının açılış günündə cüdo üzrə açıq birincilikdə İ yeri tutduğuna görə təltif olunmuşdur. Cinayət işi üzrə materiallara əlavə olunmuş, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin N dekabr N014-cü il tarixli diplomunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs «Azərbaycan Respublikası birinciliyi» cüdo idman növü üzrə 66 kq çəki dərəcəsində İ yerə layiq görüldüyünə görə təltif olunmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin diplomunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs «Azərbaycan Respublikası birinciliyi» cüdo idman növü üzrə 73 kq çəki dərəcəsində İ yerə layiq görüldüyünə görə təltif olunmuşdur. Cinayət işinin materiallarında olan, 11– 1N sentyabr N014-cü il tarixlərdə Avropada keçirilən «X7» diplomunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs cüdo idman növü üzrə 66 kq çəki dərəcəsində İ yeri tutduğuna görə təltif edilmişdir. Cinayət işinin materiallarında olan, 10– 11 oktyabr N015-ci il tarixlərdə Avropada keçirilən «X7» diplomunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs cüdo idman növü üzrə 73 kq çəki dərəcəsində İ yeri tutduğuna görə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş, N015-ci il tarixli diplomunun kserosurətindən görünür ki, Rusiya Federasiyasının, İrkutsk şəhərində keçirilən 1999- N000-ci illər arasında 73 kq çəki dərəcəsində «Ümumrusiya birinciliyi» turnirində Təqsirləndirilən şəxs cüdo idman növü üzrə İ yeri tutduğuna görə təltif olunmuşdur. Cinayət işinin materiallarında olan, 01– 03 iyul N016-cı il tarixlərdə Vanta, Finlandiyada keçirilən «X9 və X3» diplomunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs cüdo idman növü üzrə təltif olunmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş, 07– 08 mart N015-ci il tarixlərdə Antalya, Türkiyədə keçirilən «Avropa kuboku» turnirinin diplomunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs cüdo idman növü üzrə 66 kq çəki dərəcəsində 3 yeri tutduğuna görə təltif olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş, xidməti xasiyyətnamədən görünür ki, əsgər Zərərçəkmiş şəxs hərbi hissədə xidmət etdiyi yerdə komandanlıq tərəfindən müsbət xasiyyətləndirilmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı özünün müdafiəsi məqsədilə bildirmişdir ki, o, N3 dekabr N0N1-ci il tarixli şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, 16 dekabr N0N1-ci il tarixdə əsgər Zərərçəkmiş şəxs tibb məntəqəsinin palatasında qapı qarşısında qanunsuz «gün növbətçisi» kimi saxlayarkən yaxınlaşaraq onun arxa tərəfindən N-3 yumruq zərbəsi vurduğunu, sonuncu qaçarkən getdiyi vaxt da arxa böyürböyrək nahiyəsindən N-3 dəfə yumruqla zərbə vurduğunu, eləcə də təpiklə arxa yan nahiyəsindən bir dəfə zərbə vurduğunu bildirmişdir. Sonuncu çarpayıda oturduqdan sonra ayaq nahiyəsindən sağ yumruğu ilə bir dəfə zərbə vurduğunu bildirmişdir. 18 dekabr N0N1-ci il tarixdə isə zor tətbiq etdiyini xatırlamamış, sadəcə bir dəfə şillə vurduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs N8 yanvar N0NN-ci il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən yuxarıda qeyd olunan epizodların baş veridyi vaxt N-3 dəfə deyil, 1-N dəfə zərbə vurduğunu qeyd etmişdir. N1 fevral N0NN-ci il tarixdə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı əsgər Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxs xx.xx.N0N1-ci il tarixdə gündüz saatlarında ona qarşı zor tətbiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs 01 aprel N0NN-ci il tarixdə əlavə dindirilməsi zamanı 15 dekabr N0N1-ci il tarixdə Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədiyini, 16 dekabr N0N1-ci il tarixdə axşam saatlarında sonuncunu gün növbətçisi kimi saxlayarkən arxa tərəfdən 1-N dəfə yumruq zərbəsi vurduğunu bildirmişdir. Habelə çarpayıda oturarkən ayaq və baş nahiyəsindən 1-N dəfə yumruqla zərbə vurduğunu bildirmişdir. 18 dekabr N0N1-ci il tarixdə isə ümumiyyətlə zor tətbiq etmədiyini bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs bir-birinə ziddiyyətli ifadələr vermişdir. Odur ki, həmin xüsusatlarla bağlı Zərərçəkmiş şəxs ifadələri əsas götürülməli, Təqsirləndirilən şəxs ifadəsini təhrif etməsi isə özünü müdafiə kimi qiymətləndirilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 33N.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün qismən etirafı, şahid ifadələri, ekspert rəyləri, rəsmi sənədlər, həmçinin iş üzrə toplanmış digər obyektiv sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 33N.3-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.1N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi iş üzrə cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası CM-nin 59.N-ci maddəsinə uyğun olaraq törətdiyi əməl üzrə səmimi peşmançılıq çəkməsini, cüdo idman növü üzrə məşğul olmaqla yanaşı cüdo idman üzrə milli yığma komandanın üzvü olmasını, həmçinin beynəlxalq yarışlarda ölkəmizin bayrağını yüksəklərə qaldırmasını da nəzərə alır. Eyni zamanda məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə, oxuduğu məktəb və idmanla məşğul olduğu idman klubu tərəfindən müsbət xasiyyətləndirilməsini də nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə cəzasını ağırlaşdıran hal kimi təkrar törətməsi müəyyən edilmişdir. Məhkəmə təqirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.N, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə işin hallarını, cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, onun törədilmə motivlərini, təqsirləndirilən şəxsi hərbi xidmət üzrə mənfi xasiyyətləndirilməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməklə cəmiyyətdən təcrid olunmaqla islah və tərbiyə olunmasını məqsədə müvafiq hesab edir. Bununla yanaşı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını, yaşadığı yer üzrə və oxuduğu məktəbdə müsbət xatakterizə olunmasını, cüdo idman növü üzrə «idman ustası» olmaqla beynəlxalq yarışlarda ölkəmizin bayrağını yüksəklərə qaldırmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs ittiham olunan maddələrin sanksiyasının aşağı həddində cəza verilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.N-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun «şübhəli şəxs» qismində tutulduğu gündən, yəni N8 yanvar N0NN-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və o, hökm qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın. Hökmdən N0 (iyirmi) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar