Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1-1(096)-12/2024 15.04.2024 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X3 və müdafiəçi- Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, videokonfrans əlaqə sistemindən istifadə edilməklə, N saylı hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs – xx xxxxxx 2003-cü il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.N4-cü il tarixli hökmü ilə məhkum olunmuş, N saylı hərbi hissənin “F” dəstəsinin “D” taqımının 3-cü manqasının atıcı-sanitarı vəzifəsində, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər rütbəsində xidmət etmiş, xx.xx.N3-cü il tarixdə hərbi xidmətdən tərxis olunmuş, Beyləqan rayonu, Mil qəsəbəsi ünvanında qeydiyyatda olan, ünvan 2 yaşayış massivində faktiki yaşamış, barəsində xx.xx.N4-cü il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən elektron məlumat daşıyıcılarından istifadə etməklə özgə əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissəsinin “F” dəstəsinin “D” taqımının 3cü manqasının atıcı-sanitarı vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən hərbi qulluqçuların aylıq vəzifə maaşlarının kart hesablarına mədaxil edildiyini bildiyindən tamah niyyəti ilə qəsdən özgə əmlakını gizli yolla elektron məlumat daşıyıcısı hesab olunan kartlardan nağdlaşdırmaq yolu ilə talamaq qərarına gəlmişdir. Bu məqsədlə 20 sentyabr N3-cü il tarixdə, səhər saat 09 radələrində əsgər yataqxanasında olarkən xidmət etdiyi hərbi hissənin şəxsi heyətinin Qarabağ bölgəsində döyüş tapşırığının icrası məqsədilə ezam olunduğuna görə heç kimin olmamasından istifadə edərək xidmət yoldaşı “F” dəstəsinin “D” taqımının 2-ci manqasının qumbaraatanı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X2 məxsus şəxsi dolabın yerləşdiyi “41” nömrəli otağa daxil olaraq həmin dolabdan sonuncunun istifadəsində olan "xxxx" ASC-yə məxsus “**********399132” nömrəli, “F” dəstəsinin “C” taqımının 4-cü manqasının baş snayperi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs3 məxsus şəxsi dolabın yerləşdiyi “40” nömrəli otağa daxil olaraq həmin dolabdan sonuncunun istifadəsində olan "xxxx" ASC-yə məxsus “**********323095” nömrəli, xidmət yoldaşı “P” dəstəsinin “C” taqımının atıcı-radiotelefonçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs2 məxsus şəxsi dolabın yerləşdiyi “36” nömrəli otağa daxil olaraq həmin dolabdan sonuncunun istifadəsində olan "xxxx" ASC-yə məxsus “**********902048” nömrəli, xidmət yoldaşı, “P” dəstəsinin “C” taqım komandirinin müavini, leytenant Zərərçəkmiş şəxs1 Əkrəm oğluna məxsus şəxsi dolabın yerləşdiyi “20” nömrəli otağa daxil olaraq çarpayısından sonuncunun istifadəsində olan "xxxx" ASC-yə məxsus “**********255531” nömrəli elektron məlumat daşıyıcısı hesab olunan əmək haqqı bank kartlarını götürmüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs cinayətkar məqsədinə nail olmaq üçün həmin gün, yəni 20 sentyabr N3-cü il tarixdə, saat 10 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində yerləşən hərbi hissənin daxilində quraşdırılmış, "xxxx" ASC-yə məxsus bankomata Çingiz Alasıyevin bank kartını daxil edərək əvvəlcədən sonuncu ilə olan dosltluq münasibətlərinə görə ona məlum olan kartın gizli dördrəqəmli şifrəsini Çingiz Alasıyevin icazəsi və məlumatı olmadan istifadə etməklə kartda olan 1597 manat pul vəsaitini birdəfəyə məxaric etmək mümkün olmadığından, 597 manat və 1000 manat olmaqla iki dəfəyə məxaric edib, ümumilikdə zərərçəkmiş şəxs Çingiz Alasıyevə 1597 manat miqdarında maddi ziyan vuraraq elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən cinayətkar məqsədini davam etdirərək, 21 sentyabr N3-cü il tarixdə, saat 16:30 radələrində Göytəpə şəhərində yerləşən “Elvin” marketə yaxınlaşaraq satıcıya özünün hərbiçi olduğunu, müharibədə iştirak etdiyini, anasının xəstə olduğunu və hazırda pula ehtiyacı olduğunu deyərək üzərində olan əldə etdiyi Zərərçəkmiş şəxs3 məxsus bank kartını öz maaş kartı kimi təqdim edərək gizli şifrəsini unutduğunu deyib satıcını aldatmaqla, həmin mağazada quraşdırılmış “pos terminal” vasitəsilə kartdan hissə-hissə olmaqla 1624 manat 80 qəpik pul vəsaitini 100 manatdan artıq olduqda xüsusi şifrə tələb edildiyi üçün hər dəfə əsasən 99 manat olmaqla nağdlaşdırmış və səhəri gün, 22 sentyabr N3-cü il tarixdə, saat 19 radələrində yenidən Göytəpə şəhərində yerləşən “Elvin” marketdə olan satıcını eyni yolla aldatmaqla həmin marketdə quraşdırılmış “pos terminal” vasitəsilə Zərərçəkmiş şəxs3 istifadəsində olan bank kartından 1015 manat pul vəsaitini də eyni üsulla hissə-hissə nağdlaşdırmaqla, habelə həmin gün saat 19 radələrində Masallı şəhəri ərazisində yerləşən “Lukoil” Yanacaq doldurma məntəqəsində aldığı yanacaq üçün 35 manat ödəniş etməklə, ümumilikdə Zərərçəkmiş şəxs3 2674 (iki min altı yüz yetmiş dörd) manat 80 (səksən) qəpik miqdarında maddi ziyan vuraraq, təkrarən elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən cinayətkar məqsədini davam etdirərək, 23-24 sentyabr N3-cü il tarixlərdə müxtəlif vaxtlarda Bakı şəhərində yerləşən müxtəlif ticarət obyektlərinə, yəni “20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən telefon mağazası, Biləcəri qəsəbəsində yerləşən “Bazarstore” mağazasına yaxınlaşaraq ticarət obyektlərində satıcılara hərbiçi olduğunu, üzərində gəzdirdiyi bank kartının gizli şifrəsini unutduğunu və təcili pula ehtiyacı olduğunu deyib satıcını aldatmaqla Zərərçəkmiş şəxs1 Əkrəm oğluna məxsus yuxarıda qeyd olunan bank kartından həmin mağazalarda quraşdırılmış “pos terminal” vasitəsilə nağdlaşdırmaq yolu və ödəniş etmək yolu ilə bank kartından ümumilikdə 1911 manat, 18 qəpik pul vəsaitini öz xeyrinə hüquqazidd və əvəzsiz olaraq hissə-hissə məxaric edib gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 1911 manat 18 qəpik miqdarında maddi ziyan vuraraq təkrarən elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən cinayətkar məqsədini davam etdirərək, 26 sentyabr N3-cü il tarixdə, saat 18 radələrində Göytəpə şəhərində yerləşən “Lider” marketdən “Hell” enerji içkisi alaraq məhsulun müqabilində 90 qəpik məbləğində ödənişi əldə etdiyi Zərərçəkmiş şəxs2 istifadəsində olan "xxxx" ASC-yə məxsus “**********902048” nömrəli bank kartı vasitəsilə nağdsız qaydada etmişdir. Daha sonra Bakı şəhərinə yola düşmüş, saat 20 radələrində isə Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” metrostansiyası yaxınlığında fəaliyyət göstərən mağaza köşklərindən birinə yaxınlaşaraq satıcıya hərbiçi olduğunu, istifadəsində olan bank kartının gizli şifrəsini unutduğunu və təcili pula ehtiyacı olduğunu deyib satıcını aldatmaqla həmin köşkdə Zərərçəkmiş şəxs2 istifadəsində olan və onun əldə etdiyi bank kartından quraşdırılmış “pos terminal” vasitəsilə hissə-hissə nağdlaşdırmaqla, ümumilikdə Zərərçəkmiş şəxs2 297 (iki yüz doxsan yeddi) manat 90 (doxsan) qəpik miqdarında maddi ziyan vuraraq, təkrarən elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq etmişdir. Məhkəmə iclasında, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət keçdiyi müddətdə, 10 sentyabr N3-cü il tarixdə məzuniyyətdən N saylı hərbi hissəyə qayıtmışdır. Həmin vaxt onun barəsində saxta sənəd tərtib edilməsinə görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş üzrə icraat da aparılmışdır. O, hərbi xidmət yerinə gələrkən xidmət etdiyi N saylı hərbi hissənin əsgər yataqxanasında gəzərkən xidmət yoldaşlarının aylıq vəzifə maaşlarının kart hesablarına mədaxil edildiyini bildiyindən tamah niyyəti ilə bank kartlarından nağdlaşdırmaq yolu ilə talamaq qərarına gəlmişdir. Bu məqsədlə, 20 sentyabr N3-cü il tarixdə, səhər saat 09 radələrində əsgər yataqxanasında olarkən xidmət etdiyi hərbi hissənin şəxsi heyətinin Qarabağ bölgəsində döyüş tapşırığının icrası məqsədilə ezam olunduğuna görə heç kimin olmamasından istifadə edərək xidmət yoldaşı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X2 məxsus şəxsi dolabın yerləşdiyi “41” nömrəli otağa daxil olaraq həmin dolabdan sonuncunun istifadəsində olan "xxxx" ASC-yə məxsus bank kartını, əsgər Zərərçəkmiş şəxs3 məxsus şəxsi dolabın yerləşdiyi “40” nömrəli otağa daxil olaraq həmin dolabdan sonuncunun istifadəsində olan "xxxx" ASC-yə məxsus bank kartını, daha sonra əsgər Zərərçəkmiş şəxs2 məxsus şəxsi dolabın yerləşdiyi “36” nömrəli otağa qanunsuz daxil olaraq həmin dolabdan sonuncunun istifadəsində olan "xxxx" ASC-yə məxsus bank kartını gizli olaraq götürmüşdür. Bundan sonra, o, həmin gün saat 10 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində yerləşən hərbi hissənin daxilində quraşdırılmış, "xxxx" ASC-yə məxsus bankomata Çingiz Alasıyevin bank kartını daxil edərək əvvəlcədən sonuncu ilə olan dosltluq münasibətlərinə görə ona məlum olan kartın gizli dördrəqəmli şifrəsini Çingiz Alasıyevin icazəsi və məlumatı olmadan istifadə etməklə kartda olan 1597 manat pul vəsaitini birdəfəyə məxaric etmək mümkün olmadığından, 597 manat və 1000 manat olmaqla iki dəfəyə məxaric etmişdir. 20 sentyabr N3-cü il tarixdə, saat 16:30 radələrində Göytəpə şəhərində yerləşən “Elvin” marketə yaxınlaşaraq satıcıya özünün hərbiçi olduğunu, müharibədə iştirak etdiyini, anasının xəstə olduğunu və hazırda pula ehtiyacı olduğunu deyərək üzərində olan əldə etdiyi Zərərçəkmiş şəxs3 məxsus bank kartını öz maaş kartı kimi təqdim edərək gizli şifrəsini unutduğunu deyib satıcını aldatmaqla, həmin mağazada quraşdırılmış “pos terminal” vasitəsilə kartdan hissə-hissə olmaqla 1624 manat 80 qəpik pul vəsaitini nağdlaşdırmışdır. Həmin vaxt “Elvin” marketdə mağazanı təmsil edən şəxs ona “pos terminal” vasitəsilə ödəniş edildiyi üçün ondan faiz tutulacağını bildirdiyi üçün o, özü şəxsən könüllü olaraq əldə etdiyi məbləğin 150 manatını satıcıya faiz məbləğini kompensasiya etmək üçün vermişdir. Bundan başqa səhəri gün, yəni 21 sentyabr N3-cü il tarixdə, saat 19 radələrində yenidən Göytəpə şəhərində yerləşən “Elvin” marketdə olan satıcını eyni yolla aldatmaqla həmin marketdə quraşdırılmış “pos terminal” vasitəsilə Zərərçəkmiş şəxs3 istifadəsində olan bank kartından 1015 manat pul vəsaitini hissə-hissə nağdlaşdırmaqla pulları əldə etmişdir. Bir daha özü şəxsən könüllü olaraq əldə etdiyi məbləğin 130 manatını satıcıya faiz məbləğini kompensasiya etmək üçün vermişdir. O, ifadəsində qeyd etmişdir ki, “Elvin” marketin sahibi və ya satıcısının onun bank kartı oğurlamasından məlumatı olmamış, sadəcə özü satıcıya gizli şifrəni bilmədiyini deməklə sonuncunu aldatmağı bacarmışdır. Habelə həmin gün saat 19 radələrində Masallı şəhəri ərazisində yerləşən “Lukoil” Yanacaq doldurma məntəqəsində aldığı yanacaq üçün 35 manat ödəniş etməklə kart hesabındakı pulları talamışdır. Bundan sonra, Bakı şəhəri ərazisinə gələrək 26 sentyabr N3-cü il tarixlərdə müxtəlif vaxtlarda Bakı şəhərində yerləşən müxtəlif ticarət obyektlərinə, yəni “20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən telefon mağazası, Biləcəri qəsəbəsində yerləşən “Bazarstore” mağazasına yaxınlaşaraq ticarət obyektlərində satıcılara hərbiçi olduğunu, üzərində gəzdirdiyi bank kartının gizli şifrəsini unutduğunu və təcili pula ehtiyacı olduğunu deyib satıcını aldatmaqla Zərərçəkmiş şəxs1 Əkrəm oğluna məxsus yuxarıda qeyd olunan bank kartından həmin mağazalarda quraşdırılmış “pos terminal” vasitəsilə nağdlaşdırmaq yolu və ödəniş etmək yolu ilə bank kartından ümumilikdə 1911 manat, 18 qəpik pul vəsaitini öz xeyrinə hüquqazidd və əvəzsiz olaraq hissə-hissə məxaric etmişdir. O, təxminən 1584 manat pulu telefon mağazasında nağdlaşdırarkən 100 manat pul vəsaitini satıcıya bankın tutacağı faiz məbləğini kompensasiya etmək üçün vermişdir. Bundan başqa, 26 sentyabr N3-cü il tarixdə, saat 18 radələrində Göytəpə şəhərində yerləşən “Lider” marketdən “Hell” enerji içkisi alaraq məhsulun müqabilində 90 qəpik məbləğində ödənişi əldə etdiyi Zərərçəkmiş şəxs2 bank kartı vasitəsilə nağdsız qaydada etmişdir. Daha sonra Bakı şəhərinə yola düşmüş, saat 20 radələrində isə Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” metrostansiyası yaxınlığında fəaliyyət göstərən mağaza köşklərindən birinə yaxınlaşaraq satıcıya hərbiçi olduğunu, istifadəsində olan bank kartının gizli şifrəsini unutduğunu və təcili pula ehtiyacı olduğunu deyib satıcını aldatmaqla həmin köşkdə Zərərçəkmiş şəxs2 istifadəsində olan və onun əldə etdiyi bank kartından quraşdırılmış “pos terminal” vasitəsilə hissə-hissə nağdlaşdırmaqla, 297 manat pulu götürmüş və daha sonra növbəti dəfə həmin kartla “pos terminal”dan nağdlaşdırma aparmaq istəyəndə həmin kart bloka düşmüşdür. O, həmin pul vəsaitlərinin bir qismini anasının müalicəsi ilə bağlı sərf etdiyini, daha sonra həmin pula “İphone 12” markalı “smartfon” telefon aldığını və digər şəxsi ehtiyaclarını ödədiyini bildirmişdir. Məhkəmə iclasında, Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, N saylı hərbi hissədə xidmət etməklə xidmət yoldaşı əsgər Təqsirləndirilən şəxs xidmət müddətində tanımış, aralarında hər hansı qohumluq və düşmənçilik münasibətləri olmamışdır. Belə ki, N3-cü ilin sentyabr ayının əvvəllərində döyüş tapşırıqlarının icrası ilə əlaqədar olaraq yuxarı komandanlığın müvafiq əmri ilə döyüş bölgələrinə ezam edilmişdir. O, ezamiyyətdə olarkən bank kartına 2124 manat pul vəsaiti əmək haqqı mədaxil edilmişdir. Həmin vaxt, lokal xarakterli antiterror əməliyyatı yekunlaşdıqdan sonra toplama məntəqələrinin birində istifadəsində olan mobil telefonu açmış və həmin zaman ona "xxxx" ASC tərəfindən verilmiş “**********902048” nömrəli kartından Cəlilabad rayonu, “Lider” marketdə 90 qəpik məxaric olunması barədə “sms” bildiriş gəlmişdir. O, həmin vaxt buna əhəmiyyət verməmiş, ezam olunmadan öncə etdiyi əməliyyatın bildirişinin gecikdiyini zənn etmişdir. O, bank kartı ilə aylıq maaşlarını almış və kartın gizli 4 rəqəmli kodu sadəcə ona məlum olmuşdur. Daha sonra üzərindən təxminən 2 saat 20 dəqiqə vaxt keçdikdən sonra bank kartından 4-5 dəqiqə ərzində ayrı-ayrılıqda 99 manat olmaqla ümumilikdə 297 manat pul vəsaiti məxaric edilmişdir. Bundan sonra o, kartı bloka salmaqla "xxxx"ın qısa nömrəsinə zəng edərək özünün xəbəri olmadan bank kartından pul vəsaitlərinin məxaric edildiyini bildirmişdir. Həmin qısa nömrədən operator ona əməliyyatların Bakı şəhərində icra edilməsi barədə məlumat vermişdir. Daha sonra o, DİN-nin “102” qaynar xəttinə məlumat verərək bank kartından oğurluq edilməsi barədə şübhələrinin olduğunu və buna görə də araşdırma aparılmasını xahiş etmişdir. Hərbi hissə ilə maraqlanarkən və ezamiyyətdən qayıdarkən müvafiq əməli onun xidmət yoldaşı əsgər Təqsirləndirilən şəxs törətdiyini öyrənmişdir. Belə ki, o, bank kartını əsgər yataqxanasında öz şəxsi dolabına qoymuşdur. Buna görə də əsgər Təqsirləndirilən şəxs həmin kartı gizli olaraq götürməklə daha sonra “pos terminal”lardan nağdlaşdırma və nağdsız qaydada ödənişlər etmək yolu ilə hesabda olan pul vəsaitlərini talamışdır. Əlavə olaraq, Zərərçəkmiş şəxs2 məhkəməyə bildirmişdir ki, Təqsirləndirilən şəxs bağışlamır. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmədən ona sərt cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında, Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, N saylı hərbi hissədə xidmət etməklə xidmət yoldaşı əsgər Təqsirləndirilən şəxs xidmət müddətində tanımış, aralarında hər hansı qohumluq və düşmənçilik münasibətləri olmamışdır. Belə ki, N3-cü ilin sentyabr ayının əvvəllərində döyüş tapşırıqlarının icrası ilə əlaqədar olaraq yuxarı komandanlığın müvafiq əmri ilə döyüş bölgələrinə ezam edilmişdir. O, ezamiyyətdə olarkən onun bank kartına əmək haqqı məbləği mədaxil edilmişdir. O, daha sonra 200 manat pul vəsaitini mobil tətbiqin “card-to-card” funksiyasının köməkliyi ilə Nicat Nurməmmədzadəyə göndərmişdir. Həmin vaxt, lokal xarakterli antiterror əməliyyatı yekunlaşdıqdan sonra toplama məntəqələrinin birində digər xidmət yoldaşı əsgər Zərərçəkmiş şəxs2 bildirmişdir ki, onun bank kartından xəbəri və icazəsi olmadan pul vəsaitləri məxaric edilmişdir. O, bundan sonra özü "xxxx"ın mobil tətbiqinə daxil olaraq ona "xxxx" ASC tərəfindən verilmiş müvafiq maaş kartından 23 və 24 sentyabr N3-cü il tarixlərdə Biləcəri qəsəbəsində yerləşən “Bazarstore” mağazasından və telefon mağazalarından ümumilikdə 1911 manat pul vəsaiti məxaric edilmişdir. Belə ki, bir neçə dəfə “pos terminal” vasitəsilə 99 manat şəkilndə ödənişlər edilmişdir. Çünki, bank kartının şifrəsi yalnız ona məlum olmuş, o, həmin şifrəni heç kimə verməmişdir. Həmçinin, ticarət obyektlərində 100 manata qədər edilən ödənişlər üçün gizli şifrə tələb olunmamışdır. Buna görə də o, bank kartından “pos terminal”larla ödəniş edildiyini düşünmüşdür. Daha sonra bank kartında qalan pullardan 1629 manatı mobil tətbiq vasitəsilə dostu Pərviz Quliyevə və 100 manat pulu isə Fərid Behbudluya göndərmişdir. Ona "xxxx" ASC tərəfindən təqdim edilmiş “**********255531” nömrəli bank kartını subay şəxsi heyət üçün ayrılmış kazarmada onun qaldığı “20” nömrəli otaqda özünün şəxsi dolabında saxlamışdır. Daha sonra o, DİNnin “102” qaynar xəttinə məlumat verərək bank kartından oğurluq edilməsi barədə şübhələrinin olduğunu və buna görə də araşdırma aparılmasını xahiş etmişdir. Hərbi hissə ilə maraqlanarkən və ezamiyyətdən qayıdarkən müvafiq əməli onun xidmət yoldaşı əsgər Təqsirləndirilən şəxs törətdiyini öyrənmişdir. Belə ki, o, bank kartını əsgər yataqxanasında öz şəxsi dolabına qoymuşdur. Buna görə də əsgər Təqsirləndirilən şəxs həmin kartı gizli olaraq götürməklə daha sonra “pos terminal”lardan nağdlaşdırma və nağdsız qaydada ödənişlər etmək yolu ilə hesabda olan pul vəsaitlərini talamışdır. Əlavə olaraq, Zərərçəkmiş şəxs1 məhkəməyə bildirmişdir ki, Təqsirləndirilən şəxs bağışlamır. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmədən ona sərt cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında, Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, N saylı hərbi hissədə xidmət etməklə xidmət yoldaşı əsgər Təqsirləndirilən şəxs xidmət müddətində tanımış, aralarında hər hansı qohumluq və düşmənçilik münasibətləri olmamışdır. Belə ki, N3-cü ilin sentyabr ayının əvvəllərində döyüş tapşırıqlarının icrası ilə əlaqədar olaraq yuxarı komandanlığın müvafiq əmri ilə döyüş bölgələrinə ezam edilmişdir. O, ezamiyyətdə olarkən onun bank kartına 2706 manat əmək haqqı məbləği, digər mükafatlarla birlikdə mədaxil edilmişdir. O, xidmətə görə aylıq olaraq 1456 manat ödəniş almışdır. Həmin vaxt, lokal xarakterli antiterror əməliyyatı zamanı 21 sentyabr N3-cü il tarixdə sol qolunun dirsəkdən aşağı nahiyəsindən güllə yarası almış və buna görə də Şuşa şəhərində hospitala təxliyyə edilmişdir. 25 sentyabr N3-cü il tarixdə isə Müdafiə Nazirliyinin Hərbi Hospitalına təxliyyə edilmişdir. Həmin vaxt bank kartını N saylı hərbi hissədə subay heyət üçün ayrılmış yataqxanada yerləşən “40” nömrəli otaqda şəxsi dolabında saxlamış, mobil telefonunu isə Ağcabədi şəhərində ailə üzvlərinin yanında saxlamışdır. O, hospitalda müalicə aldığı dövrdə öz mobil telefonunun gətirilməsini xahiş etmiş, mobil tətbiqə daxil olduqdan sonra bank kartından 21-22 sentyabr N3-cü il tarixlərində ümumilikdə 2674 manat 80 qəpik pul vəsaitinin icazəsi və xəbəri olmadan məxaric edildiyini görmüşdür. Belə ki, bir neçə dəfə “pos terminal” vasitəsilə 99 manat şəkilndə ödənişlər edilmişdir. Çünki, bank kartının şifrəsi yalnız ona məlum olmuş, o, həmin şifrəni heç kimə verməmişdir. Həmçinin, ticarət obyektlərində 100 manata qədər edilən ödənişlər üçün gizli şifrə tələb olunmamışdır. Buna görə də o, bank kartından “pos terminal”larla ödəniş edildiyini düşünmüşdür. Daha sonra, o, DİN-nin “102” qaynar xəttinə məlumat verərək bank kartından oğurluq edilməsi barədə şübhələrinin olduğunu və buna görə də araşdırma aparılmasını xahiş etmişdir. Hərbi hissə ilə maraqlanarkən və ezamiyyətdən qayıdarkən müvafiq əməli onun xidmət yoldaşı əsgər Təqsirləndirilən şəxs törətdiyini öyrənmişdir. Belə ki, o, bank kartını əsgər yataqxanasında öz şəxsi dolabına qoymuşdur. Buna görə də əsgər Təqsirləndirilən şəxs həmin kartı gizli olaraq götürməklə daha sonra “pos terminal”lardan nağdlaşdırma və nağdsız qaydada ödənişlər etmək yolu ilə hesabda olan pul vəsaitlərini talamışdır. Əlavə olaraq, Zərərçəkmiş şəxs3 məhkəməyə bildirmişdir ki, Təqsirləndirilən şəxs bağışlamır. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmədən ona sərt cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında, zərərçəkmiş şəxs X3 ifadəsində bildirmişdir ki, N saylı hərbi hissədə xidmət etməklə xidmət yoldaşı əsgər Təqsirləndirilən şəxs xidmət müddətində tanımış, aralarında hər hansı qohumluq və düşmənçilik münasibətləri olmamışdır. Bellə ki, N3-cü ilin sentyabr ayının əvvəllərində döyüş tapşırıqlarının icrası ilə əlaqədar olaraq yuxarı komandanlığın müvafiq əmri ilə döyüş bölgələrinə ezam edilmişdir. O, ezamiyyətdə olarkən onun bank kartına 1597 manat əmək haqqı məbləği, digər mükafatlarla birlikdə mədaxil edilmişdir. 26 sentyabr N3-cü il tarixdə döyüş tapşırığını icra edib qayıdarkən toplama məntəqəsində olarkən bank kartının mobil tətbiqinə daxil olanda oradan hərbi hissənin giriş hissəsində olan bankomat vasitəsilə 597 manat və 1000 manat olmaqla, ümumilikdə 1597 manat pul vəsaitinin məxaric edildiyini görmüşdür. Ona "xxxx" ASC tərəfindən verilmiş “**********399132” nömrəli əmək haqqı bank kartının gizli 4 rəqəmli şifrəsi əsgər Təqsirləndirilən şəxs məlum olmuşdur. Belə ki, onlar eyni otaqda qaldıqlarından, eləcə də dost münasibətində olduqlarından bir-birilərinə əmək haqqı kartlarının gizli şifrəsini əsasən özlərinin işi olanda digəri kartdan pul çıxarmaq üçün vermişlər. Buna baxmayaraq, 20 sentyabr N3-cü il tarixdə bank kartının gizli kodu ilə bağlı heç kimə icazə verməmişdir. Həmin gün əsgər Təqsirləndirilən şəxs onun icazəsi olmadan, o, döyüş tapşırığı icra edərkən bu hərəkəti etmişdir. Daha sonra, o, DİN-nin “102” qaynar xəttinə məlumat verərək bank kartından oğurluq edilməsi barədə şübhələrinin olduğunu və buna görə də araşdırma aparılmasını xahiş etmişdir. Hərbi hissə ilə maraqlanarkən və ezamiyyətdən qayıdarkən müvafiq əməli onun xidmət yoldaşı əsgər Təqsirləndirilən şəxs törətdiyini öyrənmişdir. Belə ki, o, bank kartını əsgər yataqxanasında öz şəxsi dolabına qoymuşdur. Buna görə də əsgər Təqsirləndirilən şəxs həmin kartı gizli olaraq götürməklə kartın 4 rəqəmli kodundan istifadə etməklə oğurluq cinayəti törətmişdir. Əlavə olaraq, zərərçəkmiş şəxs X3 məhkəməyə bildirmişdir ki, Təqsirləndirilən şəxs bağışlamır. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmədən ona sərt cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında, Şahid1 ifadəsində bildirmişdir ki, Göytəpə şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla “Elvin” marketin sahibidir. O, Təqsirləndirilən şəxs təxminən 21-22 sentyabr N3-cü il tarixlərində tanımışdır. Təqsirləndirilən şəxs özünü hərbi qulluqçu kimi təqdim etmiş və sonuncuda olan bank kartında olan pulların nağdlaşdırmasını xahiş etmişdir. Belə ki, ona yaxınlaşan hərbi qulluqçu hazırda anasının ağır xəstə olmasını, lakin özünə məxsus olan bank kartının gizli 4 rəqəmli kodunu yadından çıxardığını bildirmişdir. O, sonuncuya hərbiçi olduğu üçün kömək edə biləcəyini demiş, sənədlərini təqdim etməsini istəsə də ona müharibədən yenicə gəldiyini, bir sıra sənədlərini itirdiyini, hazırda üzərində olmadığını və anası xəstə olduğu üçün təcili pula ehtiyacı olduğunu deyərək onu aldatmışdır. O, kartın kodunu unutduğu üçün “pos terminal”a yaxınlaşdırmağı və “pos terminal”a məbləği daxil etdikdən sonra nağd pulları ona verməyini bildirmişdir. 20 sentyabr N3-cü il tarixdə, saat 16 radələrində təqdim etdiyi bank kartını “pos terminal”a yaxınlaşdıraraq nağdsız qaydada bir neçə dəfə yaxınlaşdırdı və bankın “NFC” tətbiqi vasitəsilə kartdakı məbləğlər onun hesabına mədaxil edildi. Bu halda “pin” koda ehtiyac olmamışdır. Hesaba mədaxil olunan məbləği Təqsirləndirilən şəxs qaytarmışdır. Həmin “pos terminlal”la edilən ödəniş zamanı bank müvafiq hesabdan faiz məbləği tutduğu üçün bu barədə Elvinə bildirdikdikdən sonra sonuncu zərərləri qarşılayacağını deyərək nağdlaşdırılmış vəsaiti təqdim etdikdən sonra ona 150 manat pul vəsaitini zərərin əvəzi olaraq vermişdir. Elvin adlı şəxs könüllü olaraq öz istəyi ilə 150 manat pul vəsaiti vermiş və tutulmuş faizi kompensasiya etmək məqsədilə Elvindən həmin məbləği götürmüşdür. Lakin, dəqiq olaraq ondan nə qədər faiz tutulduğunu bilməmişdir. Bundan sonra, isə ertəsi gün saat 19 radələrində yenidən yaxınlaşaraq yenə eyni qaydada pula ehtiyacı olduğunu bildirmiş, həmin vaxt Elvinin təkrar yaxınlaşmağı onda bir daha əminlik yaratmışdır ki, kart həqiqətən də Elvin adlı şəxsə məxsusdur. Həmin gün bir neçə dəfə 99 manat şəklində kartın balansından “pos terminal”dakı hesaba mədaxil edilmiş, müvafiq pulları ona qaytardıqdan sonra həmin pul vəsaitindən zərərin əvəzi kimi, yəni tutulacaq faizə görə 130 manat pul qaytarmışdır. O, sonradan təxminən 27 sentyabr N3-cü il tarixdə bilmişdir ki, həmin şəxs xidmət yoldaşlarının bank kartlarını oğurlayaraq pul vəsaitlərini talamışdır. Lakin, Təqsirləndirilən şəxs ona yaxınlaşıb nağdlaşdırma əməliyyatlarını icra edərkən ona oğurluq olması barədə hər hansı məlumat verməmişdir. O, sadəcə kömək etmək niyyəti ilə nağdlaşdırmağa kömək etmiş, həmin pul vəsaitindən sadəcə olaraq onun hesabından bank tərəfindən tutulan faizin əvəzini kompensasiya olaraq götürmüşdür. Həmçinin, həmin vəsaitləri də özü diktə etməmiş, sadəcə Təqsirləndirilən şəxs özü şəxsi istəyi ilə qeyd olunan məbləğləri ona faizin əvəzi kimi vermişdir. Məhkəmə iclasında, Şahid3 ifadəsində bildirmişdir ki, N3-cü ilin sentyabr ayının sonlarında döyüş bölgələrindən ezamiyyətdən qayıtdıqdan sonra “F” dəstəsinin bəzi otaqlarının qapılarının möhürlərinin sındırıldığını görmüş və bu barədə aidiyyəti üzrə məruzə etmişdir. Sonradan digər xidmət yoldaşlarından öyrənmişdir ki, əsgər Təqsirləndirilən şəxs adlı hərbi qulluqçu “F” və “P” dəstələrində bir neçə hərbi qulluqçunun qaldığı otaqlara daxil olaraq bank kartlarını oğurlamışdır. İş üzrə şahid qismində dindirilmiş “P” dəstəsinin bölük baş çavuşu Şahid2 da Şahid3 oxşar məzmunlu ifadə verərək baş verənləri bir daha təsdiq etmişdir. İş üzrə materiallara əlavə edilmiş, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları 21 fevral N4-cü il tarixdə keçirilmiş “İfadənin yerində yoxlanılması” istintaq hərəkəti zamanı da bildirməklə baş verənləri bir daha əyani şəkildə göstərmişdir. İş üzrə materiallara əlavə edilmiş, Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiyi xüsusatları 21 fevral N4-cü il tarixdə keçirilmiş “İfadənin yerində yoxlanılması” istintaq hərəkəti zamanı da bildirməklə baş verənləri bir daha əyani şəkildə göstərmişdir. İş üzrə materiallara əlavə edilmiş, zərərçəkmiş şəxs X3 ifadəsində qeyd etdiyi xüsusatları 21 fevral N4-cü il tarixdə keçirilmiş “İfadənin yerində yoxlanılması” istintaq hərəkəti zamanı da bildirməklə baş verənləri bir daha əyani şəkildə göstərmişdir. İş üzrə materiallara əlavə edilmiş, Zərərçəkmiş şəxs3 ifadəsində qeyd etdiyi xüsusatları 21 fevral N4-cü il tarixdə keçirilmiş “İfadənin yerində yoxlanılması” istintaq hərəkəti zamanı da bildirməklə baş verənləri bir daha əyani şəkildə göstərmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, 08 fevral N4-cü il tarixli “diskə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, həmin disk “Elvin” marketin sahibi Şahid1 tərəfindən təqdim edilməklə diskdə olan videofayl 29 saniyə olmaqla “smartfon” telefon vasitəsilə müşahidə kameralarının bağlandığı komputer monitorundan çəkilmişdir. Monitorun aşağı sol tərəfində “CAM 5” yazılmışdır. Baxış istintaq hərəkətində iştirak edən Şahid1 bildirdi ki, görüntülər onun tərəfindən təxminən 27 sentyabr N3-cü il tarixdə çəkilmişdir. Belə ki, sonradan adını Təqsirləndirilən şəxs olaraq bildiyi şəxs 21 sentyabr N3-cü il tarixdə ona yaxınlaşaraq təqdim etdiyi bank kartının gizli şifrəsini unutduğunu bildirmişdir. Həmin vaxt müşahidə kameraları mağazanın ön hissəsini qeydiyyata almışdır. Videogörüntülərdən müəyyən edilir ki, hadisə gündüz vaxtlarında baş vermişdir. Mağazanın çöl tərəfində 2 nəfər şəxs dayanmışdır. Bir nəfər orta boylu ağ krasofka, qara şalvar və ağ futbolka geyinmiş şəxs mağazadan çıxaraq üzü yol istiqamətində hərəkət etmişdir. Bununla bağlı olaraq Şahid1 bildirmişdir ki, videogörüntülərdə olan ağ rəngli futbolka geyinmiş adam həqiqətən də 21-22 sentyabr N3-cü il tarixlərdə ona yaxınlaşıb “pos terminal” vasitəsilə bank kartından nağdlaşdırma aparan şəxs olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş, 08 fevral N4-cü il tarixli “maddi sübutun tanınması” haqqında qərardan görünür ki, “Elvin” Marketin sahibi Şahid1 tərəfindən təqdim edilmiş 01 ədəd “CD” disk maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs1 adına olan bank hesab çıxarışının əməliyyat təsviri və məbləğ hissəsindən görünür ki, sonuncunun hesabına xx.xx.N3-cü il tarixdə 3774 manat 84 qəpik pul vəsaiti əmək haqqı mədaxil olunmuşdur. xx.xx.N3-cü il tarixdə 201 manat pul vəsaiti “İBA MOBİLE” tətbiqi vasitəsilə digər bank hesabına göndərilmişdir. Daha sonra “Bazarstore” Biləcəri mağazasında iki dəfə 99 manat və bir dəfə 47 manat 28 qəpik olmaqla, ümumilikdə 245 manat həcmində ödəniş edilməklə əməliyyatlar icra edilmişdir. Ertəsi gün, yəni, xx.xx.N3-cü il tarixdə həmin bank kartı ilə “TELEFON MAĞAZASİ-BAKİ” adlı ticarət obyektində 16 dəfə 99 manat pul vəsaiti olmaqla, ümumilikdə 1584 manat pul vəsaiti “pos terminal” vasitəsilə yuxarıda qeyd olunan ticarət subyektinin bank hesabına mədaxil edilmişdir. Bundan başqa, xx.xx.N3-cü il tarixdə “MARKET”-də 3 manat 70 qəpik, “TOS OİL”-də 50 manat, Biləcəri “POS ASB”-də 11 manat 40 qəpik, “Ehtiyyat Hissələri” dükanında 10 manat, “Namiq Market”də 6 manat 80 qəpik olmaqla, ümumilikdə əlavə olaraq 81 manat 90 qəpik pul vəsaiti “pos terminal” vasitəsilə digər ticarət subyektlərinin bank hesabına məxaric edilməklə ödənişlər edilmişdir. xx.xx.N3-cü il tarixdə isə “İBA MOBİLE” tətbiqi vasitəsilə 1629 manat pul vəsaiti digər bank hesabına məxaric edilmiş, ayın sonuna adıçəkilən bank hesabında 6 manat 80 qəpik pul vəsaiti qalıq qalmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs2 adına olan bank hesab çıxarışının əməliyyat təsviri və məbləğ hissəsindən görünür ki, sonuncunun hesabına xx.xx.N3-cü il tarixdə 2124 manat 46 qəpik pul vəsaiti əmək haqqı mədaxil olunmuşdur. xx.xx.N3-cü il tarixdə “İBA MOBİLE” tətbiqi vasitəsilə 41 manat, 30 manat və 205 manat məbləğində pul vəsaitləri digər bank hesablarına köçürmə yolu ilə mədaxil edilmişdir. xx.xx.N3-cü il tarixdə “LİDER MARKET CƏLİLABAD” adlı ticarət obyektində 90 qəpik məbləğində pul vəsaiti qeyd olunan ticarət subyektinin hesabına “pos terminal” vasitəsilə ödəniş edilmişdir. xx.xx.N3-cü il tarixdə isə “TELEFON MAĞAZASİ-BAKİ” adlı ticarət obyektində 03 (üç) dəfə ayrı-ayrılıqda 99 manat olmaqla, ümumilikdə, cəmi 297 manat pul vəsaiti “pos terminal” vasitəsilə yuxarıda qeyd olunan ticarət subyektinin bank hesabına mədaxil edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs3 adına olan bank hesab çıxarışının əməliyyat təsviri və məbləğ hissəsindən görünür ki, sonuncunun hesabına xx.xx.N3-cü il tarixdə 2706 manat 12 qəpik pul vəsaiti əmək haqqı mədaxil olunmuşdur. xx.xx.N3-cü il tarixdə “Elvin” Market- Cəlilabad adlı ticarət obyektində 16 dəfə ayrı-ayrılıqda 99 manat olmaqla, əlavə olaraq 0,99 qəpik və 4 manat 40 qəpik olmaqla ümumilikdə 1624 manat 80 qəpik pul vəsaiti “pos terminal” vasitəsilə nağdlaşdırılmışdır. Bundan başqa, 22.009.N3-cü il tarixdə “LUKOYL YDM-MASALLİ” adlı ticarət obyektində 35 manat məbləğində ödəniş edilmişdir. Bundan başqa həmin tarixdə, yəni, xx.xx.N3-cü il tarixdə “Elvin” Market- Cəlilabad adlı ticarət obyektində “pos terminal” vasitəsilə ödəniş edilməklə, ümumilikdə həmin ticarət subyektinin hesabına 99 manat şəklində, ümumilikdə 1015 manat pul vəsaitini mədaxil etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, X1 adına olan bank kartı hesab çıxarışının əməliyyat təsviri və məbləğ hissəsindən görünür ki, sonuncunun hesabına xx.xx.N3-cü il tarixdə 1597 manat 46 qəpik məbləğində əmək haqqı mədaxil olunmuşdur. xx.xx.N3-cü il tarixdə Göytəpə HH ATM-dən 597 manat və 1000 manat olmaqla, ümumilikdə 1597 manat pul vəsaiti məxaric edilmişdir. Cinayət işinin materiallarında olan, N saylı hərbi hissə komandirinin N iyul N2-ci il tarixli, 199 №-li nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, N saylı hərbi hissə komandirinin N iyul N2-ci il tarixl,i 039əç nömrəli əmrinə əsasən müddətli həqiqi hərbi xidməti başa çatmış, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Ordusunda bağlaşma əsasında 3 (üç) illik müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilməklə, N saylı hərbi hissənin 1-ci dəstənin, 4-cü taqımın, 3-cü manqasının atıcı-sanitarı vəzifəsinə təyin edilərək vəzifəsinin icrasına başlamış hesab edilmişdir. Cinayət işinin materiallarında olan, N saylı hərbi hissə komandirinin N oktyabr N3cü il tarixli, 278 №-li nizami hissə üzrə əmrindən çıxarışından görünür ki, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “E” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmişdir. N oktyabr N3-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılsın və qeydiyyata durmaq üçün SHXÇDX-nin Beyləqan rayon şöbəsinə göndərilmişdir. Cinayət işinin materiallarında olan, N saylı hərbi hissə komandirinin nizami hissə üzrə 22 iyul N3-cü il tarixli, 204 nömrəli əmrindən çıxarışından görünür ki, 18 may – N iyul N3-cü il tarixlərdə “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı” kursunu müvəffəqiyyətlə bitirmiş, əsgər Zərərçəkmiş şəxs3 Azərbaycan Ordusunda bağlaşma əsasında 03 illik könüllü olaraq müddətdən artıq hərbi xidmətə qəbul edilərək, N saylı hərbi hissənin xüsusi təyinatlı dəstənin, xüsusi təyinatlı taqımının, atəş dəstək manqasının, baş snayperi vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin nizami hissə üzrə 07 iyul N3-cü il tarixli, 189 nömrəli əmrindən çıxarışından görünür ki, leytenant Zərərçəkmiş şəxs1 07 iyul N3-cü il tarixdə, N saylı hərbi hissədən gəlmiş hesab edilmiş və şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlara daxil edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin nizami hissə üzrə 03 fevral N1-ci il tarixli, 36 nömrəli əmrindən çıxarışından görünür ki, “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı” kursunu müvəffəqiyyətlə bitirmiş, müddətli həqiqi hərbi xidməti başa çatmış əsgər X3 03 il müddətinə müddətdən artıq xidmətə könüllü qəbul edilməklə, N saylı hərbi hissənin 2-ci xüsusi təyinatlı dəstənin, xüsusi təyinatlı taqımının, atıcı radiotelefonçusu vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin nizami hissə üzrə 23 aprel N1-ci il tarixli, 117 nömrəli əmrindən çıxarışından görünür ki, “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı” kursunu müvəffəqiyyətlə bitirmiş, müddətli həqiqi hərbi xidməti başa çatmış əsgər X3 03 il müddətinə müddətdən artıq xidmətə könüllü qəbul edilməklə, N saylı hərbi hissənin 1-ci xüsusi təyinatlı dəstənin, xüsusi təyinatlı taqımının, xüsusi təyinatlı manqasının qumbaraatanı vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N2-ci il tarixli “Bağlaşma”nın kserosurətindən görünür ki, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Ordusunda 3 (üç) il müddətinə N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifəsində xidmət etməyi öhdəsinə götürmüşdür. Cinayət işi üzrə materiallara əlavə edilmiş, N saylı hərbi hissə komandanlığı tərəfindən təqdim edilmiş xx.xx.N4-cü il tarixli, 86 nömrəli arayışdan görünür ki, N saylı hərbi hissənin hərbi qulluqçuları leytenant Zərərçəkmiş şəxs1, MAHHXHQ, əsgər Zərərçəkmiş şəxs2, əsgər X3, əsgər Zərərçəkmiş şəxs3 xx.xx.N3-cü il tarixdən xx.xx.N3cü il tarixədək ərazi-çöl çıxışında, həmçinin döyüş tapşırığında olmuşlar. Cinayət işi üzrə materiallara əlavə edilmiş, Müdafiə Nazirliyinin MHP tərəfindən verilmiş xx.xx.N3-cü il tarixli, 11044 nömrəli HHK arayışından görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı hesab edilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 30 sentyabr N3-cü il tarixdə, Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə “şübhəli şəxs” qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, N oktyabr N3-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-1-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən həmin maddələrlə “təqsirləndirilən şəxs” qismində cəlb edilmiş və ona müvafiq ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən ötrü Cəlilabad Rayon Məhkəməsinə vəsatət və təqdimatla müraciət edilmiş, lakin məhkəmə tərəfindən vəsatət təmin edilmədiyindən təqsirləndirilən şəxsin barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 06 oktyabr N3-cü il tarixdə cinayət işi Azərbaycan Respublikası CPM-nin 215.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla istintaq aidiyyəti üzrə Baş Prokurorluq vasitəsilə Lənkəran hərbi prokurorluğuna göndərilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 03 noyabr N3-cü il tarixdə cinayət işi Lənkəran hərbi prokurorluğuna daxil olduqdan sonra Lənkəran hərbi prokurorluğu tərəfindən cinayət işi icraata qəbul edilməklə istintaq aparılmışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, təqsirləndirilən şəxsin barəsində N oktyabr N3-cü il tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməsinə baxmayaraq o, Azərbaycan Respublikası CPM-nin 169.2-ci maddəsilə nəzərdə tutulmuş vəzifələrinə laqeyd yanaşmış, istintaq orqanının çağırışına gəlməkdən qəsdən boyun qaçırmış, eləcə də digər polis orqanları tərəfindən edilən çağırışlara ümumiyyətlə məhəl qoymamış və buna görə də 01 dekabr N3-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmiş və qərar icra edilməsindən ötrü Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə göndərilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 01 dekabr N3-cü il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 31 yanvar N4-cü il tarixdə təqsirləndirilən şəxs Əliyev X4 RPŞ əməkdaşları tərəfindən tutularaq 01 fevral N4cü il tarixdə Lənkəran hərbi prokurorluğuna təhvil verilmişdir. Bu səbəbdən həmin tarixdə dayandırılmış cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 02 fevral N4-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi üçün Cəlilabad Hərbi Məhkəməsinə 02 fevral N4-cü il tarixdə vəsatət təqdim edilmiş, sonuncunun barəsində Cəlilabad Hərbi Məhkəməsinin 02 fevral N4-cü il tarixli qərarı ilə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 31 yanvar N4-cü il tarixdən hesablanmış və təqsirləndirilən şəxs saxlanılmasından ötrü Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 22 fevral N4-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin 04 oktyabr N3-cü il tarixli, 3-13-96/2- 29493/N3 nömrəli məktubundan görünür ki, xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cəlilabad Hərbi Məhkəməsinin 12 mart N4-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilərək 500 (beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İş üzrə materiallara əlavə edilmiş, “AD 0062668” nömrəli şəxsi vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissənin hərbi qulluqçusu olmuşdur. Cinayət işi üzrə materiallara əlavə edilmiş, xidməti xasiyyətnamədən görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən mənfi xarakterizə edilmişdir İş üzrə materiallara əlavə edilmiş, xidməti xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs1 xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən müsbət xarakterizə edilmişdir. İş üzrə materiallara əlavə edilmiş, xidməti xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs2 xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən müsbət xarakterizə edilmişdir. İş üzrə materiallara əlavə edilmiş, xidməti xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs3 xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən müsbət xarakterizə edilmişdir. İş üzrə materiallara əlavə edilmiş, xidməti xasiyyətnamədən görünür ki, X3 xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən müsbət xarakterizə edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün tam etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslər və şahid ifadələri, ekspert rəyi, zəruri istintaq hərəkətləri, rəsmi sənədlər, həmçinin iş üzrə toplanmış digər obyektiv sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs xidmət yoldaşlarının bank kartlarını gizli yolla əldə edib, sonradan elektron məlumat daşıyıcılarından istifadə etməklə bank kartlarını talamasının səbəbi kimi pula ehtiyacının olmasını, buna səbəb isə anasının xəstə olmasını dəlil kimi göstərmişdir. Lakin, o, istintaq zamanı anasının xəstəliyi ilə bağlı heç bir rəsmi sənəd təqdim etməmişdir. Odur ki, həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs ifadəsi cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıdığından özünü müdafiə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. Belə ki, N saylı hərbi hissə xüsusi təyinatlı olduğundan onu şəxsi heyəti N3-cü ilin sentyabr ayında məlum olan antiterror tədbirində iştirak etmişdir. Təqsirləndirilən şəxs həmin tədbirdə iştirak etməmiş və vaxtını istədiyi kimi keçirərək, həmin ərəfədə döyüşdə olan xidmət yoldaşlarının əmək haqqı bank kartlarını gizli yolla oğurlayıb müxtəlif üsullar ilə kartlarda olan pulları mənimsəyib öz ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs bu əməlləri törədərkən başa düşürdü ki, zərərçəkmiş şəxslərdən hər hansı biri aparılan döyüşlərdə həlak ola bilərdi və törədilmiş cinayətin nəticəsində oğurlanmış pulların taleyi gizli qalacaqdır. Vətəni müdafiə edən hərbi qulluqçularına məxsus əmək haqqı bank kartlarının oğurlanması Təqsirləndirilən şəxs alçaq niyyətlə törədilməsinin bariz təzahürüdür. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun alçaq niyyətlə törətməsini Azərbaycan Respublikası CM-nin 61.1.6-cı maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır və onun islah olunmasını azadlıqdan məhrum etməklə cəzaçəkmə müəssisəsində cəza çəkməyini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə təqirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, cəza təyin edərkən təqirləndirilən şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, azadlıqdan məhrum etmədən islah və tərbiyə olunmasının mümkün olmadığını, törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrininin sanksiyasında nəzərdə tutulmuş cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə işin hallarını, cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, onun törədilmə motivlərini, təqsirləndirilən şəxsi xarakterizə edən sənədləri tədqiq edib, sanksiyada nəzərdə tutulmuş cəzanın yuxarı həddində Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməklə cəmiyyətdən təcrid olunmaqla islah və tərbiyə olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, cəza təyin edərkən Təqsirləndirilən şəxs barəsində olan Cəlilabad Hərbi Məhkəməsinin 12 mart N4-cü il tarixli hökmünün hazırda qanuni qüvvəyə minməməsini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinin tələblərini nəzərə alaraq tətbiq etmir. Çünki, Cəlilabad Hərbi Məhkəməsinin 12 mart N4-cü il tarixli hökmü hazırda qanuni qüvvəyə minməmişdir. Buna görə də məhkəmə nəzərə alır ki, həmin hökm qanuni qüvvəyə mindikdə müstəqil icra olunmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 sentyabr N3-cü il tarixdən N oktyabr N3-cü il tarixədək “şübhəli şəxs” qismində tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası müddətindən çıxılmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə 08 fevral N4-cü il tarixli qərarla maddi sübut kimi tanınmaqla Şahid1 tərəfindən təqdim edilmiş, “Elvin” Marketin müşahidə kameralarından qeydiyyata alınan videogörüntülərin olduğu 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 sentyabr N3-cü il tarixdən N oktyabr N3-cü il tarixədək “şübhəli şəxs” qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəlilabad Hərbi Məhkəməsinin 12 mart N4-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın müstəqil icra olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin və cəza çəkməsinin əvvəli onun “şübhəli şəxs” qismində tutulduğu gündən, yəni 31 yanvar N4-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və o, hökm qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə 08 fevral N4-cü il tarixli qərarla maddi sübut kimi tanınmaqla Şahid1 tərəfindən təqdim edilmiş, “Elvin” Marketin müşahidə kameralarından qeydiyyata alınan videogörüntülərin olduğu 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.
Məhkəmə qərarları › İş №1-1(096)-12/2024
Cəlilabad Hərbi Məhkəməsi Hökm — İş №1-1(096)-12/2024
15.04.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver