Məhkəmə qərarları › İş №1-1(096)-14/2024

Cəlilabad Hərbi Məhkəməsi Hökm — İş №1-1(096)-14/2024

11.07.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1-1(096)-14/2024 11.07.2024 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi- Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, videokonfrans əlaqə sistemindən istifadə edilməklə, N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs – xx xxxxx N003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər, Sabunçu rayon idarəsi tərəfindən N3 yanvar N0N3-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmış, N saylı hərbi hissənin mühafizə və təminat bölüyünün ştatdankənar atıcısı vəzifəsində, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər rütbəsində xidmət edən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisə qarşı zor tətbiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissəsinin qərargah bölüyünün 1-ci mühafizə manqasının atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmət keçərkən, xx.xx.N0N4-cü il tarixdə, saat 10:30 radələrində valideynləri ilə telefon əlaqəsi saxlaya bilməməsi səbəbindən əsəbi halda hərbi hissənin ərazisində olan siqaret çəkmək üçün nəzərdə tutulmuş yerdə dayanan, onun üçün rəis hesab olunan qərargah bölüyünün komandiri, baş leytenant Zərərçəkmiş şəxs üzərinə gələrək, sonuncunun xx.xx.N0N4-cü il tarixdə saat N3:30 radələrində tibb məntəqəsində komandirlərindən icazəsiz və qanunsuz olaraq istifadə etdiyi “Samsung” markalı smartfon tipli telefonu ondan alması səbəbilə “mən sənə görə valideynlərimlə danışa bilmirəm” deyərək bir dəfə sol yumruğu ilə baş leytenant Zərərçəkmiş şəxs sinə nahiyəsindən zərbə vuraraq hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar rəisə qarşı zor tətbiq etmişdir. Məhkəmə iclasında, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, baş leytenant Zərərçəkmiş şəxs xidmət müddətində tanımış, aralarında hər hansı qohumluq və düşmənçilik münasibətləri olmamışdır. O, N0N4-cü ilin mart ayının ortalarında “qızdırma” diaqnozu ilə bağlı hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş, müalicə aldığı müddətdə, yəni 13 mart N0N4-cü il tarixdə axşam saatlarında tibb məntəqəsində yuxarı palatada müalicə alarkən, həmin ilin mart ayının əvvəllərində Tural adlı dostunun Bakı şəhərindən göndərdiyi “smartfon” tipli telefon vasitəsilə bacısı Nigarla əlaqə saxlayarkən anidən qapı döyülmüşdür. Həmin vaxt telefonu gizlətməyə çalışdığından qapını gec açmış bu zaman onu yoxlamağa gələn şəxsin bölük komandiri, baş leytenant Zərərçəkmiş şəxs olduğunu öyrənmişdir. Onun qapını gec açmasına görə Zərərçəkmiş şəxs şübhələnmişdir. Buna görə də tibb məntəqəsində otağa baxış keçirmiş, lakin heç bir şey aşkar etməmiş, buna görə də ona aşağı düşməsi üçün göstəriş vermişdir. O, aşağı düşdükdən sonra Zərərçəkmiş şəxs onun paltarlarına baxış keçirmək istəsə də buna şərait yaratmamışdır. Sonra baş leytenant Zərərçəkmiş şəxs yenidən yuxarı palataya baxış keçirmək üçün çıxmışdır. Bu vaxt o, üzərindəki “smartfon” tipli telefonu çölə atmışdır. Daha sonra baş leytenant Zərərçəkmiş şəxs yerdə gördüyü telefonu götürməsi üçün patrul nəfəri olan digər əsgərə göstəriş verdikdə telefonu özü götürmüş və yeməkxananın arxasındakı su çəninin altına atmışdır. Bütün bu səylərinə baxmayaraq mobil telefonu gizlədə bilməmiş və baş leytenant Zərərçəkmiş şəxs telefonu aşkar etdikdən sonra hərbi hissə komandiri, polkovnik-leytenant Fizuli Umarova məruzə etmişdir. Hərbi hissə komandiri, polkovnik-leytenant Fizuli Umarov onun yeddi sutkalıq həbsə göndərilməsi barədə əmr imzalamış, lakin həbs yerlərinin məhdud olması ilə əlaqədar həbsin icrası bir neçə gün təxirə salınmışdır. Bundan sonra, 15 mart N0N4-cü il tarixdə səhər saatlarında ailə üzvləri ilə telefon vasitəsi ilə danışmaq üçün hərbi hissə komandirinə müraciət etsə də, sonuncu imkan olan kimi şərait yaradacağını bildirmişdir. Sonra qərargahın binasından çıxarkən qarşı tərəfdə siqaret çəkmək üçün nəzərdə tutulmuş yerdə dayanan baş leytenant Zərərçəkmiş şəxs yaxınlaşaraq “sənə görə mən niyə ailəmlə əlaqə saxlaya bilməməliyəm” demişdir. Bu vaxt baş leytenant Zərərçəkmiş şəxs onun üzünə baxıb gülməsinə görə əsəbiləşmiş və ümumi məzmunlu nalayiq ifadələr işlədərək onun üzərinə gedərək sol yumruğu ilə bir dəfə onun üçün rəisi hesab olunan şəxsə qarşı zor tətbiq edərək zərbə vurmuşdur. Bundan sonra hadisə yerində olan şəxslər onları ayırmağa çalışsalar da o, cəzaçəkmə müəssisəsində olan anası ilə əlaqə saxlaya bilməməyinin səbəbkarı kimi baş leytenant Zərərçəkmiş şəxs düşündüyündən bir daha yerdən dəmir parçası götürməklə Zərərçəkmiş şəxs üzərinə getmiş, lakin bu dəfə hər hansı zor tətbiq etməmişdir. Hadisə baş verən vaxt baş leytenant Zərərçəkmiş şəxs ona qarşı hər hansı zor tətbiq etməmiş və eləcə də heç bir nalayiq ifadələr işlətməmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafından başqa, cinayət iş üzrə toplanmış aşağıdakı təkzibedilməz sübutlarla da tam təsdiq olunmuşdur. Məhkəmə iclasında, zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, əsgər Təqsirləndirilən şəxs xidmət müddətində tanımış, aralarında hər hansı qohumluq və düşmənçilik münasibətləri olmamışdır. O, həmin hərbi hissənin qərargah bölük komandiri vəzifəsində xidmət edərkən, 13 mart N0N4-cü il tarixdən, 14 mart N0N4-cü il tarixədək hərbi hissə komandirinin əmri ilə hərbi hissə növbətçisi xidmətinə təyin edilmişdir. Bundan sonra, xidmət zamanı 13 mart N0N4-cü il tarixdə axşam saatlarında tibb məntəqəsində müalicə alan hərbi qulluqçuları yoxlamağa getmişdir. Həmin vaxt həm də əsgər Təqsirləndirilən şəxs baş çəkmək üçün sonuncunun qaldığı palataya qalxıb qapını döymüş, lakin əsgər Təqsirləndirilən şəxs qapını gec açmışdır. Bu hal dərhal onda şübhə oyatmış, qapı açıldıqdan sonra otağa baxış keçirmiş, lakin heç bir şey aşkar etməyərək əsgər Təqsirləndirilən şəxs aşağı düşməsi üçün göstəriş vermişdir. O, aşağıda əsgər Təqsirləndirilən şəxs üzərinə baxış keçirmək istəsə də sonuncu buna imkan verməmiş, o da öz növbəsində yenidən əsgər Təqsirləndirilən şəxs qaldığı palataya təkrar qalxaraq baxış keçirmiş və həmin vaxt dolabdan telefon adapteri tapmış, bu da onda əsgərin qanunsuz telefon istifadə etməsi ilə bağlı olan şübhələrini qətiləşdirmişdir. Həmin vaxt palatadan aşağı baxarkən tibb məntəqəsinin binasının çöl tərəfində 1 ədəd “smartfon” tipli mobil telefon aşkar etmiş, həmin vaxt patrul nəfəri olan hərbi qulluqçunu çağırararaq telefonu götürməsi üçün göstəriş vermişdir. Həmin vaxt əsgər Təqsirləndirilən şəxs telefonu təkrar götürərək yeməkxananın arxasındakı su çənlərinin altında gizlətmişdir. O, telefonu axtarıb tapdıqdan sonra bu barədə hərbi hissə komandirinə məruzə etmiş, hərbi hissə komandiri isə əsgər Təqsirləndirilən şəxs 7 gün müddətində həbs edilməsi haqqında əmr imzalamışdır. Lakin, həbs yerlərinin məhdud olması ilə əlaqədar həbsin icrası bir neçə gün təxirə salınmışdır. Daha sonra o, xidməti 14 mart N0N4-cü il tarixdə təhvil vermişdir. 15 mart N0N4-cü il tarixdə, saat 10:30 radələrində hərbi hissənin qərargah binası qarşısında olan siqaret çəkmək üçün nəzərdə tutulmuş yerdə olarkən əsgər Təqsirləndirilən şəxs qərargah binasından çıxaraq ona tərəf gəldiyini görmüşdür. Bu vaxt əsgər Təqsirləndirilən şəxs əsəbi halda nalayiq ifadələr işlədərək ona “mən sənə görə niyə ailəmlə danışa bilməməliyəm” deyərək üzərinə gəlmiş və sol yumruğu ilə onun sinə nahiyəsindən bir dəfə yumruqla zərbə vurmuşdur. Bundan sonra yenə də əsəbi halda qanunsuz hərəkətlərinə davam etmiş, yerdən təqribi uzunluğu 15-N0 sm olan armaturdəmir parçasını götürərək üzərinə gəlsə də ətrafda olan hərbi qulluqçuların təkidi ilə əsgər Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərini dayandırmışdır. Hadisə vaxtı o, əsgər Təqsirləndirilən şəxs qarşı hər hansı zor tətbiq etmədiyini və eləcə də nalayiq ifadə işlətmədiyini bildirmişdir. Əlavə olaraq, Zərərçəkmiş şəxs məhkəməyə bildirmişdir ki, Təqsirləndirilən şəxs hadisədən sonra ondan üzr istədiyi üçün barışmışlar, hazırda ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmədən mərhəmətli olmasını xahiş etmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş ŞahidN ifadəsində göstərmişdirki, 15 mart N0N3-cü il tarixdə, saat N radələrində hərbi hissədə gizir hazırlıq kursunun 3 nəfər kursantı ilə birlikdə gənc əsgərlərin istifadə etdikləri mələfələri yumaq üçün camaşırxanaya aparan zaman hərbi hissənin ərazisində qərargah binasının yaxınlığında siqaret çəkmək üçün nəzərdə tutulmuş yerdə N saylı hərbi hissənin hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs qışqıraraq uca səslə həmin hərbi hissənin digər hərbi qulluqçusu, baş leytenant Zərərçəkmiş şəxs üzərinə gedərək sonuncunun sinə nahiyəsindən bir dəfə yumruqla zərbə vurmuşdur. Həmin vaxt hadisə yerinə gəlib əsgəri kənarlaşdırmağa çalışsalar da əsgər Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinə davam etməsini müşahidə etmişdir. Belə ki, əsgər Təqsirləndirilən şəxs yaxınlıqdan dəmir parçası götürərək baş leytenant Zərərçəkmiş şəxs üzərinə gəlmiş, lakin orada ətrafda olan hərbi qulluqçuların təkidi ilə əsgər Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərini dayandırmışdır. Hadisə vaxtı baş leytenant Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxs qarşı hər hansı zor tətbiq etməsinin şahidi olmamışdır. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid3 da ŞahidN ilə oxşar məzmunlu izahat verərək baş verənləri bir daha təsdiq etmişdir. Məhkəmə-tibbi ekspertizasının N5 mart N0N4-cü il tarixli, N04 nömrəli ekspert rəyindən görünür ki, N saylı hərbi hissənin hərbi qulluqçusu, baş leytenant Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı xəsarət izi aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, baş leytenant Zərərçəkmiş şəxs tərtib etdiyi raportdan görünür ki, əsgər Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq edərək yumruqla sinə nahiyəsindən zərbə vurması əməlinə görə araşdırma aparılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş N7 aprel N0N4-cü il tarixli, 19N7 nömrəli arayışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır, praktik sağlamdır. Cinayət işi materiallarına əlavə edilmiş N saylı hərbi hissənin tabelilik haqqında arayışından görünür ki, baş leytenant Zərərçəkmiş şəxs ilə əsgər Təqsirləndirilən şəxs arasında tabeçilik münasibətləri vardır. Daxili Xidmət Nizamnaməsinin 11-ci maddəsinə əsasən baş leytenant Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxs rəis hesab olunur. N saylı hərbi hissə komandirinin N noyabr N0N3-cü il tarixli, 0305 №-li nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, baş leytenant Zərərçəkmiş şəxs 6-cı təlim bölüyü komandirinin mənəvi psixoloji hazırlıq üzrə müavini vəzifəsindən azad olunmaqla, qərargah bölük komandiri vəzifəsinə təyin olunmuşdur. N saylı hərbi hissə komandirinin N9 noyabr N0N3-cü il tarixli, 0333 №-li nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N9 noyabr N0N3cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməklə qərargah bölüyünün 1-ci mühafizə manqasının atıcısı vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə komandirinin N3 aprel N0N4-cü il tarixli, 0114 №-li təşkilatsəfərbərlik bölməsi üzrə əmrindən çıxarışdan görünür ki, baş leytenant Zərərçəkmiş şəxs mühafizə və təminat bölüyünün komandiri vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə komandirinin N3 aprel N0N4-cü il tarixli, 0114 №-li təşkilatsəfərbərlik bölməsi üzrə əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs ştatdankənar atıcı vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Baş X1 XN Məlumatları alt bölməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 10 iyun N0N4-cü il tarixdə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 330.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. N saylı hərbi hissə komandanlığı tərəfindən təqdim olunmuş xidməti xasiyyətnamədən görünür ki, N saylı hərbi hissənin hərbi qulluqçusu, baş leytenant Zərərçəkmiş şəxs hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmuşdur. N saylı hərbi hissə komandanlığı tərəfindən təqdim olunmuş xidməti xasiyyətnamədən görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə olunmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş, Naxçıvan MR Şərur rayonu, Çəmənli kənd İƏD-si tərəfindən verilmiş 15 fevral N005-ci il tarixli, AZ-İ № 05N401 seriyalı “Ölüm haqqında şəhadətnamə”nin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs atası- X3 05 fevral N005-ci il tarixdə “Kəsgin qanaxma” ölüm səbəbi ilə vəfat etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 330.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etiraf ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyi, rəsmi sənədlər, həmçinin iş üzrə toplanmış digər obyektiv sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 330.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs iş üzrə cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.N, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, cəza təyin edərkən təqirləndirilən şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, azadlıqdan məhrum etmədən islah və tərbiyə olunmasının mümkün olmadığını, törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 330.1-ci maddələsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə işin hallarını, cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, onun törədilmə motivlərini, təqsirləndirilən şəxsi xarakterizə edən sənədləri tədqiq edib, sanksiyada nəzərdə tutulmuş cəzanın yuxarı həddində Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməklə cəmiyyətdən təcrid olunmaqla islah və tərbiyə olunmasını məqsədə müvafiq hesab edir. Hərbi məhkəmə əsgər Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin, digər normativ-hüquqi aktların tələblərini və aşağıdakı halları nəzərə alır. Belə ki, əsgər Təqsirləndirilən şəxs ittiham olunan əməllərini Azərbaycan Respublikası CM-nin 330.1-ci maddəsinin sanksiyasını iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma, iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 50-ci maddəsində təsbit olunmuş «Hərbi xidmət üzrə məhdudlaşdırma» cəzası kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən və hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən və başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. Qanunun tələblərinə görə müddətli hərbi xidmətdə olan əsgər Təqsirləndirilən şəxs qarşı yuxarıda qeyd olunan cəza növünün tətbiq edilməsi istisna olunur. Azərbaycan Respublikası CM-nin 54-cü maddəsində təsbit olunmuş «İntizam xarakterli hərbi hissədə saxlama» cəzası hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa, üç aydan iki ilədək müddətə tətbiq edilə bilər. Cinayət işinin materiallarından görünür ki, N3 yanvar N0N3-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmış Təqsirləndirilən şəxs xidmətini başa vurmaq ərəfəsindədir. Digər tərəfdən hərbi hissədə əsgər Təqsirləndirilən şəxs qanunsuz saxlanılan və istifadə olunmasının qarşısını alan zabitin səlahiyyətlərində olan əməllərindən narazı qalan təqsirləndirilən şəxsin və digər şəxslər tərəfindən rəisə zor tətbiq etməsi zərərçəkən şəxsin gələcəkdə öz xidməti vəzifələrini çətinləşdirməklə, hətta mümkünsüz etməklə hərbi qulluq mənafelərini pozur və gələcəkdə daha ağır nəticələrə gətirib çıxaran hərəkətləri istisna etmir. Belə olan halda, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 330.1-ci maddəsinin sanksiyasında göstərilən intizam xarakterli hərbi hissədə saxlama cəzasının tətbiq etməsini məhkəmə məqsədəuyğun hesab etməyərək, ona azadlıqdan məhrumetmə etmə cəzasının tətbiq etməsini zəruri hesab edir. Bununla yanaşı, Təqsirləndirilən şəxs atasız böyüməsini, anasının hal-hazırda cəzaçəkmə müəssisəsində törətmiş olduğu cinayətə görə cəza çəkməsini, təqsirləndirilən şəxsin himayəsində bacısı olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.N və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs atasız böyüməsini, anasının halhazırda cəzaçəkmə müəssisəsində törətmiş olduğu cinayətə görə cəza çəkməsini, təqsirləndirilən şəxsin himayəsində bacısının olmasını, həmçinin işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, onun törədilmə motivlərini, azadlıqdan məhrum etmədən islah və tərbiyə olunmasının mümkünlüyünü nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 330.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzaya uyğun olaraq Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun faktiki xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına, hərbi xidmətdən tərxis olunduğu halda isə onun yaşadığı ərazi üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət işi üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 330.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun faktiki xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına, hərbi xidmətdən tərxis olunduğu halda isə onun yaşadığı ərazi üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən Cəlilabad Hərbi Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə N0 (iyirmi) gün müddətinə apellyasiya qaydasında şikayət və protest verilə bilər. İş üzrə sədrlik edən; Hakim : İslam Neymanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar