Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1-1(096)-15/2022 28.07.2022 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, dövlət ittihamçısı– Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi– Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmənin yerləşdiyi yerdə açıq məhkəmə iclasında N saylı hərbi hissənin müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs – xx xxxx 1989-cu il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, ailəli, himayəsində N azyaşlı uşağı olan, N saylı hərbi hissənin X3 bölüyünün avtomobil tağımının avtomobil manqasının sürücüsü vəzifəsində xidmət edən, Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində qeydiyyatda olmaqla, faktiki xidmət etdiyi yer üzrə Bakı şəhərində yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs N saylı hərbi hissənin Avtomobil taborunun minik avtomobilləri bölüyünün sürücüsü vəzifəsində, kiçik çavuş hərbi rütbəsində xidmət etdiyi dövrdə 06 dekabr NN1-ci il tarixdə verdiyi laboratoriya müayinəsinin nəticəsi müsbət çıxmaqla yoluxucu xəstəlik olan yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxma faktı təsdiq edilmiş şəxs kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin N9 oktyabr NN1-ci il tarixli, 3N4 saylı qərarına əsasən Azərbaycan Respublikası ərazisində karantin rejiminin tətbiq edildiyi şəraitdə, Nazirlər Kabinetinin 1 may NN-ci il tarixli, 161 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydalarının 4.5.5-ci bəndinə və icbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən hazırlanmış 09 mart NN-ci il tarixli «COVİD-19 Tibb İşçiləri üçün Müvəqqəti Rəhbərlik» adlı tibbi sənədin tələblərinə uyğun olaraq infeksiyaya yoluxduğu gündən cəmiyyətdən təcrid olunub 14 gün ərzində yaşadığı evi tərk etməməli olduğu halda, həmin müddət bitmədən 11 dekabr NN1-ci il tarixdə, saat 14:N radələrində yaşadığı Lənkəran rayonu, Yuxarı- Nüvədi kəndində yerləşən evi tərk etməklə, karantin rejimini pozaraq yeni növ koronavirus (Covid-19) infeksiyası xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Cinayət işi üzrə təsvir olunan xüsusatlarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini öz etirafından başqa iş üzrə toplanmış aşağıdakı təkzibedilməz sübutlarla da tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində yerləşən N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi çalışmışdır. 06 dekabr NNN-ci il tarixdə xidməti iş yerində mövcud olan qaydalarla bağlı «COVİD-19» testi üzrə analiz vermiş, analiz verdikdən sonra 3 gün müddətində işə çıxmağına icazə verilmədiyindən o, həyat yoldaşı və uşaqları ilə birlikdə idarə etdiyi «Chevrolet Cruz» markalı avtomobili ilə Bakı şəhərindən Lənkəran rayonu, Yuxarı-Nüvədi kəndində yerləşən qaynatası Rafiq Əliyevin evinə getmişdir. Növbəti gün, yəni 07 dekabr NNN-ci il tarixdə istifadəsində «Azercell» mobil operatoruna məxsus «***-***-**-**» nömrəli mobil nömrəsinə mesaj ünvanlanmış və mesajda koronavirus «COVİD-19» xəstəliyinə yoluxduğu, ev şəraitində müalicə almalı olduğu barədə məlumat verilmişdir. O, da həmin dövrdə bu qaydalara riayət edərək evdə qalmış və heç bir yerə getməmişdir. 11 dekabr NNN-ci il tarixdə, saat 14 radələrində atası Vidadi Ağayev ona telefonla zəng edərək dostlarının evə gəldiyini, onu axtardıqlarını bildirmiş və o həmin şəxsləri yaşadığı qayınatasıgilin evinə göndərdiyini demişdir. Həmin vaxt o, yaşadığı evin qarşısında dayanmış, bibisinin həyat yoldaşı Xanbaba Lələyev evin qarşısında torbaya qum yığmaqla məşğul olmuşdur. Bu vaxt tanımadığı «VAZ-N1015» markalı avtomobil onun evinin qarşısında dayanmış, avtomobildən N nəfər mülki geyimdə olan şəxslər çıxmış və onlardan biri əlində telefonla onun video görüntüsünü çəkməyə başlamışdır. Həmin şəxslər özlərini təqdim etmədən koronavirus xəstəsi olduğu halda nə üçün evdən kənarda olduğunu, nəyə görə tibbi maskadan istifadə etmədiyini deyərək ona irad bildirmişlər. Sonradan o, öyrənmişdir ki, həmin şəxslər polis əməkdaşları olmuş və onun karantin qaydalarına əməl edibetməməyini yoxlamaq üçün evə gəlmişdirlər. Polis əməkdaşları tərəfindən təkrar ona karantin qaydaları izah edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor tətbiq edilmədiyini və eləcə də onun tərəfindən polis əməkdaşlarına qarşı kobudluq edilmədiyini bildirmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, 11 dekabr NN1-ci il tarixdə Lənkəran ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı ŞahidN ilə birlikdə Lənkəran rayonu ərazisində yaranmış yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar rayon ərazisində qeydiyyatda olmaqla ev şəraitində müalicə olunan aktiv xəstələri yoxlamaqla məşğul olmuşdur. Həmin vaxt onların istifadəsinə portal sisteminə aid mobil telefon verilmiş, həmin mobil telefon vasitəsi ilə şəxsin ad, soyad və ata adını sistemə daxil edib onun barəsində məlumat əldə etmək imkanları olmuşdur. Yoxlama zamanı Lənkəran rayonu, Yuxarı-Nüvədi kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs atası Vidadi Ağayevin evinə getmiş, X7 Ağayevin evdə olub-olmadığını soruşduqda onun qaynatası evində yaşadığını demiş, o da ŞahidN ilə birlikdə həmin evin yerini soruşub qeyd olunan istiqamətə tərəf hərəkət etməyə başlamışlar. Bundan sonra, Aşağı-Nüvədi kəndində küçədə avtomobillə hərəkətdə olarkən qarşıdan gələn avtomobildə, sürücü stulunda əyləşən şəxsin Təqsirləndirilən şəxs oxşadığını görmüş, Təqsirləndirilən şəxs şəklinə portal sistemində baxdıqlarında qarşıdan gələn həmin avtomobilə işarə edib saxlamışar. Sonra video çəkiliş apararaq avtomobilə yaxınlaşmışlar, həmin şəxs özünü təqdim etdikdə koronavirus (COVİD-19) xəstəliyinə yoluxan Təqsirləndirilən şəxs olduğunu öyrənmişlər. Bundan sonra Təqsirləndirilən şəxs koronavirus (COVİD-19) xəstəliyinə yoluxduğu üçün 14 gün müddətində ev şəraitində müalicə almalı olduğunu, yaşadığı evi tərk edərək ev şəraitində müalicə alma qaydalarını pozduğunu bildirmiş və onu müşaiyət edərək yaşadığı evə aparmışlar. Təqsirləndirilən şəxs yaşadığı evdən təxminən 150-N0 metr məsafə aralıda olmuşdur. Sonra Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gətirərkən ona nə üçün karantin qaydalarını pozduğunu, tibbi maskadan istifadə etmədiyini, koronavirus (COVİD-19) xəstəsi olduğu halda yaşadığı evi tərk etdiyini sual verdikdə onlarla aqressiv danışmağa başlamış, karantin qaydalarına riayət edərək yaşadığı evi tərk etmədiyini, qapalı bir məkanda olmadığını, lakin dərman almaq üçün yaşadığı evi tərk edərək əmisi ilə birlikdə aptekə getdiyini onlara bildirmişdir. Onlar Təqsirləndirilən şəxs evinə yerləşdirmiş və yaşadığı ünvanı tərk etməməsi üçün bir daha onu təlimatlandırmışlar. Təqsirləndirilən şəxs yaşadığı evi tərk etməsi, onunla aparılan sorğu, video görüntüyə alınmışdır. Daha sonra, polis şöbəsinə gələrək Təqsirləndirilən şəxs xüsusi karantin rejimini pozub, yeni növ təhlükəli koronavirus «COVİD-19» infeksiyasının yayılması üçün real təhlükə yaratdığı üçün onun barəsində qanuna müvafiq tədbir görülməsi üçün raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş ŞahidN öz ifadəsində göstərmişdir ki, 11 dekabr NN1-ci il tarixdə Lənkəran ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 ilə birlikdə Lənkəran rayonu ərazisində yaranmış yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar rayon ərazisində qeydiyyatda olmaqla ev şəraitində müalicə olunan aktiv xəstələrin vəziyyətini yoxlamaqla məşğul olmuşlar. Onların istifadəsinə portal sisteminə aid mobil telefon verilmiş, həmin mobil telefon vasitəsi ilə şəxsin ad, soyad və ata adını sistemə daxil edib onun barəsində məlumat əldə etmək imkanları olmuşdur. Yoxlama zamanı, Lənkəran rayonu, Yuxarı-Nüvədi kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs atası Vidadi Ağayevin evinə getmiş, X7 Ağayevin evdə olub-olmadığını soruşduqda sonuncunun qaynatası evində yaşadığını demiş, onlar da həmin evin yerini soruşub qeyd olunan istiqamətə tərəf hərəkət etməyə başlamışdırlar. Sonra Aşağı-Nüvədi kəndində küçədə avtomobillə hərəkətdə olarkən qarşıdan gələn avtomobildə, sürücü stulunda əyləşən şəxsin Təqsirləndirilən şəxs oxşadığını görmüş, Təqsirləndirilən şəxs şəklinə portal sistemində baxdıqlarında qarşıdan gələn həmin avtomobilə işarə edib saxlamışlar. Bundan sonra video çəkiliş apararaq avtomobilə yaxınlaşmış, həmin şəxs özünü təqdim etdikdə koronavirus (COVİD-19) xəstəliyinə yoluxan Təqsirləndirilən şəxs olduğunu öyrənmişlər. Bundan sonra Təqsirləndirilən şəxs koronavirus (COVİD-19) xəstəliyinə yoluxduğu üçün 14 gün müddətində ev şəraitində müalicə almalı olduğunu, yaşadığı evi tərk edərək ev şəraitində müalicə alma qaydalarını pozduğunu bildirmiş və sonuncunu müşaiyət edərək yaşadığı evə aparmışdırlar. Ruslan Ağeyev yaşadığı evdən təxminən 150-N0 metr məsafə aralıda olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gətirmiş, ona nə üçün karantin qaydalarını pozduğunu, tibbi maskadan istifadə etmədiyini, koronavirus (COVİD-19) xəstəsi olduğu halda yaşadığı evi tərk etdiyini sual verdikdə onlarla aqressiv tonda danışmağa başlamış, cavab olaraq onlara karantin qaydalarına riayət edərək yaşadığı evi tərk etmədiyini, qapalı bir məkanda olmadığını, lakin dərman almaq üçün yaşadığı evi tərk edərək əmisi ilə birlikdə aptekə getdiyini bildirmişdir. Onlar birlikdə Təqsirləndirilən şəxs evinə yerləşdirmiş və yaşadığı ünvanı tərk etməməsi üçün bir daha sonuncuya təlimat vermişlər. Daha sonra Şahid1la birlikdə polis şöbəsinə gəlmiş, Təqsirləndirilən şəxs xüsusi karantin rejimini pozub, yeni növ təhlükəli koronavirus «COVİD-19» yayılması üçün real təhlükə yaratdığına görə onun barəsində qanuna müvafiq tədbir görülməsi üçün Şahid1 tərəfindən raportla şöbə rəhbərliyinə müraciət olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş, xx.xx.NN1-ci il tarixli raportdan görünür ki, Lənkəran ŞRPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid1 polis serjantı ŞahidN ilə birlikdə Lənkəran rayonu ərazisində xidmətdə olarkən «COVİD-19» test nəticəsi pozitiv çıxmış Təqsirləndirilən şəxs Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində olması müəyyən olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş, xx.xx.NNN-ci il tarixli protokoldan görünür ki, iş materiallarına əlavə edilmiş 01 ədəd «CD» diskdə iki ədəd video görüntü vardır. Video görüntülərdən birində Təqsirləndirilən şəxs Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində avtomobillə gedərkən yolda saxlanılması, digər video görüntüdə isə sonuncunun Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində yerləşən yaşadığı ünvanın qarşısında polis əməkdaşı tərəfindən təlimatlandırılması və ona karantin qaydalarının izah edilməsi müşahidə edilir. Cinayət işi materiallarında olan, xx.xx.NNN-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evi tərk etməsi ilə bağlı olan videogörüntülərin əks olunduğu 01 ədəd «CD» disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, portal məlumatlarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs «COVİD-19» testinin analiz nəticələri sonuncu dəfə xx.xx.NN1-ci il tarixdə «pozitiv» çıxmışdır. Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsi tərəfindən ünvanlanmış xx.xx.NNN-ci il tarixli 0N-6774-1NNN nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs «COVİD-19» virusuna yoluxduğu və xx.xx.NN1-ci il tarixdə, saat 15:0N:51-dən xx.xx.NN1-ci il tarixdə saat 15:0N:51-dək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə məlumat İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi X1 (TƏBİB) informasiya sistemi tərəfindən xx.xx.NN1-ci il tarixdə saat 16:N:0N-də Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş, 19 mart NN-ci il tarixli «bağlaşma»nın təsdiq olunmuş kserosurətindən görünür ki, ehtiyatda olan əsgər Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə N saylı hərbi hissədə xidmət etməyi öhdəliyinə götürmüşdür. N saylı hərbi hissə komandirinin N aprel NN-ci il tarixli 98 nömrəli nizami hissə üzrə əmrindən çıxarışından görünür ki, kiçik çavuş Təqsirləndirilən şəxs MAHHXHQ kursunu bitirərək könüllü xidmətə bağlaşma əsasında qəbul olduğuna görə N aprel NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək vəzifəsinin icrasına başlamış, X3 Bölüyünün minik avtomobillərinin avtomobil taqımının avtomobil manqasının sürücüsü vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə komandirinin N dekabr NN1-ci il tarixli 359 nömrəli nizami hissə üzrə əmrindən çıxarışından görünür ki, MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxs «COVİD-19» virusuna yoluxduğuna görə 14 (on dörd) gün müddətində ev şəraitində izolyasiya olunmuşdur. N saylı hərbi hissə komandirinin NN dekabr NN1-ci il tarixli 359 nömrəli nizami hissə üzrə əmrindən çıxarışından görünür ki, MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxs «COVİD-19» virusuna yoluxması ilə əlaqədar 14 (on dörd) gün müddət bitdiyi üçün hərbi hissəyə gəlmiş hesab edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş, Lənkəran ŞİHB-nın Səpnəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş, N saylı hərbi hissənin komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxs hərbi hissənin komandanlığı tərəfindən müsbət xasiyyətləndirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, Lənkəran rayon Qeydiyyat Şöbəsinin NN iyul NNN-ci il tarixli, NN34 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs anası Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində yaşayan X5 «ürək-damar çatışmamazlığı» ölüm səbəbi ilə N aprel 1993-cü ildə ölmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs qardaşının XN SX ******* №-li hərbi biletinin kserosurətindən görünür ki, 44 günluk Vətən müharibəsində iştirak etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Medalının İ- N49N8 №-li vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X4 «Füzulinin azad olunmasına görə» medalı təltif olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş, N saylı hərbi hissənin xx.xx.NN-ci il tarixli ezamiyyət vəsiqəsinin kserosurətindən görünür ki, 44 günluk Vətən müharibəsi zamanı döyüş şəraitində iştirak etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı, şahid ifadələri, portal məlumatları, rəsmi sənədlər, həmçinin iş üzrə toplanmış digər obyektiv sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində N azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal hesab edilməlidir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası CM-nin 59.N-ci maddəsinə uyğun olaraq törətdiyi əməli səmimi etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, 44 günluk Vətən müharibəsi zamanı iştirak etməsini, yaşayış yeri və xidmət etdiyi yer üzrə müsbət xarakterizə olunmasını da nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar iş üzrə müəyyən edilməmişdir. Məhkəmə, cəza təyin edərkən təqirləndirilən şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, azadlıqdan məhrum etmədən islah və tərbiyə olunmasının mümkünlüyünü, əvvəllər məhkum olmamasını, törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini və digər yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzaya uyğun olaraq cərimə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun faktiki xidmət etdiyi N saylı hərbi hissənin yerləşdiyi ərazi üzrə Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış– Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs karantin qaydalarına riayət etməməsinin video görüntülərin əks olunduğu 01 ədəd «CD» disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, N500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında İltizam» qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun faktiki xidmət etdiyi N saylı hərbi hissənin yerləşdiyi ərazi üzrə Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış– Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs karantin qaydalarına riayət etməməsinin video görüntülərin əks olunduğu 01 ədəd «CD» disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün cinayət işi materiallarında saxlanılsın. Hökmdən N (iyirmi) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(096)-15/2022
Cəlilabad Hərbi Məhkəməsi Hökm — İş №1-1(096)-15/2022
28.07.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver