Məhkəmə qərarları › İş №1-1(096)-17/2022

Cəlilabad Hərbi Məhkəməsi Hökm — İş №1-1(096)-17/2022

17.10.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1-1(096)-17/2022 17.10.2022 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Əhmədov Vüqar İkram oğlunun sədrliyi ilə, hakimlər Neymanov İslam Əkrəm oğlunun (məruzəçi) və Əliyev Bədəl Calal oğlundan ibarət tərkibdə, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, dövlət ittihamçısı– Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər– Bakı şəhəri 6 saylı Vəkil Bürovsunun vəkili Müdafiəçi3, Cəlilabad rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə məhkəmənin yerləşdiyi yerdə açıq məhkəmə iclasında N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs1 – xx xxxxxxxx 1999-cu il tarixdə Cəlilabad rayonu, Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsi tərəfindən 23 oktyabr 2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmış, N saylı hərbi hissənin 4cü taborun minaatan batareyasının 2-ci minaatan tağımının 5-ci minaatanın baş tuşlayıcısı vəzifəsində xidmət etmiş, xx.xx.2022-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuş, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, 05 yanvar 2022-ci il tarixdə «şübhəli şəxs» qismində tutulmuş, 07 yanvar 2022-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, barəsində 26 aprel 2022-ci il tarixdə qəimkan tədbiri dəyişdirilərək «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, vətəndaş Təqsirləndirilən şəxs2 – xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 2 ünvanda qeydiyyatda olan, 05 yanvar 2022-ci il tarixdə «şübhəli şəxs» qismində tutulmuş, barəsində 07 yanvar 2022-ci il tarixdə «həbs» növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, vətəndaş Təqsirləndirilən şəxs3 – xx xxxxxx 1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 3 ünvanda qeydiyyatda olan, 05 yanvar 2022-ci il tarixdə «şübhəli şəxs» qismində tutulmuş, barəsində 07 yanvar 2022-ci il tarixdə «həbs» növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs3 istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 9,257 qram «tiryək»dən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan «heroin» və 4,685 qram psixotrop maddə olan «metamfetamin»i tanışı Təqsirləndirilən şəxs2, sonuncu isə həmin narkotik vasitə olan «heroin» və psixotrop maddə «metamfetamin»i Cəlilabad rayonu, Göytəpə şəhər sakini Təqsirləndirilən şəxs1 vermişdir. 05 yanvar 2022-ci il tarixdə, saat 20:30 radələrində Cəlilabad RPŞ-nin X6 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 idarə etdiyi «Hyundai Sonata» markalı «**-BS-***» dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq X8 gətirilib Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman bir ədəd bükümdə 9,257 qram həmin narkotik vasitə olan «heroin» və bir ədəd bükümdə 4,685 qram psixotrop maddə olan «metamfetamin» aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasının əvvəlində, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bldirmişdir ki, o, ikinci Qarabağ müharibəsi qazisidir. Müharibə zamanı yaralanmış, bununla əlaqədar hərbi qospitalda müalicə olunmuş və hal-hazırda da bədənində güllə vardır. Onun üzərindən aşkar olunmuş narkotik vasitə ona aid olmuşdur, amma o, satış məqsədilə üzərində narkotik vasitə gəzdirməmişdir. O, dəfələrlə müraciət etməyinə baxmayaraq həmin vaxt dövlət tərəfindən ona ağrıkəsici dərmanlar verilmədiyindən bədənində ağrılar olduğu üçün narkotik vasitələrdən istifadə etmyə məcbur olmuşdur. Hal-Hazırda isə ona dövlət tərəfindən narkotik tərkibli dərmanlar verilir və o, daha narkotik vasitələrdən istifadə etmir. Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs3 narkotiklə əlaqələri olmamışdır. Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 2021-ci ilin mart ayından etibarən tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olmuş, onunla tanışlığı müştəri kimi taksiyə oturduqdan sonra baş vermişdir. Həmin vaxtdan sonra mütəmadi olaraq taksi lazım olduqda Təqsirləndirilən şəxs2 onu istədiyi yerə aparmışdır. Bundan sonra aralarında səmimi münasibətlər yaranmışdır. Onların arasında səmimi münasibətlər olduğuna görə Təqsirləndirilən şəxs2 bəzən onu öz evinə də aparmışdır, orada o Orxanın ailə üzvlərini də tanımışdır. 04 yanvar 2022-ci il tarixdə o, Təqsirləndirilən şəxs2 zəng vuraraq harada olduğunu soruşduqda o, Bakı şəhəri, Nizami rayonu, «Qara Qarayev» metrostansiyasının yaxınlığında yerləşən çayxanada dostu Avtandil ilə birlikdə olduğunu demişdir. O, da Orxana «Nefçilər» metrostansiyası yaxınlığında olduğunu və onu da götürməyini xahiş etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 dostu Təqsirləndirilən şəxs3la birlikdə Avtandilə məxsus «Hyundai Sonata» markalı avtomobil ilə gələrək onu həmin yerdən götürmuş və onlar Bakı şəhəri, Nizami rayonu, «Qara Qarayev» adlanan yerdə çayxanada üç nəfər birlikdə çay içib «domino» oynamışlar. Həmin vaxt, o, Təqsirləndirilən şəxs3la tanış olmuşdur. Həmin söhbət zamanı Təqsirləndirilən şəxs2 evinə qonaq dəvət etmək istədiyini ona təklif etmiş və Orxan da onunla razılaşmışdır. Lakin, Təqsirləndirilən şəxs2 avtomobilin xarab olduğunu bildirmişdir. Bundan sonra, o, Təqsirləndirilən şəxs3 benzin pulu olaraq 50 manatın müqabilində Təqsirləndirilən şəxs2lə onu öz maşını ilə Cəlilabad rayonu, Göytəpə şəhərinə aparmaq barədə razılığa gəlmişdir. Səhərisi günü, yəni 05 yanvar 2022-ci il tarixdə üç nəfər birlikdə Cəlilabad rayonu, Göytəpə şəhəri istiqamətində yola düşmüşlər. Həmin razılaşmaya əsasən o, Cəlilabad rayonuna getdikdən sonra Təqsirləndirilən şəxs3 yol pulu olaraq 50 manat verəcəkdir. Onlar Göytəpə şəhərinə çatdıqdan sonra çay içmək üçün üç nəfər birlikdə yaşadığı evə getmişdir. Həmin vaxt anası evdə olmamış, o, kəndə getmişdir. Onlar bir yerdə evdə çay içdikdən sonra Təqsirləndirilən şəxs2 anası ilə görüşməsi üçün kəndə gedəcəkdir. Bu məqsədlə onlar evdən çıxdıqdan sonra Göytəpə şəhəri ərazisində polis əməkdaşları onları saxlayaraq X8 gətirmişlər və şəxsi axtarış zamanı üzərindən 9,67 qram olan «heroin» və 5,02 qram olan «metamfetamin» aşkar olunmuşdur. Lakin, məhkəmə istintaqının sonunda Təqsirləndirilən şəxs1 ifadələrini dəyişdirmiş və özünü tam təqsirli bidlərək ibtidai istintaqda verdiyi ifadələrinin həqiqətə uyğun olmasını bildirmişdir. İbtidai istintaq zamanı, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 2021-ci ilin mart ayından etibarən tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olmuş, onunla tanışlığı müştəri kimi taksiyə əyləşdikdən sonra baş vermişdir. Həmin vaxtdan sonra mütəmadi olaraq taksi lazım olduğuna görə Təqsirləndirilən şəxs2 onu istədiyi yerə aparmış, nəticədə aralarında səmimi münasibətlər yaranmışdır. Səmimi münasibətlər olduğuna görə Təqsirləndirilən şəxs2 onu bəzən öz evinə aparmış, orada o, Orxanın ailə üzvlərini də tanımışdır. Sonra Təqsirləndirilən şəxs2lə aralarında münasibət yarandıqdan sonra sonuncunun da narkotik vasitələrdən istifadə etdiyini bilmişdir. Bir neçə dəfə Təqsirləndirilən şəxs2lə birlikdə narkotik vasitə olan «heroin» və psixotrop maddə olan «metamfetamin» istifadə etmişdir. Lakin, aradan uzun müddət keçdiyinə görə narkotik vasitə və psixotrop maddələri kimdən aldığını xatırlamamışdır. 04 yanvar 2022-ci il tarixdə Orxanın dostu Təqsirləndirilən şəxs3 ilə tanış olmuşdur. Belə ki, həmin vaxt Bakı şəhəri, Nizami rayonu, «Qara Qarayev» adlanan yerdə çayxanada görüşmüş, üçü birlikdə çay içib «domino» oyunu oynamışdırlar. Onlar birlikdə oturarkən narkotik vasitələrdən söhbət açılmış, o da əvvəlcədən Cəlilabad rayonu, Göytəpə şəhər sakini olan İntiqam adlı şəxslə söhbət edən zaman ona narkotik vasitə və psixotrop maddə almaq istədiyini, lakin münasib adam tapa bilmədiyini dediyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs3 «İnstaqram» sosial şəbəkəsində bir nəfər iranlı şəxslə tanış olduğunu, həmin şəxsin ona ucuz qiymətə narkotik vasitə və psixotrop maddə təşkil edə biləcəyini bildirmişdir. Ona görə də İntiqamın xatırlamadığı mobil nömrəsinə zəng edərək bir nəfər tanışının vasitəsilə sonuncuya 10 qram olan «heroin» və 5 qram olan «metamfetamin» təşkil edə biləcəyini bildirmişdir. İntiqam adlı şəxs həmin «heroin» və «metamfetamin»ə görə 350 (üç yüz əlli) manat pul verə biləcəyini bildirmişdir. Bu barədə Orxan və Avtandilə bildirdikdən sonra Avtandil onların yanında «Vatsap» mesajlaşma proqramı vasitəsilə iranlı tanışı ilə danışıb 10 qram olan «heroin» və 5 qram olan «metamfetamin» lazım olduğunu bildirmişdir. Avtandilin iranlı tanışı həmin vasitələrə görə 250 (iki yüz əlli) manat məbləğində pul istəmişdir. Bundan sonra gec olduğuna görə Avtandil və Orxanla sağollaşıb evinə getmişdir. Səhəri gün Təqsirləndirilən şəxs2lə telefonla əlaqə saxlamışdır. Həmin vaxt telefon danışığı zamanı Təqsirləndirilən şəxs2 gecə Təqsirləndirilən şəxs3la birlikdə Xırdalan şəhərində «AAF» park yaxınlığında iranlının dediyi yerdən narkotik vasitə olan «heroin» və psixotrop maddə olan «metamfetamin»i götürdüklərini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la görüşdükdən sonra gəlib onu da evlərindən götürüb Cəlilabad rayonu, Göytəpə şəhərində yola çıxacaqları barədə razılığa gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3la əlaqə saxlayıb Bakı şəhərində «Neftçilər» metrostansiyası yaxınlığında onunla görüşmüşdür. Daha sonra sonuncuya məxsus «Hyundai Sonata» markalı «**-BS-***» dövlət qeydiyyat nişanlı avtomobil ilə Təqsirləndirilən şəxs2 yaşadığı binanın önünə gedib, onu gözləmiş, az sonra Orxan gələrək avtomobildə əyləşmişdir. Həmin vaxt avtomobildə olan zaman Orxan və Avtandil «heroin» və «metamfetamin»i götürdüklərini və onun İntiqamla danışmağını bildirmişdirlər. O, da İntiqam adlı şəxsə telefonla zəng edərək 10 qram «heroin» və 5 qram «metamfetamin»in özündə olduğunu bildirərək Cəlilabad rayonu, Göytəpə şəhərinə gələcəyini bildirmişdir. İntiqam adlı şəxs telefonla danışarkən onu Göytəpə şəhərində gözləyəcəyini bildirmişdir. Həmin vaxtı bir büküm olan «heroin» və bir büküm olan «metamfetamin»in avtomobilin sürət qutusunun ötürücüsünün yanında olmasını görmüş, daha sonra Orxan həmin bükümləri götürərək avtomobilin sağ qapısının cib hissəsinə qoymuşdur. Göytəpə şəhərinə çatdıqda İntiqam adlı şəxsə zəng etmişdir. Həmin vaxt İntiqam bir qədər işi olduğunu, bir neçə dəqiqə ərzində xəbər edəcəyini bildirmişdir. Ona görə də üçü birlikdə yaşadığı evə getmişdir. Həmin vaxt evlərində heç kim olmamışdır. Evə gəldikdən sonra «heroin» qəbul etmək istədiklərindən Təqsirləndirilən şəxs2 cibindən həmin bükümləri çıxarmış, narkotik vasitə olan «heroin»dən bir qədərini ayırıb Orxanla birlikdə ikisi qəbul etmişdir. Lakin, Təqsirləndirilən şəxs3 isə narkotik vasitə qəbul etməmişdir. Bundan sonra İntiqama zəng edən zaman o, Göytəpə şəhəri, Səməd Vurğun küçəsinə gəlməyini bildirərək iki-üç dəqiqə sonra oraya çatacağını bildirmişdir. Ona görə də üçü də evdən çıxmışdırlar. Evdən çıxarkən isə stolun üstündə qalan bir büküm «heroin» və bir büküm «metamfetamin»i götürüb əynində olan şalvarının sol yan cibinə qoymuşdur. İntiqamın dediyi yerə gəlib çatdıqdan sonra Təqsirləndirilən şəxs3 avtomobili yolun kənarında saxlamasını bildirmişdir. Həmin yerdə gözləyərkən anidən iki avtomobil ön tərəfə keçərək saxlamışdır. Maşından mülki geyimli şəxslər düşüb onların olduğu tərəfə addımlamış, ona görə də Təqsirləndirilən şəxs3 maşını sürüb oradan uzaqlaşmasını bildirmişdir. Qabağa getmək mümkün olmadığından Təqsirləndirilən şəxs3 maşını arxaya tərəf hərəkət etdirmişdir. Bu zaman avtomobil arxa tərəfdə olan başqa bir avtomobilə dəymişdir. Bundan sonra, avtomobili bir qədər hərəkət etdirdikdən sonra idarəetməni itirdiyindən avtomobil yoldan çıxaraq su arxına düşmüşdür. Bu zaman mülki geyimdə olan şəxslər qaçaraq onlara yaxınlaşmış və Göytəpə polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra, onları X9 dəvət etmişdirlər. O, səmimi olaraq üzərində narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra X5 «şübhəli şəxs» qismində tutularaq ona müdafiəçi təyin edilmiş, hüquq və vəzifələri izah olunduqdan sonra, üzərində videoçəkiliş vasitəsilə «şəxsi axtarış» aparılmasına etirazı olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçisi, Cəlilabad rayon vəkil bürosunun vəkili Ramin Məmmədovun iştirakı ilə üzərində «şəxsi axtarış» keçirilməsinə başlanmışdır. Üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarının sol yan cibindən bir büküm «heroin» və bir büküm «metamfetamin» çıxarıb təqdim edərək Təqsirləndirilən şəxs2 əldə etdiyini və satmaq məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Həmin narkotik vasitə və psixotrop maddə elektron tərəzidə çəkilmiş, bu zaman «heroin»in çəkisi 9,67 qram, «metamfetamin»in çəkisinin isə 5,02 qram olması müəyyən edilmişdir. Bundan sonra, həmin iki bükümdə olan «heroin» və «metamfetamin» qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, o da öz imzası ilə protokolun həqiqiliyini təsdiq etmişdir. Bundan başqa o, üzərində aşkar edilmiş narkotik vasitə ilə bağlı bildirmişdir ki, İntiqamdan 350 (üç yüz əlli) manat məbləğində pul alacaq, həmin pulun 250 (iki yüz əlli) manatını Təqsirləndirilən şəxs3 İranlı tanışına, 50 (əlli) manat pulu Təqsirləndirilən şəxs3 yol haqqı olaraq özünə, qalan 50 (əlli) manat pulu isə Təqsirləndirilən şəxs2lə öz arasında böləcəkdir. Həmin vaxt saxlanılan zaman Cəlilabad RPŞ-də olduğu müddətdə ona qarşı hər hansı zorakılıq tətbiq edilməmişdir. Məhkəmə iclasında, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, əvvəllər təxminən 2 il narkotik vasitələrin sui-istifadəsi ilə məşğul olmuş, yəni qurudulmuş «marixuana»dan istifadə etmişdir. Təqsirləndirilən şəxs3 1 il əvvəldən tanımış və onunla aralarında səmimi münasibətlər yaranmışdır. Təqsirləndirilən şəxs3 əvvəllər narkotik vasitələrdən istifadə etdiyini görməmiş və bu barədə eşitməmişdir. Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs1 2021-ci ilin əvvəllərindən etibarən tanımış, müxtəlif vaxtlarda onu taksi kimi təyinat məntəqəsinə çatdırmış və aralarında səmimi münasibətlər yaranmışdır. Hətta bir neçə dəfə Təqsirləndirilən şəxs1 onların evində də qalmışdır. Təqsirləndirilən şəxs1la münasibəti yarandıqdan bir müddət sonra onun da narkotik vasitələrdən istifadə etdiyini öyrənmişdir. O, 04 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3la birlikdə olan zaman Təqsirləndirilən şəxs1 ona zəng edərək «Neftçilər» metrostansiyası yaxınlığında olduğunu və gəlib onu götürməyi xahiş etmişdir. Onun maşını xarab olduğuna görə onlar Təqsirləndirilən şəxs3 idarə etdiyi «Hyundai Sonata» markalı avtomobil ilə həmin yerə gələrək Təqsirləndirilən şəxs1 götürmüşlər. Bundan sonra onlar Bakı şəhəri «Qara Qarayev» metrostansiyası yaxınlığında yerləşən çayxanada oturub çay içib «domino» oynamışlar. Həmin vaxt, o, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs3 tanış etmişdir. Həmin söhbət zamanı Təqsirləndirilən şəxs1 Cəlilabad rayonu, Göytəpə şəhərinə getmək istədiyini, lakin yol pulunun olmadığını, Göytəpə şəhərinə çatandan sonra orada yol pulu olaraq 50 manat pul verəcəyini demişdir. Həmin vaxt, o, Təqsirləndirilən şəxs1 maşının xarab olduğunu demişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs3 Cəlilabad rayonuna getməklə bağlı razılığa gəlmişlər. Həmin razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 Cəlilabad rayonunda Təqsirləndirilən şəxs3 yol pulu olaraq 50 manat pul verəcəkdir. Səhərisi gün Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1la birlikdə yaşadığı binanın önünə gəlib onu çağırmışdır. Bundan sonra, o, evdən çıxaraq binanın qabağında maşına oturmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs3 sükan arxasında, Təqsirləndirilən şəxs1 isə arxa oturacaqda əyləşmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 avtomobili idarə etməyə başlamış və onlar birlikdə Cəlilabad rayonu, Göytəpə şəhərinə doğru yola düşmüşlər. Həmin gün təxminən saat 19 radələrində onlar Göytəpə şəhərinə çatmışlar. Bundan sonra, Təqsirləndirilən şəxs1 birlikdə onların evində çay içməyi təklif etmiş və Təqsirləndirilən şəxs3 avtomaşını Azərin evinə sürmüşdür. Onlar birliklə Təqsirləndirilən şəxs1 evində çay içdikdən sonra o, həm Azərin anası ilə görüşmək üçün, həm də Azərin Avtandilə verəcəyi 50 manat pulu götürmək üçün evdən çıxaraq Azərin dediyi istiqamətdə bir neçə yüz metr getdikdən sonra Təqsirləndirilən şəxs1 maşını saxlatdırıb gözləməyi bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs3 maşını saxlamış və onlar maşında gözləyən zaman 2 ədəd avtomobil onların maşının qarşısına keçib saxlamışdır. Həmin avtomobildən mülki geyimdə olan şəxslər düşüb onların maşınına tərəf qaçanda Təqsirləndirilən şəxs1 avtomobili sürüb oradan uzaqlaşmağı bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs3 maşını arxaya sürərkən arxada olan avtomaşına dəymiş, irəli sürərkən isə yolun kənarında olan çuxura düşmüşdür. Bu zaman avtomobil hərəkətsiz qaldıqdan sonra mülki geyimli şəxslər yaxınlaşaraq onları saxlayıb Göytəpə şəhər polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Onlar polis əməkdaşları tərəfindən Göytəpə şəhər polis bölməsinə gətirildikdən sonra «şübhəli şəxs» qismində tutulmuşlar. Həmin vaxt, ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd bükümdə olan «heroin» və 1 ədəd bükümdə olan «metamfetamin» aşkar edilərək götürülmüşdür. O, «şübhəli şəxs» qismində tutulduqdan sonra üzərində şəxsi axtarış aparılan zaman qanunla qadağan edilmiş hər hansı predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitəni kimə verəcəyi barədə məlumatı olmayıb, sadəcə Azərlə yol yoldaşı kimi Cəlilabad rayonuna gəlmişdir. İbtidai istintaq zamanı, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yaşayır. Evli olmaqla yanaşı, bir azyaşlı övladı vardır. Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, təxminən iki ildir ki, narkotik vasitələrin sui-istifadəsi ilə məşğul olmuşdur. O, əvvəllər qurudulmuş «marixuana»dan istifadə etmişdir. Təqsirləndirilən şəxs3 bir il əvvəldən tanımış, onunla aralarında səmimi münasibətlər yaranmışdır. O, əvvəllər Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə etdiyini görməmiş və bu barədə eşitməmişdir. Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs1 2021-ci ilin əvvəllərindən etibarən tanımış, müxtəlif vaxtlarda onu taksi ilə təyinat məntəqəsinə çatdırmış və aralarında səmimi münasibətlər yaranmışdır. Hətta bir neçə dəfə Təqsirləndirilən şəxs1 onların evində də qalmışdır. Təqsirləndirilən şəxs1la münasibəti yarandıqdan bir müddət sonra onun da narkotik vasitələrdən istifadə etdiyini öyrənmişdir. 04 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3la birlikdə olan zaman Azər ona zəng edərək Bakı şəhərində «Neftçilər» metrostansiyası yaxınlığında olduğunu və gəlib onu götürməsini xahiş etmişdir. Buna görə də Təqsirləndirilən şəxs3 idarə etdiyi «Hyundai Sonata» markalı avtomobil ilə həmin yerə gələrək Təqsirləndirilən şəxs1 da götürmüşdürlər. Bundan sonra Bakı şəhəri, «Qara Qarayev» metrostansiyası yaxınlığında çayxanada oturub çay içib «domino» oyunu oynamışlar. Həmin vaxt o, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs3 tanış etmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs3 narkotik vasitə və psixotrop maddə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə və psixotrop maddələri Cəlilabad rayonu, Göytəpə şəhərində sata biləcəyini bildirmişdir. Həmin vaxt A.Təqsirləndirilən şəxs1Məmmədovla razılığa gəlmişdir ki, ertəsi gün birlikdə Cəlilabad rayonuna gedib narkotik vasitələri satacaqmışlar. Ertəsi gün A.Təqsirləndirilən şəxs3Rahmanovla birlikdə onun yaşadığı binanın önünə gəlib onu çağırmışdlar. Bundan sonra o, evdən çıxaraq binanın önündə maşına əyləşmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs3 sükan arxasında olmuş, Təqsirləndirilən şəxs1 isə arxa oturacaqda əyləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 avtomobili idarə etmiş və birlikdə Cəlilabad rayonu, Göytəpə şəhərinə doğru yola düşmüşlər. Həmin vaxt yolda olarkən avtomobilin sürətlər qutusunun ötürücüsü yaxınlığında olan bükümləri görmüşdür. Həmin narkotik vasitələr göz qarşısında olmaması üçün götürüb avtomobilin sağ ön qapısının saxlanc yerinə qoymuşdur. Daha sonra Cəlilabad rayonuna yola düşmüşlər. Sonra yolda olarkən Təqsirləndirilən şəxs1 bir neçə dəfə telefon vasitəsilə narkotik vasitələri verəcəyi şəxslə danışmışdır. Lakin, onun kiminlə danışması və narkotik vasitəni hansı qiymətə satacağı barədə məlumatı olmamışdır. Həmin gün təxminən saat 19 radələrində Cəlilabad rayonu, Göytəpə şəhərinə çatmışlar. Bundan sonra Təqsirləndirilən şəxs1 onlara bildirmişdir ki, gedib birlikdə onların evində çay içsinlər. Buna görə də Təqsirləndirilən şəxs3 istifadəsində olan avtomaşını Azərin evinə tərəf sürmüşdür. Təqsirləndirilən şəxs1 evinin qarşısına çatdıqdan sonra avtomobildən düşmüşlər. Avtomobildən düşərkən avtomobildə olan narkotik vasitələri özü ilə götürmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs1 evində olarkən Azərlə birlikdə narkotik vasitə olan «heroin»i qəbul etmişlər. Həmin vaxt, Azər bir daha narkotik vasitəni verəcəyi şəxslə danışmış, həmin şəxs Göytəpə şəhəri ərazisində olduğunu bildirmişdir. Buna görə də evdən çıxıb getmişlər. Evdən çıxan zaman Təqsirləndirilən şəxs1 narkotik vasitəni götürüb cibinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 dediyi istiqamətdə bir neçə yüz metr getdikdən sonra Azər maşını saxlatdırıb gözləməklərini bildirmişdir. Ona görə də Təqsirləndirilən şəxs3 maşını saxlamışdır. Maşında gözlədikləri zaman iki ədəd avtomobil qarşılarına keçib saxlamışdır. Avtomobildən mülki geyimdə olan şəxslər düşüb onların olduqları maşına tərəf qaçanda Təqsirləndirilən şəxs1 avtomobili sürüb oradan uzaqlaşmağı bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs3 maşını arxaya sürərkən arxada olan avtomaşına dəymiş, irəli sürərkən isə yolun kənarında olan çuxura düşmüşdür. Avtomobil hərəkətsiz qaldıqdan sonra mülki geyimli şəxslər yaxınlaşaraq onları saxlamış və Göytəpə şəhəri polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları tərəfindən Göytəpə şəhəri polis bölməsinə gətirildikdən sonra «şübhəli şəxs» qismində tutulmuşdur. Həmin vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 üzərində «şəxsi axtarış» keçirilən zaman bir ədəd bükümdə olan «heroin» və bir ədəd bükümdə olan «metamfetamin» aşkar edilərək götürülmüşdür. O, «şübhəli şəxs» qismində tutulub üzərində «şəxsi axtarış» aparılan zaman qanunla qadağan edilmiş hər hansı predmet aşkar edilməmişdir. Onun Təqsirləndirilən şəxs1 narkotik vasitəni kimə verəcəyi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitə satmasında heç bir maddi marağı olmadığını, sadəcə Azərlə yol yoldaşı kimi Cəlilabad rayonuna gəldiyini, Təqsirləndirilən şəxs3 bu işdə nə kimi marağı olması barədə məlumatlı olmadığını, ilkin izahatında narkotik vasitə və psixotrop maddələri Təqsirləndirilən şəxs3 aldığını və Təqsirləndirilən şəxs1 verdiyini göstərsə də, daha sonra ifadəsində narkotik vasitələrin Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobilin sürətlər qutusunun ötürücüsünün yanında olduğunu, oradan narkotik vasitələri götürərək avtomobilin sağ yan cibinə qoyduğunu, avtomobildən düşərək Təqsirləndirilən şəxs1 evinə getdikdə həmin maddələri özü ilə götürdüyünü bildirmişdir. O, Polis şöbəsində saxlanılarkən hər hansı zorakılığa məruz qalmadığını bildirmişdir. Məhkəmə iclasında, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, 04 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2lə birlikdə Bakı şəhəri «Qara Qarayev» metrostansiyasının yaxınlığında yerləşən çayxanada olan zaman Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 zəng edərək «Neftçilər» metrostansiyası yaxınlığında olduğunu və gəlib onu götürməyini xahiş etmişdir. Buna görə də onun idarə etdiyi «Hyundai Sonata» markalı avtomobil ilə həmin yerə gələrək Təqsirləndirilən şəxs1 götürmüşlər və onlar yenidən həmin çayxanaya qayıtmışlar. O, həmin gün Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 vasitəsilə tanış olmuşdur. Həmin söhbət zamanı Təqsirləndirilən şəxs1 Cəlilabad şəhərinə getmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 öz maşınının xarab olduğunu bildirmişdir. Bundan sonra o, 50 manat benzin pulu müqabilində Təqsirləndirilən şəxs1 Cəlilabad rayonu, Göytəpə şəhərinə aparmaq barədə onunla razılaşmışdır. Səhərisi gün, yəni 05 yanvar 2022-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs1 ona zəng edərək Bakı şəhəri «Neftçilər» metrostansiyası yaxınlığında olduğunu və onu həmin yerdən götürməyi xahiş etmişdir. O, Təqsirləndirilən şəxs1 dediyi yerə gedib onu maşınla götürmüş, daha sonra isə Təqsirləndirilən şəxs2 də evdən götürərək birlikdə Cəlilabad rayonu, Göytəpə şəhərinə yola düşmüşlər. Onlar Cəlilabad rayonu, Göytəpə şəhərinə çatdıqdan sonra Təqsirləndirilən şəxs1 yaşadığı evə gedərək orada çay içdikdən bir qədər sonra onlar üç nəfər birlikdə evdən çıxaraq Təqsirləndirilən şəxs1 yol pulu olaraq ona verəcəyi 50 manat məbləğində pulu götürmək məqsədilə Azərin dediyi istiqamətdə bir neçə yüz metr yol getdikdən sonra Azər maşını saxlatdırıb gözləməyi bildirmişdir. Maşında gözlədikləri zaman iki avtomobil onların qarşısına keçib saxlamışdır. Həmin maşından düşən iki nəfər mülki geyimli şəxslər onlara tərəf qaçanda Təqsirləndirilən şəxs1 avtomobili sürüb aradan çıxmağı məsləhət görmüşdür. O, qorxduğu üçün maşını arxaya verən zaman maşın arxada dayanmış digər maşına dəymişdir. Buna görə də o, maşını qabağa sürmüş və 100 metr məsafə getdikdən sonra idarəetməni itirdiyi üçün maşın yolun sol kənarında olan çuxura düşərək hərəkətsiz qalmışdır. Bu zaman mülki geyimli şəxslər də arxasınca gəlib onları saxlamışlar. Həmin vaxt o, onların Cəlilabad RPŞ-nin Göytəpə PB-nin əməkdaşları olduqlarını öyrənmişdir. Sonra isə onları X8 apararaq orada «şübhəli şəxs» kimi tutmuşlar. Həmin vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd bükümdə olan «heroin» və 1 ədəd bükümdə olan «metamfetamin» aşkar olunaraq götürülmüşdür. O, «şübhəli şəxs» qismində tutularaq üzərində şəxsi axtarış aparılan zaman üzərindən narkotik vasitə və ya qanunla qadağan olunan digər predmetlər aşkar edilməmişdir. Onun, Təqsirləndirilən şəxs1 narkotik vasitəni kiməsə verəcəyi barədə məlumatı olmayıbdır. O, taksi kimi Təqsirləndirilən şəxs1 Cəlilabad rayonu, Göytəpə şəhərinə gətirməyi müqabilində benzin pulu olaraq ondan 50 manat məbləğində pul alacaqdır. İbtidai istintaq zamanı, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri ərazisində taksi faəliyyəti ilə məşğul olmuşdur, anası Aidə Məmmədova ilə birlikdə yaşamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 «şübhəli şəxs» qismində tutulduğu andan bir neçə ay əvvəl tanımış, aralarında səmimi münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etməsi barədə məlumatı olmuş, bəzi hallarda Orxan onun yanında narkotik vasitələrdən istifadə etmişdir. Lakin, özü isə heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Təqsirləndirilən şəxs1 04 yanvar 2022-ci il tarixdə tanımışdır. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 vasitəsilə tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 dostluq münasibətlərində olduğunu öyrənmişdir. Həmin vaxt üçü birlikdə Bakı şəhərində «Qara Qarayev» adlanan ərazidə çayxanada görüşmüşlər. Həmin söhbət əsnasında Təqsirləndirilən şəxs1 «Qarabağ müharibəsi» iştirakçısı olduğunu bildirmiş, özü isə əsa ilə yerimişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 da narkotik vasitələrdən istifadə etdiyini öyrənmişdir. Həmin vaxt söhbət edərkən Təqsirləndirilən şəxs1 narkotik vasitənin olacağı təqdirdə yaşadığı Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində sata biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 onların yanında narkotik vasitəni satacağı şəxslə zəng edərək danışmışdır. Həmin şəxs Təqsirləndirilən şəxs1 10 qram «heroin» və 5 qram «metamfetamin»ə görə 350 (üç yüz əlli) manat pul verəcəyini demişdir. Təqsirləndirilən şəxs1 həmin şəxslə danışıb qurtardıqdan sonra bu barədə onlara bildirmişdir. Təxminən 2021-ci ilin dekabr ayında «İnstaqram» sosial şəbəkəsində özünü Babək kimi təqdim edən İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Həmin şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu və lazım olarsa onun üçün də narkotik vasitə təşkil edəcəyini bildirmişdir. Bundan sonra, bir dəfə həmin şəxsin ona göndərdiyi bank kartına pul yükləmiş və onun dediyi yerə gedib narkotik vasitəni götürmüşdür. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yanında həmin İranlı tanışı Babək adlı şəxsə «Vatsap»” mesajlaşma proqramı vasitəsilə yazaraq 10 qram «heroin» və 5 qram «metamfetamin» lazım olduğunu bildirmişdir. Babək isə 250 (iki yüz əlli) manat pul qarşılığında həmin narkotik vasitə olan «heroin» və «metamfetamin»i ona göndərəcəyini bildirmişdir. Bu barədə danışdıqdan sonra Təqsirləndirilən şəxs1 onların yanından çıxıb getmişdir. Bundan təxminən yarım saat sonra O.Tarvediyevlə birlikdə olan zaman Babək «Vatsap» mesajlaşma proqramı vasitəsilə yazaraq pulu göndərməyini bildirmişdir. Həmin vaxt, Babək adlı şəxsin ona göndərdiyi bank kartına özünə məxsus olan 250 (iki yüz əlli) manat pul göndərmişdir. Bundan təxminən yarım saat sonra Babək adlı şəxs ona yazaraq sifariş verdiyi «heroin» və «metamfetamin»in Xırdalan şəhərində «AAF PARK» yaşayış kompleksinin yaxınlığında gizlədildiyini və həmin yerdən gedib götürməyini bildirmişdir. Ona görə də Təqsirləndirilən şəxs2lə birlikdə həmin yerə getmişdir. Babək həmin yerin şəklini onun telefonuna göndərdiyinə görə həmin yeri axtarıb tapmışlar. Bundan sonra, Təqsirləndirilən şəxs2 avtomobildən enərək Babəkin göndərdiyi iki bükümdə olan «heroin» və «metamfetamini» götürmüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs2 avtomobildə əyləşib iki ədəd bükümdə narkotik vasitə olan «heroin» və «metamfetamini» avtomobilin sürət qutusunun yanına qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 aparıb evlərinə ötürmüşdür. Daha sonra özü də evinə getmişdir, lakin narkotik vasitələr isə maşında qalmışdır. Ertəsi gün, yəni 05 yanvar 2022-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs1 ona zəng edərək Bakı şəhərində «Neftçilər» metrostansiyası yaxınlığında olduğunu və onu həmin yerdən götürməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs1la danışdıqdan sonra başa düşmüşdür ki, o, özü Təqsirləndirilən şəxs2lə danışıb və narkotik vasitənin götürülməsindən məlumatı vardır. Bundan sonra Təqsirləndirilən şəxs1 dediyi yerə gedib onu avtomobilə götürmüş, daha sonra Təqsirləndirilən şəxs2 də evdən götürmüşdür. Onlar birlikdə Cəlilabad rayonu, Göytəpə şəhərinə yola düşmüşlər. Təqsirləndirilən şəxs2 maşına mindikdən sonra avtomobilin sürətlər qutusunun yanında olan iki büküm narkotik vasitəni götürüb avtomobilin qabaq sağ cibinə qoymuşdur. Maşınla yolda gələrkən Təqsirləndirilən şəxs1 mütəmadi olaraq narkotik vasitəni verəcəyi şəxslə danışırmış və həmin şəxs onları gözlədiyini bildirmişdir. Cəlilabad rayonu, Göytəpə şəhərinə getdikdə Təqsirləndirilən şəxs1 yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs1 evinin qarşısında saxladıqda Təqsirləndirilən şəxs2 avtomobildən narkotik vasitələri götürüb cibinə qoymuş, hamısı birlikdə evə daxil olmuşlar. Həmin vaxt evdə heç kim olmamışdır. Onlar evdə olduqları zaman Azər və Orxan bir qədər «heroin»dən istifadə etmişlər. Daha sonra Təqsirləndirilən şəxs1 telefonla danışarkən narkotik vasitəni satacağı şəxsin onları gözlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 stolun üstündən narkotik vasitəni götürərək cibinə qoymuşdur. Onlar üçü də birlikdə evdən çıxaraq Azərin dediyi istiqamətdə bir neçə yüz metr yol getdikdən sonra Təqsirləndirilən şəxs1 maşını saxlatdırıb gözləməyi bildirmişdir. Maşında gözlədikləri zaman iki avtomobil onların qarşısına keçib saxlamışlar. Maşından düşən iki nəfər mülki geyimli şəxslər onlara tərəf qaçanda Təqsirləndirilən şəxs1 avtomobili sürüb aradan çıxmağı məsləhət görmüşdür. Ona görə də maşını arxaya vermiş və maşını arxaya verəkən digər avtomobilə dəymiş, buna görə də qabağa sürmüş, 100 metr məsafə getdikdən sonra idarəetməni itirdiyinə görə maşını yolun sol kənarında olan çuxura salmışdır. Bundan sonra avtomobil hərəkətsiz qalmışdır. Həmin şəxslər də onların arxasınca gəlib onları saxlamışdır. Həmin vaxt onların Cəlilabad RPŞ-nin Göytəpə PB-nin əməkdaşları olduqlarını öyrənmişdir. O, X5 «şübhəli şəxs» kimi tutulmuşdur. Həmin vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 üzərində «şəxsi axtarış» keçirilən zaman bir ədəd bükümdə olan «heroin» və bir ədəd bükümdə olan «metamfetamin» aşkar olunaraq götürülmüşdür. O, «şübhəli şəxs» qismində tutularaq üzərində «şəxsi axtarış» aparılan zaman üzərindən narkotik vasitə və qanunla qadağan olunan digər predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitəni kimə verəcəyi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitə satmasında heç bir maddi marağı olmadığını, Azər narkotik vasitəni satdıqdan sonra narkotik vasitəyə görə verdiyi 250 (iki yüz əlli) manat məbləğində pulu ona qaytaracağını və 50 (əlli) manat da taksi pulu alacağını, qalan pulu isə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 öz aralarında böləcəyini göstərmişdir. O, saxlanılan zaman və ya RPŞ-də olduğu zaman ona qarşı hər hansı formada zorakılıq olunmamışdır. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, Cəlilabad rayon Polis Şöbəsinin X6 cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Cəlilabad rayonu, Göytəpə şəhər sakini Təqsirləndirilən şəxs1, Bakı şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər tanımamış, onlarla hər hansı bir ədavət və düşmənçiliyi olmamışdır. Belə ki, 05 yanvar 2022-ci il tarixdə X8 Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 «Hyundai Sonata» markalı avtomobil ilə Bakı şəhərindən külli miqdarda narkotik vasitə satmaq məqsədilə Göytəpə şəhərinə gəlmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması və həmin şəxslərin cinayət başında yaxalanması məqsədilə tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar X6 rəisi tərəfindən təsdiq olunduqdan sonra Cəlilabad rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı X1, X6 polis nəfəri Şahid2, Şahid3, Şahid4, X4 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, 05 yanvar 2022-ci il tarixdə, saat 20 radələrində «Hyundai Sonata» markalı «**-BS-***» dövlət qeydiyyat nişanlı avtomobil Cəlilabad rayonu, Göytəpə şəhəri, S.Vurğun küçəsində onlar tərəfindən əməliyyat müşahidəsinə götürülmüşdür. Bir neçə dəqiqə müşahidə aparıldıqdan sonra «Hyundai Sonata» markalı avtomobilin dayandığını gördüklərindən xidməti avtomobillərlə həmin avtomobilin önünü kəsmişlər. Bundan sonra avtomobildən enib həmin avtomobillərə yaxınlaşdıqda sürücü avtomobili geriyə sürüb qaçmağa cəhd edən zaman arxa tərəfdə hərəkətsiz dayanmış rusiya dövlət qeydiyyat nişanlı «VAZ-2110» markalı başqa bir avtomobili vuraraq zərər vurmuşdur. Lakin, sürücü avtomobili saxlamayaraq həmin yerdən uzaqlaşmağa başlamışdır. Sürücü avtomobili yüksək sürətlə bir qədər hərəkət etdirdikdən sonra idarəetməni itirərək avtomobili yolun kənarında olan su arxına salmışdır. Bundan sonra avtomobildə olan şəxslər saxlanılmışdır. Həmin şəxslərdən sürücünün Təqsirləndirilən şəxs3, qabaq sağ oturacaqda Təqsirləndirilən şəxs1, arxa oturacaqda isə Təqsirləndirilən şəxs2 oturduğunu müəyyən etmişlər. Həmin şəxslərə özlərini təqdim edərək Cəlilabad RPŞ-nin əməkdaşları olduqlarını, üzərində narkotik vasitə və psixotrop maddə daşımaqda şübhəli olduqlarını bildirərək, üzərlərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadıqlarını soruşmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və psixotrop maddə olan «metamfetamin» olduğunu bildirsə də, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərində və avtomobildə hər hansı qanunla qadağan olunmuş predmet olmadığını bildirmişdirlər. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından və hər hansı müdaxilə ola biləcəyini nəzərə alıb orada həmin şəxslərin üzərində «şəxsi axtarış» aparmayaraq üzərlərində şəxsi axtarış aparılması məqsədilə onları Cəlilabad RPŞ-nə gətirmişər. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşlarının olduğu ayrı-ayrı xidməti avtomobillərə mindirmişlər. Digər polis əməkdaşları isə «Hyundai Sonata» markalı avtomobilə əyləşmişlər. Təqsirləndirilən şəxs3 da həmin avtomobil ilə X8 gətirilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs1 «şübhəli şəxs» qismində tutulduqdan sonra ona müdafiəçi təyin edilmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərində «şəxsi axtarış» aparılacağı barədə məlumat verildikdə hər hansı bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Cəlilabad rayon Vəkil Bürosunun vəkili Ramin Məmmədov, X6 polis nəfərləri Şahid2, Şahid3, Şahid4, X4 və onun iştirakı ilə X6 polis nəfəri Şahid6 tərəfindən videoçəkiliş aparılmaqla Cəlilabad RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Elməddin Rüstəmov tərəfindən «şübhəli şəxs» qismində tutulmuş və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxt «şəxsi axtarış» zamanı Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş digər predmet vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan büküm çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisində 02 ədəd büküm olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 bir bükümdə olan «heroin» və bir bükümdə olan «metamfetamin» olduğunu bildirmişdir. Həmin bükümlərə baxış keçirən zaman 01 ədəd bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan «heroinə» oxşar kütlə, digər bükümdə isə ağ rəngli kristal formada psixotrop maddə olan «metamfetaminə» bənzər kütlə olması müəyyən edilmişdir. Həmin vaxt sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin bükümləri avtomobildə olan Təqsirləndirilən şəxs2 satmaq məqsədi ilə əldə etdiyini və gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 isə həmin narkotik vasitələri Təqsirləndirilən şəxs3 əldə etdiyini bildirmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, «heroin»ə bənzər kütlənin 9,67 qram, «metamfetamin»ə bənzər kütlənin isə 5,02 qram olması müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 üzərində «şəxsi axtarış» aparılan zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 02 ədəd bükümdə olan kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və Təqsirləndirilən şəxs1 üzərində «şəxsi axtarış» aparılması haqqında protokol tərtib olunaraq ucadan oxunmuşdur. O, da digər iştirakçılar kimi protokolun doğru olmasını öz imzası ilə təsdiq etmişdir. Daha sonra polis bölməsində olan Təqsirləndirilən şəxs2 «şübhəli şəxs» qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, sonra Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, X6 polis nəfərləri Şahid2, Şahid3, Şahid4, X4 və onun iştirakı ilə X6 polis nəfəri Şahid6 tərəfindən videoçəkiliş aparılmaqla Cəlilabad RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Elməddin Rüstəmov tərəfindən «şübhəli şəxs» qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərində «şəxsi axtarış» aparılsa da qanunla qadağan edilmiş hər hansı predmet aşkar olunmamışdır. Həmin sorğu zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə əldə etməsində vasitəçi olduğunu bildirərək narkotik vasitəni Təqsirləndirilən şəxs3 ona verdiyini və özünün də həmin narkotik vasitəni avtomobilə qoyduğunu, daha sonra isə satması üçün Azərə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərində «şəxsi axtarış» aparılması haqqında protokol tərtib olunaraq ucadan oxunmuş, o da öz imzası ilə protokolun həqiqiliyini təsdiq etmişdir. Bundan sonra polis bölməsində olan Təqsirləndirilən şəxs3 «şübhəli şəxs» qismində tutularaq müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs3 üzərində «şəxsi axtarış» aparılacağı barədə məlumat verildikdə hər hansı bir etirazının olmadığını bildirmişdir. Daha sonra Cəlilabad rayon vəkil bürosunun vəkili Anar Ağayev, X6 polis nəfərləri Şahid2, Şahid3, Şahid4, X4 və onun iştirakı ilə X6 polis nəfəri Şahid6 tərəfindən videoçəkiliş aparılmaqla Cəlilabad RPŞnin TB-nin baş təhqiqatçısı, polis mayoru Elməddin Rüstəmov tərəfindən «şübhəli şəxs» qismində tutulmuş Təqsirləndirilən şəxs3 üzərində «şəxsi axtarış» aparılmışdır. Lakin, iş üçün əhəmiyyət kəsb edən hər hansı bir predmet aşkar edilməmişdir. Həmin sorğu zamanı Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 üzərində aşkar olunmuş predmetləri Orxanla birlikdə əldə etdiklərini və narkotik vasitələri Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 verdiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs3 üzərində «şəxsi axtarış» aparılması barədə protokol tərtib olunaraq ucadan oxunmuş və imzası ilə təsdiq olunmuşdur. Bundan sonra şübhəli şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, onların müdafiəçiləri, Cəlilabad rayon Vəkil Bürosunun vəkilləri Anar Ağayev, Müdafiəçi2 və Ramin Məmmədov, X6 polis nəfərləri Şahid2, Şahid3, Şahid4, X4 və onun iştirakı ilə X6 polis nəfəri Şahid6 tərəfindən videoçəkiliş aparılmaqla Cəlilabad RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Elməddin Rüstəmov tərəfindən «şübhəli şəxs» qismində tutulmuş Təqsirləndirilən şəxs3 idarə etdiyi «Hyundai Sonata» markalı «**- BS-***» dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Baxış keçirilən zaman avtomobilin saxlanılmazdan əvvəl «VAZ-2110» markalı avtomobil ilə toqquşması nəticəsində alın şüşəsinin çatlaması, həmçinin ön və arxa hissələrinin əzilməsi müəyyən edilmişdir. İş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra protokol tərtib olunmuş və imzası ilə təsdiq etmişdir. Daha sonra həmin şəxslərin barəsində toplanmış materiallar aidiyyəti üzrə Cəlilabad RPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonu, Göytəpə şəhər sakini Təqsirləndirilən şəxs1, Bakı şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər tanımamışdır. Onlarla hər hansı bir ədavət və düşmənçiliyi olmamışdır. 05 yanvar 2022-ci il tarixdə X8 Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 «Hyundai Sonata» markalı avtomobil ilə Bakı şəhərindən külli miqdarda narkotik vasitə satmaq məqsədilə Göytəpə şəhərinə gəlmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması və həmin şəxslərin cinayət başında yaxalanması məqsədilə Cəlilabad RPŞ-nin X6 cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 Həmayıl oğlu tərəfindən təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar X6 rəisi tərəfindən təsdiq olunduqdan sonra Cəlilabad RPŞ-nin X6 cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə Cəlilabad RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı X1, Göytəpə PB-nin polis əməkdaşları Şahid2, Şahid4, X4 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 05 yanvar 2022-ci il tarixdə, saat 20 radələrində «Hyundai Sonata» markalı «**-BS-***» dövlət qeydiyyat nişanlı avtomobil Göytəpə şəhəri, S.Vurğun küçəsində onların tərəfindən əməliyyat müşahidəsinə götürülmüşdür. Bir neçə dəqiqə müşahidə apardıqdan sonra «Hyundai Sonata» markalı avtomobilin dayandığını görərək xidməti avtomobillə həmin avtomobilin qarşısını kəsmişlər. Bundan sonra, avtomobildən enib həmin avtomobilə yaxınlaşdıqda sürücü avtomobili geriyə sürüb qaçmağa cəhd edən zaman arxa tərəfdə hərəkətsiz dayanmış rus dövlət qeydiyyat nişanlı «VAZ-2110» markalı başqa bir avtomobili vuraraq zərər yetirmişdir. Lakin, sürücü avtomobili saxlamayaraq həmin yerdən uzaqlaşmağa başlamışdır. Sürücü avtomobili yüksək sürətlə bir qədər hərəkət etdirdikdən sonra idarəetməni itirərək avtomobili yolun kənarında olan su arxına salmışdır. Bundan sonra onlar tərəfindən avtomobildə olan şəxslər saxlanıldı. Həmin şəxslərdən sürücünün Təqsirləndirilən şəxs3, qabaq sağ oturacaqda Təqsirləndirilən şəxs2, arxa oturacaqda isə Təqsirləndirilən şəxs1 oturduğunu müəyyən etmişlər. Onlar həmin şəxslərə özlərini təqdim edərək Cəlilabad RPŞ-nin əməkdaşları olduğunu, üzərində narkotik vasitə və psixotrop maddə daşımaqda şübhəli olduqlarını bildirərək, üzərlərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadıqlarını soruşmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və psixotrop maddə olan «metamfetamin» olduğunu bildirsə də, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərində və avtomobildə hər hansı qanunla qadağan olunmuş predmet olmadığını bildirmişlər. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından və hər hansı müdaxilə ola biləcəyini nəzərə alıb orada həmin şəxslərin üzərində şəxsi axtarış aparmayaraq üzərlərində şəxsi axtarış aparılması məqsədilə onları Cəlilabad RPŞ-nin Göytəpə PB-nə gətirmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşlarının olduğu ayrı-ayrı xidməti avtomobillərə oturdular. Digər polis əməkdaşları isə «Hyundai Sonata» markalı avtomobilə əyləşmişlər. Təqsirləndirilən şəxs3 da həmin avtomobil ilə Göytəpə PB-nə gətirilmişdir. Sonra Polis bölməsində Təqsirləndirilən şəxs1 «şübhəli şəxs» qismində tutulduqdan sonra ona müdafiəçi təyin edilmişdir, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verildikdə hər hansı bir etirazının olmadığını bildirmişdir. Bundan sonra, Cəlilabad rayon vəkil bürosunun vəkili Ramin Məmmədov, Göytəpə PB-nin polis əməkdaşları Şahid2, Şahid4, X4, Cəlilabad RPŞ-nin Göytəpə PB-nin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 və onun iştirakı ilə Göytəpə PB-nin polis nəfəri Şahid6 tərəfindən video çəkiliş aparılmaqla Cəlilabad RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Elməddin Rüstəmov tərəfindən «şübhəli şəxs» qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxt şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş digər predmet vardırsa təqdim edilməsi təklif olunmuşdur. Sonra Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan büküm çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisində 02 ədəd büküm olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 bir bükümdə «heroin» və 01 bükümdə «metamfetamin» olduğunu bildirmişdir. Həmin bükümlərə baxış keçirən zaman 01 ədəd bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan «heroin»ə oxşar kütlə, digər bükümdə isə ağ rəngli kristal formada psixotrop maddə olan «metamfetamin»ə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin vaxt, sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin bükümləri avtomobildə olan Təqsirləndirilən şəxs2 satmaq məqsədi ilə əldə etdiyini və gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 isə həmin narkotik vasitələri Təqsirləndirilən şəxs3 əldə etdiyini bildirmişdir. Həmin kütlələr elektron tərəzidə çəkildikdə «heroin»ə bənzər kütlənin 9,67 qram, «metamfetamin»ə bənzər kütlənin isə 5,02 qram olması müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 üzərinə aşkar edilmiş 02 ədəd bükümdə olan kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması haqqında protokol tərtib olunaraq ucadan oxunmuşdur. O, da digər iştirakçılar kimi protokolun doğru olmasını öz imzası ilə təsdiq etmişdir. Daha sonra polis bölməsində olan Təqsirləndirilən şəxs2 «şübhəli şəxs» qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, sonra Cəlilabad rayon vəkil bürosunun vəkili Müdafiəçi2, Cəlilabad RPŞ-nin Göytəpə PB-nin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1, Göytəpə PB-nin polis əməkdaşları Şahid2, Şahid4, X4 və onun iştirakı ilə Göytəpə PB-nin polis nəfəri Şahid6 tərəfindən video çəkiliş aparılmaqla Cəlilabad RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Elməddin Rüstəmov tərəfindən «şübhəli şəxs» qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılsa da qanunla qadağan edilmiş hər hansı predmet aşkarlanmamışdır. Həmin vaxt sorğu zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə əldə etməsində vasitəçi olduğunu bildirərək narkotik vasitəni Təqsirləndirilən şəxs3 ona verdiyini və özünün də həmin narkotik vasitəni avtomobilə qoyduğunu, daha sonra isə satması üçün Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması haqqında protokol tərtib olunaraq ucadan oxunmuş, o, da öz imzası ilə protokolun həqiqiliyini təsdiq etmişdir. Bundan sonra polis bölməsində olan Təqsirləndirilən şəxs3 «şübhəli şəxs» qismində tutularaq müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verildikdə, o, hər hansı bir etirazının olmadığını bildirmişdir. Daha sonra Cəlilabad rayon vəkil bürosunun vəkili Anar Ağayev, Cəlilabad RPŞ-nin Göytəpə PB-nin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1, Göytəpə PB-nin polis əməkdaşları Şahid2, Şahid4, X4 və onun iştirakı ilə Göytəpə PB-nin polis nəfəri Şahid6 tərəfindən video çəkiliş aparılmaqla Cəlilabad RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Elməddin Rüstəmov tərəfindən «şübhəli şəxs» qismində tutulmuş və Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmışdır. Lakin, iş üçün əhəmiyyət kəsb edən hər hansı bir predmet aşkar edilməmişdir. Həmin vaxt sorğu zamanı Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 aşkar olunmuş predmetləri Təqsirləndirilən şəxs2lə birlikdə əldə etdiklərini və narkotik vasitələri Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 verdiyini demişdir. Sonra Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq ucadan oxunmuş və imzalarla təsdiq olunmuşdur. Bundan sonra şübhəli şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, onların müdafiəçiləri, Cəlilabad Rayon vəkil bürosunun vəkilləri Anar Ağayev, Müdafiəçi2 və Ramin Məmmədov, Cəlilabad RPŞ-nin Göytəpə PB-nin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1, Göytəpə PB-nin polis əməkdaşları Şahid2, Şahid4, X4 və onun iştirakı ilə Göytəpə PB-nin polis nəfəri Şahid6 tərəfindən video çəkiliş aparılmaqla Cəlilabad RPŞnin TB-nin baş təhqiqatçısı, polis mayoru Elməddin Rüstəmov tərəfindən «şübhəli şəxs» qismində tutulmuşdur. Sonra Təqsirləndirilən şəxs3 idarə etdiyi «Hyundai Sonata» markalı «**-BS-***» dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Baxış keçirilən zaman avtomobilin saxlanılmazdan əvvəl «VAZ- 2110» markalı avtomobil ilə toqquşması nəticəsində alın şüşəsinin çatlaması, həmçinin ön və arxa hissələrinin əzilməsi müəyyən edilmişdir. İş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra protokol tərtib olunmuş və imzalarla təsdiq edilmişdir. Daha sonra həmin şəxslərin barəsində toplanmış materiallar aidiyyəti üzrə Cəlilabad RPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir. İş üzrə şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin X6 polis əməkdaşları Şahid2, Şahid4, X4, Şahid6 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişdirlər. Cinayət işinin materiallarına əlavə edilmiş, 05 yanvar 2022-ci il tarixli təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan görünür ki, Cəlilabad rayonu, Göytəpə şəhər sakini Təqsirləndirilən şəxs1, Bakı şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar olaraq daxil olan əməliyyat məlumatına əsasən onun ətrafında müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, 05 yanvar 2022-ci il tarixdə «şəxsi axtarış keçirilməsi və götürmə haqqında protokol»dan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir qanunsuz əşya və yaxud mülki dövriyyəsi qadağan olunmuş predmetin olduğu təqdirdə, onları könüllü surətdə verməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan büküm çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisində 02 ədəd büküm olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 bir bükümdə narkotik vasitə olan «heroin», digər bükümdə isə psixotrop maddə olan «metamfetamin» olduğunu bildirmişdir. Həmin bükümlərə baxış keçirilən zaman 01 ədəd bükümdə qəhvəyi rəngli spesifik qoxulu narkotik vasitə olan «heroin»ə bənzər kütlə, digər bükümdə isə ağ rəngli kristal formalı psixotrop maddə olan «metamfetamin»ə bənzər kütlələr olması müəyyən edilmişdir. Həmin sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə və psixotrop maddələri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs3 əldə etməsini göstərmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, «heroin»ə bənzər kütlənin 9,67 qram, «metamfetamin»ə bənzər kütlənin isə 5,02 qram olması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 üzərində iş üçün əhəmiyyət kəsb edən əşya və yaxud predmet aşkarlanmamışdır. İş üçün əhəmiyyət kəsb edən narkotik vasitə və psixotrop maddələr ekspertiza tədqiqatının aparılması üçün qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş, 05 yanvar 2022-ci il tarixli «şəxsi axtarış keçirilməsi və götürmə haqqında protokol»dan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində hər hansı bir qanunsuz əşya və yaxud predmetin olduğu təqdirdə, onları könüllü surətdə təhvil verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 üzərində hər hansı bir qanunsuz əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılsa da iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir əşya və yaxud predmet aşkar edilməmişdir. Həmin sorğu zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə əldə etməsində vasitəçi olduğunu, narkotik vasitənin ona Təqsirləndirilən şəxs3 tərəfindən verildiyini və özünün də həmin narkotik vasitələri avtomobilə qoyduğunu, daha sonra isə satması üçün Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, 05 yanvar 2022-ci il tarixli «şəxsi axtarış keçirilməsi və götürmə haqqında protokol»dan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərində hər hansı bir qanunsuz əşya və yaxud predmetin olduğu təqdirdə, onları könüllü surətdə təhvil verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs3 üzərində hər hansı bir qanunsuz əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılsa da iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir əşya və yaxud predmet aşkar edilməmişdir. Həmin sorğu zamanı Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 üzərində aşkar edilərək götürülmüş narkotik vasitələri Təqsirləndirilən şəxs2lə bir yerdə əldə etdiyini və narkotik vasitələri Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 verdiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, 05 yanvar 2022-ci il tarixli «nəqliyyat vasitəsinə baxış keçiriməsi haqqında protokol»dan görünür ki, Təqsirləndirilən şəxs3 idarə etdiyi «Hyundai Sonata» markalı «**-BS-***» dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs3 baxış aparılmasına hər hansı bir etirazının olmadığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, 06 yanvar 2022-ci il tarixli, 19/11 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vətəndaş Təqsirləndirilən şəxs1 aşkar edilmiş 02 ədəd bükümdə maddi sübut» sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 9,257 qram olan qəhvəyi rəngli maddə «tiryək»dən kustar üsulla hazırlanmış narkotik vasitə olan «heroin»dir, bir ədəd bükümdə təmiz çəkisi 4, 685 qram olan ağ rəngli kristal formada olan maddə «metamfetamin»dir. «Heroin» Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı 1) daxildir. «Metamfetamin» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına» daxildir. Qeyd: «Heroin»in təmiz çəkisi 9,257 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq 9,207 qram. «Metamfetamin»in təmiz çəkisi – 4,685 qram, tədqiqata sərf olundu – 0,05 qram, qalıq – 4,635 qram. Cinayət işinin materiallarına əlavə edilmiş, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli, 752 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və ya 22-ci maddələrinin təsiri altına düşmür. Hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Özünə və yaxud ətrafdakılara zərər yetirmək təhlükəsi yoxdur. Hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli, 753 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onun əməlləri Azərbaycan Respublikası CM-nin 21-ci və ya 22-ci maddələrinin təsiri altına düşmür. Hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Özünə və yaxud ətrafdakılara zərər yetirmək təhlükəsi yoxdur. Hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs3 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli, 1192 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda «üzvi mənşəli emosional labil pozuntu» (F06.06) müəyyən edilir. Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində «Anlaqlı» hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 özünə və digərlərinə zərər yetirmək təhlükəsi yoxdur. Təqsirləndirilən şəxs1 da «üzvi emosional mənşəli labil pozuntu» aşkar edilir. Hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş, Lənkəran şəhər Narkoloji xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 19 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 «tiryək» alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən «Narkomaniya» xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş, Lənkəran şəhər Narkoloji xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 20 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 psixi və fiziki asılılıq olmadan narkotik maddələrdən istifadə etmə halları istisna olunmayır. Hal-hazırda müayinə zamanı «Narkomaniya» xəstəliyindən əzab çəkmir. Narkomaniyadan müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş, Lənkəran şəhər Narkoloji xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 362 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 «tiryək» alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən «Narkomaniya» xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan, 08 yanvar 2022-ci il tarixli «maddi sübut kimi tanımaq haqqında» qərardan görünür ki, 04 ədəd «DVD» disk maddi sübut qismində tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmiş, 13,594 qram narkotik vasitə maddi sübut qismində tanınaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanılması üçün Cəlilabad RPŞ-nə təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikanın hərbi həkim komissiyasının xx.xx.2020-ci il tarixli, 8944 №-li tibbi arayışın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində anamnezi: şikayəti sağ budunda olan ağrılardan, hərəkət məhdudluğundandır. Dediyinə görə xx.xx.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə xəsarət almışdır. xx.xx.2020-xx.xx.2020-ci il tarixədək Azərbaycan Tibb Universitetinin X2 “Sağ budun presakral nahiyəyə dəlib-keçən sağ oturaq sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan kor güllə yaralanmasına görə aparılmış yaranın birincili cərrahi işlənməsindən sonrakı vəziyyət. Presakral nahiyənin yad cismi (güllə) diaqnozu ilə stasionar müalicədə olmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş, N saylı hərbi hissənin komandanlığı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 664 №-li Travma haqqında arayışın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində “Sağ budun presakral nahiyəyə dəlib-keçən sağ oturaq sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan kor güllə yaralanması. Presakral nahiyənin yad cismi (güllə) diaqnozu ilə xəsarət almışdır. İlk tibbi yardım göstərildikdən sonra ixtisaslı müayinə üçün təxliyyə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı Pulmonologiya bölməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Çıxarış Epikrizinin 7378 №-li Xətəlik tarixinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 “Sağ ağ ciyərin kəskin ocaqlı pnevmoniyası. Sapastik kolit. Trasverzokolonoptoz. 24-cü dişin xroniki peridotun kəskinləşməsi. Sağ bud nahiyyəsinin yuxarı 1/3-nin kor odlu silah (güllə) yaralanmasına, sağ oturaq sümüyünün sınığına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən sonrakı kafi bitişmiş sınığı, bərkimiş dəri çapığı. Çanaq nahiyəsinin yumşaq toxumalarının yad cismi (güllə)” diaqnozu qoyulmuşdur. N saylı hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli, 378 nömrəli nizami hissə üzrə əmrindən çıxarışından görünür ki, əsgər Təqsirləndirilən şəxs1 N saylı hərbi hissədən gəldiyinə görə hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilərək 4-cü taborun minaatan batareyasının 2-ci minaatan taqımının 5-ci minaatanın heyət nəfəri vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 30 nömrəli nizami hissə üzrə əmrindən çıxarışından görünür ki, əsgər Təqsirləndirilən şəxs1 4-cü taborun minaatan batareyasının 2-ci minaatan taqımının 5-ci minaatanın heyət nəfəri vəzifəsindən azad edilərək 1-ci minaatan taqımın 3-cü minaatanın baş tuşlayıcısı vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 109 nömrəli nizami hissə üzrə əmrindən çıxarışından görünür ki, əsgər Təqsirləndirilən şəxs1 4-cü taborun minaatan batareyasının 2-ci minaatan taqımının 5-ci minaatanın heyət nəfəri vəzifəsindən azad edilərək 2-ci minaatan taqımın 5-ci minaatanın baş tuşlayıcısı vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 8 nömrəli nizami hissə üzrə əmrindən çıxarışından görünür ki, əsgər Təqsirləndirilən şəxs1 Azərbaycan Ordusunun Baş Klinik Hospitalından qayıtdığına görə vəzifəsinin icrasına başlamış hesab edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 8 nömrəli nizami hissə üzrə əmrindən çıxarışından görünür ki, əsgər Təqsirləndirilən şəxs1 xidmət müddətini başa vurduğuna görə hərbi hissənin şəxsi heyətinin siyahısından, əşya və ərzaq təminatından çıxarılmış, qeydiyyata durmaq üçün SHXÇDX-nin yerli idarəsinə göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 05 yanvar 2022ci il tarixdə Təqsirləndirilən şəxs1 «şübhəli şəxs» qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan sübutlar haqqında qərarın nəticəvi hissəsindən görünür ki, 07 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 «təqsirləndirilən şəxs» qismində cəlb edilməklə, ona ittiham elan edilmiş və onun barəsində həbslə bağlı olmayan «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. 01 aprel 2022-ci il tarixdə cinayət əməli hüquqi tövsif olunaraq sonuncuya Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham elan edilmiş və barəsində əvvəllər seçilmiş qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 26 aprel 2022-ci il tarixdə qətimkan tədbiri dəyişdirilmiş və «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 05 yanvar 2022ci il tarixdə Təqsirləndirilən şəxs2 «şübhəli şəxs» qismində tutulmuşdur. 07 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 «təqsirləndirilən şəxs» qismində cəlb edilməklə, ona ittiham elan edilmiş və onun barəsində Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə «həbs» növündə qətimkan tədbiri seçilmişdir. 01 aprel 2022-ci il tarixdə cinayət əməli hüquqi tövsif olunaraq sonuncuya 02 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində əvvəllər seçilmiş qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 28 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti Cəlilabad Hərbi Məhkəməsinin qərarı ilə 03 (üç) ay müddətinə uzadılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 05 yanvar 2022ci il tarixdə Təqsirləndirilən şəxs3 «şübhəli şəxs» qismində tutulmuşdur. 07 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 «təqsirləndirilən şəxs» qismində cəlb edilməklə, ona ittiham elan edilmiş və onun barəsində Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə «həbs» növündə qətimkan tədbiri seçilmişdir. 01 aprel 2022-ci il tarixdə cinayət əməli hüquqi tövsif olunaraq sonuncuya 03 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində əvvəllər seçilmiş qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 28 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 həbsdə saxlama müddəti Cəlilabad Hərbi Məhkəməsinin qərarı ilə 03 (üç) ay müddətinə uzadılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, Cəlilabad rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 142-36842-1111 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə Cəlilabad RPŞ-nin müvəqqəti saxlama yerinə daxil olarkən, eləcə də MSY-dən Bakı İstintaq Təcridxanasına göndərilərkən onların üzərlərinə və bədənlərinə baxış keçirilmiş, baxış zamanı heç bir xəsarət ihi aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Cəlilabad RPŞ-nin X6 xx.xx.2022-ci il tarixli, 143-5045-1222 saylı məktubundan görünür ki, Bakı şəhər sakinləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində narkotik vasitələərin dövriyyəsində «şübhəli şəxs» qismində Göytəpə PB-nə gətirilmişlər. Həmin şəxslər Göytəpə PB-nə gətirilərkən və Cəlilabad RPŞ-nə təhvil verilən zaman onların üzərində heç bir xəsarət izləri aşkar olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində məhkumluq aşkar olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində məhkumluq aşkar olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində məhkumluq aşkar olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş, Bakı İstintaq Təcridxanasının rəhbərliyi tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddət ərzində qanun pozuntularına yol verməmiş və müsbət xasiyyətləndirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, xidməti xasiyyətnamədən görünür ki, əsgər Təqsirləndirilən şəxs1 hərbi hissədə xidmət etdiyi yerdə komandanlıq tərəfindən müsbət xasiyyətləndirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Medalının İ-6963 №-li vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 «Xocavəndin azad olunmasına görə» medalı ilə təltif olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Medalının İ- 12191 №-li vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 «Füzulinin azad olunmasına görə» medalı ilə təltif olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Medalının İ-4790 №-li vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 «Cəsur döyüşçü» medalı ilə təltif olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş, Ərazi İnzibati dairə üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 qeydiyyatda olduğu müddət ərzində barəsində hər hansı şikayət və xəbərdarlıq qeydə alınmamış və müsbət xasiyyətləndirilmişdir. Məhkəmə istintaqının gedişi zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi digər Təqsirləndirilən şəxs1 tam etirafedici ifadələri ilə yanaşı özünün və Təqsirləndirilən şəxs3 etirafedici ilkin ifadələri, şahid ifadələri, şəxsi axtarış və götürmə protokolları, ekspertiza rəyləri, maddi sübutlar və cinayət işinin digər istintaq materialları ilə tam təsdiq olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək qeyd olunan cinayətləri törətmədiyi barədə verdiyi vəsatətlər ağır cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıdığından özünü müdafiə kimi qiymətləndirilməlidir. Bundan başqa qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs3 oğlu istintaqın gedişi zamanı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs1 tam etirafedici ifadələri ilə yanaşı, özünün və Təqsirləndirilən şəxs2 etirafedici ilkin ifadələri, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokollar, nəqliyyat vasitələrinə baxış keçirilməsi haqqında protokol, diskə baxış keçirilməsi haqqında protokol, məhkəmə-narkoloji, məhkəmə-kimyəvi ekspertizaların rəyləri və cinayət işinin digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs3 özünü təqsirli bilməyərək qeyd olunan cinayətləri törətmədiyi barədə verdiyi vəsatətlər ağır cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıdığından özünü müdafiə kimi qiymətləndirilməlidir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmələri özlərinin etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında protokollar, nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokol, şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi, həmçinin iş üzrə toplanmış digər obyektiv sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə uyğun olaraq, əməlini səmimi etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, Füzuli rayonu istiqamətində gedən döyüşlərdə güllə yarası almaqla xəsarət almasını, xidmət etdiyi yerdə hərbi hissənin komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını, həmçinin “Vətən müharibəsi” iştirakçısı olaraq «Xocavəndin azad olunmasına görə», «Füzulinin azad olunmasına görə» və «Cəsur döyüşçü» medalları ilə təltif olunmasını da iş üzrə cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 iş üzrə cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə uyğun olaraq, qeydiyyatda olduğu ərazi üzrə müsbət xarakterizə olunmasını iş üzrə cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 iş üzrə cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə uyğun olaraq, Bakı İstintaq Təcridxanasında saxlandığı müddət ərzində müsbət xarakterizə olunmasını iş üzrə cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 iş üzrə cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdikləri cinayət əməlinə görə onların azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə işin hallarını, cəza təyin edərkən təqsirləndirilən şəxslərin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, onun törədilmə motivlərini, təqsirləndirilən şəxsləri xarakterizə edən sənədləri tədqiq edib, sanksiyada nəzərdə tutulmuş cəzanın həddində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etməklə cəmiyyətdən təcrid olunmaqla islah və tərbiyə olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cəza təyin edərkən işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun “Vətən müharibəsi” iştirakçısı olmasını, Füzuli rayonu istiqamətində gedən döyüşlərdə güllə yarası almaqla xəsarət almasını, törədilmiş cinayətin xarakterini, onun törədilmə motivlərini, azadlıqdan məhrum etmədən islah və tərbiyə olunmasının mümkünlüyünü və yuxarıda göstərilən yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 barəsində olan hökmün icrası onun yaşadığı və qeydiyyatda olduğu ərazi üzrə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əziyyət çəkməsi və məcburi müalicəyə ehtiyacı olması haqda yuxarıda qeyd edilmiş ekspert rəyini nəzərə alaraq, təqsirləndirilən şəxsin müalicə olunması və yeni cinayət törətməsinin qarşısını almaq məqsədi ilə məhkəmə Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin barəsində narkomaniyadan məcburi müalicə tədbirlərinin tətbiq edilməsini və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmasını qanuni və əsaslı hesab edir. Eyni zamanda, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əziyyət çəkməsi və məcburi müalicəyə ehtiyacı olması haqda yuxarıda qeyd edilmiş ekspert rəyini nəzərə alaraq, təqsirləndirilən şəxsin müalicə olunması və yeni cinayət törətməsinin qarşısını almaq məqsədi ilə məhkəmə Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin barəsində narkomaniyadan məcburi müalicə tədbirlərinin tətbiq edilməsini və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmasını qanuni və əsaslı hesab edir. Məhkəmə yuxarıda qeyd edilmiş ekspert rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs3 psixi və fiziki asılılıq olmadan narkotik maddələrdən istifadə etmə halları istisna olunmayır, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsinə ehtiyac olmaması, lakin ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Cəlilabad rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, 13,594 qram narkotik vasitə məhv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış–video görüntülərin əks olunduğu 04 ədəd «DVD» disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün cinayət işi materiallarında saxlanılmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizası tədqiqatının dəyərinə görə 50 (əlli) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 orta paylar ilə, yəni hər birindən 16,67 (on altı manat altımış yeddi qəpik) manat məbləğində olan məhkəmə ekspertiza xərci tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəza 3 (üç) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun «şübhəli şəxs» qismində tutulduğu gündən, yəni 05 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və o, hökm qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli onun «şübhəli şəxs» qismində tutulduğu gündən, yəni 05 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və o, hökm qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın. Təqsirləndirilən şəxs3 ərazi üzrə narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Cəlilabad rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, 13,594 qram narkotik vasitə məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış–video görüntülərin əks olunduğu 04 ədəd «DVD» disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün cinayət işi materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizası tədqiqatının dəyərinə görə 50 (əlli) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 orta paylar ilə, yəni hər birindən 16,67 (on altı manat altımış yeddi qəpik) manat məbləğində olan məhkəmə ekspertiza xərci tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən Cəlilabad Hərbi Məhkəməsinin vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə 20 (iyirmi) gün müddətinə, məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən isə hökmün surəti onlara verildiyi gündən, həmin müddət ərzində apellyasiya qaydasında şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar