Məhkəmə qərarları › İş №1-1(096)-18/2024

Cəlilabad Hərbi Məhkəməsi Hökm — İş №1-1(096)-18/2024

04.11.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1-1(096)-18/2024 04.11.2024 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi ilə, Rəhimov Ceyhun Cəfərqulu oğlunun katibliyi ilə, dövlət ittihamçısı– Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı və Zərərçəkmiş şəxs iştirakları ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, mayor Təqsirləndirilən şəxs – xx xxxxxx 1986-cı il tarixdə Cəlilabad rayonu, Xanəgah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, N saylı hərbi hissənin qərargahının döyüş təlimi üzrə zabiti vəzifəsində, mayor hərbi rütbəsində xidmət etmiş, xx.xx.2024-cü il tarixdə hərbi xidmətdən tərxis olunmuş, hazırda heç yerdə işləməyən, N saylı hərbi hissədə qeydiyyatda olan, ünvan 1 ünvanında faktiki yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, aldatma yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinin Katibliyinin mətbəə rəisi vəzifəsində, mayor hərbi rütbəsində xidmətdə olan zaman, 2023cü ilin iyul ayının sonlarında əvvəllər onunla birlikdə Daxili Qoşunlarda xidmət etmiş, hazırda isə ehtiyatda olan hərbi qulluqçu Şahid3 ona zəng edərək tanışı Salyan rayon sakini Zərərçəkmiş şəxs övladı Sabir Salahovun Bakı şəhərində vətəndaş Mikayıl Məmmədova xəsarət yetirməsi ilə bağlı barəsində Yasamal Rayon Polis İdarəsində cinayət işinin istintaq olunması barədə məlumat verərək, S.Salahovun zərərçəkmiş şəxslə barışıq əldə etməsinə köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs barışıq əldə etmək üçün real imkanlara malik olmadığı halda, özgə əmlakını tamah niyyyəti ilə ələ keçirmək məqsədilə özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim etməklə Şahid3 xahişini müsbət qarşılayaraq Zərərçəkmiş şəxs köməklik göstərə biləcəyini demiş və bunun müqabilində 4000 manat məbləğində pul alacağını bildirmişdir. Bundan sonra, Şahid3 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla aralarında olan danışıq barədə məlumat vermiş, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs təklifi ilə razılaşaraq sonuncunun istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə həmin gün mobil telefonla əlaqə saxlamışdır. Həmin danışıqdan bir neçə gün sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla telefon əlaqəsi saxlayaraq onu Bakı şəhərinə dəvət etmişdir. Bakı şəhərində yerləşən N saylı hərbi hissənin inzibati binasında xidməti iş otağında Zərərçəkmiş şəxs qəbul edərək bir daha sonuncuya oğlunun təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Mikayıl Məmmədov adlı şəxslə barışıq əldə edəcəyinə çalışacağını söz vermiş və bunun müqabilində həmin gün öz xidməti otağında 4000 manat məbləğində pulu şəxsən Zərərçəkmiş şəxs almışdır. Bundan sonra, Təqsirləndirilən şəxs barışıq əldə edilməsi üçün faktiki olaraq heç bir cəhd etməmiş, təxminən bir həftə sonra Zərərçəkmiş şəxs ondan işin gedişatı barədə maraqlanarkən o, Zərərçəkmiş şəxsla N saylı hərbi hissənin yaxınlığında 2023-cü ilin avqust ayının əvvəllərində görüşərək işin həlli üçün əlavə 1000 manat məbləğində pul lazım olduğunu deyərək, ondan həmin gün Bakı şəhərində 1000 manat pulu almışdır. Bundan sonra, Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayının əvvəllərində Mikayıl Məmmədovla barışıq əldə etmək üçün sonuncunun Bakı şəhərində yerləşən sahibkarlıq obyektində görüşmüş, barışıq əldə etməyə çalışsa da, M.Məmmədovun S.Salahovla barışmayacağını dəqiqləşdirdikdən sonra Zərərçəkmiş şəxs yalan danışaraq barışıq əldə edilməsi üçün əlavə 7000 manat məbləğində pul göndərməli olduğunu demişdir. Bu məqsədlə özünün istifadəsində olan “AzərTürk” Banka məxsus “4613-8602-0116-8695” nömrəli bank kartının rekvizitlərini sonuncuya təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs M.Məmmədovla barışıq əldə edə biləcəyini yalandan vəd edib aldatma yolu ilə Zərərçəkmiş şəxs tərəfindən istifadəsində olan “AzərTürk” Banka məxsus “4613-8602-0116-8695” nömrəli bank kartına Salyan şəhəri, Y.Qasımov küçəsində yerləşən “Univermaq” Supermarketində quraşdırılmış “Milliön” ödəniş terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə 2000 (iki min) manat, xx.xx.2023-cü il tarixdə 3030 (üç min otuz) manat, xx.xx.2023-cü il tarixdə Salyan şəhəri, Avtovağzal ərazisində yerləşən “Ay İşığı” marketdə quraşdırılmış “Milliön” ödəniş terminalı vasitəsilə 606 (altı yüz altı) manat, xx.xx.2023-cü il tarixdə 2020 (iki min iyirmi) manat, xx.xx.2023-cü il tarixdə isə Salyan şəhəri, Y.Qasımov küçəsində yerləşən “Univermaq” Supermarketində quraşdırılmış “Milliön” ödəniş terminalı vasitəsilə 100 (bir yüz) manat pul vəsaitinin göndərilməsinə nail olaraq verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək vahid niyyətlə, ümumilikdə 12756 (on iki min yeddi yüz əlli altı) manat pulu aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2023-cü ilin təxminən avqust ayında əvvəllər Daxili Qoşunlarda xidmət etmiş müddətdən artıq xidmət edən hərbi qulluqçu Şahid3 ona iş otağında olan zaman zəng edərək tanışı Zərərçəkmiş şəxs oğlu Sabir Salahovun mülki şəxsə xəsarət yetirdiyini, zərərçəkənin onu bağışlamadığını deyərək kömək edilməsini xahiş etmişdir. O, tanışları vasitəsi ilə köməklik edə biləcəyini demiş, əlaqə yaradılmasını xahiş etdikdən sonra özü də Zərərçəkmiş şəxsla da danışmış, sonuncuya Bakı şəhərinə gəlməsini, söhbət etməli olduqlarını bildirmişdir. Şahid3 həmçinin ona Zərərçəkmiş şəxs təxminən 4000 manat pulunun olduğunu bildirmişdir. Odur ki, o da Şahid3 vasitəsilə Zərərçəkmiş şəxs pulu götürüb yanına gəlməsini çatdırmışdır. Bundan təxminən 1 həftə sonra o, N saylı hərbi hissənin ərazisində yerləşən ayrıca olan mətbəənin binasında xidməti otağında olan zaman Zərərçəkmiş şəxs ona zəng vurub Bakı şəhərində olduğunu demişdir. Buna cavab olaraq o, xidmət etdiyi hərbi hissənin ünvanını Zərərçəkmiş şəxs izah etmiş və sonuncu hərbi hissənin nəzarət buraxılış məntəqəsində olarkən ona zəng etmiş və yanında qohumu ilə gəldiyini bildirmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs və yanında Kamil adlı bir nəfər xalası oğlu ilə otağa daxil olmuşlar. O, gələn şəxlərlə iş barədə söhbət edib narahat olmamalarını, tanış adamlarla oğlunun xəsarət yetirdiyi Mikayıl Məmmədovla əlaqəyə çıxaraq barışıq əldə edilməsinə çalışacağını demişdir. Bu vaxt Zərərçəkmiş şəxs cibindən pul çıxararaq 4000 (dörd min) manat olduğunu demiş və sayaraq ona vermişdir. Lakin, bir müddət sonra o, Zərərçəkmiş şəxs zəng vuraraq oğlunun işi ilə bağlı heç bir hərəkət edə bilmədiyini və pulu götürməsini xahiş etmişdir. Daha sonra Zərərçəkmiş şəxs və Şahid3 zəng vuraraq Bakı şəhərində olduqlarını, görüşmək istədiklərini bildirmişdir. Həmin gün N saylı hərbi hissənin yaxınlığında görüşmüş və 4000 (dörd min) manatı Zərərçəkmiş şəxs geri qaytarmış, lakin həmin vaxt Zərərçəkmiş şəxs əlacsız olduğunu, sonuncunun işinə köməklik etməyini bir daha xahiş etmişdir. Bu vaxt Şahid3 ona yüksək səslə danışaraq “pulu götür, bu işi həll et” demiş, daha sonra Şahid3la birlikdə kənara çəkilərkən sonuncu ona bir daha köməklik etməsini xahiş etmişdir. O, bir nəfər tanışı olduğunu, bunun üçün isə daha 1000 (bir min) manat lazım olduğunu demişdir. Şahid3 Zərərçəkmiş şəxs bu işi həll etmək üçün başqa şəxslə danışılacağını, pul lazım olduğunu demişdir. Bundan sonra Zərərçəkmiş şəxs 4000 (dörd min) manat pulun üzərinə 1000 (bir min) manat da pul qoyub ümumilikdə 5000 (beş min) manat pulu Şahid3, sonuncu da 5000 (beş min) manat pulu ona vermişdir. Bundan sonra o, Şahid3la birlikdə zərərçəkmiş şəxs Mikayıl Məmmədovun ***-***-**-** mobil nömrəsinə zəng vuraraq onunla görüşmək istədiklərini bildirdmişlər. Həmin vaxt, razılıq əldə olunduqdan sonra onlar birlikdə Yasamal rayonu, “Almaz yaşayış kompleksi”nin yaxınlığında “Mikayılın” kafesində sonuncu ilə görüşüb söhbət etmişlər. Həmin görüş zamanı Mikayıldan üzrxahlıq edərək ondan Sabir Salahovu bağışlaması ilə bağlı xahiş edib sonuncuya dəymiş ziyanı ödəməyə hazır olduqlarını bildirsələr də Mikayıl Məmmədov bağışlamayacağını bildirmiş və bağışlamaq müqabilində hər hansı pul almamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs Mikayıl Məmmədova təsir göstərmək üçün əvvəllər də tanıdığı Telman adlı dostuna zəng vuraraq 2-3 gün sonra görüş təyin etmiş və görüş zamanı baş verən hadisə haqqında məlumat vermişdir. Telman tanış vəkilin olduğunu və vəkildən bu məsələdə köməklik istəyəcəyini demişdir. Bir müddət sonra Telman ona zəng vuraraq vəkilin razılaşdığını, 1000 manat pulun vəkilə verilməli olduğunu bildirmişdir. O, 1000 manat pulu Telmanın bank kartına göndərmişdir. Bu müddət ərzində o, Şahid3 özünün bank kartını göndərərək əlavə pullara ehtiyac olduğunu bildirmiş və Zərərçəkmiş şəxs həmin bank kartına 7000 (yeddi min) manat əlavə pul göndərməsini xahiş etmişdir. 2023-cü ilin avqust ayında 5000 (beş min) manatdan əlavə 7500 (yeddi min beş yüz) manata yaxın pul göndərilmişdir. Lakin, Telman adlı tanışı nə etsə də Zərərçəkmiş şəxs oğlu Sabir Salahovun işində barışıq əldə edilməsi üçün vəkil vasitəsilə köməklik edə bilməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlunun cinayət işi ilə bağlı sonuncuya köməklik etməsi üçün ümumilikdə 12500 (on iki min beş yüz) manat pul almış və həmin puldan 1450 (min dörd yüz əlli) manat pulu Telmana vermişdir. Telman göndərilən 1450 (min dörd yüz əlli) manat pul vəsaitindən 1000 manatını adını bilmədiyi vəkilə vermiş, 450 (dörd yüz əlli) manatını isə ondan kiməsə qonaqlıq vermək üçün almışdır. Telman həmin pulların hamısını qaytarmışdır. Zərərçəkmiş şəxs onda olan 12500 manat pulundan cəmi 1450 manatını Telmana göndərmiş, daha sonra Telman həmin pul vəsaitini ona qaytarmış, ümumilikdə geridə qalan pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Əlavə olaraq, Təqsirləndirilən şəxs məhkəməyə bildirmişdir ki, törətdiyi əmələ görə peşmançılıq hissləri keçirir. Hadisədən sonra Zərərçəkmiş şəxs üzr istəyərək barışmış və ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Ona cəza təyin edərkən məhkəmədən mərhəmətli olmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafından başqa, cinayət iş üzrə toplanmış aşağıdakı təkzibedilməz sübutlarla da tam təsdiq olunmuşdur. Məhkəmə iclasında, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, onun oğlu Sabir Salahov 14 iyul 2023-cü il tarixdə Bakı şəhərində dalaşaraq vətəndaş X1 burun nahiyəsinə xəsarət yetirməsi səbəbindən barəsində cinayət işi istintaq olunan zaman dəfələrlə zərərçəkmiş şəxslə əlaqəyə girib üzrxahlıq üçün görüşmək istəsə də görüşməkdən imtina etmişdir. Bir ata kimi oğlunun həbs olunma ehtimalına görə tanıdığı şəxslərə köməklik etmələri üçün xahiş etmişdir. O, yaşadığı Salyan rayonundan tanıdığı vətəndaş Şahid3la da oğlunun vəziyyəti ilə bağlı danışan zaman Şahid3 ona Bakı şəhərində Daxili Qoşunlarda yüksək vəzifədə xidmət edən mayor Təqsirləndirilən şəxs adında tanıdığı şəxsin ona pul qarşılığında kömək edə biləcəyini bildirmişdir. O, da Təqsirləndirilən şəxsla danışmasını, razılıq verdiyi halda gedib görüşmələrini xahiş etmişdir. Bu səbəbdən 2023-cü ilin avqust ayında Şahid3 Təqsirləndirilən şəxsla danışdığını və Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Daxili Qoşunların hərbi hissəsinə gedərək hərbi hissədə Təqsirləndirilən şəxsla görüşə biləcəyini bildirmiş və Bakı şəhərinə gedərək Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinə zəng etməyini demişdir. Həmçinin, Şahid3 vəziyyəti Təqsirləndirilən şəxs izah etdiyini, işin görülməsi üçün 4000 (dörd min) manat pulun lazım olduğunu bildirmişdir. Bundan təxminən 1 həftə sonra xalasıoğlu Şahid1 ilə birlikdə özü ilə 4000 (dörd min) manat götürərək Bakı şəhərinə gedib Təqsirləndirilən şəxs verilmiş mobil nömrəsinə zəng etmişdir. Təqsirləndirilən şəxs ona Nərimanov rayonunda yerləşən Daxili Qoşunların hərbi hissəsinə gəlmələrini, həmin hərbi hissənin qarşısında bir də zəng vurduqda nəzarət buraxılış məntəqəsinə zəng vurmaqla buraxılmalarını tapşırmışdır. Onlar nəzarət buraxılış məntəqəsindən içəri daxil olandan sonra düzünə istiqamətdə gedərək sağ tərəfdə bir mərtəbəli binanın içərisinə daxil olmuş və binanın içərisinə daxil olandan sonra sağa döndükdə soldakı otaqda Təqsirləndirilən şəxsla görüşmüşlər. O, və Şahid1 otağa daxil olduqda Təqsirləndirilən şəxs mayor hərbi rütbəli zabit olduğunu gördükdən sonra otaqda söhbət zamanı Təqsirləndirilən şəxs ona tanışları vasitəsilə oğlunun xəsarət yetirdiyi X4 ilə onu barışdıracağını, şikayət ərizəsini geri götüzdürəcəyini bildirmişdir. Həmin işin görülməsi üçün təxminən 7-8 min manat pula ehtiyac olduğunu, lakin ona görə 4000 (dörd min) manat pul qarşılığında həmin işi görə biləcəyini demişdir. Bundan sonra, o, cibində olan 4000 (dörd min) manat pulu Şahid1 yanında sayaraq mayor Təqsirləndirilən şəxs vermiş, pulu vedikdən sonra Təqsirləndirilən şəxs getmələrini demiş və o, Salyan rayonuna qayıtmışdır. Bundan müəyyən vaxt keçdikdən sonra o, Şahid3la Bakı şəhərinə gedərək hərbi hissənin qarşısında küçədə Təqsirləndirilən şəxsla görüşmüş, Təqsirləndirilən şəxs onlara bu işin alınmadığını və pulu geri qaytarmaq istədiyini deyərək 4000 (dörd min) manat pulu qaytarmışdır. Bu vaxt Şahid3 Təqsirləndirilən şəxsla yüksək səslə danışaraq “pulu götür, bu işi həll et” demiş, sonra Tural və Tofiq ondan bir az kənara çəkilərək öz aralarında nəsə danışdıqdan sonra ona yaxınlaşaraq hər ikisi başqa bir nəfərin olduğunu, həmin şəxsin adını çəkmədən bu işi həll edə biləcəyini, lakin, qaytarılan 4000 (dörd min) manat pulun üstünə də 1000 manat qoymaqla 5000 (beş min) manat pul verməyini bildirmişdir. Bundan sonra, Şahid3 ona Təqsirləndirilən şəxs 5000 (beş min) manat verməyini bildirmidir. O, da qaytarılan 4000 (dörd min) manat pulun üstünə cibində olan 1000 manat pulu da qoyaraq, ümumilikdə 5000 (beş min) manat pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin pulu Təqsirləndirilən şəxs verdikdən sonra Şahid3 ona bu işin görülməsi üçün 5000 (beş min) manat pulun az olduğunu Təqsirləndirilən şəxs əlavə olaraq 7000 (yeddi min) manat pulun da çatmalı olduğunu demişdir. O, razılaşmış, lakin üstündə olanları verdiyini, rayona qayıtdıqdan sonra dost tanışdan tapıb həll edəcəyini bildirmişdir. o, rayona qayıtdıqdan sonra Şahid3 ona tez-tez zəng vuraraq “bu işi gecikdirmək olmaz, kişiyə söz vermisən” deyib pulu Təqsirləndirilən şəxs göndərməyini istəmişdir. O, da bu səbəbdən Şahid3 təkidi ilə Təqsirləndirilən şəxs ona dediyi “Azərturkbank”a aid “**********168695” kart hesabına xx.xx.2023-cü il tarixdə 2000 (iki min) manat, xx.xx.2023-cü il tarixdə 3030 (üç min otuz) manat, xx.xx.2023-cü il tarixdə 606 (altı yüz altı) manat, xx.xx.2023-cü il tarixdə 2020 (iki min iyirmi) manat, sonra da kiməsə bu işin görülməsi üçün qonaqlıq verəcəyindən istədiyi 300 (üç yüz) manat puldan 100 (yüz) manat göndərmişdir. O, həmin pulları Salyan rayonunda yerləşən müxtəlif dükanlarda olan “MİLLİÖN” ödəniş aparatından göndərmiş, ümumilikdə Təqsirləndirilən şəxs 12756 (on iki min yeddi yüz əlli altı) manat pul vermişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs onu aldadaraq heç bir iş görməmiş, oğlu Sabir Salahov isə həbs olunmuşdur. Onun zərərçəkmiş şəxsi şikayətini geri götürüb onlarla barışmamışdır. O, da bundan sonra uzun müddət Təqsirləndirilən şəxs aldığı pulları geri qaytarmasını istəsə də Təqsirləndirilən şəxs əvvəlcə 5000 (beş min) manat, ardınca isə 1000 (min) manat, ümumilikdə 6000 (altı min) manat pulunu qaytarmışdır. Həmin pulu bacanağının oğlu Şahid2 kartına göndərmiş və pulun qalan 6000 (altı min) manatını isə hal-hazırki tarixə kimi qaytarmaqdan imtina etmişdir. Əlavə olaraq, Zərərçəkmiş şəxs məhkəməyə bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan üzr istəmiş və barışmışdır. Ona dəymiş maddi ziyanı ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmədən mərhəmətli olmasını xahiş etmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində bildirmişdir ki, Sabir Salahovun həbs olunmasından 3-4 gün öncə Zərərçəkmiş şəxs ona Daxili Qoşunlarda xidmət edən, mayor hərbi rütbəli Təqsirləndirilən şəxs adlı şəxsin Mikayıl Məmmədovla barışıq əldə edilməsinə köməklik göstərməsi müqabilində 12756 (on iki min yeddi yüz əlli altı) manat pul vəsaiti əldə etdiyini bildirmişdir. Onun özünün deməsinə görə mayor Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs həmkəndlisi Şahid3 tanış etmişdir. Daha sonra isə işin gedişatında Mikayıl Məmmədov adlı zərərçəkmiş şəxsin Sabir Salahovla barışmadığını görən Zərərçəkmiş şəxs mayor Təqsirləndirilən şəxs pulun qaytarılması üçün təkidlər etmişdir. 2024-cü ilin yanvar ayında Sabir Salahov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilmiş və məhkəmə zalında həbs olunmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 12756 (on iki min yeddi yüz əlli altı) manat pulunun geri qaytarılmasını tələb etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona zəng edərək bank kartının nömrəsini istəmiş və Təqsirləndirilən şəxs həmin karta pul göndərəcəyini bildirmişdir. Həmin vaxtlarda xalası- Sevinc Salahova da ona zəng edərək Telman adlı şəxsin də karta pul göndərəcəyi barədə məlumat vermişdir. 30 yanvar 2024-cü il tarixdə ona məxsus “Kapital Bank” tərəfindən verilmiş “4169-7388-5631-8575” nömrəli bank kartına 900 (doqquz yüz) manat pul vəsaiti göndərilmişdir. 31 yanvar 2024cü il tarixdə Şahid3la birlikdə Bakı şəhərində “Neftçilər Metrostansiyası” adlanan ərazidə yerləşən çayxanaların birində Şahid3 Təqsirləndirilən şəxs qardaşı Bəhruz Qurbanova onun bank kartının nömrəsini şifahi olaraq bildirmişdir. Bundan sonra ona gələn “sms” bildirişə əsasən 5000 (beş min) manat pul vəsaiti qeyd olunan bank kartına mədaxil olunmuşdur. Bundan sonra xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs onun mobil nömrəsinə zəng edərək bank kartının nömrəsini istəmişdir. O, Təqsirləndirilən şəxs “Beynəlxalq Bank” tərəfindən ona verilmiş “5522-0993-4364-8184” nömrəli bank kartının məlumatlarını vermişdir. Həmin karta 500 (beş yüz) manat pul mədaxil olunmuşdur. 12756 (on iki min yeddi yüz əlli altı) manat pul vəsaitindən onun kartına 6400 (altı min dör yüz) manat pul mədaxil olunmuşdur. Yuxarıda qeyd olunan bütün mədaxil olma barədə Zərərçəkmiş şəxs məlumat vermiş və həmin pulları onlara təqdim etmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində bildirmişdir ki, Salyan rayonunda o, dostu Elşən və Zərərçəkmiş şəxsla çayxanada oturub çay içib söhbət etmişlər. Həmin söhbət əsnasında Nəzir demişdir ki, oğlu Sabir Bakı şəhərində meyvə satarkən bir nəfərlə mübahisə etmiş və ona kəllə vurmuşdur. Həmin şəxs də şikayətçidir. Buna görə ona kömək etmək lazımdır. Həmin vaxt o, tanışı olduğunu və ona kömək edəcəyini demişdir. O, Təqsirləndirilən şəxs zəng etmiş və Zərərçəkmiş şəxs oğlunun işinin həll edilməsi barədə demişdir. Sonra zərərçəkmişin adını və familiyasını ona göndərmiş, ona demişdir ki, xəbər edəcəkdir. O, axşamüstü Təqsirləndirilən şəxs yenidən zəng etmiş və ona demişdir ki, Kiber Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəisi ilə danışıb 4000 manat pul istəyiblər, amma kim olduğunu deməmişdir. Həmin vaxt bu ona inandırıcı gəlmiş və Turalın mobil nömrəsini Zərərçəkmiş şəxs vermiş, onlar danışmışlar, amma o, getməmişdir. Səhərisi gün Kamil, Bəhruz və Nəzir Bakı şəhərinə görüşməyə getmişlər. Sonra o, Nəzirlə danışmış və demişdir ki, Tural ilə söhbət etmiş, ona pul vermiş və 3 günə barışıq ərizəsini notariusla veriləcəkdir. Həmçinin, Tural da ona demiş ki, 3 günə barışıq ərizəsi alınacaqdır. Həmin vaxt Zərərçəkmiş şəxs görüş zamanı Təqsirləndirilən şəxs xidməti otağında ona 4000 manat pul vermişdir, amma o, orda olmamışam. Bundan 3 gün sonra Turala zəng edərək «barışıq ərizəsini sən alıb hazırla biz Bakıya gəlirik» demişdir. Tural ona demişdir ki, «sən gəlmə, özüm alıb həll edəcəyəm». Sonra o, Zərərçəkmiş şəxsla bir yerdə Bakı şəhərinə getmişdir. Həmin vaxt gedəndə üstündə pul olmamışdır, hətta yol pulunu da Nəzir kişi vermişdir. Sonra Bakı şəhəri Nərimanov rayonunda «Keşlə bazarı»nın yanına getmişlər və orada bir çayxanada oturub saat 16:00a kimi Turalı gözləmişlər. Həmin günü iş vaxtı bitəndən sonra Tural paltarını dəyişib çayxanaya gəlmişdir. Həmin vaxt Turaldan nə olduğunu soruşmuşdur və Tural da Kiber Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəisinin köməkçisinə zəng etmişdir, amma Tural onun adını deməmişdir. O, telefonu Turaldan alıb özü danışmış, demişdir iş alınacaq. Bu zaman aralarında böyük mübahisə yaranmışdır. Həmin şəxsə o, yalandan “Zərərçəkmiş şəxs oğlu Sabirin şəxsiyyət vəsiqəsi ilə notariusla baxılmış, amma belə bir sənəd çıxmamış, olmayan şey necə alınacaqdır” demişdir. Axşam saat 12-yə kimi pulu gətirməyini tələb etmişdir. Həmin şəxs ona «rəisim xaricə gedib və sənəd məsələsi sabah həll olunacaqdır» demişdir. Bundan sonra hamı evinə getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs Bakıxanov qəsəbəsində yaşayan oğullarının evinə getmişdir. Onun da cibimdə pul olmamış və hara gedəcəyini bilməmişdir. Nəzir əsəbləşib getdiyi üçün ondan pul istəməmişdir. Həmin vaxt o, körpünün altında dayanmışdır. Sonra Nəzir ona zəng etmiş və hara gedəcəyini soruşmuş və o, da ona pulu olmadığı üçün heç yerə gedə bilməyəcəyini demişdir. Nəzir ona 20 manat pul göndərmək istəmiş, amma lazım olmadığını və əmisi oğluna zəng atdığını demişdir. Sonra Nəzir ona taksi sifariş etməyi Bakıxanov qəsəbəsinə gəlib yol pulunu ona verəcəyini demişdir. Həmin vaxt taksi sirafiş etmək üçün konturu da olmamışdır. Sonra Nəzir ona 20 manat pul göndərmiş və onun yanına getmişdir. Səhərisi gün Təqsirləndirilən şəxs xidməti otağına getmişlər və Zərərçəkmiş şəxs pulun geri qaytarılmasını tələb etmişdir, aralarında bir az mübahisə yaranmışdır. Həmin vaxt Nəzir ona demişdir ki, “işinə mane olma, əgər işi düzəldə bilirsə köməklik eləsin”. Buna görə o, da çəkilib kənarda dayanmışdır. Tural demişdir ki, əvvəl bir əsgəri olub və anası da Ali Məhkəmədə işləyir. Sonra onlar çöldə bir neçə saat gözləmişlər. Bundan təxminən 2 saat sonra Tural zəng edib onları xidməti otağına çağırmışdır. Otağa gedəndə Telman adlı şəxsin oturduğunu görmüşlər. Otaqda bir az söhbət etmişlər. Həmin vaxt Telman demişdir ki, Zərərçəkmiş şəxs oğlunun məsələsini həll edib onları barışdıracaqdır. Sonra Təqsirləndirilən şəxs Mikayıla zəng edərək görüşmək istədiyini bildirmiş, amma Mikayıl əvvəl demişdir ki, ona zərər vurulub və buna görə yanına gəlməyin. Həmin vaxt Tural demişdir ki, 5000 manat pul lazımdır. Sonra Mikayılın yanına kafeyə gedib görüşmüşlər, onlara su gətirmiş və həmin davanın video görüntüsünə baxmışlar. Həmin vaxt Mikayıl onlara demişdir ki, bununla bağlı onu bir daha narahat etməsinlər. Sonra Tural demişdir ki, Telmanla görüşməyə gedir. O, da Zərərçəkmiş şəxsla bir yerdə Salyan rayonuna çıxıb getmişdir. Axşam vaxtı Tural ona zəng edərək “danışmış, məsələ öz həllini tapacaq və barışıq ərizəsi alınacaqdır, onların Naxçıvandan ağsaqqalları vardır, hətta DİN-nin müavini Oruc Zalov onların ağsaqqallarına işin həll edilməsi üçün zəng edibdir” demişdir. Sonra Turala zəng ediblər, amma Tural xəstə olduğu üçün telefonu açmayıbdır. Bundan sonra, Zərərçəkmiş şəxs demişdir ki, oğlunun işi üzrə ikinci dəfə keçirilən məhkəməsində zərərçəkmiş keçmir, hətta iş üzrə hakimə yaxınlaşıblar ki, köməklik olunsun, lakin hakim mümkün olmadığını bildirmişdir. Sonra iş üzrə sonuncu məhkəmə olmuş və Nəzirin oğlu tutulmuşdur. Daha sonra Zərərçəkmiş şəxs həyat yoldaşı ona zəng etmişdir. O, da Turala zəng etmiş və pulu qaytarmasını tələb etmişdir. Sonra Tural telefon zənglərinə cavab verməmişdir. Bundan sonra Zərərçəkmiş şəxsla bir yerdə Bakı şəhərinə Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissənin qabağına getmişdir. Həmin vaxt hərbi hissənin qabağında NBM-də əsəbləşdiyi üçün ünvansız nəlayiq söyüş söymüş, bunu növbətçi gizir görmüş və ona yaxınlaşıb “komandir səni görmək istəyir” demişdir. Sonra içəri keçmiş, komandirin və onun müavini Rəsulovun yanına getmişdir. Həmin vaxt ondan nə məsələ olduğunu soruşmuşlar, o da Təqsirləndirilən şəxs yaxın qohumundan 12600 manat pul allığını demiş, amma nə üçün aldığını deməmişdir, çünki fikirləşmişdir ki, Turalı işdən çıxarsalar pulu ödəmək çətin olacaqdır. Orda Tural ilə aralarında mübahisə yaranmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs qardaşı Bəhruzu da ora çağırmışlar, amma Nəzir çöldə dayanmışdır. Həmin vaxt Turalın qardaşı Bəhruz demişdir ki, pulun ödənilməsinə kömək edəcək, amma sonra demişdir ki, axşam saat 12-yə kimi vaxt verilsin, 5000 manat ödəyəcək, qalan pulu da hissə-hissə ödəyəcəkdir. Bundan sonra axşam təxminən saat 11 radələrində 5000 manat pul göndərilmiş, qalan 1000 manat pulu da Telman adlı şəxs göndərmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid1 da Zərərçəkmiş şəxs ilə oxşar məzmunlu ifadə verərək baş verənləri bir daha təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, qəbzin kserosurətindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 14:14-də Salyan rayonu, Y,Qasımov küçəsində olan “Univermaq” Supermarketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalında “AzərTürkBank”a məxsus “**********168695” nömrəli bank kartına 2000 (iki min) manat mədaxil olunmuş və onun 20 (iyirmi) manatı komissiya məbləği kimi tutulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş, qəbzin kserosurətindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 20:43-də Salyan rayonu, Y,Qasımov küçəsində olan “Univermaq” Supermarketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalında “AzərTürkBank”a məxsus “**********168695” nömrəli bank kartına 3030 (üç min otuz) manat mədaxil olunmuş və onun 30 (otuz) manatı komissiya məbləği kimi tutulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş, qəbzin kserosurətindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 18:50-də Salyan rayonu, Avtovağzal ərazisində “Ay işığı” marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalında “AzərTürkBank”a məxsus “**********168695” nömrəli bank kartına 606 (altı yüz altı) manat mədaxil olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş, qəbzin kserosurətindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 18:13-də Salyan rayonu, Avtovağzal ərazisində “Ay işığı” marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalında “AzərTürkBank”a məxsus “**********1686952 nömrəli bank kartına 2020 (iki min iyirmi) manat mədaxil olunmuş, 20.2 manat pul vəsaiti komissiya məbləği kimi tutulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş, qəbzin kserosurətindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 14:55-də Salyan rayonu, Y,Qasımov küçəsində olan “Univermaq” Supermarketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalında “AzərTürkBank”a məxsus “**********168695” nömrəli bank kartına 100 (yüz) manat mədaxil olunmuş və onun 1 (bir) manatı komissiya məbləği kimi tutulmuşdur. “X10” ASC tərəfindən təqdim edilmiş “CD” diskdə olan hesabdan çıxarış məlumatlarından görünür ki, həmin bank kartına “Milliön” ödəniş terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə, 2000 (iki min) manat, xx.xx.2023-cü il tarixdə 3030 (üç min otuz) manat, xx.xx.2023-cü il tarixdə “Milliön” ödəniş terminalı vasitəsilə 606 (altı yüz altı) manat, xx.xx.2023-cü il tarixdə 2020 (iki min iyirmi) manat, xx.xx.2023-cü il tarixdə isə 100 (yüz) manat mədaxil olunmuşdur. “Bakcell” mobil operatoru tərəfindən təqdim edilmiş “01 ədəd CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsi arasında ilk danışıq xx.xx.2023-cü il tarixdə, saat 13:48-də qeydə alınmış və danışıq müddəti 51 saniyə olmuşdur. Bundan başqa həmin mobil nömrələr arasında xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və başqa tarixlərdə zənglər daxil olmuş və zənglər çıxmışdır. Cinayət işi materiallarına əlavə edilmiş, X6 xx.xx.2012-cü il tarixli, 10 nömrəli nizami hissə üzrə əmrindən çıxarışından görünür ki, Qurbanov X5 mətbəə rəisi vəzifəsinə təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin xx.xx.2023cü il tarixli, 3-13-14-25/Ə1008/2023 nömrəli nizami hissə üzrə əmrindən çıxarışından görünür ki, mayor Təqsirləndirilən şəxs Daxili Qoşunların Baş İdarəsinin mətbəəsinin rəisi vəzifəsindən azad edilib, N saylı hərbi hissənin qərargahının döyüş təlimi üzrə zabiti vəzifəsinə təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin xx.xx.2024cü il tarixli, 3-13-14-25/Ə108/2023 nömrəli nizami hissə üzrə əmrindən çıxarışından görünür ki, mayor Təqsirləndirilən şəxs Hərbi Xidmət Keçmə Haqqında Əsasnamənin 156cı maddəsinin “e” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş, X2 X3 Alt Sistemindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş, xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissənin komandanlığı tərəfindən mənfi xarakterizə edilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 16 avqust 2024-cü il tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə “təqsirləndirilən şəxs” qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Qətimkan tədbirinin icrası DİN-nin Bakı şəhəri, Nərimanov rayon polis idarəsinə həvalə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, Salyan Mənzil İstismar Təmir Tikinti istehsalat birliyi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs çalışdığı “X9”ndə müsbət xasiyyətləndirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün tam etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, rəsmi sənədlər və cinayət işinin digər istintaq materialları ilə tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə üzrə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə uyğun olaraq törətdiyi əməli səmimi etiraf etməsini, səmimi peşmançılıq çəkməsini və Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbinin olmamasını da nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən dələduzluq yolu ilə talamış pul vəsaitlərinin tam qaytrarılmasını nəzərə alıb təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəza növünü təyin etməsini ağırlığına görə açıq-aydın məhkəmə ədalətsiz hesab edir. Eyni zamanda, Azərbaycan Respublikası DİN-nin tərkib hissəsi olan Daxili Qoşunların Baş İdarəsində mühüm vəzifə tutub, böyük zabit kimi xidmətdə olan mayor Təqsirləndirilən şəxs öz vəzifə borcunu layiqli yerinə yetirmək əvəzinə, kənar şəxsləri xidmət etdiyi yerə qanunsuz buraxdıraraq onlarla pulun müqabilində ağır cinayət törətmiş şəxsin məsuliyyətdən yayındırmaq məqsədilə zabitə yaraşmayan söhbətləri aparmış və vətəndaşlardan dələduzluq yolu ilə qanunsuz pul almağa nail olmuşdur. Məhz bu əməllərə görə hərbi məhkəmə Təqsirləndirilən şəxs cərimə cəzasının təyin edilməsini yüngül hala görə açıq-aydın ədalətsiz hesab edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarət olan azadlığın məhdudlaşdırılması cəzasını tətbiq etməsini məqsədəuyğun hesab edir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun qeydiyyatda olduğu və yaşadığı ərazi üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə madi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri Nərimanov rayonu ərazisi hüdudlarını tərk etməmək, yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun qeydiyyatda olduğu və yaşadığı ərazi üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. İş üzrə sədrlik edən; Hakim : İslam Neymanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar